Surə adını 1–ci ayədə keçən القمر [əl–Qəmər] sözündən almışdır.
Mukatil kimi bəzi Quran alimləri, surənin 44–46–cı ayələrinin Mədəni olduğunu irəli sürmüşlər, lakin bu ayələrin yerləşdiyi bölmənin söz axışındakı uyumdan, bu görüşün doğru olmadığı asanlıqla anlaşılır.
Bu surədən əvvəlki Tariq surəsində kafirlərin qurduqları tələ barəsində söhbət açılmışdı. Bu surədə həmin kafirlərə xəbərdarlıq olunmasına davam edilmiş və axirətə inanmaları üçün onlara dəlillər göstərilmişdir. Sonra da Firon, Lut, Səmud, Ad və Nuh qövmlərinə aid hekayətlər şəklində nümunələr göstərilmiş, xəbərdarlığa qulaq asmayan qədim qövmlərin aqibətləri açıqlanmışdır. Surənin sonunda isə, inanmış və bu inanca uyğun olaraq yaşamış olanların xoşbəxtliklərindən bəhs edilərək, onlara mənəvi dəstək verilmişdir.
TƏRCÜMƏ
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
- 1O saat–qiyamətin qopma anı yaxınlaşdırıldı. Və hər şey açığa çıxarıldı.
- 2Onlar isə bir əlamət–nümunə görsələr dərhal üz çevirərlər və “Davam edib gedən bir ovsundur” deyərlər.
- 3–5Quranda özlərinə verilən hər əmr, “qərarlaşdırılmış, ən üstün səviyyədə yetərli, haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş bir qanun, düstur və qayda” olduğu halda onlar yalan saydılar və hərisliklərinə uydular. Şübhəsiz onlara, fikirlərindən döndərəcək xəbərlər də gəlmişdi. Buna rəğmən xəbərdarlıqlar fayda vermir.
- 6–8O halda onlardan geri dur. O gündə Çağırıcının, bilinməyən–unudulan bir şeyə çağırdığı o gündə gözləri düşkün–düşkün, o dəvətçiyə sürətlə qaçaraq qəbirlərindən çıxarlar. Sanki onlar darmadağın olmuş çəyirtgələr kimidirlər. O, kafirlər: – “Bu, çətin bir gündür” deyərlər.
- 9Onlardan əvvəl Nuhun cəmiyyəti də yalan saymışdı. Elə ki, qulumuzu yalan saydılar və “O, gizli güclərlə dəstəklənən–dəlidir” dedilər. Və o başladığı işindən çəkindirilmişdi/onun hər cür fəaliyyətinə mane olunmuşdu. (37/54, Qəmər/1–9)
- 10Buna görə də Nuh Rəbbinə yalvardı: –“Mən həqiqətən məğlub edildim, Mənə yardım et!”
- 11Biz də dərhal sel kimi boşalan bir su ilə göyün qapılarını açdıq.
- 12Yeri də qaynaqlar halında fışqırtdıq–deyərkən sular nizamlanmış bir iş üzərinə bir–birinə qovuşdu.
- 13,14Nuhu da, yaxşılıq bilməzlik edilən adama bir mükafat olmaqla, qorumamız/nəzarətimiz altında axıb gedən lövhələri–taxtaları və mismarları–hörülmüş kəndirləri olan avarlı qayıq– kiçik gəmi üzərində daşıdıq.
- 15Və and olsun Biz, bunu bir ayə olaraq etdik. O halda varmı ibrət alıb düşünən?
- 16Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?
- 17And olsun Biz, Quranı düşünmə–öyüd üçün asanlaşdırdıq–hazırladıq. O halda varmı ibrət alıb düşünən?
- 18Ad da yalan saydı. Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?
- 19,20Şübhəsiz Biz onların üstünə, uğursuz, uzun bir gündə dondurucu–uğultulu, insanları qoparıb atan bir rüzgar göndərdik–sanki onlar kökündən sökülmüş xurma kötükləri kimi idilər.
- 21Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?
- 22And olsun Biz Quranı düşünmə– öyüd üçün asanlaşdırdıq– hazırladıq. O halda varmı ibrət alıb düşünən?
- 23Səmud da o xəbərdarlıqları yalan saydı: 24,25“Bizdən bir tək insanamı, Onamı uyacağıq? Elə edərsək, tam yəqinliklə bilin ki, bir pozğunluq və çılgınlıq içində olaruq, Öyüd–Kitab, aramızdan Onamı buraxıldı? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” dedilər.
- 26Sabah onlar, çox yalançının, həyasızın kim olduğunu biləcəklər. 27,28Şübhəsiz Biz onlara, özlərinə vəzifə olmaq üçün sosial dəstək qurumları qurmalarını və onların fəaliyyətini təmin etmələrini əmr edəcəyik. Onun üçün sən onları müşahidə et və səbr et. Və onlara bu qurumların fəaliyyətini təmin etəcək zəkat–vergi və xərcləmədə mövcud olan vəzifələrinin, öz aralarında pay edilmiş olduğunu xəbər ver–hər kəsin cəmiyyət üçün nə miqdarda iştirak edəcəyi də müəyyən olunmuşdur.
- 29Buna görə yoldaşlarına– idarəçilərinə səsləndilər. O da alacağını alıb sosial qurumları fəaliyyətini təmin edən gəlir qaynaqlarını qurudaraq sistemi çökdürdü.
- 30Yaxşı, əzabım və xəbərdarlıqlarım necə imiş?
- 31Şübhəsiz Biz, onların üzərinə qorxunc tək bir səs göndərdik–ağılçının topladığı kol–kos kimi oldular.
- 32And olsun Biz Quranı düşünmə–öyüd üçün asanlaşdırdıq–hazırladıq. O halda varmı ibrət alıb düşünən?
- 33Lutun cəmiyyəti, xəbərdarlıqları yalan saydı. 34,35Biz onların üzərinə kiçik daşlar yağdıran bir fırtına göndərdik. Lutun ailəsi bundan ayrı tutuldu. Onları qatımızdan bir nemət olaraq səhər vaxtında qurtardıq–Biz özünə verilən nemətlərin qarşılığını ödəyənləri belə mükafatlandırırıq.
- 36And olsun Lut, onları Bizim yaxalamamıza qarşı xəbərdar etmişdi. Fəqət onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar 37Və and olsun Onun qonaqlarından cinsəl mənada faydalanmağa cəhd etdilər. Biz də onların gözlərini korlaşdırdıq– qəbilələrini, soylarını silib süpürdük: 38“Haydi əzabımı və xəbərdarlıqlarımı dadın!”
- 39Və and olsun səhər erkəndən, onları qərarlı bir əzab yaxaladı: “Haydi əzabımı və xəbərdarlıqlarımı dadın!”
- 40And olsun Biz Quranı düşünmə–öyüd üçün asanlaşdırdıq– hazırladıq. O halda varmı ibrət alıb düşünən?
- 41Şübhəsiz Firon ailəsinə də xəbərdar edənlər gəlmişdi. 42Onlar bütün ayələrimizi yalan saydılar. Biz də onları çox qüvvətli və qüdrətli bir yaxalayışıyla yaxaladıq.
- 43Sizin kafirləriniz–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənləriniz, onlardan xeyirlidirmi? Yoxsa yazılarda sizin üçün qurtulacaqlarına dair Allah tərəfındən verilmiş bir sənəd və ya fərmanmı var? 44Yoxsa onlar, “Biz bir–birimizə yardım edən– intiqam ala bilən bir topluluğuq”mu deyirlər?
- 45Yaxında o camaat pozğuna uğrayacaq və arxalarını dönərək qaçacaqlar.
- 46Əslində onlara vəd edilən, o saatdır. O saat, ciddi olaraq daha faciəvi və daha acıdır.
- 47Tam yəqinliklə bilin ki, günahkarlar pozğunluq və çılgınlıq içindədirlər.
- 48O gün üzü üstdə atəşdə sürüklənərlər: “Cəhənnəmin beyinləri qaynadan istisinin toxunuşunu dadın!”
- 49Şübhəsiz ki, Biz, hər şeyi–bəli, hər şeyi bir ölçü, nizamla əmələ gətirdik.
- 50Və buyruğumuz, ancaq göz qırpması kimi bir təkdir–bir anlıq bir şeydir.
- 51Və and olsun Biz, sizin bənzərlərinizi dəyişikliyə, yıxıma uğratdıq. O halda bir düşünən varmı?
- 52Və onların işlədikləri hər şey, yazılarda qeyd altındadır. 53Kiçiyin, böyüyün, hamısı sətir–sətir yazılmışdır.
- 54Heç Şübhəsiz, Allahın qoruması altına girmiş olanlar cənnətlərdədir, bulaqlardadır–aydınlıqlardadır. 55Çox güclü sahibin, idarə edicinin hüzurundakı “qürurverici yerlər”ində–doğrulara məxsus olan, yalan söylənməsi mümkün olmayan, yox olma ehtimalı olmayan sabit məqamlardadırlar.
(37/54, Qəmər/1–55)
TƏHLİL:
1O saat–qiyamətin qopma anı yaxınlaşdırıldı. Və hər şey açığa çıxarıldı.
2Onlar isə bir əlamət–nümunə görsələr dərhal üz çevirirlər və “Davam edib gedən bir ovsundur” deyərlər.
1–2–ci ayənin hərfi mənaları, “O saat yaxınlaşdı. Və ay yarıldı/ay yarılacaq/ay doğdu [hər şey açığa çıxarıldı]. Və onlar bir ayə görsələr dərhal üz çevirirlər və “Davam edib gedən bir ovsundur” deyərlər” şəklindədir. Biz tərcümədə məcazi mənalarını göstərdik.
O saat yaxınlaşdı. Və ay yarıldı ifadəsi barəsində heç bir sübuta əsaslanmayan açıqlayıcılar tərəfindən, məntiqə uyğun olmayan rəvayətlər uydurulmuş, Quran ayələri ilə (dolayısıyla Rəbbimizdən) heç cür uzlaşmayan bir sıra fikirlər qəbul edilmişdir. Ona görə də bu ifadə bu günə qədər doğru anlaşıla bilinməmişdir.
Rəvayətlərə görə hadisə aşağıdakı kimi baş vermişdir:
Rəvayətlərə görə, hicrətdən beş il əvvəl Məkkədə bir axşam vaxtı bütöv ay halındakı ay ikiyə bölünmüş, parçalardan biri dağın üstündə, digəri də dağın önündə bir müddət durmuş, sonra iki parça birləşmiş və ay təkrar keçmiş halına dönmüşdür.
Hadisənin məğzi belə olmaqla yanaşı, bəzi rəvayətçilər uydurmaçılıqda bir xeyli irəli getmişlər və hadisəni ağlagəlməz incəliklərlə bəzəmişdilər. Məsələn, Peyğəmbərimizin bir barmağını aya doğru uzatdığını və ayın ikiyə bölündüyünü, parçalardan birinin Peyğəmbərimizin əbasının yaxasından girib, qolundan çıxdığını irəli sürən rəvayətlər vardır. Təəssüf ki, dini əsər qəbul edilən kitablar vasitəsi ilə Müsəlmanların arasına soxulan bu uydurmalar sadəcə bu məqamlarla da qalmamış, digər uydurma rəvayətlərlə daha da irəli bir nöqtəyə çatmışdır. Əsma binti Amis rəvayətinə görə, guya Heybərdə, ikindi namazını keçirən Əlinin, namazını vaxtında qıla bilməsi üçün, batmış olan Günəş geri gəlmişdir (Günəşin geri gəlmə rəvayəti, inşaallah, Sad/33–ün təhlilində araşdırılacaqdır.) Ancaq biz, bu barədə olan rəvayətlərin uydurma olduqlarını göstərmək üçün, uydurma olanlarına deyil, ən mötəbər qəbul edilən Səhih–i Buxariyə baxmağı yetərli görürük. Buxari, bu hadisə ilə əlaqədar rəvayətlərə, kitabının “Təfsir”, “Peyğəmbərin Əlamətləri”, “Mənkibələr” və “Ənsarın Mənkibələri” bölmələrində təkrar–təkrar yer vermişdir.
Bizim aldığımız örnəklər Təfsir Kitabı bölməsindədir:
İbn–i Məsud (r.a) belə demişdir: –“Rəsulullah (s.ə.s) zamanında ay iki parçaya ayrıldı. Bir parçası dağın üstündə, bir parçası da önündə idi. bu halda Rəsulullah (s.ə.s), “Şahid olun!” buyurdu. [1]
Abdullah b. Məsud (r.a) belə demişdir: –“Biz Peyğəmbərin yanında idik. Ay iki parça oldu. Bu halda Peyğəmbər bizə, “Şahid olun, şahid olun!”– buyurdu. [2]
İbn–i Abbas (r.a), “Peyğəmbər zamanında ay yarıldı” demişdir. [3]
Bizə Şeyban, Katadedən təhdis etdi ki, Enes b. Malik (r.a)–“Məkkə əhalisi Peyğəmbərdən özlərinə bir möcüzə göstərməsini istədilər. Peyğəmbər də onlara ayın yarılmasını göstərdi” demişdir. [4]
Buradakı yazıda da deyilir ki, Enes (r.a), “Ay iki parçaya ayrıldı” demişdir. [5]
İstər yuxarıda nəql etdiyimiz, istərsə də digər hədis kitablarındakı rəvayətlər, Hadisənin İbn–i Məsud, Enes b. Malik, Abdullah b. Ömər, Cübeyr b. Mutim, Abdullah b. Abbas və Əli tərəfindən anladıldığını bildirir.
Lakin hadisənin vaqe olduğu tarixdə [hicrətdən beş il öncə], bu adamlardan Abdullah b. Ömər altı–yeddi yaşlarında idi, Enes b. Malik və Abdullah b. Abbas isə hələ doğulmamışdılar. O illərdə Əlinin də uşaq yaşda olduğunu xatırlasaq, sadəcə İbn–i Məsudun rəşid yaşda olaraq hadisəni görməsi mümkündür. Yəni, İbn–i Məsud bir tərəfə buraxılacaq olursa, belə ciddi bir mövzu bizlərə o tarixdə hələ dünyaya gəlməmiş və ya beş–altı yaşlarında olan uşaqların söylədikləri ilə bildirilmiş olur. Üstəlik biz bilirik ki, Peyğəmbərimizə Qurandan başqa bir möcüzə verilməmişdir. Əslində, əgər özünə belə bir möcüzə verilsəydi, Peyğəmbərimizin bütün Məkkəliləri çağırıb möcüzəsini hər kəsə göstərməsi gərəkirdi. Çünki verilən möcüzənin gərəyi ancaq belə yerinə yetirilə bilərdi. Gecə–gündüz Peyğəmbərimizin yanından heç ayrılmamış olan yetişkin, ağlı başında səhabədən heç birinin adı ilə bu mövzuda bir nəql mövcud deyildir.
Digər tərəfdən, tarix kitablarında da, ayın ikiyə ayrıldığını görərək İslama girən, ya da gördüyü halda inanmayan heç bir ağıllı adamın adı keçmir. Qaldı ki, belə bir hadisə meydana gəlsəydi, dünyanın hər tərəfindən izlənməsi gərəkirdi və bu mövzuda başqa hal şahidləri də olardı.
Əsasən, yuxarıdakı kimi bir neçə adamın verdiyi xəbərlərə istinad edən və Üsul elmində “xəbər–i vahid” və “xəbər–i məşhur” deyilən xəbərlər, imana aid mövzularda və haram–halal mövzularında dəlil olaraq istifadə edilməzlər. Yəni, sağlam dəlillərə istinad edilməsi gərəkən inanc, “xəbər–i mütəvatir” olmayan xəbərlərlə əmələ gətirilə bilməz.
Nəticə olaraq deyə bilərik ki, bu yanlış inancın hədis qaynağı çürük və təməlsizdir. Əslində biz, yuxarıda adı keçən adamların belə bir açıqlama etdiklərini də qəbul etmir, hadisələrin sonradan uydurulub, onlara isnad edildiyini düşünürük. Bu uydurmalara burada yer verməyimizin səbəbi isə tamamən təşhirə yönəlikdir.
Qurana görə hadisə:
Yuxarıdakı rəvayətlərə görə hadisə, Məkkə xalqının möcüzə görmək tələbi qarşısında gerçəkləşmişdir.
Belə ki, ayın ikiyə bölünməsi hadisəsinın müşriklərin möcüzə istəklərinə verilmiş bir cavab olduğunu söyləmək, Quran ayələrinin açıq olan mənalarına tərs olur. Digər tərəfdən, Peyğəmbərimizin belə bir möcüzə etdiyini söyləmək, Allahın son peyğəmbəri üçün müəyyən etdiyi vəzifənin “sadəcə təbliğ” olduğunu bildirən ayələrlə də ziddiyyət təşkil edir.
Yəni, rəhməti gərəyi Rəbbimizin konkret möcüzə vermək istəmədiyini bildirən Quran ayələri, bu iddianın apaçıq bir yalan olduğunu birbaşa iftiraçıların üzlərinə vurur:
- 59Və Bizi, əlamətləri/nümunələri göndərməkdən, ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən biçimdə sosial dəstək qurumları qurmaları vəzifəsini vermişdik və onunla haqsız davranmışdılar. Və Biz, o əlamətləri–nümunələri ancaq qorxutmaq üçün göndəririk. (İsra/59)
- 5Əksinə onlar: “Bunlar, qarmaqarışıq yuxulardır, yox–yox onu özü uydurdu/yox–yox o bir şairdir. Haydi belə isə, öncəki göndərilənlər kimi bizə bir əlamət/nümunə gətirsin” dedilər.
