ŞÜƏRA SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 132

1Ta/9, Sin/60, Mim/40[1].

2Bunlar, aydın və açıqlayan kitabın ayələridir.

3Onlar Hicr/91Quranı sehir, şeir, əsatir (mifoloji deyimlər), uydurulmuş söz kimi bir sıra parçalar, pis sözlər qəbul edən insanlar, 3iman edənlər olmurlar deyə, sən özünü məhv edəcəksən!

4Əgər Biz diləyərsək, Hicr/90o and içənlərə[2] endirdiyimiz kimi, 4onlara da göydən bir əla­mət [nümunə/şüa, radiyasiya və meteoritlər, tayfun, sel] endirərik və onların bo­yun­ları ona itaət edənlər olardı. 5Və onlara Rəhmandan yeni bir öyüd gəldimi, tam yəqinliklə bilin ki, ondan üz çevirənlər oldular. 6Sonra da, tam yəqinliklə, yalan say­dı­lar. Bax budur, lağ edib durduqları şeyin xəbərləri yaxında onlara gələcəkdir. Hicr/92,93Bax budur, Rəbbinə and olsun ki, Biz onların ha­mı­sını et­dikləri şeylərdən mütləq hesaba çəkəcəyik.

7Və onlar yer üzünə baxmadılarmı? Biz orada hər gözəl cütlərdən necələrini bitirdik.

8Şüb­həsiz ki, bunda tam yəqinliklə bilin ki, əlamət/nümunə vardır, amma onların ço­xu iman edənlər olmadılar. 9Və şübhə yox ki, Rəbbin, ən üs­tün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam yəqinliklə bilin ki, qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

(47/26, Şüəra/1–6+54/15, Hicr/90–93)+Şüəra/7–9)

Nəcm: 133

10Bir vaxt da Rəbbin Musaya: “Get o səhv/öz zərərlərinə iş edən cəmiyyətə – 11Firon qövmünə, hələ də Allahın qoruması altına girməyəcəklərmi?”– deyə nida etmişdi.

12Musa: “Rəbbim! Şübhəsiz ki, mən məni yalan saymalarından qorxuram. 13Köksüm  daralır, dilim tutulur, onun üçün Haruna da elçilik ver. 14Həm də onlara aid, mənim üzərimdə bir günah var. Ona görə də, məni öldürəcəklərindən qorxuram” – dedi.

15Allah: “Tam yəqinliklə bil ki, sənin düşündüyün kimi deyil! Haydı, ikiniz əla­mət­lə­rimizlə/nümunələrimizlə gedin. Şübhəsiz ki, Biz sizinlə bərabərik, eşidən­lə­rik. 16,17Haydı, ikiniz Fironun yanına gedin və deyin ki: “Biz, tam əmin olun ki, İsrailoğullarını bi­zim­lə bərabər göndərəsən deyə, aləmlərin Rəbbinin elçisiyik”– dedi.

18Firon: “Biz səni uşaq ikən, içimizdə tərbiyə etmədikmi? Həyatının bir çox illərini içimizdə qalmadınmı? 19Sonunda o etdiyin işi də etdin. Sən nankorlardan birisən…” – dedi.

20–22Musa: “Mən, o işi çaşqınlardan olduğum zaman etdim. Sizdən qorxunca da dərhal sizdən qaçdım. Sonra Rəbbim mənə qanunlar-qaydalar bəxş etdi və məni elçilərdən biri etdi. O başıma qaxdığın nemət də, İsrailoğullarını özünə kölə etmiş olmağındır” – dedi.

23Firon: “Aləmlərin Rəbbi dediyin nədir ki?” – dedi.

24Musa: “Əgər yəqin bilmiş olsanız, O, göylərin, yerin və ikisi arasında olanların Rəbbidir”.

25Firon yanında olanlara: “Eşidirsinizmi?” – dedi.

26Musa: “O, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın da Rəbbidir” – dedi.

27Firon: “Sizə göndərilən bu elçiniz, tam yəqinliklə bilin ki, gizli güclərlə dəstək­lə­nən/dəlinin biridir” – dedi.

28Musa: “Lakin ağılla hərəkət edin, O, Şərqin, Qərbin və ikisi arasında olanların Rəbbidir” – dedi.

29Firon: “Məndən başqa tanrı qəbul edirsən? And olsun ki, səni zindana saldıraram” – dedi.

30Musa: “Sənə açıq-aşkar bir dəlil gətirmiş olsamdamı?” – dedi.

31Firon: “Haydı, dərhal gətir onu, əgər doğrulardansansa” – dedi.

32Buna görə də Musa, təcrübələrini[3] ortaya qoydu. Bir də baxasan ki, Musanın təcrübələri, açıq-aşkar bir “silib süpürən”dir[4].

