TA HA SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 119

1Ta/9, Ha/5.[1]

2–4Biz Quranı sənə sıxıntıya düşəsən/bədbəxt olasan deyə deyil, ancaq hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan insan üçün bir öyüd olsun deyə, yer üzünü və uca göyləri əmələ gətirəndən bir endirilişlə endirdik.

5Rəhman ən böyük taxt üzərində hegemonluq qurmuşdur[2].

6Göylərdə olan şeylər, yer üzündə olan şeylər, bu ikisinin arasında olan şeylər və nəmli torpağın altında olan şeylər yalnız və yalnız Rəhmanındır.

7Sən səsini yüksəldirsən… Rəhman, şübhəsiz ki, gizlini də, gizlinin gizlisini də bilir.

8Allah Özündən başqa heç bir tanrı olmayandır. Ən gözəl adlar ancaq Ona məxsusdur.

(45/20, Ta Ha/1–8)

 

Nəcm: 120[3]

9Musa haqqında məlumatlar, yəqin bil ki,  sənə çatdı.

10O zaman ki, o bir atəş görmüşdü və əhlinə [ailəsinə, yaxınlarına]: “Tam yəqin bilin ki, mən bir atəş gördüm. Ondan sizə bir qor parçası gətirməyim, yaxud atəş yanında bir bələdçiyə rast gəlməyim üçün, siz gözləyin!” – demişdi.

11Sonra onun yanına gəldiyində səslənildi: “Musa!

12Mən sənin Rəbbinəm. Dərhal yaxınlarını və mallarını burada burax[4], şübhəsiz, sən təmizlənmiş vadidə, Tuvadasan – iki dəfə təmizlənmiş bir vadidəsən.

13Və Mən səni seçdim – o halda, vəhy ediləcək olan şeyə…

14“Heç şübhəsiz ki, Mən, Allahın məhz özüyəm. Məndən başqa Tanrı deyə bir şey yoxdur. O halda Mənə qulluq et və Məni anmaq üçün salaatı iqamə et. 15Şübhəsiz ki, o saat/Qiyamət gə­lə­cəkdir. Onu Mən, hər kəs əməyinin qarşılığını alsın deyə, az qalır ki, giz­lə­dim. 16Ona görə də, Qiyamətə inanmayan və öz boş dünyəvi arzusuna uyan səni, Qiyamətə iman etməkdən çəkindirməsin, sonra dəyişikliyə/dağıntıya uğra­yar­san” – 14xəbərdarlığına qulaq as[5].

17Və sağ əlindəki nədir, ey Musa?

18Musa: “O, mənim əsamdır, ona söykənirəm, onunla qoyunlarıma yarpaq silkələyirəm və onda mənim üçün başqa faydalar da var”– dedi.

19Allah: “Ey Musa! Onu burax/çobanlığı buraxıb oturaq həyata keç! 24Fironun yanına get, şübhəsiz ki, o düz yoldan azdı” – dedi[6].

20O da onu dərhal buraxdı/oturaq həyata keçdi, bir də nə görsə yaxşıdır?! Artıq sağ əlindəki/özünə vəhy edilən Kitab, qaçan/hərəkət edən bir candır – sosial həyatın qaynağıdır[7].

25Musa: “Rəbbim! 33Səni bütün nöqsanlıqlardan münəzzəh qılmağımız 34və Səni çox-çox anmağımız üçün 25köksümə genişlik ver, 26işimi mənə asanlaşdır. 27dilimdən də düyünü aç 28ki, sözümü yaxşı anlasınlar. 29Və əhlimdən30qardaşım Harunu 29mənə vəzir təyin et, 31onunla arxamı qüvvətləndir. 32İşimdə onu mənə ortaq et. 35Şübhə yox ki, Sən bizi görürsən” – 20dedi.

36Allah: “Ey Musa! İstədiyin sənə verildi” – dedi.

21Allah: 23“Sənə ən böyük əlamətlərimizdən/nümunələrimizdən göstərməyimiz üçün 21tut onu, qorxma![8] Biz onu ilk vəziyyətinə/yenə çox yararlı halına çevirəcəyik. 22Digər bir əlamət/nümunə olaraq da gücünü/qanadına yüklə, çirkinlik olmadan, tam qüsursuz, mükəmməlcə çıxacaqsan” – dedi[9].

37Və and olsun Biz sənə bir başqa dəfə yenə yaxşılıq etmişdik. 38“O zaman ki, bir vaxt vəhy olunan şeyləri anana vəhy etmişdik: 39“Musanı sandıq içinə qoy və bol suya/çaya burax, sonra da bol su/çay[10] onu sahilə atsın. Onu Mənə düşmən olan və ona düşmən olan birisi götürsün”. Və Mən, tərəfimdən sənin üzərinə bir məhəbbət əta etdim və Mənim nəzarətim altında yetişdirilməyin üçün, 40o zaman ki, bacın yeriyirdi və: “Sizi ona baxa biləcək birinə aparımmı?”– deyirdi. Beləliklə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana geri döndərdik. Və sən, bir can öldürmüşdün və səni qəmdən qurtarmışdıq. Və Biz səni butada əridib saflaşdırdıqca, saflaşdırdıq/səni yetkinləşdirdik. Bir də illərlə Mədyən xalqı içində qaldın. Sonra bir ölçüyə/plana uyğun olaraq gəldin, ey Musa!

41Və Mən, səni Özüm üçün yetişdirdim.

42Sən və qardaşın əlamətlərim/nümunələrim ilə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

43Hər ikiniz Fironun yanına gedin. Şübhəsiz ki, o, düz yoldan azdı. 44Sonra ona öyüd alması və hörmətlə, sevgi ilə, biliklə ürpərməsi üçün yumşaq söz söyləyin”.