- 6Onlardan öncə yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman edəcəklər? (Ənbiya/5–6)
Yuxarıdakı ayələrdən anlaşıldığına görə, qədim cəmiyyətlər özlərinə göstərilən konkret möcüzələrə baxmayaraq, yalan saymağa davam etmişlər və buna görə də həlak edilmişdilər. Rəbbimiz insanların keşmişdə ortaya qoyduqları bu davranışlarını təkrarlayacaqlarını bildiyindən, hər meydan oxumağa konkret bir möcüzə ilə cavab vermək istəmədiyini bildirir. Beləliklə də inanmayanlara, bu dünyadakı həyatlarının sonuna qədər tövbə edərək, inanma fürsəti də verilmiş olur. Əslində elə Peyğəmbərimizin də fikrində, Allahın bu bildirişinə baxmayaraq, müşriklərin israrlı tələblərinə qarşı onlara bir möcüzə göstərmə arzusu olması mümkün deyildir:
- 38And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da həyat yoldaşları və nəsil [övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni/biliyi olmadan hər hansı bir əlamət/nümunə gətirmək də yoxdur. Hər müddət sonu üçün bir yazı vardır. (Rad/38)
- 50Və onlar, “Ona Rəbbindən əlamətlər/nümunələr endirilməli deyildimi?” dedilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allahın qatındadır. Mən isə ancaq açıq–aşkar bir xəbərdar ediciyəm.” (Ənkəbud/50)
İsrarla, konkret möcüzələr istəyən müşriklərin bu istəkləri şişirdilmişdir və şişirdilmiş olduğu qədər də səmimiyyətdən uzaqdır:
- 90–93Və “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə əsla inanmayacağıq. Yaxud sənin xurmalardan, üzümlərdən ibarət bir bağın olmalı idi. Onların aralarında şırıl–şırıl bulaqlar axıtmalısan. Yaxud, iddia etdiyin kimi, göyü parçalar halında üzərimizə düşürtməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Yaxud sənin qızıl bəzəkli bir evin olmalıdır, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yüksəlişinə, öyrənib öyrədəcəyimiz bir kitabı bizə endirməyinə qədər əsla inanmarıq” dedilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən, bəşər bir elçidən başqa bir şeymiyəm ki?!” (İsra/90–93)
Möcüzə göstərməyin Allahın özünə müəyyən etdiyi bir vəzifə olduğunu, onun Peyğəmbər üçün müəyyən etdiyi hədləri xaricində qaldığını bilən Peyğəmbərimizin, Müşriklərin özündən konkret bir möcüzə göstərməsinə yönəlik israrlı və şişirdilmiş tələbləri qarşısında, onlara bir möcüzə göstərməsi mümkün deyildi. O, Allahın təlimatlarına uyğun olaraq məcbur idi ki, bu israrlı tələblərə, möcüzələrin sadəcə Allah qatında olduğunu, özünün də sadəcə bəşər [insan kökənli] bir Allah elçisi olduğunu bildirərək, cavab versin.
Nəticədə müşriklərin bu yöndəki israrlı və şişirdilmiş tələbləri bilavasitə Rəbbimiz tərəfindən, Quranın tək və yetərli bir möcüzə olduğu bildirilərək, cavablandırılmışdır:
- 51Özlərinə oxunan Kitabı, şübhəsiz, Bizim sənə endirmiş olmağımız onlara yetmədimi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır. (Ənkəbud/51)
Rəbbimizin Peyğəmbərimizə verdiyi möcüzə, müşriklərin gözlədikləri kimi bir möcüzə deyil, möcüzələrin ən böyüyü idi. Bu böyük möcüzə nə insanı heyrətlər içində buraxan bir görüntü, nə də şahid olanların ağıllarını sarsan bir hadisə şəklindəydi. Eşitdikləri, anladıqları, könülləri bürüyən, idrakları sarsan, hikmət dolu sözlər şəklindəydi. Quran adlı bu ilahi sözlər, qiyamətə qədər hər kəsi aciz qoyan əbədi bir möcüzəydi. Bunca Quran ayəsinə rəğmən, bəzi Müsəlmanlar, uydurulmuş rəvayətlərin qaranlığında yeriyərək məsələyə hələ, “Allah istərsə, niyə olmasın?” deyərək yaxınlaşır və bir çox əsilsiz hadisəyə, sanki gerçəkdən olmuş kimi inanmağa davam edirlər. Bilinməlidir ki, burada bəhs edilən məqam, Allahın belə bir hadisəyə [ayın yarılmasına] güc yetirib, yetirə bilməyəcəyi deyildir. Çünki Allahın hər şeyə qadir olduğunda heç şübhə yoxdur.
Əsl məsələ, belə bir hadisənin həqiqətən də olub olmadığı və bu hadisənin Quranla və ağılla uyğun olub olmamasıdır. İnananların edəcəkləri şey, hər mövzuda olduğu kimi, bu mövzuda da sadəcə Rəbbimizin ismarıclarına diqqətlə yanaşmaqdır. Əks təqdirdə, Allahın sonsuz qüdrətini dilə gətirmək həvəsinə qapılan cahillərin, ya da dindar kütlələr sayəsində iqbal və etibar çevrilişi etmək istəyən pis niyyətlilərin növbənöv möcüzələr uydurmasının yolu açılır. Peyğəmbərimizə cürbəcür möcüzələr isnad etməyin gedərək varacağı nöqtə isə, Katolik inancındakı əzizlik qurumuna bənzəyən bir “övliyalıq” məqamının ortaya çıxması və bu məqama çatdığına inanılan “vəli”lərə [Allah dostu] də, Katolik əzizlərinə isnad edilənlərdən az olmayacaq sayda kəramətin yaraşdırılması nöqtəsidir. Belə ki, bu müddət İslam tarixi boyunca birəbir yaşanmış və övliya mövqelərinin könüllərə verdiyi şirin xülyalar üzündən, cahil xalq kütlələri həyatın gerçəklərindən yüz illərlə xəyal yaşamaq məcburiyyətində qalmışdır. Nəticədə, Ayın yarılması rəvayəti, Quran nöqteyi nəzərindən də çürük və təməlsiz olub, sadəcə Peyğəmbərimizə “sehirbaz” deyənlərin istifadə edəcəyi bir materialdır.
Rəvayətlərdə mövzunun necə təhrif olunduğunu gördükdən sonra, 1–2–ci ayələrin təhlilinə dönə bilərik:
Qəmər surəsi, Tarıq surəsinin davamı mahiyyətindədir. Quranın rəsmi düzülüş halına gətirilməsi zamanı ayrı surələr olaraq adlandırılaraq, aralarına sədd qoyulmuş olsa da, ayələrdəki mövzular və bağlamlar bu sədləri aşır. Məsələn, 2–ci ayənin başındakı vav bağlayıcısı, Tarıq/15–dəki yekidunə felinə yönəlikdir. Aradakı mötərizə içi ifadələr qaldırıldığında cümlə bu şəkildə olur: Şübhəsiz onlar olduqca tələ qururlar –……………..– və bir ayə görsələr, dərhal üz çevirirlər və “Davam edib gedən bir cadudur” deyirlər.
Bu halda 2–ci ayədəki onlar əvəzliyi ilə qəsd edilənlərin, Tariq/15–dəki onlar əvəzliyi ilə qəsd edilənlərlə eyni olduğu anlaşılır. Bunlar, Bələd/19–da əshab–i məş’əmə olaraq xarakterizə edilənlərdir.
O saat yaxınlaşdı: Burada yaxınlaşdığı bildirilən السّاعة [sa‘at], “qiyamət saatı”dır. O saat, “qiyamətin qopduğu, hər kəsin öldüyü qiyamət gününün birinci mərhələsi”dir. Saat sözü, Quranda həmişə bu mənada işlədilmişdir.
Və ay yarıldı: Rəbbimizin ismarıcının doğru anlaşılması və rəvayətlərdə olduğu kimi xürafələrə qapılmaması üçün bu cümlə üzərində ciddi düşünmək lazımdır:
İnşiqaq [yarılma]: انشقاق [inşiqaq] sözü, شقّ [şaqq] sözünün infial babına nəql edilmiş şəklidir və mutavaat [təsirlənərək uyma] mənası ehtiva edir. Yəni, inşiqaq sözü ilə ifadə edilən yarılma, məruz qalınan “yarma” təsirinə müqavimət göstərmədən, qarşı çıxmadan, uyaraq meydana gələn yarılmadır. Ona görə də öncə şaqq sözü təhlil edilməlidir:
Şaqq sözü, soyuq və ya hər hansı bir səbəbdən “əldə və ya üzdə meydana gələn çatlaqlar” üçün işlədilən شقاق [şiqaq] sözündən gəlir. Ərəblər heyvanların dırnaqlarında və biləklərindəki çatlamağa [xəstəliyə] şiqaq deyirdilər. Sonralar da cilddə hər cür çatlaq əmələ gətirən xəstəliyə şiqaq demişdilər. شقاق [şiqaq] məcazi olaraq da “ayrılıqçı, təfriqə çıxaran, normal nizamı pozan” mənalarında işlədilir.
Şaqq isə, “sad–ı bain” [ayırıcı çat] deməkdir. Otun torpaqdan çıxması, uşağın dişinin çıxması, şaqq sözüylə ifadə edilir. Şaqq, eyni zamanda طلوع [tulu‘-doğuş] mənasındadır. Səhərin açılmasına da الصّبح شقّ [şaqqu-ssubh] deyilir. Çünki sabah da qaranlıqları çatladaraq, gündüzlə Gecəni ayırır.[6]
Raqıb əl İsfəhani isə sözü belə açıqlamışdır:
Şaqq, “hər hansı bir şeydə meydana gəlmiş çatlaq”dır. Deyilmişdir ki: “Ayın inşiqaqı, Peyğəmbər zamanındadır” və yenə deyilmişdir ki: “Ayın inşiqaqı, “qiyamətin qopacağı vaxt ortaya çıxacaq yarılma”dır” və yenə deyilmişdir ki, “Bunun mənası, “ işin üstünün açılması” dır.[7]
Yuxarıda verilən hər iki lüğətdəki məlumatlara görə, şaqq sözü, bir almanı bölmək kimi, bir şeyin ikiyə, üçə bölünərək ayrılması mənasına deyil, bir şeyin üzərində yarıqların, çatlaqların əmələ gəlməsi mənasına gəlir.
Belə ki, Bəqərə/74, Məryəm/90, Rəhman/37, Haqqa/16, Əbəsə/26 və İnşiqaq/1–də də şaqq sözü, “bir şeyin üzərində və ya bünövrəsində meydana gələn yarılmaları, çatlamalar”ı ifadə etmək üçün işlədilmişdir.
Şaqq sözünün bu mənasına görə, Ay yarıldı ifadəsi, “ay üzərində bir sıra yarılmalar, çatlamalar olduğu” mənasına gəlir ki, aya gedildiyi dövrdə [1969], orada ayaq izlərinin əmələ gəlməsi və ay səthindən parça qoparılması səbəbiylə, bu ayənin gerçəkləşmiş olduğu irəli sürülmüşdür.
Lüğətlərdə şaqq sözünün qarşılığı olaraq verilən mənalara baxmayaraq, Ay yarıldı ifadəsinin, “ayın iki parçaya ayrıldığı” mənasına gəldiyini irəli sürən bəziləri, sadəcə yuxarıda nəql etdiyimiz zəif və uydurma hədislərdən dəstək alan bu görüşlərinə, ayədəki felin keçmiş zaman kipi ilə işlədilməsini dəlil göstərmişdilər. Həqiqətən də Rəbbimiz, axirət və qiyamət səhnələrini anladarkən, ayələrdəki felləri keçmiş zaman şəklində işlədir. Beləliklə, qiyamət və axirətin mütləq gerçəkləşəcəyi vurğulanmış olur. Bu ifadə tərzi bəzən gündəlik həyatda da işlədilir.
Məsələn, etməyə qəti qərarlı olduğumuz bir iş üçün, hələ o işə başlamadan “o iş bitdi” və ya “etdim belə” şəklində danışırıq. Bu sözlərlə o işi “qətiliklə edəcəyimizi” ifadə etmiş oluruq. Rəbbimizin qiyamət və axirətin mütləq gerçəkləşəcəyini vurğulamaq üçün keçmiş zaman şəklində fellər işlətməsi də belədir. Belə ki, qiyamət səhnələrindən olacaq olan “Sura üfürülmə” də sanki olmuş–bitmiş kimi keçmiş zaman şəklində verilmişdir. Bunu Kəhf/99, Möminlər/101, Ya– Sin/51, Zümər/68, Qaf/20 və Haqqa/13–də görmək olar.
- 1Allahın əmri qətiliklə gələcək. Artıq onun təcili olmasını istəməyin. Allah, onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır. (Nəhl/1)
Həmçinin, Rəhman/37, Haqqa/14–16, İnşiqaq/1–5, İnfitar/1–4, Təkvir/1–14, Əraf/38–50, Zümər/68–74–ə də baxıla bilər.
Bu yaxınlaşma ilə mövzumuz olan ayənin mənası, “Qiyamət yaxınlaşdığında, ay mütləq yarılacaqdır” demək olur. Hasan–i Basri, Əbu’s–Suud, Osman b. Ata, Nəsəfi kimi alimlər və bütün çağdaş alimlər də bu mənaya üstünlük vermişdilər.
“Şaqq” sözünün “tulu‘” [doğuş] mənasında olması: Sözün bu mənası nəzərə alındığında, Ay yarıldı ifadəsindən, “ayın doğulub, ortaya çıxdığı və qaranlığı çatlatdığı” mənası alınır. Şəms surəsinin təhlilində, Günəşi təqib edən ay ifadəsinin, “Quranı izləyən Peyğəmbər” mənasına gəldiyi istiqamətində bir təsbit etmişdik. Bu təsbitə uyğun olaraq, eyni məna buraya daşınaraq, Ay yarıldı ifadəsindən, “Peyğəmbərin göndərildiyi və açığa çıxdığı, onunla da yaxşı ilə pisin, iman ilə küfrün, hidayət ilə dəlalətin açıqlığa qovuşdurulduğu” anlaşıla bilər. Belə də ifadə edilə bilər: Ayın yarılması, ay doğduğu əsnada qaranlığın yarılmasıdır. Bu deyim [şaqqül–Qəmər], “vəziyyət aydınlandı, ortaya çıxdı” mənasında işlədilir. Belə ki, Ərəblər, bəzi açıq və müəyyən halları ifadə etmək üçün atalar sözlərində “ay” sözünü işlədirlər.
Mutavaat mənası daşıyan انشقّت [inşaqqat] sözünə bu məcazi məna istiqamətində baxıldığında, surənin 1–2–ci ayələri aşağıdakı mənaya gəlir:
Saat [Qiyamət] yaxınlaşdı. Və hər şey Allah tərəfindən açıqlığa qovuşduruldu. Və onlar bir ayə görsələr dərhal üz çevirirlər və “Davam edib gedən bir ovsundur” deyirlər.
Yəni, saat yaxınlaşıb ay yarıldığı, hər şey açıqlığa qovuşdurulduğu halda, gördükləri möcüzələrdən üz çevirirlər. Olacaq olmadan, başlarına bəla gəlmədən ağıllanmırlar. Aqibəti düşünmürlər. Gördükləri ayələrdən ibrət almaq əvəzinə, “həmişəki bir sehrdir” deyərək üz çevirirlər.
Buradakı اية [ayə] sözü, “heyrət verici əlamət, fövqəladə vəziyyət, möcüzə” mənasına gəlir. Qayda olaraq, bir şərt cümləsində yer alan nəkrə [qeyri müəyyən] kəlmələr, mənfi cümlələrdəki nəkrə kəlmələr kimi, mücərrəd və ya konkret hər hansı bir varlığın bütün cinsini ifadə edən cins adı mahiyyətindədirlər. Bu qaydaya uyğun olaraq, buradakı ayə sözü, hər hansı bir möcüzə mənasında olub, hər cür möcüzəni də içinə alır.
Bu halda, Əvvəldən bəri davam edib, gələn bir sehrdir deyən müşriklərin, gördükləri heç bir ayəni, heç bir dəlili, heç bir möcüzəni nəzərə almadıqları vurğulanmış olur. Qurandan başqa bir möcüzə görmədikləri üçün, müşriklərin gördüyü və nəzərə almadıqları ifadə edilən ayələr/möcüzələr, Quran ayələridir.
Xatırlayarıqsa, müşriklərin bu tövrü barədə əvvəl Müddəssir surəsində də bəhs edilmişdi:
- 18–25Şübhəsiz o, düşündü və ölçü qoydu. –Artıq o məhv oldu. Necə bir bir ölçü qoydu! Yenə o məhv oldu. Necə bir ölçü qoydu!– Sonra baxdı. Sonra üzünü turşutdu, qaşlarını çatdı. Sonra, arxasını döndü və təkəbbürləndi də: “Bu, söz–söhbət halında gələn bir cadudan başqa bir şey deyil. Bu, bəşər sözündən başqa bir şey deyil” dedi. (Müddəssir/18–25)
Burada “davam edib gələn” olaraq çevirdiyimiz sözün orijinali مستمرّ [müstəmr] – dir. Bu söz birdən çox mənaya gəlir. Bu mənaları belə sıralaya bilərik:
- “Davam edən” mənasına gəlir ki, əslində elə gələn vəhylər və edilən təbliğlər də kəsilməzdir, davamlıdır, davam edir.
- المرّة [əl–mırrətu] sözündən törəmiş olub, “güclü” mənasına gəlir.
- المرارة [əl–mırarətu] kökündən törəmiş olub, “öd kisəsi” mənasına gəlir. Buna görə ifadə, “Bu, acı, dadı pozulmuş bir sehrdir” mənasında olur.
- “Keçici, keçib gedən, zaval tapan” mənasındadır. Söz bu məna ilə dəyərləndirildiyində isə sehrin müvəqqətiliyi, daimi olmadığı vurğulanmış olur.
Biz, “davamlı, davam edən, sürüb gələn” mənasının ən uyğun məna olduğu qənaətindəyik. Çünki müşriklərin “cadu” olaraq xarakterizə etdikləri ayələr davamlıdır, kəsilməzdir. Müşriklər özlərinə təbliğ edilən ayələrin özünü araşdırmağa yanaşmır və bu ayələrin mənalarına arxalarını dönürlər. Bir dəlilə və sübuta əsaslanmadan, sırf kefləri istədiyinə uyaraq, gördükləri ayələri və bu ayələrlə ortaya qoyulan gerçəkləri heç araşdırmadan, düşünmədən yalanlayırlar.
Doğru anlaya bilmək məqsədiylə, surənin əvvəlindən bəri üzərində təhlil etdiyimiz ilk iki ayədəki qısa və məxsusi ismarıc, Rəbbimiz tərəfindən Ənbiya surəsində daha geniş verilmişdir:
- 1İnsanlar üçün hesabları yaxınlaşdı. Onlar isə saymamazlıq içində, məsafəli duranlardırlar.
- 2,3Rəbblərindən özlərinə gələn hər yeni öyüdü/xatırlatmanı ancaq oyun edərək və qəlbləri əylənərək dinlərlər. Və şərik qoşaraq yanlış–öz zərərlərinə iş görənlər, aralarında bu pıçıltını gizlətdilər: “Bu, sizin kimi bir insandan başqa bir şeydirmi? Artıq gözünüz görə–görə ovsunamı gedirsiniz?”
- 4De ki: “Mənim Rəbbim göydə və yerdə hər sözü bilir. Və O, ən yaxşı eşidən, ən yaxşı biləndir.”
- 5Əksinə onlar: “Bunlar, qarmaqarışıq yuxulardır, yox–yox onu özü uydurdu, yox–yox o bir şairdir. Haydi, belə isə, öncəki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” dedilər.
- 6Onlardan öncə yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman edəcəklər?
