ƏNAM SURƏSİNİN TƏBYİNİ

Adını 136, 138 və 139-cu ayələrdə keçən “dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanlar” mənasındakı “الأنعام Ənam” sözündən alan surənin Məkkədə 55-ci sırada endiyi qəbul edilir. Ancaq bəzi qaynaqlar surənin 20, 91, 94, 114 və 151-ci ayələrinin, bəzi qaynaqlar 91, 92 və 98-ci ayələrinin, Razi isə 20, 23, 91, 93, 114, 141, 151, 152 və 153-ci ayələrinin Mədinədə endiyini irəli sürmüşdülər.  [1]

Bundan başqa, surənin bir dəfədə endiyini və Peyğəmbərimizin surəni vəhy katiblərinə tam şəkildə yazdırdığını qeyd edən nəqllər də mövcuddur.

Özündən əvvəl enmiş bütün surələrin xülasəsi halında olan surənin ağırlıq mərkəzini Peyğəmbərlik müəssisəsi təşkil edir. Surədə həmçinin tövhid, ədalət, öldükdən sonra dirilmə və hesab vermə mövzuları üzərində də ciddi şəkildə durulmuş, o dövrün səhv inanış və anlayışları şiddətlə rədd edilmişdir.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 203

1Bütün təriflər, göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı var edən Allaha məxsusdur. Başqası öyülə bilməz. Sonra da bu, Allahın tanrılığını və Rəbbliyini qəbul etməyənlər, bir şeyləri Rəbbinə bərabər/tay tuturlar.

2O, sizi bir palçıqdan yaratmış olandır. Sonra “müddət sonunu”u gerçəkləşdirmişdir. Və adı müəyyən edilmiş müddət sonu Onun qatındadır. Sonra siz hələ də şübhələnib, durursunuz.

3Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi də, aşkarınızı da bilir. O, sizin nə qazandığınızı da bilir.

(55/6, Ənam/1–3)

Nəcm: 204

4Onlarsa Rəblərinin ayələrindən bir ayə gələn kimi, tam yəqinliklə bilin ki, ondan məsafələnib, uzaq durmuşdular.

5Sonra da onlar özlərinə haqq gəlincə, onu tam yəqinliklə bilin ki, yalan saydılar. Artıq məsxərəyə qoyduqları şeylərin əhəmiyyətli\əsas\vacib xəbərləri yaxında özlərinə gələcəkdir.

6Görmədilərmi ki, Biz onlardan əvvəl özlərinə yer üzündə sizə vermədiyimiz bütün imkanları verdiyimiz, göy üzünü üzərlərinə bərəkətlərlə göndərib, altlarında bulaqlar axıtdığımız necə nəsilləri dəyişikliyə/dağıntıya uğratdıq. Biz onları, günahlarına görə dəyişikliyə/dağıntıya uğratdıq və onlardan sonra başqa bir nəsil yaratdıq.

7Və əgər Biz sənə papirusda/kağızda yazılı bir kitab endirmiş olsaq, onlar da ona əlləri ilə toxunsalar, tam yəqinliklə bil ki, o kafirlər: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir” – deyərlər.

8Və onlar: “Bu Peyğəmbərə bir mələk endirilsəydi!” – dedilər. Əgər Biz bir mələk endirmiş olsaydıq, iş, tam əmin ol ki, bitirilmiş olardı. Sonra da özlərinə göz belə açdırılmazdı.

9Əgər Biz Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir insan şəklində edərdik və onlar yenə düşdükləri şübhəyə düşərdilər.

10Və heç şübhəsiz, səndən əvvəl də elçilərə istehza edildi. Sonra da onlardan istehza edənləri, istehza etdikləri şey bürüdü.

11De ki: “Yer üzündə dolaşın, sonra da yalan sayanların sonu necə olmuşdur baxın!”

12De ki: “Göylərdə və yerdə olanlar kim üçündür?” De ki: “Allah üçündür”. Allah, mərhəməti Öz öhdəsinə yazmışdır. Sizi, tam yəqinliklə bilin ki, özündə qətiyyən şübhə olmayan qiyamət gününə toplayacaqdır. Öz-özlərini zərərə salan insanlar, bax budur, onlar iman etməzlər.

13Və gecədə, gündüzdə sığınan hər şey Onundur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

14De ki: “Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin Özü bəslənməyən Allahdan başqa kömək edən, qoruyan, yol göstərən bir yaxınmı qəbul edim?” De ki: “Mən İslam insanlarının ilki olmaqla əmr olundum”. Və sən, qətiyyən Allaha ortaq qoşanlardan olma!

15De ki: “Mən tam əmin olun ki, əgər Rəbbimə üsyan edərəmsə, böyük bir günün əzabından qorxaram”.

16Kim ki, ortaq qoşmaqdan/üsyan etməkdən döndərilərsə, şübhəsiz ki, Allah o gün, ona mərhəmət etmişdir. Və bax budur, bu, açıq-aşkar qurtuluşdur.

17Və əgər Allah, sənə bir zərər toxundurarsa, onu Özündən başqa aça bilən yoxdur. Və əgər O, sənə bir xeyir toxundurdusa da, şübhəsiz, O, hər şeyə gücü çatandır.

18Və O, qullarının üstündə/daha üstün olaraq, üsyan edən insanları məhv edəndir. Və O, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.

19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”.

20Özlərinə Kitab verdiyimiz bu insanlar, Peyğəmbəri, öz oğullarını tanıdıqları kimi tanıyırlar. Öz nəfslərini ziyana uğradan bu insanlar, bax budur, onlar iman etməzlər.

21Və Allah haqqında yalan uydurandan və ya ayələrini yalan sayandan daha səhv davranan/öz zərərlərinə iş edən kim ola bilər? Heç şübhə yoxdur ki, şərik qoşaraq səhv davranan/öz zərərlərinə iş edən bu insanlar qurtuluşa çata bilməzlər.

22Və o gün hamısını toplayacağıq. Sonra Biz ortaq qoşan insanlara: “Hanı, haradadır o həqiqətin əksinə olaraq inandığınız ortaqlarınız?” – deyəcəyik. 23Sonra onların atəşlərə atılmaları: “Rəbbimiz, Allaha and olsun ki, Biz ortaq qoşanlardan deyildik” – deməkdən başqa bir şey deyildi.

24Bax, öz əleyhlərinə necə də yalan söylədilər! O uydurduqları şeylər də özlərindən ayrılıb yox oldu.

25Onlardan sənə qulaq asanlar vardır, halbuki Biz onu qavrayıb anlamalarına/qəlb­lə­­ri üzərinə qat-qat örtüklər və qulaqlarında bir ağırlıq əmələ gətirdik. Onlar bütün əla­mətləri/nümunələri görsələr də ona inanmazlar. Belə ki, o kafirlər sənin yanına gəldiklə­rində, səninlə mübahi­sə­yə girişərək: “Bu, öncəkilərin uydurma məsəllərindən başqa bir şey deyildir” – de­yər­lər.

26Və onlar ondan imtina edərlər və özləri ondan uzaq durarlar. Və onlar şüursuzca, yalnız və yalnız özlərini dəyişikliyə/dağıntıya uğramağa sürükləyirlər.

27Və onların atəşin üzərində durdurulduqları zaman: “Ah, nə olardı, dünyaya dön­dərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və möminlərdən olsay­dıq!” – dediklərini bir görsəydin!

28Əksinə, işin əslində, daha əvvəl gizlədikləri aşkar oldu. Geri döndərilsəydilər, yenə qadağan olunduqları şeyə tam əmin olun ki, dönərdilər. Bəli onlar həqiqətən yalançılardır.

29Və onlar: “Bizim, bu keçici dünya həyatımızdan başqa bir həyat yoxdur, biz dirildiləcək də deyilik” – demişdilər.

30Və Rəblərinin hüzurunda durdurulduqları zaman onları bir görsən! Rəbləri: “Bu, bir gerçək deyilmiy­miş?” – deyər. Onlar: “Rəbbimizə and içirik ki, gerçəkdir” – deyərlər. Rəbləri: “Elə isə küfr etmiş olduğunuza görə əzabı dadın!” – deyər.

31Allaha qovuşmağı yalan sayanlar, tam yəqinliklə bilin ki, itkiyə/zərərə uğrayıb acı çəkmişdilər. Qiyamət anı qəfildən gəlincə, onlar, günahlarını kürəklərinə yüklənmiş olaraq, deyəcəklər ki: “Dünyada etdiyimiz qüsurlara görə vay halımıza!” Diqqət edin, yükləndikləri/günahları nə pisdir!

32Və fani dünya həyatı, sadəcə əyləncə və oyundur. Son yurd – Axirət yurdu isə Allahın qoruması altına girənlər üçün, tam yəqinliklə bilin ki, daha xeyirlidir. Hələ də ağılla hərəkət etməzsinizmi?

33Əlbəttə, Biz bilirik ki, onların dedikləri səni, qəti olaraq, narahat edir. Amma onlar əslində səni yalan saymırlar; ancaq şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər Allahın ayələrini bilə-bilə rədd edirlər.

34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmış olsalar da, özlərinə köməyimiz gəlincəyə qədər, yalan sayılmağa və verilən əziyyətə səbir etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə elçi­lə­rin xə­bərlərindən bir qismi gəlmişdir.

35Və əgər onların üz çevirməyi sənə çətin gəldisə, haydı, gücün çatırsa, yerin içində bir dəlik, ya da göydə bir nərdivan axtar ki, onlara bir əlamət/nümunə gətir! Allah diləsəydi, tam əmin olun ki, onları doğru yol bələdçiliyi üzərində toplayardı. O halda, qətiyyən cahillərdən olma!

36Ancaq dinləyənlər qarşılıq verər. Ölüləri… Onları da Allah dirildir. Sonra yalnız və yalnız Ona döndərilərlər.

37Və onlar dedilər ki: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi?” De ki: “Şübhəsiz ki, Allah bir əlamət/nümunə endirməyə gücü çatandır, lakin onların çoxu bilməzlər”.

38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır.

39Ayələrimizi yalan sayan bu insanlar da qaranlıqlar içindəki kar və laldırlar. Hər kim diləyərsə, Allah onu çaşdırar, kim də diləyərsə, onu doğru yol üzərinə qoyar.

40De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə gəlsə və ya qiyamət vaxtı gəlsə, Allahdan başqasınamı yalvararsınız? Əgər doğru insanlarsınızsa”.

41Əslində, yalnız və yalnız Allaha yalvarırsınız… O, diləyərsə dua etdiyinizi yox edər və siz ortaq qoşduğunuz şeyləri ağzınıza belə ala bilməzsiniz.

42Və and olsun ki, səndən əvvəlki başçıları olan cəmiyyətlərə elçilər göndərdik və onları, yalvarsınlar deyə, dözülməz çətinliklərə/yoxsulluq və sıxıntılara saldıq.

43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi.

44Sonra özlərinə xatırladılanı tərk etdiklərində, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeylərlə “sevincə qapılıb, lovğalandıqda”, onları qəfildən yaxaladıq. Artıq onlar ümidləri puça çıxanlar oldular.

45Beləliklə, şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edən kütlələrin kökü kəsildi. Və bütün təriflər, aləmlərin Rəbbi Allahadır. Başqası öyülə bilməz.

46De ki: “Heç düşündünüzmü, əgər Allah sizin eşitməyinizi və görməyinizi alarsa və qəlblərinizi möhürləyərsə, onları sizə Allahdan başqa gətirə biləcək tanrı kimdir?” Bax, Biz ayələri necə açıqlayırıq. Sonra da onlar arxa çevirib, mane olurlar?

47De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə anidən və ya açıq-aşkar gələrsə, şərik qoşaraq, səhv edənlər/öz zərərlərinə iş edənlər qövmündən başqasımı dəyişikliyə/dağıntıya uğradılmış olar?”

48Və Biz göndərilən elçiləri, ancaq müjdəçilər və xəbərdar edənlər olaraq göndəririk. Artıq kim iman edər və düzəldərsə, artıq onlara qorxu yoxdur. Onlar qəmgin də olmayacaqlar.

49Ayələrimizi yalan sayanlara da, etməkdə olduqlarına görə/haqq yoldan çıxdıqlarına görə əzab toxunacaqdır.

50De ki: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır” – demirəm. Görünməyəni, eşidilməyəni, keçmişi, gələcəyi də bilmirəm. Mən sizə: “Mən bir mələyəm” də demirəm. Mən yalnız və yalnız mənə vəhy edilənə uyuram”. De ki: “Kor ilə görən eyni olarmı? Hələ də düşünmürsünüzmü?”

51Və Rəblərinin hüzurunda toplanılacaqlarından qorxanları, Allahın qoruması altına girmələri üçün sənə vəhy edilənlə xəbərdar et. Onların Onun yaratdığı sərvətlərdən kömək edən, yol göstərən, qoruyan bir yaxınları və köməkçiləri, ara düzəldənləri yoxdur.

52Və Allahın rizasını diləyərək səhər-axşam/həmişə dua edən insanları qovma! Onların hesabından sənə heç bir məsuliyyət yoxdur, sənin hesabından da onlara heç bir şey yoxdur. Əgər onları qovarsansa, səhv/öz zərərlərinə iş edənlərdən olarsan!

53Və Biz: “Allah, aramızdan bunlaramı yaxşılıq etdi?!” – desinlər deyə, onlardan bəzisini bəzisi ilə belə atəşlərə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin qarşılığını ödəyənləri daha yaxşı bilən deyildirmi?

54Və ayələrimizə inananlar sənin yanına gəldikləri zaman, dərhal: “Salam olsun sizə! Rəbbiniz mərhəməti Öz üzərinə yazdı. Şübhəsiz, sizdən hər kim bilməyərək bir pislik işləyib və sonra ardından tövbə edər və düzəldərsə, şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlamağı bol olandır, əngin mərhəmət sahibidir” – de!

55Və Biz ayələri bax budur, belə ətraflı olaraq açıqlayırıq. Və günahkarların yolu ortaya çıxsın, sənə bəlli olsun deyə.

56De ki: “Şübhəsiz ki, mənə sizin Allahın yaratdığı sərvətlərdən yalvardıqlarınıza qulluq etmək qadağan olundu”. De ki: “Mən sizin boş, keçici arzularınıza uymaram. Əgər uyaramsa, azmış olaram və mən bələdçiləndiyim doğru yola çatan­lar­dan olmaram”.

57De ki: “Mən, Rəbbimdən açıq-aşkar bir dəlil üzərindəyəm. Siz isə, o dəlili yalan say­­dı­nız. O təcili gəlməsini istədiyiniz şey, mənim yanımda deyildir, hökm ancaq Alla­ha aiddir, gerçəyi O anladır/gerçək­ləş­dirir və O, ayırd edənlərin ən xeyirli­si­dir”.

58De ki: “Sizin təcili gəlməsini istədiyiniz şey, mənim yanımda olsaydı, mənimlə sizin aranızdakı iş tam yəqinliklə bilin ki, gerçəkləşib getmişdi. Və Allah səhv/öz zərərlərinə iş edənləri ən yaxşı biləndir.

59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın.

60Və O, sizi gecə vaxtı vəfat etdirən/keçmişdə etdiklərinizi, etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıran, gündüzlər əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddət sonunun gerçəkləşməsi üçün sizi qaldırandır. Sonra dönüşünüz yalnız və yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcəkdir.

61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilir­lər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”.

63De ki: “Siz gizlində və yalvararaq: “Əgər bizi bundan xilas etsə, şübhəsiz ki, bunun əvəzini ödəyənlərdən olarıq!” – dediyiniz halda, sizi qurunun və dənizin zülmətindən kim xilas edəcək?

64De ki: “Sizi ondan və hər sıxıntıdan Allah qurtarır. Sonra da siz, ortaq qoşarsınız. 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan baş­qa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şüb­hə­siz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən on­la­rın bu ki­tabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edən­lər­dən ol­ma.

65De ki: “O, üstünüzdən və ayaqlarınızın altından əzab göndərməyə, yaxud separatçı/bölücü qruplar sizi ayırıb, kiminizin kiminizə qisasını daddırmağa gücü çatandır”. Bax, onlar yaxşı-yaxşı anlasınlar deyə, ayələrimizi necə hər tərəfinə çevirırik/təfərrüatı ilə açıqlayırıq.

66Sənin qövmün isə əzabın/Quranın/ayələrin yaxşıca açıqlanması, haqq olmasına baxmayaraq, onu yalan saydı. De ki: “Mən sizin üzərinizdə, işləri müəyyən olunmuş bir proq­rama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən”/vəkil deyiləm. 67Hər əhəmiyyətli xəbərin qərarlaşdırılmış bir zamanı vardır, siz də yaxın­da biləcəksiniz. 104Tam yəqinliklə bilin ki, sizə Rəbbinizdən gözünüzü aça­caq, doğru yolu bildirəcək biliklər gəldi. Artıq kim haqqı görürsə, faydası özünə, kim də özünü kor kimi apararsa, zərəri özünədir. Mən sizin üzərinizdə bir gözətçi deyiləm!”

68Və ayələrimiz – əlamətlərimiz/nümunələrimiz haqqında boş yerə çalışıb çabalayanları gördüyün zaman, onlar ondan başqa sözə uyuncaya qədər, dərhal onlardan uzaq dur. Və əgər şeytan, bunu sənə unutdursa da, xatırladıqdan sonra o şərik qoşaraq səhv davrananlarla/öz zərərlərinə iş edənlərlə bərabər oturma.

69Allahın qoruması altına girmiş olanlara da, o şərik qoşaraq səhv davra­nan­ların/öz zərərlərinə iş edənlərin hesabından bir şey yoxdur. Lakin Allahın qoruması al­tına girmələri üçün bir xatırlatmadır!

70Və dinlərini oyun və əyləncə etmiş/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı özlərini aldatmış olan insanları tərk et və Quran ilə xatırlat, öyüd ver: Bir insan, öz əlinin işləyib qazandığı ilə dəyişərək, dağıntıya düşərsə, onun üçün Allahın yaratdığı sərvətlərdən bir kömək edən, yol göstərən qoruyan bir yaxın və dəstəkçi, şəfaətverici barədə söz ola bilməz. Günahına qarşı hər cür əvəzi ödəməyi istəsə də ondan alınmaz. Bax budur, bunlar qazandıqları ilə dəyişikliyə/dağıntıya uğrayanlardır. Nankorluq etdiklərinə görə, onlar üçün qaynar sudan bir içki və can yandıran bir əzab vardır.

71,72De ki: “Allahın yaratdığı sərvətlərdən bizə faydası olmayan və zərər də verməyən şeylərəmi yalvarıb yaxaraq? Və Allah bizi doğru yola yönəltdikdən sonra, onun: “Bizim yanımıza gəl!” – deyə doğruya və gözələ çağıran yoldaşları var ikən, şeytanların onu yer üzündə çaşqın vəziyyətdə dolaşan bir hala gətirdiyi insanlar kimi geriyəmi döndərilək?” De ki: “Şübhəsiz ki, Allahın doğru yolu gerçək və doğru yolun məhz özüdür. Və bizə əmr edildi ki, siz aləmlərin Rəbbinə təslim olasınız, salaatın fəaliyyətini təmin edəsiniz və Onun qoruması altına girəsiniz. Və siz ancaq və ancaq Allahın hüzuruna toplanacaqsınız”.

73Və O göyləri və yeri haqq ilə yaradandır. Və O “Ol!” dediyi gün dərhal olur. Onun sözü haqdır. Sura üfləndiyi gün də, mülk ancaq Onundur. O gizlini də, aşkarı da biləndir. O ən yaxşı qanun qoyandır, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.

74Və o zaman ki, İbrahim atası Azərə: “Sən bütləri tanrılarmı qəbul edirsən? Şübhəsiz ki, mən səni və qövmünü açıq-aşkar bir pozğunluq içində görürəm” – demişdi.

75Və Biz beləliklə, sübut əldə etməsi və qəti inananlardan olması üçün, İbrahimə göylərin və yerin mülkiyyəti və idarəçiliyini göstərirdik.

76Buna görə də İbrahim, üzərinə gecə çöküncə bir ulduz gördü: “Bu, mənim Rəbbimdir” – dedi. Sonra ulduz batınca: “Mən batanları sevmərəm” – dedi.

77Sonra ayı doğarkən görüncə də: “Bu, mənim Rəbbimdir” dedi. O da batınca: “And ol­sun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, tam yəqinliklə bilin ki, mən az­ğın­lar qövmündən olardım” – dedi.

78,79Sonra günəşi doğarkən görüncə də: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – de­di. Sonra o da batınca: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin ortaq qoşduğunuz şey­lərdən uzağam. Tam yəqinliklə bilin ki, mən Hənif/batil inanclardan dönərək üzümü, göyləri və yeri yoxdan var edənə/yox edəcək olana çevirdim və mən ortaq qoşanlardan deyiləm” – dedi.

80,81Və qövmü onunla mübahisə etdi. İbrahim: “Mənə doğru yolu göstərmişkən, Allah haqqında mənimləmi mübahisə edirsiniz? Ona ortaq qoşduqla­rı­nız­dan heç qorxmuram. Ancaq Rəbbimin dilədiyi şey istisna olmaqla. Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünməzsinizmi? Və Allah, haqlarında heç bir güc/qüvvət endirmədiyi halda, siz Ona ortaq qoşmaqdan qorxmurkən, mən sizin ortaq qoşduğunuz şeylərdən necə qorxaram? Bu halda əgər bilirsinizsə, bu iki camaatdan hansı arxalanmağa daha layiqdir?” – dedi.

82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır.

83Və bax budur, bunlar, qövmünə qarşı İbrahimə verdiyimiz sübutumuzdur. Biz dilədiyimizi dərəcələrlə yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.

84Və Biz ona İshaqı və Yəqubu da bağışladıq. Hamısına doğru yolu göstərdik. Daha əvvəl də Nuha və onun soyundan Davuda, Süleymana, Eyyuba, Yusufa, Musaya və Haruna da doğru yolu göstərmişdik. Və Biz gözəllik/yaxşılıq edənlərə belə qarşılıq veririk.

85Zəkəriyyəyə, Yəhyaya, İsaya və İlyasa da doğru yolu göstərdik. Hamısı salehlərdəndir.

86İsmailə, Əlyəsəyə, Yunusa və Luta da doğru yolu göstərdik. Hamısını da Biz aləmlərə üstün etdik.

87Və bunları atalarından, nəsillərindən və qardaşlarından da üstün etdik. Və onları seçdik, doğru yola bələdçilədik.

88Bax budur, bu, Allahın bələdçiliyidir. O, onunla qullarından dilədiyinə bələdçilik edər. Və əgər onlar ortaq qoşsaydılar, tam yəqinliklə bilin ki, etmiş olduqları şeylər boşa getmişdi.

89Bax budur, onlar, özlərinə kitab, hökm və peyğəmbərlik verdiklərimizdir. İndi bunlar, ona inanmayacaq olarlarsa, Biz tam yəqinliklə bilin ki, bunu örtməyən/buna inanan bir qövmü, bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” etmişik.

90Bax budur, bunlar, Allahın bələdçi olduğu insanlardır. Artıq sən də, onların bələdçiliyinə – vəhyə uy. De ki:  “Mən ona qarşılıq sizdən bir ödəniş istəmirəm. O, sadəcə aləmlərə bir öyüddür”.

91Və onlar: “Allah, heç bir bəşərə bir şey göndərməmişdir” – deməklə, Allahı haqqı ilə təqdir edə, lazım olduğu kimi tanıya bilmədilər. De ki: “Musanın insanlara aydınlıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazı ləvazimatları etdiyiniz, bir qismini bildirdiyiniz, bir çoxunu gizlətdiyiniz; sayəsində sizin və atalarınızın bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim endirdi?” Sən de ki: “Allah!” Sonra onları boş-boş çabalamalarında oynayan halda tərk et.

92Bax budur, bu da bizim Anakəndi və ətrafındakı insanları xəbərdar etməyin üçün endirdiyimiz, sadəcə içində olan mövzuları doğrulayan, bolluq dolu bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və onlar salaatlarını da qoruyanlardır.

93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda:  “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” – dediklərində bir görsəydin!

94Və and olsun ki, siz, sizi ilk dəfə yaratdığımız zamankı kimi yalnız/tək-tək Bizə gəldiniz və sizə verdiyimiz şeyləri arxanızda buraxdınız. Və içinizdə, onların ortaqlar olduğuna inandığınız, sözdə dəstəkçilərinizi sizinlə bərabər görmürük. And olsun aranızda kəsilmə/qopma olmuş və səhv inandığınız şeylər yox olmuşdur.

95Şübhəsiz ki, dənəni və çəkirdəyi yarıb çıxaran Allahdır: Ölüdən diri, diridən də ölü çıxarır. Budur Allah! Necə də döndərilirsiniz?

96Dan yerini yarıb çıxarandır. Gecəni dincəlmək vaxtı etmiş, Günəş və Ayı hesab ilə var et­mişdir. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam əmin olun ki, qalib olanın, çox yaxşı bilənin təyin etməsidir, nizamlama­sı­dır.

97Və Allah, qurunun və dənizin qaranlıqlarında, özü ilə bələdçiləndiyiniz doğru yo­lu tapasınız deyə, ulduzları sizin üçün tanıdandır. Şübhəsiz ki, Biz bilən bir cəmiy­yət üçün ayələri ətraflı olaraq açıqladıq.

98Və O, sizi bir tək nəfsdən yaradandır. Sonra da bir qərar yeri və əmanət yeri… Biz tam yəqinliklə bilin ki, ayələri, yaxşı anlayan bir cəmiyyət üçün ətraflı ola­raq açıqladıq.

99Və Allah, göydən suyu endirəndir. Beləliklə, Biz onunla hər şeyin bitkilərini çı­xar­dıq. Ondan da bir-birinə bənzəyən və bir-birinə bənzəməyən, bir-biri üzərinə düzülmüş dənələr/xurmanın tumurcuğundan sallanan salxımları, üzüm bağlarını, zey­tu­n və nar çıxardığımız tingəni bitirdik. Bunlar meyvə verdikləri zaman mey­və­ləri­nə və yetişməsinə baxın! Bax budur, bunlarda tam yəqinliklə bilin ki,  inanan bir cə­miyyət üçün əlamətlər/nümunələr vardır.

100Və onlar, görünməz güc və varlıqları Allaha ortaqlar qoşdular. Halbuki onları Allah yaratmışdır. Bilikləri olmadan da oğullar, qızlar uydurdular. Onun şanı onların xarakterizə etdiyi şeylərdən arınıq və ucadır. 101O, göyləri və yeri yoxdan var edəndir. Onun sahibəsi/zövcəsi, həmtayı olmadığı halda, necə olur ki, Onun uşağı olur? Və O, hər şeyi yaratmışdır. Və O, hər şeyi ən yaxşı biləndir.

102Bax budur, Rəbbiniz Allah! Ondan başqa tanrı yoxdur. Hər şeyin yaradıcısıdır. Elə isə, Ona qulluq edin. O, hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.

103Gözlər Ona çata bilməz, O isə gözlərə çatır. O çox ərməğan sahibidir, hər şeydən xəbərdardir.

105Bax budur, beləliklə Biz sənə: “Sən dərs görmüsən, bunları bir yerlərdən oxuyub öyrənmisən” – desinlər və açıqlamaq üçün, ayələri hər üzünə çeviririk/geniş-geniş izah edirik.

106,107Sən Özündən başqa tanrı deyə bir şey olmayan Rəbbindən sənə vəhy edilənə uy. Ortaq qoşanlardan da üz çevir. Və əgər Allah diləsəydi, onlar ortaq qoşmazdılar. Biz səni onlar üzərinə bir gözətçi qoymadıq, sən onlar üzərinə vəkil/işləri müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri də deyilsən!

108Və onların Allahın yaratdığı sərvətlərdən yalvardıqları kimsələrə söyməyin ki, onlar da şüursuzca, həddi aşaraq Allaha söyməsinlər. Biz hər başçılı cəmiyyətə etdikləri işi, bax budur, belə bəzədik. Sonra da onların dönüşü Rəbbinədir. Sonra O, onlara nə etdiklərini xəbər verər.

109Və ortaq qoşanlar, özlərinə bir əlamət/nümunə gələrsə, ona tam yəqinliklə bilin ki, iman edəcəklərinə dair ən ağır andları ilə Allaha and içdilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allah qatındadır”. Onlara əlamətlər/nümunələr gəldiyində də, iman etməyəcəklərini anlamırsınızmı?

110Və Biz onların qəlblərini və gözlərini ilkin iman etmədikləri vəziyyətdəki kimi tərs çevirərik. Və elə Biz də onları azğınlıqları içərisində kor və çaşqın olaraq buraxarıq.

111Və əgər Biz şübhəsiz, onlara bir sıra güclər endirsəydik, onlara ölülər söz söyləsəydi və hər şeyi qarşılarına toplasaydıq, Allahın dilədiklərindən başqa, yenə inanmayacaqdılar. Və lakin onların çoxu cahillik edirlər.

112,113Beləliklə, Biz hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik. Dünya malına aldandıqlarına görə, axirətə inanmayan insanların qəlbləri ona aldansın, ondan məmnun olsun və etməkdə olduqlarını etsinlər deyə, bunların bəzisi digərinə sözün bəzəklisini gizlicə təlqin edər/pıçıldayar. Və lakin Rəbbin diləsəydi, onu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri tərk et!

115Və Rəbbinin sözü həm doğruluğu, həm də ədaləti etibarı ilə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək biri yoxdur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

116Və əgər yer üzündəkilərin çoxluğuna uyarsansa, səni Allah yolundan azdırarlar. Çünki onlar, sadəcə “zənn”ə uyur və axmaqlıq edirlər.

117Şübhəsiz ki, sənin Rəbbin, Öz yolundan kimlərin azdığını ən yaxşı bilənin məhz özüdür. Və O, bələdçiləndikləri doğru yolda olanları daha yaxşı biləndir.

124Və onlara bir ayə gəldiyi zaman: “Allahın elçilərinə verildiyi kimi, bizə də veril­mədikcə, qətiyyən inanmayacağıq” – dedilər. Allah elçilik vəzifəsini hara verəcəyini da­ha yaxşı bilir. Günah işləyənlərə, qurduqları hiylələrinə görə, Allah qatında bir alçaqlıq və çətin bir əzab toxunacaqdır.

125Və sonra Allah, kimi doğru yola yönəltmək istəyərsə, İslam üçün onun köksünü açar. Kimi də azdırmaq istəyərsə, köksünü elə sıxar ki, o, göyə çıxırmış kimi olar. Bax bu­dur, belə! Allah, pisliyi [zərər, əzab verən şeyləri] iman etməyənlərin üzərinə bu­ra­xar/atar.

119Və sizə nə olur ki, Özü sizə, məcbur qalmağınızdan başqa, haram olan şeyləri geniş­ şəkildə açıqlamış olduğu halda, Allahın adı anılanlardan yemirsiniz? Və şübhəsiz, bir çoxları bilmədən nəfslərinə uyaraq azırlar. Şübhəsiz ki, sənin Rəbbin, həddi aşanları çox yaxşı bilənin məhz özüdür.

120Günahın açığını da, gizlinini də tərk edin! Şübhəsiz ki, günah qazanan insanlar, qazan­mış olduqları şeylərə görə cəzalandırılacaqlar.

121Və üzərində Allahın adı anılmayan şeylərdən yeməyin. Və şübhəsiz ki, bu, tam bir yol­dan çıxmaqdır. Və şübhəsiz, şeytanlar öz yaxınlarına sizinlə mübarizə et­mə­ləri üçün gizlincə təlqin edirlər. Və əgər onlara boyun əyərsinizsə, deməli siz, ortaq qoşan kimsələr oldunuz.

122Ölü ikən özünü diriltdiyimiz və insanlar içində yeriməsi üçün özünə bir nur verdiyimiz insanın vəziyyəti qaranlıqlarda qalıb, oradan bir çıxış yolu tapa bilməyənin vəziyyəti kimidirmi? Bax budur, kafirlərə etməkdə olduqları belə “bəzəkli və cəzbedici” göstərilmişdir.

123Və Biz, beləliklə, hər şəhərdə öndə gedənləri, orada tövsiyələr etsinlər deyə, oranın günahkarları etdik. Halbuki, bunlar pisliyi yalnız və yalnız özlərinə edirlər, amma fərqinə varmırlar.

126Və bax budur, bu, ən doğru olaraq Rəbbinin yoludur. Tam yəqinliklə bilin ki, Biz xatırlayıb, öyüd alan bir camaat üçün ayələri geniş bir şəkildə açıqladıq.

127Etmiş olduqları şeylərə görə, Rəbbi qatındakı rahatlıq, təhlükəsizlik və sala­mat­lıq yurdu yalnız və yalnız onlarındır. Və Rəbbi, onların köməkçisi, yol göstəricisi, qo­ruyucusudur.

128Və Allah, onların hamısını topladığı gün: “Ey gizli düşmən topluluğu! Tam yəqinliklə bilin ki, bu insanlardan çoxaltdınız!…”.

İnsanlardan onların yaxınları da: “Rəbbimiz! Biz bir-birimizdən qazanc əldə etdik. So­nunda biz bizim üçün müəyyən etdiyin müddətimizin sonuna çatdıq” – deyərlər. Allah: “Atəş sizin dayanacağınızdır. Orada, Allahın diləməsi xaricində son­suz olaraq qalacaqsanız” – deyər. Şübhəsiz ki, Rəbbin ən yaxşı qanun qoyan, po­zul­ma­ğa yaxşı mane olan/sağlam edən, ən yaxşı biləndir.

129Və bax budur, Biz beləliklə, qazandıqları günahlara görə səhv/öz zərərlərinə iş edənlərin bir qismini digər bir qisminə yaxınlaşdırırıq.

130Ey gizli, aşkar, gələcəyin, bu günün insan kütləsi! Sizə ayələrimi anladan və bu gününüzə qovuşacağınız xüsusunda sizi xəbərdar edən özünüzdən elçilər gəlmə­di­mi? Onlar: “Öz əleyhimizə şahidik” – dedilər. Adi dünya həyatı onları aldatdı və onlar özlərinin, tam yəqinliklə bilin ki, kafirlərin məhz özü olduqlarına şahidlik etdilər.

131Bax budur, bu Rəbbinin xalqı laqeyd, biliksiz ikən, ölkələri haqsız yerə dəyişdirən/dağıntıya uğradan biri olmamasıdır.

132Və hamısı üçün etdiklərinə uyğun dərəcələr vardır. Və sənin Rəbbin onların etdiklərindən qafil/xəbərsiz deyildir.

133Və sənin Rəbbin çox zəngindir, heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. Sizi başqa cəmiyyətlərin nəslindən gətirdiyi kimi, diləyərsə, sizi də yox edər və sizdən sonra, yerinizə dilədiyini gətirər.

134Şübhəsiz, sizin vəd olunduğunuz şeylər, tam yəqinliklə bilin ki, gələcəkdir. Və siz bunu əngəlləyəcək biriləri deyilsiniz.

135De ki: “Ey qövmüm! Gücünüz yetdiyincə edəcəyinizi edin, şübhəsiz, mən də edirəm. Yaxında yurdun sonunun kim üçün olduğunu biləcəksiniz. Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qurtuluşa çata bilməzlər”.

136Və onlar Allahın yaratdığı əkin və heyvanlardan Allaha bir pay ayırdılar və öz pozğun inanclarına görə: “Bu, Allah üçün, bu da ortaqlarımız üçündür” – dedilər. Bax, budur, ortaqları üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey ortaqlarına çatar. Verdikləri hökm nə pisdir!

138Və onlar səhv inanışlarına görə: “Bunlar, toxunulmaz heyvanlar və əkin­lərdir­. Bunları bizim dilədiyimizdən başqası yeyə bilməz. Bunlar arxaları qadağan olun­­muş heyvanlardır” – dedilər. Və bir qisim heyvanları, Allaha yalan uyduraraq, üzər­lərində Onun adını anmazlar. Allah, onları iftira etdikləri şeylərə görə cə­zalandıracaqdır.

139Və onlar: “Bu heyvanların qarınlarındakılar, sadəcə kişilərimizə aid olub, qadın­larımıza haramdır. Əgər ölü olursa, o zaman onlar onda ortaqdırlar” – dedilər. Allah onların xarakterizə etdiklərini, onlara cəza olaraq verəcəkdir. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.

137Və onların ortaqları, özlərini məhv etsinlər və dinlərini qarışdırıb, pozsunlar deyə, ortaq qoşanların çoxuna yük olması, utanc səbəbi olması və tanrılara qurban edilməsi səbəbləri ilə uşaqlarını öldürməyi gözəl göstərdi. Və Allah diləsəydi, bunu etməzdilər. O halda onları və onların uydurduqları şeyləri tərk et!

140Şüursuzluq/cahillik üzündən, ağılsızca uşaqlarını öldürənlər və Allahın özlərinə verdiyi ru­zini Allaha iftira edərək, haram qılanlar tam yəqinliklə bilin ki, zərərə uğradılar. On­lar, tam yəqinliklə bilin ki, azmışdılar və onlar bələdçiləndikləri doğru yola çat­mış insanlar deyildilər.

141Və Allah sərilmiş və sərilməmiş bağçaları, xurmaları, məhsulları çeşid-çeşid əkinləri, zeytunları və narları, bir-birinə bənzəyən və bənzəməyən quruluşda yaradandır. Meyvə verincə meyvəsindən yeyin, məhsul yığımı günü də onun haqqını verin və bədxərclik etməyin. Şübhəsiz, Allah bədxərclik edənləri sevməz.

142Və O, heyvanlardan yük daşıyanları, döşək edilənləri yaradandır. Allahın sizi ruziləndirdiyi şeylərdən yeyin. Şeytanın addımlarını izləməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.

143Səkkiz yoldaş/tay: qoyundan iki, keçidən də iki. De ki: “Allah, iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin qarınlarının sarıb bürüdüyünümü/balalarınımı? Əgər doğrularsınızsa, mənə elmə əsaslanaraq, xəbər verin”.

144Və dəvədən iki, sığırdan da iki… De ki: “Allah iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin balalarınımı? Yoxsa, Allahın sizə belə bir məsuliyyət his­si çatdırdığında, Onun yanında idinizmi?” Belə heç bir biliyə əsaslanmadan, insan­ları azdırmaq üçün Allah haqqında yalan uyduranlardan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şübhəsiz ki, Allah şərik qoşaraq, səhv/öz zərərlərinə iş edən o insanlar kütləsinə bələdçi olmaz.

145De ki: “Mənə vəhy olunanda, onları yeyənlər üçün leş və ya axıdılmış qan, yaxud do­nuzun əti ki, şübhəsiz, donuzun əti kirlidir, narahatlıq verəndir, yaxud Allahdan baş­qası üçün kəsilmiş bir haqq yoldan çıxma nümunəsi olanlardan başqa, haram edil­miş bir şey tapa bilmirəm. Artıq kim, çarəsiz qalarsa, azğınlıq etməmək və zəru­rət həddini aşmamaq şərtilə, bunlardan yeyə bilər”. Bax budur, şübhəsiz ki, sənin Rəb­bin çox bağışlayandır, çox mərhəmət edəndir.

118Artıq əgər Allahın ayələrinə iman edənlərsinizsə, üzərində Allahın adı anı­lan­lardan yeyin.

146Və Biz Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Arxalarında, yaxud ba­ğır­saqlarında daşınan, ya da sümüyə qarışan yağlardan başqa, sığır və qoyunun yağ­larını da onlara haram etdik. Bu, təcavüzkarlıqlarına görə Bizim onları cəzalan­dır­­mağımızdır. Və Biz, əlbəttə, doğrularıq.

147Artıq əgər səni yalan saydılarsa, dərhal de ki: “Rəbbiniz geniş mərhəmət sahi­bi­dir. Və Onun əzabı günahkarlar qövmündən geri çevrilməz”.

148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”.

149De ki: “Bax budur, ən qəti və üstün dəlil, Allahındır. Ona görə də əgər Allah dilə­səydi, əlbəttə hamınıza bələdçi olardı”.

150De ki: “Buyurun, Allah bunu tam yəqinliklə bilin ki, haram etdi deyə, şahidlik edə­cək şahidlərinizi gətirin”. Buna baxmayaraq, əgər onlar yenə də şahidlik edərlərsə, sən onlarla bərabər şahidlik etmə. Ayələrimi yalan sayan və axirətə inanmayan insanların boş dünyəvi arzularına da uyma. Və onlar Rəbbinə tay/bənzər tutmaqda­dır­lar.

151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk.  Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız.

152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”.

153Və şübhəsiz ki, bu, ən doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax budur, bunlar Allahın qoruması altına girərsiniz deyə, Allahın sizə məsuliyyət/öhdəlik olaraq çatdırdıqlarıdır.

154Sonra Biz, Rəbbinə qovuşacaqlarına inansınlar deyə, yaxşılıq/gözəllik edənlərə tamam olaraq, hər şeyi geniş şərh etmək, bələdçi və mərhəmət olmaq üçün Musaya Kitabı verdik.

155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq.

158Mələklərin gəlməsindən, yaxud Rəbbinin gəlməsindən, ya da Rəbbinin bəzi əlamətlərinin/nümunələrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Rəbbinin əlamətlərindən/nümunələrindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş, yaxud imanında bir xeyir qazanmamış olan insana, artıq inanması heç bir fayda verməz. De ki: “Gözləyin – şübhəsiz, biz də gözləyənlərik”.

159Şübhəsiz ki, dinlərini parça-parça edib, qrup-qrup olan bu insanlar – sən heç bir forma və davranışça onlardan biri deyilsən. Şübhəsiz ki, onların işi Allahadır. Sonra Allah onlara etməkdə olduqları şeyləri xəbər verəcəkdir.

160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar.

161De ki: “Şübhəsiz, Rəbbim məni doğru yola bələdçilədi. Dimdik duran bir dinə, şirkdən, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən dönmüş olan İbrahimin dininə və həyat tərzinə. İbrahim, ortaq qoşanlardan olmamışdı”.

162,163De ki: “Mənim salaatım, qulluğum – hər cür ibadətim, həyatım və ölümüm sadəcə Özünün ortağı olmayan aləmlərin Rəbbi Allah üçündür. Və mən belə əmr olundum, mən müsəlmanların da ilkiyəm”.

164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, mən Allahdan başqa Rəbbmi axtarım?” Hər insanın qazandığı, yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləliklə, Allah ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz ki, Rəbbin qovuşdurması tez olandır və şübhəsiz ki, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir.

(55/6, Ənam/4–165)

TƏHLİL

1Bütün təriflər, göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı var edən Allaha məxsusdur. Başqası öyülə bilməz. Sonra da bu, Allahın tanrılığını və Rəbbliyini qəbul etməyənlər, bir şeyləri Rəbbinə bərabər/tay tuturlar.

Surə, “həmd”in  [bütün təriflərin] Allaha aid olduğu, Allahdan başqa tərifə layiq kimsənin mövcud olmadığı, beləliklə də, sadəcə Allaha tərif deyilməsi həqiqətinin elanıyla başlamış və dərhal ardından Allahı başqaları ilə uyğun, bərabər tutan kafirlər qınanmışdır.

Həmd edənlərin kimə həmd etməli olduğunu bildirən cümlədə keçən “göyləri və yeri yaradan” ifadəsindən göylərin dirəksiz yüksəldilmiş olması, Günəş, Ay və milyardlarla ulduzdan ibarət olan bu sistemdə hər hansı bir pozuntu və nizamsızlığın mövcud olmaması, üzərində saysız canlı və cansız varlıqlar yaradılmış olan yer üzündə sağlam dirək şəklində dağlar yaradılması, yollar açılması, çaylar axıdılması, dənizlər var edilməsi kimi Uca Allahın sayılamayacaq qədər çox ayələrinin hamısı anlaşılmalıdır. Yəni bir qismi əvvəlki surələrdə olan, bir qismi də irəlidəki surələrdə gələcək olan yüzlərlə ayədə yer alan işarələrin, möcüzələrin hamısı nəzərə alınmalıdır.

