Əhzab surəsinin Mədinədə enən 90-cı surə olduğu qəbul edilir. Əhzab surəsi adını 20-cı ayədə keçən الأحزاب [əl-Əhzab] sözündən alır. Əhzab “hiziblər” [qruplar, rəqiblər, partiyalar] deməkdir ki, bununla Müsəlmanlarla döyüşmək üçün birləşən Məkkə kafirləri, Gatafan, Bəni Kurayza və digər Ərəb qəbilələri [birləşmiş müşrik qrupları] qəsd edilir.
Surənin məzmunundan ayələrin müxtəlif zamanlarda və uzun fasilələrlə endiyi anlaşılır. Vəziyyətin belə olmasına baxmayaraq surə, Rəsmi Düzülüş tərtib heyətinin anlayışına görə düzülmüşdür. Rəsulullahın çoxarvadlılığından bəhs edildiyi ayələrin [22-26-cı ayələr], Nisa surəsindəki nikah hökmlərini ehtiva edən ayələrdən sonra endiyi də qətidir.
Bu surədə övladlıq mövzusu Peyğəmbərin və möminlərin ailə həyatına yönəlik bir sıra prinsiplər, zıhar və övladlıq qəbul etməklə əlaqədar hüquqi tənzimləmələr, döyüş hüququ, etika qaydaları və münafiqlərin Rəsulullaha verdikləri əziyyətlər, onun evliliklərinə və başqa xüsuslara dil uzatmaları yer alır.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
TƏRCÜMƏ
MƏDİNƏ DÖVRÜ
Nəcm: 504
1Ey Peyğəmbər! Allahın qoruması altına gir, kafirlərə və münafiqlərə də itaət etmə. Şübhəsiz ki, Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
2Və Rəbbindən sənə vəhy edilənlərə tabe ol. Şübhəsiz, Allah sizin nə etdiklərinizdən xəbərdardır/çoxlu bilik sahibidir.
3Və işin nəticəsini Allaha həvalə et, “bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq da, Allah yetər.
(90/33, Əhzab/1–3)
Nəcm: 505
4Allah bir insanın sinəsində iki qəlb yaratmadı. Və zıhar etdiyiniz… Özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin analarınız olaraq qəbul etmədi. Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər.
5Övladlıqları öz atalarına nisbət edərək çağırın – bu, Allah qatında daha haqqaniyyətlidir. Əgər atalarını bilmirsinizsə, artıq onlar dində sizin qardaşlarınız və sözləşmə ilə yaxınlıq qurduqlarınızdır. Qəlblərinizin qəsdən göstərərək etdikləri – şüurlu, planlı-proqramlı etdikləriniz başqa, xəta olaraq etdiklərinizdə isə sizin üçün bir vəbal yoxdur. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
(90/33, Əhzab/4, 5)
Nəcm: 506
6Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxın, Peyğəmbərin zövcələri, möminlərin analarıdır. Və əqrəbalar, Allahın qatında hamısı eyni dərəcədədir, qorumaq məqsədi ilə, yaxınlarınıza hər kəs tərəfindən müsbət qəbul edilən davranışı etməyiniz istisna olmaqla, möminlərdən və mühacirlərdən daha yaxındırlar. Bu, Kitabda yazılmışdır.
(90/33, Əhzab/6)
Nəcm: 507
7,8Və həmçinin Biz doğru insanlardan doğru olmaları barədə xəbər almaq üçün peyğəmbərlərdən – Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan “qəti söz”lər almışdıq. Səndən də “qəti söz” aldıq. Biz onlardan ağır bir “qəti söz” aldıq. Və Allah kafirlər üçün acı verəcək bir əzab hazırladı.
(90/33, Əhzab/7, 8)
Nəcm: 508
9Ey iman edənlər! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin sizə ordular gəlmişdi və Biz onların üzərlərinə bir külək və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, etmiş olduqlarınızı çox yaxşı görəndir.
10Həmçinin onlar üst tərəfinizdən və sizdən daha aşağıdan sizə gəlmişdilər. Və həmçinin gözlər dönmüşdü, ürəklər qırtlaqlara çatmışdı. Və siz Allah haqqında zənn etdikcə, zənn edirdiniz.
11Bax budur, burada möminlərə əziyyət çəkdirilmiş, imtahan edilmiş və çox şiddətli bir sarsıntı ilə sarsılmışdılar.
12Və o vaxt münafıqlər və qəlblərində bir xəstəlik olanlar/təfəkkürü pozuq insanlar: “Allah və Elçisi bizə bir aldanışdan başqa, heç nə vəd etməmişdir” – deyirdilər.
13Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yoxdur, dərhal dönün” – deyirdilər. Onlardan bir qismi isə: “Evlərimiz həqiqətən qorunmasızdır” – deyərək, Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə, qaçmaq istəyirdilər.
14Əgər onların üzərinə evlərinin hər bir bucağından girilsəydi, sonra da sosial yanğın çıxarmaları istənilsəydi, qətiliklə bunu yerinə yetirərdilər. Bunu artıq gözləməzdilər.
15Və heç şübhəsiz, onlar bundan öncə, arxalarına dönüb qaçmayacaqlarına Allaha andla “qəti söz” vermişdilər. Və Allahın əhdi/Allah haqqında verilən sözlər məsuliyyət gətirir.
16De ki: “Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmağın heç bir zaman sizə faydası olmaz. Və o zaman, sadəcə, çox az bir şey qazandırılarsınız”.
17De ki: “Əgər Allah, sizə bir pislik diləyərsə və ya sizə bir mərhəmət diləyərsə, sizi Allahdan kim qoruya bilər?” Həm də onlar özlərinə Allahın yaratdıqlarından bir yol göstərici, qoruyucu, yaxın bir köməkçi tapa bilməzlər.
18,19Şübhəsiz, Allah sizdən o əngəlləyənləri, sarsaqlayanları və sizi qısqanaraq, qardaşlarına: “Bizə gəlin!” – deyənləri bilir. Və ancaq onlar sıxıntıya çox az gəlirlər. Sonra, o qorxu gəlincə, sən onları ölümdən huşunu itirmiş kimsə kimi, gözləri dönərək, sənə baxarkən gördün. Sonra isə o qorxu gedincə, yaxşılığa paxıllıq edərək, sizə kəskin-kəskin dillər uzatdılar. Bax budur, bunlar iman etmədilər və Allah onların əməllərini boşa çıxardı. Və bu, Allah üçün çox asandır.
20Onlar əlbir olan düşmən birliklərinin getmədiyini sanırdılar. Əgər düşmən birlikləri gələcək olarsa, çöldə bədəvi ərəblər içində yer alıb, sizinlə bağlı məlumat almaq istəyərlər. Və əgər onlar içinizdə olsaydılar, çox az döyüşərdilər.
21And olsun ki, Allah Elçisində sizin üçün Allahı və son günü uman və Allahı çoxlu anan kimsələr, gözəl bir nümunə vardır.
22Möminlər birləşmiş düşmən dəstələrini gördükləri zaman isə: “Bax budur, bu, Allahın və Elçisinin bizə vəd etdiyi şeydir. Allah və Elçisi doğru söylədi” – dedilər. Bu, onlara, sadəcə, iman və təhlükəsizlik təmin etməkdə üstünlük verdi.
23,24Möminlərdən elə insanlar vardır ki, Allaha, imanlarına uyğun olaraq, etməli olduqları şeylərə sədaqət göstərdilər. Bax budur, onlardan kimisi nəzirini verən/canını verəndir, kimi də gözləyəndir. Onlar, Allahın doğru insanları doğruluqlarına görə mükafatlandıracağı, diləyərsə, münafiqlərə də əzab edəcəyi və ya tövbə nəsib edəcəyi üçün, olduqları kimi davranıb, davranışlarında dəyişiklik etmədilər. Şübhəsiz ki, Allah, çox bağışlayan və çox mərhəmət edəndir.
25Və Allah, kafirləri hər hansı bir xeyirə çatmadan, kinləri ilə geri çevirdi. Və Allah möminlərə döyüşdə kifayət etdi. Və Allah çox güclü, mütləq üstün olandır.
26,27Həm də Allah Kitab Əhlindən kafirlərlə əlbir olanları qalalarından endirdi. Və qəlblərinə qorxu saldı! Siz onların bir qismini qətl edir, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına, mallarına və hələ ayaq basmadığınız bir yerə sizi son sahib etdi. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.
(90/33, Əhzab/9–27)
Nəcm: 509
28,29Ey Peyğəmbər! Zövcələrinə söylə: “Əgər siz adi dünya həyatını və onun bəzəkli cazibəsini istəyirsinizsə, gəlin sizə boşanmaq bədəli ödəyim və gözəl bir tərzdə sizi boşayım. Əgər siz Allahı, Elçisini və son yurdu istəyirsinizsə, artıq heç şübhəsiz, Allah sizdən yaxşılaşdıranlar/gözəlləşdirənlər üçün çox böyük bir mükafat hazırlamışdır”.
30,31Ey Peyğəmbərin zövcələri! Sizdən kim açıq və bir çirkin utanmazlıq edərsə, günahın cəzası ikiqat olaraq artırılar. Bu da Allaha görə çox asandır. Sizdən kim də Allaha və Elçisinə həmişəlik hörmətdə olarsa və saleh əməl işlərsə, ona da əcirini iki dəfə verərik. Və Biz ona üstün bir ruzi də hazırlamışıq.
32–34Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı biri deyilsiniz, əgər Allahın qoruması altına girərsinizsə, artıq sözü nazlana-nazlana/əzilə-əzilə söyləməyin ki, sonra qəlbində xəstəlik olan/zehniyyəti pozuq birisi tamah edər. Sözü adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə söyləyin. Evlərinizdə qərarlı olun, ilk cahiliyyət dövründəki kimi açıq-saçıqlıq etməyin, salaatı iqamə edin, zəkat/vergi verin, Allaha və Elçisinə itaət edin. Ey Əhli beyt! Gerçəkdən Allah sizdən uzaqlaşdırmaq və sizi təmizləmək istər. Və evlərinizdə oxunmaqda olan Allahın ayələrini, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları xatırlayın. Heç şübhəsiz, Allah çox lütf edən, gizlini bilən, hər şeyin iç üzünü və gizli tərəflərini yaxşı biləndir.
(90/33, Əhzab/28–34)
Nəcm: 510
35Şübhə yox ki, İslam dininə girən kişilər və qadınlar, mömin kişilər və mömin qadınlar, hörmətlə davranan kişilər və hörmətlə davranan qadınlar, doğru kişilər və doğru qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, dərrakəli kişilər və dərrakəli qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını mühafizə edən kişilər və namuslarını mühafizə edən qadınlar, Allahı çox anan kişilər və Allahı çox anan qadınlar… Allah, onlar üçün bir bağışlanma və çox böyük bir mükafat hazırlamışdır.
(90/33, Əhzab/35)
Nəcm: 511
36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır.
37Həmçinin sən, Allahın özünə nemət verdiyi və sənin də özünə nemət verdiyin adama: “Zövcəni yanında tut və Allahın qoruması altına gir!” – deyirdinsə də, insanlardan çəkinərək, Allahın açığa vuracağı şeyi öz içində gizli tuturdun. Halbuki Allah Özünə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymağına daha çox layiqdir. Artıq Zeyd Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə övladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qadınla evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
38,39Allahın özünə fərz etdiyi şeydə Peyğəmbər üzərində daha öncə gəlib keçən insanlarda Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyan və Allahdan başqa kimsəyə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayan kimsələr üçün Allahın buyuruğu olaraq, bir çətinlik yoxdur. Allahın əmri nizamlanmış və müəyyən edilmiş bir qədərdir. Hesabgörücü olaraq Allah yetər.
40Muhəmməd, sizin igid/yetkin kişilərdən heç birinin atası deyildir. Ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Və Allah hər şeyi ən yaxşı biləndir.
(90/33, Əhzab/36–40)
Nəcm: 512
41,42Ey iman edənlər! Allahı anmağınızı “daima anmaq” olaraq anın. Və Onu hər zaman nöqsan sifətlərdən arındırın.
43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır.
(90/33, Əhzab/41–44)
Nəcm: 513
45–48Ey Peyğəmbər! Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Öz izni ilə/biliyi ilə Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərdik/elçi etdik. Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğunu müjdələ. Kafirlərə və münafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha həvalə et. Və “bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah yetər.
(90/33, Əhzab/45–48)
Nəcm: 514
49Ey iman edənlər! Mömin qadınları nikahlayıb, sonra onlara toxunmadan boşadığınız zaman, artıq sizin üçün üzərlərində sayacağınız bir gözləmə müddəti yoxdur. Dərhal onları qazanclandırın və onları gözəl bir şəkildə azad edin.
(90/33, Əhzab/49)
Nəcm: 515
50Ey Peyğəmbər! Şübhəsiz, Biz mehirlərini verdiyin zövcələrini, Allahın qənimət olaraq sənə verdiklərindən, sözləşmə ilə malik olduğunu/döyüş əsirlərindən himayənə verilmiş qadınları, əminin, xalanın, dayının və bibinin qızlarından səninlə birlikdə hicrət etmiş olanları və özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi Mömin qadını, möminlərin səviyyəsindən aşağı olmaq üçün və sadəcə sənə xas olaraq, sənə halal qıldıq. Biz öz zövcələri və sözləşmələrinin malik olduqları şeylər barəsində səndən başqa möminlərə nəyi fərz etdiyimizi qətiliklə bildik, daha öncə açıqladıq. Bu vəziyyət – sənə istisna olaraq gətirilən çoxarvadlılıq və digər xüsusi maddələr sənin üçün bir çətinlik olmasın deyədir. Və Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.
51Onlardan dilədiyini təxirə salıb, dilədiyini də yanına ala bilərsən. Ayrıldıqlarından, istək duyduqlarına dönməyində artıq sənin üçün bir qadağa yoxdur. Onların gözlərinin aydınlanıb, hüznə qapılmamalarına və özlərinə verdiyinlə hamısının məmnun olmalarına ən yaxın olan budur. Allah qəlblərinizdə olanı bilməkdədir. Allah hər şeyi bilən və çox yumşaq davranandır.
52Bundan sonra qadınlar və bunları başqa qadınlarla dəyişdirmək, gözəllikləri xoşuna gəlsə belə, sənə halal olmaz. Ancaq andının malik olduğu/hərb əsiri olaraq sənin himayənə verilən başqa… Onu nikahlaya bilərsən. Allah hər şeyi müşahidə edib, sınaqdan keçirəndir.
(90/33, Əhzab/50–52)
Nəcm: 516
53Ey iman edənlər! Peyğəmbərin evlərinə sadəcə, vaxtına baxmadan, yeməyə izin verilincə girin. Amma çağırıldığınız vaxt dərhal, girin. Artıq yeməyi yediyinizdə də dərhal, dağılın. Söz üçün də gözləməyin. Şübhəsiz ki, bu halınız Peyğəmbərə əziyyət verir, sonra da O, sizdən çəkinir. Allah isə haqqdan/gerçəkdən çəkinməz. Onun zövcələrindən bir qazanc istədiyiniz zaman isə pərdə arxasından/otaqlarına girmədən, istəyin. Belə etməyiniz sizin qəlbləriniz və onların qəlbləri üçün daha təmizdir. Və sizin Allahın Elçisinə əziyyət etməyiniz və özündən sonra zövcələrini də nikah etməyiniz sonsuzadək mümkün deyil. Bu, Allah qatında çox böyük günahdır.
54Siz bir şeyi açığa vursanız, yaxud onu gizlətsəniz bilin ki, şübhəsiz, Allah hər şeyi ən yaxşı biləndir.
55Peyğəmbər zövcələrinin üzərində ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar və sözləşmələrinin sahib olduğu kimsələr haqqında bir günah yoxdur. Və siz/Peyğəmbərin zövcələri, Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.
56Şübhəsiz ki, Allah və təbiətdəki gücləri/endirdiyi Quran ayələri Peyğəmbəri dəstəkləyirlər/kömək edirlər/arxa çıxırlar. Ey iman edənlər! Siz də Peyğəmbərə dəstək olun/ona kömək edin/arxa çıxın və onun təhlükəsizliyini tam olaraq təmin edin!
57Şübhəsiz ki, Allaha və Elçisinə əziyyət verənləri Allah dünyada və axirətdə kənarlaşdırmışdır. Və onlara təhqiredici bir əzab hazırlamışdır.
58Mömin kişilərə və mömin qadınlara qazandırılmadıqları bir şey səbəbi ilə əziyyət edənlərə də qətiliklə, artıq bir iftira və açıq-aşkar bir vəbal yüklənmişlər.
(90/33, Əhzab/53–58)
Nəcm: 517
59Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə söylə, üzərlərinə bayır geyimlərindən örtsünlər. Tanınaraq, əziyyət edilməmələri üçün bu daha uyğundur. Allah çox bağışlayan və çox mərhəmət edəndir.
(90/33, Əhzab/59)
Nəcm: 518
60–62And olsun ki, əgər o münafiqlər və qəlblərində bir xəstəlik olan/zehniyyəti pozuq olan bu insanlar və Mədinədə ortalığı qarışdıranlar bu etdiklərindən əl çəkməzlərsə, qətiliklə onları kənarlaşdıraraq səni onlara müsallat edərik. Sonra onlar səninlə orada az bir zamandan artıq qonşu qala bilməzlər – Allahın izni ilə səndən öncə yaşamış kimsələr barəsində olduğu kimi, onlar harda rast gələrsə, yaxalanarlar və amansız qəddarlıqla öldürülərlər. Və sən Allahın qanununda/buyuruğunda qətiyyən bir dəyişiklik tapmayacaqsan!
(90/33, Əhzab/60–62)
Nəcm: 519
63,73İnsanlar səndən qiyamətin qopma vaxtı haqqında soruşurlar. De ki: “Onun biliyi, Allahın münafiq kişilərə, münafiq qadınlara, ortaq qoşan kişilərə, ortaq qoşan qadınlara əzab etməsi və Allahın mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etməsi üçün, ancaq Allahın nəzdindədir. Nə bilirsən, bəlkə qiyamətin qopma vaxtı yaxında olar. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir”.
(90/33, Əhzab/63, 73)
Nəcm: 520
64-66Qətiliklə Allah kafirləri kənarlaşdırıb, gözdən çıxarmış və içində sonsuz olaraq qalmaları üçün onlara çılğın bir atəş hazırlamışdır. Onlar orada bir qoruyucu yaxın və köməkçi tapa bilməzlər. Üzləri atəş içində döndərilib çevrildiyi gün: “Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik!” – deyəcəklər.
67,68Və dedilər ki: “Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik və onlar bizi düz yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabdan iki qat ver və özlərini tam olaraq kənarlaşdır/mərhəmətindən məhrum et”.
(90/33, Əhzab/64–68)
Nəcm: 521
69Ey iman edənlər! Sizlər Musaya əziyyət edənlər kimi olmayın. Bax budur, Allah Musanı əziyyət edənlərin söylədiklərindən təmizə çıxardı. Və o, Allah qatında mövqe sahibi/dəyərli biri idi.
70,71Ey iman edənlər! Allahın qoruması altına girin və sağlam dəlili/sübutu olan söz söyləyin ki, Allah işlərinizi lehinizə düzəltsin, günahlarınızı da bağışlasın. Hər kim Allaha və Elçisinə itaət edərsə, artıq o, həqiqətən çox böyük bir zəfər ilə xilas edilmiş olur.
(90/33, Əhzab/69–71)
Nəcm: 522
72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, tanınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorxdular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahildir.
(90/33, Əhzab/72)
TƏHLİL:
1Ey Peyğəmbər! Allahın qoruması altına gir, kafirlərə və münafiqlərə də itaət etmə. Şübhəsiz ki, Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
2Və Rəbbindən sənə vəhy edilənlərə tabe ol. Şübhəsiz, Allah sizin nə etdiklərinizdən xəbərdardır/çoxlu bilik sahibidir.
3Və işin nəticəsini Allaha həvalə et, “bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq da, Allah yetər.
Surənin bu ilk üç ayəsində Rəsulullah birbaşa olaraq müxatib alınıb, Allaha təqvalı davranması, kafirlərə-münafiqlərə itaət etməməsi, sadəcə vəhyə uyması və Allaha təvəkkül etməsi istənilmiş olsa da, ona verilən direktivlər, hər kəsə yönəlikdir.
Bu ayələrin endiyi dövrdə kənardan müşriklər, içəridən münafiqlər var gücləriylə Rəsulullahı gücdən salmağa, hətta yox etməyə çalışırdılar.
Surənin başındakı bu əmr və direktivlər nəzərə alınmadığında, müşriklərin, münafiqlərin, qəlbi xəstə olanların hücumu qarşısında vəzifə icra etmək bir tərəfə dursun, həyatda qalmaq belə mümkün olmaya bilir. Belə ki, cəmiyyətdə düzəldilməli və dəyişdirilməli olan bir çox yanlış ənənə düzəldiləməz və dəyişdiriləməzdi. Sözün gəlişi, övladlığın öz övladı olaraq qəbul edilməsi ənənəsinin qaldırılması, övladlığın boşadığı qadınla adətə görə onun atası qəbul edilən kişinin evlənməməsi, zəngin və soylu qəbul edilən bir qadının azadlı bir kölə ilə evlənməməsi kimi cahiliyyə adət ənənəsində olan tətbiqatların ortadan qaldırılması həyata keçirilə bilməzdi. Ona görə də Rəsulullah qarşılaşacağı hadisə və sıxıntılara qarşı öncədən hazırlanır.
Bu ayə qrupunun enmə səbəbi ilə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar verilmişdir:
Rəvayət edildiyinə görə, Rəsulullah (s.ə) Mədinədəki Kurayza, Nadir və Kaynukaoğullarinın ki, onlar Yəhudi idilər, İslama girməsini arzu edirdi. Onlardan bəzi insanlar da münafiqlik edərək, ona tabe olmuşdular. O da onlara yumşaq davranır, kiçiklərinə və böyüklərinə ikramlar edirdi. Bir pislik edərlərsə, əfv edir, onlardan (narahat edən bir çox şeylər) eşidirdi. Budur bu buyuruqlar buna görə nazil olmuşdur.
Əl-Vahidi, əl-Kuşeyri, əs-Saləbi, əl-Maverdi və başqalarının nəql etdiklərinə görə, bu buyuruq Əbu Süfyan b. Harb ilə İkrimə b. Əbu Cəhl və Əbul-Aver Amr b. Süfyan haqqında nazil olmuşdur. Bunlar Uhuddan sonra Mədinəyə gəlmiş və münafiqlərin başı Abdullah b. Ubey b. Selula qonaq olmuşdular. Peyğəmbər (s.ə.s) onunla danışmaq xüsusunda özlərinə fürsət vermişdi. Abdullah b. Sad b. Əbu Serh ilə Tume b. Ubeyrık onlarla birlikdə qalxdı və yanında Ömər b. əl-Həttab olduğu halda Peyğəmbərə (s.ə.s) belə dedilər: “Artıq tanrılarımız Lat, Uzza və Menat əleyhində danışmaqdan əl çək. Onların onlara ibadət edən insanlara şəfaət edəcəklərini, onları qoruyacaqlarını söylə, biz də səni Rəbbinlə baş-başa bıraxarıq”. Onların bu sözləri Peyğəmbərə (s.ə.s) çox ağır gəldi. Buna görə Ömər (r.a): “Ey Allahın Rəsulu! Onları öldürmək üçün mənə izin ver” – dedi. Peyğəmbər (s.ə.s): “Mən onlara fürsət verdim” – deyincə, Ömər (r.a), Allahın lənət və qəzəbi içərisində çıxıb gedin” – dedi. Peyğəmbər (s.ə.s) Mədinədən çıxmalarını əmr etdi, buna görə bu ayə-i kərimə nazil oldu.
Əz-Zəmaxşəri dedi ki: Rəvayət edildiyinə görə Əbu Süfyan b. Harb, İkrimə b. Əbu Cəhl, Əbul-Aver əs-Süləmi aralarındakı sülh andlaşması əsnasında Peyğəmbərin (s.ə.s) yanına gəlmişdilər. Abdullah b. Ubey b. Selul, Muattib b. Kuşeyr və əl-Ced b. Kays da onlarla birlikdə gəlib Rəsulullaha (s.ə.s): “Tanrılarımızı dilinə dolamaqdan əl çək” – dedilər. Daha sonra əz-Zəmaxşəri az öncə nəql etdiklərimizlə eyni mənada rəvayəti qeyd etməkdə və ayə-i kərimənin əhdi pozmaq və edilmiş olan andlaşmanın pozulduğunu elan etmək haqqında nazil olduğunu bildirir. Yəni “Səndən istədikləri şeylər xüsusunda Məkkə əhlindən olan kafirlərə və Mədinə əhlindən olan münafiqlərə itaət etmə”.
Yenə rəvayət edildiyinə görə, Məkkəlilər dinindən dönməsi qarşılığında Rəsulullahı (s.ə.s) mallarının yarısını və Şeybə b. Rabia da özünə qızını vermək təklifində oldular. Mədinə münafiqləri də, əgər dinindən dönməyəcək olursa, onu öldürməklə təhdid etdilər. Buna görə bu ayə-i kərimə nazil oldu. [1]
2-ci ayədəki Və Rəbbindən sənə vəhy edilən şeylərə uy əmri, sadəcə Qurana uyulmasını istəyir və insanlığın əleyhinə olan cahiliyyə prinsiplərini, törələrini qadağan edir.
Ayədəki Və Allaha təvəkkül et, vəkil olaraq da Allah yetər ifadəsiylə də, Rəsulullahdan vəzifəsini haqqıyla edib, gerisini Allaha həvalə (təvəkkül) etməsi istənilir. Təvəkkül “insanın hər cür hazırlığı etdikdən sonra nəticəni Allaha təvəkkül etməsi”; vəkil isə “canlı-cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyub, dəstəkləyərək tətbiq edən” deməkdir.
Ayələrdəki Şübhəsiz Allah Alimdir [ən yaxşı biləndir], hakimdir [ən yaxşı qayda qoyandır]. Şübhəsiz Allah, sizin nə etdiklərinizdən xəbərdardır ifadələrində, iltifat bədii sənəti edilərək müxatib cəmləşdirilmişdir. Beləliklə, Rəsulullah və möminlərə, öhdəliklərini yaxşı etmələri xüsusunda xəbərdarlıq edilirkən, müşrik və münafiqlərə də, qarşı çıxmalarının, əngəlləmə və hücumlarının Allah tərəfindən bilindiyi, izlənəcəkləri və cəzalandırılacaqları təhdidi edilir.
4Allah bir insanın sinəsində iki qəlb yaratmadı. Və zıhar etdiyiniz… Özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin analarınız olaraq qəbul etmədi. Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər.
5Övladlıqları öz atalarına nisbət edərək çağırın – bu, Allah qatında daha haqqaniyyətlidir. Əgər atalarını bilmirsinizsə, artıq onlar dində sizin qardaşlarınız və sözləşmə ilə yaxınlıq qurduqlarınızdır. Qəlblərinizin qəsdən göstərərək etdikləri – şüurlu, planlı-proqramlı etdikləriniz başqa, xəta olaraq etdiklərinizdə isə sizin üçün bir vəbal yoxdur. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
Yuxarıda Ey Peyğəmbər! Allaha təqvalı davran, kafirlərə və münafiqlərə də itaət etmə. Şübhəsiz, Allah Alimdir [ən yaxşı biləndir], hakimdir [ən yaxşı qayda qoyandır]. Və Rəbbindən sənə vəhy edilən şeylərə uy. Şübhəsiz, Allah sizin nə etdiklərinizdən xəbərdardır. Və Allaha təvəkkül et, Vəkil olaraq da Allah yetər buyurularaq Elçini olacaqlara qarşı hazırladıqdan sonra, onun sıxıntı çəkəcəyi mövzular ələ alınmağa başlayır.
Bu ayələrdə insanın psixoloji quruluşu açıqlanır və ailə hüququna yönəlik bəzi reformlar edilir:
- Bir igid insanın köks boşluğu içində iki qəlb olmaz;
- Analara bənzədilərək and mövzusu edilən həyat yoldaşları ana sayılmaz;
- Övladlıqlar öz övladı sayılmaz;
- Övladlıqlar atalarına nisbət edilərək çağırılmalıdır;
- Əgər ataları bilinmirsə, qardaş və yaxın biri kimi qəbul edilməlidir;
- Qəlblərin qəsdən etdikləri şeylərdən başqa, xəta olaraq edilənlər günah sayılmaz.
Bu paraqrafın enmə səbəbinə dair qaynaqlarda aşağıdakı məlumatlar verilmişdir:
Mücahid dedi: Bu ayə Qureyşdən olan bir kişi haqqında nazil olmuşdur ki, o dahiliyinə görə “iki ürəkli” adlandırılırdı. Bu adam: “Mənim iki qəlbim vardır. Bunların hər birisi ilə Muhəmmədin ağlından daha üstün bir səviyyədə ağıl edərəm” – deyirdi. (Mücahid) dedi ki: “Bu adam Fihrdən idi”.
Əl-Vahidi, əl-Kuşeyri və başqaları da belə demişdilər: Bu ayə-i kərimə Fihrli Cəmil b. Mamər haqqında enmişdir. Duyduğunu əzbərləyən bir adamdı. Qüreyşlilər: “Bu adam bunca şeyi ancaq iki qəlb sahibi olduğu üçün əzbərləyə bilir” – deyirdilər. Bu adam da belə deyirmiş: “Mənim iki qəlbim var. Bu iki qəlb sayəsində Muhəmmədin ağlından daha üstün bir ağıl sahibiyəm”. Bədir günü müşriklər bərabərlərində Cəmil b. Mamər də olduğu halda məğlubiyyətə uğrayınca, Əbu Süfyan onu karvan arasında ayaqqabılarından birini ayağına geyinmiş, o birini isə əlinə asmış [almış] olduğu halda görüncə, ondan: “İnsanların halı nədir?” – deyə soruşdu, o da: “Məğlubiyyətə uğradılar” – deyə cavab verdi. Bu dəfə Əbu Süfyan ona: “Yaxşı, niyə sənin ayaqqabılarından biri əlində, digəri ayağında?” – deyə soruşunca, adam: “Mən hər ikisinin də ayağımda olduğunu zənn edirdim” – deyə cavab verdi. Budur, o vaxt: “Əgər onun iki qəlbi olmuş olsaydı, ayaqqabılarından birini əlində unutmazdı” – deyərək, gerçəyi anladılar. [2]
İbn Abbas da belə deyir: Ayənin nüzul səbəbi budur: bəzi münafiqlər: “Muhəmmədin iki qəlbi vardır. Çünki, o hər hansı bir xüsus ilə məşğul ikən bir başqa işlə uğraşır, sonra təkrar əvvəlki işinə geri dönür” – demişdilər. Onlar Peyğəmbər haqqında bunu söyləmişdilər, Uca Allah da onları bu buyuruğu ilə yalanladı.
Ayənin Abdullah b. Xətal haqqında endiyi də söylənmişdir. Əz-Zühri və İbn Hibban dedilər ki: Bu buyuruq Peyğəmbərin (s.ə.s) Zeyd b. Harisəni övladlığa qəbul etməsi haqqında bir təmsil olaraq nazil olmuşdur. Yəni bir adamın iki qəlbi olmayacağı kimi, eyni şəkildə tək bir övlad iki ayrı atanın oğlu ola bilməz. [3]
Ayədəki Bir ər kişinin köks boşluğu içində iki qəlb qılmadı ifadəsiylə, iki inancı bir arada götürmək istəyən münafiqlər tənqid edilir: Hər kəsin sadəcə bir qəlbi vardır və bu qəlbdə ya iman, ya da küfr olur. İnsanın iki qəlbi olub da birində iman, birində küfr olmaz. Münafiqlər iki inancı birdən daşıdıqlarını iddia edirdilər.
Burada bəhs edilən qəlb, bioloji qəlb [insanın köks qəfəsində olan və vücuda qan vuran orqan] deyil, ağlın, düşüncənin və bütün zehni funksiyaların mərkəzi olan beyin”dir. Qəlb sözü haqqında etdiyimiz açıqlamaya baxıla bilər. [4]
Ayədəki Və özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz [zıharda olduğunuz] həyat yoldaşlarınızı da sizin analarınız qılmadı ifadəsiylə, ərəb cahili adət ənənəsindəki bir tətbiqat ortadan qaldırılır. Ərəb ənənəsinə görə bir kişi xanımının hər hansı bir davranışına əsəbləşdiyi zaman ona: “Sən mənə anamın kürəyi kimisən” – deyirdi. Buna görə aralarındakı ailə bağları qopmasa belə, halal qəbul edilməzdi. Ancaq tam mənasıyla boşanmış da sayılmadığı üçün qadın başqa bir yol seçə bilməzdi. Qadın çiləyə məhkum olub gedərdi.
Buna Mücadilə surəsində də toxunulmuşdur:
- 1Əri haqqında səninlə mübahisə edən və Allaha şikayəti olan qadının sözünü Allah qəti olaraq, eşitmişdir. Allah ikinizin danışdıqlarını da eşidir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
- 2Sizdən qadınlarınıza zıhar edən insanlar… Zıhar edilən qadınlar, onların anaları deyildir. Onların anaları, ancaq özlərini doğan qadınlardır. Və şübhəsiz ki, onlar sözdən çirkin olanı və yalanı söyləyirlər. Və şübhəsiz ki, Allah çox əfv edən, çox bağışlayandır.
- 3Və qadınlarına zıhar isnad edib, sonra da söylədiklərindən dönənlər, bir-biri ilə təmasdan/əlaqədən əvvəl bir köləni azadlığa qovuşdurmalıdır. Bax budur, siz bununla öyüdlənirsiniz. Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.
- 4Artıq kim ki, bu imkanı tapa bilməzsə, cinsi əlaqə etmələrindən öncə, dərhal fasiləsiz olaraq, iki ay oruc tutmalıdır. Artıq kimin ki, gücü çatmadı, altmış yoxsulu doyurmalıdır. Bu, Allaha və Elçisinə inanmağınız üçündür. Və bunlar, Allahın hədləridir. Kafirlər üçün isə çox acıqlı bir əzab vardır. (Mücadilə/1-4)
Belə bərbad bir cahiliyyə tətbiqatı olan “ila”, Allah tərəfindən (bxz. Bəqərə/226) tətbiqatdan qaldırılmışdır. [5]
Ayədəki, Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər bəyanıyla, cahili ərəb ənənəsindəki övladlıq anlayışı ortadan qaldırılmışdır. Bunun ilk tətbiqatıı da, Rəsulullahın yaxın ətrafındaə olmuşdur. Bütün Quran alimlərinin qəbuluna görə bu ayə, Zeyd b. Harisə haqqında enmişdir.
Bu mövzuya dair klassik əsərlərdə aşağıdakı məlumatlar yer alır:
İbn Ömər belə demişdir: “Biz Harisə oğlu Zeydi həmişə “Muhəmmədin oğlu Zeyd” deyə çağırırdıq; ta ki, Onları atalarına nisbət edib çağırın. Bu, Allah nəzdində daha adildir ayəsi nazil olana qədər.”
Enes b. Malik və başqalarından rəvayət edildiyine görə Zeyd, Şam tərəflərindən əsir alınıb gətirilmişdi. Onu Tihamədən bir qrup atlı əsir almış, Hakim b. Hizam b. Huveylid onu satın almış, bibisi Xədicəyə, Xədicə də Peyğəmbərə (s.ə.s) hibə etmişdi. Peyğəmbər də Zeydi hürriyyətinə qovuşdurub övladlıq etmişdi. Bir müddət yanında qaldıqdan sonra əmisi və atası onun fidyəsini verib qurtarmaq arzusu ilə gəldilər. Peyğəmbər (s.ə.s) onlara (ki, bu Peyğəmbər olaraq göndərilməsindən əvvəl olmuşdur): “Onu istədiyini seçməkdə sərbəst buraxın” – dedi. Əgər sizi tərcih edərsə, sizdən heç bir fidyə almadan sizin olsun”. Ancaq Zeyd Rəsulullahın (s.ə.s) yanında kölə olaraq qalmağı hürriyyətindən və qövmünün yanına dönməkdən üstün tutdu. Bundan sonra Rəsulullah (s.ə.s) belə dedi: “Ey Qüreyşlilər! Şahid olun ki, bu mənim oğlumdur. O mənə və mən ona mirasçı oluram.” Peyğəmbər Qüreyşlilərin məclislərini tək-tək dolaşır və onları bu xüsusa şahid tutardı. Əmisi və atası bu işə razı olaraq geri döndülər.
Yenə rəvayət edildiyinə görə, atası yanına gəldikdə; Peyğəmbər (s.ə.s), açıqladığımız şəkildə onu sərbəst buraxmış, atası geri dönüb getmişdi. [6]
Onları atalarına nisbət edib çağırın buyuruğu, daha əvvəl açıqlandığı kimi Zeyd b. Harisə haqqında enmişdir. İbn Ömərin, “Biz Zeyd b. Harisəni ancaq “Zeyd b. Muhəmməd” deyə çağırırdıq” sözü, övlad etməyin həm cahiliyyə dövründə, həm İslam gəldikdən sonra tətbiq edilməkdə olduğuna dəlildir. Övlad etmək, beləliklə qarşılıqlı miras almaq və yardımlaşmaqdan bəhs edilirdi. Bu, uca Allah tərəfindən Onları atalarına nisbət edib çağırın. Bu Allah nəzdində daha adildir buyuruğu ilə ləğv edilənə qədər belə davam etdi. Bu buyuruqla uca Allah, övlad etmə hökmünü qaldırdı və bunun tələbi olan sözləri işlətməyi qadağan edərək adamın atasına nisbət edilməsinin daha uyğun və ədalətli olduğunu bildirdi. Deyildiyinə görə, cahiliyyə dövründə bir kimsə birinin qeyrəti, igidliyi və görünüşü xoşuna gedərdisə, onu özünə qatar və mirasından digər oğlan övladlarının payı kimi ona pay ayırırdı. O da o kimsəyə nisbət edilir və “Filan oğlu filan” deyilirdi. [7]
Bundan sonra, Muhəmməd oğlu Zeyd olaraq tanınan Zeyd, öz atasına nisbət edilərək, Harisə oğlu Zeyd olaraq anılmağa başlandı. Zeyd ilə əlaqədar detal 37-ci ayədə gələcəkdir.
