Adını 4-cü ayədəki صفّ [saff] sözündən alan surənin, Mədinədə 109-cu sırada endiyi qəbul edilir. Məzmunundan Uhud döyüşünə yaxın bir dövrdə – Hudeybiyyə Sülh Müqaviləsi ilə Heybərin fəthindən dərhal öncə nazil olduğu anlaşılır. Allahı tanıdaraq başlayan surə, möminlərə, imanlarına uyğun şəkildə hərəkət etmələri, mal və canlarını Allah yolunda sərf etməyi yönündə əmrlər ehtiva edir.
Həmçinin surədə, Allahın, peyğəmbərlərini hidayət və haqq din ilə göndərdiyi və Allahın dininin bütün dinlərə üstün gələcəyi bildirilib, Allahın, nurunu tamamlayacağı və onu söndürmək istəyən kafirlərin cəhdlərini boşa çıxaracağı bəyan edilir.
TƏRCÜMƏ
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
MƏDİNƏ DÖVRÜ
Nəcm: 658
1Göylərdə və yer üzündə olanlar Allahı nöqsan sifətlərdən arındırdılar. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
2,3Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz? Etməyəcəyiniz şeyləri söyləməyiniz, Allah qatında cəzanı gərəkdirən böyük bir günah/günah olaraq, müəyyən edildi.
4Şübhəsiz ki, Allah Öz yolunda sıxlaşmış bir divar kimi, səf-səf döyüşən insanları sevər.
(109/61, Saff/1–4)
Nəcm: 659
5Və o zaman Musa qövmünə: “Ey qövmüm! Şübhəsiz ki, mənim sizin üçün Allahdan göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət edirsiniz?” – demişdi. Nə zaman ki, onlar yolundan əyilib, azdılar. Allah da onların qəlblərini əyib, azdırdı. Və Allah haqq yoldan çıxmış bir cəmiyyətə bələdçilik etməz.
6Və həmçinin Məryəm oğlu İsa: “Ey İsrailoğulları! Şübhəsiz ki, mən Tövratdan iki əlimin arasındakıları doğrulayan və məndən sonra gələcək, adı Əhməd/öyülməyə başqalarından daha çox layiq bir elçini müjdələyən, Allahın bir elçisiyəm” – demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəlincə – “Bu, açıq-aşkar bir ovsundur” – dedilər.
(109/61, Saff/5–6)
Nəcm: 660
7Və İslama dəvət olunduğu halda Allah haqqında yalan uydurandan daha səhv/öz zərərlərinə iş edən kimdir? Və Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz.
8Onlar ağızları ilə Allahın işığını/göndərdiyi dini söndürmək üçün iradə sərf edirlər. Halbuki, kafirlər xoş görməsə də, Allah işığını/dinini tamamlayandır.
9Allah, ortaq qoşanlara xoş gəlməsə də, haqq dini dinlərdən üstün çıxarması üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir.
(109/61, Saff/7–9)
Nəcm: 661
10–13Ey iman edənlər! Sizə sizi can yaxıcı bir cəzadan qurtaracaq, qazanclı bir ticarət göstərimmi? Allaha və Onun Elçisinə inanın – Allah yolunda canlarınızla, mallarınızla çalışın. Bax budur, əgər bilirsinizsə, bu sizin üçün daha yaxşıdır. Sizin günahlarınızı bağışlayar və sizi altlarından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki xoş məskənlərə daxil edər. Bax budur, bu, böyük qurtuluşdur. Və sizin sevinəcəyiniz başqa bir şey daha! Allahdan kömək və yaxın bir fəth… Və inananlara müjdə ver.
14Ey iman edənlər! Allahın köməkçiləri olun! – Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi. Həvarilər: “Allahın köməkçiləri bizik” – demişdilər. Sonra İsrailoğullarından bir zümrə inandı, bir zümrə inanmadı. Sonra da Biz inanmış insanları, düşmənlərinə qarşı gücləndirdik və onlar üstün gəldilər.
(109/61, Saff/10–14)
TƏHLİL:
1Göylərdə və yer üzündə olanlar Allahı nöqsan sifətlərdən arındırdılar. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
2,3Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz? Etməyəcəyiniz şeyləri söyləməyiniz, Allah qatında cəzanı gərəkdirən böyük bir günah/günah olaraq, müəyyən edildi.
4Şübhəsiz ki, Allah Öz yolunda sıxlaşmış bir divar kimi, səf-səf döyüşən insanları sevər.
Bu ayələrdə öncə Allah özünü göylərdə və yer üzündəki şeylər, Allahı təsbih etdilər. O [Allah] Əzizdir, Hakimdir şəklində tanıdır, sonra da möminlərə əmr edir ki, verdikləri sözdə səbat etsinlər, etməyəcəkləri şeylər üçün söz verməsinlər; daha sonra da öz yolunda birləşmiş, yıxılmaz bir divar kimi səflər halında döyüşən kimsələri sevdiyini bildirərək, Allah yolunda səflər halında qeyrət və səbat göstərməyə təşviq edir.
Bu ayə qrupunun enmə səbəbi olaraq qaynaqlarda bir çox hadisə anladılır və bunların əksəriyyəti də, “yalan söyləmək” üzərinə qurulmuşdur. Bu ayələrdə bəhs edilən isə, adi bir yalan söyləmək deyildir. Ayədəki ifadə “Etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz? Etməyəcəyiniz şeyləri söyləməyiniz Allah qatında qəzəb baxımından böyüdü [böyük bir suç/günah olaraq müəyyən edildi] şəklində gələcək zaman qəlibi ilədir. İnsanın keçmişə dair etmədiyi şeyləri söyləməsi yalandır, gələcəyə dair verdiyi sözdə durmaması isə xəyanətdir. Ayədə qeyd edilən hal, yalan söyləməkdən də çox, yalan öhdəlik götürmək və götürdüyü öhdəliyi, verdiyi sözü tutmamaqdır, yani əhdə vəfasızlıqdır.
Ona görə də nüzul səbəbinə dair nəql edilənlərdən əhdə vəfasızlıqla əlaqəli olanları təqdim edirik:
İbn Zeyd dedi ki: Buyuruq münafiqlər haqqında enmişdir. Onlar Peyğəmbər (s.ə.s) və əshabına belə deyirdilər: “Sizlər döyüşmək üçün çıxar və döyüşəcək olarsınızsa, biz də sizinlə birlikdə çıxar və sizinlə birlikdə döyüşərik”. Lakin Müsəlmanlar döyüşmək üçün Mədinədən kənara çıxdıqlarında onları qoyub geri döndülər və geridə qaldılar. [1]
Bu dönüklərlə əlaqədar daha əvvəl Nisa/77, 78; Muhəmməd/20, 21; Al-i İmran/13, 15-17; Əhzab/15-də məlumat verilmişdi.
Əhdə vəfalı (ki, əhdə vəfa imanın vacib şərtidir) davranılması mövzusu bir çox ayədə zikr edilmişdi:
- 91Və sözləşmə etdiyinizdə Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/sözləşmələrinizi zəmanət altına aldıqdan və Allahı özünüzə qəti kəfil qıldıqdan sonra pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir. (Nəhl/91)
- 8Və onlar əmanətlərinə və andlaşmalarına riayət edən kimsələrdir. (Möminlər/8)
Allah, verdiyi sözə əməl edən və əhdini yerinə yetirən kimsələri öymüşdür:
- 177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbərlərə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü-sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir. (Bəqərə/177)
- 54Və Kitabda İsmayılı an/xatırlat. Şübhəsiz, o, əhdinə sadiq idi, bir elçi idi, bir peyğəmbər idi. 55Və o ailəsinə/ətrafına salaatı və zəkatı/vergini əmr edərdi. Və o Rəbbinin qatında məmnunluğa çatmışdı. (Məryəm/54, 55)
Allah, əhdə vəfasızlıq edənləri də tənqid etmişdir:
- 44Siz insanlara güclü-qüvvətli/yaxşı insan olmağı buyuracaqsınız və özünüz bundan kənardamı qalacaqsınız? Halbuki, Kitabı oxuyub durursunuz. Hələ ağıllanmayacaqsınızmı? (Bəqərə/44)
- 1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de! (Fələq/1-5)
- 88–90Şüeyb: “Ey qövmüm! Heç düşündünüzmü? Əgər mən Rəbbimdən bir dəlil üzərindəyəmsə və əgər O, Öz qatından mənə gözəl bir ruzi ehsan etmişsə!? Və mən, sizə qarşı çıxmaqla, sizi çəkindirdiyim şeylərə özüm düşmək istəmirəm. Mən, sadəcə, gücümün çatdığı qədər, islah etməyə çalışıram. Bacara bilməyim də ancaq Allah ilədir. Mən, yalnız və yalnız Ona işin sonunu həvalə etdim və ancaq Ona yönəlirəm. Və ey qövmüm! Mənə qarşı gəlməyiniz qətiyyən sizi, Nuh qövmünün və ya Hud qövmünün və ya Saleh qövmünün başlarına gələn müsibətlər kimi bir müsibətə uğratmasın. Və Lut qövmü sizdən çox uzaq deyildir. Və Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz ki, mənim Rəbbim çox mərhəmətlidir, çox sevəndir” – dedi. (Hud/88-90)
- 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini verin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə yazıldığında, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti kimi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti duyurlar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər təxirə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Allahın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çəyirdəyindəki çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər harada olarsınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qurulmuş qalalar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – deyərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Hamısı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anlamayacaqlar? (Nisa/77, 78)
5Və o zaman Musa qövmünə: “Ey qövmüm! Şübhəsiz ki, mənim sizin üçün Allahdan göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət edirsiniz?” – demişdi. Nə zaman ki, onlar yolundan əyilib, azdılar. Allah da onların qəlblərini əyib, azdırdı. Və Allah haqq yoldan çıxmış bir cəmiyyətə bələdçilik etməz.
6Və həmçinin Məryəm oğlu İsa: “Ey İsrailoğulları! Şübhəsiz ki, mən Tövratdan iki əlimin arasındakıları doğrulayan və məndən sonra gələcək, adı Əhməd/öyülməyə başqalarından daha çox layiq bir elçini müjdələyən, Allahın bir elçisiyəm” – demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəlincə – “Bu, açıq-aşkar bir ovsundur” – dedilər.
Bu ayələrdə 2-cü ayədəki “etməyəcəyiniz şeyləri nə üçün söyləyirsiniz?” şəklindəki danlamanın açılışı edilir, tarixdən buna dair iki örnək verilir. Eyni zamanda bu ayədə möminlərin Rəsulullaha əziyyət etmələri də qadağan olunur.
Birinci nümunə Musa ilə qövmünin nümunəsidir. Musanın qövmü olan İsrailoğulları Musaya söz verdikləri öhdəlikləri yerinə yetirməyib ona əziyyət etmişdilər. İsrailoğullarının Musaya əziyyət verməsindən Əhzab surəsində də bəhs edilib, möminlərin İsrailoğulları kimi olmamaları – Rəsulullaha əziyyət etməmələri istənilmişdi. Əhzab/69-71-də açıqlamalar verilmişdir.
İkinci nümunə Xristiyanlar nümunəsidir. Onlar da İsaya Allahın buyuruqlarına uyacaqlarına, İsanın gətirdiklərini qəbul edəcəklərinə söz verdimişlər, amma öhdəliklərini pozmuşdular.
6-cı ayədəki məndən sonra gələcək, adı Əhməd/öyülməyə başqalarından daha çox layiq bir elçini müjdələyən, Allahın bir elçisiyəm ifadəsiylə İsa peyğəmbərin özündən sonra gələcək elçini bildirdiyi, amma İsanın yolunu izləyənlərin bunu qəbul etmədikləri ifadə edilir. Muhəmməddən əvvəlki bütün peyğəmbərlər Allahın göndərəcəyi son Peyğəmbər haqqında xəbər vermişdilər:
- 81Və həmçinin Allah peyğəmbərlərdən: “And olsun ki, sizə kitabdan və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalardan verdim, sonra yanınızda olanı doğrulayan bir elçi gəldiyində, ona qətiliklə inanacaq və ona kömək edəcəksiniz!” – sağlam sözünü almışdı. Allah: “Bunu etiraf edərək qəbul etdinizmi? Və bu barədə ağır əhdimi öhdənizə götürdünüzmü/verdiyiniz sözü qətiliklə yerinə yetirəcəksinizmi?” – dedi. Onlar: “Etitaf etdik” – dedilər. Allah: “Belə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – dedi. (Al-i İmran/81)
Rəsulullahın gələcəyinin Tövrat və İncildə zikr edildiyinə dair məlumatlar Əraf/157, 158-də geniş şəkildə açıqlanmışdı.
