RAD SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 587

1Əlif/1, Lam/30, Mim/40, Ra/200.[1] Bax budur, bunlar  Kitabın ayələridir. Sənə Rəbbindən endirilən şey haqdır/gerçəkdir. Lakin insanların çoxu inanmırlar.

2–4Allah göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hegemonluq quran,[2] Günəşə və Aya boyun əydirən/varlıqların yararlanacağı xüsusiyyətlərdə yaradan Zatdır. Hamısı adı qoyulmuş bir müddət sonuna axıb gedir. O, işi istiqamətləndirir, Rəbbinizə qovuşacağınız günə qane olasınız deyə, ayələri ətraflı şəkildə izah edir. Və O, yer üzünü genişləndirən, orada sabit dağlar və çaylar yaradandır. Və O, orada  meyvələrdən iki cüt etdi. O, gecəni gündüzün üzərinə örtür. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzümlərdən bağçalar, əkinlər, şaxəli və şaxəsiz xurmalıqlar yaradandır. Və Biz meyvələrin də, qoxuların da, dadların da birini digərindən üstün edirik. Şübhəsiz ki, ağlını işlədən bir cəmiyyət üçün bunda bəzi əlamətlər/nümunələr vardır.

(96/13, Rad/1–4)

Nəcm: 588

5Və əgər sən çaşarsan… Əsl çaşdırıcı olan, onların: “Biz torpaq oluncamı, biz gerçəkdən yeni bir yaradılışdamıyıq?” – sözləridir. Bax budur, bunlar, Rəbbinə inanmamış kimsələrdir. Və bax budur, bunlar, boyunlarında dəmir halqalar olanlar­dır. Və bax budur, bunlar, atəşin gücləridır, onlar orada həmişəlik qalanlardır.

6Və onlar səndən, yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyərlər. Halbuki, onlardan öncə onlara iz qoyan cəzalar gəlib keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinə qarşılıq olaraq, insanlar üçün ciddi bağışlama sahibidir. Və qətiliklə, sənin Rəbbin, əzabı/qovuşdurması ciddi, lap sərt olandır. 7Və küfr edən/inanmayan bu kimsələr: “Rəbbindən ona bir əlamət/nümunə endirilməli deyildimi?” – deyərlər. Sən ancaq bir xəbərdar edənsən. Və hər cəmiyyət üçün bir yol göstərən vardır.

(96/13, Rad/5–7)

Nəcm: 589

8Allah “Hər dişinin nəyi daşıdığını və bətnlər nəyi əksildir və nəyi artırır” bilir. Və hər şey  Onun qatında bir ölçü ilədir.

9Allah görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və açıqda olanı biləndir, çox böyükdür, ucalar ucasıdır.

10Sizdən sözünü gizlədən insanla onu açıq deyən insan… Gecə gizlənən insanla, gündüz açığa çıxan insan eynidir.

11Hər insan üçün iki əlinin arasından və ətrafından, Allahın işindən olaraq, ona nəzarət edib, onu qoruyan izləyicilər vardır. Əslində, bir xalq öz mənliklərində olanı dəyişdirmədikcə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah bir qövmə pislik istədimi, artıq onun geri çevrilməsi barəsində söz belə ola bilməz. Onlar üçün Onun yaratdıqlarından bir kömək edən, qoruyan, yol göstərən bir yaxın da yoxdur.

12O, sizə qorxu və ümid içində şimşəyi göstərən və o, yağış yüklü buludları ortaya çıxarandır.

13Göy gurultusu Allahın tərifi ilə birlikdə, təbii güclər/tiran idarəedicilər isə Ondan qorxduqlarına görə Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ildırımlar göndərər və onunla dilədiyini çarpar. Onlar isə Allah haqqında mübahisə edib dururlar. Halbuki Allah çarpması çox çətin olandır.

14Haqq olan yalvarış yalnız Ona olan yalvarışdır. Ortaq qoşanların, Onun yaratdıqlarından yalvardıqları kimsələr – onlar özlərinə heç bir şeylə cavab verə bilməzlər. Onlar, ancaq ağzına gəlməməsinə baxmayaraq, ağzına su gəlsin deyə, iki ovcunu açan kimidir. Və kafirlərin duası, sadəcə, bir pozğunluq içindədir.

15Və yerdə və göylərdə olan kimsələr və onların kölgələri, istər-istəməz hər zaman yalnız və yalnız Allaha boyun əyib, təslimiyyət göstərirlər.

(96/13, Rad/8–15)

Nəcm: 590

16De ki: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır”. De ki: “Allahın yaratdıqların­dan o, öz-özlərinə faydası ola bilməyən və zərər verməyə gücü olmayanları köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirsiniz?” De ki: “Heç kor ilə görən bir olurmu? Ya da qaranlıqlarla aydınlıq bir olurmu?” Ya da Allaha Onun kimi yaradan bəzi ortaqlar tapdılar ki, bu yaradılış onların fikrincə bir-birinə bənzərmi göründü? De ki: “Allah  hər şeyin yaradıcısıdır. Və O, birdir, hər şeydən üstündür və qəhr edəndir”.