33Gücünü də çəkdi çıxardı. Bir də baxırsan ki, o güc, izləyənlərə çox mükəmməl, heç qü­sursuzdur[5].

34,35Firon, yanındakı  liderlərə:  “Şübhəsiz, bu, tam yəqinliklə bilin ki, çox zəngin bir fəal bilik sərgiləyəndir! Sizi fəal bilik sərgiləməsi ilə torpaqlarınızdan çıxarmaq istəyir. İndi nə buyurursunuz?” – dedi.

36,37Liderlər dedilər ki: “Onu və qardaşını yanında saxla, şəhərlərə də top­la­yı­cı­lar göndər. Bütün böyük və çox fəal bilik nümayiş edənləri sənin yanına gətirsinlər”.

38Beləliklə, fəal bilik nümayiş edənlər bəlli bir günün, təyin edilən vaxtında  bir yerə toplanıldı.

39İnsanlara da: “Siz toplanırsınızmı?” – deyildi.

40“Bizim fəal bilik nümayiş edənlərə uymağımız üçün  onlar qalib gəlməlidirlər!”

41Fəal bilik nümayiş edənlər gəldiklərində Firona: “Əgər biz üstün gələriksə, qəti olaraq, bizə bir ödəniş varmı?” –  dedilər.

42Firon: “Bəli, o təqdirdə siz, heç şübhə yox ki, yaxınlardan olacaqsanız” – dedi.

43Musa onlara: “Ortaya qoyun, nə qoyacaqsınızsa!” – dedi.

44Buna görə də onlar  təcrübələrini, köhnə inanc və iddiaları/çör-çöpləri/başdansovma biliklərini[6] ortaya qoydular və: “Fironun gücü haqqı üçün şübhəsiz, əlbəttə ki, bizlər qalib olanlarıq” – dedilər.

45Sonra Musa təcrübələrini/elmi və təcrübi sübutlarını ortaya qoydu. Bir də nə görsünlər, onların uydurduqlarını udur ha, udur/ifşa edir!

46–48Sonra fəal bilik nümayiş edənlər/elmi-təcrübi yeniliklərdən riyakarcasına istifadə edərək insanları aldadanlar boyun əyib təslimiyyət  göstərməyə məcbur qaldılar: “Biz Aləmlərin Rəbbinə – Musa və Harunun Rəbbinə iman etdik” – dedilər.

49Firon dedi ki: “Mən sizə izin vermədən, ona imanmı etdiniz? Şübhəsiz ki, o, əlbəttə sizə sehri öyrədən böyüyünüzdür! Yaxşı, yaxında biləcəksiniz! And olsun, əllərinizi və ayaqlarınızı çaprazlama/ard-arda kəsdirəcəyəm və tam yəqinliklə bilin ki, hamınızı asdıracağam!”

50,51Fəal bilik nümayiş edənlər: “Zərər yoxdur, şübhəsiz, biz Rəbbimizə dönənlərik. Biz Möminlərin ilkləri olduğumuza görə, Rəbbimizin bizə bizim xətalarımızı bağışlayacağını umuruq” – dedilər.

63Sonra Musaya: “Vur təcrübələrini o bol suya/çaya!” – deyə vəhy etdik. Sonra o bol su/çay yarıldı/su anbarı quruldu və hər bir parça su anbarı, ulular ulusu bir dağ kimi oldu[7].

52Və Biz Musaya: “Qullarımı gecə vaxtı yola çıxar, şübhəsiz ki, siz təqib edilən­lər­siniz” – deyə vəhy etdik.

53–56Sonra Firon da şəhərlərə çağırışçıları göndərdi: “Şübhəsiz, bunlar sayları az-az, bölünmüş, hissələrə ayrılmış bir camaatdır. Və onlar bizə qarşı əlbəttə, qəzəblidirlər. Biz isə, əlbəttə hazırlıqlı, tədbirli gözləyən bir camaatıq”. 60Sonra Firon və adamları günəş doğarkən onların ardınca düşdülər.

61İki camaat bir-birini görüncə, Musanın əhli: “Şübhəsiz biz, tam olaraq sıxışdırıldıq” –  dedilər.

62Musa: “Tam yəqin bilin ki, sizin düşündüyünüz kimi deyil! Şübhəsiz, Rəbbim mənimlədir, mənə yol göstərəcəkdir” – dedi.

64O birilərini də oraya yaxınlaşdırdıq.

65,66Və Musanı və bərabərindəkiləri/onunla birlikdə olanların hamısını qurtardıq, sonra da o birilərini suda boğduq.

57–59Sonunda Biz Firon və qövmünü bağçalardan, bulaqlardan, xəzinələrdən və şə­rəfli məqamdan çıxardıq. Bax budur, belə! Və sonra onlara İsrailoğullarını mirasçı/son sahib etdik. 67Şübhəsiz, bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. Amma çoxları iman etmiş deyildilər. 68Və şübhəsiz ki, Rəbbin, yə­qin bilin ki, ən üstün olanın, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan, tam yəqinliklə bilin ki, qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür[8].