5-cü ayədəki “Nə zaman ki, onlar yolundan əyilib, azdılar. Allah da onların qəlblərini əyib, azdırdı. Və Allah haqq yoldan çıxmış bir cəmiyyətə bələdçilik etməz” ifadəsində “müşakilə” sənəti icra edilərək, vəfasız İsrailoğullarının cəzalandırılmasından bəhs edilmişdir. Bu mövzu bir çox ayədə yer almışdı.
- 110Və Biz onların qəlblərini və gözlərini ilkin iman etmədikləri vəziyyətdəki kimi tərs çevirərik. Və elə Biz də onları azğınlıqları içərisində kor və çaşqın olaraq buraxarıq. (Ənam/110)
- 115Və kim, özünə doğru yol açıq-aşkar ortaya çıxdıqdan sonra, Elçiyə qarşı çıxar və möminlərin yolundan başqasını izləyərsə, Biz onu döndüyü şeyə döndərərik və onu cəhənnəmə daxil edərik. O da nə pis bir gediş yeridir! (Nisa/115)
Həm xüsusi ad, həm də sifət olaraq “tərifə daha layiqli” mənasında işlənən Əhməd sözü hansı şəkildə işlədilirsə işlədilsin, “Rəsulullah” qəsd edilmişdir. Buna görə də, tərcümədə hər ikisini də göstərdik.
Ayədəki Adı Əhməd/tərifə daha layiq bir elçi ifadəsiylə əlaqədar Mevdudınin dəyərli bir yazısını surənin sonuna qoyduq.
7Və İslama dəvət olunduğu halda Allah haqqında yalan uydurandan daha səhv/öz zərərlərinə iş edən kimdir? Və Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz.
8Onlar ağızları ilə Allahın işığını/göndərdiyi dini söndürmək üçün iradə sərf edirlər. Halbuki, kafirlər xoş görməsə də, Allah işığını/dinini tamamlayandır.
9Allah, ortaq qoşanlara xoş gəlməsə də, haqq dini dinlərdən üstün çıxarması üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir.
Bu ayələr də yalançılara bir xəbərdarlıq və bir təhdiddir: İslama dəvət olunduğu halda Allah adından yalan uyduranlardan daha zalım kimsə yoxdur. Onlar ağızlarıyla Allahın nurunu söndürməyə cəhd edirlər. Halbuki kafirlər xoşlanmasa da Allah nurunu tamamlayacaq, müşriklər xoşlanmasa da, Elçisini haqq dini bütün dinlərin üzərinə çıxarması üçün hidayət və haqq dinlə göndərmişdir.
Allah zalımlar cəmiyyətinə hidayət etməz:
- 52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan dilədiyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də ən doğru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçilik etməkdəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/52, 53)
Ayədə Müşriklər xoş görməsə də, Elçisıni, haqq dini bütün dinlərin üzərinə çıxarması üçün hidayət və haqq dinlə göndərəndir buyurularaq, bu işin kafir və müşriklərin istəklərinə görə deyil, Allahın iradəsinə görə olacağı, Onun iradəsinin isə, haqq dini həyata hakim qılmaq olduğu bəyan edilir:
- 28Allah haqq dini dinlərə üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi – Quran və haqq din ilə göndərəndir. Şahid olaraq Allah yetər. (Fəth/28)
- 32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir.
- 33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir. (Tövbə/32, 33)
Bu ayələrin nüzul səbəbi haqqında belə nəql edilmişdir:
Peyğəmbərə (s.ə.s) qırx gün müddətində vəhy gəlmədi. Bundan sonra Kab b. əl-Əşrəf belə dedi: “Ey Yəhudi cəmiyyəti! Müjdələr olsun sizə! Allah Muhəmmədə endirdiklərinin nurunu söndürmüş olur. Əslində elə onun işini tamamlayacaq da deyildi”. Rəsulullah (s.ə.s) kədərləndikdə, Uca Allah da bu ayəni endirdi və bundan sonra da vəhydə bir kəsinti olmadı. [2]
10–13Ey iman edənlər! Sizə sizi can yaxıcı bir cəzadan qurtaracaq, qazanclı bir ticarət göstərimmi? Allaha və Onun Elçisinə inanın – Allah yolunda canlarınızla, mallarınızla çalışın. Bax budur, əgər bilirsinizsə, bu sizin üçün daha yaxşıdır. Sizin günahlarınızı bağışlayar və sizi altlarından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki xoş məskənlərə daxil edər. Bax budur, bu, böyük qurtuluşdur. Və sizin sevinəcəyiniz başqa bir şey daha! Allahdan kömək və yaxın bir fəth… Və inananlara müjdə ver.
14Ey iman edənlər! Allahın köməkçiləri olun! – Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi. Həvarilər: “Allahın köməkçiləri bizik” – demişdilər. Sonra İsrailoğullarından bir zümrə inandı, bir zümrə inanmadı. Sonra da Biz inanmış insanları, düşmənlərinə qarşı gücləndirdik və onlar üstün gəldilər.
Bu ayələrdə surənin giriş ayələrində bəhs edilən cihada dönülərək onun əhəmiyyəti və insana qazandıracağı mükafatlar bildirilir və bu xüsusda İsanın həvariləri nümunə göstərilir: (Onların elçini qorumaq üçün can verməyə hazır olduğu və içlərindən birinin İsaya bənzədilərək onun yerinə öldürüldüyü daha əvvəl açıqlanmışdı.)
- 52,53Sonra İsa onlardan küfrü sezincə: Allah yolunda mənim köməkçilərim kimlərdir?” – dedi. Həvarilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman etdik, bizim şübhəsiz ki, müslimlər olduğumuza şahid ol. Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə bərabər yaz” – dedilər. (Al–i İmran/52, 53)
Həvarilər kimlərdir? Qaynaqlarda [3] bu sözlə əlaqədar aşağıdakı izahlar edilmişdir:
- Onlara bu ad geyimlərinin ağ olduğuna görə verilmişdir;
- Onlar ovçu idilər;
- Onlar geyim ağardıcıları idilər. Geyimləri ağartdıqlarına görə onlara bu ad verilmişdir;
- Onlar geyim təmizləyicisi, ağardıcısı və boyaçısı idilər;
- Onlar peyğəmbərlərin xas adamları olduqlarına görə bu adı aldılar.
Ayələrdən anlaşıldığına görə bunlar İsa peyğəmbərin ən yaxın yoldaşları və köməkçiləridir.
Bu ayələrin bir bənzəri də Tövbə surəsində keçir:
- 111,112Şübhəsiz ki, Allah tövbə edən, qulluq edən, Allahı öyən, səyahət edən, Allahı birləyən, boyun əyib təslimiyyət göstərən, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın həddlərini qoruyan inananlardan, canlarını və mallarını şübhəsiz, cənnəti onlara vermək müqabilində satın almışdır! Onlar Allah yolunda döyüşürlər – sonra öldürürlər və öldürülürlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək bir vədidir və Allahdan daha çox verdiyi vədə əməl edən kim vardır? Belə isə, etdiyiniz alış-verişlə sevinin. Və bax budur, bu, böyük qurtuluşun məhz özüdür. Və möminlərə müjdə ver! (Tövbə/111, 112)
14-cü ayədəki “Allahın köməkçiləri olun” ifadəsi, “Allahın dininin köməkçiləri olun” mənasındadır. Bunlar Yunus surəsində Allahın vəliləri/yaxınları olaraq xarakterizə edilmişdilər:
- 62,63Açın gözünüzü! Allahın yaxınlarına, köməkçilərinə ki, onlar inanan və Allahın qoruması altına girənlərdir, tam yəqinliklə bilin ki, qayğı yoxdur. Onlar heç kədərlənməyəcəklər.
- 64Onlara dünya həyatında və axirət həyatında müjdə vardır. Allahın sözləri üçün dəyişiklik deyə bir şey yoxdur. Bax budur, bu, ən böyük qurtuluşun məhz özüdür. (Yunus/62-64)
Məlumdur ki, bilvasitə Allaha kömək etmək imkansızdır və Allah da kömək və köməkçidən müstağnidir. Allahın müttəqi möminləri vəli [yaxın və köməkçi] etməsi, Onun acizliyindən qaynaqlanmaz. Bir ayədə bu xüsus belə açıqlanmışdır:
- 111Və de ki: “Bütün təriflər, özünə heç bir övlad götürməyən, sahiblikdə və idarəçilikdə özünün hər hansı bir ortağı olmayan, zəif olmadığı üçün köməkçiyə ehtiyacı olmayan Allaha aiddir/başqası öyülə bilməz”. Və Allahı uca tutduqca uca tut! (İsra/111)
O halda, müttəqi möminlərin, heç bir köməyə və köməkçiyə ehtiyacı olmayan Allaha –sözün həqiqi mənasıyla– necə köməkçi ola bildiyini anlamaq üçün bu xüsuslar üzərində diqqatlə durulmalıdır:
- Allah, insanları nə üçün yaratmış, onlara niyə kitablar və peyğəmbərlər göndərmiş və onlardan nələr istəmişdir?
- Allahın insanlardan istədikləri, kimlər vasitəsiylə reallaşdırılır, Sünnətullah necə cərəyan edir?
- Allahın düşmənləri kimlərdir, bunlar nələr istəyirlər, necə davranırlar?
Bu sualların cavabları, həm bəlli, həm də asandır: Allah, dünya yaşayışında ədalətin təmin edilməsini, küfrün, şirkin, nifaqın yox edilməsini, dinin bütünlüklə Allaha xas qılınmasını istəyir və bunlar da qulların ortaya qoyduğu mübarizə [cihad] nisbətində reallaşır.
İstədiyi nizamı Allahın qurmayıb, qullarına həvalə etməsi isə, qullarını sınamağı dilədiyinə görədir:
- 4–6Artıq Allahın tanrılığına və rəbbliyinə inanmayan kimsələrlə qarşılaşdığınız/döyüşdüyünüz zaman dərhal vuruş…/ölümünəcən döyüş. Sonra onlara üstün gəldiyiniz zaman dərhal bağı sıx bağlayın/sağlam qərarlar alın. Sonra hərb – pozuculuq işi ağırlıqlarını atıb, döyüş bitincə də onları ya qarşılıqsız olaraq, ya da qurtarmaq üçün əvəz/fidyə müqabilində azad edin. Bax budur! Əgər Allah diləsəydi, əlbəttə, onları cəzalandırıb, ədaləti bərqərar edərdi. Lakin, belə olması sizi bir-birinizlə sınamaq üçündür. Allah yolunda öldürülən/öldürən/döyüşən insanlara gəlincə, artıq Allah onların əməllərini qətiyyən boşa çıxarmaz. Allah onları bələdçiləyəcək, vəziyyətlərini düzəldəcək və onları özlərinə tanıtdığı cənnətə daxil edəcəkdir. (Muhəmməd/4-6)
Demək olar ki, Allahın istədiklərinin reallaşması üçün səy göstərənlər (yəni, həyatda ikən Peyğəmbərimizə kömək edənlər və Allahın dinini dik tutmağa çalışanlar), kəlmənin tam mənasıyla Allaha kömək etmiş olurlar. Başqa bir ifadə ilə, اولياء اللّه [əvliyau-llah/Allaha yaxın olanlar] və انصار اللّه [ənsarullah/Allaha kömək edənlər], Allahın qoyduğu əmr və qadağaları mənimsəyərək Onun dininə sarılıb, o dinin yayılması üçün canla-başla səy göstərənlərdir. Quran bu kimsələri, “müttəqi möminlər” olaraq xarakterizə edir:
- 7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır. (Muhəmməd/7-9)
- 25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniyyətli fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini görmədiyi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və insanlar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üstündür. (Hədid/25)
- 39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.
- Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.
- Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir. (Həcc/39-41)
10-cü ayənin nüzul səbəbi olaraq aşağıdakı məlumat verilmişdir:
Mukatil dedi ki: Ayə Osman b. Mazun haqqında enmişdir. Belə ki, O Rəsulullaha (s.ə.s) dedi ki: “Mənə izin versən də Havləni boşasam, rahibliyə yönəlib özümü tapsam, ət yeməyi özümə haram qılsam, gecələr heç bir zaman yatmasam, gündüzlər heç bir zaman oruc açmasam”. Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurdu: “Şübhəsiz ki, nikah mənim sünnətimdəndir. İslamda ruhbanlıq yoxdur. Ümmətimin ruhbanlığı Allah yolunda cihaddır. Ümmətimin burulması, oruc tutmaqdır. Allahın sizə halal qıldığı xoş şeyləri haram qılmayın. Mənim sünnətimden olmaqla mən yatıram, namaz qılıram, oruc açıram, oruc tuturam. Kim mənim sünnətimdən üz çevirəcək olarsa, məndən deyildir”. Bu dəfə Osman belə dedi: “Ey Allahın Peyğəmbəri! Allaha and içirəm ki, Allahın ən sevdiyi ticarətin hansı olduğunu bilməyə çox istəyərdim. Beləliklə mən də o ticarəti edərdim”. Bundan sonra bu ayə-ti kərimə nazil oldu. [4]
Allah doğrusunu ən yaxşı biləndir.
Adı Əhməd/Tərifə Daha Layiq Bir Elçi……
Üçüncüsü, bu ayə ilə daha sonrakı ayə birləşdirilincə belə bir məna ortaya çıxar. “Mən Allahın Rəsulu Əhmədin gəlişinə dair Tövratın verdiyi müjdəni təsdiq etmək üçün dünyaya gəldim. Mən də onun gələcəyini bildirirəm”. Son izah Hz. İsanın (ə.s) Hz. Muhəmmədin (s.ə.s) gəlişiylə Hz. Musanın öz ümmətinə verdiyi müjdəyə təmas etməsiylə əlaqədardır.
Kitab-ı Müqəddəsdə Hz. Musanın belə dediyi nəql edilir: “Allahın Rəbb, sənin üçün aranızdan qardaşlarından mənim kimi bir peyğəmbər çıxaracaq, onu dinləyəcəksən, necə ki, Horebdə toplantı günlərində, ‘Bir daha Allahın Rəbbin səsini eşitməyim və artıq bu böyük atəşi görməyim və ölməyim deyə Allahın Rəbbdən istədin. Və Rəbb mənə dedi: “Söylədiklərini yaxşı dedilər. Onlar üçün qardaşları arasında sənin kimi bir Peyğəmbər çıxaracağam və ona əmr edəcəyəm, hər şeyi onlara söyləyəcək. Və vaqe olacaq ki, Mənim adımdan söyləyəcəyi sözlərimi dinləməyəcək olan adamdan mən hesab soruşacağam”. (Təsniyə, 18, 15, 19)
Tövratın bu açıq xəbərdarlığı, Hz. Muhəmməddən (s.ə.s) başqa heç kimsəyə uymaz. Bu xəbərdarlıqda Hz. Musa (ə.s) Allahın bu müjdəsini verir: “Onlar üçün qardaşları arasından sənin kimi bir nəbi çıxaracağam”. Bir millətin qardaşlarından, bilavasitə o millətlərin bir qəbilə və ya ailəsinin qəsd edilmədiyi ortadadır. Bu deyimin, bəhs edilən millət ilə irq yönündən yaxın əlaqəsi olan bir millət üçün işlədildiyini söyləmək daha doğru olur.
Əgər gələcək nəbinin Bəni İsraildən doğulacağı qəsd edilmiş olsaydı, o zaman yalnız, “Aranızdan bir nəbi verəcəyəm” demək kafi gələcəkdi. Buna görə də İsrailoğullarının qardaşlarından burada, İsmailoğullarının qəsd edilmiş olması daha ağla batandır. İsmailoğulları, Hz. İbrahimin nəvələri olduğundan, İsrailoğullarının qardaşı uşaqlarıdır da eyni zamanda. Üstəlik, Hz. Musadan (ə.s) sonra İsrailoğullarından sadəcə bir tək və böyük bir nəbi gəlsəydi, o zaman bu xəbər doğru qəbul edilə bilərdi. Amma Kitab-i Müqəddəsdə də qeyd edildiyi kimi, İsrailoğullarından Hz. Musadan sonra bir çox nəbi çıxmışdır.
Burada verilən müjdədə, bir nöqtəyə diqqət edilməlidir. Gələcək nəbinin eynilə Hz. Musa (ə.s) kimi olacağı ifadə edilir. Əlbəttə ki, bu bənzərlik zahiri görünüş, yəni üz şəkli, şəxsiyyət və görünüş baxımından bir bənzərlik deyildi. Çünki dünyada heç bir insan başqa bir insana eynilə bənzəməz. Bu bənzərlik hər iki nəbinin nübüvvət qayəsi və xüsusiliyi ilə əlaqədar sayılmaz. Çünki bu bənzərlik Hz. Musanın ardından gələn tüm peyğəmbərlərdə var idi. Bu iki ehtimal ortadan qalxdıqdan sonra, Hz. Musa ilə Hz. Muhəmmədin (s.ə.s) ortaq yanlarını araşdıracaq olarsaq, bunun qalıcı və müstəqil bir şəriət gətirən başqa bir şey olmadığını görürük. Bu xüsusilik və bənzərlik həqiqətən Hz. Musa və Hz. Peyğəmbər (s.ə.s) arasında var idi. Hz. Musanı ardınca İsrailoğulları arasında çıxan peyğəmbərlər, həmişə Musəvi şəriətin müdafiəçiləri idilər. Fərqli və müstəqil bir şəriət gətirən sadəcə Hz. Muhəmməddir.
Bu açıqlama və izah, Tövratdakı bu ifadələrlə daha da qüvvətlənir: “Toplantı günü, Horebdə Rəbbinə etdiyin müraciətə uyğun olaraq, sizə bir nəbi göndəriləcəkdir. Sən o gün demişdin ki: ‘Rəbbimin səsini bir daha duymayım və bəlkə də mənim ölməyimə səbəb ola biləcək böyük bir atəşi görməyim.’ Mən sənin kimi bir nəbi göndərəcək və onun ağzına kəlamımı qoyacağam?” Burada bəhs edilən Horeb, Hz. Musanın ilk dəfə şəriət hökmlərini aldığı dağdır. Hz. Musanın Allahın nuruyla ilk dəfə qarşılaşması və Onun səsini eşitməsi, özünü müdhiş dərəcədə sarsmış və bir an öləcəyindən qorxmuşdu. Burada bəhs edilən, İsrailoğullarının müraciəti və yalvarışı da, şəriətin Horeb dağında olduğu kimi qorxunc şərtlər altında verilməməsiylə əlaqədardir. Bu vaqeə Quranda (bxz. Bəqərə/55-56-63, Əraf/155-171) da qeyd edilmişdir. Həmçinin Kitab-i Müqəddəsdə də bənzəri rəvayətlər vardır (bxz. Kitab-i Müqəddəs, Çıxış, 19:17-18). Buna cavab olaraq Hz. Musa (ə.s) İsrailoğullarına, Allahın onların ricalarını qəbul etdiyini bildirir. Allah deyir ki: “Onlara göndərəcəyim peyğəmbərin ağzına öz kəlamımı qoyacağam”. Demək ki, bundan belə şəriət verilərkən Horeb dağında meydana gələn qorxunc hadisə təkrarlanmayacaq. Yəni bundan sonra göndəriləcək peyğəmbər, yanında Allahın Kitabı ilə gələcək və onu insanlara anladacaqdır. Bu açıqlamadan sonra Tövratdakı xəbərin Hz. Muhəmməddən (s.ə.s) başqasına aid olduğu söylənəbilərmi? Hz. Musadan sonra dünyaya qalıcı bir şəriət, yəni din və əxlaq nizamı gətirən Hz. Muhəmməddir. Bu şəriət verildikdən sonra, Horeb dağında İsrailoğullarının toplandığı sırada meydana gələn qorxunc olaya bənzər bir hadisə də vaqe olmamışdır.
Bu, Quran-i Kərimin ən əhəmiyyətli ayələrindəndir. İslam düşmənləri bunun üzərində bir xeyli durmuş, bunu mümkün olduğunca tənqid etməyə çalışmış və bu xüsusda təkəbbürlülüyün ən pisini etmişdilər. Çünki bu ayədə Rəsulullahın (s.ə.s), adı açıqça verilməklə və Hz. İsanın ağzıyla dünyaya gələcəyinə dair müjdə verilmişdir. Buna görə də, bu mövzunun ətraflı şəkildə ələ alınması lazımdırr:
- a) Göründüyü kimi, bəhs edilən ayədə Hz. Peyğəmbərin (s.ə.s) adı “Əhməd” olaraq qeyd edilmişdir. Əhmədin iki mənası vardır. Birincisi, Allahı ən çox mədh edən insan. İkincisi, ən çox mədh edilən insan və ya qullar arasında ən çox öyülən insan. Səhih hədislərdən, Hz. Peyğəmbərin (s.ə.s) müxtəlif adlarından birinin “Əhməd” olduğu anlaşılır. Müslim ilə Əbu Davudda, Əbu Musa Əşarinin bir rəvayəti belə nəql edilmişdir: “Mən Muhəmmədəm, mən Əhmədəm və mən Haşirəm…” Bənzəri rəvayətlər Cübeyr b. Mutimdən İmam Malik, Buxari, Müslim, Darimi, Tirmizi və Nəsai tərəfindən də nəql edilmişdir. Hz. Peyğəmbərin (s.ə.s) bu mübarək adı səhabilər arasında iyi bilinirdi. Belə ki, Hassan b. Sabitin bir şeri belədir:
Allah və Ərşin ətrafında toplanan mələklər
Və bütün təmiz varlıqlar bərəkətli Əhmədi mədh etdilər.
Tarix kitablarında da Hz. Peyğəmbərin (s.ə.s) adının həm Muhəmməd, həm Əhməd olduğu sabitdir. Burada diqqətə dəyər nöqtə, Peyğəmbər Əfəndimizdən öncəki ərəb ədəbiyyatında “Əhməd” adının heç işlədilməməsidir. Hz. Peyğəmbərdən (s.ə.s) sonra Əhməd və “Qulam Əhməd” [Əhmədin uşağı] adları elə yayılmışdır ki, bunun həddi hesabı yoxdur. Əslində elə, bu adın doğru və gerçək olmasının ən böyük dəlili, Peyğəmbərimizin dövründən başlayaraq günümüzə qədər ümmətimizdə bunun qədər populyar tutulmuş, bəyənilmiş adın az olmasıdır. Peyğəmbərimizin mübarək adı Əhməd olmasaydı, Müsəlmanların böyük bir çoxluğu, uşaqlarının adını niyə Qulam Əhməd qoyacaqlardı? Əhməd olmadan, Qulam Əhməd olmaq mümkündürmü?
- b) Yuhanna İncilində, Hz. Məsihin gəlişi sırasında Bəni İsrailin üç şəxsiyyəti gözlədikləri ifadə edilmişdir. Bunlar sırasıyla Məsih, İliyah (Hz. İlyasın ikinci dəfə gəlməsi) və “o Nəbi” idilər. İncilin ayələri belədir:
Və Yohanna, [St. Jhon, Johannes, Hz. Yəhya] şahiddir ki, Yəhudilər Qüdsdən özünə, “Sən kimsən?” deyə soruşaraq keşiş və rahiblər göndərdikdə, o nə müsbət cavab verdi, nə mənfi. Əksinə özünün Məsih olmadığını söylədi. Onlar soruşdu: “Elə isə sən kimsən? Sən İliyahmısan?” O dedi ki: “Mən deyiləm”. (Sonra dedilər ki:) “Sən o nəbimisən?” O dedi ki: “Xeyr”. Bundan sonra onlar onun kim olduğunu soruşdular. O dedi ki: “Mən səhrada çağıran birinin səsiyəm ki, siz Tanrının yolunu düzəldə biləsiniz”. Onlar ondan soruşdular: “Madam ki, sən nə Məsih, nə İliyah və nə də o peyğəmbərsən, o zaman sən nə deyə insanları təqdis edirsən?” (1:19-25). Buradakı sözlər göstərir ki, İsrailoğulları Hz. Məsihlə Hz. İlyasdan başqa hansısa bir peyğəmbəri də gözləyirdilər və bu peyğəmbər Hz. Yəhya (ə.s) deyildi. Bu üçüncü nəbi və ya peyğəmbərin gələcəyinə elə qətiləşmiş gözüylə baxılırdı ki, İsrailoğulları arasında sadəcə “o nəbi” kəlmələrini söyləmək, özünə edilən bir işarə sayılırdı. Yəni, “Haqqında Tövratda müjdə verilən nəbi” olaraq tərif etməyə də gərək yox idi. Həmçinin, bəhs edilən peyğəmbərin dünyaya gələcəyinə hər kəs inanmış kimiydi. Çünki bu nəbinin gəlişi haqqındakı inanc yanlış olsaydı, Hz. Yəhyaya yuxarıdakı suallar soruşularkən özü rahatlıqla deyə bilərdi ki: “Ey İsrailoğulları, siz hansı peyğəmbərdən bəhs edirsiniz? Elə bir peyğəmbər gəlməyəcəkdir”.
