MƏKKƏ DÖVRÜ
Nəcm: 375
1Əlif/1, Lam/30, Mim/40.[1]
2–6Rumlar/Bizanslılar yer üzünün ən alçaq/çuxur yerində məğlub oldular. Onlar bu məğlubiyyətlərinin ardından bir neçə il içində qalib gələcəklər. Bundan əvvəl də, sonra da əmr Allahındır. Və o gün möminlər Allahın köməyi ilə sevinəcəklər. Allah Özünün bir vədi olaraq dilədiyinə kömək edər, qalib edər. Allah vədindən dönməz. Amma insanların çoxu bilməzlər. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, əngin mərhəmət sahibidir.
7İnsanların çoxu adi dünya həyatından görünəni bilirlər. Və onlar Axirəti veclərinə almayanların məhz özləridirlər.
(84/30, Rum/1–7)
Nəcm: 376
8Öz içlərində heç düşünmədilərmi ki, Allah göylərdə, yerdə və bu ikisi arasında olan hər şeyi ancaq haqq ilə və müəyyən edilmiş bir müddət üçün yaratmışdır? Və şübhəsiz, insanlardan çoxu Rəbbinə qovuşmağı qətiliklə, bilə-bilə rədd edənlərdir/inanmayanlardır.
9Onlar yer üzündə gəzərək, özlərindən öncəkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar özlərindən daha güclü idilər/yer üzünü qazıb alt-üst etmişdilər, onu bunların abad etdiklərindən daha çox abad etmişdilər. Elçiləri də onlara necə açıq dəlilləri gətirmişdilər. O halda Allah onlara haqsızlıq edəcək deyildi, lakin, onlar şərik qoşaraq, özlərinə haqsızlıq etməkdə davam etdilər.
10Sonra Allahın ayələrini/əlamətlərini/nümunələrini yalan saydıqları üçün, pislik edən o insanların aqibətləri “ən pis” oldu. Onlar lağ da edirdilər.
(84/30, Rum/8–10)
Nəcm: 377
11,12Allah ilk olaraq yaradar, sonra onu geriyə çevirər. Sonra da Ona döndərilərsiniz. Qiyamətin qopma anında da günahkarlar ümidlərini kəsərlər.
13Onlar üçün ortaq qoşduqlarından, şəfaət – kömək edən, ara düzəldənlər də olmaz. Və onlar ortaqlarını rədd etdilər/qəbul etməyənlər oldular. 14Və Saatın dikildiyi gündə də, bax budur, o gün onlar ayrılırlar.
15İndi iman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq onlar bir bağça içində nəşələndirilirlər.
16Kafirlərə, ayələrimizi və Axirət görüşməsini yalan sayanlara da gəlincə, bax budur, onlar əzab içində hazır tutdurularlar.
17,18O halda, etməli olduğunuz, axşama çatdığınızda, səhərə çatdığınızda, gecə sırasında, günortaya çatdığınızda – hər zaman Allahın bütün nöqsan sifətlərdən münəzzəh qılınmasıdır! Göylərdə və yerdə də bütün təriflər, sadəcə, Ona aiddir/başqası öyülə bilməz.
19O, ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır və yer üzünə ölümündən sonra həyat verir. Sizlər də bax budur, belə çıxarılacaqsınız.
(84/30, Rum/11–19)
Nəcm: 378
20Onun sizi bir torpaqdan yaratması da Özünün əlamətlərindən/nümunələrindəndir. Sonra da siz, indi dağılıb-yayılan bir bəşərsiniz.
21Yenə Onun əlamətlərindən/nümunələrindəndir ki, sizin üçün nəfslərinizdən özlərinə isinəsiniz deyə, həmtaylar yaratmış, aranıza bir sevgi və mərhəmət qoymuşdur. Şübhəsiz ki, bunda, yaxşı-yaxşı düşünə bilən bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.
22Yenə göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin dəyişikliyi Onun əlamətlərindən/nümunələrindəndir. Şübhəsiz ki, bunda biliklilər üçün necə əlamətlər/nümunələr vardır.
23Yenə gecədə və gündüzdə yatmağınız və ərməğanlarından ruzi axtarmağınız Onun əlamətlərindən/nümunələrindəndir. Şübhəsiz ki, bunda qulaq verəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.
