MÜLK SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 356

1Hökmranlıq əlində olan Allah  necə də səxavətlidir! Və O, hər şeyə güc yetirəndir.

2O, hansınızın əməlcə daha yaxşı/gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır.

3,4O, yeddi qat göyü bir-biri üzərində uyğun şəkildə yaradandır. Rəhmanın yaratmasında bir çatlaq/uyğunsuzluq görməzsən. Buyur, gözünü döndər, bir pozuqluq görürsənmi? Sonra gözünü iki dəfə daha döndər. Gözün aciz və çox yorğun olaraq, sənə dönəcəkdir.

5Və and olsun ki, Biz ən yaxın göyü qəndillərlə bəzədik və onları kahinlərə boş söhbət materialı [meteorların yer üzünə düşməsi ilə, insanların kosmosdakı varlıqları tanımaları ilə şeytanların/kahinlərin, falçıların saxtakarlıqlarının ortaya çıxmasına vasitə] etdik. Və onlar üçün alovlu atəş əzabını hazırladıq.

(77/67, Mülk/1–5)

Nəcm: 357

6Kafirlər üçün də cəhənnəm əzabı vardır. Və o, nə pis dönüş yeridir!

7Oraya atıldıqlarında, o qaynayarkən, onun qorxunc səsini eşidərlər.

8O, az qala qəzəbindən çatlayacaq. Hər zaman ora bir camaat atılsa, onun gözətçiləri onlardan soruşar: “Sizə bir xəbərdar edən gəlmədimi?”

9Onlar deyərlər ki: “Bəli, bizə xəbərdar edən gəldi və biz yalan saydıq və: “Allah heç bir şey endirmədi, siz ancaq böyük bir pozğunluq içindəsiniz” – dedik”.

10Və onlar deyərlər ki: “Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla hərəkət etmiş olsaydıq, bu çılğın atəşin əhli içində olmazdıq”.

11Beləcə, günahlarını etiraf etdilər. Artıq, xırım-xırda, toz-duman olmaq çılğın atəş əhli üçündür.

(77/67, Mülk/6–11)

Nəcm: 358

12Şübhəsiz ki, görünməyən, eşidilməyən, seçilməyən kimsəsiz yerdə Rəbbinə hörmətlə, sevgi ilə biliklə ürpərti duyanlar… Bağışlanma və böyük bir mükafat onlar üçündür.

13Və sözünüzü istər gizləyin/təqib edin, istərsə də onu açığa vurun… Şübhəsiz ki, Allah qəlblərin özünü ən yaxşı biləndir.

14Yaradan bilməzmi/O, yaratdığını bilməzmi? Və O, çoxlu lütf edən, gizliləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.

15Allah, sizə yer üzünü boyun əydirəndir. Haydı, onun çiyinlərində/təpələrində/işinizə yarayan yerlərində yeriyin və Allahın ruzisindən yeyin. Və dirilmə ancaq, Onadır.

(77/67, Mülk/12–15)

Nəcm: 359

16Ucalar ucası olan Allahın[1] sizi yerə batırmayacağından arxayınsınızmı? Bir də baxarsan ki, çalxalamışdır.

17Ya da siz, ucalar ucası olan Allahın üzərinizə daş yağdıran bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Artıq xəbərdar etməyin necə olduğunu yaxında biləcəksiniz.

18Və and olsun ki, onlardan əvvəlkilər də yalan saydılar. Yaxşı, Məni tanımamaq/tanıtmamağa cəhd etmək necə oldu?

19Və onlar üstlərindəki sıra-sıra sıralanmış və burulmuş uçan şeylərə göz atmırlarmı? Onları Rəhmandan başqası tutmur. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir.

20Rəhmanın yaratdıq­lar­ın­dan sizə kömək edəcək bu əsgərləriniz kimlərdir? Kafirlər, sadəcə bir aldanış içərisindədirlər.

21Və ya Allah ruzisini kəsərsə, sizə ruzi verəcək o kəs kimdir? Əslində, onlar azğınlıq və nifrətdə dirənib, durmaqdadırlar.

22İndi üz üstə qapanaraq, yeriyənmi daha doğru gedər, yoxsa dosdoğru yolda dümdüz yeriyənmi?

23De ki: “O, sizi inşa edən, sizə qulaq, gözlər və könüllər əmələ gətirəndir. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?”

24De ki: “O, sizi yer üzündə törədib çoxaldandır və siz Ona toplanıb götürüləcəksiniz”.

25Bir də onlar: “Əgər doğru kəslərdənsinizsə, bu təhdid nə zaman?” – deyərlər.

26De ki: “Qətiliklə bu təhdid haqqında məlumat, Allahın yanındadır. Mən isə yalnız və yalnız açıq-aşkar bir xəbərdar edənəm”.

27Artıq onlar onu yaxınlaşmış görüncə, kafirlərin üzləri pisləşdi. Və: “Bax budur, bu, çağırıb durdu­ğu­nuz şeydir!” – deyildi.

28De ki: “Heç düşündünüzmü? Əgər Allah məni və mənimlə bərabər olanları dəyişikliyə/dağıntıya uğratsa, yaxud bizə mərhəmət etsə… Yaxşı, kafirləri acıqlı bir əzabdan kim qoruyacaq?”

29De ki: “O, yaratdığı canlılara dünyada çox-çox mərhəmət edəndir. Biz Ona inandıq və sadəcə,  nəticəsini ona həvalə etdik. Artıq kimin açıq-aşkar bir pozğunluq içində olduğunu yaxında biləcəksiniz”.

30De ki: “Heç düşündünüzmü? Əgər suyunuz yerin dibinə çəkdirilərsə, sizə kim bir bulaq suyu gətirə bilər?”

(77/67, Mülk/16–30)

 

[1]Bu ifadədəki səma sözü ilə, kainatdan/bütün varlıq aləmindən o yana, “ən üst nöqtə” qəsd  edilmişdir (səma sözü üçün bxn. Quranın enmə sırası ilə təbyini, c. 2, Bürclər surəsi səh.35). Belə ki, insan, təbiətinə uyğun olaraq, Allahı düşünərkən göyə baxar. Həqiqətən, dua edilərkən əllər havaya doğru qaldırılar. İnsan, çətinliyə düşdüyündə, üzünü səmaya çevirərək, Allaha yalvarar. Adətdə də, qeyri-adi hadisələr üçün “göydən düşdü” təbiri işlədilir. Allahdan gələn kitablara “səmavi kitablar” deyilir. Demək olar ki, insan nə zaman Allahı düşünərsə, təbiətindən gələn bir istəklə yerə deyil, göyə baxır.