- c) İndi gəlin, Yuhanna İncilində [St. Jhon İncili] bölmə 14–dən 16–ya qədər həmişə yer alan gələcək peyğəmbər haqqında müjdə və xəbərlərə bir göz ataq:
Və mən Atama yalvararsam, o sizə ikinci köməkçini göndərəcəkdir. Bu köməkçi əbədiyyən sizlərlə qalacaqdır. Yəni, dünyanın əldə edəməyəcəyi Haqq Ruhu. Bunu dünya nə görür, nə bilir, (amma) siz onu bilirsiniz, çünki o sizlərlə yaşayar, sizin içinizdə olar. (14:16-17)
Mən bu sözləri sizlərle beraberken sizə söylədim. Ama, Pederim, Ruhu’l Kudüs adına sizə göndərəcəyi köməkcı sizə her şeyi öğretəcək və sizə bütün söylədiklərimi hatırlatacaqtır. (14:25-26)
Bundan sonra mən sizinlə pek konuşmayacağım. Çünki dünyanın önderi gəlir və mənde onun heç bir şeyi yoxdur. (14:30)
Amma, sizə Atam tərəfindən sizə göndərəcəyim Köməkçi, yəni “Həqiqiin Ruhu” sizə gəldikdə mənim üçün şahidlik edəcəkdir. (15:26)
Amma mən sizə doğrunu söyləyirəm, mənim getməyim sizin üçün faydalıdır. Çünki mən getməsəm, o Köməkçi sizə gələ bilməyəcək. Amma gedərəmsə onu sizə göndərəcəyəm. (16:17)
Mən sizə bəzi digər şeylər də söyləmək istəyirəm, amma siz bunlara dözə bilməzsiniz. Amma o, öz tərəfindən heç bir şey söyləməyəcəkdir, əksinə eşitdiklərini anladacaqdır və sizə gələcəyin xəbərini verəcəkdir. O sizə cəlalımı [öfkəmi] göstərəcəkdir. Çünki o sizə məndən aldığı xəbərləri verəcəkdir. Atanın olduğu hər şey mənimdir. Onun üçün dedim ki: “Məndən alacaq və sizə verəcəkdir”. (16:12-15)
- d) Yuxarıda keçən ibarələrin mənasını təyin etmədən öncə, bunu bilməkdə fayda vardır ki, Hz. İsa və o dövrün Fələstinlilərinin danışdığı xalq dili, Arami dilinin bir ləhcəsi olan Süryanicə idi. Hz. İsanın doğulmasından 200-250 il əvvəl, Seluk [Seleucide] dövrində bu bölgədə İbranicənin işlədilməsinə son verilmiş və yerini Süryanicə almışdı. Baxmayaraq ki, Seluki və daha sonra Roma İmparatorluğunun təsiriylə bölgəyə Heləncə də girmişdi. Lakin bu dilin işlədilmə sahəsi; hökumətin gözünə girmək və yüksək mövqelərə yüksəlmək istəyən və Yunan təsiri altında qalan insanlar arasında var olan məhdud sayda sahə idi. Fələstin xalqı ümumiyyətlə Süryanicənin başqa bir ləhcəsini işlədirdi. Bu ləhcə, Şamda danışılan Süryanicədən fərqli idi. Fələstin xalqı Heləncəyə o qədər yabançı idi ki, miladi 70–də Romalı General Titus Qüdslülərə xitab etmək istəyərkən danışmasını Süryanicəyə tərcümə etdirmə məcburiyyətini hiss etmişdi. Buna görə də, Hz. İsanın yoldaş və tələbələrinə söylədiklərinin mütləq Süryanicə olduğu gerçəyi ortaya çıxır. Burada bu nöqtəyə da diqqət edilməlidir ki, İncilin dördü də, Hz. İsadan sonra Xristiyanlığı qəbul etmiş olan Helencə danışanlar tərəfindən qələmə alınmışdı. Bu yazıçı və katiblərə Hz. İsanın söz və hərəkətləriylə əlaqədar ifadələr, hər hansı bir yazılı mətndən deyil, Süryanicə danışan insanların şifahi rəvayətləri şəklində keçmişdi. Bu ifadə və rəvayətlər daha sonra Süryanicədən Helencəyə çevrilmişdi. İncillərin heç biri miladi 70–dən öncə qələmə alınmamışdı. Yuhanna İncili isə, Hz. İsadan təxminən 100 il sonra, çox ehtimal ki, Türkiyənin Ege bölgəsinin Ephesus [Efes] şəhərində bitirilmişdi. Buna əlavə olaraq, bu İncillərin heç bir Helence nüsxəsi mühafizə edilə bilməmişdir. Halbuki, İncillərin ilki Helencə yazılmışdı. Mətbəənin meydana çıxmasından əvvəl qələmə alınan və ordan–buradan musvəddələr halında toplanan Helencə İncillərin ilk nüsxələri 4-cü əsrdən o yana getmir. Bu baxımdan, Hz. İsadan sonra aradan keçən 300 ildə bu kitablarda nə kimi dəyişikliklər edildiyini tam anlamaq, hardasa imkansızdır.
İncildə dəyişikliklər edilməsi ilə əlaqədar şübhəmizi qüvvətləndirən ünsür, Xristiyanların Müqəddəs Kitabda hər cür təhrifi caiz saymalarıdır. Ensiklopadea of Britanicanın “Bibliya” maddəsində bu sətirləra rastlanir: “İncillərdə bu cür müəyyən dəyişikliklər qəsdən edilmişdir. Məsələn, bəzən bütün bir ibarə başqa kitab və qaynaqlardan İncillərə əlavə edilmişdir. Bu cür təhriflər, İncilin mətninə, uyğun görən yazıçıların, tapdıqları hər yerdən topladıqları yazı və iqtibaslardan irəli gəlir. Bu yazı və seçməçilər İncili daha dərli–toplu və faydalı etmək məqsədiylə özlərindən də bəzi material əlavə etmək barəsində özlərini səlahiyyətli sayırdılar… Bir çox əlavə etmə və çıxarmalar da ikinci əsrdə edilmişdi və bunların qaynağı bilinmirdi…”
Belə bir halda, İncildə keçən Hz. İsanın sözlərinin eynilə nəql edildiyi və ya bunlarda bir dəyişiklik edilmədiyini söyləmək həqiqətən çox çətindir. Üçüncü və ən əhəmiyyətli xüsus da, Fələstinin Müsəlmanlar tərəfindən fəth edilməsindən sonra təxminən 300 ilə qədər Xristiyan təbəqəsinin dilinin Süryanicə olmasıdır. Tarixi qeydlərə görə Fələstinli Xristiyanlar, ancaq 9-cu yüzildə Süryanicə yerinə ərəbcə danışmağa başladılar. Bu Süryanicə danışan Xristiyanlardan ilk 300 ildə Müsəlman alimlərə keçən Xristiyan rəvayətlərinin daha sağlam və keçərli olduğu söylənə bilər. Çünki digər Xristiyan qövm və alimlərə, Xristiyanlığın təməl inanc, fəlsəfə və ənənələri Süryanicədən Helencəyə, daha sonra da Latincaya tərcümə edilərək çatmışdı. Halbuki, Hz. İsanın ağzından çıxan sözlər Fələstində uzun müddət danışılan Süryanicə olduğu üçün bunların ilk mərhələdə yaxşı qorunduğu daha yaxın bir ehtimaldır.
- e) Bu inkar edilməz tarixi həqiqətin işığında Yuhanna İncilinin yuxarıda keçən ibarəsini dəyərləndirəcək olarsaq, Hz. İsanın özündən sonra gələcək bir peyğəmbər haqqında millətinə bir müjdə verməkdə olduğuna şahid oluruq. İsa (ə.s) bu şəxsiyyəti “Dünyanın Lideri”, “Əbədiyyən Yaşayacaq”, “Doğruluğun bütün yollarını göstərəcək” və bilavasitə özünü [Hz. İsanı] “Təyit edəcək” bir adam olaraq tərif edirdi. Diqqət edəcəyiniz kimi, əsl ibarələrə Ruhul-Kudüs [Müqəddəs Ruh] və “Gerçəy’in Ruhu” kimi kəlmələr əlavə edilərək, ifadə anlaşılmaz və hətta mənasız qılınmaq istənmişdir. Buna rəğmən, bütün ibarələri diqqətlə təhlil etdiyimizdə müjdələnən şəxsiyyətin bir ruh deyil, bir insan və müəyyən bir insan olduğunu anlayırıq. Bu elə bir adamdır ki, öyrətdikləri dünyəvi olub, hər kəsi əhatə edəcək və qiyamətə qədər yaşayacaq xüsusiyyətdə olacaqdır. Bu xüsusi şəxsin bir xüsusiyyəti də “köməkçilik”dir. Tərcümədə biz “köməkçi” kəlməsini işlədirik.
Xristiyanlar Yuhanna İncilinin Helencə əsl nüsxəsində keçən kəlmənin “paracletus2 olduğunda israr edirlər. Amma bunun mənasını təsbit edərkən, özləri də ixtilafa düşmüşdülər. Bu kəlmənin kökü olan Yunanca “paraclate”nin mənası bunlardır: “Bir yerə çağırmaq, köməyə çağırmaq, xəbərdarlıq və təmbih, təşviq etmək, yalvarmaq, dua etmək və s”. Helencədə bu kəlmənin qarşılığı bunlardır: “Təsəlli etmək, təskin etmək və cəsarət vermək”. İncildə hansı yerlərdə bu söz işlədilmişsə, orada buna yuxarıdakı mənalardan heç biri uyğun gəlmir. Oriqen, bu kəlməyə bəzi yerdə “təskin edən” və bəzi yerdə “takbih edən” olaraq tərcümə etmişdir. Amma digər izah edənlər bu tərcümələri rədd etmişdilər. Çünki bunlar ilkin, Yunanca qrammatika baxımından doğru mənalar deyildir. İkincisi, bəhs edilən kəlmənin keçdiyi ibarələrdən heç birində bu mənalar uyğun düşmür. Bəzi digər mütərcimlər “Müəllim” və “Hoca” olaraq çevirmişdilər. Amma Yunancanın ümumi qanun və qaydaları bu mənanın çıxarılmasına da uyğun deyildir. Tutalian və Augustein isə “Avukat” və “Vəkil” kəlməsini tərcih etmişdilər. Başqaları “köməkçi”, “təskin edən və təsəlli edən” sözlərini işlətmişdilər (bxz. Encyclopadea of Biblical Literature, “Paracletus” maddəsi).