45Musa ilə Harun: “Rəbbimiz! Onun bizim əleyhimizə həddini aşmasından və ya azğınlığından qorxarıq” – dedilər.

46Allah: “Qorxmayın, şübhəsiz ki, Mən ikinizlə bərabərəm, eşidirəm və görürəm. 47Dərhal onun yanına gedin və ona: “Şübhəsiz, biz  Rəbbinin iki elçisiyik. Artıq İsrailoğul­la­rı­nı bizimlə göndər və onlara əzab vermə! Tam yəqinliklə bilin ki, biz sənə, Rəbbindən bir əlamət/nümunə ilə gəldik. “Salam” bələdçiyə uyanlaradır. 48Şübhəsiz, bizə, tam yəqinliklə bilin ki, “əzabın, yalan sayana və üz çevi­rənə ol­duğu vəhy edildi” – deyin” – 46dedi.

49Firon: “Elə isə sizin Rəbbiniz kimdir, ey Musa?” – dedi.

50Musa: “Bizim Rəbbimiz hər şeyə varlıq və özəlliklərini verən, sonra yol göstərəndir” – dedi.

51Firon: “Elə isə ilk əsrlərin vəziyyəti nədir?” – dedi.

52Musa: “Onların biliyi Rəbbimin qatında bir kitabdadır. Rəbbim səhv etməz və unutmaz/tərk etməz. 53O, yer üzünü sizin üçün bir döşək edən, oradan sizin üçün yollar açan və göydən bir su endirəndir – 52dedi. Bax budur, Biz o su ilə cürbəcür bitkilərdən cütlər çıxardıq. 54Yeyin və heyvanlarınızı otarın. Şübhəsiz, ağıl sahibləri üçün bunda necə əlamətlər/nümunələr vardır! 55Biz sizi yer üzündən əmələ gətirdik, sizi ona döndərəcəyik və sizi bir dəfə daha ondan çıxaracağıq.

56Və and olsun ki, Biz Firona əlamətlərimizi/nümunələrimizi – hamısını göstərdik və o, yalan saydı və inad etdi.

57,58Firon: “Ey Musa! Sən, qüdrətli biliyinlə bizi torpaqlarımızdan çıxarmaq üçünmü gəl­din bizə? O halda biz də, sənin qüdrətli biliyin qədər qüdrətli bir biliklə sənə gələ­cə­yik[11]. İndi bizimlə sənin aranda bir görüşmə zamanı/yeri müəyyən et ki, bizim və sənin qarşı çıxmayacağımız düz və geniş bir yer olsun”– dedi.

59Musa: “Sizinlə görüş zamanı mərasim/şənlik günü və insanların toplanacağı səhər vaxtıdır” – dedi.

60Buna görə də Firon arxa çevirdi və nizamlarını/planlarını topladı, sonra gəldi.

61Musa onlara dedi ki: “Vay, sizin halınıza! Allaha yalan uydurmayın. Sonra bir əzab ilə kökünüzü kəsər. Həqiqətən, uyduran zərər etmişdir”.

62Buna görə də qüdrətli bilik sahibləri aralarında işlərini müzakirə etdilər və:  63,64“Onlar hər ikisi tam yəqinliklə bilin ki, qüdrətli bilik sahibləridir; qüdrətli bilikləri ilə sizi torpaqlarınızdan çı­­xarmaq və həmçinin ən yaxşı nümunə yolumuzu yox etmək istəyirlər. Onun üçün bütün tələlərinizi bir araya gətirin, sonra sıralar halında gəlin. Bu gün üstün gələn, tam əmin olun ki, zəfər qazanmışdır” – dedikləri şəklindəki pıçıldaşmalarını gizli saxladılar.

65Qüdrətli biliklilər: “Ey Musa! Sən təcrübələrini ortaya qoyacaqsan və yaxud ilk ortaya qoyanlar biz olaq?” – dedilər.

66Musa: “Tam əksinə, siz ortaya qoyun” – dedi. Bir də nə görsək yaxşıdır?! Onların təcrübələri, köhnə inancları və iddiaları/çör-çöpləri/başdansovma bilikləri[12], etdikləri sehrbazlığa/bacarıqlı nümayişə görə gözündə böyüdü. 67Buna görə də Musa  içində bir qorxu hiss etdi.

68,69Biz:  “Qorxma, şübhəsiz, sən  ən üstün olansan. Sən sahib olduğun təcrübəni ortaya qoy. O, onların edib törətdiklərini udsun/elmi-təcrübi dəlillərlə ifşa etsin, amma dayansın. Şübhəsiz, onların etdikləri ancaq bir gözbağlıca hiyləsidir. Gözbağlıca yollarla təsir edən isə  hara  gedərsə getsin, zəfər qazana bilməz, bacara bilməz” – dedik.

70Sonunda bütün qüdrətli biliklilər: “Musa ilə Harunun Rəbbinə iman etdik”– deyərək boyunlarını uzadıb  təslim olmuş vəziyyətdə qaldılar.

71Firon: “Mən sizə izin verməzdən əvvəlmi ona iman etdiniz? Şübhəsiz, o, sizə qüdrətli bilik öyrədən böyüyünüzdür. And olsun ki, əllərinizi və ayaqlarınızı çaprazlama/ard-arda kəsəcəyəm və tam yəqinliklə bilin ki,  sizi xurma kötüklərindən asacağam. Və hansımızın əzabının daha şiddətli və daha qalıcı olduğunu tam yəqinliklə bilin ki, biləcəksiniz” – dedi.

