Adını 1-ci ayədəki تحرم [tuharrimu] ifadəsinin məsdəri olan تحريم [təhrim] sözündən alan surənin, Mədinədə 107. sırada endiyi qəbul edilir.
Surədə ilk öncə bir hərəkətinə görə Rəsulullah ikaz edilir, sonra Rəsulullaha, həyat yoldaşları ile özü arasında keçən bir hadisə açıqlanır və bununla əlaqədar olaraq da Rəsulullahın həyat yoldaşları təhdid edilir.
Həmçinin, möminlərin özlərini və yaxınlarını cəhənnəmdən qorumaları, səmimiyyətlə tövbə etmələri istənir. Daha sonra da dində nəsəbin əhəmiyyətli olmadığı, məsuliyyətin fərdi olduğu –xüsusilə– qadınlara yönəlik olaraq göstərilir.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
TƏRCÜMƏ:
MƏDİNƏ DÖVRÜ
Nəcm: 650
1Ey Peyğəmbər! Arvadlarını razı salmaq üçün Allahın halal etdiyi şeyi nə üçün sən özünə haramlaşdırırsan? Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.
2Allah, kəffarəni ödəyərək, andlarınızı pozmağı qətiliklə, sizə məşru qılmışdır. Və Allah, sizin mövlanız – köməkçi, yolgöstərici, qoruyucu yaxınınızdır. Və O, ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.
3Bir dəfə Peyğəmbər öz zövcələrindən bəzilərinə bir sözü/hadisəni sirr olaraq açmışdı. Sonra zövcələrindən biri bunu xəbər verincə və Allah Peyğəmbərə bunu bildirincə, Peyğəmbər hadisənin bir qismini bildirmiş, bir qismindən uzaqlaşmışdı/bildirmiməşdi. Sonunda o zövcəsinə, bunu özü xəbər verincə zövcəsi: “Bunu sənə kim xəbər verdi?” – dedi. Peyğəmbər: “Mənə yaxşı bilən, yaxşı xəbər alan xəbər verdi” – demişdi.
4Ey Peyğəmbərin iki zövcəsi! Xətalarınızdan Allaha dönərsinizsə, sizin üçün yaxşı olar. Çünki qətiliklə ikinizin qəlblərinizin halı dəyişdi – inanclarınız pozuldu, azğınlığa düşdünüz. Yox əgər Peyğəmbərə qarşı həmrəylik edərsinizsə, heç şübhəsiz, bilavasitə Allah özü ona mövladır – köməkçidir, dəstəkçidir, qoruyucudur, yol göstəricidir. Cəbrayıl/Quran və iman edənlərin salehləri də həmçinin. Və bunlardan sonra enəcək ayələr də ona arxa çıxarlar.
5Əgər o sizi boşayarsa, Rəbbinin ona sizdən daha xeyirli, müslimə, möminə, həmişə hörmət duyan, tövbə edən, oruc tutan/saleh əməllər edən dul və bakirə zövcələr verməsi umulur.
(107/66, Təhrim/1–5)
Nəcm: 651
6,7Ey iman edənlər! Özünüzü və yaxınlarınızı yanacağı insanlar və daşlar olacaq bir atəşdən qoruyun. Atəşin üzərində Allaha qarşı çıxmayan, özlərinə əmr edilənləri yerinə yetirən, ağır və sərt vəzifəli güclər vardır. Ey kafirlər! Bu gün üzr istəməyin. Siz ancaq etdiklərinizin cəzasını çəkəcəksiniz!
8Ey iman edənlər! Saf, qatışıqsız/səmimi bir xətadan dönüş ilə Allaha dönün. Umulur ki, Rəbbiniz Peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacağı, işıqlarının önlərində və sağlarında qaçacağı: “Rəbbimiz! İşığımızı tamamla, bizi bağışla, çünki Sən hər şeyə güc yetirənsən” – deyəcəkləri gündə, sizin pisliklərinizi örtər və sizi içlərindən çaylar axan cənnətlərə daxil edər.
(107/66, Tahrim/6–8)
Nəcm: 652
9Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı dəyanətli ol, onlara qarşı sərt davran. Onların çatacağı yer də cəhənnəmdir. Və o, nə pis dönüş yeridir.
(107/66, Tahrim/9)
Nəcm: 653
10Allah kafirlərə Nuhun zövcəsi ilə Lutun zövcəsini nümunə göstərdi. Bu ikisi qullarımızdan iki saleh qulun alçaq zövcələri idilər. Sonra onlara xainlik etdilər. İkisinin də əri, peyğəmbər olmalarına baxmayaraq, Allahdan heç bir şeyi onlardan uzaqlaşdıra bilmədi. Və: “Girənlərlə birlikdə siz ikiniz də atəşə girin!” – deyildi.
11Allah inanan insanlara da Fironun zövcəsini nümunə göstərdi. Həmçinin o: “Rəbbim! Mənə nəzdində cənnətin içində bir ev qur, məni Firondan və onun əməlindən qurtar. Və məni bu şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmündən qurtar!” – demişdi.
12Və Allah namusunu bir qala kimi qoruyan, İmran qızı Məryəmi də nümunə göstərdi. Bax budur, Biz onu vəhyimizlə az da olsa bilikləndirdik. O da Rəbbinin kəlmələrini və kitablarını doğrulayıb, tətbiq etdi və həmişəlik hörmətdə duranlardan oldu.
(107/66, Təhrim/10–12)
TƏHLİL:
1Ey Peyğəmbər! Arvadlarını razı salmaq üçün Allahın halal etdiyi şeyi nə üçün sən özünə haramlaşdırırsan? Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.
2Allah, kəffarəni ödəyərək, andlarınızı pozmağı qətiliklə, sizə məşru qılmışdır. Və Allah, sizin mövlanız – köməkçi, yolgöstərici, qoruyucu yaxınınızdır. Və O, ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.