- f) İşin maraqlı tərəfi, Yunancada bəhs etdiyimiz kəlməyə bənzər başqa bir kəlmə, “periclytos”un olmasıdır. Bu kəlmənin manası, “mədh edilmiş”dir. Görüldüyü kimi bu kəlmə, ərəbcə Muhəmmədin demək olar ki, eynisidir. Həmçinin tələffüz baxımından da ikisi arasında çox yaxşı bir bənzərlik vardır. İndi istərsinizmi, öz müqəddəs kitablarında keflərinə görə dəyişiklik etməyi məslək və adət etmiş olan Xristiyan din adamları, Yuhannanın nəql etdiyi xəbərdə yer alan bu kəlməyə əqidə və inanclarına tərs düşdüyünü görüncə, bunu az bir dəyişikliklə “paracletus” etmiş olsunlar! Bu dəyişikliyin həqiqətən edilib edilmədiyi, Yuhanna İncilınin əsl Yunanca nüsxəsinin tapılmasıyla mümkün ola bilərdi. Təəssüf ki, bu nüsxə tapılmadığı üçün qədim və yeni mətndə işlədilən kəlmənin nə olduğunu təsbit etmək imkansız qılınmışdır.
- g) Ancaq verəcəyimiz qərar sadəcə bu xüsusa bağlı deyildir və çox şükür ki, deyil. Çünki Yuhannanın Yunanca İncilində müstakbel peyğəmbər üçün hansı kəlmənin işlədilmiş olması məsəlğni tamamilə həll etmir. Birincisi, bu İncil də Süryanicədən Yunancaya çevrilmişdir. Demək olar ki, bu xüsusda əsl əhəmiyyətli olan Hz. İsanın işlətdiyi Süryanicə kəlmələrdir. Çox şükür, bu kəlmə, İbn Hişamın Siyəri Nəbəvisində vardır. Sirət-i İbn Hişamda sadəcə axtardığımız kəlmə tapılmaqla qalmır, həmçinin bundan əsl Yunanca kəlmələrin nə olduğu da açıq şəkildə anlaşılır. İbn Hişam, Muhəmməd b. İshaka istinadən Yohannes [Yuhanna] İncilinin 15:23-27 və 16:1–in hamısını tərcümə etmişdir. Adı keçən tərcümədə Yunanca “paracletus” kəlməsi yerinə “munhamanna” kəlməsi işlədilmişdir. Daha sonra, İbn İshak, ya da İbn Hişam bu kəlməni belə tərif etmişdir: “Munhamanna” kəlməsi Süryanicədə “Muhəmməd” [mədh edilmiş] və Yunanca da “pericletus” mənasına gəlir” (İbn Hişam, c. 1, s. 248). Hadisəyə tarix nöqteyi nəzərindən baxarsaq, Fələstinli Xristiyanların ana dilinin 9-cü əsrə qədər Süryanicə olduğunu görürük. Bu bölgə, 7-ci yüzilin ilk yarısında Müsəlman torpaqlarına qatılmışdı. İbn İshak 768–də və İbn Hişam 828-ci ildə vəfat etmişdi. Demək ki, hər iki yazıçı və alimin zamanında Fələstinli Xristiyanlar Süryanicə danışıyır və yazırdılar. Hər ikisi üçün öz məmləkətlərinin Xristiyan təbəqəsiylə təmas qurmaları heç də çətin deyildi Həmçinin, o dövidə Yunanca danışan yüz minlərlə Xristiyan, Müsəlman torpaqlarında yaşayırdılar. Buna görə də, özləri, Süryanicənin hansı sözünün Yunancanın hansı sözünə eyni mənada olduğunu tamamilə yaxşı bilə bilərdilər. İndi İbn İshakın nəql etdiyi tərcümədə Süryanicə kəlmə, “munhamanna” keçmişsə və İbn İshak və ya İbn Hişam bunun ərəbcə “Muhəmməd” kəlməsi, ya da Yunanca “pericletus” sözünə eyni mənada işlədildiyini açıqlamışsa, Hz. İsanın Hz. Peyğəmbərin (s.ə.s) mübarək adını verərək, özündən sonra dünyaya gələcəyini müjdələmiş olmasında heç bir şübhə qalmır. Bu açıqlama ilə birlikdə, Yuhanna İncilində keçən kəlmənin əslində “periclytos” olduğu, ancaq Xristiyan din adamları tərəfindən sonradan “paracletus” olaraq dəyişdirildiyi də heç bir şübhəyə yer verməyəcək şəkildə anlaşılır.
- h) Bundan daha qədim tarixi dəlil, Həbəşistan Kralı Nəcaşiyə bir ovuc Müsəlmanın gedib özünə İslamiyyət haqqında məlumat vermələriylə əlaqədardır. Abdullah b. Məsudun (r.a) rəvayətinə görə, Həbəşistana hicrət etmiş olan Müsəlmanlar Kral Nəcaşinin hüzuruna çağrıldıqda heyət Başçısı Cəfər b. Əbu Talib (r.a) İslam Peyğəmbəri və gətirdiyi din haqqında bir nitq söylədi. Bu nitqi eşidən Nəcaşi dedi ki: “Mərhaba sizə və tərəfindən gəldiyiniz şəxsiyyətə. Mən onun Allahın Rəsulu olduğuna şəhadət edirəm. İncildə zikri keçən əlbəttə odur və gələcəyinə dair müjdəni Məryəm oğlu İsa bizə vermişdi” (Müsnəd-i Əhməd). Bu hekayə, hədislərdə bilavasitə Hz. Cəfər ilə Ümm Sələmə (r.a) tərəfindən də nəql edilmişdir. Bu demək olur ki, 7-ci yüzildə Həbəşistan kralı Nəcaşi, Hz. İsanın bir nəbinin gələcəyini müjdələdiyini bilirdi.
Bu hekayə ilə həmçinin, İncildə Muhəmməd Mustafanın (s.ə.s) gəlişinə dair bəzi açıq işarələr mövcud olduğu və bu işarələrə əsaslanaraq Nəcaşinin, gələn peyğəmbərin Hz. Muhəmməd (s.ə.s) olduğu nəticesinə varmaqda heç gecikmədiyi də anlaşılır. Lakin, burada keçən rəvayət və hekayədən, Hz. İsanın müjdəsiylə əlaqədar Kral Nəcaşinin məlumat qaynağının Yuhanna İncilimi, yoxsa başqa İncil və kitablarmı olduğu anlaşılmır.
ı) Reallıq budur ki, sadəcə Hz. Muhəmməd (s.ə.s) ilə əlaqədar Hz. İsanın müjdələri və xəbərləri deyil, eyni zamanda bilavasitə Hz. İsanın həyatı və əsərləri haqqında məlumat əldə etməyin mötəbər və etibarlı qaynaqları, Katolik Kilsəsinin qanuni və keçərli saydığı sadəcə dörd İncil deyildir. Bu xüsusda bəlkə də nisbətən daha mötəbər qaynaq, Kilsənin “məzmunu şübhəli” olduğu səbəbiylə nəzərə almadığı Barnabas İncilidir. Çox qəribədir, Xristiyanlar bu müqəddəs kitabı gizlətməyə çox ciddi qeyrət göstərmişdilər. Bu kitab əsrlərlə hər kəsin göz önündən uzaq qaldı. 16-cı əsrdə Latinca tərcüməsinin nadir bir nüsxəsi Papa Sixtusun kitabxanasında var idi və kimsənin buna əl vurmasına izin verilmirdi. Ancaq 18-ci yüzilin əvvəlində bu nüsxə John Toland adında bir nəfərin əlinə keçdi. Bundan sonra müxtəlif əllərdən keçərək, 1738-ci ildə Vyana İmparatorluq Kitabxanasına çatdı. 1907-ci ildə bu İncilin İngiliscə tərcüməsi Oxford-Clarenden Mətbəəsi tərəfindən nəşr edildi. Belə ki, bu əsər işıq üzü görər görməz, Xristiyan dünyasında bir təlaş başladı və bir çox din adamıyla Kilsə çevrələri, bu kitabın artıq yayılmasının, Xristiyan dininin yox olmasına səbəb ola biləcəyi nigarançılığına qapıldılar. Nəticədə, nəşr edilən nüsxə əsrarəngiz, amma planlı bir şəkildə ortadan qaldırıldı. Bir daha da İngiliscə tərcüməsinin nəşr olunması mümkün olmadı. Eyni şəkildə, Latınca tərcüməsindən İspan dilinə çevrilən nüsxənin 18-ci yüzildə satışda və kitabxanalarda olduğu qeyd edilir. Bu məlumatı George Sell, Quran-ı Kərimin İngiliscə tərcüməsində bizə nəql etmişdir. Amma İspan dilində tərcüməsinin də ortadan qaldırıldığı görülmüşdür. Bu gün təəssüf ki, bunun heç bir nüsxəsi heç bir yerdə yoxdur. Mən, Oxfordda nəşr olunan İngiliscə tərcüməsinin fotokopiyasını oxuma fürsətim oldu. Barnabas İncilınin hamısını diqqətlə oxudum. Məncə, bu İncil Xristiyanlar üçün böyük bir nemətdir və sadəcə təəssüb və inadçılıqları üzündən belə qiymətli bir əsərdən məhrum qalmışlar.
Xristiyan ədəbiyyatında Barnabas İncilinin adı harada keçmişsə, oraya bir müxalifət şərhi qoyulmuş, bunun saxta və uydurma bir İncil olduğu, dolayısıyla rədd edilməsi gərəkdiyi irəli sürülmüşdür. Gözü dönmüş elm və irfandan nəsib ala bilməmiş bəzi Xristiyan din adamları bunun bir Müsəlmanın xəyal gücünün əsəri olduğunu iddia edəcək qədər irəli getmişdilər.
Bu, əslində böyük bir yalandır və bunun səbəbi sırf İncilin mətnində bir çox yerlərdə Hz. Peyğəmbərin dünyaya gələcəyi barəsində açıq–aydın qeydlərin mövcud olmasıdır. Bir dəfə, bu İncili oxuyan hər kəs, bunun bir Müsəlman tərəfindən qələmə alınmadığına qətiyyətlə inanmış olur. İkincisi, belə bir kitab bir Müsəlman tərəfindən yazılmış olsaydı, bu Müsəlmanlar tərəfindən yaxşı–yaxşı tanınar və Müsəlman elm adamlarının əsərlərində bundan tez–tez və geniş şəkildə bəhs edilərdi. Lakin, George Sellin Quran-ı Kərimin İngiliscə tərcüməsindən öncə Müsəlmanlar Barnabas İncilinin adını belə eşitməmişdilər. Taberi, Yakubi, Məsudi, Biruni, İbn Hazm, İbn Teymiyyə və s. kimi Xristiyan qaynaqlarına vaqif olan fakih, yazıçı və tarixçilər Xristiyanlıq və Xristiyanlığın müqəddəs kitablarından bəhs edərkən Barnabas İncilinə ən kiçik bir işarə belə tapmamışdılar. İslam dünyasında saysız kitabxanalarda olan kitabların ən geniş və etibarlı bibliyoqrafyaları İbn Nədim ilə Hacı Halifə (bxz. əl-Fihrişt və “Kəşfuz-Zünun) tərəfindən hazırlanmışdır. Amma bunlarda da Barnabas İncilinə rastlamaq mümkün deyildir. Xristiyanların irəli sürdüyü iddianın əsassız olmasının üçüncü və ən böyük dəlili, Muhəmməd Mustafanın (s.ə.s) dünyaya gəlməsindən 75 il öncə belə, Papa Birinci Gelasius dövründə “yanlış və dini düşüncələrə zidd kitablar” adı altında hazırlanan siyahıda Barnabas İncilınin [Evangelium Barnabe] adının keçmiş olmasıdır. Söylərsinizmi, o çağda bu sözdə saxta İncili yazacaq bir Müsəlman var idimi?
- j) Barnabas İncilində Rəsul-i Əkrəmin (s.ə.s) dünyaya peyğəmbər olaraq gəlməsinə dair xəbər və müjdələrdən söz açmadan, istərsinizsə, öncə Xristiyanlar tərəfindən məchul qalmış, Müsəlmanlar tərəfindən də heç bilinməyən bu kitabı sizə tanıdaq. Beləliklə bunun mahiyyəti, məzmunu və dolayısıyla əhəmmiyyətini anlamış olacağıq. Həmçinin, Xristiyanların bundan niyə bucaq-bucaq qaçdıqlarını qavramış olacağıq. Kitab-i Müqəddəsdə qanuni və mötəbər olaraq yer alan dörd İncildən heç birinin Hz. İsanın səhabiləri və ya həvariləri tərəfindən qələmə alınmadığını bilmək faydalı olar. Sonra, bu İncilləri yazanlardan heç biri, yazdıqlarının Hz. İsanın həvarilərinə əsaslandığını və ya onlar tərəfindən nəql edildiyini iddia etməmişdir. Belə istinadlar bir tərəfə dursun, yazıların heç bir qaynağı göstərilməmişdir. Bu etibarla, rəvayət edənin, sözləri özününmü eşitdiyi və ya hadisələri özününmü gördüyü, yoxsa bunları bir və ya birdən çox vasitəçidənmi eşitdiyi bilinmir. Buna qarşılıq, Barnabasın yazanı deyir ki, “Mən Hz. Məsihin ilk 12 həvarisindən biriyəm. Başdan sona qədər Məsih ilə bərabərəm və gözlərimlə gördüyüm hadisələr və qulaqlarımla eşitdiyim sözləri bu kitabda yazıram”.
