TƏĞABUN SURƏSİNİN TƏBYİNİ

Adını 9-cu ayədə keçən تغابن [Təğabun] sözündən alan surənin Mədinədə 108-ci sırada endiyi qəbul edilir. Bununla birlikdə Məkki, bir bölməsinin Məkki bir bölməsinin Mədəni olduğunu söyləyənlər də vardır. [1]

Surədə Allah müxtəlif sifətləriylə tanıdılır, axirəti yalan sayan müşriklərə axirətlə əlaqədar xəbərdarlıqlar edilir. Təməl mövzusu iman, Allaha itaət və gözəl əxlaq olan surədə, Allaha və Elçisinə itaət edib, Allah yolunda infaq etməyin vacibliyi vurğulanır; uşaqlar, qadınlar və malların infaqa mane olmaması xüsusunda Müsəlmanlara xəbərdarlıq edilir.

RƏHMAN, RƏHIM ALLAH ADINDAN

TƏRCÜMƏ:

MƏDİNƏ DÖVRÜ

Nəcm: 654

1Göylərdə və yer üzündə olan hər şey Allahı hər cür nöqsanlıqdan arındırır. Mülk yalnız və yalnız Onundur, bütün təriflər də sadəcə, Onadır – başqası öyülə bilməz. Və O, hər şeyə qadirdir.

2O, sizi yaradandır. Artıq kiminiz kafir, kiminiz mömindir. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

3Allah göyləri və yeri haqq ilə əmələ gətirdi və sizi formalaşdırdı. Quruluşunuzu da nə gözəl etdi! Və dönüş yalnız və yalnız Onadır.

4O, göylərdə və yer üzündəki şeyləri bilir, gizlətdiyiniz və açıqladığınız şeyləri də bilir. Allah, qəlblərin özünü də ən yaxşı biləndir.

(108/64, Təğabun/1–4)

Nəcm: 655

5Öncədən kafirlərin xəbəri sizə gəlmədimi? Bax budur, onlar işlərinin vəbalını daddılar. Onlar üçün acı bir əzab da vardır.

6Bu cəzalandırma özlərinə elçiləri açıq dəlillərlə gəldiyində: “Bir bəşərmi bizə yol göstərəcək?” – deyərək, küfr etməyə çalışdıqları və üz döndərdiklərinə görədir. Allah möhtac olmadığını göstərdi. Allah zəngindir, öyülməyə ən yaxşı layiq olandır.

(108/64, Təğabun/5–6)

Nəcm: 656

7Bu kafirlər, qətiliklə dirildilməyəcəklərinə səhv olaraq inandılar. De ki: “Əksinə, Rəbbimə and olsun ki, qəti­liklə dirildiləcəksiniz, sonra qətiliklə, etmiş olduğunuz şeylər sizə xəbər verilə­cək­dir. Və bu, Allaha görə çox asandır”.

8Belə isə Allaha, Elçisinə və Bizim endirdiyimiz işığa/Qurana inanın. Və Allah etdiyinız şeylərdən xəbərdardır.

9Toplanma günü üçün sizi toplayacağı gün… Bax budur, o gün qarşılıqlı aldatma/aldanma günü – kimin kimi aldatdığının ortaya çıxdığı gündür… Kim Allaha inanar və saleh əməl işlərsə, Allah onun pisliklərini örtər və onu, içində sonsuzadək qalanlar olaraq, altlarından çaylar axan cənnətlərə girdirər. Bax budur, bu, böyük qurtuluşdur.

10İnkar edən və ayələrimizi yalan sayan insanlar… Bax budur, onlar, içində həmişəlik qalanlar olaraq, atəşin əhlidirlər. O, nə pis dönüş yeridir!

11İsabət edən hər müsibət, sadəcə Allahın biliyi çərçivəsində isabət edər. Kim Allaha inanırsa, Allah onun qəlbini bələdçiləyər. Və Allah hər şeyi ən yaxşı biləndir.

12Və Allaha itaət edin, Elçiyə də itaət edin. Artıq üz çevirərsinizsə, bilin ki, Elçimizə düşən açıq-aşkar bir təbliğdir.