3Bir dəfə Peyğəmbər öz zövcələrindən bəzilərinə bir sözü/hadisəni sirr olaraq açmışdı. Sonra zövcələrindən biri bunu xəbər verincə və Allah Peyğəmbərə bunu bildirincə, Peyğəmbər hadisənin bir qismini bildirmiş, bir qismindən uzaqlaşmışdı/bildirmiməşdi. Sonunda o zövcəsinə, bunu özü xəbər verincə zövcəsi: “Bunu sənə kim xəbər verdi?” – dedi. Peyğəmbər: “Mənə yaxşı bilən, yaxşı xəbər alan xəbər verdi” – demişdi.
4Ey Peyğəmbərin iki zövcəsi! Xətalarınızdan Allaha dönərsinizsə, sizin üçün yaxşı olar. Çünki qətiliklə ikinizin qəlblərinizin halı dəyişdi – inanclarınız pozuldu, azğınlığa düşdünüz. Yox əgər Peyğəmbərə qarşı həmrəylik edərsinizsə, heç şübhəsiz, bilavasitə Allah özü ona mövladır – köməkçidir, dəstəkçidir, qoruyucudur, yol göstəricidir. Cəbrayıl/Quran və iman edənlərin salehləri də həmçinin. Və bunlardan sonra enəcək ayələr də ona arxa çıxarlar.
5Əgər o sizi boşayarsa, Rəbbinin ona sizdən daha xeyirli, müslimə, möminə, həmişə hörmət duyan, tövbə edən, oruc tutan/saleh əməllər edən dul və bakirə zövcələr verməsi umulur.
Bu ayə qrupu, Rəsulullahın şəxsi həyatına dair bəzi hadisələri ifşa edir. 1-2-ci ayələrdə, halal olan bir şeyi özünə haram qılan Rəsulullah, “Ey Peyğəmbər! Arvadlarını razı salmaq üçün Allahın halal etdiyi şeyi nə üçün sən özünə haramlaşdırırsan? Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.
Allah, kəffarəni ödəyərək, andlarınızı pozmağı qətiliklə, sizə məşru qılmışdır. Və Allah, sizin mövlanız – köməkçi, yolgöstərici, qoruyucu yaxınınızdır. Və O, ən yaxşı bilən, ən yaxşı qayda qoyandır” – deyə danlamışdır.
Hər hansı bir şeyi haram, ya da halal qılma səlahiyyəti sadəcə, Allaha aiddir; peyğəmbər belə olsa, heç kimsə haram və halal qılma səlahiyyətinə sahib deyildir. Allahın açıq şəkildə halal qıldığı bir şeyi haram qılmaq isə heç mümkün deyildir:
- 31Ey Adəmoğulları! Hər məscidin yanında; cəmiyyət içində bəzəklərinizi geyinin, yeyin-için, lakin israfçılıq etməyin; tam əmin olun ki, Allah israfçıları sevməz.
- 32De ki: “Allahın, qulları üçün çıxardığı zinətləri və tərtəmiz ruziləri kim haram etmiş?” De ki: “Bunlar, keçici dünya həyatında inananlar üçündür/qiyamət günündə yalnız onların olmaq üçün”. Bax budur, beləliklə, Biz ayələri bilən bir cəmiyyətə ətraflı olaraq açıqlayırıq. (Əraf/31, 32)
- 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)
- 87Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram saymayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz.
- 88Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allahın qoruması altına girin. (Maidə/87, 88)
Rəsulullahın həyat yoldaşlarının xətiri üçün özünə haram qıldığı şeyin nə olduğu xüsusunda anladılan “bal yemək və sonra da bal yeməməyə and içmək” hekayəsi çox da məqbul deyildir. Bizim fikrimizcə, aşağıdakı rəvayət daha məqbuldur:
Peyğəmbər əfəndimizin özünə haram qıldığı, Mariyə əl-Qibtiyyədir. Bu cariyəni özünə İskəndəriyyə hökmdarı Mukavkıs hədiyyə etmişdi.
İbn İshak dedi ki: “Mariyə, Hafi deyə bilinən bir diyarın Ansinə deyə bilinən yerindəndir. Peyğəmbər Hafsanın otağında onunla birlikdə olmuşdu”.