Burada “qaranlıqlar” və “nur [işıq]” anlayışlarından həqiqi mənalarıyla deyil, məcazi mənalarıyla bəhs edilmişdir. Belə ki, həqiqi mənadakı qaranlıq “işığın yoxluğu” demək olub, “qaranlıqlar” şəklində cəm halda ifadə edilməz. Ayədə “qaranlıqlar” sözünün cəm, “nur [işıq]” sözünün isə tək olaraq yer almasının səbəbi odur ki, “nur” [işıq] Quranı simvolizə etdiyi üçün tək halda, “qaranlıqlar” isə İblisdən, şeytandan, düşməndən, qısacası cəhalətdən qaynaqlanan küfr, şirk, nifaq kimi bir çox növü olduğuna görə cəm halda ifadə edilmişdir. Yəni “nur” Allahın vəhyidir – Qurandır, “haqq”dır və təkdir; bunun əksinə, qaranlıq – batil isə bir çoxdur və buna görə də ayədə “ ظلمات zülmət [qaranlıqlar]” olaraq ifadə edilmişdir. Bunun başqa bir nümunəsi Bəqərə surəsində keçir:

  • 257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/257)

Bəhs etdiyimiz ayənin son qismindəki Sonra da bu, Allahın tanrılığını və Rəbbliyini qəbul etməyənlər, bir şeyləri Rəbbinə bərabər/tay tuturlar ifadəsiylə istər o günün, istərsə də bütün zamanların insanlarına: “Hal belə ikən necə olur ki, daha başqa tanrılar qəbul edir və önlərində səcdə edərək, onlara qurbanlar kəsir, ehtiyaclarınızı bildirir və yardımlarını diləyərək, onları yeri göyü yaradanla bir tutursunuz, onları tərifləyirsiniz?” ismarıcı verilmişdir.

2O, sizi bir palçıqdan yaratmış olandır. Sonra “müddət sonunu”u gerçəkləşdirmişdir. Və adı müəyyən edilmiş müddət sonu Onun qatındadır. Sonra siz hələ də şübhələnib, durursunuz.

İnsanın dünəni, bu günü və sabahına toxunulan bu ayədə, ilk yaradılışın “maddə”dən olduğu, hər insan üçün bir müddət müəyyən edildiyi, müəyyən edilən bu müddət haqqında məlumatın sadəcə Allahın qatında olduğu və heç kəs tərəfindən bilinəməyəcəyi bildirilir. Ayənin son qismində, bütün bu reallıqlara baxmayaraq, hələ də şübhələnən insanların var olduğu ifadə edilərək, bu insanlar qınanır.

Ayədə bir neçə dəfə keçən “ثمّ sonra” ədatı zamanda deyil, kəlamda [sözün axışında] sonralığı ifadə edir. Buna görə də, “sonra” mənasına gələn bu ədatdan, əvvəl yaradılışın, ardından əcəlin reallaşdırıldığı və bunlardan sonra da insanın şübhə duymağa başladığı başa düşülməməlidir. Çünki Uca Allah, bunların hamısını Rəbb sifətinə uyğun olaraq əvvəldən proqramlamışdır.

Bəziləri, ayədə keçən “bir palçıqdan” ifadəsini “məni” olaraq anlamışlar və bu istiqamətdə izahlar etmişdilər:

Məşhur olan görüş budur: Bundan murad budur: Allah Təala insanları palçıqdan yaradılmış olan Adəmdən meydana gətirmişdir. Elə buna görə də Cənab-i Haqq, “O, sizi palçıqdan yaradandır” buyurmuşdur.

Mənə görə bu xüsusda bir başqa izah isə budur: İnsan mənidən və heyz qanından yaradılmışdır. Bu ikisi də qandan qaynaqlanırlar. Qan isə qidalardan meydana gəlmişdir. Qidalar isə ya heyvani olur, ya da nəbati… Əgər heyvani isə, bu canlının meydana gəlməsindəki hal, insanın meydana gəlməsindəki hal kimi olur. Geriyə bunun bitkisəl olması halı qalmışdır. Buna görə də, insanın da bitkisəl qidalardan yaradılmış olması keyfiyyəti sabit olmuş olur. Şübhəsiz ki, bu nəbati qidalar palçıqdan [torpaqdan] meydana gəlmişdilər. Beləliklə, hər insanın torpaqdan meydana gəlmiş olduğu sabit olur. Mənə görə bu izah doğruya daha yaxındır. [2]

Əslində isə ayədə insanın ana bətnindəki böyüməsi deyil, ilk yaradılışı ifadə edilir. Ayədə keçən “palçıq” da insanın yaradılışındakı ilk “maddə”dir. Necə ki, yenə ilk yaradılışdan bəhs edildiyi Möminlər/12-14 və Həcc/5 ayələrində, insanın ilk yaradılışda cansız maddədən yaradıldığı, daha sonra məni ilə çoxaldıldığı açıq bir ifadə ilə ifadə edilmişdir.

Surənin başında yer alan “göylərin, yerin və insanın yaradılması” ilə “insana əcəl təyin edilməsi” mövzuları, istər istəməz axirət həyatını, yenidən dirilməyi xatırladır və sanki insanlara “Bu gücə sahib olan, bütün bunları etməyə qadir olan Güç, yenidən yaratmağa da qadirdir və sizi öldükdən sonra təkrar canlandıracaqdır” – deyilir.

Həqiqətlər belə ikən kafirlərin buna verdikləri reaksiya isə bu şəkildədir:

  • 2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər. (Qaf/2-3)

Ayənin “Sonra siz hələ şübhələnib durursunuz” şəklindəki son cümləsi, “Bu qədər sübuta baxmayaraq, hələ necə şübhə içində ola bilirsiniz?” mənasına gəlir.

Quranın daha əvvəl enmiş olan bölmələrindən də bilirik ki, Allahın, Elçisi vasitəsiylə bildirdikləri, Məkkənin azğın və həyasız öndə gedənlərinin mövcud nizamlarına və idarəçiliklərinə uyğun düşməmişdir. Buna görə də bu imkanlı adamlar öz nizamlarının pozulmaması üçün bir çox bəhanənin arxasına sığınaraq, Rəbbimizin bildirdiklərinin əleyhinə çıxmışdılar. Bəzi vaxtlarda özləri kimi bəşərdən bir Peyğəmbər gəlməsini qəribə sayaraq, “Niyə bir mələk gəlmədi?” demişlər, bəzi vaxtlarda isə “Öldükdən sonra dirilməkmi olurmuş?” – deyərək, inkar mahiyyətində bir çaşqınlıq sərgiləmişdilər.

Əslində isə heyrət göstərdikləri hal, sağlam düşüncəli insanların asanlıqla və könül rahatlığı ilə qəbul edə biləcəyi normal bir haldır. Çünki Rəhman və Rəhim Allah, xəbərdar edən və öyüd verən olaraq, onlarla eyni hissləri duyan, eyni şeyləri hiss edən, onların öz dillərində danışan, onları hər yönüylə anlayan və dözümlülük dərəcələrini bilən bir kəsi Peyğəmbər seçmişdir. Uca Allah öz içlərindən birini seçib elçi etmişdir ki, içində olduqları səhv münasibətlərinə davam edərlərsə, bu elçi onları gözləyən fəlakət barəsində diqqətlərini çəksin və aralarında öhdəlikləri ilk yüklənən, ismarıcı ilk tətbiq edən insan olaraq, digərlərinə nümunə olsun, onlara doğru yönü necə tapa biləcəklərini göstərsin. Lakin ayələrdən, müşriklərin Peyğəmbərlik müəssisəsinin bilavasitə özünü qəribə qarşıladıqları, xüsusilə də bu xəbərdarlıqçı Peyğəmbərin elan etdiyi yenidən dirilmə mövzusuna heyrət etdikləri anlaşılır.

Əslində isə ilk ayədən buraya qədərki bütün vəhylər bizə göstərir ki, “yenidən dirilmə” mövzusu İslam inanc sisteminin təməli xüsusiyyətindədir. Çünki sadəcə Allaha təslimiyyəti və yalnız və yalnız Allahın ismarıcına uymağı öyüdləyən İslam, Rəbbimizin heç kəsə zərrəcə haqsızlıq etməyəcəyini, hər kəsin etdiklərinin qarşılığını mütləq görəcəyini söyləyir. Yəni, hər əmələ mütləq qarşılığı veriləcək, yaxşılar mükafatlarını alacaq, pislərin isə etdiklərinin onlara bir faydası olmayacaqdır. Ancaq, bu qarşılıqlar bəzən yer üzündə veriləcək, bəzən də yolçuluğun ən sonundakı qəti hesaba qədər təxirə salınacaqdır. O halda qəti hesabın görüləcəyi bir başqa dünya [axirət] mütləq var olmalıdır. Bir başqa ifadəylə desək, qəti hesabın görülməsi üçün yenidən dirilmə qaçınılmazdır.

  • 2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər. (Qaf/4)
  • 10Və onlar: “Biz yer üzünün içində yox olduğumuzdamı, doğrudanmı biz yeni bir ya­radılışda olacağıq?” – dedilər. Əslində onlar Rəbbinə qovuşmağı, Onun rahatlı­ğı­na çatmağı bilərək rədd edən/inanmayan insanlardır. (Səcdə/10)

İnkarçıların yenidən dirilməyi qeyri-adi [imkansız] zənn etmələri, yaradılış həqiqətini və bölmələrini incəlikləriylə bilmədiklərindən, yəni biliksizliklərindən qaynaqlanır. Həyat elminin bütün sirləri kəşf edilmiş olsa idi, hər halda ölümdən sonra dirilmə də ağlasığmaz görünməzdi.

Amma Uca Allah bu sirləri bilir və ona görə yaradır:

  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız. (Ya Sin/78-80)

Rəbbimiz, öldükdən sonra çürüyüb torpaq olanlara nə olduğunu, varlıqlarının nədən ibarət olduğunu və varlıqları əmələ gətirən parçalardan nələrin yox olub, nələrin yox olmadığını, nələrin şəkil dəyişdirərək mövcud qaldığını [varlıqlarını qoruduğunu], bu parçalar arasındakı bağların nələr olduğunu bilir. Ayədə bu bilgilərin qorunduğu da bildirildiyinə görə, insanların öldükdən sonra çürüyüb toprağa qarışmaları, onların yox olub getdikləri mənasına gəlməz. Həyatın bu torpaqdan [maddədən] yenidən başlaması, daha əvvəl bir dəfə reallaşmışdır və daima reallaşmağa davam edir.

  • 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir? (Qiyamət/40)
  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə
  • 6Bax budur, bu, şübhəsiz ki, Allahın haqq olduğu, şübhəsiz, sadəcə Onun ölüləri diriltdiyi və şübhəsiz, sadəcə Onun hər şeyə qadir olduğuna görədir.
  • 7Qiyamət isə şübhəsiz ki, qopacaqdır. Qətiyyən onda şübhə yoxdur. Və şübhəsiz ki, Allah qəbirlərdə olan kimsələri dirildəcəkdir. (Həcc/5-7) 
  • 5Onun üçün insan nədən əmələ gətirilmiş olduğuna bir baxsın – 6,7onurğa ilə köks sümükləri arasından çıxan, atıcı bir sudan/“östrogen” və “testosteron” hormonlarından başladılaraq əmələ gətirildi.
  • 8,9Şübhə yox ki, O/Yaradıcı, bütün sirlərin meydana çıxarıldığı gün, onun geri döndərilməsinə gücü çatandır. 10Artıq onun üçün nə hər hansı bir güc vardır, nə də hər hansı bir köməkçi. (Tariq/5-10)

Və Əhqaf/33, İsra/98, 99, Bəqərə/260.

Bəhs etdiyimiz ayədə keçən “adı qoyulmuş əcəl, Onun qatındadır” ifadəsini “Onun qatında bir də adı qoyulmuş əcəl vardır” şəklində anlayanlar olmuş, bu anlayış sahibləri, bəhs edilən ifadəni belə açıqlamağa çalışmışdılar:

İslam alimlərinin görüşünə görə, hər insanın iki əcəli vardır: Birincisi, təbii olan əcəllər; ikincisi də təbii [normal] olmayıb, qəza və bəlalar ilə gələn əcəllər… Təbii olan əcəllər bunlardır:  Əgər insanın yaradılışı, bünövrəsində olan özünəməxsusluğu xarici təsirlərdən qoruna bilmiş olsaydı, ömrü falanca vaxta qədər uzana bilərdi. Qəzalar və bəlalarla gələn əcəllərə gəldikdə, bunlar boğulma, yanma, zəhərli həşəratın sancması və insanı aciz buraxan bənzəri bəlalar kimi, hər hansı xarici bir səbəbdən ötrü meydana gələn ölümlərdir. Buna görə ayədəki, “Onun qatında təyin edilmiş bir əcəl …” ifadəsi, “Onun qatında məlum, və ya Lövh-i Məhfuzda zikr edilən bir əcəl” mənasındadır. Bu ifadədəki “qatında” kəliməsinin mənası, bir kəsin bir məsələ haqqında belə deməsinə bənzəyir: “Məncə, məsələ belə belədir”. [3]

“Əcəl” mövzusu çox qədim zamanlardan bəri bir çox mütəfəkkirin maraqlandığı və fəlsəfə kitablarında geniş təhlillərə tabe tutulmuşdur. Müsəlman qisimdə də “əcəl”, “əcəl-i müsəmma”, “əcəl-i qəza” və “əcəlin qısalması və uzanması” kimi başlıqlarda ələ alınan mövzu üzərində çox durulmuş və bu mövzular üzərində müxtəlif görüşlər, Hətta axımlar meydana çıxmışdır. Mövzu haqqında görüş irəli sürənlərin ən məşhurları Əşariyə və Mutəzilə məzhəbləridir. Hər iki məzhəb də bu mövzudakı görüşünü “maktulün ölümü” nümunəsindən yola çıxaraq izah etməyə çalışmışdır. İnsanın bir başqası tərəfindən istəyərək və ya qəza ilə öldürülməsi haqqındakı bu mübahisələrin nəticəsində, “Əcəl” anlayışıyla əlaqədar olaraq, müxtəlif nöqteyi nəzərlər ortaya çıxmışdır.

Məsələnin doğru olaraq açıla bilməsi, Quranda törəmələriylə birlikdə əlli beş dəfə yer alan “əcəl” sözünün lüğəti mənasının və Quranda hansı mənada işlədildiyinin təsbit edilməsiylə mümkündür.

3Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi də, aşkarınızı da bilir. O, sizin nə qazandığınızı da bilir.

İlk iki ayədə kainat və insanlarla olan əlaqəsinə diqqət çəkən Rəbbimiz, bu ayədə də zatını tanıdan bilgilər verməyə keçmişdir. Bu bağlamda Uca Rəbbimiz göylərdə və yerdə tək tanrının Özü olduğunu xatırladır və insanların nə qazandıqlarını bildiyini açıqlayaraq, Öz nəzarətində olmayan heç bir şeyin mövcud olmadığını vurğulayır.

Ayədəki “qazandığınız şeyləri də bilir” ifadəsində, “etdiyiniz” deyil, “qazandığınız” sözünün işlədilməsi diqqət çəkicidir. Bu sözlə, əməllərin deyil, əməllərin nəticələrinin mühüm olduğu ifadə edilmiş olur. Çünki “qazanmaq” mənasına gələn “كسب kəsb”, bir faydanı əldə etməyə və ya bir zərərin qarşısını almağa yönəlik olaraq edilən fellər üçün işlədilən bir sözdür. Necə ki, buna görə də Allahın felləri üçün “kəsb” sözü işlədilməz.

İlk baxışda Allaha məkan isnad edirmiş kimi görünən “Və O, göylərdəki və yerdəki Allahdır” ifadəsinin bir bənzəri Zühruf surəsində də keçir:

  • 84Və O, həm göydə, həm də yer üzündə tanrı olandır. Və O, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran, çox yaxşı biləndir. (Zühruf/84)

Ancaq istər bəhs etdiyimiz 3-cü ayədəki, istərsə də Zühruf/84-dəki bu cür ifadələrin “məkan” ifadə edirmiş kimi anlaşılması doğru deyildir. Çünki həm əqlən Allaha məkan isnad edilməsi mümkün deyildir, həm də Allahın məkandan münəzzəh olduğuna dair Quranda bir çox ayə mövcuddur.

Bu halda ayənin doğru mənasını tapa bilmək üçün yenə Qurana müraciət etmək lazımdır:

  • 12De ki: “Göylərdə və yerdə olanlar kim üçündür?” De ki: “Allah üçündür”. Allah, mərhəməti Öz öhdəsinə yazmışdır. Sizi, tam yəqinliklə bilin ki, özündə qətiyyən şübhə olmayan qiyamət gününə toplayacaqdır. Öz-özlərini zərərə salan insanlar, bax budur, onlar iman etməzlər. (Ənam/12)
  • 6Göylərdə olan şeylər, yer üzündə olan şeylər, bu ikisinin arasında olan şeylər və nəmli torpağın altında olan şeylər yalnız və yalnız Rəhmanındır. (Ta Ha/6)
  • 4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir. (Hədid/4)

Və Qaf/16, Bəqərə/115.

Yuxarıdakı ayələrdə göründüyü kimi, Allahın göylərdə və yerdə olması Onun göylərdə və yerdə olan hər şeyi idarə etdiyini ifadə edən sözlərdir. Bu tərz ifadələr insanlar üçün də işlədilır. Belə ki, bir işi etməyə cəhd edən bir kəs üçün, etdiyi iş və ya işin edildiyi məkan bildirilərək, onun “filan işdə” və ya “filan yerdə” olduğu söylənir. Beləliklə, ayədə keçən “O, göylərdəki və yerdəki Allahdır” ifadəsi, “Allah, göyləri və yeri idarə edir” deməkdir.

Ayədə keçən “gizlininiz” ifadəsiylə qəlblərdə olan niyyətlər və düşüncələr, “açığınız” ifadəsiylə isə orqanlar vasitəsiylə edilən konkret işlər qəsd edilmişdir.

4Onlarsa Rəblərinin ayələrindən bir ayə gələn kimi, tam yəqinliklə bilin ki, ondan məsafələnib, uzaq durmuşdular.

5Sonra da onlar özlərinə haqq gəlincə, onu tam yəqinliklə bilin ki, yalan saydılar. Artıq məsxərəyə qoyduqları şeylərin əhəmiyyətli\əsas\vacib xəbərləri yaxında özlərinə gələcəkdir.

Bu ayələrdə, 1-ci və 2-ci ayələrdə bəhs edilən kafirlərin şirk qoşmalarının və şübhə içində olmalarının keyfiyyəti açıqlanır və bu insanlara irəlidə başlarına gələcəklər xəbər verilir.

Bir bənzəri daha əvvəl Şüəra surəsində yer almış olan 5-ci ayənin son cümləsindəki “Artıq lağ elədikləri şeylərin mühüm xəbərləri yaxında özlərinə gələcəkdir” ifadəsi, bizə görə, onlara  [müşriklərə, inkarçılara] həm dünyada, həm qiyamət əsnasında, həm də qiyamət sonrasında veriləcək olan əzabı xəbər verir. Gələcəklə əlaqədar bu xəbəri, möminlərin Bədirdəki zəfərinə, müşriklərin də məğlubiyyətinə işarə etdiyi şəklində izah etmək də mümkündür. Belə ki, Bədirin bu şəkildə nəticələnəcəyi möminlər tərəfindən də, müşriklər tərəfindən də xəyal belə edilə bilməzdi.

  • 6Sonra da, tam yəqinliklə, yalan say­dı­lar. Bax budur, lağ edib durduqları şeyin xəbərləri yaxında onlara gələcəkdir. Hicr/92,93Bax budur, Rəbbinə and olsun ki, Biz onların ha­mı­sını et­dikləri şeylərdən mütləq hesaba çəkəcəyik. (Şüəra/6)

Muqatil, bu ayələrdə bəhs edilən “haqqı yalanlayanlar” ilə “Allahın ayələrindən üz çevirənlər”in siyahısını belə çıxarmışdır:

“Əbu Cəhil, Vəlid b. Muğirə, Həccacın iki oğlu Münəbbih və Nəbih, As b. Vail, Ubey b. Halef, Ukbə b. Əbi Muayt, Abdullah b. Əbi Ümeyyə, Rabianın iki oğlu Utbə və Şeybə, Ebu’l-Bahteri, el-Haris, Mahreme b. Nəvfel, Hişam b. Amr b. Rabia, Əbu Süfyan, Sehl b. Amr, Umeyr b. Vehb b. Halef, el-Haris b. Kays, Adi b. Kays, Amir b. Halid el-Cümahi, Nadr b. Haris, Zemea b. Esved, Mut’im b. Adiy, Kurat, Ahnəs b. Şerik, Huveyt və Ümeyye b. Halef”. [4]

6Görmədilərmi ki, Biz onlardan əvvəl özlərinə yer üzündə sizə vermədiyimiz bütün imkanları verdiyimiz, göy üzünü üzərlərinə bərəkətlərlə göndərib, altlarında bulaqlar axıtdığımız necə nəsilləri dəyişikliyə/dağıntıya uğratdıq. Biz onları, günahlarına görə dəyişikliyə/dağıntıya uğratdıq və onlardan sonra başqa bir nəsil yaratdıq.

Bu ayədə, Allahın varlığını, birliyini və Ona qul olmağın vacibliyini idrak etməmiş olan müşriklərə və Allahdan gələn ayələrdən üz döndərib, haqqı inkar edən günahkarlara tarixdən xatırlatmalar edərək, onların da Ad, Səmud, Firon və digərləri kimi eyni aqibətə uğrayıb həlak edilə biləcəkləri və yerlərinə başqalarının gətirilə biləcəyi xəbərdarlığı edilir.

Ayədəki “görmədilərmi” ifadəsi, keçmişdə həlak edilmiş olan günahkarlara aid qalıntıların təhlil edilməsini və o cəmiyyətlər haqqında məlumat əldə edilməsini istəyən bir ifadədir.

7Və əgər Biz sənə papirusda/kağızda yazılı bir kitab endirmiş olsaq, onlar da ona əlləri ilə toxunsalar, tam yəqinliklə bil ki, o kafirlər: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir” – deyərlər.

8Və onlar: “Bu Peyğəmbərə bir mələk endirilsəydi!” – dedilər. Əgər Biz bir mələk endirmiş olsaydıq, iş, tam əmin ol ki, bitirilmiş olardı. Sonra da özlərinə göz belə açdırılmazdı.

9Əgər Biz Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir insan şəklində edərdik və onlar yenə düşdükləri şübhəyə düşərdilər.

Bu ayələrdə, surənin başında bəhs edilən şübhəçi müşriklərin inad və inkarçılıqda hansı ölçülərə çatdıqları açıqlanır və dilə gətirdikləri sözdə şübhələrinə cavab verilir.

Müşriklərin 7-ci ayədə dilə gətirilən “yazılı kitab” tələbləri ilk olaraq, Müddəssir surəsində yer almışdı:

  • 52İşin əslində, içlərindən hər insan, özünə açılıb-saçılmış səhifələr verilməsini istəyir. (Müddəssir/52)

8-ci ayədən anlaşıldığına görə, müşriklər özlərinə görə bir nöqteyi-nəzər ortaya qoyaraq “yazılı kitab” haqqında belə bir iddiada olurlar: “Əgər Muhəmməd (əs) gerçəkdən Allah tərəfindən bir elçi olaraq göndərilmiş olsaydı, göydən bir mələk enməli və xalqa “Bu Allahın Elçisidir, buna görə də ona itaət edin, yoxsa cəzalandırılarsınız” – deyə elan etməliydi”.

Müşriklərin bu nöqteyi-nəzərlə dilə gətirdikləri etirazlardan bir çox ayədə bəhs edilmişdir:

  • 2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər. (Qaf/2, 3)
  • 7,8Və inkar edənlər: “Bu necə elçidir ki, yemək yeyir, küçələrdə yeriyir? Ona bir mələk endirilsəydi nə olardı? Beləliklə, onunla bərabər bir xəbərdar edən olardı! Yaxud özünə bir xəzinə verilsəydi və ya özünün yeyəcəyi bir bağçası olsaydı!” – dedilər. Bu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Siz, yalnız və yalnız ovsunlanmış bir insanamı uyursunuz” – dedilər. (Furqan/7, 8)

Hətta eyni məntiq Nuh Peyğəmbər üçün də irəli sürülmüşdü:

  • 24,25Bundan sonra qövmündən kafir öndə gedənlər: “Bu, sizin kimi bir bəşərdən başqa bir şey deyildir. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, qətiliklə mələkləri endirərdi. Biz əvvəllər atala­rı­mızın dinində bunu eşitmədik. Bu, yalnız və yalnız özündə dəlilik olan bir adamdır. Belə isə, bir müddətə qədər onu ümidlə gözləyin” – dedilər. (Möminlər/24, 25)

Kafirlərin mələklərin göndərilməsinə yönəlik istəklərindən Yunus, Hicr, Hud, İsra və Furqan surələrində dəfələrlə bəhs edilmişdir.

Müşriklərin göydən mələk endirilməsi şəklindəki tələblərinə, Rəbbimiz tərəfindən 8-ci və 9-cu ayələrdə iki ayrı xəbərdarlıq ilə cavab verilmişdir:

8-ci ayədə verilən cavab, “mələk endirilməsi”nin “müddətin bitdiyi” mənasına gəldiyi şəklindəki xəbərdarlıqdır. Bu xəbərdarlıq başqa ayələrdə də dilə gətirilmişdir:

  • 8Biz o təbii gücləri, ancaq haqq ilə endirərik. O vaxt da onlar möhlət verilən­lər­dən olmazlar. (Hicr/8)
  • 22Mələkləri görəcəkləri gün… Bax budur, o gün, günahkarlara heç bir müjdə – sevincli xəbər yoxdur. Və o qovuşmağı ummayanlar: “qadağan edilmişdir, qadağan!” – deyərlər. (Furqan/22)

Əslində isə Rəbbimiz, müşriklərə inanmaqdan başqa seçim buraxmayacaq şəkildə, sanki reallığı gözlərinə soxarcasına göstərəcək bir mələk göndərməmiş, lehlərinə olaraq, onlara fürsət vermişdir. Çünki əgər gözlədikləri kimi bir mələk gələcək olsaydı, bu, onların verməli olduqları imtahanın boşa çıxması demək olar, artıq özlərini düzəltmək üçün bir zamanlarının qalmadığı mənasına gəlirdi.

Müşriklərin elçinin mələk olması yönündəki gözləntilərinə verilən ikinci cavab isə 9-cu ayədədir. Bu cavabda, insanlara elçi olaraq bir mələyin göndərilməsi halında, danışdıqlarının anlaşıla bilməsi və özündən bir şeylər öyrənilib istifadə edilə bilməsi üçün onun da “insan” şəklində olacağı ifadə edilmişdir. Ayədən anlaşıldığına görə, tələblərində səmimi olmayan kafirlər bu halda da fikirlərindən dönməyəcəklər, bu dəfə də elçinin mələk olub olmadığı barəsində şübhəyə düşəcəklər.

  • 14,15Və Biz onların üzərlərinə göydən bir qapı açsaq və onlar oradan yuxarı yüksəlsələr belə, tam yaqin bilin ki: “Gözlərimiz döndərildi/bulandırıldı. Əslində biz ovsunlanmış bir camaatıq” – deyəcəkdirlər. (Hicr/ 14, 15)
  • 44Və göydən düşməkdə olan bir parça görsələr: “Üst-üstə yığılmış buludlardır” – deyərlər. (Tur/44)

Əslində isə Uca Allah, yaratdıqlarına olan rəhmətinə uyğun olaraq, göndərdiyi elçiləri bir-birlərini dəvət etsinlər, danışıb anlaşa bilsinlər, bir-birlərindən faydalana bilsinlər deyə özlərindən seçir:

  • 163Onlar Allah nəzdində dərəcə-dərəcədirlər. Allah onların etdiklərini ən yaxşı görəndir.
  • 164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər. (Al-i İmran/163, 164)

Rəbbimiz elçinin mələk olması barəsində bir başqa ayədə isə bu açıqlamanı etmişdir:

  • 90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!”
  • 94Və insanlara yol göstərən – Quran gəlincə, özlərinin iman etmələrinə, sadəcə: “Allah bir bəşərimi elçi göndərdi?” – demələri mane olur.
  • 95De ki: “Əgər yer üzündə rahatlıqla gəzən mələklər olsaydı, əlbəttə, Biz onlara göydən elçi olaraq bir mələk endirərdik”. (İsra/90-95)

10Və heç şübhəsiz, səndən əvvəl də elçilərə istehza edildi. Sonra da onlardan istehza edənləri, istehza etdikləri şey bürüdü.

Müşriklərin yalanlarına, bəhanələrinə və üz döndərmələrinə kədərlənən Peyğəmbərimizə təsəlli olaraq verilən bu ayədə, keçmişdə də eyni hadisələrin yaşandığı bildirilərək elçiləri inkar edən, onlara lağ edən qədim qövmlərin bu münasibətlərinin onları əhatə etdiyi, sarıb bürüdüyü xatırladılır, beləliklə də dolaylı olaraq Məkkəli müşriklər təhdid edilir.

Ayədə işlədilən “əhatə etmə” sözü kafirlərin bu davranışlarıyla özlərinə ipək böcəyi kimi günahdan, əzabdan bir barama qozası hörməkdə olduqları təəssüratını yaradır.

Kafirlərin elçilərə lağ etdiklərindən bəhs edən bir çox ayə vardır:

  • 6–8Və Biz öncəkilərə də necə peyğəmbərlər göndərmişdik. Onlar özlərinə gələn hər peyğəmbəri qətiliklə lağa qoyduqlarına görə… Biz qüvvətcə onlardan daha güclü olanları dəyişikliyə/dağıntıya uğratdıq. Əvvəlkiləri də nümunə göstərdik. (Zühruf/6-8)
  • 65Və əgər onlardan soruşsaydın, qətiliklə: “Biz sadəcə uymuşduq, oyun oynayırdıq” – deyəcəklər. De ki: “Allahın ayələrinə və Elçisinəmi lağ edirdiniz?” (Tövbə/65)
  • 33Əlbəttə, Biz bilirik ki, onların dedikləri səni, qəti olaraq, narahat edir. Amma onlar əslində səni yalan saymırlar; ancaq şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər Allahın ayələrini bilə-bilə rədd edirlər.
  • 34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmış olsalar da, özlərinə köməyimiz gəlincəyə qədər, yalan sayılmağa və verilən əziyyətə səbir etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə elçi­lə­rin xə­bərlərindən bir qismi gəlmişdir. (Ənam/33, 34)

11De ki: “Yer üzündə dolaşın, sonra da yalan sayanların sonu necə olmuşdur baxın!”

12De ki: “Göylərdə və yerdə olanlar kim üçündür?” De ki: “Allah üçündür”. Allah, mərhəməti Öz öhdəsinə yazmışdır. Sizi, tam yəqinliklə bilin ki, özündə qətiyyən şübhə olmayan qiyamət gününə toplayacaqdır. Öz-özlərini zərərə salan insanlar, bax budur, onlar iman etməzlər.

13Və gecədə, gündüzdə sığınan hər şey Onundur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

14De ki: “Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin Özü bəslənməyən Allahdan başqa kömək edən, qoruyan, yol göstərən bir yaxınmı qəbul edim?” De ki: “Mən İslam insanlarının ilki olmaqla əmr olundum”. Və sən, qətiyyən Allaha ortaq qoşanlardan olma!

15De ki: “Mən tam əmin olun ki, əgər Rəbbimə üsyan edərəmsə, böyük bir günün əzabından qorxaram”.

16Kim ki, ortaq qoşmaqdan/üsyan etməkdən döndərilərsə, şübhəsiz ki, Allah o gün, ona mərhəmət etmişdir. Və bax budur, bu, açıq-aşkar qurtuluşdur.

Bu ayələrdə Rəbbimiz sual-cavab yöntəmiylə, göylərdə və yerdə olan hər şeyin özünə aid olduğunu, canlı və cansız hər şey üzərində mütləq təsərrüf sahibi olduğunu, qiyamət günü insanları bir araya toplayacağına heç kəsin şübhə etməməli olduğunu vurğulayır.

11-ci ayədə, Qurana lağ edib, Peyğəmbərimizlə pis rəftar edənlər, keçmiş zamanlarda özlərinə göndərilmiş elçiləri inkar edənlərin aqibətlərinə baxaraq ağıllarını başlarına almağa dəvət edilir.

12-ci ayədəki “O [Allah], rəhməti öz nəfsi üzərinə yazmışdır” ifadəsi anlaşılmağa çalışılırkən, Allahın insanlığa elçi göndərməsinin, kitab endirməsinin, dünyada ikən möhlət verməsinin və ölümdən sonra əməllərinin qarşılıqlarını verməsinin daima Onun rəhmətinin əhatəsində olduğu düşünülməlidir. Çünki Uca Allah bunların hamısını öz üzərinə almışdır və hamısı da Onun rəhməti və ədalətinə uyğundur.

14-cü ayədəki “Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin özü bəslənməyən Allahdan başqa Vəlimi qəbul edim?” ifadəsi ilə müşriklər düşünməyə dəvət edilir. Çünki müşriklərin Allahın yaratdıqlarından tanrılar olaraq qəbul etdikləri hər şey, onları bəsləmək əvəzinə, onlardan bəslənir. Yəni bütün saxta tanrılar əslində özlərinə sitayiş edən xidmətçilərinə möhtacdırlar. Məsələn, Firon necə hakimi olduğu ölkəni yaşatmaq üçün özünə tabe olan xalqdan vergi almaq məcburiyyətindədirsə, bir müqəddəsləşdirilənin də sitayiş edilə bilən bir tanrı olması üçün sitayiş edənlər tərəfindən onun məqbərəsinin və ya heykəlinin inşa edilməsi lazımdır. Kimsəyə, heç bir dəstəkçiyə möhtac olmayan, hər şeyin özünə möhtac olduğu tək varlıq isə yalnız və yalnız Allahdır.

  • 56,57Mən bilmədiyiniz və bildiyiniz, gəlmiş keçmiş hər kəsi yalnız və yalnız, Mənə qulluq etsinlər deyə, yaratdım. Mən onlardan hər hansı bir ruzi istəmirəm. Mən onların Məni yedirtmələrini də istəmirəm. (Zəriyət/56, 57)
  • 38Və sən, gerçəkdən onlara: “O göyləri və yeri kim yaratdı?” deyə soruşsan, qə­­tiliklə: “Allah!”deyəcəklər. De ki: “Belə isə, Allahın yaratdıqlarından çağır­dıq­la­­rınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zə­­rinin qarşısını ala bilən kimsələrdirlərmi? Yaxud mənə bir mərhəmət diləyərsə, onlar Onun mərhəmətinə mane ola bilən kimsələrdirlərmi? De ki: “Allah, mənə yetər. Nə­ti­­sini həvalə edənlər, yalnız və yalnız Ona nəticəsini həvalə etsinlər”. (Zümər/38)

17Və əgər Allah, sənə bir zərər toxundurarsa, onu Özündən başqa aça bilən yoxdur. Və əgər O, sənə bir xeyir toxundurdusa da, şübhəsiz, O, hər şeyə gücü çatandır.

18Və O, qullarının üstündə/daha üstün olaraq, üsyan edən insanları məhv edəndir. Və O, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.

Bu ayələrdə Rəbbimiz yaxşılığı və pisliyi, hər şeyi yaradanın özü olduğunu, dilədiyinə xeyiri, dilədiyinə şəri verdiyini və nə verdisə, geri ala biləcəyini, verdiyini özündən başqa heç kəsin ala bilməyəcəyini bildirir. Bu, özünün qulları üzərində mütləq القاهر Qahir [yox edici, idarə edici],  الحكيم Hakim  [qanun qoyan] və  الخبير Xabir [hər şeydən xəbərdar] olmasındandır. Uca Allah bu sifətlərini sayaraq hər şeyə gücünün yetdiyini, qullarının üzərində yeganə nüfuz sahibi olduğunu, işlərini yerli yerində etdiyini və hər şeydən xəbərdar olduğunu vurğulayır və qulların özlərini yığışdırmalarını istəyir.

  • 2Allah, insanlara mərhəməti ilə nəyi verərsə, artıq onu tutacaq biri ola bilməz. Hər nəyi də tutarsa, onu da, ondan sonra verəcək biri ola bilməz. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan, əmin olun ki, qalib olandır, ən yaxşı qayda qoyan, po­zulmağa yaxşı mane olan/sağlam edəndir.            (Fatir/2)

Bəhs etdiyimiz bölmədəki ayələrdən Allahın quluna zərər vermək istədiyi və ya verdiyi mənasını çıxarmaq doğru deyildir.

Çünki qulun başına gələn bütün zərər, bəla, sıxıntı və pisliklər öz nəfsindən, öz etdiklərindən qaynaqlanır:

  • 79Sənə yaxşılıqdan/gözəllikdən isabət edən şeylər, bax budur, Allahdandır. Sənə pislikdən isabət edən şeylər isə sənin özündəndir. Və Biz səni insanlara bir elçi olaraq göndərdik. Yaxşı bir şahid də olaraq Allah yetər. (Nisa/79)

Allah isə quluna zərər gəlməsinə razı deyildir:

  • 7Əgər küfr edəcək, nankorluq edəcək olarsınızsa, bilin ki, şübhəsiz, Allah sizə heç bir ehtiyacı olmayan­dır və O, qulları üçün, küfrə, nankorluğa razı olmaz. Və əgər özünüzə verilən nemətlərin qarşılığını ödəyər­si­niz­sə, sizin üçün ona razı olar. Heç bir daşıyıcı bir başqasının yükünü çəkməz. Sonra dönüşünüz yalnız və yalnız Rəbbinizədir. Beləliklə, etmiş olduqlarınızı sizə xəbər verə­cək­dir. Şübhəsiz ki, O, sinələrin özündə gizli olanı yaxşı biləndir. (Zümər/7)

Ayədəki “istərsə” mənasına gələn ifadə qəlibi nəzərə alındığında, cümlə Allahın nemət verdiyi qulunun pis davranışları qarşılığında ona öz yaratdığı bəlanı tapmasına izin verdiyi mənasına gəlir.

  • 83Və Biz insana nemət verdiyimiz zaman, üz çevirib uzaqlaşır. Ona pislik toxunduqda isə ümidsizliyə qapılır. (İsra/83)

Yəni qul bəlanı, pisliyi özü istəyir, Allah da yaratmış olduğu bəlanı o qulun əldə etməsinə izin verir.

19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”.

Allahdan daha böyük və təsirli bir şahid olamayacağı vurğulanaraq başlayan bu ayədə, Allah vəhy müddətinə şahid göstərilərək Quranın vəhy edilməsindəki məqsədin bütün insanların xəbərdarlıq olunması olduğu bildirilir. Həmçinin inkarçılara Allahla birlikdə başqa tanrıların olduğuna gerçəkdən şahid olub olmadıqları soruşularaq sözsüz olaraq, inanc və iddialarının nə qədər axmaq olduğuna işarə edilir. Ayə, Peyğəmbərimizə gerçək və doğru inancın nə olduğunun açıqlanması vəzifəsi verilərək bitir.

Təxmin və zənnə əsaslanaraq ediləməyən, ancaq çox sağlam məlumat və sübuta əsaslanaraq edilməli olan “şahidlik” barəsində Rəbbimiz inkarçılara başqa ayələrdə də meydan oxumuşdur:

  • 150De ki: “Buyurun, Allah bunu tam yəqinliklə bilin ki, haram etdi deyə, şahidlik edə­cək şahidlərinizi gətirin”. Buna baxmayaraq, əgər onlar yenə də şahidlik edərlərsə, sən onlarla bərabər şahidlik etmə. Ayələrimi yalan sayan və axirətə inanmayan insanların boş dünyəvi arzularına da uyma. Və onlar Rəbbinə tay/bənzər tutmaqda­dır­lar.  (Ənam/150)

19-cu ayədəki “sizi və əli çatan hər kəsi” ifadəsi Peyğəmbərimizin sadəcə ərəblərə deyil, bütün insanlara elçi göndərildiyini açıqlayır. Bu, Peyğəmbərimizin elçiliyinin qiyamətə qədər olan zamanda bütün coğrafi məkanları əhatə etdiyi mənasına gəlir. Necə ki, bu məna 92-ci ayədə də bənzər bir ifadə ilə təsdiq edilmişdir.

Ayənin sonunda yer alan və Allahın tək bir Tanrı olduğunu, Ona ortaq qoşulan şeylərdən uzaq durulmalı olduğunu bildirən ifadələr, həm bu surədə, həm də başqa surələrdə təkrarlanmışdır.

  • 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)

Əsbabı-nüzul qeydlərində, aşağıdakı ədəbiyyat siyahısında göstərilən mənbədə bu ayənin enmə səbəbləri haqqında yazılmışdır.  [5]

20Özlərinə Kitab verdiyimiz bu insanlar, Peyğəmbəri, öz oğullarını tanıdıqları kimi tanıyırlar. Öz nəfslərini ziyana uğradan bu insanlar, bax budur, onlar iman etməzlər.

İnkar edilə bilinməyən həqiqətlər açıqlandıqdan sonra bu ayədə də bir başqa reallıq yenə dilə gətirilir və Əhl-i Kitabın Peyğəmbərimizi öz oğullarını tanıdıqları qədər yaxşı tanıdıqları, inkarçıların isə özlərini məhv edən, sabahlarını düşünməyən ağılsızlardan ibarət olduqları bildirilir.

Bəzi qaynaqlarda bu ayənin Mədəni olduğu yer alır:

Rəvayət edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdə, Hz. Ömər (r.a) Abdullah İbn Səlam (r.a)a: “Allah Təala, Peyğəmbərinə bu ayəni endirdi. Bu tanınma işi necədir?” – deyə soruşduqda Abdullah İbn Səlam: “Ey Ömər, onu içinizdə görür görməz tanıdım. Eynilə oğlumu tanıdığım kimi… Heç şübhəsiz mən, Hz. Muhəmmədi öz oğlumdan daha yaxşı bildim və tanıdım. Belə ki, qadınların nə etdiklərini mən bilməyə bilərəm. Amma şəhadət edirəm ki, bu Peyğəmbər Allahdan gələn haqq bir Peyğəmbərdir” – demişdir.  [6]

Bizim qənaətimiz ayənin Məkki olduğu yönündədir. Belə ki, ifadə texnikası baxımından surənin digər ayələri ilə bütünlük ərz edən bu ayə, onlarla mövzu baxımından da bir bütünlük içərisindədir. Digər tərəfdən, Mədinədəki yəhudi və xristiyanları işarə etdiyi düşünülən Əhl-i Kitab  [özlərinə kitab verilənlər]” ifadəsi ayənin Mədəni olduğu xüsusunda yetərli bir dəlil təşkil etmir. Çünki “Özlərinə Kitab Verilənlər/Əhl-i Kitab” ifadələrinin keçdiyi və ya “Əhl-i Kitab”a müxtəlif ifadələrlə toxunan bir çox Məkki ayə də vardır. Əraf/157, Furqan/7, 8, Qasas/52, 53, İsra/107-109 ayələri buna nümunədir.

Həmçinin “İnkarçıların Peyğəmbərimizi yaxşı tanıdıqları” ismarıcı Mədəni ayələrdə də verilmişdir:

  • 146Özlərinə Kitab verdiyimiz bu insanlar Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Şübhəsiz, onlardan bir qismi də bildiklərinə baxmayaraq, qətiliklə haqqı gizlədirlər. (Bəqərə/146)

21Və Allah haqqında yalan uydurandan və ya ayələrini yalan sayandan daha səhv davranan/öz zərərlərinə iş edən kim ola bilər? Heç şübhə yoxdur ki, şərik qoşaraq səhv davranan/öz zərərlərinə iş edən bu insanlar qurtuluşa çata bilməzlər.

