TƏKVİR SURƏSİNİN TƏBYİNİ

Bu surə Məkkədə enən 7–ci surədir. Adını birinci ayədəki “كوّرت  kuvvirət” sözündən almışdır. Sözün məsdəri “تكوير  təkviir”dir.

Biz Təbbət surəsinin təhlilində öyrənmişdik ki, peyğəmbərimiz, xalqı Səfa təpəsinə dəvət edərək, onları xəbərdar edir. Bunun müqabilində başda Əbu Ləhəb olmaqla bəzi azğın müşriklər, ilahi ismarıca qarşı çıxaraq, o ana qədər aralarında əxlaqı, dürüstlüyü və zehni sağlığı ilə əfsanələşmiş olan Məhəmməd Abdullah oğluna “məcnun” deyərək ittihamlar etmişlər, bununla da qane olmayaraq dükanda, bazarda onu təqib və təzyiq etmişlər. Onlar bu hərəkətləri ilə əslində, peyğəmbərimizə öz vəzifəsini icra etməkdə mane olurmuşlar.

Rəbbimiz Əbu Ləhəbin şəxsində bizə bu tip yalan sayanların aqibətini, mallarının və qurduqları qurğularının bu mübarizəyə zərər verə bilməyəcəyini bildirmişdi. Bu izahlar şübhəsiz, peyğəmbərimizin və ətrafındakı az sayda Müsəlmanın mənəviyyatını yüksəltmişdi. Amma bir də Əbu Ləhəb və onun kimilərinin qarışdırdığı ağıllar vardı. Bu cür ağıl sahiblərinin də inandırılması lazım idi.

Təkvir surəsində ağılları din düşmənləri tərəfindən qarışdırılmış bu cür insanların tərəddüdləri aradan qaldırılır, onlara lazımi xəbərdarlıqlar edilir, öyüdlər verilir.

Surə üç bölmədən ibarətdir:

  1. 1–14–cü ayələr qiyamət və məhşər səhnələrindən bəhs edən inzar [xəbərdarlıq] mahiyyətində olan ayələrdir;
  2. 15–25–ci ayələr Quran və peyğəmbərimizin mövqeyinin təsvir edildiyi ayələrdir;
  3. 26–29–cu ayələr isə öyüdlərdən ibarət olan ayələrdir.

 

Tərcümə:

Rəhman, Rəhim Allah adından

 

  • 1Günəş qatlanıb burulduğunda,
  • 2ulduzlar bulandığında,
  • 3Dağlar yeridildiyində,
  • 4Mənfəətlər və ən yaxşı gəlir mənbələri işə yaramaz (yararsız) olduqlarında,
  • 5canlılar ya­ra­dı­lış özəllıklərini itirdiklərində,
  • 6Dənizlər qaynadıldığında,
  • 7insanlar inanc və əməl­lə­rinə görə qruplaşdığında,
  • 8,9inim–inim inlədilənlərə, “Hansı günahına görə öl­dü­rüldüyü–həyatı məhv edildiyi?” soruşulduğunda,
  • 10əməl dəftərləri açılıb ya­yın­lan­dı­ğında,
  • 11göy sıyrılıb açıldığında,
  • 12cəhənnəm qızışdırıldığında
  • 13,14Və cən­nət ya­xın­laşdırıldığında hər kəs nə hazırladığını anlar.
  • 15–21Quranı dinləməmək üçün gizlənənlərin, qaçanların vəziyyətini, gerçəyi ört bas­dır etməyin–cəhalətin gedişini, aydınlığın–rəşidliyin (doğru yolu tutmağın, ağıllı ol­ma­ğın) gəlişini sübut göstərirəm ki, şübhəsiz bu, güclü, Ərşin–ən böyük taxtın sa­­hibinin yanında çox dəyər verilən, itaət edilən, güvənilən dəyərli bir elçi sö­zü­dür. 22Yoldaşınız dəli olan–gizli güclər tərəfındən dəstəklənən biri deyildir. 23And ol­sun O, Onu açıq üfüqdə gördü. 24O kimsənin görmədiyi, duymadığı, seç­mə­diyi, özünə verilən vəhylər haqqında xəsislik edən də deyildir. 25Bu, onun öz düşün­cə gü­cü­nün məhsulu olan söz də deyildir.
  • 26Vəziyyət belə ikən, siz haraya gedirsiniz? 27,28Bu, aləmlər üçün–sizdən doğru yolla getmək istəyənlər üçün öyüddən başqa bir şey deyildir. 29Aləmlərin Rəbbi olan Allah, sizin düşünməyinizi, öyüd almağınızı diləməyincə siz diləyə bilməzsiniz.

(7/81, Təkvir/15–29)

 

TƏHLİL:

  1. Günəş qatlanıb burulduğunda

“تكوير Təkviir” sözü, “ كوّرت kuvvirət” felinin məsdəri olub “كور kəvr” sözündən törəmişdir. Təkviryumru şəklə salmaq, toplamaq, sarıq sarıyırmış kimi burmaq, boxça kimi bükmək mənalarına gəldiyi kimi, devirmək, kürümək, yıxıb atmaq mənalarına da gəlir. [1] Bu söz ərəb dilindən fars dilinə və fars dilindən də türk dilinə “kor olmaq” mənasında keçmişdir. Sözün quruluşu [təfil babından olması] çoxluq, sıxlıq mənalarını ehtiva edir. Bu qəlib işin “çox” edildiyini ifadə edərək, felə “çox sarılmış, çox yuvarlanmış” mənasını qazandırır. Bu məqamlar nəzərə alındığında “Küvvirət” sözü ayədə “Günəş yaxşıca kortaldığında” mənasını ifadə edir.

2ulduzlar bulandığında, 3dağlar yeridildiyində, 4gəlirlər və ən yaxşı gəlir qaynaqları işə yaramaz olduqlarında

4–cü ayənin orijinalında keçən “عشأر işar” sözü on aylıq hamilə dəvələr üçün istifadə edilir. Ərəblər on aylıq hamilə dəvələri doğana qədər belə adlandırırlar. [2] Bu dəvələr həm süd, həm də bala verdiklərinə görə onlar üçün çox qiymətli sayılır, buna görə də bu hallarında onlara daha ciddi nəzarət edir və onları diqqətlə qoruyurlar. Ayə bu cür dəvələrin sərbəst, nəzarətsiz tərk edilməsini, çobansız və baxımsız buraxılaraq əhəmiyyət verilməməsini ifadə edir. Belə ki, qorxunc qiyamət hadisələri zamanı, dəvələrin sahibləri bu cür, ən qiymətli mallarını belə sərbəst, nəzarətsiz buraxıb qaçışacaqlar.

Ayənin orijinalındakı sözlərin hərfi mənası, “on aylıq hamilə dəvələrə əhəmiyyət verilməməsi” şəklindədir. “On aylıq hamilə dəvə” dedikdə ferma, fabrik, mədən, mehmanxana və s. kimi o günün insanlarının maddi maraqlarını və sahib olduqları ən yaxşı gəlir mənbələrini ifadə edir.

Bu ayənin ismarıcının dünyanın müxtəlif yerlərindəki ictimai mühitlərə fərqli–fərqli anladılması lazım gəlir. Ayənin əsas ismarıcı, o an gəldiyində hər kəsin çox dəyər verdiyi şeyləri tərk edəcəklərini, onlara əhəmiyyət verməyəcəklərini, onları unudacaqlarını bildirməsidir. Bu halda ayədəki ismarıc, bir sənaye ölkəsində “Fabriklər, zavodlar buraxılıb qaçıldığında…”, bir maliyyə mühitində “Banklar açıq buraxılıb qaçıldığında…”, dənizçiliyin üstünlük təşkil etdiyi bir mühitdə isə “Kapitan gəmisini tərk edib qaçdığında” şəklində anlaşılmalıdır.

   5canlılar yaradılış özəlliklərini itirdiklərində;

Ayədəki orijinal ifadələrin hərfi mənası, “vəhşi heyvanlar bir araya toplandığında” şəklindədir. Burada bu ifadə ilə qiyamətin dəhşətiylə vəhşi heyvanların belə, qoyun və quzu kimi bir arada toplanacaqları, beləliklə də bunların, özünə məxsus özəlliklərini (mənliklərini) itirəcəkləri bildirilir.

Normal şərtlərdə vəhşi heyvanların bir yerə toplanması mümkün deyildir. Amma qiyamət şərtlərində hər şey alt–üst olacaq, hər şey əsl xüsusiyyətini itirəcəkdir. Qorxunun verdiyi dəhşət ilə vəhşi heyvanlar belə çaşıb qalacaqlar, yaradılış özəlliklərinin əksinə davranacaqlar.

6dənizlər qaynadıldığında;

Surənin ilk altı ayəsində qiyamətin ilk mərhələləri anladılmışdır. Bu ilk mərhələlərin necə həyata keçəcəyi ilə əlaqədar olaraq müxtəlif elm sahələrinin mütəxəssisləri bir çox nəzəriyyələr irəli sürmüşlər. Bu nəzəriyyələrin irəli sürdüyü mərhələlər bir–birindən fərqli də olsa, hamısının ortaq fikri, son ayələrdə açıqlandığı kimi, hər şeyin normal axışından çıxacağı, kainatın nizamının pozulacağı, qısacası qiyamətin qopacağı şəklindədir. Bu nəzəriyyələr, hələ bir ehtimal mahiyyətində olsa da, ümumi və ən əsas vacib tərəfi, Quranın bildirdiyi qaçınılmaz sonun hamısı tərəfindən də qəbul edilməsidir.

Qiyamətə aid səhnələr başqa təfərrüatlar da verilərək qarşıda xeyli çox ayədə qarşımıza çıxacaqdır. Məsələn, İbrahim surəsinin 48–ci ayəsində bu səhnə belə anladılır:

  • 48–51O gün, Allahın, hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün, yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də. Və onlar, tək və gücünə qarşı dayanılmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün, günahkarları zəncirə vurulmuş olaraq görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz Allah, hesabı çox tez görəndir.                                                                                               (İbrahim/48)

7insanlar inanc və əməllərinə görə qruplaşdığında;

Ayənin orijinalındakı ifadənin hərfi mənası, “nəfslər eyniləşdirildiyində” şəklindədir. Vaqiə/7–yə (127–ci nəcm) görə buradakı eyniləşdirmə, “sağçılar, solçular və öncülər” şəklində insanların öz aralarındakı eyniləşdirmədir, birləşdirmədir, yəni qrup–qrup toplaşmaqdır.

Bu ayədən etibarən qiyamət səhnələri bitmiş, məhşər səhnələri anladılmağa başlanmışdır.

Ayədəki “Nəfslərin uyğunlaşdırılması” ifadəsi haqqında müxtəlif izahlar edilmişdir. “Ruhlar bədənləriylə birləşdirildiyində”, “Hər kəs əməllərində öz bənzərləriylə birləşdirildiyində”, “Möminlər hurilərlə birləşdirildiyində”, “Yəhudi Yəhudi ilə, Xristiyan Xristiyan ilə birləşdirildiyində”, “Canlar əməlləriylə birləşdirildiyində” şəklindəki izahlar bunlardandır.