Darekutninin, İbn Abbasdan, onun da Ömərdən rəvayətinə görə Ömər (r.a) belə demişdir: Rəsulullah (s.ə.s) oğlu İbrahimin anası Mariyə ilə Hafsanın otağına girdi. Hafsa da gəlib Peyğəmbəri onunla birlikdə gördü. (O zaman Hafsa atasının evinə getmişdi.) Peyğəmbərə: “Onu otağımamı soxursan?” – dedi. Sənin bunu etməyinin səbəbi, ancaq digər xanımların arasında mənim sənin yanında dəyərimin olmamasıdır. Peyğəmbər ona belə dedi: “Bundan Ayşəyə söz etmə! Bir daha ona yaxınlaşmaq mənə haram olsun”. Hafsa ona belə dedi: “O sənin cariyən ikən onu özünə necə haram edirsən?!” Peyğəmbər ona yaxınlaşmayacağına dair Hafsaya and içdi və: “Bundan kimsəyə söz etmə” – dedi. Lakin Hafsa bunu Ayşəyə anlatdı. O da xanımlarının yanına bir ay müddətinə girməyəcəyinə dair and içdi. 29 gün onlardan uzaq qaldı. Bundan sonra “Allahın sənə halal qıldığı şeyi nə üçün haram edirsən?” ayəsi nazil oldu. [1]
Rəsulullahın özünə haram qıldığı şeyin nə olduğu Əhzab surəsindən anlaşıla bilir:
- 51Onlardan dilədiyini təxirə salıb, dilədiyini də yanına ala bilərsən. Ayrıldıqlarından, istək duyduqlarına dönməyində artıq sənin üçün bir qadağa yoxdur. Onların gözlərinin aydınlanıb, hüznə qapılmamalarına və özlərinə verdiyinlə hamısının məmnun olmalarına ən yaxın olan budur. Allah qəlblərinizdə olanı bilməkdədir. Allah hər şeyi bilən və çox yumşaq davranandır. (Əhzab/51)
Bu ayəyə görə Rəsulullaha həyat yoldaşlarındən istədiyini seçmə haqqı verilmiş, buna rəğmən Rəsulullah arvad xətirinə səhv bir iş etmiş, Allah da Rəsulullahdan, daha əvvəl inzal edilən bir ayə ilə əməl etməsini istəmişdir:
- 224Və yaxşılardan olmağınıza, Allahın qoruması altına girməyinizə, insanların arasını düzəltməyinizə, Allahı andlarınız üçün əngəl etməyin: “Edərdim, amma Allaha and içdim, artıq andımı poza bilmərəm” – deməyin. Və Allah ən yaxşı eşidən, ən yaxşı biləndir. (Bəqərə/224)
Bu ayə qrupunda bəhs edilən ikinci məsələ, Rəsulullahın həyat yoldaşlarının xətalı davranmalarıdır: Bir də axı Peyğəmbər, həyat yoldaşlarındən bəzilərinə bir sözü/hadisəni sirr olaraq vermişdi. Sonra həyat yoldaşlarından biri bunu xəbər edincə və Allah ona bunu açıqlayınca, o [Peyğəmbər] bir qismini müəyyən etmiş, bir qismindən məsafələnmişdi [vaz keçmişdi]. Sonunda ona bunu özü xəbər verincə o: “Bunu sənə kim xəbər verdi?” – dedi. O [Peyğəmbər]: “Mənə yaxşı bilən, yaxşı xəbər alan xəbər verdi” – demişdi.
3-cü ayədə Rəsulullahın evində cərəyan edən mühüm bir hadisəyə toxunulur. Mahiyyəti Quranda bildirilməyən bir hadisə/söz Rəsulullah tərəfindən həyat yoldaşlarındən bəzilərinə ki, aşağıda iki arvadı olduğu anlaşılır, sirr olaraq verilir. Arvadlarından biri bu sirri ifşa edir. Rəsulullah da ona sirri ifşa etmiş olduğunu bildirincə, bunu haradan öyrəndiyini soruşur. Rəsulullah da: “Onu çox yaxşı bilən, yaxşı xəbər verən xəbər verdi” – deyə cavab verir. Ayənin özü, budur, belədir.
Rəsulullahın arvadına verdiyi sirrin mahiyyəti Quranda bildirilməmişdir. Ayədəki حديث [hədis] kəlməsi həm “hadisə”, həm də “söz” olaraq anlaşıla bilir. Bunun mahiyyətinə dair bir sıra şeylər nəql edilmişdir:
Əl-Kəlbi dedi ki: Ona gizlicə söylədiyi söz budur: “Sənin atan ilə Ayşənin atası məndən sonra ümmətimin üzərində mənim xəlifələrim olacaqdır”. İbn Abbas da belə, yəni “Özündən sonra xəlifəlik işini Hafsaya gizlicə söyləmiş, ancaq Hafsa bunu açıqlamışdı” – demişdir.
Darekutni Sünənində əl-Kəlbidən, o Əbu Salehdən, o da İbn Abbasdan Uca Allahın “Hani Peyğəmbər, həyat yoldaşlarından birinə gizli bir söz söyləmişdi” buyuruğu haqqında belə dediyini rəvayət edir: Hafsa Peyğəmbəri (s.a) İbrahimin anası ilə birlikdə görüncə, ona: “Ayşəyə xəbər vermə” – dedi. Həmçinin ona bunları söylədi: “Sənin atan ilə onun atası məndən sonra hökmdar olacaqlar, ya da onlar idarəçiliyin başına keçəcəklər; lakin Ayşəyə xəbər vermə!” (İbn Abbas) dedi ki: “Ancaq Hafsa getdi və Ayşəyə xəbər verdi. Allah da bu vəziyyəti ona açıqladı. Peyğəmbər bunun bir bölməsini söylədi, bir bölməsini isə saxladı”. (İbn Abbas) dedi ki: Daha sonar – “Sənin atan ilə onun atası məndən sonra işin başına keçəcəklər” sözünü açıqlamadı. Rəsulullah (s.ə.s) bu xüsusun insanlar arasında yayılmasından xoşlanmadı. [2]
Mukatil dedi ki: Yəni ona Ayşəyə söylədiyinin bir bölməsini xəbər verdi. Bu da Umm Vələdi (İbrahimin anasi Mariyə) ilə əlaqədar olandır. Bir bölməsini isə xəbər verməmişdi. Bu isə Hafsanın Ayşəyə dediyi “Əbu Bəkr və Ömər ondan sonra idarəçiliyin başına gələcəklərdir” sözüdür. “O bunu arvadına xəbər verincə, yəni Allahın özünə bildirdiyi şeyi Hafsaya bildirincə: “Bunu sənə mənim haqqımda kim xəbər verdi, ey Allahın Rəsulu” – dedi. Və vəziyyəti ona Ayşənin xəbər verdiyini zənn etdi. Peyğəmbər (s.ə.s) də: “Hər şeyi ən yaxşı bilən, hər şeydən xəbərdar olan, yəni özünə heç bir şey gizli olmayan mənə xəbər verdi” – dedi. [3]
Bölmənin davamındakı ayələrin dəlalətinə görə, nüzul səbəbinə dair rəvayətlərdə yer alan məlumatlar paraqrafı anlaşılan etməkdən uzaq olduğu kimi, ayədəki “nəbbəə” felinin mənasını əks etdirməkdən də uzaqdır. Çünki “xəbər verdi” deyə çevirdiyimiz نبّأ [nəbbəə] sözləri adi bir xəbər üçün işlədilməz. Bu, çox mühüm bir şey olmalıdır.