(47/26, Şüəra/10–51, 63, 52–56, 60–66, 57–59, 67–68)

Nəcm: 134

69Və onlara İbrahimin xəbərini oxu!

70O zaman ki o, atasına və qövmünə: “Siz nəyə qulluq[9] edirsiniz?” –  demişdi.

71Onlar: “Bir sıra bütlərə qulluq edirik. Onlara qulluq etməyə davam edəcəyik” – dedilər.

72–74İbrahim: “Yalvarıb, yaxardığınızda onlar sizi eşidirlərmi və ya sizə fayda ve­rir­lər­mi? Yaxud zərər verirlərmi?” – dedi. Onlar: “Tam əksinə, biz atalarımızı belə edən­lər gördük” – dedilər.

75,76İbrahim: “Yaxşı, siz və ən qədim atalarınızın nələrə sitayiş etmiş olduğunu heç dü­şün­dünüzmü? 77Bax budur, onlar  mənim düşmənimdir, ancaq aləmlərin Rəbbi ayrı.

78–82O, məni yaradandır. Və mənə doğru yolu O göstərir. Və O, məni ye­dir­də­nin, içirdənin məhz özüdür. Xəstələndiyim zaman O, mənə şəfa verir. Və O, məni öl­dü­rəcək, sonra məni dirildəcəkdir. Və O, din günü, səhvlərimi bağışlayacağını um­du­­ğumdur.

83”Rəbbim! Mənə “hökm” ver və məni yaxşılara qat!

84Və məni  son­radan gə­ləcəklər üçün doğruluqla anılanlardan et! 85Və məni neməti bol cənnətin mi­ras­çı­la­rından et!

86Və atamı da bağışla, şübhəsiz, o, pozğunlardan oldu. 87–91Və ye­nidən di­rildilən gün mal və oğulların sağlam bir qəlblə/gerçək imanla Allaha gə­lənlərdən baş­qasına fayda vermədiyi və cənnətin Allahın qoruması altına girənlərə ya­xın­laş­dırıldığı, azğınlar üçün də cəhənnəmin açılıb, göstərildiyi gün, məni rüsvay etmə!”– dedi.

(47/26, Şüəra/69–91)

Nəcm: 135

92,93Və onlara: “Allahın yaratdığı sərvətlərdən sitayiş etdiyiniz şeylər harada? Sizə kömək edirlərmi və ya özlərinə köməkləri toxunurmu?” – deyilmişdir.

94,95Sonra da bütlər, azğınlar və iblisin/düşüncə qabiliyyətinin əsgərləri yaxşı-yaxşı düşünmədən hərəkət edənlər hamısı birlikdə cəhənnəmin içinə fırladılmışdılar.

96–102Onlar onun  içində bir-birləri ilə çənə-boğaz olarkən dedilər ki: “Vallahi biz həqiqətən açıq-aşkar bir pozğunluq içində idik. Çünki biz sizi aləmlərin Rəbbi ilə bir səviyyədə tuturduq. Və bizi yalnız və yalnız o günahkarlar azdırdı. Artıq bizim üçün köməkçilərdən, tərəf tutanlardan/haqsız yerə arxa-dayaq olanlardan heç bir kimsə və səmimi bir köməkçi, yol göstərici, qoruyucu yaxın yoxdur. Ah, kaş ki, bizim üçün bir geri dönüş olsaydı və biz də möminlərdən olsaydıq!”

103Şübhəsiz, bunda bir əlamət/nümunə vardır. Amma onların çoxu iman edənlər deyildilər.

104Və şübhə yoxdur ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

(47/26, Şüəra/92–104)

Nəcm: 136

105Nuh qövmü göndərilənləri [elçiləri və ismarıcları] yalan saydı.

106–110Bir zamanlar qardaşları Nuh onlara demişdi ki: “Siz Allahın qoruması altına gir­məzsinizmi? Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm. Artıq Allahın qo­ruması altına girin və mənə itaət edin. Və buna qarşılıq olaraq mən sizdən heç bir ödəniş is­təmirəm. Mənim ödənişim ancaq aləmlərin Rəbbindəndir. Artıq Allahın qoru­ma­sı altına girin və mənə itaət edin!”

111Onlar: “Sənə çox düşük insanlar uyarkən, biz sənə inanarıqmı?” – dedilər.

112–115Nuh dedi ki: “Onların etdiklərinə dair bir məlumatım yoxdur. Onların hesabı ancaq, Rəbbimə aiddir. Əgər düşünürsünüzsə! Və mən iman edənləri qovan deyiləm. Mən ancaq açıq-aşkar bir xəbərdar edənəm”.