- 7Və Biz, səndən öncə də, ancaq özlərinə vəhy etdiyimiz yetkin şəxsləri göndərdik/elçi etdik. Haydi, siz bilmirsinizsə Öyüd/Kitab Əhli olanlardan/vəhy biliyi olanlardan soruşun.
- 8Və Biz o elçiləri yemək yeməyən bir cəsəd etmədik. Onlar əbədi qalıcılar/ölümsüz də deyildilər.
- 9Sonra Biz onlara, verdiyimiz o sözü yerinə yetirdik. Beləcə onları və dilədiklərimizi qurtardıq. Həddini aşanları da dəyişimə/yıxıma uğratdıq.
- 10Heç şübhəsiz Biz sizə, öyüdünüz/şan şərəfiniz içində olan bir kitab endirdik. Buna rəğmən hələ ağıllanmayacaqsınızmı?
- 11Biz, Şərik qoşmaqla yanlış–öz zərərlərinə iş edən necə şəhərləri də qırıb keçirdik. Onlardan sonra da başqa cəmiyyətləri var etdik.
- 12Belə ki, onlar əzabımızın şiddətini hiss etdikləri zaman ondan sürətlə uzaqlaşıb qaçırdılar. 13Sürətlə uzaqlaşıb qaçmayın, sorğu–sual olunmağınız üçün, içində öyünüb azdığınız şeylərə və evlərinizə dönün.
- 14Onlar: –“Yazıqlar olsun bizlərə! Şübhəsiz biz, gerçəkdən yanlış davrananlar/öz zərərlərinə iş edənlərmişik” dedilər.
- 15Bax budur, onların bu çağırışları, onları biçilmiş bir əkin və sönmüş ocaq/kül halına gətirincəyə qədər sona çatmadı. (Ənbiya/1–15)
3–5Quranda özlərinə verilən hər əmr, “qərarlaşdırılmış, ən üstün səviyyədə yetərli, haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş bir qanun, düstur və qayda” olduğu halda onlar yalan saydılar və hərisliklərinə uydular. Şübhəsiz onlara fikirlərindən döndərəcək xəbərlər də gəlmişdi. Buna rəğmən xəbərdarlıqlar fayda vermir.
Bu ayə qrupunda ilk olaraq Müsəlmanlar arasında yanlış mənada işlədilən حكمة [hıkmət] sözü üzərində durmaq lazımdır. Quranda ilk dəfə bu surədə keçən və bizim də “zülm və fəsadı [qarışıqlığı] önləyən qayda” olaraq çevirdiyimiz hıkmət sözü, ayədə بالغة [bəliğə] sifətiylə birlikdə yer almışdır.
Buna görə, ayədəki حكمة بالغة [hikmət–ün bəliğə] tamamlığı, “ən üstün səviyyədə, yetərli olacaq şəkildə, zülm və fəsadı əngəlləyən qayda” mənasına gəlir.
“Hikmət” sözünün doğru mənası: حكمة [hikmət]in nə olduğunu anlamaq üçün sözün lügəti mənasını bilmək yetərlidir.
Hıkmət sözü,حكم [hökm] sözünün bir törəməsi olub, “bina–i nəv’i, ism–i nəv’i” qəlibindədir. İşlədildiyi felin bütün mənalarını təmsil edən bir isim xüsusiyyətindəki bu qəlibdən bir çox söz törədilmişdir.
Bu sözlərdən bir çoxu Ərəbcədəki mənalarıyla dilimizə də keçmişdir. Dilimizdə yayğın olaraq işlədilən bu qəlibdəki sözlərdən bir qismi bunlardır: Bidət, cinnət, fikrət, fitnə, firqət, qiybət, xidmət, hicrət, illət, iffət, qiymət, qismət, minnət, möhnət, nemət, rüfət, ricət, şirkət, şiddət, zinət.
Hikmət də eyni qəlibdən gəldiyi kimi, hikmətin törədildiyi hökm sözünün törəmələri olan həkim, hakim, hakimiyyət, hökumət, möhkəm, təhkim, mühakimə, məhkəmə, ehkam və təhəkküm kimi bir çox söz də dilimizə keçmişdir və öz sözümüz kimi işlədilir.
Hökm sözünə, söz və termin mənası olaraq bu gün əlimizdəki Ərəbcə lüğətlərdə verilən qarşılıqlar bunlardır: “Hökm etmək, mühakimə etmək”; “işi sağlama almaq, sağlamlaşdırmaq”; “üzün ön qismi, alın”; “şan, şərəf”; “çağırmaq, məhkəmələşmək”; “hakimlik etmək, təcrübəli mütəxəssis”; “hikmət sahibi olmaq, hakim olmaq.” Allame İbn–i Manzurun Lisanü’l–Arab adlı əsərində حكم [hakəmə] sözünün əsas mənasının منع [mənə‘a=əngəl oldu] demək olduğu bildirilir. Bu halda hakəmə sözünün məsdəri olan hökm sözü də “əngəl olmaq” mənasına gəlir.
Ərəblər bu sözü, “insan və ya heyvana mane olmaq, onu nəzarət altına almaq” mənasında işlətmişdilər. Sözün İslam öncəsi Ərəb şerində bu mənada işlədildiyini göstərən yüzlərlə örnək vardır. Həmçinin heyvanların nəzarətini təmin edən, “gem=qantarğa” deyilən alətə də Ərəblər حكمة [hakəmə] demişdilər.[8]
Quran dövründə isə, sözün mənası bir az daha özəlləşərək, “zülmə və fəsada əngəl olmaq” mənasında işlədilmişdir. Hakəmə sözündən törədilən sözlər də o dövrdə özəlləşmiş olan bu mənaya uyğun olaraq işlədilmişdir.
Bu sözlərdən bir neçəsi və işlədildikləri mənalar belədir:
* Hakim: Zülmə və fəsada əngəl olan adam.
* Məhkəmə: Zülmə və fəsada əngəl olunan yer.
* Ehkam: Zülmə və fəsada əngəl oldurma.
* Möhkəm: Zülmə və fəsada qarşı əngəllənmiş.
Sözün Quranın endiyi dövrdə bu xüsusiləşmiş məna anlamında işlədildiyinə dair Peyğəmbərimizə isnad edilmiş məşhur bir hədis belə mövcuddur: حكّم اليتيم كما تحكّم ولدك [hakkimu’l–yetimə kəma tühakkimu vələdəkə=öz uşağını əngəllədiyin kimi, yetimi də əngəllə!], yəni “Öz uşağına qarşı olan zülmə, fəsada, pis yetişməyə mane olduğun kimi, yetimə də mane ol ki, o da yaxşı yetişsin, pis birisi olmasın”.
حكم [hökm] məsdərinın bütün törəmələri bu mənaya uyur. Dilçilik elminin qaydalarına görə bu sözdən bir çox fərqli söz daha törətmək mümkündür. Belə ki, hökm məsdərinın fərqli törəmələri Quranda 210 yerdə keçir və diqqətlə araşdırıldığında, hamısının da “zülmə və fəsada mane olma, əngəlləmə” mənasında işlədildiyi açıqca görünür.
Hökm məsdərindən törəmiş olan حكمة [hıkmət] sözü, ism–i nevi qəlibinə girmiş olduğuna görə, “zülmə və fəsada əngəl olma”nın adı olmaq mənasındadır. Bu mənaya görə hıkmət‘ə verilməsi gərəkən ən uyğun məna, “zülm və fəsadı əngəlləmək üçün qoyulmuş olan qanun, düstur və qayda” olur.
Hikmət sözü, hamısı da sözün təbii mənasıyla işlədilərək, Quranda 19 ayədə 20 dəfə keçir. Söz Quranda ilk dəfə, Məkkədə enən, 37–ci surə olan Qəmər surəsində yer almış və bu ayədən sonrakı ayələrdə keçən hıkmət sözləri, yenə Quran tərəfindən müfəssəl olaraq açıqlanmışdır.
Haqqında bəhs edilən ayəni, hıkmət sözünün bu mənasını nəzərə alaraq dəyərləndirdiyimizdə, vəhylə kütləyə gələn “qərarlaşdırılmış, zülm və fəsadı əngəlləyən üst səviyyədə qaydalar və bunlardan vaz keçirəcək xəbərlər”ə baxmayaraq, inancsızların kef, istək və həvəslərinə uyaraq, ömürlərini Allaha üsyan edərək keçirməyi tərcih etdikləri anlaşılır.
İnancsızların bu tövrləri barədə daha öncə Qiyamət surəsində də bəhs edilmişdi:
- 5Əslində o insan, önünü–qalan ömrünü din–iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir. (Qiyamət/5)
Ənba’ [önəmli xəbərlər]: أنباء [ənba’], “önəmli, mühüm xəbərlər” deməkdir. Belə ki, Nəml/22, Hücurat/6 və Al–i İmran/44 – də geniş olaraq görə biləcəyimiz kimi, نبأ [nəbə’] və انباء [ənba’] sözləri Quranda ancaq ağırlığı və önəmi olan şeylər üçün işlədilmişdir. Yuxarıdakı bölmədə işarət edilən önəmli xəbərlər, Qurandakı keçmiş cəmiyyətlərə aid hekayətlərdir. Bu mövzuyla əlaqədar daha geniş açıqlama, surənin sonunda verilən “Hikmət” başlıqlı əlavə yazıda verilmişdir.
Bu açıqlamalara görə 3–5–ci ayələrin təqdirini bu şəkildə etmək mümkündür: “Özlərindən öncə yaşamış və ilahi ismarıcı yalan saymış cəmiyyətlərin yox edilmələrinin və yenə Quranda təsvir edilən axirət səhnələrinin xəbərləri onlara gəldi. Bütün bu xəbərlər, yanlış yolda olanların vəziyyətlərini dəyişdirmələrini təmin edəcək xüsusiyyətdə xəbərdarlıqlardır. Yenə bu əmrlər, onları zülm və fəsaddan ən üst səviyyədə əngəlləyəcək qanunlar və qaydalardır. Amma buna rəğmən, xəbərdarlıqlar onlara fayda vermir.”
6–8O halda onlardan geri dur. O gündə Çağırıcının, bilinməyən–unudulan bir şeyə çağırdığı o gündə gözləri düşkün–düşkün, o dəvətçiyə sürətlə qaçaraq qəbirlərindən çıxarlar. Sanki onlar darmadağın olmuş çəyirtgələr kimidirlər. O, kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlər, “Bu, çətin bir gündür” deyərlər.
Bu bölmədə Məkkəli müşriklərin halları sərgilənir və Peyğəmbərimizə o zavallılardan üz çevirməsi, onları öz hallarına buraxması təlqin edilir: – “Artıq onları öz halına burax! Çünki sən onlara, fikirlərindən döndərmək üçün ən inandırıcı dəlilləri gətirdin və qiyaməti inkar etdikləri, peyğəmbərlərini yalan saydıqları üçün cəzalara çarpdırılan qövmlərdən ibrət verici, fikrindən döndərici tarixi örnəklər verdin. Bütün bunlara rəğmən, onlar hələ də dərs almırlar. Onları öz halına burax, artıq onlarla sözlü münaqişədə olma, onlarla qaynaşma, səmimi olma və onlardan geri dur!”
Xatırlayacağımız kimi, Rəbbimiz Peyğəmbərimizə Qələm/44–də, Onları Mənə burax!; Nəcm/29–da da, Onlardan məsafələn! şəklində təlqin etmişdi. Yuxarıdakı ayədə verilən əmr isə öncəkilərdən daha geniş əhatəlidir. Çünki burada işlədilən təvəlla sözü, salla sözünün antonim mənalısı olub “dəstək verməmək, yardımçı olmamaq, arxa çevirmək” mənasına gəlir.
Münadi [çağirici]: Qaf/41–42–nin təhlilində də dediyimiz kimi, bəhs edilən çağırma, istər vasitəli, istərsə də vasitəsiz olsun, Çağırıcı bilavasitə “Rəbbimiz”dir.
نكر[nükr]: Ayənin orijinal mətnində yer alan نكر [nükr] sözünün;
- Bu gün yayğın olaraq işlədildiyi kimi, “inkar edilən, çirkin, qəbul edilməyən” mənası əsas götürülərsə, “Çağırıcı”nın onları münkər olan [qəbul etmədikləri, çirkin hesab etdikləri] şeyə çağırdığı;
- منكّر [münəkkər=unudulmuş, ehtimal verilməyən] mənası əsas götürülərsə, çağırıcının onları cəhənnəmə, yəni onlara görə olmamalı olana çağırdığı anlaşılır. Belə ki, Ərəblər, “Bunun belə olmaması gərəkirdi”, “Bu, olmamalıydı”, “O adam münkərdən nəhy edər” [olmamalı olandan qadağan edər] kimi ifadələrdə həmişə eyni sözü işlədirlər.
- خشّاعا ابصارهم [huşşa‘an əbsaruhum [gözləri düşkün–düşkün]:Bu deyim, “gözləri hüşu içində” deməkdir. Gözlərdəki bu hüşu, qorxudan, peşmanlıq və utancdan, ya da dəhşətdən qaynaqlanmış ola bilər. Yəni çağırılanlar, hadisənin və ya başlarına gələcəklərin qorxusuyla, hadisənin dəhşətiylə, duyduqları peşmanlıq və utancla gözləri hüşu içində qəbirlərdən çıxacaqlar və çağırıcıya doğru fırlayacaqlar. Bunlar ayədə darmadağın çəyirtgə sürüsünə bənzədilmişdir.
Bu bənzətmə, onların çox olmaları və dalğalanmaları baxımından edilmiş ola biləcəyi kimi, onların çaşqınlığını və gücsüzlüyünü ifadə etmək üçün də edilmiş ola bilər. Bu mövzuyla əlaqədər bu açıqlama uyğun bir təsbitdir:
Aha, budur, o gün insanların məzarlarından çıxması çəyirtgələrə bənzədilir. Yaxşı, bəs niyə çəyirtgələrə? Allah niyə bu misalı, nümunəni seçmişdir? Son yüz ildə həşəratlar üzərində mikro kameralar və sistemli şəkildə müşahidə edilən araşdırmalar bizə çəyirtgələrin nəyə görə nümunə olaraq göstərildiyini açıqlayır. Hər şeydən öncə çəyirtgə sürüləri çox sıxlıqdır.
Milyardlarca çəyirtgə bir yerə toplanaraq, kilometrələrlə uzunluq və genişlikdəki qapqara bir yağmur buludunu andırırlar. Bu sürülərin bəzilərinin 3–5 km. genişliyində və metrələrlə dərinlikdə olduğu təsbit edilmişdir.
Həmçinin çəyirtgələr yumurtalarını torpağın içinə toxum kimi yerləşdirirlər və çəyirtgə larvaları uzun bir müddət torpağın altında qaldıqdan sonra, yer üzünə çıxarlar. Haradan çıxarlar? Torpağın altından… İndi örnək olaraq Amerikanın New England bölgəsində yaşayan çəyirtgələri təhlil edək. Bu çəyirtgələr 17 yaşına çatdıqları ilin May ayında, uzun illərdən bəri yaşadıqları yer altındakı qaranlıq yarıqlardan torpaq üzərinə çıxarlar.
Əgər insanlara, “Sizi qaranlıq bir yerə qapadacağıq və saatınız olmadan, xarici dünyayla əlaqəniz olmadan 17 gün sonra hamınız bərabər çölə çıxacaqsınız” desəniz, əmin olun ki, bir çox insan 17 günlük vaxtı belə doğru təxmin edə bilməz. Dünyadaykən maddi bədəni məzara qoyulmuş insanların, axirətdə hamısı birdən yaradılmalarına bundan gözəl örnək ola bilərmi? Qısacası çəyirtgələr və insanlar bənzər şəkildə torpağın altında uzun bir müddət qaldıqdan sonra hamısı birdən çox sıxlıq olaraq yer üzünə çıxarlar. [9]
O kafirlər, “Bu, çətin bir gündür” deyərlər.
Bu ifadədən, axirətin, kafirlər və möminlər üçün fərqli olacağı anlaşılır. Çünki qiyamətdəki qorxu və dəhşət sadəcə kafirlər üçündür:
- 8–10Çünki, o boruya üflənən gün, bax, həmin o gün, çox mürəkkəb, çox çətin bir gündür. Yalnız o, kafirlər üçün heç də asan deyildir. (Müddəssir/8–10)
Möminlər o gün əminlikdə olacaqlar:
- 101,102Şübhəsiz tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlananlar–bax budur, onlar, cəhənnəmdən uzaqlaşdırılmışlardır. Onlar, cəhənnəmin uğultusunu eşitməzlər. Onlar, nəfslərinin istədiyi şeylər içində həmişəlik qalacaq (Ənbiya/101–102)
- 89Kim bir yaxşılıq–gözəllik gətirərsə, onun üçün gətirdiyindən daha xeyirlisi/gətirdiyinə görə bir xeyir vardır. Və onlar o gün qorxudan arxayınlıqda olanlardır. (Nəml/89)
- 31Cənnət də, Allahın qoruması altına girmiş adamlara uzaq olmayıb, yaxınlaşdırılmışdır.
- 32–35Bax budur, bu, çoxca yönələn və çoxca qoruyan Rəhmandan–yaratdığı bütün canlılara dünyada çoxca mərhəmət edən Allahdan görünmədiyi, eşidilmədiyi–seçilmədiyi yerlərdə belə hörmətlə, sevgi ilə, biliklə ürpərən və könüldən bağlı olan hər kəs üçün verilən sözdür. “Salam ilə oraya girin. Bax budur, bu sonsuzluq günüdür.” Orada onlara nə istəyərlərsə vardır. Qatımızda daha artığı da vardır. (Qaf/31–35)
9Onlardan əvvəl Nuhun cəmiyyəti də yalan saymışdı. Elə ki, qulumuzu yalan saydılar və “O, gizli güclərlə dəstəklənən–dəlidir” dedilər. Və o başladığı işindən çəkindirilmişdi–hər cür fəaliyyətinə mane olunmuşdu.
Görünür ki, öz toplumu Nuh peyğəmbəri sadəcə yalan saymaqla qalmamış, ona “məcnun” deyərək həqarət etmiş, əlini qolunu bağlamış və təbliğ vəzifəsini yerinə yetirməsinə əngəl olmuşdur. Hətta onu ölümlə də təhdid etmişlər:
- 116Onlar dedilər ki: “Ey Nuh! Əgər vaz geçməzsən, yaxşı bil ki, tam yəqinliklə bil ki, sən daşlanaraq öldürülənlərdən olacaqsan!” (Şüəra/116)
Uca Allah, surənin 4–cü ayəsində bildirdiyi önəmli xəbərləri bu ayədən etibarən açıqlamağa başlamışdır. Açıqlanan bu önəmli xəbərlərin sayı beş dənə olub, hamısı da keçmiş dövrlərdə yaşamış peyğəmbərlərin ibrət alınması gərəkən əhvalatları haqqındadır. Bu xəbərlər həm insanlar üçün bir “fikrindən döndərici”, həm də Peyğəmbərimizin qəlbini yatışdıran və yükünü yüngülləşdirən bir ismarıc özəlliyi daşıyır. Çünki hamısı da Peyğəmbərimizin vəziyyətinin öncəki peyğəmbərlərdən fərqli olmadığını göstərən məlumatlar ehtiva edir.