13Allah Özündən başqa tanrı deyə bir şey olmayandır. Artıq möminlər işin nəticəsini, sadəcə, Allaha həvalə etsinlər.

(108/64, Təğabun/7–13)

Nəcm: 657

14Ey iman edənlər! Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir.

15Əlbəttə, mallarınız və uşaqlarınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Allah isə… Böyük mükafat Öz qatında olandır.

16Ona görə də, gücünüz yetdiyincə Allahın qoruması altına girin, dinləyin və itaət edin. Və mallarınızdan, özünüzün xeyrinizə olaraq, Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Kim də mənliyinin acgözlülüyündən qorunursa, bax budur, onlar uğura çatanların məhz özləridir.

17,18Əgər Allaha gözəl bir borc verərsinizsə, O, onu sizin üçün qat-qat artırar və sizi ba­ğışlayar. Və Allah, ən yaxşı qarşılıq ödəyən, çox yumşaq davranan, görünəni və gö­rünməyəni biləndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəllə­yən/sağ­lam­laşdırandır.

(108/64, Təğabun/14–18)

TƏHLİL:

1Göylərdə və yer üzündə olan hər şey Allahı hər cür nöqsanlıqdan arındırır. Mülk yalnız və yalnız Onundur, bütün təriflər də sadəcə, Onadır – başqası öyülə bilməz. Və O, hər şeyə qadirdir.

2O, sizi yaradandır. Artıq kiminiz kafir, kiminiz mömindir. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

3Allah göyləri və yeri haqq ilə əmələ gətirdi və sizi formalaşdırdı. Quruluşunuzu da nə gözəl etdi! Və dönüş yalnız və yalnız Onadır.

4O, göylərdə və yer üzündəki şeyləri bilir, gizlətdiyiniz və açıqladığınız şeyləri də bilir. Allah, qəlblərin özünü də ən yaxşı biləndir.

Tamamilə açıq ifadələri ehtiva edən bu ayələrdə Allah Özünü tanıdır. Belə ki:

  • Göylər və yerdəki şeylər Allahı təsbih edir;
  • Mülk yalnız və yalnız Onundur;
  • Həmd sadəcə Onadır;
  • O, hər şeyə qadirdir;
  • O, insanları yaradan, sonra kafir, ya da mömin olmaları için sərbəst buraxandır;
  • Allah insanların etdiklərini görəndir;
  • Allah göyləri və yeri haqq ilə yaratmış və insanı formaya salmışdır;
  • Bu forma da tayı-bərabəri olmayan gözəllikdədir;
  • Dönüş yalnız və yalnız Onadır;
  • O, göylər və yerdəki şeyləri bilir, gizlədiyiniz və açığa vurduğunuz şeyləri də bilir;
  • Allah kökslərin özünü biləndir.

Bu ayələrdəki insana yönəlik ifadələr bu ayələrdə də keçmişdi: İnfitar/6-8; Mömin/64; Tin/4-6.

2-ci ayədə, “Artıq kiminiz mömindir…” ifadəsi ilə bəhs edilən inanc sərbəstliyi, bir çox ayədə (Ənam/35; Yunus/99; Ənam/149; Kəhf/29; İnsan/2, 3; Bəqərə/256) vurğulanmışdı.

3-cü ayədəki varlıqların “haqq ilə yaradılma”sı – onların oyun-əyləncə üçün boşuna yaradılmayıb, bir məqsədi olduğuna işarə edir:

  • 38Və Biz göyləri, yer üzünü və ikisi arasındakıları oyun-oyuncaq olaraq yarat­ma­dıq.
  • 39Biz o ikisini sadəcə, haqq/doğru ilə yaratdıq. Lakin, onların çoxu bilmirlər. (Duhan/38, 39)
  • 27Və Biz göy üzünü, yer üzünü və aralarında olanları boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm atəşinə görə bu kafirlərin vay halına! (Sad/27)
  • 16Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq.
  • 17Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq. (Ənbiya/16, 17)

Və Ənam/73; Möminun/115, 116; Al-i İmran/190-194.

4-cü ayədə Allahın elminin sərhədsizliyinə vurğu edilmişdir. Bu vurğu həmçinin, Ənam/59; Nisa/108; Zəriyət/15-19; Hədid/4; Mücadilə/7-də edilir.