Həmçinin, Peyğəmbərin sirr verdiyi tək arvad deyildir. “O [Peyğəmbər] bir qisminə bildirmiş, bir qismindən üz çevirmişdi” ifadəsi, “bir qisminə həddini bildirmiş, bəzisinə də səslənməmişdi” – deməkdir.
Və Allah, ona bunu açığa vurunca… ifadəsi, Allahın vəhyi ilə açıqlamasını deyil, həyat yoldaşların bu mühüm sirri ifşa etmələrini və dilə salmalarını” ifadə edər.
“Mənə yaxşı bilən, yaxşı xəbər verən xəbər verdi” ifadəsi, iki şəkildə anlaşıla bilir:
Birincisi: Bunu Peyğəmbərə bildirən, xalqdan bir kimsədir. Çünki alim və habir sözlərının qullar üçün işlədildiyi ayələr də vardır (bxz. Furqan/59; Əraf/109, 112; Yusif/55, 76; Hicr/53 və Şüəra/34, 37).
İkincisi: yaxşı bilən, yaxşı xəbər alan Allahdır. Amma bu, Allahın bilvasitə xəbər verməsi mənasına gəlməz. Ənənəvi olaraq, bu cür ifadələr, əsl faili gizləmək üçün işlədilir ki, burada da bu ifadə, xəbəri verəni gizləmək üçün işlədilmişdir.
Bunun bir nümunəsi də Al-i İmran/37-də vardır: Məryəm, özünə gələn yeməklərin qaynağını bildirməz; O, Allah qatındandır deyə cavab verir:
- 37Buna görə də Rəbbi Məryəmi gözəl bir qəbul ilə qəbul etdi. Və onu gözəl bir fidan kimi bitirdi və ona – Məryəmə, İsanı qeyri-qanuni şəkildə doğmayıb, Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyəni zamin etdi. Zəkəriyyə nə zaman onun yanına/özəl otağa girsə, onun yanında bir ruzi görürdü. Zəkəriyyə: “Ey Məryəm! Bu sənə haradandır?” – dedi. Məryəm də: “O, Allah qatındandır” – dedi. Şübhəsiz, Allah dilədiyini hesabsız ruziləndirir. (Al-i İmran/37)
Bizim fikrimizcə burada bəhs edilən “hadisə” ya da “söz”, (mahiyyəti Allaha həvalə edilməli olan) hərbi və siyasi bir hadisə, ya da sözün/məlumatın sızdırılmasıdır. Burada verilən ismarıc, Allahın Peyğəmbərinə köməyinin və Təğabün surəsində də görüləcəyi kimi, ən yaxın ətrafda belə düşmənlərinin ola biləcəyinin göstərilməsi; Mücadilə surəsindəki Elçiyə yardım vədinin, konkretləşdirilməsidir.
4-5-ci ayələrdə sirrə vaqif olaraq, işi ciddiyə almayan arvadlar təhdid edilir. Bu xüsusda nəql edilənlər isə belədir:
“Əgər ikiniz də (yəni Hafsa və Ayşə) Allaha tövbə edərsinizsə” buyuruqları ilə Rəsulullahın (s.ə.s) sevdiyinə zidd bir xüsusa meyl etdikləri üçün onları tövbə etməyə təşviq edir.
Müslimin Səhihində İbn Abbasdan belə dediyi rəvayət edilir: Ömər b. əl-Hattaba bir ayəyə dair sual vermək istəyi ilə bir il gözləyib durdum. Ondan çəkindiyim üçün ondan soruşa bilmədim. Nəhayət həccə getmək üçün yola çıxınca, mən də onunla birlikdə yola çıxdım. Geri döndüyündə yolun bir bölməsində bir ehtiyacını görmək üçün ərik ağaclarına doğru yolunu çevirdi. İşini bitirənə qədər mən də durdum. Sonra onunla birlikdə yeridim və “Ey möminlərin əmiri! – dedim, “Rəsulullahın (s.ə.s) xanımları arasında ona qarşı bir-birinə yardım edən iki xanım kimdir?” O: “Bunlar Hafsa və Ayşədir” – dedi. Ona: “Allaha and içirəm ki, bunu səndən bir ildən bəri soruşmaq istədiyim halda səndən çəkindiyim üçün soruşa bilmədim” – dedim. Mənə: “Xeyr, elə etmə, mənim bildiyimi zənn etdiyin bir xüsus olduqda, ona dair məndən soruş. Əgər bilərəmsə, sənə söyləyərəm…” – deyib, hədisin geri qalan bölməsini zikr etdi.