Allaha qarşı yalan uyduran və Allahın ayələrini inkar edənlər, bu ayədə “ən zalım” kəslər, etdikləri iş isə “zülm” olaraq xarakterizə edilmişdir. Bizə görə, bu xarakterizə etmənin səbəbi, insanların din adından yalan və səhv danışmalarına, görüş irəli sürmələrinə mane olmaqdır.

“Allah adından yalan uydurmaq” mahiyyət olaraq, Allahın sözlərini təhrif etmək, söyləmədiyi şeyləri söylədiyini irəli sürməkdir. Bu, “Allah adından danışmaq”, “özünün Peyğəmbər olduğunu iddia etmək” kimi hərəkət və davranışları da ehtiva edir. Həmçinin bəzilərinin öz şəxsi ətrafları halına gətirdiyi insanlara “özlərinə ilahi xüsusiyyət verildiyini, beləliklə Allaha göstəriləcək sayğının özlərinə də göstərilməli olduğunu, bunun Allah tərəfindən təsdiq edildiyini, yəni Allahın özlərinə şirk qoşula biləcəyinə izin verdiyini” söyləmək də bu əhatədədir.

Müşriklərin və Əhl-i Kitabın Allaha qarşı uydurduqları yalanlara Quranda bir çox nümunə verilmişdir:

  • 18Və Yəhudilər, Xristianlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – dedi­lər. De ki: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?”. Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır. (Maidə/18)
  • 79Artıq vay halına o insanların ki, öz əlləri ilə kitab yazarlar və sonra bir az paraya satmaq üçün: “Bu, Allah qatındandır” – deyərlər. Artıq o əlləri ilə yazdıqları üzündən onların vay halına! O qazandıqları şeylər üzündən onların vay halına! (Bəqərə/79)
  • 78Və Kitab Əhlindən bəzi söz və qaydaları, kitabdan olmamasına baxmayaraq, siz onu kitabdan sanasınız deyə, dillərini kitaba doğru əyib, bükən ağılsız, sərsəri bir qrup vardır. O, Allah qatından olmadığı halda: “Bu, Allah qatındandır” – deyərlər. Özləri bilə-bilə Allah haqqında yalan da söyləyərlər. (Al-i İmran/78)

Və Al-i İmran/181, Maidə/64, Əraf/28, Maidə/103, İsra/40, Nəhl/57, Ənam/7, Bəqərə/80.

Yuxarıdakı ayələrdə keçən “Mələklər Allahın qızlarıdır”, “Allah Bahirə və Saibə olan heyvanları haram qılmışdır” kimi yalanlarla yanaşı, yəhudilər və xristiyanlar Tövrat və İncildə bu kitabların şəriətlərinin nəsh edilməyəcəyi, dəyişdirilməyəcəyi və İsa Peyğəmbərdən sonra hər hansı bir Peyğəmbərin gəlməyəcəyi hökmünün mövcud olduğu yalanlarını da uydurmuşdular.

Xüsusilə din vəzifəlisi, din alimi olanlar, bütün bunlardan özlərinə bu ismarıcı çıxarmalıdırlar: Allah adından fitva verərkən, dinin hökmlərini açıqlayarkən mütləq Quran əsas götürülməli, o mövzuda Allahın nə dediyi yaxşı bilinməlidir.

22Və o gün hamısını toplayacağıq. Sonra Biz ortaq qoşan insanlara: “Hanı, haradadır o həqiqətin əksinə olaraq inandığınız ortaqlarınız?” – deyəcəyik. 23Sonra onların atəşlərə atılmaları: “Rəbbimiz, Allaha and olsun ki, Biz ortaq qoşanlardan deyildik” – deməkdən başqa bir şey deyildi.

24Bax, öz əleyhlərinə necə də yalan söylədilər! O uydurduqları şeylər də özlərindən ayrılıb yox oldu.

Bu ayələrdə açıqlanır ki, müşriklər mühakimə olunduqları zaman şirklərini inkar etməkdən başqa bir yol tapa bilməyəcəklər.

22-ci ayədə müşriklərdən soruşulacağı bildirilən sual başqa ayələrdə də dilə gətirilmişdir:

  • 62Və o gün Allah onlara səslənər və deyər ki: “Səhv edərək inanmış olduğunuz Mə­nim ortaqlarım hanı, haradadır?” (Qasas/62)

23-cü ayədə keçən “onların fitnələri” ifadəsindəki “fitnə” sözü ümumiyyətlə “bəhanə” olaraq anlaşılmışdır. Halbuki daha əvvəl də açıqladığımız kimi, “fitnə” insanın mahiyyətinin ortaya çıxarılmasına yönəlik yandırmaq, atəşə atmaq, bəlalandırmaq deməkdir. Dolayısıyla sözün buradakı işlədilməsindən, mühakimə edilən inkarçıların eyni zamanda Allah qarşısında da yalan söyləməyə cəsarət edə bilən böyük yalançılar olduqları ortaya çıxmış olur.

Axirətdə yalan söylənəməyəcəyi.

Müşriklərin bəhs edilən davranışları ayədə mazi siğəsı [di’li keçmiş zaman kipi] ilə ifadə edilmişdir. Ancaq məhşərdəki sorğu sırasında günahkarların ağıllarının başlarından getdiyi, çaşqın, dəhşətə düşmüş bir halda olacaqları nəzərə alınarsa, onların orada da yalan söyləmələrinin mümkün olduğu düşünülə bilir. Necə ki, günahkarların axirətdə yalan söylədiklərini bildirən bir çox ayə (Ya Sin/65, Fussilət/20, 21, Ənam/28, Mücadilə/18, Möminlər/112, 113, Zühruf/77, Mömin/69-76) mövcuddur:

25Onlardan sənə qulaq asanlar vardır, halbuki Biz onu qavrayıb anlamalarına/qəlb­lə­­ri üzərinə qat-qat örtüklər və qulaqlarında bir ağırlıq əmələ gətirdik. Onlar bütün əla­mətləri/nümunələri görsələr də ona inanmazlar. Belə ki, o kafirlər sənin yanına gəldiklə­rində, səninlə mübahi­sə­yə girişərək: “Bu, öncəkilərin uydurma məsəllərindən başqa bir şey deyildir” – de­yər­lər.

26Və onlar ondan imtina edərlər və özləri ondan uzaq durarlar. Və onlar şüursuzca, yalnız və yalnız özlərini dəyişikliyə/dağıntıya uğramağa sürükləyirlər.

Bu ayələrdə müşriklərin Qurana qarşı neqativ münasibətlərindən bəhs edilir. Müşriklər bu münasibətlərinin özlərini həlaka götürdüyünün fərqində olmadıqları üçün qınanırlar. Çünki bağlılıqları və cahillikləri, gözlərinin görməməsinə, qulaqlarının eşitməməsinə səbəb olmuşdur. Buna görə də Quranı anlayamazlar. Belə ki, bu hallarını şüurları dərk etmir. Şüursuzca özlərini haqdan uzaq tutmaları yetməzmiş kimi, bir də: “Bu, qədimlərin əfsanələridir, bunda yeni bir şey yoxdur. Biz bunları onsuz da qədimdən bəri dinləyib dururuq” – deyərək, başqalarının da haqq ilə şərəflənmələrinə mane olmağa çalışırlar.

Uca Allah, müşriklərin anlama, görmə və eşitmə pozuntularının səbəbini, “əslində isə Biz, onu qavrayıb, anlamalarına; qəlbləri üzərinə qat-qat örtülər və qulaqlarında bir ağırlıq qıldıq” ifadəsiylə özünə şamil etmişdir.

Əsbab-i nüzul qeydlərinə görə bəhs etdiyimiz 25-ci ayənin enmə səbəbi mənbədə göstərilir [7]

Bəzi qaynaqlara [8] görə isə, bu ayə Peyğəmbərimizin əmiləri haqqında enmişdir və ayədə qınanan da onlardır. Onlar, on nəfər olmalarına baxmayaraq, reallığı təqdim edən qardaşı oğlu Muhəmmədə yardım etməmişlər, üstəlik ona kobud da davranmışdılar.

Bu ayənin enmə səbəbi yuxarıdakı qaynaqlarda açıqlanan kəslər olsa belə, ayənin verdiyi ismarıc bütün zamanlarda İslama qarşı çıxan, laqeyd qalan və başqalarının maraqlanmasına mane olan insanların hamısını qınamağa yönəlikdir.

27Və onların atəşin üzərində durdurulduqları zaman: “Ah, nə olardı, dünyaya dön­dərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və möminlərdən olsay­dıq!” – dediklərini bir görsəydin!

28Əksinə, işin əslində, daha əvvəl gizlədikləri aşkar oldu. Geri döndərilsəydilər, yenə qadağan olunduqları şeyə tam əmin olun ki, dönərdilər. Bəli onlar həqiqətən yalançılardır.

29Və onlar: “Bizim, bu keçici dünya həyatımızdan başqa bir həyat yoxdur, biz dirildiləcək də deyilik” – demişdilər.

27-ci ayədə, bağlılıqları ucbatından haqqa qarşı gözlərini qapayıb, qulaqlarını tıxayan və üstəlik mənfəətləri naminə iftira edərək, başqalarının da haqqa qovuşmasına maneçilk eləməyə çalışanların cəhənnəmdəki halları, yalvarışları sərgilənir.

28-ci ayədə, dünyadakı inkarçılıqlarından peşman olduqlarını söyləyərək, özlərinə bir fürsət daha verilməsini istəyənlərin, əslində səmimi olmadıqları açıqlanır. Rəbbimiz əzəli elmiylə bildirir ki, onlar, cəhənnəmdən çıxarılsalar belə, əsiri olduqları bağlılıqları ucbatından, qədim anlayışlarını eynilə davam edərək, yenə inkarçı və müşrik olacaqlar. Yəni, bu müşriklərin peşmançılıq duyduqlarını dilə gətirmələri, Rəbbimizin bildirdiyinə görə, yekə bir yalandır və onlar məhşərdə belə, yalan söyləyirlər.

28-ci ayədə keçən “daha əvvəl gizləyib durduqları qarşılarına çıxdı” ifadəsindən onların əslində axirəti və hesab verməyi qəbul etdikləri, ancaq dünyadakı mənfəətləri üçün qəbul etməmiş kimi göründükləri anlaşılır.

  • 102Musa dedi ki: “Sən tam yəqin bildin ki, ayələri, bir-bir ibrət olaraq, ancaq göylərin və yerin Rəbbi endirdi. Və mən də sənin dağıntıya uğramış olduğuna tam yə­qin inanıram”. (İsra/102)
  • 14Və onların özləri bunlara tam bir qənaət gətirdikləri halda, şərik qoşaraq səhv/öz zərərlərinə iş etmələri və təkəbbürlərinə görə onları bilə-bilə inkar etdilər. İndi pozğunçuların sonunun necə olduğuna bir bax! (Nəml/14)
  • 47Və əgər yer üzündəkilər və onunla birlikdə bir o qədəri də şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin olsa idı, Qiyamət günü əzabın pisliyindən qurtarmaq üçün onu qətiliklə qurtarmaqlıq verərdilər. Və onların heç hesaba qatmadıqları şeylər Allah tərəfindən onlar üçün meydana çıxarılır. (Zümər/47)

30Və Rəblərinin hüzurunda durdurulduqları zaman onları bir görsən! Rəbləri: “Bu, bir gerçək deyilmiy­miş?” – deyər. Onlar: “Rəbbimizə and içirik ki, gerçəkdir” – deyərlər. Rəbləri: “Elə isə küfr etmiş olduğunuza görə əzabı dadın!” – deyər.

Bu ayədə, öldükdən sonra dirilməyi inkar edənlərin, bu adi həyatdan başqa həyat qəbul etməyənlərin axirət yurdundakı hallarına aid canlı bir səhnə nəql edilir.

  • 13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehrdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız! (Tur/13-16)

Ayədəki anlatmanın keçmiş zamanda olması reallaşmanın qəti olmasına, yəni canlandırılan səhnənin eynilə reallaşacağına görədir.

31Allaha qovuşmağı yalan sayanlar, tam yəqinliklə bilin ki, itkiyə/zərərə uğrayıb acı çəkmişdilər. Qiyamət anı qəfildən gəlincə, onlar, günahlarını kürəklərinə yüklənmiş olaraq, deyəcəklər ki: “Dünyada etdiyimiz qüsurlara görə vay halımıza!” Diqqət edin, yükləndikləri/günahları nə pisdir!

32Və fani dünya həyatı, sadəcə əyləncə və oyundur. Son yurd – Axirət yurdu isə Allahın qoruması altına girənlər üçün, tam yəqinliklə bilin ki, daha xeyirlidir. Hələ də ağılla hərəkət etməzsinizmi?

Bu ayələrdə, axirəti inkar edənlərin qətiliklə zərərə uğrayacaqları, qiyamətin qəfildən qopacağı və dünya həyatının bir oyun və əyləncədən ibarət olduğu, axirətin isə təqvalı davrananlar üçün dünya həyatındakı əyləncəyə nəzərən çox daha xeyirli olduğu bildirilir.

Bizə görə ayədə həmçinin ömrün çox qısa olduğuna da işarə edilir və qısa bir ömür üçün dünyaya bel bağlayanların daimi və həqiqi xoşbəxtliyi qazanmaq yolunda əllərindəki fürsəti xərclədikləri ismarıcı verilir. Dünya zövqlərinin tam olaraq yaşanmadığı uşaqlıq və yaşlılıq dövrləri istisna edildiyində, əgər insan geri qalan qısaca ömründə yaşayacağı zövqlər üçün axirət həyatındakı əbədi xoşbəxtlik şansını nəzərə almırsa, həqiqətən də itkidədir. Çünki dünyadakı oyun və əyləncə reallığın görülməsinə mane olduğu kimi, özünü bunlara qapdıran kəsləri axirət həyatındakı əsl xoşbəxtliyi qazandıracaq “təqva”dan da uzaqlaşdırır.

Ancaq bu ayələrdən dünya nemətlərindən tamamilə əl çəkərək həyatdan qopma çağırışının edildiyi də anlaşılmamalıdır. Buradakı ümumi ismarıc, dünya həyatına görə daha çox mühüm olan axirət həyatına iman, saleh əməl və təqva ilə hazırlıq edilməyin vacibliyidir. Adam bunu unudaraq dünya həyatına, həva və həvəsinə qapılmamalı, etdiyi işlərdə Allahın özünü daima təqib etdiyi şüurundan qopmamalıdır.

  • 14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.
  • 15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir. (Al-i İmran/14-17)
  • 83Bax budur, axirət yurdu! Biz onu yer üzündə təkəbbürlənməyi və pozğunçuluğu arzulamayan insanlar üçün hazırlarıq. Və aqibət, Allahın qoruması altına girənlər üçündür.
  • 84Kim bir yaxşılıq gətirirsə, ona ondan daha xeyirlisi/ona onun müqabilində bir xeyir vardır. Və kim bir pislik gətirirsə, bax budur, o pislikləri işləyənlər ancaq etdikləri şeylər ilə qarşılıqlandırılırlar. (Qasas/83, 84)
  • 64Və bu keçici dünya həyatı, sadəcə, bir əyləncə və oyundur. Şübhəsiz, son yurd isə qətiliklə həyatın məhz özüdür. Kaş ki, onlar bilmiş olsaydılar. (Ənkəbud/64)

31-ci ayədə Qiyamətin “السّاعة saat [qısa müddət]” olaraq adlandırılması, Qiyamətin qopmasının çox qısa bir müddətdə reallaşacağını göstərir.

33Əlbəttə, Biz bilirik ki, onların dedikləri səni, qəti olaraq, narahat edir. Amma onlar əslində səni yalan saymırlar; ancaq şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər Allahın ayələrini bilə-bilə rədd edirlər.

34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmış olsalar da, özlərinə köməyimiz gəlincəyə qədər, yalan sayılmağa və verilən əziyyətə səbir etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə elçi­lə­rin xə­bərlərindən bir qismi gəlmişdir.

35Və əgər onların üz çevirməyi sənə çətin gəldisə, haydı, gücün çatırsa, yerin içində bir dəlik, ya da göydə bir nərdivan axtar ki, onlara bir əlamət/nümunə gətir! Allah diləsəydi, tam əmin olun ki, onları doğru yol bələdçiliyi üzərində toplayardı. O halda, qətiyyən cahillərdən olma!

36Ancaq dinləyənlər qarşılıq verər. Ölüləri… Onları da Allah dirildir. Sonra yalnız və yalnız Ona döndərilərlər.

Peyğəmbərimizin müxatib alınıb, təsəlli edildiyi bu ayələrdə bir çox həqiqət ortaya qoyulmuşdur:

Birinci həqiqət: müşriklərin çalışıb vuruşduqları Peyğəmbər deyil, Allahdır.

Özünə elçilik vəzifəsi verilib, Allahın vəhy etdiklərini oxumağa başlamadan əvvəl Peyğəmbərimizin hər kəs tərəfindən doğru və dürüst bir insan olaraq qəbul edildiyi tarixi sənədlərlə sabitdir. Belə olmasına baxmayaraq, Allahın ismarıcını təbliğə başladığı andan etibarən müşriklərin yalan saymaları və dağıdıcı müxalifəti ilə qarşılaşmış, ancaq heç kəs onu yalançılıqla, saxtakarlıqla günahlandırmağa cürət edə bilməmişdir. Ən qatı düşmənləri belə, onu dünyəvi bir mövzuda yalan söyləməklə töhmət altına ala bilməmişdir. Ona həmişə: “Biz sənə yalançı demirik, lakin irəli sürdüyün şeyə saxta deyirik” – demişdilər.

Müşriklərin bu dağıdıcı müxalifətinə qarşı Uca Allah 33-cü ayədə onu təsəlli etmiş və sanki belə demişdir: “Yalançı olaraq rədd etdikləri sən deyilsən, onlar Bizim ismarıcımızı rədd edirlər. Biz hər şeyə səbr edər və onlara üstəlik müddət də verərkən, sən niyə narahat olursan?”

Peyğəmbərimizin özünə haqq gəldikdən sonra yalanlandığını bildirən bir başqa ayə də, xatırlanacağı kimi, Qaf surəsinin 5-ci ayəsi idi:

  • 5Əksinə, doğru özlərinə gəldiyi zaman, onu yalan saydılar, ona görə də onlar, qarmaqarışıq bir iş içindədirlər. (Qaf/5)

Qaf surəsinin bu ayəsini təhlil edərkən “Haqq” anlayışını da təhlil etmiş, bu anlayışın və müşriklərin içində olduğu “Qarmaqarışıq iş”in nə olduğu barəsində geniş açıqlamalar etmişdik. Mövzunun əhəmiyyətindən dolayı əlaqədar bölmənin yenidən oxunmasını məsləhət görürük.

İkinci həqiqət: müşriklər elçiləri hər zaman inkar etmişdilər.

  • 4Və əgər onlar səni yalan sayırlarsa, tam əminliklə bil ki, səndən əvvəl olan elçiləri də yalan saymışdılar. Və işlər yalnız və yalnız Allaha döndərilir.    (Fatir/4)
  • 184Əgər indi səni yalan saydılarsa, bil ki, səndən öncə açıq dəlillər, səhifələr və aydınladıcı kitab ilə gələn elçiləri də yalan saymışdılar. (Al-i İmran/184)

Üçüncü həqiqət: elçilər həmişə səbirli davranmış, Allah da hamısına yardım etmişdir.

Səbr, Allah ilə bərabər olmağın ən mühüm göstəricisidir. Allahdan yardım görmək səbrli olmaqla mümkündür. Buna görə də Uca Allah Peyğəmbərimizə həm səbirli olması üçün əmrlər vermiş, həm də ona yardım edəcəyini bildirmişdir:

  • 130Artıq onların söylədiklərinə səbr et, məmnunluğa çata bilməyin üçün günəşin doğmasından əvvəl də, batmasından əvvəl də Rəbbinin tərifi ilə birlikdə Allahı tanıt/nöqsanlıqlardan uzaq olduğunu öyrət! Gecənin bəzi saatları ilə gündüzün iki ucunda da Allahı tanıt/nöqsanlıqlardan uzaq olduğunu öyrət! (Ta Ha/130)
  • 60İndi sən səbirli ol. Şübhəsiz ki, Allahın vədi haqdır. Qətiyyən, inanmamış insanların səni zəiflətməsinə imkan vermə. (Rum/60)
  • 17Sən onların dediklərinə səbr et və güclər sahibi, qulumuz Davudu xatırla. Şübhəsiz, o, Rəbbinə çox-çox dönən idi. (Sad/17)

Və Əhqaf/35, Tur/48, Müzzəmmil/10, Qələm/48, Bəqərə/153, Mömin/51, Saffat/171-173,   Mücadilə/21.

Dördüncü həqiqət: kafirləri ancaq Allah mömin edə biləcəyindən, elçilərin darıxıb kədərlənmələrinə ehtiyac yoxdur.

  • 3Onlar Hicr/91Quranı sehir, şeir, əsatir (mifoloji deyimlər), uydurulmuş söz kimi bir sıra parçalar, pis sözlər qəbul edən insanlar, 3iman edənlər olmurlar deyə, sən özünü məhv edəcəksən! (Şüəra/3)
  • 6Sonra da onlar bu Qurana inanmazlarsa, onların etdiklərinə görə sən az qala kədərdən özünü həlak edəcəksən! (Kəhf/6)

Beşinci həqiqət: elçilərin möcüzə yaratmaları mümkün deyildir.

  • 38And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da həyat yoldaşları və nəsil [övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni/biliyi olmadan, hər hansı bir əlamət/nümunə gətirmək də yoxdur. Hər müddət sonu üçün bir yazı vardır. (Rad/38)

Altıncı həqiqət: dəvətə ancaq vəhyə qulaq asanlar icabət edər.

Yeddinci həqiqət: insanları inanıb inanmamaq barəsində sərbəst buraxan Allahdır. Ölüləri də sadəcə, Allah dirildir.

37Və onlar dedilər ki: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi?” De ki: “Şübhəsiz ki, Allah bir əlamət/nümunə endirməyə gücü çatandır, lakin onların çoxu bilməzlər”.

Bu ayədə, müşriklərin “dənizin yarılması”, “dağın yüksələrək bir kölgəlik halına gəlməsi”, “ölülərin dirildilməsi”, “göydən mələklərin endirilməsi”, “göyün parça-parça endirilməsi” kimi bir möcüzə istədikləri dilə gətirilərək bu tələbləri dəyərləndirilir.

Onlara verilən cavabda deyilmək istənən budur: “Əgər Allah onlara istədikləri kimi bir möcüzə göstərsəydi, içlərindən olan kafirlər belə bir danılmaz möcüzə gördükləri zaman tamamilə məhv olmaq əzabına layiq olardılar. Halbuki Allahın rəhməti onları belə bir bəladan qorumağı şərtləndirir. Onlar bu rəhmətin keyfiyyətini anlamasalar da, Uca Allah bir rəhmət olmaq üçün onlara tələb etdikləri şeyi vermir”.

Allahın onlara istədikləri növdən bir möcüzə verməməsinin bir başqa səbəbini də bu şəkildə açıqlamaq mümkündür: “Allah onların bu möcüzələrə inanmaları barəsində özlərinə bir fayda təmin edəcəyini umaraq deyil, sırf inad və təəssüblərindən dolayı istədiklərini və bu istəkləri özlərinə verilmiş olsaydı da inanmayacaqlarını bilirdi”.

İstənilən möcüzənin verilməməsi bu səbəblə açıqlandığında, ayədəki “Lakin onların çoxu bilməzlər” ifadəsindən də bu anlaşılır:

“Bu kütlə, istədikləri möcüzənin verilməsi halında özlərinin inad və təəssübləri səbəbiylə yenə inkarı davam edəcəklərini bilmirdi. Çünki əgər bilsə idilər, möcüzəni inad və təəssüb səbəbiylə deyil, fayda əldə etmək məqsədiylə istəməli idilər. O zaman da Uca Allah onlara istədikləri bu şeyi verərdi”.

Mövzuyla əlaqədar olaraq bu ayələri də xatırlamaq lazımdır:

  • 32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər. (Ənfal/32)
  • 90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!” (İsra/90-93)
  • 59Və Bizi əlamətləri/nümunələri göndərməkdən ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən şəkildə dəvəni/sosial dəstək qurumları təşkil etmək vəzifəsini vermişdik və onunla haqsız davranmışdılar. Və Biz o əlamətləri/nümunələri ancaq qorxutmaq üçün göndəririk. (İsra/59)
  • 4Əgər Biz diləyərsək, Hicr/90o and içənlərə endirdiyimiz kimi, 4onlara da göydən bir əla­mət [nümunə/şüa, radiyasiya və meteoritlər, tayfun, sel] endirərik və onların bo­yun­ları ona itaət edənlər olardı. (Şüəra/4)

38Və yer üzündə heç bir irili-xırdalı tərpənən canlı və iki qanadı ilə uçan heç bir quş yoxdur ki, sizin kimi başçısı olan camaatlar olmasın. Biz Kitabda heç bir şeyi nöqsan/yetərsiz buraxmadıq. Sonra onlar, Rəbbinə toplanacaqlardır.

Bu ayədə, bütün canlıların növ mənasında bir-birləriylə bağlarının olduğu, hər canlı növün bu bağlar sayəsində öz aralarında qruplar təşkil etdiyi bildirilir.

Rəbbimizin verdiyi bu məlumat, yalanlanması mümkün olmayan möcüzələrdən biridir. Təbiətə baxıldığında, özünə məxsus həyat tərzi, funksiyası olan canlı növlərinin həqiqətən də insanlar kimi həmişə qruplar halında yaşadıqları görünür. Ayədən bu özünəməxsusluğu sadəcə bilinən, müşahidə edilən canlıların deyil, hələ kəşf edilməmiş, elmi təsnifata girməmiş canlıların da sahib olduğu anlaşılır.

  • 59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın. (Ənam/59)

Ayədə bəhs edilən “Kitab” Qurandır. Çünki Quranda insanlara lazım olan reçeptlərin hamısı əskiksiz, nöqsansız mövcuddur. Quran insanlığın ehtiyac duyacağı heç bir qanunu kənarda buraxmamışdır. Buna görə Quran, möcüzə gözləyənlərə möcüzə olaraq göstərilmişdir:

  • 51Onlara oxunan Kitabı, şübhəsiz ki, Bizim sənə endirmiş olmağımız onlara kifayət deyilmi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır.
  • 52De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə və yerdə olan hər şeyi bilir. Batilə inanan və Allahı bilərək rədd edən/inanmayan insanlar, bax budur, onlar zərərə/itkiyə uğrayıb, acı çəkənlərin məhz özləridir.    (Ənkəbud/50, 51)

Ayənin sonunda yer alan “Sonra onlar Rəbblərinə toplanacaqdılar” cümləsindən, bütün canlıların ölümdən sonra Qiyamət günündə həşr ediləcəkləri anlaşılır. Ancaq buradan, insanlardan başqa digər canlıların, məsələn, heyvanların da hesab verəcəyi, bir-birlərindən haqq alacaqları mənası çıxmaz. Belə ki, insanlardan başqa canlıların hamısı Allah tərəfindən insanların xidmətinə verilmiş, məsul tutulmamışdır. Bu canlıların həşri ancaq şahidliyə yönəlik bir həşrdir. Təkvir/5-dəki “vəhşi heyvanlar bir araya toplandığında” ifadəsi məhşərdəki toplanmağı deyil, qiyamət anındakı dəhşətdən qaynaqlanan çaşqınlıqla vəhşi heyvanların belə bir araya toplanacağını anladır.

39Ayələrimizi yalan sayan bu insanlar da qaranlıqlar içindəki kar və laldırlar. Hər kim diləyərsə, Allah onu çaşdırar, kim də diləyərsə, onu doğru yol üzərinə qoyar.

Bu ayədə, insanın “əhsən-i təqvim” üzərinə yaradılmış olmasına qarşılıq, keçici mənfəət və bağlılıqları naminə, ətrafındakı saysız dəlili, açıq və qəti ayəni görüb, anlamaqdan qaçınaraq özünü kar və lal  [ağılsız, xor və həqir, cansız maddə] vəziyyətinə düşürməsi qınanır.

Ayədə keçən “qaranlıqlar” ifadəsi, surənin ilk ayəsinin təhlilində də qeyd etdiyimiz kimi, küfrün, şirkin, nifaqın qaranlıqlarıdır.

Diqqət edilirsə, ayədə “Allahın diləyən kəsi çaşdıracağı, diləyəni isə doğru yola bələdçiləyəcəyi” bildirilir. Bu ifadə, Allahın inanma barəsində insanları tamamilə azad buraxdığını göstərir.

“İnanc azadlığı” mövzusu, “Aləmlərin Rəbbi olan Allah diləməyincə, siz diləyə bilməzsiniz” tərcüməsindəki Təkvir/29-un işığında “Məşiət” başlığı altında təhlil edilmişdir.

  • 27Allah iman edənləri, adi dünya həyatında və Axirətdə sabit bir sözə/imana bənd edər. Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də azdırar. Və Allah dilədiyi şeyi edər. (İbrahim/27)
  • 26,27Şübhəsiz, Allah bir ağcaqanadı, hətta daha kiçik olan bir şeyi belə, nümunə verməkdən çəkinməz. Bax budur, iman edənlər bilirlər ki, şübhəsiz, o haqdır, Rəbbindəndir. Kafirlər isə artıq: “Allah belə bir nümunə ilə nə demək istədi?” – deyərlər. Allah verdiyi nümunələrlə bir çoxlarını çaşdırır, onunla bir çoxlarını bələdçiləyər. Allah onunla sadəcə, söz verib andlaşdıqdan sonra Allaha verdikləri sözü pozan, Allahın birləşdirilməsini əmr etdiyini/iman-əməl ayrılmazlığını pozan və yer üzündə pozğunçuluq edən, haqq yoldan çıxmış insanları çaşdırır. Bax budur, bunlar zərərə uğrayanların məhz özləridir.  (Bəqərə/26, 27)
  • 15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçilə Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçilər. (Maidə/15, 16)
  • 69Və Biz Bizim uğrumuzda qeyrət göstərənləri/zəhmət çəkənləri, əlbəttə, Öz yollarımıza bələdçi­ləyə­cə­yik. Və şübhəsiz ki, Allah yaxşılıq/gözəllik edənlərlə birlikdədir. (Ənkəbud/69)
  • 27–29,31Yenə o kafirlər: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyərlər. De ki: “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz. (Rad/27-29, 31)

40De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə gəlsə və ya qiyamət vaxtı gəlsə, Allahdan başqasınamı yalvararsınız? Əgər doğru insanlarsınızsa”.

41Əslində, yalnız və yalnız Allaha yalvarırsınız… O, diləyərsə dua etdiyinizi yox edər və siz ortaq qoşduğunuz şeyləri ağzınıza belə ala bilməzsiniz.

Xatırlanacaq olursa, 38-ci ayədə, inanmaq üçün bir möcüzə istəyən Məkkə müşriklərinə həyat tərzləri bir-birindən müxtəlif əsaslara dayalı saysız canlı növünün varlığına diqqətləri çəkilərək, ətraflarındakı hər canlının əslində Allahın saysız ayələrindən biri olduğuna işarə edilmişdir. Bəhs etdiyimiz ayələrdə isə kafirlərin diqqəti, bilavasitə öz varlıqları üzərində görə biləcəkləri bir başqa ayəyə çəkilərək, insan təbiətindəki psixoloji bir özünəməxsusluq ortaya qoyulur. Bu özünəməxsusluq insanın, başına bir müsibət gəldiyində və ya ölüm dəhşətiylə qarşılaşdığında Allahdan başqa sığınacaq heç bir şey tapa bilməməsidir. Həqiqətən də belə hallarda ən qatı bütpərəstlər belə öz tanrılarını unudaraq, Allahdan yardım istəyir, ən inadkar ateistlər belə Allaha sığınmaqdan başqa çarə tapa bilmirlər. Bu kimi bəla anlarında bütün şirk qoşulanlar unudulur, sadəcə Allaha yalvarılır.

İnsanın bu özünəməxsusluğu Quranda bir çox ayədə dilə gətirilmişdir. Mövzuyla əlaqədar bu ayələr Əraf/189-195-in təhlilində tam halda verildiyindən, burada sadəcə iki dənəsini verməklə kifayətlənirik:

  • 22Allah sizi quruda və dənizdə yolçuluq etdirəndir. Gəmilərdə olduğunuzda gəmilər içindəkiləri şirin bir küləklə aparır. Yolçular nəşələndiklərində şiddətli bir fırtına baş verər, dalğalar hər yerdən şahə qalxar. Və onlar dövrələmə əhatə olunduqlarını anlayınca, dini Allah üçün arındıranlar olaraq, Ona yalvarırlar: “Bizi bundan qurtararsansa, heç şübhəsiz, qarşılığını ödəyənlərdən olarıq”.
  • 23Sonra Biz onları oradan xilas etdikdə, qurtarar-qurtarmaz yer üzündə haqsız yerə azğınlıqlar edərlər. Ey insanlar, təcavüzkar davranmağınız/həddi aşmağınız bu bəsit fani həyatınızın qazancı olaraq, sırf öz zərərinizədir. Sonra dönüşünüz sadəcə Bizədir. Sonra Biz etmiş olduqlarınızı sizə xəbər verəcəyik. (Yunus/22, 23)
  • 67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir! (İsra/67)

Bu ayələr haqqında Mevdudi də belə demişdir:

İslamın baş düşmənlərindən Əbu Cəhlin oğlu İkrimə də belə bir ayəni gördüyündə İslama keçmişdir. Hz. Peyğəmbər Məkkəni fəth etdiyi zaman İkrimə Ciddəyə qaçmış, oradan da dəniz yoluyla Həbəşistana keçmişdi. Səfər əsnasında gəmini batıra bilən şiddətdə bir fırtına çıxır. Əvvəl yolçular yardım üçün tanrı və tanriçalarına yalvarmağa başlayırlar. Lakin fırtına gəminin batmaq üzrə olduğu qorxusuna qapılacaqları dərəcədə şiddətlənincə, hamısı bir ağızdan “İndi Allahdan başqasına yalvarmağın zamanı deyil, çünki bizi ancaq O qurtara bilər” deyə bağırdılar. Bu İkrimənin gözlərini və qəlbinin kilidlərini açır: “Əgər burada bizə Allahdan başqa yardım edəcək yoxsa, bir başqa yerdə necə ola bilir? Muhəmmədin (s.ə) iyirmi ildir bizə öyrətdiyi və bizim də onunla dava etdiyimiz də budur!” – deyə düşündü. İkrimənin həyatında ən mühüm andı o an… Allah ilə bu şəkildə sağlam bir əhd etdi: “Əgər bu fırtınadan qurtularamsa, birbaşa Peyğəmbər Muhəmmədin yanına gedəcək və onun izləyicisi olacağam”. Allah onu fırtınadan qurtardı və o da əhdini yerinə yetirdi. Yalnız və yalnız Müsəlman olmaqla qalmadı, həyatının qalan bölməsini də cihad edərək İslamın xidmətində keçirdi. [9]

42Və and olsun ki, səndən əvvəlki başçıları olan cəmiyyətlərə elçilər göndərdik və onları, yalvarsınlar deyə, dözülməz çətinliklərə/yoxsulluq və sıxıntılara saldıq.

43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi.

44Sonra özlərinə xatırladılanı tərk etdiklərində, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeylərlə “sevincə qapılıb, lovğalandıqda”, onları qəfildən yaxaladıq. Artıq onlar ümidləri puça çıxanlar oldular.

45Beləliklə, şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edən kütlələrin kökü kəsildi. Və bütün təriflər, aləmlərin Rəbbi Allahadır. Başqası öyülə bilməz.

İnkarçıların halına narahat olan Peyğəmbərimizə təsəlli, inadçı müşriklərə isə xəbərdarlıq olan bu ayə qrupunda Rəbbimiz küfrü və küfrün məntiqsizliyini geniş və inandırıcı bir şəkildə açıqlayır.

Ayələrdə əvvəl özlərinə dəlillər və öyüdlərlə göndərilən elçiləri dinləməyən keçmiş cəmiyyətlərin başlarına gələnlər xatırladılır. İnsanların özünə yönəlmələrini təmin etmək üçün Uca Rəbbimiz əvvəl onları mal­lardan və canlardan əskiltməklə xəbərdar etmişdir. 42-ci ayədə bəhs edilən “çətinlik” sözü maldakı müsibətləri, “sıxıntılar” sözü isə xəstəlik və digər fiziki müsibətləri ifadə edir.

  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)

44-cü ayədə, insanların bu xəbərdarlığı nəzərə almadıqlarına görə, yaşadıqları o çətinlik və sıxıntılardan sonra Allahın bu dəfə onlara asanlıqlar, rahatlıqlar verdiyi bildirilir. Çətinliklərdən sonra verilən fərəhləmə, əslində inancsızlar üzərindəki xəbərdarlıq təzyiqinin bir az daha artdırılması mənasına gəlir. Çünki sıxıntıdan sonrakı rahatlıq, onların Allahı unutmuşluqlarını davam etmələrinə, daha çox harınlamalarına, elçinin dəvətindən və öyüdlərdən yaxşıca üz çevirmələrinə səbəb olur. Necə ki, belə olduğu, insanların şeytanın özlərinə xoş göstərdiyi pozğunlıqlarda və hədlərini aşmalarında israr etmələri nəticəsində, “Sünnətullah”a uyğun olaraq, bəlalarını taparaq köklərinin qazılmasından anlaşılır.

Diqqət edilirsə, Rəbbimiz onların çətinlik və sıxıntı içində ikən yalvarmalı olduqlarını bildirmişdir. Çünki O, “Dualara Cavab Verən”dir.

  • 60Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki, sizə qarşılıq verim. Şübhəsiz, Mənə qulluq etməkdən yekəxanalıq edən insanlar yaxında xor görülmüş olaraq, cəhənnəmə girəcəkdirlər” – dedi. (Mömin/60)

Burada anladılanlar sadəcə qədim dövrlərdə yaşamış müşriklərin başlarına gəlib, bitmiş şeylər olmayıb, qiyamətə qədər dünyada yaşayacaq bütün müşriklərin də aqibətidir.

46De ki: “Heç düşündünüzmü, əgər Allah sizin eşitməyinizi və görməyinizi alarsa və qəlblərinizi möhürləyərsə, onları sizə Allahdan başqa gətirə biləcək tanrı kimdir?” Bax, Biz ayələri necə açıqlayırıq. Sonra da onlar arxa çevirib, mane olurlar?

47De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə anidən və ya açıq-aşkar gələrsə, şərik qoşaraq, səhv edənlər/öz zərərlərinə iş edənlər qövmündən başqasımı dəyişikliyə/dağıntıya uğradılmış olar?”

Bu ayələrdə müşriklərə öz düşüncəsizliklərindən qaynaqlanan bir şirk içində olduqları anladılır, onlardan tanıdıqları, bildikləri Allaha şirk qoşmadan inanmaları istənir.

Bizə görə, bu ayələrdə müşriklərə verilən ismarıc budur: “Əgər Allah qulaqlarınızdakı “eşitmə” və gözlərinizdəki “görmə” gücünü alarsa, eşidən qulaqlarınızı kar, görən gözlərinizi kor edərsə və qəlblərinizi möhürləyərsə, yəni sizi möhürləyərək xeyir və hidayəni anlamayacaq bir hala qoyar və ya dəlilər kimi ağıllarınızı aradan qaldırar, yaxud da heç bir şey eşitməyəcək şəkildə qəlblərinizi öldürüb, bütün şüurunuzu alarsa, Allahdan başqa onu gətirəcək ilah kimdir? Əslində isə indi eşidən qulaqlarınız, görən gözləriniz, duyan qəlbləriniz var; bunları görür, bilirsiniz, belə deyilmi?”

47-ci ayədə, həlaka uğrayanların sadəcə “zalımlar qövmü” olduğu vurğusu diqqət çəkir. Bu vurğuda bəhs edilən zülmün “şirk” olduğu Quranda bir çox yerdə ifadə edilmişdir:

  • 80,81Və qövmü onunla mübahisə etdi. İbrahim: “Mənə doğru yolu göstərmişkən, Allah haqqında mənimləmi mübahisə edirsiniz? Ona ortaq qoşduqla­rı­nız­dan heç qorxmuram. Ancaq Rəbbimin dilədiyi şey istisna olmaqla. Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünməzsinizmi? Və Allah, haqlarında heç bir güc/qüvvət endirmədiyi halda, siz Ona ortaq qoşmaqdan qorxmurkən, mən sizin ortaq qoşduğunuz şeylərdən necə qorxaram? Bu halda əgər bilirsinizsə, bu iki camaatdan hansı arxalanmağa daha layiqdir?” – dedi.
  • 82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır. (Ənam/80-82)

47-ci ayənin ifadəsinə görə, şirk insani ölçüdən cəmiyyət ölçüsünə çatdığı halda həlak qaçınılmaz olur.

Bu ayələrdə müşriklərin ağıllarına xitab edilərək şirkdən qurtula bilməyin yolları da göstərilir. Bu yollar Allahın lütf etdiyi hiss üzvləri və ağlı yaxşı istifadə etmək, Allahın göndərdiyi kitaba səmimiyyətlə qulaq verməkdir.

  • 31,32De ki: “Sizi göydən və yer üzündən kim ruziləndirir? Ya da qulaqlara və gözlərə kim sahib olur, bunların sahibi kimdir? Və ölüdən dirini, diridən ölünü kim çıxarır? Və işləri kim düzənləyir?” Dərhal: “Allah” – deyəcəklər. O zaman de ki: “O halda, hələ də Allahın qoruması altına girməyəcəksinizmi? Elə isə bax budur, O, sizin gerçək Rəbbiniz Allahdır. Artıq, həqiqətdən sonra pozğunluqdan başqa nə ola bilər! O halda necə də çevrilirsiniz?” (Yunus/31, 32)

48Və Biz göndərilən elçiləri, ancaq müjdəçilər və xəbərdar edənlər olaraq göndəririk. Artıq kim iman edər və düzəldərsə, artıq onlara qorxu yoxdur. Onlar qəmgin də olmayacaqlar.

49Ayələrimizi yalan sayanlara da, etməkdə olduqlarına görə/haqq yoldan çıxdıqlarına görə əzab toxunacaqdır.

Bu iki ayə, yuxarıdakı 34 və 37-ci ayələrdə bəhs edilən “müşriklərin elçidən möcüzə gözləmələri” münasibətinə verilən digər bir cavab mahiyyətindədir. Rəbbimiz burada elçilərin vəzifələrinin nə olduğunu açıqlamış, onların ancaq Allahın rızasının, qullarına olan rəhmətinin və axirətdə xoşbəxtlik içində yaşanacaq cənnətinin iman edərək salihatı işləyənlərə aid olduğunu müjdələyir. Onların həmçinin Allahın ayələrini inkar edənləri, şirk qoşanları isə dünya və axirətdə başlarına gələcək fəlakətlərlə xəbərdar etməklə vəzifəli olduqlarını bildirmişdir.

Elçilərin vəzifələrinin “müjdələmək” və “xəbərdar etmək” olduğuna dair Quranda bir çox ayə (Bəqərə/25, Əhzab/47, Saf/13, Ya Sin/11, Fussilət/13, Qəmər/36, Ənbiya/45, Bəqərə/119, 213, 223, Nisa/138, 165, Kəhf/2, 56, Səba/28, 46 Fatir/23, 24, 37, Məryəm/39, 97, Ənam/5, 48, Tövbə/3, 112, Həcc/27, 34, Zümər/17, İsra/9, 105, Furqan/56, Əhzab/45, Fəth/8, Maidə/19, Əraf/188, Yunus/2, 87, Əhqaf/9, 21, İbrahim/44, Şüəra/115, 214, Müddəssir/2, Mömin/18, Ənkəbud/50, Sad/70, Mülk/26 və Nuh/2) vardır.

