ƏHQAF SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 275

 

1Ha/8, Mim/40.[1]

2Bu kitabın endirilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün ol­ma­yan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəllə­yən/sağ­lam­laş­dıran Allahdandır.

3Biz göyləri, yer üzünü və ikisi arasındakıları ancaq “haqq” ilə və “adı qoyulmuş bir müddət sonu” ilə yaratdıq. Bu kafirlər isə xəbərdar edildikləri şeylərdən/xəbərdar edilməkdən uzaqlaşan, qaçan insanlardır.

4De ki: “Allahın yaratdıqlarından yalvardığınız şeyləri gördünüzmü/heç düşün­dü­nüz­­mü? Onlar yer üzündə nəyi yaratmışlar, mənə göstərin. Yoxsa onların göylərdə bir ortaqlıqlarımı var? Əgər siz  doğru insanlarsınızsa, mənə Qurandan öncə bir kitab və ya bilikdən bir sitat gətirin”.

5Və Allahın yaratdıqlarından, Qiyamət gününə qədər özünə heç bir cavab verə bilməyəcək olan insanlara dua edəndən daha azğın kim ola bilər? Üstəlik sitayiş olunan insanlar, o insanların yalvarışlarından da xəbərsizdirlər.

6İnsanlar bir araya toplandığı zaman da sitayiş etdikləri kimsələr onlara düşmən oldular. Və onlara sitayiş olunmasını qəbul etməyənlər idilər.

7Və Bizim ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafirlər özlərinə gələn “haqq” üçün: “Bu açıq-aşkar bir ovsundur” –  dedilər.

8Ya da onlar “Quranı Muhəmməd uydurdu” – deyirlər. De ki: “Əgər onu Mən uydurmuşamsa, mənə Allahdan olacaq şeyə güc yetirə bilməzsiniz/məni Allah kimi cəzalandıra bilməzsiniz. O, sizin nəyin içinə atıldığınızı daha yaxşı bilir. Sizinlə mənim aramda şahid olaraq O, yetər. Və O, çox bağışlayandır, çox mərhəmət edəndir”.

9De ki: “Mən elçilərdən ilk meydana çıxan biri deyiləm. Və mən, mənə və sizə nə ediləcəyini bilmirəm. Mən sadəcə, mənə vəhy edilənə tabe oluram. Və mən ancaq açıq-aşkar bir xəbərdarlıq edənəm”.

10De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah tərəfindəndirsə və siz də onu bilərək rədd etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid də onun bir bənzəri üzərinə şahid olubsa və inanmışsa, siz də yekəxanalıq göstərdinizsə… Şübhəsiz ki, Allah şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz”.

11Və kafirlər, iman edənlər üçün: “Əgər bir xeyir, mənfəət olsa idi, onlar  onda bizim önümüzə keçə bil­məz­dilər. Əvvəl biz mömin olar, mənfəəti biz alardıq”– dedilər. Bununla bələdçilən­dikləri doğru yola girməyincə: “Bu qədim bir uydurmadır” – deyəcəklər.

12Qurandan əvvəl də bir başçı və mərhəmət olaraq, Musanın kitabı vardı. Bax budur, bu Quran da, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq/gözəllik edənləri müjdələmək üçün ərəb dilində/ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır.

(66/46, Əhqaf/1–12)

Nəcm: 276

13Şübhəsiz ki, “Rəbbimiz Allahdır” – deyib, sonra da ən doğru yolda olanların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.

14Bax budur, onlar cənnət əhlidirlər. Etməkdə olduqlarına qarşılıq orada sonsuz olaraq qalacaqlar.

15Və Biz insana, ana və atasına yaxşılaşdırmağı/gözəlləşdirməyi öhdəlik olaraq çatdırdıq. Anası onu zəhmətlə daşıdı və zəhmətlə dünyaya gətirdi. Və onun daşınması və ayrılması otuz aydır. Sonunda insan yetkinlik çağına çatdığı və qırx yaşa gəldiyində: “Rəbbim! Mənə, anama və atama ehsan etdiyin nemətlərinə qarşılıq ödəməyimi və Sənin razı olacağın saleh əməl işləməyimi təmin et. Mənim üçün soyumun içində düzəlişlər et/saleh insanlar ver. Şübhəsiz ki, mən sənə yönəldim. Və mən şübhəsiz ki, müsəlmanlardanam” – dedi.

16Bax budur, biliklənmiş, şüurlanmış bu insanlar vəd olunduqları doğru bir vəd olaraq və özləri haqsızlığa uğradılmadan, Allahın onlara əməllərini tam olaraq ödəməsi üçün özlərindən, etdiklərinin ən gözəlini qəbul edəcəyimiz və cənnət əhli içərisində, pisliklərdən qoruyacağımız insanlardır.

