Şəms surəsi Məkkədə nazil olmuş 26–cı surədir. Adını birinci ayədəki “الشّمس əş–Şəms [Günəş]” sözündən alan surənin enmə sırası ilə əlaqədar hər hansı bir fikir ayrılığı yoxdur. 14–cü ayəni iki ayə hesab edərək, 15 ayədən ibarət olan surəni, 16 ayə olaraq qəbul edənlər də vardır.
Xatırlayacağımız kimi, 24–cü surə olan Əbəsə surəsinin 17–32 ayələrində insanın daxili quruluşuna və ətraf mühitə diqqətlər çəkilmişdir. Əsasən vurğulanmışdır ki, İnsan istər öz daxili və xarici quruluşuna, istərsə də ətrafındakı varlıqlara baxaraq, həmçinin də bu varlıqların funksiyalarını dərk edərək, Rəbbə çatmalıdır. Bu qədər sübuta baxmayaraq, bunu etməyən və kafir qalan adam da yadırğanmış idi. Əbəsə surəsindən sonra isə Qədr surəsi, sanki bir mötərizə kimi, araya girmiş, Quranın və Quranla qurulan əlaqənin faydaları açıqlanmışdı.
Şəms surəsində təkrarən Əbəsə surəsindəki mövzuya dönülmüş və öncə ayələrin hərfi mənaları ilə ətraf aləmdəki böyük sübutlara, daha sonra da möcüzə xüsusiyyətindəki daxili sübutlara diqqət çəkilmişdir. Əbəsə surəsində ortaya qoyulan əsaslar, bir tərəfdən baxıldığında, Şəms surəsində bir üst mərhələdən təkrar edilmişdir.
Şəms surəsində bir sıra and ilə [yeddi sübut irəli sürülərək] insanın azad iradəsiylə özünü necə qurtara biləcəyi və ya özünü necə məhv edə biləcəyi açıqlanır, bu ilahi qanuna da o günkü cəmiyyətdə hər kəs tərəfindən bilinən Səmud qövmünün keçmişdəki cəzalandırılması nümunə göstərilir. Beləliklə, insanlara hidayət edilərək [yol göstərilərək] və gərəkli xəbərdarlıq edilərək inananlar itaətə təşviq edilir.
Surədə verilən istər omonim və eynimənalı sözlər və istərsə də məcaz, kinayə və digər söz sənətləri imkan verir ki, ayələrdən bir–birinə bənzəyən bir çox mənalar çıxarılsın. Bu vəziyyət Şəms surəsinin “mütəşabih” olma özəlliyini də ortaya qoyur.
Surənin and cümləsi xüsusiyyətindəki 1–10–cu ayələri ilə, keçmişdən örnək verən 11–15–ci ayələrinin ayrı bir bölmə təşkil etdiyi nəzərə alınaraq, surə iki ayrı qrupda təhlil edilmişdir.
TƏRCÜMƏ
Bölmə 45
- 1–10Quranı və onun yaydığı sosial aydınlığı, Quranı izləyən Elçi və möminləri, Quran işığı ilə aydınlanan cəmiyyətləri, Quran işığından yoxsul qalan cəmiyyətləri, bilikliləri və bilikliləri ucaldan bilikləri, qara cahilləri və qara cahilləri bu hala gətirən qanun və anlayışları, Mənliyini tapmış kimsələri və Mənliklərini göstərən faktorları ki, O, ona daşqınlıq etmək/özündən çıxmaq və özünü qorumaq istəklərini/günah işləmə və “Allahın qoruması altında olma qabiliyyətlərini ilham etdi, sübut göstərirəm ki, nəfsini təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, tam yəqinliklə bilin ki, zərərə uğramışdır.
- 11Səmud azgınlığı ucbatından yalan saydı. 12Axirətdə ən bədbəxt olacaq olanları–başçıları vəzifəni qəbul edib getdiyi zaman, 13Allahın elçisi onlara demişdi ki: 14“Allahın dəvəsinin əhəmiyyətini anlayın!” və “Onun su içməsini, yaşamasını təmin edin!”
- 15,16Fəqət onlar, onu yalan saydılar, bunun nəticəsindən qorxmayaraq da Allahın dəvəsini, bud damarlarını kəsərək, öldürdülər.
- Rəbbləri də günahları ucbatından onları dəyişikliyə–dağıntıya məruz qoydu, sonra da yerlə bir etdi. (26/91, Şəms/1–15)
TƏHLİL
- 1–10Quranı və onun yaydığı sosial aydınlığı, Quranı izləyən Elçi və möminləri, Quran işığı ilə aydınlanan cəmiyyətləri, Quran işığından yoxsul qalan cəmiyyətləri, bilikliləri və bilikliləri ucaldan bilikləri, qara cahilləri və qara cahilləri bu hala gətirən qanun və anlayışları, Mənliyini tapmış kimsələri və Mənliklərini göstərən faktorları –ki, O, ona daşqınlıq etmək/özündən çıxmaq və özünü qorumaq istəklərini–günah işləmə və “Allahın qoruması altında olma qabiliyyətlərini ilham etdi– sübut göstərirəm ki, nəfsini təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, tam yəqinliklə bilin ki, zərərə uğramışdır.
Ayələrin hərfi mənalarını təqdim etsək, həqiqi mənaları belədir:
–“Günəşə və onun parıltısına, onu izlədiyi zaman Aya, ona parlaqlıq verdiyi zaman gündüzə, onu sarıb örtərkən gecəyə, göyə və onu düzəldənə, yer üzünə və onu yuvarlaq kimi döşəyənə, nəfsə və onu nizamlayana, verənə ki, O, ona fücurunu və təqvasını ilham etdi.– and olsun ki [bütün bunları sübut göstərirəm ki], onu [nəfsi] arındıran həqiqətən qurtulmuşdur və onu [nəfsi] örtən qətiliklə zərərə uğramışdır.”
Biz, tərcümədə məcazi mənalarını göstərdik.
Hərfi [söz] mənaları etibariylə elmi möcüzələr ehtiva edən ayələr, məcazi mənaları etibariylə də həyat həqiqətlərini dilə gətirir.
Nümunə olaraq, Ayın Günəşi izlədiyinə dair ifadə, Günəş Sistemindəki bütün göy cisimləri kimi Ayın da Günəşin ardından getdiyi həqiqətini ortaya qoyan bir ifadədir. Astronomik hesablamalar, Günəşin Samanyolu qalaktikasındakı təxminən çevrəvari olan orbitini 225 milyon ildə tamamladığını göstərir. Ay da, bilavasitə, Dünya ilə bərabər bu uzun səfərdə Günəşi izləyir. Günəş Sistemi və Samanyolu qalaktikasının kəşfindən sonra elmi yenilik mahiyyətində olan bu məlumat, Quranın endiyi dövr üçün həqiqətən də bir möcüzə sayılır. Belə ki, surədəki “yer üzünün yuvarlaq kimi döşəndiyi” ilə əlaqədar ifadə də, yenə Quranın endiyi dövr üçün bir möcüzə xüsusiyyətindədir.
Ayələrdən, məcazən də bir çox məna çıxarmaq mümkündür. Məsələn:
– Üzərinə and içilən “الشّمس Günəş”, bütün insanlığı əsrlər boyunca aydınladan və bundan sonra da aydınladacaq olan Qurandır. “Onun parıltısı” isə Quranın insanlığa verdiyi xoşbəxtlikdir.
– “Günəşi təqib edən Ay”dan məqsəd, Qurana uyan Peyğəmbər və inananlardır, belə ki, ayın öz işığı yoxdur, o, günəşdən aldığı işığı əks etdirir. Peyğəmbər və inananlar da Allahdan aldığı ayələrlə aydınlanır.
– “Gündüz” Quran işığıyla aydınlanmış cəmiyyətləri, “Gecə” isə Quran işığından məhrum qalan cahil cəmiyyətləri simvolizə edir.
– “Səma”, Qurandan aldığı canla özünü üstün hala gətirmiş kimsələr, “Yer” isə Qurandan yararlanmayıb, küfr və fücur bataqlığında yuvarlanıb duran qisimdir.
– “Səmanı var edən” Qurandan alınan və insanı ucaldan İslami qaydalar, “yeri var edən” isə Qurandan kənar qaydalar və anlayışlardır.
– “Can və canı cilalayan”, insan və insanın yaxşı, ya da pis olmasına səbəb olan fəaliyyətləridir ki, belə olduğu bundan sonra gələn 8–ci ayədən də anlaşılır.