Rəbbimiz bu cür ismarıclarını hər zaman, bu ayədə olduğu kimi, işarətlə deyil, bəzən daha konkret sözlər işlədərək vermişdir:
- 33Biz onların söylədiklərinin səni, qəti olaraq, üzdüyünü, əlbəttə, bilirik. Amma onlar əslində səni yalan saymırlar. Amma şərik qoşaraq yanlış–öz zərərlərinə iş görənlər Allahın ayələrini bilə–bilə rədd edirlər.
- 34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmışdılarsa da, özlərinə yardımımız gəlincəyə qədər yalan sayılmağa və əziyyət olunmağa səbr etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə, elçilərin xəbərlərindən bir qismi gəlmişdir. (Ənam/33-34)
Bu ayədə Peyğəmbərimizə verilən ismarıcı belə təqdir etmək mümkündür: –“Onlardan öncə Nuhun qövmü yalan saydı. Yəni, o yalan sayma əməlini sənin qövmündən öncə Nuh qövmü etdi və Allahın peyğəmbər göndərdiyinə inanmadı. Belə ki, o qulumuza yalan isnad etdilər və ona “məcnun” [cinlənmiş, dəli olmuş] dedilər. Həm də əziyyət edildi, yəni təbliğdən imtina edilmək üçün çox əzab çəkdirildi, incidildi, əziyyət gördü, əgər təbliğdən vaz keçməzsə daşlanaraq öldürülməklə təhdid edildi.”
10Buna görə də Nuh Rəbbinə yalvardı: –“Mən həqiqətən məğlub edildim, Mənə yardım et!”
Bu ayədə bildirilir ki, Nuh peyğəmbər öz cəmiyyəti tərəfindən təsirsizləşdirilib, artıq təbliğ görəvini yerinə yetirə bilməz vəziyyətə gətirilib. Ona görə də O, çarəsiz halda, gücünün bitdiyini və məğlub oldüğünü bildirən yalvarışla, onu peyğəmbər olaraq vəzifələndirən Allaha dönərək, müraciət etmişdir. Bu yalvarışdan sonra Nuh peyğəmbər özünə verilən işi bilavasitə işin sahibinə [Allaha] təslim etmişdir. Təslim edər–etməz, o güclü və qarşı qoyulmaz Rəbb də gərəkəni dərhal etmişdir:
11Biz də dərhal sel kimi boşalan bir su ilə göyün qapılarını açdıq.
Ayədə keçən sel kimi boşalan bir su ilə göyün qapılarını açdıq ifadəsi, bir “istiarə–i təmsiliyyə”dir. Buludlardan yağan yağmurun nə qədər bol olduğu, göy qübbəsinin yarılıb qüvvətli bir selin yer üzünə axmasına bənzədilərək anladılmışdır. Şiddətli yağmuru ifadə etmək üçün Ərəbcədə işlədilən, “Göy üzünün bulaqları axdı, tuluqlarının ağızları açıldı” deyimləri ilə dilimizdə işlədilən “sanki göy dəlindi” deyimi təxminən eyni ifadələrdir.
12Yeri də qaynaqlar halında fışqırtdıq–deyərkən sular nizamlanmış bir iş üzərinə bir–birinə qovuşdu.
Nuh tufanı ilə əlaqədər olaraq istər İsrailiyyatdan və istərsə də uydurma rəvayətlərdən qaynaqlanan bir çox hekayə mövcuddur.
Biz, Qurandan kənar izahların doğru olmadığı fikrindəyik, Rəbbimizin verdiyi məlumatlarla kifayətlənib, Bəqərə/32 – də deyildiyi kimi, Hər cür nöqsanlıqlardan arınmış Rəbbimiz! Sənin bizə öyrətdiklərindən başqa məlumatımız yox (Bəqərə/32) deməyə üstünlük veririk.
Bu hadisələrin Qurandakı müfəssəl izahı Hud/25–49 – da veriləcəkdır.
13,14Nuhu da, nankorluq edilən adama bir mükafat olaraq, qorumamız/nəzarətimiz altında axıb gedən lövhələri–taxtaları və mismarları–hörülmüş kəndirləri olan avarlı qayıq– kiçik gəmi üzərində daşıdıq.
Ayədə keçən الواح [elvah] sözü, لوح [lövh] sözünün cəmidir. Lövh isə, Müddəssir və Bürclər surələrində açıqladığımız kimi, “hər nə maddədən olursa olsun, taxta kimi yastı olan şeylər”dir.[10]
دسر [düsür] sözü دسار [disar] sözünün cəmidir. Disar isə, “gəmi taxtalarını bir–birinə bağlayan bağ, kanat, pərçim [mismar] və ya kəndir”ə deyilir.[11] Buna görə ayədə keçən ذات الواح و دسر [zat–ı əlvah və dəsirun] ifadəsi ilə, “gəmi” qəsd edilmiş olur. Yəni, söylənmək istənən əşyanın adı verilməyib, xüsusiyyətləri açıqlanmışdır. Belə ki, Hud/37–38–də bu əşya üçün فلك [fülk=gəmi] sözü işlədilmişdir. Ola bilsin ki, “gəmilərdə olan sandal” demək olan filika sözü də Latıncaya buradan keçmişdir.
Deyilənlərə görə Nuh peyğəmbərin gəmisi, taxtaları bir sıra bağ, pərçim və ya kəndirlə bir–birinə bağlanmış bir saldan ibarət imiş.
Nəzarətimdə axiş: Nuh peyğəmbərin düzəltdiyi salın Rəbbimizin nəzarətində axması, salın və salda olanların Allah tərəfindən qorunduğunu, nəzarət edildiyini, təhlükələrdən uzaq tutulduğunu ifadə edir.
Çünki, tufanın ölçüsü tələb edir ki, onlara nəzarət edilsin:
- 42Və gəmilər onlarla, dağlar kimi dalğalar içində axıb gedirdi. Və Nuh ayrı bir yerə çəkilmiş olan oğluna səsləndi: – “Yavrum! Bizimlə bərabər min, kafirlərlə bərabər olma!” (Hud/42)
nankorluq edilən adama bir mükafat olaraq
Ayədə, cəmiyyəti tərəfindən məsxərəyə qoyulan, vəzifəsindən uzaqlaşdırılan, aşağılanan və əziyyət görən Nuh peyğəmbərin, bütün bunlara qarşı səbr edərək, dirənməsinin mükafatı olaraq, Allah tərəfindən nəzarət edildiyi bildirilir.
Yəni, Nuh peyğəmbər tufandan qurtarılaraq, cəmiyyətinin özünə etdiklərinə qarşı qürurlandırılmış olur. Onun Allaha şükür etməsinin axirətdəki mükafatı isə burada açıqlanmamışdır.
Bu günə ismaric: Bu ayədə eyni zamanda bu ismarıc da verilir: Allah yolunda mübarizə aparan adam, bütün gücünü sərf etməsinə rəğmən çarəsizlik içində məğlub olaraq, bu işi işin əsl sahibinə təslim edib, Ona sığınarsa, Allahın yardımı ilə təkrar güc qazanar. Belə hallarda hər şeyin yaradıcısı və hakimi olan Allah, dininə xidmət edən adamı zalımlar qarşısında qürurlandırar və əmrində olan kainat güclərini o mübarizə aparan adamın xidmətinə verərək, ona yardım edər.
15Və and olsun Biz, bunu bir ayə olaraq etdik. O halda varmı ibrət alıb düşünən?
Ayədəki bu işarət əvəzliyi ilə göstərilənin nə olması barəsində iki müxtəlif açıqlama edilə bilər:
* Bu əvəzliyi ilə, “gəmi” [sal] qəsd edilmişdir və ibrət olaraq buraxılan da “salın qalıqları”dır. Bu qalıqlar keçmişdə tapılmış, görülmüş ola bilər və ya irəlidəki illərdə tapılacaqdır.
* Bu əvəzliyi ilə, “hadisə” qəsd edilmişdir. Alınacaq ibrət də, Nuh peyğəmbərlə cəmiyyəti arasında baş vermiş hadisələrdir.
Uca Allah bu mövzunu Ənkəbud surəsində bu ifadə ilə bildirmişdir:
- 15Beləcə Biz, Onu və gəmidəki xalqını qurtardıq və gəmini/cəzanı/qurtuluşu aləmlərə bir əlamət/nümunə etdik. (Ənkəbud/15)
مدّكر müddəkir: Bu sözün əsli, ذكر zikr] sözündən törəmiş olan مذتكر [müztəkir] sözüdür. İftial babindan ism–i fail olan sözdə, مذدجر [müzdəcər] sözündə olduğu kimi ت [te] hərfi د [dal]a döndərilmiş, sonra da ذ [zal], د [dal]a idgam edilmişdir.
[müddəkir] sözü, eynən متذكّر [mütəzəkkir] sözü kimi, “düşünən, ibrət alan və müqayisə edən” mənasını ifadə edir. Bu halda ayədə keçən, O halda varmı ibrət alıb, düşünən ifadəsi, bir təşviq ünsürü ola biləcəyi kimi, çəkindirici, döndərici bir ünsür də ola bilər.
16Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?
Nəticə, Quranda təsvir edildiyi kimi olmuş, inkarçıların başına gələn yandırıcı və qarşı çıxılmaz əzab haqqında öncədən edilmiş xəbərdarlıqlar doğru çıxmışdır. Fussilət/16–da uğursuz günlər olaraq xarakterizə edilən bu əzab günləri, Haqqa/7–də bildirildiyinə görə, yeddi gecə və səkkiz gün davam etmişdir.
Nuh peyğəmbərin ölkəsi və tufanın gerçəkləşdiyi yer [coğrafi bölgə] haqqında qəti bir şey söyləmək mümkün deyildir. Hud surəsində Nuh peyğəmbərin gəmisinin quruya oturduğu yer جودىّ [Cudi] adıyla zikr edilmişdir.
Lisanü’l–Arab və Tacü’l–Arus–da “Cudi, Zəccaca görə Amid [bu günkü Diyarbəkir] tərəfində, bəzilərinə görə Mosul yaxınlığında, bəzilərinə görə də Hindistanda bir dağın adıdır” deyə açıqlanır.[12]
Vacib qeyd:
Ayənin orijinalında keçən نذر [nüzür] sözü, نذير [nəzir] sözünün cəmidir. Quranda başqa ayələrdə də keçən nüzür sözü həm məsdər, həm də ism–i fail olaraq işlədildiyindən, sözün mənasını “xəbərdarlıqlar” və ya “xəbərdarlıqçılar” olaraq dəyərləndirmək mümkündür.
Nüzür, ayədə özündən öncə keçən عذابى [əzabi=əzabım] sözü işarə qəbul edilərək نذرى [nüzüri] şəklində təqdir edilə bilir və sözün sonundakı hərfin qafiyə üçün düşürülmüş olduğu düşünülə bilir. Bu halda nüzüri sözünün sonuna əlavə olunan “mənim” mənasındakı yiyəlik əvəzliyi, sözə “xəbərdarlıqlarım, xəbərdarlıqçılarım” mənasını verir.
Bu izaha görə, nüzür sözü ilə həm göndərilmiş ismarıclar və çəkindirici, döndərici özəlliyi olan önəmli xəbərlər, həm də göndərilmiş peyğəmbərlər qəsd edilmiş olur. Ayənin xitabı da həm inancsızlara, həm də xəbərdarlıqçı peyğəmbərə yönəlik olur.
Keçmişdə həlak edilmiş olan müşrik qövmlərin hamısı da elçiləri yalanlayıb, “Allah heç bir şey endirmədi” dedikləri üçün, sadəcə özlərinə göndərilmiş olan elçini deyil, bütün elçiləri yalanlamış vəziyyətinə düşmüşdülər. Ayənin Peyğəmbərimizə yönəlik ismarıcında da bu gerçəyə işarət edilir və “sənin işinin sonu da, eynilə o xəbərdarlıqçıların işlərinin sonu kimi olacaq” deyilir.
17And olsun Biz, Quranı düşünmək–öyüd üçün asanlaşdırdıq–hazırladıq. O halda varmı ibrət alıb düşünən?
Bu ayə, surədə anladılan hər hekayətin arxasından təkrarlanaraq, bu hekayətlərin nəzərə alınıb, düşünülməsi və onlardan ibrət almağın vacib olduğu ismarıcı verilir. Bir öncəki ayədə ilahi ismarıcı yalanlayan toplumların təpəsinə enən acıqlı əzablar xatırladılır. Sonra, ağlını işlədənlərin Quranı anlamasını, beləliklə də hidayətə dəvət edilməsini təmin edən bu ayənin təqdiri belə edilə bilir: “Budur Quran, önlərində durur. Əllərinin altındadır, faydalanmalarına açıqdır. Asan anlaşıla bilir. Asan əzbərlənə bilir. Oxunmağı və üzərində düşünməyi təlqin edən bir cazibəsi vardır. Həmçinin, doğru və sadə olmağın cazibəsinə sahibdir. İnsan fitrəti ilə uyumludur. Ruhu coşdurur, duyğuları hərəkətə gətirir. Möcüzəvi açıqlamaları bitməz, tükənməz.
İstədiyi qədər rədd edilsə də köhnəlməz, dəyərini itirməz. İnsan qəlbi onu hər araşdırdığında yeni bir şeylər öyrənir. İnsan onunla nə qədər qaynaşarsa, ona olan marağı, ülfəti daha da artar.”
Bu ayədən, “Biz Quranı öyüd almağa hazır hala gətirdik” mənasını çıxarmaq da mümkündür. Çünki Ərəbcədəيسّرناقته للسّفر [yəssəra naqatəhü li’s–səfəri=dəvəsini səfərə hazırladı], يسّر فرسه لالمغزى [yəssəra fərasəhü li‘l–muğzi=atını döyüşə hazırladı] cümlələrində olduğu kimi, يسّر [yəssəra] feli, “hazırlama” mənasında da işlədilir. [13]
Bizə görə bu ayə yuxarıdakı ismarıclardan başqa, Quranın möcüzə olmasına da diqqət çəkir. Nuh peyğəmbərin hekayəsi ilə birlikdə ona verilən möcüzə anladıldıqdan sonra, bu ayə ilə Peyğəmbərimizə sözsüz belə deyilir: –“And olsun ki, Quranı zikr üçün, yəni hər kəsə xatırlatmaq, özüylə aləmə meydan oxumaq üçün və əsrlər boyu davam edib getsin deyə asanlaşdırdıq. Beləliklə, yanına gələn hər kəsin səndən ortaya bir möcüzə qoymağını istəməsinə gərək qalmamışdır. Sənin möcüzən də Qurandır.”
18Ad da yalan saydı. Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?
Fikrindən döndərici özəlliyi olan “önəmli xəbərlər”in ikincisi bu ayə ilə başlayır.
Hekayətin giriş cümləsi olan bu ayənin başında hər hansı bir bağlayıcının olmaması onu göstərir ki, bu hekayətlə başqa bir yerə göndərmə edilmir, bu sərbəst bir parçadır.
Buradakı istifham da yenə “istifham–i inkari”dir, yəni sualın cavabı gözlənilmir, sadəcə söylənəcək sözə diqqət çəkilir.
Ad qövmü: Ərəb tarixi məlumatlarına görə, Ad qövmü Yəməndəki Hadramevt ilə Umman arasında Əhqaf deyilən geniş bir bölgənin xalqıdır. Bu qövm möhtəşəm sarayların olduğu İrəm adlı dillərə dastan böyük şəhəri ilə məşhur idi, siyasi və iqtisadi nöqteyi nəzərdən də böyük bir gücü təmsil edirdi. Eyni zamanda despotizm və zülmdə də şöhrət qazanmış olan Ad qövmü, yer üzündə özlərindən daha güclü heç bir şeyin olmadığına inanırdı. Quranın bu xalqla əlaqədar dilə gətirdiyi böyük mücadilə, onlara öz içlərindən biri olan Hudun peyğəmbər olaraq göndərilməsi ilə başlayır. Ad qövmi ilə Hud peyğəmbər arasındakı bu mücadilə, bu surədən başqa Əraf, Şüəra, Əhqaf və Fussilət surələrində də anladılır (Əraf/65–72, Şüəra/123–140, Əhqaf/21–28, Fussilət/13–16).
Mücadilənin, bu surənin 18–22–ci ayələrindəki anladılması, Ad qövmünün sadəcə yalan saymasına və uğradıldığı əzaba işarət şəklindədir. Ad qövmü və hadisə haqqındakı geniş izahlar digər surələrdədir. Ad və Səmud qövmlərinin Qurandakı xəbərlərini xülasə edən bir bölüm, Fəcr surəsinin təhlilində verilmişdir.[14]
19,20Şübhəsiz Biz onların üstünə, uğursuz, uzun bir gündə dondurucu–uğultulu, insanları qoparıb atan bir ruzigar göndərdik–sanki onlar kökündən sökülmüş xurma kötükləri kimi idilər.
صرصر [sarasar], “soyuq və ya gurultulu fırtına” deməkdir.[15]
Ayədəki uğursuz xarakterizə edilməsi, astroloqların düşündüyü kimi günün özü ilə əlaqədər bir uğursuzluq deyildir. Çünki bu uğursuzluq, hər kəsi və hər şeyi əhatə etməmiş, o gün sadəcə Ad qövmü üçün uğursuz bir gün olmuşdur. Belə olmasına rəğmən, bu qorxunc bəlanın çərşəmbə günü başladığı şəklindəki görüş olduqca yayğınlaşmış, hətta çərşəmbə gününün uğursuzluğuna inanan bəziləri o gün hər hansı bir isə başlamamağa adət etmişlər.
Ayədəki اليوم [yevm=gün] sözü ilə hər hansı bir gün deyil, geniş mənada “zaman” qəsd edilmişdir. Belə ki, ayədə yevm sözünü xarakterizə edən مستمرّ [müstəmrr=davamlı] sözü də, yevm sözünün cəmi olan əyyam [günlər] sözü kimi eyni mənanı, bir çox günlərin keçdiyini və zamanın axıb getdiyini ifadə edir.