17Allah göydən bir su endirdi və vadilər öz tutumlarında sel olub axdılar. Sonra da sel suyun üzünə çıxan köpüklə yükləndi. Bir zinət əşyası və ya bir mənfəət əldə etmək üçün atəşdə əritdiklərinin üzərində də buna bənzər bir köpük vardır. Allah haqq və batili belə nümunə göstərər. Sonra köpük atılar gedər, insanlara faydası olan isə yerdə qalar. Bax budur, Allah nümunələri belə verir.

18Rəbbinə uyanlar üçün “ən gözəl” vardır. Ona uymayanlar isə yer üzündə olan nə varsa hamısı və onunla birlikdə bir misli daha özlərinin olsa, onu qurtuluş fidyəsi olaraq verərdilər. Bax budur, onlar, hesabın pisi özləri üçün olanlardır. Çatacaqları yer də cəhənnəmdir. Orası da nə fəna yataqdır!

19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!”

25Allaha and içərək “qəti söz” verdikdən sonra pozan və Allahın birləşdirilməsini əmr etdiyi şeyləri – iman və əməli kəsən/bir-birindən ayıran və yer üzündə qarışıqlıq çıxaran kimsələr, bax budur, onlar kənarlaşdırılma özləri üçün olanlardır. Yurdun pisi də onlar üçündür.

26Və Allah dilədiyinə ruzini genişləndirir, dilədiyinə isə ölçüləndirir. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə, sadəcə, bir qazancdır.

27–29,31Yenə o kafirlər: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyərlər. De ki: “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz.[3]

(96/13, Rad/16–29, 31)

Nəcm: 591

30Bax budur, belə! Səni, onlar Rəhmana inanmazlarkən, sənə vəhy etdiklərimizi onlara oxuyasan deyə, özlərindən öncə necə başçılı cəmiyyətlər gəlib-keçmiş olan bir başçılı cəmiyyət içində elçi etdik. De ki: “Rəhman mənim Rəbbimdir, Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən ancaq Ona işin nəticəsini həvalə etdim, dönüşüm də ancaq Onadır”.

32And olsun ki, səndən öncəki elçilərə də lağ edildi. Və Mən kafirlərə/inanmayanlara möhlət verdim. Sonra da onları yaxaladım… Haydı, baxaq Mənim əzabım necə imiş!

38And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da həyat yoldaşları və nəsil [övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni/biliyi olmadan, hər hansı bir əlamət/nümunə gətirmək də yoxdur. Hər müddət sonu üçün bir yazı vardır.

39Allah dilədiyini məhv edər, dilədiyini də yerində buraxar. Kitabın anası – biliyin qaynağı da yalnız və yalnız Onun qatındadır.[4]

(96/13, Rad/30, 32, 38–39)

Nəcm: 592

33Yaxşı, o qazandıqları ilə birlikdə hər bir insanın üzərində dikilən/görüb nəzarət edən kimdir? Onlar isə Allaha ortaqlar qəbul etdilər… De ki: “Onları adlandı­rın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeyimi, ya da sözdən açıq olanınımı xəbər verəcəksiniz? Əslində kafirlərə planları gözəl göstərildi və yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur.

34Onlar üçün bu bəsit dünya həyatında bir əzab vardır. Axirət əzabı isə qətiliklə daha əzicidir. Onları Allahdan qoruyacaq biri də yoxdur.

(96/13, Rad/33–34)

Nəcm: 593

35Allahın qoruması altına girənlərə söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, onlara nəsib edilən – meyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girənlərin aqibətidir. Kafirlərin aqibəti isə atəşdir.

(96/13, Rad/35)

Nəcm: 594

36Və özlərinə Kitab verdiyimiz kimsələr sənə endirilənə sevinirlər. Müxalif qrup yaradanlardan onların bir qismini tanınmaz hala gətirənlər də vardır. De ki: “Mən, ancaq Allaha qulluq etməklə və Ona ortaq qoşmamaqla əmr olundum. Mən yalnız və yalnız Ona dəvət edirəm, dönüşüm də yalnız Onadır”.

37Və Biz beləliklə, Quranı ərəbcə mükəmməl bir qayda olaraq endirdik. Və əgər sənə gə­lən bilikdən sonra onların boş, dünyəvi arzularına uysan, Allahdan sənə “bir köməkçi, yol göstərici yaxın və bir qoruyucu” yoxdur.

40Və onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq, şübhəsiz ki, yenə də sənə düşən, sadəcə, təbliğ etməkdir. Bizə düşən isə haqq-hesab çəkməkdir.[5]

(96/13, Rad/36–37, 40)

Nəcm: 595

41Və onlar Bizim, şübhəsiz ki, yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdı­ğı­mı­zı görmədilərmi? Allah hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. Və O, hesabı çox sürətli görəndir.

42Onlardan öncəki insanlar da hiylələr etmişdilər. Lakin, hiylələri pozub cə­za­lan­dır­maqsa Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Bu yurdun aqibə­tinin kim üçün olduğunu, kafirlər də yaxında biləcəklər.

