MƏDİNƏ DÖVRÜ
Nəcm: 610
1Endirdiyimiz və parça-parça ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də endirdik.
2Zina edən qadın və zina edən kişi, dərhal hər birini yüz qamçı ilə qamçılayın, Allaha və axirət gününə inanırsınızsa, Allah dinində/qanununda sizin onlara ürəyiniz yanmasın/yazığınız gəlməsin! Və möminlərdən bir qrup onların cəzalandırılmasına şahid olsun.
4Və evli, hürr qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən kimsələr… Dərhal onları səksən qamçı ilə qamçılayın və onların şahidliyini ömürlərinin sonuna qədər qəbul etməyin. Və onlar yoldan çıxmışların məhz özləridir.
6,7Zövcələrinə zina isnad edərək, özlərindən başqa şahidləri olmayanlar… Onların hər birinin şahidliyi, özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə, beşincidə də əgər yalan söyləyənlərdəndirsə, Allahın lənətinin/kənarlaşdırıb gözdən çıxarmasının öz üzərinə olmasına Allahı şahid tutmasıdır.
8,9Qadının ərinin yalan söyləyənlərdən olduğuna dair dörd dəfə, beşincidə də əgər əri doğru söyləyənlərdəndirsə, Allahın qəzəbinin öz üzərinə olmasına Allahı şahid tutması, özündən cəzanı uzaqlaşdırar.
5Ancaq iftira atdıqdan sonra tövbə edən – iftiraçı olduğunu etiraf edən və bir daha etməyəcəyinə söz verən və düzəldən kimsələr istisnadır. Artıq, şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmətlidir.
10Bəs Allahın sizə ərməğanları və mərhəməti olmasaydı!.. Və şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran olmasaydı…
3Zina edən kişi zina edən və ya ortaq qoşan bir qadından başqası ilə evlənə bilməz. Zina edən bir qadınla da, ancaq zina edən və ya ortaq qoşan kişi evlənər. Və bu/belə bir evlilik qaydası möminlərə haram edilmişdir.[1]
(102/24, Nur/1–2, 4, 6–9, 5, 10, 3)
Nəcm: 611[2]
11Şübhəsiz ki, bu ağır iftiranı söyləyənlər sizdən bir qrupdur. Bunu özünüz üçün bir pislik saymayın – əksinə o, sizin üçün bir yaxşılıqdır. Onlardan hər bir kəsə günahına görə qazandırıldığı əzab vardır. Onlardan günahın böyüyünü söyləyən kimsə üçün də çox böyük bir əzab vardır.
12Bu iftiranı eşitdikləri zaman kişi və qadın möminlər, bu iftiranın özlərinə xeyir olduğunu anlamalı və: “Bu, açıq-aşkar bir iftiradır” – deməli deyildilərmi?
13Bu iddianı ortaya atanlar buna dair dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahidlər gətirmədilər, belə isə onlar Allah nəzdində yalançıların məhz özüdürlər.
14Əgər dünyada və axirətdə Allahın ərməğanı və mərhəməti olmasaydı, içinə düşdüyünüz şeylərdə qətiliklə sizə böyük bir əzab toxunardı.
15Həmçinin siz bu iftiranı bir-birinizin dilindən alır, hadisə haqqında heç bir məlumatınız olmadığı halda bu uydurma xəbəri öz ağzınızla söyləyirsiniz və bunun əhəmiyyətsiz olduğunu sanırsınız. Halbuki bu, Allah qatında çox böyükdür.
16Və onu eşitdiyiniz zaman: “Bunu danışıb yaymaq bizə yaraşmaz. Sübhanəkə! Allahım, Sən münəzzəhsən, bu çox böyük bir iftiradır…”… desəydiniz də!
17Əgər siz inanmış insanlarsınızsa, onun bir bənzərini sonsuzadək bir dəfə daha təkrar etməməyinizi Allah sizə öyüdləyər.
18Və Allah ayələrini sizin üçün açıqlayır və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
(102/24, Nur/11–18)
Nəcm: 612
19Şübhəsiz ki, inanan insanlar içində həddini aşmağın, iffətsizliyin yayılmasını sevən insanlar… Dünyada və axirətdə acı verən bir əzab onlar üçündür. Və Allah bilir, siz bilməzsiniz.