Deyildiyinə görə Aişə ilə Hafsanın (r.a.) bir-birləriylə köməkləşmələri nafaka xüsusunda Peyğəmbərə (s.ə.s) bir növü təzyiq göstərmək surətində idi. Buna görə də, Peyğəmbər bir ay müddətdə onlara ila etdi [onlara yaxınlaşmamağa and içdi] və onlardan uzaq qaldı. Müslimin Sahihində Cabir b. Abdullahdan belə dediyi zikr edilir: “Əbu Bəkr Rəsulullahın (s.ə.s) hüzuruna girmək üçün izin istədi. İnsanların qapısında oturduqlarını və kimsəyə içəri girmək üçün izin verilmədiyini gördü”. (Cabir) dedi ki: “Əbu Bəkrə izin verildi, o da içəri girdi. Sonra Ömər gəldi, o da izin istədi, ona da izin verildi. Peyğəmbərin (s.ə.s) kədərli, susqun və ətrafında xanımları olduğu halda oturmuş olduğunu gördü”. (Cabir) dedi ki: (Ömər) dedi ki: “And olsun elə bir şey söyləyəcəyəm ki, bununla Peyğəmbəri (s.ə.s) güldürəcəyəm” – dedi. Sonra da: “Ey Allahın Rəsulu!” – dedi, “Bir görsən Haricənin qızı məndən xərcləmək üçün bir şeylər istədi. Mən də yerimdən qalxdım, boynuna bir zərbə endirdim”. Rəsulullah (s.ə.s) güldü və belə dedi: “Budur bu qadınlar da gördüyün kimi mənim ətrafımda olurlar. Bunlar da məndən nafaka [xərcləmək üçün məsrəf] istəyirlər”. Əbu Bəkr qalxdı və Ayşənin boynuna vurdu, Ömər də Hafsanın boynuna vurdu. Hər ikisi də: “Rəsulullahdan (s.ə.s) yanında olmayan şeylərimi istərsiniz?” – dedilər. Hamısı da: “Allaha and içirik ki, əsla Rəsulullahdan (s.a) yanında olmayan şeyi istəməyəcəyik” – dedilər. Sonra Rəsulullah, bir ay, yaxud iyirmi doqquz gün onlardan uzaqlaşdı, sonra Allah ona: “Ey Peyğəmbər! Zövcələrinə de ki:… Mütləq Allah içinizdən gözəl davrananlara böyük bir mükafat hazırlamışdır” (Əhzab/28-29) ayələrini endirdi. Biz bunu daha əvvəl əl-Əhzab surəsində [28-29-cu ayələr, 1-ci başlıqda] zikr etmişdik. [4]
Bu ayənin yaxşı anlaşıla bilməsi üçün Hücurat/2-dəki “Səslərinizi Peyğəmbərin səsindən artıq yüksəltməyin. Bir-birinizə yüksək səslə bağırdığınız kimi, Peyğəmbərə yüksək səslə bağırmayın, yoxsa siz dərk etmədən hörmətsizlik etmiş olarsınız və əməlləriniz boşa gedər” xəbərdarlığını da nəzərə almaq lazımdır. Çünki burada Rəsulullahın həyat yoldaşlarının qəlblərinin sürüşməsi, Nuh və Lut peyğəmbərin həyat yoldaşları kimi xəyanət etmələrindən bəhs edilir.
Qəlblərin sürüşməsi isə, Allah düşmənlərinin hiyləgərcəsinə planlarına meyl etməkdir:
- 112,113Beləliklə, Biz hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik. Dünya malına aldandıqlarına görə, axirətə inanmayan insanların qəlbləri ona aldansın, ondan məmnun olsun və etməkdə olduqlarını etsinlər deyə, bunların bəzisi digərinə sözün bəzəklisini gizlicə təlqin edər/pıçıldayar. Və lakin Rəbbin diləsəydi, onu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri tərk et! (Ənam/112, 113)
Ayədəki “Cəbrail və iman edənlərin salehləri də. Və bunlardan sonra mələklər də ona arxa çıxarlar” ifadəsiylə, o günə qədər enmiş olan Quran ayələri, saleh möminlər və bundan sonra enəcək olan ayələr ilə Rəsulullaha dəstəklər veriləcəyi, beləliklə də, Rəsulullaha ən yaxınındakı düşmənlərin belə zərər verə bilməyəcəyi xəbərdarlığı edilmişdir. Burada zikri keçən mələklər “Quran ayələri”dir. Bu xüsusa dair detal da Qədr surəsində verilmişdir.
6,7Ey iman edənlər! Özünüzü və yaxınlarınızı yanacağı insanlar və daşlar olacaq bir atəşdən qoruyun. Atəşin üzərində Allaha qarşı çıxmayan, özlərinə əmr edilənləri yerinə yetirən, ağır və sərt vəzifəli güclər vardır. Ey kafirlər! Bu gün üzr istəməyin. Siz ancaq etdiklərinizin cəzasını çəkəcəksiniz!
8Ey iman edənlər! Saf, qatışıqsız/səmimi bir xətadan dönüş ilə Allaha dönün. Umulur ki, Rəbbiniz Peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacağı, işıqlarının önlərində və sağlarında qaçacağı: “Rəbbimiz! İşığımızı tamamla, bizi bağışla, çünki Sən hər şeyə güc yetirənsən” – deyəcəkləri gündə, sizin pisliklərinizi örtər və sizi içlərindən çaylar axan cənnətlərə daxil edər.
Bu ayələrdə, mömin və kafirlərə, axirətə aid məlumatlar verilərək xəbərdarlıqlar edilir.
“Ey iman etmiş kimsələr! Özünüzü və yaxınlarınızı yanacağı insanlar və daşlar olacaq bir atəşdən qoruyun” əmriylə insanın, Allahın əzabından sadəcə özünü deyil, yaxınlarını da qoruması istənir. Əks halda həm insan, həm də yaxınları o atəşə düşər və onun üzərində Allaha qarşı gəlməyən, özlərinə əmr edilənləri edən, çətin və kobud mələklər vardır; qətiyyən mərhəmət etməzlər və: “Ey küfr etmiş kimsələr! Bu gün üzr diləməyin. Siz ancaq işlədiklərinizin cəzasını çəkəcəksiniz!” – deyib keçərlər.
Bu təhdidkar xəbərdarlıqdan sonra, “Ey iman edənlər! Nasuh (Saf, qatışıqsız/səmimi) bir xətadan dönüş ilə Allaha dönün. Umulur ki, Rəbbiniz Peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacağı, işıqlarının önlərində və sağlarında qaçacağı: “Rəbbimiz! İşığımızı tamamla, bizi bağışla, çünki Sən hər şeyə güc yetirənsən” – deyəcəkləri gündə, sizin pisliklərinizi örtər və sizi içlərindən çaylar axan cənnətlərə daxil edər” ifadəsiylə, ümid verilərək, təşviq edilərək möminlər, məsuliyyətsizlik etdikləri vəzifələri dərhal etməyə və özlərini xilas etməyə yönəldilir.
