NƏSR SURƏSİNİN TƏBYİNİ

Adını ilk ayəsində keçən və möminlərə Allahın yardımını bildirən نصر [nasr] kəlməsindən alan surənin, Mədinədə 114-cü sırada (son surə olaraq) endiyi qəbul edilir. Surəyə “İzacae surəsi” adı verildiyi kimi, Vida həcci əsnasında enmiş olduğuna görə, “Tevdi surəsi” də deyilir.

Bu surə İslamın geniş bir coğrafyaya yayıldığı, Məkkənin fəth edildiyi, Müsəlmanların gücləndiyi, müşrik və münafiqlərin bellərinin qırıldığı bir dövrdə enmişdir.

Rəsulullaha yönəlik olan surədə Elçiyə, Allahın yardımı və fəth gəldiyi və insanların dəstə-dəstə Allahın dininə girdikləri zaman, bu zəfəri əyləncəylə deyil, Rəbbinin həmdiylə təsbih edərək və Ondan bağışlanma diləyərək bayram/qeyd etməsi əmr edilir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

Tərcümə:

MƏDİNƏ DÖVRÜ

Nəcm: 722

1,2Allahın köməyi və zəfər gəldiyi və sən insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, 3dərhal Rəbbini öyməklə birlikdə, Onu hər cür nöqsanlıqdan münəzzəh qıl və Ondan bağışlanma dilə. Şübhəsiz ki, O, əzəldən bəri tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir.

(114/110, Nəsr/1-3)

TƏHLİL:

1,2Allahın köməyi və zəfər gəldiyi və sən insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, 3dərhal Rəbbini öyməklə birlikdə, Onu hər cür nöqsanlıqdan münəzzəh qıl və Ondan bağışlanma dilə. Şübhəsiz ki, O, əzəldən bəri tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir.

Ayədəki fəth ilə “Məkkənin, o bölgədəki digər şəhərlərin, şəhər dövlətlərin fəthi” qəsd edilmişdir. Çünki sözün başındakı “lam-u tarif”, mahzuf muzafın ileyhtən bədəl olub, فتح الله [fəthullah/Allahın fəthi] mənasındadır. Allahın lutf edəcəyi fəthi də, sadəcə Məkkənin fəthinə endirmək uyğun deyildir. Əslində elə bu surə Məkkənin fəthindən iki il sonra enmişdir.

Tarixi qaynaqlara görə bu ayələrin endiyi dövrdə Yəmənlilər qrup-qrup gəlib Müsəlman olmuşdular. Ona görə də bu il “heyətlər ili” adlanır.

Bu surənin enmə səbəbiylə əlaqədar aşağıdakı məlumatlar verilmişdir:

İbn Ömər dedi ki: Bu surə Vida həcci zamanı Minada nazil oldu. Daha sonra, “Bu gün di­ni­ni­­zi sizin üçün kamala çatdırdım, sizə nemətimi tamamladım. Sizə din olaraq isə, İs­la­ma razı oldum(Maidə/3) buyuruğu nazil oldu. Bundan sonra Peyğəmbər (s.ə.s) 80 gün yaşadı. Daha sonra da Kəlalə ayəsi (eyni zamanda surənin son ayəsi olan Nisa/176-cı ayə) nazil oldu. Ondan sonra Peyğəmbər əlli gün yaşadı. Daha sonra “And olsun ki, içinizdən sizə elə bir Peyğəmbər gəldi ki…(Tövbə/128) ayəsi nazil oldu. Bundan sonra 35 gün yaşadı. [1]

Surədə diqqət çəkən “Dərhal Rəbbinin tərifiylə birlikdə təsbih et və Ondan bağışlanma dilə” ifadəsi ilə əvvəl Rəsulullaha, sonra da insanlığa qulluq tərbiyəsi öyrədilir. Belə ki, hər kəs şahid olmuşdur ki, Rəsulullah canını dişinə tutaraq elçilik vəzifəsini icra etmişdir. Amma nə olursa olsun, Allahın haqqının ödənildiyini düşünməməli, günahlar üçün Allahdan bağışlanma diləməlidir. Çünki Allahın haqqını ödəmək mümkün deyil. Ona görə də bəndə Allahın təvvablığına və qəffarlığına sığınmalıdır.

 

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Kurtubi, el-Camiu li Ahkamil-Kur’an.