1,2Günəşə və onun parıltısına, onu izlədiyi zaman Aya,
Bu ayədə, Ayın Günəşi izlədiyi söylənərək, yuxarıdakılara əlavə olaraq Ayın işığını Günəşdən aldığı və Dünyanı aydınlatma işində onu izlədiyi vurğulanır. Məcaz olaraq isə, Günəşin Quran olduğu, verdiyi xoşbəxtlik qaydalarının parıltısıyla insanlığı aydınlatdığı, Ayın da Quranı izləyən, onun aydınlığını inikas edən peyğəmbər və inananlar olduğu anlaşıla bilər.
3,4ona parlaqlıq verdiyi zaman gündüzə, onu sarıb örtərkən gecəyə,
Bu iki ayədəki “هاo” əvəzliklərinin ifadə etdiyi mənalar üzərində bir az daha həssasiyyətlə durmaq lazımdır. Gündüzün parlaqlıq verdiyinin və gecənin örtdüyünün nə olduğuna məntiqli bir cavab axtarılmalıdır. Bir çoxları öncəki ayələrdə keçən “o” əvəzliklərinin işarət etdiyi əsas obyekt olan “Günəş”i, cümlə axışı içində bu iki ayədəki əvəzliklərin də işarət etdiyi əsas obyekt olaraq qəbul edərək, ayələri “Günəşə parlaqlıq verdiyi zaman gündüzə, Günəşi örtdüyü zaman gecəyə…” şəklində mənalandırırlar.
Halbuki, Günəşin “gündüz” tərəfindən parladılması və “gecə” tərəfindən sarılıb örtülməsi barədə söz ola bilməz. Belə bir məna məntiqli deyildir.
Zəmaxşəri, cümlənin var olan quruluşuna məqbul bir məna qazandıra bilmək üçün ayələrdəki əvəzliklərin “ظلمة zülmət [qaranlıq]”ə və ya “ الارض ərzə [yer üzünə]” əlaqəli ola biləcəyini irəli sürür və “Hər nə qədər bu sözlər əvəzlikdən əvvəl yer almamış olsalar da, bu belədir [1] deməyə gətirir. Həmçinin iddiasını dəstəkləmək üçün də klassik Ərəb ədəbi mətnlərindən örnəklər verir. Belə ki, bu nümunələr kifayət qədər təsdiq edən, razı salan olmadığından nəql edilmələrinə ehtiyac duyulmamışdır.
Biz bu əvəzliklər səbəbiylə meydana çıxan sualın iki yolla izah oluna biləcəyini düşünürük:
Birinci Yol: Ayədəki əvəzliyin bir mənasının mövcud olmadığı, yəni surənin icaz və ədəbi quruluşu, harmonik özəlliyi səbəbindən ayədə yer aldığını qəbul edərək, mənasının nəzərə alınmamasıdır. Belə ki, Quranda bu hala uyan, Əhzab surəsinin 55–ci və Nur surəsinin 31–ci, Haqqa surəsinin 16–20–ci ayələri kimi bir çox örnək tapmaq mümkündür.
Bu təqdirdə ayələrdə tamamlıq olmaz və bu şəkildə mənalandırıla bilər:
“parlaqlıq verdiyi zaman gündüzə, sarıb örtərkən gecəyə,”
İkinci Yol: Bildiyimiz kimi, bir cümlədə üçüncü şəxs əvəzliyi işlədiləcəyi zaman, bu əvəzliyin əsas məqsədini ifadə edən obyektin, hərfi və ya məna olaraq, əvəzlikdən daha əvvəl keçmiş olmalı idi. Əks halda qəsd edilən şey anlaşılamaz, cümlə mənasız olar. Bu qayda düşünülərək, ilk ayədə keçən “Günəş”in, bu ayələrdəki əvəzliklərin əsas məqsədi ifadə edən obyekt olaraq qəbul edilməsi halında, ayələrin mənasının məntiqsiz olduğu daha öncə də ifadə edilmişdi. Elə isə bu halda edilə biləcək tək şey, Əbəsə ilə Şəms surələri arasındakı sədlərin qaldırılmasıdır. Surəyə girişdə də qeyd edildiyi kimi, Şəms surəsi, əslində Əbəsə surəsinin davamı mahiyyətində olub, Qədr surəsi sanki bir mötərizə kimi araya girmişdir.
Bu cür qəbul etsək, 3–cü və 4–cü ayələrdəki “ هاo” əvəzlikləri, Əbəsə surəsinin 26–cı ayəsindəki “ الارض əl-ərz [yer üzü]” sözü ilə əlaqədardır və bu ayələr belə mənalandırıla bilər:
“yer üzünə parlaqlıq verdiyi zaman gündüzə, yer üzünü sarıb örtərkən gecəyə,”
Bu təqdirdə ayələrdə tamamlıq olmaz və bu şəkildə mənalandırıla bilər:
“parlaqlıq verdiyi zaman gündüzə, sarıb örtərkən gecəyə,”
İkinci Yol: Bildiyimiz kimi, bir cümlədə üçüncü şəxs əvəzliyi işlədiləcəyi zaman, bu əvəzliyin əsas məqsədini ifadə edən obyektin, hərfı və ya məna olaraq, əvəzlikdən daha öncə keçmiş olması gərəkir. Əks halda qəsd edilən şey anlaşılamaz, cümlə mənasız olar. Bu qayda düşünülərək, ilk ayədə keçən “Günəş”in, bu ayələrdəki əvəzliklərin əsas məqsədi ifadə edən obyekt olaraq qəbul edilməsi halında, ayələrin mənasının məntiqsiz olduğu daha öncə də ifadə edilmişdi. Elə isə bu halda edilə biləcək tək şey, Əbəsə ilə Şəms surələri arasındakı sədlərin qaldırılmasıdır. Surəyə girişdə də qeyd edildiyi kimi, Şəms surəsi, əslində Əbəsə surəsinin davamı mahiyyətində olub, Qədr surəsi sanki bir mötərizə kimi araya girmişdir.
Bu cür qəbul etsək, 3–cü və 4–cü ayələrdəki “ هاo” əvəzlikləri, Əbəsə surəsinin 26–cı ayəsindəki “ الارض əl-ərz [yer üzü]” sözü ilə əlaqədardır və bu ayələr belə mənalandırıla bilər:
“yer üzünə parlaqlıq verdiyi zaman gündüzə, yer üzünü sarıb örtərkən gecəyə,”
Birinci izah:
Bu məlumatlar əsas götürülərək, ayədəki “ ما ma” sözü ilə Allahın (Rəbb) qəsd edildiyi qəbul edilə bilər. Bu təqdirdə Rəbbimiz, göyə və onun yaradıcısı olaraq özünün gücünə, böyüklüyünə və tayının olmadığına diqqət çəkmiş olur.
İkinci izah:
“ما ma” sözünün ağılsız varlıqlar üçün işlədildiyi qəbul edilə bilər və məna buna görə verilə bilər. Bu təqdirdə məna belə olur ki, Rəbbimiz insanoğlundan bütün diqqətini kainata qoymuş olduğu nizama yönəltməsini istəyir. Çünki göyün meydana gəlməsini təmin edən, hər hansı bir qarışıqlığa yol verilmədən, pozulmadan bu meydana gəlməni mühafizə edən fiziki qanunlar, bu meydana gəlmədəki incə hesablar və göyün quruluşundakı digər möcüzələr diqqətlərin yönəlməsi gərəkən məqamlardır. Kainata qoyulmuş olan bütün bu qaydaların fəaliyyəti Quranda “Sünnətullah” qavramıyla ifadə edilir. Sünnətullahı qısaca kainatın fiziki, kimyəvi, bioloji və sosial qanunları olaraq anlamaq da mümkündür.
6yer üzünə və onu yuvarlaq kimi döşəyənə,
Bu ayə də, yenə “ما ma” ədatının iki anlamına görə çevrilə bilər:
- “Yer üzünə və onu hər tərəfdən yayan və uzadan, canlıların yaşamasına uyğun hala gətirən Allaha [and olsun ki]”;
- “yer üzünə və onu yayan fiziki, kimyəvi və bioloji qanunlara, sistemlərə [and olsun ki]” şəklində.
Bu ayə ilə yer üzünün meydana gəlməsi və döşənməsi ilə əlaqədar möcüzə xüsusiyyətindəki fiziki qanunlara işarət edildiyi kimi, “طحيها taha–ha” sözü ilə də bir başqa möcüzə sərgilənmişdir.
طحى Taha və دحى Dəha
Ayədəki “طحيها taha–ha” sözü, mövzunun geniş izah olunduğu Nəziət surəsinin 30–cu ayəsində “دحيها dəha–ha” olaraq yer alır. Sözlərdəki hərflərin bəzən sərtləşdirilməsi, bəzən də yumşaldılması şəklində ortaya çıxan bu durum, bizim dilimizdə də var.