116Onlar dedilər ki: “Ey Nuh! Əgər əl çəkməsən, yaxşı bil ki, mütləq sən daşlanaraq öldürülənlərdən olacaqsan!”

117,118Nuh: “Rəbbim! Qövmüm məni yalan saydı. Artıq mənimlə onların ara­sında sən hökm et. Və məni və möminlərdən mənimlə bərabər olan insanları qurtar!” – dedi.

119,120Buna görə də Biz onu və onunla birlikdə olanları  o dolu gəminin içində qurtardıq. Son­ra da ardından artıq qalanları suda boğduq.

121Şübhəsiz ki, bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. Amma on­la­rın çoxu iman edənlər deyildilər. 122Və şübhəsiz ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

(47/26, Şüəra/105–122)

Nəcm: 137

 

123Ad, göndərilənləri [elçiləri, ismarıcları] yalan saydı.

124–135O zaman ki, qardaşları Hud onlara demişdi ki: “Siz Allahın qoruması al­tı­na girməzsinizmi? Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Və buna qarşılıq mən sizdən heç bir ödəniş istəmirəm. Mənim ödənişim aləmlərin Rəbbindəndir. Hər yüksək təpəyə, nümunəvi bir bina quraraqmı əylənirsiniz? Sonsuz olmağınız üçün/sanki sonsuz olaçaq­mış­sınız ki­mi, sənaye mərkəzlərimi [fabriklər/qalalar] qurursunuz? Yaxaladığınız vaxtı da ko­bud­casınamı yaxaladınız? Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Sizə o bildiyiniz şeyləri verənin [davarlar, oğullar, bağlar, bağçalar, bulaqlar ve­rə­nin] qoruması altına girin. Şübhəsiz ki, mən sizin haqqınızda böyük bir günün əza­bın­dan qorxuram”.

136–138Onlar dedilər ki: “Sən  öyüd verənlərdən olsan da, yaxud öyüd verənlərdən olmasan da, bizim üçün fərqi yoxdur. Bu, sadəcə, öncəkilərin həyat tərzləridir və biz əzaba uğradılacaqlar deyilik”.

139Buna görə də, onu yalan saydılar ki, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Şübhəsiz ki, bunda, tam yəqinliklə bilin ki, mütləq bir əlamət/nümunə vardır, amma onların çoxu iman edənlər deyildilər.

140Və şübhəsiz ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

(47/26, Şüəra/123–140)

Nəcm: 138

 

141Səmud  göndərilənləri [elçiləri, ismarıcları] yalan saydı.

142–152O zaman  qardaşları Saleh  onlara demişdi ki: “Allahın qoruması altına gir­məz­sinizmi? Şübhəsiz ki, mən  sizin üçün etibar edilən bir elçiyəm. Artıq Allahın qo­ruması altına girin və mənə itaət edin. Mən sizdən heç bir ödəniş istəmirəm. Mə­nim ödənişim ancaq, aləmlərin Rəbbindəndir. Siz burada-bağçalarda, bulaq­lar­da və əkinlərin, salxımları sallanmış xurmalıqların arasında təhlükəsizlik içində bura­xı­la­­caq­sınızmı? Və siz dağlardan ustalıqla evlər yonursunuz. Artıq Allahın qoruması al­tına girin və mənim dediklərimi edin. Və yer üzündə pozğunçuluqla məşğul olub, islah et­mə­yən, o həddini aşan insanların əmrinə uymayın”.

153,154Onlar dedilər ki: “Sən, tam yəqinliklə bil ki, ovsunlanmışlardansan! Sən də ancaq bizim kimi bir bəşərsən. Əgər doğru söyləyənlərdənsənsə, haydı, bizə bir əlamət/nümunə gətir”.

155,156Saleh: “Bax budur, bu dəvədir/Xeyriyyə Qurumudur, onun yaşaması üçün dəs­təklənməsi lazımdır. Qazancınızın bir hissəsi onun üçün ayrılmalıdır. Onun fəa­liy­yətini təmin edin. Yoxsa sizi, böyük bir günün əzabı yaxalayar” – dedi.

157Buna baxmayaraq, onlar dəvəni/Xeyriyyə Qurumunu, inciklərini/gəlir qaynaqlarını kəsərək/qurudaraq yox etdilər və peşiman olaraq oyandılar[10].

158Buna görə də onları əzab yaxaladı. Doğrusu bunda, böyük bir dərs vardır, amma onların çoxu iman etmədilər.

159Və şübhəsiz ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq  qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

(47/26, Şüəra/141–159)

Nəcm: 139

160Lutun qövmü  göndərilənləri [elçiləri və ismarıcları] yalan saydı.