48-ci ayədəki “Artıq kim iman edər və düzəldərsə, artıq onlara heç bir qorxu yoxdur. Onlar peşman olmayacaqlar da…” ifadəsi dəvətə müsbət reaksiya verənlərin sonunu, 49-cu ayədəki “Ayələrimizi inkar edənlərə də, etmiş olduqları fasiqliklərə görə əzab toxunacaqdır” ifadəsi isə xəbərdarlığa qulaq asmayıb, dəvətdən üz çevirənlərin sonunu bildirir.

50De ki: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır” – demirəm. Görünməyəni, eşidilməyəni, keçmişi, gələcəyi də bilmirəm. Mən sizə: “Mən bir mələyəm” də demirəm. Mən yalnız və yalnız mənə vəhy edilənə uyuram”. De ki: “Kor ilə görən eyni olarmı? Hələ də düşünmürsünüzmü?”

Müşriklərin elçi haqqındakı səhv düşüncə və gözləntilərinin cavablandırılmasına bu ayədə də davam edilmiş, “elçi fövqəltəbii bir insan olmalıdır, müxtəlif möcüzələr göstərməlidir” şəklindəki müşrik iddialarına qarşı, Peyğəmbərimizdən istənmişdir ki, “mələk olmadığını, qeybi bilmədiyini və Allahın xəzinələrinin öz yanında olmadığını” söyləsin.

Bu ayədə Peyğəmbərimizə söylətdirilən sözlərin bir bənzəri Nuh Peyğəmbərə də söylətdirilmişdir:

  • 25,26Və and olsun ki, Nuhu da qövmünə elçi olaraq göndərdik: “Həqiqətən mən, sizin üçün açıq-aşkar bir xəbərdar edənəm. Allahdan başqasına qulluq etməyin! Mən sizin haqqınızda acı bir günün əzabından qorxuram”.
  • 27Bunun qarşısında qövmünün kafirlərinin öndə gedənləri: “Biz səni, sadəcə bizim kimi adi bir insan ola­­raq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən olanlardan baş­qa­sı­nın uyduğunu görmürük. Sizin, bizim əleyhimizə bir üstünlüyünüzü də gör­mü­rük. Tam əksinə, biz sizi yalançılar hesab edirik” – dedilər.
  • 28–31Nuh: “Ey qövmüm! Heç düşündünüzmü, mən Rəbbimdən açıq-aşkar bir də­lil üzərindəyəmsə və O mənə Öz tərəfindən bir mərhəmət bəxş etmiş və bu da sizdən giz­lin tutulmuşsa?! Biz, siz ondan xoşlanmadığınız halda, sizi ona məcbur edərik­mi?” 29Və: “Ey qövmüm! Mən sizdən hər hansı bir mal istəmirəm. Mənim ödənişim ancaq Allaha aiddir. Və mən iman edənləri qovacaq da deyiləm. Onlar əlbəttə, Rəbbinə qovuşacaqlar. Lakin, mən sizi, cahillik edən bir cəmiyyət olaraq gö­rürəm”. 30Və: “Ey qövmüm! Mən onları qovsam, məni Allahdan kim qoruyacaq? Yaxşı, siz heç düşün­məz­si­niz­mi? 31Və mən sizə: “Allahın xəzinələri mə­nim yanımdadır” – demirəm. Və mən görün­mə­yə­ni, eşidilməyəni, seçilməyəni, keç­mi­şi, gələcəyi bilmirəm. Mən sizə: “Mən bir mələyəm” – də demi­rəm. O sizin özünüzə görə, xor gördükləriniz haqqında: “Allah onlara heç bir xeyir verməz də demi­rəm. Allah onların içlərindəkini ən yaxşı biləndir. Bax budur, əsil o zaman mən, tam yə­qinliklə bilin ki, səhv/öz zərərinə iş edənlərdən olaram” – 28 (Hud/25-31)

Bəhs etdiyimiz ayədə “Allahın xəzinələri” ilə əlaqədar sözlər Peyğəmbərimizə durduğu yerdə söylətdirilməmişdir. Müşriklər Peyğəmbərimizdən elə şeylər istəmişdilər ki, bunlar ancaq Allahın qüdrətiylə edilə biləcək şeylər:

  • 90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!” (İsra/90-93)
  • 37Və onlar dedilər ki: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi?” De ki: “Şübhəsiz ki, Allah bir əlamət/nümunə endirməyə gücü çatandır, lakin onların çoxu bilməzlər”. (Ənam/37)

Peyğəmbərimizə Allahın xəzinələrinin öz yanında olmadığı budur, bu istəklər qarşısında söylətdirilmişdir. Bu sözlər, müşriklərin səhv istəklərdə olduqlarını ifadə edən sözlərdir.

Daha əvvəl Musa Peyğəmbər də bənzər tələblərlə qarşılaşmışdır:

  • 55Həmçinin bir zamanlar da siz: “Ey Musa! Biz Allahı açıq şəkildə görmədikcə, sənə qətiyyən inan­mayacağıq” – demişdiniz və buna görə də siz görə-görə sizi ildırım çarpmış­dı.        (Bəqərə/55)
  • 60Və həmçinin bir zamanlar Musa, qövmü üçün su istəmişdi və Biz: “Bilik və təcrübəni daşqəlbli qövmünə tətbiq et!” – demişdik. Buna görə də o, daş qəlbli cəmiyyətdən on iki cəmiyyət – diyar xalqı ayrılmışdı. Əmələ gələn hər diyarın xalqı özünün su alacağı yeri qətiliklə öyrəndi/işarələdi. Allahın ruzisindən yeyin, için və pozğunçuluq edərək, yer üzündə azğınlıq törətməyin.
  • 61Və həmçinin bir zamanlar siz: “Ey Musa! Biz tək yeməyə qətiyyən dayana bilmərik, ar­tıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” – demişdiniz. Musa da sizə: “O, üstün olanı daha aşağı olanlarla dəyişdirməkmi istəyirsiniz? Bir qə­sə­bəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaqdır” – demişdi. Və üzərlə­rinə alçaqlıq və acizlik damğalandı və sonunda Allahın qəzəbinə uğradılar. Bax budur, bu, küfr etmiş və peyğəm­bər­ləri haqsız yerə öldürmüş olduqlarına görədir. Bax budur, bu, üsyan etdikləri və həddi aşdıqlarına görədir. (Bəqərə/60, 61)

Peyğəmbərimizin qeybi bilmədiyi Əraf surəsində belə ifadə edilmişdi:

  • 188De ki: “Mənim özüm üçün Allahın dilədiyindən başqa nə bir fayda əldə etməyə, nə də bir zərərin qarşısını almağa gücüm çatmaz. Mən əgər görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilsəydim, əlbəttə, mən xeyiri çoxaltmaq istəyərdim. Və mənə heç bir pislik bulaşmamışdır. Mən ancaq bir xəbərdar edən və iman edən bir qövmü müjdələyənəm”.                                          (Əraf/188)

Peyğəmbərimiz, “fövqəladə güclərlə təchiz edildi” iddialarına həyatı boyunca qarşı çıxmışdır. Təəssüf ki, Quranın diliylə də rədd edilən bu iddiaların kökü qazıla bilinməmiş və bu mövzudakı uydurmalar günümüzə qədər gəlmişdir.

Peyğəmbərimizə “Mən bir mələyəm də demirəm” dedirdilməsinə səbəb olan müşrik tələbləri və onlara verilən cavab, Furqan surəsində belə dilə gətirilmişdi:

  • 7,8Və inkar edənlər: “Bu necə elçidir ki, yemək yeyir, küçələrdə yeriyir? Ona bir mələk endirilsəydi nə olardı? Beləliklə, onunla bərabər bir xəbərdar edən olardı! Yaxud özünə bir xəzinə verilsəydi və ya özünün yeyəcəyi bir bağçası olsaydı!” – dedilər. Bu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Siz, yalnız və yalnız ovsunlanmış bir insanamı uyursunuz” – dedilər. (Furqan/7, 8)
  • 20Biz səndən əvvəl də sadəcə, yemək yeyən, bazarlarda yeriyən elçilərdən göndərdik. Və Biz sizin bir qisminizi bir qisminiz üçün saflaşdırmaq məqsədilə sıxıntı vasitəsi etdik. Səbr edərsinizmi! Və sənin Rəbbin çox yaxşı görəndir.
  • 21Bizə qovuşmağı ummayanlar da: “Bizim üzərimizə mələklər/təbii güclər endirilməli idi”, ya da: “Rəbbimizi görməli deyilmiydik?” – dedilər. And olsun ki, onlar içlərində öz yekəxanalıqlarına inandılar və böyük bir pozğunluq edərək, azğınlaşdıqca azğınlaşdılar.
  • 22Mələkləri görəcəkləri gün… Bax budur, o gün, günahkarlara heç bir müjdə – sevincli xəbər yoxdur. Və o qovuşmağı ummayanlar: “qadağan edilmişdir, qadağan!” – deyərlər. (Furqan/20, 22)

Peyğəmbərimizə söylətdirilən “Mən yalnız və yalnız mənə vəhy edilənə uyuram” ifadəsindən anlaşılır ki, elçi özünə gələn vəhyə uymaq və onu tətbiq etmək məcburiyyətindədir.

Bu xüsus başqa ayələrdə də vurğulanmışdır:

  • 203Onlara bir ayə gətirmədiyin zaman da: “Özün onu uydursaydın!..”. – deyərlər. De ki: “Mən ancaq Rəbbimdən mənə nə vəhy olunursa, ona riayət edirəm”. Bax budur, bu Quran Rəbbinizdən gələn qəlb gözünü açacaq bəyanlardır, iman edən bir cəmiyyət üçün bir bələdçi və bir mərhəmətdir. (Əraf/203)
  • 15Və ayələrimiz onlara açıqca oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”. (Yunus/15)
  • 9De ki: “Mən elçilərdən ilk meydana çıxan biri deyiləm. Və mən, mənə və sizə nə ediləcəyini bilmirəm. Mən sadəcə, mənə vəhy edilənə tabe oluram. Və mən ancaq açıq-aşkar bir xəbərdarlıq edənəm”. (Əhqaf/9)

Rəbbimiz Peyğəmbərimizin din adından danışarkən, ancaq özünə vəhy ediləni danışa biləcəyini, başqa bir söz söyləyə bilməyəcəyini də bildirmişdir:

  • 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri – enən o ayə qrupları, ona vəhy edilən vəhydən başqa bir şey deyildir. 5Yoldaşınıza o danışdıqlarını müdhiş qüvvətləri olan, üstün ağıl sahibi, hegemonluq qurmuş olan öyrətdi. (Nəcm/3-5)
  • 44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz.                                  (Haqqa/44-47)

Rəbbimizin bu sözlərindən, Peyğəmbərimiz necə sadəcə Allahın endirdiyi vəhyə uyur və din adından sadəcə Onun sözləriylə danışa bilirsə, Peyğəmbərimizin yolundan gedənlərin də eynilə onun kimi yalnız Qurana uymalarının vacib olduğu ortaya çıxır. Belə ki, Peyğəmbərimizin və ona uyanların sadəcə vəhyə [Allahın endirdiyinə] uymasını əmr edən, işarə edən, aşağıdakılar kimi onlarla ayə (Əraf/158, Al-i İmran/31, Bəqərə/170, Ənam/104, Loğman/21) vardır.

51Və Rəblərinin hüzurunda toplanılacaqlarından qorxanları, Allahın qoruması altına girmələri üçün sənə vəhy edilənlə xəbərdar et. Onların Onun yaratdığı sərvətlərdən kömək edən, yol göstərən, qoruyan bir yaxınları və köməkçiləri, ara düzəldənləri yoxdur.

52Və Allahın rizasını diləyərək səhər-axşam/həmişə dua edən insanları qovma! Onların hesabından sənə heç bir məsuliyyət yoxdur, sənin hesabından da onlara heç bir şey yoxdur. Əgər onları qovarsansa, səhv/öz zərərlərinə iş edənlərdən olarsan!

Bu ayələrdə, Peyğəmbərimizə, xəbərdarlıqçılıq vəzifəsini nə ilə və necə etməli olduğu bildirilir. 51-ci ayədə və daha bir çox ayədə bildirildiyinə görə, xəbərdarlıqçılıq vəzifəsi Quran ilə edilməlidır. Buna görə günümüzdə də xəbərdarlıqçılıq vəzifəsini icra edənlər xəbərdarlıqlarını sadəcə Quran ilə etməlidirlər.

  • 52Elə isə kafirlərə itaət etmə və Furqan ilə onlara qarşı var gücünlə böyük bir cihad et, çalış!    (Furqan/52)
  • 70Və dinlərini oyun və əyləncə etmiş/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı özlərini aldatmış olan insanları tərk et və Quran ilə xatırlat, öyüd ver: Bir insan, öz əlinin işləyib qazandığı ilə dəyişərək, dağıntıya düşərsə, onun üçün Allahın yaratdığı sərvətlərdən bir kömək edən, yol göstərən qoruyan bir yaxın və dəstəkçi, şəfaətverici barədə söz ola bilməz. Günahına qarşı hər cür əvəzi ödəməyi istəsə də ondan alınmaz. Bax budur, bunlar qazandıqları ilə dəyişikliyə/dağıntıya uğrayanlardır. Nankorluq etdiklərinə görə, onlar üçün qaynar sudan bir içki və can yandıran bir əzab vardır. (Ənam/70)
  • 45Biz onların söylədiklərini daha yaxşı bilirik. Və sən onların üzərində məcbur edən birisi deyilsən. O halda sən Mənim təhdidimdən qorxanlara Quran ilə öyüd ver. (Qaf/45)

Rəbblərinə dua edənləri qovma!

Bu təlimatdan anlaşıldığına görə, Məkkəli müşrik imkanlılar yoxsullarla bir arada olmağa dözə bilməmişlər və Peyğəmbərimizdən ətrafındakı inanclı yoxsulları qovmasını istəmişdilər. Əbəsə surəsinin ilk ayələrində bildirildiyi kimi, Peyğəmbərimiz düşünmüşdür ki, əgər bu istəyi yerinə yetirərsə, o imkanlılar iman edə biləcəklər. Ancaq onun bu hərəkəti Rəbbimizdən təsdiq almamışdır.

Ümumiyyətlə insanları etdikləri işlərə və ya zənginliklərinə görə dəyərləndirmək şəklində təzahür edən qeyri-əxlaqi sosial status anlayışı, insanlıq tarixinə əslində çox qədim tarixlərdə girmişdir.

Xatırlanacaq olursa, Nuh Peyğəmbərin qövmü də ondan eyni tələbi etmişdilər:

  • 27Bunun qarşısında qövmünün kafirlərinin öndə gedənləri: “Biz səni, sadəcə bizim kimi adi bir insan ola­­raq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən olanlardan baş­qa­sı­nın uyduğunu görmürük. Sizin, bizim əleyhimizə bir üstünlüyünüzü də gör­mü­rük. Tam əksinə, biz sizi yalançılar hesab edirik” – dedilər. (Hud/27)
  • 111Onlar: “Sənə çox düşük insanlar uyarkən, biz sənə inanarıqmı?” – dedilər.
  • 112–115Nuh dedi ki: “Onların etdiklərinə dair bir məlumatım yoxdur. Onların hesabı ancaq, Rəbbimə aiddir. Əgər düşünürsünüzsə! Və mə n iman edənləri qovan deyiləm. Mən ancaq açıq-aşkar bir xəbərdar edənəm”. (Şüəra/111-115)

Bəhs etdiyimiz ayənin enmə səbəbi haqqında “Əsbab-i Nüzul” qeydlərindən məlumat almaq olar. [10]

53Və Biz: “Allah, aramızdan bunlaramı yaxşılıq etdi?!” – desinlər deyə, onlardan bəzisini bəzisi ilə belə atəşlərə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin qarşılığını ödəyənləri daha yaxşı bilən deyildirmi?

Ayədəki “Onlardan bəzisini bəzisi ilə belə fitnələndirdik” ifadəsindən anlaşıldığına görə, Rəbbimiz insanları bir-biriylə sınayır, yetkinləşdirir. Demək ki, cəmiyyət həyatının bir reallığı və gərəyi olan sosial müxtəlifliklər əslində Allahın bir fitnəsidir. Belə ki, mal və mövqecə artıqlıqlı olub, bu hallarının öz bacarıqlarından qaynaqlandığını zənn edənlər, özlərinə görə daha az malı olanı və ya aşağı mövqedə olanı ümumiyyətlə kiçik sayarlar, əzərlər. Bunun tərsi olaraq mal və mövqecə alt səviyyədə olanlar isə artıqlıqlı olanları qısqanırlar. Halbuki bu artıqlıqlar, insanları yetkinləşdirib dəyərli hala gətirmək üçün onlara verilmiş bir sınaq vasitəsidir. Quran ayələrinə və gerçək həyata baxıldığında, insanların sınandığı bu artıqlıqların mal, məqam, zadəganlıq, zəka kimi xüsuslarda olduğu görünür.

Dünya həyatındakı artıqlıqların insanların öz bacarıqları olmayıb, Allah tərəfindən verildiyi başqa ayələrdə də bildirilmişdir:

  • 71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayə­lə­rin­də saxladıqları insanlara, hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər? (Nəhl/71)
  • 28Allah sizə özünüzdən bir misal çəkir: Heç sizə ruzi olaraq verdiyimiz şeylərdə qanunla sizə təslim edilən adamlardan ortaqlarınız olarsa, siz onlarla bərabərhüquqlu olub, özünüzə rəva bilmədiyiniz/dəyər verdiyiniz kimi onlara da qarşılıqlı rəva bilməzsinizmi/bir-birinizə eyni dəyəri verərsinizmi, bərabərhüquqlu olarsınızmı? Bax budur, Biz ağlını işlədən bir cəmiyyət üzvləri üçün ayələri belə açıqlayırıq. (Rum/28)
  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)

Artıqlıqlı olanların yekəxanalıq edərək artıqlıqlı olmayanları aşağılayıb lağ etməsi, artıqlıqlı olmayanların da artıqlıqlı olanları qısqanıb həsəd etməsi halında hər iki qismin də imtahandan çıxa bilməməsi demək olur:

  • 6–8Qətiyyən sənin düşündüyün kimi deyil! Dönüşünün Rəbbinə olmasına baxmayaraq, insan özünü özünə yetərli gördüyündə tamamilə yolundan azar. (Ələq/6-8)
  • 23Səmud da o xəbərdarlıqları yalan saydı: 24,25“Bizdən bir tək insanamı, onamı uyacağıq? Elə edəriksə, əmin olun ki, bir pozğunluq və çılğınlıq içində olarıq. Öyüd/Kitab, aramızdan onamı endirildi? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” – dedilər.(Qəmər/23-25)

“Onlardan bəzisini bəzisi ilə belə fitnələndirdik” ifadəsini ayənin içində olduğu bölmə əhatəsində şəxsi bir mənaya çəkmək və ayədəki ismarıcın təqdirini bu şəkildə etmək də mümkündür: “İslam nemətini yoxsullara, kimsəsizlərə və cəmiyyətdə aşağı mövqelərdə olanlara verməklə zəngin və təkəbbürlü sinfi imtahana çəkirik”.

54Və ayələrimizə inananlar sənin yanına gəldikləri zaman, dərhal: “Salam olsun sizə! Rəbbiniz mərhəməti Öz üzərinə yazdı. Şübhəsiz, sizdən hər kim bilməyərək bir pislik işləyib və sonra ardından tövbə edər və düzəldərsə, şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlamağı bol olandır, əngin mərhəmət sahibidir” – de!

Bu ayədə, Peyğəmbərimizə inanmış kəslərə necə münasibət göstərməli olduğu bildirilir. Peyğəmbərimiz onlara salamatlıq diləyəcək, Allahın rəhməti öz üzərinə borc yazdığını və özünə müraciət edənlərə rəhmətiylə, xoş görüşlə davrandığını söyləyəcəkdir. Beləliklə, günahkarların ümidsizliklərinin, bədbinliklərinin qarşısı alınmış olacaqdır.

Rəhmət qapılarının sonuna qədər açıq tutulduğu bu ayədə, Allahın bağışlayacağı günahkarlar “bilmədən pislik işləyib, ardından tövbə edənlər” olaraq xarakterizə edilmişdir. Ancaq buradakı “bilmədən” sözü, qəsdən olmayan, yəni planlanaraq deyil, düşüncəsizcə edilən bir cəhaləti ifadə edir. Çünki imanlı olaraq günah işləyən birinin, bir sıra bağlılıqlarla işlədiyi fel nəticəsində axirət həyatında nələri itirdiyini, hansı mükafatları qaçırdığını bilməsi mümkün deyildir. Bilmədiyi üçün də dünyəvi ləzzətləri axirətin bir çox xeyirinə tərcih edir. Bu, azı çoxa tərcih etmək deməkdir. Azı çoxa tərcih etmək isə ənənəvi olaraq daima “cəhalət” olaraq xarakterizə edilmişdir.

Qısaca, Rəbbimiz xeyiri və zərəri hesab edilmədən işlənən günahlar üçün tövbə edildiyində, bu günahları əfv edəcəyini bildirir.

  • 17Allahın üzərinə aldığı tövbə, ancaq cəhalət səbəbindən pislik edənlərin, sonra da dərhal tövbə edənlərinkidir. Bax budur, bunlar Allahın tövbələrini qəbul etdikləridir. Allah ən yaxşı biləndir, ən yaxşı hökm qoyandır.             (Nisa/17)

Əsbab-i Nüzul qeydlərində bu ayənin Ömər b. Xəttab haqqında nazil olduğu irəli sürülmüşdür. [11]

55Və Biz ayələri bax budur, belə ətraflı olaraq açıqlayırıq. Və günahkarların yolu ortaya çıxsın, sənə bəlli olsun deyə.

Bu ayədə Rəbbimiz, Quranda ayələri həmişə geniş şəkildə verdiyini bildirir. Ancaq ayənin ikinci bölməsindəki Və günahkarların yolu ortaya çıxsın, sənə bəlli olsun deyə şəklindəki ifadə, Allahın ayələri belə geniş şəkildə təqdim etməsinin səbəbi deyildir. Çünki ayənin bu son bölməsi texniki olaraq 53-cü ayədəki Allah, aramızdan bunlaramı yaxşılıq etdi?! – desinlər deyə cümləsinə bağlıdır. Tərcümələrdə isə ayə ümumiyyətlə “Və günahkarların yolu ortaya qoyulsun /sənə bəlli olsun deyə, Biz ayələri budur, belə geniş şəkildə təqdim edirik” şəklində mənalandırılır. Halbuki ayənin bu bölməsi “ولتستبين Və litəstəbiinə” şəklindədir və buradakı “و vav”ın artıqdan olduğu şəklindəki təvillər yersizdir. Buna görə də “و vav” bağlacısını nəzərə almamaq olmaz.

53 və 55-ci ayələrin aşağıdakı şəkildə birləşdirilməsi halında mövzu daha yaxşı anlaşılır:

Və Biz, “Allah, aramızdan bunlaramı yaxşılıq etdi” – desinlər və günahkarların yolu ortaya çıxsın/sənə bəlli olsun deyə, onlardan bəzisini bəzisı ilə belə fitnələndirdik. Allah, şükr edənləri daha yaxşı bilən deyildirmi? Və Biz ayələri budur, belə geniş şəkildə təqdim edirik”.

Göründüyü kimi, günahkarların yolunun ortaya çıxması və ya Peyğəmbərimizə bəlli olması ayələrin geniş şəkildə təqdim edilməsinin deyil, Allahın fitnələndirməsinin səbəbi halındadır. Bu səbəbin təzahürü də günahkarların Allahın Quranda göstərdiyi yoldan başqa bir yolda hərəkət etmələri şəklində olur. Rəbbimiz haqq ilə batili bir-birindən çox incə şəkildə ayırdığı və dində məcburiyyəti qadağan edərək, insanları sərbəst buraxdığı üçün insanın bu azadlıq içində Qurandakı haqq yoldan çıxdığı dərhal bəlli olur.

  • 256Dində məcbur etmək/diksindirmək yoxdur! İman Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən – yaxşı pisdən, gözəl çirkindən, doğruluq pozğunluqdan qəti olaraq, yaxşı-yaxşı ayrılmışdır. O halda kim tağuta küfr edər – onu tanımaz, Allaha inanarsa, qopmaq bilməyən ən sağlam bir dəstəyə yapışmışdır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Bəqərə/256)

Ayədə keçən “تستبين təstəbiinə” ifadəsi bəzi qiraətlərdə “يستبين yestəbiinə” şəklində oxunduğu üçün, biz tərcüməmizdə hər iki qiraətin mənasını veririk.

56De ki: “Şübhəsiz ki, mənə sizin Allahın yaratdığı sərvətlərdən yalvardıqlarınıza qulluq etmək qadağan olundu”. De ki: “Mən sizin boş, keçici arzularınıza uymaram. Əgər uyaramsa, azmış olaram və mən bələdçiləndiyim doğru yola çatan­lar­dan olmaram”.

57De ki: “Mən, Rəbbimdən açıq-aşkar bir dəlil üzərindəyəm. Siz isə, o dəlili yalan say­­dı­nız. O təcili gəlməsini istədiyiniz şey, mənim yanımda deyildir, hökm ancaq Alla­ha aiddir, gerçəyi O anladır/gerçək­ləş­dirir və O, ayırd edənlərin ən xeyirli­si­dir”.

Rəbbimiz, 56-cı ayədən başlayaraq 67-ci ayəyə qədər Peyğəmbərimizə bir sıra həqiqətləri açıqlatdırır.

Bəhs etdiyimiz ayələrin birincisində Peyğəmbərimizin, ikincisində isə müşriklərin halları ortaya qoyularaq müşriklərdən reallığı görmələri istənmişdir.

57-ci ayənin ifadəsindən, müşriklərin: “Biz səni açıqça inkar və rədd edərkən, nəyə görə bizə bir əzab gəlməz? Əgər sən gerçəkdən Allah tərəfindən göndərilmiş olsaydın, o zaman səni inkar edəni, sənə həqarət edəni yer udmalı və ildırım çarpmalıydı. Necə olur ki, Allahın elçisi və onun ardınca gedənlər ağlasığmaz işkəncələr görərkən, onlara işkəncə edənlər nəşəylə həyat sürürlər?” – demək istədikləri anlaşılır. Bu səhv dəyərləndirməyə güvənərək təhdid edildikləri əzabın özlərinə dərhal verilməsini istəmələri isə onu göstərir ki, onlar əslində belə bir əzaba uğradılacaqlarına inanmırlar.

  • 32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər. (Ənfal/32)
  • 21Adın qardaşı Hudu da an! O zaman o, Əhqafda qövmünü xəbərdar etmişdi. Qətiliklə, ondan əvvəl və sonra [hər zaman]: “Allahdan başqasına qulluq etməyin. Şübhəsiz, mən sizin üçün böyük bir günün əzabından qorxuram” – deyən xəbərdar edicilər keçmişdi.
  • 22Onlar: “Sən bizi tanrılarımızdan çevirmək üçünmü gəldin? Əgər doğrulardansansa, haydı, o bizi təhdid edib durduğun əzabı dərhal gətir” – dedilər.
  • 23Adın qardaşı, Hud: “Şübhəsiz ki, o əzabın nə zaman gələcəyinə dair bilik Allah qatındadır. Mən isə sizə mənimlə göndəriləni təbliğ edirəm. Lakin mən sizi cahillik edən bir cəmiyyət olaraq görürəm” – dedi. (Əhqaf/21-23)
  • 53Və səndən əzabı tələm-tələsik istəyirlər. Əgər müəyyən edilmiş/adı qoyulmuş bir müddət sonu olmasaydı, əzab onlara əlbəttə, gəlmişdi. Və o əzab, heç fərqində olma­dıqları bir zamanda özlərinə mütləq qəflətən gələcəkdir. (Ənkəbud/53)

58De ki: “Sizin təcili gəlməsini istədiyiniz şey, mənim yanımda olsaydı, mənimlə sizin aranızdakı iş tam yəqinliklə bilin ki, gerçəkləşib getmişdi. Və Allah səhv/öz zərərlərinə iş edənləri ən yaxşı biləndir.

59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın.

60Və O, sizi gecə vaxtı vəfat etdirən/keçmişdə etdiklərinizi, etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıran, gündüzlər əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddət sonunun gerçəkləşməsi üçün sizi qaldırandır. Sonra dönüşünüz yalnız və yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcəkdir.

61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilir­lər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”.

Rəbbimizin Peyğəmbərimiz vasitəsiylə bu bölmədə verməyə davam etdiyi ismarıclar aşağıdakı kimi təqdir edilə bilər:

  • “Müşriklərin istəməkdə olduqları əzab Peyğəmbərin əlində olsa idi, iş çoxdan bitmiş olardı. Belə ki, Peyğəmbər sadəcə bir təbliğçi, xəbərdarlıqçı və müjdəçidir. Əzabı gətirmək, əzab etmək Peyğəmbərin əlində deyildir. Cəzalandırmaq üçün əlindən bir şey gəlməz. Ona qalsa, bəşər olduğuna görə heç gözləməz, dərhal cəzalandırardı”.
  • “Peyğəmbər qeybi də bilmir. Qeybin açarları Allahın yanında olub, qeybi sadəcə O bilir. Belə ki, quruda, dənizdə nə varsa, Allah hamısını bilir. Onun məlumatı olmadan bir yarpaq belə düşməz. Yerin qaranlıqlarında bir dənə, yaş-quru [bütün nə varsa] hamısı Onun biliyi, elmi daxilindədir”.
  • “İnsanları yatırdıb-oyandıran da Allahdır. Ömrü olanları oyandırır. Gün olur, onları da Özünə döndərib hesab soruşacaqdır. Allah qulları üzərində Qahirdir. O, qulları üzərinə qoruyucular göndərir, adam ölərkən onlar onu vəfat etdirirlər [təqdim etdiyini və təxirə saldığını əskiksiz xəbər verirlər, bir baxıma ona ömrünün ‘z raporunu göstərirlər]. Və artıq gerçək Mövlaya dönülür. Artıq hökm O O, hesab görənlərin ən sürətlisidir”.
  • 11Hər insan üçün iki əlinin arasından və ətrafından, Allahın işindən olaraq, ona nəzarət edib, onu qoruyan izləyicilər vardır. Əslində, bir xalq öz mənliklərində olanı dəyişdirmədikcə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah bir qövmə pislik istədimi, artıq onun geri çevrilməsi barəsində söz belə ola bilməz. Onlar üçün Onun yaratdıqlarından bir kömək edən, qoruyan, yol göstərən bir yaxın da yoxdur. (Rad/11)
  • 17,18Onun sağında və solunda (hər yanında) yerləşmiş iki təsbitedici onun hər işini təsbit edib durarkən, insan elə bir söz söyləməz ki, yanında hazır nəzarət edən olmasın. (Qaf/17, 18)
  • 9–12Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə etdi­kləri­nizi əzbərləyən hörmətli yazıçılar olmasına baxmayaraq, Dini yalan sayırsınız. (İnfitar/9-12)

“Qeydçilər” və “şahid” amili Rəbbimizin tərəfkeşliksiz dəlil istifadə etdiyini və kimsəyə zülm etmədiyini göstərmə iradəsinə əsaslanır.

  • 49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük-kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz.  (Kəhf/49)
  • 13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!” (İsra/13, 14)

61-ci ayədəki “Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt, elçilərimiz heç əskik və ya artıq etmədən onu vəfat etdirirlər” ifadəsindən, vəfat etdirməklə vəzifəli olanların birdən artıq sayda olduqları anlaşılır.

Bu ifadədən anlaşılan bir başqa şey də “ölüm” ilə “وفاة vəfat”ın eyni şey olmamasıdır. Çünki ayəyə görə, “vəfat” funksiyasını elçilər adama “ölüm” gəldiyi vaxt, yəni ölümdən dərhal əvvəl edirlər. Qısacası “vəfat”, ölümdən dərhal əvvəl, insanın təqdim etdikləri və təxirə saldıqları barədə əskiksiz, artıqsız xəbərdar edilməsi” deməkdir. Bu mövzudakı incəliklər, surənin sonuna qoyduğumuz “Vəfat” adlı yazımızda verilmişdir.

Mövla, həqiqi mövla. 62-ci ayədə keçən “gerçək Mövlaları olan Allaha döndərilirlər” ifadəsindəki “gerçək Mövla” “yaradan, ruzi verən, dirildən və mütləq malik” deməkdir. Gerçək Mövla olan Allah, hesab soruşaraq, hər kəsi öldükdən sonra dirildərək özünə geri döndərəcəkdir.

Həm fail həm də məful mənasında işlədilən mövla sözü, fail mənasında işlədildiyində “yaxın olan, yardım edən, qoruyan, yol göstərən”; məful mənasında işlədildiyində isə “yaxın olunan, yardım olunan, qorunan, yol göstərilən” demək olur. Necə ki, İslam Hüququnda kölə azad edən kölə sahibinə fail mənasıyla mövla deyildiyi kimi, azad edilən köləyə də məful mənasıyla yenə mövla deyilir. Ancaq İslam aləminin bir çox yerində sayğı üçün bəzi kəslərə مولانا [mövlana=mövlamız] deyilir. Əslində isə bizə görə, Qurandakı açıqlamalar nəzərə alındığında bu sifətin dini mənada Allahdan başqası üçün işlədilməsi qətiyyən uyğun deyildir.

63De ki: “Siz gizlində və yalvararaq: “Əgər bizi bundan xilas etsə, şübhəsiz ki, bunun əvəzini ödəyənlərdən olarıq!” – dediyiniz halda, sizi qurunun və dənizin zülmətindən kim xilas edəcək?

64De ki: “Sizi ondan və hər sıxıntıdan Allah qurtarır. Sonra da siz, ortaq qoşarsınız. 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan baş­qa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şüb­hə­siz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən on­la­rın bu ki­tabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edən­lər­dən ol­ma.

65De ki: “O, üstünüzdən və ayaqlarınızın altından əzab göndərməyə, yaxud separatçı/bölücü qruplar sizi ayırıb, kiminizin kiminizə qisasını daddırmağa gücü çatandır”. Bax, onlar yaxşı-yaxşı anlasınlar deyə, ayələrimizi necə hər tərəfinə çevirırik/təfərrüatı ilə açıqlayırıq.

Bu ayə qrupunda, içlərindəki duyğularını basdırmağa cəhd edən müşriklərə özləriylə üzləşmə fürsəti verərək etiraf edə bilmədikləri həqiqət yenə Peyğəmbərimiz vasitəsi ilə ortaya qoyulur və özlərinə əzab gəlmədi deyə həyasızlaşanlar sanki bu sözlərlə xəbərdarlıq edilirlər, hətta təhdid edilirlər: “Siz, sıxıntılı anlarınızda, Allahdan başqa heç kəsin sizi qurtarmayacağını, qurtara bilməyəcəyini bilir və sadəcə Ona yalvarırsınız. Yaxşı, indi niyə ortaqlar qoşursunuz? Allah, ətrafınızdakı təbiət hadisələri ilə və ya sizi öz aranızda bir-birinizə düşürərək pərişan edir”.

63-cü ayədə keçən “qurunun və dənizin qaranlıqları” ifadəsindən sellər, zəlzələlər, quraqlıqlar, bərəkətsizliklər, təbiət kirlənmələri, dənizlərin yüksəlib, quruları basması, insanların qidası olan heyvanların yox ol­ması kimi maddi fəlakətlər anlaşılmalıdır. Adəmin Əraf/189-192-də anladılan davranışında olduğu kimi, insanların belə sıxıntılı hallarda bütün mənlikləriylə Allaha dönüb şükür sözü vermələri, sıxıntıdan qurtulduqlarında isə bu sözlərini unudaraq nankorca davranmaları Quranda bir çox ayədə dilə gətirilmiş və insanlara bu pis xasiyyətdən əl çəkmələri üçün xəbərdarlıq edilmişdir:

  • 22Allah sizi quruda və dənizdə yolçuluq etdirəndir. Gəmilərdə olduğunuzda gəmilər içindəkiləri şirin bir küləklə aparır. Yolçular nəşələndiklərində şiddətli bir fırtına baş verər, dalğalar hər yerdən şahə qalxar. Və onlar dövrələmə əhatə olunduqlarını anlayınca, dini Allah üçün arındıranlar olaraq, Ona yalvarırlar: “Bizi bundan qurtararsansa, heç şübhəsiz, qarşılığını ödəyənlərdən olarıq”. (Yunus/22)
  • 67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir! (İsra/67)
  • 63Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin qaranlıqları için­də sizə bələdçi olan, mərhəmətinin önündə küləkləri müjdəçi olaraq gön­də­rən­mi? Allahla bərabər bir tanrımı var? Allah onların qoşduqları ortaqlardan çox uca­dır. (Nəml/63)

Və Fələq/1-5, Yunis/12, Əraf/189-192.

Rəbbimizin Peyğəmbərimizə söylətdiyi 65-ci ayədəki ifadə ilə də nankor insanlara anlama qabiliyyətlərini fəaliyyətə keçirmələri, ağıllarını başlarına toplamaları üçün bir çox fürsətlər verildiyi bildirilir.

  • 71Və əgər haqq onların ehtiraslarına uysaydı qətiliklə göylər, yer üzü və bunlarda olan insanlar pozulub, gedərdi. Əslində, Biz onların şanını/öyüdlərini gətirdik, sonra da onlar öz şanlarından/öyüdlərindən üz çevirənlərdir. (Möminlər/71)
  • 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan baş­qa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şüb­hə­siz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən on­la­rın bu ki­tabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edən­lər­dən ol­ma. (Ənam/114)

Bu ayə də 104-cü ayə kimi Peyğəmbərimizin ağzından verilən ifadələrlə başladığından, Peyğəmbərimizə “qul [de ki]” deyə başlayan paraqrafın davamı mahiyyətindədir. Beləliklə, Peyğəmbərimizə aid olan sözlərin Qurana qarışaraq bir çətinlik törətməməsi üçün, bu ayə də o paraqrafda dəyərləndirilməli və bizə görə 66-cı sırada yer almalıdır.

Bu ayədə Rəbbimiz, Peyğəmbərimizə istifham-i inkari tərzində bir sual soruşduraraq, Qurandan kənarda bir hakem axtarmaması gərəkdiyini bildirir.

“Hakem” sözünün mənası. Dilçilər bu ayədə keçən “حكم hakəm” sözü ilə “حاكم hakim” sözünün eyni mənaya gəldiyini irəli sürmüşlər. [12] Belə ki, Quranda “hakem” sözünün keçdiyi ayələr  [Nisa/35 və Ənam/114] yaxşı tədqiq edildiyində, “hakem” sözünün “hakim” sözündən daha üst bir məna ifadə etdiyi görünür. Çünki Quranda hökm edən hər kəsə “hakim” deyilir, amma sadəcə haqq ilə hökm edənə “hakem” deyilir. Buna görə, ayədəki “Allahdan başqa bir hakemmi axtarım?” ifadəsi, “hakem” sözünün yerinə bu sözün mənası olan “haqq ilə hökm edən bir hakim” ibarəsi qoyularaq, “Allahdan başqa haqq ilə hökm edən bir hakimmi axtarım?” şəklində təqdir edilə bilir.

Rəbbimiz, Peyğəmbərimizə söylətdirdiyi sözlərin ardından, dialoqu bilavasitə özünə döndərərək, Əhli kitab arasında dini biliyi olan adamların Quranın Allah tərəfindən haqq ilə endirildiyini bildiklərini açıqlayır, Peyğəmbərimizdən  [Və beləliklə də, hər kəsdən] də onların bu Kitabın Allah tərəfindən endirildiyini bildikləri xüsusunda şübhə etməmələrini istəyir. Ayədə “özlərinə kitab verdiyimiz bu adamlar” ifadəsi ilə qəsd edilənlər, ayənin Məkki olması münasibətiylə Məkkədə olan Yəhudi və Xristiyan din bilikliləridir.

Quranın haqq kitab və Peyğəmbərimizin də haqq elçi olduğuna Əhli kitab və kitablarının şahid göstərilməsi, başqa ayələrdə də edilmişdir:

  • 43Və küfr edənlər: “Sən elçi deyilsən” – deyirlər. De ki: “Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və Kitabdan biliyi olan yetər!” (Rad/43)
  • 10De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah tərəfindəndirsə və siz onu bilərək rədd etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid onun bir bənzəri üzərinə şahid olubsa inanmışsa, siz yekəxanalıq göstərdinizsə… Şübhəsiz ki, Allah şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlər qövmü bələdçilik etməz.       (Əhqaf/10)

Digər tərəfdən, Kitab-i Müqəddəsdə də Allahın sonradan elçi göndərəcəyinə dair ifadələr mövcuddur:

Tanrınız RƏBB sizə aranızdan, öz qardaşlarınızdan mənim kimi bir Peyğəmbər çıxaracaq. Onu dinləyin. [13]

Onlara qardaşları arasından sənin kimi bir Peyğəmbər çıxaracağam. Sözlərimi onun dilindən eşidəcəksiniz. Özünə buyurduqlarımın hamısını onlara bildirəcək. [14]

Mən də Atadan diləyəcəyəm və O, sonsuzadək sizinlə birlikdə olsun deyə, sizə başqa bir Yardımçı, Reallığın Ruhunu verəcək. Dünya Onu qəbul edə bilməz. Çünki Onu nə görür, nə də tanıyır. Siz Onu tanıyırsınız. Çünki O aranızda yaşayır və içinizdə olacaqdır. [15]

66Sənin qövmün isə əzabın/Quranın/ayələrin yaxşıca açıqlanması, haqq olmasına baxmayaraq, onu yalan saydı. De ki: “Mən sizin üzərinizdə, işləri müəyyən olunmuş bir proq­rama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən”/vəkil deyiləm. 67Hər əhəmiyyətli xəbərin qərarlaşdırılmış bir zamanı vardır, siz də yaxın­da biləcəksiniz.

Bu ayələrdə Rəbbimiz Peyğəmbərimizə, ilahi açıqlamalarının gerçək olmasına baxmayaraq özünü inkar edən cəmiyyətinə sanki belə dedirtmişdir: “Mən sizi nəzarət altında tutan, sizə hər istədiyimi etdirə bilən biri deyiləm. Mənə verilən vəzifə təbliğ və təbyindir. Mən vəzifəmi etdiyimə, siz də Haqqı rədd etdiyinizə görə, xəbərdarlıq etdiyimin pis nəticələri gəlməli olduğu zaman mütləq gələcəkdir. O mühüm xəbərlərin meydana gələcəyi bəlli bir saat vardır. Hər bir əməlin mütləq qarşılığı vardır. Siz də bunu yaxında biləcəksiniz”.

Bu ayələr inkarçılara yönəlik bir təhdid xüsusiyyətindədir. Ayənin ifadəsindən ediləcək cəzalandırmanın axirətdə olacağı anlaşılacağı kimi, dünyada olacağı da anlaşıla bilir.

Rəbbimizin yoldan çıxmışlara yönəlik təhdidləri başqa ayələrdə (Kəhf/29, Hud/84-86, Sad/88, Rad/37) də yer alır.

66-cı ayədə keçən “o” əvəzliyinin bölmədəki söz axışına görə “əzab”, “Quran” və ya “ayələrin açıqlanması” olaraq anlaşılması mümkündür. Biz, Quranın digər iki mənanı da ehtiva etdiyinə görə, bəhs edilən əvəzliyin “Quran” olaraq anlaşılmasının ən uyğun olacağı görüşündəyik. Həmçinin bu görüşümüzün aşağıdakı ayə tərəfindən da dəstəkləndiyi qənaətindəyik:

Artıq bundan [Qurandan] sonra hansı sözə inanacaqlar?

