MƏDİNƏ DÖVRÜ
Nəcm: 658
1Göylərdə və yer üzündə olanlar Allahı nöqsan sifətlərdən arındırdılar. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
2,3Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz? Etməyəcəyiniz şeyləri söyləməyiniz, Allah qatında cəzanı gərəkdirən böyük bir günah/günah olaraq, müəyyən edildi.
4Şübhəsiz ki, Allah Öz yolunda sıxlaşmış bir divar kimi, səf-səf döyüşən insanları sevər.
(109/61, Saff/1–4)
Nəcm: 659
5Və o zaman Musa qövmünə: “Ey qövmüm! Şübhəsiz ki, mənim sizin üçün Allahdan göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət edirsiniz?” – demişdi. Nə zaman ki, onlar yolundan əyilib, azdılar. Allah da onların qəlblərini əyib, azdırdı. Və Allah haqq yoldan çıxmış bir cəmiyyətə bələdçilik etməz.
6Və həmçinin Məryəm oğlu İsa: “Ey İsrailoğulları! Şübhəsiz ki, mən Tövratdan iki əlimin arasındakıları doğrulayan və məndən sonra gələcək, adı Əhməd/öyülməyə başqalarından daha çox layiq bir elçini müjdələyən, Allahın bir elçisiyəm” – demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəlincə – “Bu, açıq-aşkar bir ovsundur” – dedilər.
(109/61, Saff/5–6)
Nəcm: 660
7Və İslama dəvət olunduğu halda Allah haqqında yalan uydurandan daha səhv/öz zərərlərinə iş edən kimdir? Və Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz.
8Onlar ağızları ilə Allahın işığını/göndərdiyi dini söndürmək üçün iradə sərf edirlər. Halbuki, kafirlər xoş görməsə də, Allah işığını/dinini tamamlayandır.
9Allah, ortaq qoşanlara xoş gəlməsə də, haqq dini dinlərdən üstün çıxarması üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir.
(109/61, Saff/7–9)
Nəcm: 661
10–13Ey iman edənlər! Sizə sizi can yaxıcı bir cəzadan qurtaracaq, qazanclı bir ticarət göstərimmi? Allaha və Onun Elçisinə inanın – Allah yolunda canlarınızla, mallarınızla çalışın. Bax budur, əgər bilirsinizsə, bu sizin üçün daha yaxşıdır. Sizin günahlarınızı bağışlayar və sizi altlarından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki xoş məskənlərə daxil edər. Bax budur, bu, böyük qurtuluşdur. Və sizin sevinəcəyiniz başqa bir şey daha! Allahdan kömək və yaxın bir fəth… Və inananlara müjdə ver.
14Ey iman edənlər! Allahın köməkçiləri olun! – Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi. Həvarilər: “Allahın köməkçiləri bizik” – demişdilər. Sonra İsrailoğullarından bir zümrə inandı, bir zümrə inanmadı. Sonra da Biz inanmış insanları, düşmənlərinə qarşı gücləndirdik və onlar üstün gəldilər.
(109/61, Saff/10–14)