Atəşin yanacağının “insanlar və daşlar” olduğu, Bəqərə surəsində də bildirilmişdi və biz orada bu açıqlamanı etmişdik:
- 24Sonra, əgər bunu etmədinizsə və qətiyyən edə də bilməyəcəksiniz – belə isə kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan atəşdən qorunun. (Bəqərə/24)
Müfəssirlər burada zikri keçən daş ilə; tez alovlanması, pis qoxması, çox dumanlı olması, hədsiz yapışqanlığı və şiddətli istisi olduğuna görə “kükürd” madəsinin qəsd edildiyində həmfikir olmuşdular. Əslində isə bu daş ilə nəyin qəsd edildiyi bu ayədən anlaşıla bilir:
- 98Qətiliklə siz və Allahın yaratdıqlarından sitayiş etdikləriniz cəhənnəmin odunusunuz/yanacağısınız, siz oraya girəcəksiniz. (Ənbiya/98)
Bu ayəyə görə kafirlərin, Allahın yaratdıqlarından sitayiş etdikləri sözdə şəfaətçi ortaqları; daşdan bütləri, cəhənnəmdə yanacaq olaraq işlədiləcək, müşriklərin əzabının artmasına səbəb olacaqlar.
Bu ayələrdən anlaşıldığına görə müşrik həm cəhənnəmdə yanacaq, həm də cəhənnəmi yandıracaqdır.
Yaxınları qoruma mövzusu, başqa ayələrdə də zikr edilmişdir:
- 132Və əhlinə salaatı əmr et, özün də ona səbrlə davam et. Biz səndən bir ruzi istəmirik. Səni Biz ruziləndiririk. Aqibət “Allahın qoruması altında olmaq” üçündür. (Ta Ha/132)
- 214Və ən yaxın qəbiləni xəbərdar et. (Şüəra/214)
Adamın özünü və yaxınlarını atəşdən qoruması, ancaq onlara iman və tövhidi öyrətmək və onları şirk və küfrdən uzaq tutması ilə olur. Buna dair Quranda bir çox ayə vardır:
- 13Və o zaman ki, bir dəfə Loğman, oğluna öyüd verərək: “Əziz oğlum! Allaha ortaq qoşma, heç şübhəsiz ki, Allaha ortaq qoşmaq, tam yəqinliklə bilin ki, böyük bir səhv davranışdır/öz zərərlərinə iş etməkdir. 16Ey əziz oğlum! Şübhəsiz, ortaq qoşmaq – işlənən pislik bir xardal dənəsi ağırlığında olsa belə, bir qayanın içində, yaxud göylərdə, ya da yerin içində olsa belə, Allah onu gətirəcəkdir. Şübhəsiz, Allah ən zərif, haqqıyla xəbərdar olandır. 17Əziz balam! Salaatı iqamə et, yaxşılığı əmr et, pislikdən çəkindir. Sənə isabət edənə də səbr et. Şübhəsiz, bunlar, işlərin qəti olanlarındandır. 18Və insanlara ovurdunu şişirtmə, burnunu sallama və yer üzündə təkəbbürlənərək yerimə. Şübhəsiz ki, Allah, bütün öyünən, səhv və yersiz düşüncəyə qapılanları sevməz. 19Və yerişində yavaş və mülayim ol, səsini aşağı et. Şübhəsiz, səslərin ən anlaşılmazı, tam yəqinliklə bilin ki, eşşəklərin səsidir” – 13demişdi. (Loğman/13, 16-19)
- 41Kitabda İbrahimi də an/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi.
- 42–45Bir dəfə o atasına: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə nə üçün qulluq edirsən? Atacan! Şübhəsiz, sənə gəlməyən bir bilik mənə gəldi. O halda mənə uy ki, sənə ən doğru bir yolu göstərim. Atacan! Şeytana qulluq etmə. Şübhəsiz, şeytan Rəhmana asi oldu. Atacan! Şübhəsiz, Mən, sənə Rəhmandan bir əzab toxunar və şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən bir yaxın olarsan deyə, qorxuram” – demişdi.
- 46Atası: “Ey İbrahim! Sən mənim tanrılarımdan üzmü çevirirsən? Əgər əl çəkməzsən, and olsun, səni daşlayaraq öldürərəm. Haydı, uzun bir müddət mənə uzaq ol/rədd ol!” – dedi.
- 47,48İbrahim: “Salam sənə olsun, sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm. Şübhəsiz ki, O, mənə çox ərməğan verəndir. Və mən sizdən və Allahın yaratdığı sərvətlərdən qulluq etdiyiniz şeylərdən çəkilib ayrılıram. Və Rəbbimə dua edəcəyəm. Rəbbimə yalvarışımda bədbəxt olmayacağımı umuram” – dedi.
- 49Sonra İbrahim, qövmündən və onların Allahın yaratdığı sərvətlərdən qulluq etdikləri şeylərdən uzaqlaşınca, Biz ona İshaqı və Yəqubu ehsan etdik. Hamısına da peyğəmbərlik verdik.