5Öncədən kafirlərin xəbəri sizə gəlmədimi? Bax budur, onlar işlərinin vəbalını daddılar. Onlar üçün acı bir əzab da vardır.

6Bu cəzalandırma özlərinə elçiləri açıq dəlillərlə gəldiyində: “Bir bəşərmi bizə yol göstərəcək?” – deyərək küfr etməyə çalışdıqları və üz döndərdiklərinə görədir. Allah möhtac olmadığını göstərdi. Allah zəngindir, öyülməyə ən yaxşı layiq olandır.

7Bu kafirlər, qətiliklə dirildilməyəcəklərinə səhv olaraq inandılar. De ki: “Əksinə, Rəbbimə and olsun ki, qəti­liklə dirildiləcəksiniz, sonra qətiliklə, etmiş olduğunuz şeylər sizə xəbər verilə­cək­dir. Və bu, Allaha görə çox asandır”.

8Belə isə Allaha, Elçisinə və Bizim endirdiyimiz işığa/Qurana inanın. Və Allah etdiyinız şeylərdən xəbərdardır.

9Toplanma günü üçün sizi toplayacağı gün… Bax budur, o gün qarşılıqlı aldatma/aldanma günü – kimin kimi aldatdığının ortaya çıxdığı gündür… Kim Allaha inanar və saleh əməl işlərsə, Allah onun pisliklərini örtər və onu, içində sonsuzadək qalanlar olaraq, altlarından çaylar axan cənnətlərə girdirər. Bax budur, bu, böyük qurtuluşdur.

10İnkar edən və ayələrimizi yalan sayan insanlar… Bax budur, onlar, içində həmişəlik qalanlar olaraq, atəşin əhlidirlər. O, nə pis dönüş yeridir!

Bu ayələrdə, keçmiş ümmətlərdəki inkarçıların etirazları və aqibətləri xatırladılaraq müxatib inkarçılara xəbərdarlıq edilir.

Keçmişdə küfr edənlərin başlarına nələr gəldiyi ilahi ismarıclarla sizə bildirildi, onların qalıqları – xarabalıqları da gözünüzün önündədir. Onlara əzab edilməsinin səbəbi o idi ki, elçiləri açıq dəlillərlə gəldiyində: “Bir bəşərmi bizə yol göstərəcək?” – deyib küfr etmişdilər və üz çevirmişdilər. Yaxşı təhlil edərsinizsə, Allahın möhtac olmadığını, hədsiz zənginliyə sahib olduğunu və öyülməyə layiq olduğunu, elçi göndərməsinin və kitab endirməsinin sizin xeyirinizə olduğunu anlaya bilərsiniz.

Bu xəbərdarlıqdan sonra “Bu kafirlər, qətiliklə dirildilməyəcəklərinə səhv olaraq inandılar” – buyurularaq, şikəst inancları bildirilib, kafirlərə: “Əksinə, Rəbbimə and olsun ki, qəti­liklə dirildiləcəksiniz, sonra qətiliklə, etmiş olduğunuz şeylər sizə xəbər verilə­cək­dir. Və bu, Allaha görə çox asandır – deyilərək ikinci bir xəbərdarlıq daha edilir.

Bunların ardından da beynəlmiləl çağırış gəlir: “Belə isə Allaha, Elçisinə və Bizim endirdiyimiz işığa/Qurana inanın. Və Allah etdiyinız şeylərdən xəbərdardır. Toplanma günü üçün sizi toplayacağı gün… Bax budur, o gün qarşılıqlı aldatma/aldanma günü – kimin kimi aldatdığının ortaya çıxdığı gündür… Kim Allaha inanar və saleh əməl işlərsə, Allah onun pisliklərini örtər və onu, içində sonsuzadək qalanlar olaraq, altlarından çaylar axan cənnətlərə girdirər. Bax budur, bu, böyük qurtuluşdur. İnkar edən və ayələrimizi yalan sayan insanlar… Bax budur, onlar, içində həmişəlik qalanlar olaraq, atəşin əhlidirlər. O, nə pis dönüş yeridir!