161–166O zaman qardaşları Lut onlara demişdi ki: “Siz Allahın qoruması altına gir­məz­­sinizmi? Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm. Gəlin artıq Alla­hın qoruması altına girin və mənim dediklərimi edin. Və buna qarşılıq mən siz­dən hər hansı bir ödəniş istəmirəm. Mənim ödənişim ancaq aləmlərin Rəbbindəndir. Rəb­binizin sizlər üçün yaratdığı qadınlarınızı buraxaraq,  aləmlər içindən kişi­lərəmi gedirsiniz? İşin əsli, siz həddi aşan bir cəmiyyətsiniz”.

167Onlar: “Ey Lut! Əl çəkməzsənsə, tam yəqinliklə bil ki, çıxarılanlardan olacaq­san” – dedilər.

168Lut: “Şübhəsiz, mən sizin işinizdən nifrət edənlərdənəm” – dedi.

169Rəbbim! Məni və ailəmi onların etdikləri əməllərdən qurtar!

170–172Buna görə, Biz də onu və ailəsini – ؘgeridə qalanlarını, içindəki zavallı zöv­cəsi istisna olmaqla, hamısını qurtardıq, sonra da geridəkilərin hamısını dəyişik­li­yə/dağıntıya uğratdıq. 173Və üzərlərinə elə bir yağış yağdırdıq ki! Bax budur, xə­bərdarlıq edi­­lənlərin yağışı nə pisdir!

174Şübhəsiz ki, bunda bir əlamət/nümunə vardır. Amma onların çoxu iman edənlər deyildilər.

175Və şübhəsiz ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür.

(47/26, Şüəra/160–175)

Nəcm: 140

 

176Əykə əhli[11] göndərilənləri [elçiləri və ismarıcları] yalan saydı.

177–184O zaman Şüeyb onlara demişdi ki: “Siz Allahın qoruması altına gir­mə­yə­cəksinizmi? Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm. Buna görə də, Allahın qoruması altına girin və mənim dediklərimi edin. Buna qar­şılıq mən sizdən hər hansı bir ödəniş istəmirəm. Mənim ödənişim yalnız aləmlərin Rəbbindəndir. Ölçünü tam ölçün və haqq yeyənlərdən olmayın. Və doğru tərəzi ilə çəkin. Xalqın əş­yalarını dəyərindən düşürməyin və yer üzündə pozğunçuluq edə­rək, qarışıqlıq çı­xar­mayın. Və sizi, sizdən əvvəlki nəsilləri əmələ gətirənin qo­ruması al­tına girin”.

185–187Onlar: “Sən, tam yəqinliklə bil ki, ovsunlanmışlardan birisən. Sən də bizim kimi bir bəşərdən başqa bir şey deyilsən. Biz sənin, yəqin bil ki, yalançılardan biri olduğundan əminik. Əgər doğrulardansansa, üstümüzə göydən bir parça düşür!” – dedilər.

188Şüeyb: “Rəbbim etdiklərinizi ən yaxşı biləndir” – dedi.

189Buna görə də, onu yalan saydılar və özlərini o kölgə gününün əzabı yaxaladı. Şüb­həsiz ki, o, böyük bir günün əzabı idi.

190Şübhəsiz ki, bunda bir əlamət/nümunə vardır. Amma onların çoxu iman edənlər de­yil­dilər.

191Və şübhəsiz ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edil­məsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmətli olanın məhz özüdür.

(47/26, Şüəra/176–191)

Nəcm: 141

 

192Və şübhəsiz ki, bu açıq-aşkar kitab, tam yəqinliklə bilin ki, aləmlərin Rəbbinin en­­dirməsidir. 193–195O açıq-aşkar kitabla, xəbərdar edənlərdən olasan deyə, açıq-aş­kar bir Ərəb dilində sənin qəlbinə etibar edilən can [ilahi ismarıclar, etibar edilən bilik] en­di. 196Və şübhəsiz ki, etibar edilən can [etibar edilən bilik], tam yəqinliklə bil ki, ön­cə­ki­lə­rin ki­­tablarında da vardı.

197Və İsrailoğulları biliklilərinin öz kitablarında etibar edilən biliyin varlığını bilməsi, onlar üçün bir əlamət/nümunə olmadımı?

198,199Və Biz açıq-aşkar kitabı əcnəbilərdən-ərəbcə bilməyənlərdən birinə endir­səy­dik, o da bunu onlara oxusaydı, onlar buna iman edənlər deyildilər.

200,201Beləliklə, onu günahkarların qəlblərinə yerləşdirdik. Onlar acıqlı əzabı görüncəyə qədər ona iman etməzlər.

(47/26, Şüəra/192–201)

 

Nəcm: 142

 

202Bax budur, bu onlara özləri fərqində olmadan, anidən gələcəkdir.

203Sonra da onlar: “Biz möhlət verilənlərdənmiyik?” – deyəcəkdirlər.

