ZÜMƏR SURƏSİNİN TƏBYİNİ

Adını 71 və 73-cü ayədə keçən “زمر Zümər [qruplar]” sözündən alan bu surənin, Məkkədə enən 59-cu surə olduğu qəbul edilir. 20-ci ayədəki “ غرف ğurəf [köşklər]” sözünə istinadən, “ğurəf [köşklər]” surəsi də deyilir. Bəzi qaynaqlarda 53-55-ci ayələrin Mədəni olduğu irəli sürülsə [1] də, ismarıc tamlığına baxıldığında bu görüşün uyğun olmadığı anlaşılır.

Surə, Quranın tanıdılması ilə başlayır və Allaha həmd ilə bitir. Surənin ana xətti iman və tövhiddir. Doğru iman və doğru imanın əks olunması geniş bir şəkildə açıqlanır, imana çatılması üçün istər ətraf aləmdəki, istərsə də insan bədənindəki bir çox ayəyə diqqət çəkilir. Bu bağlamda qısa və mahiyyət olaraq ağıl, düşüncə, biliyin əhəmiyyəti, iman-əməl əlaqəsi, qiyamətin qopması kimi hadisələrə də toxunulur, inananlar ilə inancsızların müqayisəsi edilir.

Surədə məhşərə aid bir çox səhnəyə yer verilmişdir. Xüsusilə məhşərdən [toplanma meydanından] cənnət və cəhənnəmə edilən qruplar halındakı sövq səhnəsi çox diqqət çəkicidir. Həmçinin inanmayanların axirətdəki rüsvayçılıqlarından da bir çox fraqment göstərilir.

Surənin nizamlı bir xitaba nümunə göstərilməsi səviyyəsində olması, onun ya bir dəfədə endiyini, ya da qısa zaman fasilələriylə enən nəcmlərdən ibarət olduğunu düşündürür.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDƏN

MƏKKƏ DÖVRÜ

Nəcm: 227

1Bu kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağ­lam­laş­dıran Allahdandır.

2Şübhəsiz ki, Biz bu kitabı sənə haqq ilə endirdik. Belə isə dini yalnız Onun üçün arındıraraq Allaha qulluq et.

3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz.

4Əgər Allah bir uşaq qəbul etmək istəsəydi, qətiliklə, yaradacaqlarından dilədiyini seçəcəkdi. O, bundan münəzzəhdir. O, bir tək, qəhredici Allahdır.

5Bir Tək, məhv edən Allah göyləri və yeri haqq ilə yaratdı, gecəni gündüzün üstünə bürüyür, gündüzü də gecənin üstünə bürüyür. Günəşi və Ayı sizə faydalı olan quruluş və fəaliyyətdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da adı qoyulmuş/müəyyən edilmiş bir müddətin sonuna axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır.

6O, sizi tək bir nəfsdən yaratdı, sonra ondan zövcəsini var etdi və sizin üçün heyvanlardan səkkiz cüt endirdi. O sizi analarınızın qarınlarında üç qaranlıq içində, yaradılışdan sonra, bir məxluq olaraq meydana gətirir. Bax budur, bu, sahiblik, idarəçilik yalnız Özünün olan Rəbbiniz Allahdır. Ondan başqa tanrı deyə bir şey yoxdur. Belə isə, necə olur ki, döndərilirsiniz?

7Əgər küfr edəcək, nankorluq edəcək olarsınızsa, bilin ki, şübhəsiz, Allah sizə heç bir ehtiyacı olmayan­dır və O, qulları üçün, küfrə, nankorluğa razı olmaz. Və əgər özünüzə verilən nemətlərin qarşılığını ödəyər­si­niz­sə, sizin üçün ona razı olar. Heç bir daşıyıcı bir başqasının yükünü çəkməz. Sonra dönüşünüz yalnız və yalnız Rəbbinizədir. Beləliklə, etmiş olduqlarınızı sizə xəbər verə­cək­dir. Şübhəsiz ki, O, sinələrin özündə gizli olanı yaxşı biləndir.

(59/39, Zümər/1–7)

Nəcm: 228

8İnsana bir kədər üz verdiyi zaman könlünü Ona açaraq, Rəbbinə yalvarır. Sonra özünə, tərəfindən bir nemət lütf etdiyi zaman da, öncədən Ona yalvardığı halı unudaraq, Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşur. De ki: “Küfrünlə bir az yararlan! Şübhəsiz ki, sən atəşin əhlindənsən”.

9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər.

10De ki: “Ey iman etmiş olan qullar! Rəbbinizin qoruması altına girin. Bu dünyada yaxşılıq/gözəllik edənlərə bir gözəllik vardır. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, mükafatlarını hesabsız və tam olaraq alacaqlar”.

11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”.

13De ki: “Şübhəsiz, Rəbbimə qarşı gələrəmsə, böyük günün əzabından qorxaram.

14–16De ki: “Dinimi yalnız Ona arındıraraq, Allaha qulluq edirəm. Buna baxmayaraq siz, Onun yaratdıqlarından dilədiyinizə qulluq edirsiniz”. De ki: “Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini, ailələrini və yaxınlarını itkiyə uğradanlardır”. Diqqətli olun! Bax budur, bu, açıq-aşkar bir itkinin məhz özüdür. Onların üstlərində atəşdən təbəqələr, altlarından da təbəqələr vardır. Bax budur, Allah, qullarını bununla qorxudur: “Ey qullarım! Mənim qorumam altına girin”.

17,18Və tağuta qulluq etməkdən çəkinən və Allaha yönələn insanlar özləri üçün müjdə olanlardır. Buyur, sözü dinləyərək ən gözəlinə uyan qullarımı müjdələ! Bax budur, onlar Allahın özlərinə doğru yol bələdçisi verdiyi insanlardır. Və bax budur, onlar qavrama qabiliyyəti/təmiz ağıl sahibi olanların məhz özləridir.

19Yaxşı, üzərinə “əzab kəlməsi” haqq olmuş insandamı? Artıq atəşdəki o insanı sənmi qurtaracaqsan?

20Lakin Rəbbinin qoruması altına girmiş olan o insanlar özləri üçün Allahın vədi olaraq, altlarından çaylar axan, qat-qat köşklər olanlardır. Allah vədindən dönməz.

21Sən, şübhəsiz, Allahın göydən bir su endirərək, onu bir yolla yer üzündəki bulaqlara qovuşdurduğunu, sonra onunla müxtəlif rəngli bir əkin çıxardığını, sonra onun yetişərək, sənin onu saralmış gördüyünü, sonra da onu bir çöpə çevirdiyini görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, bunda qavrama qabiliyyəti olanlar/təmiz ağıl sahibləri üçün qətiliklə bir öyüd/xatırlatma vardır.

22Yaxşı, Allah kimin qəlbini İslama açarsa, o zaman o, Rəbbindən bir işıq üzərində olmazmı? Belə isə, Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanların vay halına! Bax budur, onlar, açıq-aşkar bir pozğunluq içindədirlər.

23Allah sözün ən gözəlini, oxşar mənalı olaraq, ikili bir kitab halında endirmişdir. Ondan Rəbbinə hörməti olanların tükləri ürpərir. Sonra dəriləri və qəlbləri Allahın anılmasına qarşı yumşalır. Bax budur, bu, Allahın hidayətidir. Allah onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur.

24Yaxşı, Qiyamət günü, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə: “Qazanmış olduğunuzun qarşılığını dadın!” – deyilərkən, özünü əzabın pisliyindən qorumağa çalışan insanmı daha xeyirlidir, yoxsa qiyamət günü təhlükəsizlik içində gələcək insanmı?

25,26Onlardan öncəki insanlar yalan saydılar ki, özlərinə düşünə bilmədikləri yöndən əzab gəldi. Sonra da Allah onlara adi dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə, əlbəttə, daha böyükdür. Kaş ki, bilərdilər!

27,28Və and olsun ki, Biz, düşünüb öyüd alsınlar deyə, səlis ərəbcə bir oxuma olaraq, Allahın qoruması altına girsinlər deyə, bu Quranda insanlar üçün hər cür nümunə verdik.

29Allah bəzi ortaqları olan və onlarla mübahisə edən bir insanla ancaq bir insana bağlı, salamatlıq içində olan bir insanı nümunə verdi. Bu ikisinin vəziyyəti heç eyni olarmı? Bütün təriflər Allahındır, başqası öyülə bilməz. Əksinə, onların çoxu bilməzlər.

30Şübhəsiz ki, sən, əmin ol ki, öləcəksən, şübhəsiz onlar da, qətiliklə öləcəklər.

31Sonra şübhəsiz ki, siz Qiyamət günündə, Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.

32Belə isə Allah haqqında yalan söyləyən və doğru özünə gəldiyi zaman onu yalan sayandan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? O kafirlər üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu!?

33Və doğrunu gətirən və onu təsdiq edən insan… Bax budur, onlar Allahın qoruması altına girmiş olanların məhz özləridir.

34,35Onlar üçün Rəbbi nəzdində dilədikləri şeylər vardır. Bax budur, bu, Allahın onların öncədən etdiklərinin ən pisini örtməsi, etməkdə olduqlarının ən gözəlinin müqabilində mükafatlarını verməsi üçün yaxşılıq-gözəllik edənlərin qarşılığıdır.

36Allah quluna kafi deyilmi? Onlar isə səni Onun yaratdıqlarından kimsələrlə qorxudur­lar. Və Allah kimi çaşdırarsa, artıq ona bələdçi olan biri yoxdur.

37Kimə də Allah bələdçi olarsa, artıq onu da çaşdıran biri yoxdur. Allah çox güclü, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərqərar edən deyilmi?

38Və sən, gerçəkdən onlara: “O göyləri və yeri kim yaratdı?” deyə soruşsan, qə­­tiliklə: “Allah!”deyəcəklər. De ki: “Belə isə, Allahın yaratdıqlarından çağır­dıq­la­­rınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zə­­rinin qarşısını ala bilən kimsələrdirlərmi? Yaxud mənə bir mərhəmət diləyərsə, onlar Onun mərhəmətinə mane ola bilən kimsələrdirlərmi? De ki: “Allah, mənə yetər. Nə­ti­­sini həvalə edənlər, yalnız və yalnız Ona nəticəsini həvalə etsinlər”.

39,40De ki: “Ey qövmüm! Siz olduğunuz yer üzrə çalışın. Şübhəsiz, mən də çalışan biriyəm. Artıq özünü rüsvay edəcək əzabın kimə gələcəyini və qalıcı bir əzabın kimin üzərinə enəcəyini yaxında biləcəksiniz”.

41Şübhəsiz, Biz bu kitabı sənə insanlar üçün haqq ilə endirdik. O halda kim bələdçiləndiyi doğru yolu tapdısa, artıq öz lehinədir. Kim də azdısa, artıq o, sırf öz əleyhinə olaraq azar. Və sən onların üzərinə onları dik tutmaq üçün məsul deyilsən.

42Allah o nəfsləri, öldükləri zaman, onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini birbir xatırlatdırır. Ölməyənləri yatdıqlarında… Artıq haq­larında ölüm gerçəkləşdirdiklərini alar, digərlərini adı qoyulmuş bir müddət so­nuna qədər qaytarar. Şübhəsiz, bunda düşünən bir cəmiyyət üçün necə əlamət­lər/nü­munələr vardır.

43Yoxsa onlar Allahın yaratdıqlarından bəzi dəstəkçi, köməkçi, iltimasçılarmı etdilər? De ki: “Onlar heç bir şeyə güc yetirə bilməzsə və ağlı yetməzsədəmi belə edəcəksiniz?”

44De ki: “Kömək, dəstək, şəfaət Allahındır. Göylərin və yerin mülkü yalnız və yalnız Onundur. Sonra yalnız və yalnız Ona döndərilirsiniz”.

45Və Allah, “bir tək” olaraq anıldığı zaman Axirətə inanmayanların ürəkləri parçalanırsa da, Onun yaratdıqlarından olan kimsələr anıldığı zaman dərhal üzləri gülür.

46De ki: “Ey göylərin və yerin yoxdan yaradıcısı/parçalayıcısı, görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və varlıqların ağıl və duyğularla hiss etdiklərini bilən Allahım! Qulların arasında, mübahisə etdikləri o şeylər haqqında Sən hökm verəcəksən”.

47Və əgər yer üzündəkilər və onunla birlikdə bir o qədəri də şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin olsa idı, Qiyamət günü əzabın pisliyindən qurtarmaq üçün onu qətiliklə qurtarmaqlıq verərdilər. Və onların heç hesaba qatmadıqları şeylər Allah tərəfindən onlar üçün meydana çıxarılır.

48Və qazandıqlarının pislikləri onlar üçün meydana çıxmış və özü ilə lağ edib durduqları şeylər özlərini hərtərəfli bürümüşdür.

49Bax budur, insana bir sıxıntı toxununca, Bizə yalvarır, sonra özünə tərəfimizdən bir nemət bəxş etdiyimiz zaman da: “O, mənə bir biliyə görə verildi” – deyər. Əslində verilən nemətlər bir imtahan vasitəsidir. Lakin onların çoxu bilməzlər.

50Həqiqətən, “O mənə bir biliyə görə verildi” sözünü bunlardan öncəki insanlar də söylədisə də, o qazandıqları şeylərin özlərinə faydası olmadı.

51Sonunda qazandıqları şeylərin pislikləri özlərinə isabət etdi. Bunlardan şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, onların da qazandıqları şeylərin pislikləri özlərinə isabət edəcəkdir. Və onlar aciz buraxanlar deyildir.

52Hələ də şübhəsiz, Allahın ruzini dilədiyinə yaydığını və ölçüləndirdiyini bilmədilərmi? Şübhəsiz ki, bunda iman edəcək bir cəmiyyət üçün qətiliklə necə əlamətlər/nümunələr vardır.

53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar! Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz, Allah günahları bütünlüklə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir.

54Və sizə əzab gəlməzdən öncə, Rəbbinizə yönəlin və Ona təslim olun. Sonra kömək edilməzsiniz”.

55–58Və qəflətən əzab gəlmədən insanın: “Allahın yanında etdiyim ölçüsüzlük­lər­ə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdən idim” – deməsin­dən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girənlərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş də olsaydı, mən də o yaxşılıq-gözəllik edənlərdən olsaydım” – deməsindən öncə, Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin”.

59Tam əksinə, sənə ayələrim gəldi və sən onları dərhal yalan saydın, yekəxanalıq etdin və kafirlərdən oldun.

60Və o Qiyamət günü Allah haqqında yalan söyləyənləri üzləri qaralmış olaraq, görəcəksən. Təkəbbürlənənlər üçün cəhənnəmdə yer yoxdurmu?

61Allahın qoruması altına girmiş olanları da Allah bacarıqlarına görə/sığınacaqlarında qurtarar. Onlara pislik toxunmaz və onlar kədərlənməzlər də.

62Allah hər şeyin yaradıcısıdır. O, hər şeyin “müəyyən bir proqrama görə nizamlayanı və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirənidir”.

63 Göylərin və yerin açarları yalnız və yalnız Onundur. Allahın ayələrini ört-basdır edənlər! Bax budur, onlar zərərə uğrayanların məhz özləridir.

64De ki: “Buna baxmayaraq, siz mənə Allahdan başqasına qulluq etməyimi əmr edirsiniz, ey cahillər!”

65,66Və and olsun ki, sənə və səndən öncəkilərə belə vəhy edildi: “And olsun ki, əgər ortaq qoşarsansa, əməlin qətiliklə boşa gedəcək və qətiliklə itirənlərdən olacaqsan. Ona görə də, tam əksinə, yalnız Allaha qulluq et və sahib olduğu nemətlə­rin qarşılığını ödəyənlərdən ol”.

67Və onlar Allahı haqqı ilə təqdir etmədilər/dəyərləndirə bilmədilər. Və yer üzü bütünlüklə, Qiyamət günü Onun ovucundadır. Göylər də Onun qüdrəti ilə durulmuş­dur. O, onların ortaq qoşduqlarından münəzzəhdir və çox ucadır.

68Və Sura üflənmişdir və Allahın dilədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa çırpılıb, yıxılmışdır. Sonra ona, yenə bir daha üflənmişdir və onlar qalxmışlar, qarşıda baxıb dururlar.

69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.

70Və Allah edilən əməlin qarşılığını hər kəsə, qətiliklə, tam olaraq ödəyəcəkdir. Və Allah onların etdiklərini ən yaxşı şəkildə biləndir.

71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcək­lər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu.

72Həmişəlik olaraq, içində qalmaq üçün girin cəhənnəmin qapılarından” – deyildi. Yekəxanalıq edənlərin yeri nə pisdir!

73Rəbbinə qarşı Allahın qoruması altına girmiş olanlar da qətiliklə cənnətə bölük-bölük sövq ediləcəklər. Sonunda oraya çatdıqları, qapılarının açıldığı və gözətçilərinin onlara: “Salam sizlərə, tərtəmiz gəldiniz!” – dediyi zaman: “Sonsuz olaraq içində qalmaq üçün buyurun, girin oraya!” – deyiləcək.

74Onlar da: “Bütün təriflər, bizə vədini doğru çıxaran və bizi bu yer üzünə varis edən və cənnətdə bizi istədiyimiz yerdə qoyub, köçürdən o Allahdır” – dedilər. Bax budur, çalışanların mükafatı nə gözəldir!

75Və sən kainatdakı bütün gücləri ən böyük taxtın bir kənarından dolaşanlar olaraq, Rəbbinin tərifi ilə birlikdə Allahı nöqsan sifətlərdən münəzzəh qıldıqlarını görərsən. Və onların aralarında mükafat, cəza haqq ilə gerçəkləşdirilmişdir. Və: “Bütün təriflər aləmlərin Rəbbi Allahadır” – deyilməkdədir.

(59/39, Zümər/8–75)

TƏHLİL:

1Bu kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağ­lam­laş­dıran Allahdandır.

Surə Qurana diqqət çəkilərək başlayır və Quranın mütləq üstün, qalib, yenilməz və ən yaxşı  qanun qoyan Allah tərəfindən endirildiyi vurğulanır. Bununla Quranın bir bəşər məhsulu olmadığı vurğulanırkən, eyni zamanda onu endirənin yenilməzliyinə və yersiz iş etməyəcəyinə də diqqət çəkilir. Diqqət çəkilən bu xüsusiyyətlərlə həm Ona kimsənin mane ola bilməyəcəyi, həm də Quranın içərisindəki qanunların insanlıq üçün ən yaxşı qanunlar olduğu ismarıcı verilir.

Hakim sifəti daha əvvəl Loğman surəsində Quranın sifəti olaraq işlədilmişdi. Burada isə Allahın sifəti olaraq yer almışdır. Ya Sin və Loğman surələrində “hikmətlər ehtiva edən” mənasında “məful/passiv” isim olaraq yer almışkən, burada “ən yaxşı  qanun qoyan” mənasında “fail/aktiv” isim olaraq işlədilmişdir.

Rəbbimiz Quranı bilavasitə özünün endirdiyini, vəhy etdiyini müxtəlif ayələrdə müxtəlif sifətlərlə bir çox dəfə (Şüəra/192-195, Fussilət/2, 41, 42, Hicr/9, İsra/105) ön plana çıxarmışdır.

2Şübhəsiz ki, Biz bu kitabı sənə haqq ilə endirdik. Belə isə dini yalnız Onun üçün arındıraraq Allaha qulluq et.

3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz.

Quranın Əziz və Hakim Allah tərəfindən endirilmiş olduğu açıqlandıqdan sonra Quranın mahiyyətinə diqqət çəkilmiş, din adından nə varsa haqq olan Quran qaynaqlı olması istənilmişdir. Sonra da din adından haqdan uzaq olan anlayış, Allaha yaxınlaşdırsınlar deyə, bir sıra əşyaları və ya adamları övliyalaşdırma/müqəddəsləşdirmə inancı qınanmışdır.

Burada bəhs edilən; dinə heç bir şeyin qarışmaması, Allahdan gəldiyi kimi tərtəmiz olması, içində Allahın qoymadığı heç bir inanc və əməlin olmamasıdır. Bu ayədə bəzilərinin izah etdiyi kimi “Riya”nın ziddi olan “İxlas”dan bəhs edilmir. Yəni burada adamların münasibətindən deyil, dinin mahiyyətindən bəhs edilir.

Quran bu mövzuya ciddi olaraq toxunmuşdur:

  • 11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”.
  • 13De ki: “Şübhəsiz, Rəbbimə qarşı gələrəmsə, böyük günün əzabından qorxaram.
  • 14–16De ki: “Dinimi yalnız Ona arındıraraq, Allaha qulluq edirəm. Buna baxmayaraq siz, Onun yaratdıqlarından dilədiyinizə qulluq edirsiniz”. De ki: “Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini, ailələrini və yaxınlarını itkiyə uğradanlardır”. Diqqətli olun! Bax budur, bu, açıq-aşkar bir itkinin məhz özüdür. Onların üstlərində atəşdən təbəqələr, altlarından da təbəqələr vardır. Bax budur, Allah, qullarını bununla qorxudur: “Ey qullarım! Mənim qorumam altına girin”. (Zümər/11-16)
  • 14Belə isə, kafirlər xoşlanmasa da, dini sadəcə Ona aid qılaraq, Allaha dua edin.  (Mömin/14)
  • 65O, diridir. Ondan başqa tanrı deyə bir şey yoxdur. Ona görə də, dini yalnız Onun üçün münəzzəh qılaraq Ona dua edin. Bütün təriflər yalnız aləmlərin Rəbbi Allahadır, başqası öyülə bilməz. (Mömin/65)
  • 5Halbuki onlara, sadəcə, dini yalnız Allah üçün münəzzəh qılanlar halında, sadəcə, Allaha qulluq etmələri, salaatı iqamə etmələri, zəkatı/vergini vermələri əmr edilmişdi. Və bax budur, bu doğru/əskik­siz/aşılan­maz dindir.(Beyyinə/5)

Ayədə “Allahın yaratdıqlarından qəbul edilən vəlilər” ifadəsi ilə “tanrılaşdırılan canlı və cansız əşyalar” qəsd edilmişdir. Bunların başında İsa (əs), Üzeyr və mələklər gəlir. Bir çoxları Günəşə, Aya, ulduzlara sitayiş edərkən, bəziləri də Lat, Uzza, Mənat, Hubel kimi əşyaları bütləşdirmişdilər. Buna bənzər azğınlıqlar, keçmişdə olduğu kimi bu gün də davam edir. Belə ki, bəzi ideologiyalar, bəzi dövlət başçıları, bəzi din adamları cəmiyyətlər tərəfindən tanrı, məbud mövqeyinə salınmışdır.

