TƏHRİM SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 650

1Ey Peyğəmbər! Arvadlarını razı salmaq üçün Allahın halal etdiyi şeyi nə üçün sən özünə haramlaşdırırsan? Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

2Allah, kəffarəni ödəyərək, andlarınızı pozmağı qətiliklə, sizə məşru qılmışdır. Və Allah, sizin mövlanız – köməkçi, yolgöstərici, qoruyucu yaxınınızdır. Və O, ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.

3Bir dəfə Peyğəmbər öz zövcələrindən bəzilərinə bir sözü/hadisəni sirr olaraq açmışdı. Sonra zövcələrindən biri bunu xəbər verincə və Allah Peyğəmbərə bunu bildirincə, Peyğəmbər hadisənin bir qismini bildirmiş, bir qismindən uzaqlaş­mış­dı/bildirmiməşdi. Sonunda o zövcəsinə, bunu özü xəbər verincə zövcəsi: “Bunu sənə kim xəbər verdi?” – dedi. Peyğəmbər: “Mənə yaxşı bilən, yaxşı xəbər alan xəbər verdi” – demişdi.

4Ey Peyğəmbərin iki zövcəsi! Xətalarınızdan Allaha dönərsinizsə, sizin üçün yaxşı olar. Çünki qətiliklə ikinizin qəlblərinizin halı dəyişdi – inanclarınız pozuldu, azğınlığa düşdünüz. Yox əgər Peyğəmbərə qarşı həmrəylik edərsinizsə, heç şübhəsiz, bilavasitə Allah özü ona mövladır – köməkçidir, dəstəkçidir, qoruyucudur, yol göstəricidir. Cəbrayıl/Quran və iman edənlərin salehləri də həmçinin. Və bunlardan sonra enəcək ayələr də ona arxa çıxarlar.

5Əgər o sizi boşayarsa, Rəbbinin ona sizdən daha xeyirli, müslimə, möminə, həmişə hörmət duyan, tövbə edən, oruc tutan/saleh əməllər edən dul və bakirə zövcələr verməsi umulur.

(107/66, Təhrim/1–5)

Nəcm: 651

6,7Ey iman edənlər! Özünüzü və yaxınlarınızı yanacağı insanlar və daşlar olacaq bir atəşdən qoruyun. Atəşin üzərində Allaha qarşı çıxmayan, özlərinə əmr edilənləri yerinə yetirən, ağır və sərt vəzifəli güclər vardır. Ey kafirlər! Bu gün üzr istəməyin. Siz ancaq etdiklərinizin cəzasını çəkəcəksiniz!

8Ey iman edənlər! Saf, qatışıqsız/səmimi bir xətadan dönüş ilə Allaha dönün. Umulur ki, Rəbbiniz Peyğəmbəri və onunla birlikdə iman edənləri utan­dır­ma­yacağı, işıqlarının önlərində və sağlarında qaçacağı: “Rəbbimiz! İşığımızı ta­mam­la, bizi bağışla, çünki Sən hər şeyə güc yetirənsən” – deyəcəkləri gündə, sizin pisliklərinizi örtər və sizi içlərindən çaylar axan cənnət­lərə daxil edər.

(107/66, Tahrim/6–8)

Nəcm: 652

9Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı dəyanətli ol, onlara qarşı sərt davran. Onların çatacağı yer də cəhənnəmdir. Və o, nə pis dönüş yeridir.

(107/66, Tahrim/9)

Nəcm: 653

10Allah kafirlərə Nu­hun zövcəsi ilə Lutun zövcəsini nümunə göstərdi. Bu ikisi qullarımızdan iki saleh qu­lun alçaq zövcələri idilər. Sonra onlara xainlik etdilər. İkisinin də əri, pey­ğəm­bər ol­malarına baxmayaraq, Allahdan heç bir şeyi onlardan uzaqlaşdıra bilmədi. Və: “Gi­rən­lər­lə birlikdə siz ikiniz də atəşə girin!” – deyildi.

11Allah inanan insanlara da Fironun zövcəsini nümunə göstərdi. Həmçinin o: “Rəbbim! Mənə nəzdində cənnətin içində bir ev qur, məni Firondan və onun əməlin­dən qurtar. Və məni bu şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmün­dən qurtar!” – demişdi.

12Və Allah namusunu bir qala kimi qoruyan, İmran qızı Məryəmi də nümunə göstərdi. Bax budur, Biz onu vəhyimizlə az da olsa bilikləndirdik.[1] O da Rəbbinin kəl­mə­lərini və kitablarını doğrulayıb, tətbiq etdi və həmişəlik hörmətdə duranlardan oldu.

(107/66, Təhrim/10–12)

 

[1]“Ruhun üfürülməsi/üflənməsi” ifadəsi, “Allahın insanı bilikləndirməsi, ona vəhy göndərməsi, az bir bilik verməsi, bilgi qoxlatması” mənasına gəlir. Burada, Hicr/29 və Səcdə/9–da yaradılmış insanın biliklənmə, ilk vəhyi alma, ilk elçi göndərmə mərhələsi izah edilir. Müfəssəl məlumat Təbyinul–Quranda verilmişdir.