QAF SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 56

1Qaf/100[1]. Çox şərəfli/şanı uca olan Quran sübutdur ki, 22tam əmin olun ki, sən bundan xəbərsiz idin, məlumatın yox idi. İndi səndən pərdəni qaldırdıq. Artıq bu gün gözün itidir; Quran sayəsində qərarlı biri oldun[2].

2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər.

4Biz yerin onlardan nəyi əskiltdiyini, əlbəttə, bilmişdik. Yanımızda da çox yaxşı qeyd edib qoruyan bir kitab vardır.

5Əksinə, doğru özlərinə gəldiyi zaman, onu yalan saydılar, ona görə də onlar, qarmaqarışıq bir iş içindədirlər.

6Yaxşı, onlar üstlərindəki göyə baxmadılarmı ki, onu Biz heç yarığı olmadan, necə bina etmişik və bəzəmişik! 7,8Və Biz Allaha yönələn hər qula qəlb gözünü açmaq və ona öyüd olsun deyə, yeri yayıb döşədik və ona sabit dağlar qoyduq. Orada görünüşü ürək açan, göz oxşayan hər cütdən bitkilər bitirdik. 9–11Biz göydən bərəkətli bir su endirdik. Onunla bağçalar və biçiləcək dənələr, qullara ruzi olmaq üçün tumurcuqları bir-biri üzərinə düzülmüş böyük və hündür xurma ağacları bitirdik. Və Biz onunla ölü bir bölgəni canlandırdıq. Bax budur, diriliş belədir.

12Onlardan əvvəl Nuhun qövmü, Rəss əhli və Səmud yalan saymışdı. 13,14Ad, Firon və Lutun qardaşları, Əykə əhli[3] və Tübbə qövmü də. Bunların hamısı peyğəmbərləri yalan saydılar ki, Mənim əzabım haqq oldu.

15Yaxşı, Biz ilk əmələ gətirməkdə acizlikmi göstərdik? Xeyr, amma onlar yeni bir yaranışdan şübhə içindədirlər.

16Və and olsun insanı Biz yaratdıq/əmələ gətirdik. Nəfsinin özünə nələr pıçıldadığını da bilirik. Və Biz ona şah damarından daha yaxınıq.

17,18Onun sağında və solunda (hər yanında) yerləşmiş iki təsbitedici onun hər işini təsbit edib durarkən, insan elə bir söz söyləməz ki, yanında hazır nəzarət edən olmasın.

19Ölümün sərxoşluğu da həqiqətən doğru ilə gəlmişdir. De: “Ey insan! Bax budur, bu, sənin qaçıb çatdığın şeydir”.

20Və Sur da üflənmişdir[4]. “Bax budur, bu, qorxudulan gündür”. 21Və hər kəs, özü ilə bərabər bir sürüyəni və bir şahid olaraq gəldi.

23Və onun yaşıdı olan yoldaşı/İblis dedi ki: “Bax budur, yanımdakı hazır”.

24,25“Haydı, İblis və şahid – ikiniz, bütün inadçı, kafir, xeyirə mümkün olduğu qədər mane olan, özünə haqsızlıq edən və şübhəçi olan o insanları atın cəhənnəmə! 26O ki, Allah ilə birlikdə başqa bir tanrı da qəbul edilmişdi. Haydı, ikiniz birlikdə, onu şiddətli əzaba atın!”

27Onun yaşıdı olan yoldaşı/İblis dedi ki: “Rəbbimiz! Mən onu azdırmadım. Lakin özü dərin bir azğınlıq içində idi”.

28Allah dedi ki: “Mənim hüzurumda çəkişməyin! Mən sizə daha əvvəl təhdid göndərmişdim. 29Mənim hüzurumda Söz[5] dəyişdirilməz. Və Mən qullara qətiyyən səhv edən/etdikləri yaxşı əməlləri nöqsanlaşdıran, haqsızlıq edən biri deyiləm”.