20Və sizin üstünüzə Allahın ərməğanı və mərhəməti… Və şübhəsiz, Allah çox şəfqətli və çox mərhəmətli olmasa idi!..
21Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Və kim şeytanın addımlarını izləyərsə, bunu bilsin ki, o, həddi aşmaqları, iffətsizlikləri və bütün çirkinlikləri əmr edər. Və əgər üstünüzdə Allahın ərməğanı və mərhəməti olmasa idi, sizdən heç bir kimsə sonsuzadək təmizə çıxmazdı. Lakin, Allah dilədiyini təmizə çıxarır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
23Şübhəsiz ki, hürr, evli, heç bir şeydən xəbəri olmayan mömin qadınlara zina isnad edən kimsələr dünya və axirətdə kənarlanmışlardır. Və onlar üçün çox böyük bir əzab vardır.
24O gün onların dilləri, əlləri və ayaqları, etmiş olduqları işlərə öz əleyhlərində şahidlik edəcəkdir.
25O gün Allah onlara əsl qarşılıqlarını tamamilə verəcəkdir. Onlar da Allahın açıq-aşkar haqqın məhz özü olduğunu biləcəklər.
26Pis qadınlar pis kişilər, pis kişilər də pis qadınlar üçündür – təmiz qadınlar təmiz kişilər, təmiz kişilər isə təmiz qadınlar üçündür/pis sözlər, çirkin işlər pis insanlara yaraşır, yaxşı, gözəl söz və işlər də yaxşı, gözəl insanlara yaraşır. Bax budur, onlar iftiraçıların söylədiklərindən çox uzaq olanlardır. Özləri üçün bağışlanma və hörmətli bir ruzi vardır.
22Və sizdən artıqlıq və genişlik sahibi kimsələr əqrəbaya, acizlərə, Allah yolunda köç edənlərə əl tutmamağa and içməsinlər – bağışlasınlar, xoş görsünlər. Allahın sizi bağışlamasını sevməzsinizmi? Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.[3]
(102/24, Nur/19–21, 23–26, 22)
Nəcm: 613
27Ey iman edənlər! Öz evinizdən başqa evlərə gəldiyinizi fərq etdirib, ev xalqına salam vermədikcə içəri girməyin. Bu, düşünüb öyüdlənməyiniz baxımından sizin üçün daha yaxşıdır.
28Sonra da orada kimsəni tapmasanız, artıq sizə izin verilincəyə qədər oraya girməyin. Və əgər sizə: “Geri dönün!” – deyilərsə, dərhal dönün – bu, sizin üçün daha arındırıcıdır. Və Allah etdiklərinizi ən yaxşı biləndir.
29İçində sizə aid hər hansı bir dəyərli şey olan, oturulmayan evlərə girməyinizdə sizə bir qadağa yoxdur. Və Allah sizin açığa vurduğunuz şeyləri və gizlətdiyiniz şeyləri bilir.
(102/24, Nur/27–29)
Nəcm: 614
30Mömin kişilərə baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Bu, onlar üçün daha arındırıcıdır. Şübhəsiz ki, Allah onların etdikləri barədə dərin bilik sahibidir.
31Mömin qadınlara da baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Zinətlərini də, açıqda olanlardan başqa, bəlli etməsinlər. Örtüklərini də köks yarıqlarının üzərinə salsınlar. Və zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları,[4] qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar və qadınların müdafiəsiz yerlərini [bükümlərini və cinsiyyət orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar istisna olmaqla, başqalarına bəlli etməsinlər. Zinətlərindən gizləmiş olduqlarının bilinməsi üçün ayaqlarını vurmasınlar. Və ey möminlər! Uğura çatmağınız üçün hamılıqla xətanızdan Allaha dönüş edin!
(102/24, Nur/30–31)
Nəcm: 615
32Və sizdən evli olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər bunlar yoxsuldurlarsa, Allah Öz lütfündən onları zənginləşdirər. Şübhəsiz ki, Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, ən yaxşı biləndir.