Ayədə toplanma günü “Təğabün günü” olaraq xarakterizə edilmişdir. Təğabün sözü əslində ticarətdə edilən aldatmalar/aldanmalar haqqında işlədilir. Axirət üçün bu ifadənin işlədilməsinin səbəbi “aldananın kim olduğunun o gün açığa çıxacaq olmasıdır” ki, kafirlər möminlərin Allaha və axirətə inandıqlarına görə aldandıqlarını, axmaqlıq etdiklərini, hesab vermə qorxusuyla bir sürü nemətdən, zövq və səfadan məhrum yaşadıqlarını irəli sürürlər.

Küfrü tərcih etmək, iman və salihatı işləmək, Quranda bir cür ticarət olaraq xarakterizə edildiyindən, anlatmada bu ifadə ilə yer almışdır:

  • 16Bax budur, onlar doğru yol müqabilində azğınlığı satın alan kimsələrdir və onların ti­ca­rətləri qazanc gətirmədi və onlar bələdçiləndikləri doğru yolu tapan kimsələr ol­ma­dılar. (Bəqərə/16)
  • 111,112Şübhəsiz ki, Allah tövbə edən, qulluq edən, Allahı öyən, səyahət edən, Allahı bir­lə­yən, boyun əyib təslimiyyət göstərən, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın həddlərini qoruyan inananlardan, can­larını və mallarını şübhəsiz, cənnəti onlara vermək müqabilində satın almışdır! Onlar Allah yo­lunda döyüşürlər – sonra öldürürlər və öldürülürlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək bir vədidir və Allahdan daha çox verdiyi vədə əməl edən kim vardır? Belə isə, etdiyiniz alış-verişlə sevinin. Və bax budur, bu, böyük qurtuluşun məhz özüdür. Və möminlərə müjdə ver! (Tövbə/111, 112)
  • 86Bax budur, onlar Axirət müqabilində bəsit dünya həyatını satın almış insanlardır. Artıq bunlardan əzab zəiflədilməz, onlara kömək də olunmaz. (Bəqərə /86)
  • 1–3Əlif/1, Lam/30, Ra/200. Bu, Bizim insanları Rəbbinin izni/biliyi ilə qaranlıqlardan aydınlığa – ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın, göylərdə və yer üzündə olan şeylər Özünün olan Allahın yoluna çıxarmağın üçün sənə endirdiyimiz bir kitabdır. Və dünya həyatını Axirətdən üstün tutan, Allahın yolundan döndərən və onun əyriliyini istəyən kafirlərin, şiddətli bir əzaba görə vay halına! Bax budur, bunlar çox uzaq bir pozğunluq içindədirlər. (İbrahim/1-3)

Və Nəhl/107; Ya Sin/47; Qəmər/24; Mülk/9; Bəqərə/175; Nisa/45; Furqan/41, 42.

Həqiqətən aldananın kim olduğu ortaya çıxdıqdan sonra, məhşər gününə bu ad verilmişdir.

7-ci ayədə Əksinə, Rəbbimə and olsun ki, qəti­liklə dirildiləcəksiniz, sonra qətiliklə, etmiş olduğunuz şeylər sizə xəbər verilə­cək­dir. Və bu, Allaha görə çox asandır – buyurularaq bir xəbərdarlıq edilmişdir ki, bu xəbərdarlıq daha əvvəl də edilmişdi:

  • 53Və: “O əzab gerçəkmi?” – deyə səndən xəbər almaq istəyirlər. De ki: “Bəli, Rəbbimə and olsun ki, o, tam əmin olun ki, bir gerçəkdir. Və siz, aciz bura­xan­lar deyilsiniz”. (Yunus/53)
  • 3,4Və kafirlər: “Bizə o qiyamətin qopma anı gəlməyəcəkdir” – dedilər. De ki: “Bəli, gələcəkdir. Görünmə­yə­ni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilən Rəbbimə and olsun ki, iman edən və düzəltmək yönündə işlər edənlərə ki, budur, onlar özləri üçün bir bağış­lanma və xətrinin istədiyi bir ruzi olanlardır, qarşılıqlarını vermək üçün sizə, qəti­lik­lə gələcəkdir. Ondan göylərdə və yerdə zərrə ağırlığında belə bir şey qaçmaz. Bundan daha kiçik və daha böyük nə varsa, hamısı qətiliklə açıq bir kitabdadır”.  (Səba/3, 4)
  • 103Şübhəsiz, Axirət əzabından qorxan insanlar üçün bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. O, insanların özü üçün toplandığı bir gündür və şübhəsiz ki, görünəcək bir gündür. (Hud/103)