Son dərəcə sərt, qorxunc, tüklər ürpərdici hadisələrlə keçən o uğursuz zaman kəsiyi [yevm], hekayət burada qısaca anladıldığına görə, bir ölçü verilərək bildirilməmişdir. Ancaq buradakı qısa anlatma başqa ayələrdə genişləndirilmişdir:
- 15Ada gəlincə də onlar, yer üzündə haqsız yerə böyüklük göstərdilər və: –“Güc baxımından bizdən daha güclü kim vardır?” dedilər. Onlar şübhəsiz özlərini yaradan Allahın güc olaraq özlərindən daha güclü olduğunu görmədilərmi? Və onlar Bizim ayələrimizi bilə–bilə inkar edirdilər.
- 16Buna görə də Biz də onlara bu ən bəsit dünya həyatında rəzillik əzabını daddırmaq üçün o uğursuz günlərdə dondurucu bir qasırga göndərdik. Axirət əzabı isə əlbəttə, daha çox rəzil edicidir. Onlara yardım da edilməz. (Fussilət/15–16)
- 6Ada gəlincə–onlar gurultulu və azğın bir fırtına ilə dəyişimə/yıxıma uğradıldılar.
- 7Allah, o fırtınanı üzərlərinə vəhy edilən gecə və səkkiz gün–gecəli gündüzlü ardarda musallat etmişdi. Belə ki, o cəmiyyəti, fırtınanın içində, içi boş xurma kötükləri kimi yerə sərilmiş halda görərdin.
- 8Bax, indi görə bilirsənmi onlara aid hər hansı bir qalığı? (Haqqa/6–8)
Haqqa/7–də həlak edilənlərin, Sanki onlar kökündən sökülmüş xurma kötükləri kimiydilər şəklində xarakterizə edilməsi, Ad qövmünün bəzi özəlliklərini eyham edir. Bu eyhama görə, ayədən onların uzun boylu, iri cüssəli, çox güclü olduqları, hadisə anında rüzgara qarşı tədbir aldıqları, qurtara bilmək üçün çox çırpındıqları, amma rüzgar tərəfindən sanki qurudulub, xırım–xırda edildikləri anlaşılır.
21Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?
22And olsun Biz Quranı düşünmə– öyüd üçün asanlaşdırdıq– hazırladıq. O halda varmı ibrət alıb düşünən?
23Səmud da o xəbərdarlıqları yalan saydı: 24,25“Bizdən bir tək insanamı, Onamı uyacağıq? Elə etsək, tam yəqinliklə bilin ki, bir pozğunluq və çılgınlıq içində olarıq, Öyüd–Kitab, aramızdan Onamı buraxıldı? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” dedilər.
Daha öncə 16–17–ci ayələrdə dilə gətirilən bu ifadələr burada da eynilə ona görə təkrarlanır ki, işin mahiyyəti zehinlərə yaxşıca yerləşdirilsin və anladılan hər hekayətdan ibrət alınsın.
Səmud qövmü: Ərəb tarix məlumatlarına görə Səmud qövmü haqqında daha əvvəl, Fəcr surəsində müfəssəl məlumat verilmişdir.
Səmud qövmünə, elçi olaraq, Saleh peyğəmbər göndərilmişdir. Səmud qövmünün adı Quranda 26 yerdə keçir. Quranda Ad qövmi kimi ibrət tablosu olaraq təqdim edilən Səmud qövmü ilə əlaqədər məlumatlar Əraf/73–79, Şüəra/141–159, Nəml/45–53, Hud/61–68, Şəms/11–15, Fussilət/17–18, Haqqa/4–8 və bu surənin 23–32–ci ayələrində yer alır.
Rəbbimiz bu surədə Səmud qövmünə, digər hekayətlərdə olduğu kimi, hadisələrin xülasəsi şəklində deyil, kifayət qədər müfəssəl bir şəkildə yer vermişdir. Bu müfəssəl anlatma, Səmud qövmünün, özlərinə göndərilən peyğəmbəri yalan sayarkən, hansı səbəbləri irəli sürdükləri, cəmiyyətin əxlaqi xüsusiyyətinin ortaya çıxarılmasını təmin edən dişi dəvə fitnəsi və nəticədə bu dəvəyə nə etdiklərinə dair məlumatları ehtiva edir. Bir baxıma Peyğəmbərimizin vəziyyəti də Saleh peyğəmbərin vəziyyətinə bənzəyir. Səmud hekayətində əzab və həlaka aid hadisələr keçmiş zaman şəklində anladıldığı halda, dişi dəvənin fitnə olaraq göndərilməsi xəbəri gələcək zaman şəklində verilmişdir. Bu cür ifadə, bəhs edilən hekayətin sanki Peyğəmbərimiz zamanında yaşanan canlı bir hadisəymiş kimi hiss edilməsini təmin edir.
Bu ifadə tərzi həm Peyğəmbərimizin səbr və haqqa dəvət barəsində Saleh peyğəmbəri örnək almasını təmin etmək, həm də düşmənlərinə qarşı ilahi yardım gələcəyi xüsusunda Allaha duyduğu güvəni sağlamlaşdırmaq üçündür. Uca Allah sanki, “Mən sənin dəstəkləyicinəm, səni qətiliklə dəstəkləyəcəyəm” deyir.
Səmudla əlaqədər məlumatların yer aldığı ayələrin ifadəsinə görə, Səmud qövmü, Saleh peyğəmbərə inanmamaq üçün üç səbəb göstərmişdir. Onların düşüncələrinə görə,
1) Saleh, bir insandır, amma peyğəmbərlər insanlardan üstün bir varlıq olmalıdır.
2) Saleh, öz içlərindən çıxmışdır, amma peyğəmbər möcüzəvi bir yolla gəlməlidir.
3) Saleh, cəmiyyət içində adi bir insandır, amma peyğəmbərlər ən azından gücü və şöhrəti olan bir qəbilənin rəisi, bir qrupun lideri olmalıdır.
Bu etirazlardan anlaşılır ki, Səmud qövmü Allahın, yuxarıdakı özəlliklərə sahib birini peyğəmbər seçə biləcəyini düşünə bilmirdilər.
Məkkəli müşriklər də eyni cəhalət içindəydilər və Məhəmməd(əs)ın peyğəmbərliyini, eyni səbəbləri irəli sürərək, rədd edirdilər. “Məhəmməd bizim kimi adi bir insan olduğu halda, aramızda doğulmuş və böyümüşkən, idarəetmə səviyyəsində biri deyilkən və bizə möcüzəvi bir yolla da gəlməmişkən, indi durub Allahın özünə peyğəmbərlik verdiyini iddia edir” deyirdilər. (Müşriklərin bu tövrü qarşımıza Sad surəsinin ilk bölmələrində gələcəkdir.)
Onlara bir təhlükə barədə xəbərdarlıq ediləndə, təhlükədən uzaqlaşmaq əvəzinə, o xəbərdarlığı kimin etdiyinə baxan insanların bu təkəbbürlü anlayışları tarix boyunca olmuşdur və onları həlaka sürükləyən səbəblərin başında durmuşdur. Əslində isə bütün varlıqların yaradıcısı və vəhyin endiricisi olan Uca Allah, vəhyini qəbul edib, anlamağa hazırlıqlı və təbliğə qabiliyyətli olanı seçməyi hər kəsdən daha yaxşı bilir və vəhyini dilədiyi şəxslər vasitəsiylə insanlara çatdırır.
Sırf öz təblərinə uyğun olmadığına görə, Allahın elçi olaraq seçdiklərindən şübhə etmiş və gələn ismarıcı araşdırmadan, düşünmədən rədd etmək ancaq kortalmış vicdanlara məxsus olan bir davranışdır. Bu anlayışın hakim olduğu azğın vicdanlar, xəbərdarlığı edənin kim olduğuna baxarlar və öz təblərinə görə adi biri olaraq gördükləri elçinin ardınca getməyi qürurlarına sığışdıra bilməzlər.
Belə etdikləri üçün də dəvətin mahiyyətinə baxıb, onun doğruluq və haqlılıq dərəcəsini görə bilməzlər. Bilirdilər ki, insanın ardından getmək üçün, ona hörmət göstərmək lazımdır, ona görə də eqoistliklərindən fədakarlıq etmək və o adama uymaq onlara ağır gəlirdi. Beləliklə onu nə dinləmək, nə də sözlərinə inanmaq istərlər.
Müşriklərın qəribə yaxınlaşması: Bu azğın insanların, Bizdən bir tək insanamı, onamı uyacağıq? O təqdirdə biz qətiliklə bir azğınlıq və çılğınlıq içində olarıq şəklində reaksiya verərək, Uca Allahın özlərini çağırdığı yolu azğınlıq olaraq görmələri, həqiqətən də qəribə və çaşqınlıq oyandırıcı bir tövrdür.
Xeyr, əksinə o, çox yalançı, həyasızdır
Ayədəki bu ifadə, müşriklərin daha da əl–qol açdıqlarını və özlərinə göndərilən elçini açıq-aşkar yalançılıq və həyasızlıqla günahlandırdıqlarını göstərir. Düşünürdülər ki, adam mübarizəsini maska olaraq işlədir, əslində məqam və şöhrət ehtirasına qapılaraq, şəxsi mənfəəti uğruna hərəkət edir. Bu cür günahlandırmalar, hər mübarizə aparan adama yönəldilə bilinən günahlandırmalardır.
Saleh peyğəmbər də bu cür günahlandırmalara məruz qalmaqdan qurtara bilməmişdir. Ona deyirdilər ki, sənə vəhy gəlməyib, vəhy gəlmiş kimi davranaraq yalançılıq və həyasızlıq edirsən. Bənzər iddialar Peyğəmbərimiz üçün də dilə gətirilmişdir.
Rəbbimiz müşriklərin bu cür iddialarına Nəcm surəsində belə cavab vermişdir:
- 1Qrup–qrup enmiş ayələrin hər bir enməsini sübut göstərirəm ki, 2yoldaşınız azmamışdır, çaşmamışdır. 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri–enən o ayə qrupları, özünə vəhy edilən vəhydən başqa bir şey deyildir. (Nəcm/1–4)
26Sabah onlar, çox yalançının, həyasızın kim olduğunu biləcəkdilər.
Yəni, sabahlar onlara gerçəyi göstərəcək, yaxalarını bu gerçəyin pəncəsindən qurtara bilməyəcəklər. Korlanmış yalançılar yaxında yox edici bir imtahanla [bəla ilə] üz–üzə gələcəkdilər.
Ayədəki غدا [ğadən=sabah] sözü klassik Ərəbcədə, “bu günün ertəsi olan gün” mənasında olduğu qədər, nisbətən yaxın bir zamanı bildirmək üçün “zaman içində” və ya “yaxın bir zamanda” mənasında da işlədilir.
Belə ki, Ərəblər, imtina ləm yəqün meytən fil–yevmi matə ğadən [bu gün ölməyən birisi sabah öləcəkdir] deyərlər. Bu cümlədəki sabah, “uzaq olmayan bir zamanda” mənasındadır. [16] Surənin 1–ci ayəsindəki yaxınlaşan saat ifadəsiylə olduğu kimi, bu ayədəki sabah sözü ilə də “qiyamət günü” qəsd edilmişdir.
Səmud hekayətinin anladılmasındakı söz axışı bu ayə ilə yön dəyişdirmiş və sanki indiki zamana dönülmüşdür. Beləliklə keçmişdəki hadisələr sanki indicə, təzəlikcə olmuş kimi görünür. Bir sonrakı ayə ilə də irəlidə nələr olacağı bildirilmişdir. İrəlidə nələr olacağına yönəlik xəbər isə açıq bir təhdid üslubu ilə təqdim edilmişdir.
Bu üslub, Qurandakı hekayət anlatmalarında sıx qarşılaşılan bir üslubdur. Bu yöntəmlə hekayələrə canlılıq qazandırılır, beləliklə bu hekayələr keçmişdə olub, bitmiş hadisələr olmaqdan çıxır, gözlər önündə cərəyan edən yaşanmış hadisələrə dönürlər. Hekayəti oxuyanlar və ya dinləyənlər özlərini hadisənin içindəymiş kimi hiss edərlər, hadisənin içindəki qəhrəmanlarmış kimi hadisəni yaşayarlar. Belə ki, Adəm olurlar, İblislə mücadilə edirlər, Nuh olurlar, tufanı yaşayırlar, Hud, Saleh, İbrahim, Musa, İsa… olurlar.
Nəticə olaraq bu üslub, oxuyucuları və ya dinləyiciləri hadisələrin içinə daxil edən, hadisələrin sonrasındakı inkişaflar haqqında maraq oyandıran bir üslubdur.
26Sabah onlar, çox yalançının, həyasızın kim olduğunu biləcəklər. 27,28Şübhəsiz Biz onlara, özlərinə vəzifə olaraq sosial dəstək qurumları qurmalarını və onların fəaliyyətini təmin etmələrini əmr edəcəyik. Onun üçün sən onları müşahidə et və səbrli ol. Və onlara bu qurumların fəaliyyətini təmin etəcək zəkat–vergi və xərcləmədə mövcud olan vəzifələrinin, öz aralarında bölünmüş olduğunu xəbər ver–hər kəsin cəmiyyət üçün nə miqdarda iştirak edəcəyi də müəyyən olunmuşdur.
27, 28–ci ayələrin hərfi mənası, “Şübhəsiz Biz onlara, özlərinə fitnə olsun deyə dişi dəvəni göndərəcəyik.
Onun üçün sən onları gözlə və səbrli ol. Və onlara o suyun, öz aralarında bölünmüş olduğunu xəbər ver; Hər içiş hazır qılınmışdır.” şəklindədir.
Dişi dəvə: Ərəblərin, الناقة [ən–naqah] dedikləri “dişi dəvə”, köçərilər və heyvandarlıqla keçinənlər üçün əti, südü və gücü etibariylə çox dəyərli olan 5 yaşına girmiş “dişi dəvə”dir. Ən–Naqah [dişi dəvə] sözü haqqında daha geniş məlumat Şəms surəsinin təhlilindədir.[17]
Ayədə bəhs edilən “dişi dəvə”nin təfərrüatları, bu surənin 23–32, Əraf/73–79, Hud/61–68 və Şüəra/141–159 –cu ayələrindən ibarət olan Quran bölmələrində yer alır.
Allahın dəvəsi: Surədə sözü gedən dişi dəvə, Saleh peyğəmbərin deyil, “Allahın dəvəsi”dir. Çünki ayədə bu dəvə üçün, ناقة اللّه [Allahın dəvəsi] ifadəsi işlədilmişdir. Hər hansı bir şeyin və ya yerin Allaha izafə edilməsi, o şeyin və ya yerin xalqa, ictimaiyyətə, bütün insanlığa aid olduğunu göstərir. Necə ki, “Beytullah” [Allahın Evi] heç kəsə aid olmayan, heç kəsin sahiblənəməyəcəyi, hər kəsin hürr və bərabər olduğu və Allahın müəyyən etdiyi əsaslardan kənar davranılamayacaq bir yerdirsə, Allahın dəvəsi də o günkü şərtlərdə cəmiyyətin fəqirlərinin, yetimlərinin, miskinlərinin, qısaca ehtiyacı olan hər kəsin ortaq və sərbəstcə yararlandığı, ictimaiyyətin malı olan 5 yaşında güclü bir dişi dəvə idi.
Allahın dəvəsinin bu mənaya uyğun gələn müasir funksiyası, bu günkü sosial sığorta qurumlarıdır. Qısacası Salaat, Salaatın iqaməsi və zəkat, infaqın məcazi izahıdır. Bunun belə olduğu 28–ci ayədə daha yaxşı anlaşılır.
Ayədə الماء [əlməu=su] sözünün önündə olan müəyyənlik bağlayıcısı [ال] göstərir ki, qəsd edilən su, bizim bildiyimiz su olaraq anlaşılmamamalıdır. Əslində elə Əraf/74–də, Düşünün ki, Addan sonra sizi xəlifələr etdi. Və yer üzündə sizi yerləşdirdi: Onun düzənliklərində saraylar tikirsiniz, dağlarında evlər yonursunuz. Artıq Allahın nemətlərini xatırlayın ki, yer üzündə fəsadçılar olaraq daşqınlıq etməyın şəklində tanıdılan Səmud qövmünün də böyük bir sivilizasiyaya sahib olduğu anlaşılır. Bu səbəbdən bu ayədəki suyu, “içməli su” olaraq dəyərləndirmək, belə güclü bir qövmü üç–beş dəvə çobanı kimi düşünmək və nəhəng bir sivilizasiyanı da kiçik bir quyuya və ya bulağa məhkummuş kimi göstərmək mənasına gəlir ki, bu, ağla da Qurana da tərsdir. Necə ki, 27–ci ayədə keçən “beş yaşındakı dişi dəvə”, bildiyimiz adi bir dəvə deyil, o “su” da bildiyimiz su deyildir. Bizə görə o “su”, ölkədəki gəlir və sərvətin hamısını, o “su”yun paylanması da, bəhs edilən gəlir və sərvətin ədalətlə paylaşılmasını ifadə edir. “Gəlir”, müəyyən bir müddətdə adamlara, ya da qruplara edilən ödəmələrin konkret cəmi, “sərvət” isə mal, mülk və maddi varlıq yığılması deməkdir.
Bu ayəni əsasən, Şüəra/155 ayəsi ilə açıqlamağa çalışmışlar. Halbuki o ayədəki شرب [şirb-içiş]lər paylaşmağa deyil, qatılmağı izah edir. Yəni, o ayədəki şirb ilə, hər kəsin qazancının bir bölümünü ən–naqah [dişi dəvə] üçün verməli olduğu nəzərdə tutulur ki, bu, xəzinəyə vergi, ya da sosial qurumlara ianə ödəmək deməkdir. Səmud qövmü ilə əlaqədər ayələrdəki ifadələrdən anlaşılır ki, kütləvi nizama yönəlik qaydalar [şəriət], ilk dəfə bu qövmə göndərilmişdir.
Burada paylaşma dedikdə, yanlış olaraq, dəvə ilə xalq arasında olan bir paylaşma kimi anlaşılmışdır. Bunun izahı üçün, bir məqamın daha üzərində durulması lazımdır.
Bu ayədə onlar əvəzliyi iki dəfə işlədilmişdir: birində onlara xəbər ver və digərində onların aralarında ifadələrində. Birinci və ikinci onlar əvəzlikləri arasında nə hərfi, nə də məna etibariylə bir fərqlilik barədə söz getmir, yəni, birinci əvəzlik də, ikinci əvəzlik də eyni kütləni təmsil edir. Bunun əksinə, düşünsək ki, onlara xəbər ver ifadəsindəki onlar əvəzliyi həm xalqı, həm də dəvəni əhatə edir, o zaman belə çıxar ki, peyğəmbər dəvəni də müxatib alıb, Allahın ismarıcını dəvəyə də bildirir ki, bu, məntiqsizdir. Digər tərəfdən, onların aralarında ifadəsini də “dəvə ilə xalq arasında” olaraq anlamaq səhvdir.