24Yenə Onun ayələrindəndir ki, sizə həm qorxu və həm də ümid vermək üçün şimşəyi göstərir. Və göydən bir su endirir ki, onunla yer üzünə ölümündən sonra həyat verir. Şübhəsiz ki, bunda ağlını işlədəcək bir cəmiyyət üçün necə əlamətlər/nümunələr vardır.
25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız.
46Sizə mərhəmətindən daddırsın, əmri ilə gəmilər axıb getsin və sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz deyə, ərməğanlarından ruzi axtarmağınız üçün küləkləri müjdəçilər olaraq göndərməsi də Onun əlamətlərindən/ nümunələrindəndir.
26Göylərdə və yerdə kim varsa hamısı da Onundur. Hamısı da Ona hörmət duyanlardır.
27Və O, yaratmağı başladan, sonra onu çevirib yenidən edəndir. Və bu, Ona çox asandır. Və göylərdə və yerdə ən uca nümunə Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.[2]
(84/30, Rum/20–25–46, 26–27)
Nəcm: 379
28Allah sizə özünüzdən bir misal çəkir: Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla sizə təslim edilən adamlardan[3] ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı? Bax budur, Biz ağlını işlədən bir cəmiyyət üzvləri üçün ayələri belə açıqlayırıq.
29Tam tərsinə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, şüursuzca boş-dünyəvi arzularına uydular. Yaxşı, Allahın çaşdırdığını kim düz yola gətirə bilər? Onlar üçün köməkçilərdən də yoxdur.
(84/30, Rum/28–29)
Nəcm: 380
30O halda sən üzünü keçmiş inanclarını tərk edən biri kimi dinə, insanları ilk olaraq, yoxdan yaratmış olan Allahın fitrətinə doğru döndər. Allahın yaratmasında heç bir dəyişiklik ola bilməz. Ən doğru/dik tutan din, budur. Lakin, insanların çoxu bilmirlər.
31,32Qəlbən Ona yönələnlər olaraq, Allahın qoruması altına girin, salaatı iqamə edin, ortaq qoşanlardan/dinlərini parça-parça bölmüş, təfriqəçi qruplara ayrılmış kəslərdən də olmayın. Hər təfriqəçi qrup özünün doğru saydıqları ilə lovğalanmaqdadır.
(84/30, Rum/30–32)
Nəcm: 381
33,34İnsanlara bir sıxıntı toxununca da, Rəbbinə yönələrək, Ona yalvarırlar. Sonra onlara Özündən bir mərhəmət daddırınca, bir də baxarsan ki, içlərindən bir qrup özlərinə verdiyimiz nemətlərə nankorluq/qədirbilməzlik etmək üçün Rəbbinin ortaqları olduğunu qəbul edərlər. Haydı, yararlanın baxaq! Yaxında biləcəksiniz.
35Yoxsa Biz onlara bir dəlil də endirmişik və o dəlil onların Allaha ortaq qoşduqları şeylərimi söyləyir?
36Biz insanlara bir mərhəmət daddırdığımız zaman da, onunla öyünürlər. Əllərinin öncədən etdiyi şeylərə görə, özlərinə bir pislik isabət edərsə, dərhal onlar ümidsizliyə düşərlər.
37Onlar, şübhəsiz, Allahın dilədiyi kimsəyə ruzini sərdiyini və ölçüləndirdiyinidəmi görmədilər? Şübhəsiz, bunda iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır.
38Belə isə, yaxınlıq sahibinə/yurdlarından çıxarılan imkansızlara, yoxsullara və yolçuya haqqını ver. Bu, Allahın rızasını diləyənlər üçün daha xeyirlidir. Və bunlar vəziyyətini qoruyan, zəfər qazanan kəslərin məhz özləridir.
39Və insanların malları içində artsınlar deyə ribadan/haqsız gəlirdən verdikləriniz, Allah yanında artmaz. Allahın rızasını diləyərək zəkatdan/vergilərinizdən verdikləriniz… Bax budur, o kimsələr, qat-qat artıranların məhz özləridir.
(84/30, Rum/33–39)
Nəcm: 382
40Allah, sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən və sizi dirildəndir. Heç sizin ortaq qoşduqlarınızdan, bunlardan birini edəcək kimsə varmı? Allah, onların ortaq qoşduqlarından münəzzəh və çox ucadır.
41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı.