5-ci ayədəki və məvalinizdir [sözləşməylə yaxınlıq qurduqlarınızdır] ifadəsi, o günün adət-ənənəsində “vəla” tətbiqatını gündəmə gətirir və onu təsdiq edir. Belə ki, bu tətbiqat İslam ölkələrinin hüquq sistemlərində tətbiq edilərək gəlmişdir.
ولاؤ [vəla], ولىّ [vəli/yaxın] sözündən törəmiş olub, tərəflərinə مولى [məvla] təbir edilir. موالى [məvali] sözü isə مولى [məvla] sözünün cəmidir. Ayədə də موالى [məvali] deyə cəm olaraq yer almışdır.
Vəla tərəflərin [qərib (kimsəsiz) bir insan ilə varlı-güclü bir insanın] sərbəst şəkildə: “Sən mənim mövlam ol, əgər mən bir cinayət işləyərəmsə, himayədarım olaraq, diyeti ödəyərsən, öldüyümdə də malıma varis olarsan, malım sənə qalar” – tərzindəki sözləşmə ilə meydana gəlir. Belə bir sözləşmənin qanuni görünməsinin səbəbi, kimsəsiz qəriblərə kimsəsizliyini unutdurmaq, fərdlər arasında bir bağ və yardımlaşma şüuru təmin etməkdir.
6Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxın, Peyğəmbərin zövcələri, möminlərin analarıdır. Və əqrəbalar, Allahın qatında hamısı eyni dərəcədədir, qorumaq məqsədi ilə, yaxınlarınıza hər kəs tərəfindən müsbət qəbul edilən davranışı etməyiniz istisna olmaqla, möminlərdən və mühacirlərdən daha yaxındırlar. Bu, Kitabda yazılmışdır
Bu ayədə aşağıdakı hüquqi prinsiplər ortaya qoyulır:
- Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxındır;
- Peyğəmbərin həyat yoldaşları möminlərin analarıdır;
- Və əqrəbaların bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha çox hüququ çatır.
Birinci prinsipdə, Rəsulullahın möminlər üçün öz canlarından daha üstünlüklü olması; hər kəsin öz işindən əvvəl onun məsləhət gördüyü işləri [din və dövlət işlərini] etməli olduğu ortaya qoyulmuşdur. Burada bəhs edilən yaxınlıq [vəlayə], vəliy-yi aam xüsusiyyətidir [dövlət başçısı olması, dövləti təmsil etməsidir].
- 24De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, əqrəbalarınız, qəbiləniz, əldə etdiyiniz mallar, durğunluğa uğramasından ürpərdiyiniz ticarət, xoşlandığınız məskənlər, sizə Allahdan, Onun Elçisindən və Onun yolunda çalışmaqdan daha sevimlidirsə, artıq Allah əmrini gətirənə qədər gözləyin. Və Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik etməz. (Tövbə/24)
- 22Allaha və axirət gününə inanan bir camaatı Allaha və Elçisinə üsyan etməyə çalışanlarla qarşılıqlı sevgi bağı qurmuş halda görə bilməzsən. Bunlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istərsə də əqrəbaları olsun. Onlar Allahın qəlblərinə imanı yazdığı və özlərini Özündən olan vəhy ilə dəstəklədiyi insanlardır. Və Allah onları həmişəlik olaraq, altlarından çaylar axan cənnətlərə qoyacaqdır. Allah onlardan məmnun olmuşdur, onlar da Ondan məmnun olmuşlar. Bax budur, bunlar Allahın tərəfdarlarıdır. Gözünüzü açın! Allahın tərəfdarları uğur qazananların məhz özləridir. (Mücadilə/22)
Burada möminlərə, dövlətlərinə və dövlət başçılarına qarşı öhdəlikləri öyrədilir.
İkinci prinsipdə də Rəsulullahın həyat yoldaşları, möminlərin anaları ünvanıyla şərəflənmiş, möminlərin onlara sayğılı davranmaları, yaxşılıq etmələri və onlarla evlənməmələri hökmə bağlanmışdır. Burada, Peyğəmbərin həyat yoldaşlarının, möminlərin gerçək anaları mövqeyində olduqları söylənmir. Nur/29-31-də bəhs edilən ailə içi məhrəmiyyət sərbəstliyi, Rəsulullahın həyat yoldaşları üçün tanınmır, onları, irəlidə 53-55-ci ayələrdə görüləcəyi kimi, sərbəstlik nöqteyi nəzərindən, sadəcə öz əqrəbalarıyla məhdudlayır.
Üçüncü prinsipdə isə, hicrətdən sonra ortaya çıxmış olan bir problem ortadan qaldırılmışdır. Bu problemlə əlaqədar klassik əsərlərdə aşağıdakı məlumatlar mövcuddur:
Hişam b. Urvə atasından, o əz-Zübeyrdən Əqrəbalar Allahın Kitabına uyğun olaraq da… bir–birlərinə daha yaxındırlar ayəsi haqqında bunları söylədiyini nəql edir: Biz Qüreyşlilər Mədinəyə heç bir malımız olmadığı halda gəldik. Ənsarın çox yaxşı qardaşları olduğunu gördük, onlarla qardaş olduq. Biz onlara mirasçı olduq, onlar da bizə mirasçı oldular. Əbu Bəkr, Haricə b. Zeyd ilə, Mən də Kab b. Malik ilə qardaş oldum. (Bir dəfəsində) yanına gəldiyimdə, silah zərbələrinin onu çox ağırlaşdırmış olduğunu gördüm. Allaha and içirəm o öldüyündə dünyada ona məndən başqa kimsə mirasçı olmadı. Nəhayət Uca Allah bu ayə-i kəriməyi endirincə, şəri mirasçılığımıza geri döndük.
Urvədən sabit olduğuna görə Rəsulullah (s.ə.s) əz-Zübeyr ilə Kab b. Maliki qardaş etmişdi. Kab Uhud günü ağır bir yara almışdı. Əz-Zübeyr miniyinin yüyənindən tutmuş, onu (miniyi üzərində) gətirmişdi. Əgər Kab o gün vəfat etmiş olsaydı, geriyə bir çox dünyalıq buraxmış olur və əz-Zübeyr ona mirasçı olardı. Uca Allah Əqrəbalar, Allahın Kitabına uyğun olaraq da digər möminlərdən… bir–birlərinə daha yaxındırlar buyuruğunu endirdi. Beləliklə, Uca Allah əqrəbalığın andlaşma yoluyla qurulan qardaşlıq bağından daha üstünlüklü olduğunu açıqlamış oldu. Bunun nəticəsində də andlaşma yoluyla mirasçılıq tərk edildi, əqrəbalıq səbəbiylə bir-birlərinə mirasçı olmağa başladılar. [8]
5-6-cı ayələrdə, övladlığın övlad olmadığı, beləliklə də eyni mövqedə dəyərləndiriləməyəcəyi bildirilmişdi. Bu ayədəki Və əqrəbalar, Allahın qatında hamısı eyni dərəcədədir, qorumaq məqsədi ilə, yaxınlarınıza hər kəs tərəfindən müsbət qəbul edilən davranışı etməyiniz istisna olmaqla, möminlərdən və mühacirlərdən daha yaxındırlar ifadəsi ilə də real qardaşlıq ilə din qardaşlığı ayırılmışdır. Miras və s. kimi hökmlərin din qardaşlığı üçün keçərli olmadığı, mirasın sadəcə hısım və əqrəbalar arasında olacağı hökmə bağlanmış; bununla birlikdə, vəlilərinizə marufu etməyinizdən başqa, istisnasıyla vəsiyyət yoluyla insanın din qardaşlarına yardım və dəstəkçi ola biləcəyi/“vəla” sözləşməsi edilə biləcəyi bəyan edilmişdir.
Ayədəki Bu, Kitabda yazılmışdır ifadəsiylə, daha əvvəl enən və bu mövzulara dair məlumat verən ayələrə işarə edilmişdir:
- 72Şübhəsiz, iman etmiş, yurdlarındən köç etmiş, Allah yolunda mallarıyla, canlarıyla döyüşən və sığınacaq verib, kömək edən bu insanlar – bəli, bax budur, bunlar biri digərinin kömək edəni, yol göstərəni, qoruyan yaxını olanlardır. İnanan və hicrət etməyən insanlara gəlincə, hicrət edənə qədər onlarla yaxınlıq etmək barəsində söz belə ola bilməz. Və din uğrunda kömək istəyərlərsə, aranızda andlaşma olan bir xalqın zərərinə olmadan, onlara kömək etməlisiniz. Və Allah etdiklərinizi çox yaxşı görəndir.
- 73Kafirlər də bir-birlərinin köməkçi, yol göstərici, qoruyucu yaxınlarıdır. Əgər siz də onu etməsəniz möminlər olaraq bir-birinizin vəlisi [köməkçi, yol göstərici, qoruyucu yaxınları] olmasanız, yer üzündə böyük bir qarışıqlıq və insanları dindən döndərmə işləri ortaya çıxar.
- 74Və iman edən, hicrət edən və Allah yolunda var gücü ilə əzm göstərən o insanlarla sığınacaq verib saxlayan və kömək edən insanlar… Bax budur, bunlar gerçək möminlərin məhz özləridir. Bunlar üçün bir bağışlanma və hörmətli bir ruzi vardır.
- 75Və bundan sonra inanan və sizinlə birlikdə yurdlarından köç edən və var gücüylə əzm göstərən insanlar da artıq sizdəndirlər. Əqrəba olanlar da, Allahın kitabına görə bir-birlərinə daha yaxındırlar. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir. (Ənfal/72-75)
7,8Və həmçinin Biz doğru insanlardan doğru olmaları barədə xəbər almaq üçün peyğəmbərlərdən – Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan “qəti söz”lər almışdıq. Səndən də “qəti söz” aldıq. Biz onlardan ağır bir “qəti söz” aldıq. Və Allah kafirlər üçün acı verəcək bir əzab hazırladı.
Bu ayələrdə, Allahın elçilərinin, öhdəliklərini haqqıyla edəcəklərinə, özlərinə verilən əmr və qadağalara əskiksiz riayət edəcəklərinə, dinə əlavə etmə-çıxarma etməyəcəklərinə, əvvəlkinin sonrakını müjdələyəcəyinə və bir-birlərini təsdiq edəcəklərinə dair söz alındığından bəhs edilir.
Bu ayənin ismarıcı içində olduğu bölməyə endirildiyində anlaşılır ki, dində qardaşların arasında mirasçılıq olmamalı, mirasçılıq hısım və əqrəbalar arasında cərəyan etməli, din adından kimsə hökm qoya bilməməlidir:
- 15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq. (İsra/15)
- 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)
- 187Və həmçinin Allah özlərinə Kitab verilənlərdən sağlam sözünü almışdı: “Kitabı, qətiliklə, insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcəksiniz”. Onlar isə buna arxa çevirdilər və onu az bir bədəl müqabilində satdılar. Bax budur, onların bu alış-verişi necə də pisdir! (Al-i İmran/187)
Və Bəqərə/83; Əraf/6; 169-171; Maidə/67, 7, 116, 117; Al-i İmran/81; Ta Ha/115; Nisa/163-165.
9Ey iman edənlər! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin sizə ordular gəlmişdi və Biz onların üzərlərinə bir külək və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, etmiş olduqlarınızı çox yaxşı görəndir.
10Həmçinin onlar üst tərəfinizdən və sizdən daha aşağıdan sizə gəlmişdilər. Və həmçinin gözlər dönmüşdü, ürəklər qırtlaqlara çatmışdı. Və siz Allah haqqında zənn etdikcə, zənn edirdiniz.
11Bax budur, burada möminlərə əziyyət çəkdirilmiş, imtahan edilmiş və çox şiddətli bir sarsıntı ilə sarsılmışdılar.
12Və o vaxt münafıqlər və qəlblərində bir xəstəlik olanlar/təfəkkürü pozuq insanlar: “Allah və Elçisi bizə bir aldanışdan başqa, heç nə vəd etməmişdir” – deyirdilər.
13Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yoxdur, dərhal dönün” – deyirdilər. Onlardan bir qismi isə: “Evlərimiz həqiqətən qorunmasızdır” – deyərək, Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə, qaçmaq istəyirdilər.
14Əgər onların üzərinə evlərinin hər bir bucağından girilsəydi, sonra da sosial yanğın çıxarmaları istənilsəydi, qətiliklə bunu yerinə yetirərdilər. Bunu artıq gözləməzdilər.
15Və heç şübhəsiz, onlar bundan öncə, arxalarına dönüb qaçmayacaqlarına Allaha andla “qəti söz” vermişdilər. Və Allahın əhdi/Allah haqqında verilən sözlər məsuliyyət gətirir.
16De ki: “Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmağın heç bir zaman sizə faydası olmaz. Və o zaman, sadəcə, çox az bir şey qazandırılarsınız”.
17De ki: “Əgər Allah, sizə bir pislik diləyərsə və ya sizə bir mərhəmət diləyərsə, sizi Allahdan kim qoruya bilər?” Həm də onlar özlərinə Allahın yaratdıqlarından bir yol göstərici, qoruyucu, yaxın bir köməkçi tapa bilməzlər.
18,19Şübhəsiz, Allah sizdən o əngəlləyənləri, sarsaqlayanları və sizi qısqanaraq, qardaşlarına: “Bizə gəlin!” – deyənləri bilir. Və ancaq onlar sıxıntıya çox az gəlirlər. Sonra, o qorxu gəlincə, sən onları ölümdən huşunu itirmiş kimsə kimi, gözləri dönərək, sənə baxarkən gördün. Sonra isə o qorxu gedincə, yaxşılığa paxıllıq edərək, sizə kəskin-kəskin dillər uzatdılar. Bax budur, bunlar iman etmədilər və Allah onların əməllərini boşa çıxardı. Və bu, Allah üçün çox asandır.
20Onlar əlbir olan düşmən birliklərinin getmədiyini sanırdılar. Əgər düşmən birlikləri gələcək olarsa, çöldə bədəvi ərəblər içində yer alıb, sizinlə bağlı məlumat almaq istəyərlər. Və əgər onlar içinizdə olsaydılar, çox az döyüşərdilər.
21And olsun ki, Allah Elçisində sizin üçün Allahı və son günü uman və Allahı çoxlu anan kimsələr, gözəl bir nümunə vardır.
22Möminlər birləşmiş düşmən dəstələrini gördükləri zaman isə: “Bax budur, bu, Allahın və Elçisinin bizə vəd etdiyi şeydir. Allah və Elçisi doğru söylədi” – dedilər. Bu, onlara, sadəcə, iman və təhlükəsizlik təmin etməkdə üstünlük verdi.
23,24Möminlərdən elə insanlar vardır ki, Allaha, imanlarına uyğun olaraq, etməli olduqları şeylərə sədaqət göstərdilər. Bax budur, onlardan kimisi nəzirini verən/canını verəndir, kimi də gözləyəndir. Onlar, Allahın doğru insanları doğruluqlarına görə mükafatlandıracağı, diləyərsə, münafiqlərə də əzab edəcəyi və ya tövbə nəsib edəcəyi üçün, olduqları kimi davranıb, davranışlarında dəyişiklik etmədilər. Şübhəsiz ki, Allah, çox bağışlayan və çox mərhəmət edəndir.
25Və Allah, kafirləri hər hansı bir xeyirə çatmadan, kinləri ilə geri çevirdi. Və Allah möminlərə döyüşdə kifayət etdi. Və Allah çox güclü, mütləq üstün olandır.
26,27Həm də Allah Kitab Əhlindən kafirlərlə əlbir olanları qalalarından endirdi. Və qəlblərinə qorxu saldı! Siz onların bir qismini qətl edir, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına, mallarına və hələ ayaq basmadığınız bir yerə sizi son sahib etdi. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.
Bu ayələr hicrətin 5-ci ilində meydana gələn Xəndək və Bəni Kurayza döyüşlərinin bəzi səhnələrinə işarə edir. Allah bu döyüşdə də, Bədir döyüşündə olduğu kimi, açıq möcüzələr yaratmışdır. Bölmənin doğru anlaşılması və hadisənin detallarına vaqif olunması üçün Xəndək döyüşü haqqında ensiklopedik məlumat təqdim edirik:
Xəndək Döyüşü. Xəndək döyüşü də, Bədir döyüşü kimi möminlərin müşriklərlə etdiyi böyük və əhəmiyyətli döyüşlərdən biridir. Uhud döyüşündən iki il sonra, hicrətin 5-ci ilində Mədinənin şimal cəbhəsində cərəyan etmişdir.
Qüreyş müşrikləri Uhud döyüşündə üstün gələn kimi olmuşdularsa da, Müsəlmanların gücünü qıra bilməmişdilər. Əksinə, möminlər Mədinədəki birlik və bərabərliklərini sağlamlaşdırmış, hərbi baxımdan daha güclü bir vəziyyətə gəlmişdilər. Mədinədə daima problem çıxaran Yəhudi Bəni Nadir qəbiləsi sürgün edilmiş, şərqdə Zatur-Rika, şimalda Dumetül-Cendelə edilən səfərlər qəti zəfərlə nəticələnmiş, Müsəlmanların gücü və təsir dairəsi hər keçən gün bir az daha böyümüşdü. Bunun nəticəsi olaraq, Məkkə müşriklərinin Misir, Suriya və İrak yönündəki karvan yolları tamamilə qapadılmışdı.
Beləliklə, Müsəlmanlar bölgədə hakim bir güc halına gəlmiş, İslama qatılanların sayı sürətlə artmışdı. İslamın bu gözlə görünən güclənməsi qarşısında Müsəlmanların başlıca düşmənlərindən olan Yəhudilər, düşməncəsinə fəaliyyətlərini sürətləndirdilər. Xüsusilə Mədinədən sürgün edilən Bəni Nadir qəbiləsi ətrafda İslam əleyhində daima təbliğat edir, İslamın güclənməsinin qarşısını almaq üçün Müsəlmanlara qəti bir zərbə vurmağın yollarını axtarırdılar. Bu çalışmalar nəticəsində Yəhudilər həm öz aralarında birliyi təmin etdilər, həm də Qüreyş və digər müşrik qəbilələrlə birləşməyin yollarını axtarmağa başladılar.
Yəhudilərdən ibarət olan bir heyət Məkkəyə gələrək, Qüreyşə, ortaq düşmənləri olan Müsəlmanlara birlikdə hücum etməyi, Rəsulullahı və İslam dinini ortadan qaldırmağı təklif etdilər.
Ticarət yollarının kəsilməsiylə iqtisadi bir çətinliyə düşən və içlərində hələ Bədirin acısını daşıyan müşriklər, bu təklifi müsbət qarşıladı. [9] Yəhudi heyəti və Qüreyşdən seçilən 50 nəfər Kəbə örtüyünün altına girib, kökslərini Kəbə divarına dayayaraq, təkbaşlarına qalıncaya qədər Müsəlmanlarla döyüşməyə and içdilər. Artıq tək düşüncələri vardı: Bu döyüşü mütləq qazanmaq və İslamı əbədiyyən yox etmək. [10]
Yəhudilər Qüreyşlə anlaşdıqdan sonra Nəcidə gedərək, Bəni Süleym və Gatafan qəbilələrini də bu ittifaqa daxil etməyə çalışdılar. Gatafan qəbiləsini Heybərin bir illik xurmasının yarısı qarşılığında Müsəlmanlara qarşı döyüşməyə razı etdilər. Arxasından digər Ərəb qəbilələrini dolaşaraq bütpərəstliyin İslamdan üstün olduğunu, lakin Müsəlmanlarla döyüşülmədiyi təqdirdə bütpərəstliyin sonunun yaxınlaşdığı təbliğatıyla döyüşə təhrik etdilər. Bu çalışmaları nəticəsində Fəzarə, Süleym, Sad və Əsədoğulları qəbilələri də birliyə qatıldı. [11]
Döyüş hazırlıqlarına başlayan Qüreyş 300 at və 1.500 dəvənin olduğu 4.000 nəfərlik bir ordu təchiz etdi. Buna Yəhudi və digər Ərəb qəbilələrinin qüvvələri də əlavə edilincə təxminən 10.000 nəfərlik bir ordu meydana gəldi. Bu böyük ordu İslama son və öldürücü zərbəni vurmaq ümidiylə Mədinəyə yönəldi. Ərəb yarımadası bəlkə də o günə qədər belə böyük bir orduya şahid olmamışdı. [12]
Rəsulullah müttəfiqlərin bu cəhdindən xəbər tutan kimi dərhal döyüş məclisini çağırdı. Məclisdə düşmənə qarşı nə kimi tədbirlər alınması, necə bir döyüş taktikası izlənməli olduğu barəsində istişarə edildi. Əshabın əksəriyyəti Mədinəni içəridən müdafiə etməyin uyğun olacağı görüşündə idi. Bu görüş mənimsəndikdən sonra Səlman-i Farisi: “Bizdə bir şəhər üstün qüvvətlərlə təchiz edildiyi zaman daima ətrafına bir xəndək qazılır və şəhər bu şəkildə müdafiə edilir” – şəklində görüş bildirincə, Rəsul (ə.s) bunu uyğun görərək, müdafiə etmə planının bu istiqamətdə hazırlanmasını əmr etdi.
Başda Rəsulullah olmaqla, bütün Müsəlmanlar, qış mövsümünün bütün neqativ şərtlərinə baxmayaraq, böyük bir qeyrətlə çalışırdılar.
İki həftə boyunca sürən qeyrət sonunda Mədinə ətrafı xəndəklə əhatə edildi və xəndəkdən çıxan torpaqlar iç tərəfə yığılaraq sipərlər quruldu.
Xəndək qazma çalışmaları bitər-bitməz Rəsulullah, döyüşə biləcək haldakı bütün Müsəlmanları topladı. Müsəlman mücahidlərin sayı 3.000 idi və 36 da at var idi. Müsəlman döyüşçülər, qruplar halında sipər arxasına yerləşdirildi. Bu sırada Əbu Süfyanın komandirliyi altındakı ordu Mədinənin qərbindən, Necid qəbilələri isə şərqdən Mədinə önlərinə gəldilər.
Qüreyş ordusu Mədinənin şimalından dolaşaraq Uhud dağı ətrafına gəldi. Ortalığı boş görüncə, əvvəlcə Uhud döyüşündə aldıqları mövqeyə doğru yaxınlaşdılar. Burada digər qüvvələrlə birləşərək, Uhud-Mədinə yolu üzərində irəliləməyə başladılar. Bir müddət sonra Rəsulullahın xəndək arxasında görünən çadırlarının qarşısına gəldilər və onun qarşısında yer aldılar. [13]
Müşriklər ətrafda Müsəlmanları görməyincə, sürətlə Mədinə üzərinə atıldılar. Lakin Müsəlmanlar tərəfindən qazılan xəndəklə qarşılaşınca nə edəcəklərini çaşdılar. O zaman belə bir istehkamlar inşa etmək ərəblər tərəfindən bilinmirdi. Rəsulullahın bu fərqli müdafiə etmə yöntəmi müşrikləri heyrət və çaşqınlıq içində buraxdı. İçlərindən bəziləri atlarını xəndək boyu sürərək bir keçid aradılar. Lakin xəndək dərin və geniş qazılmış olduğu üçün, keçə bilmədilər. Bu arada xəndək arxasında sipərlənən Müsəlmanlar, düşməni ox və daş yağmuruna tutdular. Düşmən süvariləri də bu şəkildə qarşılıq vermək məcburiyyətində qaldılar. Müşriklər bir aya yaxın bir müddət xəndək arxasında qaldılar. İki tərəf arasında hər hansı bir döyüş olmadı. Bir necə mübarizə və qarşılıqlı ox atmaqdan başqa ciddi bir hərəkət olmadı. [14]
Müsəlmanlar arabir hücum edən düşməni bu şəkildə qarşılayaraq, müdafiə müddətini uzadırdılar. Lakin bu sırada Müsəlmanlarla anlaşmalı olan Bəni Kurayza qəbiləsinin anlaşmanı pozaraq, gecə vaxtı Mədinə üzərinə hücum etmək üçün hazırlandıqları söz-söhbəti yayıldı. Bu xəbər birləşmiş ordulara görə olduqca zəif olan Müsəlmanlar arasında böyük bir narahatçılığa səbəb oldu. Rəsulullah vəziyyətin açıqlığa qovuşdurulması üçün Kurayza qəbiləsinə birini göndərdi. Bəni Kurayza qəbiləsinin rəisi Kab b. Əsədin Bəni Nadir qəbiləsi rəisi Nayy b. Ahtab tərəfindən aldadılmış olduğu və Kurayzalıların həqiqətən anlaşmanı pozduqları anlaşıldı. Kurayza qəbiləsi ilə Evs qəbiləsi arasında dostluq olduğu üçün, Evsin lideri Sad b. Muaz və bəzi Evs öndə gedənləri, məxsusi olaraq, Bəni Kurayza qəbiləsinə göndərildisə də müsbət bir nəticə alınmadı.
Vəziyyətin ağırlığı qarşısında Peyğəmbər, müşriklərin birliyini poza bilmək üçün bir ara Gatafanlıların rəisləri Uyeynə b. Hısn b. Huzeyfə və əl-Haris b. Avf b. Əbu Harisə əl-Murriyə xəbər göndərərək, dönüb gedəcəkləri təqdirdə Mədinə xurmalarının üçdə-birini onlara vermək üçün anlaşmaq istədisə də (hətta anlaşma mətni belə hazırlanırkən) Sad b. Muaz və Sad b. Ubadə ilə istişarəsi nəticəsində bu fikirdən əl çəkdi. [15]
Digər yandan düşmən ordusu təzyiqini gedərək artırır, müxtəlif yönlərdən ard-arda hücumlar edir, xəndəyi aşa bilməyərək, çarəsiz geri dönürdu. Mühasirənin qeyri-adi dərəcədə şiddətləndiyi bir vaxtda müşriklər nəyin bahasına olursa olsun xəndəyi keçməyə qərar verdilər. Döyüşçülükdəki böyük ustalığı və qəhrəmanlığıyla şöhrət qazanmış olan Amr b. Abdived ilə İkrimə b. Əbu Cəhl, Nevfel b. Abdullah, Dırar b. Həttab, Hubeyrə b. Əbu Vəhb xəndəyi keçmək üçün irəliyə göndərildi. Əbu Süfyan və Halid b. Vəlid də onun ardınca ümumi bir hücum üçün qüvvələrini irəliyə doğru hərəkət etdirdilər. Amr və yanındakılar min bir çətinliklə də olsa, xəndəyi aşmağı bacardılar.
Amr b. Abdived atını irəliyə sürərək, Müsəlmanlardan onunla döyüşəcək bir döyüşçü tələb etdi. Amr bir çox döyüşlərdə olmuş, igidlik və itigözlülüyü sayəsində bir çox birlikləri dağıtmış tamamilə usta bir silahçı, çevik bir süvari olduğundan, onunla döyüşməyə kimsə cəsarət edə bilməzdi. Belə ki, Müsəlmanlardan da kimsə onun istəyinə cavab verə bilmədi.
Bu vəziyyəti görən Əli Amra qarşı çıxmaq üçün izin istədi. Lakin Rəsulullah izin vermədi. Amr təkrar irəliyə atılaraq, Müsəlmanlara xitabən: “İçinizdən qəhrəmanlıq meydanına çıxacaq kimsə yoxdurmu? Hanı ölənlərinizin gedəcəyini söylədiyiniz cənnət?” – deyə bağırdı. Müsəlmanlardan yenə səs çıxmayınca, Əli ikinci dəfə izin istədi. Rəsulullah öz zirehini çıxarıb, Əliyə geyindirdi, Zülfüqarı da əlinə verdi və əllərini açaraq: “Ya Rəbb! Əmim Ubeyd Bədirdə, Həmzə Uhudda şəhid oldular, bu Əli isə qardaşımdır və əmimin oğludur. Onu qoru, məni kimsəsiz buraxma. Sən varislərin ən xeyirlisisən” – deyə dua edərək, onu uğurladı.
Amrın qarşısına çıxan Əli özünü tanıtdı. Amr Əlinin gəncliyini və atasıyla olan dostluğunu irəli sürərək, onunla döyüşmək istəmədi. Əli isə onunla döyüşməyi və onu öldürməyi arzuladığını bildirdi. Onun döyüşə çıxanların üç təkliflərindən birini qəbul etdiyini eşitdiyini, əgər elə isə, üç təklifi olduğunu söylədi. Ya Müsəlman olmasını, ya döyüşü buraxıb getməsini, ya da özüylə vuruşmasını təklif etdi. İlk ikisini rədd edən Amr vuruşmanı seçdi.
İlk hücum Amrdan gəldi. Vurduğu qılınc zərbəsi Əlinin qalxanını parçalayaraq, başından yaralanmasına səbəb oldu. Sıra özünə gəldiyində Əli, endirdiyi zərbə ilə Amrı cansız halda yerə yuvarladı. Müsəlmanlar sevinclə təkbir gətirərkən, müşriklər böyük bir xəyal qırıqlığına uğradılar.
Əli, Amrın işini bitirincə, Dırar ilə Hubeyrə Əlinin üzərinə yürüdülər. Dırar qəfildən dönüb qaçmağa başladı. Vuruşmağa cəhd edən Hubeyrə də Əlinin bir qılınc zərbəsi ilə zirehi deşilincə qurtuluşu qaçmaqda gördü. [16]
Ömər qaçan qardaşı Dırarın ardından, Zübeyr b. Avvam da Hubeyrin ardından qaçdılar. Bu sırada Nevfəl b. Abdullah xəndəyə düşmüş, yaralanmışdı. Müsəlmanlar onu daşa tutdular. Lakin Əli onları durdurdu, xəndəyə enərək, boynu qırılmış Nevfəlin başını uçurdu.
Bu pis nəticə qarşısında Əbu Süfyan çarəsiz ordugahına döndü.
Ertəsi günü Bəni Kurayza qəbiləsi də düşmən ordusuna qatıldı. Müttəfiqlər beləliklə qüvvət qazanınca bir qat daha cəsarətlənərək, hücumlarını sıxlaşdırmağa, təzyiqlərini artırmaya başladılar. Ox və daş müharibələri axşama qədər davan edib getdi. Qaranlıq düşüncə müşriklər, düşərgələrinə çəkildilər. Ümumi bir hücum düşüncəsi, Müsəlmanlar arasındakı narahatçılığı bir qat daha artırdı. Bu arada döyüşün yönünü dəyişdirəcək əhəmiyyətli bir hadisə oldu. Düşmən səflərində ikən Müsəlman olan Nuaym b. Məsud əs-Sakafi gizlincə Rəsulullahın ordusuna qatıldı. Vəziyyətin pisliyini görən Nuaym, müttəfiqlərlə Bəni Kurayza qəbiləsinin arasını pozmaq üçün yaxşı bir vəsilə oldu. Rəsulullah ona, Bəni Kurayza ilə müşriklərin arasını açması üçün təlimat verdi. İslama girdiyi bilinmədiyi üçün rahatlıqla Bəni Kurayza lideri Kab b. Əsədin yanına getdi. Kabın yanında daha başqa Yəhudi liderləri də var idi. Onlara, Yəhudilərə bir yaxşılıq etmək istədiyini söyləyərək, Qüreyş və Gatafan qəbilələrinin artıq döyüşdən bezdiyindən bəhs etdi: “Hətta daha artıq zəhmət çəkəcək olurlarsa, sizi buraxıb gedəcəklər. O zaman siz İslam ordusuna qarşı çıxa bilməzsiniz. Bu təhlükənin qarşısını almaq üçün Qüreyş və Gatafan qəbilələri öndə gedənlərindən bir neçə nəfəri girov alın” – dedi. Yəhudilər, bu xəbərdən son dərəcə məmnun oldu.
Nuaym oradan Əbu Süfyanın ordugahına gəldi. Ona Kurayzalıların anlaşmanı pozduqlarına görə peşmanlıq duyduqlarını və anlaşmanı gizlicə yenilədiklərini, hətta günahlarını əfv etdirmək üçün Qüreyş və Gatafan liderlərindən bir neçə nəfəri girov alaraq, Müsəlmanlara təslim etməyi düşündüklərini söylədi. Bu xəbər Əbu Süfyanı vəsvəsəyə düşürdü. Dərhal Kurayza liderinə İkrimə b. Əbu Cəhl və Bəni Gatafanlı bir qrupla xəbər göndərərək, mühasirənin çox uzandığını, əsgərin aclıqdan şikayət etdiyini, buna görə də ertəsi günü ümumi bir hücum ilə bu vəziyyətə bir son verilməli olduğu arzusunda olduğunu söylədi. Buna qarşılıq Kurayzalılar, Qüreyş və Gatafan öndə gedənlərindən bir neçə nəfər girov verilmədikcə özlərinə etibar etməyəcəklərini bildirdilər. Qüreyş və Gatafan liderləri bu xəbəri eşidincə Nuaymın sözünə haqq verərək, girov verməkdən imtina etdilər. Kurayza qəbiləsi isə onların münasibətinin Nuaymı təsdiq etdiyini görüncə, müttəfiqlərdən ayrılaraq, onları öz başlarına buraxdılar. [17]
İlahi Yardım. Gözlənilməyən bir anda müşrikləri başlarının dərdinə düşürüb, çəkilmək məcburiyyətində buraxan qüvvətli bir fırtına çıxdı. Bu, soyuq və dondurucu bir fırtına idi. Toz-torpağı müşriklərin gözlərinə doldurur, çadırların bezlərini, dərilərini yırtır, dirəklərini sökür, sərgiləri qumlara gömür, yandırılan atəşi söndürür, dəvələri, atları bir-birinə qarışdırır, heç kimsə kimsənin yanına gedə bilmirdi. Müşriklər daima təkbir səsləri və silah şaqqıltıları eşidirdilər. Qəlblərinə böyük bir qorxu düşmüş, müdhiş bir həyəcana qapılmışdılar.
Gecə boyunca davam edən fırtına səhərə yaxın bir az sakitlədi. Rəsulullah Huzeyfə b. Yemanı düşmən ordusu haqqında məlumat almaq üçün göndərdi. Huzeyfə düşmən ordusunun pərişan halını görərək geri döndü. Peyğəmbər bundan son dərəcə məmnun oldu və nəticəni gözləməyə başladı. [18]
Əbu Süfyan qəfildən uğradığı bu böyük fəlakət qarşısında Kurayza qəbiləsinin ordudan ayrıldığı və orduda ixtilaf çıxdığı səbəbiylə mühasirəyə son verərək, geri çəkilmə əmri verdi. Amr ibnul-As ilə Halid b. Vəlid 200 süvari ilə müşriklərin geri çəkilməsini yoxladılar. Müşriklər bacarıqsızlıqlarından doğan ümidsizlik və sıxıntı içərisində sürətlə geri çəkilməyə başladılar.
Qüreyş ordusu Məkkəyə, Gatafan qəbilələri Nəcidə doğru yol alırkən Müsəlmanlar, müdafiə xəttindən çıxaraq, düşmən düşərgəsinə gəldilər. Düşmənin təlaş və həyəcan içində geri çəkilərkən buraxmış olduqları ərzaq və təchizatlara və Əbu Süfyanın Yəhudi rəislərindən Hayga göndərdiyi 20 dəvəyə əl qoydular. Dəvələr qurban edildi, xurma dolu səbətlər boşaldıldı və Müsəlmanlara paylanıldı. Bu qənimət vasitəsiylə mühasirənin ortaya çıxardığı qıtlıq, ortadan qalxmışdı. Rəsulullah Müsəlmanlara xitab edərək: “Ey İslam mücahidləri! Əmin olun ki, bu müzəffəriyyət sizin üçün ölümsüz bir uğurdur. Bundan belə Qüreyş qəbiləsi sizə deyil, siz Qüreyşə hücum edəcəksiniz” – buyurdu. Rəsulullah bu sözləriylə müşriklərin bütün gücünün tükəndiyini, artıq Müsəlmanların zəfər yollarının açıldığını müjdələmiş olurdu.
Zəfər Üstünə Zəfər. O gün günortaya doğru Rəsulullah, Müsəlmanlara bir elan edərək, müşriklərlə bir olub, özlərini arxadan vuran Bəni Kurayza bəlasını ortadan qaldırmağa dəvət etdi. Müsəlmanlar dəvətə dərhal qəbul edərək, Kurayzaoğulları üzərinə hərəkət etdilər. [19]
Rəsulullah, ordusuyla Kurayzaoğulları yurduna çatıb, onları mühasirəyə aldı. Mühasirə 25 gecə sürdü.
Kurayzaoğulları, mühasirənin getdikcə uzanmasına və şiddətlənməsinə görə böyük bir sıxıntıya düşdülər, təslim olmaqdan başqa çarə qalmadığını anladılar. Rəsulullahdan onlar haqqında hökm vermək və onun verəcəyi hökmə görə təslim olmaq üçün bir hakim təyin etməsini istədilər. Peyğəmbər də: “Əshabımdan istədiyiniz adamı hakim seçin” – dedi. Buna görə də, Sad ibn Muazı hakim seçdilər. [20]
Rəsulullah, onlar haqqındakı hökmü Sad ibn Muaza həvalə etdi. Sad da: “Mən, onlar haqqında belə hökm verirəm: Bunların döyüşənləri öldürülsün, qadınları və övladları əsir edilsin, malları da təqsim olunsun” – dedi. [21]
Rəsulullah, onları Mədinədə bir evdə həbs etdikdən sonra, xəndəklər qazdırmış və əli silah tutan kişilərin boynunu vurdurmuş, qadınlarını, övladlarını və mallarını da Müsəlmanlar arasında təqsim etmişdir. [22]
Bu bölmədəki 13-15-ci ayələrdə, münafiqlərin Müsəlmanlar haqqındakı hiyləgər düşüncələri ifşa edilir, onların daima möminlərin əleyhində davrandıqları, Müsəlmanların pisliklərini istədikləri açıqlanır.