Ayədəki “زوّجت  zuvvicət” kəlməsi, bir araya gətirmək deməkdir. Amma hər hansı iki şeyi bir araya gətirərək bir cüt meydana gətirmək deyil, bir şeyi misliylə, simmetrik tayı ilə bir araya gətirmək, bir dəst meydana gətirmək deməkdir. Eyni kəlmə, Şura surəsinin 50–ci ayəsində bir bətindəki/ana qarnındakı birdən çox uşağı ifadə etmək üçün, Vaqiə surəsinin 7–ci ayəsində isə məhşərdə dirildilən insanların üç qrupda toplanmalarını ifadə etmək üçün işlədilmişdir.

Təkvir surəsinin bu ayəsində də məhşər səhnə kimi təsvir edildiyinə görə, Vaqiə surəsinin 7–ci və sonrakı ayələri bu ayənin incəlikləri olaraq düşünülə bilər. Bu halda, ayədə keçən eyniləşdirmənin Vaqiə surəsindəki “sağçılar, solçular və öncülər” şəklində öz aralarındakı eyniləşdirmə ilə eyni olduğunu söyləmək mümkündür.

  • 1–7 ola­caq o vaqeə ol­duğu zaman–ki, o vaqeənin olması üçün ya­lan söy­lə­yən yoxdur. O vaqeə, alçaldıcıdır, yüksəldi­ci­dir–yer üzü şiddətlə sarsıl­dıq­ca sar­sıl­dığı və dağlar ova­landıqca ovalanıb toza dumana dön­dəril­diyi zaman və sizlər üç paralel sinif ol­du­ğunuz zaman .                                                                                                           (Vaqiə/1–7)

 

8,9iniminim inlədilənlərə, “hansı günahına görə öldürüldüyü/həyatı məhv edildiyi?” soruşulduğunda,

Ayənin orijinalında keçən “ موؤدة  Məvudə”, “ وئد  Vəəd” kökündən törəmişdir. “وئد  Vəəd”,  şiddətli, yüksək, gur səs, avaz, uzaqdan eşidilən uğultu deməkdir.[3]

Məvudə sözünü başa düşmək üçün əsasən, cahiliyyə Ərəblərının qız uşaqlarını diri–diri torpağa basdırmaq kimi qeyri insani adətlərinə diqqət çəkilir.

Bunu niyə etdikləri barədə müxtəlif fikirlər deyilir. Bunlardan biri və fikrimizcə, daha inandırıcı olanı kasəblıq və borcluluq olmasıdır. Bu mövzu Ənam/151 və İsra/31 kimi başqa ayələrdə də yer almışdır.

Bununla bərabər, Ərəblər arasında qız uşaqlarını bu şəkildə torpağa basdırmağı təqdir etməyənlər də vardı. Məsələn, Bəni Təmim tayfasından olan, məşhur Ərəb şairi Farazdakın atası Sasaa b. Naciyə əl–Mücaşi adlı şəxs, öz tayfasından torpağa basdırılacaq qız uşaqlarını fidyə ilə qurtarırmış.

Bu ayələrdə diqqət edilməsi gərəkən bir məqam da var. Bu insanı diri–diri torpağa basdırmaqla işlənən cinayətin nə səbəbə törədilməsi sualının öldürənə deyil, öldürülənə yönəldilməsidir. Yəni hesab günündə sual günahsız, qoruyucusuz, məzlum qıza soruşulur. Bu o deməkdir ki, cinayəti işləyən qatilə heç söz haqqı belə verilməyəcək! Bu ifadə ilə həm “Tariz” sənəti tətbiq edilmiş, həm də bu qatillərə məhşərdə düşəcəkləri vəziyyətlə əlaqədar şiddətli bir xəbərdarlıq edilmişdir.

Ayələrdə, diri–diri torpağa basdırmaq surətiylə işlənən cinayətlər örnək göstərilərək, əslində şəkli nə olursa olsun, uşaqların qəsdən öldürülmələrinin böyük bir günah olduğu anladılır.

Qeyd edək ki, tərcüməçilər ayədəki “və iza’l–məv’udəti suilət” ifadəsini “diri–diri torpağa basdırılan qıza soruşulduğunda” deyə tərcümə edirlər. Lakin bu, ayənin ismarıcını daraldır. İfadənin gerçək mənası, “təzyiq, əziyyət nəticəsində imkanları daralan, təhsil–təlimdən, iş imkanlarından və fürsətlərindən məhrum edilən, bu səbəbdən də sıxıntılı, səviyyəsiz bir həyat sürmək məcburiyyətində qalan, ömrü ah–vay ilə inim–inim inləyərək, sızıldayaraq keçən, qız, oğlan və yetkin hər kəs” deməkdir. Bu cür sosial cinayətlərin də eyni günaha şamil olduğu buradan aydın olur.

Bu cür hallar sinfi, irqi, dini, mədəni, milli, siyasi ayrı seçkiliklər, repressiyalar, işğalçılıq müharibələri, qaçqınlıq, məcburi köçkünlük, blokada və s. kimi kütləyə yönəlik cinayətlər olduğu kimi, digər səbəblər də ola bilər. Ona görə də burada mütəxəssis araşdırmasına ehtiyac var: –Bu qrupa kimlər və hansı səbəblərdən düşə bilər? Bu səbəblərin aradan qaldırılması üçün insanlar nə etməlidirlər? Bu səbəblərin aradan qaldırılmasına cəhd göstərilməsi İslamın tövsiyələrindəndir.

 

10əməl dəftərləri açılıb yayınlandığında,

 

Bu ayə əməl dəftərlərinin sadəcə açılmaqla qalmayıb, eyni zamanda nəşrinin də ediləcəyini, yəni müxtəlif yollarla hər kəsə bildiriləcəyini də ifadə edir. Bu halda, əməl dəftərlərində yazılı olan həm yaxşı, həm də pis əməllərin, yalnız onun sahibi ilə Allah arasında qalmayıb, bütün məhşər xalqı tərəfindən öyrənilməsinə diqqət çəkilir. Bunun incəlikləri irəlidə Nəml surəsində gələcəkdir.

 

11göy sıyrılıb açıldığında, 12cəhənnəm qızışdırıldığında 13,14və cənnət yaxınlaşdırıldığında hər kəs nə hazırladığını anlar.

 

Məhşərlə əlaqədar olaraq təsvir edilən bu kompozisiyada inzar [xəbərdarlıq] edilərək, insanlardan ağıllarını başlarına almaları istənilir. Bu qısa səhnələr və xəbərdarlıqlar ilk edilənlərdir. Daha sonrakı surələrdə bunlar daha incəliklərinə qədər veriləcəkdir.

 

15–21Quranı dinləməmək üçün gizlənənlərin, qaçanların vəziyyətini, həqiqəti ört–basdır etməyin–cəhalətin gedişini, aydınlığın–rəşidliyin gəlişini sübut göstərirəm ki, şübhəsiz bu, güclü, Ərşin/ ən böyük taxtın sahibinin yanında çox dəyər verilən, itaət edilən, etibar edilən dəyərli bir elçi sözüdür. 22Yoldaşınız, gizli güclər tərəfindən dəstəklənən/dəli deyildir. 23And olsun o, gördüklərini özü açıq–aydın üfüqdə ikən; könlü yalan saymadan, gözü çaşmadan və azmadan gördü. 24O heç kimin görmədiyi, eşitmədiyi, seçmədiyi, ona verilən vəhylər haqqında xəsis də deyildir.25Bu, öz düşüncə qabiliyyətinin məhsulu olan söz də deyildir.

 

Ayənin orijinalındakı ifadələrin “həqiqi” mənası, “İndi o sinənlərə, o axıb–axıb yuvasına gedənlərə, yönəldiyi an gecəyə, nəfəsləndiyi an sabaha and içirəm ki,” şəklindədir. Biz məcazi mənalarını verdik.

 

Ayələrin hər birində mütəşabih ifadələr vardır. Bizə görə ayələrdəki:

 

  • “nüfuz edənlər” ilə “Qurandan qaçanlar”,
  • “axıb–axıb gedənlər” ilə “İslama qoşulanlar”,
  • “yönələn gecə” ilə “küfrün bitməsi”,
  • “nəfəslənən səhər” ilə də “cəmiyyətin xoşbəxtliyə çatması” nəzərdə tutulur.

Bundan sonra da belə mütəşabih ifadələrlə sıx–sıx qarşılaşacağıq.

Qənaətimizə görə, 15–25–ci ayələri ehtiva edən bu bölmə, Fəcr surəsindən sonra və Duha surəsindən əvvəl enmiş olmalıdır. Belə ki, “fəcr”dən sonra səhər, səhərdən sonra da quşluq vaxtı [duha] olur.

 

Biz Təbbət surəsinin təhlilində öyrənmişdik ki, peyğəmbərimiz, xalqı Səfa təpəsinə dəvət edərək, onları xəbərdar edir. Bunun müqabilində başda Əbu Ləhəb olmaqla bəzi azğın müşriklər, ilahi ismarıca qarşı çıxaraq, o ana qədər aralarında əxlaqı, dürüstlüyü və zehni sağlığı ilə əfsanələşmiş olan Məhəmməd Abdullah oğluna “məcnun” deyərək ittihamlar etmişlər, bununla da qane olmayaraq dükanda, bazarda onu təqib və təzyiq etmişlər. Onlar bu hərəkətləri ilə əslində, peyğəmbərimizə öz vəzifəsini icra etməkdə mane olurmuşlar.

Rəbbimiz Əbu Ləhəbin şəxsində bizə bu tip yalan sayanların aqibətini, mallarının və qurduqları qurğularının bu mübarizəyə zərər verə bilməyəcəyini bildirmişdi. Bu izahlar şübhəsiz, peyğəmbərimizin və ətrafındakı az sayda Müsəlmanın mənəviyyatını yüksəltmişdi. Amma bir də Əbu Ləhəb və onun kimilərinin qarışdırdığı ağıllar vardı. Bu cür ağıl sahiblərinin də inandırılması lazım idi.

Ayələrin hərfi mənalarına görə də kainatdakı ulduzlara, planetlərə, möhtəşəm sistemlərinə və bütün bunları yaradan gücə diqqət çəkilərək, “Baxın, bu gücün sahibi sizə açıqlayır ki…” deyilir.

15 və 16–cı ayələrlə əlaqədar təhlil:

 

15–ci ayədə “nüfuz edənlər” deyə tərcümə etdiyimiz kəlmənin Ərəbcəsi “hunnəs”dir. “Hunnəs“ sözünün axının tərsi, pusma, büzülmə, sinmə, geriləmə kimi mənaları var. 16–cı ayədə “yuvalarına girənlərə” deyə tərcümə etdiyimiz deyim isə Ərəbcə “kunnəs”dir. Kunnəs sözünə müəyyən bir güzərgaha, yuvaya girmək, hərəkət halındakı cismin yuvası mənaları verilir. 16–cı ayədəki “axın” sözünü isə ”cərəyan” kökündən törəyən “cariyə” kəlməsi qarşılayır. Elm ancaq XVII əsrdə cazibə qüvvəsinin vacibliyini kəşf etmişdir. 15 və 16–cı ayələr diqqətlə araşdırıldığında, bu ayələrin cazibə qüvvəsinə, cazibə ilə hərəkət arasındakı uyğunluğa işarət etdikləri anlaşılır. Həm atomun nüvəsi, həm də planetlərin ortasındakı Günəş, sinmiş, büzülmüş bir halda duraraq, atomdakı nüvə elektronları, Günəş sistemindəki Günəş isə planetləri öz içinə çəkərək, onları da sindirməyə, büzdürməyə çalışır. Biz bu gücə cazibə, yerin cazibə qüvvəsi deyirik. Mərkəzdəki sinmiş nüvələr (Günəş), ətraflarındakı elektronları (planetləri) özləriylə birləşdirmək, bütünləşdirmək istəyərək onları da büzməyə, özləri kimi sindirməyə yönəlik qüvvəmərkəzəqaçma qüvvəsi tətbiq edirlər. Beləliklə Təkvir surəsinin 15–ci ayəsində keçən ‘hunnəs’ kəlməsinin cazibə qüvvəsini ifadə etdiyi heç bir çətinlik çəkmədən anlaşılır.