72,73Qüdrətli biliklilər: “Bizə gələn bu açıq sübutlara və bizi yoxdan yaradana qarşı qətiyyən səni üstün tutmarıq. Nə hökm verəcəksənsə, haydı, ver! Sən  ancaq bu keçici dünya həyatına hökm edərsən. Şübhəsiz, biz xətalarımıza və bizi qüdrətli bilikdən məcbur etdiyin şeyə görə, bizi bağışlasın deyə, Rəbbimizə iman etdik. Və Allah daha xeyirli və daha qalıcıdır” – dedilər.

77Və and olsun Musaya: “Sizə yetişəcəklərindən qorxmayaraq və hörmətlə, sevgi ilə ürpərmədən/Firona minnət duymadan qullarımı gecə vaxtı özünlə götür və onlar üçün bol suda/çayda quru bir yol aç!” – deyə vəhy etdik.

78Firon orduları ilə dərhal onları təqib etdisə də, bol sudan/çaydan özlərini bürüyən şey bürüdü.

79Və Firon  qövmünü azdırdı və doğru yolu göstərmədi[13].

83Səni qövmündən daha tezləşdirən nədir, ey Musa?

84Musa: “Onlar  mənim izim/təlimim üzərində olanlardır. Mən də, Sən məmnun olasan deyə, sənə tələsərək gəldim, Rəbbim!” – dedi.

85Allah: “Şübhəsiz, bax budur, Biz səndən sonra qövmünü imtahan etdik. Samiri də onları azdırdı” – dedi.

86Buna görə də Musa qəzəbli və kədərli halda dərhal qövmünə geri döndü: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd ilə söz vermədimi? İndi sizə bu uzunmu gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb enməsinimi arzu etdiniz və mənə olan vədi­niz­dən döndünüz?” – dedi.

87Onlar dedilər ki: “Biz sənə verdiyimiz sözdən öz-özümüzə azmadıq. Lakin biz o qövmün zinətlərindən bir qədər yüklənmişdik. Sonra onları fırladıb atdıq. Sonra da bax budur, beləliklə, Samiri ağlımıza saldı”.

88Samiri onlara bir aldadan, tələyə düşürən cəsədi/qızılı[14] çıxardı və İsrailoğulları: “Bax budur, bu, sizin tanrınızdır və həmçinin Musanın tanrısıdır. Amma Musa onu tərk etdi” – dedilər. 89Yaxşı  onlar görmürdülərmi ki, qızıl özlərinə heç bir sözlə qarşılıq verə bilmirdi – onlara bir zərər və ya bir fayda verməyə güc yetirə bilmirdi!

90Və and olsun ki, Harun daha əvvəl onlara: “Ey qövmüm! Şübhəsiz, siz bununla imtahana olundunuz/dindən çıxıb özünüzü atəşə atdınız. Və şübhəsiz, sizin Rəbbiniz Rəhmandır. Gəlin mənə tabe olun və əmrimə uyun” – demişdi. 91Harunun qövmü: “Musa bizə dönüb gələnə qədər, biz ona sitayiş etməkdən qətiyyən əl çəkməyəcəyik” – dedilər.

92,93Musa: “Ey Harun! Bunların pozğunluğa düşdüyünü gördüyün vaxt, sənə mənim yolumu təqib etməyə mane olan nə oldu? Yoxsa mənim əmrimə qarşımı gəldin?”– dedi.

94Harun: “Ey anamın oğlu! Saqqalımı və başımı tutma. Şübhəsiz ki, mən  sənin: “İsrailoğulları arasında ayrılıq çıxardın” və:  “Mənim sözümə baxmadın” – deməyindən qorxdum” – dedi.

95Sonra da Musa: “Ey Samiri! Sənin bu etdiyin nədir?”– dedi.

96Samiri:  “Mən onların anlamadıqları bir şeyi anladım və elçinin əsərindən bir ovuc almışdım, sonra da onu fırladıb atdım. Və bunu, mənə beləcə, nəfsim xoş göstərdi” – dedi.

97,98Musa: “Haydı, get. Artıq sənin üçün həyatın boyunca: “Mənimlə təmas yox” – deyə söyləməyin var. Həm də sənin üçün qətiyyən qarşı çıxa bilməyəcəyin bir qarşılaşma günü daha var. Bir də qulluq edib durduğun tanrına bax” – dedi. Əlbəttə, biz onu yandıracağıq, sonra da/tam yəqin bil ki, onu bol suda kökündən yuyacağıq. Sizin Tanrınız, ancaq özündən başqa heç bir tanrı olmayan Allahdır. Şübhəsiz ki, O, bilik yönündən hər şeyi əhatə etmişdir.

99Biz  sənə keçmişdə olan şeylərin mühüm xəbərlərindən bir qismini beləcə anladırıq. Şübhə yox ki, sənə qatımızdan bir öyüd/xatırlatma [Quran] verdik. 101–102Kim Bizim verdiyimiz öyüddən [Kitabdan/Qurandan] üz çevirirsə, şübhəsiz ki, o qiyamət günü/Sura üfləndiyi gün, əbədi olaraq içində qalacaqları bir yüklə yüklənə­cəkdir. Və qiyamət günü onlar üçün bu nə pis bir yükdür! Biz günahkarları o gün, gözləri göyərmiş olaraq toplayacağıq. 103Aralarında pıçıldaşacaqlar: “Siz dünyada, sadəcə, on gün qaldınız”. 104Biz aralarında nə danışacaqlarını daha yaxşı bilirik. Yolca ən üstün olan: “Siz ancaq bir gün qaldınız” – deyəcəkdir.