Münafiqlərin bu təfəkkürləri bir çox dəfə dilə gətirilmişdir:
- 120Sizə bir yaxşılıq toxunsa, narahat olarlar və əgər sizə bir pislik isabət etsə, ona sevinərlər. Və əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, onların hiylələri sizə heç bir şəkildə zərər verməz. Şübhəsiz ki, Allah onları öz etdikləri şeylərlə bürümüşdür. (Al–i İmran/120)
- 50Əgər sənə bir yaxşılıq toxunarsa, narahat olarlar. Əgər sənə bir müsibət toxunarsa: “Biz qətiliklə tədbirimizi öncədən almışdıq” – deyərlər. Və onlar sevincək halda dönüb gedərlər. (Tövbə/50)
16-cı ayədə De ki: “Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmağın heç bir zaman sizə faydası olmaz. Və o zaman, sadəcə, çox az bir şey qazandırılarsınız” ifadəsi ilə döyüşdən qaçmağın həyata bir faydası olmayacağı, ömrü uzatmayacağı, ruzini çoxaltmayacağı bəyan edilmişdir:
- 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini verin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə yazıldığında, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti kimi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti duyurlar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər təxirə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Allahın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çəyirdəyindəki çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər harada olarsınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qurulmuş qalalar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – deyərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Hamısı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anlamayacaqlar? (Nisa/77, 78)
21-ci ayədə And olsun ki, Allah Elçisində sizin üçün Allahı və son günü uman və Allahı çoxlu anan kimsələr, gözəl bir nümunə vardır ifadəsində diqqət çəkilən məqam Rəsulullahın nümunə olması, bütün İslami tətbiqatlara yönəlik olmaqla yanaşı, burada xüsusilə döyüşə qatılmaq, Allah yolunda ölmək və öldürməyi nəzərə almaq xüsusundakı örnək olmasıdır. Ayədə Xəndək döyüşünə qatılmayanlar qınanırkən, Rəsulullahın özünü Allah yolunda fəda etməsi, səbri, cəsarəti, qərarlılığı, qorxuya qapılmaması möminlərə örnək göstərilmişdir. Allahı və son günü uman və Allahı çox-çox anan insanlar üçün gözəl bir örnək vardır ifadəsindən anlaşıldığına görə də Rəsulullah inancsız, Allahdan ümidini kəsən və qiyamətin qopacağına inanmayan, Allahı unudan insanlar üçün örnək deyildir.
28,29Ey Peyğəmbər! Zövcələrinə söylə: “Əgər siz adi dünya həyatını və onun bəzəkli cazibəsini istəyirsinizsə, gəlin sizə boşanmaq bədəli ödəyim və gözəl bir tərzdə sizi boşayım. Əgər siz Allahı, Elçisini və son yurdu istəyirsinizsə, artıq heç şübhəsiz, Allah sizdən yaxşılaşdıranlar/gözəlləşdirənlər üçün çox böyük bir mükafat hazırlamışdır”.
Bu ayələrdə, Rəsulullahın ailə həyatına yönəlik bir problemə işarə edilir və onun həll edilməsinin yolları bildirilir. Bu problemin aşağıdakı olduğu zikr edilir:
Xanımlarından biri ondan, özünə qızıldan bir bilərzik düzəltdirməsini istəmişdi. O da gümüşdən bir bilərzik etdirib, bunu qızıl suyuna çəkdirmiş (zəfəran ilə qaplatdığı da söylənmişdir), lakin xanımı qızıldan olmasında israr etmiş, başqasını qəbul etməmişdi. Buna görə onları bu şəkildə seçim etməkdə sərbəst buraxan bu ayə nazil olduqda, onları istədiklərini seçməkdə sərbəst buraxdı, onlar da: “Allahı və Rəsulunu seçdik” – dedilər. [23]
Anlaşılan odur ki, Rəsulullahın həyat yoldaşları lüks bir həyat üçün nostalgiya duymuşlar. Bu da Rəsulullahın xanələrində problem olmuş, ona görə də Rəsulullahın sıxıntıya düşməsinə və vəzifəsinin axsamasına səbəb olacaq bu problemin həlli yolu göstərilmişdir.
Ayədəki həyat yoldaşlarına ifadəsindən və tarixi qeydlərdən anlaşıldığına görə, Rəsulullahın bir çox həyat yoldaşı olmuşdur. Bu ayə nazil olduğunda Rəsulullahın Sevdə, Aişə, Hafsa, Umm Sələmə olmaqla 4 xanımı vardı, hələ Zeynəb ilə evlənməmişdi.
Peyğəmbərin həyat yoldaşları mövzusuna irəlidə toxunulacaq. Burada adlarını və sayını veririk:
1) Xədicə; 2) Sevdə; 3) Aişə; 4) Hafsa; 5) Umm Sələmə; 6) Umm Həbibə; 7) Zeynəb bt. Cahş; 8) Zeynəb bt. Huzeymə; 9) Cüveyriyə; 10) Safiyə; 11) Reyhanə; 12) Meymunə; 13) Mariyə.
Həmçinin, Peyğəmbərin nikah qıydığı, lakin gərdəyə girmədiyi qadınlar da vardır. Kurtubi bunları belə sıralayır:
1) Bunlardan biri əl-Kilabiyə deyə bilinir.
Adı xüsusunda görüş ayrılığı vardır: Fatimə, Amrə və əl-Aliyə adları verilmişdir. Əz-Zühri dedi ki: Peyğəmbər (s.ə.s) Kilablı əd-Dahhak qızı Fatimə ilə nikahlanmış, o da özündən Allaha sığınınca, onu boşamışdı. Bu qadın: “Mən bədbəxt olanam” – deyirdi. Peyğəmbər onunla hicrətin 8-ci ili Zilqədə ayında evlənmişdi. Qadın hicri 60-cı ildə vəfat etdi.
2) Kindəli ən-Numan b. əl-Cevn b. əl-Haris qızı Əsma. Əl-Cevniyə deyə də bilinir.
Katade dedi ki: Peyğəmbər (s.ə.s) yanına girərək, onu çağırdığında, Əsma: “Sən gəl” – deyincə, Peyğəmbər onu boşamışdı.
Başqaları isə belə deyir: “Peyğəmbərdən Allaha sığınan qadın budur”. Buxari də belə deyir: “Rəsulullah (s.ə.s) Şərahil qızı Umeymə ilə evlənmişdi. Peyğəmbərin yanına girdiyində, Peyğəmbər əlini ona uzatmış, bu xanım bundan diksinən kimi olmuşdu. Buna görə Peyğəmbər Əbu Useydə əmr etdi ki, yola göndərmək üçün onu hazırlasın və ona iki geyim versin”.
Bir başqa ifadədə də belə deyilir: Əbu Useyd dedi ki: Rəsulullahın (s.ə.s) yanına əl-Cevniyə deyə bilinən xanım gətirildi. Onun yanına girdiyində o xanıma: “Mənə özünü bağışla” – deyincə, qadın belə cavab verdi: “Kraliça heç özünü normal insanlara bağışlayarmı?” Peyğəmbər (s.ə.s) sakit olması üçün əlini üzərinə qoymaq istədikdə də: “Səndən Allaha sığınıram” – dedi. Peyğəmbər də: “Sən həqiqətən qoruma altına alan birisinə sığındın” – dedi. Ardından da yanımıza çıxıb belə dedi: “Ey Əbu Useyd! Buna iki razıki [uzun və ağ kətan libas] ver və onu ailə xalqının yanına göndər”.
3) Əl-Əşas b. Kaysın bacısı Kuteylə bt. Kays.
Əl-Əşas onu Peyğəmbərə nikahlamış, sonra da Hadramevtə geri dönmüşdü. Kuteyləni ona götürmək üçün hazırlanmış ikən, Peyğəmbərin (s.ə.s) vəfat etdiyi xəbərini aldı. Buna görə onu geri götürdü və birlikdə irtidad etdilər. Daha sonra İkrimə b. Əbu Cəhl onunla evləndi. Əbu Bəkr (r.a) buna görə çox narahat oldu. Ömər ona belə dedi: “Allaha and içirəm, o Peyğəmbərin (s.ə.s) xanımlarından olmadı. Peyğəmbər onu nə istədiyini seçməkdə sərbəst buraxmışdı, nə də hicab arxasına almışdı. Digər tərəfdən irtidad etməklə də Allah o qadını Peyğəmbərdən uzaqlaşdırmış olur”. Urvə isə Peyğəmbərin onunla evlənmiş olduğunu qəbul etmirdi.
4) Ezdli Umm Şərik.
Adı Ğuzeyyə bt. Cabir b. Hakimdir. Daha əvvəl Əbu Bəkr b. Əbu Səlmanın nikahı altında idi. Peyğəmbər (s.ə.s) onu özüylə gərdəyə girmədən boşadı. Nəfsini Peyğəmbərə bağışlayan qadın da budur.
Nəfsini Peyğəmbərə bağışlayan qadının Havlə bt. Hakim olduğu da söylənmişdir.
5) Havlə bt. əl-Huzeyl b. Hubeyrə.
Rəsulullah (s.ə.s) bu qadın ilə nikahlanmış, ancaq Peyğəmbərin yanına çatmadan əvvəl vəfat etmişdi.
6) Dıhyənin bacısı Şəraf bt. Həlifə.
Peyğəmbər bu xanımla da nikah qıymış, lakin onunla gərdəyə girməmişdir.
7) Kaysın bacısı Leyla bt. əl-Hatim.
Peyğəmbər, bu xanımla nikahlanmışdı. Ancaq həddindən artıq dərəcədə qısqanc olduğundan boşanmaq istədi, o da onun istəyini yerinə yetirdi.
8) Kindəli Amre bt. Muaviyə.
Peyğəmbər (s.ə.s) bu xanımla nikahlanmışdır.
Əş-Şabi dedi ki: “Peyğəmbər Kindəli bir xanımla nikahlanmış, ancaq Peyğəmbər vəfat etdikdən sonra o xanım Mədinəyə gətirilə bilmişdi”.
9) Cündalı, Cündüb b. Damranın qızı.
Bəzilərinin dediklərinə görə Rəsulullah (s.ə.s) bu xanımla nikahlanmış, bəziləri isə belə bir şeyin olduğunu qəbul etməmişdir.
10) Ğıfarlı bir xanım.
Bəzilərinin dediklərinə görə Peyğəmbər (s.ə.s) Ğıfarlı bir xanım ilə nikahlanmış, lakin vücudunda gördüyü bir ağlıq [alacalıq] səbəbiylə ona: “Ailənin yanına geri dön” – demişdi. Bu ağlığı, əl-Kilabiyədə gördüyü də söylənmişdir.
Budur Peyğəmbərin (s.ə.s) özləri ilə nikah əqdi etmiş olduğu halda, gərdəyə girmədiyi xanımlar bunlardır. [24]
30,31Ey Peyğəmbərin zövcələri! Sizdən kim açıq və bir çirkin utanmazlıq edərsə, günahın cəzası ikiqat olaraq artırılar. Bu da Allaha görə çox asandır. Sizdən kim də Allaha və Elçisinə həmişəlik hörmətdə olarsa və saleh əməl işlərsə, ona da əcirini iki dəfə verərik. Və Biz ona üstün bir ruzi də hazırlamışıq.
32–34Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı biri deyilsiniz, əgər Allahın qoruması altına girərsinizsə, artıq sözü nazlana-nazlana/əzilə-əzilə söyləməyin ki, sonra qəlbində xəstəlik olan/zehniyyəti pozuq birisi tamah edər. Sözü adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə söyləyin. Evlərinizdə qərarlı olun, ilk cahiliyyət dövründəki kimi açıq-saçıqlıq etməyin, salaatı iqamə edin, zəkat/vergi verin, Allaha və Elçisinə itaət edin. Ey Əhli beyt! Gerçəkdən Allah sizdən uzaqlaşdırmaq və sizi təmizləmək istər. Və evlərinizdə oxunmaqda olan Allahın ayələrini, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları xatırlayın. Heç şübhəsiz, Allah çox lütf edən, gizlini bilən, hər şeyin iç üzünü və gizli tərəflərini yaxşı biləndir.
Yuxarıda Rəsulullah vasitəsi ilə onun həyat yoldaşlarına dünya, ya da axirəti seçmələri xüsusunda bir xəbərdarlıq edilmişdi.
Bu ayələrdə isə, Rəsulullahın ailə həyatına, həyat yoldaşlarının Rəsulullahın həyatındakı mövqelərinə toxunularaq, Rəsulullahın həyat yoldaşlarının təmsil məqamlarına diqqət çəkilərək, öhdəlikləri bildirilir, beləliklə də, Rəsulullaha gələ biləcək sıxıntılar, xidmətinə əngəl olacaq vəziyyətlərin qarşısı alınır:
- Peyğəmbərin qadınları [həyat yoldaşları, qızları], bir günah işləyərsə, iki qat cəzalandırılacaqdır;
Belə ki, təmsil məqamında olanların yaxşılığı da, pisliyi də başqalarına örnək təşkil edər, kütlə onları təqlid edər. Buna görə də, təmsil məqamında olan insanın pisliyi, sırf özünə qalmaz, onu örnək alaraq bir çox insan da pislik edər. Onun üçün təmsil məqamında olanlara, həm öz pisliklərinin, həm də örnək olduqları insanların pisliklərinin cəzası verilir. Həmçinin yaxşılıqları üçün də eyni vəziyyət söz mövzusudur.
- Peyğəmbər qadınları, işvəli, cilvəli danışmamalıdır;
- hər danışdıqları maruf olmalıdır, boş danışmamalı, boşboğazlıq etməməlidirlər;
- Evlərində vakarlı bir şəkildə oturmalı, evdən kənarda olan işləri kişilər tərəfindən görülməli, onlar da dikbaşlılıq etmədən, bunu qəbul etməli, özlərini zorakılıq və təcavüzdən qorumalıdırlar;
- Cahiliyyə qadınları kimi zinətlərini ön plana çıxararaq göstəriş etməməlidirlər;
Ayədən də anlaşılacağı kimi cahiliyyə dövrində qadınlar zinətlərini, kişilər üçün cazibə nöqtəsi olan orqanlarını ön plana çıxararaq dolaşırdılar.
- Salaatı iqamə edib, zəkat verməlidirlər [sosial dəstəyə qatılmalıdırlar, vəsait xərcləməlidirlər, hər Müsəlman kimi vergilərini verməlidirlər];
- Allaha və Elçisinə itaət etməlidirlər4
- Evlərində oxunan Allahın ayələrini, qanunları xatırlamalı, bunu cəmiyyətə anlatmalıdırlar.
Onlar Allahın əmr və qadağalarının gəldiyi evlərdə olmaları, onların enişinə şahid olma bəxtiyarlığına nail olduqlarına görə, ilahi əmrlərə başqalarından daha artıq həssas olmalıdırlar.
Əhl-i beyt kimdir? Əhl-i beyt “ev xalqı” deməkdir. Bu ayədəki əhl-i beyt ilə kimlərin qəsd edildiyi xüsusuna gəlincə… Ayədəki xitabdan da anlaşılacağı kimi, birinci planda Rəsulullahın həyat yoldaşları və qızları ağla gəlir. Zaman içərisində bu qavramın içinə ailəyə kənardan girmiş kürəkəni Əli, nəvələri Həsən və Hüseyinin də girib-girmədiyi mübahisə edilmişdir. Ayənin texniki quruluşu nəzərə alındığında bu qavramın içərisinə insanların da girdiyi anlaşılır. Ayədəki Ey əhli beyt! Həqiqətən Allah, sizdən [‘ankum] kiri aradan qaldırmaq və sizi [kum] təmizləmək istər ifadəsindəki siz [kum] əvəzliyi, yuxarıdakıların əksinə, müzəkkər (kişi cinsində) olaraq gəlmişdir. Əgər bu ifadə kişiləri əhatə etməyəcək olsaydı, كنّ [kunnə] şəklində müənnəs (qadın cinsində) olaraq gələrdi. Burada həm kişiləri, həm də qadınları əhatə etdiyinə dəlalət etmək üçün müzəkkər (kişi cinsində) gəlmişdir.
35Şübhə yox ki, İslam dininə girən kişilər və qadınlar, mömin kişilər və mömin qadınlar, hörmətlə davranan kişilər və hörmətlə davranan qadınlar, doğru kişilər və doğru qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, dərrakəli kişilər və dərrakəli qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını mühafizə edən kişilər və namuslarını mühafizə edən qadınlar, Allahı çox anan kişilər və Allahı çox anan qadınlar… Allah, onlar üçün bir bağışlanma və çox böyük bir mükafat hazırlamışdır.
Bu ayə müstəqil bir bölmə olub, qadın-kişi, möminlərdən heç birinin Allah qatında istisna təşkil etmədiyini vurğulayaraq, möminləri iman və İslam mövzularında ruhlandırır.
Bu ayənin enmə səbəbi haqqında belə söylənir:
Umm Umarə, Peyğəmbərin yanına (s.ə.s) gələrək belə dedi: “Mən hər şeyin kişilərə aid olduğunu görürəm. Qadınlardan hər hansı bir şəkildə bəhs edildiyini də görmürəm”. Bundan sonra Doğrusu Müsəlman kişilərlə Müsəlman qadınlar, iman edən kişilərlə iman edən qadınlar… ayəsi nazil oldu. (Tirmizi) dedi ki: “Bu gözəl, qəribə bir hədisdir”. [25]
Bu ayədə, İslamın təməl prinsipləri qadın və kişiyə şamil edilərək, qadın və kişinin qulluq – məsuliyyət və əməllərin qarşılığını görmə xüsusunda Allah nəzərində bərabər olduğu vurğulanmışdır ki, bu başqa ayələrdə də görünə bilir:
- 124Və kişi və ya qadın… Kim mömin olaraq düzəltmək yönündə işlər edərsə, artıq bax budur, onlar cənnətə girərlər. Və xurma çəyirdəyinin üstündəki çuxur qədər haqsızlığa uğradılmazlar. (Nisa/124)
- 195Buna görə də, Rəbbi onlara qarşılıq verdi: “Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır”. (Al–i İmran/195)
- 97Kişi, qadın mömin olaraq, kim yaxşı əməl işləyərsə, qətiliklə onu gözəl bir həyat ilə yaşadarıq. Və qətiliklə, onların ödənişlərini etmiş olduqları əməllərin daha gözəli ilə mükafatlandıracağıq. (Nəhl/97)
36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır.
Bu ayədə yenə Allahın dəyişməz bir prinsipinə diqqət çəkilir: Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır.
Bu ayənin enmə səbəbi olaraq qaynaqlarda aşağıdakı məlumatlar verilir:
Katade, İbn Abbas və Mücahidin bu ayənin nüzul səbəbi haqqında rəvayət etdiklərinə görə, Rəsulullah (s.ə.s) bibisinin qızı Zeynəb bt. Cahşa talib oldu. Peyğəmbərin özü üçün istədiyini zənn etmişdi. Onun Zeynəbi Zeyd üçün istədiyi anlaşılınca, bundan xoşlanmadı, qəbul etmədi və etiraz etdi. Buna görə bu ayə-i kərimə nazil oldu, buna görə Zeynəb boyun əydi və Zeyd ilə evləndi.
Bir başqa rəvayətdə qeyd edildiyinə görə, Zeynəb və qardaşı nəsəbi dolayısıyla bunu qəbul etmədi. Çünki Zeyd dünən sadəcə bir kölə idi. Nəhayət bu ayə-i kərimə nazil oldu. Buna görə qardaşı Peyğəmbərə: “Mənə dilədiyin əmri ver” – deyincə, Peyğəmbər (s.ə.s) Zeynəbi Zeyd ilə evləndirdi.
Ayə-i kərimənin Ukbe b. Əbu Muaytın qızı Umm Gülsüm haqqında nazil olduğu da söylənmişdir. Umm Gülsüm özünü Peyğəmbərə (s.ə.s) hibə etmişdi, o da onu Zeyd b. Harisə ilə evləndirmişdi. Özü də, qardaşı da bu bundan xoşlanmadılar və: “Biz Rəsulullahı (s.ə.s) istədik, o isə bizi başqasıyla evləndirdi” – dedilər. Buna görə bu ayə-i kərimə nazil oldu. Bu dəfə hər ikisi də Zeyd ilə evliliyi qəbul etdi. Bu açıqlamanı İbn Zeyd etmişdir. [26]
Bu ayənin Zeynəb bt. Cahş (r.a) haqqında nazil olduğu irəli sürülmüşdür. Çünki, Hz. Peyğəmbər (s.ə.s) onu, daha əvvəl Zeyd b. Harisə (r.a) ilə evləndirmək istədiyində, həm Zeynəb, həm də qardaşı buna qarşı çıxmışdı. Buna görə bu ayə nazil olunca, hər ikisi də bu evliliyə razı olmuşdılar. Bunu belə izah etmək olar: Allah Təala Peyğəmbərinə xanımlarına özündən ayrılıb-ayrılmamaq barəsində seçim haqqı olduqlarını söyləməsini əmr edincə, bu əmrdən Hz. Peyğəmbərin (s.ə.s) başqalarına zərər verməyi istəmədiyi anlaşılmışdır. Buna görə də hər hansı bir şeyə meyli olana, Hz. Peyğəmbər (s.ə.s) bu imkanı vermiş, başqasının arzu və istəklərindən ötrü öz nəfsinin haqqından əl çəkmişdir. [27]
Bu ayədə ümmətə əmr edilir ki, Allahın və Rəsulullahın aldığı bir qərara etiraz etməsinlər. Bu, İslamın təməl prinsiplərindən biridir. Buna görə heç bir Müsəlman, Allah və Rəsulunun hökm verdiyi bir mövzuda seçim haqqına sahib deyildir. O mövzuda Allaha və Elçisinə təslim olmalıdır. Buradakı Elçiyə təslimiyyət, “Rəsulullahın Allahın ayələri çərçivəsində almış olduğu qərarlara uymaq nöqtəsində”dir.
Əslində elə Allah Elçisinin, Allahın qoyduğu prinsiplərə uymayan bir qərar alması barədə söz belə gedə bilməz:
- 12Ey Peyğəmbər! İnanmış qadınlar sənə Allaha heç bir şeyi ortaq qoşmamaları, oğurluq etməmələri, zina etməmələri, uşaqlarını öldürməmələri, əlləri ilə ayaqları arasında bir iftira uydurmamaları hər kəs tərəfindən müsbət qəbul edilən/vəhyə uyğun xüsuslarda sənə üsyan etməmələrinə dair bağlılıq andı içərək gəlirlərsə, dərhal onların bağlılıq andlarını qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir. (Mümtəhinə/12)
- 65Artıq, xeyr! Rəbbinə and olsun ki, onlar aralarında çıxan mübahisəli işlərdə səni hakim edib, sonra da sənin verdiyin hökmə qarşı içlərində heç bir sıxıntı duymadıqca və tam bir zəmanətlə təhlükəsizlik təmin etmədikcə, iman etmiş olmazlar. (Nisa/65)
- 63Aranızda Elçini bir-birinizi çağırdığınız kimi çağımayın. Gizlənərək sürüşüb gedənləri Allah qətiliklə bilməkdədir. Buna görə də Onun əmrinə zidd davrananlar, özlərinə bir sosial yanğının isabət etməsindən və ya özlərinə çox acıqlı bir əzabın isabət etməsindən çəkinsinlər. (Nur/63)
Bu ayənin birbaşa müxatibi, o günkü Müsəlmanlar olub, hökm də Rəsulullahın aldığı döyüş qərarları və Rəsulullahın Zeynəbi Zeyd ilə evləndirmə qərarıdır. Ayənin enməsinə səbəb olan bu günkü Müsəlmanlar üçün isə hökm, ictimai nüfuz tərəfindən Allahın ayələri çərçivəsində alınan qərarlardır. Müsəlman olduğunu irəli sürən kimsə, Allaha və Allahın ayələri ışığında alınmış qərara boyun əyməlidir. Əks təqdirdə imanı mühakimə edilməyə açıq hala gəlir.
Bu ayədə qərardan əvvəl Rəsulullahla istişarə imkanı ortadan qaldırılmamışdır. Amma Rəsulullah bir qərar aldığında, artıq ona düşən Allaha təvəkkül etməkdir, qərardan yan keçmək deyildir. Bu xüsus Al-i İmran surəsində vurğulanmışdı:
- 159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq onları bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini ortaqlaşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini həvalə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər. (Al–i İmran/159)
37Həmçinin sən, Allahın özünə nemət verdiyi və sənin də özünə nemət verdiyin adama: “Zövcəni yanında tut və Allahın qoruması altına gir!” – deyirdinsə də, insanlardan çəkinərək, Allahın açığa vuracağı şeyi öz içində gizli tuturdun. Halbuki Allah Özünə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymağına daha çox layiqdir. Artıq Zeyd Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə övladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qadınla evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
Bu ayədə, 36-cı ayədə bəhs edilən Allahın və Elçisinin qərarına etiraz edilməməsi nöqtəsində, Zeydin boşadığı Zeynəbin Rəsulullah ilə evləndirilməsi örnək olaraq zikr edilir.
Ayədəki Artıq Zeyd Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə övladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qadınla evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın ifadəsiylə, təkrarən, övladlığın öz oğlu sayılmadığı/sayılmayacağı və övladlığın boşadığı xanımın öz oğulun xanımı kimi haram olmayacağı bəyan edilmişdir.
Belə ki, Nisa surəsində öz oğulun boşadığı qadını nikahlamaq ataya haram qılınmışdı:
- 23,24Sizə analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirmiş olan analarınız, süd bacılarınız, qadınlarınızın anaları, birləşmə etdiyiniz qadınlarınızın əvvəlki ərlərindən doğulub, evinizdə olan ögey qızlarınız… anaları ilə birləşmədinizsə, sizə bir qadağa yoxdur, öz belinizdən olan oğullarınızın arvadları və iki bacının evlilik arasını birləşdirməyiniz, keçmişdə olub keçənlər xaric, andlarınızın sahib olduqları xaric, muhsan/nikahlı qadınlar da haram qılındı. Allah çox əfvedici, çox mərhəmətlidir. Bunlar Allahın üzərinizə yazdığıdır. (Nisa/23, 24)
37-ci ayə Muhəmmədin (s.ə.s) Peyğəmbərliyinin ən böyük sübutlarından biridir. Belə ki, burada Rəsulullahın, bəlkə də heç bir insanın ifşasına razı olmayacağı sirləri ifşa edilir və bu da Rəsulullah tərəfindən cəmiyyətə bildirilir, Qiyamətə qədər hər kəsin biliyinə təqdim edilmiş olaraq Quranda yer alır.
Bu ayədə Allahın övladlıqlarla əlaqədar hökmü (yəni, övladlıqların gerçək övlad olmadığı, övladlıqların boşadığı qadının, sözdə ata qəbul edilən adam ilə evlənməsində problem olmadığı hökmü) Rəsulullahla Zeyd və Zeynəbin şəxsində felən icraya qoyulmuşdur. Bunlar insanlıq naminə ətrafın təzyiqindən çəkinmiş, amma Allahın hökmü qarşısında tərcih haqqlarının olmadığını öyrəndiklərində, boyun əymişdilər.
Çünki Allah haşyət duyulmağa daha layiqdir. Bu Quranda tez-tez vurğulanan bir xüsusdur:
- 108Onlar insanlardan gizlətmək istəsələr də Allahdan gizlətmək istəməzlər. Halbuki, Allah sözünə/qərarına uyğun olaraq, Özünün razı olmadığı şeyləri onlar gecə planlayarkən, onlarla birlikdədir. Və Allah onların etdiklərini əhatə edəndir. (Nisa/108)
- 4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir. (Hədid/4)
- 7Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç nəfərin gizli danışdığı yerdə O, qətiliklə dördüncüdür. Beşdə də O, qətiliklə altıncıdır. Bunlardan az və ya çox olsunlar və harada olurlarsa, olsunlar, O, qətiliklə onlarla birlikdədir. Sonra qiyamət günü onlara etdikləri şeyləri xəbər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir. (Mücadilə/7)
Zeyd ilə əlaqədar iki gözəl açıqlamanı təqdim edirik:
Bu ayə-i kərimədə bəhs edilən və Peyğəmbərin özünə nemət verdiyi söylənən adam, əvvəldən də açıqladığımız kimi, Zeyd b. Harisədir. Onunla əlaqədar bir sıra rəvayətlər surənin başlanğıcında keçmiş olur. Bir başqa rəvayətdə qeyd edildiyinə görə, bir gün əmisi bir işi olduğuna görə Məkkəyə gəldiyi sırada onunla qarşılaşmış. Ona: “Ey dəliqanlı adın nədir?” – demiş. O: “Adım Zeyd” – deyincə, “Kimin oğlusun?” – deyə soruşmuş. Zeyd: “Harisənin oğluyam” – demiş. “O kimin oğludur?” – deyincə, o da: “Şərahil əl-Kəlbinin oğludur” – demişdi. “Yaxşı ananın adı nədir?” – deyə soruşmuş: “Anamın adı Suda” – demişdi, “Mən dayımlar olan Tayy qəbiləsində idim”. Buna görə əmisi onu bağrına basmış, qardaşına və əqrəbalarına xəbər göndərmiş, onlar da Məkkəyə gəlmişdilər. Ondan özləriylə birlikdə gəlməsini istədilər və: “Kimin köləsisən?” – deyə soruşdular. O da: “Abdullahın oğlu Muhəmmədin” – deyincə, onun yanına gedib: “Bu bizim oğlumuzdur, onu bizə geri ver” – dedilər. Peyğəmbər belə buyurdu: “Mən vəziyyəti ona bildirim, sizinlə getməyi qəbul edərsə, onu alıb götürün”. Zeydi çağırdı və ondan: “Bunları tanıyırsanmı?” – deyə soruşdu. Zeyd: “Bəli, bu atam, bu qardaşım, bu da əmimdır” – dedi. Peyğəmbər (s.ə.s) ona: “Mən sənə qarşı necə birisiyəm” – deyə soruşunca, Zeyd ağlayaraq: “Məndən bunu niyə soruşursan?” – deyincə, Peyğəmbər belə dedi: “Seni sərbəst buraxıram, əgər bunlarla getmeyi istəyirsənsə, gedə bilərsən. Mənimlə birlikdə qalmağı istəyərsənsə, əslində elə mənim sənə qarşı necə davrandığımı bilirsən”. Zeyd: “Səndən kimsəni üstün tuta bilmərəm” – deyincə, əmisi Zeydi çəkib: “Ey Zeyd! Sən köləliyi atandan və əmindən üstünmü hesab edirsən?” – dedi. Zeyd də belə cavab verdi: “Bəli, Allaha and içirəm, Muhəmmədin yanında köləlik, yanınızda qalmaqdan mənim üçün daha gözəldir”. Buna görə Rəsulullah (s.ə.s): “Şahidlik edin ki, mən (ona) mirasçıyam, (o da mənə) mirasçı olacaqdır” – dedi. Buna görə də, Övladlıqları öz atalarına nisbət edərək çağırın (Əhzab/5) ayəsi nazil olana qədər ona, “Muhəmmədin oğlu Zeyd” deyilirdi. Həmçinin, Muhəmməd, sizin igid/yetkin kişilərdən heç birinin atası… (Əhzab/40) ayəsi də nazil oldu. [28]
Zeyd, Kelb qəbiləsindən Harisə b. Şurahbilin oğlu idi və anasi Tay qəbiləsinin bir qolu olan Bəni Mandan Suda bt. Saləbə idi. Zeyd 8 yaşında ikən anası onu ailəsinin yanına götürdü. Orada ikən Bəni Kayn b. Cəsr qəbiləsi onlara hücum etdı, mallarını talan etdi, Zeydin də içlərində olduğu bir qrup adamı əsir aldı. Daha sonra Bəni Kayn qəbiləsi Zeydi, Taif yaxınlarındakı Ukaz bazarında satdı. Onu Hz. Xədicənin qardaşı uşaqlarından biri olan Hakim b. Hizam satın aldı. Hakim Zeydi Məkkəyə gətirdi və bibisinə hədiyyə etdi. Hz. Peyğəmbər (s.ə.s) Hz. Xədicə ilə evləndiyində Zeydi onun xidmətində gördü. Yaxşı davranışlarından və halından xoşlandığı üçün onu xanımından istədi. Beləliklə, bu şanslı övlad bir neçə il sonra özünə Peyğəmbərlik veriləcək olan bu mükəmməl insanın xidmətinə girdi. Zeyd o sırada 15 yaşında idi. Sonraları atası və əmisi onun Məkkədə olduğunu öyrəndiklərində, Muhəmmədin yanına gəldilər və fidyə qarşılığı oğullarını geri almaq istədilər. Muhəmməd: “Uşaqdan soruşacağam, sizinləmi gedəcək, yoxsa mənimləmi qalacaq, buna özü qərar verəcək. Əgər mənimlə qalmağı seçərsə, mən mənimlə qalmağı seçən birini geri göndərmərəm” – dedi. Onlar da: “Çox gözəl, uşaqdan soruş” – dedilər. Hz. Peyğəmbər (s.ə.s) Zeydi çağırdı və: “Bu adamları tanıyırsanmı” – deyə soruşdu. Zeyd: “Bəli, biri atam, biri də əmimdir” – dedi. Hz. Peyğəmbər (s.ə.s): “Məni də, onları da tanıyırsan. Onlarla getmək və ya diləyərsənsə, mənimlə qalmaq xüsusunda sərbəstsən” – dedi. Zeyd: “Səni buraxıb, başqasıyla getmək istəmirəm” – cavabını verdi. Atası və əmisi: “Zeyd! Köləliyi azadlığa və başqalarıyla qalmağı ana-atanı və ailəni buraxmaqdan üstünmü hesab edirsən?” – deyə soruşdular. O: “Bu adamda gördüyüm şeylərdən sonra, dünyadakı heç bir şeyi ondan üstün hesab edə bilmərəm” – dedi. Bu cavabı eşitdiklərində əmisi və atası Zeydin Hz. Peyğəmbərlə (s.ə.s) qalmasına razı oldular. Hz. Muhəmməd (s.ə.s) dərhal Zeydi azad etdi və Kəbədə bir qrup Qüreyşlinin önündə: “Şahid olun, bu andan etibarən Zeyd mənim oğlumdur. Mən ona varisəm, o da mənə varisdir” – deyə elan etdi. Bundan sonra onu Zeyd b. Muhəmməd deyə çağırmağa başladılar. Bütün bunlar Muhəmmədə Peyğəmbərlik gəlmədən əvvəl olmuşdu. Daha sonra Allah ona Peyğəmbərlik ehsan etdi. Bunu eşidər-eşitməz, heç tərəddüd etmədən ona inanan dörd nəfər vardı: Xədicə, Zeyd, Əli və Əbu Bəkr (r.a). Zeyd o sıralarda 30 yaşında idi və 15 il boyunca Hz. Peyğəmbərə (s.ə.s) xidmət etmişdi. Hicrətin 4-cü ilində Hz. Peyğəmbər (s.ə.s) onu bibisinin qızı Zeynəb ilə evləndirdi, onun adından mehrini ödədi və ev qurmaları üçün lazım olan əşyaları təmin etdi.
Budur, buna görə də Allah bu ayədə Allahın nemət verdiyi, sənin də nemət verdiyin kimsə… buyurur. [29]
Allah Rəsulu bu evliliyi özü təşkil etmişdi. Yəni nikaha özünə cavabdehdir. Boşandıqdan sonra Zeydin 35 yaşında olan keçmiş arvadı və ata tərəfdən olan ailəsi Allah Rəsuluna yaxınlıq statusunu itirmiş olurdular. Bundan əlavə, Rəsulullahın yaxın qohumu, bibisi qızı çətin vəziyyətə düşəcəkdi. Buna görə də peyğəmbər itirilən statusunun və qohumluq bağının bərpa edilməsi üçün yəqin düşünübmüş ki, “İndi mən nə edim! Zeyd arvadını boşasa, heç olmasa mən nikahlayım”. Yoxsa bu işdə Ərabistanda yaşayan 35 yaşında bir qadının cinsi cazibəsinin olduğunu sanmaq ancaq ağlı yerinde olmayanların düşünə biləcəyi bir düşüncədir. Üstəlik, o vaxta qədər bütün cəmiyyət Muhəmmədin nə qədər əxlaqlı və etibarlı adam olduğunu bildiyi halda, belə bir fikir yalnız xəstə və pis adamların ağlına gələ biləcək bir şeydir. Bundan başqa, bütün Ərəbistanda cavan və gözəl qadınların çox olduğu halda, yaşı 35-40-dan yuxarı, qohumu olan qadınlarla niyə evlənməlidir? Şəxsən mən kral və ya dövlət başçısı olsaydım, çox zərurət olmadıqca, heç vaxt belə bir evlilik etməzdim. Bir sözlə, peyğəmbərin içində saxlayıb, açıqlamadığı düşüncə belədir: “Bu çətin vəziyyətin bərpası, ancaq Zeydin xanımının mənim nikahım altına girməsiylə mümkün ola bilər”. Yəni əslində Rəsulullah Zeyd və Zeynəbin boşanması ilə meydana çıxan çətin vəziyyətdən özünün və Zeynəbin uğrayacağı status itkisindən necə qurtulacağını düşünür. Onunla evlənirsə insanların nə deyəcəyindən narahatlıq keçirir. Halbuki Allah heç kimdən qorxmur. Ən uyğun və düzgün olanı əmr edir.
Zeyd və Zeynəb.
4Allah bir insanın sinəsində iki qəlb yaratmadı. Və zıhar etdiyiniz… Özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin analarınız olaraq qəbul etmədi. Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər.
5Övladlıqları öz atalarına nisbət edərək çağırın – bu, Allah qatında daha haqqaniyyətlidir. Əgər atalarını bilmirsinizsə, artıq onlar dində sizin qardaşlarınız və sözləşmə ilə yaxınlıq qurduqlarınızdır. Qəlblərinizin qəsdən göstərərək etdikləri – şüurlu, planlı-proqramlı etdikləriniz başqa, xəta olaraq etdiklərinizdə isə sizin üçün bir vəbal yoxdur. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
Ayədə Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər bəyanı ilə cahil ərəb adətində övladlığa götürmə anlayışı ləğv olundu. Bunun ilk tətbiqi Allah Rəsulunun yaxın ətrafında olmuşdur. Bütün Quran alimlərinin qəbuluna görə, bu ayə Zeyd b. Harisə haqqında enmişdir.
Bu mövzuya dair klassik əsərlərdə aşağıdakı məlumatlarr yer alır:
İbn Ömər belə demişdir: “Biz Harisə oğlu Zeydi, həmişə “Muhəmmədin oğlu Zeyd” deyə çağırırdıq, ta ki, Onları atalarına nisbət edərək çağırın. Bu, Allah qatında daha haqqaniyyətlidir ayəsi nazil olana qədər”.