17Və anasına, atasına: “Of sizə! Siz məni, məndən öncə necə nəsillər gəlib keçmiş ikən çıxarılmaqla/öldükdən sonra dirilməkləmi təhdid edirsiniz?” – deyən insan… Və anası, atası Allaha yalvararaq: “Vay sənin halına! Gəl iman et, şübhəsiz ki, Allahın vədi gerçəkdir” – deyər. Sonra da o: “Bu Quran, qədimlərin məsəllərindən başqa bir şey deyildir” – deyər.

18Bax budur, anası, atası ilə inanc mübahisəsi olan, Axirətə inanmayan uşaqlar! Onlar özlərindən öncə gəlib keçmiş, bilinən-bilinməyən bütün səviyyədən[2] başçılı cəmiyyətlər içərisində əleyhlərində Söz[3] haqq olmuş insanlardır. Şübhəsiz ki, onlar həqiqətən itkiyə/zərərə uğrayıb acı çəkən insanlar idilər.

19Və hər kəs üçün işlədikləri şeylərdən, bəzi dərəcələr vardır. Və onlar haqsızlığa uğradılmadan, Allahın onlara əməllərini tam olaraq ödəməsi üçündür.

20Və kafirlər atəş üzərində yayılacaqları gün: “Siz keçici dünya həyatınızda gözəl şeylərinizi təmin etdiniz, onlardan  yararlandınız, artıq yer üzündə haqsız yerə yekəxanalıq göstərməyiniz və haqq yoldan çıxdığınıza görə, bu gün alçaldıcı bir əzab ilə qarşılıq görəcəksəniz!”

(66/46, Əhqaf/13–20)

Nəcm: 277

21Adın qardaşı Hudu da an! O zaman o, Əhqafda qövmünü xəbərdar etmişdi. Qətiliklə, ondan əvvəl və sonra [hər zaman]: “Allahdan başqasına qulluq etməyin. Şübhəsiz, mən sizin üçün böyük bir günün əzabından qorxuram” – deyən xəbərdar edicilər keçmişdi.

22Onlar: “Sən bizi tanrılarımızdan çevirmək üçünmü gəldin? Əgər doğrulardansansa, haydı, o bizi təhdid edib durduğun əzabı dərhal gətir” – dedilər.

23Adın qardaşı, Hud: “Şübhəsiz ki, o əzabın nə zaman gələcəyinə dair bilik Allah qatındadır. Mən isə sizə mənimlə göndəriləni təbliğ edirəm. Lakin mən sizi cahillik edən bir cəmiyyət olaraq görürəm” – dedi.

24,25Sonunda onu vadilərinə doğru gələn geniş bir bulud halında gördüklərində: “Hə, bax budur! Bu, bizə yağış gətirəcək bir buluddur!” – dedilər. Xeyr, əksinə o, tezləşdirməyə çalışdığınız şeyin məhz özüdür! Rəbbinin əmri ilə hər şeyi yerlə bir edən, içində acıqlı bir əzab olan külək… Sonunda, o hala gəldilər ki, mənzillərındən başqa heç bir şey görünmürdü. Biz günahkarlar qövmünü bax budur, belə cəzalandırırıq.

26Və and olsun ki, Biz sizi güclü etmədiyimiz şeylərdə, onları güclü etmişdik. Sizə vermədiyimiz imkanları, onlara vermişdik. Onlara da qulaqlar, gözlər və duyğular vermişdik. Buna baxmayaraq qulaqları, gözləri və duyğularının onlara heç bir faydası ola bilmədi/özlərindən heç bir şeyi uzaqlaşdıra bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. Lağ etməkdə olduqları şey də onları sarıb, bürüdü.

27,28Qətiliklə, Biz sizin qonşularınız olan məmləkətləri dəyişikliyə/dağıntıya uğratdıq. Ayələri, onlar dönsünlər deyə, təkrar-təkrar açıqladıq. Belə isə, Allahın yaratdıqla­rın­dan, guya Ona yaxınlığa vəsilə qəbul etdikləri uydurma tanrılar, onların əzabını sov­ma­ğa kömək etməli deyildimi? Əksinə, o uydurma tanrılar özlərindən ayrılıb, yox ol­dular. Bu, onların yalanlarıdır/uydurmaqda olduqları şeydir.

(66/46, Əhqaf/21–28)

Nəcm: 278

29O zaman Biz gizli xəfiyyələrdən Quranı dinləmək istəyən bir qrupu sənə yönəltmişdik. Onlar Qurana hazır olduqları zaman: “Susun!” – dedilər. Sonra Quranı dinləyincə də, bir-bir xəbərdaredici olaraq, cəmiyyətlərinə döndülər.