(45/20, Ta Ha/9–104)

Nəcm: 121

74Gerçək budur ki, hər kim Rəbbinə günahkar olaraq gələrsə, şübhəsiz ki, ona cəhənnəm vardır. Orada ölməz və dirilməz.

75,76Və kim, Rəbbinə bir mömin olaraq, düzəltmək/quruculuq yolunda fəaliyyət göstərmiş halda gələrsə, bax budur, onlar-ən yüksək dərəcələr, altlarından bulaqlar axan Ədn cənnətləri özlərinin olacaq olanlardır. Onlar orada sonsuz olaraq qalacaqlar. Və bax budur, bu, təmizlənən insanların qarşılığıdır.

80Ey İsrailoğulları! Sizləri düşməninizdən qurtardıq və dağın sağ tərəfində sizə söz ver­dik/dağın sağ tərəfini sizə görüşmə yeri olaraq müəyyən etdik. Üzərinizə də qüd­rət halvası və bildirçin/bal endirdik. 81Sizi ruziləndirdiyimiz şeylərin tə­miz­lərindən ye­yin və bunda həddinizi aşmayın, sonra üzərinizə qəzəbim enər. Kimin üzərinə də qə­zəbim enərsə, tam yəqinliklə bilin ki, o, enər [düşər, məhv olar]. 82Və şübhə yox ki, Mən tövbə edən, iman edib saleh əməl işləyən, sonra da bələdçiləndiyi doğru yo­lu tapanlar üçün çox bağışlayıcıyam[15].

(45/20, Ta Ha/74–76, 80–82)

Nəcm: 122

105–107Səndən dağlar haqqında soruşurlar. De ki: “Rəbbim onları sovurduqca sovuracaq­dır. Beləliklə, onları dümdüz boş bir halda buraxacaq. Orada bir çuxur və bir təpə görməyəcəksən”.

108O gün heç bir əyriliyi/səhvi olmayan o dəvətçiyə uyarlar və Rəhman üçün səslər qısılmışdır. Artıq sadəcə, yüngül bir səs eşidəcəksən.

109O gün  Rəhmanın özünə izin verdiyi və söz sarıdan məmnun olduğu insanlar istisna olmaqla, kömək/dəstək  fayda verməz.

110Allah kömək görməyənlərin önlərindəki və arxalarındakı şeyləri bilir. Onlar isə Onu biliklə əhatə edə bilməzlər.

111Və insanlar diri və bütün yaratdıqlarına nəzarət edən Allah üçün baş əymişdir. Bir şərikə bulaşaraq səhv/öz zərərlərinə iş edən insanlar, həqiqətən zərərə uğra­mış­dır.

112Və hər kim iman edən biri olaraq, quruculuq yolunda fəaliyyət gostərərsə, artıq o, bir haqsızlıqdan və haqqının azaldılacağından qorxmaz.

(45/20, Ta Ha/105–112)

Nəcm: 123

113Və bax budur, beləliklə Biz Allahın qoruması altına girsinlər, yaxud onlara yeni bir öyüd olsun deyə, onu ərəbcə bir Quran olaraq endirdik. Onda təhdidlərdən təkrar-təkrar açıqlama etdik.

114Bax budur, haqq olan, tək bir hökmdar olan Allah nə ucadır! Onun vəhyi sənə tamamlanmadan əvvəl, oxumağa/öyrətməyə tələsmə və: “Rəbbim, mənə biliyi artır!” – de.

(45/20, Ta Ha/113–114)

Nəcm: 124

115Və and olsun Biz bundan əvvəl Adəmdən söz aldıq, lakin o ağlından çıxardı, etmədi və Biz  onda bir qərarlılıq görmədik.

116Və Biz bir zaman təbiət güclərinə[16]:  “Adəm üçün boyun əyib təslimiyyət göstərin!” – dedik və İblisdən/düşüncə qabiliyyətindən[17] başqa hamısı boyun əyib təslimiyyət göstərdilər, o inad etdi.

117–119Sonra da Biz: “Ey Adəm! Şübhəsiz ki, İblis sənə və zövcənə düşməndir. Diqqət edin ki, sizi cənnətdən çıxarmasın, sonra bədbəxt olarsan, tam yəqinliklə bil ki, sənin acmamağın və çılpaq qalmamağın cənnətdədir. Və sən orada susamazsan və günəşin istisində qalmazsan” – dedik.

120Sonunda şeytan ona vəsvəsə verdi. Dedi ki: “Ey Adəm! Sənə sonsuzluq ağacını və köhnəlməz/çökməz mülk/səltənət üçün rəhbərlik edimmi?”

121Bundan sonra hər ikisi mal-mülk, qızıl hərisi oldular[18]. Dərhal çirkinlikləri özlərinə açılıb göründü. Və öz zərərlərinə, cənnət yarpağından götürüb üstünü örtməyə başladılar. Adəm, Rəbbinə asi oldu və çaşdı/azdı.

122Sonra Rəbbi onu seçdi və tövbəsini qəbul etdi və ona doğru yolu göstərdi.

123Allah o ikisinə: “Bir-birinizə düşmən olaraq hamınız oradan alçalın. Artıq Məndən sizə bir bələdçi gəldiyi zaman  kim Mənim bələdçimə uyarsa, o pozğunluğa düşməz və bədbəxt  olmaz”– dedi.

(45/20, Ta–Ha/115–123)

Nəcm: 125

124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaq durarsa, heç şübhəsiz, onun üçün çətin, sıxıcı bir dolanışıq/yaşayış vardır. Qiyamət günü də onu kor olaraq qi­yamət gününün toplantı yerinə toplayarıq. O deyər ki: “Rəbbim, mən görən biri olduğum hal­da məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki: “Bu belədir, ayə­lərimiz sənə gəldisə də, sən onları tərk etmişdin – bu gün də eyni şəkildə sən tərk edi­lir­sən/cəzalandırılırsan”.