204Onlar Bizim əzabımızı olduqca tezləşdirməkmi istəyirlər?

205–207Gördünmü/heç düşündünmü onları illərlə qazancla təmin etsək, sonra öz­lə­rinə vəd edilən gəlib çatsa, o qazandıqları şeylərin özlərinə heç bir faydası olma­ya­caqdır.

208Və Biz sadəcə, əhalisi xəbərdar edilmişlər olan şəhəri dəyişikliyə/dağıntıya uğratdıq.

209Öyüd! Və Biz haqsızlıq edənlər deyilik.

210Və aydın/açıqlayıcı kitabı şeytanlar sənin qəlbinə soxmadı.

211Bu onlara yaraşmaz, onlar güc yetirə bilməzlər də.

212Şübhəsiz, onlar  duyğudan/vəhydən tam yəqinliklə bilin ki, uzaq tutulmuş­lardır.

213O halda, qətiyyən Allah ilə bərabər başqa tanrıya yalvarma, sonra əzablandırıl­mış­lar­dan olarsan. 214Və ən yaxın qəbiləni xəbərdar et. 215Və möminlərdən sənə uyan insanlara qanadını gər. 216Əgər sənə üsyan edərlərsə: “Şübhəsiz, mən sizin et­dik­ləri­niz­dən tam yəqinliklə bilin ki, uzağam” – de. 217–219Və sən qalxdığın/elçilik vəzifəsini icra etmək üçün ortaya çıxdığın və boyun əyib, təslimiyyət göstərənlər arasında dolaşdığın za­man işin sonunu səni görən, ən üstün, ən güclü, ən şərəfli, məğlub olması mümkün olmayan/mütləq qalib olan, əngin mərhəmət sahibinə həvalə et. 220Şübhəsiz ki, O, ən yaxşı eşidən, ən yaxşı biləndir.

221Şeytanların kimə enib durduğunu/kimlərin beyninə bir şeylər yeritdiyini sizə xə­bər verimmi? 222Şeytanlar bütün iftiraçı günahkarlara enər durarlar/onların beyninə bir şeylər yeridərlər. 223Onlar  duyğu törədərlər, halbuki onların çoxu yalançıdır. Nəml/6Şübhəsiz ki, bu Quran isə sənə qaydalar qoyan və ən yaxşı bilən Allah tə­rə­fın­dən sə­nin içinə işlədilir[12].

224Və bu şairlər… Şübhəsiz ki, onlara azğın pozğunlar uyar.

225,226Onların hər vadidə çaşqın-çaşqın dolandıqlarını və həqiqətən etmədikləri şey­lə­ri söylədiklərini görmədinmi/heç düşünmədinmi? 227Ancaq iman edənlər və dü­zəltmək yolunda fəaliyyət gostərənlər, Allahı çox-çox ananlar və haqsızlığa uğradıldıqla­rın­­da, özlərini müdafiə edənlər istisnadır. Haqsızlıq edənlər hansı dəyişikliyə uğradılacaqlarını yaxında biləcəklər.

(47/26, Şüəra/202–223+48/27, Nəml/6+Şüəra/224–227)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Buradaki “and içənlər”, 6 saylı nəcmdəki (2/68, Qələm/17–33) and içənlərdir. Rəsmi Düzülüş, Hicr/90–93–cü ayələr, texniki və məna uyğunluğu olaraq, olduqları yer ilə əlaqəli deyildirlər. Bu ayələrin olmalı olduğu yerin, Şüəra surəsinin giriş paraqrafı olduğu, uzun araşdırmalarımız nəticəsində, acizanə, tərəfimizdən təsbit edilmişdir. Beləliklə, bu ayələri Şüəra surəsinin ilk paraqrafı içində dəyərləndirdik.

[3]Klassik qaynaqlara görə “əsa” sözünün tam qarşılığı, “yığım, sıx tutulan”dır. Bu mənası ilə də tamaminlə “Quran” sözünün də qarşılığıdır. Bunun “çəlik”ə ad olması da, sadəcə əl və barmaqların üzərində toplanması səbəbi ilə deyil, “üzərinə dayanmaq, yarpaq silkələmək, silah, qazma olaraq istifadə etmək və s. kimi bir çox faydanın da toplandığı”– na görədir.