İnsanların araçı tanrılar uydurma azğınlığı, onlarda bir sıra görünməz güclərin, funksiyaların olduğuna, onların Allahın yaxınları, xatiri əziz olan qulları olduğuna inanmalarından qaynaqlanır. Buna görə də, ehtiyaclarını Allahdan istəyərkən özləri ilə Allah arasında bu sözdə xatiri əziz varlıqları işə salarlar. Onların araçı olmasını, özlərini Allaha yaxınlaşdırmasını istəyərlər.

Allahdan dilək istəyərkən birini araçı qoymaq adamı şirkə salan davranışlardandır. Doğru mömin “Biz ancaq sənə qulluq edər və ancaq səndən yardım istəyirik” inancını qorumaq məcburiyyətindədir. Allaha dua və qulluqda araya birilərini salmaq, həm Allahı təqdir edə bilməmək, həm də Allaha aid olmayan şeyləri dinə qatmaq deməkdir. Duada araçı edilən adamların Allah qatında dəyəri olmasını qəbul etməyin heç bir əqli və nəqli dəlili yoxdur. Allah məxluqlarına özlərindən daha yaxın, qəlblərindən keçənləri ən yaxşı biləndir. Buna görə də, ibadətdə bir araçıya ehtiyac hiss etmək xalis din anlayışına tamamilə zidd bir davranışdır.

  • 27,28Qətiliklə, Biz sizin qonşularınız olan məmləkətləri dəyişikliyə/dağıntıya uğratdıq. Ayələri, onlar dönsünlər deyə, təkrar-təkrar açıqladıq. Belə isə, Allahın yaratdıqla­rın­dan, guya Ona yaxınlığa vəsilə qəbul etdikləri uydurma tanrılar, onların əzabını sov­ma­ğa kömək etməli deyildimi? Əksinə, o uydurma tanrılar özlərindən ayrılıb, yox ol­dular. Bu, onların yalanlarıdır/uydurmaqda olduqları şeydir. (Əhqaf/27, 28)
  • 145,146Şübhəsiz ki, münafiqlər atəşin ən aşağı təbəqəsindədirlər. Sən də onlara bir kömək edən tapa bilməzsən. Lakin ­tövbə edənlər, düzəldənlər, Allaha sıx-sıx sarılanlar və dinlərini Allah üçün arıdan kimsələr istisna olmaqla… Artıq bunlar, möminlərlə birlikdədirlər və Allah möminlərə böyük bir mükafat verəcəkdir. (Nisa/145, 146)

110De ki: “Mən ancaq sizin kimi bir bəşərəm. Mənə ilahınızın ancaq bir tanrı olduğu vəhy olunur. Onun üçün hər kim Rəbbinə qovuşmağı umursa, saleh əməli işləsin və Rəbbinə qulluqda heç kimsəni ortaq etməsin”.      (Kəhf/110)

3-cü ayədə bəhs edilən “vəli” sözü “yaxın olan, yaxın duran; yardım edən, yol göstərən, aydınladan, qoruyan” deməkdir. Bu sözlə əlaqədar məqam daha əvvəl Əraf surəsində verilmişdir.

Eyni ayədə “Şübhəsiz özlərinin ixtilaf edib durduqları şeylərdə, onların arasında Allah hökm verəcəkdir” buyurulmuşdur. Bundan anlaşıldığına görə, Rəbbimiz qiyamət günündə hər şeyi açıq-aşkar ortaya qoyacaqdır. Yəni bunu mövzumuz olan “Dini Allaha xas qılma” münasibəti ilə əlaqələndirəriksə; Rəbbimiz şirk qoşanlar ilə onların tanrı və rəbb hesab etdikləri ruhani liderlər, əfəndilər, böyüklər və ya insani tanrılar haqqında hökmünü verəcəkdir.

  • 40De ki: “Allahın yaratdığı sərvətlərdən yalvarıb durduğunuz, ortaq qoşduqlarınızı heç düşündünüz­mü? Göstərin Mənə, onlar yer üzündən nəyi yaratmışlar? Ya da onlar üçün göylərdə bir ortaqlıqmı var? Ya da Biz onlara bir kitab vermişik və onlar, ondan bir dəliləmi əsaslanırlar?” Tam əksinə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o kəslər, bir-birlərinə yalandan başqa bir vəd vermirlər. (Fatir/40)
  • 31Və bu kafirlər: “Biz qətiyyən, bu Qurana inanmarıq, ondan əvvəlkinə də…” – dedilər. Sən şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənləri Rəbbi hüzurunda tutulmuş, sözü birinin digərinə geri çevirdiyini bir görsən! Zəifliyə uğradılan insanlar yekəxanalıq edənlərə: “Əgər sizlər olmasaydınız, qətiliklə bizlər mömin insanlar olardıq” – deyəcəklər.
  • 32Yekəxanalıq edən insanlar zəifliyə uğradılan insanlara: “Sizə bələdçi gəldikdən sonra, sizi ondan bizmi çevirdik? Tam əksinə, siz özünüz günahkarlar oldunuz” – deyərlər.
  • 33O zəifliyə uğradılan insanlar da, o yekəxanalıq edən insanlara: “Tam əksinə, gecənin və gündüzün tələsi! Siz bizə Allaha inanmamağımızı və Ona bəzi yoldaşlar qəbul etməyimizi əmr edirdiniz” – deyərlər. Bunlar əzabı gördükləri zaman peşmançılıqlarını gizləyəcəklər. Biz də o kafirlərin boyunlarına dəmir halqalar keçirmişik. Onlar, sadəcə, etmiş olduqlarının qarşılığını görürlər.  (Səba/31-33)
  • 22,23Toplayın, o şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri, həmtaylarını və Allahın yaratdığı sərvətlərdən sitayiş etmiş olduqları şeyləri. Sonra da onları cəhənnəmin yoluna bələdçiləyin. 24,25Və durdurun onları, şübhəsiz, onlar sorğu-suala çəkiləcəklər: “Nə oldu sizlərə ki, niyə bir-birinizə kömək etmirsiniz?” (Saffat/22-25)

Və Sad/59-64, Səba/40, 41.

3-cü ayənin sonunda “Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan adamlara bələdçilik etməz” buyurulur. Buradan anlaşılması istənilən odur ki, Allah kefinin istədiyini azdırıb, kefinin istədiyini də hidayətə çatdıran deyildir. Tam tərsinə, bu ifadə “hər kim yalanda və küfrdə israr edərsə, o hidayədən məhrum qalar” ismarıcını verir. Müşriklərin yalançılıqla xarakterizə edilməsinin səbəbi, o bütləri öz əlləriylə yonduqları, üzərlərində təsərrüf etdikləri və dəyərsiz, cansız əşyalar olduqlarını bildikləri halda, onları ibadətə layiqli tanrılar olaraq qəbul etmələridir.

Şübhəsiz Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz” ifadəsiylə eyni zamanda müşriklərə ismarıc verilir ki, pis hala düşməkləri bilavasitə öz etdikləri ucbatındandır və açıqlanır ki, bu, onların özlərinin günahı Allaha atma cəhdləri ilə uydurduqları bir şeydir. Allah şirkə, küfrə nə izin vermiş, nə də razı olmuşdur. Əksinə bu münasibətlərə nifrət etmiş və onları bundan çəkindirmişdir.

  • 36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstər­di, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və ba­xın yalan sayanların sonu necə olmuşdur?  (Nəhl/36)
  • 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq. (Ənbiya/25)

Hidayənin [doğruya çatmağın] Allahın iradəsinə bağlı olduğundan Quranda bir çox yerdə bəhs edilmişdir. Allahın qüdrət sifəti önə çıxarılaraq, Allahın dilədiyini azdırdığı, dilədiyini də doğru yola çatdırdığı bir çox ayədə dilə gətirilmişdir. Ancaq diqqət edilirsə, bu ayələr təsadüfiliyi deyil, bir seçimi [məşiəti/iradəni] ifadə edərlər.

“Məşiət” qavramını bütün ölçüləri ilə təhlil etməmiş olanlar, azdırma və hidayə mövzusunda yanılır və “dəlalət və hidayənin hər hansı bir əsasa və qaydaya bağlı olmadığını, Allahın təsadüfən birilərini azdırdığını, kimilərini də təsadüfən hidayəyə çatdırdığını” irəli sürə bilirlər. Əslində isə Allahın durduğu yerdə bir kimsəni azdıracağını iddia etmək, Allaha zülm yaraşdırmaq olur ki, Allah haqqında belə bir şey düşünülə bilməz. Ayələrə doğru baxılırsa, Uca Allahın azdırma və hidayəyə çatdırmağı təsadüfən diləmədiyi açıq-aydın görünür.

Bu mövzu geniş şəkildə Təkvir surəsinin sonunda işlənmiş və Quran ayələri əsas alınaraq, həm “Allahın hidayə edəcəyi kimsələr”, həm də “Allahın azdıracağı kimsələr” maddələr halında sıralanmışdı. Buna görə də mövzunu sadəcə xatırlatmaqla kifayətlənir, əhəmiyyətli olduğuna görə o bölmənin təkrar oxunmasını məsləhət görürük.

4Əgər Allah bir uşaq qəbul etmək istəsəydi, qətiliklə, yaradacaqlarından dilədiyini seçəcəkdi. O, bundan münəzzəhdir. O, bir tək, qəhredici Allahdır.

Bundan əvvəlki bölmədə bəzi ağılsızların Allaha yaxınlaşdırmaları və şəfaət etmələri ümidiylə yalan yerə bir sıra tanrılar qəbul etdikləri anladılıb, bu azğınlıqları qınanmışdı. Bu ayədə də onlara “Əgər Allah bir uşaq qəbul etmək istəsəydi, qətiliklə, yaradacaqlarından dilədiyini seçəcəkdi. O, bundan münəzzəhdir. O, bir tək, qəhredici Allahdır.” deyilərək biliksizlikləri və düşüncəsizlikləri ortaya qoyulur, dolayısıyla ağıllarını başlarına almaları üçün xəbərdarlıq edilir.

Bu tərzdə ifadənin məqsədi, Allahın övlad qəbul edə biləcəyini deyil, etməsindən bəhs edilməsinin düzgün olmayacağı vurğulamaqdır. Quranda ifadə tərzi bu ayəyə bənzəyən başqa ayələr də vardır.

  • 17Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq. (Ənbiya/17)
  • 26–28Və onlar: “Rəhman özünə övlad qəbul etdi” – dedilər. Rəhman, bundan münəzzəhdir. Əksinə onlar ərməğanlar verilmiş qullardır. Onlar Onun sözünün önünə keçə bilməzlər/onlar yalnız Onun əmri ilə hərəkət edərlər. O, Rəhmanın övladları saydıqları şeylərin önlərində olanı və arxalarında olanı bilir. Və onlar Onun məmnun olduğu insanlardan başqasına kömək/dəstək etməzlər. Bununla birlikdə onlar Ona duyduqları dərin hörmət və sevgiyə görə, ondan uzaqlaşma qorxusundan, tir-tir titrəyərlər. (Ənbiya/26-28)

Qısaca, Rəbbimiz 2, 3 və 4-cü ayələrdən ibarət olan bu paraqrafda dua, ibadət, dini Allaha xas qılmaq və Allahdan başqasını vəliləşdirib, onları araçı qılmaq mövzularını açıqlamış, Özünün övlad etməkdən münəzzəh olduğunu, belə bir iddianın çirkin və təhlükəli olduğunu bildirmişdir. Bu mövzunun üzərində aşağıdakı ayələrdə də durulmuşdur:

  • 81De ki: “Əgər Rəhmanın bir övladı olsaydı, o təqdirdə qulluq edənlərin ilki mən olardım”.
  • 82Göylərin və yerin Rəbbi, ən böyük taxtın Rəbbi onların xarakterizə etdikləri şeylərdən münəzzəhdir. (Zühruf/81, 82)

Bəli, din Allahındır. Onun dinə qatqı edəcək, müdaxilə edəcək nə övladı, nə də övrəti vardır:

  • 34Budur, bu haqq sözə görə ixtilafda olduqları şey, 30“Şübhəsiz, mən Allahın quluyam. O mənə kitabı verdi və məni bir peyğəmbər etdi. 31Məni, harada oluramsa olum, mübarək etdi. Həyatda olduğum müddətcə mənə salaatı və zəkatı/vergini bir məsuliyyət olaraq çatdırdı. 32Və məni anama yaxşı davranan bir insan etdi. Və məni zalım, bədbəxt biri etmədi. 33Və doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən dirildiləcəyim gün “Salam“ mənim üzərimədir. 36Və şübhəsiz, Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona qulluq edin, Bax budur, bu dosdoğru yoldur” – 34deyən Məryəm oğlu İsadır.
  • 35Allah üçün özünə övlad etmək deyə bir şey yoxdur. O, bundan münəzzəhdir. O, bir şeyə hökm edərsə, ona sadəcə “Ol!” deyər, o da olar.
  • 37Sonra da öz aralarından çıxan əsassız qruplar ixtilafa düşdülər. Bax budur, o böyük günün şahidliyindən, məhkəməsindən o kafirlərin vay halına! (Məryəm/34-37)
  • 88Və onlar: “Rəhman özünə övlad etdi” – dedilər.
  • 89And olsun ki, siz çox çirkin bir şey söylədiniz.
  • 90,91Az qaldı ki, buna görə/Rəhmana uşaq isnad etdiklərinə görə göylər çatlayacaq, yer yarılacaq və dağlar parçalanıb dağılacaqdı.
  • 92Halbuki, Rəhman üçün özünə övlad etmək yaraşmaz. 93Göylərdə və yerdə olan bütün hər kəs Rəhmana yalnız və yalnız qul olaraq gələcəkdir. (Məryəm/88-93)

5Bir Tək, məhv edən Allah göyləri və yeri haqq ilə yaratdı, gecəni gündüzün üstünə bürüyür, gündüzü də gecənin üstünə bürüyür. Günəşi və Ayı sizə faydalı olan quruluş və fəaliyyətdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da adı qoyulmuş/müəyyən edilmiş bir müddətin sonuna axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır.

6O, sizi tək bir nəfsdən yaratdı, sonra ondan zövcəsini var etdi və sizin üçün heyvanlardan səkkiz cüt endirdi. O sizi analarınızın qarınlarında üç qaranlıq içində, yaradılışdan sonra, bir məxluq olaraq meydana gətirir. Bax budur, bu, sahiblik, idarəçilik yalnız Özünün olan Rəbbiniz Allahdır. Ondan başqa tanrı deyə bir şey yoxdur. Belə isə, necə olur ki, döndərilirsiniz?

Rəbbimiz özünün haqqında “övlad qəbul etdi” düşüncəsinin olmadığı, ola bilməyəcəyini, bundan münəzzəh olduğunu bildirib, tayı-bərabəri olmayan və Qahhar olduğunu açıqladıqdan sonra özünü tanıtmağa davam etmişdir. 6-cı ayənin sonunda isə “elə isə necə olur ki döndərilirsiniz?” – deyərək birilərinin axına qarışaraq doğru yoldan ayrılıb, ağıl və haqqa zidd olan inanca sahib olanları qınayır.

5-ci ayənin sonundakı “Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır” ifadəsində Rəbbimizin bəzi sifətləri ön plana çıxarılmışdır. Qüdrətinin vurğulanması, Allaha haşyət duymağa, əfv ediən olmasının vurğulanması isə ümidə, tövbəyə və əfv diləməyə təşviq edir.

6-cı ayədəki “O, sizi tək bir nəfsdən yaratdı, sonra ondan həmtayını qıldı [etdi]” ifadəsiylə açıq şəkildə ilk törəmənin cinsiyyətsiz olaraq başladıldığı vurğulanmışdır. Bu vurğunu Quranda bir çox yerdə görürük:

  • 189O, sizi bir candan əmələ gətirən və ondan da, özünə isinsin deyə, tayını düzəldəndir. O zaman ki, o, onu örtüb bürüdü, o zaman o yüngül bir yüklə yükləndi. Və bununla gedib-gəldi. O zaman ki, qadın ağırlaşdı, dərhal o ikisi Rəblərinə dua etdilər: “Əgər bizə sağlam bir övlad verərsənsə, and olsun ki, tam yəqin bil ki, qarşılığını ödəyənlərdən olacağıq”.
  • 190O zaman ki, o ikisinə sağlam bir övlad verdi, o ikisinə verdiyi şey haqqında Onun üçün ortaqlar qoşdular. Onların ortaq qoşduğu şeylərdən Allah münəzzəhdir, ucadır. (Əraf/189, 190)

Mövcud tərcümə və təfsirlərin hamısında ilk insanın Adəm olduğu, Həvvanın ondan [qabırga sümüyündən] yaradıldığı, Adəmin qabırga sümüklərinin Həvvanınkından bir ədəd nöqsan/az olmasının da bundan qaynaqlandığı ya açıq şəkildə yazılır, ya da nəzərdə tutulurdu. Bu izahların Kitab-i Müqəddəsdəki anlatmalara istinadən edildiyini söyləmək mümkündür. Çünkü Zümər/6-nın və Nisa/1-in kəlmələrində Adəm və Həvva deyə birilərindən bəhs edilmədiyi kimi, bu ikisinə istinad yollu bir işarə belə edilmir.

Ayədə öncə cinsiyyəti olmayan bir canlıdan bəhs edilir, sonra da bu canlıdan onun həmtayının yaradıldığı bildirilir. Bu yaradılış tərzinin bu günkü “klonlama”ya bənzədiyini söyləmək olar. Rəbbimiz, insanın həmtayının özündən yaradılmasının səbəbini də göstərmiş, bu yaratmanın ikisinin arasında bir istiliyin, yaxınlığın, sevginin, sükunətin [yatışdırmanın] doğulması üçün olduğunu açıqlamışdır. İnsanlar görüntü olaraq erkək və dişi olaraq ayrılsalar da, yaradılışda tək canlıdan törədildikləri üçün eyni xüsusiyyətləri daşıyırlar. Bu da mahiyyətcə bir-birlərindən fərqləri olmadıqları mənasına gəlir. Erkəklik və dişilik fərqinə gəldikdə, bu fərq ilk yaradılışda deyil, Nisa/1-dən anlaşıldığına görə yaradılışın üçüncü mərhələsindən sonra meydana çıxmışdır.

  • 1Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan həmtayını yaradan və hər ikisindən bir çox kişi və qadın törədib yayan Rəbbinizin qoruması altına girin. Və özü ilə bir-birinizlə diləkləşdiyiniz Allahın və əqrəbalığın qoruması altına girin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir. (Nisa/1)

Səkkiz tay (cüt) endirmə

Ayədə insanlara ruzini vərənin Allah olduğu və insanın hər halında Allahdan asılı olduğu xatırladılaraq “Və sizin üçün heyvanlardan [cüt dırnaqlı, ot yeyən, gövşəyən və dörd ayaqlı heyvanlar] səkkiz cüt endirdi” buyrulmuşdur. Burada bəhs edilən “ənamdan səkkiz cüt”ün, Ənam/143, 144-ün bəyanı ilə dəvə, sığır, qoyun və keçi olduğunu anlayırıq. Endirmə mövzusuna gəldikdə, buradakı “ انزل ənzələ” feli  “vəhy” endirmədəki kimi “ب bə” və “على ala” ədatı ilə gəlməmişdir. Yəni “yuxarıdan enmə, qəlbə yerləşdirmə” mənalarında işlədilməmişdir. Ona görə də “Və sizin üçün heyvanlardan səkkiz cüt endirdi” ifadəsini aşağıdakı şəkillərdə təvil etməyə və bu ayəni Hədid/25 və Əraf/26 ilə müqayisə etməyə heç bir ehtiyac yoxdur:

  1. Allahın hökmü, təqdiri və qədəri, Lövh-i Məhfuzda olacaq hər şey yazılı olduğu üçün, “göydən enmə” ilə ifadə edilmişdir.
  2. Hər canlı həyatiliyini bitki ilə sürdürür. Bitkilər isə ancaq su və torpaq ilə həyatiliyini sürdürə bilirlər. Su isə əsas olaraq göydən enir. Buna uyğun olaraq da bəhs edilən heyvanlar da sanki göydən enmiş kimidir.
  3. Allah Təala bu heyvanları öncə cənnətdə yaratdı, daha sonra yerə endirdi. [2]

Burada “انزل ənzələ” feli “ل” ədatı ilə işlədilmişdir. Mənası “sizin üçün endirdi” deməkdir. Bu da bu heyvanların zəlil, əmrə müntəzir qılındığını ifadə edir. Bu mövzu daha əvvəl Ya Sin surəsində belə yer almışdı:

  • 71Və onlar görmədilərmi ki, Biz şübhəsiz, onlar üçün qüdrətimizin meydana gətirdiklərindən bir sıra heyvanlar yaratdıq və onlar həmin heyvanlara sahib olurlar.
  • 72Və onları özləri üçün aşağı tutulan varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.
  • 73Və onlarda daha bir çox mənfəətlər və içkilər də vardır. Hələ də özlərinə verilən nemətlərin qarşılığını ödəməyib, nankorluqmu edəcəklər? (Ya Sin/71, 73)

Ayədəki “Sizi analarınızın qarınlarında üç qaranlıq içində, yaradılışdan sonra, bir məxluq olaraq yaradır” ifadəsiylə isə insanın yaradılış və əmələ gəlmə mərhələləri bildirilir. Bu mövzu başqa ayələrdə geniş şəkildə verilmişdir.