127Və bax budur, Biz  hədləri aşanları və Rəbbinin ayələrinə inanmayanları belə cə­za­landırırıq. Və axirətin əzabı tam yəqinliklə bilin ki, daha şiddətli və daha daimi­dir.

128Məskənlərində gəzib dolaşdıqları, özlərindən əvvəl yox etdiyimiz bu qədər nəsillər onlar üçün bələdçi olmadımı? Şübhəsiz ki, bunda ağıl sahibi olanlar üçün necə dəlillər vardır.

129Və əgər Rəbbindən bir söz[19] və adı qoyulmuş bir müddət sonu olmasaydı, tam yəqinliklə bilin ki, qaçınılmaz olardı.

(45/20, Ta Ha/124–129)

Nəcm: 126

130Artıq onların söylədiklərinə səbr et, məmnunluğa çata bilməyin üçün günəşin doğmasından əvvəl də, batmasından əvvəl də Rəbbinin tərifi ilə birlikdə Allahı tanıt/nöqsanlıqlardan uzaq olduğunu öyrət!

Gecənin bəzi saatları ilə gündüzün iki ucunda da Allahı tanıt/nöqsanlıqlardan uzaq olduğunu öyrət!

131Və özlərini imtahan etmək üçün, adi dünya həyatının bəzəyi olaraq, onlardan bəzi cütləri faydalandırdığımız mal, mülk, övlad və səltənətə qətiyyən gözlərini dikmə/rəğbətlə baxma. Və Rəbbinin ruzisi daha yaxşı və daha daimidir.

132Və əhlinə salaatı əmr et, özün də ona səbrlə davam et. Biz səndən bir ruzi istəmirik. Səni Biz ruziləndiririk. Aqibət “Allahın qoruması altında olmaq” üçündür.

(45/20, Ta Ha/130–132)

Nəcm: 127

133,134Və inkar edənlər: “Elçiliyini iddia edən bu insan, Rəbbindən bizə bir əla­mət/nümunə gətirsəydi!” – dedilər. Onlara ilk səhifələrdə olan açıq-aşkar dəlillər gəl­mədimi? Və əgər Biz onları bundan əvvəl bir əzab ilə dəyişikliyə/dağıntıya uğrat­say­dıq, tam yəqinliklə bilin ki: “Ey Rəbbimiz! Bizə də bir peyğəmbər göndər­səydin, al­çaq və rüsvay olmadan əvvəl Sənin ayələrinə uysaydıq!”– deyəcəkdilər.

135De ki: “Hər kəs gözləməkdədir. Siz də gözləyin. Şübhəsiz, düz yolun sahib­lə­ri­nin kimlər olduğunu və kimlərin bələdçiləndiyi doğru yolu tapdığını ya­xında; Vaqiə/1-7ola­caq o hadisə baş verdiyi zaman ki, o hadisənin olacağını təkzib elə­yən yoxdur. O,  hadisə alçaldıcıdır/yüksəldi­ci­dir – yer üzü şiddətlə sarsıl­dıq­ca sar­sıl­dığı, dağlar ova­landıqca ovalanıb, toza dumana dön­dəril­diyi və sizlər üç bərabər/təbəqə/sinif ol­du­ğunuz zaman  135biləcəksiniz.

(45/20, Ta Ha/133–135+46/56, Vaqiə/1–7)

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Ayədəki sözlərin “doğru” mənaları, “Rəhman, Ərş üzərində istiva etmişdir [hegemonluq qurmuşdur]” şəklindədir. Biz tərcümədə, məcazi mənasını göstərdik. Sözlərin dəqiqliklə açıqlaması üçün 34 və 47 saylı qeydlərə də baxıla bilər.

[3]Digər surələrdə dəqiqliklə açıqlanmış olan Musa vaqiəsi, Ta Ha/9–99–da (120–ci nəcm), qısa toxunmalarla, yığcam halında verilmişdir. Bu surədəki hekayənin dərhal bir anda olduğu zənn edilməməlidir. Burada nəql edilən hadisələr, bir xronoloji olaraq izlənə bilməz.

[4]Ayənin orijinalındakı sözlər hərfən, “iki nalını çıxar” şəklindədir. Ancaq bundan qəsd edilən, “yaxınlarını və mallarını burada burax” deməkdir. Buna görə də, biz tərcümədə, deyimin ifadə etdiyi mənanı verdik.

[5]Bu paraqrafda, peyğəmbərliyi dövründə Musaya verilən vəzifələr yığcam olaraq verilmişdir. Paraqrafdakı, “Və Mən səni seçdim! O halda vəhy ediləcək olan şeyə  qulaq as. Heç şübhəsiz ki, Mən, Allahın məhz özüyəm. İlah deyə bir şey yoxdur, Məndən başqa. O halda Mənə qulluq et və Məni anmaq üçün Salaatı iqamə et. Şübhəsiz ki, o saat [qiyamət] gələcəkdir. Onu Mən, hər kəs əməyinin qarşılığını alsın deyə, haradasa gizləyəcəyəm” ifadələri, ayədəki “vəhy ediləcək şey” ifadəsinin açılışıdır.

[6]Rəsmi Düzülüşdəki Musa bölməsinin girişində ayələrin tərtibi xətalıdır. Ona görə də, 24–cü ayə, 19–cu ayənin davamı olaraq, tərtib edilmişdir. Aşağıdakı paraqraf da, “20, 25–36, 21–23” sırası ilə tərtib edilmişdir.