Bu söz, Musa üçün işlədildiyində, “Musanın yığdığı, Musanın sıx/qüvvətlə tutduğu” mənasına gəlir ki, bu da, ayələrdən anlaşıldığı kimi, “Musaya edilən vəhyləri və Musanın təcrübi bilik yığımı”nı ifadə edər. Musanın əsasının nə olduğu açıq şəkildə bəyan edilir. Bəqərə/63, 93, Əraf/145, 171, Məryəm/12–dən də “qüvvətlə tutulacaq şeyin “kitab/ilahi vəhylər” olduğu açıq şəkildə anlaşılır. Həmçinin, 181–ci nəcmdə göründüyü kimi, Yunus surəsində Rəbbimiz, nəhayət, nüfuzlu biliklilər gəlincə, Musa onlara: “Nə atacaqsınızsa atın!” – dedi. Onlar ortaya atınca da, Musa: “Sizin gətirdiyiniz şey bir göz bağlama, aldatmacadır. Şübhəsiz ki, Allah onun boş və əsassızlığını ortaya çıxaracaqdır. Şübhə yox ki, Allah qarışıqlıq salanların işini düzəltməz. Və Allah, günahkarların xoşuna getməsə də, haqqı, Öz kəlmələri ilə ortaya qoyub gerçəkləşdirər”– dedi” şəklində açıqlama edərək, sehrbazların dəyənəklə deyil, “Allahın kəlmələri” ilə məğlub edildiyini, açıq–aşkar bildirir.

“Əsa” sözü, Quranda 6 dəfə keçir. Bunlardan Ta–Ha/18–dəki əsa, “çoban əsası”, yəni bildiyimiz “çəlik”dir. Rəbbimiz Musaya, bu əsanı, ilk vəhy anında atdırmışdır. Digərləri isə, “Musanın vəhy və təcrübi olaraq öyrənmiş olduğu bilik yığımı”– dır. Musanın Firona qarşı, sudan keçmək, daş qəlbli İsrailoğullarını adam etmək üçün istifadə etdiyi əsa, “Musanın bilik yığımı”dır [özünə vəhy edilənlər və o zamana qədər öyrəndikləri və əldə etdiyi təcrübələrdir].

[4]“Süban” sözü, “su və qan axması” mənasındakı “seab” sözündən gəlir. Vadidə sel yataqlarının qıvrım-qıvrım olması, sevgilinin uzun saçlarının qıvrım-qıvrım olması şairlərin gözündə bu sözlə ifadə edilir. Bu sözün cəmi də “süban” şəklindədir. “Süban” sözü, tək olaraq da “uzun, güclü, siçan ovlayan ilan” mənasında işlədilir.

Demək olur ki, “süban” sözünün əsas mənası, “selin, önünə gələn hər şeyi önünə alıb, sürükləməsi” – deməkdir. Siçanları ovlayıb, udan ilana da bu adın verilməsi, ilanın şəkil, uzunluq və qıvrımlığı etibari ilə dərəyə bənzəməsi və önünə çıxan siçanı udduğuna görədir. Musanın yığdığının buna bənzədilməsi də, ilahi vəhyin, hər cür bəşəri plan və gizlinləri/batili yox edib udduğuna görədir.

[5]“Yed–i Beyza”: əsasən “əl” deyə çevrilən “yed” sözü, məcazən “qüvvət, zənginlik, iqtidar, səltənət, nemət, yay, əl ilə edilən işlərin bütünü” mənasında işlədilir.

Burada bəhs edilən güc, digər ayələrdə, Rəsmi Düzülüş: Nəml/12, Qasas/32–də “cibindəki/qoynundakı güc” olaraq xarakterizə edilir ki, bu güc də, Harundur.

“Beyza” sözü, Türk dilində istifadə edilən “bəyaz” sözü ilə eyni kökün törəmələrindəndir. Bu sözlə əlaqədar da əsas lüğət kitablarında bu məlumatlar verilir: – “Bu sözün əsli yumurta deməkdir. “Bəyaz” sözü də “yumurta rəngi” deməkdir. Bu sözün “beyzae” qəlibi, “həddən artıq ağlığı, parlaqlığı” ifadə edir. Günəşə, sifəti ağ, ləkəsiz olan qadına, üzərində heç bitki olmayan torpağa, qəməri ayların 14–15–i gecəsindəki görünüşlərinə “beyza” deyilir. “Yed–i Beyza” şəklindəki ifadəsi, “isbatlanmış, dəlil” deməkdir”. Bu açıqlamalara görə bu söz “bəm–bəyaz” mənasına gəlir, ki, bu da mükəmməllik və nöqsansızlığın məcazi ifadəsidir.

Ayələrdə bəhs edilən “güc”ün, görənlərə qarşı bəm-bəyaz [qüsursuz, mükəmməl] olması da Harunun ifadə və xitabət bacarığının mükəmməlliyidir. Ayələrdən anlaşıldığına görə, Musa peyğəmbərin ifadə bacarığı, İbranicəni yaxşı bilməməsi, yaxud dilindəki bir problemə görə, zəif idi. Musanın bu qüsuru, özünə qardaşı Harunun vəzir, katib, sözçü olaraq verilməsi ilə aradan qaldırılmışdır. Bu xüsus Ta Ha surəsindəki bölmədə açıq şəkildə görünür.