42De ki: “Yer üzündə gəzin və bundan öncəkilərin aqibətinin necə olduğuna bir baxın. Onların çoxu ortaq qoşanlar idilər”.
43–45Belə isə, Allahdan geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə, üzünü ən doğru/qoruyan dinə döndər. O gün onlar Allahın iman edən və düzəltmək yönündə işlər edən insanlara ərməğanlarından qarşılıq verməsi üçün dəstə-dəstə ayrılırlar. Şübhəsiz ki, O, kafirləri sevməz. Kim küfr edərsə, artıq bu rədd etməyi/inanmamağı öz əleyhinədir. Kim də saleh əməl işləyərsə, artıq onlar da özləri üçün döşək/rahat bir yer hazırlamış olarlar.
48Allah küləkləri göndərəndir. Sonra küləklər bir buludu sovurarlar. Sonra Allah onu göy üzündə necə diləyərsə, elə yayar və onu parça-parça edər. Sonra da sən onun dərinliklərindən yağış çıxdığını görərsən. Bax budur, Allah onu qullarından dilədiyi kimsələrə isabət etdirdiyi vaxt, onlar müjdələnir, xoşbəxt olarlar.
49Halbuki, onlar öncədən/daha öncə üzərlərinə endirilmədən əvvəl qətiliklə ümid kəsənlər idilər.
50Belə isə, Allahın mərhəmətinin əsərlərinə bir bax. Yer üzünü ölümündən sonra necə dirildir? Şübhə yox ki, O, qətiliklə ölüləri dirildər və O, hər şeyə qadirdir.
51Və and olsun ki, Biz bir külək göndərsək də, Allahın mərhəmətinin əsəri olan bitkiləri saralmış görsələr, qətiliklə onun arxasından küfr etməyə başlayarlar.
52Buna görə də, sən ölülərə eşitdirə bilməzsən. O dəvəti, üzlərini çevirib gedərkən karlara da dinlədə bilməzsən.
53Sən korları da azğınlıqlarından doğru yola gətirə bilməzsən. Sən ancaq ayələrimizi iman edəcəklərə xəbər verərsən – artıq onlar müsəlmandırlar.
54Allah sizi gücsüz olaraq yaradandır. Sonra gücsüzlüyün arxasından qüvvət gətirdi. Sonra qüvvətin arxasından gücsüzlük və ixtiyarlıq gətirdi. O, dilədiyini əmələ gətirir. Və O, ən yaxşı biləndir, ən yaxşı güc yetirəndir.
(84/30, Rum/40–45, 48–54)
Nəcm: 383
55Və Qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax budur, belə döndərilirdilər.
56Özlərinə bilik və iman verilən insanlar də deyəcəklər ki: “And olsun ki, Allahın yazısında, dirilmə gününə qədər qaldınız. Bax budur, bu, ölümdən sonra dirilmə günüdür. Lakin, siz bunu bilmirdiniz”.
57Artıq o gün şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə öz bəhanələri yararlı ola bilməz. Onlar, bağışlanmazlar da.
(84/30, Rum/55–57)
Nəcm: 384
58Və and olsun ki, Biz insanlar üçün Quranda bütün örnəklərdən, qətiliklə, nümunələr gətirdik. Və and olsun ki, sən onlara bir ayə də gətirsən, o kafirlər: “Siz, sadəcə, batil şeyləri ortaya qoyanlarsınız” – deyəcəkdilər.
59Bax budur, bilməyən insanların qəlbləri üzərinə Allah belə damğa vurur.
47Və and olsun ki, Biz səndən öncə bəzi elçiləri cəmiyyətlərinə göndərdik və onlar insanlara açıq-aşkar dəlillər gətirdilər. Sonra Biz günah edən insanları yaxalayıb, cəzalandıraraq, ədaləti təmin etdik. Möminlərə kömək etmək də, Bizim üzərimizə bir haqq idi.[4]
60İndi sən səbirli ol. Şübhəsiz ki, Allahın vədi haqdır. Qətiyyən, inanmamış insanların səni zəiflətməsinə imkan vermə.
(84/30, Rum/58–59, 47, 60)
[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.
[2]Rəsmi Tərcümədə 46–cı sırada yer alan bu ayəni, aidiyyatına uyğun olaraq, burada tərtib etdik.