[7]“Hayyə” sözü də, Musa bölməsini doğru anlamaq üçün açar sözlərdən biridir. Buna görədə,  bu sözlə əlaqədar incəlikləri vermək istəyirik: “Həyat” sözündən gələn “hayyə”, “bir dəfə yaşamaq” deməkdir. Ərəblər bu sözü bir çox şəkilləriylə işlədirlər: Uzun ömürlü olduğuna görə ilana “hayyə” deyilir. Gözü kəskin olana “O, hayyədən daha yaxşı görür” – deyərlər. Xain-hiyləgər olana, “O hayyədən daha zalımdır” – deyərlər. Ətrafına, cəmiyyətinə yararlı olanlara, onları qoruyanlara, “O, bölgənin, yer üzünün hayyəsidir” deyilir. Qadın-kişi uzun yaşayana “O hayyənin təkidir” – deyərlər. Adam ağıl, zəka və dühada zirvədə olduğu zaman, “O, vadinin hayyəsidir” – deyilir. “Hayyə”, təşbih olaraq, Böyük Ayı ulduz bürcünün Ekizləri ilə Alkaid [ölü, sönük ulduz] arasındakı ulduzlara deyilir. (Lisan, “hayyə” mad.; Tac, “hayyə” mad.)

“Tahiyyə”/salamlama [Allah sənə ömür versin] sözü də eyni kökdəndir.

Qısacası, bu sözün mənası, “həyat və canlılıq”dır. Əslində “hayyə”, ilan deyil, ilanın uzun ömürlü olmasını xarakterizə edir. Burada “hayyetün təsa” [qaçıb duran təsa] deyilmişdir. Bunun dilimizdəki tam qarşılığı, “doqquz canlı” deyimidir ki, bu da, “dəfələrlə ölüm təhlükəsiylə qarşılaşmasına rəğmən, hər dəfəsində sağ qurtulmaq” – deməkdir. Bu söz, bir çox xəstəlikdən, bəla və fəlakətdən qurtulan insanlar üçün işlədildiyi kimi, pişik və ilan üçün də işlədilir.

Bu ayədəki “hayyə” sözünü anlamaq üçün, Musanın sağ əlindəkinin Allah tərəfindən bir başqa cür xarakterizə edilməsini də nəzərə almaq lazımdır. Musanın sağ əlindəki, Nəml/10 və Qasas/31–də, “sanki görünməyən bir varlıq kimi, hərəkət etdirir” deyə xarakterizə edilmişdir. Yəni, Musanın sağ əlindəki şey, “hərəkət etdirən, görünməz bir varlığa” bənzəyir. Bəs onda bu hərəkət etdirən, görünməz varlıq nədir? Bu insanların və heyvanların canıdır/ruhudur.

Bu ifadə də, vəhyin ruh xüsusiyyətidir. Quranın bir adı ruh olduğu kimi, Musanın sağ əlindəkinin [Kitabının] adı da ruhdur. Belə ki, Şüəra/193–də, “Onunla [apaçıq kitabla], xəbərdar edənlərdən olasan deyə, apaçıq bir ərəpcə dil ilə sənin qəlbinə Etibarlı Can/ilahi ismarıclar-etibarlı bilik endi. Və şübhəsiz ki, o [etibarlı can/ etibarlı bilik], qətiliklə öncəkilərin kitablarında da var idi” buyurularaq, keçmiş kitabların da ruh/can xüsusiyyətli olduğunu bildirmişdir.

[8]27–ci ayədəki “hayyə” sözü, “ilan” olaraq anlaşıldığından, 21–ci ayədəki qorxmaq sözü də təbii olaraq “ilandan qorxmaq” olaraq anlaşılacaqdır. Halbuki, burada bəhs edilən qorxu, bu surənin 45–46–cı ayələri ilə Şüəra/10–15, Nəml/10 və Qasas/30–da bəhs edilən Musanın vəzifədən qorxmasıdır, qaçmasıdır. 22–ci ayədəki “tahrücü” [çıxacaq] felinin subyekti “əl” deyil, “sən”dir. Burada qəsd edilən də, Musanın, özünə köməkçi güc olaraq verilən, Harunu işə cəlb edib, onun sayəsində ifadələri qüsursuzca, ləkəsizcə, əskiksiz olaraq təbliğ edəcək olmasıdır.

20–23–cü ayələrdə Musaya verilən iki ayədən bəhs edilir. Bu ayələrdən ilki, çoban əsasının əvəzinə verilən vəhy [kitab/Tövrat], ikincisi də lazım gəldikdə, gücünə güc qatacaq olan köməkçi gücdür/Harundur. Aşağıdakı ayələrdə Musanın ifadə qabiliyyətinin yetərli olmadığını, məramını yaxşı anlatması üçün qardaşı Harunu özünə köməkçi istədiyini və bu istəyinin Musaya verildiyini görəcəyik.

Əsa [kitab] və yed–i beyza [qüsursuz güc] ilə əlaqədar Əraf surəsindəki Musa ilə əlaqədar bölmələrdə təfsilat verilmişdir.

20–23–cü ayələrdə Musaya verildiyi zikr edilən iki əlamət/nümunə, FurQan surəsində də xülasə olaraq belə verilmişdir: – və and olsun ki, Musaya Kitabı verdik, qardaşı Harunu da onunla birlikdə vəzir qıldıq. Sonra da: “Haydı, ayələrimizi yalan sayan o qövmə gedin!” – dedik. Sonunda da parçalayıb, yox etdik. (Furqan/35–36)

[9]Bu paraqrafın ayələri də Rəsmi Düzülüşdən fərqli olaraq, “20, 25–36, 21–23” sırası ilə tərtib edilmişdir.