[6]Ayənin orijinalındakı sözlərin “doğru” mənaları, Onların ipləri və dəyənəkləri şəklindədir. Yuxarıda, “ısıyyıhim” sözünün təki olan əsa sözünün “təcrübə” demək olduğunu ifadə etmişdik. Ayənin orijinalındakı “hıbal” sözü də, “habl” sözünün cəmidir. “Habl” sözünün əsas mənası isə, “mütləq ip” olmayıb, “bağlanılan ip”dir. Həmçinin, bu söz, “verilən söz-sözləşmə” mənasına da gəlir. Belə ki, Quranda (Rəsmi Düzülüş, Al–i İmran/103) “hablullah” [Allahın ipi] ifadəsi ilə, insanları Allaha bağlayan Quran qəsd edilir. Burada haqqında bəhs edilən, onların təcrübələrinin, keçmiş inanclarının, biliklərinin, testlərinin və əsaslandıqları şeylərin dəyərsizliyidir. Bu sözləri, dilimizdəki “çör-çöp, ipsiz-sapsız, boş-mənasız” deyimləri kimi də anlamaq mümkündür.

[7]Burada, Musaya çay üzərində, irəlidə yıxılaraq, Firon və əsgərlərini boğacaq su anbarları qurmasının vəhy edildiyi açıqlanır. Bu ayələrdə Musaya, bilik yığımını istifadə edərək, Nil çayı üzərində su anbarları qurmasının vəhy edildiyi, sonra da suyun, dağlar kimi parçalara ayrıldığı, yəni yüksək su anbarlarının qurulduğu açıqlanır. Bilinən ən keçmiş su anbarları, e.ə. 2900–2750 illəri arasında Nil çayı üzərində qurulmuş 15 m. yüksəkliyindəki “Sədd əl-Kafara” deyilən su anbarıdır. Quranın açıq ifadəsinə görə su anbarlarının sayı birdən çoxdur.

Su anbarının dağılması və Fironun boğulma səhnələri də Rəsmi Düzülüş, Duhan/23–24, Qasas/40, Zəriət/40–da yer alır.

[8]Rəsmi Düzülüşdəki 52–67–ci ayələrin olduğu bölmənin sıralanmasında problem vardır. Biz bölmənin ayələrini, “63, 52–56, 60–66, 57–59, 67” şəklində tərtib etdik.

[9]İbadət sözü dilimizə fonetik olaraq, ərəbcə orijinalı ilə girməsinə rəğmən, kök mənası olan “qulluq, köləlik etmək” mövzusundakı insanın tərz və halı ilə əlaqədar əsl mənasını, xeyli dərəcədə itirmiş və sadəcə bir sıra ritual, ayin və davranışlar üçün istifadə edilən bir anlayış halına dönmüşdür. Kökü a–be–de olan felin məsdəri, “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edir. Dini termin olaraq ibadət isə, “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz, şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Hər şeyin yaradıcısı olan Allah, qulları üçün müəyyən etdiyi davranış və yaşayış tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq, bütün bu bildirişləri Quranda toplamışdır. Bu doğrular işığında ibadət, Allah tərəfindən bir təlimatnamə [Quran] ilə qullara bildirilən vəzifələrin, qullar tərəfindən qeydsiz, şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir. Elə isə ibadət, xalq arasında yayğınlaşdığı kimi, sadəcə üç-beş əməli etməkdən ibarət deyildir. İbadət, “Allahın  qulluq təlimatnaməsində vermiş olduğu vəzifələrin bütününü etmək, hamısını həyata keçirmək”dir.

[10]Paraqrafdakı 155–157–ci  ayələrin hərfi mənası, O [Saleh]: “Bax budur, bu dişi dəvədir. Onun bir su içmə haqqı vardır, bəlli bir günün içmə haqqı da sizindir, ona bir pisliklə ilişməyin, yoxsa sizi böyük bir günün əzabı yaxalayar” dedi. Buna rəğmən, onlar dəvənin inciklərini kəsib, onu öldürdülər və peşman olanlar olaraq oyandılar – şəklindədir. Burada, Salaat və zəkat, simvolik ifadələr ilə yer almışdır. 66 saylı qeydə də baxılmalıdır.

[11]Əykə əhli, “Qırmızı dəniz sahillərindəki Mədyən şəhərində yaşayan cəmiyyət”– dir. Əykə, “ağaclıq, ağacları bir–birinə sarmaşıb, dolaşmış olan bir meşə” deməkdir. Bu cəmiyyət, iqlimi son dərəcə gözəl, səmərəli bir ərazidə yaşayırdılar.

[12]Rəsmi Düzülüşdəki Nəml/6–cı ayə, aid olduğu üçün bu bölmədə 223–cü ayə ilə 224–cü ayənin arasında tərtib edilmişdir.