Çünki əgər ayə dəvə ilə xalq arasındakı bir paylaşmaya yönəlik olsaydı, ifadənin والنّاقة القوم بين [beynə’l–qövmi və’n–naqati] şəklində olmalı idi.
hər içmə hazır qılınmışdır.
Ayədəki bu ifadə, bölgünün ölçülərinin müəyyən edildiyini, yəni miqdar və zamanının tənzimləndiyini bildirir. Hər kəs öz payını zamanında gedib alacaqdır.
29Buna görə yoldaşlarına–idarəçilərinə səsləndilər. O da alacağını alıb, sosial qurumların fəaliyyətini təmin edən gəlir qaynaqlarını qurudaraq sistemi çökdürdü.
Dəvənin öldürülmə tərzi: Dəvənin öldürülməsi عقر [‘aqara] feli ilə ifadə edilib, mövzuyla əlaqədər təfərrüat Şəms surəsinin təhlilində verilmişdir. Burada bəzi məqamlara toxunaq:
*Bəhs edilən dəvə, bildiyimiz adi bir dəvə olmayıb, “Allahın dəvəsi” olaraq xarakterizə edilən, yəni ictimaiyyətə aid olan bir mal və ya qurumdur. Bu xüsus nəzərə alındığında, dişi dəvənin [ictimaiyyətə aid olan mal, ya da qurumun], ayaqda durmasını, yəni fəaliyyətini təmin edən orqanları [bəslənmə qaynaqları, dayaq nöqtələri, vergi və ya aidatı kimi gəlir qaynaqları] kəsilməklə ortadan qaldırıldığı anlaşılır.
Başqa bir ifadə ilə kütlə, ictimaiyyətin yararına çalışan bu dəvəni, onu bəsləməyərək, ya da bəsləyənlərin verdiklərini müxtəlif cür sui-istifadələrlə mənimsəyərək, yerə sərmiş və ölməsi üçün ilk hərəkəti etmişdir. Bu davranışının nəticəsi olaraq da Səmud qövmü, Əraf surəsində bildirildiyi kimi, sosial ədaləti təmin etməyən kütlələri gözləyən aqibətə uğrayaraq, pərişan bir hala gəlmiş/gətirilmişdir.
Ayədə صاحبهم [sahəbahum=yoldaşları] olaraq bəhs edilən adam, o şəhərdə pozğunculuq edən anarxist dəstənin ən itaətsiz üzvlərindən biridir:
- 48Və o şəhərdə yer üzündə pozğunçuluq edən, yaxşılaşdırmayan, Doqquz adamlıq bir qrup vardı. (Nəml/48)
- 11Səmud azgınlığı ucbatından yalan saydı–12Axirətdə ən bədbəxt olacaq olanları–başçıları vəzifəni qəbul edib getdiyi zaman, (Şəms/12)
Bu ayənin ən gözəl təfsiri də yenə Quranda mövcuddur:
- 45And olsun ki, “Allaha qulluq edin” deyə Səmuda da qardaşları Salehi elçi göndərdik. Dərhal bir–birləri ilə mübahisə edən iki qrup oldular.
- 46Saleh dedi ki:–“Ey Cəmiyyətim! Yaxşılıqdan əvvəl nə üçün pislıyi tezləşdirmək istəyirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləsəniz nə olar!”
- 47Onlar, “Sənin ucbatından və səninlə bərabər olan adamların ucbatından başımıza uğursuzluq gəldi–səni və səninlə bərabər olanları uğursuzluq əlaməti sayırıq” dedilər. Saleh, “Uğursuzluğunuz Allah qatındadır. Daha doğrusu siz, özünü atəşə atan–imtahana çəkilən bir camaatsınız” dedi.
- 48Və o şəhərdə yer üzündə pozğunçuluq edən, yaxşılaşdırmayan, Doqquz adamlıq bir qrup vardı. 49Allaha and içərək, “Gecə ona və ailəsinə basqın edəcəyik, sonra da vəlisinə–Haqlarını qoruyacaq yaxınlarına, “Biz, o ailənin yox edilməsinə şahid olmadıq–hadisə zamanında orada deyildik və biz tam yəqinliklə bilin ki, doğru olanlarıq deyəcəyik” dedilər. 50Və onlar, belə bir tələ qurdular, şübhəsiz, Biz də onları, fərqində olmadıqları bir cəza ilə cəzalandırdıq. (Nəml/45–50)
- 51Bax budur! Onların tələlərinin aqibəti necə oldu, şübhəsiz, Biz onları və cəmiyyətlərini cəm halda yerlə bir etdik. 52Bax, budur, onların, Şərik qoşmaqla etdikləri yanlışlar üzündən damları çöküb sahibsiz qalmış evləri. Heç şübhəsiz ki, bunda, bilən bir cəmiyyət üçün bir əlamət–nümunə vardır.
- 53İman edən və Allahın qoruması altına girmiş olan adamları isə qurtardıq. (Nəml/50–53)
- 157Buna rəğmən onlar Xeyriyyə Qurumunu, gəlir qaynaqlarını qurudaraq yox etdilər və peşman olanlar olaraq sabahladılar. (Şüəra/157)
- 78Buna görə də dərhal onları, şiddətli sarsıntı yaxaladı və onlar yurdlarında diz üstə çökərək qaldılar. (Əraf/78)
30Yaxşı, əzabım və xəbərdarlıqlar necə imiş?
Bu ayədəki ifadə, bir dəfə əzabdan öncə Nuh hekayətində, iki dəfə də Ad hekayətində əzabdan həm öncə, həm də sonra olmaqla cəmi üç dəfə eynilə təkrarlanmışdır. Bu ayədə isə əzabdan öncə olmaqla, Səmud hekayətində dörd dəfə təkrarlanır. Ərəblər, etdikləri fövqəladə işləri başqalarına göstərərkən “Necə olmuş?” deyərlər. Məsələn, qəzəbləndiyi adamı yaxşıca döyən biri, bir başqasına döydüyü adamın halını göstərərək, “Necə pərişan etdim amma!” deyər.
Dəfələrlə söylədiyimiz kimi, Ərəb adətinə görə enmiş olan ayələr, burada da məqsədə müvafiq olaraq və o günkü Ərəblərin anlayacağı şəkildə anlaşılmalıdır. Beləliklə, bu ifadə tərzi Rəbbimizin əzab etməsinin müdhişliyini, əzəmətini anladır. Bu hekayətdə əzabdan öncə işlədilən və heyrət, aşağılama, paylama və təhdid ehtiva edən bu ifadə, gələcək əzabın müdhiş, pərişan edici, həlak edici olduğunu bildirir.
Belə ki, Səmud qövmünün həlakı həqiqətən də müdhiş olmuşdur:
- 66Artıq nə zaman ki, əmrimiz gəldi, Salehi və Onunla birlikdə iman etmiş olan adamları tərəfimizdən bir mərhəmətlə qurtardıq. O günün pərişanlığından da qurtardıq. Heç şübhəsiz ki, sənin Rəbbin, o güclü, mütləq üstün olandır.
- 67Və şərik qoşaraq o yanlış–öz zərərlərinə iş edənləri qorxunc bir gurultu yaxaladı və yurdlarında diz üstə çöküb qaldılar.
- 68Sanki orada heç zəngin yaşamamışdılar. Xəbəriniz olsun! Heç şübhəsiz, Səmud Cəmiyyəti həqiqətən Rəbblərinə inanmadılar. Xəbəriniz olsun! Səmud üçün uzaqlıq verildi.
(Hud/66–68)
- 43,44Səmudda da əlamətlər/nümunələr vardır. Bir zaman onlara: “Müəyyən bir müddətə qədər yararlanın!” deyilmişdi. Sonra onlar Rəbblərinin əmrindən çıxdılar və özlərini, baxıb durarkən ildırım yaxaladı.
- 45Artıq onlar, özlərini ələ alacaq hər hansı bir gücə sahib olmadılar. Yardım görənlər də olmadılar. (Zəriyət/43–45)
31Şübhəsiz Biz onların üzərinə qorxunc tək bir səs göndərdik–ağılçının topladığı kol–kos kimi oldular.
Bu ayədəki anlatmalar da Quranın ilk müxatibləri olan Ərəblərin ənənələrinə uyğundur. Yəni “Biz onların üzərlərinə şiddətli bir səs göndərdik. Onlar hər şeydən xəbərsiz evlərinin önündə durduqları zaman, göydən, ildırım çaxırmış kimi, şiddətli bir gurultu qopdu, yerdən də bir zəlzələ. Ağılcının topladığı kol–kos qırıntıları kimi qırılıb töküldülər.”
ağılcının topladığı kol–kos
Bu bənzətmə, düşünülməsi gərəkən bəzi mənalar ehtiva edir. Ayədə keçənمحتضر [muhtədir] sözü, “hazırlıq edən çoban” deməkdir. Çobanın burada işarət edilən hazırlığı kol–kos toplamaqdır.
Buna görə də, çoban nə məqsədlə kol–kos toplayırsa, həlaka uğrayanların aqibətinin də toplanan kol–kosun o məqsədə müvafiq sonu kimi olduğu anlaşılmalıdır. Yəni,
- Çobanın hazırlığı heyvanlarına sığınacaq olaraq bir ağıl düzəltmək üçün quru ot və çalı toplamaqdırsa, həlaka uğrayanların da quruyub ovularaq yerə yığılmış kol–kos yığını halına gəldikləri anlaşılır.
- Çobanın hazırlığı heyvanlarına yedirtmək üçün quru ot və tökülmüş ağac yarpağı toplamaqdırsa, həlaka uğrayanların da heyvanların önünə qoyulan o quru ot və yapraq yığınına bənzədikləri anlaşılır.
- Çobanın hazırlığı heyvanlarını isitmək məqsədilə yandırmaq üçün kol–kos və quru ot toplamaqdırsa, həlaka uğrayanların da yanmış kol–kos qırıntıları kimi olduqları anlaşılır.
- Çobanın kol–kos toplamaq şəklindəki hazırlığı yuxarıdakı amacların birinə deyil, hamısına birdən yönəlikdirsə, həlaka uğrayanların vəziyyətinin də ağılın bir kənarına toplandıqdan sonra əzilib çeynənərək ovulan, kol–kosun vəziyyətinə döndüyü anlaşılır.
Bu çarpıcı və tüklər ürpərdici səhnənin arxasından insanların diqqətləri dərhal Qurana çəkilir, insanlar Quran üzərində düşünməyə və Quranın gerçəklərini araşdırmağa təşviq edilir:
32And olsun Biz Quranı düşünmə–öyüd üçün asanlaşdırdıq–hazırladıq. O halda varmı ibrət alıb düşünən?
Quranın çoxca düşünülməsi üçün təkrarlanan bu ayə haqqındakı düşüncələrimizi yuxarıda ifadə etmişdik.
33Lutun cəmiyyəti, xəbərdarlıqları yalan saydı. 34,35Biz onların üzərinə kiçik daşlar yağdıran bir fırtına göndərdik. Lutun ailəsi bundan ayrı tutuldu. Onları qatımızdan bir nemət olaraq səhər vaxtında qurtardıq–Biz özünə verilən nemətlərin qarşılığını ödəyəni belə mükafatlandırırıq.
Bu bölmədə fərqli bir anlatma diqqəti çəkir. Lut peyğəmbərin yalanlandığı xəbər verilərək edilən girişdən sonra, hekayətin sonuna keçilir və Lut qövmünün cəzalandırıldığı bildirilir. Hekayətin başlangıcı ilə sonu arasındakı hadisələr isə daha sonra anladılır. Bu üslub, Quranın müəyyən bir ismarıcı vermək üçün işlətdiyi nəql etmə üsullarından biridir.
Lut peyğəmbər və qövmünün hekayəti Quranın başqa yerlərində müfəssəl olaraq anladılmışdır. Bu surədə sadəcə Uca Allahın ilahi ismarıcı yalanlayanlara nə qədər ağır və acıqlı bir cəza verdiyini vurğulamaq və insanların bundan dərs almasını təmin etmək üçün nəzərdə tutulduğundan, hekayətin təfərrüatlarına girilməmişdir.
Ayədə keçən حاصب [hasib] sözü, “daşları sovuran qasırga” deməkdir. [19] Belə ki, başqa ayələrdə də Lut qövmü üzərinə “palçıqdan daşlar” yağdırıldığı bildirilir. Belə bir afətdən sadəcə Lut peyğəmbərin ailə fərdləri sağ olaraq qurtara bilmişdir. Ayənin ifadəsinə görə, ilahi bir lütf olan bu qurtuluş, onlara şükr edici olduqlarına qarşılıq olaraq verilmişdir. Qövmündəkilər, zövcəsi də daxil olmaqla, məhv olmuşlar.
Səhər vaxtı:السّحر [əs–səhəru] sözü, “səhər vaxtından az öncəki zaman” deməkdir. [20] Bu vaxt, gecənin son altıda–biri olaraq da tərif edilir.
Söz, müstə’nef [sətir başı] bir ifadə olan, Onları qatımızdan bir nemət olaraq səhər vaxtında qurtardıq cümləsi içində isə, ya qurtarma vaxtını ifadə edir, ya da qurtarılanlara təmin edilən istisnanın nə şəkildə edildiyini anladır.
Qurtarılanların, özlərinə bəlaya əngəl olan bir qoruyucu verilməsi və ya bəlanın onlara isabət etməməsi sayəsində bu həlakdan qurtulduqlarını söyləmək mümkünsə də, o bölgədən ancaq Uca Allahın əmri ilə uzaqlaşdıqları üçün qurtulduqlarını söyləmək də mümkündür. Buna görə, Onları qatımızdan bir nemət olaraq səhər vaxtında qurtardıq ifadəsi, “Biz onlara gecənin sonunda o bəldədən çıxmalarını əmr etdik, onlar da çıxıb qurtuldular” mənasına gəlir. Dolayısıyla, səhər vaxtı, “həlak vaxtını” işarət etmiş olur. Səhər vaxtında uzaqlaşdırma isə, “həlakdan uzaqlaşdırma”, yəni əzabdan istisna edilmə mənasına gəlir.
Çünki Rəbbimiz qəzəbini ümumiyyətlə insanların dincəlmə anlarında, heç gözləmədikləri zamanlarda endirir:
- 4Və Biz necə şəhərləri dəyişikliyə, yıxıma məruz qoyduq. Əzabımız kimilərinə gecə yatmışkən, kimilərinə də gündüz dincəldikləri zaman onlara gəlmişdi. (Əraf/4)
Buna qarşılıq, Rəbbimizin inananlarla inanmayanları axirətdə bir tutmayacağı qətidir, təəhhüd altındadır:
- 145Və hər kəs sadəcə Allahın biliyi ilə vaxtlandırılmış bir yazı olaraq ölür. Və kim dünya qarşılığını dilərsə, özünə ondan verərik. Kim də axirət qarşılığını istərsə, ona da ondan verərik. Və Biz, sahib olduğu nemətlərin qarşılığını ödəyənləri qarşılıqlandıracağıq. (Al–i İmran/145)
- 65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə neməti bol olan cənnətlərə qoyardıq. (Maidə/65)
36And olsun Lut, onları Bizim yaxalamağımıza qarşı xəbərdar etmişdi. Fəqət onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar
Bu ayədə açıqlanır ki, Lut peyğəmbər üzərinə düsən vəzifəni icra etmişdir, Lut qövmünə verilən cəza isə onların yalan saymalarına qarşılıq olaraq verilmiş və ancaq xəbərdarlıqdan sonra tətbiq edilmişdir.
Əslində bütün peyğəmbərlər qövmlərini axirət əzabıyla xəbərdar etmişlər. Xəbərdarlıq edilmədən kimsə cəzalandırılmamış və cəzalandırılmayacaqdır:
- 15Kim, bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyıcı başqasının yükünü çəkməz. Və Biz, bir peyğəmbər göndərmədikcə, əzab edicilər olmadıq. (İsra/15)
- 59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məmləkətləri dəyişikliyə–yıxıma uğradan deyildir. Onsuz da Biz, xalqı şərik qoşaraq yanlış–öz zərərlərinə iş edənlər olmayan məmləkətləri dəyişikliyə–yıxıma uğradan deyilik. (Qasas/59)
Bizim yaxalamağımız
Bu ifadə, Rəbbimizin yalanlayıcıları dünyada bəlalarla, axirətdə də cəhənnəm ilə cəzalandırdığına diqqət çəkir. Bu ismarıc Quranda başqa yerlərdə də verilmişdir:
- 12Rəbbinin qıs–qıvraq yaxalaması həqiqətən çox şiddətlidir. (Bürclər/12)
- 16Ən böyük bir yaxalayışla yaxalayacağımız gün, şübhəsiz Biz, günahkarı yaxalayıb cəza verərək ədaləti qoruyanlarıq. (Duhan/16)
- 14–16Elə buna görə də Mən sizi, yalan sayan, üz çevirən, ən çox bədbin olacaq olan adamdan başqasının girmədiyi, alovlandıqca alovlanan bir atəşə qarşı xəbərdar etdim. (Leyl/14–16)
- 38–40Endirilmiş ayələr və vəhy, şahid olaraq səf–səf düzüldükləri gün, Rəhmanın izin verdikləri istisna olmaqla, heç kimsə danışa bilməz. Və o izin verilən, doğrunu söylər: “Bax budur, bu, haqq günüdür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz Biz sizi yaxın bir əzab ilə xəbərdar etdık.” O gün, adam iki gücünün/mal və çevrəsinin nə təqdim etdiyinə baxar/etdikləri ilə üz–üzə gələr və kafir: “Ah nə olardı, Mən bir torpaq olsaydım” deyər. (Nəbə/40)
37Və and olsun Onun qonaqlarından cinsi mənada faydalanmağa cəhd etdilər. Biz də onların gözlərini korlaşdırdıq– qəbilələrini, soylarını silib süpürdük: 38“Haydi əzabımı və xəbərdarlıqlarımı dadın!”
“Murad almaq” olaraq çevirdiyimiz مراودة[müravədə] sözü, ارادة [iradə] sözü kimi رود [ravd] məsdərindən törəmişdir,مطالبة [mütaləbə] sözüylə eyni mənalıdır, ancaq mütaləbə sözü konkret şeylər üçün, müravədə sözü isə mücərrəd şeylər üçün işlədilir. [21]
Ayədən anlaşıldığına görə, xalqdan bəzi adamlar Lut peyğəmbərin misafirlərinə əxlaqsız təklif etmişlər və pis əməllərinə çatmaq üçün Lut(əs)a təzyiq etmişlər. Lut peyğəmbərin qonaqları, Ənkəbud/31–32–dən öyrəndiyimizə görə, İbrahim peyğəmbərə gələn elçilərdir. Elçilərə qarşı edilən bu əxlaqsız hərəkət qarşısında, bu hərəkəti edənlərin gözləri silinmişdir. Gözlərin silinməsi ifadəsindən, əxlaqsızların gözlərinin, üzlərində izləri belə qalmayacaq şəkildə kor edildiyi anlaşılır. Həmçinin burada “Ayn” sözünün “soy, qəbilə, zürriyyət” mənası diqqətə alındığında, cinsi azğınlıq səbəbindən törəmələrinin durduğu, nəsillərinin yox olub getdiyi də anlaşılır.