[10]Ayənin orijinalında yer alan “yemm”, “bahr/çox su” deməkdir. Leys bu sözü, “dərinliyi və sahili bilinəməyən dəniz” olaraq tərif etmişdir. Amma Quranda Ta Ha/39–cu ayədə, “Musanın anasına uşağı “yemmə” buraxması vəhy edilib və Musanın içində olduğu sandığın “yemm”də sahilə çıxması açıq şəkildə bildirildiyinə görə, bu iddia doğru ola bilməz. Belə ki, Musa Nil çayına buraxıldı və sandıq çayın kənarına yanaşdı.

Bu sözün Süryanicədən Ərəbcələşdirildiyinə də inanılır.

Həmçinin Kitab–i Müqəddəsdəki bu sözün İbranicədən İngiliscəyə bəzi tərcümələrdə “red sea” [qızıl/qırmızı dəniz], bəzi tərcümələrdə “reed sea” [saz/qamış dənizi] olaraq çevrilməsi də çox düşündürücdür.

Bu söz, Əraf/136, Ta Ha/39 (iki dəfə), 78, 97, Qasas/7, 40 və Zəriyət/40–da keçir.

Musanın ailəsinin və Fironun yaşadığı yerlər nəzərə alındığında, Musa bölmələrindəə keçən “bahr” və “yemm” kəlmələrini, “bol su/çay olaraq çevirmək lazımdır. Bu ayələrə baxıldığı zaman Fironun, qəti olaraq, uşaq Musanın buraxıldığı suda boğulduğu, dənizdə/Qızıldənizdə boğulma­dığı anlaşılır.

[11]“Sehr”, “bir şeyi, göz bağlayaraq, əl cəldliyi edərək və ya başqa üsullarla əslində olduğundan başqa bir şəkildə göstərmək” demək olub, mütləq mənada “göz bağlamaq” mənasında deyildir. Yaxşı bir anlatma, konfrans da “Bizi ovsunladı, heyran qoydu” şəklində ifadə edilir. O səbəbdən də biz, sehrbaz sözünü “sehrbaz/ovsun pərdəsi altında elmi yenilikləri tətbiq edən insanlar” olaraq tərcümə etdik.

[12]Ayənin orijinalındakı sözlərin “doğru” mənaları, Onların ipləri və dəyənəkləri şəklindədir. Yuxarıda, “ısıyyıhim” sözünün təki olan əsa sözünün “təcrübə” demək olduğunu ifadə etmişdik. Ayənin orijinalındakı “hıbal” sözü də, “habl” sözünün cəmidir. “Habl” sözünün əsas mənası isə, “mütləq ip” olmayıb, “bağlanılan ip”dir. Həmçinin, bu söz, “verilən söz-sözləşmə” mənasına da gəlir. Belə ki, Quranda (Rəsmi Düzülüş, Al–i İmran/103) “hablullah” [Allahın ipi] ifadəsi ilə, insanları Allaha bağlayan Quran qəsd edilir. Burada haqqında bəhs edilən, onların təcrübələrinin, keçmiş inanclarının, biliklərinin, testlərinin və əsaslandıqları şeylərin dəyərsizliyidir. Bu sözləri, dilimizdəki “çör-çöp, ipsiz-sapsız, boş-mənasız” deyimləri kimi də anlamaq mümkündür.

[13]Bu ayələrdə, Musanın qövmünü gecələr işlədərək, yaxalanma qorxusu olmadan, Nil çayında quru yollar açılmasının vəhy edilməsi, sonra da onları izləyən Fironun ordusu ilə birlikdə o çayda boğulmasının mərhələləri nəql edilir.

Ayədə diqqət edilməli nöqtə, bol suda açılacaq yolun, gecə yürüşü sayəsində ediləcəyidir. Bu ifadə, “insanları gecələri işlətməklə, kimsəyə hiss etdirmədən, gözə batmadan bu işin yavaş–yavaş həll edilməsi” mənasına gəlir.

Qurandakı ifadələrə görə, bu hadisələr, bir neçə dəqiqə və ya saatda deyil, uzun bir müddətdə həyata keçirilmişdir… Musa Peyğəmbər Misirə döndükdə, Firon mülkündəki cəmiyyəti içərisində illərlə təhlükəsiz şəkildə fəaliyyət göstərmişdir.

Ayədəki, “haşyət” də, bu etdiklərinin Firona xainlik olduğunu düşünməməsi yönündə bir xəbərdarlıqdır. Belə ki, Şüəra/18–19–dakı, O [Firon]: “Biz səni uşaq ikən içimizdə tərbiyə etmədikmi? Həyatından bir çox illər içimizdə qalmadınmı? Sonunda o etdiyin işi də etdin. Sən yalan sayanlardan/nankorlardan birisən də...”– dedi şəklindəki ifadələrdən, Fironun Musanı nankorluq və xainliklə günahkar hesab etdiyini görürük.

[14]Ayənin orijinalındakı sözlərin “doğru” mənası, “Bir buzovu, böyürməsi [cəlbedici, aldadıcı səsi] olan bir cəsəd etmişdilər” şəklindədir. Biz tərcümədə, məcazi mənalarını verdik. Burada bəhs edilən xüsus, İsrailoğullarının qızılın cazibəsinə qapılaraq, qızılı ilahlaşdırmalarıdır. Bunu Ta Ha və Bəqərə surələrində də görəcəyik. Geniş məlumat üçün Bxn. Təbyinul–Quran.

[15]Bu bölmə də, texniki səbəblər və məna biliyinə uyğun olaraq, Rəsmi Düzülüşdən fərqli tərtib edilmişdir. Tərtib şəkli bölmənin altında göstərilmişdir. Daha dəqiq açıqlamalar üçün, Təbyində əlaqədar bölmənin təhlilinə baxmaq olar.

