MÜNAFİQUN SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 639

1Münafiqlər sənə gəldikləri zaman: “Biz gerçəkdən şahidlik edirik ki, şübhəsiz ki, sən Allahın elçisisən” – dedilər. Allah da bilir ki, şübhəsiz ki, sən Onun elçisisən. Və Allah şahidlik edər ki, şübhəsiz ki, münafiqlər qətiliklə yalançıdırlar.

2Onlar andlarını bir qalxan edib Allahın yolundan ayırdılar. Şübhəsiz ki, onlar etdikləri şeylər pis olan insanlardır.

3Bu, onların iman etdikləri, sonra iman etmədiklərinə görədir. Beləcə, qəlblə­ri­nin üzərinə damğa vurulmuşdur, artıq onlar yaxşı-yaxşı dərk edə bilməzlər.

4Onları gördüyün zaman da cüssəli görkəmləri ilə… sanki, onlar dikəldilmiş/yarı ge­yin­dirilmiş ağac kötükləri kimidirlər… rəğbətini qazanmaqdadırlar. Söylədikləri za­man qulaq asırsan. Hər fəryadı özlərinin əleyhində sanırlar. Onlar düşmənlərdir, buna görə də onlardan qaçın/çəkinin. Allah onları qəhr etdi – necə də çevrilir­lər!

5,6Və onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin” – deyildiyi zaman baş­larını yana çevirdilər. Sən onların yekəxanalıq göstərərək, üz çevirdiklərini də görərsən. Sənin onlar üçün bağışlanma diləməyin ilə diləməməyin onlar üçün birdir. Allah onlara qətiyyən mağfirət etməyəcək, onları bağışlama­ya­caqdır. Şübhəsiz ki, Allah haqq yolundan çıxmış bir cəmiyyətə bələdçilik etməz.

7Onlar: “Allahın Elçisi yanında olanlara heç bir xərcləməyə, maddi dəstəyə qatılmayın, sonunda dağılıb getsinlər” – deyərlər. Halbuki, göylərin və yer üzünün xəzinələri Allahındır. Ancaq münafiqlər bunu yaxşı-yaxşı dərk etmirlər.

8Deyərlər ki: “And olsun, Mədinəyə bir dönsək, güclü və çox qürurlu olan gücsüz və zəif olanı əlbəttə, oradan sürüb çıxaracaqdır”. Halbuki, güc, qürur və üstünlük Allahın, Onun Elçisinin və möminlərindir. Ancaq münafiqlər bilmirlər.

(104/63, Münafiqun/1–8)

Nəcm: 640

9Ey iman edənlər! Mallarınız və uşaqlarınız sizi Allahı anmaqdan yayın­dır­ma­sın. Belə bir şeyi kim edərsə, artıq bax budur, onlar zərərə, itkiyə uğrayıb acı çə­kənlərin məhz özləridir.

10Və sizdən birinizə ölüm gələrkən – “Rəbbim! Məni yaxın bir müddət sonuna qədər gecikdirsən, mən də beləcə, sədəqə versəm və salehlərdən olsam…” – deməmişdən əvvəl sizə ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyin.

11Allah öz müddətinin sonu çatmış olan heç bir kimsəni qətiyyən ertələməz və Allah etdiklərinizdən xəbərdardır.

(104/63, Münafiqun/9–11)