33Və evlənməyə imkan tapa bilməyənlər… Allah Öz lütfündən özlərini imkanlı edənə qədər iffətlərini qorusunlar. Qanunlar çərçivəsində himayənizə verilmiş olanlardan müstəqillik yazışması/sözləşməsi etmək istəyənlərlə, əgər özlərində bir yaxşılıq görürsünüzsə, dərhal yazışma/sözləşmə edin. Allahın sizə vermiş olduğu Allahın malından siz də onlara verin. Və bəsit dünya həyatının keçici mənfəətlərini əldə edəcəksiniz deyə, sərbəstləşmək, evlənmək istəyən gənclərinizi həddi aşmağa/baş qaldırmağa məcbur etməyin, onları mütləq azadlıqlarına qovuşdurun. Kim onları buna məcbur edərsə, bilinməlidir ki, heç şübhəsiz, Allah, onları məcbur edildiklərindən sonra çox bağışlayan və mərhəmətlidir.
34Və and olsun ki, Biz sizə açıq-açıq bildirən ayələr, sizdən öncə keçən insanlardan nümunələr və Allahın qoruması altına girənlər üçün öyüdlər endirdik.
(102/24, Nur/32–34)
Nəcm: 616
35Allah göyləri və yer üzünü, kainatı aydınladan tək Zatdır, başqasının aydınlatması mümkün deyildir. Onun nurunun – Quranın örnəyi, içində qəndil olan bir qəndil yuvası kimidir – o qəndil, bir şüşə içindədir – o şüşə, sanki, inciyə bənzər bir ulduz kimidir ki, Şərqlə, Qərblə müəyyən edilə bilinməyən, dünyanın hər yerində var olan bərəkətli bir zeytun ağacındandır. O ağacın yağı, haradasa özünə atəş toxunmasa belə, işıq verir. Nur üstünə nurdur. Allah diləyən kimsəni nuruna bələdçilik edər. Allah insanlar üçün nümunələr verir və Allah hər şeyi ən yaxşı biləndir.
(102/24, Nur/35)
Nəcm: 617
36–38Allahın yüksəldilməsinə, içərisində Öz isminin anılmasına izin verdiyi evlərdə, həmişəlik olaraq, Özünü münəzzəh qılan elə ürəkli/igid/ər insanlar vardır ki, ticarət və alış-veriş onları Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkatı/vergilərini verməkdən ayırmaz. Onlar Allah özlərinə işlədikləri əməllərin ən gözəli ilə qarşılıq versin və özlərinə ərməğanlarından artırsın deyə, qəlblərin və gözlərin tərs döndüyü bir gündən qorxarlar. Və Allah dilədiyi insanları hesabsız ruziləndirər.
39,40Və kafirlər… Onların əməlləri kimsəsiz çöllərdəki sərab/ilğım kimidir ki, susayan onu su zənn edər, ona çatdığında isə orada hər hansı bir şey tapmaz. Yanında Allahı tapmışdır. Sonra da Allah onun hesabını tamamilə ödəmişdir. Allah, hesabı çox tez görür. Yaxud çox dərin, əngin bir dənizdəki, yoğun qaranlıqlar kimidir – onu dalga üstünə dalga kimi örtməkdə – üstündə də bulud vardır. Bir-biri üstünə qaranlıqlar… Kimə əlini çıxarıb uzatsa, hardaysa onu belə görə bilməz. Və Allah kimə nur verməmişsə, artıq o insan üçün nurdan hər hansı bir şey yoxdur.
(102/24, Nur/36–40)
Nəcm: 618
41Göylərdə və yer üzündə olanların qatar-qatar uçanların [quşların, arıların, buludların, boranların] Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldıqlarını görmədinmi/heç düşünmədinmi? Hamısı öz arındırmasını və dəstəyini/təbiətə edəcəyi qatqını qəti olaraq bilirlər. Allah da onların etdiklərini ən yaxşı biləndir.
42Göylərin və yer üzünün hökmranlığı yalnız və yalnız Allaha aiddir. Dönüş də ancaq Allahadır.
43Şübhəsiz ki, Allahın buludları sürüklədiyini, sonra onları bir araya gətirdiyini, sonra da üst-üstə yığdığını görmədinmi/heç düşünmədinmi? Bax budur, görürsən ki, bunların arasından yağışı çıxarır. Və O, göydən içində dolu olan dağ kimi buludları endirir və onu dilədiyinə isabət etdirir, dilədiyindən də onu uzaq tutar. Şimşəyin parıltısı hardaysa, gözləri alır!