Atomun nüvəsinin cazibə qüvvəsinə baxmayaraq, elektronlar nüvəyə yapışmaz. Günəşin cazibə qüvvəsinə baxmayaraq da, planetlər Günəşə yapışmaz. Elektronları nüvəyə yapışmaqdan, həmçinin planetləri də Günəşə yapışmaqdan qurtaran, elektronların və planetlərin hərəkətidir. Təkvir surəsinin 16–cı ayəsində keçən “cariyə“ kəlməsi axmanı, hərəkəti ifadə edir. Bu, cazibə qüvvəsindən qurtaran, xilas edən, ünsürü mərkəzdənqaçma qüvvəsini ifadə etməsi baxımından çox önəmlidir. Bu iki ayrı təsir qüvvəsi sayəsində elektronlar öz yuvalarında, orbitlərində, planetlər də öz yuvalarında, orbitlərində hərəkət edirlər. Bu yuvada olmağı da 16–cı ayədəki “kunnəs“ kəlməsi möcüzəvi bir şəkildə ifadə edir. Beləliklə Quran, yerin cazibə qüvvəsindəki mərkəzə çəkməni, yəni mərkəzə qaçma qüvvəsini “hunnəs“ kəlməsiylə, bu qüvvədən qurtarmağı təmin edən hərəkət ünsürünü, yəni mərkəzdənqaçma qüvvəsini “cərəyan“ kəlməsiylə, hər iki ünsür sayəsində uyğun orbitlərdə olmağı da “kunnəs“ kəlməsiylə ifadə edir. Beləcə Quran, yerin cazibə qüvvəsi ilə əlaqədar terminologiyanın hələ olmadığı bir dövrdə, yerin cazibə qüvvəsi ilə əlaqədar vəziyyəti açıqlayır.”[4]

 

19–21Şübhəsiz bu, güclü, Ərşin Sahibinin yanında çox etibarlı, itaət edilən, güvənilən bir elçi sözüdür.

Ərş, “ən böyük, ən yüksək məqam taxtı” deməkdir. Quranda 26 dəfə keçir. Bunlardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusif surəsində Yusif peyğəmbərin taxtı olmaqla qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq Allahın taxtı olaraq keçir. Burada ərşin, məcaz olaraq Allaha aid olaraq istifadə edilməsi, Allahın ən yüksək məqam sahibi olmasını, Ondan üstün bir idarəçinin olmadığını bəyan edir.

Ayədə keçən “انّه  O” əvəzliyi Qurana işarət edir. Quran, bir elçinin sözləriylə təbliğ edildiyi üçün “قول رسول  Elçi sözü”dür. Amma “Elçi sözü”, elçilik edən şəxsin öz sözü deyildir. “Elçi sözü”, elçilik edən şəxsi elçi yollayan güc, vəzifəli, söz sahibi tərəfindən özünə əmanət edilən ismarıcdır, yəni elçi yollayan gücün, vəzifəlinin, söz sahibinin sözüdür. Amma bir çox tərcümə və təfsirdə, “Elçi sözü” ilə “Məhəmmədin sözü” arasındakı incəliyə fərq qoya bilməyənlər, ayədə keçən “Elçi sözü” ifadəsi ilə Cəbrayılın nəzərdə tutulduğunu yazırlır. Əslində isə Elçi Məhəmməd (əs), özünün deyil, onu elçi olaraq seçən, elçi yollayan gücün, vəzifəlinin, söz sahibinin ismarıcını çatdırır. Üstəlik bu elçi, Allah qatında etibar edilən, inanılan və itaət ediləcək bir elçi olduğu üçün, “Elçi sözü” olaraq çatdırdığı ismarıclara da etibar edilməli, inanılmalı və itaət edilməlidir. Belə ki, Ələq surəsində “Yaradan Rəbbinin adından öyrən–öyrət!” əmrini alan peyğəmbərimiz, təbliğinə Fatihə surəsinin ilk ayəsi olan “Rəhman və Rəhim Allahın adından” cümləsiylə başlamışdır. Yəni elçinin sözləri, Allahın özünə vəhy etdiyi sözlərdən başqa bir şey deyildir.

 

22, 23Yoldaşınızı cin çarpmış deyildir. And olsun o, Onu açıq üfüqdə ikən… könlü yalan saymadan, gözü çaşmadan və azmadan gördü.

Bir çox təfsir və tərcümədə, bu ayə ilə əlaqədar olaraq da Qurandakı digər surə və ayələrə uyğun olmayan izahlar görmək mümkündür. Ayədəki  “رآه  hu [o]” əvəzliyi xəyali Cəbrayıla göndərilərək ciddi xəta edilmişdir. Halbuki bu ayədə bəhs edilənlər, Nəcm surəsinin 118–ci ayələrində daha geniş açıqlandırılmışdır. Əslində 15–25 ayələr, Nəcm/ 18–ci ayənin davamıdır və öz yerində dəyərləndirilməzsə, qətiyyən başa düşülməz. Çünki, “رآه Raahu” daki əvəzliyə mərci tapmaq olmaz. Nəcm 18–in davamı olaraq ələ alınırsa “هُ Hu” əvəzliyi 11–ci ayədəki “ما رآ  ma raa” ifadəsindəki

“ما  ma”ya raci olur və ifadələr məna qazanır.

23–cü ayədəki “بالافق المبين bil ufuqıl mübiyn” ifadəsi cümlədə hal zərfi olub, Rəsulullahın vəhy anındakı vəziyyətini ifadə edir. Burada Məcaz–i Mürsəl olaraq bir yerdən bəhs edilməyib, haldan (xüsusiyyətdən) bəhs edilir. Əks halda Allaha məkan şamil edilmiş olur.

Rasulullahın o halı isə Nəcm surəsində “11Könlü, gördüyünü yalan saymadı; 17Göz çaşmadı və azmadı.” deye açıqlanmışdır. Yəni ilk vəhy anında olanların bir zənn [sanmaq], bir yuxu, bir xəyal, bir qarabasma olmadığı, sağlam düşüncənin qətiyyən yanılmadığı vurğulanmışdır.

Bu ayədə bəhs edilənlərin ilk bölməsi, Nəcm surəsinin 1–18–ci ayələridir. Bu ayələr, bu təspit nəzərə alınaraq oxunmalıdır:

 

  • 1Qrup–qrup enmiş ayələrin hər bir enməsini sübut göstərirəm ki, 2yoldaşınız azmamışdır, çaşmamışdır. 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri–enən o ayə qrupları, özünə vəhy edilən vəhydən başqa bir şey deyildir. 5Yoldaşınıza o danışdıqlarını müdhiş qüvvətləri olan, üstün ağıl sahibi, hegemonluq qurmuş  olan öyrətdi.
  • 6,7Və müdhiş qüvvətləri olan, üstün ağıl sahibi olan və hegemonluq qurmuş olan ən yük­sək üfüqdə idi. 8,9Sonra yaxınlaşdı və dərhal sallandı. Birində iki yay uzun­luğu qədər, digərində də daha yaxın olmuşdu. 10Dərhal da quluna, 14son gilas ağa­cının yanında 15–ki, yanında oturmağa dəyər qonaqlama yeri vardır– vəhy et­diyini vəhy etdi. 16O zaman gilas ağacını bürüyən bürüyürdü. 11Könlü, gör­dü­yü­nü yalan saymadı. 12Onun gördüyü şeydən şübhəmi edirsiniz?–Onun gördü­yü şey haq­qında Onunla mücadiləmi edirsiniz?
  • 13And olsun onu, başqa bir enişdə daha gördü. 17Göz çaşmadı və azmadı. 18And olsun, Rəbbinin əlamətlərinin–nümunələrinin ən böyüyünü gördü.             (Nəcm/ 1–18) 
  • 15–21Quranı dinləməmək üçün gizlənənlərin, qaçanların vəziyyətini, həqiqəti örtbasdır etməyincəhalətin gedişini, aydınlığınrəşidliyin gəlişini sübut göstərirəm ki, şübhəsiz bu, güclü, Ərşin/ ən böyük taxtın sahibinin yanında çox dəyər verilən, itaət edilən, etibar edilən dəyərli bir elçi sözüdür.22Yoldaşınız, gizli güclər tərəfindən dəstəklənən/dəli dey 23And olsun o, gördüklərini özü açıq–aydın üfüqdə ikən; könlü yalan saymadan, gözü çaşmadan və azmadan gördü. 24O heç kimin görmədiyi, eşitmədiyi, seçmədiyi, ona verilən vəhylər haqqında xəsis də deyildir.25Bu, öz düşüncə qabiliyyətinin məhsulu olan söz də deyildir.                                   (Təkvir/ 1525

Buradan anlaşılır ki, peyğəmbərimizin gördüyü Cəbrayıl deyil, Rəbbimizin böyük bir təcəllisi, böyük bir ayəsidir. Bu xüsus Nəcm surəsinin təhlilində geniş araşdırılacaqdır.

 

24O heç kimin görmədiyi, eşitmədiyi, seçmədiyi, ona verilən vəhylər haqqında xəsis də deyildir.

Ayədə keçən “zanin” sözünün birinci mənası, sahib olduqlarını başqalarına verməkdən, başqalarıyla paylaşmaqdan qaçınan deməkdir. Biz də bu mənası tərcih edərək, sözü “xəsis” olaraq çevirməyi uyğun gördük. Sözün ikinci mənası isə “ittiham edilən, günahkar sayılan, töhmət altında tutulan, şübhəli” deməkdir.

Sözün birinci mənası əsas alındığında ayə, peyğəmbərimizin qeyb haqqında xəsis olmadığı yolunda bir hökm ifadə edir. İlk baxışda qeybin Allahdan başqa heç kimsə tərəfindən bilinəməyəcəyi kimi Quran təliminə zidd kimi görünürsə də, peyğəmbərimizin bu qeyb biliklərini Allahdan vəhy yoluyla almış olduğu həqiqəti bu ziddiyyəti ortadan qaldırır. Çünki Uca Allah qədim cəmiyyətlərə aid bəzi xəbərləri, peyğəmbərimizin ətrafında cərəyan edən hadisələri, qiyamət, cənnət və cəhənnəm ilə əlaqədar bəzi səhnələri peyğəmbərimizə vəhy etmiş, o da bu vəhyləri ayələr halında insanlığa təbliğ etmişdir.