Məsələn əsli “təmur” olan söz bizim dilimizdə “dəmir” olaraq yazılır və söylənir, eynilə Fatimə adı da Fatma şəklini almışdır. Beləliklə də, bu ayədəki “taha–ha” sözü ilə Nəziət surəsinin 30–cu ayəsindəki “dəha–ha” sözü arasında bu cür bir əlaqə vardır. Buna görə də hər iki söz də eyni mənaya gəlir və ikisi də “yaymaq, döşəmək” mənasında işlədilir. Bu əlaqə, sözlərin mənaları mövzusunda ən sağlam və ən güvənilir qaynaq olan Allamə İbn–i Mənzurun Lisanül–Arab adlı əsərində vardır.
Taha: “Fərra belə açıqlamışdır: “ طحى Taha” və “ دحى Dəha” bir və eynidir.” Şimr də belə demişdir: “طحيها Taha–ha دحيها Dəha–ha mənasındadır.ط Ta hərfi د də hərfindən çevrilmişdir.”
Bu sözün mənası içərisində bitkilərin yer üzünə yapışması və yayılması mənası da mövcuddur.[2]
Buradakı möcüzə, adi danışıqda işlədilən “yaymaq və döşəmək” hərəkəti üçün Ərəbcədə “بسط bəsəta” və “وسع vəssəa” sözləri varkən, ayədə ərzin [yer kürəsinin] yayılıb döşənməsi üçün “طحى Taha” və “دحى Dəha” sözlərinin işlədilmiş olmasıdır. Çünki bu sözlər adi və normal bir yaymağı deyil, ərzin şəklinə uyğun olan, “yuvarlaq kimi yayma”ğı ifadə edir.
Dəha
“دحو Dəhv sözünün mənası “dəvəquşu yumurtası” mənasına gəlir. Bu sözün törəmələri “dəvəquşu yumurtası”, “dəvəquşunun yumurtasını buraxdığı yer” kimi mənalar daşıyır. Bu sözün törəmələrindən olan “مدحة midhət” sözü, Məkkəlilərin yuvarlaq daşlar və ceviz ilə oynadıqları, bu günkü qolf oyununa bənzər bir oyunun adıdır. Bir çuxur qazılır, qazılan çuxura yuvarlaq daş və ya ceviz düşürülməyə çalışılırdı. Yuvarlaq şeyi çuxura düşürən adam oyunun qalibi, düşürə bilməyən də məğlubu sayılırdı. Əbu Rafi rəvayətində Peyğəmbərimizin nəvələri Həsən və Hüseynin də bu oyunu oynadıqları anladılır.دحو Dəhv sözünün törəmələrindən olan “مداحى mədahi” sözü də girdə lavaş kimi yuvarlaq daşlara verilən addır.[3]
“Yuvarlaq kimi yaymaq, döşəmək” mənasındakı sözün yer üzü üçün işlədilməsi, yer üzünün insanların və digər canlıların yaşamasına və yeməklərini təmin etməsinə əlverişli bir şəkildə yaradılmış olduğunu və şəklinin də tam yuvarlaq deyil, yuvarlaq kimi olduğunu anladır. Dünyamızın şəklinin “qütblərdən basıq ellipsoid [öz oxu ətrafında dönərək əmələ gəlmiş ellipsoid]” olduğunun, daha yeni sayıla biləcək bir tarixdə kəşf edildiyini nəzərə alsaq, 14 əsr öncədən yer üzünün şəkli üçün “öz oxu ətrafında dönərək əmələ gəlmiş ellipsoid”ə ən oxşar olan quruluşdakı dəvəquşu yumurtasını anladan bir sözün işlədilməsi, həqiqətən də böyük bir möcüzədir.
Şəms surəsində az və xüsusi bir anlatma ilə ortaya qoyulan bu mövzu, enmə sırasına görə 81–ci surə olan Nəziət surəsində genişləndirilərək belə təqdim edilmişdir:
- 27–33Yaradılışca sizmi daha mürəkkəbsiniz, yoxsa göymü? Göyü, Allah düzəltdi–boyunu yüksəltdi, sonra da onu nizama saldı, gecəsini qaraltdı və işığın parlaqlığını çıxardı. Və ondan sonra, sizin və heyvanlarınız üçün bir yararlanma olması üçün yer üzünü döşədi/yer üzündən suyunu və otlağını çıxardı, dağları da dəmirlədi/sağlam bir şəkildə yerləşdirdi. (Nəziət/27–33)
Quranın endiyi dövrdə mahiyyətlərinin bilinməsi mümkün olmayan bu ayələr, əslində dövrümüzün elm adamlarını müxatib alır.
7,8Nəfsə və onu nizamlayana, quruluş verənə
–ki O, ona fücurunu və təqvasını ilham etdi.– and olsun ki,
[nəfsə və ona fücurunu və təqvasını ilham etmək yoluyla, onu nizamlayana and olsun ki,]
7–ci ayə də eynilə 5–ci və 6–cı ayələrdə olduğu kimi, “ma” ədatının mənalarına görə, “Nəfsə və onu nizamlayana, nizamlamağa güc yetirənə” şəklində və ya “Nəfsə və onu nizamlayan şeylərə” şəklində mənalandırıla bilər.
5–7–ci ayələrdə keçən “ما ma” ədatlarının, yuxarıda verdiyimiz iki mənasından başqa “məsdəriyyə” mənası da vardır. “ما Ma” ədatlarının “məsdəriyyə” mənası daşıdığı qəbul edildiyi təqdirdə, 5–7–ci ayələrin bu şəkildə mənalandırılmaları da mümkündür:
“göyə və onun quruluşuna, yer üzünə və onun döşənişinə,
nəfsə və onun nizamlanmasına [and olsun ki]”
Göründüyü kimi, 5–7–ci ayələrdəki “ma” ədatının Allahı nəzərdə tutan mənasından başqa, “şey” və “məsdəriyyə” mənalarında da işlədilmiş ola biləcəyinin qəbul etsək, insanların diqqəti Quranın endiyi zamanlarda bilinməyən fizika, kimya və astronomiya qanunları ilə bioloji və genetik özəlliklərə çəkilmiş olur.
8–ci ayədə keçən “الهام ilham” sözünün əsli “bir şeyi udmaq” mənasına gələn “لهم ləhm,التهم iltəhəmə” sözləridir. Ərəblər “الهمته əlhəmtühü [onu ilham etdim]” ifadəsini “ona çatdırdım” mənasında işlədirlər. [4] Bu kəlmə sonradan Allahın qullarının qəlbinə atdığı [ilka etdiyi] şeylər üçün işlədilmişdi. Belə ki, bu ilka və çatdırma, içə yerləşdirmə mənasında uddurma kimidir.
Sözün bu ayədə ifadə etdiyi məna isə insanın fiziki və psixoloji özəlliklər verilərək şəkilləndirilməsi ilə əlaqədardır. Bu mənada insan, istər boy–buxun, qaş–göz, əl–ayaq kimi fiziki özəlliklərlə, istərsə də ağıl–fikir, impuls–instinkt, iman və ya küfrü seçmə azadlığı təmin edən iradə kimi psixoloji özəlliklərlə təchiz edilmişdir. Bu mövzu barədə Əbəsə surəsinin son ayəsində söhbət açılmış və imanın zahirə inikasının “təqva”, küfrün zahirə inikasının da “fücur” olduğu qeyd edilmişdi.
Bu ayə ilə diqqət çəkilən bir başqa önəmli məqam da, hər canlıya öz yaşayışını davam etdirə bilməsi üçün yararlı şeyləri arayıb tapmaq, zərərli şeylərdən uzaqlaşmaq qabiliyyətinin verilmiş olmasıdır.
Bunun ən önəmli göstəricilərindən biri odur ki, uzun bir təlim müddətiylə öyrənilə biləcək neçə–neçə qabiliyyət canlılarda anadangəlmə olaraq vardır. Canlılara bəxş edilən bu qabiliyyətin yaşanan həyatda bir çox örnəyi vardır. Məsələn, yeni doğulan bir canlının anasının məməsini dərhal tapa bilməsi və əmə bilməsi, qaz və ya ördək kimi canlıların doğulduqları andan etibarən üzə bilmələri, heyvanların özlərinə yarayan yeməkləri seçə bilmələri kimi örnəklər bunlardan sadəcə bir neçəsidir.
9,10Onu [nəfsini] arındıran həqiqətən qurtulmuşdur.