  • 50Artıq Qurandan sonra hansı sözə inanacaqlar?   (Mürsəlat/50)

104Tam yəqinliklə bilin ki, sizə Rəbbinizdən gözünüzü aça­caq, doğru yolu bildirəcək biliklər gəldi. Artıq kim haqqı görürsə, faydası özünə, kim də özünü kor kimi apararsa, zərəri özünədir. Mən sizin üzərinizdə bir gözətçi deyiləm!”

Bu ayə, məna olaraq 67-ci ayədən sonra gəlməli olan, o paraqrafa aid bir ayədir. Rəsmi düzülüşü tərtib edənlər tərəfindən, 103-cü ayədə keçən “بصر basar” sözü ilə bu ayədəki “بصائر basair” sözü əlaqələndirilərək, buraya yerləşdirilmiş olmalıdır. Yoxsa ayənin burada dəyərləndirilməsi mümkün deyildir. Çünki ayənin yerinin burada olduğu qəbul edildiyində, bu ayə Peyğəmbərimizin öz sözü olmalıdır ki, bu hal da, Qurana elçi sözünün qarışdığı kimi çox təhlükəli bir istifham yaradır. Necə ki, Quran araşdırmaçılarından bəziləri bu təhlükələri ortadan qaldıra bilmək məqsədiylə ayənin başına “ قل qul  [de ki]” sözü təqdir etmişlər. Halbuki ayə, həm texniki, həm semantik [məna] mənada aid olduğu paraqrafa daşındığında bu problem ortadan qalxır və ayə Allahın Peyğəmbərimizə 66-cı və 67-ci ayələrdə söylətdirdiyi sözlərin davamı olur.

Buna görə də, ayədə əvvəl göndərmiş olduğu əqli dəlillərə işarə edən Rəbbimiz, bu dəlillərə baxaraq hər kəsin sağlam düşüncəli davranıb, özünü qaranlıqlardan aydınlığa çıxarmalı olduğunu xəbərdar edir, sonra da bu mövzuda insanlara yardımçı olacaq hər cür vəsaiti özü göndərdiyi üçün, Peyğəmbərimizə cəmiyyət üzərində bir vəkilliyinin, qoruyucu-gözətçiliyinin mövcud olmadığını bəyan etdirdir.

Ayədə keçən “bəsair” sözü, “بصيرة bəsirət” sözünün cəmidir. “Bəsirət” sözü “qəlbdə meydana gələn tam idrak [dərk etmək, anlamaq]” deməkdir. “Bəsirət” sözü “gözlər ilə görmə” mənasındakı “ba­sar” sözündən fərqlidir və insanın başında olan gözlərlə deyil, qəlbi ilə görməsini və anlamasını ifadə edir. Bu söz Quranda bir çox ayədə (Qiyamət/14, Yusif/108, Əraf/203, İsra/102, Qasas/43, Casiyə/20) keçir.

Bəhs etdiyimiz ayədəki “Şübhəsiz, sizə Rəbbinizdən bəsirətlər gəldi” ifadəsi ilə daha əvvəl keçən ayələr qəsd edilir. Əslində bu ayələrin özləri “bəsirət” deyildirlər. Lakin bunlar, qüvvətli və açıq olduqlarına görə, onları yaxşıca tanıyıb, həqiqətlərinə vaqif olan kəslər üçün bir bəsirət [qəlbən dərk] vəsiləsi olurlar. Bəhs edilən ayələrin “bəsirətlər” deyə adlandırılmaları da insanların bəsirətlərinə səbəb olduqlarına görədir.

Ayədə keçən “kim haqqı görürsə” ifadəsindəki “görmə” ilə sözün “elm  [bilik]” mənası,“kim də korluq edərsə” ifadəsindəki “korluq” ilə isə sözün “cəhalət” mənası nəzərdə tutulmuşdur. Sözlərin bu mənalarda işlədildiyi ayələrdən bir dənəsi də Həcc surəsindədir:

  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur. (Həcc/46)

104-cü ayənin son cümləsi olan “Mən sizin üzərinizdə bir gözətçi deyiləm” ifadəsi isə Şura/48 ilə daha yaxşı anlaşılır:

  • 48Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur. (Şura/48)

Deməli, dində məcburiyyət yoxdur. İnsanlar öyrənib öy­rənməməkdə, görüb görməməkdə, inanıb inanmamaqda sərbəstdirlər.

68Və ayələrimiz – əlamətlərimiz/nümunələrimiz haqqında boş yerə çalışıb çabalayanları gördüyün zaman, onlar ondan başqa sözə uyuncaya qədər, dərhal onlardan uzaq dur. Və əgər şeytan, bunu sənə unutdursa da, xatırladıqdan sonra o şərik qoşaraq səhv davrananlarla/öz zərərlərinə iş edənlərlə bərabər oturma.

69Allahın qoruması altına girmiş olanlara da, o şərik qoşaraq səhv davra­nan­ların/öz zərərlərinə iş edənlərin hesabından bir şey yoxdur. Lakin Allahın qoruması al­tına girmələri üçün bir xatırlatmadır!

Peyğəmbərimizə xitab edilərkən, eyni zamanda bütün Müsəlmanları da təlimləndirən bu ayələrdə Allahın ayələri haqqında savadsızca fikir yürüdüb, çənə döyənlərlə vaxt sərf edilməməsi və sadəcə xəbərdarlıq ilə kifayətlənilməsi əmr edilir.

68-ci ayədə həmçinin dinlərini bir oyun və əyləncəyə çevirən, özlərinə verilənlər sayəsində rifah içində yaşayıb, dünya həyatının əsiri olan kəslərdən üz çevrilməsi əmr edilir. Həmçinin Peyğəmbərimizə, əgər bu əmri unudarsa, xatırladıqdan sonra tətbiq etməsi bildirilmişdir. Bu bildiriş, unutmağın məsuliyyət doğurmayacağı mənasına gəlir. Çünki unutmaq insanın əlində olmayan bir qəzadır. Rəbbimiz insanı bu qəzadan əfv etmiş, unutduğuna görə insanın məsuliyyət daşımayacağını dinin ümumi bir qanunu halına gətirmişdir.

68-ci ayənin orijinalında keçən “خوض xavd” sözü, ümumiyyətlə “dalmaq” olaraq anlaşılır. Bəhs etdiyimiz ayədə də bu sözlə “əylənmək üçün sözə dalmaq” mənasının nəzərdə tutulduğu açıqlanır.

Bizim təsbitlərimizə görə isə “خوض xavd” sözü “suda yerimək” deməkdir. Bu söz “havada” şəklində fel olaraq “işi qarışdırmaq və qarışıq işdə təsərrüf etmək” mənasında işlədilır. [16] Dolayısıyla sözün “işi qarışdırıb, qarışıq işlə məşğul olunması” mənası, suda yeriyən zaman geridə hər hansı bir izin qalmayacaq olmasından çıxır. Buna görə “havd” sözünü “dalmaq, əylənmək” mənası yerinə, “boşa çalışıb çabalamaq” mənasında işlətmək daha uyğun düşür.

Bu sözün Quranda keçdiyi bir neçə nümunə (Müddəsir/45, Tur/11, 12, Zühruf/83) yenə vardır.

69-cu ayədə, möminlərin məcburiyyət hallarında müşriklər və günahkarlarla eyni məclisdə oturub, əlaqə qurmaqdan cavabdeh tutulmayacaqları, ancaq onlara öyüd verib, ilahi həqiqətləri xatırlatmalı olmaları bildirilmişdir. Yəni təqva sahiblərinin bu məsuliyyətdən faydalana bilmələri, birlikdə olmaq məcburiyyətində qaldıqları müşrik və günahkarlara onların şirklərinə və günahlarına razı olmadıqlarını söyləmələri şərtinə bağlanmışdır. Ancaq bu şərt, Allahın ayələrinə lağ edənlərlə oturulmamasını bildirən əmrin bir istisnası olaraq düşünülməməlidir. Çünki bir Müsəlman, Allahın ayələrinə lağ edilən şərait və kütlələrdə iştirak edərək, Allahın ayələrinin gündəmə gətirilib, onlara həqarət edilməsinə səbəb olmamalıdır.

Necə ki, müşriklər və günahkarlarla birlikdə oturulmaması əmri, aşağıdakı ayə ilə gücləndirilmişdir:

  • 140,141Və Allah sizə Quranda: “Allahın ayələrinin bilərək rədd edildiyini və onlarla lağ edildiyini eşitdiyiniz zaman, başqa bir mövzuya keçmədikcə, onlarla bərabər oturmayın. Əks halda siz də onlar kimi olarsınız” – deyə endirdi. Şübhəsiz ki, Allah sizi müşahidə edən kimsələrin/münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə toplayandır. Artıq Allah tərəfindən sizə bir zəfər olarsa, onlar: “Biz sizinlə bərabər deyildikmi?” – deyərlər. Ka­firlər üçün bir pay olunca da: “Si­zə üstünlük təmin etmədikmi, sizi möminlərdən qorumadıqmı?” – deyərlər. Artıq Allah, qiyamət günündə aranızda hökmünü verəcəkdir. Allah qətiyyən möminlərin əleyhinə ka­firlərə bir yol verməyə­cək­dir. (Nisa/140, 141)  

Əsbab-i nüzul qeydlərində bu mövzu haqqında bu hadisə anladılır:

“Müsəlmanlar, “Müşriklər Quran ilə istehza edir, onun haqqında artıq əskik danışmağa daldıqlarında, əgər onların yanından qalxıb, ayrılarsaq Məscid-i Haramda oturmağa və Kəbəni təvaf etməyə imkan tapmarıq” – dedilər və bundan sonra budur, bu ayə nazil oldu. Bu ayə ilə möminlərə müşriklərlə birlikdə oturma, onlara öyüd və nəsihət ilə dini anlatma icazəsi və razılığı verilmiş oldu. [17]

70Və dinlərini oyun və əyləncə etmiş/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı özlərini aldatmış olan insanları tərk et və Quran ilə xatırlat, öyüd ver: Bir insan, öz əlinin işləyib qazandığı ilə dəyişərək, dağıntıya düşərsə, onun üçün Allahın yaratdığı sərvətlərdən bir kömək edən, yol göstərən qoruyan bir yaxın və dəstəkçi, şəfaətverici barədə söz ola bilməz. Günahına qarşı hər cür əvəzi ödəməyi istəsə də ondan alınmaz. Bax budur, bunlar qazandıqları ilə dəyişikliyə/dağıntıya uğrayanlardır. Nankorluq etdiklərinə görə, onlar üçün qaynar sudan bir içki və can yandıran bir əzab vardır.

Bu ayədə Rəbbimiz, boş yerə çənə döyənlərlə bərabər oturulmaması mövzusunu bir az daha genişləndirir.

Ayədə keçən “ذر zər [burax]” sözü “üz çevirmək, vecinə almamaq” mənasına gəlir. Rəbbimiz belələrinin heç yardımçılarının olmayacağını və Peyğəmbərimizin onları vecinə almamasını başqa ayələrdə də təkrarlamışdır:

  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur. (Al-i İmran/91)
  • 12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik. (Hicr/12)
  • 83Sən dərhal onları tərk et, onlara söz verilən günlərinə qovuşuncaya qədər boş yerə çalışıb çabalasınlar və oynayıb əylənsinlər. (Zühruf/83)

Ancaq onlardan üz çevrilməsi, onlara təbliğ edilməməsi və ya xəbərdarlıq olunmamaları mənasına gəlməz. Qəsd edilən, onlarla iç-içə olunmaması, yaxın əlaqə qurulmamasıdır. Çünki ayənin başında Peyğəmbərimizə onlardan üz çevirməsini söyləyən Rəbbimiz, ayənin davamında ondan Quran ilə öyüd verməsini istəmişdir.

Bu ayənin bir bənzəri də Nisa surəsindədir:

  • 63Sonra: “Biz, sadəcə, yaxşılıq etmək və uzlaşdırmaq istədik” – deyə Allaha and içə­rək, sənin yanına gəldilər. Bax budur, onlar Allahın, qəlblərindəkini bildiyi insanlardır – ar­tıq sən onlardan uzqlaş və onlara öyüd ver. Və onlara özləri haqqında dərindən təsir edəcək gözəl söz söylə! (Nisa/63)

Müşriklər və günahkarlarla yaxın əlaqə qurulmazkən onlara xəbərdarlıq etməyə, öyüd verməyə davam etməkdə məqsəd, onların son bir xəbərdarlıq ilə doğru yolu tapmaları ümidinin itirilməməsi üçündür. Çünki möminlər ən azğın kafirlərin belə yola gələcəyi ümidini daşımalıdırlar:

  • 164Və o zaman ki, onların içlərindən bir ümmət; liderli cəmiyyət: “Allahın dəyişikliyə/dağıntıya uğradacağı, ya da çətin bir əzabla zülm edəcəyi bir cəmiyyətə niyə öyüd verirsiniz?” – dediyi vaxt, o xəbərdarlıq edən kəslər də dedilər ki: “Rəbbinizə qarşı tutarlı dəlil olsun, bunlar da Allahın qoruması altına girsinlər deyə”. (Əraf/164)
  • 43Hər ikiniz Fironun yanına gedin. Şübhəsiz ki, o, düz yoldan azdı. 44Sonra ona öyüd alması və hörmətlə, sevgi ilə, biliklə ürpərməsi üçün yumşaq söz söyləyin”.   (Ta Ha/43, 44)

71,72De ki: “Allahın yaratdığı sərvətlərdən bizə faydası olmayan və zərər də verməyən şeylərəmi yalvarıb yaxaraq? Və Allah bizi doğru yola yönəltdikdən sonra, onun: “Bizim yanımıza gəl!” – deyə doğruya və gözələ çağıran yoldaşları var ikən, şeytanların onu yer üzündə çaşqın vəziyyətdə dolaşan bir hala gətirdiyi insanlar kimi geriyəmi döndərilək?” De ki: “Şübhəsiz ki, Allahın doğru yolu gerçək və doğru yolun məhz özüdür. Və bizə əmr edildi ki, siz aləmlərin Rəbbinə təslim olasınız, salaatın fəaliyyətini təmin edəsiniz və Onun qoruması altına girəsiniz. Və siz ancaq və ancaq Allahın hüzuruna toplanacaqsınız”.

73Və O göyləri və yeri haqq ilə yaradandır. Və O “Ol!” dediyi gün dərhal olur. Onun sözü haqdır. Sura üfləndiyi gün də, mülk ancaq Onundur. O gizlini də, aşkarı da biləndir. O ən yaxşı qanun qoyandır, pozulmağa yaxşı mane olan/sağlam edəndir, hər şeyin iç üzünü/gizli tərəflərini də yaxşı biləndir.

Bu ayə qrupunda, ağılsız bir kəsin nümunəsi timsalında edilən xəbərdarlıqdan sonra bir çox reallıq açıqlanır.

Yenə Peyğəmbərimiz vasitəsiylə bildirilən reallıqlar bunlardır:

Allahın kainatı haqq ilə yaratdığı və Onun “Ol!” dediyi şeyin dərhal olduğu;

Allahın sözlərinin daima haqq olduğu və doğru yolun Onun göstərdiyi yol olduğu;

* Allahın hökmranlığının qiyamətdən sonra da davam etdiyi və qulların sadəcə Allaha təslimiyyət göstərərək, salaatı iqamə etməklə, Allaha təqvalı davranmaqla cavabdeh olduqları;

* Allahın gizli-açıq hər şeyi bildiyi və bunların hesabını mütləq soruşacağı;

Burada xülasə olaraq verilən məlumat və ismarıclar daha sonrakı surələrdə detallandırılmışdır:

  • 2,3İnsanlar sınanmadan “İman etdik” demələri ilə buraxılacaqlarınımı sandılar? Və and olsun ki, Biz onlardan öncəkiləri də saflaşdırılmaları üçün, atəşlərə/sıxıntılara sal­mışdıq. Artıq əlbəttə, Allah doğru insanları bildirəcəkdir/işarələyib göstərə­cək­dir və əlbəttə, yalançıları da, qətiliklə, bildirəcəkdir/işarələyib göstərəcəkdir. (Ənkəbud/2, 3)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)
  • 16Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq. (Ənbiya/16)
  • 115Yaxşı, siz Bizim sizi, sadəcə, boş yerə yaratdığımızı və şübhəsiz, sizin yalnız və yalnız Bizə döndərilməyəcəyinizimi sandınız? (Möminlər/115)
  • 38Və Biz göyləri, yer üzünü və ikisi arasındakıları oyun-oyuncaq olaraq yarat­ma­dıq.
  • 39Biz o ikisini sadəcə, haqq/doğru ilə yaratdıq. Lakin, onların çoxu bilmirlər. (Duhan/38, 39)

74Və o zaman ki, İbrahim atası Azərə: “Sən bütləri tanrılarmı qəbul edirsən? Şübhəsiz ki, mən səni və qövmünü açıq-aşkar bir pozğunluq içində görürəm” – demişdi.

Bundan əvvəlki bölmədə [71-73-cü ayələrdə] doğru yola çağırılmalarına baxmayaraq, azğınlıq edərək həyatlarını sürdürən insanlardan bəhs edildikdən sonra, 74-cü ayədən etibarən mövzu konkretləşdirilmiş və tarixdən bilinən bir nümunənin anladılmasına başlanmışdır. Bu nümunə, Hənif İbrahim Peyğəmbər və onun ətrafıyla olan tövhid mübarizəsidir. Məkkəli müşriklərin İbrahim Peyğəmbəri öz ataları qəbul edərək, hörmətlə andıqlarına görə bu nümunə böyük bir məna daşıyır. Xalq arasında dolaşan rəvayətlərə baxıldığında, görülən İbrahim Peyğəmbər ilə ərəblər arasındakı soy və təhrif edilmiş də olsa, mədəni bağın varlığı, Quran ayələri ilə də təsdiq edilmişdir:

  • 77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir! (Həcc/77, 78)
  • 125Və Biz bir zaman bu Beyti/ilk düzələn məktəbi insanlar üçün bir savab qazanma/dönüş yeri və bir etibar yeri etmişdik. Siz də, İbrahimin vəzifə daşıdığı yerdən bir salaat yeri edin. Və Biz İbrahim ilə İsmayıla: “Beytimi dolaşanlar, ibadətə qapananlar və boyun əyib təslimiyyət göstərənlər – Allahı birləyənlər üçün tərtəmiz tutun” – deyə əhd almışdıq.
  • 126Və bir zaman İbrahim: “Rəbbim! Buranı təhlükəsiz bir diyar et, xalqını – onlardan Allaha və son günə inananları bəhrələrlə ruziləndir” – demişdi. Allah dedi ki: “Kafiri də, çox az qazanclan­dıra­ram, sonra da onu atəşin əzabına sürükləyərəm. Və nə pis çatılacaq yerdir!” (Bəqərə/125, 126)

İbrahim Peyğəmbər nümunəsi ilə Məkkəli müşriklərə bu ismarıc verilir:

“Necə ki, bu gün, Peyğəmbər və onun izindən gedənlər şirki rədd etmişlər və uydurma tanrıları buraxaraq aləmlərin Rəbbinə təslim olmuşlarsa, daha əvvəl İbrahim Peyğəmbər də eynisini etmişdi. Və necə ki, bu gün cahil insanlar Peyğəmbərlə mübahisə edirlərsə, daha əvvəl də İbrahimin qövmü eyni şəkildə İbrahimlə mübahisə etmişdi”.

İbrahimin Atası Azər. Ayədəki “Və İbrahim atası Azərə” ifadəsindən, İbrahim Peyğəmbərin atasının Azər olduğu açıq şəkildə anlaşılır. Kitab-i Müqəddəsdə (Təkvin; 11-ci Bab; 24-32-ci Cümlələr, (Tarihlər; 1-ci Bab; 24-27-ci cümlələr) isə İbrahim Peyğəmbərin atası “Terah” olaraq keçir.

İbrani kültürü haqqında böyük nüfuz olan Muhəmməd Əsəd bu barədə aşağıdakı açıqlamanı etmişdir:

Kitab-i Müqəddəsdə İbrahimin atasının adı Azər deyil, Terah [ilk Müsəlman şəcərəçilərə görə Tarah və ya Taraqh] olaraq verilmişdir. Ancaq onun, hamısı də qaynaq və məna yönündən qeyri müəyyən olan daha başqa bəzi adlarla [və ya ləqəblərlə] anıldığı da bilinir. Bu mənada, bir çox Talmud hekayəsində Zarah olaraq anılarkən, Eusebius Pamphili [Miladdan sonra üçüncü yüzilin sonları ilə dördüncü yüzilin əvvəlinə doğru yaşamış olan kilsə tarixçisi] onun adını Asər [Athar] olaraq qeyd edir. Quran təfsirinin məqsədi nöqteyi nəzərindən nə Talmud, nə də Eusebius bir nüfuz olaraq qəbul ediləməyəcəkləri halda, Azər ləqəbinin [Quranda yalnız və yalnız bir dəfə keçir] İslamdan əvvəlki dövrə aid Asar və ya Zarah adlarının ərəbcələşdirilmiş şəkli olması mümkündür. [18]

Bu halda, İbrahim Peyğəmbərin atasının biri ad, biri ləqəb olmaqla “Azər” və “Terah” deyə iki adı olması mümkün görünür ki, bunun bir nümunəsi də Yaqub Peyğəmbərə “İsrail” deyilməsidir.

75Və Biz beləliklə, sübut əldə etməsi və qəti inananlardan olması üçün, İbrahimə göylərin və yerin mülkiyyəti və idarəçiliyini göstərirdik.

76Buna görə də İbrahim, üzərinə gecə çöküncə bir ulduz gördü: “Bu, mənim Rəbbimdir” – dedi. Sonra ulduz batınca: “Mən batanları sevmərəm” – dedi.

77Sonra ayı doğarkən görüncə də: “Bu, mənim Rəbbimdir” dedi. O da batınca: “And ol­sun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, tam yəqinliklə bilin ki, mən az­ğın­lar qövmündən olardım” – dedi.

78,79Sonra günəşi doğarkən görüncə də: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – de­di. Sonra o da batınca: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin ortaq qoşduğunuz şey­lərdən uzağam. Tam yəqinliklə bilin ki, mən Hənif/batil inanclardan dönərək üzümü, göyləri və yeri yoxdan var edənə/yox edəcək olana çevirdim və mən ortaq qoşanlardan deyiləm” – dedi.

Bu ayələrdən anlaşıldığına görə, İbrahim Peyğəmbər yer və göy elmlərinə aid bir sıra məlumatlarla təchiz edildikdən sonra, təbiət hadisələrini və xüsusilə də göydəki ulduzları, Ayı və Günəşi təhlil etmiş, etdiyi müşahidələr nəticəsində düşüncələrində bəzi qarışıqlıqlar meydana çıxmış, amma qeyrəti sayəsində və sağlam düşüncə ilə tövhidə [qəlb-i səlimə] çatmışdır.

Bu bölmədə anladılanlar, daha əvvəl Məryəm və Şüəra surələrində İbrahim Peyğəmbər haqqında verilən məlumatlar arasında olmayan xüsusları ehtiva edir.

“Hənif” sözü, Yunus/105-in təhlilindəki açıqlamamızda da qeyd etdiyimiz kimi, “dönən” deməkdir. Bu sözlə “şirkdən qurtulub, tövhidə əli çatan kəs” qəsd edilir. İbrahim Peyğəmbərin zehni inkişaf mərhələləri nəzərə alındığında, onun da bir müddət şirk bataqlığında qaldığı, ancaq afaqdakı [kənar aləmdəki] ayələri ağlını işlədərək tədqiq etməsi nəticəsində tövhid aydınlığına çatdığı görünür. İbrahim Peyğəmbərin “şirkdən tövhidə dönmüş adam” mənasında “hənif” deyə xarakterizə edilməsi də onun bu əqidəvi dönüşünə görədir.

Qısaca söyləsək, bəhs etdiyimiz ayə qrupunda anladılanlar, İbrahim Peyğəmbərin 74-cü ayədə bəhs edilən tövhid mübarizəsi dövründən əvvəlki dövrə aid olan və şirk içində ikən özünə verilən bilik sayəsində təfəkkür edə bilən ağlını işlədərək, hidayətə yetdiyi müddətdəki inkişaflardır. Şirkdən qurtularaq doğru yolu tapmaları üçün qövmü ilə etdiyi mübahisə isə hidayətə yetməsindən, Hənif olmasından sonradır.

Bölmədə nəql edilən və məğzi İbrahim Peyğəmbər olan hadisə, əslində hər kəsi təfəkkürə dəvət məqsədi güdür. Çünki bu ayələrdə, Allahın Birliyi haqqında hər hansı bir şey öyrənmə imkanının mövcud olmadığı bir mühitdə doğulub böyümüş olan bir insanın belə İbrahim Peyğəmbər kimi ətrafındakı ayələri nəzərə alaraq, ağlıyla tövhidə çata biləcəyi ortaya qoyulur.

75-ci ayənin başında, “səbəb bildirən lam” ədatından əvvəl “و vav” bağlayıcısı vardır. Bu hal, ayədə bəhs edilən səbəbdən əvvəl bir başqa səbəbdən yenə bəhs edildiyini göstərir. Belə ki, paraqrafın hər hansı bir ayəsində “səbəb” mahiyyətində olan bir ibarə mövcud deyildir. Buna görə də tərcümə və açıqlamalarda ümumiyyətlə, buradakı “vav”ın zait olduğu qənaətinə varılmış və “vav”ın mənasına laqeyd yanaşılaraq, bu günümüzədək gəlmişdir. Əslində isə Quranda zaitlik olduğunu iddia etmək böyük bir cürətdir. Quranın ədəbi üslubuna uyğun olaraq, bəzi hallarda çox bilinən, açıq mövzular üçün “məlum, maruf, matuf” təqdir edilir. Burada da “ليستدلّ liyəstədillə” ifadəsi mahzuf [gizlənmiş] olub “وليكون vəliyəkunə” ifadəsi bu gizli mukadder matuf üzərinə atfedilmişdir. Biz də tərcüməni buna görə edirik.

Bölmədə, İbrahimin ulduzu, Ayı və Günəşi qəsd edərək söylədiyi qeyd edilən “Bu mənim Rəbbimdir” ifadələrini ona yaraşdırmayaraq mətni:

* “Bu, sizin inancınıza və iddianıza görə mənim Rəbbimdir” ya da;

* “Onlar ‘Bu mənim Rəbbimdir deyirlər” şəklində çevirmək və ya;

* “İbrahim bu sözü istehza ilə söyləmişdir, çünki ulduzları Rəbb olaraq qəbul edən qövmünün bu görüşünü ləğv etmək istəmişdir” deyə açıqlamaq, yaxud da:

* “Bu ifadənin başında mahzuf bir ‘قل qul [de!]’ maddəsi vardır” fərz edərək, izah etmək bizə görə səhv və lazımsız yerə məcburiyyətdir. Belə ki, İbrahimin bu sözləri əziyyət/axtarış dövründə söylənmişdir və o dövrdə kainati, xüsusilə də göy üzünü təhlil edən İbrahimin düşüncələrində bir sıra qarışıqlıqlar mövcuddur. Bu əziyyət/axtarış dövrünün sonunda isə İbrahim “qəlb-i səlim”ə çatmış və “hənif” olmuşdur. İbrahim Peyğəmbərin həyatındakı bu dövrlərə aid əlavə məlumat Saffat/83, 84, 88 və 89-cu ayələrdə verilmişdir.

İbrahim Peyğəmbərin yaşadığı zaman və yer haqqında Quranda hər hansı bir məlumat yoxdur.

Ancaq Mevdudinin bu mövzuda seçib topladığı məlumatlar olduqca mühüm və İbrahim Peyğəmbərlə əlaqədar bölmənin anlaşılmasına kömək ola biləcək dəyərdədir:

“Buradakı Quran ayələrində anladılan İbrahim Peyğəmbərlə [ə.s] qövmü arasındakı mübahisənin əsl xüsusiyyətini anlamaq üçün dövrün dini və sosial şərtlərini nəzərə almaq lazımdır. İbrahim Peyğəmbərin doğum yeri olan Ur şəhərinin arxeoloji qazıntıları ilə dövrün real şərtlərini öyrənməyimiz asanlaşmışdır. Ser Leonardo Wooley araşdırmalarının nəticəsini 1935-ci ildə Londonda “Abraham” adlı kitabında toplamışdır. Bu kitabda verilən bəzi məlumatları aşağıda təqdim edirik:

Bu gün mütəxəssislər tərəfindən İbrahim Peyğəmbərin yaşadığı dövr olaraq qəbul edilən e.ə. 2100 illərdə Urun nüfuzunun 250.000, hətta 500.000-ə yaxın olduğu təxmin edilir. O zamanlar Ur inkişaf etmiş bir iqtisadi və iş mərkəzi idi. Bir yandan ticarət mallarını Pamir və Nilgiri kimi uzaq yerlərdən özünə cəlb edərkən, bir yandan da Anadolu ilə ticarət əlaqələri aparırdı. Paytaxtı olduğu dövlətin sərhədləri günümüz İrakın şimalına uzanırdı. Xalq əsasən əl işçisi [sənətkarlıq] və tacir idi. Arxeoloji qalıqlardan oxunan dövrün yazıları materialist bir dünyagörüşünə sahib olduqlarını göstərir; həyatlarının ana məqsədi sərvət yığmaq və əylənmək idi. Faiz alıb verirdilər və bütünlüklə işlərinə dalmışdılar. Bir-birlərinə şübhəylə baxardılar və ən kiçik problemlərə görə dərhal məhkəməyə qaçardılar.

Tanrılarına olan duaları ümumiyyətlə uzun həyat, zənginlik və işlərində uğur istəməkdən ibarət idi. Xalq üç sinfə ayrılırdı:

  1. Əməlu: Bu sinif din adamları, dövlət məmurları və əsgərlərdən ibarət idi.
  2. Nuşkənu: Tacirlər, sənətkarlar və əkinçilər bu sinfə daxil idi.
  3. Ardu: Bunlar da kölə idilər.

Əməlu sinfinin şəxsi imtiyazları vardı; həm Mədəni hüquq, həm də cəza hüququ sahələrində digər insanlardan daha artıq haqlara sahib idilər və həyatlarıyla mülkləri müqəddəs və qiymətli sayılırdı. Budur, İbrahim Peyğəmbərin gözlərini açdığı şəhərin və cəmiyyətin vəziyyəti belə idi. Talmuda görə özü Əməlu sinfinə daxil idi və atası dövlətin ən öndə gedən vəzifəlilərindən idi.

Urda edilən qazıntılarda ortaya çıxarılan tabletlərdə 5000 tanrının adı keçir. Hər şəhərin özünə məxsus tanrısı və baş tanrı, ya da şəhər tanrısı qəbul edilən və özünə digərlərindən daha çox sayğı göstərilən şəxsi bir tanrısı vardı. Urun şəhər tanrısının adı “Nənnar [Ay tanrısı]” idi və bu tanrının adıyla sonrakı çağların bilikliləri bu şəhərə “Kamerina” da demişdilər. Bir digər böyük şəhər, sonradan Urun yerinə paytaxt edilən “Larsa” idi; buranın baş tanrısının adı isə “Şemeş [Günəş tanrısı]” idi. Bu baş tanrıların altında, əksəriyyətlə ulduzlarla planetlərdən və bir neçəsi də yer üzü şeylərindən seçilən çox sayda kiçik tanrılar vardı. Xalq daha mənasız şeylər üçün etdikləri dualara bu kiçik tanrılar tərəfindən qarşılıq verildiyinə inanırdı. Bütün bu göy və yer tanrı və tanrıçalarının bütlər halında simvolları qurulmuşdu. Dua və sitayişlər bu simvollar önündə edilirdi.

“Nannar” bütü Urda ən yüksək təpə üzərində düzəldilmiş böyük bir məbəddə qorunur və yanında xanımı “Ningil”in müqəddəs sayılan məbədi var idi. “Nannar” məbədi bir kral sarayı kimiydi, hər gecə müxtəlif bir qadın sitayiş edən oraya gedərək bu bütün gəlini olurdu. Beləliklə məbəddə tanrıya nəzir edilmiş sıxlıq bir qadın cəmiyyəti əmələ gəlmişdi, bunların halı sanki din fahişələri şəklindəydi. Bakirəliyini tanrı naminə fəda edən qadın çox sayğın qəbul edilirdi. Hər qadının qurtuluşa çatması üçün ən az ömründə bir dəfə “tanrı yolunda” bir başqa erkəyə özünü təslim etməli olduğu şəklində ortaq bir inanc vardı. Bu din fahişəliyindən ən çox yararlananların da bilavasitə erkək “din adamları” olduğu aydındır.

“Nannar” yalnız və yalnız bir tanrı deyildi, o həmçinin ölkənin ən böyük torpaq ağası, ən böyük taciri, ən böyük sənətkarı və siyasi həyatın baş idarəçisiydi; Çünki tapınağına çox sayda baxça, ev və tarla nəzir verilmişdi. Bu qaynaqlardan gələn gəlirlə yanaşı, əkinçilər, torpaq sahibləri və tacirlər də qarğıdalı, süd, qızıl, qumaş və s. dən ibarət olan nəzirlərini məbədə gətirirdilər. Təbii ki, bir də bunlara baxacaq çoxsaylı bir qrup olmalı idi.

Məbəd adından çox sayda atelye işlədilir və geniş səviyyədə bir iş aparılırdı. Məbəddə yüksək ədalət məhkəməsi qurulmuşdu və hakimləri əmələ gətirən din adamlarının hökmləri “tanrı”nın hökmü qəbul edilirdi. Kraliyyət xanədanı da hegemonluğunu yenə gerçək hegemon “Nannar”dan alırdı. Kral ölkəni onun adından idarə edirdi və bu baxımdan tanrılıq mərtəbəsinə yüksəlmiş olub, özünə digər tanrılar kimi sitayiş edilirdi.

İbrahim Peyğəmbər zamanında Ura hegemon olan xanədan, e.ə. 2300-cü ildə şərqdə Susaya, qərbdə Liviyaya uzanan geniş bir imperatorluq qurmuş olan Ur-Nammudan gəlirdi. Xanədan Ur-Nammu nədəniylə Nammu adını almışdı, budur ərəbcədə buna Nəmrud deyilmişdir. İbrahim Peyğəmbərin hicrətindən sonra bu xanədan və bu ulus ardı kəsilməz fəlakətlərə uğradı. Elamlılar tərəfindən Urun dağıdılması, Nannar bütüylə birlikdə Nəmrudun da ələ keçirilməsiylə dağıdılma sürətləndi. Elamlılar Ura hegemon olaraq Larsada idarəçiliklərini qurdular. Son zərbə, bir Ərəb xanədanı idarəçiliyində güclənən və həm Uru, həm də Larsayı nəzarətinə keçirən Babildən gəldi. Bu məğlubiyyətin nəticəsində Ur xalqı özlərini məğlubiyyət, utanc və məhv olmaqdan qurtarmayan Nannara olan inanclarını tərk etdilər.

Bu ölkə xalqının hicrətindən sonra İbrahim Peyğəmbərin təlimlərinə nə cür bir cavab verdiyi barəsində qəti bir şey söyləmək mümkün deyilsə də, e.ə.1910-cu ildə Babil kralı Hammurabinin [Kitab-i Müqəddəsdə ‘Amurafil deyə keçir] etdiyi qanunları, nübüvvət yol göstəriciliyinin birbaşa və ya dolaylı təsirlərini daşıyır. Bu Qanunun hamısının üzərinə qazıldığı bir sütun b.e. 1902-ci ilində bir Fransız arxeoloq tərəfindən aşkar edilmiş və 1903-cü ildə C.H.W John tərəfindən “Ən qədim Hüquq Kodu” adıyla İngilis dilinə tərcümə edilib yayılmışdır. Bu qanun və Musa peyğəmbərin qanununun əksər prinsipləri və təfərrüatları ümumiyyətlə oxşardır.

Bu günə qədər edilən arxeoloji araşdırmaların nəticələri doğrudursa, ortada açıq bir reallıq vardır: Şirk, İbrahimin qövmünün çoxtanrılı ibadətlərinin təməli və adi bir dini inanc deyil, iqtisadi, mənəvi, siyasi və sosial həyat sistemlərinin də ana təməliydi. Buna paralel olaraq, İbrahim Peyğəmbərin ismarıcı yalnız və yalnız bütə sitayişin kökünə vurmaqla qalmır, kraliyyət xanədanına sitayiş edir və bu xanədanın hegemonluğu ilə yanaşı, din adamlarıyla soyluların sosial, iqtisadi və siyasi statuslarına və bütün ölkənin kollektiv həyatına da zərbə vururdu. Buna görə də, dəvətinin qəbulu geniş dəyişikliklər edilməsini qaçılmaz edirdi. Keçərli sosial modelin tərk edilib, tövhid təməli üzərində yenidən qurulmasını məsləhət görürdü. Buna görə də, İbrahim Peyğəmbər [ə.s] ismarıcını yaymağa başlar-başlamaz, xalq, soylulardan ibarət din adamları sinfi və Nəmrud hamısı birlikdə onun səsini kəsmək üçün ayağa qalxdı və Quranda anladılan kəskin münaqişə baş verdi. [19]

80,81Və qövmü onunla mübahisə etdi. İbrahim: “Mənə doğru yolu göstərmişkən, Allah haqqında mənimləmi mübahisə edirsiniz? Ona ortaq qoşduqla­rı­nız­dan heç qorxmuram. Ancaq Rəbbimin dilədiyi şey istisna olmaqla. Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Hələ də düşünməzsinizmi? Və Allah, haqlarında heç bir güc/qüvvət endirmədiyi halda, siz Ona ortaq qoşmaqdan qorxmurkən, mən sizin ortaq qoşduğunuz şeylərdən necə qorxaram? Bu halda əgər bilirsinizsə, bu iki camaatdan hansı arxalanmağa daha layiqdir?” – dedi.

82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır.

Bu ayələrdə, qövmünü sağlam düşüncəyə, təfəkkür etməyə dəvət edən İbrahim Peyğəmbər ilə şirk içindəki qövmü arasında keçən mübahisələr təqdim edilir.

Diqqət edilirsə, İbrahim Peyğəmbərin qövmü inkarçı, tanrıtanımaz deyil, şirk qoşan bir cəmiyyətdir. Necə ki, 82-ci ayədə keçən “zülm” sözü də bu şirki ifadə edir.

Şirk, ağlını işlətməyən insanlar üçün daima gündəmdə olan bir faktdır:

  • 53–57Onlar dedilər ki: “Ey Hud! Bizə bir açıq sübut ilə gəlmədin. Və biz sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanan da deyilik. Ancaq: “Tanrılarımızdan bəzisi səni pis çarpmışdır” – deyə bilərik”. Hud dedi ki: “Şübhəsiz ki, mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən Allahın yaratdığı sərvətlərdən Ona ortaq qoşduğunuz şeylərdən uzağam. Haydı, elə isə hamınız mənə tələ qurun, sonra məni heç gözlətməyin. Şübhəsiz, mən həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha işin sonunu həvalə etdim. Onun kəkilindən yaxalayıb sınamadığı heç bir irili-xırdalı hərəkət edən canlı yoxdur. Şübhəsiz ki, mənim Rəbbim ən doğru bir yol üzərindədir. Buna baxmayaraq, yenə də üz döndərərsinizsə, mən sizə nə ilə göndərilmişəmsə, bax budur, onu təbliğ etdim. Və mənim Rəbbim başqa bir qövmü sizin yerinizə gətirər. Və siz Ona heç bir şəkildə və heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz, Rəbbim hər şeyi qoruyub, nəzarət edəndir”. (Hud/53-57)
  • 21Yoxsa onların Allahın dində izin vermədiyi şeyi onlar üçün qanuni qılmış ortaqlarımı vardır? Əgər “Fasl Sözü” olmasaydı, aralarında qətiliklə işləri bitirilmişdi. Və şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır. (Şura/21)
  • 21Erkək sizin üçün, dişi Allah üçünmü? 22Bax bu, bu şəkildə olursa, əskik/haqsız bir bölüşdürmədir. 23Bunlar, Allah haqlarında bir sübut endirmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şeylər deyildir. And olsun, onlara Rəblərindən doğru yolun bələdçiliyi gəldiyi halda, onlar ancaq zənnə, bir də nəfslərinin xoşlandığı şeylərə tabe olurlar. (Nəcm/21-23)
  • 13Və o zaman ki, bir dəfə Loğman, oğluna öyüd verərək: “Əziz oğlum! Allaha or­taq qoşma, heç şübhəsiz ki, Allaha ortaq qoşmaq, tam yəqinliklə bilin ki, böyük bir səhv davranışdır/öz zərərlərinə iş etməkdir. (Loğman/13)

İbrahim Peyğəmbərin əvvəl kainatdakı ayələri müşahidə edərək fikir sancısı çəkməsi və sonra “qəlb-i səlim”ə çatmasıyla sərgilədiyi nümunəvi münasibət Kitab-i Müqəddəsdə yer almamışdır.

Mevdudi “Tefhim” adlı əsərində bu mövzunun Qurandakı anladılması ilə Talmuddakı anladılması arasındakı fərqləri bu şəkildə təsbit etmişdir:

Talmudda keçirsə də, iki nöqteyi nəzərdən buradakı anlatma Qurandakından fərqlənir:

  1. Talmudda sıra “Günəşdən ulduzlara və Allaha doğru” ikən, Quranda “ulduzlardan Günəşə və… Allaha doğru”dur.
  2. Talmudda İbrahimin Günəş üçün “bu mənim Rəbbimdir” dediyində, o an Günəşə səcdə etdiyi, eyni şəkildə aya da səcdə etdiyi anladılır. [20]

83Və bax budur, bunlar, qövmünə qarşı İbrahimə verdiyimiz sübutumuzdur. Biz dilədiyimizi dərəcələrlə yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.

Bu ayədə Rəbbimiz, İbrahim Peyğəmbərin tövhidə dəlil olaraq göylərdəki və yerdəki ayələr ilə etdiyi izahatı, əşyanı və hadisələri dəyərləndirmə qabiliyyətini ona bilavasitə özünün öyrətdiyini bildirir, beləliklə, ona bir sıra nemətlər verdiyini açıqlamış olur.

84Və Biz ona İshaqı və Yəqubu da bağışladıq. Hamısına doğru yolu göstərdik. Daha əvvəl də Nuha və onun soyundan Davuda, Süleymana, Eyyuba, Yusufa, Musaya və Haruna da doğru yolu göstərmişdik. Və Biz gözəllik/yaxşılıq edənlərə belə qarşılıq veririk.

85Zəkəriyyəyə, Yəhyaya, İsaya və İlyasa da doğru yolu göstərdik. Hamısı salehlərdəndir.

86İsmailə, Əlyəsəyə, Yunusa və Luta da doğru yolu göstərdik. Hamısını da Biz aləmlərə üstün etdik.

87Və bunları atalarından, nəsillərindən və qardaşlarından da üstün etdik. Və onları seçdik, doğru yola bələdçilədik.

Bu ayələrdə Rəbbimiz, xüsusilə Yaxın Şərqlilərə göndərdiyi və hamısının də doğru yolda, təlimləndirilmiş, yetişdirilmiş, düzəldilmiş bələdçilər olduğunu bildirdiyi on səkkiz elçinin adlarını sayır. Bu elçilərin hamısı da ərəb cəmiyyətinə yad olmayan elçilərdir. Bu elçilərin sıralanmasında tarix, dərəcə, üstünlük sırası nəzərə alınmamışdır.

Elçilərin ilk dördü, “o” əvəzliyi ilə işarə edilmiş İbrahim, İshaq, Yəqub və “daha əvvəl” vurğusuyla onlardan əvvəl yaşadığı qeyd edilən Nuh Peyğəmbərdir. Digər on dörd Peyğəmbər isə [Davud, Süleyman, Eyyub, Yusuf, Musa, Harun, Zəkəriyyə, Yəhya, İsa, İlyas, İsmayıl, Elyesa, Yunus və Lut], bu ilk sayılan dörd Peyğəmbərin zürriyyətlərindən olan Peyğəmbərlər. Bu qədər çox elçi adının bir arada sayılması, Ənam surəsinin ana mövzusunun “elçilik vəzifəsi” olduğunu göstərir.