30–32Onlar: “Ey qövmümüz! Şübhəsiz ki, biz Musadan sonra endirilən və sadəcə içində olan mövzuları təsdiq edən, haqqa və dosdoğru yola bələdçi olan bir kitab dinlədik. Ey qövmümüz! Allahın dəvətçisinə qarşılıq verin və ona iman edin ki, Allah günahlarınızı bağışlasın və sizi acı bir əzabdan qurtarsın. Hər kim Allahın dəvətçisinə qarşılıq verməzsə, bilsin ki, yer üzündə Allahı aciz buraxacaq deyildir. Onun üçün Allahın yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxın olan kəslər də yoxdur. Bax budur, onlar açıq-aşkar bir pozğunluq içərisindədirlər” – dedi­lər.

(66/46, Əhqaf/29–32)

Nəcm: 279

33Onlar, şübhəsiz, göyləri və yer üzünü yaradan və onları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu görmədilərmi/düşünə bilmədilərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir.

34Kafirlərin atəş üzərinə yayılacaqları gün: “Bu, gerçək deyilmiymiş?” Onlar da: “Bəli, gerçəkmiş. Rəbbimizə and olsun!” – dedilər. Allah: “O halda, bilərək rədd edib durduğunuza/ inanmadığınıza görə indi dadın əzabı!” – dedi.

(66/46, Əhqaf/33–34)

Nəcm: 280

35Artıq elçilərdən əzm sahiblərinin səbr etdikləri kimi sən də səbr et! Onlar üçün tələskən olma. Sanki, onlar özlərinə vəd edilən şeyi gördükləri gün dünyada sadəcə gündüzün bir saatı qədər qalmış kimidirlər. Bu, bir təbliğdir. Artıq haqq yoldan çıxanlar kütləsindən başqa kimsə dəyişikliyə/dağıntıya uğradılarmı?

(66/46, Əhqaf/35)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Cin və ins sözləri Quranda ilk dəfə burada keçdiyindən bu sözlərlə əlaqədar qısaca bilik vermək istəyirik: Cin, xalq kültüründə “insan kimi yeyib içən, törəyən, inanan, bəzən qabiliyyətli insanlar tərəfindən işçi kimi işlədilən, qeyri-adi güc və biliklərə sahib, insanları çarpan, istədiklərinə zərər verən, əydirən, yüksək dəyərlər ilham edən gizli dəstəkçi güc, görünməyən yaradılış” olaraq bilinir. Buna görə də, Quran səhv anlaşılır. Cin sözü, əslində “örtülü varlıq – insanın beş duyğu üzvü ilə qavraya bilmədiyi, qavranmağa qapalı, mövcudiyyəti qəti olan varlıq və ya güc” – deməkdir. Bu sözün inkar mənası olan ins [insan] isə, “beş duyğu üzvü ilə hiss edilə bilən, bilinən, görünən, tanış, əlaqə qurula bilən, yox olmayan, daima ortada duran” – deməkdir. Bizə tanış olan bu sözlər də cin sözünün törəmələrindəndir: Cənnət [torpağı ağac yarpaqları ilə örtülmüş yer], cinnət [ağlı, fikri gizlənmək, dəli olmaq], cənin (rüşeym – ananın qarnında gizləndiyi üçün bu adı almışdır), cünnət [döyüşdə istifadə edilən qalxan ( adamı oxdan, nizədən gizlətdiyi üçün bu ad verilmişdir)].

Quranda cin sözünün “mikroorqanizmlər, elektrik, maqnit, şüa, radiasiya, agent/casus, əcnəbi, kimliyi bəlli olmayan insan” mənalarında istifadə edildiyini görəcəyik. Bir də Quranda ins və cin sözlərinin bərabər istifadə edildiyini görürük. Bu iki zidd mənalı söz birlikdə istifadə edildiyində, sözlərin mənası fərqliləşir, başqalaşır və zənginləşir.

Zidd mənalı iki sözdən, daha ətraflı bir məna çıxarmaq, hər dildə var olan bir tətbiq üsuludur. Məsələn: Gecə-gündüz, yaş-quru, canlı-cansız, it–pişik, səhər–axşam, yer–göy, yaxşı–pis, acı–şirin, sağ–sol, irəli–geri, aşağı–yuxarı, en–uzunluq, ağ–qara, irili–xırdalı, dünya–axirət kimi zidd mənalı sözlər bərabər deyim olaraq istifadə edildikdə, qəlibin mənası, sözlərin xüsusi mənalarından fərqliləşir və zənginləşir.

Mənalarının bir-birlərinə zidd olduğunu gördüyümüz ins və cin sözləri, birlikdə bir qəlib halında istifadə edildiklərində, “gördüyünüz–görmədiyiniz, bildiyiniz–bilmədiyiniz, tanıdığınız–tanımadığınız, yəni hər kəs və hər şey” mənasına gəlir. Bunun Quranda xeyli çox misalı mövcuddur.

[3]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.