Sadəcə bu deyil, Barnabas bunları da yazir: “Hz. Məsih bu dünyadan əbədiyyətə intiqal edərkən öz haqqında çıxan yalan-yanlış dedi–qodulara son verərək, dünyaya gerçəkləri açıq şəkildə ortaya qoymağı əmr etmişdi”. Barnabas kimdir? Kitab-i Müqəddəsin “Əməllər Bölməsi”ndə bu şəxsin adına tez–tez rast gəlinir. Buna görə, Barnabas, Kiprli bir Yəhudi ailəsinə mənsub idi. Xristiyanlığın yayılması və Hz. İsanın tərəfdarlarına edilən köməklər barəsində Barnabasın böyük xidmətlər verdiyi qeyd edilmişdir. Lakin özünün nə zaman Xristiyanlığı qəbul etdiyi qeyd edilməmişdir Həmçinin, üç İncildə keçən ilk 12 həvarinin adları arasında Barnabas adına rast gəlinmir. Bu baxımdan, bəhs etdiyimiz İncilin yazanının bu Barnabasmı olduğu qəti olaraq bilinmir. Matta ilə Markosun verdiyi həvarilər siyahısını Barnabasın siyahısı ilə müqayisə etsək ikisi arasında sadəcə iki adın fərqli olduğuna şahid olarıq. Biri Tome [Thomas] ki, bunun yerinə Barnabas öz adını verir və digəri Şəmun Kənani ki, bunun yerinə Yaqub oğlu Yahudahın [Judanın] adını yazır. Lucasın İncilində bu ikinci ad da vardır. Bu baxımdan, sonradan Xristiyan din adamları və öndə gedənlərinin, Barnabasdan və onun İncilindən yaxalarını qurtarmaq üçün adıni silib, yerinə Thomasın adını yazdıqları ağıl və məntiqə daha uyğundur. Çünki mənfəətləri uğruna bu cür təhriflər etmək Xristiyan əziz və din adamları üçün adi bir şeydir.
Tərəfsiz və sağlam düşüncəli bir insan, Barnabas İncilıni oxuduqdan sonra bunu Əhd-i Cədidin Dörd İnciliylə müqayisə edəcək olarsa, bunun digər Dörd İncildən qat–qat daha yaxşı olduğu nəticəsinə varacaqdır. Bu İncildə Hz. İsanın həyatı və başından keçənlər daha təfərrüatlı şəkildə anladılmışdır. Eynilə bir insanın gördükləri və yaşadığı hadisələr kimi. Dörd İncildə qopuq və bir-birinə bağlı olmayan hadisə və hekayələrin anladılması Barnabas İncilində daha düzgün və mənalı hala gətirilmişdir, xüsusilə tarixi hadisələr bir az daha diqqətli bir sıra ilə qeyd edilmişdir. Bununla yanaşı, Hz. İsanın dini təlqinləri burada Dörd İncilə nisbətən daha geniş, açıq və təsirli şəkildə qeyd edilmişdir. Tövhid ilə əlaqədar nəsihətlər, şirkin rəddi, Allah Təalanın sifətləri, ibadətin ruhu və gözəl əxlaq kimi mövzular tamamilə geniş, məntiqli və qüvvətli şəkildə anladılmışdır. Bu kitabda Hz. İsanın işlətdiyi dil və mövzunun yaxşı anlaşılması üçün verdiyi praktik misalların ən kiçik nümunəsini belə Dörd İncildə tapmaq mümkün deyildir.
Bundan, Hz. İsanın (ə.s) öz tərəfdarları və həvarilərinə necə nəsihət və təlqində olduğu və bu xüsusda nə qədər ağıllıca yöntəmlər işlədildiyi də anlaşılır. Hz. İsanın dili, üslubu, təbiəti və xarakterinə azacıq vaqif olan biri belə, bu İncili oxuduqdan sonra bunun saxta və ya uydurma bir kitab olmadığına qənaət gətirəcəkdir.
Həqiqəti söyləmək gərəkirsə, Hz. İsanın şəxsiyyəti və təlimləri digəer Dörd İncilə nisbətən Barnabas İncilində, daha konkret, daha açıq bir şəkildə qarşımıza çıxır. Həmçinin bu İncildə digər İncillərin müəyyən bir eskikliyi olan müxtəlif söz və fellərdəki təzad da yoxdur.
Barnabas İncilində yer alan Hz. İsanın həyatı və təlimatı, bir nəbinin həyatı və təlimatına eynilə uyur. Özü bir nəbi olaraq qarşımıza çıxır, bütün peyğəmbərləri və kitablarını təsdiq edir. Peyğəmbərlər olmadan haqqı tanımağın bir yolu olmadığını qeyd edir və peyğəmbərlərə mənasız sayanların əslində Allahı mənasız saydıqlarını anladır. Tövhid, peyğəmbərlik və axirət haqqında digər bütün peyğəmbərlərin təlimatına uyğun sözlər söyləyir. Namaz, oruc və zəkat üçün lazım olan təlqini edir. Barnabas İncilində tez-tez bəhs edilən namazların əslində Müsəlmanların bildiyi sübh, günorta, ikindi, axşam, gecə və təhəccüd namazları olduğu anlaşılır. Həmçinin hər namazdan öncə abdəst alındığı da bəlli olur. Hz. İsa, peyğəmbərlərin siyahısına Davud ilə Süleymanı (ə.s) da daxil edir. Halbuki həm Yəhudilər, həm Xristiyanlar bu iki peyğəmbəri, peyğəmbərlər siyahısından çıxarmışdılar. Hz. İsmayılın (ə.s) “zebih” [Allaha əhd edilmiş qurban] olduğunu qəbul edir və bu xüsusda bir Yəhudi alimi də bu gerçəyi qəbul etməyə məcbur edir. Eyni alim, İsrailoğullarının öz mənfəətləri üçün Hz. İshakın (ə.s) zebih və ya qurban olduğuna hər kəsi inandırmağa çalışdıqlarını qeyd edir. Qısacası, Barnabasdakı qeydlərə görə, Hz. İsanın (ə.s) axirət, qiyamət, cənnət və cəhənnəm ilə əlaqədar vəz və təlqinləri Quran-i Kərimdə anladılanların demək olar ki, eynisidirlər.
Xristiyanların, Barnabas İncilinə niyə bu qədər şiddətlə müxalifət etdiklərini araşdıracaq olarsaq, bunun səbəbinin sadəcə Hz. Muhəmmədin (s.ə.s) gəlişinə dair açıq-aydın işarələri ehtiva etməsinin olmadığını görürük. Çünki Xristiyanlar bu İncili əslində elə Hz. Muhəmmədin (s.ə.s) doğulmasından öncə rədd etmişdilər. Aşağıdakı sətirlərdə Xristiyanların şiddətli öfkə və müxalifətinin gerçək səbəblərini geniş bir şəkildə anlatmağa çalışacağıq: Bilindiyi kimi, Hz. İsanın ilk tərəfdarları, özünü sadəcə bir peyğəmbər olaraq tanıyırdılar, onun bütün təlimatlarına hərfiyyən uymazdılar. Bu ilk yoldaşları Musəvi şəriətinə bağlı olub, əqidə, ilahi əmr və ibadətlər baxımından özlərini Bəni İsraildən ayrı saymazdılar. İlk Xristiyanlar ilə Bəni İsrail arasındakı tək fərq, birincilərin Hz. İsanı Məsih olaraq tanımaları və ona iman etmələri idi. Oysa, Bəni İsrail, Hz. İsanı peyğəmbər olaraq tanımırdı.
Daha sonra, Əziz Paul, Xristiyan camaatına girincə Romalı, Yunan və İsrailli və ya Yəhudi olmayan digər ulusları da Xristiyanlığın damı altında toplamağa çalışdı. Buna görə də, yeni bir məzhəb və hətta dinin təməlini atdı. Bu yeni din əqidə, inanc və qaydalar nöqteyi nəzərindən Hz. İsanın yaymağa çalışdığı dindən çox fərqli idi. Əslində bu Əziz heç bir zaman Hz. İsanı görməmiş, ondan vəd almamışdı. Hətta Hz. İsa sağ ikən özünün ən böyük müxaliflərindən biri idi. Və İsa peyğəmbərdən sonra bir neçə il bu münasibətinə davam etdi. Daha sonra Xristiyan olaraq yeni bir dini meydana qoyarkən də öz etdiyi təsərrüflərə dəlil olaraq Hz. İsanın heç bir söz və ya felini xalqa göstərmədi, əksinə bunların qaynağının şəxsi ilham olduğunu irəli sürdü. Yeni dini ortaya qoyarkən başlıca məqsədi, bu dinin Yəhudi olmayan bütün qövm və millətlərin tərəddüdsüz qəbul edəcəyi mahiyyətdə olmasıydı. Belə ki, bir Xristiyanın, Yəhudiliyin bütün şəriətindən azad olduğunu elan etdi. Yemək-içmək barəsində hər cür halal və haram fərqini ortadan qaldırdı. Yəhudi olmayanların çətininə gedən sünnət ənənəsinə də son verdi. Sadəcə bunlar deyil, Hz. İsanın ülviyyəti, Allahın oğlu olduğu və çarmıxa çəkilərək Adəmoğullarının günahını üstünə aldığı və beləliklə bədəllərini ödədiyi kimi, müxtəlif saçma-sapan tezislər də ortaya atdı. Təbii ki, bu cür fikir və münasibətlər müşrik və kafirlərə çox cazibəli gəlirdi və Əziz Paul, bu kimi uydurmalarla hissiyatlarını oxşamağa və yeni dinə təşviq etməyə çalışdı. Hz. İsanın ilk tərəfdarları bu cür bidət və batil etiqadlara qarşı çıxdılar. Amma nə çarə ki, Əziz Paulun şeytanca bir düşüncəylə Xristiyanlığa açdığı bu qapıdan Yəhudi olmayan Xristiyanların böyük bir seli içəriyə girdi və bu təzyiq qarşısında, çox az sayda özünə bağlı dindar insan istisna olmaqla, çoxu dayana bilmədilər. Yenə də b.e. 3-cü yüzilinin sonuna qədər Hz. İsanın üluhiyyətini rədd edən çox insan var idi. Belə ki, b.e. 4-cü ilinin əvvəlində Nicaeada toplanan Papalıq Konseyi (325), Əziz Paulun düşüncə və görüşlərini Xristiyanlığın əsasları qəbul etdi. Daha sonra Roma İmparatorluğu da Xristiyanlığı rəsmi din olaraq mənimsədi. Bu hadisə, İmperator Theodoseus zamanında çıxarılan bir qanunla perçinləşdi. Bundan sonra, Əziz Paulun əqidə və inanclarına qarşı olan bütün kitab və sənədlər tamamilə təbii olaraq qeyri–qanuni və qeyri kabil-i rücu elan edildilər. B.e. 367-ci ilində ilk dəfə, Athanesiusun bir məktubuna uyğun olaraq mötəbər və qanuni kitab və vəsiqələrin siyahısı hazırlandı. Bu siyahını 382-ci ildə Papa Damasius Başqanlığında toplanan konsey təsdiq etdi. 5-ci yüzilin sonunda isə Papa Gelasius, bu siyahını təsdiq etməsi ilə yanaşı mötəbər və qanuni olmayan kitab və vəsiqələrən siyahısını da hazırlatdı. İşin qəribə tərəfi odur ki, adı keçən kitabların qanuni, etibarlı və ya etibarsız olaraq təsnif edilməsi üçün qəbul edilən ölçü, sadəcə, Əziz Paulun uydurduğu inanc və qaydalar idi və heç bir Xristiyan alim və ya Kilsə adamı çıxıb bunların Hz. İsanın təlimatına uymadığını iddia etməyə cəsarət edə bilmədi.
