MƏKKƏ DÖVRÜ
Nəcm: 42
1,2Elçi, yanına o kor adam gəldi deyə, sifətini turşutdu və üzünü çevirdi.
3,4Nə bilirsən, bəlkə o da arınıb təmizlənəcək, bəlkə öyüd alar və bu öyüd ona faydalı olar.
5–7Özünün heç nəyə ehtiyacının olmadığını görən o adama gəlincə də… onun arınmamasından sən bir məsuliyyət daşımadığın halda, sən ona yönəlirsən. 8–10Amma! Biliklə, sevgi ilə, hörmətlə ürpərərək, qaça-qaça sənin yanına gələn var ha… sənsə etməkdə olduğun işi daha yaxşı sanaraq, ondan rahatlıqla uzaqlaşırsan.
(24/80, Əbəsə/1–10)
Nəcm: 43
11–16Qətiyyən onların düşündüyü kimi deyil! Quran, dəyərli səhifələr içində, ucaldılmış, tərtəmiz təmizlənmiş, hörmətli, yaxşı yazıçıların əllərində bir düşündürücüdür. Diləyən onu oxuyub, düşünüb öyüd alar.
Nəcm: 44
17Sağalmaz bir vəziyyətə düşdü o insan! Nə qəribə ki, o insan kafir biri oldu!
18Allah, nədən yaratdı onun özünü? 19Bir nütfədən! Allah, yaratdı və ölçüləndirib/şəkilləndirdi, 20sonra, yaşarkən elçi göndərərək, kitab endirərək haqq yolunu özünə asanlaşdırdı, 21sonra onu öldürdü, qəbrə qoydurdu, 22sonra dilədiyi zaman dirildib ortaya çıxardı.
23Qətiyyən özünün düşündüyü kimi deyil! O insan, Allahın ona əmr etdiyini indiyə qədər heç yerinə yetirmədi.
24Haydı, baxsın insan öz yeməyinə!
25Biz suyu tökdükcə tökdük. 26Sonra torpağı yardıqca yardıq.
27–32Beləliklə, yer üzündə, sizə və mal-qaranıza dolanışıq olaraq dənələr/toxumlar, üzümlər, yoncalar, zeytunlar, xurmalar, gur çəmənli, sıx ağaclı bağçalar, meyvə və otlaq bitirdik.
33–36Sonra, şiddətlə toqquşmanın çıxardığı qorxunc səs gəldiyi zaman… O elə bir gündür ki, adam qardaşından, anasından, atasından, həyat yoldaşından, oğullarından qaçar.
37O gün onlardan hər biri üçün, onu boş buraxmayacaq bir məşğulliyyət vardır.
38,39Üzlər vardır ki, par-par parlayan/gülən, müjdələyən.
40,41Və o gün üzlər də vardır ki, üzərlərində toz-torpaq… tozu-torpağı da bir his bürümüşdür.
42Bax budur, bunlar, bəli, bunlardır küfr edənlər, din-iman tanımayıb, pisliyə batanlar.
(24/80, Əbəsə/17–42)