Enes b. Malik və başqalarından rəvayət etdiyinə görə, Zeyd Dəməşq tərəflərindən əsir götürülmüşdür. Bir qrup atlı onu Tihamadan əsir götürmüş, Hakim b. Hizam b. Huveylid onu alıb bibisi Xədicəyə, Xədicə isə Peyğəmbərə (s.ə.s) bağışladı. Peyğəmbər də Zeydi azad edib onu övladlığa götürdü. Bir müddət onun yanında qaldıqdan sonra əmisi və atası onu fidyə alıb xilas etmək arzusu ilə gəldilər. Peyğəmbər (s.ə.s) (bu peyğəmbər olaraq göndərilməmişdən əvvəl idi) onlara buyurmuşdu: “İstədiyini seçməkdə azad buraxın”. Əgər sizi seçərsə, heç bir fidyə almadan sizin olsun”. Lakin Zeyd Rəsulullahın (s.ə.s) yanında qul kimi qalmağı öz azadlığından və qövmünə qayıtmaqdan üstün tutdu. Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurdu: “Ey Qureyş əhli! Şahid olun ki, bu mənim oğlumdur. O mənə varis olacaq, mən də ona varis olacağam”. Peyğəmbər Qureyşin məclislərini bir-bir gəzir və onları bu məsələyə şahid tuturdu. Əmisi və atası bu işə razı olaraq geri qayıtdılar.
Həmçinin xəbər verilir ki, atası onun yanına gəldikdə; Peyğəmbər (s) izah etdiyimiz kimi onu sərbəst buraxmış və atası geri dönüb getmişdi. [30]
Onları atalarına nisbət edərək çağırın buyuruğu, daha əvvəl açıqlandığı kimi Zeyd b. Harisə haqqında enmişdir. İbn Ömərin: “Biz Zeyd b. Harisəni ancaq “Zeyd b. Muhəmməd” deyə çağırırdıq” sözü, övladlıq götürməyin həm cahiliyyə dövründə, həm də İslamın gəlişindən sonra tətbiqatda olduğuna dəlildir. Övladlığa götürmək dedikdə, söhbət qarşılıqlı miras və bir-birinə köməklikdən gedirdi. Bu, Uca Allah tərəfindən Onları atalarına nisbət edərək çağırın Bu, Allah qatında daha haqqaniyyətlidir əmri gələnə qədər belə davam etdi. Uca Allah bu əmrlə övladlığa götürmə qaydasını ləğv etmiş və bunun üçün zəruri olan sözlərin işlədilməsini qadağan etmiş və övladın ataya nisbət edilməsinin daha münasib və ədalətli olduğunu bildirmişdir. Deyirlər ki, cahiliyyət dövründə kiminsə qeyrətini, şücaətini, görkəmini bəyənsəydi, onu özünə qatar və digər oğlanlarına pay ayırdığı kimi ona da mirasından bir pay ayırardı. Onu da həmin şəxsə aid edilər və “filankəsin oğlu” deyərdilər. [31]
Bundan sonra, “Muhəmməd oğlu Zeyd” olaraq tanınan Zeyd, öz atasına nisbət edilərək, Harisə oğlu Zeyd olaraq çağırılmağa başlandı. Zeyd ilə əlaqədar məqam 37-ci ayədə gələcəkdir.
37Həmçinin sən, Allahın özünə nemət verdiyi və sənin də özünə nemət verdiyin adama: “Zövcəni yanında tut və Allahın qoruması altına gir!” – deyirdinsə də, insanlardan çəkinərək, Allahın açığa vuracağı şeyi öz içində gizli tuturdun. Halbuki Allah Özünə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymağına daha çox layiqdir. Artıq Zeyd Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə övladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qadınla evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
Bu ayədə, 36-cı ayədə bəhs edilən Allahın və Elçisinin qərarına etiraz edilməməsi nöqtəsində, Zeydin boşadığı Zeynəbin Rəsulullah ile evləndirilməsi nümunə olaraq zikr edilir.
Ayədəki Artıq Zeyd Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə övladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qadınla evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın ifadəsiylə, təkrar övladlığın öz oğul sayılmadığı-sayılmayacağı və övladlığın boşadığı qadının öz oğulun zövcəsi kimi haram olmayacağı bəyan edilmişdir. Belə ki, Nisa surəsində, öz oğulun boşadığı qadını nikahlamaq ataya haram qılınmışdı:
- 23,24Sizə analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirmiş olan analarınız, süd bacılarınız, qadınlarınızın anaları, birləşmə etdiyiniz qadınlarınızın əvvəlki ərlərindən doğulub, evinizdə olan ögey qızlarınız… anaları ilə birləşmədinizsə, sizə bir qadağa yoxdur, öz belinizdən olan oğullarınızın arvadları və iki bacının evlilik arasını birləşdirməyiniz, keçmişdə olub keçənlər xaric, andlarınızın sahib olduqları xaric, muhsan/nikahlı qadınlar da haram qılındı. Allah çox əfvedici, çox mərhəmətlidir. Bunlar Allahın üzərinizə yazdığıdır. (Nisa/23, 24)
37-ci ayə, Muhəmmədin (s.ə.s) peyğəmbərliyinin ən böyük dəlillərindən biridir. Belə ki, burada Rəsulullahın, bəlkə də heç kimsənin ifşasına razı olmayacağı sirləri ifşa edilir və bu da Rəsulullah tərəfindən cəmiyyətə bildirilir, Qiyamətə qədər hər kəsə bildirilərək Quranda yer almaqdadır.
Rəsulullah, özünə verilən əmrləri ilk tətbiq edən insan olmağa məcburdur:
Ənam/15, 163; Yunus/72; Nəml/91; Zümər/12; Mömin/66.
Bu ayədə Allahın övladlıqlarla əlaqədar hökmü (yəni övladlıqların gerçək övlad olmadığı, övladlıqların boşadığı qadının, sözdə ata qəbul edilən kişi ilə evlənməsində heç bir problem olmadığı hökmü) Rəsulullah ilə Zeyd və Zeynəbin şəxsində felən tətbiqata başlamışdır. Bunlar insanlıq naminə ətrafdakıların təzyiqindən qorxmuşlar, lakin Allahın hökmü qarşısında başqa çarələrinin olmadığını öyrəndikdə təslim olmuşlar. Çünki Allah heyran olmağa daha layiqdir. Bu, Quranda tez-tez vurğulanan bir məqamdır:
- 108Onlar insanlardan gizlətmək istəsələr də Allahdan gizlətmək istəməzlər. Halbuki, Allah sözünə/qərarına uyğun olaraq, Özünün razı olmadığı şeyləri onlar gecə planlayarkən, onlarla birlikdədir. Və Allah onların etdiklərini əhatə edəndir. (Nisa/108)
- 4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir. (Hədid/4)
- 7Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç nəfərin gizli danışdığı yerdə O, qətiliklə dördüncüdür. Beşdə də O, qətiliklə altıncıdır. Bunlardan az və ya çox olsunlar və harada olurlarsa, olsunlar, O, qətiliklə onlarla birlikdədir. Sonra qiyamət günü onlara etdikləri şeyləri xəbər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir. (Mücadilə/7)
Rabbimiz Rəsulullah, Zeyd və Zeynəb üçlüyü üzərindən cahiliyyə ənənələrini dağıtmışdır.
Rəsulullahın Zeynəb ilə evlənməsi, İslam inqilabın nəzəri təlimlərinin praktik həyata keçirilən ilk tətbiqatıdır. Bu evlilik ilə ərəb cəmiyyətindəki iki səhv ortadan qaldırılmış və iki tabu yıxılmışdır.
İlk olaraq, Müsəlman qadınların cahiliyyə nöqteyi nəzəri ilə, Müsəlman da olsalar, etibar etmədikləri, xor gördükləri, evlənmək istəmədikləri azad edilmiş kölələr, cəmiyyət içində azad insanlarla eyni səviyyəyə gətirilmişdir:
- 221Və ortaq qoşan qadınları iman edincəyə qədər nikahlamayın. İman etmiş, kafirlərin himayəsindəki bir kölə qadın, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir qadından daha xeyirlidir. Ortaq qoşan kişiləri də iman edincəyə qədər nikahlamayın. İman etmiş bir kişi kölə, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir kişidən daha xeyirlidir. Ortaq qoşanlar atəşə çağırırlar, Allah isə Öz biliyi ilə cənnətə və bağışlanmağa çağırır. O, öyüd alıb düşünsünlər deyə insanlara ayələrini ortaya qoyar. (Bəqərə/221)
Bu hökmlərin həyata keçirilməsi lazımdı ki, məqsəd reallaşsın. Budur, Peyğəmbərimiz bu məqsədi reallaşdırmaq üçün, bibisinin qızı olan Zeynəbi köləsi (övladlığı) Zeyd ilə evləndirmək istədi. Amma Zeynəb cəmiyyətdə kök salmış tabulara görə qüruruna toxunan bu işi bəyənməmiş, Peyğəmbərimizin təkidinə baxmayaraq bu evliliyə razılıq verməmişdir. Məhz bu vaxt Allahın əmri gəlmiş və müzakirələr bitmişdir:
- 36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır. (Əhzab/36)
Əmr böyük yerdən gəlincə itaət şərt oldu və azad Zeynəb ilə azad edilmiş kölə Zeyd evləndi. Beləliklə, İslamın insanları bərabərhüquqlu qəbul etdiyi, İslam cəmiyyətində insanların azad və kölə deyə bölünməyəcəyi, azad bir Müsəlman qadın ilə Müsəlman bir kölənin evlənə biləcəyi, bu konkret hadisə ilə bütün dünyaya göstərilmiş oldu.
Rəsulullaha Zeynəb ilə evlənməsi Əhzab/50-ci ayə ilə bildirilmişdi:
50Ey Peyğəmbər! Şübhəsiz, Biz mehirlərini verdiyin zövcələrini, Allahın qənimət olaraq sənə verdiklərindən, sözləşmə ilə malik olduğunu/döyüş əsirlərindən himayənə verilmiş qadınları, əminin, xalanın, dayının və bibinin qızlarından səninlə birlikdə hicrət etmiş olanları və özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi Mömin qadını, möminlərin səviyyəsindən aşağı olmaq üçün və sadəcə sənə xas olaraq, sənə halal qıldıq. Biz öz zövcələri və sözləşmələrinin malik olduqları şeylər barəsində səndən başqa möminlərə nəyi fərz etdiyimizi qətiliklə bildik, daha öncə açıqladıq. Bu vəziyyət – sənə istisna olaraq gətirilən çoxarvadlılıq və digər xüsusi maddələr sənin üçün bir çətinlik olmasın deyədir. Və Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.
Nisa/22-25-də evlənilməsi qadağan olanlar sayılmışdır.
Normalda bibi və xala qızları ilə evlənməkdə heç bir problem yoxdur, hər kəsə sərbəstdir.
Burada “səninlə birlikdə köç edən bibi qızı dedikdə” Zeynəb adres göstərilmişdir.
Göründüyü kimi, hadisələr tərəflərin iradəsindən asılı olmadan inkişaf edib və baş verənlər təqdir olunan taledir. Amma tabunu qırmaqda, səhvi düzəltməkdə nümunə olmaq şərəfi Zeyd və Zeynəbə aiddir. Bundan əlavə, Zeynəb Allahın göstərişlərinə tabe olmasının və göstərdiyi fədakarlığın dünyadakı mükafatını Allah Rəsulunun həyat yoldaşı və müsəlmanların anası olmaq şərəfi ilə almışdır.
Zeyd ilə əlaqədar iki gözəl açıqlamanı təqdim edirik:
Bu ayə-i kərimədə bəhs edilən və Peyğəmbərin özünə nemət verdiyi söylənən adam, əvvəlcədən də açıqladığımız kimi, Zeyd b. Harisədir. Onunla əlaqədar bir sıra rəvayətlər surənin əvvəlində keçmişdir. Bir başqa rəvayətdə qeyd edildiyine görə, bir gün əmisi Məkkəyə bir işi olduğuna görə gəldiyi sırada onunla qarşılaşmışdır. Ona: “Ey gənc adın nə?” – demiş. O: “Adım Zeyd” – deyincə, “Kimin oğlusan?” – deyə soruşmuş. Zeyd: “Harisənin oğluyam” – demiş. “O kimin oğludur?” – deyincə, o da: “Şərahil əl-Kəlbinin oğludur” – demişdi. “Bəs ananın adı nə?” – deyə soruşmuş, “Anamın adı Suuda” – demişdi, “mən dayımgildə olan Tayy qəbiləsində idim.” Bundan sonra əmisi onu bağrına basmış, qardaşına və qohumlarına xəbər göndərmiş, onlar da Məkkəyə gəlmişdilər. Ondan özləriylə birlikdə gəlməsini istədilər və: “Kimin köləsisən?” – deyə soruşdular. O da: “Abdullahın oğlu Muhəmmədin” – deyincə, onun yanına gedib: “Bu bizim oğlumuzdur, onu bizə geri ver” – dedilər. Peyğəmbər belə buyurdu: “Mən vəziyyəti ona bildirim, sizi seçərsə, onu alıb götürün.” Zeydi çağırdı və ona: “Bunları tanıyırsanmı?” – deyə soruşdu. Zeyd: “Bəli, bu atam, bu qardaşım, bu da əmimdir” – dedi. Peyğəmbər (s.ə.s) ona: “Mən sənə qarşı necə birisiyəm” – deyə soruşunca, Zeyd ağlayaraq: “məndən bunu niyə soruşursan?” – deyincə, Peyğəmbər belə dedi: “Səni sərbəst buraxıram, əgər bunlarla getməyi istəyirsənsə, gedə bilərsən. Mənimlə birlikdə qalmağı istəyərsənsə, onsuz da mənim sənə qarşı necə davrandığımı bilirsən.” Zeyd: “Səndə kimsəni üstün hesab edə bilmərəm” – deyincə, əmisi Zeydi çəkib: “Ey Zeyd! Sən köləliyi atandan və əmindən üstünmü hesab edirsən?” – dedi. Zeyd də belə cavab verdi: “bəli, Allaha and içirəm, Muhəmmədin yanında köləlik, yanınızda qalmaqdan mənim üçün daha gözəldir.” Bundan sonra Rəsulullah (s.ə.s): “Şahidlik edin ki, mən (ona) mirasçıyam, (o da mənə) mirasçı olacaqdır” – dedi. Buna görə də, Onları atalarına nisbət edib çağırın (Əhzab/5) ayəsi nazil olana qədər ona, “Muhəmmədin oğlu Zeyd” deyilirdi. Bundan başqa, Muhəmməd sizin adamlarınızdan kimsənin atası deyildir… (Əhzab/40) ayəsi də nazil oldu. [32]
Zeyd, Kelb qəbiləsindən Harisə b. Şurahbilin oğlu idi və anası Tay qəbiləsinin bir qolu olan Bəni Maandan Suuda bt. Saalebə idi. Zeyd 8 yaşında ikən anası onu ailəsinin yanına apardı. Orada ikən Beni Kayn b. Cesr qəbiləsi onlara hücum etdi, mallarını talan etdi, Zeydin də içlərində olduğu bir qrup adamı əsir aldı. Daha sonra Bəni Kayn qəbiləsi Zeydi, Taif yaxınlarındakı Ukaz bazarında satdı. Onu Hz. Xədicənin qardaşı oğullarından biri olan Hakim b. Hizam satın aldı. Hakim, Zeydi Məkkəyə getirdi və bibisinə hədiyyə etdi. Hz. Peyğəmbər (s.ə.s) Hz. Xədicə ilə evləndiyində Zeydin ərinə xidmət etdiyini gördü. yaxşı davranışlarından və halından xoşlandığı üçün onu yoldaşından istədi. Beləliklə, bu şanslı uşaq bir neçə il sonra özünə peyğəmbərlik veriləcək olan bu mükəmməl insanın xidmətinə girdi. Zeyd o zaman 15 yaşındaydı. Sonraları atası və əmisi onun Məkkədə olduğunu öyrəndiklərində, Muhəmmədin yanına gəldilər və fidyə verib oğullarını geri almaq istədilər. Muhəmməd: “Uşaqdan soruşacağam; sizinləmi gedəcək, yoxsa mənimləmi qalacaq, buna özü qərar verəcək. Əgər mənimlə qalmağı seçərsə, mən mənimlə qalmağı seçən birini geri göndərmərəm” – dedi. Onlar da: “Çox gözəl, uşaqdan soruş” – dedilər. Hz. Peyğəmbər (s.ə.s) Zeydi çağırdı və: “Bu adamları tanıyırsanmı?” – deyə soruşdu. Zeyd: “bəli, biri atam, biri də əmimdir” – dedi. Hz. Peyğəmbər (s.ə.s): “Məni də, onları da tanıyırsan. Onlarla getmək və ya diləyərsənsə, mənimlə qalmaq xüsusunda sərbəstsən” – dedi. Zeyd: “Səni buraxaraq başqasıyla getmək istəmirəm” – cavabını verdi. Atası və əmisi: “Zeyd! Köləliyi azadlığa və başqalarıyla qalmağı ana-atanı və ailəni buraxmaqdan üstünmü hesab edirsən?” – deyə soruşdular. O: “Bu adamda gördüyüm şeylərdən sonra dünyadakı heç bir şeyi ondan üstün hesab edə bilmərəm” – dedi. Bu cavabı eşitdiklərində əmisi və atası Zeydin Hz. Peyğəmbərlə (s.ə.s) qalmasına razı oldular. Hz. Muhəmməd (s.ə.s) dərhal Zeydi azad etdi və Kəbədə bir qrup Qüreyşlinin önündə: “Şahid olun, bu andan etibarən Zeyd mənim oğlumdur. Mən ona varisəm, o da mənə varisdir” – deyə elan etdi. Bundan sonra onu, Zeyd b. Muhəmməd deyə çağırmaya başladılar. Bütüm bunlar Muhəmmədə peyğəmbərlik gəlmədən əvvəl olmuşdu. Daha sonra Allah ona peyğəmbərlik ehsan etti. Bunu eşidən kimi heç tərəddüd etmədən ona inanan dörd nəfər vardı: Xədicə, Zeyd, Əli və Əbu Bəkr (r.a). Zeyd o sıralarda 30 yaşındaydı və 15 yıl boyunca Hz. Peyğəmbərə (s.ə.s) xidmət etmişdi. Hicrətin 4-cü ilində Hz. Peyğəmbər (s.ə.s) onu bibisinin qızı Zeynəb ilə evləndirdi, onun adından mehrini ödədi və ev qurmaları üçün lazım olan əşyaları təmin etdi.
Budur, buna görə də Allah bu ayədə Allahın nemət verdiyi, sənin də nemət verdiyin kimsə… buyurur. [33]
38,39Allahın özünə fərz etdiyi şeydə Peyğəmbər üzərində daha öncə gəlib keçən insanlarda Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyan və Allahdan başqa kimsəyə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayan kimsələr üçün Allahın buyuruğu olaraq, bir çətinlik yoxdur. Allahın əmri nizamlanmış və müəyyən edilmiş bir qədərdir. Hesabgörücü olaraq Allah yetər.
Bu ayələrdə yenə ilahi qaydalardan bəhs edilır. Buna görə keçmişdə də Allahın elçilərinin hamısı özlərinə verilən vəzifəni etmiş, heç biri kütlə təzyiqinə görə vəzifəsinə laqeyd yanaşmamışdır. Allah da onları dəstəkləmiş və müzəffər qılmışdır.
40Muhəmməd, sizin igid/yetkin kişilərdən heç birinin atası deyildir. Ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Və Allah hər şeyi ən yaxşı biləndir.
Bu ayədə Rəsulullahın cəmiyyətdəkı mövqeyi vurğulanırkən, ilahi prinsiplərin tətbiq edilməsi mərhələsində edilən hücumlara da cavab verilir.
Bu ayənin enmə səbəbi haqqında aşağıdakı məlumatlar verilmişdir:
Peyğəmbər (s.ə.s), Zeynəb bt. Cahş ilə evlənincə, insanlar [münafiqlər]: “Muhəmməd oğlunun xanımı ilə evləndi” – dedilər. Buna görə bu ayə-i kərimə nazil oldu. Çünki, o [Zeyd] onun öz oğlu deyildi ki, vaxtilə onun xanımı olan daha sonra Peyğəmbərə haram olsun. O ucalıq və təzim etibariylə ümmətinin atasıdır. Onun xanımları, ümmətinin insanlarına haramdır. Uca Allah bu ayə-i kərimə ilə münafiqlərin və başqalarının qəlblərindən keçən bu qənaəti aradan qaldırır və Muhəmmədin, çağdaşı olan insanlardan heç birisinin gerçək mənada atası olmadığını bildirir. [34]
Bu ayədə ricalikum [sizin igid insanlarınızdan] ifadəsiylə Rəsulullahın heç oğlu olmadığı deyil, yetişkin oğlu olmadığı vurğulanmışdır. Belə ki, Rəsulullahın İbrahim, Qasım, Tayyib və Mutahhar adında oğulları olmuş, amma bunlar “igid kişi” çağına çatmamışdılar.
Ayədə üstünlüklə, Zeydin Muhəmmədin oğlu olmadığı, dolayısıyla onun boşadığı Zeynəb ilə Rəsulullahın evlənməsində problem olmadığı vurğulanır, ardından da Muhəmmədin, həm “Allahın Rəsulu”, həm də “nəbilərin hatəmi” [nəbilərin möhürü/sonuncusu] olduğu ifadə edilir.
Ayədəki övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və yola bələdçiləyər bəyanıyla, cahiliyyə ərəb adət-ənənəsindəki övladlıq anlayışı ortadan qaldırılmışdır. Bunun ilk tətbiqatı da Rəsulullahın yaxın ətrafında olmuşdur. Bütün Quran Alimlərinin qəbuluna görə bu ayə Zeyd b. Harisə haqqında enmişdir.
Bu mövzuya dair klassik əsərlərdə aşağıdakı məlumatlar yer alır:
İbn Ömər belə demişdir: “Biz Harisə oğlu Zeydi həmişə “Muhəmmədin oğlu Zeyd” deyə çağırırdıq; ta ki, Onları atalarına nisbət edib çağırın. Bu, Allah nəzdində daha adildir ayəsi nazil oluncaya qədər”.
Enes b. Malik və başqalarından rəvayət edildiyinə görə, Zeyd Şam tərəflərindən əsir alınıb, gətirilmişdi. Onu Tihamədən bir qrup atlı əsir almış, Hakim b. Hizam b. Huveylid onu satın almış, bibisi Xədicəyə, Xədicə də Peyğəmbərə (s.ə.s) hibə etmişdi. Peyğəmbər də Zeydi azadlığına qovuşdurub övladlığa qəbul etmişdi. Bir müddət yanında qaldıqdan sonra əmisi və atası onun fidyəsini verib, qurtarmaq arzusu ilə gəldilər. Peyğəmbər (s.ə.s) onlara (ki, bu Peyğəmbər olaraq göndərilməsindən əvvəl olmuşdur): “Onu istədiyini seçməkdə sərbəst buraxın” – dedi. Əgər sizi seçərsə, sizdən heç bir fidyə almadan sizin olsun”. Ancaq Zeyd Rəsulullahın (s.ə.s) yanında kölə olaraq qalmağı azadlığından və qövmünün yanına dönməkdən üstün tutdu. Buna görə Rəsulullah (s.ə.s) belə dedi: “Ey Qüreyşlilər! Şahid olun ki, bu mənim oğlumdur. O mənə və mən ona mirasçı oluram”. Peyğəmbər Qüreyşlilərin məclislərini tək-tək dolaşır və onları bu xüsusa şahid tutardı. Əmisi və atası bu işə razı olaraq, geri döndülər.
Yenə rəvayət edildiyinə görə, atası yanına gəlincə: Peyğəmbər (s.ə.s) açıqladığımız şəkildə onu muhayyər buraxmış, atası geri dönüb, getmişdi. [35]
Onları atalarına nisbət edib çağırın buyuruğu, daha əvvəl açıqlandığı kimi, Zeyd b. Harisə haqqında enmişdir. İbn Ömərin: “Biz Zeyd b. Harisəni ancaq “Zeyd b. Muhəmməd” deyə çağırırdıq” – sözü övladlığa götürməyin həm cahiliyyə dövründə, həm İslam gəldikdən sonra tətbiqatda olduğuna dəlildir. Övladlığa götürməklə, söhbət qarşılıqlı miras və bir-birinə köməklikdən gedirdi. Bu, Uca Allah tərəfindən Onları atalarına nisbət edib çağırın. Bu Allah nəzdində daha adildir buyuruğu ilə nəsh edilənə qədər belə davam etdi. Bu buyuruqla Uca Allah övladlığa götürmə hökmünü qaldırdı və bununla əlaqədar olan sözləri işlətməyi qadağan edərək, insanın atasına nisbət edilməsinin daha uyğun və ədalətli olduğunu bildirdi. Deyildiyinə görə, cahiliyyə dövrində bir kimsə birinin qeyrəti, igidliyi və görünüşü xoşuna gedəcək olarsa, onu özünə qatar və mirasından digər oğlan övladlarının payı kimi, ona pay ayırırdı. O da o adama nisbət edilir və: “Filan oğlu filan” – deyilirdi. [36]
Bundan sonra, Muhəmməd oğlu Zeyd olaraq tanınan Zeyd, öz atasına nisbət edilərək, Harisə oğlu Zeyd olaraq anılmağa başlandı. Zeyd ilə əlaqədar detal 37-ci ayədə gələcəkdir.
“Allahın açığa vuracağı şeyi öz içində gizli tuturdun” ifadəsindəki gizli tutulan şey; Övladlıq müəssisəsinin aradan qaldırılmasının umulmasıdır. Bunun başqa bir nümunəsini Bəqərə/142-144-də Qiblə mövzusunda görürük.
38,39Allahın özünə fərz etdiyi şeydə Peyğəmbər üzərində daha öncə gəlib keçən insanlarda Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyan və Allahdan başqa kimsəyə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayan kimsələr üçün Allahın buyuruğu olaraq, bir çətinlik yoxdur. Allahın əmri nizamlanmış və müəyyən edilmiş bir qədərdir. Hesabgörücü olaraq Allah yetər.
Bu ayələrdə yenə ilahi qaydalardan bəhs edilır. Buna görə keçmişdə də Allahın elçilərinin hamısı özlərinə verilən vəzifəni etmiş, heç biri kütlə təzyiqinə görə vəzifəsinə laqeyd yanaşmamışdır. Allah da onları dəstəkləmiş və müzəffər qılmışdır.
40Muhəmməd, sizin igid/yetkin kişilərdən heç birinin atası deyildir. Ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Və Allah hər şeyi ən yaxşı biləndir.
Bu ayədə Rəsulullahın cəmiyyətdəkı mövqeyi vurğulanırkən, ilahi prinsiplərin tətbiq edilməsi mərhələsində edilən hücumlara da cavab verilir.
Bu ayənin enmə səbəbi haqqında aşağıdakı məlumatlar verilmişdir:
Peyğəmbər (s.ə.s), Zeynəb bt. Cahş ilə evlənincə, insanlar [münafiqlər]: “Muhəmməd oğlunun xanımı ilə evləndi” – dedilər. Buna görə bu ayə-i kərimə nazil oldu. Çünki, o [Zeyd] onun öz oğlu deyildi ki, vaxtilə onun xanımı olan daha sonra Peyğəmbərə haram olsun. O ucalıq və təzim etibariylə ümmətinin atasıdır. Onun xanımları, ümmətinin insanlarına haramdır. Uca Allah bu ayə-i kərimə ilə münafiqlərin və başqalarının qəlblərindən keçən bu qənaəti aradan qaldırır və Muhəmmədin, çağdaşı olan insanlardan heç birisinin gerçək mənada atası olmadığını bildirir. [37]
Bu ayədə ricalikum [sizin igid insanlarınızdan] ifadəsiylə Rəsulullahın heç oğlu olmadığı deyil, yetişkin oğlu olmadığı vurğulanmışdır. Belə ki, Rəsulullahın İbrahim, Qasım, Tayyib və Mutahhar adında oğulları olmuş, amma bunlar “igid kişi” çağına çatmamışdılar.
Ayədə üstünlüklə, Zeydin Muhəmmədin oğlu olmadığı, dolayısıyla onun boşadığı Zeynəb ilə Rəsulullahın evlənməsində problem olmadığı vurğulanır, ardından da Muhəmmədin, həm “Allahın Rəsulu”, həm də “nəbilərin hatəmi” [nəbilərin möhürü/sonuncusu] olduğu ifadə edilir.
Xatəmun-Nəbiyyin [Nəbilərin Sonuncusu]. Ayədə keçən xatəmən-nəbiyyin ifadəsi xatəm və ən-nəbiyyin sözlərindən ibarət olan bir isim tamamlığı olub “nəbilərin sonuncusu” deməkdir.
Xatəm. ختم [xətm] sözü “basmaq, damğa vurmaq, bir şeyi örtmək, içinə bir şeyin girməməsinə şərait yaratmaq” deməkdir. Bu kökdən törəyən ختام [xıtam] “bir şeyin sonu”; ختام القوم [xıtamul-qavm] “cəmiyyətin son fərdi”; ختام الوادى [xıtamul-vadi] “vadinin ən uc qismi”; خاتم [xatəm] “palçıq, mum üzərinə qoyulan şey; möhür”; حتم [hıtam] “möhrün basıldığı palçıq, mum” deməkdir. [38]
X-T-M. Bu qavram iki şəkildə işlədilir:
Birincisi: ختم və fellərin məsdəri olub, üzüyün və damğanın naxışı kimi bir şeyin təsirini anladır.
İkincisi: Naxışdan əldə edilən əsərin özünü ifadə edir. “Bir şeyi sağlamlaşdırma və qoruma altına alma” mənasında işlədildiyinə də rastlanır ki, bu Kitablara və qapılara vurulan möhür, onların qorunmasını və mühafizəyə alınmasını ifadə etdiyinə görədir. (…) Bəzən də meydana gələn naxış əsas alınaraq, “bir şeydən bir təsirliyin meydana gəlməsi” mənasında işlədilir. Bəzən də, bir işin sonuna gəlməyi/çatmağı anladır ki, “Quranı xətm etdim” [Quranı oxuyaraq sonuna qədər çatdım] deyilməsi buna görədir. (…) Xatəmən–nəbiyyin [Peyğəmbərlərin sonuncusu] ifadəsi, “Peyğəmbərliyi sona çatdırması, gəlişi ilə Peyğəmbərliyin tamamlanması” mənasına gəlir. [39]
Fel halında işlədildiyində söz “bir şeyin tamamlanması, tamamlandıqdan sonra hər hansı bir müdaxilənin qarşısının alınması üçün qapadılıb möhürlənməsi” mənasına gəlir ki, qapı, inşaat, zərf, qərar və sənəd möhürləmə bu qəbildəndir. Bu möhürləmə, işin sonlandırıldığının, sənədin tamamlandığının, artıq buna müdaxilə ediləməyəcəyinin vəsiqəsidir.
Bu halda ayədəki xatəmun-nəbiyyin [Peyğəmbərlərin möhürü] ifadəsi Peyğəmbərlik müəssisəsinin tamamlandığını, sona çatdığını, bundan sonra bu müəssisəyə kimsənin əlavə edilməyəcəyini ifadə edər.
Allah, elçilik müəssisəsini qapadıb, möhürləmişdir. Bu müəssisəyə kimsə girib, çıxmayacaqdır. Elçilərin etdiyi öhdəliklər, artıq ümmətə əmanət edilmişdir. Ümmət də sonsuza qədər qorunan Quran ilə bu işi davam edəcəkdir:
- 9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq. (Hicr/9)
- 102Ey iman edənlər! Allahın qoruması altına girənlər olmağınız üçün necə qoruma altına alınmağınız lazımdırsa, özünüzü beləcə, Allahın qoruması altına alın və ancaq müslimlər olaraq can verin.
- 103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir–birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur.
- 104Və içinizdən xeyirə çağıran, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağıl ilə pis/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyən bir başçılı cəmiyyət olsun. Və bax budur, onlar qurtuluşa çatanların məhz özləridir. (Al–i İmran/102-104)
- 110Siz, insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edir, vəhy və ortaq ağıl ilə pisliyi/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyir və Allaha inanırsınız. Kitab Əhli də inansaydı, onlar üçün əlbəttə, daha xeyirli olardı. Onların bəziləri möminlər, lap çoxu da yoldan çıxmış insanlardır. (Al–i İmran/110)
- 77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir! (Həcc/77, 78)
- 143Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik. Üzərində olduğun bu hədəfi/strategiyanı müəyyən etməyimiz də ancaq Elçiyə uyan insanları, iki dabanı üzərində geri dönəcəklərdən ayıraraq/işarələyib göstərmək/bildirmək üçündür. Təsbit etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi insanlardan başqalarına çox ağır gəlir. Və Allah, imanınızı yox edəcək deyildir. Heç şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Bəqərə/143)
Burada əvvəl nəbi və Rəsul sözlərinin mənalarını və bunlar arasındakı fərqi bəyan edib, sonra da bu barədə təhrif olunma nöqtələrinə diqqət edəcəyik:
Nəbi Və Rəsul. Nəbi النّبىّ [ənnəbi] sözü نبأ [nəbə/xəbər] sözündən törəmiş olub, “müxbir/xəbərci” deməkdir. [40] Ancaq nəbə sözü, Qəmər surəsinin təhlilində də qeyd etdiyimiz kimi, Quranda daima əhəmiyyətli xəbərlər haqqında işlədilir. Bu halda nəbi adi xəbəri deyil, “əhəmiyyətli xəbərləri verən adam” demək olur. Belə ki, nəbi sözü Quranda sadəcə Peyğəmbərləri ifadə etmək üçün işlədilmişdir. Çünki, Peyğəmbərlər adi xəbərləri deyil, Allahın onlara vəhy etdiyi, keçmişdəki böyük hadisələrə, gələcəyə, ölümə, ölümdən sonrasına [məhşərə, dirilməyə, cənnət və cəhənnəmə] dair xəbərləri vermişdilər.
Bunlardan bəzilərini təqdim edək:
- 55Və Biz ayələri bax budur, belə ətraflı olaraq açıqlayırıq. Və günahkarların yolu ortaya çıxsın, sənə bəlli olsun deyə. (Ənam/55)
- 100Bax budur, keçmişə yönəlik bu xatırlatma şəhərlərin ciddi xəbərlərindən, vacib biliklərindəndir. Biz onu sənə anladırıq – onlardan sağ olanı da vardır, biçilmiş əkin kimi olanı da. (Hud/100)
- 1–3Nə barədə – onların haqqında ayrı-ayrı inanca sahib olduqları böyük, əhəmiyyətli o xəbər haqqındamı soruşurlar? (Nəbə/1-3)
- 3–5Quranda özlərinə verilən hər əmr, “qərarlaşdırılmış, ən üstün səviyyədə yetərli, haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş bir qanun, düstur və qayda” olduğu halda, onlar yalan saydılar və hərisliklərinə uydular. Şübhəsiz, onlara inandırıcı xəbərlər də gəlmişdi. Buna baxmayaraq, xəbərdarlıqlar fayda vermir. (Qəmər/3-5)
Bəzi qərb araşdırmaçılar nəbi sözünün İbranicə “nabbi” sözündən gəldiyini iddia etsələr də, nəbi sözü şəkil və kök etibariylə ərəbcə bir sözdür.
Rəsul. الرسول [ərRəsul] sözü “hər hansı bir şeyin parçası” mənasındakı رس ل [r s l] kökündən, bu isə bədəvilərin dəvə sürülərini su başlarına hissə-hissə salmasından gəlir.
الرسول [Rəsul], “göndərilən/elçi” deməkdir. Vəz edildiyi ilk mənasına görə Rəsul “özünü göndərənin, göndəriş məqsədinə, xəbərlərinə, məlumatlarına tabe olan adam” deməkdir. `[41]
Bu mənanı bir az açaraq Rəsulun [elçinin] “seçilən, müəyyən bir məqsəd üçün birilərinə, özünü seçib göndərən tərəfindən məlumat və xəbər götürən adam” olduğunu söyləmək mümkündür.
Dini mənada isə Rəsul “Allahın seçdiyi, qullarına çatdırması üçün ona təslim edilən məlumat və xəbərləri qullara çatdıran adam” deməkdir.
Bu halda, funksional olaraq “Rəsul” ilə “nəbi” arasında fərq yoxdur, bütün Rəsullar nəbidir. Bu, aşağıdakı ayədə konkret olaraq görülə bilir:
- 6–8Və Biz öncəkilərə də necə peyğəmbərlər göndərmişdik. Onlar özlərinə gələn hər peyğəmbəri qətiliklə lağa qoyduqlarına görə… Biz qüvvətcə onlardan daha güclü olanları dəyişikliyə/dağıntıya uğratdıq. Əvvəlkiləri də nümunə göstərdik. (Zühruf/6-8)
Bir çox ayədə də bəzi Peyğəmbərlər həm nəbi, həm də Rəsul olaraq xarakterizə edilmişdilər:
- 106–110Bir zamanlar qardaşları Nuh onlara demişdi ki: “Siz Allahın qoruması altına girməzsinizmi? Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Və buna qarşılıq olaraq mən sizdən heç bir ödəniş istəmirəm. Mənim ödənişim ancaq aləmlərin Rəbbindəndir. Artıq Allahın qoruması altına girin və mənə itaət edin!” (Şüəra/106-110)
- 61–63Nuh dedi ki: “Ey qövmüm! Məndə hər hansı bir pozğunluq yoxdur. Mən, aləmlərin Rəbbi tərəfındən göndərilmiş bir elçiyəm. Sizə, Rəbbimin göndərdiyi doğruları təbliğ edirəm, sizə öyüd verirəm və Allah tərəfındən, sizin bilmədiyiniz şeyləri bilirəm. Allahın qoruması altına girməyiniz və mərhəmətə çata bilməyiniz üçün, içinizdən sizi xəbərdar edəcək bir insana, Rəbbinizdən bir öyüd/kitab gəlməsinə təəccübmü etdiniz?” (Əraf/61-63)
- 84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inandıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslamlaşanlarıq”.(Al-i İmran/84)
- 41Kitabda İbrahimi də an/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi. (Məryəm/41)
- 51Və Kitabda Musanı da an/xatırlat. Şübhəsiz, o, arıdılaraq saflaşdırılmış idi. Və bir elçi, bir peyğəmbər idi. (Məryəm/51)
Və Əraf/104, 105; Zühruf/46; Nisa/154-158; Maidə/75; Şüəra/124-135, 142-152, 161-166, 177-184.
Buradan anlaşılan odur ki, həm Rəsula, həm də nəbiyə Kitab verilmiş və hər ikisi də təbliğlə məsul tutulmuşdur. Beləliklə, funksional olaraq aralarında bir fərq yoxdur. Bu ayələrə baxıla bilər: Nisa/64; Ənbiya/25; Rum/47; Nisa/136; Tövbə/97; Ənam/42; Əraf/94-95; Ənkəbud/27; Bəqərə/213.
