MƏDİNƏ DÖVRÜ
Nəcm: 600
1Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları iddətlərinə[1] uyğun boşayın və iddəti sayın. Və Rəbbiniz Allahın qoruması altına girin. Açıq-aşkar bir həddini aşmaları, iffətsizlik etmələri halı istisna olmaqla, onları evlərindən çıxarmayın, özləri də çıxmasınlar. Bunlar Allahın hədləridir. Artıq kim Allahın hədlərini aşarsa, qətiliklə özünə haqsızlıq etmiş olar. Bilməzsən, ola bilər ki, Allah bundan sonra bir iş ortaya çıxarar.
2,3Artıq müddətlərinin sonuna çatdıqlarında, onları adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə saxlayın, yaxud adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə onlardan ayrılın. Və sizdən ədalət sahibi iki nəfəri şahid tutun. Şahidliyi də Allah naminə dik tutun. Bax budur, bu, Allaha və son günə inanan insana öyüdlənəndir. Və kim Allahın qoruması altına girərsə, Allah ona bir çıxış yolu təmin edər və onu hesaba qatmadığı bir yöndən ruziləndirər. Kim də Allaha işin nəticəsini həvalə edərsə, O ona yetər. Şübhəsiz ki, Allah Öz əmrini yerinə yetirib həyata keçirəndir. Allah qətiliklə hər şey üçün bir ölçü qoymuşdur, müəyyən etmişdir.
(99/65, Talaq/1–3)
Nəcm: 601
4Və qadınlarınızdan heyzdən kəsilənlər və heyz halı olmayanlar… Əgər şübhə edərsinizsə, onların gözləmə müddəti üç aydır. Hamilə olanların da gözləmə müddəti, yüklərindən azad olana qədər – doğmaları və ya uşağı salmalarıdır. Kim Allahın qoruması altına girərsə, Allah ona işində bir asanlıq təmin edər.
(99/65, Talaq/4)
Nəcm: 602
5Bax budur, bu, Allahın sizə endirdiyi buyuruğudur. Kim də Allahın qoruması altına girərsə, Allah onun pisliklərini örtər və onun üçün mükafatı artırar.
6O qadınları gücünüz yetdiyi qədər oturduğunuz yerin bir hissəsində yerləşdirin. O qadınları sıxışdırmaq üçün, onlara bir-birinizin zərərinə olacaq hər hansı bir şey etməyin. Lakin hamilədirlərsə, yüklərindən azad olana qədər onlara xərcləyin/dolanışıqlarını təmin edin. Sonra sizin üçün əmizdirirlərsə, onlara ödənişlərini verin və aranızda adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə müşavirə edin. Və əgər çətinlik çəkərsinizsə, artıq ödənişi ataya aid olmaqla, başqa bir qadın əmizdirəcəkdir.
7İmkanları geniş olanlar geniş imkanlarına görə xərcləsinlər/dolanışıqlarını təmin etsinlər. Ruzisi az olan isə artıq Allahın özünə verdiyindən versin. Allah heç bir insana ona verdiyindən başqası ilə öhdəlik qoymaz. Allah bir çətinliyin ardından bir asanlıq təmin edəcəkdir.
(99/65, Talaq/5–7)
Nəcm: 603
8Şəhərlərdən necələri var ki, Rəbbinin və Onun elçilərinin əmrinə baş qaldırdısa da, Biz onları çətin bir hesaba çəkdik və onlara görünməmiş, eşidilməmiş bir əzabla əzab etdik.
9Beləcə, onlar işlərinin vəbalını daddılar. İşlərinin nəticəsi də tam bir zərərə/itkiyə uğrayaraq, acı çəkmək olmuşdur.
10,11Allah onlara şiddətli bir əzab hazırlamışdır. O halda, ey qavrama qabiliyyətləri olan iman edənlər! Allahın qoruması altına girin. Qətiliklə Allah iman etmiş və düzəltmək yönündə işlər edənləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün sizə bir öyüd, sizə Allahın açıq-açıq ayələrini/əlamətlərini/nümunələrini oxuyan bir elçi endirdi. Və hər kim Allaha inanar və saleh əməl işləyərsə, Allah onu altlarından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlərə girdirər. Allah onun üçün ruzini gözəlləşdirmişdir.
12Allah yeddi göyü və yerdən də onlar qədərini yaradandır. Allahın hər şeyə qadir olduğunu və Allahın biliyinin hər şeyi əhatə etdiyini biləsiniz deyə, buyuruq göylər və yer arasında nazil olar.
(99/65, Talaq/8–12)
[1]Bxn. 450, 452 (Bəqərə surəsi), 514 (Əhzab surəsi) və 601 (Talaq surəsi) saylı nəcmlər.