44Allah gecəni və gündüzü bir-biri ilə əvəz edir. Şübhəsiz ki, sağlam düşüncə sahibləri üçün qətiliklə bir ibrət vardır.
45Və Allah hər canlını sudan əmələ gətirdi. Bax budur, bunlardan kimi qarnı üzərində sürünməkdə, kimiləri iki ayaq üzərində, kimiləri də dörd ayaq üzərində yeriməkdədir. Allah dilədiyini əmələ gətirir. Heç şübhəsiz, Allah, hər şeyə ən yaxşı güc yetirəndir.
46And olsun ki, Biz açıq şəkildə ortaya qoyan ayələr endirdik. Və Allah, diləyən kimsəni ən doğru yola yönləndirir.
(102/24, Nur/41–46)
Nəcm: 619
47Və onlar: “Allaha və Elçiyə inandıq və itaət etdik” – deyərlər. Sonra da onlardan bir qrup dediklərinin arxasından geri çəkilirlər və bunlar möminlər deyillər.
48Və aralarında hökm etməsi üçün Allaha və Elçisinə çağırıldıqları zaman baxarsan ki, onlardan bir qrup uzaqlaşmışlar. 49Amma əgər haqq öz lehlərinə isə, Ona könüldən bağlı insanlar olaraq gəlirlər.
50Yaxşı onların qəlblərində bir xəstəlikmi var – onların dərrakəsimi pozulmuşdur? Yoxsa şübhəyəmi düşdülər? Yoxsa Allah və Elçisinin özlərinə haqsızlıq edəcəyindənmi qorxurlar? Tam əksinə onlar, səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir!
51Aralarında hökm verməsi üçün Allaha və Elçisinə dəvət edildiklərində möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik” – deməkləri oldu. Bax budur, bunlar qurtuluşa çatanların məhz özləridir.
52Və kim Allaha və Elçisinə itaət edər, Allaha hörmət, sevgi və biliklə ürpərti duyar və Onun qoruması altına girərsə, bax budur, onlar uğura çatanların məhz özləridir.
53Və o münafiqlər… Sən, həqiqətən, onlara əmr etdiyin təqdirdə, qətiliklə döyüşə çıxacaqlarına dair ən ağır andları ilə Allaha and içdilər. De ki: “And içməyin. İtaət, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən şəkildir! Şübhəsiz, Allah etdikləriniz barədə xəbərdardır”.
54De ki: “Allaha itaət edin, Elçiyə də itaət edin”. Artıq, əgər üz çevirərsinizsə, bunu bilin ki, Onun borcu, sadəcə özünün öhdəsinə götürdüyüdür. Sizin üzərinizə də sizə yüklənəndir. Əgər Elçiyə itaət edərsinizsə, bələdçiləndiyiniz doğru yola girərsiniz. Elçinin öhdəsinə düşən isə, sadəcə, açıq-aşkar ismarıcı çatdırmaqdır.
(102/24, Nur/47–54)
Nəcm: 620
55Və Allah sizlərdən iman etmiş və düzəltmək yönündə işlər etmiş olan kimsələrə özlərindən öncəkiləri başqalarının yerinə gətirdiyi kimi, yer üzündə onları da başqalarının yerinə keçirəcəyini, onlar üçün bəyənib, seçdiyi dini onlar üçün qətiliklə tutunduracağını və qorxularından sonra onları qətiliklə təhlükəsizliyə qovuşduracağını vəd etdi. Onlar Mənə qulluq edərlər, Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra da kim küfr edərsə/inanmazsa, artıq bax budur, onlar yoldan çıxanların məhz özləridir.
56Və mərhəmət olunmağınız üçün salaatı iqamə edin, zəkatı/vergini verin və Elçiyə itaət edin.
57Qətiyyən, bu kafirlərin yer üzündə aciz buraxacaqlarını sanma/qətiyyən sanmasınlar! Onların da çatacağı yer atəşdir. Qətiliklə də o, nə pis bir çatma yeridir!