Və onu [nəfsini] örtən də qətiliklə zərərə uğramışdır
Surənin ismarıc ayələri bu ikisi olub, öncəki səkkiz ayədə edilən andlar, bu iki ayədə verilən mühakimənin önəmini qeyd etmək üçündür. Eyni ismarıclar daha öncə 8–ci sırada enmiş olan Əla surəsinin 14–cü ayəsində də verilmiş, önəminə görə burada da fərqli bir üslubla yenilənmişdir.
Nəfs
“Nəfs” sözü, bir şeyin daxili və xarici quruluşuyla və özəllikləriylə tamamını, yəni öz quruluşunu, şəxsinə məxsusluğunu ifadə etmək üçün işlədilən bir əvəzlikdir.[5]
Buna görə “nəfs” sözünün əvəzlik olaraq mənası “özü, zatı” deməkdir. Belə ki, sözün Qədim Ərəb ədibləri tərəfindən bu mənada işlədilmiş olmasının klassik mətnlərdə yüzlərlə nümunəsi mövcuddur.
“Nəfs” deyilincə hər şeydən öncə “insan” xatirimizə gəlirsə də, Allahın yaratdığı hər canlı varlıq bir “nəfs”dir. Yəni hər canlının bir “özü, zatı, kimliyi” vardır və buna “nəfs” deyilir.
Lisanü’l–Arabda geniş açıqlandığına görə, müəyyən əlaqələrə görə bu söz məcaz olaraq “ruh [can]”, “nəfəs”, “qan”, “mənlik [eqo]”, “qəlb [zehin]”, “iç”, “böyüklük”, “ucalıq” mənalarında da işlədilir. Məsələn, “can”, “qan” və “nəfəs”in [tənəffüs edilən havanın]” da “nfs” sözüylə ifadə edilməsinin səbəbi “lazımlılıq” əlaqəsinə görədir.
Cəmi “nüfuz” və “ənfüs” qəlibləriylə ifadə edilən “nəfs” sözü, Quranda tək və cəm halında 295 yerdə keçmiş və həm Allah üçün, həm də digər canlılar üçün işlədilmişdir.
“Nəfs” sözü Allah üçün işlədildiyində, sözün yuxarıda verdiyimiz mənalarının əhatə etdiyi özəlliklərin hamısını ehtiva edir. Yəni Allahın zatı və sübutu sifətlərinin tamamını ifadə etmiş olur.
“Nəfs” Sözü, Maidə/116, Al–i İmran/28, 30, Ənam/12, 54 və Ta Ha/41–də Allah üçün işlədilmişdir.
“Nəfs” Sözü, Şəms/7, 8, Bəqərə/233, Ənbiya/35, Ənkəbud/57, İbrahim/22, Yunis/15,16–da bütün Canlılar üçün işlədilmişdir.
Aşağıdakı ayədə isə, “nəfs” sözünün müfaalə babından olan (daha çox adam tərəfindən edilən) “yətənafəsü” və “elmütənafisun” şəklindəki törəmələri, feli mənada ortaq olma mənasıyla “özləşmə, kimlik qazanma yarışı” mənasındadır:
- Artıq yarışanlar, bax budur, bunda yarışmalıdırlar. (Mutaffifin/22–28)
“Nəfs” Sözünün Məcaz Olaraq İşlədildiyi Ayələr:
- 15–18Quranı dinləməmək üçün gizlənənlərin, qaçanların vəziyyətini, həqiqəti ört–basdır etməyin–cəhalətin gedişini, aydınlığın–rəşidliyin (doğru yolu tutmağın, ağıllı olmağın) gəlişini sübut göstərirəm ki, (Təkvir/15– 18)
Bu ayədə “nəfs” sözündən törəmiş olan “tənəffəsə” feli işlədilmişdir. Bu felin mənası “nəfəs aldı” deməkdir ki, bu da insanın tənəffüs müddətində alıb–verdiyi havanı ifadə edir. Nəfəs [nəfəs alıb–vermək] insanın ən vacib bir parçası olduğundan məcaz olaraq işlədilmişdir. Digər tərəfdən, “qan” da insanın ən vacib bir parçasından biri olduğu üçün, doğuş zamanı qanamaya da “nifas” deyilir. Bu söz “nəfs” sözünün fərqli bir qəlibidir.
- 93Və Allaha qarşı yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda “Mənə vəhy olundu” deyəndən və “Allahın endirdiyi kimi mən də endirəcəyəm” deyəndən daha yanlış–öz zərərlərinə iş görən kim ola bilər? Şərik qoşaraq yanlış–öz zərərlərinə iş görən o kimsələri ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış, “Canlarınızı çıxarın. Bu gün, Allaha qarşı doğru olmayan şeylər söylədiyinizdən və Onun ayələrinə qarşı təkəbbürlənməyinizdən dolayı, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” deyərlərkən bir görsəydin! (Ənam/93)
Bu ayədəki “nəfs”in cəmi olan “ənfüs” sözü, məcazən “canlar” mənasında işlədilmişdir.
“Nəfs” sözünün Ərəbcəsi və Qurancası bu olmasına baxmayaraq, Yunan fəlsəfə mətnlərinin Ərəbcəyə çevrilməsindən sonra “nəfs” mövzusunda müxtəlif düşüncələr irəli sürülməyə başlanmış və bu təsir altında “nəfs” sözü, Ərəbcədəki və Qurandakı mənalarından uzaqlaşıb, Yunancalaşmışdır.
“Nəfs” anlayışı, özəlliklə İbn Sina, Qəzali, İbnü’l–Arabi və ər–Razi kimi mütəfəkkirlər tərəfindən fərqli şəkillərdə izah olunaraq, onun haqqında “İlmü’n–Nəfs [Nəfs elmi]” adıyla bir elm sahəsi meydana gətirilmişdir. Bu müddətdə Yunan fəlsəfəsinə uyğun bir “nəfs” anlayışı, demək olar ki, bütün kəlamçılar, mütasavvuflar və filosoflar tərəfindən mənimsənilmişdir
Təzkiyə, Nəfsin Təzkiyəsi
Əsr surəsinin təhlilində də qeyd etdiyimiz kimi, insanın nəfsini arındırması ancaq iman etməsi və salihatı işləməsi ilə mümkündür. Adamı kirlədən, küfr və şirkdir. Çünki şirkin nəcis [pislik], müşrikin də nəcəs [pis] olduğunu Quran bildirir (Tövbə 28). İman sahibi olan adamda imanın zahirə inikası olan “təqva” ortaya çıxacaq və hər yönüylə tərtəmiz bir “nəfs” dən söhbət gedəcək. İnancsız bir kimsədə isə inancsızlığının zahirə inikası olan “fücur” ortaya çıxacaq və hər cür sosial pisliyi ehtiva edən bir “nəfs” dən söhbət gedəcəkdir.
Nəfsi Örtmək
Ərəb adətlərinə görə, yaxşı kimsələr alnı açıq, üzü ağ ortada dolaşarkən, pis kimsələr qapalı yerlərdə gizlənirlər və özlərini açığa vurmazdılar. Bizlərdə belə adamlar üçün “Ortada yeyib, qıraqda gəzən” ifadəsi işlədilir. Belə ki, səxavətli Ərəblər, yüksək təpələrdə evlər tikərdilər ki, evləri tanınsın, möhtaclar özlərinə gəlsin və ehtiyaclarını bildirsinlər və od yandırardılar ki, gecələr axtaranlar bu evləri asanlıqla tapa bilsinlər. Xəsislər isə evlərini, yurdlarını möhtac kimsələrdən gizlətməyə çalışar, özləri də onlara görünməməyə çalışardılar.
Bu adətə uyğun olaraq da, gözəlliklərdən üz çevirən bir kimsə, önəmsiz, tərk edilmiş, adı–sanı anılmaz birisi olur və beləliklə də bu adam [nəfs], gizli qalmış, üzəri örtülmüş bir şey halına gəlmiş olurdu.
Ancaq, nəfsin örtülməsi mövzusu sadəcə yuxarıda qeyd etdiyimiz Ərəb adəti ilə açıqlana bilməz. Çünki “yalnızca qapısına gələnə səxavətli davranmaq” və “ətrafındakılar tərəfindən yaxşı birisi olaraq xarakterizə edilmək” kimi hesablı davranışlar bir Müsəlmanın nəfsini örtülü olmaqdan qurtara bilməz. Nəfsin arındırılması yolunda Quranın Müsəlmanlarda olmasını istədiyi özəlliklərdən bir dənəsinin belə əksik olması, nəfsin örtülü sayılması üçün kifayətdir. Beləliklə də, hər Müsəlman, “nəfsi örtülü” vəziyyətinə düşməmək üçün, Quranı çox yaxşı oxuyub anlamalı və bir Müsəlmanda olması gərəkən özəllikləri yaxşı bilməlidir.