Rəbbimiz, İbrahim Peyğəmbərə verdiyi nemətləri bu bölmədə ona dəlillər verilməsi, onun dərəcələrlə yüksəldilməsi və “əziz” qılınması olaraq açıqlayır. İbrahim Peyğəmbərin, etdiyi tövhid mübarizəsində qövmünü tərk edərək yurdundan köçməsindən sonra Rəbbimiz ona mükafat olaraq, öz dininə bağlı yaxşı övladlar və nəvələr bağışladığını bildirmişdir. Dərhal qeyd etmək lazımdır ki, bu bölmədə İbrahim Peyğəmbərə müxtəlif nemətlər, lütflər, bəxşişlər verdiyini bildirərkən Rəbbimizin işlətdiyi “Biz” sözləri, hər zaman olduğu kimi sadəcə Onun əzəmətini ifadə edir.

  • 71Və İbrahimin zövcəsi ayağa qalxmışdı, güldü. Sonra Ona İshaqı, İshaqın da ardınca Yəqubu müjdələdik.
  • 72İbrahimin xanımı dedi ki: “Vay-vay! Mənmi doğacağam? Mən əri işə yaramayan bir zavallıyam, bəxtsiz, bədbəxt bir qadınam. Bu ərim də yaşlı bir adam! Şübhəsiz, bu, çox qəribə bir şeydir!”
  • 73Elçilər: “Sən Allahın işinə görəmi çaşırsan? Allahın mərhəməti və bolluqları üzərinizdədir. Ey ev xalqı! Şübhəsiz ki, O öyülməyə layiq olan, cömərdliyi/səxa­vəti bol olandır” – dedilər. (Hud/71-73)
  • 112Və Biz ona, salehlərdən bir peyğəmbər olaraq, İshaqı müjdələdik. (Saffat/112)
  • 49Sonra İbrahim, qövmündən və onların Allahın yaratdığı sərvətlərdən qulluq etdikləri şeylərdən uzaqlaşınca, Biz ona İshaqı və Yəqubu ehsan etdik. Hamısına da peyğəmbərlik verdik. (Məryəm/49)

Və Ənkəbud/27, Hədid/26, Məryəm/58, Bəqərə/133.

88Bax budur, bu, Allahın bələdçiliyidir. O, onunla qullarından dilədiyinə bələdçilik edər. Və əgər onlar ortaq qoşsaydılar, tam yəqinliklə bilin ki, etmiş olduqları şeylər boşa getmişdi.

89Bax budur, onlar, özlərinə kitab, hökm və peyğəmbərlik verdiklərimizdir. İndi bunlar, ona inanmayacaq olarlarsa, Biz tam yəqinliklə bilin ki, bunu örtməyən/buna inanan bir qövmü, bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” etmişik.

90Bax budur, bunlar, Allahın bələdçi olduğu insanlardır. Artıq sən də, onların bələdçiliyinə – vəhyə uy. De ki:  “Mən ona qarşılıq sizdən bir ödəniş istəmirəm. O, sadəcə aləmlərə bir öyüddür”.

Bu ayələrdə Rəbbimiz:

  1. Daha əvvəl göndərmiş olduğu elçilərə işarə edərək, onlara doğru yolu öyrətdiyini, onların da şirkdən uzaq durduğunu, çünki şirk qoşanların etdikləri hər şeyin boşa getdiyini açıqlamışdır.
  2. Eyham yoluyla, əvvəlki elçilər kimi Muhəmməd (əs)ın da göndərilmiş bir elçi olduğunu, onu inkar edənlərin yerinə onlar kimi davranmayacaq başqa bir qövmü gətirərək, inkarçı müşrikləri həlak edə biləcəyini elan etmişdir.
  3. Həmçinin Peyğəmbərimizdən istəmişdir ki, aləmlərə öyüd olan Quran qarşılığında bir əvəz istəmədiyini təkrar bəyan etsin.

88-ci ayədə bəhs edilən “edilənlərin boşa getməsi” Quranda tez-tez üzərində durulan bir faktdır:

  • 21Şübhəsiz ki, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan haqqaniyyəti əmr edən insanları öldürənlər – sən dərhal bunları acıqlı bir əzabla müjdələ!
  • 22Bax budur, bunlar dünyada və axirətdə əməlləri boşa çıxanlardır. Onlar üçün köməkçilərdən də bir xeyir yoxdur. (Al-i İmran/21, 22)

Deməli ki, tövhid inancının ən mühüm faydası, insanın bu dünyada etdiyi yaxşı şeylərin o biri dünyada dəyərləndirməsinin təmin edilməsi, bu işlərin boşa getməsinin qarşısının alınmasıdır. Çünki tövhid inancına sahib olmayan kəsin bütün etdikləri, Rəbbimizin açıq ifadəsinə görə, boşa getmiş olacaqdır.

90-cı ayədə Peyğəmbərimizə söylətdirilən “Mən ona qarşılıq sizdən bir ödəniş istəmirəm. O, sadəcə aləmlərə bir öyüddür” ifadəsində iki mühüm xüsus vurğulanmışdır. Bunlardan birincisi Quranın bütün insanlara öyüd olduğu, beləliklə Peyğəmbərimizin müəyyən bir qövmə deyil, bütün insanlara göndərildiyi xüsusudur. İkincisi isə Peyğəmbərimizin vəzifəsini bir qarşılıq gözləmədən və almadan etməli olması xüsusudur. “Dini təbliğ etdiyinə görə bir ödəniş alınmayacağı”, “Quranın bir qazanc mənbəyi olmadığı” demək olan bu ikinci xüsus, əslində Nuh Peyğəmbərlə başlayan, Hud, Saleh, Lut və Şüeyb Peyğəmbərlərlə davam edən (Şüəra/109-180) və qəti olaraq bütün Peyğəmbərlərin tabe olduğu bir qanundur. Peyğəmbərimizə də Ənam/90-dan başqa Furqan/57 və Şura/23-də də eyni istiqamətdə təlimat verilmişdir.

Furqan surəsinin təhlilində “Dini təbliğ etmək vəzifəsinin bir pul qazanmaq cəhdi halına gətiriləməyəcəyi” istiqamətində etdiyimiz açıqlamanı, yararlı olacağı qənaətiylə burada qısaca təkrarlayırıq:

  • 56Və Biz səni, ancaq müjdələyici və xəbərdar edici olmaq üçün göndərdik.
  • 57De ki: “Mən, buna qarşılıq sizdən hər hansı bir ödəniş/əvəz istəmirəm. Sadəcə və ancaq Rəbbinə doğru bir yol tutmağı diləyən insanlar olmağınızı istəyirəm”. (Furqan/56, 57)

Bu ayələrdə üsyançı, nankor və inadçı müşriklərin davranışlarına qarşı necə davranmalı olması haqqında Peyğəmbərimizə öyüd verilir və vəzifə hədləri xatırladılaraq təsəlli edilir. Çünki Peyğəmbərimiz öyüdçüdən, xəbərdarlıqçıdan və müjdəçidən başqa bir şey olmadığı kimi, bu vəzifələri üçün də heç kəsdən hər hansı bir qarşılıq istəmir. Buna görə də kafirlərin davranışları ucbatından özünü cavabdeh hesab etməli deyil. Rəbbimiz elçisinə buyurur ki, “tək istəyinin hər kəsin Allah yoluna gəlməsi olduğu”nu söyləsin.

Yusuf/104, Şüəra/109, 127, 145, 164, 180, Səba/47, Ya Sin/ 21, Sad/86, Yunus/72, Hud/29, 51, Şura/23, Qələm/46, Tur/40 ayələrindən də görürük ki, Rəbbimiz heç bir Peyğəmbərinə etdiyi vəzifə qarşılığında hər hansı bir ödəniş istətməmişdir. Beləliklə, Peyğəmbərimizin də heç kəsdən hər hansı bir ödəniş istəməsi mümkün deyildir. Buna, əqrəbalarının qorunmasını, sevilməsini istəmək də daxildir. Belə ki, nəticə etibariylə belə bir istək də bir xeyirdir, mənfəət təmin etməkdir.

Belə olmasına baxmayaraq, Peyğəmbərimizin yaxınlarına, əhli-beytinə sevgi duyulmasını istədiyi yolunda əsassız iddiaların olduğu yüzlərlə rəvayətin təsiriylə bəhs etdiyimiz 57-ci ayədə və Şura surəsinin 23-cü ayəsinə bir istisna əlavəsi edilmiş və bir çox tərcümədə, Şura surəsinin 23-cü ayəsindəki “yaxınlarda sevgi istəyirəm” ifadəsi, “yaxınlarımı, əhli-beytimi sevməyinizi istəyirəm” şəklində təqdim edilmişdir. Halbuki ayədə yiyəlik bildirən hər hansı bir söz və ya bir işarə yoxdur. Oradakı ifadə də yenə “Allaha gedən yolu istəməyiniz, Allaha yaxınlıq üçün sevgi qurmağınız” mənasındadır. Əks hal isə, yəni Peyğəmbərimizin yaxınları üçün bir tələb etməsi halı isə mümkün deyildir, belə ki, belə bir istək elçilik qanunlarına zidd olur. Əslində elə ayələrin siyak və sibakında xitabın daima kafirlərə olmasından anlaşılacağı kimi, müxatib kafirlərdir və onlardan bir qarşılıq, bir mükafat gözləmək mənasızdır. Çünki kafirlər Peyğəmbəri qəbul etmir və onunla şiddətlə mübarizə edirlər. Belə bir münaqişənin olduğu bir şəraitdə, tərəflərdən birinin qarşı tərəfdən öz yaxınlarının sevilməsini istəməsi isə son dərəcə məntiqsizdir.

Elçilərin etdikləri vəzifə qarşılığında hər hansı bir ödəniş istəməmələri, elçiliklərinin həqiqi bir dəlilidir. Belə ki, elçilər vəzifələrini sadəcə heç bir mənfəət gözləmədən etməklə qalmır, bundan da artıq, rahat həyatlarını buraxaraq, bütün işlərini tərk edərək, adlarının dəliyə, yalançıya, sehirbaza çıxmasına sinə gərir; inanmayan yaxınlarıyla əlaqələrinin qopmasını nəzərə alır və bir də üstəlik bir sürü işgəncəyə də qatlanmaq məcburiyyətində qalırlar. Həqiqi elçi olmayan birinin müvəqqəti mənfəətləri naminə bütün bunları nəzərə alması mümkün deyildir. Tam əksinə, həqiqi elçi olmadığı halda bu yolla hökmdar və lider olmaq üçün hərəkət edən bir adam, cəmiyyətin xoşuna getmək üçün onların adət-ənənələrini, ön mühakimələrini qəbul edər və bunlardan yararlanar. Əslində isə Qurandan öyrəndiyimizə görə, Peyğəmbərimiz sadəcə bu cür ön mühakimələri kökündən baltalamaqla qalmır, eyni zamanda qəbiləsinin Ərəbistan bütpərəstləri üzərində təsir və hegemonluq qurmalarını təmin edən ana ünsürü də yerlə bir edirdi”.

91Və onlar: “Allah, heç bir bəşərə bir şey göndərməmişdir” – deməklə, Allahı haqqı ilə təqdir edə, lazım olduğu kimi tanıya bilmədilər. De ki: “Musanın insanlara aydınlıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazı ləvazimatları etdiyiniz, bir qismini bildirdiyiniz, bir çoxunu gizlətdiyiniz; sayəsində sizin və atalarınızın bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim endirdi?” Sən de ki: “Allah!” Sonra onları boş-boş çabalamalarında oynayan halda tərk et.

Bu ayədə Məkkəlilərin və Yəhudilərin dini etiqadlarına dair məlumatlar verilir və hər iki qrupun hiylə və yalanları üzlərinə vurulur.

Ayədə keçən “Allahı haqqıyla təqdir edə bilmədilər” ifadəsi bu mənaya gəlir: Onlar Allahın hər şeyə gücünün yetdiyinə, hər şeyi bildiyinə, Rəhman və Rəhim olduğuna iman etmədilər; Cəlal və Camal sifətlərini layiqiylə tanımadılar; nemət və rəhmətinin [elçi göndərməsinin və kitab endirməsinin] qiymətini anlamadılar. Qısaca, Allahı bütün xüsusiyyətləriylə göz ardı etdilər.

Diqqət edilirsə, “Allah, heç bir bəşərə bir şey göndərməmişdir” iddiası, bilavasitə iddia sahiblərinin öz inanclarıyla çürüdülmüş və Tövratın Musa Peyğəmbərə Allah tərəfindən endirildiyinə inananlara Tövrat nümunə göstərilərək, Allahın kəlamının bir insana endirilə biləcəyi sübut edilmişdir.

Əsbab-i nüzul qeydlərinə görə, “Allah, heç bir bəşərə bir şey göndərməmişdir”iddiası, Malik b. əs-Sayf tərəfindən ortaya atılmışdır:

“O, Peyğəmbər (səv) ilə mübahisə etmək üçün gəldiyində, Peyğəmbər (səv) ona belə demişdi: “Tövratı Musaya endirənin haqqı üçün səndən soruşuram: Tövratda, şübhəsiz, Allah şişman din aliminə nifrət edər, şəklində bir ifadə görmürsənmi?” Malik b. əs-Sayf da həqiqətən şişman bir haham idi. Bundan sonra əsəbləşdi və belə dedi: Allaha and içirəm ki, Allah heç bir insana heç bir şey endirmiş deyildir. Bu dəfə onunla bərabər olan yoldaşları ona belə dedilər: Yazıqlar olsun sənə! Musayadamı endirməmişdir? – dedikdə, belə dedi: Allaha and içirəm ki, Allah heç bir insana bir şey endirməmişdir. Bundan sonra bu ayə-ti kərimə nazil oldu”. [21]

Surənin giriş bölməsində də qeyd etdiyimiz kimi, bəziləri tərəfindən bu ayənin Mədəni qəbul edilməsi bu hadisəyə görədir. Belə ki, anladılan hadisədə adı keçən adamın bir haham olması və belə əsassız bir iddia etməsi ağlasığmaz görünür. Digər tərəfdən, ayənin bölmədəki mövzu bütünlüyü içində olması ayənin Məkki olduğu görüşünü qüvvətləndirir, bunun əksinə, o günün Məkkə şəhərində bir çox Əhli Kitabın olduğu və Tövrat ilə İncilin Məkkəlilər tərəfindən oxunduğu reallığı da ayənin Mədinədə endiyini düşünənlərin görüşünü zəiflədir.

Bizim qənaətimiz, Quranın Allah tərəfindən göndərildiyini inkar edən Məkkəli müşriklərə bir cavab xüsusiyyətində olan bu ayənin Məkkədə nazil olduğu yönündədir.

92Bax budur, bu da bizim Anakəndi və ətrafındakı insanları xəbərdar etməyin üçün endirdiyimiz, sadəcə içində olan mövzuları doğrulayan, bolluq dolu bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və onlar salaatlarını da qoruyanlardır.

Bu ayədə, Quranın Məkkə və Məkkə ətrafındakıları xəbərdar etmək üçün endirildiyi, Quranın bərəkətli [bolluq saçan] bir kitab olduğu və axirətə inananların ona inanıb dəstəklədiklərini davam edəcəkləri elan edilir.

Ümmü’l-Kura. Peyğəmbərimizin doğulub büyüdüyü, elçilik vəzifəsinə başladığı və bunu bir müddət sürdürdüyü şəhər olan Məkkə, “ امّ القرى Ümmü’l-Kura [şəhərlərin anası, ana şəhər]” olaraq xarakterizə edilmişdir ki, əslində elə Məkkənin bir adı “Ümmül Kura”dır və Peyğəmbərimiz də buna görə“ الامّىّ əl Ümmi”dir [ana şəhərli, Məkkəlidir].

Məkkəyə “şəhərlərin anası” deyilməsinin səbəbi İbrahim Peyğəmbərə qədər gedib çatır. Çünki o tarixlərdən bəri Məkkə, ətraf şəhərlərlə birlikdə baxıldığında, övladlarını ətrafında toplamış bir ana kimi görünmüşdür. Bunun səbəbi isə möminlərin Həcc ibadətlərini Məkkədə etmələridir. Belə dini bir toplanma mərkəzi olduğuna görə Məkkə sadəcə ticarət və əlaqələndirmədə deyil, elm və sənətdə də çox inkişaf etmiş və ətrafdakı şəhərlərin anası halına gəlmişdir.

Ayədə xəbərdarlıq sahəsi olaraq Məkkənin ətrafının da zikr edilməsi, Quranın enməsinin və Muhəmməd (əs)in Peyğəmbərliyinin yalnız ərəb cəmiyyətinə və onların yaşadıqları yerlərə məxsus olmadığını, bütün insanlara və bütün dünyaya yönəlik olduğunu göstərir:

  • 28Və Biz səni, ancaq insanlara müjdələyici və xəbərdaredici olaraq göndərdik, lakin insanların çoxu bilmirlər. (Səba/28)
  • 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)
  • 19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”. (Ənam/19)

93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda:  “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” – dediklərində bir görsəydin!

94Və and olsun ki, siz, sizi ilk dəfə yaratdığımız zamankı kimi yalnız/tək-tək Bizə gəldiniz və sizə verdiyimiz şeyləri arxanızda buraxdınız. Və içinizdə, onların ortaqlar olduğuna inandığınız, sözdə dəstəkçilərinizi sizinlə bərabər görmürük. And olsun aranızda kəsilmə/qopma olmuş və səhv inandığınız şeylər yox olmuşdur.

Allahın bəşərdən elçilər göndərəcəyinə və kitab endirəcəyinə dair əvvəlki ayələrdə edilən bildirişlərindən sonra, bu ayələrdə də insanların diqqəti bu işin saxtakarlarının da ola biləcəyinə çəkilir. Ayədə, özünə vəhy edilmədiyi halda “Mənə vəhy edildi” və ya “Allahın endirdiyi kimi mən də endirəcəyəm” deyən o qorxunc yaradılışların alçaldıcı bir şəkildə cəzalandırılacaqları açıqlanır.

Allahın haramını halal, hala­lını haram edən, öz düşüncələrini insanlara Allahın əmri kimi təqdim edən, özünü “mehdi”, “məsih” elan edən, röyada və ya kəşf yoluyla Allahdan özünə bir sıra məlumatlar, risalələr verildiyini irəli sürən bu zalım insanlar, bu gün var olduqları kimi İslamın ilk dövrlərində də var idilər:

  • 31Onlara ayələrimiz oxunduğu zaman isə: “Eşitdik, istəsək bunun kimisini biz də söy­ləyərik, bu, keçmiş cəmiyyətlərin əfsanələrindən başqa bir şey deyildir” – demişdi­lər. (Ənfal/31)

Rəbbimiz özünə iftira etməyin ən böyük zülm olduğunu, bəhs etdiyimiz 93-cü ayədən başqa Ənam/21 və 144, Əraf/37 və Yunus/17-də də açıqlamışdır.

“Əsbab-i Nüzul” qeydlərində bu zalımlarla əlaqədar hadisələr belə təqdim edilmişdir:

Bu ifadə, Yeməməli Müseylimetul-Kəzzab ilə Sanalı əl-Əsvədul-Ansi haqqında nazil olmuşdur. Çünki bunlar bir yalan və bir iftira olmaqla, Allah qatından göndərilmiş bir nəbi və rəsul olduqlarını iddia edirdilər. Müseylimə “Muhəmməd Qüreyşin Peyğəmbəri, mən isə Hənifəoğullarının Peyğəmbəriyəm” – deyirdi. [22]

“Mən də Allahın endirdiyi ayələrin bənzərini endirəcəyəm” ayəsində qəsd edilənin vəhy katibliyi edən və sonra Mədinədə din dəyişdirərək mürtəd olan Abdullah b. Sərrah olduğu söylənmişdir. Adı keçən bu şəxs Qurandakı bəzi qisimləri Peyğəmbərin dediyinə uyğun olaraq yazmırdı. Məsələn, “Azizün Hakim” əvəzinə “Qafurun Rahim” və “Habirun Halim” əvəzinə “Alimün Hakim” yazırdı. Bir gün Peyğəmbər [s] ona Möminlər surəsindəki 12–16Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq ayəsini yazdırarkən, o: “Edib yaradanların ən gözəli olan Allah çox ucadır!” – dedi. Peyğəmbər [səs] də eynilə “Söylədiyin kimi nazil oldu. Onu yaz!” – dedi. Bundan sonra o: “Mən də Allahın endirdiyi ayələrin bənzərini endirəcəyəm” – dedi. [23]

94-cü ayədə axirətdən bir səhnə canlandırılaraq, insanların Uca Allaha ilk yaradıldıqları zamankı kimi tək-tənha/tək-tək gələcəkləri ifadə edilmişdir. Buna bənzər ifadələr bir çox ayədə (bxn: Kəhf/48, Məryəm/78-80) təkrarlanmışdır.

95Şübhəsiz ki, dənəni və çəkirdəyi yarıb çıxaran Allahdır: Ölüdən diri, diridən də ölü çıxarır. Budur Allah! Necə də döndərilirsiniz?

96Dan yerini yarıb çıxarandır. Gecəni dincəlmək vaxtı etmiş, Günəş və Ayı hesab ilə var et­mişdir. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam əmin olun ki, qalib olanın, çox yaxşı bilənin təyin etməsidir, nizamlama­sı­dır.

97Və Allah, qurunun və dənizin qaranlıqlarında, özü ilə bələdçiləndiyiniz doğru yo­lu tapasınız deyə, ulduzları sizin üçün tanıdandır. Şübhəsiz ki, Biz bilən bir cəmiy­yət üçün ayələri ətraflı olaraq açıqladıq.

98Və O, sizi bir tək nəfsdən yaradandır. Sonra da bir qərar yeri və əmanət yeri… Biz tam yəqinliklə bilin ki, ayələri, yaxşı anlayan bir cəmiyyət üçün ətraflı ola­raq açıqladıq.

99Və Allah, göydən suyu endirəndir. Beləliklə, Biz onunla hər şeyin bitkilərini çı­xar­dıq. Ondan da bir-birinə bənzəyən və bir-birinə bənzəməyən, bir-biri üzərinə düzülmüş dənələr/xurmanın tumurcuğundan sallanan salxımları, üzüm bağlarını, zey­tu­n və nar çıxardığımız tingəni bitirdik. Bunlar meyvə verdikləri zaman mey­və­ləri­nə və yetişməsinə baxın! Bax budur, bunlarda tam yəqinliklə bilin ki, inanan bir cə­miyyət üçün əlamətlər/nümunələr vardır.

Hər hansı bir izaha ehtiyac qalmayacaq qədər açıq olan bu ayələrdə, Rəbbimiz özünü kainatdakı qanunların qoyucusu olaraq tanıdır və insanlığa yararlı olsun deyə, yaratdığı bütün varlıqlarda, bilən, yaxşı anlayan və inanan bir cəmiyyət üçün işarələr, ətraflı açıqlamalar olduğunu bildirir.

Həqiqətən də Günəşin, Ayın, ulduzların, yağışın, bitkilərin, qısaca, Allahın görünən bütün ayələrinin onlara təmin etdiyi faydaları görməyi bilən insanlar, Allahın ucalığı, gücü, əzəməti haqqında başqa heç bir sübuta ehtiyac duymurlar.

95-ci ayədəki “ölü” və “diri” sözlərinin həm həqiqi, həm də məcaz mənada dəyərləndirilməsi mümkündür. Buna görə:

  1. Sözlər həqiqi mənalarıyla dəyərləndirildiyində, ayədəki ifadədən Allahın quru toxumdan yaşıl bitkini, yaşıl bitkidən isə quru toxumları meydana gətirdiyi;
  2. Məcazi mənada dəyərləndirildiyində isə, Allahın cahil bir adamı alim halına gətirdiyi, bir alimi isə bir cahilə çevirdiyianlaşıla bilir.

Bundan başqa, ayədə Allaha şamil edilmiş olan “ölüdən dirinin çıxarılması, diridən də ölünün çıxarılması” faktının yararlı bilinən şeylərdə olan zərərləri və ya zərərli bilinən şeylərdə olan yararları ifadə etdiyini, Allahın bunları iç-içə yaratdığını düşünmək də mümkündür. Məsələn, zərərli olaraq bilinən bitkilərdən və ya ilan zəhəri kimi bəzi maddələrdən insana fayda təmin edən dərmanlar əldə edilməsi, bu düşüncəni doğrulayan mahiyyətdə bir nümunədir.

Bu mövzu, ilk dövr Quran izah edənlər tərəfindən belə açıqlanmışdır:

  • “Cənab-i Haqq, nütfədən canlı bir bəşər, canlı bəşərdən isə ölü bir nütfə çıxarır. Yenə eyni şəkildə, yumurtadan canlı cücəni, toyuqdan isə ölü yumurtanı çıxarır. Bundan məqsəd, canlı ilə ölünün bir-birlərinin ziddi olub, bir-birlərini inkar etdiklərini ifadə etməkdir. Buna görə də, bənzər bir şeyin bənzər bir şeydən meydana gəlməsi, bunun təbiət və xassələrə uyğun olduğu təəssüratını oyandıra bilir. Amma, ziddin ziddən meydana gəlməsinə gəldikdə, bunun təbiət və o şeylərə aid özünəməxsusluqlar səbəbiylə olması imkansızdır. Əksinə bunun, Hakim olan bir yaradıcının təqdiri və Alim olan bir müdəbbirin yönətməsiylə meydana gəlməsi lazımdır” [24]

96-cı ayədəki “Günəş və Ayı hesab ilə qılmışdır” ifadəsi Rəhman surəsində təkrarlanmış, Yunus surəsində daha geniş izah edilmişdir:

  • 5Günəş və ay bir ölçü ilə axıb getməkdədir. (Rəhman/5)
  • 5O, Günəşi bir aydınlıq, Ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər nizamlayandır. Allah bunu ancaq gerçək ilə yaratmışdır. O, anlaya biləcək bir cəmiyyət üçün ayələri ətraflı olaraq açıqlayar. (Yunus/5)

96-cı ayədəki ifadəni də iki cür anlamaq mümkündür.

  1. “Günəş və Ayı hesab ilə qılmışdır”ifadəsindən, Yunus/5-də bildirildiyi kimi, “illərin hesabı”, yəni “zaman” anlaşıla bilir. Çünki dünyanın öz ətrafında bir dəfə dönməsi ilə “gün”, Günəş ətrafındakı orbitində bir dövr fırlanması ilə də “il” hesab edilir. Həmçinin ayın dünya ətrafında bir dövr fırlanması da 29,5 günlük zaman müddəti olan “bir ay”a uyğun olur.
  2. Eyni ifadədən istər Günəş, Ay və Dünyanın bir-birlərinə görə olan vəziyyətlərində, istərsə də Günəş və Ayın dönmə sürətlərində çox həssas hesabların olduğunun anlaşılması da mümkündür. Çünki yer üzündəki mövcud yaşayışın davam etməsi ancaq bu incə hesabların heç xəta etməməsinə, pozulmamasına bağlıdır.

96-cı ayədəki ifadə hansı cür anlaşılırsa anlaşılsın, kainatdakı incə hesablar heç çaşmır, istər zaman istərsə də yer üzündəki yaşayış şərtləri dəyişmir.

  • 189Səndən hilallar haqqında soruşurlar. De ki: “Onlar insanlar və Həcc/proqramlı ilahiyyat təh­sili dövrləri üçün zaman ölçüləridir”. Evlərinizə arxalarından girmə­yi­niz/dində Allahın qaydalarından başqa qaydalar mənimsəməyiniz “yaxşı insan ol­maq” demək deyildir. Amma “yaxşı insan olmaq” Allahın qoruması altına gir­mək­dir. Belə isə evlərinizə qapılarından girin – dini, din sahibi Allahın cızdığı çərçivədə ya­­şayın. Və müvəffəqiyyət qazananlardan, qurtaranlardan olmağınız üçün Allahın qo­ru­ması altına girin. (Bəqərə/189)

98-ci ayədə keçən ”مستقرّ Müstaqarr” və ” مستودع Müstəvda” sözləri daha əvvəl Hud surəsinin təhlilində ələ alınmışdı. Hud surəsi ilə Ənam surəsi eyni cilddə olduğundan, bu iki sözlə əlaqədar təhlilin oradan oxunmasını məsləhət görürük.

100Və onlar, görünməz güc və varlıqları Allaha ortaqlar qoşdular. Halbuki onları Allah yaratmışdır. Bilikləri olmadan da oğullar, qızlar uydurdular. Onun şanı onların xarakterizə etdiyi şeylərdən arınıq və ucadır. 101O, göyləri və yeri yoxdan var edəndir. Onun sahibəsi/zövcəsi, həmtayı olmadığı halda, necə olur ki, Onun uşağı olur? Və O, hər şeyi yaratmışdır. Və O, hər şeyi ən yaxşı biləndir.

102Bax budur, Rəbbiniz Allah! Ondan başqa tanrı yoxdur. Hər şeyin yaradıcısıdır. Elə isə, Ona qulluq edin. O, hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.

103Gözlər Ona çata bilməz, O isə gözlərə çatır. O çox ərməğan sahibidir, hər şeydən xəbərdardir.

Rəbbimiz bu bölmənin ilk ayəsində müşriklərin davranışlarındakı səhvləri tamamilə inandırıcı, qaneedici dəlillərlə ortaya qoymuş, son iki ayəsində isə öz Zatına aid bir çox sifət və hərəkəti zikr edərək, Müsəlmanların necə bir Allaha inandıqlarını, inanmalı olduqlarını bildirmişdir.

100-cü ayədən anlaşıldığına görə, müşriklər heç bir ilahi vergiyə və elmi reallığa əsaslanmadan sırf öz xəyal və şübhələrinin məhsulu olan bir sıra gizli varlıqlara kainatın idarəçiliyində və insanların qədərlərində güc və vəzifə verəcək qədər irəli getmişlər və bu gizli varlıqları Allaha ortaq qoşaraq inkar etmişlər. Necə ki, o günlərə aid tarixi məlumatlarda, bəzi adamların və ya şeylərin, “yağış tanrısı”, “bitki tanrısı”, “sərvət tanrıçası”, “xəstəlik tanrıçası” hesab edildiyi, bəzi müşrik kütlələr tərəfindən bir tanrılar və tanrıçalar şəcərəsi uydurulduğu kimi məlumatlar yer alır. Ayədəki “cinnlər” ifadəsi ilə “mələklər” qəsd edilmişdir.

Çünki Səba surəsində, o günün müşriklərinin, “Allahın qızları” adıyla bu aləmin idarəçiləri olaraq mənimsəyib, Allaha ortaq qoşduqlarının “mələklər” olduğu açıqlanmışdır:

  • 40Və o gün Allah onları hamısını birlikdə toplayacaq, sonra mələklərə: “Bunlarmı sizə sitayiş edirdilər?” – deyəcəkdir.
  • 41Onlar: “Səni tənzih edərik. Bizi onlardan qoruyan, yol göstərən yaxınımız Sənsən. Tam əksinə, onlar gizli güclərə sitayiş edirdilər. Çoxu onlara inananlardır” – dedilər. (Səba/40, 41)

102-cü ayədə bu cür səhv inanclar rədd edilir. Belə ki, bu səhv inanclar sadəcə o tarixlərlə və o günkü cahil cəmiyyətlərlə məhdud qalmamış, sonrakı dövrlərdə və bütün cəmiyyətlərdə görülməyə davam etmişdir. Necə ki, günümüzdə də hələ bir çox absurd tanrıların qəbul edildiyi cəmiyyətlərə rast gəlinir.

103-cü ayədəki “Gözlər Ona çata bilməz, O isə gözlərə çatar” ifadəsi bir çoxları tərəfindən səhv dəyərləndirilmiş, “Allahı görmə” deyə bir mövzu icad edilərək bu ifadəylə dəlilləndirilməyə çalışılmışdır. Kimiləri Allahı görməyin mümkün olmayacağını söyləyərkən, kimiləri də bu və digər bəzi ayələri öz görüşləri istiqamətində izah edərək Allahın görülə biləcəyini irəli sürmüşlər. Biz bu ifadənin xüsusilə içində olduğu paraqrafın mənası çərçivəsində dəyərləndirilməsinin düzgün olduğu qənaətindəyik. Ayənin kontekstindən çıxarılaraq gözlənilməz yerlərə çəkilməsi son dərəcə yanlış və təhlükəlidir. Odur ki, ayədə keçən bu ifadə, Allahı şəriklərdən təmizləmək, Onun böyüklüyünü, qüdrətini və sifətlərinin kamilliyini bildirərək müşrikləri tənqid etmək üçün gələn bu ayələrin hamısından ayrı düşünülməməli və onun daxil olduğu bölmənin ümumi məqsədindən kənar təfsir edilməməlidir.

105Bax budur, beləliklə Biz sənə: “Sən dərs görmüsən, bunları bir yerlərdən oxuyub öyrənmisən” – desinlər və açıqlamaq üçün, ayələri hər üzünə çeviririk/geniş-geniş izah edirik.

Rəbbimiz bu ayədə Quranın təfərrüatlı şəkildə izah edilməsinin səbəbini açıqlayır. Buna görə, Quranda çox gözəl izahların olması müşriklərdə elçinin kimdənsə dərs aldığı vəsvəsəsini yaradır, inanmış olanların isə ortaya daha çox açıq dəlil qoyulduğuna görə inanclarını gücləndirir, xoşbəxtliklərini artırır.

Rəbbimiz, müşriklərin içində olduqları bu psixoloji halı bir çox ayədə bildirmişdir:

  • 4Və kafirlər: “Bu Quran, onun/Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona başqa bir camaat da bunun üçün kömək etmişdir” – dedilər. Beləliklə, onlar tam yəqinliklə bilin ki, haqsızlıq etdilər və əsassız bir iddia irəli sürdülər.
  • 5Və: “O Quran, yazılı hala gətirilmiş öncəkilərin nağıllarıdır. İndi də o, səhər-axşam/daim ona oxunmaqdadır” – dedilər. (Furqan/4, 5)
  • 24,25Və onlara: “Rəbbiniz nə endirdi?” – deyildiyi zaman, onlar qiyamət günü öz gü­nah­larını tam olaraq yüklənmək və biliksizlikləri üzündən azdırmaqda olduqları insanların günahlarından bir qismini də yüklənmələri üçün: “Öncəkilərin əfsanə­lə­ri” – dedilər. Diqqət edin, yükləndikləri şey nə pisdir! (Nəhl/24, 25)

106,107Sən Özündən başqa tanrı deyə bir şey olmayan Rəbbindən sənə vəhy edilənə uy. Ortaq qoşanlardan da üz çevir. Və əgər Allah diləsəydi, onlar ortaq qoşmazdılar. Biz səni onlar üzərinə bir gözətçi qoymadıq, sən onlar üzərinə vəkil/işləri müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən biri də deyilsən!

Bu ayələrdə Peyğəmbərimizə vəzifəsi bir daha xatırladılaraq təsəlli edilmiş və hər cür fürsət, imkan verilməsinə baxmayaraq, inanmayıb dirənənləri Allaha tapşırıb, onlardan üz çevirməsi barəsində xəbərdar edilmişdir.

107-ci ayədə “v’kil” və “hafız” xarakterizə etmələrinin birlikdə edilməsi, bu ayələrin də 66, 67 və 104/68-ci ayələrlə eyni paraqrafda olduğunu göstərir.

Bəhs etdiyimiz ayələrdən anlaşıldığına görə, inanc barəsində insana tam bir sərbəstlik verilmişdir və buna görə də elçinin bu mövzuda məcburedici bir təsiri olmamalıdır. Başqa bir ifadə ilə desək, insanlar iradələrinə qarışılmadan, azadlıqları məhdudlanmadan inanacaqlarsa, inanmalı, küfr edəcəklərsə də küfr etməlidirlər.

Bu qanun aşağıdakı ayədə daha açıq bir ifadə ilə ortaya qoyulmuşdur:

  • 29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir! (Kəhf/29)

Bu halda, elçinin din barəsində özünün istəyinə görə bir yol tutması, istədiyi kimi davranmasından bəhs edilə bilməz.

  • 15Və ayələrimiz onlara açıqca oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”. (Yunus/15)
  • 20Və yer üzünə baxmırlarmı ki, o necə sərilmişdir?
  • 21,22Haydı, öyüd ver/xatırlat! Şübhəsiz ki, sən, sadəcə bir öyüd verənsən/xatırladansan. Sən, onların üzərində bir məcbur edən deyilsən. (Ğaşiyə/20-22)
  • 40Və onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq, şübhəsiz ki, yenə də sənə düşən, sadəcə, təbliğ etməkdir. Bizə düşən isə haqq-hesab çəkməkdir. (Rad/40)

108Və onların Allahın yaratdığı sərvətlərdən yalvardıqları kimsələrə söyməyin ki, onlar da şüursuzca, həddi aşaraq Allaha söyməsinlər. Biz hər başçılı cəmiyyətə etdikləri işi, bax budur, belə bəzədik. Sonra da onların dönüşü Rəbbinədir. Sonra O, onlara nə etdiklərini xəbər verər.

Bu ayədə, bütün Müsəlmanlara qeyri müsəlmanların sitayiş etdikləri şeylər [saxta ilahlarına və inanma qanunlarına] barəsində pis söz söyləməkdən qaçınmaları haqqında xəbərdarlıq edilirlər. Bu xəbərdarlıqla Rəbbimiz möminlər üçün çox mühüm bir qayda ortaya qoymuş olur. Bu qayda, müşriklərin düşmənçilik münasibətləri ilə Allah haqqında pis sözlər söyləməmələri üçün, onların sözdə tanrılarına, səhv inanclarına söyülməməlidir.

Ayədə qadağan etmə əmri cəm halda ifadə edildiyi üçün müxatib bütün möminlərdir. Başqa ayələrdə səhv inanclara qarşı çıxmaları istənən möminlər, bu ayə ilə də qarşı çıxdıqları inancların əsas ünsürlərini aşağılamaqdan və səhv yoldakı insanların duyğularını incitməkdən çəkindirilirlər.

Rəbbimizin bu incəlikli xəbərdarlığına uyğun olaraq, möminlər səhvlərə qarşı çıxacaqlar, amma qarşısındakıları təhrik etməyəcək, onlara incə şəkildə nəsihət edəcəklər:

  • 125Rəbbinin yoluna haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla, həmçinin gözəl öyüdlə çağır! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları ən yaxşı biləndir və O, bələdçiləndikləri doğru yolda olanları da ən yaxşı biləndir. (Nəhl/125)

Möminlərin unutmamalı olduqları bir digər xüsus da əməllərin ancaq Allah tərəfindən dəyərləndiriləcəyidir. İnsanlar bir-birlərinə yaxşılığı əmr edər, pislikdən çəkindirə bilərlər, amma bütün davranışların son dəyərləndirməsi sadəcə Allaha aiddir və məhşərdə ediləcəkdir.

Möminlərin bəzi rəftarlarına qarşı bir xəbərdarlıq olaraq enməsində şübhə olmayan bu ayənin enmə səbəbi haqqında “Əsbab-i nüzul” qeydlərində alimlərin bəzi fikirləri yer alır ki, onları ədəbiyyatda göstərilən mənbədən oxumaq olar. [25]

109Və ortaq qoşanlar, özlərinə bir əlamət/nümunə gələrsə, ona tam yəqinliklə bilin ki, iman edəcəklərinə dair ən ağır andları ilə Allaha and içdilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allah qatındadır”. Onlara əlamətlər/nümunələr gəldiyində də, iman etməyəcəklərini anlamırsınızmı?

110Və Biz onların qəlblərini və gözlərini ilkin iman etmədikləri vəziyyətdəki kimi tərs çevirərik. Və elə Biz də onları azğınlıqları içərisində kor və çaşqın olaraq buraxarıq.

111Və əgər Biz şübhəsiz, onlara bir sıra güclər endirsəydik, onlara ölülər söz söyləsəydi və hər şeyi qarşılarına toplasaydıq, Allahın dilədiklərindən başqa, yenə inanmayacaqdılar. Və lakin onların çoxu cahillik edirlər.

Bu ayə qrupunda Rəbbimiz, müşriklər onlara bir möcüzə gəlməsi halında inanacaqlarına dair etdikləri andları yerinə yetirməyəcəklərini, hətta istədiklərindən də artıq möcüzə gəlsə belə, inanmamağa qərarlı olduqlarını bildirir.

109-cu ayənin enmə səbəbi haqqında ədəbiyyat siyahısında göstərilən [26], [27]-ci mənbələrdən oxumaq olar.

110-cu ayədə keçən “Biz onların qəlblərini və gözlərini ilkin iman etmədikləri haldakı kimi tərs çevirərik” ifadəsi, Tin surəsindən başqa Ya Sin/8-10-un təhlilində də qeyd etdiyimiz kimi, inadkar müşriklərin düşdüyü pis vəziyyətə düşmələrinə səbəb olan fellərin də Rəbbimiz tərəfindən yaradıldığını ifadə edir. Yəni müşriklər, Allahın yaratmış olduğu yollardan “haqq”a deyil, “batil”ə sarılaraq, səhv inanclara saplanır, səhv inanclar isə insanın dinləmə, anlama, dərk etmə qabiliyyətlərini kənarda buraxaraq, bu zavallıların kor və çaşqın hala gəlmələrinə, qısacası qəlblərinin mühürlənməsinə yol açır.

111-ci ayənin enmə səbəbi haqqında ədəbiyyat siyahısında göstərilən “Əsbab-i nüzul” qeydlərində [27]-ci mənbədən məlumat almaq olar.

Müşriklərin möcüzə gəldiyi təqdirdə inanacaqlarına dair etdikləri andlar olduqca ciddi bir görüntü ərz etmiş olmalıdır ki, Rəbbimiz 111-ci ayədə onların inanmayacaqlarını qəti bir ifadə ilə təkrarlamışdır. Çünki onların dilləriylə söylədikləri şey qəlblərinə uymurdu və məqsədləri də möcüzə görüb, inanmaq deyil, işi yoxuşa sür­məkdi. Yəni, onların bu davranışı münafiqlikdən başqa bir şey deyildi:

  • 166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”. (Al-i İmran/166-168)
  • 11Bədəvi ərəblərdən geridə buraxılmış, sizinlə gəlməyənlər sənə yaxında: “Mallarımız və ailələrimiz bizi məşğul etdi/geri qoydu. Haydı, Allahdan bizim bağış­lanmağımızı dilə” – deyəcəklər. Onlar qəlblərində olmayanı dilləri ilə söylə­yir­lər. De ki: “Allah sizə bir zərər diləyərsə və ya bir yarar diləyərsə, Ona qarşı ki­min bir şeyə gücü yetə bilər? Tam əksinə, Allah etdiklərinizdən xəbərdardır”. (Fəth/11)
  • 96,97Şübhəsiz ki, bu, əleyhlərində Rəbbinin Kəlməsi haqq olmuş olan insanlar, özlərinə bütün əlamətlər/nümunələr hamısı birdən gəlsə, yenə də o acıqlı əzabı görüncəyə qədər iman etməzlər. (Yunus/96, 97)

112,113Beləliklə, Biz hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik. Dünya malına aldandıqlarına görə, axirətə inanmayan insanların qəlbləri ona aldansın, ondan məmnun olsun və etməkdə olduqlarını etsinlər deyə, bunların bəzisi digərinə sözün bəzəklisini gizlicə təlqin edər/pıçıldayar. Və lakin Rəbbin diləsəydi, onu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri tərk et!