(102/24, Nur/55–57)
Nəcm: 621
58Ey iman edənlər! Qanunlar çərçivəsində himayənizdə olanlar[5] və sizdən yetkinlik yaşına çatmamış olanlarınız üç vaxt: səhər salaatından/təhsil-təlimindən öncə, günorta vaxtında geyimlərinizi çıxardığınızda, gecə salaatından/təhsil-təlimindən sonra izin istəsinlər. Bunlar sizin açıq və qorumasız olan üç vaxtınızdır. Bunlardan başqa vaxtlarda nə sizə, nə də onlara bir günah yoxdur. Bir-birinizin yanına sərbəst girib-çıxa bilərsiniz. Allah ayələri sizə bax budur, belə açıqlayır. Allah çox yaxşı bilən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
59Və uşaqlarınız yetkinlik yaşına gəldikləri zaman, artıq özlərindən öncəkilər – böyük bacı-qardaşları izin istədikləri kimi izin istəsinlər. Allah Öz ayələrini sizə bax budur, belə açıqlayır və Allah çox yaxşı bilən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
60Və nikah ümidi qalmayan yaşlanmış qadınlar… Artıq zinətlərini göstərmədən, üst geyimlərini çıxarmalarında özlərinə bir qadağa yoxdur. Və iffətli olmaları özləri üçün daha xeyirlidir. Və Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.
61Kora günah yoxdur, topala günah yoxdur, xəstəyə günah yoxdur. Sizin üçün də öz evlərinizdən və ya atalarınızın evlərindən və ya analarınızın evlərindən və ya qardaşlarınızın evlərindən və ya bacılarınızın evlərindən və ya əmilərinizin evlərindən və ya xalalarınızın evlərindən və ya dayılarınızın evlərindən və ya bibilərinizin evlərindən və ya açarlarına malik olduğunuz yerlərdən, yaxud dostunuzun evlərindən yeməyinizdə bir qadağa yoxdur. Toplu halda və ya ayrı-ayrı yeməyinizdə də bir qadağa yoxdur. Artıq evlərə girdiyiniz zaman, Allah tərəfindən bərəkətli və gözəl bir yaşayış diləyi olaraq, özünüzə təhlükəsizlik yaradın. Bax budur, Allah, ağlınızı işlədəsiniz/dərk edəsiniz deyə sizə ayələrini belə ortaya qoyar.
(102/24, Nur/58–61)
Nəcm: 622
62Möminlər ancaq Allaha və Elçisinə inanmış, Elçi ilə birlikdə sosial bir işlə məşgul ikən ondan izin istəmədikcə çəkilib getməyənlərdir. Şübhəsiz ki, səndən izin istəyən bu insanlar… Bax budur, onlar Allaha və Elçisinə iman edənlərdir. Belə isə, bəzi işləri üçün səndən izin istədiklərində, sən də onlardan dilədiyinə izin ver, onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
63Aranızda Elçini bir-birinizi çağırdığınız kimi çağımayın. Gizlənərək sürüşüb gedənləri Allah qətiliklə bilməkdədir. Buna görə də Onun əmrinə zidd davrananlar, özlərinə bir sosial yanğının isabət etməsindən və ya özlərinə çox acıqlı bir əzabın isabət etməsindən çəkinsinlər.
64Gözünüzü açın! Şübhəsiz, göylərdə və yer üzündə olan şeylər Allahındır. O, sizin nə üzərində olduğunuzu qətiliklə bilir. Özünə döndəriləcəkləri gündə isə etmiş olduqlarını dərhal özlərinə xəbər verəcəkdir. Və Allah hər şeyi ən yaxşı biləndir.
(102/24, Nur/62–64)
[1]Bu bölməni, texniki səbəblər və məna uyğunluğuna görə, Rəsmi Tərcümədən fərqli tərtib etdik. Ətraflı açıqlamalar üçün Bxn. Təbyin.
[2]“İfk” hadisəsi, münafiqlərın Rəsulullahı və möminləri narahat etmək, İslam cəmiyyətini parçalamaq, başda Əbu Bəkr olmaqla, Rəsulullah ilə yaxın yoldaşlarının arasını vurmaq, muhacirlər ilə Ənsarı bir-birinə düşürmək məqsədiylə, Rəsulullahın ailə məhrəmiyyətini hədəf alaraq, bölgə və qəbilə təəssübünü istifadə etməklə, etdikləri bir mənfi təbliğat və qaralama hərəkətidir. Bu hərəkət uğurlu olmuş, iki müsəlman qrupu bir-birlərinə qarşı qılınca sarılacaq hala gətirmişdir. Hadisələrin qarşısı Rəsulullahın müdaxiləsi ilə alınmışdır. Mövzunun təfərrüatı üçün Bxn. Təbyin.