  • 12–16Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli olan Allah nə səxavətlidir! Sonra şübhəsiz ki, sizlər bunların ardından mütləq öləcəksəniz. Sonra şübhəsiz ki, siz Qiyamət günündə dirildiləcəksiniz. (Möminlər/12-16)

Üç qaranlıqda yaradılış və yaradılışdan yaradılışa keçilməsi ilə əlaqədar elm və texnika kitablarında təfərrüatlı məlumatlar vardır.

6-cı ayənin sonunda “Belə isə, necə olur ki, döndərilirsiniz?” – buyurulmuşdur. Diqqət edilirsə, “dönürsünüz” deyil, “döndərilirsiniz” deyilmişdir. Buradan anlaşılır ki, onları doğru yoldan çıxaranlar başqalarıdır; bunlar Quranda ekabir/böyüklər, dövlət başçıları, mütref/dolu, doldurulmuş və melelər/dolu olanlar (depo) kimi anılırlar. Haqq yoldan döndərilənlər isə öz ağıl və iradələri ilə hərəkət etməyib, o kimsələrin yönləndirməsiylə hərəkət edənlərdir. Bu yazıqlar onları aldadanların “döndərilmə” hadisəsindən mənfəət əldə etdiyi kimi özlərinin haqq yoldan dönmələrində hər hansı bir mənfəəti olmayan/mənfəət əldə edə bilməyən yazıq və aldadılmış kimsələrdir. Lakin bu cür olsalar belə, ağıllarını işlətmədikləri üçün günahkarlardır.

7Əgər küfr edəcək, nankorluq edəcək olarsınızsa, bilin ki, şübhəsiz, Allah sizə heç bir ehtiyacı olmayan­dır və O, qulları üçün, küfrə, nankorluğa razı olmaz. Və əgər özünüzə verilən nemətlərin qarşılığını ödəyər­si­niz­sə, sizin üçün ona razı olar. Heç bir daşıyıcı bir başqasının yükünü çəkməz. Sonra dönüşünüz yalnız və yalnız Rəbbinizədir. Beləliklə, etmiş olduqlarınızı sizə xəbər verə­cək­dir. Şübhəsiz ki, O, sinələrin özündə gizli olanı yaxşı biləndir.

Bu ayədə, Allahın insanların qulluğuna ehtiyacı olmadığı, qulluğun qulların öz xeyrinə olduğu ismarıcı verilir:

  • 8Yenə Musa dedi ki: “Əgər siz və yer üzündəki, insanlar, hamınız birlikdə küfr edər­si­nizsə, nankorluq edərsinizsə, yaxşı bilin ki, Allah həqiqətən çox zəngin, heç bir şeyə möhtac ol­ma­yandır, öyülən, öyülməyə layiq olandır”. (İbrahim/8)

İstər inanmaq, doğru yola getmək, salihatı işləmək kimi yaxşı davranışlar, istərsə də inkar etmək, şirk qoşmaq, fısqü-fücur işləmək kimi pis davranışlar insanın öz seçimi və qazancıdır. Rəbbimiz küfr/nankorluq və günahı heç kimsə üçün istəməz. Bunu öz mənfəəti üçün deyil, qullarının yaxşılığı üçün etməz. Çünki küfr Allah üçün deyil, insanlar üçün zərərlidir. Qullarının inkarına razı olma­ması, onlara fayda vermək və zərərlərini aradan qaldırmaq üçündür. Yoxsa qullarının inkarından Allahın özünün zərər gördüyü üçün deyil… Qulların şükrünə razı olması da yenə bunun qulların xeyirinə olduğuna görədir. Yoxsa onların şükründən yararlanacağı üçün deyil… Şükür, nəticələri etibariylə qulların dünya və axirətdə bol nemətə qovuşmalarına vəsilə olacaq bir münasibətdir.

  • 6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”. (İbrahim/6, 7)

Rəbbimiz insanı seçmək sərbəstliyinə sahib bir varlıq olaraq yaratmışdır. Əgər insan küfrü seçər və onda israr edərsə, Allah da küfrü yaradır. Allah heç kimsəni zorla mömin etməz.

  • 29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir!     (Kəhf/29)

Mövzumuz olan 7-ci ayədə küfrün ziddi olaraq iman deyil, şükür kəlməsi işlədilmişdir. Şükrün ziddi “nankorluq” olduğundan, ayədəki “küfr” sözünü də “nankorluq” olaraq tərcümə etdik.

Ayədəki “Heç bir günahkar bir başqasının günah yükünü yüklənməz” ifadəsi Quranda bir çox yerdə (Ənam/164, İsra/15, Fatir/18, Nəcm/38) yer almışdır. Bu ifadə, dünya və axirətdə günahın və məsuliyyətin şəxsiliyi prinsipini açıq şəkildə ortaya qoyan bir ifadədir. Günah və məsuliyyətliliyin şəxsiliyi prinsipi, eyni zamanda, batil inanışlarda görülən “vəkalətən kəfarət” və araçıların “günahı boynuna götürmək” inanışlarını da rədd edən bir mahiyyətə sahibdir.

Şükür” “insanların Allahın özlərinə verdiyi nemətlərə qarşı nemətin qarşılığını Allaha vermələri” deməkdir. Bu əhəmiyyətli qavram ilə əlaqədar izah daha əvvəl verilmişdir.

8İnsana bir kədər üz verdiyi zaman könlünü Ona açaraq, Rəbbinə yalvarır. Sonra özünə, tərəfindən bir nemət lütf etdiyi zaman da, öncədən Ona yalvardığı halı unudaraq, Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşur. De ki: “Küfrünlə bir az yararlan! Şübhəsiz ki, sən atəşin əhlindənsən”.

Bu ayədə insanın dəyişkən psixologiyasına, insan hayatındakı dövri ziddiyyətlərə toxunulmuşdur. İnsan bir sıxıntı ilə qarşılaşdığında könüldən Rəbbinə yönələrək Ona dua edər. Bir nemətə yetişdiyində isə öncədən Ona dua etdiyi halı unudaraq, Allahın yolundan azmaq üçün Ona ortaqlar qoşar.

Görünür ki, insanlar sıxıntı içində və ehtiyac içində olduqları zaman tək olan və şəriki olmayan Allaha yalvararaq Ondan kömək diləyirlər. Bu da sıxıntı və çətinliklərin insanı Allaha yönəldən bir funksiya yerinə yetirdiyini göstərir. Rahatlıq, mal-mülk, sərvət və yaxınların çoxluğu isə insanı korlayıb azdırır. Çətinlik anında Allahı xatırlayan, rifah anında isə təqva və haqq yolundan azaraq Onu unudan kimsələr, bu psıxoloji funksiyanı nəzərə almayaraq, özlərini fəlakətə sürükləmiş olırlar. Ağıllı insan, bu psıxoloji tələyə düşməməyi, sıxıntı anlarında olduğu kimi rahatlıq və xoşbəxtlik anlarında da Rəbbinə bağlı qalmağı bacaran insandır. Bu ayədə, bunu bacara bilməyənlərə təhdid vardır.

İnsanın bu təməl psıxoloji zəif nöqtəsinə bir çox ayədə (Ələq/6-8, İsra/67, Yunus/12) toxunulmuşdur.

Mövzumuz olan ayənin son qismindəki “Küfrünlə bir az yararlan! Şübhəsiz sən, atəşin əshabındansan” ifadəsi, küfr edənlərə yönəldilən çox şiddətli və güclü bir təhdiddir. Bu ifadələrin bənzəri Quranda çoxdur:

  • 30Və nankorlar… Onun yolundan azdırmaq üçün Allaha zövcələr isnad etdilər. De ki: “Yararlanın, artıq şübhəsiz ki, dönüşünüz atəşədir”.      (İbrahim/30)
  • 24Biz onları bir az faydalandırarıq. Sonra özlərini sıx bir əzaba doğru məcbur edərik.(Loğman/24)

9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər.

Bu ayədə, dara düşəndə Allaha yönələn, nemətə yetişəndə isə korlanıb azan insan tipinə qarşılıq olaraq bu psıxoloji zəifliyini bilən, bildiyinə görə də o tələyə düşməkdən çəkinən, dara düşəndə olduğu kimi yaxşı günlərdə də Rəbbinə bağlı qalmağı bacaran imanlı, məsuliyyətli, mənnun olmuş insan tipindən bəhs edilir və bu iki tip arasında bir müqayisə edilir.

Rəbbimiz qrupun birini alim, digərini isə cahil olaraq xarakterizə edir. Alim olaraq xarakterizə edilən qrup yüksək təhsil görməsələr də, biliklidirlər. Bunlar kainat kitabını yaxşı oxuyub anlayan kimsələrdir. İkincilər isə təməl həqiqət olan “varlığın Allah ilə olan bağı”nı qavraya bilməmiş, cahil olan kimsələrdir. Bu iki qrupun bərabər olması mümkündürmü?  Bu bərabərliyin mümkün olmayacağı bir istifham bədii sənətiylə yaddaşlara qazılır: “Gecə saatlarında qalxan, səcdə edərək, qiyam duraraq, daima sayğıda duranRəbbinin rəhmətini uman kimsə … (elə etməyən kimidirmi)?” Sonra da “Heç bilən kimsələr və bilməyən kimsələr eyni olurmu?  – buyurularaq, sözsüz olaraq bilənlə bilməyənin bir olmayacağı və sadəcə sağlam düşüncə sahiblərinin Qurandan elmlə yararlanacağı konkret bir dillə ifadə edilir.

Bu iki tip insanın bərabər, eyni olmadığı və ola bilməyəcəyi Əhl-i Kitaba yönəlik izahlarda da yer almışdır:

  • 113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır. (Al-i İmran/113, 114)

Ayədə həmçinin gecə ibadətinə də diqqət çəkilmişdir. Bu gecə ibadətlərinin gündüz edilənlərdən fərqli olduğuna da bir işarədir. Gecə ibadəti gözlərdən uzaqdır; dolayısıyla riya və göstərişdən də uzaq olur.  Bu özünəməxsusluğu ilə gecə ibadəti Rəhmana qeybdə imanın tam bir nümunəsidir. Gecənin səssizliyi və iş təlaşının olmaması insanın diqqətinin cəmlənməsinin təmin olunmasını daha da asanlaşdıran bir haldır. Həmçinin ibadətin yuxudan üstün tutulması, adamın çətin olana sinə gərərək daxili aləmini daha yaxşı sınamasını təmin edir. Bütün bu səbəblərə görə gecə ibadəti xeyir baxımından gündüzdəkilərdən daha faydalıdır.

  • 6Gecənin yeni meydanagəlmə zamanı rahat-rahat işləyə bilmək baxımından daha güclü, söz baxımından daha təsirlidir. (Müzzəmmil/6)

10De ki: “Ey iman etmiş olan qullar! Rəbbinizin qoruması altına girin. Bu dünyada yaxşılıq/gözəllik edənlərə bir gözəllik vardır. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, mükafatlarını hesabsız və tam olaraq alacaqlar”.

Bu ayədə Rəbbimiz Rəsulullaha yaxın ətrafına, o dövrdə sahibi olduğu kölələrinə/bütün qullara Allaha qarşı təqvalı olmalarını söyləməsini buyuraraq, bu dünyada yaxşılıq-gözəllik edənlərə qarşılıq olaraq bir gözəllik olduğunu, Allahın yer üzünün geniş olduğunu və səbr edənlərin əcirlərinin bütünlüklə ödəniləcəyini elan etdirir. Bu ayə bütün insanlığa yönəlik bir bəyannamədir.

Surədəki bu və 53-cü ayənin texniki quruluşu bir sıra problemlər ortaya qoyur. Belə ki, hər iki ayə də “ قل Qul [De ki]” əmri ilə başlayır və dərhal ardından gələn nida cümlələri də bu “Qul” əmr felinə mef’ulu bih olur. Ayələrdəki “ يا عبادِالّزين ya ıbadilləzinə” və “ يا عبادىَ الّزين ya ıbadiyəlləzinə” tərkiblərinə baxdığımızda, birinci olaraq hərf-i nidanı nəzərə almadan, səhih bir kəlmənin [ıbad sözünün] “ya-i mütəkəllim”ə muzaf olduğunu, buna görə də “ya-i mütəkəllim”dən öncəki səhih kəlmənin son hərfinin [dal hərfinin] hərəkəsinin kəsrələşdiyini görürük. İkincisi, başına hərf-i nidanın gəlməsiylə, bu izafət tərkibinin münada məqamında olduğunu, bu hallarda tərkibi “ya ıbadiyə!”, “ya ıbadi!”, “ya ıbadi!” və “ya ıbada!” olmaqla dörd vəcihdə də oxumağın mümkün ola biləcəyini bilirik. Üçüncüsü isə mövzumuz olan 10-cu ayədə “ya-i mütəkəllim”in ısqaatını və kəsrə ilə iktifa edildiyini görürük. Qısaca xülasə etsək, hər iki ayədə də “ya-i mütəkəllim” mövcud olub, birində bariz, o birində isə sakitdir. Anlatmaq istədiyimiz bunların bəyanı deyil, bu tərkiblərdən anlaşılan hərfi mənadır. Hərfi mənaya görə, “qullarım!” nidasındakı “qullar” peyğəmbərin qulları olur. Yəni “Ey …. qullarım!” deyən, ya da deyəcək olan, əmrin müxatibi olan peyğəmbərdir. Bu halda peyğəmbərin müxatibi olan insanlar peyğəmbərə qul olur. Yəni Peyğəmbərin dilindən insanlara “Ey qullarım!” [Peyğəmbərin öz qulları, Allahın qulları deyil] dedirdilir.

“Qul” əmri ilə başlayan digər bütün ayələrdə isə hal hərfi məna ilə uyğundur. Hər hansı bir diqqət çəkici ünsür yoxdur. Eyni surənin 11, 13, 14-cü ayələrində və İxlas, Kafirun, Muavvəzəteyn (Fələq və Nas) surələrində və digər bütün bənzər ayələrdə olduğu kimi…

Hal belə olduqda, belə bir məna bütün İslam prinsiplərinə, fitrətə tərs olur.

  • 79Allahın ölümlü insanlardan, özünə kitab, yaşayış/idarəetmə və peyğəmbərlik verdiyi heç kimsəyə, insanlara: “Allahın yaratdıqlarından olan mənə qul/kölə olun” – demək yaraşmaz. Lakin: “Öyrətdiyiniz və dərs aldığınız/oxuduğunuz kitaba uyğun olaraq, Rəbbə səmimi qullar olun” – demək yaraşar. (Al-i İmran/79)

Doğru bu ikən, Quran tərcüməsi edənlər və sözdə təfsir yazanlar, bu reallığı ya ört-basdır edib keçirlər, ya da fərqinə varmırlar. Fərqində olanların bəzisi də araya “(Mənim adımdan) de ki:” tərzində bir mötərizə qoşaraq məsələni çözməklə kifayətlənirlər. Bu münasibət ziddiyyətin, istinadsızlığın etirafından başqa bir şey deyildir.

Bu aciz, fəqir qul Hakkı Yılmaz isə bu problemi iki yönlü olaraq həll etməyə cəhd etmişdir.

Həll:

Birinci Yol: “عباد Ibad” sözünün “qullar” yerinə “kölələr” deyə çevrilməsidir. Bilirik ki “عبد abd” sözü “qul, kölə” deməkdir.

Necə ki, Bəqərə və Nur surələrində bu anlayışla əlaqədar tək və cəm halda nümunələr mövcuddur:

  • 221Və ortaq qoşan qadınları iman edincəyə qədər nikahlamayın. İman etmiş, kafirlərin himayəsindəki bir kölə qadın, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir qadından daha xeyirlidir. Ortaq qoşan kişiləri də iman edincəyə qədər nikahlamayın. İman etmiş bir kişi kölə, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir kişidən daha xeyirlidir. Ortaq qoşanlar atəşə çağırırlar, Allah isə Öz biliyi ilə cənnətə və bağışlanmağa çağırır. O, öyüd alıb düşünsünlər deyə insanlara ayələrini ortaya qoyar. (Bəqərə/221)
  • 32Və sizdən evli olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər bunlar yoxsuldurlarsa, Allah Öz lütfündən onları zənginləş­di­rər. Şübhəsiz ki, Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, ən yaxşı bi­lən­dir. (Nur/32)

Bu nümunə ayələrdəki mənadan hərəkətlə, bəhs etdiyimiz 10-cu və 53-cü ayələrdəki “Ya ibadiyə” sözünü peyğəmbərimizə ailəsindən intiqal edən bir neçə nəfərə endirgəyərək “kölələrim” deyə mənalandırmaq, bu ayələrdəki dünyəvi çağırışı göz ardı etmək və mənasını daraltmaq deməkdir. Sözü “kölə” mənasıyla ələ alaraq, ayəyə “Ey kölələrim!” deyə məna vermək hər nə qədər mümkün olsa da, ismarıcı dünyəvilikdən məhəlliliyə endirən bu mənalandırmanın yaxşı bir həll olduğu söylənə bilməz.

İkinci Yol: Rəsmi Düzülüşün Kopyalanması Sırasında Katib Xətası Olduğunu Qəbul Etmək:

Arxivlərdə qorunan və II Xəlifə Osmana aid edilən Rəsmi Düzülüşlərin əslində ona aid olmadığı, Xəlifə Osmandan 60-80 il sonrakı dövrə aid çoxaltmalar olduğu elm adamları tərəfindən təsbit edilmişdir. İlk Rəsmi Düzülüşlər tutuşdurulduğunda, bəzi kəlmələrin həm eyni Rəsmi Düzülüş içərisində, həm də birinə görə digərində fərqli imlalarla yazıldığı görünür. Ayələrin texniki və semantik quruluşlarına baxıldığında, istər ilk mətndəki katib səhvləri, istərsə də sonrakı katiblərin səhvləri olmaqla bu yazılanların bir çoxunun üzünü köçürənlər [kopya çıxaranlar] tərəfindən edildiyi anlaşılır.

Bəhs etdiyimiz 53-cü ayə bəzi nüsxələrdə “قل و və qul [Və de ki!]” deyə başlayır. Ancaq bu bizim bəhs etdiyimiz problemi həll etmir.

Bizdən əvvəl bu mövzuda araşdırma edənlər Zühruf surəsinin 68-ci ayəsindəki “  عباد يا ya ibad” sözünün fərqli yazıldığını təsbit etmişdilər. Bu təsbit daha əvvəl elmi ictimaiyyətə təqdim edilmişdir.

Zuhruf surəsinin 68-ci ayəsindəki “يا عباد ya ıbad” ifadəsi, Osman Rəsmi Düzülüşü olaraq bilinən Rəsmi Düzülüşlərdən Məkkə, Kufə, Bəsrə, Qahirə, TİAM Rəsmi Düzülüşlərində “يا عبادَ Ya ıbade” olaraq yazılı ikən, Mədinə, Şam, Topqapı Rəsmi Düzülüşlərində “ يا عبادى Ya ıbadiye” şəklində yazılıbdır. [3]

Bizim iddiamız budur: Zümər/53-dəki “ يا عبادى Ya ıbadiye” sözünün sonundakı “ ى ye” hərfi, kopya çıxaran [müstənsih] katib tərəfindən səhvən yazılmışdır. Orada da 10-cu ayədəki kimi “ى ye” hərfi olmamalıdır. Bu halda hər iki ayədəki “عباد ıbad” sözü dilçilik qaydalarına uyğun olaraq “عبادَ ıbadə” deyə qiraət edilməlidir. Buna görə cümlənin mənası “Ey … qullar!” şəklinə dönəcəkdir. Beləliklə də, bu problem ortadan qalxacaqdır. Problemin həllinə yönəlik bu ikinci bənd digərinə görə daha məqbul bir həlldir.

Ayədəki “Bu dünyada yaxşılıq-gözəllik edənlərə bir gözəllik vardır” ifadəsi, bu gözəlliyin həm dünyada, həm də axirətdə ola biləcəyi yönündə anlaşılmalıdır. Rəbbimiz qullarına həm dünya, həm də axirət üçün hasənə [yaxşılıq/gözəllik] istəmələri gərəkdiyini öyrədir, yaxşılığın yaxşılıqdan başqa qarşılığının olmayacağını bildirir.

  • 201Yenə onlardan: “Rəbbimiz! Bizə dünyada bir gözəllik/yaxşılıq və Axirətdə də bir gözəllik/yaxşılıq ver və bizi atəşin əzabından qoru!” – deyənlər vardır. (Bəqərə/201)
  • 60Yaxşılaşdırmağın/gözəlləşdirməyin qarşılığı yaxşılaşdırmaq/gözəlləşdirməkdən başqa ola bilərmi?   (Rəhman/60)

Ayədəki “Şübhəsiz, Allahın ərzi [yer üzü] genişdir” ifadəsi isə bu ismarıcı verir:

Möminlər, inanc və ibadət sərbəstliyini yaşaya bilmədikləri, İslamın dəyərlərini həyata keçirə bilmədikləri sosial şəraitlərdə olduqlarında bu şəraitə uymayıb, Hicrət etməli, bu problemin olmadığı yerlərə getməlidirlər. Belə ki, diktatorların əlində və yurdunda qalaraq dinini yaşamayanlar qınanmış, aqibətləri ilə əlaqədar ibrət dolu səhnələr nəql edilmişdir:

  • 97,98Əlbəttə, vəzifəli güclərin özlərinə haqsızlıq edənlərə keçmişdə etdiklərini və etməli olduğu halda etmədiklərini bir-bir xatırlatdırdıqları bu kimsələrin vəziyyətinə gə­lincə… Vəzifəli güclər: “Nə işdə idiniz?” – deyərlər. Onlar: “Biz yer üzündə gücsüz­ləş­­dirilmiş kimsələr idik” – deyərlər. Vəzifəli güclər: “Allahın yer üzü geniş deyildimi, siz orada hicrət etsəydiniz…?” – deyərlər. Artıq kişilərdən, qadınlardan və uşaq­lar­dan köçməyə gücü yetməyən, bələdçiləndikləri doğru yolu tapa bilməyən insanlar istisna olmaqla, bax budur, bunların çatacaqları yer cəhənnəmdir. Və o nə pis ge­diş yeridir! (Nisa/97, 98)

11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”.