Rəsul ilə Nəbi Arasındakı Fərq. Həcc surəsində Nəbi və Rəsul sözləri bir-birinə nisbət verilmişdir.
- 52–54Və Biz səndən öncə heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah şeytanın/İblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah şeytanın buraxdığını, qəlblərində xəstəlik olan, təfəkkürü pozulmuş və qəlbləri qas-qatı olan insanlar üçün, onları dindən çıxarmaq üçün… Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər… Özlərinə bilik verilmiş olan insanlar Quranın şübhəsiz, Rəbbindən gələn bir gerçək olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah Alimdir – çox yaxşı biləndir, Hakimdir – ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz ki, Allah iman edən insanları ən doğru yola bələdçiləyəndir. (Həcc/52-54)
Bu iki kəlimə arasındakı fərqin anlaşılması üçün bu ayələr nəzərə alınmalıdır:
- 80Yoxsa onlar, şübhəsiz, Bizim onların sirlərini və pıçıltılarını eşitmədiyimizimi sanırlar? Bəli, eşidirik! Yanlarında olan elçilərimiz isə yazırlar. (Zühruf/80)
- 61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilirlər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”. (Ənam/61, 62)
Bu iki kəlimə arasındakı bir digər fərq də budur: Rəsul, həm insandan, həm də mələkdən olurkən, nəbi sadəcə insandan olur:
- 75,76Allah xəbərçi ayələrdən də elçilər seçər, insanlardan da elçilər seçər. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnız və yalnız Allaha döndərilir. (Həcc/75, 76)
Burada mələk elçi ilə “Quran, Kitab” qəsd edilmişdir:
- 1–7Qrup şəklində/nəcm-nəcm göndərilərək, önünə gələnləri alt-üst edən, cəmiyyətləri canlandırdıqca canlandıran, canlandırdıqca da haqqı və batili ayıran, üzrxahlıq və ya xəbərdarlıq olaraq öyüd verən Quran ayələri sübutdur ki, qətiyyətlə təhdid olunduğunuz, qorxudulduğunuz şey, mütləq baş verəcəkdir. (Mürsəlat/1-7)
- 10,11Allah onlara şiddətli bir əzab hazırlamışdır. O halda, ey qavrama qabiliyyətləri olan iman edənlər! Allahın qoruması altına girin. Qətiliklə Allah iman etmiş və düzəltmək yönündə işlər edənləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün sizə bir öyüd, sizə Allahın açıq-açıq ayələrini/əlamətlərini/nümunələrini oxuyan bir elçi endirdi. Və hər kim Allaha inanar və saleh əməl işləyərsə, Allah onu altlarından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlərə girdirər. Allah onun üçün ruzini gözəlləşdirmişdir. (Talaq/10, 11)
Həcc/52-ci ayə, sanki fərq varmış kimi, nisbətlə gəlmişdir. Amma paraqraf bütünlüyü nəzərə alındığında oradakı Rəsul “Kitab”, nəbi isə “Peyğəmbər” olaraq anlaşıla bilir.
Nəticə olaraq deyə bilərik ki, bir adamda Rəsulluq vəzifəsi varsa, onda nəbilik vəzifəsi də vardır. Belə ki, elçi olmadan/təyin olunmadan, xəbər vermə imkanı olmaz. Xəbərçilik bitdiyinə görə, elçilik də bitmişdir. Artıq yeni bir xəbər/məlumat gətirən kimsə olmayacağına görə, elçi də göndərilməyəcək deməkdir. Elə isə Rəsul və nəbi kəlmələri arasındakı ən müəyyənedici fərq, elçilik/risalət vəzifəsinin Allaha yönəlik, nəbilik/xəbərçilik xüsusiyyətinin qullara yönəlik olmasıdır.
Peyğəmbərliyin elçilik/risalət yönü Allah nöqteyi-nəzərindən [Allahdan alıb gətirirlər], xəbərçilik yönü qullar nöqteyi-nəzərindəndir [Allah adından qullara xəbər verirlər].
Bəziləri “Rəsul” və “nəbi” arasında fərq olduğu iddiasına əsaslanaraq, “Muhəmmədin son nəbi olduğunu, amma son Rəsul olmadığını” irəli sürmüşlər, sonra da özlərini və ya üstadlarını Rəsul elan etmişlər.
41,42Ey iman edənlər! Allahı anmağınızı “daima anmaq” olaraq anın. Və Onu hər zaman nöqsan sifətlərdən arındırın.
43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır.
Rəsulullaha edilən xitablardan sonra bu ayələrdə möminlərə xitab edilmiş, onların Allah və Elçisinə qarşı edilən hücumlar qarşısında nə etməli olduğu bildirilmiş və axirətdə qarşılaşacaqları qürurlu aqibət özlərinə müjdələnmişdir.
Burada verilən öhdəliklər bunlardır:
- Allah şüurla anılmalıdır.
- Allah daima tanıdılmalı, cahillər və xainlər tərəfindən Allaha edilən iftiralar aradan qaldırılmalıdır:
- 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)
- 2–4Heç şübhəsiz, möminlər ancaq Allah anıldığı zaman ürəkləri ürpərən, Onun ayələri özlərinə oxunduğu zaman iman baxımından güclənən, həmçinin yalnız və yalnız Rəbbinə nəticəsini həvalə edən, salaatı iqamə edən və Bizim özlərinə ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyənlərdir. Bax budur, bunlar həqiqətən inananların, məhz özləridir. Onlara Rəbbi qatında dərəcələr, bağışlama və hörmətli bir ruzi vardır. (Ənfal/2-4)
- 27–29,31Yenə o kafirlər: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyərlər. De ki: “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz. (Rad/27-29, 31)
Ayədəki O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün sizə dəstək verəndir. Onun mələkləri də (dəstək verirlər) ifadəsi, endirilən ayələrin insanları aydınlatmasını ifadə edir. Allah endirdiyi vəhylər ilə insanları qaranlıqlardan aydınlığa çıxarır.
Bu reallıq Qədr surəsində aşağıdakı ifadələrlə zikr edilmişdi:
- 1Şübhəsiz, Biz dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik.
- 2Qədr gecəsi nədir – sənə nə bildirdi/öyrətdi?
- 3Qədr gecəsi min aydan daha xeyirlidir.
- 4,5Xəbərçi ayələr, içlərindəki ruh… can qatan, canlı tutan gücləri ilə Rəblərinin izni ilə/biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər enərlər… hər bir işdən…
- Salam! (Qədr/1-5)
- 24Ey iman edənlər! Elçi sizi, sizə həyat verəcək şeylərə çağırdığı zaman Allaha və Elçiyə qarşılıq verin. Və bilin ki, Allah insan ilə onun qəlbi arasına girər. Və siz, tam qətiliklə, Onun hüzurunda toplanacaqsınız. (Ənfal/24)
Bu ayədəki Ona qovuşacaqları gün onların salamlamaları “Salam”dır ifadəsi, fərqli bir mükafatlandırma tərzidir. Salamlaşma səmimiyyət və sevgi ifadə edər. Salam başqa ayələrdə də zikr edilmişdir:
- 58Söz olaraq onlara əngin mərhəmət sahibi Rəbdən “salam” vardır. (Ya Sin/58)
- 10Onların oradakı duaları: Allahım! Sən hər cür əskiklikdən münəzzəhsən!” – olar. Və onların oradakı salamlaşmaları: “Salam” – dır [sağlıq, salamatlıq, xoşbəxtlikdir]! Dualarının sonu da: “Bütün təriflərin, Aləmlərin Rəbbi Allaha olması!”dır. (Yunus/10)
- 30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər. (Nəhl/30-32)
45–48Ey Peyğəmbər! Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Öz izni ilə/biliyi ilə Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərdik/elçi etdik. Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğunu müjdələ. Kafirlərə və münafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha həvalə et. Və “bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah yetər.
Bu ayələrdə, Rəsulullah təkrar müxatib alınaraq özünün insanlara bir şahid, bir müjdəçi, bir xəbərdarlıq edən, Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərildiyi açıqlanıb, bu məqsədlər istiqamətində etməli olduqları bildirilmişdir.
Burada, Rəsulullah üçün zikr edilən xüsusiyyətlər və ona verilən öhdəliklər bir çox yerdə keçmiş və geniş şəkildə açıqlanmışdı. Ayədəki Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğunu müjdələ ifadəsi daha əvvəl belə açıqlanmışdı:
- 22Özlərinə vaqe olduğunda, qazandıqları şeylərə görə, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanların ürkdüklərini görərsən. İman etmiş, düzəltmək yönündə işlər edənlər isə cənnətlərin bağçalarındadırlar. Rəbbinin yanında, onlar üçün istədikləri şeylər vardır. Bax budur, bu, böyük ərməğanın məhz özüdür. (Şura/22)
Paraqrafın son cümləsində: Kafirlərə və münafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən Allaha təvəkkül et. Vəkil olaraq da Allah yetər – deyilərək surənin başında edilən xəbərdarlıq təkrarlanmışdır: Rəsulullaha, övladlığı Zeyd və Zeynəblə əlaqədar tətbiqatlar haqqında kafirlərin və münafiqlərin pis söz və təbliğatlarına fikir verməməsi xəbərdarlığı edilirkən, möminlərə də ismarıc verilir ki, haqqa əsaslanan tətbiqatlarda qarşılaşacaqları çətinliklərə görə dönməsinlər, dedi-qoduları nəzərə almasınlar:
- 54Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında möminlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət gətirər ki, Allah onları sevər, onlar da Onu sevərlər. Onlar Allah yolunda çalışar və heç bir qınayanın qınamasından qorxmazlar. Bu, Allahın dilədiyinə verdiyi bir ərməğandır. Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. (Maidə/54)
Rəsulullahın və ümmətin şahidliyi məsələsi Bəqərə surəsində açıqlanmışdı:
- 143Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik. Üzərində olduğun bu hədəfi/strategiyanı müəyyən etməyimiz də ancaq Elçiyə uyan insanları, iki dabanı üzərində geri dönəcəklərdən ayıraraq/işarələyib göstərmək/bildirmək üçündür. Təsbit etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi insanlardan başqalarına çox ağır gəlir. Və Allah, imanınızı yox edəcək deyildir. Heç şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Bəqərə/143)
- 8Bax o ulduzların silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı zaman, 10dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləri “Ayırdetmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman, 14“Ayırdetmə günü”nün nə olduğunu sənə nə bildirdi? 15O gün, yalan sayanların vay halına! (Mürsəlat/8-15)
- 41Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də budur, bunların üzərinə bir şahid olaraq gətirdiyimiz zaman, bax, necə olur? (Nisa/41)
49Ey iman edənlər! Mömin qadınları nikahlayıb, sonra onlara toxunmadan boşadığınız zaman, artıq sizin üçün üzərlərində sayacağınız bir gözləmə müddəti yoxdur. Dərhal onları qazanclandırın və onları gözəl bir şəkildə azad edin.
Müstəqil bir bölmə olan bu ayənin, əvvəlki və sonrakı ayələrlə hər hansı bir bağı yoxdur. Rəsmi Düzülüş tərtib heyəti tərəfindən burada tərtib edilmişdir. Bu ayədə, özüylə gərdəyə girilmədən əvvəl boşanan qadının hüququ bildirilmişdir.
Boşanma və dul qalma kimi hallarda qadının iddətinin nə qədər olacağı məsələsi Bəqərə surəsində işlənmişdi. [42] Burada iddətdən bəhs edən digər ayələri təqdim edirik:
- 228Boşanmış qadınlar isə öz özlərinə üç adət dövrü müddəti gözləyərlər. Əgər Allaha və Axirət gününə inanırlarsa, Allahın bətnlərində əmələ gətirdiyini gizləməkləri özlərinə halal olmaz. Və onların ərləri barışmaq istəyərlərsə, o müddət içərisində onları geri almağa daha çox haqq sahibidirlər. Və onların zərərlərinə olanlar kimi, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə öz yararlarına olanlar da vardır. Kişilər üçün də, onların üzərində bir dərəcə vardır. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Bəqərə/228)
- 4Və qadınlarınızdan heyzdən kəsilənlər və heyz halı olmayanlar… Əgər şübhə edərsinizsə, onların gözləmə müddəti üç aydır. Hamilə olanların da gözləmə müddəti, yüklərindən azad olana qədər – doğmaları və ya uşağı salmalarıdır. Kim Allahın qoruması altına girərsə, Allah ona işində bir asanlıq təmin edər. (Talaq/4)
Ayədəki dərhal onları qazanclandırın ifadəsindən, Bəqərə/236-237-də bəhs edilən “təsbit edilən mehirin yarısının” dərhal verilməsi, hətta məcburi olmadıqları halda, daha artığının belə verilməli olduğu anlaşılır. Və onları gözəl bir şəkildə buraxın ifadəsindən də aydın olur ki, qadının qüruruna toxunan bir hərəkət etmədən, günahlandırmadan, gələcəyini qaraltmadan, ağayana şəkildə buraxılmalıdır.
50Ey Peyğəmbər! Şübhəsiz, Biz mehirlərini verdiyin zövcələrini, Allahın qənimət olaraq sənə verdiklərindən, sözləşmə ilə malik olduğunu/döyüş əsirlərindən himayənə verilmiş qadınları, əminin, xalanın, dayının və bibinin qızlarından səninlə birlikdə hicrət etmiş olanları və özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi Mömin qadını, möminlərin səviyyəsindən aşağı olmaq üçün və sadəcə sənə xas olaraq, sənə halal qıldıq. Biz öz zövcələri və sözləşmələrinin malik olduqları şeylər barəsində səndən başqa möminlərə nəyi fərz etdiyimizi qətiliklə bildik, daha öncə açıqladıq. Bu vəziyyət – sənə istisna olaraq gətirilən çoxarvadlılıq və digər xüsusi maddələr sənin üçün bir çətinlik olmasın deyədir. Və Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.
51Onlardan dilədiyini təxirə salıb, dilədiyini də yanına ala bilərsən. Ayrıldıqlarından, istək duyduqlarına dönməyində artıq sənin üçün bir qadağa yoxdur. Onların gözlərinin aydınlanıb, hüznə qapılmamalarına və özlərinə verdiyinlə hamısının məmnun olmalarına ən yaxın olan budur. Allah qəlblərinizdə olanı bilməkdədir. Allah hər şeyi bilən və çox yumşaq davranandır.
52Bundan sonra qadınlar və bunları başqa qadınlarla dəyişdirmək, gözəllikləri xoşuna gəlsə belə, sənə halal olmaz. Ancaq andının malik olduğu/hərb əsiri olaraq sənin himayənə verilən başqa… Onu nikahlaya bilərsən. Allah hər şeyi müşahidə edib, sınaqdan keçirəndir.
Bu ayələrdə ailə hüququ əhatəsində ancaq Rəsulullaha xas olan, digər möminlərə aid olmayan qaydalardan bəhs edilir ki, bunlar belə sıralana bilir:
- Peyğəmbərə, mehirlərini verdiyi həyat yoldaşları, Allahın qənimət olaraq verdiklərindən sözləşməsinin malik olduğu [döyüş əsirlərindən himayəsinə verilmiş qadınlar], əmisının qızlarından, bibisinin qızlarından, dayısının qızlarından və xalasının qızlarından özüylə birlikdə hicrət etmiş olanlar və özünü Ona hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi Mömin qadın, möminlərin səviyyəsindən aşağı, sadəcə Peyğəmbərə xas olaraq halaldır.
- Bu istisnalıq Peyğəmbər üçün bir çətinlik olmaması üçündür.
- Peyğəmbər, həyat yoldaşlarındən dilədiyiylə bərabər olma haqqına sahibdir.
- Peyğəmbər bunlardan ayrıldığı eşiylə təkrar birləşə bilər.
- Peyğəmbər bundan sonra hər hansı bir qadınla evlənə bilməz. Sadəcə himayəsinə verilmiş hərbi əsir olan qadını nikahlaması sərbəstdir.
Bu ayələrdə, Rəsulullahın çox arvadlılığı himayə və siyasi faydaya bağlanır.
Ayədə əqrəba qızlarının sayılması və onlarla evliliyin hicrət qeydinə bağlanması, hicrət etməyənlərin mömin sayılmamasından qaynaqlanır. Necə ki, Ənfal surəsində belə buyurulmuşdu:
- 72Şübhəsiz, iman etmiş, yurdlarındən köç etmiş, Allah yolunda mallarıyla, canlarıyla döyüşən və sığınacaq verib, kömək edən bu insanlar – bəli, bax budur, bunlar biri digərinin kömək edəni, yol göstərəni, qoruyan yaxını olanlardır. İnanan və hicrət etməyən insanlara gəlincə, hicrət edənə qədər onlarla yaxınlıq etmək barəsində söz belə ola bilməz. Və din uğrunda kömək istəyərlərsə, aranızda andlaşma olan bir xalqın zərərinə olmadan, onlara kömək etməlisiniz. Və Allah etdiklərinizi çox yaxşı görəndir. (Ənfal/72)
Ayədəki möminlərin səviyyəsindən aşağı olmaq üçün və sadəcə sənə xas olaraq ifadəsi, təəssüf ki, ənənədə, “özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi Müsəlman qadın” şəklində anlaşılmış və bundan da, mehirsiz evlənməyin sadəcə Rəsulullaha xas olduğu, digər Müsəlmanların mehirsiz evlənməsinin halal olmadığı hökmü çıxarılmışdır. Bizə görə bu ifadə, yuxarıda olan maddələrin hamısına yönəlikdir. Həmçinin ayədəki min dunil-möminin [möminlərin səviyyəsindən aşağı] ifadəsi, çoxarvadlılığın xoş bir şey olmadığını, möminlərə uyğun olmadığını, ancaq məxsusi şərtlərə uyğun olaraq, Peyğəmbərə bu yükün yükləndiyini ifadə edir.
Ayədəki Biz öz zövcələri və sözləşmələrinin malik olduqları şeylər barəsində səndən başqa möminlərə nəyi fərz etdiyimizi qətiliklə bildik ifadəsiylə də digər möminlərin evlilik qaydalarının fərqli olduğu açıqlanır ki, bu qaydalar da Bəqərə/221, 230, Nisa/20-26 və Maidə/5-də zikr edilmişdir.
52-ci ayədəki Bundan sonra qadınlar və bunları başqa qadınlarla dəyişdirmək, gözəllikləri xoşuna gəlsə belə, sənə halal olmaz ifadəsiylə həm Peyğəmbərin həyat yoldaşlarını boşamasının qarşısı alınır, həm də bir cahiliyyə ənənəsi ortadan qaldırılır. Bu ənənə haqqında qaynaqlarda aşağıdakı məlumat yer alır:
Burada qəsd edilən, ərəblərin etmiş olduqları bir işdir. Biri digərinə: “Sən mənim xanımımı al, mənə də sənin xanımını ver” – deyirdi. Darekutninin rəvayət etdiyinə görə, Əbu Hureyrə belə demişdir: cahiliyyə dövrində, bir adam digərinə: “Sən mənim üçün xanımından əl çək, mən də sənin üçün xanımımdan əl çəkərəm və sənə artığını da verərəm” – deyir və beləliklə, xanımlarını dəyişdirirdilər. Buna görə Uca Allah: Bundan sonra qadınlar və bunları başqa qadınlarla dəyişdirmək, gözəllikləri xoşuna gəlsə belə, sənə halal olmaz – buyurdu. [43] Bu ayələr çərçivəsində Rəsulullahın çoxarvadlılığı ilə əlaqədar aşağıdakı kimi dəyərləndirmə edilə bilər:
Peyğəmbərimizin çoxarvadlılığı. Normal şərtlərdə İslamda çoxarvadlılığın olmadığı, çoxarvadlılığın ancaq fövqəladə şərtlərdə ictimai nüfuzun qərarıyla tətbiq olunacaq məxsusi bir hal olduğu, Nisa surəsindən anlaşılır. Peyğəmbərimizin çoxarvadlılığı isə, Nisa surəsində qeyd edilən ümumi hökmlərdən başqa bəzi məxsusi istisnalara əsaslanır.
Özlərini yaxından maraqlandırdığı halda təəssüf ki, Müsəlmanlar bu mövzunu kifayət qədər araşdırmamış və doğru biliyə çata bilməmişdilər. Hər mövzuda olduğu kimi, bu mövzuda da uydurma rəvayətlər öz hökmünü yürütmüş və bir çox insan, çoxarvadlı olması dəlil göstərilərək, Peyğəmbərimizin otuz kişi gücündə olması yalanına inandırılmışdır. Peyğəmbərimizi ucaltmaq naminə uydurulan bu cür yalanlar nəticəsində müsəlman olmayanlar Peyğəmbərimizi qadın düşkünü, şəhvətpərəst biri olaraq dəyərləndirmişdilər. Bu hal İslamı tanıtmağa və anlatmağa cəhd edən hər kəs üçün böyük əhəmiyyət kəsb edir.
Peyğəmbərimizin Gəncliyi, Subaylığı. Peyğəmbərimiz kişilərin 12-14 yaşları arasında həddi-büluğa çatdığı bir iqlimdə doğulub böyümüşdür. O dövrdə ətrafında zina və fühuşun yayğın olmasına, iffətsizliyin baş alıb getməsinə baxmayaraq, Peyğəmbərimiz tamamilə düzgün bir həyat sürmüş, onun iffətsiz, qadına düşkün, şəhvətpərəst davranışlarda olduğu heç görünməmiş və eşidilməmişdir. Peyğəmbərimizin bu xüsusiyyətləri qərbli-şərqli bütün tarixçilər və araşdırmaçılar tərəfindən də qəbul edilmişdir.
Peyğəmbərimizin Evlilik Həyatı. Peyğəmbərimiz ilk evliliyini 25 yaşında bir gənc ikən, özündən 15 yaş böyük, iki dəfə evlilik keçirmiş dul bir qadın olan Xədicə ilə etmişdir. Xədicənin ölümünə qədər 25 il davam edən bu bərabərlik əsnasında Peyğəmbərimiz başqa bir qadınla evlənməmiş, eynilə subaylığındakı kimi həyatını, iffətinə xələl gətirmədən, qüsursuz olaraq yaşamışdır.
Allah tərəfindən elçi olaraq seçildiyində, bu mübarizəsindən əl çəkməsi üçün ona krallıq, sərvət və Məkkənin ən gözəl-zəngin qızları təklif edilmiş, bütün bunları əlinin tərsiylə itələyərək, hər kəsin bildiyi o məşhur cavabı vermişdir: “Bir əlimə ayı, bir əlimə günəşi qoysanız, yenə də davamdan əl çəkmərəm”.
Peyğəmbərimiz, istər subaylıq dövründə, istərsə də Xədicə ilə evli olduğu dövrdə heç kimsə tərəfindən neqativ tənqidlərə məruz qalmamışdır.
Xədicə öldüyü zaman tək-tənha qalan Peyğəmbərimizin üzərindəki ağır elçilik vəzifəsinə, bir də yetim qalan övladların məsuliyyəti əlavə edilmişdir.
Peyğəmbərimizin bundan sonrakı evlilik həyatı isə, öhdəsinə götürdüyü vəzifənin tələblərinə uyğun olaraq, öz iradəsi xaricində çoxarvadlı hala dönmüşdür, amma bu vəziyyətdən nə özü, nə də həyat yoldaşları xoşbəxt olmamışdılar. Peyğəmbərin həm özünün, həm də xanımlarının fədakarlığını tələb edən bu çoxarvadlı həyatını ən yaxşı şəkildə Qurandan öyrənmək olar. Ona görə də bu mövzuda başqa mənbə axtarmağa ehtiyac yoxdur.
Peyğəmbərimizin çoxarvadlılığı mövzusunun yaxşı anlaşıla bilməsi üçün, əvvəl Müsəlmanların evliliklərini tənzimləyən evlilik haqqındakı ümumi qaydaların zikr edildiyi ayələrə baxılmalıdır:
- 22Və qadınlardan atalarınızın nikahladıqlarını nikahlamayın. Ancaq keçən keçmişdir. Şübhəsiz ki, bu, çirkin bir həyasızlıqdır və qəzəb duyulan bir iyrənclikdir. Nə pis bir yoldu o!
- 23,24Sizə analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirmiş olan analarınız, süd bacılarınız, qadınlarınızın anaları, birləşmə etdiyiniz qadınlarınızın əvvəlki ərlərindən doğulub, evinizdə olan ögey qızlarınız… anaları ilə birləşmədinizsə, sizə bir qadağa yoxdur, öz belinizdən olan oğullarınızın arvadları və iki bacının evlilik arasını birləşdirməyiniz, keçmişdə olub keçənlər xaric, andlarınızın sahib olduqları xaric, muhsan/nikahlı qadınlar da haram qılındı. Allah çox əfvedici, çox mərhəmətlidir. Bunlar Allahın üzərinizə yazdığıdır. (Nisa/22-24)
- 221Və ortaq qoşan qadınları iman edincəyə qədər nikahlamayın. İman etmiş, kafirlərin himayəsindəki bir kölə qadın, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir qadından daha xeyirlidir. Ortaq qoşan kişiləri də iman edincəyə qədər nikahlamayın. İman etmiş bir kişi kölə, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir kişidən daha xeyirlidir. Ortaq qoşanlar atəşə çağırırlar, Allah isə Öz biliyi ilə cənnətə və bağışlanmağa çağırır. O, öyüd alıb düşünsünlər deyə insanlara ayələrini ortaya qoyar. (Bəqərə/221)
- 5Bu gün sizə yaxşı və təmiz şeylər halal qılındı. Kitab verilənlərin yeməyi sizə, sizin də yeməyiniz onlara halaldır. Möminlərdən azad qadınları və həmçinin sizdən öncə özlərinə Kitab verilənlərdən olan azad qadınları nikahlayaraq qoruma altına almaq, zina etməmək və gizlicə dostlar etməmək şərti ilə, özlərinə mehirlərini ödədiyiniz hallarda sizə halal qılındı. Kim imanı tanımayıb küfr edərsə, artıq qətiliklə onun etdiyi boşa getmişdir və o, axirətdə itkiyə/zərərə uğrayıb, acı çəkənlərdəndir. (Maidə/5)
Yuxarıdakı ayələrdə açıqlanan qaydalardan başqa Quranda, Bəqərə/230-da bildirilir ki, bir kişi üçüncü dəfə boşadığı bir qadınla təkrar evlənə bilməz; Əhzab/6-da bildirilir ki, Peyğəmbərin həyat yoldaşları möminlərin Analarıdır, beləliklə də onlarla da evlənmək olmaz və təaddud-i zəvcat/çox arvadlılıq ancaq fövqəladə şərtlərdə tətbiq edilə bilər.
Bunlar İslamın nikahla bağlı bütün ümmətə aid olan ümumi hökmləridir. Bunların xaricində Quranda Peyğəmbərimizə xas qaydalar da vardır:
- 50Ey Peyğəmbər! Şübhəsiz, Biz mehirlərini verdiyin zövcələrini, Allahın qənimət olaraq sənə verdiklərindən, sözləşmə ilə malik olduğunu/döyüş əsirlərindən himayənə verilmiş qadınları, əminin, xalanın, dayının və bibinin qızlarından səninlə birlikdə hicrət etmiş olanları və özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi Mömin qadını, möminlərin səviyyəsindən aşağı olmaq üçün və sadəcə sənə xas olaraq, sənə halal qıldıq. Biz öz zövcələri və sözləşmələrinin malik olduqları şeylər barəsində səndən başqa möminlərə nəyi fərz etdiyimizi qətiliklə bildik, daha öncə açıqladıq. Bu vəziyyət – sənə istisna olaraq gətirilən çoxarvadlılıq və digər xüsusi maddələr sənin üçün bir çətinlik olmasın deyədir. Və Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.
- 51Onlardan dilədiyini təxirə salıb, dilədiyini də yanına ala bilərsən. Ayrıldıqlarından, istək duyduqlarına dönməyində artıq sənin üçün bir qadağa yoxdur. Onların gözlərinin aydınlanıb, hüznə qapılmamalarına və özlərinə verdiyinlə hamısının məmnun olmalarına ən yaxın olan budur. Allah qəlblərinizdə olanı bilməkdədir. Allah hər şeyi bilən və çox yumşaq davranandır.
- 52Bundan sonra qadınlar və bunları başqa qadınlarla dəyişdirmək, gözəllikləri xoşuna gəlsə belə, sənə halal olmaz. Ancaq andının malik olduğu/hərb əsiri olaraq sənin himayənə verilən başqa… Onu nikahlaya bilərsən. Allah hər şeyi müşahidə edib, sınaqdan keçirəndir. (Əhzab/50-52)
Bəzi təfsir və tərcümələr, 50-ci ayədəki Və özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikahlamaq istədiyi mömin qadını ifadəsini, “mehir istəmədən Peyğəmbərlə evlənmək istəyən mömin qadın” olaraq açıqlamışlar və ayənin davamında hal zərfi olaraq keçən Möminlərə aid olmadan, sadəcə sənə xas olaraq ifadəsini də bu qismə bağlayaraq, sadəcə Peyğəmbərin mehir ödəmədən nikah edə biləcəyinə, digər Müsəlman insanların isə mehirsiz nikah edəməyəcəklərinə qail olmuşdılar. Halbuki Nisa/24-dəki …miqdarın təsbitindən sonra, qarşılıqlı razılaşdığınız bir şey barəsində üstünüzə məsuliyyət yoxdur ifadəsi ilə Nisa/4-dəki …həyat yoldaşları könül rızalarıyla sizə mehirlərindən bağışlayarlarsa, onu da afiyətlə, daxili rahatlıqla yeyin ifadəsi, açıq olaraq həyat yoldaşların bir-birlərinə bağışlarda ola biləcəyini bildirir. Yəni hər ər-arvad mehir barəsində anlaşa bilər və belə bir anlaşma ilə qadınlar mehirlərinin tamamını və ya bir qismini ərlərinə bağışlaya bilirlər. 50-ci ayədəki özünü hibə edən mömin qadın ifadəsiylə də, “bu işə baş qoyan, malını-mülkünü və ömrünü Peyğəmbər uğrunda xərcləməyə qərar verən mömin qadın” qəsd edilmişdir. Necə ki, Peyğəmbərin həyat yoldaşları arasında belələrinin varlığı bir reallıqdır.
50-ci ayədəki möminlərin səviyyəsindən aşağı, sadəcə sənə xas olaraq ifadəsi, “hal zərfi” olaraq işlədildiyindən, yuxarısında keçən bütün maddələri əhatə edər. Yəni ayə “bu sayılanların nikahlanması halında ortaya çıxacaq çoxarvadlılıq məsələsi sadəcə sənə xasdır, möminlərə deyil” mənasındadır.
50-ci ayədəki bir başqa maddədə isə, Peyğəmbərimizə digər Müsəlmanlara nəzərən məhdudiyyət gətirilir, digər Müsəlmanlar üçün əmi, xala, dayı, bibi qızları ilə nikahlanmaq sərbəst buraxılmış ikən, Peyğəmbərimizin bunlar arasından sadəcə onunla hicrət edənləri nikahlaya biləcəyi bildirilir.
Peyğəmbərimizlə əlaqədar bu fərqliliklərin səbəbi isə, “onun çətinlik çəkməməsi” olaraq açıqlanmışdır. Peyğəmbərimizin çəkdiyi və ya çəkməsi ehtimalı olan çətinlik və sıxıntılar isə, onun vəzifəsindən qaynaqlanan çətinlik və sıxıntılardır:
Təbliğ Öhdəliyi Və Çətinlikləri. İslamın qaydaları sadəcə kişilərə deyil, qadınlara da aiddir, beləliklə, onlara da bildirilməli, anladılmalı və öyrədilməlidir. Bu qaydaların bəziləri ilk növbədə qadınlara yönəlikdir. Bunların qadınlara öyrədilməsi, öyrədənlərin qadın olması ilə daha asan olur. Çünki həm qadınlar onları maraqlandıran sualları bütün açıqlığı ilə bir kişidən soruşmaqdan utana bilirlər, həm də Peyğəmbərimiz şəxsi həyatla, cinsiyyətlə əlaqədar mövzuları qadınlara anlatma xüsusunda çətinlik çəkə bilərdi.
Belə ki, tətbiqat da bu yöndə olmuş, qadınlara xas qaydaları Müsəlman qadınlar Peyğəmbərimizin həyat yoldaşlarından öyrənmişdilər.
Sosial Çətinliklər. Quranın endiyi dövrdə, ərəblər arasındakı bir ənənəyə görə və bu ənənədən qaynaqlanan tabunun İslamda yeri olmadığı üçün yıxılması lazım idi. Bunun ən qısa və ən təsirli yolu isə, o tabunun Peyğəmbərimiz tərəfindən felən yıxılması idi. Necə ki, Peyğəmbərimiz də övladlığı olan Zeydin boşadığı Zeynəb bt. Cahş ilə evlənərək, bu tabunu yıxdı. Bu evlilik, övladlıqların öz övlad olmadığını, övladlığın boşadığı qadının, övladlığın atası mövqeyindəkı bir adam ilə evlənə biləcəyini cəmiyyətə ən təsirli şəkildə öyrətmişdir.
O dövrdəki pis ənənələrdən biri də, döyüş əsiri qadınların alınıb-satılması idi. Yenə Peyğəmbərimiz, bir döyüş əsiri olan Cüveyriyə ilə evlənərək, bu yanlış ənənəni ortadan qaldırmış, onların da hər insanın sahib olduğu qürura sahib olduqları reallığının kütlə tərəfindən anlaşılmasını təmin etmişdir.
Siyasi Çətinliklər. Peyğəmbərimiz, aşağıda həyat yoldaşlarının adları sayılırkən görünəcəyi kimi, özündən yaşlı, cinsi mənada tükənmiş, fərqli qəbilə və millətlərdən olan qadınlarla evlənərək, o qəbilə və millətlərlə əqrəbalıq bağları qurmuşdur. Bu sayədə həm bir sülh şəraiti əmələ gətirmiş, həm də İslamın ən uzaq nöqtələrə qədər çatmasını təmin etmişdir. Bu, təmin etdiyi sülh və siyasi gücə görə Avropa krallarının, Rus çarlarının, Osmanlı padşahlarının daima tətbiq etdikləri siyasi bir yöntəm olmuşdur. Osmanlı dövlətinin yüksəlişi dövründə yeni fəth edilən şəhərlərin idarəçilərinin qızlarıyla o şəhərə yeni təyin edilən idarçilərin evləndirilmələri, həmişə bu siyasətə görə olmuşdur.
Göründüyü kimi, Peyğəmbərimizin çoxarvadlılığı, onun vəzifəsindən qaynaqlanan məcburiyyətlərə görədir. İş, iradəsinə qalsaydı, bizcə Peyğəmbərimiz çoxarvadlı olmaq istəməzdi. Çünki, o, çoxarvadlılıq həyatında xoşbəxt olmamışdır. Həyat yoldaşlarının qısqanclıq və ərköyünlükləri onu həmişə narahat etmişdir. Məsələn, Əhzab/51 ayəsi enincə, arvadı Aişə: “Görürəm ki, Rəbbin sənin istəklərinə xidmət edir” [44] deyərək, vəziyyətindən məmnun olmadığını iynələyici bir dillə qeyd etmişdir. Həmçının Təhrim/1-5-dən də, həyat yoldaşlarının Peyğəmbərimizi narahat etdikləri açıq şəkildə aydın olur. Hətta Peyğəmbərimiz yola gedə bilmədiklərinə görə, Ömərin qızı Hafsanı bir ara boşamış, sonra təkrar nikahlamışdır.
Peyğəmbərimizin həyat yoldaşlarına görə narahat olması, sadəcə həyat yoldaşlarının qısqanclıq və yola gedə bilməmələrindən qaynaqlanmamışdır. Peyğəmbərimizin həyat yoldaşları olduqları mövqeyin ağırlığını dərk edə bilməmişlər, adi insanlar kimi özbaşlarına yaşamağa çalışmışlar, ətrafın təsiriylə lüks bir həyat yaşamağı arzulamışlar. Lakin bu vəziyyətdan xoşlanmayan və çox kədərlənən Peyğəmbərimiz, onların bu davranışlarına təsir olaraq onları evlərində yalnız buraxmış, bir ay yanlarına getməmişdir.
Budur bu kimi fakt və hadisələr, Uca Allahın müdaxiləsinə ehtiyac yaratmış və Rəbbimiz Peyğəmbərimizin həyat yoldaşlarına aid, sadəcə onlara xas olan ayələr endirmişdir:
- 28,29Ey Peyğəmbər! Zövcələrinə söylə: “Əgər siz adi dünya həyatını və onun bəzəkli cazibəsini istəyirsinizsə, gəlin sizə boşanmaq bədəli ödəyim və gözəl bir tərzdə sizi boşayım. Əgər siz Allahı, Elçisini və son yurdu istəyirsinizsə, artıq heç şübhəsiz, Allah sizdən yaxşılaşdıranlar/gözəlləşdirənlər üçün çox böyük bir mükafat hazırlamışdır”.
- 30,31Ey Peyğəmbərin zövcələri! Sizdən kim açıq və bir çirkin utanmazlıq edərsə, günahın cəzası ikiqat olaraq artırılar. Bu da Allaha görə çox asandır. Sizdən kim də Allaha və Elçisinə həmişəlik hörmətdə olarsa və saleh əməl işlərsə, ona da əcirini iki dəfə verərik. Və Biz ona üstün bir ruzi də hazırlamışıq.
