MƏKKƏ DÖVRÜ
Nəcm: 35
1–6“Görünməyən varlıqlardan, bilinən varlıqlardan[1] – hamısından, insanların ağıllarında pislik pıçıldayan hiyləgər düşmənin pis pıçıltılarının şərindən, insanların tanrısına[2], insanların hökmdarına və insanların Rəbbinə sığınıram” – de!
(21/114, Nas/1–6)
[1]Cin və ins sözləri Quranda ilk dəfə burada keçdiyindən bu sözlərlə əlaqədar qısaca bilik vermək istəyirik: Cin, xalq kültüründə “insan kimi yeyib içən, törəyən, inanan, bəzən qabiliyyətli insanlar tərəfindən işçi kimi işlədilən, qeyri-adi güc və biliklərə sahib, insanları çarpan, istədiklərinə zərər verən, əydirən, yüksək dəyərlər ilham edən gizli dəstəkçi güc, görünməyən yaradılış” olaraq bilinir. Buna görə də, Quran səhv anlaşılır. Cin sözü, əslində “örtülü varlıq – insanın beş duyğu üzvü ilə qavraya bilmədiyi, qavranmağa qapalı, mövcudiyyəti qəti olan varlıq və ya güc” – deməkdir. Bu sözün inkar mənası olan ins [insan] isə, “beş duyğu üzvü ilə hiss edilə bilən, bilinən, görünən, tanış, əlaqə qurula bilən, yox olmayan, daima ortada duran” – deməkdir. Bizə tanış olan bu sözlər də cin sözünün törəmələrindəndir: Cənnət [torpağı ağac yarpaqları ilə örtülmüş yer], cinnət [ağlı, fikri gizlənmək, dəli olmaq], cənin (rüşeym – ananın qarnında gizləndiyi üçün bu adı almışdır), cünnət [döyüşdə istifadə edilən qalxan ( adamı oxdan, nizədən gizlətdiyi üçün bu ad verilmişdir)].
Quranda cin sözünün “mikroorqanizmlər, elektrik, maqnit, şüa, radiasiya, agent/casus, əcnəbi, kimliyi bəlli olmayan insan” mənalarında istifadə edildiyini görəcəyik. Bir də Quranda ins və cin sözlərinin bərabər istifadə edildiyini görürük. Bu iki zidd mənalı söz birlikdə istifadə edildiyində, sözlərin mənası fərqliləşir, başqalaşır və zənginləşir.
Zidd mənalı iki sözdən, daha ətraflı bir məna çıxarmaq, hər dildə var olan bir tətbiq üsuludur. Məsələn: Gecə-gündüz, yaş-quru, canlı-cansız, it–pişik, səhər–axşam, yer–göy, yaxşı–pis, acı–şirin, sağ–sol, irəli–geri, aşağı–yuxarı, en–uzunluq, ağ–qara, irili–xırdalı, dünya–axirət kimi zidd mənalı sözlər bərabər deyim olaraq istifadə edildikdə, qəlibin mənası, sözlərin xüsusi mənalarından fərqliləşir və zənginləşir.
Mənalarının bir-birlərinə zidd olduğunu gördüyümüz ins və cin sözləri, birlikdə bir qəlib halında istifadə edildiklərində, “gördüyünüz–görmədiyiniz, bildiyiniz–bilmədiyiniz, tanıdığınız–tanımadığınız, yəni hər kəs və hər şey” mənasına gəlir. Bunun Quranda xeyli çox misalı mövcuddur.
[2]Söz olaraq hərfi mənası “örtünmək, gizlənmək, alışmaq və qulluq” demək olan tanrı sözü, əsasən, “ibadət edilən, sitayiş edilən, ululanan” obyektlərin ortaq adı olmuşdur. İlah sözünün “ibadət edilən varlıq” mənasında istifadə olunmasının səbəbi olaraq da, bu sözə “ehtiyacları aradan qaldıran, işlənən əməlin qarşılığını verən, könül rahatlığı, dinclik verən, ucalıq, hökmü altına alıb qoruyan, müsibət anında qoruyan” mənalarının yüklənmiş olmasını göstərmək olar.
İlah sözü Quranda həm “haqq olsun, batil olsun, fərq qoymadan, insanların sitayiş etdiyi varlıq” mənasında, həm də “həqiqətən ibadətə layiq olan haqq məbud” mənasında istifadə edilmişdir.