Lisanü’l Arab və Tacü’l Arusda açıqlandığına görə bu sözün, görmə, göz, günəş, bulaq, yağmur, mal, qızıl, insan, həyat, kütlə, bölgə əhalisi …. kimi yüzdən çox mənası vardır.
Əzabı və xəbərdarlıqları daddırma: Haydi, əzabımı və xəbərdarlıqlarımı dadın! ifadəsi, yenə Ərəb ənənəsinə görə söylənmiş olub, “etdiyinin cəzasını gərəyi kimi dad!” mənasına gəlir. Belə ki, Ərəblər, “Etdiyindən ötrü bu acını dad!” deyərlər. Əslində, “Etdiyini dad!” demək, dərhal hər dildə “cəzanı çək!” deməkdir. Hətta, “Sən günahkarsan, bu cəzanı haqq etdin, cəzanı çək, sənə acınmaz!” mənasında olan bu təmənna, cəzanı çəkən günahkar tərəfindən eşidilmədiyi bilinsə belə, “Canın çıxsın, al payını!” şəklində belə söylənir. Dolayısıyla bu ayədəki Əzabımı dadın! ifadəsi, “iztirabı dadın!” mənasına, Xəbərdarlıqlarımı dadın! ifadəsi də “Etdiklərinızı dadın!” mənasına gəlir. Bir bütün olaraq, Əzabımı və xəbərdarlıqlarımı dadın! ifadəsi isə, “Xəbərdarlıqlar qarşısında gərəyini etmədiyiniz, xəbərdarlıqlara uymadığınız və yanlış etdiyiniz üçün haqq etdiyinizi dadın” deməkdir.
Çəkilən acının, “iztirabı dadma” şəklində ifadə edilməsi, zövqlərinə düşkün olan inkarçılarla məsxərə edildiyini göstərir. Bu ironiyalı üslub sadəcə bu ayəyə məxsus deyildir:
- 49,50”Dad baxaq! Şübhəsiz sən, çox güclü və çox üstün biri idin! Şübhəsiz bax budur, bu, sizin özünə şübhə duyub durduğunuz şeydir.” (Duhan/49)
- 14“Belə isə bu gününüzlə qarşılaşmağı unutduğunuz/tərk etdiyiniz üçün dadın əzabı! Heç şübhəsiz ki, Biz cəzalandırdıq sizi. Və etmiş olduğunuza qarşılıq sonsuzluq əzabını dadın!” (Səcdə/14)
Lut peyğəmbər və qövmü arasında keçən hadisələrin təfərrüatı Hud/77–83 və Hicr/61–74–cü ayələrdə verilmişdir. Bu Hadisə [Sodom və Qomoranın dağılması] Kitab–i Müqəddəsdə müfəssəl olaraq yer alır. [22]
38–ci ayədəki “Qərarlı” olaraq çevirdiyimiz مستقرّ [müstəqırr] sözünün bu məna istiqamətində digər mənaları da nəzərə alınaraq, dəyərləndirildikdə, ayənin aşağıdakı şəkillərdə anlaşılması mümkündür:
- Onlara sovuşdurulması mümkün olmayan bir əzab baş verdi.Sözün bu mənasına görə əzab onlara yönəlmiş və onların üzərində qərar tutub, sabitləşmişdi Heç kəsin bu əzabı aradan qaldırmağa və ona qarşı çıxmağa gücü çatmaz.
- Onlara davamlı bir əzab baş Sözün bu mənasına görə, haqqında bəhs edilən əzab, onların ölümləriylə sona yetəcək bir əzab deyildir. Çünki onlar həlak edildiklərində cəhənnəmə sürüklənəcəklər və haqq etdikləri əzab axirətdə də davam edəcəkdir. İnsanın dünyada ikən başına gələn bəla və müsibətlərin ağrıları ölümlə sona çatır, amma ölüm belə onları bu axirət əzabindən qurtara bilməz. Bu əzab davamlıdır.
- Sadəcə onların üzərinə çullanmış bir əzab baş verdi.Sözün bu mənasına görə, əzab sadəcə onların üzərində təsirli olan bir əzabdır və başqasına zərər verməz.
39Və and olsun səhər erkəndən, onları qərarlı bir əzab yaxaladı: –“Haydi, əzabımı və xəbərdarlıqlarımı dadın!”
37–ci ayənin bir parçası olaraq işlədilən bu ifadə, burada müstəqil bir ayə olaraq qarşımıza çıxmışdır. Bu ifadə ilə indiki zamana dönülür və hekayətin ilk cümlələrində açıqlandığı kimi, daşları sovuran sərt qasırga əzabı xatırladılır və bu əzabın pəncəsində qıvrınanlara səslənilir.
40And olsun Biz Quranı düşünmə–öyüd üçün asanlaşdırdıq–hazırladıq. O halda varmı ibrət alıb, düşünən?
Bu ayə ilə əlaqədər açıqlama 17–ci ayədə verilmişdi.
41Şübhəsiz Firon ailəsinə də xəbərdar edənlər gəlmişdi. 42Onlar bütün ayələrimizi yalan saydılar. Biz də onları çox qüvvətli və qüdrətli birinin yaxalayışıyla yaxaladıq.
Bu ayələrdə, fikrindən daşındırıcı özəlliyi olan önəmli xəbərlərin beşincisi olaraq, hekayəsi dillərdə dolaşan, hər kəs tərəfindən bilinən Musa və Firon hekayəti yer alır. Beləliklə bu surədəki əzab səhnələri, bu dəfə Ərəb Yarımadasından kənarda meydana gəlmiş olan bir başqa əzab halqası ilə nöqtələnmiş olur. Quranın bir çox surəsində geniş olaraq bəhs edilən bu hekayət, digər hekayətlərdən fərqli olaraq bu surədə sadəcə başlanğıcı və sonu bildirilib, başqa heç bir məlumat verilmədən bəhs edilmişdir. Bu hekayətin surədəki digər hekayətlərdən diqqət çəkici bir fərqi var. Burada, xəbərdarlıqçıların göndərildiyi cəmiyyət üçün digər hekayətdəkilər kimi “Fironun xalqı” əvəzinə فرعون أل [Firon ailəsi] ifadəsi işlədilib.
“Fironun idarəedici kadrları” mənasına gələn bu ifadə, Fironun öz qövmünü tam iradəsiz edəcək qədər təzyiq altında tutduğunu, onlara özünü zorakı Rəbb və ilah olaraq təkidlə qəbul etdirdiyini göstərir:
- 21–24Sonra da Firon, yalan saydı və qarşı gəldi. Sonra tələm–tələsik arxa döndü. Sonra toplayıb səsləndi və: “Mən, sizin ən uca Rəbbinizəm!” dedi. (Nəziət/23–24)
- 38Firon da, “Ey irəli gələnlər! Sizin üçün Məndən başqa bir ilah bilmədim. Ey Haman, Mənim üçün palçıq üzərində dərhal atəş yandır–kərpic emal et ki, Musanın ilahı haqqında biliklənməyim üçün Mənə bir qüllə düzəlt. Və şübhə yox ki, Onun yalançılardan biri olduğuna tam yəqinliklə bilin ki, inanıram” dedi. (Qasas/38)
- 29Firon: “Məndən başqa ilah qəbul edirsən, and olsun ki, səni zindana qapatdıraram” dedi. (Şüəra/29)
Firon ətrafında yaxın kadrlarından başqa iradə sahibi kimsə yox idi. O xalqını ən kiçik bir mövzuda belə özünə qarşı çıxamayacaq hala gətirmişdi, əzici və mərhəmətsiz bir diktator idi. Xalqının köçməsinə və qaçmasına əngəl olduğu kimi, kimsəyə düşüncəsində belə, azadlıq vermirdi.
Belə ki, öz izni olmadan Allaha inandıqları üçün sehrbazlarına olmazın cəzaları rəva görmüşdü:
- 120–122Çox bilikli, ovsunlayıcı, fəal bilik sərgiləyənlər isə boyun əyib təslim olanlar halında qaldılar. “Aləmlərin Rəbbinə–Musanın və Harunun Rəbbinə iman etdik” dedilər.
- 123–126Firon dedi ki: –“Mən sizə izin verməzdən əvvəl, ona imanmı etdiniz? Şübhəsiz bu, xalqını şəhərdən çıxarmaq için, şəhərdə qurduğunuz gizli bir tələdir. Yaxında biləcəksiniz. Tam yəqinliklə bilin ki, əllərinizi və ayaqlarınızı çaprazlama kəsəcəyəm, sonra da hamınızı tam yəqin bilin ki, asacağam.” Çox bilikli, ovsunlayıcı, fəal bilik sərgiləyənlər də dedilər ki: “Heç şübhəsiz biz sadəcə Rəbbimizə dönənlərik. Sənin bizi, yaxalayıb cəzalandırmağın da sırf Rəbbimizin ayələri gəlincə, onlara iman etməyimiz səbəbindəndir.” –“Ey Rəbbimiz! Bizə çox–çox səbr ver ki, əl–qolumuz boşalmasın, zəiflik etməyək, boyun əyməyək. Canımızı da müsəlmanlar olaraq al!” (Əraf/120–126)
Eyni mövzu haqqında Ta–Ha/70–71 və Şüəra/46–49–a da baxmaq olar.
Xalqı tam mənasıyla haqsızlaşdırılmış olduğuna görə [bütün hərəkətlərinin məhdudlanmış, əlinin qolunun bağlanmış olması] Peyğəmbər iradəsiz xalqa deyil, iradə sahibi Firon və onun yaxın ətrafına gəlmişdir. Çünki Firon və ailəsi [yaxın ətrafı] inanarsa, xalqı da inanacaqdı.
- 46Və heç şübhəsiz Biz, Musanı ayələrimizlə/əlamətlərimizlə/nümunələrimizlə Firona və onun irəli gələnlərinə elçi göndərdik və o: “Gerçəkdən mən aləmlərin Rəbbinin elçisiyəm” demişdi. (Zühruf/46)
- 23,24And olsun Musanı Firona, Hamana və Qaruna ayələrimizlə və açıq bir dəlil ilə elçi olaraq göndərdiksə də onlar: “Bu bir sehrbaz, böyük bir yalançıdır” dedilər. (Mömin/23–24)
- 39Qarunu, Fironu və Hamanı da yıxıma uğratdıq. And olsun ki, Musa onlara açıq–aşkar dəlillər ilə gəlmişdi və onlar yer üzündə böyüklük göstərirdilər. Halbuki, onlar, keçicilər deyildilər. (Ənkəbud/39)
- 24Firona get, şübhəsiz o düz yoldan azdı” dedi (Ta–Ha/24)
43Sizin kafirləriniz–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənləriniz, onlardan xeyirlidirmi? Yoxsa yazılarda sizin üçün qurtulacaqlarına dair Allah tərəfındən verilmiş bir sənəd və ya fərmanmı var? 44Yoxsa onlar, “Biz bir–birimizə yardım edən– intiqam ala bilən bir topluluğuq”mu deyirlər?
Bu bölmədə, qurtuluş üçün üç yolun mövcud olduğu, ancaq müşriklərin bu yollardan heç birinin üzərində olmadığı bildirilir. İlk müxatib Məkkəli müşriklər olmaqla bərabər, bu gün üçün bütün insanlıq bu ayələrin müxatibi vəziyyətindədir. Bu ayələr, qurtuluş üçün insanlarda olması gərəkən üç özəlliyi belə sıralamışdır:
- İmtiyazlı [xeyirli] olmaq; b) Qurtaracağına dair Allah tərəfindən verilmiş bir sənəd və ya fərmana [bəraətə] sahib olmaq; c) Allaha qarşı çıxa biləcək bir gücə sahib olmaq.
Müxatiblərinə, cavablarını içlərində ehtiva edən bəzi sorğular yönəldərək, insanların bu üç özəlliyə də sahib olmadıqlarını vurğulayan Uca Rəbbimiz, özünü qurtarmaq istəyənlərdən ağıllarını başlarına almalarını tələb edir. Xatırlanacaq olursa, buna bənzər bir ifadə Qələm surəsində də keçmişdi:
- 36Sizə nə olub, necə hökm edirsiniz? 37, 38Yoxsa içində, dərs aldığınız şeylər: –“Siz bu aləmdə nəyi seçərsinizsə–bəyənərsinizsə o mütləq, sizin olacaq” zəmanəti verilmiş olan sizə aid yazılı bir dəlilmi var? 39Ya da sizə qarşı qiyamət gününə qədər sürəcək, “Siz hər nə hökm verərsinizsə bilin ki, mütləq, elə olacaq” deyə üzərimizdə andlar–təəhhüdlər, vədlərmi var?
- 40Soruş görək Axirəti yalan sayan o adamlara, içlərindən belə bir şeyə hansı zəmanət verir? 41Yoxsa onların ortaqlarımı var? O halda ortaqlarını gətirsinlər, əgər doğrulardandırlarsa. (Qələm/36–41)
44–cü ayədəki, Yoxsa onlar, biz bir–birinə yardım edən/intiqam ala bilən bir topluluğuqmu deyirlər? ifadəsi, Məkkəli müşriklərin Peyğəmbərimizə uyanlara dəyər vermədiklərinə, onları adam yerinə qoymayaraq, özlərini üstün gördüklərinə işarət edir.
Eynilə Nuhun qövmü içərisindəki bəzi irəli gələn inkarçıların etdiklərinin bildirildiyi kimi:
- 27Bunun qarşısında, Cəmiyyətinin kafirlərinin irəli gələnləri: –“Biz səni sadəcə bizim kimi adi bir insan olaraq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən başqasının uyduğunu görmürük. Sizin bizim əleyhimizə bir üstünlüyünüzü də görmürük. Tam əksinə, biz, sizi yalançılar hesab edirik” dedilər. (Hud/27)
Surənin 43–44–cü ayələrində, inkarçıların [Məkkə müşriklərinin] bu ayələrə qədər anladılmış olan hekayətlərdən öz paylarını götürməli olduqlarını xəbərdar edən ismarıclar verilir.
43–cü ayədə öncə, birbaşa Məkkə müşriklərinə xitab edilir: –“Yaxşı, ey Məkkə müşrikləri, sizin də onlarınkına [hekayətlərdə anladılan qədim cəmiyyətlərin başına gələnlərə] bənzər bir acı aqibətə uğramanızın önündəki əngəl nədir? Sizin kafirləriniz onlardan xeyirlidirmi? İçinizdəki kafirlərin onlardan fərqi nədir? Yoxsa kitablarda sizin üçün bir bəraətmi var? Endirilmiş kitabların səhifələri sizin günahsızlığınız yolunda şahidlik edirmi ki, kafirliyin və inkarçılığın töhmətindən qurtarırsınızmı? Xeyr! Nə o, nə də bu! Sizlər o keçmiş kafirlərdən daha yaxşı deyilsiniz. Allahdan gəlmiş heç bir kitabın səhifələrində də sizin günahsızlığınıza dəlil ola bilən bir sənəd yoxdur.
Buna görə, önünüzdə sizdən öncəki kafirlərin qarşılaşdıqları acı sonla qarşılaşmaqdan başqa bir alternativ, başqa bir yol yoxdur.”
Edilən bu xəbərdarlıqdan sonra, 44–cü ayədə müxatib dəyişilir, lakin yenə müşriklər nəzərdə tutularaq cəmiyyətin hamısına bu ismarıc verilir: “Yoxsa onlar, “Biz bir–birinə yardım edən/intiqam ala bilən bir topluluğuq”mu deyirlər? Bu çaşqınlar özlərini sıxlıq görüncə güclərinə heyran olurlar və ordularının böyüklüyü üzündən təkəbbürlənirlər, “Zəfər bizimdir, bizi kimsə məğlub edə bilməz, bizim ordularımızı heç kimsə pozğuna uğrada bilməz”mi deyirlər?”
Bu sorğulardan anlaşılır ki, müşriklər yanlış ağıl yürüdürlər və etdikləri yanlış hesab ucbatından addım–addım bir problemə doğru sürüklənirlər.
Bir sonrakı ayə, onları gözləyən acıqlı sonu möcüzəvi bir açıqlıqla özlərinə xəbər verir:
45Yaxında o camaat pozğuna uğrayacaq və arxalarını dönərək qaçacaqlar.
O dövrdə, bir qismi çarəsizlik içində Həbəşistana köç etmiş olan, digər qismi isə Peyğəmbərimizlə birlikdə Məkkədə mühasirə altında olan Müsəlmanlar, məzlum, çox haqsızlıq görmüş və hətta bəziləri haradaysa acından öləcək hala gəlmiş bir vəziyyətdə idilər:
- 214Yoxsa siz, özünüzdən öncə gəlib keçənlərin halı sizə gəlmədən, cənnətə girəcəyinizimi sandınız? Onlara yoxsulluqlar, sıxıntılar toxundu və sarsıldılar, hətta elçi və onunla birlikdə iman edənlər, “Allahın yardımı nə zaman?” deyərdilər. Diqqət edin! Gerçəkdən Allahın yardımı çox yaxındır. (Bəqərə/214)
Belə mürəkkəb bir dövrdə bu tablonun tərsinə dönə biləcəyini nəinki iddia etmək, xəyal etmək belə mümkün deyildi. Buna görə də, Qüreyş müşriklərinin çox güvəndikləri və qürurlandıqları qüvvətlərinin qırılacağını, sıx ordularının işə yaramayacağını və cari sistemlərinin çökəcəyini hicrətdən beş il əvvəl bəyan edən bu ayə bir möcüzədir. Çünki Rəbbimizin bildirdiyi bu xəbər eynilə gerçəkləşmiş və müşriklər Bədir döyüşündə acı bir məğlubiyyətə uğramışdılar.
Tarix kitablarından oxunmasını məsləhət bildiyimiz bu döyüşdə, sayları 305 nəfərdən ibarət olan Müsəlmanlar, təchizat olaraq özlərindən qat–qat üstün vəziyyətdəki 1.000 nəfərlik müşrik ordusunu məğlub etmiş və onları eynilə ayədə söyləndiyi kimi, arxalarını dönüb qaçmaq məcburiyyətində qoymuşlar.
Müşriklərin Bədir döyüşündə uğradıqları məğlubiyyət, onların bu dünyada qarşılaşacaqları son məğlubiyyət olmadığı kimi, başlarına gələcək ən ağır və ən dəhşətli məğlubiyyət də deyildi. Bu, keçmişdə belə olduğu kimi, hər zaman da belə olmağa davam edəcəkdir.
