MƏKKƏ DÖVRÜ
Nəcm: 53
1Xeyr, qiyamət gününə sübut göstərirəm! 2Xeyr, çox qınayan o nəfsə də sübut göstərirəm!
3O insan özünün sümüklərini qətiyyən bir yerə toplaya bilməyəcəyimizimi sanır? 4Bəli, Bizim onun barmaq uclarını/bütün orqanlarını/qoxularını nizamlamağa gücümüz yetər!
5Əslində o insan, önünü/qalan ömrünü din-iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir. 6Soruşur: “Qiyamət günü nə zamanmış ki?”
7–10 Bax, budur, gözün şimşək kimi çaxdığı/qamaşdığı, ayın tutulduğu, günəşin və ayın bir araya gətirildiyi zaman… Bax həmin o gün insan: “Hara qaçırıq/qaçacaq yer haradır?” – deyər.
11Qətiyyən onun düşündüyü kimi deyil! Sığınacaq deyə bir şey yoxdur. 12O gün çatıb, dayanacağın ancaq Rəbbinədir/o gün dayanıb, durulacaq yer, ancaq Rəbbinin hüzurudur.
13O gün, o insan, öncədən yolladığı şeylər və geridə qoyduğu şeylər barədə xəbərdar edilir.
14,15Əslində insan, bütün bəhanələrini ortaya qoysa belə/bütün pərdələrini qoysa belə öz əleyhinə yaxşı bir gözətçidir. 16“Onu tezləşdirməyin üçün dilini ona hərəkət etdirmə! 17Şübhəsiz, etdiklərinin/etmədiklərinin birləşdirilməsi və toplanması yalnız və yalnız Bizim öhdəmizə götürdüyümüz vəzifədir. 18O halda Biz etdiklərini/etmədiklərini topladığımız zaman sən onun toplanmasını izlə! 19Sonra, etdiklərinin/etmədiklərinin bəyanı/sübutları ilə ortaya qoyulması da ancaq Bizim öhdəmizə götürdüyümüz vəzifədir[1]”.
20,21Qətiyyən sizin düşündüyünüz kimi deyil! İşin əslində siz, dünyanı sevirsiniz və axirəti nəzərə almırsınız.
22Üzlər var ki, o gün apaydınlıqdır/nurludur, 23Rəblərinə nəzər salarlar, Rəblərindən nemət gözləməkdədirlər.
24Və üzlər də var ki, o gün burunları sallanar, 25zənn edərlər ki, onlara “bel qıran” edilir.
26–30Qətiyyən onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” – deyildiyi və can çəkişən insan bunun, o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman… Bax budur, o gün sürüyüb aparılmaq ancaq Rəbbinədir.
31Lakin o, nə təsdiqlədi, nə dəstəklədi. 32Lakin o, yalan saydı və uzaqlaşdı. 33Sonra da gərilə-gərilə yaxınlarının yanına getdi.
34,35Dağıntı çox yaxındır sənə, həm də çox yaxın! Yenə, dağıntı çox yaxındır sənə, həm də çox yaxın!
36Yoxsa o insan özbaşına buraxılacağınımı sanır? 37O, nizamlanmış/diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi?
38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır 39ki, ondan da iki həmtayı – erkək və dişini var etmişdir.
40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir?
(31/75, Qiyamət/1–40)
[1]Burada “vəfat” anı anladılır. Vəfat, “tamamilə vermək, əskiltmədən, yerinə yetirmək” deməkdir. Vəfat, Allahın insanlara, öləcəkləri andan dərhal öncə yaşadacağı, hər kəsə etdiklərini və etməli olduğu halda, təxirə saldıqlarını əskiksiz-artıqsız göstərəcəyi, xəbər verəcəyi bir andır. Başqa bir ifadə ilə, “vəfat”, Rəbbimizin, insanın həyatındakı bütün qeydləri ən incə dəqiqliyi ilə, eynilə bir qara qutunun “Z raportu” kimi, ölüm anından qısa bir müddət öncə, əskiksiz-artıqsız ortaya qoymasıdır. Bu “ortaya qoyma” isə, insanın quruluşuna yaradılışdan yerləşdirilmiş olan “qoruyucular, dəlillər, elçilər, hafızə hüceyrələri” ilə təmin edilir. Rəbbimiz, məsələnin vacibliyini nəzərə çarpdıraraq, “ölmək, öldürmək” deməyərək, ölümü, ölüm öncəsinin o əsrarəngiz hadisələrinin adı ilə verir. “Vəfat” ilə əlaqədar geniş məlumat Təbyinül Quranda verilmişdir.