- 50Və Biz onlara mərhəmətimizdən ərməğanlar/hədiyyələr etdik. Və onlar üçün böyük bir həqiqət dili yaratdıq. (Məryəm/41-50)
Ayədəki Onun üzərində Allaha qarşı çıxmayan, özlərinə əmr edilənləri yerinə yetirən, ağır və sərt vəzifəli güclər vardır ifadəsiylə, cəhənnəmdə vəzifəli olan mələklər qəsd edilmişdir. Bunlar güclü-qüvvətli olub, Allahın əmrini qeydsiz-şərtsiz yerinə yetirən və günahkarlara əsla mərhəmət etməyən varlıqlar olaraq xarakterizə edilmişdilər:
- 31Biz cəhənnəm güclərini də həmişə mələklər etdik. Saylarını da, özlərinə Kitab verilənlər yaxşı-yaxşı və açıq-aşkar bilsinlər, iman edənlərin imanı artsın, özlərinə Kitab verilmiş olanlar və iman sahibləri şübhəyə düşməsin deyə və həmçinin qəlblərində mərəz olanlar/zehniyyəti pozğun kəslər və kafirlər: “Allah bununla nəyi qəsd etdi?” – desinlər deyə, kafirlər üçün sınaqdan başqa bir şey etmədik. Bax belə, Allah dilədiyini/diləyəni azdırır, dilədiyini/diləyəni də bələdçiləndirir. Rəbbinin ordularını da, ancaq Özü bilir. Bu, bəşər üçün öyüdverici və düşündürücüdən başqa bir şey deyildir. (Müddəssir/31)
7-ci ayədəki “Ey küfr etmiş kimsələr! Bu gün üzr diləməyin. Siz, ancaq işlədiklərinizin cəzasını çəkəcəksiniz!” – buyurularaq, kafirlərə o gün peşmanlıqlarının, bəhanələrinin və üzr diləmələrinin faydası olmayacağı, tədbirlərini indidən almaları xəbərdarlığı edilmişdir:
- 57Artıq o gün şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə öz bəhanələri yararlı ola bilməz. Onlar, bağışlanmazlar da. (Rum/57)
- 52Sonra o şərik qoşaraq, inkar edərək səhv/öz zərərlərinə iş edənlərə: “Dadın bu sonsuzluğun əzabını!” – deyiləcək. “Qazanmış olduğunuz şeylərdən başqası iləmi cəzalandırılacaqsınız?” (Yunus/52)
- 54,55Səndən əzabı tələm-tələsik istəyirlər. Şübhəsiz, cəhənnəm də qətiliklə, özlərini üstlərindən və ayaqlarının altından bürüdüyü gündə, kafirləri bürüyəcəkdir. Və o: “Etmiş olduqlarınızı dadın!” – deyər. (Ənkəbud/54, 55)
8-ci ayədə “Ey iman etmiş kimsələr! Nasuh [saf, qatışıqsız; səmimi] bir tövbə ilə Allaha tövbə edin” buyurularaq möminlərdən həm tövbə etmələri, həm də tövbələrində səmimi olmaları istənilmişdir. Allah onlarla ayədə Rəhman, Rəhim, Təvvab, Gaffar, Gafir, Gafur və Afuvv sifətlərinə uyğun olaraq, nöqsanlı qullarını tövbəyə dəvət etmişdir. Tövbə “Tövbə, ey Rəbbi” demək kimi sözdən ibarət deyil, “şüurlanaraq, qərarlılıqla qüsurları tərk edib Allaha” itaətə yönəlməkdir”. Qısacası tövbə, adamın həyatındakı reallaşdırdığı bir şüurlu çevrilişdir.
9Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı dəyanətli ol, onlara qarşı sərt davran. Onların çatacağı yer də cəhənnəmdir. Və o, nə pis dönüş yeridir.
Bu ayə sərbəst bir nəcm olub, Rəsulullahı kafir və münafiqlərə qarşı cihad etməyə, onlarla sərt davranmağa yönləndirir. Əhzab/60-62–də, “And olsun ki, əgər o münafiqlər və qəlblərində bir xəstəlik olan/zehniyyəti pozuq olan bu insanlar və Mədinədə ortalığı qarışdıranlar bu etdiklərindən əl çəkməzlərsə, qətiliklə onları kənarlaşdıraraq səni onlara müsallat edərik. Sonra onlar səninlə orada az bir zamandan artıq qonşu qala bilməzlər – Allahın izni ilə səndən öncə yaşamış kimsələr barəsində olduğu kimi, onlar harda rast gələrsə, yaxalanarlar və amansız qəddarlıqla öldürülərlər. Və sən Allahın qanununda/buyuruğunda qətiyyən bir dəyişiklik tapmayacaqsan!” – buyurularaq möminlərə döyüş açanlarla döyüşülməsi əmr edilmişdi. Burada isə, möminlərlə döyüş halında olmayanlarla cihad edilməsi istənilir.
Cihad “Allah tərəfındən qullarına verilmiş olan fiziki, maliyyə və zehni qüvvətləri Allah yolunda işlətmək, yəni Quranı anlamaq, anlatmaq, yaşamaq və tanıdıb yaymaq üçün güc sərf etmək” deməkdir və bu da məlumat, bədən və mal ilə edilir”.
Cihadın ən böyüyü isə Quran ilə edilən cihaddır:
- 52Elə isə kafirlərə itaət etmə və Furqan ilə onlara qarşı var gücünlə böyük bir cihad et, çalış! (Furqan/52)
İslam dininin tanıdılması, Quranın təbliğ və təbyin əsasına əsaslanır. “Elm ilə cihad” budur, bu fəaliyyətin adıdır. Buna “Quran ilə cihad” da deyilir. Yuxarıdakı ayədə Quran ilə cihadın “böyük cihad” olaraq xarakterizə edilməsi, Allahın “elm ilə cihad” mövzusuna nə qədər əhəmiyyət verdiyini göstərir.
Burada bəhs edilən cihad isə, Quran [gözəl öyüdlər] və Uca Allahın dininə dəvət ilə; münafiqlərə qarşı sərt davranaraq və axirətdəki hallarını bildirərək onlara xəbərdarlıq etməkdir.