[3]Ayələrdə keçən “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ifadəsi, başlıca olaraq “cariyələr” olaraq anlaşılaraq bu günümüzədək gəlmişdir. Cariyələrlə əlaqədar say həddi olmadığı kimi, onlarla nikah da lazım gəlmədiyi anlayışı hakim olmuşdur. O halda ma mələket eymanühüm [sözləşmələrinin sahib olduqları] ifadəsiylə kimlərin qəsd edildiyinin təhlil edilməsi vacibdir. İslam gəldiyində, dünyanın hər tərəfində olduğu kimi, Ərəbistan coğrafyasında da köləlik müəssisəsi mövcud olub, satın alma, miras qalma, qaçırma, hərb əsirlərinin kölələşdirilməsi kimi yollarla davam edirdi. İslam, qaynar döyüşdən başqa yollarla əsir almağı və döyüşdə alınan əsirlərin kölələşdirilməsini qadağan etdi (Ənfal/62 və Muhəmməd/4) və beləliklə də, köləlik müəssisəsini tədricən, tamamilə qadağan etdi. XIX yüzildə İngiltərə başda olmaqla digər dövlətlər də köləliyi qadağan edərək bu müəssisəni ortadan qaldırdılar. Təəssüf ki, sözdə bir İslam dövləti olan Osmanlı Dövləti, zənci kölə ticarətini 1857–də, ağ kölə ticarətini isə ancaq 1909–da qadağan etmişdir. Geniş açıqlama üçün Bxn. Təbyinül–Quran; c. 2, s. 167.
Köləlik müəssisəsinin davam etdiyi müddətdə, yerli və beynəlxalq adətlərə uyğun olaraq, qadın və kişi kölələr müəyyən edilmiş şərtlər, sözləşmələr çərçivəsində qoruyucu ailələrin himayələrinə verilirdilər. Bu hami ailələr onların iş-gücündən yararlanır və onları himayə edərdilər. Kölələr din və vicdan müstəqilliyinə sahib olmalarına baxmayaraq, iqtisadi və siyasi baxımdan müstəqil deyildilər. Miras və qəsb yoluyla kölə etmə halı ortadan qalxdıqdan sonra hərb əsirlərindən dəyişməyə tabe tutulmayan, fidyə verilməyən və ailəsindən himayə edəcək kimsəsi tapılmayan xanımlar yenə müəyən edilmiş qaydalar daxilində, birilərinin himayəsinə verilirdi. Bəzən də köləliyin qalxmadığı qonşu bir ölkəyə hədiyyə olaraq, kölələr göndərilirdi.
Bölmədəki “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ilə, “bu şərtlər çərçivəsində himayə altında olan qadınlar” qəsd edilmişdir. Bunlarla cinsi əlaqəyə girə bilmək üçün mütləq yaxınlarından izin alınması və adətə görə, mehirlərini verməklə nikahlanmaları şərtdır (Nisa/24). İslam, nikahsız cinsi əlaqəni təşviq etməz, nikahsız könüllü əlaqəni zina, nikahsız və könülsüz əlaqəni isə təcavüz sayar.
Ayədə bu qadınlar ona görə “və ya” ifadəsiylə ikinci bir qrup sayılır ki, onların keçmişlərində yşadıqları həyatları bilinmir. Onlar, o günün adətində olan mehir nöqteyi-nəzərindən əsl həmşəhəriləriylə bərabər deyillər. Nikahın təməli eyni olmasına rəğmən, incəliklərdə fərqlilıkdən söhbət gedir. Bu cür xanımlara konkret nümunə olaraq bu adlar verilə bilir: Peyğəmbərimizin arvadlarından “Safiyə” bir döyüş əsiridir, Mariyə də ona hədiyyədir. Peyğəmbərimiz hər ikisi ilə də nikahlanmışdır. Həmçinin, bu iki qadın Quranda [Təhrim və Əhzab surələrində] Rəsulullahın “xanımları” olaraq xarakterizə edilmişdir.
Bu gün köləlik müəssisəsi qaldırılmış, adətlərin yerini yerli və beynəlxalq hüquq tutmuşdur. Bu gün bu qavramın, toplama kamplarındakı, sığınma evlərindəki və əsirgəmə qurumlarındakı qadınlar olaraq ələ alınması uyğundur.
[4]Rəsmi Tərcümədəki 47–ci ayəni, aidiyyatına uyğun olaraq, burada tərtib etdik.