13De ki: “Şübhəsiz, Rəbbimə qarşı gələrəmsə, böyük günün əzabından qorxaram.

14–16De ki: “Dinimi yalnız Ona arındıraraq, Allaha qulluq edirəm. Buna baxmayaraq siz, Onun yaratdıqlarından dilədiyinizə qulluq edirsiniz”. De ki: “Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini, ailələrini və yaxınlarını itkiyə uğradanlardır”. Diqqətli olun! Bax budur, bu, açıq-aşkar bir itkinin məhz özüdür. Onların üstlərində atəşdən təbəqələr, altlarından da təbəqələr vardır. Bax budur, Allah, qullarını bununla qorxudur: “Ey qullarım! Mənim qorumam altına girin”.

Rəbbimiz insanlığa olan ismarıclarını bu ayələrdə də yenə elçisinin dili ilə təqdim etməyə davam edir. Hər kəs qulluğunu dini Allaha məxsus qılaraq etməli, Quran ismarıcını alar-almaz təslimiyyət göstərməlidir. Allaha qarşı gələnlər böyük günün əzabından qorxmalıdır. İnsan özünü və yaxınlarını axirətdə rüsvay edəcək davranışlardan, yönləndirmələrdən çəkindirməlidir. Belə etməyənlər cəhənnəmdə altlarından təbəqələr, üstlərindən təbəqələr olduğunu bilməlidirlər. Hər kəs qurtuluşun təqvada olduğunu bilərək, Allaha təqvalı davranmalıdır.

16-cı ayənin son cümləsi olan “Budur Allah qullarını bununla qorxudur” sözləri bilavasitə Allahın öz ifadəsi olub, ismarıc vasitəçisiz verilmişdir.

“Əsbab-i Nüzul” qeydlərində bu ayə qrupu ilə əlaqədar olaraq belə bir nəqldən bəhs edilir:

“Qüreyş kafirləri Hz. Peyğəmbərə (s.ə.s): “Səni, bizə gətirdiyin bu dinə sövq edən şey nədir? Atanın, babanın və qövmünün ulularının dininə baxsana! Onlar Lata və Uzzaya sitayiş edirlər” – dedilər. Allah Təala bundan sonra bu ayəni endirərək “Ey Muhəmməd, de ki: “Mən Allaha Onun dinində İxlas edici olaraq ibadət etməklə əmr olundum” – buyurdu. [4]

Nəql edilən bu əhvalat tarixdə bir dəfə olmuş deyildir; tarixin hər dövründə, hər ölkədə, hər dövrdə ola biləcək bir hadisədir. Mərhum Mukatil ilk təfsir yazan şəxs olduğundan, əhvalatı və insanları xüsusiləşdirmişdir.

Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi” ifadəsində Rəsulullaha, vəzifəli olaraq göndərildiyi dinə bərk- bərk sarılması və Quranın mahiyyətini ilk yaşayan, ilk tətbiq edən olması əmr edilmişdir. Bu sözlərlə sanki: “Mən, özləri etmədikləri halda, insanlara bir sıra şeylər əmr edən diktator krallardan deyiləm. Əksinə, sizə əmr etdiyi hər şeyi öncə özü etmək məcburiyyətində olan və əslində də belə edən biriyəm” – deməsi istənmişdir:

Yenə elçiyə dedirdilən: “Dinimi yalnız özünə məxsus qılaraq Allaha qulluq edirəm” ifadəsiylə də peyğəmbərimizin dinə heç bir şey qarışdırmayacağı, qarışdırılmasına da razılıq verməməsi istənildiyi ismarıcı verilmişdir. Din Allahın göndərdiyi özünəməxsus halda qalmalıdır. Məzhəb imamlarının, alimlərin, fakihlərin və bunlara bənzər kimsələrin dinə bir şey qatmalarından söhbət belə gedə bilməz.  Bəşər tərəfindən bir şeylərin qatıldığı din “Saf Din” deyildir.

Təhdid mahiyyətli “Onların üstlərindən atəşdən təbəqələr, altlarından da təbəqələr vardır” ifadəsinə gəldikdə: Bu sözlə müşriklərin məhrumiyyət və zərərə uğramaqla qalmayıb, böyük bir əzabı, dəhşətli bir cəzanı da haqq etdikləri və cəhənnəmin özlərini hər tərəfdən əhatə edəcəyi ismarıcı verilmişdir. Bənzər ismarıcı vərən başqa ayələr də vardır:

  • 54,55Səndən əzabı tələm-tələsik istəyirlər. Şübhəsiz, cəhənnəm də qətiliklə, özlərini üstlərindən və ayaqlarının altından bürüdüyü gündə, kafirləri bürüyəcəkdir. Və o: “Etmiş olduqlarınızı dadın!” – deyər. (Ənkəbud/54, 55)
  • 41Onlar üçün cəhənnəmdən yataqlar, üstlərindən də örtüklər vardır. Və Biz zalımları bax budur, belə cəzalandırarıq. (Əraf/41)

Şübhəsiz əsl itirənlər, qiyamət günündə özlərini və əhillərini [ailələrini və yaxınlarını] itkiyə uğradanlardır.” Diqqətli olun! Budur, bu, apaçıq bir qeybin məhz özüdür” ifadəsiylə də Allahın verdiyi ömür, ağıl və digər nemətlərin boşa sərf edilməməsi öyüdlənir.

Bu bölmənin təhlil edilməsi istənilən qavramlarından biri də “təqva”dır. “Təqva, iman etmək, şirkdən uzaq durmaq, Allahı unutmamaq, Allah və elçilərinə boyun əymək, inkarçılarla mübarizə etmək, bolluqda və darlıqda sahib olunan mallardan bağışlamaq, salaatı iqamə etmək, zəkat vermək, verilmiş sözlərdə durmaq, sıxıntılara səbr etmək, acgözlü olmamaq, ana-ataya yaxşı davranmaq, heç bir zaman özünü təmizə çıxarmağa çalışmamaq, tövbə etmək, yanlışlarda israr etməmək, etdiklərinın əfvini diləmək, öfkəyə hakim olmamaq, başqalarını bağışlamaq, ədalətli olmaq və ədaləti tətbiq etməyə cəhd etməkdir.”

Bütün bu təriflərə əsaslanaraq yığcam bir ifadə ilə təqvanın “iman və onun əks olunması” olduğunu söyləmək mümkündür. Quranda müxtəlif ayələrdə təqvanın imandan ayrılmaz bir parça olduğu vurğulanır.

“Təqva” qavramını daha əvvəl Əraf surəsinin tahlilində ələ aldığımızdan mövzunun oradakı xülasəsiylə kifayətlənir, bu məqamın oradan oxunmasını məsləhət görürük.

17,18Və tağuta qulluq etməkdən çəkinən və Allaha yönələn insanlar özləri üçün müjdə olanlardır. Buyur, sözü dinləyərək ən gözəlinə uyan qullarımı müjdələ! Bax budur, onlar Allahın özlərinə doğru yol bələdçisi verdiyi insanlardır. Və bax budur, onlar qavrama qabiliyyəti/təmiz ağıl sahibi olanların məhz özləridir.

Bu ayələrdə doğru ağıla sahib olanlar tanıdılaraq, ağlın insanı necə cənnətə götürəcəyi açıqlanır.  Doğru ağıla sahib olmaq, tağutu tanımayıb, tamamilə Allaha yönəlməkdir.

“Tağut” sözü tüğyan/azma sözündən törəmişdir. Tüğyan “həddi aşma, zülm, azğınlıq, pozğunluq, üsyan, küfr” deməkdir. “Tağa [azdı, daşdı, zülm etdi] felinin məsdəri olaraq Quranda doqquz yerdə keçir. Həmçinin “həddi aşıb azğınlıq edən fərd və cəmiyyətlər” mənasında [taği] altı yerdə; insanları yoldan çıxaran, azdı­ran “şeytan”, “büt” və “kahin” mənasında [tağut] səkkiz yerdə keçir. Məsdər və digər törəmələriylə birlikdə bu kəlmə Quranda cəmi otuz doqquz yerdə zikr edilir.

Tüğyan, insanın təbiətində vardır. Vəhyə qulağını tıxayan, öz ağlını yeganə rəhbər qəbul edərək, özünü bəyənən eqoist insan üstəlik bir də çox mal sahibi olub, özünü ehtiyacdan uzaq görməyə başladıqda tüğyan içinə düşmüş olur.

Bəzi insanlar özündə istədiyini edə biləcək bir güc, bilik və qabiliyyət hiss etdiyi zaman artıq Allahı unudur, doğru qüdrət, doğru elm, doğru diləmə, doğru güc və iradə sahibinin yalnız və yalnız Allah olduğunu ağlından çıxardır. Bu hal insan üçün tüğyana açılan bir qapıdır, ar­tıq dilədiyini edər, haqq-hüquq və sərhəd tanımaz. Allaha ortaq qoş­mağa, nəfsini Onun yerinə keçirib, həva və həvəslərinin ardınca getməyə başlayar. Budur bu hal tüğyan halıdır və bu cür insanlar da Quranın diliylə “taği’dir.

Tuğyanın təməlində təkəbbür və eqoistlik yatar. Şeytanın da azğınlığının səbəbi təkəbbür və eqoistlikdir. Bu baxımdan Nisa/51-də tağut şey­tanı [İblisi] də əhatə edir.

Tağut “azğın, pozğun, pislik lideri, zorba, şeytan, büt, bütxana, kahin, sehirbaz, Allahın hökmlərindən üz çevirən fərd və quruluş” mənalarına gəlir. Tüğyan ilə eyni kökdən gələn tağut kəlməsi, “azğın, insanlara zorla hökm edən, kafir, diktator insan”ı ifadə edər.

Quranda Allah möminlərin dostu və yardımçısı; tağut isə ka­firlərin dostu və yardımçısı olaraq göstərilmiş, möminlərin “Allah yolunda savaşdıqları”, kafirlərin isə “tağut yolunda savaşdıqları” ifadə edilmişdir:

  • 257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/257)

Allahın endirdiyi hökmlərə müxalif olan və onların yerinə keç­mək üçün hökmlər icad edən hər insan və qurum “tağut”dur.

Tağut Allaha qarşı üsyan etməklə yanaşı, Onun qullarını özünə qul etməyə cəhd edənlərdir. Bu funksiyası ilə o şeytan, papaz, di­ni və ya siyasi bir lider ola bilər.

Hər nə şəkildə olursa olsun, insanlar tərəfindən Al­lahın hökmlərinə müxalifət edəcək şəkildə qoyulan hökmlər, “tağuti hökmlər” olaraq adlandırılırlar.

Tağutların dövrü qapanmış deyildir. Peyğəmbər olsun və ya olmasın, hər dövrdə tağutlar vardır və olmağa da davam etmişdir. Onlar sadəcə qədim qövmlərdə ortaya çıxıb, yaşama imkanı olan güclər deyil; bu gün də Müsəlmanlara ən böyük düşmənçiliyi və ən dağıdıcı təbliğatları rəva görən fərd, mərkəz və ya təşkilati qurumlardır. Tağut iqtisadi, sosial və mədəni güc qaynaqlarını ələ keçirmiş, dini və əxlaqi dəyərləri cəmiyyətlərin gözündə etibarsız və tərəfdarı olmaqdan çəkinilən bir hala düşürməyi nəzərə alacaq qədər düşmənliyini irəlilətmişdir.

Mövzumuz olan ayədə keçən “tağuta qulluq etməkdən çəkinmə” ifadəsinin mənası, Bəqərə/256-dan anladığımız kimi, onu inkar etmək, könüldən uzaq tutmaqdır.

Tüğyan və tağut qavramları daha əvvəl Ələq surəsinin təhlilində ələ alındığından, bu məqamın oradan oxunmasını məsləhət görürük.

Rəbbimiz elçisinə “Haydı, müjdələ, sözü dinləyərək ən gözəlinə uyan qullarımı!” deyə direktiv verir. Bu müjdənin nə zaman reallaşacağı Quranın müxtəlif ayələrindən anlaşılır.

Bir çox ayənin ifadəsinə görə bu müjdə dünya həyatında, ölüm anında, məhşərdə və cənnətdə – hamısında reallaşacaqdır:

  • 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”.  (Fussilət/30-32)
  • 12O gün inanan kişiləri və inanan qadınları əllərinin arasında və sağlarında işıqları olduğu halda, qaçan görəcəksən. Bu gün müjdəniz altlarından çaylar axan, içlərində sonsuzadək qalacağınız cənnətlərdir. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür! (Hədid/12)
  • 71–73Allahın qoruması altına girənlərin ətraflarında qızıl qablar, qədəhlər gəzdirilir. Orada nəfslərin arzu edəcəyi, gözlərin zövq ala biləcəyi hər şey vardır. Və siz, orada həmişəlik qalacaqsınız. Və bax budur, bu etdiyiniz əməllərə görə, özünə son sahib edildiyiniz cənnətdir. Orada sizin üçün bir çox meyvələr vardır. Onlardan yeyəcəksiniz”. (Zühruf/71-73)
  • 30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər. (Nəhl/30-32)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)
  • 43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır. (Əhzab/43, 44)

Quranın Ən Gözəl Söz Olması. Ayədə Quran “sözlərin ən gözəli” olaraq xarakterizə edilmişdir. Çünki təhlil edildiyində, Quranın istər ədəbi sənətlər nöqteyi nəzərindən, istərsə də içərisində ziddiyyət, əsassızlıq, ağıl və fitrətə ziddlik olmaması baxımından doğrudan da sözlərin ən gözəli olduğu açıq şəkildə görünür.

İçərisindəki hər şeyin insanlığın yararına olması və gələcəyə aid xoşbəxtlik vəd etməsi kimi xüsusiyyətləri də nəzərə alındığında, mübahisəsiz, bu xüsusiyyəti haqq edir. Endiyi gündən bu yana ondan daha gözəl bir söz söylənmədiyi kimi, qiyamətə qədər də söylənməsindən bəhs edilə bilməz.

19Yaxşı, üzərinə “əzab kəlməsi” haqq olmuş insandamı? Artıq atəşdəki o insanı sənmi qurtaracaqsan?

Ağılları sayəsində özlərini qurtaran doğru ağıl sahibləri anladıldıqdan sonra, ağıllarını işlətməyərək ömürlərinin sonuna qədər müşrik qalıb, cəhənnəmə gedəcəkləri və oradan qurtulma imkanına sahib ola bilməyəcəkləri hökmü verilmiş kimsələrə göndərmə edilmiş və istifham-i inkari ilə “Artıq o atəşdəkini sənmi qurtaracaqsan?” – deyə soruşulmuşdur. Bunun mənası, “Bu insanı nə sən qurtara bilərsən, nə də başqaları” deməkdir.

Bu dün­yada ən büyük günah şirk qoşmaqdır. Şirk əfv olunmayacaq tək günahdır.

  • 48Şübhəsiz ki, Allah Özünə ortaq qoşulmasını qətiyyən bağışlamaz. Bundan aşağı olan günahları dilədiyi kimsələr üçün bağışlayar. Kim Allaha ortaq qoşursa, şübhəsiz ki, çox böyük bir günah işləmiş olar. (Nisa/48)
  • 116Heç şübhəsiz ki, Allah Özünə ortaq qəbul edənləri bağışlamaz. Bundan aşağıda qalanları isə… Onlardan dilədiyini bağışlayar. Kim Allaha ortaq qəbul edərsə, əlbəttə, o uzaq bir pozğunluqla azmışdır. (Nisa/116)

20Lakin Rəbbinin qoruması altına girmiş olan o insanlar özləri üçün Allahın vədi olaraq, altlarından çaylar axan, qat-qat köşklər olanlardır. Allah vədindən dönməz.

Əvvəlki ayələrdə “təmiz ağıl sahibləri” deyə xarakterizə edilən kimsələr bu ayədə də “Rəblərinə təqvalı davrananlar” deyə xarakterizə edilmişdir. Bu xüsusiyyətə sahib olanlar “Özləri üçün Allahın vədi olaraq altlarından bulaqlar axan, gurfə üstündə qurulmuş gurfələr [köşk üstündə köşklər] olanlardır” şəklindəki bir müjdə ilə təltif edilmişlərdir.

Mövzu tam olaraq nəzərə alındığında, “təmiz ağıl sahibləri” ilə “özlərini ağıllı sanan zavallılar”ın 19-cu və 20-ci ayələrdə əkslik metodu ilə ortaya qoyulduğu görünür.

21Sən, şübhəsiz, Allahın göydən bir su endirərək, onu bir yolla yer üzündəki bulaqlara qovuşdurduğunu, sonra onunla müxtəlif rəngli bir əkin çıxardığını, sonra onun yetişərək, sənin onu saralmış gördüyünü, sonra da onu bir çöpə çevirdiyini görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, bunda qavrama qabiliyyəti olanlar/təmiz ağıl sahibləri üçün qətiliklə bir öyüd/xatırlatma vardır.

Bu ayədə, təmiz ağıl sahibləri ilə sözdə ağıllı keçinənlərin dünyanı fərqli dəyərləndirmələrinə toxunulur. Həmçinin 20-ci ayədə bəhs edilən axirətin əbədi nemətinə qarşılıq dünyadakı nemətlərin dəyərsizliyi ortaya qoyulur.

Doğru ağıl sahibləri müşahidə edərək dünyadakı hər olub keçəndən ibrətlər alır, dünyanın keçiciliyini doğru dəyərləndirirlər. Çünki hər baharın qışı, hər kamalın bir zavalı, hər başlangıcın bir sonu vardır. Hər gənci yaşlılıq və sonunda ölüm gözləyir. Beləliklə, dünya deyilən şey insana Allahı unutduracaq və axirətini məhv etdirəcək qədər dəyərli deyildir. Sözdə ağıllı keçinən kimsə isə ona bağlanıb qalır.

  • 45Və sən onlara adi dünya həyatını misal göstər! O bəsit dünya həyatı göydən endirdiyimiz bir su kimidir ki, bu suya görə yer üzünün bitkiləri bir-birinə qarışmış, sonra da küləyin sovurub durduğu bir çöp yığıntısı olmuşdur. Və Allah hər şeyə gücünü qəbul etdirəndir. (Kəhf/45)

22Yaxşı, Allah kimin qəlbini İslama açarsa, o zaman o, Rəbbindən bir işıq üzərində olmazmı? Belə isə, Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanların vay halına! Bax budur, onlar, açıq-aşkar bir pozğunluq içindədirlər.

Allahın yer üzündəki ayələrini tədqiq etmiş, lazımi müşahidəni etmiş, ibrət və öyüdünü almış, bunun nəticəsində də köksü İslama açılmış kimsənin sonu necə olur? O, Allahın nuru üzərindədir. O artıq aydınlıq yolun, cənnətin yolçusudur. Əslində isə qəlbləri qatılaşmış olanlar, yəni Allahın zikrinə, ismarıcına, öyüdünə qəlblərini qapamış olanlar açıq-aşkar bir pozğunluq içindədirlər. Bunlar cənnətə gedən aydınlıq yoldan azmış və qaranlıqlarda qeyb olmuşlardır. Artıq cənnətin yolunu tapa bilməzlər.

Qəlblərin qatılaşması, “adamların öz həvəslərinə uymaları, elçiyə qulaq verməmələri, qəlblərini və qulaqlarını öz inanclarından başqa bir inanca qapalı tutmaları, edilən xəbərdarlıqdan təsirlənməmələri” deməkdir. Belələri qəlbləri daşlaşmış, hətta daşdan daha betər qatılaşmış kimsələrdir.

Qəlblərin möhürlənməsi, qatılaşması ilə əlaqədar məqam daha əvvəl Tin surəsinin təhlilində təqdim edilmişdir.

Allah köksünü İslama açar” ifadəsi, “Allah İslam haqqındakı hər cür şübhə, tərəddüd və qərarsızlığı zehnindən qaldıraraq, onu İslam həqiqəti mövzusunda yaxşı-yaxşı inandırar, qəlbini xoşbəxt, rahat qılar” deməkdir. Köksün açılması mövzusu ilə əlaqədar məqam İnşirah surəsində verilmişdir.

23Allah sözün ən gözəlini, oxşar mənalı olaraq, ikili bir kitab halında endirmişdir. Ondan Rəbbinə hörməti olanların tükləri ürpərir. Sonra dəriləri və qəlbləri Allahın anılmasına qarşı yumşalır. Bax budur, bu, Allahın hidayətidir. Allah onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur.

18-ci ayədə, təmiz ağıl sahibi möminlərin “sözün ən gözəli”nə uyduqları açıqlanmışdı. Bu ayədə isə insanlara “sözün ən gözəli” tanıdılır. Sözün ən gözəli Allahın endirdiyi Kitabdır, yəni Qurandır.