Nəfsin örtülməsi mövzusundakı incəlikləri Müsəlmanların Quranı anlamaq yolundakı öz tərcihlərinə buraxıb, çox ümumi bir çərçivədə bəzi məqamlara diqqətinizi çəkmək istəyirik:
- Qurandan öyrəndiyimizə görə, Müsəlman passiv, cəsarətsiz və bacarıqsız ola bilməz:
Çünki Əsr surəsinin təhlilində də qeyd etdiyimiz kimi, əgər bir insan ağlın və dinin göstərdiyi yolda əzmlə mücadilə etmir, yanlışları gördüyü halda səs çıxarmadan gözləyir, zülmə dözür, “nəyimə lazım”çılıq ruhu ilə yaxın ətrafının və içində yaşadığı cəmiyyətin pozulmasına seyrçi qalırsa, onda o, “səbrli” və “haqq üzərində olan” bir insan deyildir. Çünki passivliyin və cəsarəsizliyin, bacarıqsızlığın bir göstəricisi olan “dözmək”, “səs çıxarmamaq” kimi davranışlar, bir Müsəlmanın Quranda qeyd edilən özəllikləri ilə əsla uyğun gəlməz. Çünki, sadəcə “səbrli olmaq” və “haqq üzərində olmaq” da nəfsin örtülü olmaması üçün kafi gəlmir. Belə ki, səbri və haqqı tövsiyələşməyənlər, özləri bir fərd olaraq səbrli və haqq üzərində olsalar belə, zərərdən qurtara bilməyəcəklər (Əsr/2, 3).
- Yoxsulun yeməyi üzərinə təşviq etməyənlər Quranda “dini yalan sayan” kimsələr olaraq xarakterizə edilir (Maun/1–3). Yetimi kərimləşdirməyənlərin (Fəcr 17) isə məhşərdə, o həyatları üçün öncədən bir şeylər göndərmədiklərinə peşman olacaqları (Fəcr 23, 24) bildirilir.
Maun və Fəcr surələrinin təhlilində də söylədiyimiz kimi:
– Yoxsulun doyurulması, Zəriyət surəsinin 19–cu ayəsi nəzərə alınaraq, sahib olunan varlıqlar üzərində yoxsulun, məhrumun haqqı olduğu şüuru ilə, bir lütf olaraq deyil, bir borc, bir məcburiyyət olaraq haqqı təslim etmə gərəkliliyi ilə doyurulmasını;
– Yetimin kərimləşdirilməsi isə, təhsilinin təmin edilməsi, ona özünü realizə etmək fürsəti verilməsi, iş imkanı verilərək dəstəklənməsi kimi fəaliyyətlərlə yetimin üstün qılınmasını, sayğın hala gətirilməsini, cəmiyyət içində kimsəyə möhtac olmadan öz ayaqları üzərində dura bilməsini təmin etməyi ifadə edir.
Demək olar ki, necə ki, “örtülü nəfs”ə bir örnək olaraq, ağlın və dinin göstərdiyi yolda əzmlə mücadilə etməməsi ilə ortaya çıxan passiv və cəsarətsiz şəxs tipi nümunə göstərilirsə, eləcə də səbri və haqqı tövsiyələşməyənlər də, son nəticədə zərərdən qurtarmayacaqları üçün, “örtülü nəfs”in örnəyi olurlar.
Nəfsini bu örtülərdən arındıranlar isə:
– Yoxsul, möhtac və məhrumu malı və canı ilə dəstəkləyənlər;
– Yetimin sayğın hala gəlməsi üçün cəmiyyətlər quraraq, məktəb açaraq, təqaüd verərək, kitab təmin edərək və bu kimi yollarla yetimlərin doğru və yararlı təhsil almalarını təmin etməyə çalışanlar;
– Yanlışa qarşı susmayıb, hər yerdə və hər şəraitdə doğru yollarla haqqı müdafiə edənlərdir.
“Nəfsin örtülməsi” ifadəsi, yuxarıda açıqladığımız şəkillərdən başqa, əslində heç də salehlərdən olmadığı halda, özünü onların arasında saxlayan, üsyan və günahlara dalmaq surətiylə nəfsini gizləyən, küfrünü və pisliyini [fücurunu] başqalarına göstərməyən kəslərin durumu ilə də açıqlana bilər.
11Səmud azgınlığı ucbatından yalan saydı–12Axirətdə ən bədbəxt olacaq olanları–başçıları vəzifəni qəbul edib getdiyi zaman, 13Allahın elçisi onlara demişdi ki: 14“Allahın dəvəsinin əhəmiyyətini anlayın!” və “Onun su içməsini, yaşamasını təmin edin!”
15,16Fəqət onlar, onu yalan saydılar, bunun nəticəsindən qorxmayaraq da Allahın dəvəsini, bud damarlarını kəsib öldürdülər.
Rəbbləri də günahları ucbatından onları dəyişikliyə–yıxıma məruz qoydu, sonra da yerlə bir etdi.
Surənin ilk bölümündə bildirilmişdi ki, insan yaxşı və pis hər şeyi edə biləcək fiziki və zehni güclərlə təchiz edilmiş və dilədiyini edə bilmək üçün özünə iradə azadlığı verilmişdir. 8 və 9–cu ayələrdə verilən mühakiməyə görə, insan, nəfsini arındırdığı təqdirdə, özünü qurtara biləcək, güclərini pisə işlətdiyi təqdirdə isə pərişan olacaqdır. 11–15–ci ayələr, istər yaşamları, istərsə də sonları etibariylə o günkü xalq tərəfindən yaxşı bilinən Səmud qövmünün bu mühakimənin örnəyi olduğunu bildirir. Səmud qövmünün əhvalatı daha öncə xülasə olaraq Fəcr və Nəcm surələrinin təhlilində də verilmişdi. Ancaq düşünürük ki, önəmli olduğuna görə, orada bəhs edilməyən yönləriylə bu surənin 2-ci hissəsində təkrar nəzərə çatdırsaq yararlı olacaq.
Əvvəlcə Fəcr surəsində Səmud qövmü haqqında verilən məlumatları nəzərinizə çatdırmaq istəyirik. Sonra isə Şəms surəsində bu qövmlərlə əlaqədar ayələri təhlil edəcəyik.
Səmud qövmü
Ərəb dilçilərinin çoxunun görüşünə görə “Səmud” sözü Ərəbcə deyildir. Bəzilərinə görə isə Ərəbcədir və “smd” kökündən törəmişdir. “Smd” sözü “maddəsi [kütləsi] olmayan su” deməkdir ki, bununla “az su” mənası qəsd edilir və “şeh, şəbnəm” suları üçün istifadə edilir. Su sərnicləri, az su yerləşən çuxurlar, quyu qazılaraq, suyun tapılmaması halı “səmd” sözüylə ifadə edilir.[2]
Əgər sözün bu kökdən gəldiyini fərz etsək, “Səmud” adı “suyu qıt olan” mənasına gəlir.
Səmud qövmü, şeh və şəbnəm sularına möhtac, sərnicə və ya suyu az olan su çuxurlarına məhkum üç beş bədəvidən ibarət düşünülməməlidir. Quranın digər ayələrindən anlaşıldığına görə Səmud, əhalisi sıx olan mədəni bir xalqa aid qövmdür. Nəzərə almaq lazımdır ki, Qədim dövrlərdə tarla və heyvandarlıqla məşğul olan bir xalq ən verimli çağındakı gənc bir dəvəni öz övladlarından belə üstün tuturdu/tuta bilərdi. Buna görə də, sözün həqiqi mənasından çox, məcazi mənasına üstünlük vermək lazımdır. Səmud ibrətamiz hekayətində diqqət verilməsi gərəkən məqam dəvə deyil, bu dəvənin “Allahın dəvəsi, yəni qövmə aid” olmasıdır.