- 32–34Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı biri deyilsiniz, əgər Allahın qoruması altına girərsinizsə, artıq sözü nazlana-nazlana/əzilə-əzilə söyləməyin ki, sonra qəlbində xəstəlik olan/zehniyyəti pozuq birisi tamah edər. Sözü adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə söyləyin. Evlərinizdə qərarlı olun, ilk cahiliyyət dövründəki kimi açıq-saçıqlıq etməyin, salaatı iqamə edin, zəkat/vergi verin, Allaha və Elçisinə itaət edin. Ey Əhli beyt! Gerçəkdən Allah sizdən uzaqlaşdırmaq və sizi təmizləmək istər. Və evlərinizdə oxunmaqda olan Allahın ayələrini, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları xatırlayın. Heç şübhəsiz, Allah çox lütf edən, gizlini bilən, hər şeyin iç üzünü və gizli tərəflərini yaxşı biləndir. (Əhzab/28-34)
Peyğəmbərimizin həyat yoldaşlarına verilən öhdəlik, yataq otağı ilə mətbəx arasında həyat keçirməkdən ibarət deyildir. Onların vəzifəsi bu işə baş qoymaq, bu böyük mübarizəyə təşəbbüs ilə xidmət etmək, bu mübarizənin fərdi olmaq, fitnə və fəsada fürsət verməmək, evlərində eşitdikləri ayə və hikmətləri insanlara anladıb, öyrətməkdir. Həmçinin, İslamı həyatının hər anında tətbiq edən bir insan olan Peyğəmbərimizin gecə həyatında bu tətbiqatları necə etdiyinin xalqa bildirilməsi də, gecə vaxtı gələn vəhylərin yazılıb, saxlanmasında Peyğəmbərimizə yardımçı olmaq da, yenə onların öhdəliklərindəndir. Qısaca, Peyğəmbərimizin həyat yoldaşları, günümüzün təbirləriylə həm şəxsi katibə, həm zabit katibi, həm də mətbuat katibi olmaq vəziyyətində olmuşdular. (Allah, onlardan razı olsun.)
Peyğəmbərimizin həyat yoldaşları. Xədicə. Huveylid qızı Xədicə, Ticarətlə məşğul olduğundan “tacirə”, təmiz əxlaqlı olduğundan da “tahirə” deyə anılan bir Məkkəlidir. Daha əvvəl başından iki evlilik keçən və birinci evliliyindən bir oğlu, ikinci evliliyindən də bir qızı olan Xədicə Peyğəmbərimizlə, o hələ elçiliklə öhdəlikləndirilməmişkən evlənmişdir.
Peyğəmbərimizin özündən 15 yaş böyük olan bu etibarlı qadınla etdiyi evlilik, Xədicə 65 yaşında ölənə qədər, 25 il sürmüşdür. Xədicənin əvvəlki evliliklərindən olan 2 uşağıyla birlikdə 7 övladlı olan bu ailə, dost və düşmənlərin ortaq qəbulu ilə qarşılıqlı sevgi və sayğının əsas olduğu nümunəvi bir ailədir. Peyğəmbərimizə iman edən ilk insan və ilk qadın olan Xədicə, böyük və ağır vəzifəsində ona həmişə dəstək olmuş, hər zaman onun yanında yer almışdır. Peyğəmbərimizin Xədicə ilə evli qaldığı bu dövrlə əlaqədar olaraq neqativ tənqid heç edilməmiş, edilə bilinməmişdir. (Allah, ondan razı olsun.)
SEVDƏ. İlk Müsəlmanlardan olan Zemanın qızı Sevdə də Məkkəlidir. Bütpərəstlərin təzyiqi nəticəsində əri ilə birlikdə Həbəşistana hicrət etmiş, amma əri orada öldüyündən, 50 yaşında dul qalmış və himayəyə möhtac hala gəlmişdir. Çünki əqrəbaları hələ Müsəlman olmamışdılar və Müsəlman olduğu üçün də ona düşmənçilik edirdilər. Buna görə də Sevdə onların yanına dönə bilmirdi.
Sevdənin bu vəziyyətini bilən Müsəlmanlar onu, Xədicənin ölümündən sonra yeddi övladla bir başına qalan Peyğəmbərimizə eş olaraq məsləhət gördülər. Bəzi qaynaqlar Sevdənin nikah sırasında Peyğəmbərimizə bu sözləri söylədiyini qeyd edir: “Mən səninlə, kişiyə arzu duyduğum üçün deyil, sırf Peyğəmbər xanımları arasında Allahın huzuruna çıxa bilmək üçün evləndim. Mənə buna görə davran, ey Allahın Rəsulu!”
Peyğəmbərimizin bu evliliyi beş il davam etmiş və Sevdənin ölümü ilə sona çatmışdır. Bu tarixdə Peyğəmbərimiz 55 yaşındadır.
AİŞƏ. Peyğəmbərimizin evlilikləri içində ən çox tənqid edilən və araşdırma mövzusu edilən Aişə ilə olan evliliyidir. Bu mövzuda Aişənin hələ kiçik bir uşaq ikən Peyğəmbərimizlə nikahlandığı, böyüməsi üçün üç il gözləndiyi və ondan sonra gərdəyə girilməsi hekayəsi bir xeyli yayğındır.
Peyğəmbərimizin kiçik bir uşaqla nikah qıyması baxımından diqqət çəkən bu hekayənin əsli yaxşı araşdırılmalıdır. Bu mövzu İbn İshakın Siyərində, İbn Hişamın Sirətində, İbn Sadın Tabaxatında, Tabərinin Tarixində, Mövlana Şiblinin Asr-ı Səadətində və Əli Himmət Bərki və Osman Keskioğlu tərəfindən hazırlanan Hatəmul-Ənbiya Hz. Muhəmməd və Həyatı adlı əsərində geniş şəkildə yer alır. Bu qaynaqlardan öyrəndiyimiz tarixi reallıq isə aşağıdakı kimidir:
Aişə Peyğəmbərimizlə nişanlanmadan əvvəl Mutim oğullarından Cübeyr ilə nişanlıdır. Yəni, evlilik çağındadır və Peyğəmbərimizlə evləndiyində kiçik bir uşaq deyildir. Yuxarıda adını verdiyimiz tarixi əsərlərdən bəzisi Peyğəmbərimizin Cübeyr ilə nişanlı olan Aişəni atası Əbu Bəkrdən istədiyini, Əbu Bəkrin də Peyğəmbərimizə, Mutim oğullariyla danışacağını və ancaq onlar nişanı pozarlarsa, o zaman Aişəni peyğəmbərə verə biləcəyini söylədiyini, bütpərəst olan Mutim oğullarının isə, Müsəlman olan Aişənin oğullarını da öz dininə döndərəcəyindən qorxaraq, bu nişanı pozmaq arzusunda olduqlarını yazırlar.
Birincisi, Aişənin Mutim oğullarından Cübeyr ilə nişanlı olduğu mübahisəsiz bir faktdır. Çünki əldəki bütün tarix kitablarında bu məlumat qeyd edilmişdir. İkincisi, bu nişanın İslamiyyətdən sonra olması mümkün deyildir. Çünki mömin bir qadının, müşrik bir kişi ilə evlənməsini qadağan edən Bəqərə/221-ci ayəsi, Əbu Bəkrin özü kimi Müsəlman olan qızını bir müşrikə verməsinin qarşısını alır. Beləliklə, Əbu Bəkr qızı Aişəni Mutim oğullarına özü Müsəlman olmazdan əvvəl nişanlamış olmalıdır. Deməli, Aişə hələ o zamanlarda belə evlilik çağında olan bir qızdır və bölgənin iqlim şərtlərinə görə ən az 12-14 yaşlarındadır. Digər tərəfdən əldəki bütün tarix qaynaqlarının həmfikir olduqları və Ana Britannicanın da yazdığı kimi Aişə, Peyğəmbərimizlə hicrətdən əvvəl nişanlanmış, hicrətdən sonra isə nikahlanmışdır. Bəzi qaynaqlar hicrətdən əvvəl nikahlanıb, hicrətdən sonra gərdəyə girdiyini yazsalar da, yenə bütün qaynaqlarda yer alan aşağıdakı mətn, bu iddianı təkzib edir:
Mədinənin havası Məkkəli Müsəlmanlara çox toxunmuşdu. Məkkəli Müsəlmanlar hamısı xəstələnmişdilər. Xəstə olanların içində Aişə də vardı. Xəstəlik keçincə Əbu Bəkr Hz. Muhəmmədin hüzuruna gəlib belə dedi: “Ey Allahın Rəsulu! Niyə nişanlın Aişəni öz evinə almırsan?” Hz. Muhəmməd cavabında: “Mehirə görə, ey Əbu Bəkr, bu anda Aişəyə mehir ödəyəcək halda deyiləm” – dedi. [45]
Göründüyü kimi, mətndə açıqça nişandan söz edilir. Həmçinin, nikah anında təsbit edilib, nağd və ya vədəli borc olaraq verilə biləcək mehirin hələ təsbit edilməmiş olması da nikahın hicrətdən dərhal sonra qıyılmadığını göstərir.
Nəticə olaraq, qaynaqların verdiyi məlumatlardən anlaşılır ki, Aişə Peyğəmbərimiz ilə evləndiyində uşaq yaşda olmayıb, nişanlısından ayrılmış gənc bir qızdır.
Peyğəmbərimizin bu evliliyi, həm qızıyla evlənərək özünü şərəfləndirdiyi Əbu Bəkrin İslama daha artıq maddi və mənəvi yardımını təmin etmiş, həm də Aişənin hər kəs tərəfindən bilinən İslamı anlama və anlatma yönündəki zəkası sayəsində Peyğəmbərimizin elçilik vəzifəsini edərkən duyduğu rahatlıq üçün isabətli bir qərar olmuşdur.
HAFSA. Ömər qızı Hafsa, oxuma-yazma bilən və Həbəşistana köç edən cəfakar Müsəlmanlardandır. Əri Hunays b. Huzafa Bədirdə şəhid olunca, Hafsa dul qalmışdır. Onun bu vəziyyətinə çox narahat olan atası Ömər səhabənin öndə gedənləri arasından ona uyğun bir ər axtarmışdır. Nəticədə Hafsa ilə Peyğəmbərimiz evlənmiş, beləliklə, Ömər kimi güclü bir şəxs ilə əqrəbalıq bağları quran Peyğəmbərimiz, elçilik vəzifəsində böyük bir dəstək daha təmin etmişdir.
HUZEYME qızı ZEYNƏB. Əri Bədirdə şəhid olan və 60 yaşında dul qalan Zeynəbə evlilik təklifini bilavasitə Peyğəmbərimiz özü etmiş və bu evlilik iki il sonra Zeynəbin ölümü ilə sona çatmışdır.
UMM SƏLƏMƏ. Həbəşistana hicrət edən Müsəlmanlardan olan və oxuma-yazma bilən Umm Sələmə, ərinin Uhudda yaralanıb, iki ay sonra o yaradan öldüyünə görə 4 övlad ilə dul qalmışdır. Himayəyə möhtac olan Umm Sələmə, səhabənin öndə gedənləri tərəfindən özünə edilən evlənmə təkliflərini yaşlı olduğunu bəhanə edib, rədd etmişdir. Peyğəmbərimizin elçi göndərərək, etdiyi eyni yöndəki təklifi də yaşlılığını, övladlarını və qısqanc bir xasiyyətdə olduğunu bəhanə edərək, rədd edən Umm Sələmə, Peyğəmbərimizin, “Yetimləri əslində elə yanıma alacağam. Qısqanclığının getməsi üçün Allaha dua edəcəyəm. Qocalığın isə bir əngəl deyil” sözləri üzərinə nikahlanmağa razı olmuşdur.
CAHŞ qızı ZEYNƏB. Peyğəmbərimizin Cahş qızı Zeynəblə evliliyi, hər Müsəlman tərəfindən təfərrüatı ilə bilinməlidir. Çünki bu evliliyin hər yönü hikmət və ibrətlə dolu olub, əhəmiyyətinə görə də Quranda yer almışdır. Həmçının bu evlilik gerçəkləri təhrif edərək Müsəlmanların düşüncələrini bulandırmaq istəyən İslam düşmənləri tərəfindən bu məqsədlərinə alət edilmək istənildiyindən, Müsəlmanlar tərəfindən yaxşı öyrənilməlidir.
Xüsusilə bu xüsus bilinməlidir ki, bu tətbiqatın tərəfləri sayğı və övgüyə layiq insanlardır. Çünki bu evlilik, İslam çevrilişinin nəzəri təlimlərının praktik həyata keçirilən ilk tətbiqatıdır. Bu evlilik ilə Ərəb cəmiyyətindəki iki səhv ortadan qaldırılmış və iki tabu yıxılmışdır.
Birincisi, Müsəlman qadınların cahiliyyə nöqteyi nəzəri ilə, Müsəlman da olsalar etibar etmədikləri, xor gördükləri, evlənmək istəmədikləri azad edilmiş kölələr, kütlə içində azad insanlarla eyni səviyyəyə gətirilmişdir. Yuxarıda başqa bir vəsilə ilə zikr etdiyimiz Bəqərə/221-ci ayəsi Müsəlmanlara bu tövsiyələrdə olmaqda idi:
- 221Və ortaq qoşan qadınları iman edincəyə qədər nikahlamayın. İman etmiş, kafirlərin himayəsindəki bir kölə qadın, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir qadından daha xeyirlidir. Ortaq qoşan kişiləri də iman edincəyə qədər nikahlamayın. İman etmiş bir kişi kölə, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir kişidən daha xeyirlidir. Ortaq qoşanlar atəşə çağırırlar, Allah isə Öz biliyi ilə cənnətə və bağışlanmağa çağırır. O, öyüd alıb düşünsünlər deyə insanlara ayələrini ortaya qoyar. (Bəqərə/221)
Amma bu ayənin məsləhətinin həyata keçirilməsi lazım idi ki, məqsəd həyata keçsin. Budur Peyğəmbərimiz bu məqsədi həyata keçirmək üçün, bibisinin qızı olan Zeynəbi, köləsi (övladlığı) Zeyd ilə evləndirmək istədi. Amma Zeynəb cəmiyyətdə yer etmiş tabulara görə qüruruna toxunan bu işə yaxşı baxmadı və Peyğəmbərimizin israrına baxmayaraq, bu evliliyə razı olmadı. Tam bu sırada Allahın əmri gəldi və mübahisələr bitdi:
- 36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır. (Əhzab/36)
Əmr böyük yerdən gəlincə, itaət şərt oldu və azad Zeynəb ilə azad edilmiş kölə Zeyd evləndi. Beləliklə, İslamın insanları bərabər qəbul etdiyi, İslam cəmiyyətində insanların azad və kölə deyə ayrılışa tabe tutulamayacağı, azad bir Müsəlman qadın ilə Müsəlman bir kölənin evlənə biləcəyi, bu konkret hadisə ilə bütün dünyaya göstərilmiş oldu.
İkincisi də, övladlıqların öz övladı olaraq qəbul edilməsi səhvi və bundan doğan nəticələr ortadan qaldırıldı. Bu mövzuda da Uca Allahın bir tövsiyəsi mövcud idi:
- 4Allah bir insanın sinəsində iki qəlb yaratmadı. Və zıhar etdiyiniz… Özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin analarınız olaraq qəbul etmədi. Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər.
- 5Övladlıqları öz atalarına nisbət edərək çağırın – bu, Allah qatında daha haqqaniyyətlidir. Əgər atalarını bilmirsinizsə, artıq onlar dində sizin qardaşlarınız və sözləşmə ilə yaxınlıq qurduqlarınızdır. Qəlblərinizin qəsdən göstərərək etdikləri – şüurlu, planlı-proqramlı etdikləriniz başqa, xəta olaraq etdiklərinizdə isə sizin üçün bir vəbal yoxdur. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Əhzab/4, 5)
Bəli, İslama görə (Nisa/23) də övladın əvvəlki arvadının nikahlanması icazəli deyildir. Amma övladlıq, Quran hökmünə görə öz övlad sayılamayacağından, övladlığın əvvəlki arvadı, övladın arvadı hökmündə deyildir, beləliklə də, bir insanın övladlığının əvvəlki arvadı ilə nikahlanmasında bir problem yoxdur. Budur, Peyğəmbərimizin Zeynəblə evlənməsi, övladlıqların öz övlad kimi qəbul edilməməli olduğuni şok bir tətbiqat şəklində ortaya qoyur. Cəmiyyətdəki bu səhvi ortadan qaldıran və bu tabunu yıxan ilk tətbiqat Rəbbimizin təlimatı ilə olmuşdur:
- 37Həmçinin sən, Allahın özünə nemət verdiyi və sənin də özünə nemət verdiyin adama: “Zövcəni yanında tut və Allahın qoruması altına gir!” – deyirdinsə də, insanlardan çəkinərək, Allahın açığa vuracağı şeyi öz içində gizli tuturdun. Halbuki Allah Özünə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymağına daha çox layiqdir. Artıq Zeyd Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə övladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qadınla evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
- 38,39Allahın özünə fərz etdiyi şeydə Peyğəmbər üzərində daha öncə gəlib keçən insanlarda Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyan və Allahdan başqa kimsəyə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayan kimsələr üçün Allahın buyuruğu olaraq, bir çətinlik yoxdur. Allahın əmri nizamlanmış və müəyyən edilmiş bir qədərdir. Hesabgörücü olaraq Allah yetər.
- 40Muhəmməd, sizin igid/yetkin kişilərdən heç birinin atası deyildir. Ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Və Allah hər şeyi ən yaxşı biləndir. (Əhzab/37-40)
Göründüyü kimi hadisələr tərəflərin iradələrindən xaric inkişaf edib və yaşananlar, təqdir edilmiş bir qədərdir. Amma bir tabunun yıxılması və bir yanlışın düzəldilməsi xüsusunda örnək olma şərəfi də, Zeyd ilə Zeynəbə aiddir. Həmçinin Zeynəb, Allahın təlimatlarına itaət etməsinin və göstərdiyi fədakarlığın dünyadakı qarşılığını, Allahın Elçisinə həyat yoldaşı və Müsəlmanlara ana olmaq şərəfiylə almışdır.
Umm Həbibə. Umm Həbibə, Məkkənin əmiri, bir dövr İslam dininin və Peyğəmbərimizin düşməni, Bədir və Uhudun baş aktyoru Əbu Süfyanın qızıdır.
Həbəşistana köç edən Müsəlmanlardan olan Umm Həbibə, ərinin Həbəşistanda Xristiyan olduğuna görə onu tərk etdi. O zamanlar İslamın ən böyük düşməni olan atasının yanına da dönə bilməyən və Həbəşistanda tək tənha qalan Umm Həbibəni Peyğəmbərimiz Mədinəyə gətirtdi və onunla evləndi. Beləliklə, ən böyük düşməninə damad oldu. Onun sayəsində qurulan əqrəbalıq bağları, Müsəlmanlara gələ biləcək zərərləri tam olaraq ortadan qaldırmasa da, əhəmiyyətli ölçüdə azaltdı. Məkkənin fəthində də böyük rol oynayan bu evlilik də, İslamı yaymağa və dəstək təmin etməyə yönəlikdir. Aşağıdakı ayə bu hadisələrdən sonra enmişdir:
- 7Bəlkə Allah sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəsləməkdə olduğunuz insanlar arasında bir sevgi əmələ gətirər. Allah ən yaxşı güc yetirəndir. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir. (Mümtəhinə/7)
Haris Qızı Meymunə. Daha əvvəl iki dəfə evlənmiş olan və ikinci ərinin ölümündən sonra həyatını xidmətçi olaraq Peyğəmbərimizə həsr etmək istəyən Meymunə Peyğəmbərimizin evləndiyi son qadındır. Peyğəmbərimiz, göstərdiyi təşəbbüs qarşılığında bu kimsəsiz qadınla nikahlanmış və onu möminlərə Ana edərək, şərəfləndirmişdir.
Cüveyriyə. Bəni Mustalık döyüşündə əri ölən və qənimət bölgüsündə Peyğəmbərimizin payına düşən Cüveyriyə, qəbilə rəisinin qızıdır. Əsirlik ona çətin gəlmiş, Peyğəmbərimiz də onu azadlığına qovuşdurmuş və ona evlənmə təklif etmişdir. Bu təklifi məmnuniyyətlə qəbul edən Cüveyriyə ilə Peyğəmbərimizin evliliyi aşağıdakı nəticələri doğurmuşdur:
- Müsəlman mücahidlər Cüveyriyənin qəbiləsindən aldıqları bütün əsirləri sərbəst buraxmışdılar;
- Peyğəmbərimizin bu hərəkəti ilə əsirlərə yuxarıdan aşağıya baxmaq tabusu yıxılmışdır;
- Cüveyriyənin qəbiləsının hamısı Müsəlman olmuşdur.
Safiyə. Əsas adı Zeynəb olub, Heybərdə bir Yəhudi qəbiləsının rəisi olan Huyeyin qızıdır. Heybər döyüşündə əri ölən Safiyə də, Cüveyriyə kimi əsir düşmüş və qənimət bölgüsündə Peyğəmbərimizə isabət etmişdir. Peyğəmbərimizin cariyəsi olmuş və özünə “qənimət payı” mənasındə “Safiyə” deyilmişdir.
Peyğəmbərimiz onu azad edib, istərsə qövmünə dönə biləcəyini söyləməsinə baxmayaraq, o Peyğəmbərimizlə qalmağı seçərək Müsəlman olmuş və möminlərin Anası olma şərəfinə nail olmuşdur.
Bu evlilik sayəsində də, ətrafdakı Yəhudilərin kin və düşmənçilikləri yüngülləşmişdir.
Mariya. Peyğəmbərimiz elçilər göndərərək ətrafdakı hökmdarları İslama dəvət edirdi. Bu dəvətlərdən biri də Misir hökmdarına edilmiş və o günkü Misir hökmdarı Peyğəmbərimizə bir jest olaraq, iki bacını – Mariya ilə Sirini hədiyyə olaraq göndərmişdi. Sirin Peyğəmbərimiz tərəfindən şair Hasan b. Sabit ilə evləndirilmiş, Mariyanı da Peyğəmbərimiz özü nikahlamışdır. Bu evlilikdən İbrahim doğulmuş, amma kiçik yaşda ölmüşdür.
Bu evlilik, İslam dininin yayılmasında çox böyük rol oynamışdır. Bizans sərhədləri daxilinə edilən bütün səfərlərdə Misir həmişə Müsəlmanların tərəfini tutmuş, ya birbaşa dəstəkləmiş, ya da tərəfsiz qalaraq, İslam qüvvələrinə dolaylı yardım etmişdir. Misirin İslam dini ilə müşərrəf olmasında Peyğəmbərimizin Mariya ilə evlənməsinin rolu böyük olmuşdur.
Nəticə. Yuxarıdakı açıqlamalardan anlaşılacağı kimi, Peyğəmbərimiz subaylığında da, evliliyində də iffət örnəyi bir insandır. Həyatının heç bir dövründə qadın düşkünü olaraq xarakterizə edilməyə səbəb olacaq bir davranışda olmamış və hələ şəhvət, həmişə uzaq qaldığı bir xüsusiyyət olmuşdur. Bəzi İslam düşmənlərinin onun seks manyakı olduğu barəsindəki iftiraları, ancaq onun otuz kişi gücündə olduğu yalanını uyduran sözdə Müsəlmanların sağlam düşüncəli olmayan beyinlərində qurduqları xəyali şəxsiyyət üçün bir mövzudur. Həyat yoldaşlarının kimlik və şəxsiyyətləri də yaxından təhlil edildiyində vəziyyətin belə olduğu daha da aydın olur.
Peyğəmbərimizin çoxarvadlılığı maddi, mənəvi, siyasi, sosial sahələrdə yardım və dəstək təmin etməsi və elçilik vəzifəsində çətinlik çəkməməsi üçün ona tanınmış bir istisnalıq olub, başqalarını aid edilə bilməz, sünnət olaraq başqaları tərəfindən tətbiq və təqlid edilə bilməz.
Tarixi olaraq da, xəlifə, imam, padşah, sultan və s. dövlət başçısı sifətlərini daşıyan insanların, ayələrin hökmüylə əməl etmədikləri, birdən çox həyat yoldaşlarının varlığı söylənilir. Və bu hal Təaddüd-ü zəvcata (çoxarvadlılığa) dəlil olaraq irəli sürülür.
Burada iki ehtimal var: ya tarix yalan nəql edir, ya da bu mövzuda bir ictihad, bir fitva törədilmiş olmalıdır. Əgər tarix doğru söyləyirsə (ki, biz də doğru söylədiyini qəbul edirik), o zaman bu o deməkdir ki, mövzuda bir ictihad və fitva törədilməmişdir. Bu fitva da bu ola bilər: “Dövlət başçılığı məqamını (xəlifə, imam, padşah, sultan və s.) işğal edənlər Peyğəmbərlik məqamını işgal etmiş mövqedədirlər. Ona görə də, çoxarvadlılıq barəsində Peyğəmbərə tanınan istisnalar onlara da tanınır”.
Qısacası bunlar da özlərini Peyğəmbər yerinə qoydurmuş olmalıdırlar. Biz isə bunu qəbul edə bilmərik.
53Ey iman edənlər! Peyğəmbərin evlərinə sadəcə, vaxtına baxmadan, yeməyə izin verilincə girin. Amma çağırıldığınız vaxt dərhal, girin. Artıq yeməyi yediyinizdə də dərhal, dağılın. Söz üçün də gözləməyin. Şübhəsiz ki, bu halınız Peyğəmbərə əziyyət verir, sonra da O, sizdən çəkinir. Allah isə haqqdan/gerçəkdən çəkinməz. Onun zövcələrindən bir qazanc istədiyiniz zaman isə pərdə arxasından/otaqlarına girmədən, istəyin. Belə etməyiniz sizin qəlbləriniz və onların qəlbləri üçün daha təmizdir. Və sizin Allahın Elçisinə əziyyət etməyiniz və özündən sonra zövcələrini də nikah etməyiniz sonsuzadək mümkün deyil. Bu, Allah qatında çox böyük günahdır.
54Siz bir şeyi açığa vursanız, yaxud onu gizlətsəniz bilin ki, şübhəsiz, Allah hər şeyi ən yaxşı biləndir.
55Peyğəmbər zövcələrinin üzərində ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar və sözləşmələrinin sahib olduğu kimsələr haqqında bir günah yoxdur. Və siz/Peyğəmbərin zövcələri, Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.
Bu ayə qrupunda, bir sıra etika qaydaları, Rəsulullahın ailəsinə qarşı möminlərin davranış tərzi və onun həyat yoldaşlarına yönəlik məxsusi prinsiplərdən bəhs edilir:
- Peyğəmbərin evlərinə sadəcə, vaxtına baxmadan, yeməyə izin verilincə girilməli; amma çağırılınca dərhal girilməlidir;
- Yemək yeyildikdən sonra dərhal gedilməli, söz-sohbət üçün gözlənilməməlidir;
- Peyğəmbərin həyat yoldaşlarından bir şey istəniləcək olduğunda, evə girmədən pərdə arxasından istənməlidir;
- Peyğəmbərin həyat yoldaşlarının atalarının, oğullarının, qardaşlarının, bacılarının oğullarının, qardaşlarının oğullarıınn, öz həyat yoldaşlarının və sözləşmələrının sahib olduqları insanların evə girmələrində bir günah yoxdur;
- Əksinə davranışlar Allah Elçisini narahat edir;
- Allah Elçisinin həyat yoldaşlarını nikahlamaqdan söhbət gedə bilməz.
Bu ayə qrupunun enmə səbəbinə dair aşağıdakı nəqllər mövcuddur:
Rəsulullah (s.ə.s) Zeydin xanımı olan Cahş qızı Zeynəb ilə evləndiyində bir ziyafət vermiş və insanları dəvət etmişdi. Yeməklərini yedikdən sonra onlardan bir qisim Rəsulullahın (s.ə.s) evində oturub, söhbətə daldılar. Xanımı isə, üzünü divara doğru çevirmiş gözləyirdi. Onların bu rəftarları Rəsulullaha (s.ə.s) ağır gəldi. Enes dedi ki: “Peyğəmbərə söhbətə dalmış olanların çıxıb getdiklərini mənmi ona, yoxsa omu mənə xəbər verdi, bilmirəm”. (Enes davam edərək) dedi ki: “Peyğəmbər getdi və evinə girdi. Mən də onunla birlikdə girmək istədim. Mənimlə özü arasına pərdəni çəkdi və hicab hökmü nazil oldu. O cəmiyyətə özlərinə verilən öyüdlər ilə öyüd verdi. Əziz və cəlil olan Allah da Ey iman edənlər! Peyğəmbərin evlərinə… girməyin… Çünki bu Allahın yanında çox böyük bir işdir buyuruğunu nazil etdi”. [46]
İsmail ibn İshak dedi ki: Bizə Muhəmməd b. Ubeyd anlatdı, dedi ki: Bizə Muhəmməd b. Sevr, Mamərdən nəqlən anlatdı. Mamərin Katadedən nəql etdiyinə görə bir nəfər: “Əgər Rəsulullah (s.ə.s) vəfat edərsə, Aişə ilə evlənərəm” – demiş. Bundan sonra Sizin Allahın Rəsuluna əziyyət etməyiniz də… ayəsi ilə Onun zövcələri də analarıdır (Əhzab/6) ayəsi nazil oldu. [47]
Bu ayənin nüzul səbəbinin insanlardan birisinin (ki, bunun Talha ibn Ubeydillah olduğu irəli sürülmüşdür): “Əgər Muhəmməddən geri qalarsam, mütləq Aişə ilə evlənəcəyəm” – deməsi olduğu irəli sürülmüşdür. [48]
Hicabın nüzul səbəbini, istər Enesin, istər Ömərin (r.a.) hədislərinə əsaslanaraq açıqlamış oluruq. Ömər (r.a), çölə çıxdığı vaxt Sevdəyə ki, uzun boylu bir xanım idi: “Səni gördük [tanıdıq] ey Sevdə” – deyirdi. Bu sözləri hicaba dair hökmün enməsini çox arzuladığına görə söyləyirdi. Buna görə Uca Allah da hicab ayəsini endirmişdi. Bütün “buna görə də”lərin bir arada olması, beləliklə, ayənin enmiş olma ehtimalı da uzaq deyildir. Doğrusunu ən yaxşı bilən Allahdır. [49]
Hicab ayəsi nazil olunca atalar, oğullar və yaxın əqrəbalar Rəsulullahdan (s.ə.s): “Bizdəmi onlarla pərdə arxasından danışacağıq?” – deyə soruşdular. Buna görə də bu ayə-i kərimə nazil oldu. [50]
Bu ayələrdən anlaşıldığına görə, Allah etika qaydaları və təmizlik mədəniyyəti hələ inkişaf etməmiş olan o günün ərəblərini təlimləndirməyi murad etmişdir. Quranda buna yönəlik bir neçə ayə vardır:
- 6Ey iman edənlər! Salaata doğru qalxdığınız/cəmiyyət içinə çıxdığınız zaman dərhal üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başlarınızı və iki topuğa qədər ayaqlarınızı əl ilə silin. Və əgər cünub/həddindən artıq şəhvət səbəbindən ağlınız başınızda olmayacaq vəziyyətdəsinizsə təmizlik üstünə təmizlik edin [cinsi ehtiyacınızı təmin edin və yuyunın]. Və əgər xəstəsinizsə, yaxud yolçusunuzsa, yaxud sizlərdən biriniz tualetdən gəlmişsə, yaxud qadınlarla təmaslaşmışsa/cinsi əlaqəyə girmişsə, sonra da su tapmamışsa, dərhal təmiz bir torpağa yönəlsin. Sonra da təmiz torpaqdan üzünüzü və əllərinizi əl ilə silin. Allah sizə hər hansı bir çətinlik çıxarmaq istəməz, lakin, sizi təmizləmək və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün üzərinizdəki nemətini tamamlamaq istəyər. (Maidə/6)
- 27Ey iman edənlər! Öz evinizdən başqa evlərə gəldiyinizi fərq etdirib, ev xalqına salam vermədikcə içəri girməyin. Bu, düşünüb öyüdlənməyiniz baxımından sizin üçün daha yaxşıdır.
- 28Sonra da orada kimsəni tapmasanız, artıq sizə izin verilincəyə qədər oraya girməyin. Və əgər sizə: “Geri dönün!” – deyilərsə, dərhal dönün – bu, sizin üçün daha arındırıcıdır. Və Allah etdiklərinizi ən yaxşı biləndir.
- 29İçində sizə aid hər hansı bir dəyərli şey olan, oturulmayan evlərə girməyinizdə sizə bir qadağa yoxdur. Və Allah sizin açığa vurduğunuz şeyləri və gizlətdiyiniz şeyləri bilir.
- 30Mömin kişilərə baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Bu, onlar üçün daha arındırıcıdır. Şübhəsiz ki, Allah onların etdikləri barədə dərin bilik sahibidir.
- 31Mömin qadınlara da baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Zinətlərini də, açıqda olanlardan başqa, bəlli etməsinlər. Örtüklərini də köks yarıqlarının üzərinə salsınlar. Və zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları, qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar və qadınların müdafiəsiz yerlərini [bükümlərini və cinsiyyət orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar istisna olmaqla, başqalarına bəlli etməsinlər. Zinətlərindən gizləmiş olduqlarının bilinməsi üçün ayaqlarını vurmasınlar. Və ey möminlər! Uğura çatmağınız üçün hamılıqla xətanızdan Allaha dönüş edin! (Nur/27-31)
56Şübhəsiz ki, Allah və təbiətdəki gücləri/endirdiyi Quran ayələri Peyğəmbəri dəstəkləyirlər/kömək edirlər/arxa çıxırlar. Ey iman edənlər! Siz də Peyğəmbərə dəstək olun/ona kömək edin/arxa çıxın və onun təhlükəsizliyini tam olaraq təmin edin!
Bu ayədə, möminlərin Rəsulullaha qarşı öhdəlikləri bildirilir: Möminlər də, Allah və mələklərinin Rəsulullahı dəstəklədikləri kimi, onu dəstəkləyib, təhlükəsizliyini təmin etməlidirlər.
Çox əhəmiyyətli bir mövzu ehtiva edən bu ayə, tarixi dövr ərzində təhrif edilmişdir. Belə ki, rəvayət olunduğuna görə ondan: “Ey Allahın Rəsulu! Əziz və Cəlil olan Allahın Şübhəsiz Allah və mələkləri Peyğəmbərə salaat edərlər buyuruğu haqqında nə deyirsən?” – deyə soruşulmuş, Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Bu örtülüb gizli tutulmuş elmdəndir. Əgər siz bu xüsusda məndən soruşmamış olsaydınız, bu xüsusu sizə xəbər verməzdim. Uca Allah mənim üçün iki mələk vəzifələndirmişdir. Bir Müsəlmanın yanında anılaraq, o mənə salavat gətirəcək olarsa, mütləq o iki mələk: “Allah sənə mağfirət buyursun” – deyirlər. Uca Allah və mələkləri də bu iki mələyə cavab olaraq: “Amin” – deyirlər. O iki mələk, yanında adım anıldığı halda mənə salavat gətirməyən bir Müsəlman üçün də: “Allah sənə mağfirət etməsin” – deyirlər. Uca Allah və mələkləri də o iki mələyə: “Amin” – deyə cavab verirlər”. [51]
Bu ayə ilə əlaqədar “Salaat” yazımız çərçivəsində yazdıqlarımızı eynilə nəql edirik:
Salavat. Qurana baxıldığında görünür ki, Allah və mələklər yalnız Peyğəmbərimizə deyil, möminlərə də (qaranlıqlardan nura çıxarmaq üçün) salaat edirlər:
- 43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır. (Əhzab/43, 44)
Bu ayə aşağıdakı ayə ilə qarşılaşdırıldığında, Allahın salaatının necə və nə demək olduğu daha yaxşı anlaşılır:
- 9Allah, sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq–aşkar ayələri endirəndir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir. (Hədid/9)
- 41Göylərdə və yer üzündə olanların qatar–qatar uçanların [quşların, arıların, buludların, boranların] Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldıqlarını görmədinmi/heç düşünmədinmi? Hamısı öz arındırmasını və dəstəyini/təbiətə edəcəyi qatqını qəti olaraq bilirlər. Allah da onların etdiklərini ən yaxşı biləndir. (Nur/41)
Göründüyü kimi Allahın salaatından, yəni yardımlarından, dəstəklərindən biri də “qulunun üzərinə doğrunu apaçıq göstərən ayələr endirməsi”dir.
Həmçinin, Allah qorxu, aclıq, mal, can və məhsul nöqsanlığı ilə sınadığı zaman səbr edib, özlərinə bir müsibət toxunduğu vaxt təslim olub: “Əlbəttə biz, Allah üçünük və şübhəsiz ki, Ona dönənlərik” – deyənlərə, Rəbblərindən rəhmət və salaat (Bəqərə/157) olduğu qeyd edilir.
Bunlardan başqa, yuxarıda “Peyğəmbərə Salavat [dəstək]” başlığı altında tərcüməsini verdiyimiz bir çox ayədə də Peyğəmbərimizin salaatından bəhs edilir.
Lakin təəssüf ki, bütün bu ayələrə baxmayaraq, bu günə qədər Müsəlmanlar arasında “salavat”ı bir təkərləmə şəklinə salan anlayış hakim olmuş, bu anlayışın yaratdığı sorğu-suallar isə düşünülüb müzakirə edilməmişdir. Məsələn, Allah Peyğəmbəri və qulları üçün kimə, nə üçün, necə salavat gətirəcəkdir? Belə ki, yaradan, yaşadan, əfv edəcək olan, malik-i yevmid-din Odur. Bütün səlahiyyətləri əlində saxlayan Allahın salavat gətirməsının məntiqi nədir? Yoxsa, Allah və mələklər bir salavat xoru qurmuşlar və bizi də o xora qatılmağamı dəvət edirlər? İnsanların hər gün onlarla dəfə gətirdiyi salavatın kimə nə faydası vardır? Uca Allah, Peyğəmbərinə mərhəmət edəcək və onu əfv edəcəkdirsə, bizi onun üçün yalvartdırmadan, birbaşa özü əfv etsə olmazmı?
Baxmayaraq ki, bu sualların bəzilərinə qəlib hazırlanmış, salavatın Allaha nisbət edildiyində “qullarına rəhmət etmə”, mələklərə nisbət edildiyində “qullar üçün əfv diləmə”, qullara nisbət edildiyində “dua” mənasına gəldiyi söylənmişdir. Amma bunların gerçəklərlə əlaqəsi yoxdur və sırf işin içindən çıxılamadığı üçün uydurulmuşdur. Nəticə olaraq da bu tərz hiylələr, məsələnin daha qarma-qarışıq hala gəlməsindən başqa bir işə yaramamışdır. Çünki, Bəqərə surəsində Bax budur, onlar Rəbbindən, salavat [dəstəklər, yardımlar] və mərhəmət özlərinə olandır (Bəqərə/157) buyurularaq, rəhmət və salavatın ayrı şeylər olduğu ifadə edilmişdir.
O halda, məsələnin əsasından uzaqlaşmamaq üçün salaat sözünün həqiqi mənasına dönmək və ondan azmamaq lazımdır.