Ayədə peyğəmbərimizin vəhy yoluyla özünə bildirilən qeyb xəbərlərini insanlığa təbliğ edərkən xəsislik etmədiyi anladılaraq və “Yoldaşınız Məhəmməd, özünə vəhylə bildirilən qeybə aid bilgilərdə xəsis deyildir. O xəbərləri özünə saxlamaz, sizlərlə paylaşar” ismarıcı verilir.

Sözün ikinci mənası əsas götürüldüyündə isə ayə belə açıqlana bilir: “Yoldaşınız Məhəmməd (as), özünə vəhylə bildirilən qeybə aid mövzularda, “sən bu bilgiləri kahinlik edərək, kahinin birindən, ya da Tövrat və ya Zəburdan alaraq bizə söyləyirsən” kimi bir itthamla günaha batmış da deyildir.”

Bu mənaların ikisi də doğrudur və hər ikisi birdən ayənin tərcüməsində işlədilə bilir.

25Bu, öz düşüncə qabiliyyətinin məhsulu olan söz də deyildir.

Ayədə keçən “شيطان رجيم  qovulmuş şeytan”, insanın içindəki düşünmə qabiliyyətidir. Bu qabiliyyət eyni zamanda İblis deyə də adlandırılır. Ayədə bu ismarıcları/vəhyləri Məhəmmədin özünün uydurmadığı vurğulanır. Bu barədə daha geniş məlumat almaq üçün İblis [Şeytan–ı Racim] ilə əlaqədar aşağıdakıların yaxşı anlaşılması lazımdır.

İblis Nədir və ya Kimdir?   

İblisi tanımaq üçün ilk əvvəl şeytanı tanımaq lazımdır. Bu səbəblə şeytan sözünün Quran bağlamında doğru anlaşılması lazımdır.

“شيطان  Şeytan”, lüğəti mənası olaraq “Haqqdan uzaq olan” deməkdir. Məfhum olaraq isə, “Haqqa və ağla zidd hərəkət edən hər cür insan, güc və qurumun ortaq və xarakteristik adı”dır.

Şeytanın kimlər və ya nələr ola biləcəyi, özəllikləri və ayırd edici xüsusiyyətləri Quranda təfərrüatı ilə mövcuddur. Qurana görə şeytan:

– Haram yeməyi, haqsız qazanc əldə etməyi məsləhət bilən/əmr edən;

– Pislik, həyasızlıq və Allah haqqında bilmədiyimiz şeyləri söyləməyimizi təlqin edən;

– Bizi fəqirliklə qorxudan;

– Bizi yanlış və yersiz düşüncələrə düşürən;

– Allahın yaratdıqlarını dəyişdirməyi əmr edən;

– İnandırmaq üçün bizə ulduzlu sözlər pıçıldayan;

– Vəsvəsə verib təhrik edən, zehin bulandıran;

– Etdiyimiz əməllərimizlə bizim həddimizi aşmağımıza səbəb olan;

– Bizi azdıran;

– İçki/narkotika və qumarla, aramıza düşmənçilik və kin salmaq istəyən;

– Bizi Allahı anmaqdan və Ona qulluq etməkdən çəkindirmək istəyən insanlar və güclərdir.

Bu təriflərə görə şeytan, yan–yörəmizdə yaşayan, gördüyümüz, bildiyimiz biriləri ola biləcəyi kimi, görə bilmədiyimiz, amma içimizdə hiss etdiyimiz bir qüvvə də ola bilər. Elə Rəbbimiz də şeytanın insanlar və görünməz güclərdən [enerjidən] olduğunu bildirir. Şeytan–i Racim [İblis] də onlardan biridir.

  • Beləlikə Biz, hər peyğəmbər üçün gizli–açıq şeytanlarını düşmən etdik  … (Ənam 112)

Ənfal surəsinin 48–ci ayəsində keçən “شيطان  şeytan” sözü isə, deyilənlərə görə, o gün üçün Məkkəliləri təhrik edən Bəni Kənanə qəbiləsinə bağlı Müdlic Oğullarından Süraka b. Malik b. Cuşum adlı biri üçün işlədilmişdir.

  • 48,49Həmçinin o münafiqlər və qəlblərində xəstəlık olan–zehniyyəti pozuq kimsələr, “Bu adamları dinləri aldatdı” dedikləri sırada, o pis niyyətli rəhbər, onlara əməl­lə­rini cazibəli göstərmiş və onlara, “Bu gün sizi insanlardan pozğuna uğradacaq kim­­sə yoxdur və mən də sizin yardımçınızam” demişdi. Sonra da, nə zaman ki, iki ca­­maat bir–birini gördülər, o, iki topuğu üstündə geri döndü və: “Şübhəsiz mən siz­dən uzağam. Şübhəsiz mən, sizin görmədiyinizi görürəm, şübhəsiz mən, Allah­dan qorxuram” dedi. Və Allah, sonlandırması/ cəzalandırması çox şid­dət­li olandır. Və hər kim Allaha işin nəticəsini həvalə edərsə, bilsin ki, şübhəsiz Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qa­lib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.                         (Ənfal/ 48, 49)

Burada Allahın gözəl sifətlərindən bir neçəsi yenə təqdim edilir:

Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qa­lib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

Tarix və siyər kitabları araşdırılaraq, Bədir savaşının incəlikləri diqqətlə təhlil edildiyində adı verilən adamın ayədə qeyd edildiyi kimi əvvəl müşriklərə cəsarət və dəstək verdiyi, sonra da onları üz üstə buraxdığı görünəcəkdir.

Bəzi qədim təfsirçilər, əlaqədar ayədə keçən “şeytan” sözü ilə Sürakanın qəsd edildiyini, ancaq Bədir savaşındakı Sürakanın real Süraka olmayıb, Süraqa cildinə girmiş şeytan olduğunu, beləliklə də Quranın əslində Süraka cildinə girmiş olan “şeytan”ı işarə etdiyini irəli sürmüşdülər. İddialarını istinad etdikləri dəlil və səbəblər, real Sürakanın döyüşə getmədiyi, hətta döyüşdən xəbəri belə olmadığı yolunda özünün etdiyi bir izahdır. Ancaq, irəli sürülən bu iddianın nə dəlili, nə də səbəbi inandırıcıdır. Çünki, əsgəri bir nüfuz olan Sürakanın, o günkü Məkkənin bir neçə min evlik nüfuzu içində yaşayaraq, günümüzdəki əsgərlərin musiqiçilər dəstəsinə bənzəyən qruplar tərəfindən çalınan cəng havalarını və şair qadınlar tərəfindən nümayiş etdirilən döyüşə təhrik edən şer və göstərişləri eşitməməsi, qısacası döyüşdən bixəbər olması məntiqə uyğun deyildir.

Şeytani özəllikləri olan insanları “şeytanolaraq adlandıran Qurandan bir nümunə də Bəqərə surəsinin 14–cü ayəsidir:

  • 14Onlar, inanmış kimsələrlə rastlaşdıqları zaman da, “İnandıqdedilər. Pis niyyətli başçılarıyla baş–başa qaldıqlarında isə, “Şübhəsiz biz sizinlə bərabərik, biz sadəcə lağlağılıq edərək əylənirdik” dedilər.                                                                                              (Bəqərə/14)     

Bu ayədə haqqında söhbət açılan şeytanlar da münafiqlərə [ikiüzlülərə] ağıl verən insanlardır.

Bir nümunə də Ali–İmran surəsinin 175–ci ayəsində keçən “şeytan” ifadəsidir ki, klassik əsərlərdə bu şəxsin Nuaym b. Məsud adlı bir müşrik olduğu qeyd edilir.

Şeytan–i Racim

Bir çox təfsirçi “şeytan” ilə “الشّيطان الرّجيم  Əş–Şeytanir–rraciim”i bir–birinə qarışdıraraq  ikisinin də eyni olduğunu düşünür. Əslində isə “Şeytan–i Racim”, əsas mənadakı şeytan anlayışı ilə ifadə edilən xüsusiyyətlərdən fərqli, daha başqa xüsusiyyətlərə də malik olan özəl bir şeytanın sifətidir, necəliyidir. Bu özəlliyi səbəbiylə Quran tərəfindən özünə Şeytan–i Racim adı verilən bu şeytanın özəl adı “ابليس  İblis”dir. Başqa sözlə desək, İblis, etdiyi şeytanlıqdan dolayı Rəbbimiz tərəfindən “Şeytani–rracim [Qovulmuş Şeytan]” olaraq adlandırılan bir varlıqdır. [Hicr/34, Sad/77, Təkvir/25 və Nəhl/98–ci ayələrə baxa bilərsiniz.]

Quran şeytani xüsusiyyətlər göstərən insanları “şeytan” deyə xarakterizə etdiyi kimi, eyni şeytani xüsusiyyətləri göstərdiyi üçün Bəqərə/36, Əraf/14,15, İsra/64–cü ayələrdə olduğu kimi İblisi də “şeytan” olaraq xarakterizə etmişdir. Ancaq Quran Bəqərə/34, Əraf/11–27, Hicr/28–44, İsra/61–65, Kəhf/50, Ta–Ha/116–123, Sad/71–85, Şüəra/94, 95, Səba/15–21–ci ayələrdə olduğu kimi İblisdən öz məxsusi adı ilə də bəhs etmişdir. Saffat surəsinin 7–ci ayəsində isə boyun əyməməsi, itaət etməməsi və inadcı olması səbəbiylə İblisi “شيطان مارد  Şeytani Marid” olaraq xarakterizə etmişdir.

Racim

“رجيم  Raciim” sözünün məsdəri “رجم  racm”dir. Bu sözün ilk mənası “قتل  qətələ”– öldürmək deməkdir. Öldürməyə “rəcm” deyilməsinin səbəbi o idi ki, Ərəblər öldürəcəkləri kimsəni daşlayaraq öldürürdülər. Sonralar hər öldürmə hadisəsinə “rəcm” deyilmişdir. Quranda yeri olmamasına rəğmən, zina günahkarlarına verilən cəzanın adı da buradan irəli gəlir. Belə ki, “Rəcm” sözü və onun törəmələri Quranda 14 dəfə yer almasına baxmayaraq, heç bir yerdə bu mənada işlədilməmişdir.

“Öldürmək” mənasından başqa “rəcm” sözü bu mənalarda da istifadə edilmişdir: “Daş atmaq”, “lənət etmək”, “söymək, eyiblərini üzünə vurmaq”, “hicran”, “qovub çıxarmaq, qovmaq”, “şübhə və şübhəyə əsaslanan söz söyləmək.”[5]

Bu mənaların hamısı da uyğun hesab edilərək Şeytana, “İsm–i Məful” mənasıyla “daşlanmış şeytan”, “lənətlənmiş şeytan”, “qovulmuş şeytan”, “söyülmüş şeytan” deyilmişdir.

Ancaq “Rəcm” sözünün yuxarıdakı mənalarından biri olan və şeytanın tərzini ən yaxşı ifadə edən “şübhə və şübhəyə əsaslanan söz söyləmək” mənası bizə görə ən tərcih edilə bilənidir. Bu mənası əsas götürərək, “Racim” kəlməsinə verilə biləcək ən uyğun qarşılıq sözlər, İsm–i Fail olaraq mənalandırılan “qatil şeytan, üzü–astarı olmayan söz söyləyən şeytan, qaranlığa daş atan şeytan, ağlına gələni edən şeytan, şişirdən şeytan” ifadələridir.