Ərəb tarixi məlumatlarina görə Səmud qövmü Hicaz ilə Suriya arasında, Vadii’l–Kurada yaşamış qədim bir Ərəb qəbiləsidir. Quranda bu qəbilənin adı iyirmi altı yerdə keçir. Həmçinin, Saleh peyğəmbərdən bəhs edən ayələr də onun qövmü olan Səmud ilə əlaqədardır. Səmud qövmü, Nuh oğlu Sam oğlu İrəm oğlu Casır oğlu Səmudun nəslidir.[3]
Ərəb qaynaqlı olmayan tarixi sənədlərdə də Səmud qövmündən bəhs edilir: “E.ə. 715–ci il tarixli Sarqon kitabəsində Səmud qövmü, Assuriyalıların hakimiyyət altına aldıqları Şərqi və Mərkəzi Ərəbistan cəmiyyətləri arasında olduğu düşünülür. Aristotel, Ptolomey və Plinus, Səmud qövmündən “Thamudaei” olaraq qeyd edilən adı ilə bəhs etmişlər. Plinusun Səmud qövmünün oturduğu yer olaraq təqdim etdiyi Domatha və Heqranın, İslami qaynaqlarda bu qövmün oturduğu yer olaraq qeyd edilən Hicr ilə eyni yer olduğu qəbul edilə bilər.”[4]
Bu qövmə, peyğəmbər olaraq, Saleh göndərilmişdir. Səmud qövmü də Ad qövmü kimi, Quranda ibrət tablosu olaraq təqdim edilmişdir. İstər Səmud qövmü və istərsə də bu qövm ilə Saleh peyğəmbər arasındakı mücadilə haqqında Tabəri, İbnül–Əsir və İbn–i Kəsirin əsərlərində rəvayətlərə istinad edilən geniş məlumatlar var.
Ancaq əlaqədar məlumatları birbaşa Qurandan çıxarmaq daha doğru olar. Quranda Əraf surəsinin 73–79, Şüəra surəsinin 141–159, Nəml surəsinin 45–53, Hud surəsinin 61–68, Qəmər surəsinin 23–32, Şəms surəsinin 11–15, Fussilət surəsinin 17,18 və Haqqa surəsinin 4–8–ci ayələri Səmud qövmü ilə əlaqədar məlumatlar verir.
Bu ayələrdən təkrarlanmış olanlarını çıxararaq, Səmud qövmü ilə əlaqədar bir bölmə əmələ gətirək:
- 61,62Səmuda da qardaşları Salehi elçi göndərdik. O, dedi ki: “Ey xalqım! Allaha qulluq edin. Sizin üçün Ondan başqa ilah yoxdur. O, sizi yer üzündən əmələ gətirən və sizə orada ömür sürdürəndir. Artıq Ondan bağışlanma istəyin. Sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim çox yaxındır, yalvarışlara cavab verəndir.” Dedilər ki: “Ey Saleh! Sən, bundan əvvəl, aramızda, aranılan–ümid bəslənən bir adam idin. İndi qalxıb, atalarımızın qulluq etdiklərinə qulluq etməyimizimi qadağan edirsən? Və heç şübhəsiz, biz, bizi çağırdığın şey haqqında fikrimizi qarışdıran bir şübhə içindəyik.”
- 63,64Saleh dedi ki: Ey qövmüm! Əgər Mən Rəbbimdən açıq–aşkar bir dəlil üzərindəyəmsə və O mənə Özündən bir mərhəmət vermişsə… Bu vəziyyət qarşısında Ona asi olaramsa, məni Allahdan kim qoruya bilər? O zaman sizin də mənə zərərdən başqa xeyriniz olmaz. Və ey qövmüm! Bax budur, sizə əlamət–nümunə olaraq salaat [maddi yöndən və zehni sarıdan dəstək olma–qövmü aydınlatma] vəzifəsi. Artıq buraxın o, Allahın yer üzündə tətbiq olunsun. Və ona pislik toxundurmayın–sonra sizi yaxın bir əzab yaxalayar.
- 65Deyərkən onlar, yaşam qaynaqlarını qurudaraq öldürdülər. Buna görə də Saleh dedi ki: “Yurdunuzda üç gün daha faydalanın. Bax budur, bu, yalan sayıla bilinməyəcək bir vəddir.”
- 66Artıq nə zaman ki, əmrimiz gəldi, Salehi və Onunla birlikdə iman etmiş olan kəsləri tərəfimizdən bir mərhəmətlə qurtardıq. O günün pərişanlığından da qurtardıq. Heç şübhəsiz ki, sənin Rəbbin, o güclü, mütləq üstün olandır. (Hud/61-66)
- 67Və şərik qoşaraq yanlış–öz zərərlərinə iş edən o kimsələri qorxunc bir gurultu yaxaladı və yurdlarında diz üstə çöküb qaldılar.
- 68Sanki orada heç zəngin yaşamamışdılar. Xəbəriniz olsun! Heç şübhəsiz, Səmud qövmü həqiqətən Rəbblərinə inanmadılar. Xəbəriniz olsun! Səmud üçün uzaqlıq verildi. (Hud/67-68)
- 45And olsun ki, “Allaha qulluq edin” deyə Səmuda da qardaşları Salehi elçi göndərdik. Dərhal bir–birləri ilə mübahisə edən iki qrup oldular.
- 46Saleh dedi ki: “Ey qövmüm! Yaxşılıqdan əvvəl nə üçün pislıyi tezləşdirmək istəyirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləsəniz nə olar?”
- 47Onlar, “Sənin ucbatından və səninlə bərabər olan adamlar ucbatından başımıza uğursuzluq gəldi–səni və səninlə bərabər olanları uğursuzluq əlaməti sayırıq” dedilər. Saleh, “Uğursuzluğunuz Allah qatındadır. Daha doğrusu siz, özünü atəşə atan–imtahana çəkilən bir camaatsınız” dedi. (Nəml /45–47)
- 48Və o şəhərdə yer üzündə pozğunçuluq edən, yaxşılaşdırmayan, doqquz nəfərlik bir qrup vardı.
- 49Allaha and içərək, “Gecə ona və ailəsinə basqın edəcəyik, sonra da vəlisinə–Haqlarını qoruyacaq yaxınlarına, “Biz, o ailənin yox edilməsinə şahid olmadıq–hadisə vaxtı orada deyildik və biz tam yəqinliklə bilin ki, doğru olanlarıq” – deyəcəyik” dedilər.
- 50Və onlar, belə bir tələ qurdular, şübhəsiz, Biz də onları fərqində olmadıqları bir cəza ilə cəzalandırdıq.
- 51Bax budur! Onların tələlərinin aqibəti necə oldu, şübhəsiz, Biz onları və cəmiyyətlərini cəm halda yerlə bir etdik.
- 52Bax, budur, onların, Şərik qoşmaqla etdikləri yanlışlar üzündən damları çöküb sahibsiz qalmış evləri. Heç şübhəsiz ki, bunda, bilən bir qövm üçün bir əlamət–nümunə vardır.
- 53İman edən və Allahın qoruması altına girmiş olan adamları isə qurtardıq. (Nəml /48–53)
- 23Səmud da o xəbərdarlıqları yalan saydı:
- 24,25“Bizdən bir tək insanamı, Onamı uyacağıq? Elə etsək, tam yəqinliklə bilin ki, bir pozğunluq və çılğınlıq içində olarıq, Öyüd–Kitab, aramızdan Onamı buraxıldı? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” dedilər.
- 26Sabah onlar, çox yalançının, həyasızın kim olduğunu biləcəklər.
- 27,28Şübhəsiz Biz onlara, özlərinə bir vəzifə olmaq üçün, sosial dəstək qurumları qurmalarını və onların fəaliyyətini təmin etmələrini əmr edəcəyik. Onun üçün sən onları müşahidə et və səbr et. Və onlara bu qurumların fəaliyyətini təmin edəcək zəkat–vergi və xərcləmə işində mövcud olan vəzifələrinin, öz aralarında bölünmüş olduğunu xəbər ver–hər kəsin cəmiyyət üçün nə miqdarda iştirak edəcəyi də müəyyən olunmuşdur.
- 29Buna görə yoldaşlarına– idarəçilərinə səsləndilər. O da alacağını alıb, sosial qurumların fəaliyyətini təmin edən gəlir qaynaqlarını qurudaraq, sistemi çökdürdü. (Qəmər/23–28)
- 30Yaxşı, əzabım və xəbərdarlıqlarım necə imiş?
- 31Şübhəsiz Biz onların üzərinə qorxunc tək bir səs göndərdik–ağılçının topladığı kol–kos kimi oldular. (Qəmər/29–31)
- 73And olsun ki, Biz, Səmuda da qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: “Ey qövmüm! Allaha qulluq edin, sizin üçün Ondan başqa bir ilah yoxdur. Sizə Rəbbinizdən açıq bir sübut gəldi. Bax budur, bu, Allahın dəvəsi–sosial yardım və dəstək qaydası, sizin üçün bir ayədir–buraxın onu Allahın yer üzündə yaşasın, əsla ona pislıklə toxunmayın, yoxsa sizi acıqlı bir əzab yaxalayar. 74Və düşünün ki, Addan sonra sizi xəlifələr etdi. Və yer üzündə sizi yerləşdirdi: Onun düzənliklərində saraylar tikirsiniz, dağlarını evlər halında yonub düzəldirsiniz. Elə isə Allahın nemətlərini xatırlayın və yer üzündə qarışıqlıq çıxaranlar olaraq azğınlıq etməyin”.