[3]Bu bölməni, texniki və məna uyğunluğunu nəzərə alaraq, Rəsmi Tərcümədən fərqli tərtib etdik.
Burada İsa peyğəmbərin İsrailoğullarına göndərilməsi və göndərilmə səbəbləri açıqlanır. Musa və Harun peyğəmbərlər, həm İsrailoğullarına vəhyi, tövhidi öyrətmək, həm də İsrailoğullarını Misirdəki əsarətdən qurtarmaq üçün göndərilmişdilər. Buradakı bölmədə İsa peyğəmbərin vəhyi təbliğ etməsiylə birlikdə, İsrailoğullarını yayğın halda bürümüş olan xəstəliklərdən qurtarmaq, onlara qarşı əvvəlcədən profilaktik tədbirlər görmək və onlara rahat bir dolanışıq təmin etmək üçün, qoruyucu həkimlik, göz həkimliyi, dəri–zöhrəvi həkimliyi və sağlam qida istifadəsi və tədarükü konserva, turşu, doşab, şoraba düzəltmək, arpa, buğda, quru paxla saxlanması və bunların nəm və həşəratlardan qorunmasının öyrədilməsi kimi vəzifələrlə göndərildiyi yığcam olaraq açıqlanır.
Bizim “şübhəsiz mən, sizin üçün, palçıqdan – ətdən; keramikadan quş şəkli kimi bir şey; “buxurdan” (“tüstülük”– durna çırağı) düzəldərəm” – deyə çevirdiyimiz ayədəki “düzəldərəm” felinin tamlayıcısı ayənin orijinalında yer almamış, bu paraqrafın söz axımı içində oxuyanın təqdirinə buraxılmışdır. Ayədə:– “quş fiquru”, “quş maketi” düzəldərəm – deyilməyib, “quş şəkli, quş fiquru, quş maketi kimi bir şey” düzəldərəm – deyilir ki, burada İsanın quş şəklində gildən buxardanlıq düzəldib, içərisinə qoyduğu ədviyyata üfləyərək, çıxan duman və qoxu ilə göz xəstəliyi və s–yə səbəb olan ağcaqanad, qara milçək kimi böcəkləri ətrafdan uzaqlaşdırdığı açıqlanır. Bu gün mövcud olan keramik buxurdanların çoxunun quş şəklində olduğu aşkardır (durna çırağı – S.D.).
Yenə ayədə “fəyəkünü (olar)” felinin özü də yer almamış, bu da söz axışından anlaşılmağa buraxılmışdır.
Ayələrin hərfi mənalarından anlaşılan bu reallıqlar yaxın zamanda deşifrə edilən Essenilərə aid Kumran yazıları ilə də təyin edilir. Anlaşılan odur ki, İsa doğulduğu cəmiyyətdən ayrılmış, Essenilər arasında tibb və qida istehsalı və qorunmasına yönəlik təhsil almış və yetkinlik çağında İsrailoğullarına peyğəmbər olaraq göndərilmişdir. (Kumran yazıları: Cilt Xəstəliyinin Təşhisi:[4Q266, böl. 6 i (4Q272 1, 273 4 ii, 269 7), 4Q266, böl. 6], Hasat Toplama və Harç İle İlgili Kurallar :[4Q271, böl. 2 (4Q269, böl. 8 i–ii; 270, 3 iii)], Savaşın Kitabı: [4Q285, 8. böl.], Savaşın Kitabı: (11Q14), Tapınak Parşömeni: [(11QT=11Q19–21, 4Q365a, 4Q524), XLVI, XLVIII, XLIX], Tohorot (Saflıqlar): (4Q274 3 i–ii), Hasat Toplama: [(4Q284a) Bölmə 1]“Ölü Dəniz Parşömenləri Kumran Yazıtları” Geza Vermes Çev. Nurfer Çelebioğlu)