Ayədə Quranın xüsusiyyətləri anladılmış və əkslik metodu ilə insanların Quran qarşısındakı ikili düşüncələrinə işarə edilmişdir. Rəblərinə sayğısı olanlar ondan istifadə edərkən, Rəbləri haqqında yanlış inanc daşıyanlar isə bu münasibətləriylə ondan yararlanamayacaq şəkildə doğru yoldan uzaqlaşırlar. Bundan əvvəlki ayədə “Elə isə Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanlara ar olsun!” deyilərkən, burada “Ondan, Rəblərinə sayğısı olanların dəriləri ürpərir. Sonra dəriləri və qəlbləri Allahın zikrinə qarşı yumşalır. Budur bu, Allahın rəhbəridir. O [Allah], onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur” buyurularaq Zikr [Allahın vəhyi] ilə insanların təsirlənəcəyinə, qəlblərin yumşalacağına və Zikrin [vəhyin] yeganə bələdçi olduğuna, Allahın insanları onunla bələdçilədiyinə diqqət çəkilmişdir.

Ayənin son bölməsindəki “O [Allah], onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur” ifadəsiylə əlaqədar olaraq “Hidayənin də, dəlalətin də Allahdan olduğu” mövzusu Təkvir surəsinin təhlilində geniş şəkildə ələ alındığından, mövzunun oradan oxunmasını məsləhət görürük.

Quran bu ayədə də bir sıra sifətlər ilə tanıdılmışdır. Bu vəsiləylə Quranın xüsusiyyəti ilə əlaqədar bildiklərimizi təkrar xatırladırıq:

* Hədis Olması [sonradan meydana gəlmə, yaradılmış olma]:

  • 33,34Yaxud vəhy edilənləri: “Özü uydurub söylədi”mi? – deyirlər. Əslində onlar inanmırlar. Yaxşı, onun kimi bir sözü də onlar gətirsinlər, əgər doğru kəslərdirsə. (Tur/33, 34)
  • 81Yaxşı, indi siz bu Sözü/Quranımı xor gorürsünüz? (Vaqeə/81)

* Kitab olması:

Rəbbimiz Quranı “kitab” deyə xarakterizə etmişdir. “ الكتاب əl-Kitab”, “içində yazı olan şey” deməkdir. [5] Kitab sözü, “toplanmaq, bir araya gəlmək” mənasına gələn “ كتب kətb” məsdərindən törəmişdir. Bu hal, Quranın bir sıra hərflər ilə meydana gətirilmiş bir əsər olmasını ifadə etdiyi kimi, bilik, qanun, öyüd kimi insanlıq yararına olan şeylərin toplandığı bir əsər olmasını da ifadə edir. Ancaq bu ayədəki “Kitab” ifadəsi ilə Quran tam olaraq qəsd edilmiş ola bilməz. Çünki bu ayə endiyində Quran hələ tam olaraq enməmişdi.

Quranın tam olaraq Kitab olduğu kimi, bir ayəsinə, bir paraqrafına və bir bölməsinə də Kitab deyilir.

“Kitab” sözü “yazılan-oxunan” mənasına gəldiyi üçün, bir dəfə buradan dərhal anlayırıq ki, Quran ayələri ilk vəhydən etibarən yazıya keçirilmişdir. İkinci olaraq; Quranın hələ tamamlanmadığı dövrlərdə əldəki mövcud olan bölmələr də Quranda “Kitab” olaraq tərif edildiyi üçün anlayırıq ki, “Kitab” sözü Quranın tamamını təmsil etmir. Belə ki, yuxarıda təqdim etdiyimiz ayələrin bəzilərindəki “Kitab və hikmət” qəlibinə qarşılıq, Əhzab surəsinin 34-cü ayəsində “…Allahın ayələrini və hikməti anın” şəklində “ayələr” sözü işlədilərək bir qəlib əmələ gətirilmişdir. Yəni “Kitab” və “ayələr” sözləri Quranın bölmələri üçün işlədilmişdir.

Bizim görüşümüzə görə, “Kitab və hikmət” qəlibiylə verilən ayələrdəki “Kitab”; Zümər surəsinin 23-cü ayəsində bəhs edilən “mütəşabih Kitab”dır. Yəni möcüzə xüsusiyyətli, mənaları kifayət qədər açıq olmasına baxmayaraq, bir-birinə bənzəyən bir çox mənanı ifadə edə bilən tayı-bərabəri olmayan sənət möcüzələri səviyyəsindəki mütəşabih ayələrin əmələ gətirdiyi mətndir.

Bilindiyi kimi Quran endiyi dövrdə ərəblər arasında hələ kültür və ədəbiyyat yazılı halda deyildi. Ərəb dil və ədəbiyyat bilənlərinin əsərləri ağızdan ağıza dolaşırdı. Ərəb dili qrammatika və ədəbiyyat nöqteyi nəzərindən hələ qaydalaşdırılmamışdı. Qrammatika və ədəbiyyat bilikləri ədiblərin qəsidələrində, xalq deyimlərində özünü göstərirdi.

Ərəbcəyə aid bu günkü dilçilik qaydaları Quranın enişindən təxminən 150-200 il sonra Sibeveyh, Ahfeş (ölümü H. 177 M. 793), Kisai, İsa b. Ömer, Yunus b. Habib və Ebu Ubeyde Mamer b. Müsenna kimi alimlər tərəfindən  Quran mətnləri və İmruü’l-KaysTərəfe ibnü’l-Abd (539-564), Haris bin Hilliza (veya A’şa), Amr bin QulsumAntere bin Şeddad (və ya Nabiğa), Züheyr bin Ebu SulmeLebid və digər ədiblərin əsərləri nəzərə alınaraq yaradıldı.

Quranın mətni Ərəb dilinin qrammatika və ədəbiyyat prinsiplərini qaydalaşmış halıyla insanlığa təqdim edilmiş və dərli-toplu olaraq göstərmişdir. Həm də Ərəb dili qrammatika və ədəbiyyatını bilməyən birisi tərəfindən. Quranın nüzulundan sonra Ərəb dil və ədəbiyyatının təməl qaynağı artıq Quran mətni (Kitab) olmuşdur.  Budur Quranda “Kitab” deyə bəhs edilən, Quranın yazılı mətnidir, məğzi də Hikmət olaraq yer alır. Bunu, Əraf/2, Yunus/1, Hud/1, Yusif/1, Rad/1, İbrahim/1, Hicr/1, Kəhf/1, Şura/2, Nəml/1, Qasas/2, Loğman/2, Səcdə/2, Sad/29, Zümər/ 1, 2, 23, 41 Mömin/ 2, Fussillət/3, Zühruf/2, Duhan/2, Casiyə/2, Əhqaf72 və Bəqərə/151-də görürük.

* “Ən Gözəl Söz” Olması:       

Quranın nə üçün sözlərin ən gözəli olduğu 18-ci ayədə açıqlanmışdı.

* Mütəşabih:

Mütəşabih ayələr birdən çox, bir-birinə bənzər, bir-birindən gözəl mənalar ehtiva edən və hər bir mənası da açıq olaraq anlaşılan ayələr deməkdir. Bu ayələr məcaz, kinayə və digər ədəbi sənətlərin də işlədildiyi, ancaq edilən bənzətmə və nümunə göstərmələrə görə kültür səviyyəsi ən alt səviyyədə olanların belə anlaya biləcəyi ayələrdir. Bu ayələr də eynilə “möhkəm ayələr” kimi açıq, seçkin, anlaşılan ayələrdir. Qətiyyən qapalı, müşkil və anlaşılmaz deyildirlər. Mütəşabih ayələr qapalı, müşkil və anlaşılmaz ayələr olaraq qəbul edildiyi təqdirdə Zümər/23-də “Sözün ən gözəli” olaraq xarakterizə edilən Quran, eyni zamanda qapalı, anlaşılmaz ayələr də ehtiva edən olacaqdır. Bu isə qapalı, anlaşılmaz ayələrin “sözün ən gözəli” olması mənasına gəlir ki, Quran ilə belə bir qəribəliyin əlaqələndirilməsi mümkün deyildir.

İşin doğrusu, mütəşabih ayələr anlaşılan, birdən çox və bir-birindən gözəl mənalar ehtiva edən, kim hansını anlayırsa anlasın, bu mənaların hamısının da doğru olduğu ayələrdir.

* Məsani. “Mesani” sözünün ikili, qatbaqat” demək olduğunu açıqlamışdıq. Quranın “məsani [ikililik və qatbaqatlılıq]” özünəməxsusluğunu qısaca belə açıqlamaq mümkündür:

a- Əkslik Metodu: Quran təhlil edildiyində, bəhs etdiyimiz Zümər/22, 23-dən də göründüyü kimi, ayələrdə pozitiv və neqativ faktlar daima bir arada əkslik metoduyla verilir. Əbrar-Füccar, yaxşılar-pislər, yer-göy, ins-cinn, haqq-batil, cənnət-cəhənnəm, xəbərdarlıq-müjdə kimi…

b- Çatdırılan ismarıcın mütləq ikinci bir vurğusunun varlığı: Buna salaat vaxtlarını bildirən ayələri nümunə verə bilirik. Həm Hud surəsində, həm də İsra surəsində fərqli ifadələr ilə eyni ismarıc verilmişdir.

“Məsani” sözü Hicr surəsinin təhlilində “Səban minəl-Məsani” başlığı altında ayrıca ələ alındığından, məqamın oradan oxunmasını məsləhət görürük.

* Dərilərin Ürpərməsi [Şiddətlə Təsirlənmə]:

Quranın [Ərəbcə orijinalının] əlçatmaz bir bəlağət nümunəsi olduğu, inanan, inanmayan hər kəs tərəfindən qəbul edilir. Quran eyni zamanda ehtiva etdiyi qaydalar, verdiyi xəbər və məlumatlar ilə də ən yüksək nöqtədəki bir huccət [sübut, dəlil] halındadır.  Qiyamət və axirətlə əlaqədar səhnələri isə anladılması çətin, çarpıcı bir xüsusiyyət daşıyır. Buna görə də, Quranı tanıyan hər kəsin onun heybəti qarşısında dəriləri ürpərir, tükləri tikan-tikan olur. Bu psixologiyaya düşən bir insanın Allaha sayğı duyan biri halına gəlməsi isə çox asandır. Əslində elə kafirlərin Quranın dinlənilməsini istəməmələri və dinləyənlərə də mane olmağa çalışmaları buna görədir.

  • 21Əgər Biz bu Quranı bir dağa/çox iri cüssəli bir yük götürə bilən varlığa endirsəydik, Allaha olan hörmətlə, sevgi ilə və bilik ilə ürpərtidən onu səmimiyyətlə hörmət duyan, baş əyən və parça-parça olmuş görərdin. Və Biz bu nümunələri yaxşı-yaxşı düşünərlər deyə, insanlara veririk. (Həşr/21)
  • 2–4Heç şübhəsiz, möminlər ancaq Allah anıldığı zaman ürəkləri ürpərən, Onun ayələ­ri özlərinə oxunduğu zaman iman baxımından güclənən, həmçinin yalnız və yalnız Rəbbinə nə­ticəsini həvalə edən, salaatı iqamə edən və Bizim öz­lərinə ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyənlərdirl Bax budur, bunlar həqiqətən inananların, məhz özləridir. Onlara Rəbbi qatında dərəcələr, ba­ğışlama və hörmətli bir ruzi vardır. (Ənfal/2-4)
  • 73Və Rəhmanın qulları… Onlara Rəbbinin əlamətləri/nümunələri xatırladıl­dı­ğında onlar barəsində kar və kor kimi davranmazlar. (Furqan/73)

24Yaxşı, Qiyamət günü, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərə: “Qazanmış olduğunuzun qarşılığını dadın!” – deyilərkən üzünü əzabın pisliyindən qorumağa çalışan insanmı daha xeyirlidir, yoxsa qiyamət günü təhlükəsizlik içində gələcək insanmı?

25,26Onlardan öncəki insanlar yalan saydılar ki, özlərinə düşünə bilmədikləri yöndən əzab gəldi. Sonra da Allah onlara adi dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə, əlbəttə, daha böyükdür. Kaş ki, bilərdilər!

Bu ayə qrupunda, xüsusilə də ağıllı hərəkət edərək axirəti, peyğəmbəri yalan sayan insanların dünya və axirətdəki halları sərgilənir. Onlar dünyada rüsvayçılıq əzabı ilə cəzalandırılanlardır. Axirət cəzaları isə daha ağır, daha qorxunc olacaqdır. Amma onlar bunu bilmirlər.

Üzünü əzabın pisliyindən qoruyan” ifadəsiylə “cüziyyət məcaz-i mürsəli” edilmişdir. Yəni bədənin bir parçası anılıb, bütünü qəsd edilmişdir. Bu halda məna “özünü əzabın pisindən qoruyan” şəklində olur. Üz, rüsvayçılığı ən yaxşı əks etdirən orqandır. İçində düşdüyü hal insanın üzündən oxunur. Üzü güllər açmış olmaq, sifəti məhkəmə divarına bənzəmək kimi deyimlər bunu ifadə edər. İnsanın üz ifadəsi, qorxu, ürpərti, nikbinlik, ya da bədbinlik kimi ruh hallarını açıq şəkildə ortaya qoyar.

Ayədəki “üz” ifadəsindən hərəkət edərək ayə haqqında “Belə bir kimsə əlləri, qolları bağlanmış olaraq cəhənnəm atəşinə atılır. Vücudundan atəşə dəyəcək ilk bölmə onun üzü olacaqdır”, “Cəhənnəm atəşində üzü üstə sürüklənəcəkdir”, “Kafir əlləri boynuna bağlanmış olaraq, boynunda da kibritdən olduqca böyük bir dağ kimi nəhəng bir qa­ya parçası olduğu halda cəhənnəm atəşinə atılacaq. O atəş, boynuna asılı olduğu halda o daş parçasını yandıracaq. Onun hərarət və alovu da onun üzünü örtəcək. Əlləri boynuna bağlı olduğuna görə də bu alovu və atəşi üzündən uzaqlaşdıra bilməyəcək” şəklində bir sıra izahlar edilmış olsa da, bütün bu izahlar bir fərziyyədən ibarətdir.

Ayədəki “üz” ifadəsini Qəmər və Mülk surələrindəki ayələrdən hərəkətlə “üzüstə sürünmək” şəklində anlamaq da mümkündür.

Bu iki ayədə verilən ismarıc aşağıdakı ayələrdə daha açıqlanır:

  • 114Və Allahın tanıdıldığı/öyrədildiyi məktəblərini, içlərində Allahın adı anılmasın deyə, əngəlləyən və onların dağılması üçün çalışandan daha çox öz mənliyinə haqsız­lıq edən kim ola bilər?! Belələrinin Allahın tanıdıldığı/öyrədildiyi o məktəblərə girmələri ancaq qorxa-qorxa olacaqdır. Onlar üçün dünyada bir rüsvayçılıq vardır. Bunlar üçün Axirətdə də böyük bir əzab vardır.    (Bəqərə/114)
  • 22İndi üz üstə qapanaraq, yeriyənmi daha doğru gedər, yoxsa dosdoğru yolda dümdüz yeriyənmi? (Mülk/22)
  • 48O gün üzü üstdə atəşdə sürüklənərlər: “Cəhənnəmin beyinləri qaynadan istisinin toxunuşunu dadın!” (Qəmər/48)

24-cü ayədə cümlədəki xəbər [yükləm] çıxarılmışdır. Ayənin təqdiri belə edilə bilər: “Üzünü [özünü] əzabın pisliyindən qoruyan kimsəmi daha üstündür, yoxsa xoşbəxt olan kimsəmi?”

Bu ayənin bir bənzəri də budur:

  • 40Şübhəsiz, əlamətlərimiz/nümunələrimiz haqqında doğruluqdan ayrılıb, inkara sapla­nan insanlar Bizə gizli qalmazlar. O halda atəşə atılacaq olan insanmı daha xeyirlidir, yoxsa Qiyamət günü əminlik içində gələcək insanmı? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri ən yaxşı görəndir. (Fussilət/40)

Daha əvvəl bir çox yerdə bəhs edildiyi kimi, ayədə haqqında söhbət gedən “zalımlar” müşriklərdir. Ayədə anladılan səhnə, məhşərdə yaşanacaq əhvalatları göstərir. Şirkləri ucbatından o kimsələrə “Qazanmış olduğunuzun qarşılığını dadın!” – deyiləcəkdir.

Bənzər bir ayə də budur:

  • 35O gün yığıb topladıqları qızıl və gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq və bunlarla alınları, yanları və arxaları dağlanacaq: “Bax budur, bu, öz canınız üçün yığıb saxladığınız şeydir. Haydı, indi dadın bu, yığıb toplamış olduğunuz şeyləri!” (Tövbə/35)

Bu kimsələr, qiyamət günündə öz üzlərini pis əzabdan qorumağa çalışacaqlar, amma bunu ba­cara bilməyəcəklər.

  • 26Şübhəsiz ki, onlardan öncəki insanlar tələ qurdularsa da, Allah onların divarlarına bünövrələrindən vurdu. Sonra da damı təpələrindən üzərlərinə çökdü. Və onlara əzab düşünə bilmədikləri bir yöndən gəldi. (Nəhl/26)

Allahın dininə qarşı dirənən, Elçi ilə mücadilə edən, göndərdiyi ismarıcları yalan saymağa çalışan kimsələr həm dünyada, həm də axirətdə cəzalandırılacaqdır. Çünki dünyadakı rüsvayçılıq cəzası, işlədikləri günahın qarşılığı olmaqdan uzaqdır. Günahlarına uyğun bir cəza ancaq axirətdə veriləcək cəza olacaqdır.

27,28Və and olsun ki, Biz, düşünüb öyüd alsınlar deyə, səlis ərəbcə bir oxuma olaraq, Allahın qoruması altına girsinlər deyə, bu Quranda insanlar üçün hər cür nümunə verdik.

Bu ayələrdə, Rəbbimiz insanlar düşünüb öyüd alsınlar deyə, rahatca anlayıb tətbiq edəcəkləri bir Kitab, təqvalı davranaraq, özlərini qurtarmaları, qorumaları üçün də hər cür inandırıcı nümunələr verdiyini bəyan edir.

Quranın səlis bir ərəbcə endirilmiş olması haqqındakı vurğusu yaxşı dəyərləndirilməlidir. Ayədə vurğu Quranın sırf ərəbcə nazil olması deyil, onun asanlıqla başa düşülməsi və tövsiyə oluna bilməsi üçün həmin cəmiyyətin dili olan ərəb dilində nazil olmasıdır. Quranın ilk müxatibi olan cəmiyyətin ana dilinin ərəbcə olması, onlara çatdırılan ilahi ismarıcın da eyni dildə olmasının təməl səbəbidir. Bu, Allahın hər hansı bir topluma elçi göndərərkən tətbiq etdiyi ümumi prinsipidir.

Quranın dəvəti bütün insanlıq üçün ümumi bir dəvətdir. Bir çox ayədən Quranın Ərəb, Əcəm, Türk, Kürd, Avropalı, Amerikalı, Afrikalı insanları haqqa dəvət etdiyini öyrənmiş oluruq. Bu halda, Quranın bütün dünya dillərinə tərcümə edilməsi məsələsi hər millətin Allahın ismarıclarını öz ana dillərində qəbul etmələrini təmin etmək baxımından məcburi bir öhdəlik olaraq ortaya çıxır.

Ayədəki   “غير ذى عوج Ğayru zi Ivec” “hər cür ziddiyyət və ixtilafdan uzaq” ifadəsiylə Quranın ziddiyyət və ixtilafdan uzaq və şəffaf olması anladılmaq istənilmişdir. Belə ki, Rəbbimiz belə buyurmuşdur:

  • 82Onlar hələ Quranı lazım olduğu qədər düşünməzlərmi? Əgər ki, o, Allahdan baş­qa­sı tərəfindən olsaydı, qətiliklə onun içində bir çox qarışıqlıqlar/ziddiyyətlər tapardılar. (Nisa/82)
  • 38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır. (Ənam/38)
  • 28Allah sizə özünüzdən bir misal çəkir: Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla sizə təslim edilən adamlardan ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı? Bax budur, Biz ağlını işlədən bir cəmiyyət üzvləri üçün ayələri belə açıqlayırıq. (Rum/28)
  • 43Və Biz bu nümunələri insanlara veririk. Onlara da biliklilərdən başqası qavraya bilmə (Ənkəbud/43)

29Allah bəzi ortaqları olan və onlarla mübahisə edən bir insanla ancaq bir insana bağlı, salamatlıq içində olan bir insanı nümunə verdi. Bu ikisinin vəziyyəti heç eyni olarmı? Bütün təriflər Allahındır, başqası öyülə bilməz. Əksinə, onların çoxu bilməzlər.

Bu ayədə, tək bir Allaha inanan mömin tək ağaya bağlı bir kimsəyə, bir çox tanrılara sitayiş edən müşrik isə bir neçə ağaya bağlı bir kimsəyə bənzədilərək şirkin insan üçün zərərli bir hal olduğuna işarə edilmişdir. Çünki bir-birinə rəqib bir çox sahibi olan və hər sahibin özünə xidmət etməsini istədiyi bir kölənin o sahiblərdən heç birini məmnun etməsi, özünün də onlardan razı qalması mümkün deyildir. Belə çox sahibli bir haldaykən o kölənin hər bir ağadan ayrı-ayrı cəza çəkəcəyi, heç bir zaman rahatlıq tapa bilməyəcəyi aydındır. Əslində isə tək ağası olan bir kölə bu şəkildə iztirab çəkməyəcəyi kimi, o tək ağasına da hüzur içində xidmət edər. Bu, hər kəsin qəbul edəcəyi çox bariz bir həqiqətdir.

Ayədəki “çəkişib duran bir sıra ortaqları” ifadəsiylə işarə edilmək istənilən, insanlara ziddiyyətli əmrlər verən və özlərinə qulluq etmələri üçün onları öz yanlarına çəkməyə çalışan, daş və torpaqdan düzəldilmış tanrılar deyildir. Əksinə canlı, sözdə tanrılardır. Bunların başında insanın öz həvəsi, sonra da qeydsiz-şərtsiz təslimiyyət göstərdiyi, Allahdan önə keçirdiyi din adamları, liderlər, qanun qoyanlar və sistemlərdir. Bunların hamısı insanı öz yanlarına çəkmək və təsirləri altına almaq üçün çırpınır və çox zaman bir-birlərinə tərs düşən istəklər edirlər.