Axirətin vacibliliyi ilə əlaqədar Nəhl surəsinin 38, 39-cu ayələrinin təhlilində geniş məlumat verilmişdir. [2]

11İsabət edən hər müsibət, sadəcə Allahın biliyi çərçivəsində isabət edər. Kim Allaha inanırsa, Allah onun qəlbini bələdçiləyər. Və Allah hər şeyi ən yaxşı biləndir.

Bu ayədə, insana isabət edən hər müsibətin Allahın izni/biliyi çərçivəsində olduğu bildirilir. İnsana isabət edən müsibətin iki yönü vardır:

  1. A) Öz etdiklərinin qarşılığı olması, etdiyini tapması:
  • 79Sənə yaxşılıqdan/gözəllikdən isabət edən şeylər, bax budur, Allahdandır. Sənə pislikdən isabət edən şeylər isə sənin özündəndir. Və Biz səni insanlara bir elçi olaraq göndərdik. Yaxşı bir şahid də olaraq Allah yetər. (Nisa/79)
  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)

Və Şura/30; Zümər/48, 51; Rum/36; Qasas/46, 47.

  1. B) Allahın sınamaq məqsədiylə musibət verməsi:
  • 155,156Həmçinin qətiliklə Biz qorxudan, aclıqdan bir şeylərlə və mallardan, canlar­dan və məhsullardan əskiklik ilə sizi zəif düşürəcəyik/imtahan edəcəyik. Özlərinə bir müsibət gəldiyi zaman: “Biz şübhəsiz, Allaha aidik və yalnız Ona dönəcəyik” – deyən bu səbr edənləri isə müjdələ!
  • 157Bax budur, onlar Rəbbindən, bəzi dəstəklər və mərhəmət özlərinə olandır. Bax budur, onlar bələdçilən­dik­ləri doğru yolu tapanların da məhz özüdür. (Bəqərə/155-157)
  • 2,3İnsanlar sınanmadan “İman etdik” demələri ilə buraxılacaqlarınımı sandılar? Və and olsun ki, Biz onlardan öncəkiləri də saflaşdırılmaları üçün, atəşlərə/sıxıntılara sal­mışdıq. Artıq əlbəttə, Allah doğru insanları bildirəcəkdir/işarələyib göstərə­cək­dir və əlbəttə, yalançıları da, qətiliklə, bildirəcəkdir/işarələyib göstərəcəkdir. (Ənkəbud/2, 3)

12Və Allaha itaət edin, Elçiyə də itaət edin. Artıq üz çevirərsinizsə, bilin ki, Elçimizə düşən açıq-aşkar bir təbliğdir.

13Allah Özündən başqa tanrı deyə bir şey olmayandır. Artıq möminlər işin nəticəsini, sadəcə, Allaha həvalə etsinlər.

Bu ayələrdə insanlara isabət edən müsibətlərin Allahın izni ilə olduğu bildirilir və buna baxmayaraq Allah – bu müsibətlərdən döyüş, müharibədə öldürülmə, yaralanma, şikəst qalma, mal itkisi, uşaqların zərər görməsi və s. kimi şeylərin ola biləcəyini bilərək döyüşü əmr edir və bu halda da Allaha və Elçiyə itaət edilməsini, səbat göstərilməsini, təvəkkül edilməsini istəyir.

13-cü ayədəki “Artıq möminlər, sadəcə Allaha təvəkkül etsinlər” ifadəsiylə möminlər könül rahatlığı və səmimiyətlə Allaha etibar etməyə dəvət edilir. Bu ayənin bir bənzəri daha əvvəl keçmişdi:

  • 9O, şərqin və qərbin, bütün tərəflərin Rəbbidir. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Buna görə də, Onu vəkil et; “bütün varlıqları müəyyən bir proqrama görə tənzimləyən və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq tanı! (Müzzəmmil/9)

14Ey iman edənlər! Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir.