46Əslində onlara vəd edilən, o saatdır. O saat ciddi olaraq daha faciəvi və daha acıdır.
Bir öncəki ayədə müşriklərə bu dünyada uğrayacaqları məğlubiyyət bildirilmiş, bu ayədən etibarən isə uğrayacaqları ən müdhiş və ən son məğlubiyyət anladılmağa başlanmışdır.
Böyük Görüş: Müşriklərin “o saat”la qarşı–qarşıya qalacaqları vəziyyəti təsvir edən ادهى [ədha] sözü, “qurtulma çarəsi olmayan ən böyük bəla və müsibət” deməkdir.[23] Bu sözlə müşriklərə arxalarını dönüb qaçdıqları məğlubiyyətlə işlərinin bitmədiyi, onlara verilən əsas görüşdə [o saatda, qiyamətdə] vəziyyətlərinin bundan daha faciəvi, daha acı olacağı açıqlanır. Beləliklə, bu dünyadakı məğlubiyyətin onlar üçün son deyil, bir başlangıc olduğu bildirilir. Dünyadakı məğlubiyyətdən daha acı olacaq olan bu əsl məğlubiyyət, özlərinə əzabın vəd edildiyi və böyük bir faciə yaşayacaqları qiyamət saatında gerçəkləşəcəkdir.
Çünki axirət əzabı dünyada gördükləri və görəcəkləri bütün əzablardan daha dəhşətli və daha acıdır. Tufandan qasırgaya, şimşəkdən daşları sovuran müdhiş rüzgara, Firon ilə yoldaşlarının güclü və sərt şəkildə yaxalanışlarına varıncaya qədər, Quranda səhnə–səhnə anladılan bütün dünyəvi əzablardan daha qorxunc və tüklər ürpərdici olan axirət əzabından qurtulmaq mümkün deyildir.
47Tam yəqinliklə bilin ki, günahkarlar pozğunluq və çılgınlıq içindədirlər.
Bu ifadə hər nə qədər o dövrdəki Məkkəli müşriklərə işarət edirsə də, ayənin hökmü ümumidir. Beləliklə də, ayədə keçən “mücrimlər” [günahkarlar] sözü ilə, həm şirk qoşan, Allahın öldükdən sonra diriltməyə gücü olduğuna inanmayan, həşri inkar edən, peyğəmbərləri və xəbərdarlıqları yalan sayan günahkarlar, həm də o dövrün öncəsində və sonrasında çılgınlıqlar, dəliliklər, azğınlıqlar nümayiş etdirərək yanlış yolda həlaka gedən çaşqınlar qəsd edilmişdir:
- 10Və onlar: “Biz, yer üzünün içində qeyb olduğumuzdamı, gerçəkdən bizmi yeni bir yaradılışda olacağıq?” dedilər. Əslində onlar, Rəbblərinə qovuşmağı–Onun rahatlığına çatmağı bilərək rədd edən /inanmayanlardır.
- 11De ki: “Sizə ölümlə vəzifələndirilmiş vəzifəli güc, sizi vəfat etdirəcək–sizə keçmişdə etdiklərinizi və etməniz gərəkirkən etmədiklərinizi bir–bir xatırlatdıracaq, sonra Rəbbinizə döndəriləcəksiniz.”
- 12Günahkarları, Rəbblərinin rahatlığında başları önə əyilmiş olaraq: “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” deyərlərkən bir görsən!
- 13Və əgər Biz, diləsəydik hər adama doğru yolu verərdik. Lakin Məndən: “bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” sözü haqq olmuşdur. (Səcdə/10–13)
- 11–14Bir–birlərinə göstərilmiş olduqları halda günahkar, o günün əzabından qurtarmaq üçün oğullarını, həyat yoldaşını və qardaşını, özünü saxlayan, içində yetişdiyi bütün ailəsini və yer üzündə olanların hamısını fidyə/qurtarmaq üçün fidyə verib, sonra da özünü qurtara bilmək istər.
- 15–18Qətiliklə o günahkarın düşündüyü kimi deyil! O, arxasını dönən və üz çevirəni, toplayaraq seyfdə yığanı çağıran, qovurub soyan, alovlanan bir atəşdir. (Məaric/11–18)
- 41Günahkarlar nişanlarından tanınaraq, alınlarından və ayaqlarından tutularlar.
- 42Yaxşı, siz ikiniz, Rəbbinizin güc yetirdiklərinin–bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
- 43Bax budur, bu, günahkarların yalan saydığı cəhənnəmdir. 44Onlar, onunla qaynar su arasında dolaşıb durarlar. (Rəhman/41–44)
48O gün üzü üstdə atəşdə sürüklənərlər: “Cəhənnəmin beyinləri qaynadan istisinin toxunuşunu dadın!”
Qorxunc qiyamət səhnələrindən birini yenə gözlər önünə sərən bu ayədə, axirət əzabının bütün dünya əzablarından daha acı və dəhşətli olduğu vurğulanır.
Dünyadakı təkəbbürlənmələrinin, güclərinə güvənərək harınlamalarının, insanlara yuxarıdan aşağı baxmalarının qarşılığı olaraq, üz üstə sürüklənərək, cəhənnəmə atılacaq olan günahkarlar, bu sürüklənmə əsnasında həmçinin, itələnib qaxılaraq da aşağılanacaqlar.
Bu əzabları dilə gətirən başqa iki örnək də bunlardır:
- 11Ən bədbin olacaq olan adam da ondan qaçınacaqdır. 12O adam, ən böyük atəşə atılacaqdır. 13Sonra onun içində nə öləcək, nə də həyat tapacaqdır. (Əla/11–13)
- 56Şübhəsiz ki, ayələrimizə inanmayan bu adamları Biz, yaxında atəşə atacağıq. Dəriləri bişdikcə, əzabı dadsınlar deyə, dərilərini başqa dərilərlə dəyişdirəcəyik. Şübhəsiz Allah, çox güclüdür, ən yaxşı qayda qoyandır. (Nisa/56)
Müddəssir surəsinin təhlilində müxtəlif mənalara gələ biləcəyini söylədiyimiz سقر [səqər] sözünün buradakı mənası, “cəhənnəm” olub, özəlliklərindən bir neçəsi aşağıdakı ayələrdə bildirilir:
- 26–30Mən, “Quran bəşər sözüdür” deyəni Yaxında Səqərə atacağam. Bilirsənmi nədir Səqər? O, ortada tutmaz, yox da etməz. O, insan/insan dərisi üçün fövqəladə mənzərələr edəndir–susayandır–uzaqdan görünəndir–bir nümunə olandır. Səqərin üzərinədir “on doqquz.” (Müddəssir/26–30)
Axirət günü cəhənnəmdə günahkarlara söylənəcək olan, Səqərin [cəhənnəmin] toxunuşunu dadın! sözü, Ərəb ənənəsinə uyğun bir ifadə olub, insana sanki əzab dərhal, indi başlayacaqmış hissini verir, sanki bəhs edilən toxunuşun bütün orqanlarda və mənlikdə hiss edilməsini təmin edir. [4]
49Şübhəsiz ki, Biz hər şeyi–bəli, hər şeyi bir ölçü, nizam ilə əmələ gətirdik.
Ayə, hər şeyin Allahın elmində təqdir edilmiş bir qədər [ölçü] çərçivəsində meydana gəldiyini bildirir. Kainatdakı heç bir şey boşuna, məqsədsiz, plansız, necə gəldi meydana gəlməmiş, hər şey müəyyən bir məqsədə müvafiq olaraq, öncədən qurulmuş bir plan daxilində yaradılmışdır:
- 11Və O Allah ki, suyu göydən bəlli bir ölçü ilə endirdi. Sonra Biz, onunla ölü bir diyarı canlandırdıq. Bax budur, siz, belə çıxarılacaqsınız. (Zühruf/11)
Bu ayə, Peyğəmbərimizin yaşadığı dövrdən bir xeyli zaman sonra, bir sıra qruplar tərəfindən mahiyyətinə uyğun olmayan şəkillərdə izah edilmiş və ortaya Qədəriyə və Cəbriyə kimi bir–birinə zidd düşüncə məktəbləri çıxmışdır. Rəvayətlər səbəbindən meydana gəlmiş bu ekollar və onların düşüncələrini əlaqədar mənbələrdən əldə etmək olar. Bu ayədən anlaşılan odur ki, Rəbbimiz kainata gözlə görünən, elmi üsullarla təsbit edilə bilən konkret ölçülər qoymuş və bütün varlıqları göz oxşayan quruluşda dizayn etmişdir. (Seyyid Kutubun 49–ci ayə haqqındakı düşüncələrini ayrıca olaraq oxumaq olar.)
50Və buyruğumuz, ancaq göz qırpması kimi bir şeydir–bir anlıq bir şeydir.
Bu ayədə Məkkəli müşriklərə keçmişdə yaşamış inkarçıların acı sonları eyham edilərək belə deyilir: “Qiyaməti gətirmək üçün Bizim nə bir hazırlığa, nə də bir zamana ehtiyacımız vardır. Bir əmrimiz kafidir.” Uca Allah, bir öncəki ayədə dediyimiz bənzərsiz və mükəmməl quruluşla dizayn etdiklərini sonsuz gücünü işlədərək, ən bəsit işarətlə və bir anda gerçəkləşdirir. Gerçəkləşdirilən işlərin böyük və ya kiçik olması Onun üçün önəmli deyildir.
Çünki “böyüklük” və “kiçiklik”, insanların ölçülərinə görə olan bir fərqlilikdir. İnsanların öz məhdud güclərinə görə dərk etdikləri və tərif etdikləri “böyüklük” və “kiçiklik” kimi halların Allahın sonsuz gücü qarşısında heç bir əhəmiyyəti yoxdur. Eynilə “zaman” da insanlara məxsus olan bir qavramdır və bir başlangıc ilə bir sonu ifadə edir. Əslində isə Allah, hər yönüylə məhdud olmayan [sonsuz] olduğu üçün zamanın da ötəsindəndir. Məhdud [sonlu] olan hər şey qeyri məhdudluq [sonsuzluq] içində bir nöqtə halında olacağından, Allaha görə hər şey zaman içində və bir müddətə bağlı olaraq deyil, birdən birə olur. Varlıqlar birdən birə meydana gəlir, birdən birə dəyişir, başqalaşır və birdən birə yox olur. Kainatdakı bütün varlıqlar kimi, insanlığın yaradılması da Allah üçün bir anda olmuşdur. Ölmələri də bir anda olur, təkrar dirildilmələri və hesaba çəkilmələri də bir anda olacaqdır. Qısaca, Allahın zamana ehtiyacı yoxdur.
Uca Allah, bir şeyi yaratmaq istədiyində ona, “Ol” deyər, o da olar:
- 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir–o da dərhal olur. (Ya–Sin/82)
Müşriklərə, tarix boyunca gəlmiş keçmiş bütün ilahi ismarıcı yalan sayanların yox edilmələrinin bir tək sözlə və birdən birə gerçəkləşdirildiyi xatırladılır və özlərinin də eyni aqibətə uğraya biləcəkləri xəbərdar edilir.
51Və and olsun Biz, sizin bənzərlərinizi dəyişikliyə, yıxıma uğratdıq. O halda bir düşünən varmı?
Məkkəli müşrikləri müxatib almaqla bərabər, əslində bütün insanlığa xitab edən bu ayədə, tarix boyunca gəlmiş keçmiş bütün ilahi ismarıcı yalan sayanların həlak edildiyi bildirilir və belə səslənilir: –“Sizə bənzəyən inkarçıları həlak etdik. Siz də həlak olmaq üzrəsiniz [o saat yaxınlaşdı, ay yarıldı]. İş işdən keçmədən, ağlınızı başınıza toplayın. Yoxmu gördüklərini düşüncə süzgəcindən keçirib dərs alan?”
52Və onların işlədikləri hər şey, yazılarda qeyd altındadır. 53Kiçiyin, böyüyün, hamısı sətir–sətir yazılmışdır.
Keçmiş cəmiyyətlərin həlakına səbəb olan hər şey istisnasız olaraq kitablarda, əməl dəftərlərində yazılıdır. Beləliklə də, inkarçıların hesabları, faciəli şəkildə yox edilmələri ilə qapanmış deyildir.
Bütün etdikləri yazılı olaraq qeyd edilmiş olduğundan, heç bir incəliyin nəzərdən qaçırılmadığı hesablaşma günündə bu kitablar qarşılarına gətiriləcək və özlərinə oxutdurulacaqdır:
- 49Və Kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və “Eyvah bizə! Bu necə kitab imiş ki, böyük–kiçik heç bir şey buraxmadan hamısını saymış” deyərlər. Və onlar, etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz. (Kəhf/49)
- 13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını, ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz, qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: –“Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq sənə yetər!” (İsra/13–14)
Beləliklə də, heç kimsə etdiklərinin unudulacağını zənn etməməlidir:
- 3,4Və kafirlər: “Bizə o qiyamətin qopma anı gəlməyəcəkdir” dedilər. De ki: “Bəli, gələcəkdir. Görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilən Rəbbimə and olsun ki, iman edən və o düzəltmək yönündə işlər edənlərə ki, budur, onlar özləri üçün bir bağışlanma və xətrinin istədiyi bir ruzi olanlardır, qarşılıqlarını vermək üçün sizə qətiliklə gələcəkdir. Ondan göylərdə və yerdə zərrə ağırlığı qədər bir şey qaçmaz. Bundan daha kiçik və daha böyük nə varsa, hamısı qətiliklə açıq bir kitabdadır.” (Səba/3, 4)
54Heç Şübhəsiz Allahın qoruması altına girənlər cənnətlərdədir, bulaqlardadır–aydınlıqlardadır.
Qara xəbər, qorxu, acı, yaxalanma, yox edilmə səhnələri ilə dolub daşan iç göynədən tablolar artıq bitmiş və bu ayə ilə xoşbəxtlik tablolarının yer aldığı bir rahatlıq ismarıcı başlamışdır.
Ayədə keçən نهر [nəhr] sözü “çaylar, bulaqlar” deməkdir, amma cəmin cəmi qəlibində olduğu qəbul edilərək, نهار[nəhar-gündüz] sözünün cəmi, yəni “gündüzlər, aydınlıqlar” mənasına da gəlir. Cənnətdə gecə olmadağına görə, burada bu mənaya da uyğun olan sözün, “gündüzlər” mənasında nühür şəklində oxunuşu da mövcuddur. [24]
55Çox güclü sahibin, idarəedicinin hüzurundakı “qürurverici yerlər”ində – doğrulara məxsus olan, yalan söylənməsi mümkün olmayan, yox olma ehtimalı olmayan sabit məqamlardadırlar.
Maq‘ad–i sidq: صدق مقعد [maq‘ad–ı sıdq]; “sıdq məclisi, doğruluq oturacağı”, ya da “doğrulara məxsus olan, yalan söylənməsi mümkün olmayan, yox olma ehtimalı da olmayan sabit məqam və ya mövqe” deməkdir.
“Çox qüvvətli iqtidarı olan”, “Qüdrətinin sonu olmayan kral”, “Çox böyük mülk sahibi”, “Şahlar şahı” vurğuları ilə Allah qəsd edilmişdir. “Məlik” və “müqtədir” adlarındakı tənvin isə əzəmət üçündür.
Ayədə bəhs edilən adamların Allahın “yanında, hüzurunda” olmaları, məkan baxımından bir yaxınlığı deyil, onlara məqam, mövqe, şan baxımından verilən payları ifadə edir. Bununla anladılır ki, təqva sahibləri belə uca bir hüzurda olacaq, güvən və rahatlığa qovuşacaqlar. Allah tərəfindən muttəqilərə təqdim edilən bu məqam və nemətlərin daha yaxşı anlaşılması üçün Qurandakı mövzuyla əlaqədər digər bölmələrin da oxunmasını tövsiyə edirik. Özəlliklə Vaqeə/10–40 ayələri bu mövzuda müfəssəl səhnələr ehtiva edir. Bu xoşbəxtlik tabloları Quranda bir çox dəfə müxtəlif üslublarla anladılmışdır. Nümunə olaraq:
31–37Qətiliklə Allahın qoruması altına girmiş adamlar üçün, Rəbbindən–göylərin, yerin və bu ikisi arasındakıların Rəbbindən–Rəhmandan bir qarşılıq və yetərli bir ianə olaraq sığınacaqlar/qurtuluş məkanları–sulanan bağlar–bağçalar, üzümlər, hamısı bir səviyyədə tumurcuqlar–çiçək bağçaları, dolu–dolu su qabları vardır. Onlar, orada boş bir söz və yalan duymazlar. –Onlar, heç bir məsələdə Ona xitab etməyə güc yetirə bilməzlər. (Nəbə/31–37)
İstifadə olunmuş ədəbiyyat:
[1] Buharî, “Tefsir Kitabı”, no: 385.
[2] Buharî, “Tefsir Kitabı”, no: 386.
[3] Buharî, “Tefsir Kitabı”, no: 387.
[4] Buharî, “Tefsir Kitabı”, no: 388.
[5] Buharî, “Tefsir Kitabı”, no: 389.
[6] Lisânü’l–Arab; c. 5, s. 107.
[7] Râgıb el–İsfehânî, el–Müfredât; s. 264, “Şakk” mad.
[8] Lisânü’l–Arab; c. 2 s. 539–543, “Hukm” mad.
[9] Kur’an araştırmaları gurubu; Kur’an hiç Tükenmeyen Mucize
[10] Lisanü’l Arab, “lvh” mad.
[11] Lisanü’l Arab, “” mad.
[12] Tâcü’l–Arus; c. 4, s. 405; Lisânü’l–Arab; c. 2, s. 257.
[13] Kurtubi; el Camiu li Ahkami’l Kur’an.
[14] Bkz. Tebyînu’l–Kur’ân/İşte Kur’ân; c. 1, Fecr sûresi.
[15] Razi; el Mefatihu’l Gayb, Kurtubi; el Camiu li Ahkami’l Kur’an; Fussılet 16’nın açıklaması.
[16] Lisanü’l Arab, “ğdv” mad.
[17] Bkz. Şems sûresi.
[18] Lisanü’l Arab, “agr” mad.
[19] Lisanü’l Arab, “hsb” mad.
[20] Lisanü’l Arab, “shr” mad.
[21] Razi; el Mefatihu’l Gayb
[22] Tekvin [Yaratılış], 19:1–29
[23] Tacü’l Arus; dhy mad.
[24] Lisânü’l–Arab; c. 8, s. 717, “Neher” mad.
[25] Seyyid Kutub; fî Zilâli’l–Kur’ân; Kamer ve Furkân sûreleri.