Bu ayələr müşriklərin kor və çaşqın olaraq buraxıldığına dair 110-cu ayədəki ifadənin təfsiri mahiyyətindədir. Bu ayələrdə müşriklərin öz özlərini necə aldatdıqları və ətraflarındakıları da özlərinə bənzətmək üçün necə təsir altına almağa çalışdıqları açıqlanaraq, möminlərə xəbərdarlıq edilir, həmçinin bu vəziyyətin yeni bir şey olmayıb, inkarçılar tərəfindən hər Peyğəmbərə qarşı tətbiq edilmiş bir siyasət olduğu bildirilərək, Peyğəmbərimiz təsəlli edilir.

  • 96,97Şübhəsiz ki, bu, əleyhlərində Rəbbinin Kəlməsi haqq olmuş olan insanlar, özlərinə bütün əlamətlər/nümunələr hamısı birdən gəlsə, yenə də o acıqlı əzabı görüncəyə qədər iman etməzlər. (Yunus/96, 97)
  • 184Əgər indi səni yalan saydılarsa, bil ki, səndən öncə açıq dəlillər, səhifələr və aydınladıcı kitab ilə gələn elçiləri də yalan saymışdılar. (Al-i İmran/184)
  • 34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmış olsalar da, özlərinə köməyimiz gəlincəyə qədər, yalan sayılmağa və verilən əziyyətə səbir etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə elçi­lə­rin xə­bərlərindən bir qismi gəlmişdir. (Ənam/34)
  • 43Sənə də səndən öncəki elçilərə söylənəndən başqa bir şey söylənmir. Şübhəsiz ki, sənin Rəbbin qətiliklə bağışlama sahibidir və acı verən bir əzabın sahibidir. (Fussilət/43)
  • 31Və bax budur, belə! Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən ayırmışıq/təşkil etmişik. Beləliklə, yol göstərən və köməkçi olaraq, Rəbbin yetər. (Furqan/31)

Zührufu’l-qavl. “Zühruf” əslində “qızıl” deməkdir. Sonradan ümumi olaraq “zinət, bəzək” mənasında işlədilməyə başlamışdır. [29]

Buna görə, “zührufu’l-qavl” deyimi də “sözün bəzəklisi, ulduzlu sözlər” deməkdir. Həqiqətən də tarixə baxıldığında görünür ki, xalqı Allaha dəvət edən elçilərə qarşı qıcıqlandıran, qəzəbləndirənlər daha çox yalanını ədəbi sənətlə zinətləndirən şairlərdir.

Yüzlərlə tərifi verilmiş olan şeir, qısaca “bir bənzətmə sənəti”dir. Şeir heç bir zaman “gerçək” deyildirBeləliklə şeir, bir şeyin və ya hadisənin həqiqətini deyil, bənzərinin [təqlidinin, saxtasının] təqdimi olan bəzəkli sözdür.

Bu mövzu Şüəra surəsinin təhlilində ətraflı olaraq təhlil edildiyindən, “Şeir Nədir?” başlıqlı bölmənin oradan oxunmasını məsləhət görürük.

115Və Rəbbinin sözü həm doğruluğu, həm də ədaləti etibarı ilə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək biri yoxdur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

Bu ayədə Rəbbimiz bildirir ki, “doğruluq və ədalət” yönüylə tamamilə büsbütün və mükəmməl [bəliğa] olan sözlərinin dəyişdirilməsi mümkün deyil. Bu ayədə bəhs edilən “dəyişməz söz”, bizə görə, Allahın daha əvvəl Tövrat və İncildə Peyğəmbər göndərəcəyinə dair verdiyi sözüdür. Muhəmməd (əs)in elçi olaraq göndərilməsi ilə də bu söz yerinə yetmişdir.

  • 28Allah dedi ki: “Mənim hüzurumda çəkişməyin! Mən sizə daha əvvəl təhdid göndərmişdim. 29Mənim hüzurumda Söz dəyişdirilməz. Və Mən qullara qətiyyən səhv edən/etdikləri yaxşı əməlləri nöqsanlaşdıran, haqsızlıq edən biri deyiləm”. (Qaf/28, 29)

Ayədə Rəbbimizin kəlmələri “tam, mükəmməl, doğru, adil, dəyişdirilə bilinməz söz” olaraq xarakterizə edilərək, onların əskiklikdən, tənqid edilməkdən uzaq olduğu da bəyan edilmiş olur.

116Və əgər yer üzündəkilərin çoxluğuna uyarsansa, səni Allah yolundan azdırarlar. Çünki onlar, sadəcə “zənn”ə uyur və axmaqlıq edirlər.

117Şübhəsiz ki, sənin Rəbbin, Öz yolundan kimlərin azdığını ən yaxşı bilənin məhz özüdür. Və O, bələdçiləndikləri doğru yolda olanları daha yaxşı biləndir.

Bu ayələrdə Rəbbimiz Peyğəmbərimizi və onun şəxsində bütün insanlığı xəbərdar edir. Anlaşıldığına görə, insanların çoxu bilik yerinə zənnə uyur, Allahın sözləri yerinə atalarının sözlərinə inanır, buna görə də çoxluq tərəfindən mənimsənilmiş inanclar, nəzəriyyələr, düşüncə və qanunlar sırf çoxluq tərəfindən paylaşılır deyə, doğru olaraq qəbul edilir. Əslində isə cəfəngiyyatların əksəriyyət tərəfindən qəbul edilməsi heç bir zaman onların doğruluğuna dəlil ola bilməz. Doğrular doğru olma xüsusiyyətlərini onları doğru qəbul edən çoxluqların qəbullarından deyil, bilavasitə özlərindəki gerçəklikdən alırlar. Doğru olan sözlər ən yaxşı eşidən və ən yaxşı bilən, hökmləri ən mükəmməl, ən doğru, ən adil olan Allahın sözləridir. Buna görə də, çoxluğa uyulduğu təqdirdə doğru yoldan azılır və çoxluqların doğru olmayan zənlərinə məhkum olunur.

Rəbbimiz yuxarıdakı ayələrdə insanların çoxluğunun üz çevirdiyinə işarə edərək çoxluğa uyulduğu təqdirdə yoldan azılacağı barədə xəbərdarlıq edir. Öz yolundan azanları ən yaxşı bilən Rəbbimiz, bu azğınlığa çoxluqların zənnə uyaraq, xəyal ardınca qaçmalarının səbəb olduğuna işarə edir.

Bu xüsus Quranda onlarla dəfə dilə gətirilmişdir: Al-i İmran/110, Bəqərə/100, 243, Əraf/17, 102, 131, 187, Yunus/55, 60, Hud/17, Yusuf/21, 38, 40, 68, 103, Rad/1, Nəhl/38, İsra/89, Furqan/50, Rum/6, 30, Səba/28, 36, Mömin/57, 59, 61, Casiyə/26, Maidə/59, 103, Ənam/37, 116, Ənfal/34, Tövbə/8, Saffat/71

124Və onlara bir ayə gəldiyi zaman: “Allahın elçilərinə verildiyi kimi, bizə də veril­mədikcə, qətiyyən inanmayacağıq” – dedilər. Allah elçilik vəzifəsini hara verəcəyini da­ha yaxşı bilir. Günah işləyənlərə, qurduqları hiylələrinə görə, Allah qatında bir alçaqlıq və çətin bir əzab toxunacaqdır.

125Və sonra Allah, kimi doğru yola yönəltmək istəyərsə, İslam üçün onun köksünü açar. Kimi də azdırmaq istəyərsə, köksünü elə sıxar ki, o, göyə çıxırmış kimi olar. Bax bu­dur, belə! Allah, pisliyi [zərər, əzab verən şeyləri] iman etməyənlərin üzərinə bu­ra­xar/atar.

Bu ayələrdə, şəhərlərdəki öndə gedənlərin hər zaman intriqalar çevirən günahkarlar olduğu bildirilir və uyğunsuzluqlarından bir nümunə verilərək, bunların harınlıqları sərgilənir.

Bu ayələrlə ortaya qoyulan sosial vaqeə, keçmişdən günümüzə daima eyni şəkildə davam edərək gəlir. Çünki günahkarlardan olan bu öndə gedənlər, qurmuş olduqları nizamdakı rəbbliklərindən və fisqu-fücurlarından olmamaq və istismarlarına davam etmək üçün hər zaman elçilərə qarşı çıxmışlar, ətraflarını və güclərini daima bu yolda sərf etmişdilər.

Öndə gedənlər onların özlərinə də vəhy gəlmədiyi təqdirdə inanmayacaqlarını söyləyərək, sərgilədikləri uyğunsuzluqlar, əslində onların sonu gəlməyən tələb və bəhanələrindən biridir.

  • 21Bizə qovuşmağı ummayanlar da: “Bizim üzərimizə mələklər/təbii güclər endirilməli idi”, ya da: “Rəbbimizi görməli deyilmiydik?” – dedilər. And olsun ki, onlar içlərində öz yekəxanalıqlarına inandılar və böyük bir pozğunluq edərək, azğınlaşdıqca azğınlaşdılar. (Furqan/21)
  • 52İşin əslində, içlərindən hər insan, özünə açılıb-saçılmış səhifələr verilməsini istəyir. (Müddəssir/52)
  • 90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!” (İsra/90-93)

Əsbab-i nüzul qeydlərində bu ayələrin Qüreyş öndə gedənlərindən Vəlid b. Mugi­ranın Peyğəmbərimizə söylədiyi “Əgər nübüvvət gerçək olsaydı, ona mən səndən daha layiq olardım. Çünki mən səndən daha yaşlı və daha zənginəm” şəklindəki sözlərindən sonra, yaxud eyni tərcümədəki Əbu Cəhlin sözlərindən sonra endiyi irəli sürülmüşdür. [30]

Şəhərlərdəki öndə gedən günahkarlarla əlaqədar olaraq Quranda bir çox ayə (Furqan/31, İsra/16, Səba/31-35, Zühruf/23, Nuh/21-23) vardır.

125-ci ayədə keçən “Allah… onun köksünü açar” ifadəsi “Allah İslam haqqında hər cür şübhə və qərarsızlığı ağıldan və qəlblərdən uzaqlaşdırar, insanı İslamın həqiqətinə inandırmaqla xoşbəxt və hüzurlu edər” deməkdir. Bu ifadədəki “köksün açılması” ifadəsi ilə bağlı təfərrüatlar “İnşirah” surəsinin təhlilindədir.

İlk baxışda 125-ci ayədə Allahın bəndələrinin bir qismini doğru yola yönəltməsi, bəzilərini isə azdırması kimi bir məna çıxsa da, buradakı “kimi azdırmaq istəsə” ifadəsi hər şeyin Allahın yaratması çərçivəsində və Onun nəzarəti altında baş verdiyini bildirir. Bu mövzu ilə bağlı təfərrüatlar Təkvir surəsinin təhlilində “Məşiət” adı altında verilmişdir.

  • 25Və Allah salamat [salamatlıq, təhlükəsizlik, xoşbəxtlik] yurduna çağırır və O dilədiyi/diləyən kimsəyə bələdçi olur. (Yunus/25)

Bu ayədə bəzi mənəvi şərtlərə görə ürəyi sıxılmış və kədərli olan insan, səmaya qalxdığı üçün sinəsində narahatlıq və sıxıntı hiss edən şəxslə müqayisə edilir. Həqiqətən də səmaya qalxdıqca atmosfer təzyiqi azalır və qan təzyiq altında damarları və ürəyi sıxır. Bundan əlavə, yuxarı qalxdıqca azalan oksigen nəfəs almaqda çətinlik yaradır, sinəmizdəki ağciyərlər sıxılır və narahatlıq yaranır. Bu narahatlıq və sıxıntı səmaya qalxdıqca daha da artır və nəhayət, həyatın mümkünsüz olduğu nöqtəyə gəlinir.

Dağlar. Peyğəmbərimizin dövründə insanlar nə hava şarı ilə, nə də təyyarə ilə səmaya qalxmırdılar. Toriçellinin ilk təzyiq ölçmələrini 1643-cü ildə etdiyini nəzərə alsaq, bu dövrdə təzyiqin azalması ilə əlaqədar bir elmdən danışmaq mümkün deyil. Bundan əlavə, o dövrdə qan dövranı və ağciyərlər haqqında ciddi məlumatların olmasından da danışmaq mümkün deyil. Düşünmək olar ki, Peyğəmbərimizin sağlığında insanlar dağlara çıxıb, dağların zirvələrində nəfəs almaqda çətinlik çəkdiklərinin qismən şahidi olublar. Halbuki ayədə dağların başına çıxanda sinənin dar və əziyyətli olması deyil, göyə qalxdıqca baş verən bir prosesdən bəhs edilir. Dağların zirvəsində sinəsinin daralmasına qismən şahid olan insan bunu dəniz səviyyəsindən göyə getdikcə daha çox qalxması ilə deyil, dağın başına çıxması ilə də əlaqələndirə bilər. Yüksəliş ifadəsi dağa qalxmaqdan çox uzaq məsafələri əhatə edən ifadədir. Bu ifadənin təsdiqlənməsi üçün bu məsafə keçməlidir.

Yaşayışımıza Uyğun Yaradılan Təzyiq Və Oksigen. Dəniz səviyyəsindən 3000 metrə qədər oksigen və təzyiq nisbəti insanların rahat şəkildə fizioloji fəaliyyətlərini həyata keçirə biləcəkləri səviyyədədir. 3000 metrdən 5000 metrə kimi məsafələrdə nəfəs almaqda çətinlik və arterial təzyiqin artması hiss olunur. 7500 metrə gəldikdə isə toxumalarda ciddi oksigen çatışmazlığı hiss olunur və təzyiqin düşməsinin qan dövranı sisteminə verdiyi narahatlıq hiss olunur. Bu məsafə aşıldığında insan huşunu itirir; qan dövranı, tənəffüs, sinir sistemləri sıradan çıxmağa başlayır.

Atmosfer təzyiqi. Atmosfer təzyiqinin dəyişiklikləri qan dövranı sisteminə birbaşa təsir edir, arterial və venoz təzyiqləri artırır. Bədən boşluqlarında qazların tarazlığı və qanda və toxumalarda qazların (xüsusilə azotun) paylanması pozulur. Təzyiq dəyişikliyinin birbaşa mexaniki təsiri isə aterosklerozlu insanlarda damarların yırtılması ilə baş verir. Qaz həcmlərinin dəyişməsi nəticəsində yaranan hadisələri aşağıdakı kimi sıralamaq olar: qulaq pərdəsinin yırtılması, orta qulaq boşluğunda otit iltihabı, üzdəki sinuslarda hava səbəbiylə sinus infeksiyaları, diş ağrıları və havanın dəyişməsi nəticəsində diş boşluqlarında (boşluqlar və ya plomblar) hava səbəbiylə həzm problemləri və həzm sistemindəki havanın xaric edilməsinin çətinliyindən yaranan qarın ağrıları…

Göründüyü kimi, insanın bioloji quruluşu ilə yerdən göyə doğru müəyyən edilmiş oksigen nisbəti, atmosfer təzyiqinin yer üzündən göyə doğru uyğunlaşdırılmış təzyiqi mükəmməl bir nizamla yaradılmışdır. Bu harmoniya sayəsində nəfəs almağımız və qan dövranımız rahatlıqla mümkün olur. Prof. Maykl Denton bu mövzunu belə şərh edir: “Əgər havanın sıxlığı bir az daha çox olsaydı, atmosfer təzyiqi böyük nisbətdə artar və havadan nəfəs alan bir canlı üçün lazım olan oksigen nisbətini təmin edəcək bir tənəffüs sistemi dizayn etmək mümkün olmazdı…. Ehtimal edilən atmosfer təzyiqləri ilə ehtimal olunan oksigen nisbətlərini müqayisə edərək həyat üçün uyğun bir ədədi dəyər axtardığımız zaman çox məhdud bir diapazonla qarşılaşırıq. Təbii ki, həyat üçün zəruri olan bir çox şərtlərin bu kiçik diapazonda yerinə yetirilməsi və atmosferin də bu diapazonda olması, əlbəttə ki, bu, çox mükəmməl bir harmoniyadır.” Quran ayəsinin göyə yüksələnin dar və narahat köksü ilə bağlı etdiyi bənzətmə, Allahın kitabının bir möcüzəsidir. Bu möcüzə araşdırılarkən kainatda qarşılaşdığımız atmosfer təzyiqi və oksigenlə mükəmməl yaradılması və bu yaradılışların bizim bioloji quruluşumuzla uyğunluğu isə Allahın yaratdıqlarındakı mükəmməlliklərinin nümunələridir.

119Və sizə nə olur ki, Özü sizə, məcbur qalmağınızdan başqa, haram olan şeyləri geniş­ şəkildə açıqlamış olduğu halda, Allahın adı anılanlardan yemirsiniz? Və şübhəsiz, bir çoxları bilmədən nəfslərinə uyaraq azırlar. Şübhəsiz ki, sənin Rəbbin, həddi aşanları çox yaxşı bilənin məhz özüdür.

120Günahın açığını da, gizlinini də tərk edin! Şübhəsiz ki, günah qazanan insanlar, qazan­mış olduqları şeylərə görə cəzalandırılacaqlar.

121Və üzərində Allahın adı anılmayan şeylərdən yeməyin. Və şübhəsiz ki, bu, tam bir yol­dan çıxmaqdır. Və şübhəsiz, şeytanlar öz yaxınlarına sizinlə mübarizə et­mə­ləri üçün gizlincə təlqin edirlər. Və əgər onlara boyun əyərsinizsə, deməli siz, ortaq qoşan kimsələr oldunuz.

122Ölü ikən özünü diriltdiyimiz və insanlar içində yeriməsi üçün özünə bir nur verdiyimiz insanın vəziyyəti qaranlıqlarda qalıb, oradan bir çıxış yolu tapa bilməyənin vəziyyəti kimidirmi? Bax budur, kafirlərə etməkdə olduqları belə “bəzəkli və cəzbedici” göstərilmişdir.

123Və Biz, beləliklə, hər şəhərdə öndə gedənləri, orada tövsiyələr etsinlər deyə, oranın günahkarları etdik. Halbuki, bunlar pisliyi yalnız və yalnız özlərinə edirlər, amma fərqinə varmırlar.

126Və bax budur, bu, ən doğru olaraq Rəbbinin yoludur. Tam yəqinliklə bilin ki, Biz xatırlayıb, öyüd alan bir camaat üçün ayələri geniş bir şəkildə açıqladıq.

127Etmiş olduqları şeylərə görə, Rəbbi qatındakı rahatlıq, təhlükəsizlik və sala­mat­lıq yurdu yalnız və yalnız onlarındır. Və Rəbbi, onların köməkçisi, yol göstəricisi, qo­ruyucusudur.

128Və Allah, onların hamısını topladığı gün: “Ey gizli düşmən topluluğu! Tam yəqinliklə bilin ki, bu insanlardan çoxaltdınız!.”.

İnsanlardan onların yaxınları da: “Rəbbimiz! Biz bir-birimizdən qazanc əldə etdik. So­nunda biz bizim üçün müəyyən etdiyin müddətimizin sonuna çatdıq” – deyərlər. Allah: “Atəş sizin dayanacağınızdır. Orada, Allahın diləməsi xaricində son­suz olaraq qalacaqsanız” – deyər. Şübhəsiz ki, Rəbbin ən yaxşı qanun qoyan, po­zul­ma­ğa yaxşı mane olan/sağlam edən, ən yaxşı biləndir.

129Və bax budur, Biz beləliklə, qazandıqları günahlara görə səhv/öz zərərlərinə iş edənlərin bir qismini digər bir qisminə yaxınlaşdırırıq.

130Ey gizli, aşkar, gələcəyin, bu günün insan kütləsi! Sizə ayələrimi anladan və bu gününüzə qovuşacağınız xüsusunda sizi xəbərdar edən özünüzdən elçilər gəlmə­di­mi? Onlar: “Öz əleyhimizə şahidik” – dedilər. Adi dünya həyatı onları aldatdı və onlar özlərinin, tam yəqinliklə bilin ki, kafirlərin məhz özü olduqlarına şahidlik etdilər.

131Bax budur, bu Rəbbinin xalqı laqeyd, biliksiz ikən, ölkələri haqsız yerə dəyişdirən/dağıntıya uğradan biri olmamasıdır.

Bu ayə qrupunda Rəbbimiz, gündəlik həyata müdaxilə edərək, yeyiləcək şeylər barəsində tövhidi bir qanun qoyur və üzərinə Allahın adı anılmayan şeylərin yeyilməsini, məcburi hallar istisna olmaqla, qadağan edir.

İnsanların din pərdəsi adı altında mənimsədiyi çoxsaylı səhvlərdən biri də, haqlarında hər hansı bir ilahi hökm olmadığı halda, bəzi yeməklər haqqında gətirilmiş məhdudlandırmalardır. Ayənin ifadəsindən anlaşıldığına görə, o günkü cəmiyyətdə, üzərində Allahın adı anılmamışların halal, Allahın adı anılmışların isə haram olduğu yolunda cəfəng bir inanc mövcud idi. Rəbbimiz, bəhs etdiyimiz ayələrdə bu cür inancları rədd edir, Müsəlmanlara isə kafirlər və müşriklər tərəfindən uydurulmuş batil inancları tərk etmələrini, Allahın hidayətinə qarşı gətirilmiş belə məhdudlandırmaları aradan qaldırmalarını əmr edir.

Şirk və cahiliyyə adət-ənənələrini yıxaraq, sadəcə Allahın halal qıldığının halal, haram qıldığının isə haram olmalı olduğunu bildirən bu qanunlar Nəhl surəsində də yer alır:

  • 114Artıq Allahın sizə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq, yeyin. Allahın nemətlərinin qarşılığını ödəyin, əgər sadəcə, Ona qulluq edəcəksinizsə!
  • 115Allah sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri haram qıldı. Artıq hər kim hücum etmədən və həddi aşmadan, məcbur qalırsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/114-116)

Göründüyü kimi, istər bəhs etdiyimiz ayələr, istərsə də Nəhl surəsindəki ayələr, insanın əsas qidalarından biri olan “ət”in necə halal olacağını hökmə bağlayaraq “halal et” və “haram et” anlayışlarına açıqlıq gətir­ir.

119-cu ayədəki “məcbur qalmağınız istisna olmaqla” ifadəsindən, çətinlik hallarının hökmlər üçün bir istisna təşkil etdiyi anlaşılır. Bu hal xalq arasında “Məcburiyyətlər haramları mubah qılar” şəklində izah edilmişdir. Müasir hüquq sistemində də “məcbiri səbəb” – fors-major ifadəsi ilə yer alan bu məcburiyyət halı istisnaları, insanın canını və ya bir orqanını itirmə təhlükəsi ilə qarşı-qarşıya qaldığı zəruri hallar olaraq tərif edilmişdir. Ancaq bu zəruri hallarda işlədiləcək istisnadan yararlanma həddi, təhlükəni atladacaq həddi aşmamalıdır.

  • 29Ey iman edənlər! Mallarınızı, öz rızanızla etdiyiniz ticarət şəkli istisna olmaqla, aranızda haqsız yolla yeməyin, özünüzü öldürməyin. Şübhəsiz, Allah sizə çox mərhəmətlidir. (Nisa/29)
  • 195Və Allah yolunda malınızı xərcləyin/başda yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin, özünüzü öz əllərinizlə təhlükəyə atmayın və yaxşı­laşdırın/gözəlləşdirin. Şübhəsiz ki, Allah yaxşılaşdıranları/gözəlləşdirənləri sevər. (Bəqərə/195)
  • 106Hər kim imanından sonra küfr edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə – inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Onlar üçün böyük bir əzab da vardır. (Nəhl/106)

121-ci ayədə bəhs edilən və boyun əyənlərin müşrik olacaqları bildirilən “şeytan təlqinləri” mövzusu “Əsbab-i nüzul” qeydlərində aşağıdakı hadisəylə əlaqədar yer almışdır:

Abdullah b. Abbasdan gələn bir rəvayətə görə, Yəhudilərin Hz. Muhəmmədə (s.ə) qarşı öyrətdikləri çıxış yollarından biri bu idi: “Necə olur ki, Allahın [təbii ölümlə] öldürdüyü haram olur, amma bizim [Allahın adını anaraq] öldürdüyümüz [boğazladığımız] halal olur?” Budur, Əhli kitabın əyri düşüncəsi belə idi. Xalqın zehnini zəhərləmək və həqiqətlə mübarizələrində onları silahlandırmaq üçün belə suallar icad edir və onlara yönəldirdilər. [31]

Surənin başından bəri işlənən iman-şirk mövzusunun bir bənzətmə ilə ortaya qoyulduğu 122-ci  ayədə, Rəbbimiz mömini “canlı”, “aydın”, “aydınlıq yolda yeriyən” bir kimsəyə, kafiri isə “kor”, “qaranlıqlar içinə düşmüş” zavallı bir insana bənzədərək sağlam düşüncə sahiblərindən bu iki insanın bir-birindən fərqli olub-olmadığını soruşur. Cavabı bəlli olan bu sualın məqsədi, bu cavabın müxatib tərəfindən söylənməsini təmin edərək, ismarıcı vurğulamaqdır.

Ayədəki “Ölü ikən özünü diriltdiyimiz” ifadəsi, “cəhalət və anlayış yoxluğu içindəykən bilik və anlayış verərək reallığı tanıya biləcək təfəkkür nizamına çıxardığımız” mənasına gəlir. Həqiqətən də, doğrunu əyridən ayıra bilməyən və Doğru Yolu görə bilməyən bir kəs fiziki olaraq canlı qəbul edilə bilirsə də, əslində insanı insan edəcək dəyərlərdən uzaq, heyvana nisbətən “canlı”, amma insana nisbətən “ölü” hesab edilə biləcək olan bir canlıdır. Canlı bir insan doğrunu əyridən, yaxşını pisdən, haqlını haqsızdan ayıra bilən bir özünəməxsusluğa malikdir. Canlılıq bu özünəməxsusluqları vacib edən bir haldır. Beləliklə, kafirlər, küfr və şirkin insanın ən uca dəyərlərini yox edərək, onu insan olma özünəməxsusluqlarından uzaqlaşdırdığına görə “ölü”yə; möminlər isə iman və təqvanın insana insan olma özünəməxsusluqlarını qazandırdırdığına görə “canlı”ya bənzədilmişdir. Quranda kafirlərin ölüyə bənzədildiyi bir çox ayə (Nəhl/20, 21, Ya Sin/69, 70, Nəml/80, Fatir/19-22) vardır.

İsmarıcı ümumi və hər zamana yönəlik olan bu ayədə müqayisəsi edilən adamların kimlikləri ilə əlaqədar olaraq klassik əsərlərdə bir sıra adlar yer alır. Ədəbiyyat siyahısında göstərilən mənbələrdən ayədən Hz. Həmzənin  [32], Hz. Peyğəmbərin  [33] və digərlərinin [34] qəsd edildiyinə dair rəvayətləri oxumaq olar.

122-ci ayədə verilən “mömin” və “müşrik” nümunəsi bu ayə qrupunda bir az daha açıqlanaraq və insanların gerçək xoşbəxtlik, salamatlıq və təhlükəsizliyi sadəcə Allahın yolunda tapa biləcəkləri elan edilir.

123-cü ayənin sonundakı “Halbuki bunlar, pisliyi yalnız və yalnız özlərinə edirlər, amma fərqinə varmırlar” ifadəsiylə cəmiyyətdə “öndə gedənlər” səviyyəsində olanların cavabdehliyinə diqqət çəkilir. Bu diqqət çəkmə başqa ayələrdə də qarşımıza çıxacaqdır:

  • 13Onlar, əlbəttə, öz yüklərini və öz yükləri ilə birlikdə necə yükləri də daşıyacaqlar. Və uydurub durduqları şeylərdən Qiyamət günü, əmin olun ki, sorğu-sual olunacaqlar.   (Ənkəbud/13)
  • 24,25Və onlara: “Rəbbiniz nə endirdi?” – deyildiyi zaman, onlar qiyamət günü öz gü­nah­larını tam olaraq yüklənmək və biliksizlikləri üzündən azdırmaqda olduqları insanların günahlarından bir qismini də yüklənmələri üçün: “Öncəkilərin əfsanə­lə­ri” – dedilər. Diqqət edin, yükləndikləri şey nə pisdir! (Nəhl/24, 25)

125-ci ayədə keçən “Allah … köksünü açar” ifadəsi, “Allahın zehinlərdən və qəlblərdən İslam haqqındakı hər cür şübhə və qərarsızlığı aradan qaldırması, insanı İslam reallığı barəsində yaxşı-yaxşı inandıraraq, xoşbəxt və rahat qılması” mənasına gəlir. Bu ifadədəki “köksün açılması” deyimi haqqında fikirlərimiz, İnşirah surəsinin təhlilində vardır.

125-ci ayədən, ilk baxışda, Allahın bəzi qullarını doğru yola yönəltdiyi, bəzilərini isə azdırdığı yolunda bir məna çıxırsa da, buradakı “kimi azdırmaq istərsə” ifadəsi, hər şeyin Allahın yaratması çərçivəsində və Allahın nəzarətində cərəyan etdiyi mənasındadır. Bu mövzudakı fikirlərimiz də Təkvir surəsinin təhlilində “Məşiət” başlığı altında verilmişdir

  • 25Və Allah salamat [salamatlıq, təhlükəsizlik, xoşbəxtlik] yurduna çağırır və O dilədiyi/diləyən kimsəyə bələdçi olur. (Yunus/25)

السّلام دار Darus-Səlam [Səlam Yurdu]. 127-ci ayədə keçən “Darus-səlam [səlam yurdu]” ifadəsi cənnət üçün söylənmişdir. Cənnətə “səlam yurdu” deyilməsi, oraya gi­rənin hər cür afət və müsibətdən səlamətə çatdığına görədir. Həmçinin “ السّلام əs-Səlam”, Rəbbimizin isimlərindən biridir. Bu nöqteyi nəzərdən baxıldıqda isə ayədən “Allah öz yurduna çağırır” mənası çıxır.

Bu ayə qrupunda Rəbbimiz, əvvəl məhşərdə bir-birləriylə üzləşdirilən günahkarların günahda ortaq olduqlarına dair açıq etiraflarını canlı olaraq gözlər önünə sərir. Günahkarlara bu günahlarının etiraf etdiriləcəyinin xəbər verilməsi, əslində hər kəsin öz aqibətini özünün hazırladığı ismarıcını verməyə yönəlik bir bildirişdir.

Burada bəhs edilən “cinn”lər, Əraf/15-ci ayəsinin təhlilində qeyd etdiyimiz kimi, həşrdə insanların “qarin”i [yaşıdı] olaraq yanlarında olacaq olan iblisləridir.

128-ci ayədə, günahkarların insdən olan vəliyləri tərəfindən söylənəcəyi bildirilən “Biz bir-birimizdən qazanc götürdük” şəklindəki sözlər tam bir etiraf olub, “Hər birimiz digərini istismar etdi və özünün eqoist hədəfləri naminə aldatdı” mənasına gəlir.

Günahkarların bir digər etirafı da, özlərinə xəbərdarlıqçı elçilərin gəlib gəlmədiyi barəsindəki suala “Öz əleyhimizə şahidik” şəklində verdikləri cavabdır. Bu qısa cavabla günahkarlar “etiraf edirik ki, Səndən bizə bir-biri ardınca elçilər gəldi, lakin onların söylədiklərinə inanmamaqla biz xəta etdik” deyirlər.

Məhşərdə günahkarlara yönəldiləcək suallar başqa ayələrdə belə dilə gətirilmişdir:

  • 71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcək­lər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu. (Zümər/71)
  • 8O, az qala qəzəbindən çatlayacaq. Hər zaman ora bir camaat atılsa, onun gözətçiləri onlardan soruşar: “Sizə bir xəbərdar edən gəlmədimi?”
  • 9Onlar deyərlər ki: “Bəli, bizə xəbərdar edən gəldi və biz yalan saydıq və: “Allah heç bir şey endirmədi, siz ancaq böyük bir pozğunluq içindəsiniz” – dedik”.
  • 10Və onlar deyərlər ki: “Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla hərəkət etmiş olsaydıq, bu çılğın atəşin əhli içində olmazdıq”.
  • 11Beləcə, günahlarını etiraf etdilər. Artıq, xırım-xırda, toz-duman olmaq çılğın atəş əhli üçündür. (Mülk/8-11)

Göründüyü kimi, Mülk/8-11-də günahkarların verdikləri cavabın mənası açılmış və düşdükləri vəziyyətin səbəbinin dünya həyatının keçici mənfəətlərinı gözləyib, Peyğəmbərləri dinləməmələri və ağıllarını işlətməmələri olması ifadə edilmişdir.

Hələ yaşanmamış olan məhşər səhnələrinin yaşanmış kimi təqdim edilməsi, bir çox yerdə açıqladığımız kimi, anladılanların mütləq həyata keçəcəyinə görədir. Verilən bir xəbəri vurğulamaq üçün işlədilən bu ifadə texnikasına Quranda tez-tez rastlanır.

129-cu ayədəki “Və budur Biz, beləliklə, qazandıqları günahlardan dolayı zalımların bir qismini, digər bir qisminə vəliy edərik [yaxınlaşdırarıq]” ifadəsi, “Onlar bir-birinin yardımçısı, dəstəkçisi, işbirlikçisi olur” şəklində anlaşılmalıdır. Çünki dünyada ikən etdikləri pisliklərdə günah ortağı olan belə zalımlar, axirətdə də cəzalarını ortaq şəkildə çəkəcəklər:

  • 36,37Və hər kim Rəhmanın öyüdündən, anılmasından korlaşarsa, Biz ona bir şeytan musallat edərik və artıq o, onun üçün yaşıddır/yançıdır. Və şübhəsiz ki, yaşıdlar/yançılar korlaşanları yoldan çıxarırlar. Onlar da özlərinin bələdçiləndikləri doğru yolda olduqlarını sanırlar. (Zühruf/36, 37)

132Və hamısı üçün etdiklərinə uyğun dərəcələr vardır. Və sənin Rəbbin onların etdiklərindən qafil/xəbərsiz deyildir.

133Və sənin Rəbbin çox zəngindir, heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. Sizi başqa cəmiyyətlərin nəslindən gətirdiyi kimi, diləyərsə, sizi də yox edər və sizdən sonra, yerinizə dilədiyini gətirər.

134Şübhəsiz, sizin vəd olunduğunuz şeylər, tam yəqinliklə bilin ki, gələcəkdir. Və siz bunu əngəlləyəcək biriləri deyilsiniz.

Bu ayələrdə Rəbbimiz bildirir ki, hər kəsin etdiklərinə dərəcələrlə qarşılıq verə, dilədiyi təqdirdə iman etməyənləri əvvəlkilər kimi aradan qaldırıb, onların yerlərinə yeni nəsillər gətirə bilər. Allahın insanlara vəd etdikləri qəti olaraq reallaşacaq, insanların buna mane olmağa heç bir şəkildə gücləri çatmayacaqdır.

133-cü ayədə keçən “Və sənin Rəbbin Ğanidir” ifadəsi bu mənaya gəlir:

“Allahın sizdən yardım almağa ehtiyacı yoxdur. Buna görə də, nə itaətinizlə Ona bir yaxşılıq edə bilər, nə də üsyanınızla Ona bir zərər verə bilərsiniz. Gətirilən qanunlar, qoyulan qaydalar Allahın yararına deyil, sizin yararınıza olan şeylərdir”.

Bu ayələrdə verilən ismarıclar başqa ayələrdə (Əhqaf/18, 19, Nisa/133, Muhəmməd/38, Bəqərə/143, Hud/121,122, Mömin/51, 52, Ənbiya/105, İbrahim/13, 14, Nur/55) də təkrarlanmışdır.

Bir cəmiyyəti ortadan qaldırılmaqdan qurtaracaq  tək şey, o cəmiyyətdəki fərdlərin Əsr surəsinin ana mövzusunu təşkil edən davranışı göstərmələri və pis gedişə “dur” deyərək, salihatı işləmələridir:

  • 116Bax budur, sizdən əvvəlki dövrlərdən “bakiyyə” [söz, əsər, ərdəm] sahibləri – ağıl­lı insanlar, Kitab Əhli, yer üzündə pozuculuqdan əl çəkməyə çalışsaydılar! Lakin onların içindən qurtardığımız çox az insan bunu etdi. Allahın ortağı olduğu­nu qəbul edərək, Allahın tanrılığını və rəbbliyini bilə-bilə rədd edərək səhv/öz zərərlərinə iş edənlər isə, lovğalandıqları rifahın ardına düşdülər və günahkar ol­du­lar.
  • 117Və sənin Rəbbin, insanları islah etdiyi halda, o ölkələri haqsız yerə dəyişik­li­yə/dağıntıya uğradacaq deyildir. (Hud/116, 117)

135De ki: “Ey qövmüm! Gücünüz yetdiyincə edəcəyinizi edin, şübhəsiz, mən də edirəm. Yaxında yurdun sonunun kim üçün olduğunu biləcəksiniz. Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qurtuluşa çata bilməzlər”.

Bu ayə, inadkar və təkəbbürlü müşriklərə son dərəcə sərt bir xəbərdarlıq ehtiva edir. Verilən ismarıcdan anlaşıldığına görə, artıq möminlər düzə çıxmışlar, müşriklərlə hər cür mübarizə imkanına qovuşmuşlar və öz aralarında da rahat hərəkət edən bir hala gəlmişdilər.

Ayənin təqdirini bu şəkillərdə etmək mümkündür:

“Xəbərdarlığa qulaq vermir və üzərində olduğunuz səhv yolu tərk etmirsinizsə, siz də, mən də öz yollarımızda gedək və sonunda izlədiyimiz yolların haralara çatdığını görək”.

“Siz bu yurdun sonunun kimin olduğunu, öyüləcək aqibətin kimə məxsus olacağını yaxında biləcəksiniz; Dar-ı İslamda [İslam yurdunda] kimin qalib gələcəyini, yer üzünə kimin mirasçı olacağını, axirət yurdunun [cənnətin] kimə aid olduğunu öyrənəcəksiniz”.

* “Anlaşıldı, siz yola gəlməyəcəksiniz. Belə isə əlinizdən gələni edin! Amma bilin ki, mən də edəcəyimi edəcəyəm”.

  • 40Şübhəsiz, əlamətlərimiz/nümunələrimiz haqqında doğruluqdan ayrılıb, inkara sapla­nan insanlar Bizə gizli qalmazlar. O halda atəşə atılacaq olan insanmı daha xeyirlidir, yoxsa Qiyamət günü əminlik içində gələcək insanmı? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri ən yaxşı görəndir. (Fussilət/40)

Ayədəki “Şübhəsiz zalımlar qurtuluşa çatmazlar” ifadəsi, “Şübhəsiz zalımlar məqsədlərinə və niyyətlərinə çata bilməyəcəklər” deməkdir.

136Və onlar Allahın yaratdığı əkin və heyvanlardan Allaha bir pay ayırdılar və öz pozğun inanclarına görə: “Bu, Allah üçün, bu da ortaqlarımız üçündür” – dedilər. Bax, budur, ortaqları üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey ortaqlarına çatar. Verdikləri hökm nə pisdir!

138Və onlar səhv inanışlarına görə: “Bunlar, toxunulmaz heyvanlar və əkin­lərdir­. Bunları bizim dilədiyimizdən başqası yeyə bilməz. Bunlar arxaları qadağan olun­­muş heyvanlardır” – dedilər. Və bir qisim heyvanları, Allaha yalan uyduraraq, üzər­lərində Onun adını anmazlar. Allah, onları iftira etdikləri şeylərə görə cə­zalandıracaqdır.

139Və onlar: “Bu heyvanların qarınlarındakılar, sadəcə kişilərimizə aid olub, qadın­larımıza haramdır. Əgər ölü olursa, o zaman onlar onda ortaqdırlar” – dedilər. Allah onların xarakterizə etdiklərini, onlara cəza olaraq verəcəkdir. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, çox yaxşı biləndir.

137Və onların ortaqları, özlərini məhv etsinlər və dinlərini qarışdırıb, pozsunlar deyə, ortaq qoşanların çoxuna yük olması, utanc səbəbi olması və tanrılara qurban edilməsi səbəbləri ilə uşaqlarını öldürməyi gözəl göstərdi. Və Allah diləsəydi, bunu etməzdilər. O halda onları və onların uydurduqları şeyləri tərk et!

140Şüursuzluq/cahillik üzündən, ağılsızca uşaqlarını öldürənlər və Allahın özlərinə verdiyi ru­zini Allaha iftira edərək, haram qılanlar tam yəqinliklə bilin ki, zərərə uğradılar. On­lar, tam yəqinliklə bilin ki, azmışdılar və onlar bələdçiləndikləri doğru yola çat­mış insanlar deyildilər.

Bu ayə qrupunda [136-146-cı ayələr], cahiliyyə Ərəblərinin şirkləri sərgilənir. Daha əvvəl də açıqladığımız kimi, Məkkə müşrikləri Allahı bilən və Ona inanan insanlar idilər. Buna görə də, əldə etdikləri məhsullardan və özlərinə yararı toxunan heyvanlardan bir qismini Allahın payı olaraq, bir kənara ayırma adətləri var idi. Belə ki, məhsul və heyvanların bir qismini də bütlərin təmsil etdiyi ailə və ya qəbilə tanrılarına təqdim edirdilər. Çünki bu müşriklər, öz uydurduqları tanrıların, mələklərin, cinnlərin, ulduzların, ölmüş atalarının ruhlarının özləri üçün Allah yanında şəfaət edəcəklərinə inanırdılar və Allahın da bu şəfaətçilərə qarşı çox yumşaq və lütfkar olduğunu qəbul edirdilər. Buna görə də bütün bu şəfaətçilərin onlara yaxşı davranmaları üçün onların paylarına daha çox əhəmiyyət göstərirdilər. Məsələn, sanki Allah əmr etmiş kimi, Bahira, Saibə, Vəsilə adlı heyvanları bütlərə qurban etmək üçün ayırıb, onları işə qoşmazlar, Ham deyilən heyvanı da hörmətə layiq görüb, üzərinə minməzdilər. Həmçinin bu heyvanların adlarının Allah tərəfindən bildirildiyinə inanırdılar.

Müşriklərin bu pozğun inancları Maidə surəsində belə açıqlanmışdır:

  • 103Allah bahirədən, saibədən, vasilədən və hamdan heç birini məsləhət görməmişdir. Ancaq kafirlər, Allah haqqında yalan düzüb, uydururlar. Və onların bir çoxunun ağlı çatmaz. (Maidə/103)

Müşriklər bu səmimiyyətdən uzaq və mənfəətçi davranışlarına görə Rəbbimiz tərəfindən məsxərəylə qarışıq bir şəkildə danlanmış və etdikləri paylaşdırmanın gülünclüyü 136-cı ayənin sonunda “Verdikləri hökm nə pisdir!” ifadəsi ilə vurğulanmışdır.

Müşriklərin ağılsızca etdikləri paylaşdırmalara başqa ayələrdə də nümunələr verilmişdir:

  • 15Və onlar Onun üçün Öz qullarından bir hissə qəbul etdilər. Şübhəsiz, bu insan, qətiliklə açıq-aşkar bir nankordur. (Zühruf/15)
  • 21Erkək sizin üçün, dişi Allah üçünmü? 22Bax bu, bu şəkildə olursa, əskik/haqsız bir bölüşdürmədir. 23Bunlar, Allah haqlarında bir sübut endirmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şeylər deyildir. And olsun, onlara Rəblərindən doğru yolun bələdçiliyi gəldiyi halda, onlar ancaq zənnə, bir də nəfslərinin xoşlandığı şeylərə tabe olurlar. (Nəcm/21-23)

137-ci ayədə keçən “onların ortaqları” ifadəsiylə, daha əvvəl İsra/64-də xəbərdarlıq edilən və bizim də eyni ayənin təhlilində “İblisin ortaqlığı” başlığı altında toxunduğumuz “şeytan ortaqlar” qəsd edilmişdir.