15Əlbəttə, mallarınız və uşaqlarınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Allah isə… Böyük mükafat Öz qatında olandır.

16Ona görə də, gücünüz yetdiyincə Allahın qoruması altına girin, dinləyin və itaət edin. Və mallarınızdan, özünüzün xeyrinizə olaraq, Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Kim də mənliyinin acgözlülüyündən qorunursa, bax budur, onlar uğura çatanların məhz özləridir.

17,18Əgər Allaha gözəl bir borc verərsinizsə, O, onu sizin üçün qat-qat artırar və sizi ba­ğışlayar. Və Allah, ən yaxşı qarşılıq ödəyən, çox yumşaq davranan, görünəni və gö­rünməyəni biləndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəllə­yən/sağ­lam­laşdırandır.

Bu paraqraf, bir bəyannamə xüsusiyyətində olub, möminləri həyat yoldaşı, övlad və mal səbəbiylə aldanaraq haqdan ayrılmamaları barəsində xəbərdar edir: Ey iman edənlər! Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir. Əlbəttə, mallarınız və uşaqlarınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Allah isə… Böyük mükafat Öz qatında olandır. Ona görə də, gücünüz yetdiyincə Allahın qoruması altına girin, dinləyin və itaət edin. Və mallarınızdan, özünüzün xeyrinizə olaraq, Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Kim də mənliyinin acgözlülüyündən qorunursa, bax budur, onlar uğura çatanların məhz özləridir. Əgər Allaha gözəl bir borc verərsinizsə, O, onu sizin üçün qat-qat artırar və sizi ba­ğışlayar. Və Allah, ən yaxşı qarşılıq ödəyən, çox yumşaq davranan, görünə biləni və görünməyəni biləndir, Əzizdir, Hakimdir”.

14-cü ayədəki “Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir ifadəsiylə möminlərin ən yaxınlarının düşmən ola biləcəyi, buna görə də ehtiyatlı olmaları lazım gəldiyi bildirilir.

Bu ayələrin enmə səbəbinə dair belə nəql edilmişdir:

Uca Allahın, “Ey iman edənlər! Şübhəsiz həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. O səbəbdən də, onlardan çəkinin” buyuruğu ilə əlaqədar olaraq İbn Abbas belə deyir: “Bu ayə-ti kərimə Mədinədə Eşcalı Avf b. Malik haqqında enmişdir. Peyğəmbərə (s.ə.s) xanımının və uşaqlarının özünə qarşı sərt davrandıqlarından şikayət edincə, bu ayə-ti kərimə nazil olmuşdur”. [3]

17-ci ayədə, “Əgər Allaha gözəl bir borc verərsiniz, O, onu sizin üçün qat-qat artırar və sizi bağışlayar” buyurularaq infaq öhdəliyi Allaha gözəl bir borc vermək olaraq xarakterizə edilmiş və beləliklə, Allah yolunda infaq edənlər qürurlandırılmışdır ki, bu başqa ayələrdə də zikr edilmişdir: Bəqərə/245; Hədid/11, 18; Müzzəmmil/20.

İsrailoğulları, ediləcək infaqın “Allaha gözəl bir borc” olduğunu veclərinə almamış və fəlakətə sürüklənmişdilər:

  • 12Və and olsun ki, Allah İsrailoğullarının sağlam sözünü almışdı. Və Biz özlərindən on iki müfəttiş/başçı göndərmişdik. Və Allah demişdi ki: “Mən qətiliklə, sizinlə birlikdəyəm. Salaatı iqamə edər, zəkatı/verginizi verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir borc verərsinizsə, and olsun ki, sizdən pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə girdirəcəyəm. Bax budur, sizdən hər kim bundan sonra küfr edərsə, artıq qətiliklə doğru yolu itirmiş olar”. (Maidə/12)

 

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Suyuti, el-İtqan; Taberani; Tirmizi; Hakim; İbn Cerir.

[2] Quranın Təbyini, VI cild, Nəhl surəsi;

[3] Razi, Mefatihu’l-Ğayb; Kurtubi, el-Camiu li Ahkamil-Kur’an; Taberi.