10Allah kafirlərə Nuhun zövcəsi ilə Lutun zövcəsini nümunə göstərdi. Bu ikisi qullarımızdan iki saleh qulun alçaq zövcələri idilər. Sonra onlara xainlik etdilər. İkisinin də əri, peyğəmbər olmalarına baxmayaraq, Allahdan heç bir şeyi onlardan uzaqlaşdıra bilmədi. Və: “Girənlərlə birlikdə siz ikiniz də atəşə girin!” – deyildi.
11Allah inanan insanlara da Fironun zövcəsini nümunə göstərdi. Həmçinin o: “Rəbbim! Mənə nəzdində cənnətin içində bir ev qur, məni Firondan və onun əməlindən qurtar. Və məni bu şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmündən qurtar!” – demişdi.
12Və Allah namusunu bir qala kimi qoruyan, İmran qızı Məryəmi də nümunə göstərdi. Bax budur, Biz onu vəhyimizlə az da olsa bilikləndirdik. O da Rəbbinin kəlmələrini və kitablarını doğrulayıb, tətbiq etdi və həmişəlik hörmətdə duranlardan oldu.
Bu ayə qrupunda, İslamda nəslinin-kökünün əhəmiyyəti olmadığına; axirətdə heç bir kimsənin yaxınına, ya da əqrabasına heç bir fayda verməyəcəyinə dair bəzi nümunələr verilmişdir ki, bunlar Rəsulullahın həyat yoldaşlarından bəzilərinin, surənin girişində bəhs edilən, dövlət sirrini ifşa etməsinə də bir göndərmədir.
10-11-ci ayələrdə nümunə göstərilən üç qadından ikisi hərəsi bir peyğəmbərlə evlidir və ərlərinə xəyanət etmişdilər. Ona görə də (peyğəmbər zövcəsi olmalarına baxmayaraq) Rəbbimiz tərəfindən “iki saleh qulun alçaq arvadları idilər” ifadəsiylə həm pərt edilmişdilər, həm də cəzalandırılmışdılar. Nümunə göstərilən üçüncü qadın isə, bir kafirlə evli olan, Allahın dininə və elçisinə yardıma qaçan mömin bir qadındır. (Musanın cinayətindən sonra qaçmasını təmin edən və öldürmə planları qarşısında Musanı müdafiə edən kimsə (bxz. Mömin surəsi) bu qadın ola bilər.) 12-ci ayədə nümunə göstərilən qadın isə, bakirə, iffətli və mömin bir qadın olan Məryəmdir.
Din barəsində peyğəmbər oğlu və ya peyğəmbər atası olmağın da faydası yoxdur (Quranın müxtəlif yerlərində bildirildiyi kimi, İbrahim peyğəmbərin atası və Nuh peyğəmbərin oğlu müşrik idi):
- 45Və Nuh Rəbbinə səslənərək dedi ki: “Rəbbim! Oğlum mənim əhlimdəndir. Sənin vədin də, əlbəttə, haqdır. Və Sən, hakimlərin ən hakimisən”.
- 46Allah: “Ey Nuh! Şübhəsiz ki, o sənin əhlindən deyildir. Şübhəsiz ki, o, saleh olmayan bir işdir/o, saleh olmayan bir iş görmüşdür. Haqqında biliyin olmayan bir şeyi Məndən istəmə! Şübhəsiz ki, Mən səni cahillərdən olmaqdan çəkindirirəm” – dedi. (Hud/45, 46)
- 33–36Sonra, şiddətlə toqquşmanın çıxardığı qorxunc səs gəldiyi zaman… O elə bir gündür ki, adam qardaşından, anasından, atasından, həyat yoldaşından, oğullarından qaçar.
- 37O gün onlardan hər biri üçün, onu boş buraxmayacaq bir məşğulliyyət vardır. (Əbəsə/33-37)
- 33Ey insanlar! Rəbbinizin qoruması altına girin. Və atanın uşağına faydalı ola bilməyəcəyi, uşağın da atasına heç bir şeylə faydalı ola bilməyəcəyi gündən ürpərin. Şüphəsiz ki, Allahın vədi gerçəkdir. O halda keçici dünya həyatı sizi aldatmasın. Və qətiyyən, o çox aldadan sizi Allahla aldatmasın. (Loğman/33)
- 48Və heç bir kimsənin başqa bir kimsəyə hər hansı bir şey üçün qarşılıq ödəmədiyi, heç bir kimsədən köməyin, adam tapşırmağın qəbul edilmədiyi, kimsədən fidyənin alınmadığı və heç bir kimsəyə kömək olunmayan günə qarşı Allahın qoruması altına girin. (Bəqərə/48)
- 101Artıq Sura üfləndiyi zaman, bax budur, o gün aralarında nəsil-nəsəb əlaqəsi yoxdur, kimsə kimsədən bir şey istəyə bilməz də. (Möminlər/101)
- 171Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Və Allah haqqında doğrudan başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə “ilka” etdiyi/çatdırdığı kəlməsi və Özündən bir ruhdur, vəhy vasitəçiliyi ilə doğulmuş biridir. Artıq Allaha və elçilərinə inanın. Və: “Üçdür” – deməyin! Son verin! Belə sizin üçün daha yaxşı olar. Allah ancaq bir tək ilahdır. O, Özü üçün bir övlad olmasından arınmışdır. Göylərdə və yer üzündə olan hər şey yalnız və yalnız Onundur. “Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah yetər. (Nisa/171)
Belə xainlərin Rəsulullahın yaxın ətrafında da olması normaldır. Buradakı ismarıc, belələrinin ola biləcəyi reallığıdır. Bu xəbərdarlıqları nəzərə almayan Müsəlmanlar, əsrlərdir ki, bu ehtiyatsızlığın cəzasını çəkirlər.
Ən düzünü Allah bilir!
İstifadə olunmuş ədəbiyyat:
[1] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[2] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[3] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[4] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.