TƏKASÜR SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 30

1,2Çoxaltma yarışı, məzarlarınıza girənə qədər sizi əyləndirib başınızı qatdı.

3,4Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. Yenə, qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz.

5,6Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əgər qəti olaraq bilsəydiniz alovlu atəşi, tam əminliklə bilin ki, görəcəksiniz.

7Bir müddət sonra, onu, adi gözlə görürmüş kimi, real olaraq mütləq görəcəksiniz.

8Sonra, o gün siz, nemətlərə görə də, tam əminliklə bilin ki, sorğu-sual olunacaqsanız.

 

(16/102, Təkasür/1–8)