Hətta mötəbər və qanuni kitablar məcmuəsinə daxil edilən İncillərdə də Hz. İsanın öz söz və hərəkətlərinə dair hər hansı bir qeyd yoxdur. Tamamilə təbiidir ki, Barnabas İncili, etibar edilməyən və qanuni olmayan kitabların siyahısının başına keçirilmişdir. Bunun başlıca səbəbi, məzmununun o zaman rəvacda olan rəsmi dinin inanc və qaydalarına tamamilə zidd olması idi. Kitabın yazanı, başda kitabı qələmə almasının səbəbini anladır: “Bu kitabın məqsədi, şeytanın hiylələrinə uyaraq Hz. İsanı Allahın oğlu elan edənləri islah etməkdir. Bu insanlar [şeytana uyanlar] kişilərin sünnət edilməsini gərəksiz hesab edir, haram yeməkləri halal qılırlar. Bu cür xətaya düşənlər arasında (Əziz Paul) da vardır”. Barnabasın bəyan etdiyi kimi Hz. Isa sağ iken, mucizelərini görən müşrik Romalı askerlərin, onun Allahın oğlu və hatta Allah olduğunu söyləməyə başladığını və bu yanlış inanca daha sonra İsrailoğullarının da bulaşdığını qeyd edir.
Barnabas bundan sonrakı gedişatı belə nəql edir: “Hz. İsa bu gedişata çox narahat olmuşdu. Dəfələrlə, onun ətrafını saranlara xəbərdarlıq etdi və yanlış inanclarını şiddətlə yıxdı. Tələbələrini müxtəlif bölgələrə göndərdi. Bu tələbələr, Hz. İsanın duaları sayəsində eynilə özü kimi xalqa bəzi möcüzələr göstərdilər. İsanın tələbələrinin də möcüzə göstərmələrinin məqsədi, özündən möcüzələr sadır olan bir insanın Tanrı və ya Tanrının oğlu olması gərəkmədiyini açıq şəkildə göstərmək idi”. Barnabas, bundan sonra Hz. İsanın bu barədə etdiyi müxtəlif nitqlərini nəql edir. Bu nitqlərdən, Hz. İsanın xalq arasında yayılan batil etiqadların nə qədər əleyhinə olduğu anlaşılır. Barnabas Hz. İsanın, ümmətinin doğru yoldan azmasından son dərəcə narahat olduğunu ifadə edir. Həmçinin, Əziz Paulun Hz. İsanın çarmıxda can verdiyi yolundakı ümumi əqidəsini şiddətlə yalan olduğunu deyir və öz gözləriylə gördüyü hadisəni belə anladır: “Şakirt” Yahuda [Judah, Jadas] Yəhudilərin Baş Hahamlarından rüşvət alaraq Hz. İsanı yaxalamaq üçün əsgərlərlə gəldikdə, Allahın əmriylə, dörd mələk Hz. İsanı səmaya qaldırdılar və Şakirt Yahudanın üzü və səsi tamamilə Hz. İsanınkı kimi edildi. Beləliklə, çarmıxa Hz. İsa deyil Yahuda gərildi”. Barnabas İncilindəki bu ifadə, göründüyü kimi Paulun qurduğu Xristiyanlığın kökünü qazıdığı kimi, Quran-i Kərimin ifadəsini də tamamilə təsdiq edən xüsusiyyətdədir. Heç çaşılmamalıdır. Quran-i Kərimin enməsindən tam 115 il əvvəl Barnabas İncilindəki bu ifadələr, kitabın Xristiyan Kilsə adamları tərəfindən aforoz edilməsinə səbəb oldu. Hesab edirik ki, yuxarıda qısaca toxunmağa çalışdığımız xüsuslar, Barnabas İncilinin digər Dörd İncildən çox daha etibarlı olduğunu göstərməyə yetər. Bu İncildə Hz. Məsihin (ə.s) söz, fel və sireti gerçəyə uyğun şəkildə anladılmışdır. Təəssüf ki, Xristiyanlar, öz əqidə, inanc qaydaları ilə Hz. İsanın təlimatını bu İncil ilə bilmə və düzəltmə fürsətini qaçırdılar.
Bu açıqlamalardan sonra, zənn edirik ki, Barnabas İncilində, Peyğəmbər Əfəndimizin (s.ə.s) gəlməsinə dair, Hz. İsanın ağzıyla dilə gətirilən işarə və xəbərləri burada təqdim edə bilərik. Bəhs edilən xəbərlərdə Hz. İsa, Hz. Muhəmməd (s.ə.s) üçün bəzən “Rəsulullah”, bəzən də “Məsih” kəlməsini işlətmişdir. Bəzən “Təqdir Edilməyə Layiq” ibarəsini işlətmiş, bəzən də elə sözlər işlətmişdir ki, bunlar “La ilahə illəllah Muhəmmədun Rəsulullah” mənasına gəlir. Hz. İsanın, Hz. Peyğəmbər (s.ə.s) haqqında verdiyi işarələr o qədər çoxdur ki, bunların hamısını anlatmaq üçün ayrı bir kitabçaya ehtiyac duyulacaqdır. Bunların hamısını iqtibas etməyimiz imkansızdır. Biz burada sadəcə bəlli-başlı xəbərləri nəql edirik. “Allahın dünyaya göndərdiyi peyğəmbərlər ki, sayları 144.000 idi, müəmmalı və qarmaşıq şəkildə danışdılar. Amma məndən sonra, bütün peyğəmbərlər ilə müqəddəs varlıqların nuru gələcəkdir ki, peyğəmbərlərin söylədiklərini açıqlayacaq, sizi aydınladacaqdır. Çünki Allahın Rəsuludur” (Bölmə: 17).
Fərisilər ilə Lavilər dedi ki: “Madam ki, sən nə Məsih, nə İlyas, nə də başqa bir Nəbisən, o zaman sən niyə yeni bir vəz və təlqin edirsən və özünü Məsihdən də daha böyük olaraq göstərirsən”. İsa Məsih dedi ki: “Tanrının mənim vasitəmlə göstərdiyi möcüzələrin məqsədi, mənim etdiklərimin hamısının Tanrının istəyinə bağlı olduğunu sizə göstərməkdir. Yoxsa, mən özümü, sizin bəhs etdiyiniz (Məsih)dən böyük saymıram. Mən, sizin Məsih dediyinizin corabının muncuğunu və ya ayaqqabı bağlarını açacaq səviyyədə belə deyiləm. O Məsih məndən öncə yaradılmışdı və məndən sonra gələcəkdir. O, dinin heç sona çatmaması üçün həqiqətləri yanında gətirəcəkdir” (Bölüm: 42). “Sizə and içərək söyləyirəm, gələn hər nəbi sadəcə bir millət üçün Allahın rəhmətinin işarəsi olaraq gəlmişdir. Buna görə də bu peyğəmbərlərin təlimatı, göndərildikləri ümmət və uluslardan kənara çıxmadı”.
Amma Allahın Rəsulu gəldikdə, Tanrı ona sanki əlinə möhürünü verəcəkdir. Ta ki, onun təlimatını almış olan dünyanın bütün ulusları səlamətə və rəhmətə qovuşacaqlar. O, tanrıtanımayanlara hakim olacaq və bütpərəstliyi elə yer üzündən siləcəkdir ki, şeytan qaçmağa dəlik axtaracaqdır”. (Bu sətirlərdan sonra, Hz. İsanın tələbələriylə uzun bir nitqi yer alır. Bu nitqdə İsa Məsih (ə.s) gələcək Peyğəmbərin Bəni İsmaildən olacağını izah edir.) (Bölmə: 43). Buna görə də sizə deyirəm ki: “Rəsulullah, Tanrının yaratdığı demək olar ki, bütün məxluq və əşyanı məmnun edəcək bir səadətdir. Çünki o anlayış, nəsihət, hikmət, qüvvət, şəfqət və sevgi kimi gözəl duyğularla doludur. O, cömərdlik, rəhmət, ədalət, təqva, dürüstlük, əfəndilik və səbrin ruhuyla təchiz edilmişdir. Özünə bu fəzilətlərin üç misli verilmişdir; yəni, Allahın yaratdığı digər məxluqlara nisbətən. Onun dünyaya gəlişi nə mübarək bir an olacaqdır. İnanın, mən onu görmüş və ona sayğılarımı təqdim etmişəm. Eynilə digər bütün peyğəmbərlərin onu gördüyü və ona sayğılarını təqdim etdikləri kimi. Allah onun ruhunu görərək, ona nübüvvət bəxş etdi. Və onu görüncə həyəcandan ruhum titrədi və mən ona dedim ki: “Ey Muhəmməd [mədh edilmiş insan, zat]! Allah sənin köməyin olsun və Allah məni sənin ayaqqablarının bağlarını bağlamağa layiq etsin. Çünki mən bu mövqeyə yüksələrəmsə, özümü böyük bir peyğəmbər və Allahın müqəddəs varlığı sayacağam”. (Bölmə: 44)
“(Buradan gedəcəyim üçün) ürəyiniz sızlamasın və siz qorxmayın. Çünki sizi yaradan mən deyiləm. Sizi yaradan, yaradıcımız Allahdır və O sizi qoruyacaqdır. Mənə gəlincə, bu anda dünyada, dünyaya səlamət və qurtuluş gətirəcək olan Allahın Rəsulu üçün zəmin hazırlamaqdayam…” Andres dedi ki: “Ey Ustad! Onun bəzi müəyyən xüsusiliklərini bizə bildir ki, onu tanıyaq”. İsa Məsih (ə.s) cavab verdi: “O sizin zamanınızda gəlməyəcək, əksinə bir neçə zaman sonra gələcək. O zamana qədər mənim İncilim elə təhrif edilmiş olacaq ki, dünyada ən çoxu 30 mömin olacaqdır. O zaman Allah dünyaya acıyacaq və Rəsulunu göndərəcəkdir. O Rəsulün başında beyaz bulutun gölgesi olacaqtır. Bu gölge sayesində Allahın sevgilisi və yaxını olduğu bəlli olacaqdır və onun vasitəsiylə dünya Allahın mağfirətinə qovuşacaqdır. O, tanrıtanımaz insanlara qarşı böyük bir güclə gələcək və yer üzündən bütpərəstliyi yox edəcəkdir”.
“Və mən bundan son dərəcə məmnun olacağam, çünki onun sayəsində Tanrımız tanınacaq, təqdis ediləcək və həqiqəti dünya anlayacaqdır. O həmçinin məni insanlardan üstün bir şey zənn edənlərdən intiqam alacaqdır… O elə bir həqiqətlə gələcəkdir ki, bu həqiqəti bütün peyğəmbərlərin gətirdiklərindən daha açıq aydın olacaqdır!” (Bölmə: 72)
“Allah üçün and Qüdsdəmi, yoxsa Süleyman məbədindəmi içilmişdi? Lakin sözlərimə inanın, bir gün gələcək, Allah, rəhmətini başqa bir şəhərə inzal edəcəkdir. Ondan sonra, hər yerdə Onun üçün doğru biçimdə ibadət ediləcəkdir və Allah öz rəhmətiylə hər yerdə həqiqi namazı qəbul edəcəkdir… Mən əslində, İsrail xanədanı üçün qurtarıcı nəbi olaraq göndərildim. Lakin məndən sonra Məsih gələcək, Allahın bütün dünya üçün göndərdiyi. Elə bir nəbi ki, Allah bütün dünyanı onun üçün yaratmışdır. O zaman bütün dünyada Allaha ibadət ediləcək və hər tərəfə rəhməti nazil olacaqdır”. (Bölmə: 83)
(Məsih baş rahibə söylədi:) “Yaşayan Allah və əlində canım olan Yaradana and içirəm, bütün dünyanın millətlərinin gözlədiyi o Məsih mən deyiləm. Allah bu nəbi ilə əlaqədar vədini atamız Hz. İbrahimə belə deyərək vermişdi”: “Sənin nəslinin vasitəsiylə, yer üzünün bütün millətləri bərəkətə qovuşacaqdır” (Təkvin, 22:18). “Ancaq Allah məni bu dünyadan qaldırınca, şeytan yenə üsyan çıxaracaqdır və mömin olmayanlar mənim Tanrı və Tanrının oğlu olduğumu iddia edəcəklər. Buna görə də sözlərim və təlimatım təhrif ediləcəkdir. Ta ki, bəlkə də ən çox 30 iman sahibi geriyə qalacaqdır. O zaman Allah dünyaya acıyacaq və Rəsulunu göndərəcəkdir. O Rəsul ki, onun üçün dünyanın hər şeyi yaradılmışdır. O Rəsul bütün gücüylə cənubdan gələcək və bütləri və bütpərəstləri birlikdə məhv edəcəkdir. Şeytandan iqtidarını alacaqdır. Və Allahın rəhmətini, özünə iman edəcək olanların qurtuluşu üçün yanında gətirəcəkdir. Nə xoşbəxtdir onun sözlərini dinləyənlər” (Bölmə: 96).Baş rahib soruşdu: “Allahın bu Rəsulundan sonra başqa nəbilər də gələcəkmi?” Məsih cavab verdi: “Bundan belə, Allahın göndərdiyi həqiqi nəbilər gəlməyəcəklər, amma bir çox saxta nəbilər gələcəkdir. Mən bunun üçün üzgünəm. Çünki şeytan, Allahın ədalətli qərarı üzündən bunları səhnəyə qoymağa çalışacaqdır. Və onlar mənim İncilimin pərdəsinin arxasına gizlənəcəklər”. (Bölmə: 97).