Ayədəki bu təmsillə bir tək tanrıya qulluq etməyin bir çox tanrıya qulluq etməkdən daha yaxşı olduğu və insanın ancaq o zaman rahatlıq tapacağı vurğulanır. Ayədəki bu bənzətmə şirkin çirkinliyini, tövhidin gözəlliyini göstərmək nöqteyi nəzərindən çox xoş bir bənzətmədir.

Buradakı xoş bənzətməni aşağıdakı ayələrlə daha da gözəl anlaya bilərik:

  • 75Allah heç bir şeyə gücü yetməyən, başqasının malı olmuş bir kölə ilə Bizim özünə gözəl bir ruzi verərək, gizli və açıq şəkildə, Allah yolunda xərcləyən/yaxınlarının dolanışıqlarını təmin edən bir insanı nümunə verdi: Bunlar eyni olurlarmı? Təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. Əksinə, insanların çoxu bilməzlər.
  • 76Allah iki nəfəri də nümunə göstərdi: Bunlardan biri dilsizdir, heç bir şeyə gücü çatmaz, qoruyucusuna bir yükdür. Onu hara göndərsə də, bir xeyir gətirə bilməz. İndi, bu adamla ədalətlə əmr edən və doğru yolda olan adam eyni olarmı? (Nəhl/75, 76)

Bənzər nümunələrin verildiyi başqa ayələr də vardır:

  • 22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir. (Ənbiya/22)
  • 91,92Allah övlad deyə bir şey qəbul etməmişdir. Onunla bərabər heç bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı qətiliklə öz əmələ gətirdiyi şeylə birlikdə gedər və qətiliklə digərləri üzərində üstün olardı. Görünməyəni, eşidilməyəni, seçilməyəni və açığı bilən Allah onların vəsf etdikləri şeylərdən münəzzəhdir. O, onların ortaq qoşduqları şeylərdən də çox ucadır. (Möminlər/91, 92)

30Şübhəsiz ki, sən, əmin ol ki, öləcəksən, şübhəsiz onlar da, qətiliklə öləcəklər.

31Sonra şübhəsiz ki, siz Qiyamət günündə, Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.

Bu iki ayə ayrı bir nəcmdir. Əsas mövzu ilə əlaqədar deyildir. Rəsulullah və Məkkəli əleyhdarlarının xəbərdar edildiyi bu ayələr peyğəmbərimiz ilə müşriklər arasındakı gərginliyin ölçülərini ortaya qoyur.

Əldə etdikləri sərvət və məqamların özlərini dünyada əbədiləşdirəcəyinə inanan, sahib olduqları para, pul və qapılarındakı onlarla quldan məhrum olmaq istəməyən müşriklər: “Muhəmmədin ölümü yaxın­laşdı və münasibəti də bitəcəkdir”–  şəklində sözlər deyirdilər.

Quranda bu xüsusa bir başqa yerdə daha toxunulur.

  • 34Biz səndən öncə də heç bir bəşər üçün sonsuzluq tanımadıq. Yaxşı, sən ölərsənsə, onlar həmişəlik sağmı qalacaqlar? (Ənbiya/34)

30-cu ayənin bir başqa ismarıcı da budur: “Muhəmməd (əs) ölümlüdür, o da öləcəkdir. Qətiyyən sevgidə ifrata vararaq keçmiş qövmlərin peyğəmbərlərini tanrılaşdırdıqları kimi onu da tanrılaşdırmağa qalxmayın. Ölümlülər tanrı olmazlar.”

31-ci ayə də həmçinin bir təsəlli və bilgi mahiyyətindədir: “Onlar, dünyada mənfəətləri naminə haqqa gəlməzlərsə, gəlməsinlər, sən qətiyyən buna narahat olma! Çünki sən öləcəksən, onlar da öləcəklər; sonra, Qiyamət günündə Allahın hüzuruna götürüləcək və orada mübahisə edəcəksiniz. Doğru orada ortaya çıxacaqdır.”

32Belə isə Allah haqqında yalan söyləyən və doğru özünə gəldiyi zaman onu yalan sayandan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? O kafirlər üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu!?

33Və doğrunu gətirən və onu təsdiq edən insan… Bax budur, onlar Allahın qoruması altına girmiş olanların məhz özləridir.

34,35Onlar üçün Rəbbi nəzdində dilədikləri şeylər vardır. Bax budur, bu, Allahın onların öncədən etdiklərinin ən pisini örtməsi, etməkdə olduqlarının ən gözəlinin müqabilində mükafatlarını verməsi üçün yaxşılıq-gözəllik edənlərin qarşılığıdır.

Bu ayə qrupunda yenə əkslik metodu ilə Allaha qarşı yalan söyləyən kimsələrlə haqqa təslim olan təqva sahibi kimsələrin müqayisəsi edilir. Bu müqayisədə kafirlərə cəhənnəm uyğun düşərkən, müttəqilər, etdikləri qüsurlar ört-basdır edilərək, etdiklərinə qarşılıq ən gözəliylə olmaqla cənnətdə dilədikləri şeylərə nail olurlar.

32-ci ayədəki “Kafirlər üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu!” sualı ərəb dilində işlədilən bədii bir ifadə olub, cavabı bilinən və qarşıdan gözlənməyən bir sualdır. Cavabı “əlbəttə, ən zalım, xain odur və cəhənnəm də onun sığınağıdır!” – deməkdir.

Allah Haqqında Yalan Uydurmaq. Allah haqqında yalan uydurmağın ən pisi, Allahın təkliyini, Rəbliyini, başqa bir varlıq və ya əşya ilə paylaşacaq bir inanca sahib olmaq və bunu başqalarına bulaşdırmaqdır. Vəlilərə, əzizlərə, ideologiyalara, peyğəmbərlərə və müxtəlif canlı-cansız var­lıqlara uluhiyyət rütbəsi vermək də, Allaha tay qoşmaq olduğu üçün, bütün bun­lar da Allaha yalan uydurmaq silsiləsindən olan hərəkətlərdir.

Bu mövzu Ənam surəsində təkrar-təkrar gündəmə gtirilmişdir.

  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)

33-cü ayədə mövzu yenə müttəqilərə gətirilmiş və 34, 35-ci ayələrdə müttəqilərin nemətlər içində üzəcəkləri müjdəsi verilmişdir. Bəhs etdiyimiz ayənin bir bənzəri də Əhqaf surəsindədir.

  • 16Bax budur, biliklənmiş, şüurlanmış bu insanlar vəd olunduqları doğru bir vəd olaraq və özləri haqsızlığa uğradılmadan, Allahın onlara əməllərini tam olaraq ödəməsi üçün özlərindən, etdiklərinin ən gözəlini qəbul edəcəyimiz və cənnət əhli içərisində, pisliklərdən qoruyacağımız insanlardır. (Əhqaf/16)

36Allah quluna kafi deyilmi? Onlar isə səni Onun yaratdıqlarından kimsələrlə qorxudur­lar. Və Allah kimi çaşdırarsa, artıq ona bələdçi olan biri yoxdur.

37Kimə də Allah bələdçi olarsa, artıq onu da çaşdıran biri yoxdur. Allah çox güclü, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərqərar edən deyilmi?

Bu ayələrdə başda Rəsulullah olmaqla, bütün inananlara dəstək sözü verilir: Müşriklər Əbuləhəb nümunəsində olduğu kimi, öz ağıllarınca, malları və ətrafları ilə, ya da “Sən bizim tanrılarımızı inkar edirsən, amma onlar böyük güc sahibi olduqları üçün səni məhv edəcəklər” şəklindəki sözləriylə peyğəmbərimizi qorxutmağa, sindirməyə çalışırdılar.

  • 80,81Və qövmü onunla mübahisə etdi. İbrahim: “Mənə doğru yolu göstərmişkən, Allah haqqında mənimləmi mübahisə edirsiniz? Ona ortaq qoşduqla­rı­nız­dan heç qorxmuram. Ancaq Rəbbimin dilədiyi şey istisna olmaqla. Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünməzsinizmi? Və Allah, haqlarında heç bir güc/qüvvət endirmədiyi halda, siz Ona ortaq qoşmaqdan qorxmurkən, mən sizin ortaq qoşduğunuz şeylərdən necə qorxaram? Bu halda əgər bilirsinizsə, bu iki camaatdan hansı arxalanmağa daha layiqdir?” – dedi.
  • 82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır. (Ənam/80, 82)
  • 43Sizin kafirləriniz onlardan xeyirlidirmi? Yoxsa yazılarda, sizin əlinizdə, onların qurtulacaqlarına dair Allah tərəfındən verilmiş bir sənəd və ya fərmanmı var? 44Yoxsa onlar: “Biz bir-birimizə kömək edən/intiqam ala bilən bir topluluğuq”mu? – deyirlər. (Qəmər/43, 44)

38Və sən, gerçəkdən onlara: “O göyləri və yeri kim yaratdı?” deyə soruşsan, qə­­tiliklə: “Allah!”deyəcəklər. De ki: “Belə isə, Allahın yaratdıqlarından çağır­dıq­la­­rınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zə­­rinin qarşısını ala bilən kimsələrdirlərmi? Yaxud mənə bir mərhəmət diləyərsə, onlar Onun mərhəmətinə mane ola bilən kimsələrdirlərmi? De ki: “Allah, mənə yetər. Nə­ti­­sini həvalə edənlər, yalnız və yalnız Ona nəticəsini həvalə etsinlər”.

39,40De ki: “Ey qövmüm! Siz olduğunuz yer üzrə çalışın. Şübhəsiz, mən də çalışan biriyəm. Artıq özünü rüsvay edəcək əzabın kimə gələcəyini və qalıcı bir əzabın kimin üzərinə enəcəyini yaxında biləcəksiniz”.

Bu ayələrdə ana xətt yenə “təmiz ağıl sahibi” olmaq məsələsidir. Təmiz ağıl sahibi olmaq, ağlı yaxşı işlətmək, ağılsız davranışlardan uzaq durmaqdır. Əslində isə Allaha ortaq qoşanlar ağıllarını işlətmə mövzusunda son dərəcə istəksiz davranırlar. Rəbbimiz bu mövzudakı ismarıcını birbaşa söyləmək yerinə, elçisini danışdıraraq verir: Madam ki, Allahı bilir, göylərin və yerin Allah tərəfindən yaradıldığını qəbul edirsiniz, o halda nə üçün bir sıra yaradılışlara yalvarıb yaxarırsınız? Onlar sizə nə yarar verə bilirlər? Allah sizə bir müsibət iradə etsə, mane ola bilərlərmi? Yaxud Allah bir rəhmət diləsə, qarşısını ala bilərlərmi?

Anlaşıldığına görə, problem Məkkəli müşriklərin Al­lahı bilib bilməmələri deyil, Rəbblik mövzusunda göstərdikləri cəhalətdir. Müşriklər, Allahı tanımaqla birlikdə Allahın yeri göyü yaratdıqdan sonra göydə guşəsinə çəkilib, heç bir şeyə qarışmadığını, yer üzündə olan-bitənlərin bir sıra tanrılar mərifətiylə reallaşdığını qəbul edirdilər.

Şüurlu, ya da şüursuz, bu gün də bir sıra insanlar Allaha inandıqları halda Ona şərik qoşur, saxta tanrı­lar qəbul edirlər. Ehtiyacları üçün Allaha dua və niyaz etsələr belə, xatırlarının isə yarayacağı düşüncəsiylə peyğəmbərlərdən, əziz və əzizə qəbul etdikləri insanların ruhlarından, məzarlarından mədəd ummaq kimi bir yanlışa düşürlər.

Rəbbimiz tövhid mövzusunda insanları təlimləndirir və şirkə qarşı şüurlandırır. Qulların tövhid mövzusunda təlimlənməsi keçmiş cəmiyyətlərdə də olmuşdu. Bəhs edilən təlimə Hud surəsinin aşağıdakı bölməsini nümunə vermək olar:

  • 53–57Onlar dedilər ki: “Ey Hud! Bizə bir açıq sübut ilə gəlmədin. Və biz sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanan da deyilik. Ancaq: “Tanrılarımızdan bəzisi səni pis çarpmışdır” – deyə bilərik”. Hud dedi ki: “Şübhəsiz ki, mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən Allahın yaratdığı sərvətlərdən Ona ortaq qoşduğunuz şeylərdən uzağam. Haydı, elə isə hamınız mənə tələ qurun, sonra məni heç gözlətməyin. Şübhəsiz, mən həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha işin sonunu həvalə etdim. Onun kəkilindən yaxalayıb sınamadığı heç bir irili-xırdalı hərəkət edən canlı yoxdur. Şübhəsiz ki, mənim Rəbbim ən doğru bir yol üzərindədir. Buna baxmayaraq, yenə də üz döndərərsinizsə, mən sizə nə ilə göndərilmişəmsə, bax budur, onu təbliğ etdim. Və mənim Rəbbim başqa bir qövmü sizin yerinizə gətirər. Və siz Ona heç bir şəkildə və heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz, Rəbbim hər şeyi qoruyub, nəzarət edəndir”.      (Hud/53-57)

38-ci ayə “Allah mənə yetər. Təvəkkül edənlər, yalnız və yalnız Ona təvəkkül edərlər” ifadəsiylə təvəkkülə diqqət çəkilərək bitirilmişdir. “Təvəkkül” qısaca “adamın, acizliyini ortaya qoyaraq “Vəkil” olan Allahı özünə vəkil tutması, yəni inanc olaraq varlığını və varlığının davamını ruzi, tərbiyə və qoruma baxımından Allaha həvalə etməsi, hər cür nəticənin özü üçün ən yaxşısı olacağını qəbul etməsi və nəticəyə razı olması” deməkdir.

41Şübhəsiz, Biz bu kitabı sənə insanlar üçün haqq ilə endirdik. O halda kim bələdçiləndiyi doğru yolu tapdısa, artıq öz lehinədir. Kim də azdısa, artıq o, sırf öz əleyhinə olaraq azar. Və sən onların üzərinə onları dik tutmaq üçün məsul deyilsən.

Bu ayədə ağıllı insanın əlində olan bələdçiyə işarə edilərək “Əldə haqq, doğru Kitab var. Doğru yolu tapmaq o haqq kitaba sarılmaqla, azmaq isə o haqq Kitabdan uzaqlaşmaqla olacaqdır” ismarıcı verilir. Eyni ismarıc Səba surəsində belə verilmişdi.

  • 50De ki: “Əgər mən azmışamsa, artıq yalnız və yalnız öz zərərimə azaram. Və əgər bələdçiləndiyim doğru yolu tapmışamsa, bilinməlidir ki, Rəbbimin mənə verdiyi vəhyə görədir. Şübhəsiz, O, ən yaxşı eşidəndir, çox yaxın olandır”. (Səba/50)

Ayənin son cümləsi olan “Və sən onların üzərində vəkil deyilsən” ifadəsiylə peyğəmbərimizə: “Elə isə hər kəs seçim haqqını işlədir. Sən zor tətbiq edən bir idarəçi deyilsən, olmamalısan da…” – ismarıcı verilmiş və Rəsulullah təsəlli edilmişdir. Çünki onların inadlarında, yola gəlməmələrində öz qüsurunun ola biləcəyi ehtimalı ilə yanıb qovrulurdu. Bu xüsusa Şüəra/3-də, Kəhf/8-də və Fatir/8-də də yer verilmişdir.

41-ci ayənin ismarıcı Quranda bir çox dəfə (Yunus/108, Hud/12, Rad/40) təkrarlanmışdır.

42Allah o nəfsləri, öldükləri zaman, onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini birbir xatırlatdırır. Ölməyənləri yatdıqlarında… Artıq haq­larında ölüm gerçəkləşdirdiklərini alar, digərlərini adı qoyulmuş bir müddət so­nuna qədər qaytarar. Şübhəsiz, bunda düşünən bir cəmiyyət üçün necə əlamət­lər/nü­munələr vardır.

Bu ayədə, bütün insanların nəzarətinin Allahın qüdrətində olduğu ismarıcı verilir. Yəni Uca Allah əcəli gələnlərin ölümünü reallaşdırarkən, hələ əcəli gəlməyənləri qeyd edilmiş müddətə qədər təxirə salır. Bu belə davam edib gedir.

Rəbbimiz öncə “vəfat” faktına diqqət çəkmişdir. Sonra sağ olanları da ölümün bir bənzəri olan yuxu ilə xəbərdarlıq etmişdir. Yuxu zamanı hiss, şüur, idrak kimi mələkələr fəaliyyətini dayandırır, insan bir baxıma, ölü hala gəlir. Belə ki, əcəlləri gələnlər ölümə bənzəyən bu haldan birbaşa ölümə keçirilir, əcəlləri hələ gəlməmiş olanlar isə qalan ömürlərini yaşamaq üçün həyata döndərilir.

  • 60Və O, sizi gecə vaxtı vəfat etdirən/keçmişdə etdiklərinizi, etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıran, gündüzlər əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddət sonunun gerçəkləşməsi üçün sizi qaldırandır. Sonra dönüşünüz yalnız və yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcəkdir.
  • 61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. (Ənam/60, 61)

“Vəfat”, “ölüm” demək deyil, “ölüm anında həyat boyu yaşananların Allah tərəfindən xatırladılması” deməkdir. Bu mövzu Ənam surəsinin sonunda “Vəfat” başlığı altında, ayrıca təhlil edilmiş olduğundan, məqamın oradan oxunmasını məsləhət görürük.

43Yoxsa onlar Allahın yaratdıqlarından bəzi dəstəkçi, köməkçi, iltimasçılarmı etdilər? De ki: “Onlar heç bir şeyə güc yetirə bilməzsə və ağlı yetməzsədəmi belə edəcəksiniz?”

44De ki: “Kömək, dəstək, şəfaət Allahındır. Göylərin və yerin mülkü yalnız və yalnız Onundur. Sonra yalnız və yalnız Ona döndərilirsiniz”.

Bu ayələrdə də yenə ağılla hərəkət etməyənlər qınanır və bu kimsələrin aciz, heç bir şeyə gücü çatmayan insan və əşyalardan şəfaət [yardım, dəstək, tapşırma] gözləmələrinin məntiqsizliyi vurğulanır. Şəfaətçi ola biləcək bir varlığın hər şeyə güc çatdıra bilən, hər şeyə ağıl çatdıra bilən bir varlıq olması istənir. Şəfaəti umulanlar isə istər peyğəmbər, əziz və ya əzizə, istərsə də daha başqa varlıqlar olsunlar, hamısı da aciz varlıqlardır. Bu varlıqların gücləri hər şeyə çatmadığı kimi, ağılları da hər şeyə çatmır. Halbuki şəfaətçinin sonsuz bir gücə və hər problemi həll edəcək bir qabiliyyətə sahib olması istənilir. Ayədə ağıllı bir insanın bütün bunları düşünməsinin vacib olduğu vurğulanaraq insanlar ağılla hərəkət etməyə dəvət edilir.

45Və Allah, “bir tək” olaraq anıldığı zaman Axirətə inanmayanların ürəkləri parçalanırsa da, Onun yaratdıqlarından olan kimsələr anıldığı zaman dərhal üzləri gülür.

Bu ayədə, bir sıra uydurma tanrı və tanriçaların şəfaətinə nail olacaqlarına inanan müşriklərin kompozisiyası cızılmışdır. Bunlara “bir tək Allah yetər”, yəni “hər hansı bir şeyxə, ustada, ağaya-bəyə, şəfaətçiyə, araçıya ehtiyac yoxdur” deyildikdə canları sıxılır, ürəkləri burxulur. Əslində isə Allah ilə bərabər “filan həzrət, filan həzrət” kimi bir sıra araçılar da zikr edildikdə üzlərində güllər açılır.

Təəssüf ki, öz hisslərini dinin tək doğru ölçüsü olaraq qəbul edən bəzi fanatik qrup, camaat və təriqətlərin mənsubları da eynilə bu haldadır. “Yalnız Quran yetər” deyərsinizsə, sizə kin bəsləyirlər, bir sıra həzrətləri də dinə ortaq edərsinizsə, sizi “qardaş” deyə bağırlarına basarlar.

Müşriklərin bu münasibətləri Quranda bir neçə dəfə dilə gətirilmişdir.

  • 46Və onların qəlbləri onu qavrayıb anlamasınlar deyə, anlamaqlarına mane olan bir təbəqə, qulaqlarına da bir ağırlıq verdik. Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” uzaqlaşarlar. (İsra/46)
  • 12Bax budur, bu, buna görədir! Siz, “bir və tək” olan Allaha dəvət edildiyiniz zaman küfr etdiniz/inanmadınız. Ona ortaq qoşulunca da, inandınız. Artıq hökm, o çox uca və çox böyük Allahındır. (Mömin/12)

46De ki: “Ey göylərin və yerin yoxdan yaradıcısı/parçalayıcısı, görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və varlıqların ağıl və duyğularla hiss etdiklərini bilən Allahım! Qulların arasında, mübahisə etdikləri o şeylər haqqında Sən hökm verəcəksən”.

Bu ayədə, inkarçıların mövcud münasibətlərini davam edəcəkləri, buna görə də elçinin işi Allaha həvalə etməli olduğu bildirilir. Müşriklər ilə möminlər bir-birlərindən ayrılacaqlar, inanc və davranışlarda kimin doğru və haqlı olduğu Allah tərəfindən açıqlanacaq və hər kəs etdiyinin qarşılığını alacaqdır.