43Və küfr edənlər: “Sən elçi deyilsən” – deyirlər. De ki: “Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və Kitabdan biliyi olan yetər!”

(96/13, Rad/41–43)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

Ayənin orijinalında keçən istiva ifadəsi, məcazən, “hegemonluq qurdu, nəzarəti altına aldı” deməkdir. Ayələrdən görünəcəyi kimi, “Ərşə istiva etdi” ifadələri, “ən böyük, ən uca məqamda hegemonuq qurdu, nəzarəti əlinə aldı” –mənasındadır. Mütəşabih olan bu anlayış, ayədə məcazi olaraq istifadə edilmişdir. İstiva sözü, Rəsmi Düzülüşün Yunus/3, Rad/2, Furqan/59, Səcdə/4, Ta–Ha/5, Əraf/54, Bəqərə/29–cu ayələrində də yer alır. Ayədəki istiva edən ifadəsi ilə qəsd edilən də, “Allah”dır. Çünki “istiva”, Allahın sifətlərindəndir, mələk və ya qulların sifəti deyildir.

[3]Bu bölməni, texniki səbəblər və məna uyğunluğuna görə, Rəsmi Tərcümədən fərqli tərtib etdik. Ətraflı açıqlama üçün Bxn. Təbyin.

[4]Bu bölməni, texniki və məna uyğunluğunu nəzərə alaraq, Rəsmi Tərcümədən fərqli tərtib etdik.

Burada İsa peyğəmbərin İsrailoğullarına göndərilməsi və göndərilmə səbəbləri açıqlanır. Musa və Harun peyğəmbərlər, həm İsrailoğullarına vəhyi, tövhidi öyrətmək, həm də İsrailoğullarını Misirdəki əsarətdən qurtarmaq üçün göndərilmişdilər. Buradakı bölmədə İsa peyğəmbərin vəhyi təbliğ etməsiylə birlikdə, İsrailoğullarını yayğın halda bürümüş olan xəstəliklərdən qurtarmaq, onlara qarşı əvvəlcədən profilaktik tədbirlər görmək və onlara rahat bir dolanışıq təmin etmək üçün,  qoruyucu həkimlik, göz həkimliyi, dəri–zöhrəvi həkimliyi və sağlam qida istifadəsi və tədarükü konserva, turşu, doşab, şoraba düzəltmək, arpa, buğda,  quru paxla saxlanması və bunların nəm və həşəratlardan qorunmasının öyrədilməsi  kimi vəzifələrlə göndərildiyi yığcam olaraq açıqlanır.

Bizim “şübhəsiz mən, sizin üçün, palçıqdan – ətdən; keramikadan quş şəkli kimi bir şey; “buxurdan” (“tüstülük”– durna çırağı) düzəldərəm” – deyə çevirdiyimiz ayədəki “düzəldərəm” felinin tamlayıcısı ayənin orijinalında yer almamış, bu paraqrafın söz axımı içində oxuyanın təqdirinə buraxılmışdır. Ayədə:– “quş fiquru”, “quş maketi” düzəldərəm – deyilməyib, “quş şəkli, quş fiquru, quş maketi kimi bir şey” düzəldərəm – deyilir ki, burada İsanın quş şəklində gildən buxardanlıq düzəldib, içərisinə qoyduğu ədviyyata  üfləyərək, çıxan duman və qoxu ilə göz xəstəliyi və s–yə səbəb olan ağcaqanad, qara milçək kimi böcəkləri ətrafdan uzaqlaşdırdığı açıqlanır. Bu gün mövcud olan keramik buxurdanların çoxunun quş şəklində olduğu aşkardır (durna çırağı – S.D.).

Yenə ayədə “fəyəkünü (olar)” felinin özü də yer almamış, bu da söz axışından anlaşılmağa buraxılmışdır.

Ayələrin hərfi mənalarından anlaşılan bu reallıqlar yaxın zamanda deşifrə edilən Essenilərə aid Kumran yazıları ilə də təyin edilir. Anlaşılan odur ki, İsa doğulduğu cəmiyyətdən ayrılmış, Essenilər arasında tibb və qida istehsalı və qorunmasına yönəlik təhsil almış və yetkinlik çağında İsrailoğullarına peyğəmbər olaraq göndərilmişdir. (Kumran yazıları: Cilt Xəstəliyinin Təşhisi:[4Q266, böl. 6 i (4Q272 1, 273 4 ii, 269 7), 4Q266, böl. 6], Hasat Toplama və Harç İle İlgili Kurallar :[4Q271, böl. 2 (4Q269, böl. 8 i–ii; 270, 3 iii)], Savaşın Kitabı: [4Q285, 8. böl.], Savaşın Kitabı: (11Q14), Tapınak Parşömeni: [(11QT=11Q19–21, 4Q365a, 4Q524), XLVI, XLVIII, XLIX], Tohorot (Saflıqlar): (4Q274 3 i–ii), Hasat Toplama: [(4Q284a) Bölmə 1]“Ölü Dəniz Parşömenləri Kumran Yazıtları” Geza Vermes Çev. Nurfer Çelebioğlu)

[5]Bxn. 4-cü qeyd.