[16]Məlaikə və bunun təki olan mələk, omonim sözlərdir. Həm “elçi göndərmək” mənasına gələn “uluk” kökündən, həm də “qüvvət, idarəetmə gücü” mənasındakı “məlk” kökündən törəmiş ola bilər. “Elçi göndərmək” mənasına gələn “uluk” kökündən törəmiş “mələk”, məlaikə sözləri, “peyğəmbərləri, vəhy ayələrini” ifadə edərlər. “Məlk” kökündən gələn mələk, məlaikə sözləri isə “təbiətdəki maddi və enerjik bütün gücləri” ifadə edər. Təsbitlərimizə görə, Quranda keçən bu sözlər, hər iki kökdən də törəmiş və törədiyi kökün mənasına uyğun olaraq, fərqli mənalarda istifadə edilmişdir. Yəni “məlaikə” sözü, Quranda bəzən birinci mənada, bəzən də ikinci mənada istifadə edilmişdir. Sözün Quranda hansı mənada istifadə edildiyi isə, yer aldığı bölmənin söz axışından ayırd edilə bilir.

Mələk sözü ilə əlaqədar geniş açıqlama Təbyinul-Quranda verilmişdir.

[17]Ayənin orijinalındakı ifadə, “bu, qovulmuş şeytanın sözü deyildir” şəklindədir. Şeytan, söz mənası olaraq “haqqdan uzaq olan” deməkdir. Anlayış olaraq isə, “haqqa və ağla zidd hərəkət edən hər cür insan, güc və qurumun ortaq və xarakteristik adı”dır.

Şeytanın kimlər və ya nələr ola biləcəyi, özəllikləri və ayırd edici xüsusiyyətləri Quranda təfərrüatlı olaraq mövcuddur. Qurana görə Şeytan: a) Haram yeməyi, haqsız qazanc əldə etməyi məsləhət görən/əmr edən, b) Pislik, həyasızlıq etməyimizi və Allaha qarşı bilmədiyimiz şeyləri söyləməyimizi təlqin edən, c) Bizi yoxsulluqla qorxudan, d) Bizi əsassız, boş düşüncələrə salan, e) Allahın yaratdıqlarını dəyişdirməyi əmr edən, f) Aldatmaq üçün bizə parlaq sözlər pıçıldayan, g) Vəsvəsə verib, qızışdıran, zehin bulandıran, h) Etdiyimiz əməllərimizlə bizi, lazımsız hərəkətlərə sövq edən, i) Bizi azdıran, j) İçki/narkotik və qumarla insanlar arasına düşmənçilik və kin salmaq istəyən, k) Bizi Allahı anmaqdan və Ona qulluq etməkdən çəkindirmək istəyən insan və güclərdir.

“Qovulmuş şeytan”, “inadkar şeytan” ifadələri də Quranda “İblis” üçün işlədilir. “İblis” isə, “insanın düşünmə qabiliyyəti”dir. Quranda İblis, gözə görünməyən, insanın zehnində vəsvəsə verən, xam düşüncələr törədən, insanlara ətraflarından yanaşan, təsirlə fəaliyyətə keçən, təsirsiz sahələrdə fəaliyyət göstərə bilməyən, canlılardan sadəcə insanda olan, insana boyun əyməyən, enerjidən yaradılmış bir güc, bacarıq olaraq tanıdılır. Quranda bu bacarıq insanlaşdırılaraq, işlədilir. Geniş məlumatı “Təbyinül-Quran”dan almaq olar.

[18]Bölmədə keçən şəcər [girift, didişməyin qaynağı] və “varaqıl–cənnət” [cənnət yarpaqları] ifadələri, “mal və pul” deməkdir. Dəqiqləşdirmələr üçün Bxn. Təbyinul–Quran.

Hekayəni anladan ayələrdəki ifadələr və sözlərin doğru mənaları göstərir ki, Allah insanın mal ehtirasından uzaq olmasını istədiyi üçün, Adəm və zövcəsini mal düşkünü olmaqdan uzaqlaşdırır, İblis də Adəm və zövcəsini mal ilə aldadır.

Göründüyü kimi, ayədəki ifadələr tam mənası ilə həyatın reallıqlarını ifadə edir. Adəm və zövcəsinin, nemətlərin dadını alınca, onların əsiri olmaqları və hərisliklə bağlandıqları bu nemətlərdən ayrılmamaq üçün, onlara sıx–sıx sarılmaları, bu gün də qarşılaşıla bilən mənzərələrdir. Keçici dünya həyatının bəzəklərindən bir dənəsini belə kənarda buraxmadan, hamısına sahib olan və ya olmaq istəyən, faydalandığı bəzəkləri adətən, üzərinə yapışdırıb, tam mənası ilə bir bəzək istehlakçısı halına gələn insanlar heç də az deyildir. O halda, Rəbbimizin sözləri qətiliklə bir məsəl kimi qəbul edilməməli və bilinməlidir ki, insanın “özünə ilham edilmiş fücuru, İblisin təsiri ilə zahirə vurması” şəklində ortaya çıxan çirkin davranışları, Adəm və zövcəsinə qədər gedib çıxır.

[19]Rəbbimizdən Keçən Söz: Ayədə bəhs edilən söz, Rəbbimizin cəzaları, “adı qoyulmuş vaxta qədər ertələmə” qaydasıdır. Uca Allah, bu qaydasından və bu qaydanı pozmayacağından Rəsmi Düzülüş: Şura/14, Hud/110, Fatir/45, Fussilət/45 və Ta–Ha/129–da da bəhs etmişdir.