- 75 Qövmündən böyüklük göstərən irəli gələnlər, içlərindən zəif görünən inanmış kimsələrə dedilər ki:– “Siz, Salehin, həqiqətən Rəbbi tərəfındən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?” Onlar, “Tam yəqinliklə bilin ki, biz Onunla göndərilənə inanırıq!” dedilər. (Əraf /73–75)
- 76Böyüklük göstərən o kimsələr, “Biz, sizin inandığınızı, tam yəqin bilin ki, bilərək rədd edənlərik!” dedilər. 77Dərhal da o sosial yardım və dəstək qurumlarının fəaliyyətini təmin edən gəlir qaynaqlarını qurutdular və böyüklənərək Rəblərinin buyruğundan kənara çıxdılar və “Ey Saleh! Əgər həqiqətən göndərilən elçilərdənsənsə, bizi təhdid etdiyini gətir bizə!” dedilər. 78Buna görə də dərhal onları, şiddətli sarsıntı yaxaladı və onlar yurdlarında diz üstə çökərək qaldılar.
- 79Saleh, o zaman onlara arxa çevirdi və “Ey qövmüm! And olsun ki, Mən sizə Rəbbimin göndərdiklərini təbliğ etdim və sizə öyüd verdim, fəqət siz öyüd verənləri sevmirsiniz” dedi. (Əraf /76–79)
Mövcud məlumatlara görə, haqqında söhbət gedən qövmlər haqqında Məkkəlilərin az–çox məlumatı var imiş. Adın, Səmudun, İrəmin tam olaraq nə və harada olduqlarına dair [şəhərmi, ölkəmi, kütləmi?] bir çox rəvayət və mübahisəli məqamlar vardır. Lakin Quranın mövzu ilə əlaqədar ismarıcının alına bilməsi üçün bu rəvayətlərin elə bir önəmi yoxdur.
Quran, hadisələrlə əlaqədar zaman, məkan və şəxslər kimi tarixi incəliklərdən daha çox xarakterlər, tövrlər, hadisələrin səbəb və nəticələrinə diqqət çəkərək, fikri dağıtmadan, məsələnin özündən bəhs etmiş və o zamankı müxatiblərin qorxu ilə andığı, təqdir etdiyi və güclü gördüyü qövmlərin aqibətini xəbər verir və bu aqibətə yol açan təməl səbəbləri sadalayır. İzahdan aydın olur ki, Quranın indiki müxatibləri də eyni ismarıcı almalıdırlar.
Hudun mənsub olduğu Ad qövmü, Əhqaf adıyla bilinən və Oman ilə Yəməndəki Hadramevt arasında yerləşən geniş çöl bölgəsində yaşamış və böyük nüfuz və iqtidarı ilə tanınmış bir qövmdür. Bu qövm, İslamın meydana çıxmasından əsrlərcə öncə tarix səhnəsindən silinmiş olmasına baxmayaraq, arxasında buraxdığı iz və xatırələriylə Ərəb ənənələrində hər zaman canlı qalmağa davam etmişdi. İrəmin və Səmudun qalıqları Məkkəlilərin ticarət etdikləri karvan yolu üzərindəydi. Surənin 9–cu ayəsində keçən “vadi”, Mədinənin şimalında, Ərəbistandan Suriyaya gedən qədim karvan yolu üzərində olan Vadii’l–Kuradır.
İrəm, bir çox rəvayətlərlə yanaşı, bu gün Əhqaf çölünün qumları ilə örtülmüş olan Ad qövmünün əfsanəvi paytaxtının adı olaraq da bilinir.
Şəms surəsinin 11–15–ci ayələrini anlaya bilməyimiz üçün ayələrdə keçən məqamları yaxşı dəyərləndirmək lazımdır. Bizə görə bu məqamları anladan ifadələr:
– Səmudun yalan saymalarına səbəb olan inancları;
– dişi dəvə;
– bu dişi dəvənin Allahın dişi dəvəsi olması kimi məsələlərdir.
Yalan saymalarına Səbəb: Tüğyan
Tüğyan ilə əlaqədar geniş açıqlama Ələq surəsinin təhlilində verilmişdir. Xülasə olaraq təkrar etmək gərəkirsə, tüğyan, insanın çox para–pul, mal–mülk, kölə–qul sahibi olaraq, özünü hər cür ehtiyacdan üstün görməsi, bu yetərlilik duyğusuna qapılaraq “baron”laşması, “lord”laşması, “Rəbb”ləşməsidir. Quran bu sözü Firon və Məkkə idarəçiləri üçün işlətmişdir. Ayələrdən anlaşıldığına görə Səmud qövmü də eyni dəlalət içinə düşmüşdür.
Dişi Dəvə
Bu dişi dəvə haqqında “xalqının Salehdən bir möcüzə istədiyi üçün, o da qayalardan bir dişi dəvə çıxardı” kimi bir çox əfsanə uydurulmuşdur və bu əfsanələrlə əlaqədar ortaya atılan rəvayətlərlə müxtəlif izahlar edilmişdir.
Ayədə keçən “النّاقة ən–naqah” sözü “dişi dəvə” deməkdir. Ancaq Ərəblər hər dişi dəvəyə deyil, sadəcə beş yaşına çatan dişi dəvələrə “ən–naqah” deyərdilər. Ayənin ismarıcının doğru anlaşılması üçün bu məqama diqqət yönəldilməsi lazımdır.
Beş yaşına girmiş dişi dəvə, əti, südü və gücü ilə köçəri həyat tərzi keçirən və heyvandarlıqla məşğul olanlar üçün çox önəmli bir iqtisadi dəyəri ifadə edir.
Allahın Dəvəsi
Rəvayətlərə istinad edən izahlarda “Salehin Dəvəsi” olaraq keçən dişi dəvə, ayədə birbaşa Allaha bağlı olaraq ifadə edilmiş və “ناقة اللّه Allahın Dəvəsi” olaraq adlandırılmışdır. Dəvənin Allaha bağlı olaraq ifadə edilməsi, haqqında diqqətlə düşünülməsi gərəkən bir xüsusdur.
Dəvənin Allaha bağlı olaraq ifadə edilməsi o demək deyil ki, dəvə Allah tərəfindən yaradılıb və ya dəvə Allahın varlıq və birliyinə sübutdur. Əslində elə kainatdakı hər şeyin yaradıcısı Allahdır və kainatdakı bütün varlıqlar da Allahın varlığına və birliyinə sübutdır. Buna görə də, qəsd edilənin bundan daha başqa bir məsələ olduğunu yaxşı anlamaq lazımdır.
Bilindiyi kimi, Quranda Kəbəyə “بيت اللّه Beytüllah [Allahın Evi]” deyilir və o da Allaha bağlı olaraq ifadə edilir (İbrahim/37, Bəqərə/125, Həcc/26, Qüreyş/3). Buna görə də, “Allahın Dişi Dəvəsi” ifadəsini doğru anlamaq üçün öncə Kəbəyə nəyə görə “Allahın evi” deyildiyini anlamaq lazımdır.
Beytullah [Allahın Evi], “Allahdan başqa heç kimsənin olmayan, kimsənin sahiblənə bilməyəcəyi, özəlləşdirə bilməyəcəyi ev” deməkdir. Bu özəllik onu göstərir ki, Allahın Evi bütün insanlığa, cəmiyyətə aiddir.
Allahın Evi, kütləyə açıq, kütlənin yararına danışılan, kütlə haqlarının qorunduğu, hər kəsin azad və bərabər hüquqlu olduğu bir yerdir. Bu mənada bütün camilər/məscidlər də “Beytullah”dır. Belə ki, cami və məscidlər təqva üzrə inşa edilməli, Allahın dininə uyğun olmayan fəaliyyətlər üçün işlədilməməlidirlər.