Mərid

“مارد  Məriid” sözü, “azğın, qarşı çıxan, inad və üsyanda bənzərlərindən çox irəli gedən” deməkdir. Sözün mübaliğə qəlibinə salınmış olan “مريد  məriid” şəklindəki bir başqa törəməsi “şeytan–i mərid” olaraq Həcc surəsinin 3–cü və Nisa surəsinin 117–ci ayələrində keçir. Sözün keçmiş zaman halı ilə fərqli bir istifadəsi də “ مردوا على النّفاق  Mərədu əlan–nifaqi [Münafiqlik edərək inadlarını sürdürdülər]” şəklində Tövbə surəsinin 101–ci ayəsində verilmişdir. “Mərid” sözünün məsdəri olan “مرد  mərd” sözünün törəmələri, özü öz mənası çərçivəsində olmaqla, müxtəlif formalarda müxtəlif mənalar qazanmışdır. Bunlardan ən önəmlisi, “معرّى  soymaq, soyunmuş olmaq” mənasıdır. Ərəblər, yarpaqdan soyunmuş, yarpağı olmayan ağaca  “شجر امرد  şəcərun əmrəd”, bitki bitməyən qumluqlara “رملة مرداء rəmlətin mərdai”, saqqalı bitməyən kosaya da “امرد  əmrəd” deyirlər.[6]

“تمرّد  Təmərrud [uzun müddət inad etmək]” sözü də eyni kökdən törəmədir.

“Mərid” sözü “soymaq, soyunmuş olmaq, çılpaqlıq” mənasıyla dəyərləndirildiyində “şeytan–i mərid”, ism–i məful mənasıyla “xeyirlərdən, gözəlliklərdən soyunmuş şeytan”, ism–i fail mənasıyla da “xeyirlərdən, gözəlliklərdən soyan şeytan” demək olur. Bu məna Əraf surəsinin 27–ci ayəsində fərqli bir üslub ilə işlədilmişdir.

“Mərid” sözü ilə İblisə yaraşdırılan “inad və üsyanda çox irəli getmək” sifəti, Quranda anladılan hadisələrəki İblisin [Şeytan–i Racimin] davranışları ilə tamamilə uyğun gəlir. “İblisə “Adəmə səcdə et! [boyun əy!]” deyildiyində səcdə etməyərək, üsyan etmiş, özünə “etmə” deyiləni etmiş, “et” deyiləni etməmiş, Adəmin yaxınlaşılması qadağan olunan ağaca yaxınlaşmasına səbəb olmuşdur.

“ابليس  İblis” sözünün mənası, “xeyirdən son dərəcə ümidsiz olan, Allahın rəhmətindən ümidini kəsən” deməkdir. Araşdırmaçılar bu sözün eyni “Adəm” sözü kimi Ərəbcə olmadığını, Ərəbcəyə başqa dillərdən keçdiyini qeyd etmişlər və Yunanca “Diabolos” sözünün dəyişmiş halı olduğunu irəli sürmüşlər.

“İblis nədir?” sualına qədim mütəfəkkirlərin bir çoxu İblisin əsl adının Əzazil olduğu, mələklərin irəli gələnlərindən biri ikən, Adəmə səcdə etmədiyi üçün, Allahın rəhmətindən uzaqlaşdırıldığı şəklində bir izah vermişlər.

İndi Quran ayələri işığında İblisi başa düşməyə çalışaq.

İblisin Özəllikləri

1– İblis cinlərdəndir:

  • 50Və o zaman Biz təbii güclərə, “Adəmə boyun əyib təslimiyyət göstərin” demişdik və İblis/ düşüncə qabiliyyəti xaricində hamısı boyun əyib təslimiyyət göstərdi. İblis, görünməz varlıqlardan idi/ enerjidən idi. Sonra da öz Rəbbinin əmrinə zidd çıxdı. İndi siz, mənim yaratdıqlarımdan onu və onun soyunu yardımçı, yol göstərici, qoru­yu­cu yaxınlarmı qəbul edirsiniz? Həm də onlar sizin düşməniniz ikən. Şərik qoşaraq yanlış–öz zərərlərinə iş görənlər üçün nə pis bir dəyişdirmədir bu!                                                                                    (Kəhf/50)  “الجنّ  Cinn” sözü, “qapalı, görünməz varlıq və güc” deməkdir. Təfərrüatı Nas surəsinin təhlilində veriləcəkdir.

2– İblis atəşdən yaradılmışdır.

  • 12Allah, “Sənə əmr etdiyim zaman, səni boyun əyib təslimiyyət göstərməkdən nə geri çəkdi?” dedi. İblis, “Mən, ondan xeyirliyəm–Məni atəşdən–enerjidən əmələ gətirdin, onu da palçıqdan–maddədən əmələ gətirdin”                                    (Əraf /12)

İblisin yaradıldığı “النّار  atəş” günümüzdə “enerji” olaraq adlandırılan “güc”ə uyğun gəlir. Adəmin yaradıldığı تراب  torpaq, طين palçıq isə “maddə” deyə adlandırılan varlığa uyğun gəlir. Bildiyimiz kimi “atəş”, Pifaqorun verdiyi tərifə görə, kainatı meydana gətirən dörd ana maddədən [hava, su, torpaq, od] biridir və günümüzdəki “enerji” anlayışı ilə uyğun gəlir. Bir başqa ifadə ilə desək, “atəş”, Quranın endiyi dövrdəki insanlar üçün, bilinməyənləri də təmsil edən bir ilk maddədir. Çünki insanlar havanı udur, suyu içir, torpağı işləyirlər, amma ildırım və şimşəyin atəşini yaxından tanımırlar. Beləliklə, Quranda İblisin yaradıldığı “şey”in “atəş” olaraq açıqlanması, mövzuya bu günkü elmi biliklər işığında baxanlar tərəfindən nəzərə alınmalıdır.

3– İblis, insanların sudurundadır [kökslərindədir, beyinlərindədir, zehinlərindədir].

  • 1–6“Görünməyən varlıqlardan, bilinən varlıqlardan; – hamısından, insanların ağıl­la­­rın­da pislik pıçıl­da­yan hiyləgər düşmənin pis pıçıltılarının şərindən, insanların ila­hı­na, insanların hökmdarına və insanların Rəbbinə sığınıram” de!                         (Nas surəsi)

4–  İblis vəsvəsə verir.

  • 120Sonunda şeytan ona vəsvəsə verdi. Dedi ki: “Ey Adəm! sənə sonsuzluq ağacını və köhnəlməz–çökməz mülk–səltənət üçün rəhbərlik edimmi?”             (TaHa/120)
  • 20Deyərkən İblis, onların özlərindən gizli qalan çirkinliklərini özlərinə göstərmək üçün onlara vəsvəsə verdi. Və “Rəbbiniz, başqa bir səbəbdən dolayı deyil, sırf ikinizin də bir mələk–iradəsiz güc olmanız, ya da sonsuz olaraq qalıcılardan–inkişaf etməyən, dəyişilməyən bir varlıq olmanız üçün sizi dolaşıqlığın, çəkişmənin qaynağı olan bu şeydən–maldan–mülkdən, paradan–puldan çəkindirdi– bunları sizə qadağan etdi” dedi. (Əraf/20)
  • 16Və and olsun insanı Biz yaratdıq/əmələ gətirdik. Nəfsinin özünə nələr pıçıldadığını da bilirik. Və Biz ona şah damarından daha yaxınıq.                                    (Qaf/16)           “وسوسة Vəsvəsə”, “Gizli bir səslə/pıçıltıyla düşüncə aşılamaq, bir işə və ya hərəkətə yönəltmək” deməkdir. İblis, yəni Şeytan–i Racim insanlara nələr pıçıldaya bilər?, nələri gizlicə təlqin edə bilər? suallarına mövzunun girişində şeytani xüsusiyyətlər kimi qeyd etdiyimiz maddələr cavab verir.

5– İblis bir kdir. (Bəqərə/34, Hicr/31, Ta–Ha/116 və Kəhf/50)

İblisin Adəmə səcdə etmədiyini anladan ayələrdə İblisin mələklərin içindən istisna edildiyi görünür.

“İstisna”, termin olaraq “Bir ismi istisna ədatlarından biriylə cümlədəki hökmdən çıxarmaq” deməkdir. Ərəb dilçiliyi qaydalarına görə “istisna”  forma olaraq üç növdə olmasına baxmayaraq, məna olaraq iki növdür.

Birincisi “Muttəsil İstisna”dır. [Müstəsnanın müstəsna minh cinsindən olduğu istisna].

İkincisi “Munkatı İstisna”dır. [Müstəsnanın müstəsna minh cinsindən olmadığı istisna].

Mələk, cin və şeytan anlayışlarının fərqini nəzərə almayan araşdırmaçılar ayədə edilmiş istisnanı “Munkatı İstisna” qəbul edib İblisi [Şeytan–i Racimi] mələkdən saymamışlar. Halbuki, İblisin barəsində söhbət gedən Ta–ha/116, Sad/73 və Hicr/31–də “Mələklərin hamısı, cəm halda” ifadələri yer alır. Bu vurğular ayədəki istisna cümləsinin qətiliklə “Muttəsil İstisna” olduğunu göstərir. Bunun mənası, İblisin digər həmcinsləri kimi Adəmə səcdə etməməsidir. İblis, mələk qrupundan səcdə hökmündə istisna edilmişdir.  Belə isə İblis qəti olaraq mələkdir.

Burada ortaya bir başqa sual çıxır: İblis mələkdir, amma bəs mələk nədir? Çünki İblisin bir mələk olduğu hökmü klassik mələk anlayışı mənasında qətiyyən qəbul edilə bilməz.

Bu mövzunun daha geniş izahı “Mələk anlayışı” araşdırmasında verilir, burada qısa bir izah vermək yararlı olacaqdır.

Mələk

Ərəb dilçiliyi mütəxəssisləri “ملك  mələk” sözünün kökü ilə əlaqədar altı fərqli məna təsbit etmişlər. Bu təsbitləri incəlikləriylə təqdim etmək üçün səhifələr dolusu yazılar yazmaq lazımdır. Bu səbəblə ən uyğun olan iki təsbiti diqqətinizə çatdırmaq istəyirik. Mövzu haqqında daha geniş məlumat üçün Kitabül–Ayn, Təhzib, Cami, Kəşşaf, Mecma, Garaib, Lübab, Ruh, El–Bahrül–Muhit, Müfrədat kimi mənbələrə baxmaq olar.

Birincisi: Məlaikə və bunun təki olan mələk sözləri “اولوك  uluk” kökündən törəmişdir. Bu söz “elçi göndərmək” mənasını daşıyır. Kəlmənin əsli “مألك  mələk” dir. İsm–i zaman, ism–i məkan və məsdərdir. Beləliklə, başındakı “م  m” hərfi təkdir. Sonra əliflə lam yer dəyişdirmiş, “ملئك  məlaik” edilmişdir. “Allahdan gələn elçi” mənasında isim olaraq işlədilməyə başlayınca həmzə tərk və ya təhfif yoluyla qalxmış, söz “ملك  Mələk” şəklini almışdır.