  • 113Və Yəhudilər: “Xristianlar bir şey üzərində deyillər/onların dəyərli bir tərəfləri yoxdur” – dedilər. Xristianlar da: “Yəhudilər, bir şey üzərində deyillər/ onların dəyərli bir tərəfləri yoxdur” – dedilər. Halbuki, onlar kitabı oxuyurlar. Bilməyən insanlar da onların dediyi kimi dedilər. Artıq içində anlaşılmazlığa düşdükləri şeylərdə, Qiyamət Günü aralarında Allah hökm verəcəkdir. (Bəqərə/113)
  • 124 Sebt/Şənbə günü/düşünüb daşınma günü ancaq, həmin gün barəsində anlaşmazlığa düşən insanlar üzərinə qılındı. Və şübhəsiz, sənin Rəbbin onların anlaşmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında qətiliklə hökm verəcəkdir. (Nəhl/124)

Və Həcc/56, Mömin/12, Şura/10, Nəhl/64.

Bu ayələrdən anlaşılır ki, dini mövzudakı ixtilaflarda Allahın kitabına müraciət edərək həll axtarılmalıdır.

47Və əgər yer üzündəkilər və onunla birlikdə bir o qədəri də şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin olsa idı, Qiyamət günü əzabın pisliyindən qurtarmaq üçün onu qətiliklə qurtarmaqlıq verərdilər. Və onların heç hesaba qatmadıqları şeylər Allah tərəfindən onlar üçün meydana çıxarılır.

48Və qazandıqlarının pislikləri onlar üçün meydana çıxmış və özü ilə lağ edib durduqları şeylər özlərini hərtərəfli bürümüşdür.

Bu ayələrdə axirətə inanmamış insanların axirətdəki mövqeləri açıqlanaraq, bu insanlar indidən xəbərdar edilir:

  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur. (Al-i İmran/91)
  • 18Rəbbinə uyanlar üçün “ən gözəl” vardır. Ona uymayanlar isə yer üzündə olan nə varsa hamısı və onunla birlikdə bir misli daha özlərinin olsa, onu qurtuluş fidyəsi olaraq verərdilər. Bax budur, onlar, hesabın pisi özləri üçün olanlardır. Çatacaqları yer də cəhənnəmdir. Orası da nə fəna yataqdır! (Rad/18)

Mövzumuz olan ayələr müşrik olaraq ölməməyin nə qədər mühüm olduğunu göstərir. İnsanın keçmişində biliksizlik və ya laqeydlik səbəbiylə şirk və inkar dövrləri ola bilir. Ancaq bu haldan əl çəkərək tövhidə yönələn və Müsəlman olaraq ölənlər üçün hər hansı bir problem ola bilməz. Əhəmiyyətli olan müşrik olaraq ölməməkdir.

49Bax budur, insana bir sıxıntı toxununca, Bizə yalvarır, sonra özünə tərəfimizdən bir nemət bəxş etdiyimiz zaman da: “O, mənə bir biliyə görə verildi” – deyər. Əslində verilən nemətlər bir imtahan vasitəsidir. Lakin onların çoxu bilməzlər.

50Həqiqətən, “O mənə bir biliyə görə verildi” sözünü bunlardan öncəki insanlar də söylədisə də, o qazandıqları şeylərin özlərinə faydası olmadı.

51Sonunda qazandıqları şeylərin pislikləri özlərinə isabət etdi. Bunlardan şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, onların da qazandıqları şeylərin pislikləri özlərinə isabət edəcəkdir. Və onlar aciz buraxanlar deyildir.

52Hələ də şübhəsiz, Allahın ruzini dilədiyinə yaydığını və ölçüləndirdiyini bilmədilərmi? Şübhəsiz ki, bunda iman edəcək bir cəmiyyət üçün qətiliklə necə əlamətlər/nümunələr vardır.

Bu ayə qrupu, insan psıxologiyasındakı bir zəifliyə istinad edərək başlayır. Daha öncə də təhlil etdiyimiz kimi, insan bir nemətə çatdığında məmnun olur, çətinliklə qarşılaşdığında isə dərhal Rəbbindən küsür. Əslində isə hər iki hal da Allahın insanı sınaması olaraq qəbul edilməlidir. Bölmədə bu sınamanın nəticəsi olaraq dünya və axirətdə insanın başına gələcək hallar xatırladılır və insanlara xəbərdarlıq edilir. Ayələrdə Qaruna və Səba xalqına da istinad edilmişdir. Səba xalqı və Qarun kimi ağılsızlar özlərinə verilən nemətləri Allah qatında sayğın kimsələr olduqlarının bir işarəsi olaraq izah edir, beləliklə də onları öz bilik və bacarıqları ilə əldə etdiklərinə inanırlar. Halbuki bütün bunlar Allahın fitnəsindən, sınamasından, imtahan etməsindən başqa bir şey deyildir. Dünyada verilən nemətlər ikram olsun deyə deyil, imtahan üçün verilir. Az qazanclı olmaq səviyyəsizlik, çox qazanclı olmaq da səviyyəli, məqbul biri olmaq deyildir.

Qarun və Səba xalqı:

Zənginliyin simvolu olaraq bilinən Qarun adlı şəxs haqqında Quranda aşağıdakı məlumatlar verilir:

  • 76,77Şübhəsiz, Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarları güclü, qüvvətli bir top­lu­lu­ğa ağır gələrdi. Bir zaman qövmü ona demişdi ki: “Öyünmə! Şübhəsiz ki, Allah öyünənləri sevməz. Və Allahdan sənə axirət yurdunu verməsini istə. Dün­ya­dan da nəsibini unutma! Allahın sənə ehsan etdiyi kimi, sən də ehsan et. Və yer üzün­­də pozğunçuluğu istəmə. Şübhəsiz ki, Allah pozğunçuları sevməz”.
  • 78Qarun: “Bu sərvət, mənə ancaq məndə olan bilik sayəsində verildi” – dedi. Bil­məz­di­mi ki, Allah, özündən əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tə­rəf­darı, təcrübələri olan insanları tam yəqinliklə bilin ki, dəyişikliyə/dağıntıya uğ­rat­mışdı. Və bu günahkarlar, digərlərinin günahlarına görə məsuliyyət daşımazlar.
  • 79Sonra Qarun bəzək, görkəm içində qövmünün qarşısına çıxdı. Dünya hə­yatını istəyən insanlar: “Kaş ki, Qaruna verilənlərdən bizdə də olsaydı! Şübhəsiz ki, o – Qarun çox böyük bir nəsib sahibidir” – dedilər.
  • 80Və özlərinə bilik verilmiş olan insanlar isə: “Vay bizim halımıza! İman edən və sa­leh əməl edən insanlar üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da an­caq səbr edənlər qovuşa bilərlər” – dedilər.
  • 81Sonunda Biz onu və evini yerlə yeksan etdik. Artıq Allahın yaratdığı sərvətlərdən özü­nə kömək edəcək bir tərəfdar da olmadı və o, özünü müdafiə edib, qurtara biləcək insanlardan da deyildi.
  • 82Və elə dünən onun yerində olmağı istəyənlər: “Demək ki, Allah qullarından di­lə­di­yinə ruzini çoxaldır və azaldır. Əgər Allah bizə ərməğan vermiş olmasaydı, bi­zi də yerin dibinə batırardı. Və demək ki, kafirlər özlərini qurtara bilmirlər” – deyərək sabahladılar. (Qasas/76-82)

Zənginlik, rifah və bolluq içində yaşayan cəmiyətlərə nümunə olaraq göstərilən Səba xalqı haqqında isə Quranda aşağıdakı məlumatlar verilir:

  • 15And olsun ki, Səba qövmü üçün yurd etdikləri yerdə bir əlamət/nümunə var idi. Sağ­dan və soldan iki bağça! “Rəbbinizin ruzisindən yeyin və Onun üçün nemətlə­rin qarşılığını ödəyin! Nə gözəl bir diyar və çox bağışlayan bir Rəbb!”
  • 16Lakin onlar üz çevirdilər! Nemətlərin qarşılığını ödəmədilər. Biz də üzərlərinə su anbarlarının selini saldıq və onların iki bağçalarını onlara acı meyvəli, yulğunluq və içində bir az da “sidr ağacı” olan iki bağçaya çevirdik.
  • 17Bu, onlar küfr etmiş olduqlarına görə, Bizim onları cəzalandırmağımızdır. Və Biz, sadəcə çox nankor olanları cəzalandırırıq.
  • 18Və Biz onlarla o bərəkət verdiyimiz məmləkətlər arasında ard-arda şəhərlər meydana gətirmişdk. Və onlara da müntəzəm gediş-gəliş təşkil etdik: Buralarda gecələr də, gündüzlər də əmniyyət içində gedin, gəlin!
  • 19Sonra da onlar: “Rəbbimiz! Səfərlərimizin arasını uzaqlaşdır!”– dedilər və nəfs­lə­ri­nə səhv/öz zərərlərinə işlər edərək haqsızlıq etdilər. İndi də Biz onları əf­sa­nələr etdik və tamamilə didik-didik dağıtdıq. Şübhəsiz ki, bunda, bütün özünə ve­rilən ne­mətlərin qarşılığını çox-çox ödəyən, səbr edən üçün, əlbəttə, əlamətlər/nü­mu­nələr vardır.
  • 20Və and olsun ki, İblis/düşüncə qabiliyyəti onlar haqqındakı zənnini təsdiq etdi və möminlərdən ibarət bir bölmədən başqa, qalanları İblisə uydular.
  • 21Halbuki, İblisin onlar üzərində heç bir qüdrəti yoxdur. Lakin Biz axirətə imanı olanı, onun haqqında yetərli biliyi olmayandan ayırd edərdik, onları işarələyib bildirərdik. Və sənin Rəbbin hər şeyi yaxşı-yaxşı qoruyandır. (Səba/15-21)
  • 34Və Biz hər hansı bir məmləkətə xəbərdaredici göndərdiksə, qətiliklə oranın varlıq və güc sahibi, lovğalanan öndə gedənləri: “Biz sizin özü ilə göndərildiyiniz şeyləri/ismarıcları bilərək rədd edənlərik/inanmayanlarıq” – dedilər.
  • 35Və yenə dedilər ki: “Biz mal və övlad sayı etibarilə daha çoxuq və biz əzaba uğrayacaq olanlardan deyilik”.
  • 36De ki: “Şübhəsiz ki, mənim Rəbbim dilədiyinə ruzisini genişlədir və ölçüləndirir. Lakin, insanların çoxu bilməzlər”.
  • 37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər.
  • 38Və ayələrimizi/əlamətlərimizi/nümunələrimizi aciz buraxmaq üçün yarışan bu insanlar əzab içində hazır edilənlərdir.
  • 39De ki: “Şübhəsiz, mənim Rəbbim qullarından dilədiyi insan üçün ruzisini genişlə­dir və onun üçün ölçüləndirir. Və siz hər nə şeydən Allah yolunda xərcləsəniz/dolanışığı təmin etsəniz, dərhal O, arxasını gətirir. Və O, ruzi verənlərin ən xeyirlisidir”.
  • 40Və o gün Allah onları hamısını birlikdə toplayacaq, sonra mələklərə: “Bunlarmı sizə sitayiş edirdilər?” – deyəcəkdir.
  • 41Onlar: “Səni tənzih edərik. Bizi onlardan qoruyan, yol göstərən yaxınımız Sənsən. Tam əksinə, onlar gizli güclərə sitayiş edirdilər. Çoxu onlara inananlardır” – dedilər.
  • 42Artıq biriniz digərinizə yarar və zərər verə bilməzsiniz. Və Biz ortaq qoşma inancına batmış o insanlara: “Dadın baxaq, o özünü yalan sayıb, durduğunuz atəşin əzabını!” – deyərik. (Səba/34-42)

51-ci ayədəki “Sonunda qazandıqları şeylərin pislikləri özlərinə toxundu. Bunlardan o zülm etmiş olan kimsələr; onların da qazandıqları şeyləri özlərinə toxunacaqdır. Və onlar aciz buraxanlar deyildir” ifadəsindən müşriklərin əzabdan qurtulmalarından söz belə açılmayacağı anlaşılır.

  • 134Şübhəsiz, sizin vəd olunduğunuz şeylər, tam yəqinliklə bilin ki, gələcəkdir. Və siz bunu əngəlləyəcək biriləri deyilsiniz.                                     (Ənam/134)
  • 53Və: “O əzab gerçəkmi?” – deyə səndən xəbər almaq istəyirlər. De ki: “Bəli, Rəbbimə and olsun ki, o, tam əmin olun ki, bir gerçəkdir. Və siz, aciz bura­xan­lar deyilsiniz”. (Yunus/53)

53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar! Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz, Allah günahları bütünlüklə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir.

54Və sizə əzab gəlməzdən öncə, Rəbbinizə yönəlin və Ona təslim olun. Sonra kömək edilməzsiniz”.

55–58Və qəflətən əzab gəlmədən insanın: “Allahın yanında etdiyim ölçüsüzlük­lər­ə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdən idim” – deməsin­dən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girənlərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş də olsaydı, mən də o yaxşılıq-gözəllik edənlərdən olsaydım” – deməsindən öncə, Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin”.

53-cü ayədə ağıllı, inanclı olmalarına baxmayaraq, günah işləmiş kimsələrə dərhal tövbə etmələri çağırışı edilir. Bu ayənin texniki quruluşu ilə əlaqədar qənəatlərimizi yenə bu surənin 10-cu ayəsinin təhlilində geniş şəkildə izah etmişdik.

Bizim ölçü aldığımız Rəsmi Düzülüşdə 53-cü və 54-cü ayələrin Mədəni olduğu zikr edilir. 53-cü ayənin nüzul səbəbi ilə əlaqədar olaraq müfəssirlər aşağıdakı rəvayətləri zikr edirlər:

Alimlər ayənin nüzul səbəbi xüsusunda müxtəlif görüşlər irəli sürmüşdülər. “Bu, Məkkəlilər haqqında nazil olmuşdur. Çünki onlar: “Muhəmməd bütlərə sitayiş edənlərin və adam öldürənlərin bağışlanmayacağını iddia edir. Biz isə bütlərə sitayiş etdik və adam öldürdük. O halda necə müsəlman ola bilərik?” – demişdilər [ayə bundan sonra nazil olmuşdur]. Belə deyildiyi kimi, ayənin müsəlman olmağı arzu edərək, tövbəsinin qəbul olunmayacağından qorxduğu üçün Hz. Həmzənin (r.a) qatili Vahşi (r.a) haqqında nazil olduğu və ayə nazil olunca müsəlman olduğu da söylənmişdir. Hz. Peyğəmbərdən (s.ə.s): “Bu ayə onamı məxsusdur, yoxsa bütün müsəlmanlar üçün ümumidirmi?” – deyə soruşulduğunda, O: “Xeyr, bütün müsəlmanlar üçün ümumidir” – buyurmuşdur.

Yenə bu ayənin, cahiliyyə dövründə böyük günahlar işləyib, İslamiyyət gəldikdə Allah Təalanın tövbələrini qəbul etməyəcəyi qorxusu ilə tir-tir titrəyən bəzi müsəlmanlar haqqında nazil olduğu da söylənmişdir. Yenə bu ayənin, İyaş b. Ebi Rebia ilə Vəlid b. Vəlid və bir qrup müsəlman haqqında nazil olduğu da söylənmişdir: Bunlar müsəlman oldular, sonra fitnəyə düşdülər [irtidad etdilər]. Müsəlmanlar onlar haqqında: “Artıq Allah onların tövbələrini qəbul etməz” – deməyə başladılar. Budur, bundan sonra bu ayələr nazil oldu. Hz. Ömər (r.a) bu ayələri yazıb, onlara göndərdi. Beləliklə, onlar da müsəlman olub, Hicrət etdilər. [6]

Yenə İbn Abbas və Ata belə demişdir: Ayət-i kərimə Həmzənin (r.a) qati­li Vahşi haqqında enmişdir. Çünki Allahın onun müsəlman olmasını qəbul etməyəcəyini zənn etmişdi. İbn Cüreycin Atadan, onun İbn Abbasdan rəvayətinə görə isə İbn Abbas belə demişdir: Vahşi, Peyğəmbərin (səs) yanına gələrək: Ey Muhəmməd, mən sənə himayə istəyərək gəldim. Allahın kəlamını dinləyincəyə qədər məni himayənə al, dedi. Rəsulullah (səs) belə buyurdu: “Mən sə­ni himayəsiz olaraq görmək istərdim. Lakin madam məndən himayə istəyərək gəldin, Allahın kəlamını dinləyincəyə qədər səni himayəmə alaram” – de­di. Vahşi dedi ki: Mən Allaha ortaq qoşdum, Allahın haram qıldığı canı öl­dürdüm, zina etdim. Allah mənim tövbəmi qəbul edərmi? Rəsulullah (səv): “Onlar ki, Allah ilə birlikdə başqa bir tanrıya ibadət etməzlər. Haqq ilə olmasından istisna olmaqla, Allahın öldürülməsini haram qıldığı nəfsi də öldürməzlər, zina da etməzlər (Furqan/68-71)” ayəti kəriməsi sonuna qədər nazil olana qə­dər susdu. Sonra bu ayəni Vahşiyə oxudu. Vahşi: “Mən burada bir şərt qoşulduğunu görürəm, bəlkə mən salih bir əməl işləməyəcəyəm, Allahın kəla­mını dinləyincəyə qədər mən sənin himayəndə qalmağa davam edirəm”. Bu­ndan sonra bu ayə-ti kərimə endi: “Doğrusu Allah özünə şirk qoşulma­sını mağfirət etməz. Ondan başqasını isə dilədiyinə bağışlayar (Nisa/48, 116)” ayələri endi. Onu çağırtdırdı və ona bu ayəni oxudu. Bu dəfə belə dedi: “Bəlkə mən mağfirət etməyi diləməyəcəyi kimsələrdənəm. Onun üçün Allahın kəlamını dinləyincəyə qədər sənin himayəndə qalıram” – dedi. Bu dəfə: “Ey nəfsləri əleyhinə irəli gedən qullarım! Allahın rəhmətindən ümid kəsməyin!” ayəsi nazil oldu. Bu­ndan sonra: “Bəli, indi oldu, həmçinin hər hansı bir şərt qoşulduğunu görmürəm” – dedi, sonra da müsəlman oldu. [7]

Bu açıqlamaya görə bölmənin Mədəni olması istənilir. Bizə görə isə bu bölmənin Məkkəlilər haqqında endiyi görüşü tərcih edilməlidir.

Səbəb-i nüzulun məxsusi olmasına deyil, ayənin mənasının ümumi olmasına baxılmalıdır. Rəbbimizin mağfirətinin genişliyi hər kəsə yönəlikdir. Ağlını başına alıb, Allaha yönələnlərin şirki də, küfrü də, fisqü-fücuru da bağışlanacaqdır. Ona görə də əzab gəlmədən öncə “Allahın yanında, etdiyim hədsizliklərə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdəndim” – deməsindən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən müttəqilərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş olsaydı, mən də o yaxşılıq/gözəllik edənlərdən olsaydım” – deməsindən öncə hər kəs Allaha yönəlməlidir.

 

Bağışlanma. Rəbbimiz dünyada tövbə ilə bərabər bütün günahları bağışlayır. Günahları nə qədər böyük və çox olursa olsun, heç bir qul Allahın rəhmətindən ümidini əsla kəsməməlidir.

  • 104Onlar Allahın qullarından tövbəni qəbul etdiyini, sədəqələri aldığını və Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmət edənin məhz özü olduğunu bilmədilərmi? (Tövbə/104)
  • 110Kim bir pislik işlər, yaxud öz-özünə haqsızlıq edər, sonra da Allahdan bağışlanma di­ləyərsə, Allahın çox bağışlayıcı və çox mərhəmətli olduğunu görər. (Nisa/110)
  • 145,146Şübhəsiz ki, münafiqlər atəşin ən aşağı təbəqəsindədirlər. Sən də onlara bir kömək edən tapa bilməzsən. Lakin ­tövbə edənlər, düzəldənlər, Allaha sıx-sıx sarılanlar və dinlərini Allah üçün arıdan kimsələr istisna olmaqla… Artıq bunlar, möminlərlə birlikdədirlər və Allah möminlərə böyük bir mükafat verəcəkdir. (Nisa/145, 146)
  • 73And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır.
  • 74Hələ də onlar xətalarından Allaha dönməz və Ondan əfv diləməzlərmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Maidə/73, 74)
  • 10Şübhəsiz ki, inanan kişilərə və qadınlara atəşlərdə işgəncə edib, sonra da tövbə etməyənlər üçün cəhənnəm əzabı vardır, yanğın əzabı da onlar üçündür. 11Tam əmin olun ki, inanan və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlər üçün altından bulaqlar axan cənnətlər vardır. Bax elə bu, böyük qurtuluşdur. (Buruc/10, 11)

Bu ayələrdən də anlaşılacağı kimi, Allaha şirk qoşanlar belə, dünyada tövbə etmələri halında bağışlanırlar.

59Tam əksinə, sənə ayələrim gəldi və sən onları dərhal yalan saydın, yekəxanalıq etdin və kafirlərdən oldun.

Bu ayə, 56-58-ci ayələrdə bəhs edilən “nəfsə [fərdə]” xitab edir. Ayənin sözləri, bu nəfsin “kaş ki”lərinə cavab təşkil edir və sözsüz olaraq ona: “Sən indi ‘Allah mənə doğru yolu göstərsəydi, hər halda mən müttəqilərdən olardım”, “Mənə bir geri dönüş olsaydı, mən də o yaxşılıq/gözəllik edənlərdən olsaydım” – deyirsən, amma sənə Mənim ayələrim gəldikdə, sən onları dərhal yalan saydın, yekəxanalıq etdin və kafirlərdən oldun. Tərcihinin nəticəsinə qatlanmalısan” deyilir.

Bu ayə eyni zamanda surənin 7-ci ayəsinin də açılışı mahiyyətindədir.

60Və o Qiyamət günü Allah haqqında yalan söyləyənləri üzləri qaralmış olaraq, görəcəksən. Təkəbbürlənənlər üçün cəhənnəmdə yer yoxdurmu?