Kahinlərin başçısı soruşdu: “Bu Məsih hansı adla çağrılacaqdır? Və onun gəlişinin işarələri nə olacaqdır?” İsa Məsih dedi ki: “Bu Məsihin adı “Təqdir Edilməyə Layiq. Çünki Allah onun ruhunu yaratdığı zaman ona bu adı özü vermişdir”.
“Və orada ona kral kimi rəftar edilmişdir. Allah dedi ki”: “Ey Muhəmməd! Gözlə, Çünki sənin üçün cənnəti, dünyanı və bir çox məxluqu yaradacağam və bunları sənə hədiyyə olaraq verəcəyəm. Ta ki, səni təbrik edənlərə bərəkət veriləcək və səni lənətləyənlər lənətlənəcəkdir. Mən səni dünyaya göndərəcəyim zaman, qurtuluş xəbərçisi olaraq göndərəcəyəm. Sənin sözlərin doğru olacaqdır. Belə ki, yer üzü və göylər yox olub gedəcəklər, amma sənin adın dik duracaqdır. Elə isə, onun mübarək adı Muhəmməddir”. (Bölmə: 97).
Barnabas deyir ki: Bir dəfəsində Hz. İsa tələbələrinə xitabən etdiyi nitqində, “Tələbələrimdən biri (ki, sonradan Yahuda, Judah, Judas olduğu ortaya çıxdı) məni 30 sikkə qarşısında düşmənlərə satacaqdır” dedi və bunları əlavə etdi: “Bundan sonra, məni satacaq olanın mənim adımla öldürüləcəyindən əminəm. Çünki Allah Təala məni yerdən səmaya qaldırdacaq və o xainin üzünü elə dəyişdirmiş olacaq ki, hər kəs onu mən sanacaq. Belə ki, pis şəkildəki ölümü bir müddət mənim qaralanmağıma yol açacaqdır. Lakin, Muhəmməd, yəni Allahın müqəddəs Rəsulu gəlincə mənə sürülən ləkə təmizlənmiş olacaqdır. Və Allah bunu, mənim o Məsihə sədaqətimi bildirdiyim üçün edəcəkdir. O mənə mükafatımı verəcəkdir. Bu şəkildə, hər kəs mənim yaşamaqda olduğumu və bu rəzil ölümlə heç əlaqəm olmadığını anlamış olacaqdır” (Bölmə: 113).
(Hz. Isa tələbələrinə dedi ki:) “Əlbəttə mən sizə deyirəm ki, əgər Musanın kitabından gerçəklər çıxarılmamış olsaydı, Allah atamız Davuda başqa bir kitab verməyəcəkdi. Və əgər Davudun kitabında dəyişikliklər edilməmiş olsaydı, Allah mənə İncili verməzdi. Çünki Allah, yəni Rəbbimiz, təhrif edən və ya dəyişdirən deyildir. Və hər kəsə eyni ismarıcı vermişdir. Rəsulullah gəldiyi zaman inkarçı insanların mənim kitabıma bulaşdırdıqları bütün (uydurma) şeyləri təmizləyəcəkdir” (Bölmə: 124).
Bu açıq və konkret işarə və xəbərlərdə sadəcə üç şey ilk baxışda şübhəli görünür. Bunlardan biri, yuxarıdakı ibarələrdə Barnabas İncilinin başqa bölmələrində Hz. İsanın, özünün Məsih olmadığını israrla qeyd etməsidir. İkincisi, sadəcə yuxarıdakı sitatlarda deyil, İncilin digər bir çox yerlərində də Rəsulullahın (s.ə.s) əsl ərəbcə adı olan “Muhəmməd” açıq şəkildə zikr edilmişdir. Əslində isə, peyğəmbərlərin gələcəkdən xəbər verərkən konkret ifadələrdən qaçındıqları, xüsusilə də şəxs adlarını vermədikləri müşahidə edilmişdir. Üçüncü nöqtə, yuxarıdakı ibarələrdə Muhəmməd Mustafadan (s.ə.s) “Məsih” olaraq bəhs edilməsidir. Birinci şübhə üçün bunu söyləyə bilərik ki, sadəcə Barnabas İncilində deyil, Lucas [Luka] İncilində də Hz. İsanın (ə.s) öz həvari və tələbələrinə, özünə Məsih deməmələrini əmr etdiyinə dair qeydlər vardır. Lucas İncilinin sözləri bunlardır… O onlardan soruşdu: “Siz mənə nə deyə xitab edərsiniz?” Peter cavab verdi: “Allahın Məsihi”. Bundan sonra onlara təmbeh etdi: “Bunu kimsəyə söyləməyin” (Bölmə: 9, 20-2). Bu qadağan etməyin səbəbi, elə sanırıq ki, Hz. İsanın öz adının gözlənən Məsih ilə qarışdırılmasını istəməməsi idi. Bilindiyi kimi, İsrailoğulları əvvəldən bəri Məsihin gəlməsini gözləyirdilər. Onlara görə Məsih qılıncıyla bütün haqq düşmənlərini məğlub edəcəkdi. Budur, bundan sonra Hz. İsa (ə.s) gözlədikləri Məsihin özü olmadığını və onun özündən sonra gələcəyini açıqlamaq məcburiyyətində qaldı. İkinci şübhəyə gəlincə, hələ də dünyada var olan Barnabas İncilınin Latinca tərcüməsində Rəsul-i Əkrəmin adı həqiqətən də “Muhəmməd” olaraq keçir. Lakin kimsə bu kitabın hansı dillərdən tərcümə üstünə tərcümə edilərək, Latincaya qədər gəldiyini bilmir. Barnabas İncilinin əslinin Süryanicə olması qüvvətli ehtimaldır. Çünki daha əvvəl də işarə etdiyimiz kimi, Hz. İsa ilə həvarilərinin dili bu idi. Kitabın əsli tapılsaydı, onda Hz. Muhəmmədin (s.ə.s) adının necə yazıldığını görməyimiz mümkün olacaqdı. Qənaətimizə görə, daha öncə İbn İshakın Yuhanna İncilınin tərcüməsindən bəhs edərkən qeyd etdiyimiz kimi, Hz. İsa əslində çox ehtimal ki, “Munhamanna” sözünü işlətmişdir. Daha sonra bu söz müxtəlif tərcümələrdə müxtəlif şəkildə ifadə edilmiş ola bilər. Daha sonra, müjdələnən peyğəmbərin adının elə “Muhəmməd” mənasına gəldiyini görən bir mütərcim bu adı yazmış ola bilər. Buna görə də sadəcə “Muhəmməd” adının açıq aydın şəkildə yazıldığını görərək, bütün Barnabas İncilinin bir Müsəlman tərəfindən qələmə alındığını iddia etmək yanlış olur. Üçüncü nöqtəyə gəlincə, “Məsih”, əslində bir İsrail terminidir. Bu termin Quran-i Kərimdə Hz. İsanın (ə.s) Məsih olduğunu inkar edən Yəhudiləri inandırmaq üçün işlədilmişdir. Yoxsa, bu nə Quran-i Kərimin terminidir, nə də bu termin Quranda İsrailoğullarının qəsd etdiyi mənada işlədilmişdir.
Bu baxımdan, Rəsul-i Əkrəm (s.ə.s) haqqında, Hz. İsa (ə.s) “Məsih” kəlməsini işlətmiş və Quran-i Kərimdə bu kəlmə işlədilməmişsə, bundan Barnabas İncilində, Quranda olmayan bir şeyin Hz. Peyğəmbərə (s.ə.s) şamil edildiyi mənası çıxmaz. Əslində Bəni İsraildə belə bir ənənə vardı: Bir şəxs və ya əşya müqəddəs bir məqsəd üçün təsis edildiyi zaman o əşya üstünə, ya da şəxsin başına müqəddəs yağ sürtülərək təqdis edilmiş olurdu. İbranicədə yağ sürtmə hərəkətinə “məsh” və başına yağ sürtülənə də “məsih” deyilirdi. Tapınak və ibadət yerlərində olan çanaq-çölmək, tabaq-bardaq və sürahilər eyni şəkildə “məsh” edilərək, ibadətə təsis edilirdi. Kahin və rahiblər də rahiblik mövqeyinə gətirildiyi zaman “məsh” [təqdis] edilirdilər. Eyni şəkildə hökmdar və peyğəmbər də tac geyərkən və ya peyğəmbərlik mövqeyinə yüksələrkən təqdis edilirdilər, yəni İncil nöqteyi nəzərindən İsrailoğullarının tarixində saysız “məsh” hadisəsi və “məsih” vaqe olmuşdur. Belə ki, Hz. Harun (ə.s) bir xəbərçi olaraq bir “məsih”di. Eyni şəkildə, Hz. Musa xəbərçi və nəbi olaraq, Talut kral olaraq, Hz. Davud kral və peyğəmbər olaraq, sadiq hökmdar və kahin olaraq və Hz. İlyas bir nəbi olaraq bir məsih idilər. Daha sonra təqdis etmək üçün illa yağ sürtmək ənənəsi də qaldırıldı. Əksinə, birinin sadəcə Allah tərəfindən bir mövqeyə və ya vəzifəyə təyin edilməsi, “məsih” və ya təqdis edilmə mənasına bərabər hala gəldi. Məsələn, I. Krallar, Bölmə 19–da Allahın, Hz. İlyasa [İlliyah], Hazayili məsh edib, Aram [Şam] hökmdarı, Nəmsinin oğlunu məsh edib, İsrail hökmdarı və Elyasayı məsh edib öz yerinə nəbi etmə əmri verildiyi qeyd edilmişdir. Bunlardan heç birinin başına yağ sürtülmədi. Yalnız, Allah tərəfindən bir vəzifəyə gətirildiklərini iddia edən İsrailoğullarının anlayış və ənənələrinə görə, “məsih” kəlməsi, sadəcə “Allah tərəfindən vəzifələndirilmiş” mənasına gəlirdi. Və Hz. İsa da (ə.s) Hz. Muhəmməd (s.ə.s) üçün “məsih” kəlməsini bu mənada işlətmişdi. (Məsih kəlməsinin İsrailoğullarının anladığı mənasının geniş açıqlamaları üçün bxz. Encydopadea of Biblical Literature, “Messiah” maddəsi). [5]
Ən düzünü Allah bilir!
İstifadə olunmuş ədəbiyyat:
[1] Kurtubi, el-Camiu li Ahkamil-Quran.
[2] Kurtubi, el-Camiu li Ahkamil-Quran.
[3] Razi, Mefatihu’l-Ğayb; Kurtubi, el-Camiu li Ahkamil-Quran; Lisanu’l-Arab
[4] Kurtubi, el-Camiu li Ahkamil-Quran.
[5] Mevdudi, Tefhimu’l-Quran.