İkincisi: Başındakı “م  m” hərfi kəlmənin əslindəndir, tək deyildir. Qüvvət/idarəetmə gücü mənasındakı  “ ملك  məlk” kökündən törəmişdir. Mülk, milk, malik və məlik sözləri də bu kökdən törəmədirlər. Mənaları da bu kökün mənasına görədir.

Ümumiyyətlə, qədim təfsirçilər birinci bəndi tərcih etsələr də, bizə görə mələk sözü hər iki kökdən də törəmiş və ayrı kök və ayrı mənalarda işlədilmişdir. Belə ki: bəzi ayələrdə keçən “məlaikə” sözü birinci bənddəki məna baxımından, bəzi ayələrdəkilər isə ikinci bənddəki məna baxımından işlədilir. Bunların nə mənada işlədildiklərini bölmə içərisindəki söz axışından, mövzunun mahiyyətindən asanlıqla ayırd edə bilərik. Yuxarıdakı izahlar nəzərə alındığında “ملك mələk” kəlməsinin “Qüvvət, idarəetmə gücü, elçi və xəbər verici” demək olduğu anlaşılır. Quranı yaxşı anlayıb, dini doğru yaşaya bilmək üçün bu qavramın Qurandakı mənalarının yaxşı bilinməsi lazımdır.

Göründüyü kimi mələk sözü mənaları fərqli olan iki fərqli kökdən də gələ bilir. Buna paralel olaraq, mələk qavramı “uluk” kökündəki mənasına görə “elçilər/xəbərçilər”, “məlk” kökündəki mənasına görə isə “idarəedici güclər” mənasına gəlir. Təəssüf ki, bu fərq qoyulmadan Qurandakı bütün “mələk” və “məlaikə” sözləri eyni mənada qəbul edilmişdir. Halbuki mövzunun axışı diqqətə alınaraq tərcümə edildiyində bu fərq asanlıqla müşahidə edilə bilir. Əslində elə belə də edilməlidir, belə ki, mövzu içərisində bunların hər biri fərqli mənalar ehtiva edir.

Bu izahlar nəzərə alındığında, Adəmə səcdə edən/boyun əyən mələklər ilə Adəmə səcdə etməyən İblis adlı mələkdən bəhs edən ayələrdəki “ملائكة  məlaikə” sözünün “məlk” kökündən törəmə olduğu və “güclər” mənasına gəldiyi anlaşılır.

6– İblis, Adəmə [insana] səcdə etməz [boyun əyməz, nəzarət altına alına bilməz].

Mövzu ilə əlaqədar ayələr bilindiyi üçün təkrarlamağa ehtiyac yoxdur. Ancaq bu incəliklər qətiyyən nəzərdən qaçırılmamalıdır: İblis Rəbbinə boyun əyir, Ona yalvarır, Ondan istəklər edir. Quranın əlaqədar bölmələrı bütün olaraq oxunduğunda bu hal açıqca görünür.

7– İblis insan var olduqca vardır, insandan başqa bir varlıqla əlaqəsi yoxdur.

  • 79–81İblis, “Rəbbim! O halda təkrar dirildiləcəkləri günə qədər Mənə möhlət ver” dedi.
  • Allah, “Haydı, sən müəyyən olunmuş bir vaxta qədər möhlət verilənlərdənsən” dedi             (Sad/79–81)
  • 14–15İblis, “Yenidən dirildiləcəkləri günə qədər Mənə möhlət ver” dedi. Allah, “Sən, möhlət verilmişlərdənsən” dedi.             (Əraf 14–15)

Bunu təsdiq edən başqa ayələr də vardır.

Qurana əsaslanan bütün bu məqamları təhlil etdiyimizdə, maraqlıdır hansı nəticəyə gəlirik? Mövzunun daha yaxşı meydana çıxa bilməsi üçün sual bu şəkildə də soruşula bilər:

Görünməyən, insanların içində [beyinlərində] olan, davamlı vəsvəsə verən, Qiyamətə qədər bu işlərini davam edəcək olan, insandan başqa bir varlıqla əlaqəsi olmayan, insana boyun əyməyən və enerjidən yaradılmış olan bu güc nədir?

Bu suala hər kəsin, amma əsasən də psixologiyadan anlayanların verə biləcəyi tək bir cavab vardır: İnsanın düşünmə qabiliyyəti… İstərsək, bu xüsusiyyətləri daşıyan gücə bir başqa ad da qoya bilərik.

Psixologiya elmində düşüncə, beynin bilavasitə etdiyi bir təsirdir deyə tərif edilir. Bu qabiliyyət canlılardan sadəcə insanda vardır.

Yuxarıda, Qurana əsaslanaraq İblisə aid sıralanan xüsusiyyətlər, tək–tək insandakı “ilkin düşünmə qabiliyyəti”nə tətbiq oluna bilir. Buna görə “ilkin düşünmə qabiliyyəti”:

  • Gözə görünməz;
  • İnsanın zehnində davamlı olaraq vəsvəsə verər;
  • Sadəcə insana məxsusdur, yəni varlığı onun varlığına bağlıdır;
  • İnsana səcdə etməz [insana boyun əyməz, insanın nəzarəti altına girməz];
  • Enerjidən ibarətdir [atəşdən yaradılmışdır, maddə halında varlığı yoxdur];
  • Bir gücdür [mələkdir].

“Düşüncə” maddəsiylə əlaqədar Ana Britannikanın aşağıdakı fikirləri diqqəti cəlb edir:

– “Psixoanalizə görə, “İlkin düşüncə prosesi” şüurdan kənar və sözlə ifadə olunmayan bir prosesdir. Yəni sözlərlə simvollaşmamışdır. Məsələn, bir istəyin bir insanı öz təzyiqi altında tutması sözlərlə ifadə edilməz. Bu düşüncə növündə əksliklər bir arada ola bil r, belə düşüncə məntiq qaydalarına uymaz, zaman və məkan tanımaz, səbəb–nəticə əlaqəsi qurmaz və bütünlüklə həzz qaydası istiqamətində, həqiqətlə əlaqəsi olmayan bir şəkildə inkişaf edə bilir. ‘İkinci düşüncə prosesi’ isə, gerçəklik qaydasına uyğun olaraq, xarici obyektlərin gerçəkliyini güdər, sözlə ifadə edilər, dil və məntiq qaydalarına uyğunluğunu təmin edər.”[7]

Bu izahlardan da anlaşılır ki, insanın ağıl, iradə, hafizə, diqqət, maraq, qorxu, düşüncə kimi zehni mələkləri/gücləri arasında tam nəzarət edə bilmədiyi tək mələk/mələkə, psixologiya elmində “İlkin şüuraltı düşüncə” deyə də tərif edilən düşüncə mələyi/mələkəsidir.  “İlkin şüuraltı düşüncə” adı verilən bu zehni qabiliyyət, şüurdan kənar, insanın tam olaraq nəzarət edə bilmədiyi bir faktdır.

Budur, başdan çıxartmalarından, yanlış yola sürükləmələrindən [vəsvəsələrindən] Allaha sığınmamız gərəkən Şeytan–i Rəcim [İblis] də budur.

Aşağıdakı ayələr tədqiq edildiyində, Şeytan–i Rəcimin insanın öz içində olduğu görünəcəkdir. Bu insan bir peyğəmbər olsa belə vəziyyət eynilədır.

  • 15–21Quranı dinləməmək üçün gizlənənlərin, qaçanların vəziyyətini, gerçəyi ört bas­dır etməyin–cəhalətin gedişini, aydınlığın–rəşidliyin (doğru yolu tutmağın, ağıllı ol­ma­ğın) gəlişini sübut göstərirəm ki, şübhəsiz bu, güclü, Ərşin–ən böyük taxtın sa­­hibinin yanında çox dəyər verilən, itaət edilən, güvənilən dəyərli bir elçi sö­zü­dür. 22Yoldaşınız dəli olan–gizli güclər tərəfındən dəstəklənən biri deyildir. 23And ol­sun O, Onu açıq üfüqdə gördü. 24O kimsənin görmədiyi, duymadığı, seç­mə­diyi, özünə verilən vəhylər haqqında xəsislik edən də deyildir. 25Bu, onun öz düşün­cə gü­cü­nün məhsulu olan söz də deyildir.   (Təkvir/ 15–25)
  • 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri–enən o ayə qrupları, özünə vəhy edilən vəhydən başqa bir şey deyildir. (Nəcm/ 3, 4) 
  • 38–43Artıq gördüklərinizə və görmədiklərinizə and olsun ki, şübhəsiz Quran, şərəfli bir Elçi sözüdür. Və o, bir şair sözü deyildir. Siz nə az inanırsınız! Bir kahin sözü də deyildir. Siz nə az düşünürsünüz/öyüd alırsınız! Quran, aləmlərin Rəbbindən endirilmədir.
  • 44–47Əgər Elçi/Məhəmməd, bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə Ondan bütün gücünü alardıq. Sonra Ondan can damarını qətiliklə kəsərdik. Artıq sizdən heç biriniz Ona sipər də ola bilməzdiniz. (Haqqa/38–47) 

Ancaq, “Öz Düşünmə Qabiliyyəti” İslamın həssasiyyətlə yanaşdığı “Təfəkkür” anlayışı ilə qarışdırılmamalıdır. İkisi fərqli şeylərdir. “Öz Fikri, [İlkin Düşüncə Qabiliyyəti]” İslamda qınanırkən (Müddəssir 18–25), “Təfəkkür” əmr edilir, məcburi vəzifə borcu halına gətirilir. Geniş məlumat müəllifin “Təfəkkür” adlı araşdırmasındadır.

Bu izahlardan sonra zehinlərdə həm İblisin sayı ilə əlaqədar və həm də İblisin yaradıldığı ölçü sistemi haqqında bəzi suallar meydana gələ bilər. Bu sualların cavablandırılması üçün aşağıdakı şərhləri edə bilərik:

İblis və Şeytan–i Rəcim mövzusunda olan ayələr təhlil edildiyində ikisinin də eyni şey olduğu görünür. İblis həmçinin, “Şeytan–i Mərid” və “Hannas” olaraq da xarakterizə edilir.

Hər insanın bir İblisi vardır və hər kəsinki bir–birindən fərqlidır. Yuxarıda edilən izahlardan da anlaşıldığı kimi, tədbir alınmazsa və şərrindən Allaha sığınılmazsa, İblis insanı dünyada və axirətdə fəlakətə sürükləyər.

İnsanı fəlakətə sürükləyən bu gücün uzaqda deyil, insanın bilavasitə öz boynundan asılı olduğu aşağıdakı ayədə də ifadə edilmişdir:

  • 13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını, ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz, qiyamət günü gördüyü açılmış kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab sualşan olaraq sənə o yetər!”                                                         (İsra/13,14)   

Şeytan–i Rəcim aşağıdakı ayədə də “كلّ Küll” kəlməsi ilə birlikdə işlədilmiş və beləliklə də İblisin/Şeytan–i Rəcimin tək bir dənə olmadığı açıqlanmışdır:

  • 17,18Və göyü, az da olsa vəhyə qulaq asan, özlərini alov sütunu təqib edənlər–raketlərlə kosmosa gedənlər istisna olmaqla bütün düşüncə güclərindən qoruduq.                         (Hicr/17)   

Tək bir İblisin ilk insandan son insana qədər yer üzündəki hər kəsə təsir etdiyini və təsir edəcəyini qəbul edərsək, bu İblisə Allaha aid xüsusiyyətləri şamil etmək olar. Bu da bəzi qədim dinlərdə xeyir və şər tanrısı olaraq ortaya çıxmış olan batil inanclara çevrilər.