[4]Bxn. Ayələrdə keçən “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ifadəsi, başlıca olaraq “cariyələr” olaraq anlaşılaraq bu günümüzədək gəlmişdir. Cariyələrlə əlaqədar say həddi olmadığı kimi, onlarla nikah da lazım gəlmədiyi anlayışı hakim olmuşdur. O halda ma mələket eymanühüm [sözləşmələrinin sahib olduqları] ifadəsiylə kimlərin qəsd edildiyinin təhlil edilməsi vacibdir. İslam gəldiyində, dünyanın hər tərəfində olduğu kimi, Ərəbistan coğrafyasında da köləlik müəssisəsi mövcud olub, satın alma, miras qalma, qaçırma, hərb əsirlərinin kölələşdirilməsi kimi yollarla davam edirdi. İslam, qaynar döyüşdən başqa yollarla əsir almağı və döyüşdə alınan əsirlərin kölələşdirilməsini qadağan etdi (Ənfal/62 və Muhəmməd/4) və beləliklə də, köləlik müəssisəsini tədricən, tamamilə qadağan etdi. XIX yüzildə İngiltərə başda olmaqla digər dövlətlər də köləliyi qadağan edərək bu müəssisəni ortadan qaldırdılar. Təəssüf ki, sözdə bir İslam dövləti olan Osmanlı Dövləti, zənci kölə ticarətini 1857–də, ağ kölə ticarətini isə ancaq 1909–da qadağan etmişdir. Geniş açıqlama üçün Bxn. Təbyinül–Quran; c. 2, s. 167.
Köləlik müəssisəsinin davam etdiyi müddətdə, yerli və beynəlxalq adətlərə uyğun olaraq, qadın və kişi kölələr müəyyən edilmiş şərtlər, sözləşmələr çərçivəsində qoruyucu ailələrin himayələrinə verilirdilər. Bu hami ailələr onların iş-gücündən yararlanır və onları himayə edərdilər. Kölələr din və vicdan müstəqilliyinə sahib olmalarına baxmayaraq, iqtisadi və siyasi baxımdan müstəqil deyildilər. Miras və qəsb yoluyla kölə etmə halı ortadan qalxdıqdan sonra hərb əsirlərindən dəyişməyə tabe tutulmayan, fidyə verilməyən və ailəsindən himayə edəcək kimsəsi tapılmayan xanımlar yenə müəyən edilmiş qaydalar daxilində, birilərinin himayəsinə verilirdi. Bəzən də köləliyin qalxmadığı qonşu bir ölkəyə hədiyyə olaraq, kölələr göndərilirdi.
Bölmədəki “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ilə, “bu şərtlər çərçivəsində himayə altında olan qadınlar” qəsd edilmişdir. Bunlarla cinsi əlaqəyə girə bilmək üçün mütləq yaxınlarından izin alınması və adətə görə, mehirlərini verməklə nikahlanmaları şərtdır (Nisa/24). İslam, nikahsız cinsi əlaqəni təşviq etməz, nikahsız könüllü əlaqəni zina, nikahsız və könülsüz əlaqəni isə təcavüz sayar.
Ayədə bu qadınlar ona görə “və ya” ifadəsiylə ikinci bir qrup sayılır ki, onların keçmişlərində yşadıqları həyatları bilinmir. Onlar, o günün adətində olan mehir nöqteyi-nəzərindən əsl həmşəhəriləriylə bərabər deyillər. Nikahın təməli eyni olmasına rəğmən, incəliklərdə fərqlilıkdən söhbət gedir. Bu cür xanımlara konkret nümunə olaraq bu adlar verilə bilir: Peyğəmbərimizin arvadlarından “Safiyə” bir döyüş əsiridir, Mariyə də ona hədiyyədir. Peyğəmbərimiz hər ikisi ilə də nikahlanmışdır. Həmçinin, bu iki qadın Quranda [Təhrim və Əhzab surələrində] Rəsulullahın “xanımları” olaraq xarakterizə edilmişdir.
Bu gün köləlik müəssisəsi qaldırılmış, adətlərin yerini yerli və beynəlxalq hüquq tutmuşdur. Bu gün bu qavramın, toplama kamplarındakı, sığınma evlərindəki və əsirgəmə qurumlarındakı qadınlar olaraq ələ alınması uyğundur.
[5]Bxn. 4-cü qeyd.