Ancaq iş burada bitmir. Çünki salaat sözü kimi, سلام [səlam] və تسليم [təslim] sözləri də terminalogiyamıza səhv məna ilə daxil olmuşdur. Beləliklə, və səllimu təslimən (Əhzab/56) ibarəsının də açıqlanıb, aydınlanmasına ehtiyac vardır. Mövcud tərcümələrdə ibarəyə, bəzi kəlimə fərqlilikləriylə, və tam bir təslimiyyətlə səlam verin şəklində qarşılıq verildiyi görünür. Halbuki sözlərin doğru mənalarına görə ifadədən bu məna çıxmır. Belə ki, ayədəki سلّموا [səllimu] və تسليماً [təslimən] sözlərının kökü, س ل م [s l m] hərflərindən ibarət olan və müxtəlif hərəkələrlə də ifadə edilə bilən səlm, silm kökləridir. Hansı qəbul edilirsə, edilsin bu köklər, “salamatlıq”, yəni köhnə təbirlə, “isabət-i məkruhdan əmin olmaq” mənasını daşıyır.
Səllimu və təslimən ifadələri isə, məzidatdan “təf‘il” babından əmr-i hazır və məsdərdir. Bu babda məna “əmin qılmaq, qorumaq, təhlükəsizlik təmin etmək”dir. Məsələn, səlləməhullah ifadəsi “Allah onu qorudu, onun təhlükəsizliyini təmin etdi” deməkdir. Beləliklə, mövzumuz olan ayədəki ibarənin mənası, “və tam bir təhlükəsizlik təmin edərək, Peyğəmbərin təhlükəsizliyini təmin edin” – deməkdir. Peyğəmbərin tam olaraq təhlükəsizliyini təmin etmək üçün isə, onun ətrafındakıların canla-başla zəhmət sərf etmələri lazımdır. Yoxsa Peyğəmbərin təhlükəsizliyinin sözlə, bir sıra təkərləmə şəklindəki təmənnilərlə təmin edilməsi mümkün deyildir. Necə ki, bu ayələr endiyi zaman səhabə-i kiram bir guşəyə çəkilib, “Allahummə səlli və səllim…” deməmiş, varıyla-yoxuyla, canıyla hərəkətə keçib, Allah yolunda Peyğəmbərimizə dəstək olmuş, onun təhlükəsizliyini bu şəkildə təmin etmişdilər.
Bu izahatdan sonra mövzumuz olan ayənin tərcüməsi belə olmalıdır:
- 56Şübhəsiz ki, Allah və təbiətdəki gücləri/endirdiyi Quran ayələri Peyğəmbəri dəstəkləyirlər/kömək edirlər/arxa çıxırlar. Ey iman edənlər! Siz də Peyğəmbərə dəstək olun/ona kömək edin/arxa çıxın və onun təhlükəsizliyini tam olaraq təmin edin! (Əhzab/56)
Bu ayənin yer aldığı surədə, Peyğəmbərimizin məxsusi həyatı, ailə həyatı, sirləri, missiyası, həyat yoldaşlarının mövqeyi, öhdəlikləri və istisnalıqları yer alır. Mövzumuz olan ayəni doğru anlaya bilmək üçün surənin tamamı nəzərə alınmalıdır. Surənin mövzu və bölmə bütünlüyü pozulmadan oxunması halında həm salavat qavramı daha yaxşı anlaşılacaq, həm də Allahın əmri istiqamətində dəstək və təhlükəsizlik təmin etmə öhdəliklərini etməyərək, Peyğəmbəri narahat edənlərin aqibəti (57-58-ci ayələrdə) görüləcəkdir.
Ayədə keçən يصلّون [yusallunə] sözü, fel-i muzari sigasıyla varid olduğundan, ifadəyə, Allah və mələklərin Peyğəmbər üçün lazım olanı “daima etdikləri” vurğusu qatır. Beləliklə, dəstək olmaqla, Peyğəmbərin təklükəsizliyini təmin etməklə, bu işə cəhd etməklə məsul olan möminlərin yerlərində oturmamaları, daima vəzifə başında olmaları lazımdır. Peyğəmbər bu gün aramızda olmadığına görə bu vəzifə [dəstək və təklükəsizlik təmin etmək vəzifəsi], cəmiyyətdə salaatı iqamə edən [zehni və maddi dəstyi təşkil edib fəaliyyətini təmin edən] fərd və qurumlara qarşı edilməlidir.
Bu açıqlamalardan sonra bir də, Allahın bizdən istədiyi bu ikən ya xəyanətdən, ya cəhalətdən ortaya atılmış olan rəvayətlərə uyub, “Padşahım, çox yaşa!” kimi təkərləmələri söyləyərək salavat gətirdiyini zənn edənlərin vəziyyətinə baxmaqda yarar vardır. Bizə görə mənzərə budur:
Allah: Şübhəsiz Allah və mələkləri Peyğəmbəri dəstəkləyirlər [yardım edirlər]. Ey möminlər! Siz də ona dəstək olun [yardım edin] və onun təklükəsizliyini tam bir təklükəsizliklə təmin edin! – buyurur, amma onlar: “Allahummə səlli əla Muhəmməd və səllim… [Ey Allahım! Muhəmmədə sən yardım et, lazımi dəstəyi sən et və onun təklükəsizliyini sən təmin et]” – deyirlər.
Nə böyük ziddiyyət və nə iyrənc kobudluq!
Halbuki Peyğəmbərimizə ediləcək salaatın xüsusiyyəti Quranda tamamilə açıq olaraq qeyd edilmişdir:
- 99Yenə bədəvi ərəblərdən kimisi də vardır ki, onlar Allaha və axirət gününə inanır və xərclədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri sayar. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onlara yaxında mərhəmətindən lütf edəcəkdir. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir. (Tövbə/99)
Əcayib din çərçivəsində “salavat gətirmək” deyə adlandırılan sözlər, İsrailoğullarının, Ey Musa! Onlar orada olduğu müddətcə biz oraya heç vaxt girməyəcəyik. Haydı, sən get, Rəbbinlə birlikdə döyüşün. Biz buradaca oturacağıq (Maidə/24) şəklindəki sözlərinə bənzəyir ki, İsrailoğulları bunun bədəlini çox ağır ödədilər. Bu hadisələr Quranda Maidə surəsində və Kitab-i Müqəddəsin Saylar, 13-14-cü bölmələrində anladılır.
Müsəlmanlar salaat və salavatı Qurandakı şəkliylə anladıqları təqdirdə, salaat əhatəsində olan, Ənfal surəsindəki bu vəzifəni yerinə yetirəcəkdilər:
- 60Və siz də gücünüzün yetdiyi qədər onlara qarşı hər çeşiddən qüvvət toplayın və döyüş atları hazırlayın ki, onlarla Allaha düşmən olanları/öz düşmənlərinizi və Allahın bilib, sizin isə bilmədiyiniz, bunlardan aşağı daha başqalarını da qorxudasınız. Və Allah yolunda hər nə xərcləyərsinizsə, o sizə əskiksiz ödənilər və siz haqsızlığa uğradılmazsınız. (Ənfal/60)
Bu sayədə, bu gün içində olunan zillətdən qurtulmaq müyəssər olacaq, əks halda tarix təkrarlanacaqdır.
57Şübhəsiz ki, Allaha və Elçisinə əziyyət verənləri Allah dünyada və axirətdə kənarlaşdırmışdır. Və onlara təhqiredici bir əzab hazırlamışdır.
58Mömin kişilərə və mömin qadınlara qazandırılmadıqları bir şey səbəbi ilə əziyyət edənlərə də qətiliklə, artıq bir iftira və açıq-aşkar bir vəbal yüklənmişlər.
Bu ayələr, bütün insanlara bir təhdid ehtiva edir. Burada zikr edilən əziyyət, yuxarıda bəhs edilən etika qaydalarına uymamaqdan da o yana bir şey olub, 56-cı ayədə bəhs edilən, Rəsulullaha dəstək vermək və təklükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirməyib, Allah Elçisini yalnız, dəstəksiz və qorumasız buraxmaq, ona və yaxın ətrafına iftira atmaq, tətbiqatlarının əleyhinə çıxmaqdır. “Salavat” ilə əlaqədar yuxarıda nəql edilən açıqlamalardan sonra, möminlərin əsrlərdir Rəsulullaha əziyyət verib, vermədikləri daha konkret anlaşılır.
Ayədə bəhs edilən Allaha əziyyət Ona həyat yoldaşı, övlad [oğlan-qız] və ortaq nisbət etmək və onun əmrlərinə riayət etməmək, onları təhrif etmək, Allah adından yeni prinsiplər ortaya qoymaq, Allah ilə aldatmaqdır. Bunlara dair Quranda yüzlərlə ayə keçir.
Bu paraqrafda, sadəcə Allah və Elçisini deyil, iftiralar ilə möminləri üzmək də qadağan olunur və belələri Allah onlara dünyada və axirətdə lənət etmişdir. Və onlara alçaldıcı bir əzab hazırlamışdır.
Mömin kişilərə və mömin qadınlara etmədikləri bir şeyə görə əziyyət edən insanlar da qətiliklə, Artıq bir iftira və apaçıq bir günah yüklənmişdilər ifadəsiylə təhdid edilir:
- 112Kim də bir xəta və ya bir günah qazanaraq, sonra onu bir günahsızın üzərinə atarsa, o zaman qətiliklə bir iftira və açıq-aşkar bir günah yüklənmiş olar. (Nisa/112)
59Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə söylə, üzərlərinə bayır geyimlərindən örtsünlər. Tanınaraq, əziyyət edilməmələri üçün bu daha uyğundur. Allah çox bağışlayan və çox mərhəmət edəndir.
57-58-ci ayələrdə, Elçiyə və möminlərə əziyyət edənlər təhdid edilmişdilər. Bu ayədə isə Peyğəmbərin həyat yoldaşlarından, qızlarından və möminlərin qadınlarından istənilir ki, geyimlərində incidilmələrinə səbəb olacaq bir ehtiyatsızlığa yol verməsinlər:
- Üzərlərinə bayır geyimlərindən alsınlar;
- Tanınaraq əziyyət edilməmələri üçün bu daha uyğundur.
Yuxarıda, Rəsulullahın həyat yoldaşları ilə əlaqədar məlumat verilmişdi. Burada isə Rəsulullahın qızlarından da bəhs edilmişdir. Rəsulullahın qızları ilə əlaqədar məlumatı Kurtubi və Mövdudidən nəql edirik:
Peyğəmbər Əfəndimizin Qızları.
1) Fatimatuz-Zəhra. Anası Xədicədir. Qüreyşlilər Kəbəni (yenidən) inşa etdikləri sırada Peyğəmbər əfəndimizə, Peyğəmbərliyin verilməsindən beş il əvvəl dünyaya gəlmişdir. Peyğəmbər əfəndimizin qızlarının ən kiçiyidir. Əli (r.a) onunla hicrətin 2-ci ilində Ramazan ayında evlənmiş, Zilhiccə ayında da gərdəyə girmişdir. Onunla Rəcəb ayında evləndiyi də söylənmişdir. Rəsulullahdan (s.ə.s) qısa bir müddət sonra vəfat etmişdir. Peyğəmbər əfəndimizə ailə xalqından ilk qovuşan o olmuşdur. Allah ondan razı olsun.
2) Zeynəb. Anası Xədicədir (r.a). Xalasının oğlu Əbul-Asi b. ər-Rabi ilə evlənmişdir. Anası Huveylid qızı Halə Xədicənin bacısı idi. Əbul-Asının adı Lakitdir. Haşim olduğu da söylənmişdir. Huşeymdir deyildiyi kimi, Miksəm olduğu da söylənmişdir. Zeynəb, Rəsulullahın (s.ə.s) ən böyük qızıdır. Hicrətin 8-ci ilində vəfat etmişdir. Rəsulullah (s.ə.s) (qəbrinə qoymaq üçün) onun qəbrinə enmişdir.
3) Ruqayyə. Anası Xədicədir. Peyğəmbərlikdən əvvəl Əbu Ləhəbin oğlu Utbə ilə nikahlanmışdır. Rəsulullah (s.ə.s) Peyğəmbər olaraq göndərildiyində isə, Əbu Ləhəbin iki əli qurusun (Təbbət/1) ayəsi nazil olunca, Əbu Ləhəb oğluna belə demişdi: “Əgər sən onun qızını boşamayacaqsansa, mənimlə sənin aranda heç bir əlaqə qalmayacaqdır”. Buna görə Əbu Ləhəbin oğlu ondan ayrıldı. Hələ onunla gərdəyə girməmişdi. Anası Xədicə Müsəlman olunca, o da Müsəlman olmuşdu. Qadınlar Peyğəmbər əfəndimizə beyət etdikləri sırada digər bacılarının yoldaşlarıyla birlikdə Rəsulullaha (s.ə.s) beyət etmişdi. Onunla Osman b. Affan evlənmişdir. Osman (r.a) onunla evləndiyi sırada Qüreyş xanımları belə deyirdilər: “Bir insanın (ya da gözbəbəyinin) gördüyü ən gözəl iki şəxs, Ruqayyə ilə onun əri Osmandır”. Ruqayyə Osman ilə birlikdə Həbəşistanda iki dəfə hicrətdə olmuşdur. Osmandan bir uşağı düşmüş, ondan sonra da Abdullah adındakı oğlunu doğmuşdu. Osman (r.a) da İslamdan sonra onun adı ilə künyələnmişdi. 6 yaşında ikən bir xoruz onun üzünü dimdikləmiş və buna görə də ölmüşdü. Ruqayyənin bundan sonra bir uşağı olmamışdı. Mədinəyə hicrət etmiş, Rəsulullah (s.ə.s) Bədirə getmək üçün hazırlandığı sırada xəstələnmişdi. Peyğəmbər də ona baxmaq üçün Osmanı (r.a) buraxmışdı. Rəsulullah (s.ə.s) Bədirdə ikən hicrətin 17-ci ayında vəfat etmişdi. Zeyd b. əl-Harisə zəfəri müjdələmək üçün Bədirdən gəlib Mədinəyə girdiyində Ruqayyənin üzəri torpaqla örtülürdu. Rəsulullah (s.ə.s) dəfnində iştirak etmədi.
4) Umm Gülsüm. Anası Xədicədir. Peyğəmbərlikdən əvvəl Utbənin qardaşı, Əbu Ləhəbin digər oğlu Uteybə ilə nikahlanmışdı. Daha əvvəl Ruqayyə haqqında qeyd edilən səbəbə görə atası ondan boşanmasını əmr etmişdi. Uteybə Umm Gülsüm ilə hələ gərdəyə girməmişdi. Umm Gülsüm Rəsulullah (s.ə.s) ilə birlikdə Məkkədə qalmağa davam etdi. Anası Müsəlman olunca o da İslama girdi və xanımlar Peyğəmbər əfəndimizə beyət etdikləri sırada digər bacılarıyla birlikdə, o da Rəsulullaha (s.ə.s) beyət etmişdi. Rəsulullah (s.ə.s) Mədinəyə hicrət edincə, o da Mədinəyə hicrət etdi. Ruqayyə vəfat etdikdən sonra Osman (r.a) onunla evləndi, beləliklə, ona “Zunnureyn” [iki nur sahibi] adı verilmişdi. Peyğəmbər (s.ə.s) həyatda ikən hicrətin 9-cu ili Şaban ayında vəfat etdi. Rəsulullah (s.ə.s) qəbri başında oturmuş, qəbrinə endirmək üçün Əli, əl-Fadl və Usamə enmişdi. Ez-Zübeyr b. Bekkarın nəql etdiğinə görə, Peyğəmbərin (s.ə.s) övladlarının yaşca ən böyükləri əl-Qasımdı. Sonra Zeynəb, sonra Abdullahdır. Ona Tayyib və Tahir də deyilirdi. Peyğəmbərlikdən sonra dünyaya gəlmiş və kiçik yaşda ölmüşdü. Daha sonra Umm Gülsüm, sonra Fatimə, sonra da Ruqayyə gəlir. Əl-Qasım Məkkədə ikən vəfat etmişdi, ondan sonra da Abdullah ölmüşdü. [52]
Bu ayə ilə ortaya çıxan başqa bir məqam da Hz. Peyğəmbərin (s.ə.s) bir çox qızının olduğu reallığıdır. Çünki Allah bilavasitə Ey Peyğəmbər! Həyat yoldaşlarına və qızlarına əmr et buyurmuşdur. Bu sözlər Allahdan heç qorxmadan Hz. Peyğəmbərin (s.ə.s) sadəcə bir qızı olduğunu iddia edən insanların iddiasını boşa çıxarır. Onlara görə, sadəcə Fatimə Hz. Peyğəmbərin (s.ə.s) əsl qızıdır. Digərləri isə həyat yoldaşlarının əvvəlki ərlərindəndir. Bu insanlar qərəzli olduqlarına görə elə korlaşmışdılar ki, Hz. Peyğəmbərin (s.ə.s) övladlarını başqalarına nisbət edərək nə qədər böyük bir günah işlədiklərinin və axirətdə özlərini şiddətli bir əzabın gözlədiyinin fərqində deyildilər. Bütün səhih hədislərə görə, Hz. Xədicə (r.a) Hz. Peyğəmbərdən (s.ə.s) sadəcə Fatiməni deyil, 3 qız uşağı daha dünyaya gətirmişdir. İlk siyər yazarlarından Muhəmməd b. İshak, onun Hz. Xədicə ilə evliliyinə toxunduqdan sonra belə deyir: “İbrahimdən başqa Hz. Peyğəmbərin (s.ə.s) bütün övladlarının (Qasım, Tahir, Tayyib, Zeynəb, Ruqiyyə, Umm Gülsüm, Fatimə) anası Xədicə idi”. (İbn Hişam; c. 1, s. 202)
Məşhur nəsəb bilicisi Haşim b. Muhəmməd b. əs-Saib əl-Kelbi belə deyir: “Allahın Rəsulunun özünə Peyğəmbərlik gəlmədən əvvəl ilk doğulan uşağı Qasımdı, sonra Zeynəb, sonra Ruqiyə, daha sonra da Umm Gülsüm dünyaya gəldi”. (Tabaxat-ı İbn Sad; c. 1, s. 133). İbn Hazm isə Cəvami əs-Sirət (s. 38-39) adlı kitabında Hz. Peyğəmbərin (s.ə.s), Hz. Xədicədən ən böyüyü Zeynəb olmaqla, sırasıyla Ruqiyə, Fatimə və Umm Gülsüm adlarında 4 qızının olduğunu yazır. Tabıri, İbn Sad, Əbu Cafır Muhəmməd b. Habib (Kitabul-Muhabbər adlı kitabın müəllifi) və İbn Abdil-Berr (Kitabul-İstiab müəllifi) səhih rəvayətlərə əsaslanaraq, Hz. Xədicənin Rəsulullahla (s.ə.s) evlənmədən əvvəl iki dəfə evləndiyini, Əbu Halə Təmimidən Hind b. Əbu Halə adında oğlu, Atik b. Ayis Mahzumidən Hind adinda bir qızı olduğunu söyləyirlər.
Hz. Xədicə daha sonra Hz. Peyğəmbər ilə evlənmişdir və bütün nəsəb bilikliləri onun Peyğəmbərimizdən yuxarıda adları keçən 4 qızı dünyaya gətirdiyində ittifaq etmişdilər (bkz. Tabəri c. II, s. 411; Tabaxat-ı İbn Sad, c. VIII, s. 14-16; Kitabul-Muhabber, s. 78-79, 452; el-İstıab, c. 11, s. 718). Bütün bu rəvayətlər, Quranda Peyğəmbərin (s.ə.s) bir deyil, birdən artıq qızı olduğunu bildirən ifadə ilə dəstəklənir. [53]
Mövzumuz olan ayənin enmə səbəbi haqqında aşağıdakı məlumatlar verilmişdir:
Ərəb qadınlarının açılıb saçılmaq adətləri vardı. Cariyələrin etdiyi kimi üzlərini örtməzdilər. Bu isə, insanların onlara baxmalarına və onlar haqqında müxtəlif düşüncələrə qapılmalarına səbəb olurdu. Uca Allah, Rəsuluna, xanımlara ehtiyaclarını görmək üçün kənara çıxmaq istədiklərində üzərlərinə cilbablarını alaraq çıxmalarını söyləməsini əmr etdi. (Evlərdə) tualətlər qurulmadan əvvəl ehtiyacları üçün məskun olmayan yerlərə gedərdilər. Verilən bu əmr ilə azad qadınlar ilə cariyələr arasındakı fərq ortaya çıxacaq, azad qadınlar təsəttürləriylə tanınacaqdılar. Beləliklə gənclər, ya da yaşlılar onlara söz söyləməkdən uzaq qalacaqdılar.
Bu ayənin nüzulundan əvvəl, mömin qadınlar ehtiyacını görmək üçün kənara çıxdıqlarında bəzi günahkarlar cariyə olduqlarını zənn edərək, onlara söz atardılar. Qadın səsini yüksəldincə, o da çəkilib gedərdi. Mömin kişilər vəziyyətdən Peyğəmbərə (s.ə.s) şikayət etdilər. Buna görə bu ayə-i kərimə nazil oldu. [54]
Ayədəki Tanınaraq əziyyət edilməmələri üçün bu daha uyğundur ifadəsiylə qəsd edilən, qadınların kimliklərının – Aişə, Fatma, və s. olduqlarının bilinməsi deyildir. Burada qəsd edilən, azad qadın olub, olmadıqlarının bilinməsi və belə tanınaraq, zorakılıq və təcavüz riskindən uzaq olmalarıdır.
Bu mövzunun yaxşı anlaşıla bilməsi üçün, o günün kütlə nizamı bilinməlidir.
Burada məqsəd dinin hələ tamamlanmadığı o cəmiyyətdə, əxlaqsız insanların mömin qadınları yüngül əxlaq sahibi olan qadınlarla qarışdıraraq, zorakılıq və təcavüzə cəhd etmələrinin qarşısını almaqdır. Çünki azad qadınlar olaraq tanındıqları təqdirdə azadlığa görə pis bir davranışla qarşılaşmazlar və kimsə onlara ümidlənərək baxmaz. Burada məqsəd qadının kim olduğunun bilinməsi deyildir. Ömər (r.a) başını örtən bir cariyə gördüyü təqdirdə, əlindəki əsa ilə ona vururdu. Beləliklə, o, azad qadınların geyimlərinin lazımınca qorunmasına çalışırdı. [55]
Ayədə açıq və konkret olaraq “cilbab”larını/bayır libaslarını geyən qadınların tanınacağı, bilinəcəyi, beləliklə də, incidilməyəcəyi söylənir ki, bu halda qadınların örtünmələrının səbəbi, incidilməmələrini təmin etməkdir, yoxsa daha dindar, daha namuslu və daha təqvalı olmalarını deyil.
Bu ayənin doğru anlaşılması üçün xüsusilə “cilbab”ın nə olduğu bilinməli və sonra da “cilbab” geyinməyin səbəblərinin Quranda bildiriləndən kənara çıxarılmamalıdır.
Bəziləri cilbabı ərəblərin bu gün “abaye” dedikləri, başdan aşağı salınan, bayır geyimini öndən və arxadan qapadan bir örtük olaraq, bəziləri də sadəcə gözləri açıq saxlayaraq üzü və bütün vücudu təpədən dırnağa qədər örtən bir örtük olaraq tərif edirlər. Bunlar örtünmə barəsində ifrata varan qisimlər tərəfindən ortaya atılmış olub, Quran ilə uyğun gəlməyən təriflərdir. Çünki aşağıda görüləcəyi kimi geyim-kecim mövzusunu müəyyən edən digər ayədə (Nur/31), örtülərini/baş örtülərini köks yarıqlarının üzərinə vursunlar/salsınlar deyilir. Əgər cilbab bəzilərinin dediyi kimi, başdan aşağı vücudu örtən bir geyim olsaydı, o geyim kökslərdəki yarıqları da qapadır və Nur/31-dəki əmrə ehtiyac qalmazdı. Soyuq, isti və digər iqlim və kənar təsirlərdən qorunmaq məqsədindən başqa iffət zəminində üst-üstə iki örtünün geyinilməsi mənasız olacağına görə, “cilbab” Quran tərəfindən də vücudu başdan aşağı örtən bir geyim olaraq qəbul edilmir.
Cilbab Ragıbın ifadəsiylə, “köynək və örtüyün adı”, İkrimənin tərifinə görə isə, “boyundan aşağı salınan, bayır geyimlərini örtən örtük”dür.
Bu halda cilbab, o günün azad ərəb qadınları tərəfindən cariyələrdən ayırd edilmək üçün geyilən və boyunlardan-çiyinlərdən aşağını örtən, bu günkü jaket, plaş, manto kimi bir geyim növüdür.
Ayədən anlaşıldığına görə, cilbab [muhsanlıq üniforması; pardösü, jaket] geyənlər, köks yarıqlarını aça bilirlər və bu açıqlardan da köksləri, gərdənləri görünə bilir. Yəni “cilbab”ın, mütləq tulum kimi köksləri örtəcək şəkildə olması vacib deyil. Əslində elə o günün ərəb qadınlarının bir qisminin gərdənləri açıqda gəzdiyi bilinir. Hətta İslamın hakimiyyətindən əvvəl bütpərəstlərin Kəbəni çırıl-çılpaq təvaf etdikləri, həm Quranda, həm də tarix qeydlərində yer alır. [56]
Nur/31 ayəsinin Əhzab/59-cu ayəsi ilə nəsh edildiyini iddia etmək və buna əsaslanaraq “cilbab”ın, başı da örtən bir geyim olduğunu müdafiə etmək, ayənin ehkamını nəzərə almamaq deməkdir. Hələ bu iddia, ayələri bir sıra yanlış inanclara uydurmağa çalışmaq üçün edilirsə, daha qorxunc bir cinayət olur.
Nəticə olaraq, Əhzab/59-un məqsədi, mömin qadınların cariyələrə və ya fahişələrə bənzədilməsinin və incidilməsinin qarşısını almaq, təcavüzləri heç olmazsa, minimuma endirməkdir.
60–62And olsun ki, əgər o münafiqlər və qəlblərində bir xəstəlik olan/zehniyyəti pozuq olan bu insanlar və Mədinədə ortalığı qarışdıranlar bu etdiklərindən əl çəkməzlərsə, qətiliklə onları kənarlaşdıraraq səni onlara müsallat edərik. Sonra onlar səninlə orada az bir zamandan artıq qonşu qala bilməzlər – Allahın izni ilə səndən öncə yaşamış kimsələr barəsində olduğu kimi, onlar harda rast gələrsə, yaxalanarlar və amansız qəddarlıqla öldürülərlər. Və sən Allahın qanununda/buyuruğunda qətiyyən bir dəyişiklik tapmayacaqsan!
Bu ayə qrupunda Allaha, Elçisinə və möminlərə əziyyət edən münafiqlər, qəlblərində xəstəlik olanlar və dedi-qodu edərək ortalığı qarışdıranlar təhdid edilir.
Ayədəki qəlblərində xəstəlik olanlar təbiri ilə, “həqiqi mömin olmayan ikiüzlülər” qəsd edilmişdir. Əslində zikr edilən xüsusiyyətlərin hamısı bu qrupa aiddir. Bunlar Müsəlmanlar arasında iğtişaş yaratmaq və onların əhvali ruhiyyəsini pozmaq üçün, “Muhəmməd öldü, hərbi məğlubiyyətə uğradı” kimi yalan xəbərlər yayırdılar.
Ayədəki bu etdiklərindən əl çəkməzlərsə, qətiliklə onları kənarlaşdıraraq səni onlara müsallat edərik. Sonra onlar səninlə orada az bir zamandan artıq qonşu qala bilməzlər – Allahın izni ilə səndən öncə yaşamış kimsələr barəsində olduğu kimi, onlar harda rast gələrsə, yaxalanarlar və amansız qəddarlıqla öldürülərlər. Və sən Allahın qanununda/buyuruğunda qətiyyən bir dəyişiklik tapmayacaqsan! ifadəsiylə bu cür insanlarla mübarizə edərək, onları təsirsiz hala gətirmək əmr edilir.
63,73İnsanlar səndən qiyamətin qopma vaxtı haqqında soruşurlar. De ki: “Onun biliyi, Allahın münafiq kişilərə, münafiq qadınlara, ortaq qoşan kişilərə, ortaq qoşan qadınlara əzab etməsi və Allahın mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etməsi üçün, ancaq Allahın nəzdindədir. Nə bilirsən, bəlkə qiyamətin qopma vaxtı yaxında olar. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir”.
64-66Qətiliklə Allah kafirləri kənarlaşdırıb, gözdən çıxarmış və içində sonsuz olaraq qalmaları üçün onlara çılğın bir atəş hazırlamışdır. Onlar orada bir qoruyucu yaxın və köməkçi tapa bilməzlər. Üzləri atəş içində döndərilib çevrildiyi gün: “Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik!” – deyəcəklər.
67,68Və dedilər ki: “Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik və onlar bizi düz yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabdan iki qat ver və özlərini tam olaraq kənarlaşdır/mərhəmətindən məhrum et”.
73-cü ayə, texniki və məna etibariylə 63-cü ayənin bir parçası olduğundan, bərabər tərcümə edilmişdir. 63-cü və 73-cü ayələr Ta Ha/15-in bir təkrarı və açılışı mahiyyətindədir. 73-cü ayə لِ [li] ədatıyla başlayır. Klassik anlayış sahibləri, ayəyə əlavə etmə və çıxarma etmək, ya da لِ [li] ədatını nəzərə almayaraq, məna qazandıra bilməyə çalışmışlar.
- 11Sonra onun yanına gəldiyində səslənildi: “Musa!
- 12Mən sənin Rəbbinəm. Dərhal yaxınlarını və mallarını burada burax, şübhəsiz, sən təmizlənmiş vadidə, Tuvadasan – iki dəfə təmizlənmiş bir vadidəsən.
- 13Və Mən səni seçdim – o halda, vəhy ediləcək olan şeyə…
- 14“Heç şübhəsiz ki, Mən, Allahın məhz özüyəm. Məndən başqa Tanrı deyə bir şey yoxdur. O halda Mənə qulluq et və Məni anmaq üçün salaatı iqamə et. 15Şübhəsiz ki, o saat/Qiyamət gələcəkdir. Onu Mən, hər kəs əməyinin qarşılığını alsın deyə, az qalır ki, gizlədim. 16Ona görə də, Qiyamətə inanmayan və öz boş dünyəvi arzusuna uyan səni, Qiyamətə iman etməkdən çəkindirməsin, sonra dəyişikliyə/dağıntıya uğrayarsan” – 14xəbərdarlığına qulaq as. (Ta Ha/11-16)
Bizcə, Rəsmi Düzülüş tərtibində xəta edilmiş, 63-cü ayədən dərhal sonra tərtib edilməli olan ayə, 73-cü sıraya yerləşdirilmişdir.
Bu ayələrdə, yuxarıda dünyada cəzalandırılmaqla təhdid edilənlərə qiyamətə yönəlik olan ağır bir təhdid daha gətirilir. Bu ayə qrupunda yer alan prinsiplər belə sıralana bilir:
- Qiyamətin qopma vaxtı, hər kəsin müstəqil iradəsiylə iman, ya da küfrü tərcih edə bilməsi üçün gizli tutulmuşdur.
- Allah kafirlərə lənət etmiş [onları kənarlaşdırmış] və içində əbədi olaraq qalmaq üçün onlara çılğın bir atəş hazırlamışdır.
- Onlar orada, bir vəli və yardımçı tapa bilməzlər.
- Üzləri atəş içində döndərilib, çevrildiyi gün: “Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik! Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik və onlar bizi düz yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabdan iki qat ver və özlərini tam olaraq kənarlaşdır/mərhəmətindən məhrum et” – deyəcəklər.
Ayələrdəki Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik! Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik və onlar bizi düz yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabdan iki qat ver və özlərini tam olaraq kənarlaşdır/mərhəmətindən məhrum et ifadəsindən görünür ki, pis vəziyyətə düşənlər öz liderlərini günahlandırırlar. Burada liderlərin və böyüklərin cəmiyyəti necə təsir altına salıb, yoldan çıxardıqlarına diqqət çəkilir və insanların yanlışın əleyhinə çıxmaları, liderlərini mühakimə etmələri istənilir:
- 29Və o kafirlər: “Rəbbimiz! Bildiyimiz/bilmədiyimiz hər kəsdən, bizi doğru yoldan azdıranları bizə göstər. Onlar ən aşağıdakılardan olsunlar deyə, biz onları ayaqlarımızın altına alaq” – dedilər. (Fussilət/29)
Pislərə itaət edənlərin vəziyyəti burada konkret bir şəkildə ortaya qoyulur. Öhdəliklərini haqqıyla etməyənlərə yönəlik təhdidlər bir çox dəfə təkrar edilmişdir:
- 159,160Şübhəsiz, endirdiyimiz açıq dəlilləri və doğru yol bələdçisini Biz Kitabda insanlara açıq-aşkar göstərdikdən sonra gizlədən insanlar – bax budur, onlar… Onları Allah və kənarlaşdıranlar kənarlaşdırıb gözdən çıxarır. Ancaq günahdan dönən və düzəldənlər, açıq dəlilləri və doğru yol bələdçisini aşkar şəkildə ortaya qoyanlar başqadır. Bax budur onlar… Mən onların tövbələrini qəbul edərəm. Və Mən tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verən, çoxlu mərhəmət edənəm.(Bəqərə/159, 160)
Bu ayələrdə verilən ismarıc, başqa ayələrdə də verilmişdi: Əraf/187, Nəziət/42-46, Səba/3-5, Mülk/24-27, Mutaffifin/7-17, Hicr/2, Furqan/27-29.
69Ey iman edənlər! Sizlər Musaya əziyyət edənlər kimi olmayın. Bax budur, Allah Musanı əziyyət edənlərin söylədiklərindən təmizə çıxardı. Və o, Allah qatında mövqe sahibi/dəyərli biri idi.
70,71Ey iman edənlər! Allahın qoruması altına girin və sağlam dəlili/sübutu olan söz söyləyin ki, Allah işlərinizi lehinizə düzəltsin, günahlarınızı da bağışlasın. Hər kim Allaha və Elçisinə itaət edərsə, artıq o, həqiqətən çox böyük bir zəfər ilə xilas edilmiş olur.
Bu ayə qrupunda möminlərə Musaya əziyyət edən insanlar kimi olmamaları, Rəsulullahı narahat etməmələri, Allaha təqvalı davranmaları və sübutsuz söz söyləməmələri yönündə direktivlər verilir və onlara məxsusi vədlər edilir:
- Siz Musaya əziyyət edən insanlar kimi olmayın.
- Allah Musanı əziyyət edənlərin söylədiklərindən təmizə çıxardı. O, Allah qatında dəyərli biri idi.
- Allaha təqvalı davranın və sağlam sübutu olan söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın.
- Allaha və Elçisinə itaət edən kimsə həqiqətən qurtuluşa çatar.
Bu ayə qrupunda ətrafindakılar tərəfindən Musaya əziyyət edildiyi, amma onun Allah tərəfindən təmizə çıxarıldığı bildirilir. Musaya edilən əziyyətin nə olduğu burada açıqlanmamışdır. Rəvayətlərə görə isə aşağıdakılardır:
İbn Abbas və bir cəmiyyət belə demişdir: Bu, Əbu Hureyrənin (r.a) rəvayət etdiyi bu hədisin mahiyyətini təşkil edir. Buna görə Peyğəmbər (s.ə.s) belə demişdir: “İsrailoğulları çılpaq yuyunurdular. Musa (ə.s) isə, çox örtünürdü və bədənini gizlədirdi. Bir qisim onun haqqında: “Onun xayaları şişdir və onun baras xəstəliyi vardır, yaxud da onda bir xəstəlik olur” – demişdilər. Bir gün Musa Dəməşq [Suriya] torpaqlarında olan bir bulaqda yuyunmağa getdi, geyimlərini bir daşın üzərinə qoydu. Daş geyimi ilə birlikdə uçub getdi. Musa çılpaq halda daşın arxasından gedir və: “Ey daş, libasımı ver, ey daş, libasımı ver” deyirdi. Nəhayət, İsrailoğullarından bir cəmiyyətin yanına qədər (bu halda) gəldi. Ona baxdıqlarında bir də nə görsünlər, Musa aralarında yaradılışı ən gözəl, surəti ən möhtəşəm birisidir. Söylədiklərinin heç biri onda yoxdur. Budur şanı Uca Allahın Allah onu dediklərindən təmizə çıxardı buyuruğunda anladılan budur”. Bu hədisi Buxari və bu mənada da Müslim rəvayət etmişdilər.
Müslimin sözü belədir: Rəsulullah (s.ə.s) buyurdu ki: “İsrailoğulları çılpaq halda yuyunurdular. Biri digərinin avrətinə baxardı. Musa (ə.s) isə, tək başına yuyunurdu. Buna görə onlar: “Allaha and olsun ki, Musanın bizimlə birlikdə yuyunmasını əngəlləyən ancaq onun xayalarının şişkin olmasıdır” – dedilər. Bir gün yuyunmağa getdiyində geyimlərini bir daşın üzərinə qoymuşdu. Daş geyimiylə birlikdə uçub getdi. Musa (ə.s) təcili daşın ardından qaçdı və bu arada: “Ey daş, libasımı ver; Ey daş, libasımı ver” – deyirdi. Nəhayət İsrailoğulları Musanın (ə.s) avrətini gördülər və: “Allaha and olsun ki, Musanın hər hansı bir rahatsızlığı yoxdur” – dedilər. Nəhayət daş durdu və beləliklə, Musaya baxmış oldular. Musa da geyimini aldı və daşı döyməyə başladı”. Əbu Hureyrə dedi ki: “Allaha and içirəm ki, daşda altı, ya da yeddi zərbə izi var. Bunlar Musanın daşa endirdiyi zərbələrin izləridir”.