İblis bizim yaşadığımız kainatın bir parçasıdır, yəni üç ölçülü aləmdəndir. İnsanın ayrılmaz bir parçasıdır. Bunun əksi olan hal Allahın ədalətinə uyğun olmazdı. Heç kim hiss edə bilməyəcəyi, tədbir ala bilməyəcəyi, başqa bir ölçüdən olan bir yaradılışın öhdəsindən gəlmə imkanına sahib deyildir. Belə bir yaradılışın insanların başına bəla edilməsi adil bir davranış olmazdı. Həmçinin bu Sünnətullaha da zidd olardı. Allah insana gücünün çata biləcəyindən artıq məsuliyyət yükləməz.” (Bəqərə/233,286, Ənam/152, Əraf/42, Möminlər/62, Talaq/7).

Kafirlər özlərinə peyğəmbər olaraq bir mələk göndərilməsini istəmişlər, Rəbbimiz də onların istədiklərinə belə cavab vermişdir.

  • 95De ki: “Əgər yer üzündə rahatlıqla yeriyib duranlar mələklər olsaydı, əlbəttə Biz onlara göydən elçi olaraq bir mələk endirərdik.”                         (İsra/95)  

Ayənin də birbaşa ifadə etdiyi kimi, insanlara göndərilən peyğəmbərlər insanlarla eyni ölçü sistemində yaşayan, öz həmcinsləri arasından seçilərək təyin edilmişlər. Çünki başqa bir ölçü sistemindən olan varlıqla əlaqəyə girmək barədə söhbət belə gedə bilməz.

İblisə Möhlət Verilməsinin Səbəbi

İblisin yaradılmasında və İblisə qiyamətə qədər möhlət verilməsində bir çox hikmət və fayda vardır. Allahdan özünə möhlət verilməsini istəyən İblis, insanlara edəcəklərini belə ifadə edir:

  • 16,17İblis, “Elə isə, Məni azğınlığa itələməyinə qarşılıq olaraq, and olsun ki, Mən, onlar üçün Sənin dos­doğ­ru yoluna oturacağam, sonra, yenə and olsun ki, onların önlərindən, arxalarından, sağla­rın­dan, sollarından onlara vəsvəsə verəcəyəm və Sən, çoxlarının özlərinə verilən nemətlərin qarşılığını ödəyənlər olmadığını görəcəksən” dedi. (Əraf/16,17)
  • 39,40İblis dedi ki: – “Rəbbim! Sən məni, insanları azdırmağım üçün yaratdığın səbəblə, tam yəqinliklə bil ki, mən də yer üzündə, hər şeyi onlara bəzəkli göstərəcəyəm və arıdılmış qulların istisna olmaqla, onların hamısını tam yəqinliklə bil ki, azdıracağam!” (Hicr/39,40)    
  • 62İblis dedi ki: “Bu, məndən üstün tutduğun adamı gördünmü? And içirəm ki, əgər məni qiyamət gününə qədər ertələsən, çox azı istisna olmaqla, onun nəslini öz buyruğum altına alacağam.”   (İsra/62)         

Quranın İblisin dilindən verdiyi bu sözlərdən alınması gərəkən ismarıc, İblisin bütün gücüylə dünyanı insana sevdirməyə çalışacağıdır. Belə ki, bu fəaliyyəti ilə o insanların zehnində ehtiraslar, asılılıqlar əmələ gətirəcəkdir. Bu asılılıqlar sayəsində insanlar arasında mücadilələr, rəqabətlər, yarışmalar, bir–birlərindən üstün olmaq istəmə qeyrət və çalışmaları artacaqdır. Həyatın Allahın qoyduğu ölçülərə uyğun davam etməsi və insanların sınanması üçün insanın içində belə alternativ bir gücün/enerjinin olması lazımdır. İnsan bu güc sayəsində dilərsə imanı və itaəti, dilərsə küfrü və üsyanı seçə biləcəkdir. Seçə bilmək robot olmamaq deməkdir. İnsanın İblis sayəsindəki bu seçiciliyinin sonunda Rəbbimizin üstünlük ifadə edən Qahhar, Muntəqim, Adl, Dall, Şədidu’l–iqab, Səriiu’l–hisaab, Hafid, Rafi, Muizz, Müzill isim və sıfətlərı, həmçinin hifz, əfv, məğfirət, rəhmət, günahları örtmə və bağışlama kimi ucalıq sifətləri təcəlli edəcəkdir. Onun üçün İblis yaradılmış və özünə belə bir möhlət verilmişdir.

Beləliklə, insanlardan çox vaxt eşitdiyimiz:

  • “Şeytanın cənnətdə nə işi vardı ki, Adəmi və onun zövcəsini aldatdı?
  • Mələklər Allahdan başqasına səcdə etməzkən, necə oldu ki, Allah mələkləri Adəmə səcdə etməyə məcbur etdi?
  • Mələklər, müşrik olmadan, Adəmə necə səcdə etdilər?

və s. kimi çoxsaylı suallara uyğun cavab almış oluruq. Həmçinin, Adəmə səcdə edən mələklərin, düşüncə qabiliyyəti xaricindəki enerjili güclər və təbiətdəki canlı–cansız bütün güclər olduğunu da qeyd edək.

Bu mövzuya aid bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik: Bəqərə surəsinin 248–ci ayəsində, yük daşıyan camış, öküz, eşşək, qatır kimi heyvanlar “məlaikə” olaraq ifadə edilmişdir. Yəni onların insanın gücü olduğu açıqca bildirilmişdir.

26Hal belə ikən siz haraya gedirsiniz?  27,28Bu, aləmlər üçün, sizdən doğru getmək istəyənlər üçün öyüddən başqa bir şey deyildir.

Quran, enməyə başladığı dövrdən etibarən günümüzə qədər gələn zaman dilimi içərisində, eynilə ilk endiyi günlərdəki kimi bir sıra müxatibləri tərəfindən müxtəlif bəhanələrlə şiddətli yalan saymalara məruz qalmışdır. Tarixin hər dönəmində həqiqətin qarşısında Əbu Ləhəb və tərəfdaşları kimi inkarçılar həmişə olmuşlar. İlahi vəhy və onu insanlara çatdıran peyğəmbərlər yalan sayılmış, bunlara inanmış olanlar da zaman–zaman sərt müdaxilələrlə qarşılaşmışlar. Özünü yetərli görüb azan insan ilahi xəbərdarlığa qulaqlarını tıxamış, beləliklə də Allaha güvənərək, Ona iman edən qəlbin duyduğu həzzdən məhrum olmuşdur.

Allah, vəhyi qarşısında əngəl olaraq duran və göndərdiyi peyğəmbərlərə, heç nəyi vecinə almayaraq, hücum edən bu cür insanları çox yaxın və acı bir əzabla xəbərdar etmişdir. Peyğəmbərimizin güvənilən bir elçi olduğunu hər fürsətdə dilə gətirən Quran, azğınları gözləyən acı əzabın başlanğıcı olan Qiyamət Günü ilə əlaqədar bir çox ayə ehtiva etməkdədir. İnşallah sırası gəldikcə bu ayələri də görəcəyik.

29Aləmlərin Rəbbi olan Allah, sizin düşünməyinizi, öyüd almağınızı diləməyincə siz diləyə bilməzsiniz.

Ayədə yer alan “شاء  şae” feli mütəaddi [keçişli] bir feldir. Keçişli fellərin cümlə içində tamamlayıcıları da olmalı idi. Lakin yuxarıdakı cümlədə belə bir tamamlayıcı/məful yoxdur. Bu səbəbdən də cümlənin tamamlayıcısı mövzunun axışına görə təqdir edilməli və cümlə bu şəkli ilə tam olaraq anlaşılmalıdır. Beləliklə, həm Allahın nəyi dilədiyi, həm də qulun nəyi dilədiyi müəyyən edilməlidir. Əks halda cümlə tam olaraq anlaşılmaz. Buraya qədərki təhlillərə baxdığımızda “məşiiət” ilə əlaqədar Müddəssir Surəsinin 54–56–cı ayələri bizə rəhbər olacaqdır:

  • 54Əsla onların dü­şündüyü kimi deyil! O, bir öyüd verici–düşündürücüdür. 55,56Elə isə diləyən onu düşünər, öyüd alar və onlar, Allahın dilədiyindən başqa, öyüd ala bilməzlər. O, çəkindirməyə layiqdir və əfv etməyə qadirdir.             (Müddəssir/54–56)

26–cı ayəni də nəzərə aldığımızda, cümlə belə olur:

Aləmlərin Rəbbi Allah sizə sərbəst iradə verməsəydi, sizin kafir və ya müşrik olmaq istəyinizi öz qərarınızla seçməyinizi diləməsəydi, siz kafirliyi də, müşrikliyi də diləyə bilməzdiniz, beləliklə də günah edə bilməzdiniz.”

Diqqət edilərsə, ayədə insanın diləməsi, [İnsan surəsinin 29–31–ci ayəsində də görünəcəyi kimi] Allahın diləməsinə bağlanmışdır. Həqiqətən də Allah diləmədikdən sonra heç kimsə, hər hansı bir şey edə bilmə iradəsinə və gücünə sahib deyildir. Bəzən elə olur ki, bir iş dəqiqliklə planlaşdırılır, hər cür hazırlıqlar edilir və işin  həyata keçməsi üçün lazımi uyğun şərtlər mövcud olur, lakin buna baxmayaraq planlar boşa çıxır. Bu o deməkdir ki, xəyalını qurduğumuz hər hansı bir arzumuzun, düşüncəmizin, planımızın gerçəkləşə bilməsi ancaq, Allahın diləməsiylə, ya da başqa sözlə desək, ancaq Allahın izni ilə mümkün ola bilir. Əgər Allahın diləməsi/izni nəzərə alınmazsa, xəyallarımız üçün sərf edilən zaman da, cəhd də boşunadır.

Ayədə verilən ismarıcı yaxşı anlaya bilmək üçün birinci növbədə “مشيئة  məşiyyət” qavramının Quran mənasında doğru anlaşılması lazımdır. Əks təqdirdə bir çox nöqtədə ziddiyyətlər ortaya çıxar, çıxış yolu olmayan bir hala gələrik. Belə ki, keçmişdə bu mövzuda bir çox görüş ortaya atılmış və bunun nəticəsi olaraq da Cəbriyyə, Qədəriyyə, Mutəzilə, Əşariyyə və Maturidiyyə kimi bir çox məzhəb/ekol ortaya çıxmışdır. Məzhəblər arası mübahisələrə yer vermədən, mövzunu sadəcə Qurandan öyrənmək məqsədiylə, diqqətimizi ayələrə yönəldək.

Məşiyyət

“مشيئة  Məşiyyət” sözünün lüğəti mənası “Bir şey üzərində qərar verərək, onu həyata keçirməyi qət etmək”dir. Bu mənada “مشيئة  məşiyyət” sözü “إرادة iradə” sözü ilə eyni mənadadır. Bu halda, “İradə” Allahın sifətlərindən biri olduğu kimi, “Məşiyyət” də Allahın elm və qüdrət sifətlərindən fərqli olan başqa bir sifətidir. Ancaq dini terminologiyada Allahın bu sifəti müəyyən edilərkən “Məşiyyət” deyil, daha çox “İradə” işlədilmişdir və indi də istifadə edilir.