61Allahın qoruması altına girmiş olanları da Allah bacarıqlarına görə/sığınacaqlarında qurtarar. Onlara pislik toxunmaz və onlar kədərlənməzlər də.

Bu ayələrdə yenə inkarçıların və möminlərin axirətdəki halları xatırladılaraq insanlara xəbərdarlıq edilmişdir.

Üzlərin Qaralması. Ayədəki “Allaha qarşı yalan söyləyən insanları üzləri qaralmış olaraq görəcəksən” ifadəsində yer alan “üzlərin qaralması” sözü bir deyimdir. Dilimizdə də sıxıntılı, bədbəxt adamlara: “qaralıb durma, bir az gül” – deyilir.  Möminlər xoşbəxtdirlər, üzlərində gülüş var, qaralmaz.

  • 103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər. (Ənbiya/103)
  • 105–107Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanan və ayrılığa düşən insanlar kimi də olmayın. Bax budur, bunlar bəzi üzlərin ağardığı, bəzi üzlərin də qa­ral­dı­ğı gündə özləri üçün böyük bir əzab olanlardır. Artıq üzləri qaralan insanlara: “Siz inandıqdan sonra, yenidən kafirmi oldunuz? Belə isə, küfr etdiyinizə görə dadın cəzanı!” Üzləri ağaran insanlar da bilin ki, Allahın mərhə­mə­ti içindədirlər. Onlar orada həmişəlik qalanlardır. (Al-i İmran/105-107)
  • 26Gözəllik edənlər üçün daha gözəli və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlıq, alçalma da. Bax budur bunlar, cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalıcıdırlar.
  • 27Pislik qazanmış olan insanlar üçün də pisliyin cəzası bir bənzəri ilədir. Və onları bir alçaqlıq bürüyər. Onları Allahdan qoruyan heç bir qoruyucu yoxdur. Sanki onların üzləri, qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax budur, onlar atəşin əhlidirlər. Onlar orada sonsuzadək qalacaqlar. (Yunus/26, 27) 

62Allah hər şeyin yaradıcısıdır. O, hər şeyin “müəyyən bir proqrama görə nizamlayanı və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirənidir”.

63Göylərin və yerin açarları yalnız və yalnız Onundur. Allahın ayələrini ört-basdır edənlər! Bax budur, onlar zərərə uğrayanların məhz özləridir.

Yuxarıdakı xatırlatmalardan sonra Rəbbimiz bu ayələrdə özünü, əzəmətini tanıdaraq ağlını işlətməyənlərə bir xəbərdarlıq yenə etmişdir. Eyni xəbərdarlığı Ənam surəsində də görmüşdük:

  • 102Bax budur, Rəbbiniz Allah! Ondan başqa tanrı yoxdur. Hər şeyin yaradıcısıdır. Elə isə, Ona qulluq edin. O, hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir. (Ənam/102)

64De ki: “Buna baxmayaraq, siz mənə Allahdan başqasına qulluq etməyimi əmr edirsiniz, ey cahillər!”

Bu ayədə peyğəmbərimizdən müşriklərə: “Ey cahillər!” – deyə xitab etməsi istənilmiş və “Allah hər şeyin yaradıcısı ikən bu boş-boş şeylərəmi qulluq edək?” – dedirdilmişdir. Hər şeyə gücü yetən, yeri göyü yaradan Allah ilə heç bir şeyə gücü yetməyən, heç bir şeyi yarada bilməyən, üstəlik də özləri yaradılmış olan sözdə tanrılar arasındakı fərqi başa düşməyənlərə başqa nə deyilir!  Hansı ağıllı və bilikli kimsə belə bir axmaqlıq edər?

“Əsbab-i Nüzul” qeydlərinə görə müşriklər bir gün gəlib Rəsulullahdan şirk qoşmasını istəmişlər. Belə bir təklifi cahillərdən başqa kimsənin etməyəcəyi aydındır. Müşriklərin bu təklifi, asayişi qorumaqla məsul olan məmurlara “gəl bərabər asayişi pozaq” deyilməsinə bənzəyir. Vəzifəsi insanları şirkdən uzaqlaşdırmaq olan bir peyğəmbərə şirk qoşmağı təklif etmək, doğrudan da cahillikdən, beyinsizlikdən başqa bir şey deyildir:

İbn Əbu Hatim və başqaları İbn Abbasdan belə bir əhvalat nəql edirlər: Cahillikləri səbəbiylə müşriklər Allah Rəsulunu (s.ə.s) öz tanrılarına ibadətə çağırdılar. Əgər o belə edərsə, onlar da Allah Rəsulu ilə birlikdə onun tanrısına ibadət edəcəkdilər. Budur, bundan sonra “De ki, “Mənə, Allahdan başqasına ibadət etməyimi əmr edirsiniz, ey cahillər? And olsun, sənə də, səndən əvvəlkilərə də vəhy olunmuşdur” ayəsi nazil olmuşdur. [8]

65,66Və and olsun ki, sənə və səndən öncəkilərə belə vəhy edildi: “And olsun ki, əgər ortaq qoşarsansa, əməlin qətiliklə boşa gedəcək və qətiliklə itirənlərdən olacaqsan. Ona görə də, tam əksinə, yalnız Allaha qulluq et və sahib olduğu nemətlə­rin qarşılığını ödəyənlərdən ol”.

Bu ayələrdə elçilərin nə üçün göndərildiyi və nəyi öyrətmək istədikləri açıqlanmışdır. Elçilərin vəzifələndirildikləri mübarizədən əl çəkmələri barədə söhbət belə gedə bilməz. Ayədən anlaşılan odur ki, bütün elçilər tövhid inancını insanların şüurlarına yerləşdirmək üçün göndərilmişdir. Şirk qoşanların yaxşı əməlləri bir isə yaramayacaqdır. Buna görə də, Allaha şirk qoşmadan inanılmalı, Ona qulluq edilərək verdiyi nemətlərin qarşılığı ödənməlidir. Şirk, əməllərin axirətdə Allah tərəfindən dəyərləndirilməsinə mane olur. Müşrik nə qədər fay­dalı iş edirsə etsin, boşa gedəcəkdir, insanı bütünlüklə iflas etdirəcəkdir.

Bu ayələr birinci dərəcədə Peyğəmbəri müxatib almaqla bərabər, üzərində durduğu prinsiplər etibariylə bütün insanlığa şamil edilir.

  • 88Bax budur, bu, Allahın bələdçiliyidir. O, onunla qullarından dilədiyinə bələdçilik edər. Və əgər onlar ortaq qoşsaydılar, tam yəqinliklə bilin ki, etmiş olduqları şeylər boşa getmişdi.  (Ənam/88)
  • 24Yoxsa onlar Onun yaratdıqlarından bəzi tanrılarmı qəbul etdilər? De ki: “Qəti dəlilinizi gətirin. Bax budur, bu, mənimlə bərabər olanların və məndən öncəkilərin öyüdüdür”. Tam əksinə, onların çoxu həqiqəti bilməzlər. Artıq onlar, üz döndərənlərdirlər. (Ənbiya/24)
  • 217Səndən toxunulmaz olan ay haqqında və o toxunulmaz olan ayda döyüşmək haqqında soruşurlar. De ki: “Onda döyüşmək, böyük günahdır. Və Allah yolundan ayırmaq, Onu və Məscid-i Haramı/ilahiyyat təhsil mərkəzini bilərək rədd etmək/özünü görməməzliyə qoymaq və Məscid-i Haramın xalqını – orada təhsil/təlim alanları və qısa müddətli təhsilə qatılanları oradan çıxarmaq, Allah yanında daha böyük günahdır. Və insanları dindən çıxartmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha böyük günahdır”. Onlar, əgər gücləri yetərsə, sizi dininiz­dən döndərmək üçün, sizinlə döyüşməkdən heç bir zaman çəkinməzlər. Sizdən də hər kim dinindən dönər və kafir biri olaraq can verərsə, artıq onların əməlləri, dünyada və Axirətdə boşa getmişdir. Və bax budur, onlar atəşin əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/217)
  • 56De ki: “Şübhəsiz ki, mənə sizin Allahın yaratdığı sərvətlərdən yalvardıqlarınıza qulluq etmək qadağan olundu”. De ki: “Mən sizin boş, keçici arzularınıza uymaram. Əgər uyaramsa, azmış olaram və mən bələdçiləndiyim doğru yola çatan­lar­dan olmaram”. (Ənam/56)
  • 71,72De ki: “Allahın yaratdığı sərvətlərdən bizə faydası olmayan və zərər də verməyən şeylərəmi yalvarıb yaxaraq? Və Allah bizi doğru yola yönəltdikdən sonra, onun: “Bizim yanımıza gəl!” – deyə doğruya və gözələ çağıran yoldaşları var ikən, şeytanların onu yer üzündə çaşqın vəziyyətdə dolaşan bir hala gətirdiyi insanlar kimi geriyəmi döndərilək?” De ki: “Şübhəsiz ki, Allahın doğru yolu gerçək və doğru yolun məhz özüdür. Və bizə əmr edildi ki, siz aləmlərin Rəbbinə təslim olasınız, salaatın fəaliyyətini təmin edəsiniz və Onun qoruması altına girəsiniz. Və siz ancaq və ancaq Allahın hüzuruna toplanacaqsınız”.     (Ənam/71, 72)
  • 66De ki: “Mənə Rəbbimdən açıq-aşkar dəlillər gəldiyi zaman, şübhəsiz, mənə sizin Allahı buraxıb, o sitayiş etdiklərinizə qulluq etmək, qətiliklə, qadağan edildi və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olundu. (Mömin/66)
  • 105Yalanı yalnız və yalnız Allahın ayələrinə inanmayan insanlar uydurarlar. Və bax budur, onlar yalançıların məhz özləridir. (Kəhf/105)

67Və onlar Allahı haqqı ilə təqdir etmədilər/dəyərləndirə bilmədilər. Və yer üzü bütünlüklə, Qiyamət günü Onun ovucundadır. Göylər də Onun qüdrəti ilə durulmuş­dur. O, onların ortaq qoşduqlarından münəzzəhdir və çox ucadır.

Tövhid barəsində əhəmiyyətli açıqlamalar edildikdən sonra, bu ayələrdə də müşriklərin Allahı haqqıyla təqdir etmədikləri ifadə edilərək, bu qədər öyüd və açıqlamaya baxmayaraq, heç birini dəyərləndirmədikləri, Allahın bağışlayan olmasından və tövbələri qəbul etməsindən yararlanmadıqları, Allah ilə kainat arasındakı əlaqəni qavraya bilmədikləri ismarıcı verilmişdir. Sonra da Allahdan xilas olmağın mümkün olmadığı, yerin və göyün Onun nəzarətində olduğu, həmçinin Allahın onların şirk qoşduqlarından münəzzəh olduğu vurğulanmışdır.

Bu ismarıc başqa ayələrdə də verilmişdir:

  • 91Və onlar: “Allah, heç bir bəşərə bir şey göndərməmişdir” – deməklə, Allahı haqqı ilə təqdir edə, lazım olduğu kimi tanıya bilmədilər. De ki: “Musanın insanlara aydınlıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazı ləvazimatları etdiyiniz, bir qismini bildirdiyiniz, bir çoxunu gizlətdiyiniz; sayəsində sizin və atalarınızın bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim endirdi?” Sən de ki: “Allah!” Sonra onları boş-boş çabalamalarında oynayan halda tərk et. Ənam/91)
  • 74Allahı olduğu kimi dəyərləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüv­vət­li­dir, hər şeydən üstündür. (Həcc/74)
  • 28Siz necə küfr edərsiniz? Halbuki, siz ölülər idiniz və sizlərə O həyat verdi. Sonra O sizləri öldürəcək, sonra canlandıracaqdır. Sonra da Ona döndəriləcəksiniz. (Bəqərə/28)

68Və Sura üflənmişdir və Allahın dilədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa çırpılıb, yıxılmışdır. Sonra ona, yenə bir daha üflənmişdir və onlar qalxmışlar, qarşıda baxıb dururlar.

69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.

70Və Allah edilən əməlin qarşılığını hər kəsə, qətiliklə, tam olaraq ödəyəcəkdir. Və Allah onların etdiklərini ən yaxşı şəkildə biləndir.

Bu ayələrdə qiyamətin qopması, öldükdən sonra dirilmə, əməllərin dəyərləndirilməsi, insanların cəhənnəm və cənnətə sövq edilmələri kimi axirətlə əlaqədar mövzular ələ alınır. Ayələrdən anlaşıldığına görə, Rəbbimiz axirətdəki mühakiməsini, bir məhkəmədə olduğu kimi, əməl dəftərləri, sənədlər, elçilərdən, vücud əzalarından şahidlər gətirdərək edəcəkdir.

Ayədə yer alan “Allahın dilədiyi istisna olmaqla” ifadəsi, nəzarətin tamamilə Allahda olduğunu göstərən bir ifadədir. Bu ifadə Quranda tez-tez görünür.

 

Gətirilən Kitablar. 69-cı ayədə keçən “… Kitab qoyulmuş …” ifadəsi ilə hər kəsin əməl dəftərinin özünə verilməsi hadisəsi qəsd edilmişdir. Bu mövzunu bir çox ayədə görürük:

  • 13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!” (İsra/13, 14)
  • 49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük-kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz. (Kəhf/49)

Eyni ayədəki “peyğəmbərlər gətirilmiş” ifadəsiylə isə peyğəmbərlərin şahid olaraq gətiriləcəyi qəsd edilmişdir.

  • 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də budur, bunların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman, bax, necə olur? (Nisa/41)
  • 6And olsun, özlərinə elçi göndərilmiş olanları da sorğu-suala çəkəcəyik, and olsun, göndərilən elçiləri də sorğu-suala çəkəcəyik. (Əraf/6)
  • 109Allah elçiləri toplayacağı gün belə deyəcək: “Sizə verilən cavab nədir?” Onlar: “Bizim heç bir biliyimiz yoxdur. Şübhəsiz ki, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən” – dedilər. (Maidə/109)
  • 8Bax o ulduzların silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı zaman, 10dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləri “Ayırdetmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman, 14“Ayırdetmə günü”nün nə olduğunu sənə nə bildirdi? 15O gün, yalan sayanların vay halına! (Mürsəlat/8-15)

Yenə eyni ayədəki “şühəda [şahidlər]” sözü ilə qəsd edilənlər isə insanın öz orqanları, hafızə hüceyrələri və daima içində mövcud olan İblis və özlərinə göndərilən Kitablardır.

  • 143Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik. Üzərində olduğun bu hədəfi/strategiyanı müəyyən etməyimiz də ancaq Elçiyə uyan insanları, iki dabanı üzərində geri dönəcəklərdən ayıraraq/işarələyib göstərmək/bildirmək üçündür. Təsbit etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi insanlardan başqalarına çox ağır gəlir. Və Allah, imanınızı yox edəcək deyildir. Heç şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Bəqərə/143)
  • 20Və Sur da üflənmişdir. “Bax budur, bu, qorxudulan gündür”. 21Və hər kəs, özü ilə bərabər bir sürüyəni və bir şahid olaraq gəldi. (Qaf/20, 21)
  • 16O görüşmə günü onlar meydana çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. “Bu gün mülk kimindir?”, “Sadəcə tək və qəhredici olan Allahındır!” (Mömin/16)
  • 13Bax budur, o, bir tək qışqırıqdır.
  • 14Bir də baxarsan, onlar meydandadır. (Nəziət/13 -14)
  • 50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”. (İsra/50- 52)
  • 25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız. (Rum/25)
  • 47Biz Qiyamət Günü üçün “haqq edilən pay tərəziləri” qoyarıq – heç bir kimsə, heç bir şə­kildə haqsızlığa uğradılmaz. O şey, bir xardal dənəsi ağırlığında da olsa, onu gəti­rə­rik. Və hesab görənlər olaraq, Biz yetərik. (Ənbiya/47)
  • 40Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Və əgər yaxşılıqdırsa, onu qat-qat artı­rar. Və Öz qatından böyük bir mükafat verər. (Nisa/40)
  • 38–40Endirilmiş ayələr və vəhy şahid olaraq səf-səf dikildikləri gün, Rəhmanın izin verdikləri istisna olmaqla heç kimsə danışa bilməz. Və o izin verilən doğrunu söyləyər: “Bax budur, bu, Haqq gündür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz, Biz sizi yaxın bir əzab ilə xəbərdar etdik”. O gün insan iki gücünün/mal və ətrafının nə təqdim etdiyinə baxar/etdikləri ilə üz-üzə gələr və kafir: “Ah nə olaydı, kaş mən bir torpaq olaydım” – deyər. (Nəbə/38-40)

71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcək­lər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu.

72Həmişəlik olaraq, içində qalmaq üçün girin cəhənnəmin qapılarından” – deyildi. Yekəxanalıq edənlərin yeri nə pisdir!

73Rəbbinə qarşı Allahın qoruması altına girmiş olanlar da qətiliklə cənnətə bölük-bölük sövq ediləcəklər. Sonunda oraya çatdıqları, qapılarının açıldığı və gözətçilərinin onlara: “Salam sizlərə, tərtəmiz gəldiniz!” – dediyi zaman: “Sonsuz olaraq içində qalmaq üçün buyurun, girin oraya!” – deyiləcək.

74Onlar da: “Bütün təriflər, bizə vədini doğru çıxaran və bizi bu yer üzünə varis edən və cənnətdə bizi istədiyimiz yerdə qoyub, köçürdən o Allahdır” – dedilər. Bax budur, çalışanların mükafatı nə gözəldir!

Axirətdə hər şeyin nəzarətinin Rəbbimizdə olması barədə xəbərdarlıq edildikdən sonra bu ayələrdə də müttəqilər ilə kafirlər, məhşər meydanı və sonrasındakı gedişatı təqdim olunmuşdur.

Kafirlər qrup-qrup cəhənnəmə sürülürlər:

  • 83Və hər başçılı camaatdan ayələrimizi/əlamətlərimizi/nümunələrimizi yalan sayanlardan bir qrup topladığımız gün artıq onlar tutulub məhv edilirlər.(Nəml/83)  
  • 13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehrdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız! (Tur/13-16)

86Günahkarları da susamış olaraq cəhənnəmə qovacağıq.   (Məryəm/86) 

Və İsra/97, İsra/71, Nəml/83, Mülk/8-11.

Möminlər də qrup-qrup cənnətə sövq ediləcəkdir:

  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)
  • 42,43İman edənlər və düzəltmək yolunda fəaliyyət göstərənlər ki, Biz heç kimsəyə gücü yetəcəyindən artıq bir yük yükləmərik, bax budur, onlar, cənnət gücləridir və onlar, orada sonsuz olaraq qalıcıdırlar. Və qəlblərində kindən, qisasdan, qısqanclıqdan, hiylədən, xainlikdən, qərəzdən nə varsa, çıxarıb atarıq. Onların altlarından bulaqlar axar. Onlar: “Bütün təriflər bizə bunun üçün bələdçilik edən Allahadır. Əgər Allah bizə bələdçilik etməsəydi, biz onun göstərdiyi doğru yola çata bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri bizə haqq ilə gəlmişdir” – deyərlər. Və onlara səslənilər: “Budur sizə cənnət! Etmiş olduqlarınızla buna varis/son sahib oldunuz”. (Əraf/42, 43)

Və Fatir/34, 35, Ənbiya/105, Fussilət/30.

74-cü ayədə keçən “bizi bu ərzə [yer üzünə] varis qılan” ifadəsindəki “ərz [yer üzü]” yaşadığımız yer üzü olmayıb, cənnətin meydanıdır.

75Və sən kainatdakı bütün gücləri ən böyük taxtın bir kənarından dolaşanlar olaraq, Rəbbinin tərifi ilə birlikdə Allahı nöqsan sifətlərdən münəzzəh qıldıqlarını görərsən. Və onların aralarında mükafat, cəza haqq ilə gerçəkləşdirilmişdir. Və: “Bütün təriflər aləmlərin Rəbbi Allahadır” – deyilməkdədir.

Bu ayədə cənnət əhlinə Allahın təcəllisi olaraq, Allahın əzəmətinin, qüdrətinin göstəriləcəyi bildirilir. Göstəriləcəyi bildirilən bu ilahi təcəlli, çox bədii bir bənzətmə ilə ifadə edilmişdir: Allah iqtidar taxtında oturur, bütün güclər isə Onu arındıraraq və tərifləyərək ətrafında dolaşır.

Bu cür bənzətmələri başqa ayələrdə də görürük:

  • 54Heç şübhəsiz, Allahın qoruması altına girənlər cənnətlərdədir, bulaqlardadır/aydınlıqlardadır. 55Çox güclü sahibin, idarəedicinin hüzurundakı “doğru kəslərin oturma yerləri”ndə/doğrulara məxsus olan, yalan söylənməsi mümkün olmayan, yox olma ehtimalı olmayan sabit mövqeləri tutmaqdadırlar. (Qəmər/54, 55)
  • 13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər. (Haqqa/13-17)

Burada bəhs edilən “mələklər”, Bəqərə/30-34-dən ibarət olan bölmədə keçən mələklərə bənzəyir. Allahın yaratdığı bütün güclər, sistemlər cənnətdə də Allahı təsbih və təqdis edirlər.

Allah doğrusunu ən yaxşı biləndir.

[1] Süyuti; el-İtkan.

[2] Razi; el Mefatihu’l Gayb.

[3] Rəsmi Düzülüş-ı Şerif; Arapça s.152, Türkçe; s. 135. 6. sıra. Dr. Tayyar Altıqulaç, İSAM Yayınları.

[4] Mukatil.

[5] Lisanül Arab; c.7 S.588, ktb mad.

[6] Razi; el Mefatihu’l Gayb.

[7] Kurtubi; el Camiu li Ahkami’l Quran.

[8] İbn Kesir.