Beləliklə də, bir varlığın Allaha bağlı olaraq ifadə edilməsinin nə mənaya gəldiyi anlaşıldı. Ona görə də, ayədəki “ناقة اللّه Allahın Dəvəsi” tamamlığından nə anlaşılmalı olduğu da başa düşülmüş olur. “ən–Naqah”, söz olaraq, o dövrdə cəmiyyətin fəqirlərinin, yetimlərinin, miskinlərinin, qısacası, ehtiyacı olan hər kəsin ortaq olaraq sahib olduğu, sərbəst şəkildə südündən, gücündən və balasından istifadə edəcəyi, cəmiyyətin malı olan beş yaşında güclü bir dişi dəvədir. Günümüzdə bu deyim, Salaata, yəni zehni və maddi dəstəyə, təlim–təhsil, xeyriyyə cəmiyyətlərinə, sosial yardım qurumlarına, sosial təhlükəsizlik sığortalarına uyğun gəlir.
Ac və yoxsul insanların bu qurum, yəni ən–naqah sayəsində aclıqdan, səfalətdən, qula qul olmaqdan qurtarmaları o günkü Səmud qövmü başçılarına sərf etməmişdir. Çünki özlərinə qulluq edənlərin qulluqdan qurtulması, özlərini bütün ehtiyaclardan üstün görən bu tağutların işinə yaramamışdır. Quran tağutların bu halına və sonrasına müxtəlif surələrdə (Əraf/73–79, Qəmər/23–32, Hud/61–68, Şüəra/141–159) təkrar–təkrar diqqətləri yönəldir.
Allahın Elçisi
Ayədə “رسول اللّه Allahın Elçisi” ifadəsi ilə qəsd edilən Saleh peyğəmbərdir. Burada adı anılmamış olsa da, bu əhvalatın anladıldığı Hud, Qəmər, Əraf, Şüəra surələrində əhvalatdakı elçinin Saleh peyğəmbər olduğu bildirilmişdir.
13–cü ayədəki “Allahın dəvəsi!” və “Onun su içməsi!” ifadələri xəbərdarlıq üçün bir səslənişdir. Burada elçinin “Allahın Dəvəsi!” və “Onun su içməsi!” onu xatırlatmaq üçündür ki, yaşamasında hər kəs üçün yararlar olan bu dəvəyə qayğı göstərilməlidir, ona qarşı ehtiyatsızlıq, laqeydlik edilməməlidir.
Bu hala nümunə olaraq, yanındakı uşağın təhlükədə olduğunun fərqində olmayan birinə, təhlükəni qısa yolla bildirmək üçün “Uşaq! Uşaq!” deyə səslənməyi göstərmək olar.
15–ci ayədə “Və o bunun nəticəsindən qorxmayaraq” şəklində keçən ifadə var.
15–ci ayədəki “o” əvəzliyinin, demək olar ki, bütün tərcümələrdə edildiyi kimi, 14–cü ayədəki “Rəbb”ə aid edilməsi, dil texniki baxımından mümkün olsa belə, məna baxımından uyğun deyildir. Çünki Allahın qorxması barədə söhbət gedə bilməz. Anladılan əhvalat diqqətlə izlənirsə, qorxması gərəkirkən, etdiyi işin nəticəsindən qorxmayan adam, hər hansı biri deyil, 12–ci ayədə zikr edilən “bədbəxt” adamdır. Beləliklə də, 15–ci ayədəki “o” əvəzliyi ilə nəzərdə tutulan adam, 12–ci ayədəki “bədbəxt” olmalıdır.
Təəssüf ki, ayələrdə keçən bəzi sözlərin mənalarına bir tək sözlə qarşılıq tapmaq, hər zaman mümkün ola bilmir. Ümumiyyətlə yanlış olaraq “qalxıb getmək” şəklində tərcümə edilən “inbəasə” sözü də bunlardan biridir.
Üç hərfli kökü “بعث bəasə” olan “انبعث inbəasə” sözü, mövcud olduğu qəlib etibariylə mutavaat [dönüşlülük] mənası qazanır və kök mənası “göndərmək” olan söz də, “göndərilməyi qəbul edib getmək” şəklində dəyişir.
“İnbəasə” sözünü doğru mənasıyla dəyərləndirsək, Səmudun ən azğını olan adamın Allahın dəvəsini öz iradəsiylə yox etmədiyi, bu tapşırığın ona başqaları tərəfindən verildiyi, onun da bu tapşırığı qəbul etdiyi aydın olur. Belə ki, yuxarıda verilən Qəmər surəsinin 29–cu ayəsindəki “Buna görə də yoldaşlarına səsləndilər. O da alacağını alıb, inciklərini kəsib öldürdü” şəklindəki izahdan görünür ki, dəvəni öldürmək qərarı ortaq alınmış, yerinə yetirilmə işi isə, bu qərara uyğun olaraq, içlərindən biri tərəfindən həyata keçirilmişdir.
Bu halda konkret olaraq aydın olur ki, Səmud qövmü bir adamın işlədiyi bir günah üzündən deyil, qövmün tağutları tərəfindən ortaq alınan bir məhv etmə qərarı səbəbindən cəzalandırılıb.
Beləliklə, aydın olur ki, “inbəasə” sözü yanlış mənalandırıldığına görə, belə çıxırdı ki, bir adamın işlədiyi günaha görə bütün bir cəmiyyət cəzalandırılmışdır, bu isə ədalət qaydalarına tərs bir görüntü əmələ gətirən yanlış düşüncə formalaşdırırdı.
Dəvənin Kəsilmə Tərzi
Səmud qövmü və Saleh peyğəmbərin haqqında söhbət gedən bölmələrdə dəvənin öldürülməsi “عقر aqara” feli ilə ifadə edilmişdir. Bu söz də önəmli məqamlar ehtiva edir.
Lisanü’l–Arab adlı əsərdə aşağıdakı məlumatlar təqdim edilir:
“Aqara” felinin törədiyi “aqr, uqr” köklərinin əsas mənası “qadının hamilə qalmaması üçün tədbir görməsi, doğum nəzarəti” deməkdir. Doğum nəzarəti etmək üçün içilən şeylərə də “uqr” deyilmişdir. Bu bağlamda söz “bir şeyin təbiətini dəyişdirmək, orijinallığını pozmaq” kimi mənalara gəlir.
Belə ki, “Aqr” sözü bu mənaya uyğun olaraq da “yaralamaq” mənasında işlədilmişdir. Belə ki, yaralamaq da bir şeyin təbii halını, orijinallığını pozur.
“Aqr” sözü daha sonralar, ümumi mənada “yaralama” mənasını qeyb edərək, özəlliklə dəvə, at, qoyun kimi heyvanların ayaqlarının [inciklərinin, diz ilə topuq aralarının] kəsilməsi mənasında işlədilməyə başlanmışdır. Ərəblər dəvə, at, sığır və qoyun kimi heyvanları kəsərkən öncə qılıncla heyvanın inciklərini kəsib, sonra da yerə yıxılan heyvanı boğazladıqlarından, bu söz də heyvan kəsmək işinin birinci mərhələsini anlatmaq üçün işlədilmişdir.[6]
Bütün bu məlumatları nəzərə alsaq, belə anlaşılır ki, cəmiyyətin xeyrinə çalışan bir heyvan olan “Allahın Dəvəsi”, Səmud qövmü tərəfindən, canlı olmasını, fəaliyyətdə olmasını təmin edən orqanları kəsilərək ortadan qaldırılmışdır. “Allahın Dəvəsi” ifadəsinin işarət etdiyi mənanı bu günkü şərtlərdə düşündüyümüzdə, bu dəvənin fəaliyyəti, cəmiyyət xeyrinə çalışan müasir ictimai təşkilatların fəaliyyəti ilə oxşar mahiyyət kəsb edir. Dəvənin yox edilməsi isə bu təşkilatların fəaliyyətinə imkan yaradan vergi, mülkiyyət, ianə kimi gəlir qaynaqlarının kəsilməsinə, ödənilməməsinə, ya da sui–istifadələrlə məhv edilməsinə bənzəyir.
Əraf surəsində daha təfərrüatlı olaraq göstəriləcəkdir ki, Səmud qövmü Allahın dəvəsini ortadan qaldırdığı üçün hamısı birdən yox edilməmiş, amma pərişan hala gətirilmişdir. Beləliklə də anlayırıq ki, acgözlülükləri ucbatından sosial ədaləti təmin etməkdə səhlənkarlıq edən günümüzün tağutlaşmış cəmiyyətlərini də belə bir pərişanlıq gözləyir.
İstifadə olunmuş ədəbiyyat:
[1] Keşşaf, cilt 4; s. 258
[2] Lisanü’l–Arab; cilt 5 s. 574
[3] Lisanü’l–Arab, cilt 3, s. 310, 311
[4] Lisanü’l Arab, “lhm” mad.
[5] Lisanü’l–Arab; c: 5, s:647–652
[6] Lisanü’l Arab, “a g r” mad.