İradə sahibi bir varlığın, qarşısındakı seçimlərdən birinə üstünlük verməsi, qarşısındakı seçimlərdən biri üzərində qərar verməsi demək olan iradə/məşiyyət sifəti, Allah üçün belə ifadə edilə bilər: “Məşiyyət, Allahın ola biləcək və ya olmaya biləcək hər şeyi, istədiyi zamanda və istədiyi xüsusiyyətlərdə etməsi və ya etməməsi”dir.

Burada Allahın gözəl sifətlərindən ikisi yenə təqdim edilir:

“İradə” –qərar vermək və ya verməmək;

“Məşiyyət” – Bir şey üzərində qərar verərək, onu həyata keçirməyi qət etmək.

Bu mənadan aydın olur ki, kainatdakı olmuş və ya olacaq hər şey Allahın diləməsiylə olmuşdur və bundan sonra da olacaq. Onun hər dilədiyinin mütləq olacağını, diləmədiyinin isə heç zaman olmayacağını bildirən aşağıdakı ayələr də bu fikri təsdiq edir:

  • 47Məryəm: “Rəbbim! Mənə bir bəşər toxunmamışkən, mənim uşağım necə ola bilər?” dedi. Allah: “Belədir! Allah dilədiyi şeyi əmələ gətirir–O, bir işə qərar verdiyi zaman onun üçün “Ol!” deyər, o da dərhal olar” dedi. (Al–i İmran/ 47) 

 

  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir–o da dərhal olur.          (Ya Sin/ 82)

Allah insanlara inanc sərbəstliyi vermişdir

Məşiyyət/İradə sahibi olan Allah, bu sifətindən qavrama qabiliyyətləri miqdarında insanlara da bəxş etmiş və insanlara sərbəst iradələri ilə seçmə haqqı vermişdir. İnanc sərbəstliyinin təməli Allahın bu barədəki məşiyyətidir.

Aydındır ki, insanların təsir və ya təzyiq yoluyla bir şeyə inandırılmaları və ya inanmaqdan vaz keçirilmələri mümkün deyildir. İnanc bir könül işidir. Bu səbəbdən də, insanların nə qəlblərinə nüfuz etmək, nə də beyinlərini nəzarət etmək mümkün deyil. İnsanları hər hansı inanca məcbur etmək, ancaq ikiüzlü kimsələr meydana gətirməyə səbəb olar ki, bu da insanlıq təcrübələriylə təsbit edilmişdir. Həmçinin “جبر cəbr/məcbur etmək“ və təzyiq imtahan məsələsinə (məqamına) də ziddir. O səbəbdən də Uca Rəbbimiz insanlara bu məsələdə azad seçim haqqı vermişdir. Bunu Bəqərə/256, Hud/15,28, Kafirun/6,Yunus/99, Təğabun/2, Kəhf/29, Zümər/7,15, Fussilət/40, İnsan/2,3, Nəhl/9, Səcdə/13, Maidə/48, Nəhl/93, Yunus/108, İsra/15, Nəhl/36, Şura/20, İsra/18, Ənam/35,  Rad/31,  Şüəra/3,4–də görmək olar.

Azdıran da, Hidayətə çatdıran da sadəcə Allahdır

Allahın insanı öz seçimində sərbəst buraxdığı Quranla təsbit edildikdən sonra, bir başqa mövzunun da yaxşı anlaşılması lazımdır.

Bu, azdıranın da, hidayətə çatdıranın da sadəcə Allah olmasıdır. Belə ki, bəzi təfsirçi və tərcüməçilər “Məşiyyət” anlayışını bütün incəlikləri ilə təhlil etmədən, azdırma və hidayətə çatdırma mövzusunda yanılaraq, “dəlalət və hidayətin hər hansı bir əsasa və qaydaya bağlı olmadığını, Allahın ixtiyari birilərini azdırdığını və ya ixtiyari birilərini də hidayətə çatdırdığını” irəli sürürlər. Əslində isə iddia etsək ki, Allah, heç nə olmamışkən, bir kimsəni azdırar, bu Allaha zülm etmək kimi bir feli yaraşdırmağa gətirər ki, Allah haqqında belə bir şey düşünülə bilməz. Əslində isə, mövzu diqqətlə araşdırıldığında, işin belə olmadığı anlaşılacaq.

Əvvəlcə iki misal göstərək:

  • 8Onun üçün, pis əməli özünə bəzəkli göstərilən, sonra da onu gözəl görən adammı? Şübhə yox ki, Allah dilədiyini–diləyəni çaşdırar, dilədiyinə–diləyənə də bələdçilik edər. Onun üçün canın onlara qarşı həsrətlərlə–kədərlərlə sıxılmasın. Şübhəsiz Allah, onların etməkdə olduqlarını çox yaxşı bilir. (Fatir/ 8)    

(Oxşar ayələr: Ənam/39,   İbrahim/4,   Nəhl/93,   Müddəssir/31)

  • 46And olsun ki, Biz, açıqca ortaya qoyan ayələr endirdik. Və Allah, diləyən kimsəni dosdoğru yola yönləndirir. (Nur/46)

(Oxşar ayələr: Bəqərə/142, 213, 272,  Ənam/88,  Yunus/25,  Həcc/16,  Nur/35,  Kasas/56,  Fatir/22,  Zümər/23, Şura/13)

Göründüyü kimi, bu ayələrdə Allahın qüdrət sifəti önə çıxarılaraq, hər şeyə gücü çatan Allahın dilədiyini azdırdığı, dilədiyini də doğru yola yönəltdiyi ifadə edilmişdir. Ancaq diqqət edilərsə, bu ayələr təsadüfi olaraq deyil, bir seçməni [məşiyyəti/iradəni] ifadə edirlər.

Diqqətlə baxılarsa, Uca Allahın azdırma və hidayətə çatdırmağı təsadüfi diləmədiyi Quranda açıqca görünür:

Allahın hidayət edəcəyi kəslər:

 

Özlərini dəyişdirmək istəyənlər Rad/11,  Ənfal/3
Möminlər Məhəmməd/46,  Məryəm/76,  Həcc/54,  Tövbə/124,  İbrahim/27, Müddəssir/31,  Hücurat/7, 8, Bəqərə/26,  Ənfal/2, Nəhl/102, Nur/55, Zümər/23, Fəth/4, Zəriyət/55
Tağutdan qaçınanlar Zümər 17, 18
Allaha yönəlib Ona sarılanlar Şura 13,  Zümər 17,  Rad 27,  Al–i İmran 101
Saleh əməl edənlər Şura 23
Fəqirlərə yardım edənlər Leyl/5–7
Cihad edənlər Ənkəbud/69
Sözü dinləyib ən gözəlinə uyanlar Zümər/18

 

Allahın yolunu azdıracağı kəslər

 

Kafirlər Mömin/74,  Nisa/155,  Tövbə/37,  Nəhl/107,  Məryəm/83, Müddəssir/31
Axirətə inanmayanlar İsra/45
Ayələrə inanmayanlar Nəhl/104
 Zalımlar İbrahim/27, Tövbə/109, Ənam/129
Münafiqlər Nisa/82
Fasiqlər Saff/5,  Bəqərə/26,  Maidə/108, Tövbə/80, Münafiqlər/6
Qəlblərində xəstəlik olanlar Bəqərə/10, Tövbə/124, 125, Müddəssir/31, Həcc/53
Günahkarlar Hicr/11–13
Düşünməyənlər, öyrənməyənlər Tövbə/127, Rum/59, Yunis/100, Əraf/179
Dünya həyatına üstünlük verənlər Nəhl/107
Həddi aşanlar Mömin/10, 12, 28, 34, Yunis/74, 20, 125–127
Qurandan üz çevirənlər Zühruf/36,37
Allahı unudanlar Həşr/19
Xəsislər Tövbə/76,77
Təkəbbürlülər Mömin/35
Heç nəyə ehtiyacı olmadığını düşünənlər Leyl/8–10, Əbəsə/5–7, Ələq\6,7
Diktatorlar Mömin\35, İbrahim/13,16
Yalançılar Zümər/3, Bəqərə/10, Tövbə/77, Nəhl/36, Mömin/28, Leyl/8–10
Nankorlar Bəqərə/276, Həcc/38, Loğman/32, Səba/17, Fatir/36, Qaf/24, İsra/27, Zümər/3
Şübhəçilər Mömin/34

Allah kainatdakı hər şeyin və hər işin Yaradıcısıdır:

 

  • 95,96İbrahim: “Əlinizlə yonduğunuz şeylərəmi tapınırsınız? Halbuki sizi və düzəltdiyiniz şeyləri Allah əmələ gətirmişdir” dedi.             (Saffat/95,96)    
  • 102Bax budur, Rəbbiniz Allah! Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır. Elə isə, Ona qulluq edin. O, hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.             (Ənam/102) 
  • 16De ki: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır.” De ki: “Allahın yaratdıqların­dan o, öz özlərinə faydası ola bilməyən və zərər verməyə gücü olmayanları yardımçı, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirsiniz?” De ki: “Heç kor ilə görən bir olurmu? Ya da qaranlıqlarla aydınlıq bir olurmu?” Ya da Allaha, Onun kimi yaradan bəzi ortaqlar tapdılar ki, bu yaradılış onların fikrincə bir–birinə bənzərmi göründü? De ki: “Allah, hər şeyin yaradıcısıdır. Və O, birdir, hər şeyə üstün və qəhr edicidir.”                                                                        (Rad/16)  
  • 62Allah, hər şeyin yaradıcısıdır. O, hər şeyin “müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyan, dəstəkləyərək həyata keçirən”idir.             (Zümər/ 62)
  • 62Bax budur, hər şeyin yaradıcısı Rəbbiniz Allah budur. Ondan başqa ilah deyə bir şey yoxdur. O halda necə olur ki, döndərilirsiniz!             (Mömin/62)          

Bütün bu ayələr, Allahın hər şeyin və hər işin əsl yaradıcısı olduğunu açıqca ifadə edir. Bu Onun ilahlığının vacib ünsürüdür. Bu halda dəlaləti yaradan da, hidayəti yaradan da Allahdır. Bu ikisindən [dəlalət və hidayətdən] hər hansı birini istəyən və o istiqamətdə meyl göstərən isə qulun özüdür.

Nəticə olaraq bunu söyləyə bilərik:

Hidayət və dəlalət Allaha aid ediləndə “yaratmaq” nöqteyi–nəzərindən, insana aid ediləndə isə “seçmək” nöqteyi–nəzərindən anlaşılır.

Ən düzünü bilən Allahdır.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Lisanü’l Arab, “kvr” mad.

[2] Lisanü’l Arab, “aşr” mad.

[3] Lisanü’l Arab, “v e d” mad.

[4] Quran araştırmaları gurubu; Quran hiç Tükenmeyen Mucize

[5] Lisanü’l Arab, “rcm” mad.

[6] Lisanü’l Arab, “mrd” mad.

[7] Anabritanica; (Düşüncə maddəsi, Cild: 11 s: 20