TARİQ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 59

1–4Biliklilər və Tariq/dəlib keçən Quran ayələri qrupu şahiddir ki, əmin olun ki, hər mənliyini tamamlamış varlığın üzərində bir sıra qoruyucular vardır[1].

5Onun üçün insan nədən əmələ gətirilmiş olduğuna bir baxsın – 6,7onurğa ilə köks sümükləri arasından çıxan, atıcı bir sudan/“östrogen” və “testosteron” hormonlarından başladılaraq əmələ gətirildi.

8,9Şübhə yox ki, O/Yaradıcı, bütün sirlərin meydana çıxarıldığı gün, onun geri döndərilməsinə gücü çatandır. 10Artıq onun üçün nə hər hansı bir güc vardır, nə də hər hansı bir köməkçi.

11–14Öldükdən sonra diriləcəyinə inanan biliklilər, cahil, inancsız kafirlərin vəziyyəti şübhəsiz ki, bunun fərqli bir qərar olduğuna dəlildir. Və o, bir zarafat deyildir[2].

15Şübhəsiz, onlar, yetərincə tələ qururlar. 16Mən də onları cəzalandırıram[3].

17Buna görə də sən, kafirlərə möhlət ver, onlara azacıq zaman tanı.

(36/86, Tariq/1–17)

[1]Ayədəki sözlərin “doğru” mənası, Səmaya və Tariqə and olsun ki… və Tariqin nə olduğunu sənə nə bildirdi? (O) dəlib, keçən nəcmdir. Heç bir nəfs yoxdur ki, üzərində bir sıra qoruyucular olmasın [qətiliklə, hər insanın üzərində bir sıra qoruyucular vardır] şəklindədir, biz tərcümədə məcazi mənalarını verdik.

Ayədə haqqında söhbət gedən qoruyucular, “insan orqanizmindəki immun sistemi, endokrin sistemi və beyindəki diqqət funksiyası kimi zehni funksiyalar”– dır.

[2]Ayədəki sözlərin “doğru” mənaları, “Dönüş sahibi səmaya, yarılıb çatlayan ərşə and olsun ki, şübhəsiz o, fərqləndirici bir qərardır. Və o bir zarafat deyildir” – şəklindədir. Tərcümədə isə məcazi mənaları verilmişdir.

[3]Allah kimsəyə tələ qurmaz. Burada “bəlağət” elmində müşakilə sənəti deyilən bu ifadə tərzi, digər dillərdə də mövcuddur. Müşakilə sənəti, “iki zidd şeydən birinin, digərinin adı ilə adlandırılması” və ya “birinin söylədiyi sözü, digərinin, ilk söyləyənin istifadə etdiyi mənaya zidd olaraq istifadə etməsi” olaraq tanınır. Məsələn, ərəbcədə istifadə edilən, “Bizə qətiyyən bir cahillik etməyin, biz də sizə cahillik edərik!” şəklindəki təhdid ifadəsində, ikinci zikr edilən “cahillik” sözü əslində “sizə cəza verərik, sizə pislik edərik” –mənasına gəlir. Dilimizdə də buna bənzər ifadələr vardır. Məsələn, “Sən məni incidərsən, mən də səni incidərəm” –ifadəsindəki ikinci “incitmək” sözü, əslində “cəzalandırmaq” mənasındadır. Nümunələrdə də göründüyü kimi, edilən fel [günah] ilə bu felə veriləcək qarşılıq [cəza] bu cür ifadələrdə eyni sözlə ifadə edilmişdir. Quranda bu üslubun istifadə edilməsinə nümunə olacaq bir çox ayə vardır: Şura/40, Həşr/19, Al–i İmran/54, Səcdə/14, Nisa/142, Nəml/50, Ta–Ha/126, Casiyə/34, Bəqərə/14–15, 194, Tövbə/79, Rad/42, Nəml/50, İbrahim/46, Ənfal/30.

Buna görə də, Allahın tələ qurduğu bildirilən ayədə, əslində tələ quranların Allah tərəfindən cəzalandırılacağı, bu ayədəki xəbərdarlıqla, onların tələlərinə qarşı möminlərə tədbir aldırılacağı və Allahın aldırdacağı tədbir sayəsində də, müşriklərin bütün hiylələrinin boşa çıxacağı ifadə edilmişdir. Belə ki, eynilə belə olmuş və müşriklərin qarşısını almağa çalışdığı aydınlıq getdikcə yayılmışdır.