30Biz o gün, cəhənnəmə: “Doldunmu?” – deyərik. O da: “Yenə varmı?” – deyər.

31Cənnət də, Allahın qoruması altına girmiş insanlara uzaq olmayıb, yaxınlaşdırılmışdır.

32–35Bax budur, bu, hər zaman Allaha yönələn və özünü/Allah ilə əlaqəni qoruyan, Rəhmandan  görülmədiyi, eşidilmədiyi/seçilmədiyi yerlərdə belə, hörmətlə, sevgi ilə, biliklə ürpərən və könüldən bağlı olan hər kəs üçün verilən sözdür. “Salam ilə oraya daxil olun. Bax, budur, bu sonsuzluq günüdür”. Orada onlara nə istəyərlərsə, hamısı vardır. Qatımızda daha artığı da vardır.

36Biz onlardan əvvəl özlərindən daha üstün gücə sahib necə nəsilləri dəyişikliyə/dağıntıya uğratdıq. Elə ki, onlar dəlilləri dəlik-deşik edirdilər. Heç qaçıb qurtaracaq yer varmı?

37Şübhəsiz ki, bunda ağlı, anlayışı, vicdanı olan və ya özü şahid olaraq qulaq asan kimsə üçün əlbəttə, öyüd vardır.

38Və tam əmin olun ki, Biz göyləri, yeri və ikisi arasında olanları altı mərhələdə əmələ gətirdik. Və Bizə heç bir yorgunluq toxunmadı.

39,40Ona görə də, sən onların söylədikləri qarşısında səbr et. Və günəşin doğulmasından əvvəl və batmasından əvvəl və gecədən bir bölmədə/hər fürsətdə Rəbbinin tərifi ilə birlikdə nöqsanlardan münəzzəh qıl. Və boyun əyib təslim olanların/bütün suallarına cavab alıb, razı qalanların ardından/yalan sayana iman etdirdikdən sonra da Onu arındır.

41Və sən bir səslənənin yaxın bir yerdən səslənəcəyi günə qulaq ver. 42O gün, o qışqırığı gerçək olaraq eşidərlər. Bax budur, bu, çıxış/diriliş günüdür.

43Həqiqətən Biz, bəli Biz! Həyat veririk və öldürürük. Dönüş də yalnız və yalnız Bizədir.

44O gün yer onlardan sürətlə yarılar. Bax budur, bu toplanmanı etmək, ancaq Bizə asan olan bir işdir.

45Biz onların söylədiklərini daha yaxşı bilirik. Və sən onların üzərində məcbur edən birisi deyilsən. O halda sən Mənim təhdidimdən qorxanlara Quran ilə öyüd ver.

(34/50, Qaf/1–45)

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Rəsmi Düzülüşdəki 22–ci ayənin and cümləsi olmasına baxmayaraq, Quranın tərtil və ərəbi xüsusiyyətlərinə zidd olaraq, olmalı olduğu yerdə tərtib edilməmişdir. Biz ayəni olmalı olduğu yerə qoyaraq, çevirdik.

[3]Əykə əhli, “Qırmızı dəniz sahillərindəki Mədyən şəhərində yaşayan cəmiyyət”– dir. Əykə, “ağaclıq, ağacları bir–birinə sarmaşıb, dolaşmış olan bir meşə” deməkdir. Bu cəmiyyət, iqlimi son dərəcə gözəl, səmərəli bir ərazidə yaşayırdılar.

[4]Ayənin orijinal quruluşunun mənası: “Budur, bunlarda, ağıl sahibi üçün bir güclü – təmin edici bir anlatma varmı?” – şəklindədir. Bu suallara, bəlağət elmində “istifham-i inkari” deyilir. Bu sorğu, cümləyə, “Əlbəttə vardır, əksi söylənə bilməz” mənası qatar. Ona görə də tərcümədə ədəbi mənasını göstərdik.

[5]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.