İbn Abbasa görə Əli b. Əbu Talib (r.a) belə demişdir: İsrailoğulları Musa haqqında: “O Harunu öldürdü” – deyərək əziyyət etmişdilər. Belə ki, Musa ilə Harun Tihin əkin əkilən bir yerindən dağa doğru çıxıb getdilər. Harun da orada öldü. Musa gəldiyində İsrailoğulları Musaya: “Onu sən öldürdün, çünki o bizə görə səndən daha yumşaqdı və bizi daha çox sevərdi” – dedilər. Beləliklə, Musaya əziyyət etdilər. Buna görə Uca Allah mələklərə əmr etdi. Mələklər də Harunu alıb, İsrailoğulları arasında gəzdirdilər. Beləliklə, Musanın doğruluğunu özlərinə göstərən böyük bir möcüzə görmüş oldular. Çünki Harunda öldürüldüyünə dair heç bir iz yox idi. [57]
Bəziləri: “Bu, onların ona bədənində bir qüsur olması barədə iftira atdıqlarına görə, etmiş olduqları əziyyətdir” – deyirkən, bəziləri belə demişdilər: “Qarun bir fahişə ilə plan qurdu. Buna görə qadın, İsrailoğullarının yanında Musanın özüylə zina etdiyini söyləyəcəkdi. Qarun qövmünü topladığında, Allah orada olan bu qadının qəlbinə doğru söyləmə fikrini verdi və beləliklə, qadın ona təlqin edilmiş olan o şeyi söyləmədi”. [58]
Kitab-i Müqəddəsdə də bu hadisələrı görürük:
Fironun yanından ayrılınca, onları gözləyən Musa və Harunla qarşılaşdılar: “Rəbb etdiyinizi görsün, cəzanızı versin!” – dedilər, “Bizi Fironla vəzifəlilərinin gözündə biabır etdiniz. Bizi öldürmələri üçün əllərinə bir qılınc verdiniz”. [59]
Musaya: “Misirdə məzarmı yoxdu ki, bizi çölə ölməyə gətirdin?” – dedilər, “Bax, Misirdən çıxarmaqla bizə nə etdin! Misirdəykən sənə: “Burax bizi, Misirlilərə qulluq edək demədikmi? Çöldə ölməkdənsə, Misirlilərə qulluq etsək, bizim üçün daha yaxşı olardı”. [60]
Çöldə hamısı Musayla Haruna şikayət etməyə başladı: “Kaş ki, Rəbb bizi Misirdəykən öldürsəydi” – dedilər, “heç deyilsə, orada ət qazanlarının başında oturur, doyunca yeyirdik. Amma siz bütün cəmiyyəti acından öldürmək üçün, bizi bu çölə gətirdiniz”. [61]
Amma xalq susamışdı. “Nə üçün bizi Misirdən çıxardın?” – deyə Musaya söyləndilər, “Bizi, övladlarımızı, heyvanlarımızı susuzluqdan öldürmək üçünmü?” Musa: “Bu xalqa nə edim?” – deyə Rəbbə fəryad etdi: “Haradaysa məni daşlayacaqlar”. [62]
Xalq çəkdiyi sıxıntılardan ötrü şikayət etməyə başladı. Rəbb bunu eşidincə, qəzəbləndi, aralarına atəşini göndərərək, düşərgənin kənarlarını yandırıb, yox etdi. Xalq Musaya yalvardı. Musa Rəbbə yalvarınca, atəş söndü. Buna görə də oraya Tavera adı verildi. Çünki Rəbbin göndərdiyi atəş onların arasında yanmışdı. Deyirkən, xalqın arasındakı əcnəbilər başqa qidalar üçün darıxmağa başladılar. İsraillilər də yenə ağlayaraq: “Kaş ki, yeməyə bir az ət olsaydı!” – dedilər, “Misirdə pulsuz yediyimiz balıqlar, xiyarlar, qarpızlar, pırasalar, soğanlar, sarımsaqlar yadımıza düşür. İndi isə yemək yemə istəyimizi itirdik. Bu mandan başqa heç bir şey gördüyümüz yox”. Man, kişniş toxumuna bənzərdi, görünüşü də ağac saqqızı kimi idi. Xalq çıxıb onu toplayır, dəyirmanda üyüdür, ya da həvəngdə döyərdi. Çölməkdə qaynadıb pide edərdilər. Dadı zeytun yağında bişirilmiş yeməklərə bənzəyirdi. Gecə ordugaha şeh düşərkən, man da birlikdə düşərdi. Musa hər kəsin, hər ailənin çadırının önündə ağladığını duydu. Rəbb buna çox öfkələndi. Musa da kədərləndi. Rəbbə: “Quluna niyə pis davrandın?” – dedi, “Səni məmnun etməyən nə etdim ki, bu xalqın yükünü mənə yükləyirsən? Bütün bu xalqa mənmi gəbə qaldım? Onları mənmi doğdum? Bəs niyə onları əmizdirən körpəni daşıyan dayə kimi, atalarına and içərək, söz verdiyin torpağa onları qucağımda aparmağımı istəyirsən? Bütün bu xalqa verəcək əti haradan tapım? Mənə: “Bizə yeməyə ət ver” – deyə sızıldayıb dururlar. Bu xalqı tək başıma daşıya bilmərəm, bu qədər yükü qaldıra bilmərəm. Mənə belə davranacaqsan, əgər gözündə lütfə nail oldumsa, lütfən məni dərhal öldür ki, öz məhvimi görməyim”. [63]
O gecə bütün camaat yüksək səslə bağırışıb ağladı. Bütün İsrail xalqı Musayla Haruna deyindi. Onlara: “Kaş ki, Misirdə, ya da bu çöldə ölsəydik!” – dedilər, “Rəbb niyə bizi bu ölkəyə götürür? Qılıncdan keçirilməyimiz üçünmü? Xanımlarımız, övladlarımız dustaq ediləcək. Misirə dönmək bizim üçün daha yaxşı deyilmi?” Sonra bir-birlərinə: “Özümüzə bir öndər seçib Misirə dönək” – dedilər. Buna görə Musayla Harun İsrail camaatının önündə üz üstə yerə qapandılar. Ölkəni araşdıranlardan Nun oğlu Yeşuyla Yefunnə oğlu Kaləv geyimlərini yırtdılar. Sonra bütün İsrail camaatına belə dedilər: “İçindən keçib, araşdırdığımız ölkə çox yaxşı bir ölkədir. Əgər Rəbb bizdən məmnun qalarsa, süd və bal axan o ölkəyə bizi götürəcək və oranı bizə verəcəkdir. Ancaq Rəbbə əleyhinə çıxmayın. Orada yaşayan xalqdan qorxmayın. Onları çörək yeyər kimi yeyib, bitirəcəyik. Qoruyucuları onları buraxıb getdi. Amma Rəbb bizimlədir. Onlardan qorxmayın!” Camaat onları daşa tutmağı düşünürkən, qəfildən Rəbbin görkəmi Görüşmə Çadırında bütün İsrail xalqına göründü. [64]
Levi oğlu Kehat oğlu Yishar oğlu Korah, Ruben soyundan Eliavoğullarından Datan, Aviram və Pelet oğlu on camaat tərəfindən seçilən, tanınmış 250 İsrailli liderlə birlikdə Musaya üsyan etdi. Hamısı birlikdə Musayla Harunun yanına gəlib: “Çox irəli getdiniz!” – dedilər, “Bütün camaat, camaatın hər fərdi müqəddəsdir və Rəbb onların arasındadır. Elə isə niyə özünüzü Rəbbin camaatından üstün görürsunuz?” Bunu eşidən Musa üz üstə yerə qapandı. Sonra Korahla tərəfdarlarına belə dedi: “Sabah Rəbb kimin özünə aid olduğunu, kimin müqəddəs olduğunu açıqlayacaq və o nəfəri hüzuruna çağıracaq. Rəbbin seçəcyi adamı hüzuruna çağıracaq. Ey Korah və tərəfdarları! Özünüzə buxurdanlar alın. Sabah Rəbbin hüzurunda buxurdanlarınızın içinə atəş, atəşin üstünə də buxur qoyun. Rəbbin seçəcəyi adam, müqəddəs olan adamdır. Ey Levililər! Çox irəli getdiniz”. Musa Korahla nitqini belə davam etdi: “Ey Levililər! Məni dinləyin! İsrailin Tanrısı sizi öz hüzuruna çıxarmaq üçün ayırdı. Rəbbin Konutunun xidmətini etməyiniz, cəmiyyətin önündə durmağınız, onlara xidmət etməyiniz üçün sizi İsrail camaatının arasından seçdi. Sizi və bütün Levili qardaşlarınızı hüzuruna çıxardı. Bu az imiş kimi, kahinliyidəmi istəyirsiniz? Ey Korah! Sənin və tərəfdarlarının belə toplanması Rəbbə üsyan etməkdir. Harun kimdir ki, ona dil uzadırsınız?” Sonra Musa Eliavoğulları Datanla Aviramı çağırtdı. Amma onlar: “Gəlməyəcəyik” – dedilər, “bizi çöldə öldürtmək üçün süd və bal axan ölkədən çıxardın. Bu az imiş kimi başımıza keçmək istəyirsən. Bizi süd və bal axan ölkəyə götürmədiyin kimi, miras olaraq bizə tarlalar, bağlar da vermədin. Bu adamları kormu sanırsan? Xeyr, gəlməyəcəyik”. Çox qəzəblənən Musa Rəbbə: “Onların nəzirlərinə əhəmiyyət vermə. Onlardan bir eşşək belə almadım, üstəlik heç birinə də haqqsızlıq etmədim” – dedi. Sonra Koraha: “Sabah sən və bütün tərəfdarların –sən də, onlar da Rəbbin önündə olmaq üçün gəlin” – dedi, “Harun da gəlsin. Hər kəs öz buxurdanını alıb, içinə buxur qoysun. 250 nəfər bir-bir buxurdan alıb, Rəbbin önünə gətirsin. Harunla sən də buxurdanlarınızı gətirin”. Beləliklə, hər kəs buxurdanını alıb, içinə atəş, atəşin üstünə də buxur qoydu. Sonra Musa və Harunla birlikdə Görüşmə Çadırının girişində durdular. Korah bütün camaatı Musayla Harunun qarşısında Görüşmə Çadırının giriş bölməsində toplayınca, Rəbbin görkəmi bütün topluluğa göründü. Rəbb Musayla Haruna: “Bu topluluğun arasından ayrılın ki, onları bir anda yox edim” – dedi. Musayla Harun üz üstə yerə qapanaraq: “Ey Tanrı! Bütün insan ruhlarının Tanrısı!” – dedilər, “Bir nəfər günah işlədi deyə, bütün cəmiyyətəmi qəzəblənəcəksən?” Rəbb Musaya: “Camaata söylə, Korahın, Datanın, Aviramın çadırlarından uzaqlaşsınlar” – dedi. Musa Datanla Aviramın yanına getdi. İsrailin öndə gedənləri onu izlədi. Camaata xəbərdarlıq edərək: “Bu pis adamların çadırlarından uzaq durun!” – dedi, “Onların heç bir şeyinə toxunmayın. Yoxsa onların günahları üzündən canınızdan olarsınız”. Buna görə camaat Korah, Datan və Aviramın çadırlarından uzaqlaşdı. Datanla Aviram çıxıb arvadlarıyla, kiçik-böyük övladlarıyla birlikdə çadırlarının önündə durdular. Musa belə dedi: “Bütün bunları etməyim üçün Rəbbin məni göndərdiyini, özbaşına bir şey etmədiyimə buradan anlayacaqsınız: Əgər bu adamlar hər kəs kimi təbii bir ölümlə ölər, hər kəsin başına gələn bir hadisə ilə qarşılaşırlarsa, bilin ki, məni Rəbb göndərməmişdir. Amma Rəbb yepyeni bir hadisə yaradarsa, yer yarılıb, onları və onlara aid olan hər şeyi udarsa, ölülər diyarına diri-diri enərlərsə, bu adamların Rəbbə hörmətsizlik etdiklərini anlayacaqsınız”. Musa nitqini bitirər-bitirməz Korah, Datan və Aviramın altındakı yer yarıldı. Yer yarıldı və onları, ailələrini, Korahın adamlarıyla mallarını uddu. Sahib olduqları hər şeylə birlikdə diri-diri ölülər diyarına endilər. Yer onların üzərinə qapandı. Camaatın arasından yox oldular. Qışqırıqlarını eşidən ətrafdakı İsraillilər: “Yer bizi də udmasın!” – deyərək qaçışdılar. Rəbbin göndərdiyi atəş buxur nəzir edən 250 adamı yandırıb, yox etdi. Rəbb Musaya belə dedi: “Kahin Harun oğlu Elazara buxurdanları atəşin içindən çıxarmasını, atəş qorlarını bir az o tərəfə dağıtmasını söylə. Çünki buxurdanlar müqəddəsdir. Etdikləri günahdan ötrü öldürülən bu adamların buxurdanlarını lövhə halına gətirib, sunağı bunlarla qapa. Buxurdanlar müqəddəsdir, çünki onlar Rəbbə təqdim olunur. Bunlar İsraillilər üçün bir xəbərdarlıq olsun”. Beləliklə, Kahin Elazar, yanaraq ölən adamların gətirdiyi tunc buxurdanları Rəbbin Musa vasitəsiylə, özünə söylədiyi kimi alıb, döyərək qurbangahı qapamaq üçün lövhə halına gətirdi. Bu, İsraillilərə Harunun soyundan gələnlərdən başqa heç kəsin Rəbbin önünə çıxıb buxur yandırmamalı olduğunu xatırladacaqdı. Yoxsa o adam Korahla tərəfdarları kimi, yox olacaqdı. Ertəsi gün bütün İsrail camaatı Musayla Haruna deyinməyə başladı: “Rəbbin xalqını siz öldürdünüz” – deyirdilər. Camaat Musayla Haruna qarşı toplanıb, Görüşmə Çadırına doğru yönəlincə, çadırı qəfildən bulud qapadı və Rəbbin görkəmi göründü. Musayla Harun Görüşmə Çadırının önünə gəldilər. Rəbb Musaya: “Bu camaatın arasından ayrılın ki, onları birdən yox edim” – dedi. Musayla Harun üz üstə yerə qapandılar. Sonra Musa Haruna: “Buxurdanını alıb, içinə qurbangahdan atəş qoy, üstünə də buxur qoy” – dedi, “günahlarını bağışlatmaq üçün dərhal camaatın yanına get. Çünki Rəbb qəzəbini yağdırdı. Öldürücü xəstəlik başladı”. Harun Musanın dediyini edərək, buxurdanını alıb, camaatın ortasına qaçdı. Xalqın arasında öldürücü xəstəlik başlamışdı. Harun buxur təqdim edərək kütlənin günahını bağışlatdı. O ölülərlə dirilərin arasında durunca, öldürücü xəstəlik də səngidi. Korah hadisəsində ölənlərdən başqa, öldürücü xəstəlikdən ölənlərin sayı 14.700 nəfər idi. Öldürücü xəstəlik səngidiyindən Harun Musanın yanına, Görüşmə Çadırının giriş bölməsinə döndü. [65]
Quranda isə İsrailoğullarının Musaya əziyyət etdiklərinə dair onlarla ayə mövcuddur. Bunların çoxu keçmiş surələrdə zikr edilmişdi. Bunlardan bir neçəsini xatırladırıq:
- 55Həmçinin bir zamanlar da siz: “Ey Musa! Biz Allahı açıq şəkildə görmədikcə, sənə qətiyyən inanmayacağıq” – demişdiniz və buna görə də siz görə-görə sizi ildırım çarpmışdı. (Bəqərə/55)
- 61Və həmçinin bir zamanlar siz: “Ey Musa! Biz tək yeməyə qətiyyən dayana bilmərik, artıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” – demişdiniz. Musa da sizə: “O, üstün olanı daha aşağı olanlarla dəyişdirməkmi istəyirsiniz? Bir qəsəbəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaqdır” – demişdi. Və üzərlərinə alçaqlıq və acizlik damğalandı və sonunda Allahın qəzəbinə uğradılar. Bax budur, bu, küfr etmiş və peyğəmbərləri haqsız yerə öldürmüş olduqlarına görədir. Bax budur, bu, üsyan etdikləri və həddi aşdıqlarına görədir. (Bəqərə/61)
- 153Kitab Əhli səndən göydən onlara bir kitab endirməyini istəyirlər. Və əlbəttə, onlar Musadan bundan daha böyüyünü istəmişdilər və: “Allahı bizə açıqca göstər” – demişdilər. Sonra da haqsızlıq etdiklərinə görə, onları ildırım vurdu. Sonra da özlərinə açıq dəlillər gəldiyi halda, qızılı tanrı qəbul etmişdilər. Sonra Biz onları bundan dolayı da əfv etdik. Və Biz Musaya açıq-aşkar bir dəlil verdik.(Nisa/153)
- 24Musanın qövmü: “Ey Musa! Şübhəsiz ki, biz… Onlar orada olduğu müddətcə, biz oraya qətiyyən girmərik. Artıq sən və Rəbbin gedin və döyüşün. Şübhəsiz ki, biz burada oturanlarıq” – dedilər. (Maidə/24)
- 148Musanın qövmü, Musadan sonra, öz qövmünün bəzəklərini bir yerə toplayaraq aldadıcı, tələyə düşürücü səsi olan, əslində isə heç işə yaramayan bir tanrı qəbul etdilər/böyük bir sərmayə düzəldərək ona sitayiş etdilər. Qəbul etdikləri tanrının onlara bir söz söyləyə bilmədiyini və bir yol göstərə bilmədiyini görmədilərmi? Onu tanrılaşdırdılar və zalımlardan oldular. (Əraf/148)
72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, tanınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorxdular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahildir.
Bu ayədə bütün insanlığa, xəbər cümləsi ilə çox əhəmiyyətli bir xəbərdarlıq edilir: Allah yeri, göyləri və dağları bir nizam, bir sistem və intizam içində yaratmış, onlar da bu nizamlarını pozmamışdılar. Kainatdakı nizamı çox cahil və zalım olduğundan insan pozmuşdur.
Bu ayə də rəvayətlərin təsiriylə, təəssüf ki, gerçək mənasından və verdiyi ismarıcdan kənara çıxılaraq, anlaşılmaz və içindən çıxılmaz hala gətirilmişdir. Lazımi təhlillərdən əvvəl bu mövzuyla əlaqədar nəqlləri zikr edirik:
Tirmizi el-Hakim Əbu Abdillah bu rəvayəti qeyd edir: Bizə İsmail b. Nasr anlatdı, o Salih b. Abdullahdan, o Muhəmməd b. Yezid b. Cevhərdən, o əd-Dahhakdan, o da İbn Abbasdan rəvayətlə dedi ki, Rəsulullah (s.ə.s) belə buyurdu: Uca Allah, Adəmə: “Ey Adəm!” – dedi, “Şübhəsiz ki, Mən əmanəti göylərə və yerə təklif etdim. Onların buna gücü çatmadı. Sən içindəki mahiyyəti ilə birlikdə onu yüklənirsənmi?” Adəm: “İçində nələr var, ey Rəbbi?” – dedi. Uca Allah belə buyurdu: “Əgər sən bunu yüklənərsənsə, əcir alarsan. Buna riayət etməzsənsə, əzab edilərsən”. O da içindəkilərlə birlikdə onu yükləndi. Ancaq cənnətdə sadəcə ilk namaz ilə ikindi namazı arası qədər bir müddət qaldı, sonra da şeytan onun oradan çıxmasına səbəb oldu.
Buna görə əmanət, Uca Allahın qullarına əmanət olaraq verdiyi fərzlərdir. Bunların bəzilərinin təfsilatı xüsusunda görüş ayrılıqları vardır. İbn Məsud dedi ki: “Bu buyuruq əmanət olaraq buraxılan şeylər və bənzəri mal əmanətləri haqqındadır”. Yenə ondan: “Bütün fərzlərdir, bunların ən ağırı isə mal əmanətidir” – dediyi də rəvayət edilmişdir.
Ubey b. Kab dedi ki: “Qadına ferci [namus və iffəti] xüsusunda etibar etmək, əmanətin bir qismini təşkil edər”.
Əbud-Derda da belə demişdir: “Cünubluqdan yuyunmaq bir əmanətdir. Şanı Uca Allah dinindən, ondan başqası xüsusunda Adəmoğluna etibar etməmişdir”. Mərfu bir hədisdə də belə deyilir: “Əmanət namazdır, istərsən: “Namaz qıldım” deyərsən, istərsən: “Namaz qılmadım” – deyərsən. Oruc və cünubluqdan yuyunmaq da belədir”.
Abdullah b. Amr b. əl-As dedi ki: Uca Allahın insandan ilk yaratdığı şey, onun fercidir [namus və iffəti]. Uca Allah: “Bu Mənim sənə buraxdığım bir əmanətdir, qətiyyən onu haqqdan başqasına qatma, qarışdırma. Əgər sən onu qoruyarsansa, Mən də səni qoruyaram” – buyurdu. Buna görə ferc bir əmanətdir, qulaq bir əmanətdir, göz bir əmanətdir, dil bir əmanətdir, qarın bir əmanətdir, əl bir əmanətdir, ayaq bir əmanətdir. Əslində əmanəti olmayanın imanı da yoxdur.
Əs-Süddi dedi ki: Buradakı əmanətdən qəsd, Adəmin oğlu Qabilə, digər oğlu və ailə xalqı haqqında duyduğu etibardır. Buna qarşılıq Qabilin qardaşını öldürərək, ona xainlik etməsidir. Çünki Uca Allah ona: “Ey Adəm!” – demişdi, “Mənim yer üzündə bir Evimin olduğunu bilirsənmi?” Adəm: “Xeyr, Allahım” – demişdi. Uca Allah belə buyurmuşdu: “Mənim Məkkədə bir Evim var, ora get”. Buna görə Adəm səmaya: “Əmanət olaraq, oğlumu qoru” – demişdi, səma qəbul etməmişdi. Yerə: “Əmanət olaraq, oğlumu qoru” – demiş, yer də qəbul etməmişdi. Dağlara da eyni şeyi söyləmiş, dağlar da qəbul etməmişdi. Bu dəfə Qabilə: “Əmanət olaraq, oğlumu qoru” – demiş, o da: “Olar. Get və gəl, oğlunu səni məmnun edəcək bir şəkildə görəcəksən” – demiş, lakin geri döndüyündə qardaşını öldürmüş olduğunu görmüşdü. Budur şanı Uca Allahın Biz əmanəti göylərlə yerə və dağlara təklif etdiksə də, onlar onu yüklənmək istəmədilər… ayəsində qəsd edilən budur.
Mamərin, əl-Hasendən rəvayət etdiyinə görə əmanət göylərə, yerə və dağlara təklif edildiyində onlar: “Əmanətdə [mahiyyətində] nə var?” – deyə soruşmuşdular. Onlara: “Yaxşılıq edərsənsə, mükafat görərsən, pislik edərsənsə, cəzalandırılarsan” – deyildi. Buna görə onlar: “Xeyr (qəbul etmirik)” – dedilər.
Mücahid dedi ki, Uca Allah Adəmi yaradınca ona əmanəti təklif etdi. O: “Əmanət nədir?” – deyə soruşdu. Uca Allah bu cavabı verdi: “Əgər yaxşılıq edərsənsə, sənə mükafat verərəm, əgər pislik edərsənsə, səni əzablandıraram”. Buna görə Adəm: “Mən də onu yükləndim, Rəbbim” – deyə cavab verdi.
Mücahid dedi ki: “Onun bu əmanəti yüklənməsi ilə cənnətdən çıxardılması arasında keçən müddət, sadəcə öylə ilə ikindi namazı arası qədər idi”.
Ali b. Talhanın, İbn Abbasdan rəvayət etdiyinə görə, o, Uca Allahın Biz əmanəti göylərə, yerə və dağlara təklif etdiksə də… ayəsi haqqında belə demişdir: “Əmanətdən qəsd fərzlərdir. Uca Allah bunu göylərə, yerə və dağlara təklif etdi. Əgər əskiksiz olaraq əmanətin vacib olanını yerinə yetirərlərsə, onları mükafatlandıracağını, onu zay edərlərsə, əzablandıracağını söylədi. Bu işdən xoşlanmadılar və çəkindilər, ancaq bu bir üsyan olaraq deyil, vacib olanı yerinə yetirəməyəcəklərindən qorxduqları üçün Uca Allahın dininə təzim/hörmət etdiklərinə görə belə münasibət göstərmişdilər. Daha sonra Uca Allah bu əmanəti Adəmə təklif etdi, o da içindəkilərlə bərabər qəbul etdi”.
Ən-Nəhhas dedi ki: “Təfsir Alimlərının qəbul etdiyi görüş budur”.
Bir digər açıqlama da belədir: “Adəmin (ə.s) vəfatı yaxınlaşdığında, əmanəti məxluqata təklif etməsi əmr olundu. O da bu əmanəti almaları üçün təkliflər etdi, lakin övladlarından başqa kimsə onu qəbul etmədi”.
Yenə deyildiyinə görə, bu əmanət Uca Allahın göylərə, yerə, dağlara və məxluqata vermiş olduğu rububiyyətinə dair dəlilləri ortaya çıxarmalarıdır. Onlar da bu dəlilləri açıq şəkildə ortaya qoydular, ancaq insan bu dəlilləri gizlədi və inkar etdi. Bu açıqlamanı da bəzi natiqlər/mütəfəkkirlər etmişdilər. [66]
Bu insanların bəhs etdiklərinin əksini ortaya qoyan rəvayətlərə gəlincə, mənə atam, Allahın rəhməti üzərinə olsun, anlatdı, dedi ki: Bizə əl-Fayd b. əl-Fadl əl-Kufi anlatdı, dedi ki: Bizə əs-Serri b. İsmail anlatdı. Es-Serri, Amir əş-Şabidən, o Məsrukdan, o Abdullah b. Məsuddan dedi ki: Uca Allah əmanəti yaratdığında ona qaya kimi təmsili bir surət verdi. Sonra bunu dilədiyi bir yerə buraxdı, sonra bunu yüklənmək üçün göyləri, yeri və dağları çağırdı, onlara: “Bu əmanətdir, bunun (yerinə yetirilməsi halında) savabı, (yerinə yetirilməməsi halında) cəzası vardır” – dedi. Bunlar: “Rəbbimiz!” – dedilər, “Bizim buna gücümüz yetməz”. İnsan isə dəvət olunmadan gəldi. Göylərə, yerə və dağlara: “Sizin üstünüzdə nə var?” – deyə soruşdu, onlar belə dedilər: “Rəbbimiz bizləri bunu daşımaq üçün çağırdı, biz isə bundan çəkindik və buna gücümüz çatmadı. Bu dəfə onu əliylə tərpətdi və belə dedi: “Allaha and içirəm ki, bunu daşımaq istəsəm, daşıya bilərəm” – deyib, dizlərinə çatana qədər o əmanəti qaldırdı, sonra yerinə buraxıb, belə dedi: “Allaha and içirəm ki, daha da daşımaq istəsəm, daha yuxarıya qaldıra bilərəm”. Bu dəfə onlar: “Haydı, daşı baxaq!” – dedilər. Onu daşıdı və köks səviyyəsinə gətirincəyə qədər qaldırdı, sonra onu yerinə qoydu. Yenə: “Allaha and içirəm ki, daha yuxarı qaldırmaq istəsəydim, qaldıra bilərdim” – dedi. Onlar yenə: “Haydı, qaldır!” – dedilər. O da onu qaldırdı və çiyninin üstünə qoydu. Yerinə buraxmaq istəyincə, onlar: “Olduğun yerdə dur” – dedilər, “Çünki, bu əmanətdir. Bunun savabı da vardır, cəzası da vardır. Rəbbimiz bizə onu daşımağımızı əmr etdi, biz ondan çəkindik. Sənsə bunu daşımağın üçün çağırılmadığın halda gəldin, onu daşıdın. Artıq bu, qiyamət gününə qədər sənin və sənin zürriyyətindən gələcəklərin boynunda qalmışdır. Çünki, sən çox zalım və çox cahilsən”. [67]
Ayədə keçən “əmanət”lə əlaqədar bir çox görüş vardır. Bəziləri: “Bu, mükəlləfiyyətdir. Buna qüsur edən insanın təzmində olması [qüsurunu təlafi etməsi/aradan qaldırması] olduğu və haqqıyla yerinə yetirənə də ikramda olmaq olduğu üçün əmanət deyilmişdir” – deyirlirkən, bəziləri də əmanət insanın “la ilahə illallah” – deməsidir” – demişdilər. Bu ikincisi, məntiqsiz bir görüşdür. Çünki göylər, yer və dağlar, lisan-i hallarıyla əslində elə, Allahın bir olduğunu, Allahdan başqa tanrı olmadığını söyləyirlər. Yenə bəziləri: “Bu əmanət ilə üzvlər qəsd edilmişdir. Məsələn, göz bir əmanətdir mühafizə edilməlidir. Qulaq da, əl də, ayaq da, dil də, insanın avrət məhəlli də belədir” – deyirkən, bəziləri də: “mərifətullah [Allahı bilmək] ilə onun əhatəsinə girən hər şeydir” – demişdilər. Allah ən yaxşı biləndir. [68]
Diqqət edilirsə, bu nəqllərdə və ənənəvi anlayışda ayədə keçən əmanət sözü dilimizdəki “qorunmaq üçün bir yerə buraxılan əşya” mənasında, ərz sözü də “göstərmək, təqdim etmək, təklif etmək, istək” mənasında elə alınır. Ayənin həqiqi mənasını təsbit etmək üçün sözlər təhlil edilməlidir:
العرض [əlƏrd]. العرض [ələrd], tulun [uzunluğun] əksi olub, “en” deməkdir. [69] Bu sözün fel olaraq mənası, “enləşdirmə, yayma, yayğınlaşdırma”dır.
Əmanət. الأمانة [əl-əmanət], الأمنة [əmənət], xəyanətin əksidir. Xəyanətin əsli “nöqsanlaşdırmaq, təfrit”dir [qüsurlaşdırma, zay etmədir]. Özünə etibar olunan bir şeyi nöqanlaşdıran insana “xain” deyilir. [70]
Bu tərifə görə, əmanət sözünün əsas mənası, “bütünlük, qüsursuzluq, mükəmməllik”dir. “Qorunmaq üçün bir yerə buraxılan əşya” mənasında işlədilməsinin səbəbi də, “tevdi edilən şeyin mükəmməlliyi”-dir.
Mövzumuz olan ayədəki əmanət sözü, termin deyil, lüğəti mənasıyla ələ alınmalıdır. Bu vəziyyətdə Allah; göylərə, yer üzünə və dağlara mükəmməlliyi, qüsursuzluğu, nizam və intizamı yaymış-yayğınlaşdırmışdır. Təbiətdəki heç bir varlıq bu mükəmməlliyə xəyanət etməmiş və bunu pozmamışdır. Amma çox cahil və çox zalım insan bunu pozmuş, qüsurlu hala gətirmişdir.
Ayəni doğru anlaya bilmək üçün, ayə mətnində keçən “يحملن yahmilnə” və “حمل həmələ” felləri üzərində də durmaq lazımdır. Əlimizdəki Rəsmi Düzülüşdə bu fellər “yüklənib daşıma” mənasına gələcək şəkildə “ح ha” hərfi ilə oxunur. Belə ki, ilk vaxtlar nöqtəsiz olan ərəbcə yazılar, daha sonra nöqtələndiyi üçün bu ayədə edilən nöqtələmələrin üzərində də durula bilir. Rəsmi Düzülüşdə nöqtələmə edən adam [71] “ح ha” hərfini nöqtələyib, “خ xa” hərfi etməli ikən, öz inancı və anlayışı çərçivəsində, “ح ha” olaraq buraxmış da ola bilir. Əgər “ح ha” hərfinə nöqtə qoyaraq “خ xa” hərfi edilsəydi söz, “gizləmə, tanınmaz hala gətirmə, gözdən düşürmə, yararsız hala gətirmə” [72] mənasında olacaqdı. Sözün “خ xa” hərfiylə oxunması ayənin siyak və sibaxıyla daha da uyumlu olacaqdı. Biz sözü hər iki şəklə görə də tərcümə edirik.
Bu ayənin ismarıcı Rum/41-də fərqli bir üslub ilə yer almış və orada bu açıqlamanı etmişdik:
- 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)
Bu ayədə, etdikləri səhvlərə görə xətalarının bir qisminin cəzasını insanlara daddırmaq üçün yer üzündə qarışıqlıq, pozulmalar meydana çıxdığı bildirilir. Onlardan istənilir ki, ağıllarını başlarına alsınlar, etdikləri işlərlə quruda və dənizdə fəsad çıxarmasınlar/təbiətdəki tarazlığı pozmasınlar. İrəlidə bu ismarıc fərqli bir üslub ilə də gələcəkdir.
- 72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, tanınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorxdular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahildir. (Əhzab/72)
- 168Və onları yer üzündə bir çox liderli cəmiyyətlərə ayırdıq. Onlardan bir qismi düzgün insanlardı, bir qismi də bundan aşağı səviyyədə idilər. Və Biz onları, dönsünlər deyə, yaxşılıqlarla və pisliklərlə sınadıq. (Əraf/168)
Burada bəhs edilən fəsad, təbii tarazlığın pozulmasıdır. Yəni mövsümlərin pozulması, yağışların azalması və ya çoxalması, bitkilərin barsızlaşması, suların kirlənməsi, buna bağlı olaraq da suda yaşayan canlıların yox olması, atmosferin pozulması, ozon təbəqəsinin deşilməsi, yüksək radiasiyanın səbəb olduğu xərçəng və bu kimi xəstəliklərin çoxalması… bütün bunların nəticəsində də yer üzündə sıxıntılı bir həyatın meydana gəlməsidir.
Bu bir reallıqdır ki, həzzə əsaslanan bir istehsal və istehlak perspektivi ucbatından insanoğlu nəzarətsiz bir texnoloji inkişafla təbiətdəki tarazlığı sürətlə pozur. Bunun nəticəsi olaraq təmiz su qaynaqları, təmiz hava, təbii və sağlam qida təmin olunması hər keçən gün bir az daha çətinləşir. Bu çətinliklərin meydana çıxardığı bioloji və psixoloji komplikasiyaların insan sağlığını ciddi bir şəkildə təhdid etdiyi elmi araşdırmalarla da təsdiq edilmişdir. Bu gün bu təhlükəli müddətç bütün dövlətlər tərəfindən qəbul edilməklə bərabər, neqativ nəticələrinin aradan qaldırılması xüsusunda beynəlxalq iradə hələ kifayət qədər güclü deyildir.
BMT-nin təşəbbüsü ilə təşkil edilən və Kloro Floro Karbon qazlarının atmosferə atılması barəsində məhdudlamalar gətirən Kyoto Protokolu, ancaq 2005 ilində imzalana bilmişdir. Bu və bənzər andlaşmalarla ətrafın insan və digər canlıların sağlığına yenidən uyğun hala gətirilməsi çabalarına ağırlıq verilməli və Allahın təbiətə qoyduğu ekoloji tarazlıq yenidən təmin edilməlidir. Əks halda insanlıq daha böyük fəlakətlərlə qarşılaşacaq və bu fəlakətlər dadımlıq olmayacaqdır. [73]
Ekoloji tarazlıq və bu tarazlığın qorunmasına yönəlik son zamanlarda bir xeyli elmi araşdırma edilir və bir sıra tədbirlər görülür. Oxucuların bu mövzunu təfərrüatlı olaraq elmi mənbələrdən oxumasını və təqib etməsini məsləhət görürük.
Doğrusunu ən yaxşı bilən Allahdır.
İstifadə edilmiş ədəbiyyat:
[1] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[2] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[3] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[4] Quranın Təbyini, I cild, səh. 61, Tin surəsi.
[5] Quranın Təbyini, VI cild, Bəqərə surəsi.
[6] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[7] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[8] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[9] Taberi, Tarixut-Taberi, Mısır, 1961, II, 564-5.
[10] İbnul-Hişam, es-Siretun-Nebeviyye, Beyrut, 1407/1987, II, 254, 255.
[11] Taberi, a.g.e., II, 566.
[12] İbn Hişam, es-Siretun-Nebeviyye, Mısır, 1375/1955, II, 214, 216, 220.
[13] Taberi, a.g.e., II, 570.
[14] Taberi, a.g.e., II, 572.
[15] İbn Hişam, a.g.e., II, 223; Taberi, a.g.e., II, 572-573.
[16] İbn Hişam, a.g.e., II. 224-225.
[17] İbn Hişam, a.g.e. II. 230; Taberi, a.g.e. II 578- 579.
[18] İbn Hişam, a.g.e., II, 231-232.
[19] İbn Hişam, a.g.e., II, 233-234.
[20] İbn Hişam, a.g.e., III, 239; Buhari, “Cihad”, 32; Taberi, Tarix, Nşr. Muhəmməd Ebul-Fadl İbrahim, Beyrut II, 592.
[21] Buhari, “Cihad”, 32; Taberi, a.g.e., II, 592.
[22] İbn Hişam, a.g.e., III, 240-244, 250.
[23] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[24] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[25] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[26] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[27] Razi, Mefatihul-Ğayb.
[28] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[29] Mevdudi, Tefhimul-Kuran.
[30] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[31] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[32] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[33] Mevdudi, Tefhimul-Kuran.
[34] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[35] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[36] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[37] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[38] Lisan, “Htm” mad.
[39] el-Müfredat.
[40] Lisan, “Nbe” mad.
[41] Lisan, “Rsl” mad.
[42] Quranın Təbyini, VI cild, Bəqərə surəsi.
[43] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[44] Buhari; “Tefsir Kitabı”, Bab: 244, No: 309.
[45] İbn Sad, Tabaxatul-Kübra; c. 8, s. 62-63.
[46] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[47] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[48] Razi, Mefatihul-Ğayb.
[49] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[50] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[51] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[52] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[53] Mevdudi, Tefhimül-Kuran.
[54] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[55] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[56] Geniş bilgi için bkz. Kurtubi, el-Cami lil-Ahkam-il-Kuran, 7/189.
[57] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[58] Razi, Mefatihul-Ğayb.
[59] Çıxış, 5:20-21.
[60] Çıxış, 14:11-12.
[61] Çıxış, 16:2-3.
[62] Çıxış, 17:3-4.
[63] Sayılar, 11:1-15.
[64] Sayılar, 14:1-10.
[65] Sayılar, 16:1-50.
[66] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[67] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.
[68] Razi, Mefatihul-Ğayb.
[69] Lisanul-Arab, “Arz” mad.
[70] Lisanul-Arab; Tacul-Arus; “Emn” və “Havn” mad.
[71] Hicrî 65 tarihinde Abdulmelik b. Mervan (v.86/705) zamanında Ebu Esved ed-Düelî (v.68/688) halifenin emriyle Kur’ân-ı Kerime ilk olarak noktalama işaretlerini koymuştur.
[72] Lisanü’l Arab, Tacü’l Arus; hml ح-خ mad
[73] Quranın Təbyini, VII cild, Rum surəsi.