Bu ortaqlarla əlaqədar olaraq Razi və Kelbinin fikirlərini ədəbiyyat siyahısında göstərilən mənbədən oxumaq olar. [35]

Budur, bu şeytan ortaqlar [müşriklərin iblisləri], müşriklərə, özlərini məhv edən və dinlərini qarışdırıb pozan bir günahı [övladlarını öldürməyi] gözəl göstərir və o beyinsizlər də bu günahı asanlıqla edirdilər.

Bu zulmü edərkən özlərinin ağlınca keçərli saydıqları üç səbəbə istinad edirdilər:

* Qız uşaqlarının baxım və bəslənmələrinin özlərinə ağır yüklər gətirməsi qaçınılmazdı;

* Qız uşaqlarının qəbilə döyüşlərində asanlıqla əsir düşmələri və irəlidə özləri üçün utanc vəsiləsi olma ehtimali vardı. Həmçinin, kürəkən sahibi olmaq da sanki üz qarasıydı;

Tanrıların məmnun olması üçün övlad qurban edilməli idi.

Bu son uydurma səbəbin bəziləri tərəfindən İbrahim Peyğəmbər dövründən qalma bir adət olduğu irəli sürülmüşsə də, bizə görə belə bir ehtimal mümkün deyildir. Bu mövzuyla əlaqədar incəliklər, inşallah Saffat surəsində veriləcəkdir.

138-ci ayənin sonunda yer alan “O [Allah], onları iftira etdikləri şeylərə görə cəzalandıracaqdır” ifadəsindəki “Allaha iftira etmək” hərəkəti, Allahın qoymadığı qaydaları Allaha şamil etməkdir:

  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)
  • 93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda: “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” – dediklərində bir görsəydin! (Ənam/93)

139-cu ayədə, ərəblər tərəfindən qoyulan bir başqa qanun dilə gətirilir. Bu qanuna görə, ana qarnından yeni doğulmuş heyvanların ətləri, heyvan ölü doğulmadıqca erkəklərə halal, qadınlara haram sayılırdı. Allaha iftira xüsusiyyətindəki bu qanun, eyni zamanda müşrik ərəblərin qadınları ikinci təbəqə insan hesab etdiklərini də göstərir.

140-cı ayədə Rəbbimiz bildirir ki, öz başlarından savadsızca hökmlər qoyaraq Allaha iftira edənlər və beyinsizcə övladlarını öldürənlər doğru yolda deyillər. Həqiqətən də müşriklər, bir tərəfdən kasıblaşma qorxusuyla övladlarını öldürür, digər tərəfdən isə Allahın özlərinə verdiyi ruzilərdən bir qismini özlərinə haram qılaraq, kasıblıqdan qorxmaz kimi davranırlar. Bu ziddiyyətli hallarıyla Rəbbimizin “beyinsiz” xarakterizə etməsini tam olaraq haqq etdiklərini göstərirlər.

Müşriklərin beyinsizcə övladlarını öldürmələri haqqında nəql edilən aşağıdakı hadisə ibrət vericidir:

Rəvayət edildiyinə görə, Peyğəmbər (səs)in əshabından bir nəfər, Rəsulullahın (səs) rahatlığında davamlı sıxıntılı və kədərli dururmuş. Bir dəfə Rəsulullah (səv) ondan soruşmuş: “Niyə kədərlisən?” O isə: “Ey Allahın Rəsulu!” – demiş. “Mən, cahiliyyə dövründə bir günah işlədim. Müsəlman olsam da, Allahın o günahımı mənə bağışlamayacağından qorxuram”. Hz. Peyğəmbər ona: “Bu günahını mənə bildir” – demiş. Adam: “Ey Allahın Rəsulu, mən qız uşaqlarını öldürənlərdən idim. Mənim bir qızım oldu. Xanımım onu öldürməyib, caxlamağım üçün mənə yalvarıb yaxardı. Mən də onu öldürmədim. Nəhayət böyüdü, yetişdi. Ən gözəllərdən bir qadın oldu. Evlənmək üçün ona talib ol­dular. Ancaq hamiyət [qısqanclıq duyguları] məni sardı. Nə onu evləndirmə­yə könlüm təhəmmül etdi, nə də evdə ərsiz buraxmağa. Xanıma: Filan fi­lan qəbiləyə, əqrəbalarımı ziyarət etmək üçün getmək istəyirəm, qızını da mənimlə göndər, dedim. Anası bundan sevindi, geyimlərlə, bəzəklərlə onu bəzədi. Bu xüsusda özünə xəyanət etməyim deyə məndən sözlər aldı. Qızımı alıb, bir quyu başına getdim. Quyuya baxdım. Qız, onu quyuya atmaq istədiyimi anladı. Mənə sımsıxı sarılıb ağlamağa və: “Atacan, mənə nə etmək istəyirsən?” – dedi, mən də ona mərhəmət etdim. Bir daha quyuya baxdım. Yenə hamiyət gəlib məni tapdı. Yenə qız mənə sarıldı və belə deməyə başladı: “Atacan, anamın əmanətini zay etmə. Mən bir quyuya baxır, bir də qıza baxır və şəfqət duyurdum. Nəhayət şey­tan mənə qalib gəldi. Onu yaxaladığım kimi başı aşağı quyuya atdım. Quyuda mənə: “Atacan məni öldürdün” – deyirdi. Səsi kəsilənə qədər orada durdum, sonra da geri döndüm”. Bundan sonra Rəsulallah (səs) də, əshabı da ağladı və belə buyurdu: “Əgər cahiliyyədə etdiklərinə görə hər hansı bir adamı cəzalandırmağım mənə əmr edilmiş olsaydı, şübhəsiz səni cəza­landırardım. [36]

141Və Allah sərilmiş və sərilməmiş bağçaları, xurmaları, məhsulları çeşid-çeşid əkinləri, zeytunları və narları, bir-birinə bənzəyən və bənzəməyən quruluşda yaradandır. Meyvə verincə meyvəsindən yeyin, məhsul yığımı günü də onun haqqını verin və bədxərclik etməyin. Şübhəsiz, Allah bədxərclik edənləri sevməz.

142Və O, heyvanlardan yük daşıyanları, döşək edilənləri yaradandır. Allahın sizi ruziləndirdiyi şeylərdən yeyin. Şeytanın addımlarını izləməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.

143Səkkiz yoldaş/tay: qoyundan iki, keçidən də iki. De ki: “Allah, iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin qarınlarının sarıb bürüdüyünümü/balalarınımı? Əgər doğrularsınızsa, mənə elmə əsaslanaraq, xəbər verin”.

144Və dəvədən iki, sığırdan da iki… De ki: “Allah iki erkəyimi haram qıldı, yoxsa iki dişinimi, ya da iki dişinin balalarınımı? Yoxsa, Allahın sizə belə bir məsuliyyət his­si çatdırdığında, Onun yanında idinizmi?” Belə heç bir biliyə əsaslanmadan, insan­ları azdırmaq üçün Allah haqqında yalan uyduranlardan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şübhəsiz ki, Allah şərik qoşaraq, səhv/öz zərərlərinə iş edən o insanlar kütləsinə bələdçi olmaz.

Bundan əvvəlki bölmədə müşriklərin bitkilər və heyvanlar üzərindəki uydurma anlayışları sərgiləndikdən sonra, bu ayə qrupundakı 141-ci ayədə bitkilər, 142-144-cü ayələrdə isə heyvanlar barəsində işin doğrusu açıqlanır.

141-ci ayədə keçən “hasat günü də onun haqqını verin” ibarəsindəki “haqq” sözü ümumi bir ifadə olub bizə görə “zəkat” mənasındadır. Ancaq bu ayə endiyi dövrdə Müsəlmanların hələ təşkilatlanmış bir cəmiyyəti olmadığına görə “zəkat” deyə adlandırılmamışdır. Necə ki, məhsullar üzərindəki bu “haqq”, daha sonra “zəkat” olaraq ifadə edilmiş və xüsusiləşmişdir.

Ayədən anlaşıldığına görə, zəkatın fərz olma zamanı “meyvələrin yetişib toplandığı” dövrdür. Buna görə, qazancın zəkatını ödəmə günü də, paranın sahiblənildiyi zaman, yəni paranın “qazanma günü” olmalıdır. Dolayısıyla ticari qazancın zəkatı, eynilə maaş cədvəlində edilən vergi təsisatı kimi, qazanc anında ayrılmalı və dərhal yerinə ödənməlidir.

Zəccacın nəql etdiyinə görə, bu ayənin Mədinədə endiyi də söylənmişdir. [37]

143-cü ayədə keçən “ ثمانية ازواج səmaniyyətə əzvac” ifadəsi “səkkiz tay” demək olub bir çox tərcümədəki kimi “səkkiz cüt” demək deyildir. Çünki “زوج zəvc”; “öz cinsindən bir digəri ilə bərabər olan” deməkdir. Öz cinsindən bir digəri ilə olan varlıqlardan hər biri, digərinə görə “zevc” yəni “tay” səviyyəsindədir. Həyat yoldaşlarından hər birinin bilavasitə özü isə “fərd” deyə adlandırılır. [38] Beləliklə, “زوج zəvc” sözü, bir-birinin həmtayı olan iki şeydən birinin digərinə görə adı olub, həyat yoldaşlarının hər ikisini deyil, birini ifadə edər. Bir başqa ifadə ilə “zevc”, bəzilərinin səhv bildiyi kimi, “cüt” mənasına deyil, “bir cütün hər bir təki” mənasına gəlir. Məsələn, “səmaniyyətə əzvac” ifadəsinin “səkkiz cüt” olaraq anlaşılması halında, ayədə “on altı fərd”dən bəhs edilmiş olmalıdır. Əslində isə Rəbbimiz bu zevclərin ikisinin qoyun, ikisinin keçi, ikisinin dəvə, ikisinin də sığır cinsindən olduğunu qeyd etmiş və cəmisi “səkkiz fərd” saymışdır. Digər tərəfdən, ərəbcədə “əsma-i adəd [say adları]” deyilən sözlərdən tamamlıq edildiyi zaman, 3 ilə 10 arasındakı sayların tamamlıqlarının [ismü’l-madud] dilçilik qaydalarına uyğun olaraq cəmi [cəm] olmalı olur. Amma diqqət edilərsə, ayədə “ثمانية زوج səmaniyyətə zevcin” deyil, “ثمانية ازواج səmaniyyətə əzvacin” şəklində tamamlıq edilmış və tamamlığın “səkkiz cütlər” və ya “səkkiz həmtaylar” deyil, “səkkiz tay” mənasına gəldiyi bu şəkildə ifadə edilmişdir. Həmçinin bu məna, “səkkiz tay”ı əmələ gətirən dörd cütün cinslərinin sayılması ilə də təsdiq edilmişdir.

Bu ayə qrupunda, cinsləri qoyun, keçi, dəvə və sığır olaraq qeyd edilən və o günün Bədəviləri üçün ən mühüm nemətlərdən sayılan bu heyvanlardan eyni tamamlıq ilə, lakin cins qeyd etmədən Zümər/6-da da bəhs edilmişdir. Bu heyvanların vacibliyi, o günün Bədəvilərinin həyatlarının bu heyvanlara indeksli olmasından, o bölgədə Bədəvilərin dolanışıqlarını təmin edəcək başqa heyvan növlərinin olmamasından qaynaqlanır.

145De ki: “Mənə vəhy olunanda, onları yeyənlər üçün leş və ya axıdılmış qan, yaxud do­nuzun əti ki, şübhəsiz, donuzun əti kirlidir, narahatlıq verəndir, yaxud Allahdan baş­qası üçün kəsilmiş bir haqq yoldan çıxma nümunəsi olanlardan başqa, haram edil­miş bir şey tapa bilmirəm. Artıq kim, çarəsiz qalarsa, azğınlıq etməmək və zəru­rət həddini aşmamaq şərtilə, bunlardan yeyə bilər”. Bax budur, şübhəsiz ki, sənin Rəb­bin çox bağışlayandır, çox mərhəmət edəndir.

118Artıq əgər Allahın ayələrinə iman edənlərsinizsə, üzərində Allahın adı anı­lan­lardan yeyin.

146Və Biz Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Arxalarında, yaxud ba­ğır­saqlarında daşınan, ya da sümüyə qarışan yağlardan başqa, sığır və qoyunun yağ­larını da onlara haram etdik. Bu, təcavüzkarlıqlarına görə Bizim onları cəzalan­dır­­mağımızdır. Və Biz, əlbəttə, doğrularıq.

Bu ayədə Rəbbimiz əvvəl elçisinə əmr edərək nələrin nə səbəblə haram olduğunu elan etdirmiş, sonra da bu mövzuda Yəhudilərlə əlaqədar bəzi açıqlamalar etmişdir.

145-ci ayədə “leş”, “axıdılmış qan”, “donuz əti” və “Allahdan başqasının adından kəsilənlər” olaraq zikr edilən haram siyahısı başqa ayələrdə də verilmişdir:

  • 173O sizə, sadəcə, leşi/ölü heyvanı, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilən heyvanları haram etdi. Sonra kim bunlardan yeməyə məcbur qalarsa, başqasının haqqına təcavüz etməmək və zərurət ölçüsünü keçməmək şərtilə ona bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmətlidir.   (Bəqərə/173)
  • 3Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı anılaraq kəsilən, boğulmuş, vu­rul­muş, yuxarıdan düşmüş, buynuzlanmış, yırtıcı heyvanların yeyərək buraxdığı və can­lı ikən kəsmədikləriniz, dikili daşlar üzərində boğazlananlar və fal oxları ilə qis­mət axtarmağınız haram qılındı. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün bu kafirlər, si­zin dininizdən ümidsizliyə düşmüşlər. Belə isə, onlara hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyun. Bu gün di­ni­ni­­zi sizin üçün kamala çatdırdım, sizə nemətimi tamamladım. Sizə din olaraq isə, İs­la­ma razı oldum. Artıq kim günaha istəyərək yönəlmədən, son dərəcə aclıq içində, dar­da qalarsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalan­dır­mayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir. (Maidə/3)
  • 115Allah sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri haram qıldı. Artıq hər kim hücum etmədən və həddi aşmadan, məcbur qalırsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir. (Nəhl/115)

Qadağanlar arasında yer alan 145-ci ayədəki “axıdılmış qan” ifadəsi, ciyər, dalaq və kəsildikdən sonra damarlarda qalmış olan qan qalıntısına aid edilmir.

Göründüyü kimi, Rəbbimiz qidaların haram olmasını [qadağan olunmasını] iki səbəblə əsaslandırmışdır: Bu səbəblərdən biri qidaların “ رجس rics,  خبيث xabis [pis, zərərli, çirkin]” olması, digəri isə “fısq [günaha soxan, şirklə kirlənmiş]” olmasıdır. Buna görə, rics və ya habis olan qidalardakı bu xoş olmayan özünəməxsusluqlar ortadan qaldırılır və bu qidalar “ طيّب tayyib [xoş, nəfis, gözəl və yararlı]” hala gətirilirsə, haram olma səbəbləri ortadan qaldırıldığı üçün yeyilmələrində bir problem qalmaz.

Ancaq “fisq” illəti ilə kirlədilmiş olan qidaların “tayyib, yəni halal, təmiz” hala gətirilməsi mümkün olmadığından, bu qidalar rics olmasalar da qətiyyən yeyilə bilməzlər:

  • 156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”. (Əraf/156, 157)
  • 4Səndən özlərinə nəyin halal qılındığını soruşurlar. De ki: “Sizə yaxşı və təmiz şeylər və Allahın sizə öyrətdiyindən təlim verərək, yetişdirdiyiniz ovçu heyvanların ovladıqları halal qılındı”. Artıq onların sizin üçün etdiklərindən yeyin və üzərində Allahın adını anın və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.
  • 5Bu gün sizə yaxşı və təmiz şeylər halal qılındı. Kitab verilənlərin yeməyi sizə, si­­zin də yeməyiniz onlara halaldır. Möminlərdən azad qadınları və həmçinin siz­dən öncə öz­lə­rinə Kitab verilənlərdən olan azad qadınları nikahlayaraq qoruma al­tı­na almaq, zina etməmək və gizlicə dostlar etməmək şərti ilə, özlərinə me­hirlərini ödədiyiniz hallarda sizə halal qılındı. Kim imanı tanımayıb küfr edərsə, artıq qətiliklə onun etdiyi boşa getmişdir və o, axirətdə itkiyə/zərərə uğrayıb, acı çəkənlərdəndir. (Maidə/4, 5)

Rics. “الرِّجس rics” sözünün vəz [ilk deyiliş] mənası “rahatsız edən şiddətli göy gürültüsü, dəvə səsi” olmuşdur. Sonralar insana rahatsızlıq, acı və iztirab verən və bunlara səbəb olan hər şeyə “rics” deyilməyə başlanmışdır:

“Rics” sözü “kirlilik, kir [təmiz və təmizliyin ziddi]” deməkdir. Hər cür kir, pislik “rics”dir. Bu sözlə “haram, pis fel, əzab, lənət və küfr” də qəsd edilir. Quranda keçən “رجس rics” sözləri “رجز ricz [əzab]” sözüylə eyni olub, sondakı “س s” hərfi “ز  z” hərfinə çevrilmişdir. “اسد əsəd [aslan]” sözünün “ازد əzəd [aslan]” sözünə çevrildiyi kimi.

Zəccac: “Rics, Allahın pisləməsinə səbəb olan hər şeydir” – demişdir. Birisi pis, çirkin bir şey etdiyi zaman: “racəsər-racülü [adam çirkin iş etdi]” – deyilir.

Bu sözün “rəcs” formasındakı mənası, “çox şiddətli, rahatsız edən göy gürultusu və dəvə böyürməsi” deməkdir. [39]

Pis işlərə və şirk, küfr, lənət kimi şeylərə “rics” deyilməsinin səbəbi, bunların zərərə, əzaba, rahatsızlığa səbəb olmasındandır. “Rics” sözü Quranda səkkiz dəfə keçir. Sözün keçdiyi yerlərə baxıldığında, əzaba səbəb olacaq şeylərə “rics” deyildiyi kimi, xəstəlik, rahatsızlıq və narahatlığa səbəb olacaq şeylərə də “rics” deyildiyi görünür.

118-ci ayənin “ف fə” ədatıyla başlaması və 119-cu ayədəki “haram olan şeyləri geniş şəkildə açıqlamış olduğu halda”  ifadəsi göstərir ki, mövzumuz olan ayələr bu xüsusun geniş şəkildə açıqlandığı Maidə/3-dən sonra, yəni Mədinə dövründə enmişdir.

Haram qidalar sayılarkən “ölü” ifadəsi işlədilmişdir. Buradaki “ölü/ leş” ifadəsinin əhatəsinə  “balıq” girərmi, girməzmi?

Buradaki ifadələr, xalqın ümumi qəbullarına; adət-ənənəsinə görədir. Bir insan üçün “leş yedi/ölü əti yedi” deyildiyi zaman kimsənin ağlına o insanın balıq yediyi gəlməz. Belə məna çıxarılmaz.

Həmçinin Rəbbimiz, Nəhl/14-də “14Və O, dənizdən təzə ət yeməyiniz və ondan taxdığınız bəzək əşyalarını çıxarasınız de­yə, həmçinin nemətlərindən ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılı­ğı­nı ödəməyiniz üçün dənizi sizin əmrinizə verəndir. Gəmilərin dənizdə suyu yara-yara üzüb getdiklərini görürsən.”  buyuraraq balıq yeməyi halal qılmışdır.

146-cı ayədə bəhs edilən “Yəhudilərə qoyulmuş qadağalar” Quranda iki yerdə yenə keçir:

  • 93,94Tövrat endirilmədən öncə İsrailin/Yəqubun özünə haram etdiyindən başqa, qalan yeməklərin hamısı İsrailoğulları üçün halal idi. De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Tövratı gətirərək, onu oxuyun. Artıq kim bundan sonra Allah haqqında yalan uydurarsa, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir”. (Al-i İmran/93, 94)
  • 160,161Sonra da yəhudiləşən insanların haqsız davranışları… Bir çox insanları Allah yolundan ayırdıqlarına, qadağan olunduqları halda riba aldıqlarına [əmək­siz, xidmətsiz, risksiz qazanc əldə etdiklərinə] və insanların mallarını haqsız yerə yediklərinə görə onlara halal qılınmış təmiz şeyləri haram qıldıq. Və Yə­hu­di­ləşənlərdən kafirlərə can yandıran bir əzab hazırladıq. (Nisa/160, 161)

Yuxarıda tərcüməsi verilən Al-i İmran/93-dən anlaşıldığına görə, Tövratın endirilməsindən yüz illərlə əvvəl Yəqub [İsrail] Peyğəmbər sadəcə özünə bəzi şeyləri qadağan etmiş, ancaq onun soyu bu qadağaları mənimsəyərək davam etdirmişdir. (Biz bu qadağaların sağlıq səbəbiylə qoyulmuş pəhriz xüsusiyyətli qadağalar olduğunu düşünürük.) Qadağalar çox qədim tarixlərə dayandığına görə Yəhudi din adamları da bunların dinlərində haram olduğuna inanmağa başlamışdılar. Bu halı bildirən ayədə Rəbbimizin “Dərhal Tövratı gətirin və onu oxuyun!” deyə buyurması isə Yəqub Peyğəmbərin özü üçün qoyduğu qadağaların əsl Tövratda olmayıb, sonradan əlavə edildiyini göstərmək üçündür. Yoxsa, Yəhudilərin əllərində olan kitablarında (Levililər, 7, 11. Bab, Təsniyə: 14-cü Bab) bu qadağalar yazılıdır və Yəhudilər Qurandakı bu meydan oxumağa dərhal cavab verərək, kitablarındakı hökmləri göstərə bilərlər.

147Artıq əgər səni yalan saydılarsa, dərhal de ki: “Rəbbiniz geniş mərhəmət sahi­bi­dir. Və Onun əzabı günahkarlar qövmündən geri çevrilməz”.

148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”.

Bu ayələrdə Rəbbimiz, müşriklərin yuxarıdakı açıqlamalara qarşı özlərini haqlı çıxarmaq üçün irəli sürəcəkləri şüarları bildirir və onların hər hansı bir elmə əsaslanmadan, sadəcə zənnə uyaraq səhv dediklərini açıqlayır.

Müşriklərin 148-ci ayədəki sözlərini bu şəkildə anlamaq mümkündür: “Əgər Allah belə diləməmiş olsaydı, biz və atalarımız heç bir zaman şirk qoşmazdıq. Bizim bu davranışlarımız Allahın diləməsiylə olduğuna görə, etdiklərimiz Allahın iradəsinə uyğun və doğrudur. Əgər bu etdiklərimiz səhvdirsə, bu halda günahlandırılmalı olan biz deyilik, Allahdır”.

Müşriklərin ifadələri ayədə “ سيقول səyəqulü [deyəcəklər]” şəklində, gələcək zaman qəlibində yer almışdır. Buradan da bu ifadələrin bu ayələrin enməsi sırasında hələ söylənmədiyi, ancaq daha sonra şübhəsiz söylənəcəkləri anlaşılır.

Necə ki, daha sonra eyni ifadələr müşriklər tərəfindən söylənmiş və bəhs etdiyimiz ayənin də gələcəyi xəbər verən möcüzə bir ayə olduğu ortaya çıxmışdır:

  • 35Və Allaha ortaq qoşan bu insanlar: “Allah diləsəydi, biz və atalarımız Onun Özünün ya­rat­dıqlarından heç bir şeyə sitayiş etməzdik və Onun yaratdıqlarından heç bir şeyi ha­ram qılmazdıq/müqəddəsləşdirməzdik” – dedilər. Özlərindən öncəki insanlar belə et­di­lər. Bax budur, elçilərin öhdəsinə düşən ancaq açıq-aydın bir təbliğdən başqa nə olur? (Nəhl/35)
  • 20Və onlar: “Əgər Rəhman diləsəydi, biz onlara sitayiş etməzdik” – dedilər. Onların buna dair heç bir bilikləri yoxdur. Onlar sadəcə, uydururlar. (Zühruf/20)

149De ki: “Bax budur, ən qəti və üstün dəlil, Allahındır. Ona görə də əgər Allah dilə­səydi, əlbəttə hamınıza bələdçi olardı”.

150De ki: “Buyurun, Allah bunu tam yəqinliklə bilin ki, haram etdi deyə, şahidlik edə­cək şahidlərinizi gətirin”. Buna baxmayaraq, əgər onlar yenə də şahidlik edərlərsə, sən onlarla bərabər şahidlik etmə. Ayələrimi yalan sayan və axirətə inanmayan insanların boş dünyəvi arzularına da uyma. Və onlar Rəbbinə tay/bənzər tutmaqda­dır­lar.

151De ki: “Gəlin, Rəbbinizin sizə nələri tabulaşdırdığını/toxunulmaz qıldığını de­yim: Özünə heç bir şeyi ortaq qoşmamağınızı; ana-ataya yaxşılıq etməyinizi, göz­əl dav­­ranmağınızı; kasıblıq qorxusu ilə/yoxsul olarıq qorxusu ilə uşaqlarınızı öl­dür­­məməyinizi, sizi və onları Biz ruziləndiririk.  Pisliklərin açığına və gizli­ninə ya­xınlaşmamağınızı; haqsız yerə, Allahın haram qıldığı nəfsi/canı öldür­mə­mə­yi­nizi; bax budur, bunlar Onun sizə öhdəlik olaraq çat­dır­dıq­la­rıdır ki, bəlkə düşünüb daşınasınız.

152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”.

153Və şübhəsiz ki, bu, ən doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax budur, bunlar Allahın qoruması altına girərsiniz deyə, Allahın sizə məsuliyyət/öhdəlik olaraq çatdırdıqlarıdır.

Bütün zamanların insanlarına yönəlik olaraq verilmiş bir bəyannamə mahiyyətindəki bu ayələr, mahiyyətləri etibariylə surədəki bütün qanunları əhatə edir və bir baxıma, surənin xülasəsini əmələ gətirir.

Bölmədə qəti və üstün dəlillərin Allaha aid olduğu qeyd edildikdən sonra, müşriklərin 148-ci ayədə dilə gətirilən bəhanələrinə cavab verilmiş və insanlar üçün həqiqətən çox mühüm olan bir çox həyat qanunu ortaya qoyulmuşdur. “Allahın vəsiyyətləri” səciyyələndirməsiylə bildirilən bu qanunların bəyannamədə yer alma səbəbi isə “insanların ağıllarını işlətməsi, düşünüb öyüd alması və təqvalı davranması üçün” olaraq açıqlanmışdır.

Bəhs edilən qanunlar alt-alta sıralanmış şəkliylə bunlardır:

* Ən qəti və ən üstün dəlil Allahındır.

Allah görməsi və eşitməsi üçün hiss üzvləri verdiyi, ağıl, anlayış və anlama qabiliyyəti ilə təchiz etdiyi insanı inanc barəsində tam sərbəst buraxmışdır.

  1. Allaha heç bir şey ortaq qoşulmamalıdır.
  2. Ana-ataya yaxşılıq edilməlidır.
  3. Kasıblıq qorxusuyla uşaqlar öldürülməməlidir.
  4. Pisliklərin açığına da, gizlisinə də yaxınlaşılmamalıdır.
  5. Haqsız yerə Allahın qadağan etdiyi “cana qıyma” hərəkəti edilməməlidir.
  6. Yetkinlik yaşına çatana qədər yetimin malına sadəcə ən yaxşı məqsədlə yaxınlaşılmalıdır.
  7. Ölçü və çəki ədalətlə, tam edilməlidır.
  8. Yaxınların əleyhinə də olsa, mütləq adil olunmalıdır.
  9. Allaha verilən sözlər mütləq bütünlüklə tutulmalıdır.

Burada bəhs edilən qanunlarla əlaqədar olaraq Quranın müxtəlif surələrində onlarla açıqlama edilmişdir. Bunlardan bir qismi aşağıda verilmişdir:

“Allaha ortaq qoşmamaq və ana-ataya yaxşılıq etmək” barəsində

  • 23,24Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına qul olmamağınızı, ana və ataya yax­şılıq etməyinizi/gözəlləşdirməyinizi qərara aldı. Onlardan biri və ya hər ikisi sənin ya­nında ixtiyarlığa çatarsa, qətiyyən onlara “Of” demə, onları danlama, onlara çox həssas davran. Və ikisinə də şərəfli, şirin və gözəl sözlər söylə. Və mərhəmətinə görə onlar üçün alçaq könüllülük qanadlarını endir. Və de ki: “Rəbbim! Onların məni uşaqlıqdan öyrədib, mədəni biri olaraq yetişdirdikləri kimi, onlara mərhəmət et”. (İsra/23, 24)
  • 14Və Biz insana, anası və atasını məsuliyyət olaraq çatdırdıq: Anası onu zəiflik üstünə zəifliklə daşıdı. Onun süddən ayrılması da iki il içindədir. “Mənə, anana və atana qarşılıq ödə!” Dönüş, ancaq Mənədır.
  • 15Və əgər ki, ana-ata bilmədiyin bir şeyi Mənə ortaq qoşmağın üçün səni məcbur edərsə, onlara itaət etmə. Və dünyada onlarla yaxşı rəftar et və Mənə yönələn insanların yolunu tut. Sonra dönüşünüz, ancaq Mənədır. Sonra da Mən, sizə etməkdə olduğunuz şeyləri xəbər verəcəyəm. (Loğman/14, 15)
  • 83Və bir zamanlar Biz İsrailoğullarının qəti sözünü almışdıq: “Allahdan başqasına qulluq etməyə­cək­siniz, ana-ataya, yaxınlığı olanlara, yetimlərə, acizlərə də yaxşılıq edəcəksiniz, insanlara gözəlliyi söyləyin, salaatı iqamə edin və zəkat/vergi verin”. Sonra çox azınız istisna olmaqla, üz döndərdiniz. Və siz üz döndərən kəslərsiniz. (Bəqərə/83)

“Uşaqların Öldürülməməsi” barəsində

  • 31Və yoxsulluq qayğısıyla uşaqlarınızı öldürməyin. Onları və sizi Biz ruziləndiririk/bəsləyirik. Onları öldürmək həqiqətən böyük bir günahdır. (İsra/31)

Və Əbəsə/33-37, Bəqərə/123, İbrahim/31, Loğman/33, İsra/15, Zümər/7, Nəcm/38, Ənam/140.

“Cana Qıyma” barəsində

  • 68–71Və budur, Rəhmanın qulları Allah ilə bərabər başqa bir tanrıya yalvarmazlar. Allahın haram etdiyi canı öldürməzlər. Ancaq haqq ilə öldürərlər. Zina da et­məzlər. Və kim bunları edərsə, günahla qarşılaşar. Qiyamət günü əzabı qat-qat olar və orada alçaldılaraq əbədi olaraq qalar. Ancaq tövbə edən, iman edən və sa­leh əməl edənlər istisnadır. Bax budur, Allah, onların pisliklərini yaxşılıqlara çe­vi­rir. Və Allah çox bağışlayandır, çox mərhəmətlidir. Və hər kim tövbə edər və saleh əməl işləyərsə, əmin olun ki, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər. (Furqan/68-71)

Rəbbimizin 151-ci ayədə “cana qıyma” qadağasının əvvəlinə qoyduğu “haqsız yerə” təsnifatı, bu qadağanın istisnalarına işarə edir. İşarə edilən bu istisnalar, Allahın izin verdiyi döyüşdəki və “qisas qanunu” çərçivəsindəki “cana qıyma” hadisələridir.

“Yetim haqqı” barəsində

  • 17–20Qətiyyən sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi üstün/hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulu doyuzdurmaq üçün bir-birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına, elə bir acgözlüklə yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi! (Fəcr/17-20)
  • 6–8O səni yetim olaraq tapıb sığınacağa qovuşdurmadımı? Səni ən doğru yoldan kənar biri ikən tapıb, ən doğru yola bələdçilik etmədimi? Səni ailənin dolanışıq çətinliyi içində ikən tapıb, zəngin etmədimi?
  • 9,10O halda yetimi pərişan/bədbəxt etmə/daha da pisləşdirmə! İstəyəni/soruşanı danlama. (Duha/6-10)
  • 219,220Səndən ağlı qarışdıran, örtən şeylər/ağlı gizlədən şeylər və şans oyunları haqqında soruşurlar. De ki: “Bu ikisində böyük bir günah, bir də insanlar üçün bəzi mənfəətlər vardır. Lakin, dünya və Axirətdə günahları mənfəətlərindən daha böyük­dür”. Yenə səndən nəyi Allah yolunda xərcləyəcəklərini soruşurlar. De ki: “Ehtiyac­dan artığını xərcləyin”. Allah, yaxşı-yaxşı düşünəsiniz deyə, ayələrini bax budur, belə sizin üçün ortaya qoyur. Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün “yaxşılaşdırma” ən yaxşısıdır”. Əgər onlara qarışırsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah pozğunçu ilə yaxşılaşdıranı bir-birindən ayırd edər. Əgər Allah diləsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Bəqərə/219, 220)
  • 1Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan həmtayını yaradan və hər ikisindən bir çox kişi və qadın törədib yayan Rəbbinizin qoruması altına girin. Və özü ilə bir-birinizlə diləkləşdiyiniz Allahın və əqrəbalığın qoruması altına girin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.
  • 2Və yetimlərinizə mallarını verin. Təmizi pisə dəyişməyin. Onların mallarını öz mallarınıza qataraq yeməyin. Bunu etmək qətiliklə böyük bir günahdır.
  • 3Və əgər ki, yetimləriniz barədə haqqaniyyətsizlikdən qorxdunuzsa, o təqdirdə yetim qadınların/yetimlərə baxmaq məcburiyyətində qalmış qadınların sizin üçün xoş olanlarından iki-iki, üç-üç, dörd-dörd nikahlayın. Lakin o təqdirdə də ədaləti qoruya bilməyəcəyinizdən qorxursunuzsa, onlardan bir qadını, ya da qanunlar çərçivəsində himayənizdə olan qadını nikahlayın. Bu, haqsızlığa düşməməyiniz üçün ən uyğunudur.
  • 4Və yetimlərin qadınlarına/yetimlərə təkbaşına baxmaq məcburiyyətində qalmış qadınlara mehirlərini sevə-sevə verin. Əgər özləri alacaq­la­rın­dan bir qismini sizə təklif edərlərsə/ikram edərlərsə, o halda onu nuşcanlıqla, çəkinmədən yeyin.
  • 5Və Allahın dik durmağınız üçün sizə vermiş olduğu mallarınızı ağlı çatmayanlara/hələ yetkinlik yaşına çatmamış yetimlərə verməyin. Və onları o mallarla ruziləndirin və onları geyindirin. Və onlara adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən söz söyləyin.
  • 6Və bu yetimlərinizi nikaha çatıncaya qədər mükəmməl bir təhsil verərək yetkinləşdirin. Sonra da əgər onların rüşdə/yetkinlik yaşına çatdıqlarını hiss edərsinizsə, mallarını özlərinə dərhal təslim edin. Onlar böyüyəcəklər deyə, onların mallarını səpələyərək yeməyin. Və kim zəngindirsə, artıq o iffətli – incə, səbirli davransın/hər hansı bir ödəniş almasın. Kim də yoxsuldursa, artıq o da adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə yesin. Sonra da yetimlərin mallarını özlərinə təslim etdiyiniz zaman onlar üzərində şahid tutun. Hesab soruşan olaraq da, Allah yetər.
  • 7Ana-ata və qohumların öldükdən sonra qoyub getdikləri şeylərdə yetim oğlanlara bir pay vardır. Ana-ata və qohumların öldükdən sonra qoyub getdiklərindən az olsa da, çox olsa da fərz qılınmış bir nəsib olaraq yetim qızlara da bir pay vardır.
  • 8Mirasın bölüşülməsində yaxınlar, yetimlər və acizlər orada iştirak edərlərsə, onları da ondan ruziləndirin və onlara adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən söz söyləyin.
  • 9Və özləri arxalarında zəif soy buraxdıqları təqdirdə narahatlıq hissi keçirənlər, ürpərsinlər! Və həmçinin Allahın qoruması altına girsinlər və dəlillərlə söz söyləsinlər.
  • 10Qətiliklə, yetimlərin mallarını haqsız yerə yeyən insanlar, qətiliklə qarınlarının içinə atəş yeyərlər. Və yaxında qızğın atəşli cəhənnəmə atılacaqlar. (Nisa/1-10)

“Ölçü və çəki” barəsində

  • 1–3İnsanlardan özlərinə bir şey aldıqları zaman tam ölçən, özləri ölçdükləri və ya çəkdikləri zaman əskik ölçən hiyləgərlərin, vay halına!
  • 4–6Onlar böyük bir gün üçün – insanların aləmlərin Rəbbi hüzurunda ayaq üstdə duracaqları gün üçün təkrar dirildiləcəklərini bilmirlərmi? (Mutaffifin/1-6)

151-ci ayədəki “pisliklərin açığına və gizlininə yaxınlaşmamaq” qanunu, ümumiyyətlə “zinaya yaxınlaşmamaq” olaraq qəbul edilmişdir. Halbuki ayənin ifadəsi ümumidir və bütün çirkin işləri və pislikləri əhatə edir.

153-cü ayədəki “Və şübhəsiz ki, bu, ən doğru olaraq mənim yolumdur. Dərhal ona uyun!” sözləriylə Rəbbimizin insanları öz cızdığı hədlər içindəki yola dəvət edən və onlara qurtuluş yolunu göstərən ifadənin bir bənzəri də Şura surəsindədir:

  • 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)

154Sonra Biz, Rəbbinə qovuşacaqlarına inansınlar deyə, yaxşılıq/gözəllik edənlərə tamam olaraq, hər şeyi geniş şərh etmək, bələdçi və mərhəmət olmaq üçün Musaya Kitabı verdik.

Rəbbimiz, İslami qanunların bir xülasəsi mahiyyətindəki bəyannaməsini açıqladıqdan sonra, bu ayədə də belə bir bəyannamənin insanlara daha əvvəl Musa Peyğəmbər vasitəsiylə də çatdırıldığını bildirir.

Ayənin başındakı “ثمّ sümmə [sonra]” ədatı zamanda sonralığı deyil, kəlamda sonralığı ifadə edərək, mövzunun genişləndirilməsi məqsədiylə işlədilmişdir.

Ayədə göründüyü kimi, əslində Tövrat da Quranın özünəməxsusluqlarını daşıyır:

  • 12Qurandan əvvəl də bir başçı və mərhəmət olaraq, Musanın kitabı vardı. Bax budur, bu Quran da, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq/gözəllik edənləri müjdələmək üçün ərəb dilində/ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır. (Əhqaf/12)
  • 30–32Onlar: “Ey qövmümüz! Şübhəsiz ki, biz Musadan sonra endirilən və sadəcə içində olan mövzuları təsdiq edən, haqqa və dosdoğru yola bələdçi olan bir kitab dinlədik. Ey qövmümüz! Allahın dəvətçisinə qarşılıq verin və ona iman edin ki, Allah günahlarınızı bağışlasın və sizi acı bir əzabdan qurtarsın. Hər kim Allahın dəvətçisinə qarşılıq verməzsə, bilsin ki, yer üzündə Allahı aciz buraxacaq deyildir. Onun üçün Allahın yaratdıqlarından köməkçi, yol göstərici, qoruyucu yaxın olan kəslər də yoxdur. Bax budur, onlar açıq-aşkar bir pozğunluq içərisindədirlər” – dedi­lər. (Əhqaf/30-32)
  • 145Və Biz onun üçün o lövhələrdə hər şeydən, bir nəsihət və hər şey üçün bir izah yazdıq. “Haydı, bunları qətiyyətlə qəbul et, qövmünə də ən gözəl şəkildə almalarını əmr et. Yaxında sizə o haqq yoldan çıxanların yurdunu göstərəcəyəm. (Əraf/145)

155–157Və Quran kiminiz: “Kitab, sadəcə bizdən əvvəlki iki topluluğa – Yəhudi və Xristianlara endirildi, biz isə, o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik”, kiminiz də: “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə, Bizim endirdiyimiz bərəkətli bir kitabdır. Ona görə də, mərhəmət olunmağınız üçün ona uyun və Allahın qoruması altına girin. Bax bu­dur, sizə də Rəbbinizdən açıq dəlil, bələdçi və mərhəmət gəlmişdir. Elə isə, Allahın ayə­lərini yalan sayıb, onlardan üz döndərəndən daha səhv, öz zərərlərinə iş edən kim ola bilər? Ayələrimizdən üz döndərənləri, üz döndərdiklərinə görə əzabın pisi ilə cə­za­landıracağıq.

Bu ayələr ilk baxışda Peyğəmbərimizin çağdaşı olan ərəbləri müxatib alırmış kimi görünsə də, ayələrin ismarıcı, başda o dövrün ərəbləri olmaqla, özləri bilavasitə müxatibi olmadıqca, vəhyə inanmağı rədd edən bütün zamanların insanlarına yönəlikdir. Rəbbimiz, bu bəyanıyla, “xəbərsiz olmaq” və ya “anlamamaq” mövzularında kimsəyə bir bəhanə irəli sürmək imkanı buraxmadan, bütün bahanə uydurma qapılarını qapadaraq, Quranın funksiyası və əhəmiyyətini bildirir. Beləliklə, “bu əmrlərin müxatib biz deyilik” və ya “başqa dildə olduğu üçün anlaya bilmirik” kimi etirazlarla cavabdehlikdən qurtulmağın mümkün ola bilməyəcəyinə işarə edir. Başqa sözlə desək, ayədəki “Biz isə, onların oxuduqlarından xəbərsizdik [o kitabları oxuya bilmir və dillərini anlaya bilmirdik” və ya “Əgər bizə kitab endirilsəydi, biz onlardan daha çox doğru yolda olardıq” – deməyəsiniz deyə” şəklindəki ifadə həm ərəblərin öz dillərindən başqa kitablarla əlaqədar etirazlarını ortadan qaldırmağa yönəlik bir ifadədir, həm də bütün zamanlardakı insanlara Quranın hər dilə ən doğru şəkildə tərcümə edilib, anlaşılmasının təmin olunması üçün cavabdehlikdən qaçamayacaqları barədə xəbərdar edən bir təlimat xüsusiyyətindədir.

  • 12Qurandan əvvəl də bir başçı və mərhəmət olaraq, Musanın kitabı vardı. Bax budur, bu Quran da, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq/gözəllik edənləri müjdələmək üçün ərəb dilində/ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır. (Əhqaf/12)
  • 44Və əgər Biz o öyüdü/Quranı əcnəbi dildə oxunacaq etsəydik, əlbəttə, onlar: “Ayələri izahlı olaraq verilməli deyildimi? Əcnəbi dilmi, Ərəbcəmi!” – deyəcəkdilər. De ki: “O, iman edənlər üçün bir bələdçi və bir şəfadır”. İnanmayanlara gəlincə, onların qulaqlarında bir ağırlıq vardır. Və o Öyüd/Quran onlar üzərinə bir korluqdur. Onlara çox uzaq bir məkandan səslənilməkdədir. (Fussilət/44)
  • 192Və şübhəsiz ki, bu açıq-aşkar kitab, tam yəqinliklə bilin ki, aləmlərin Rəbbinin en­­dirməsidir. 193–195O açıq-aşkar kitabla, xəbərdar edənlərdən olasan deyə, açıq-aş­kar bir Ərəb dilində sənin qəlbinə etibar edilən can [ilahi ismarıclar, etibar edilən bilik] en­di. 196Və şübhəsiz ki, etibar edilən can [etibar edilən bilik], tam yəqinliklə bil ki, ön­cə­ki­lə­rin ki­­tablarında da vardı.
  • 197Və İsrailoğulları biliklilərinin öz kitablarında etibar edilən biliyin varlığını bilməsi, onlar üçün bir əlamət/nümunə olmadımı?
  • 198,199Və Biz açıq-aşkar kitabı əcnəbilərdən-ərəbcə bilməyənlərdən birinə endir­səy­dik, o da bunu onlara oxusaydı, onlar buna iman edənlər deyildilər.
  • 192Və şübhəsiz ki, bu açıq-aşkar kitab, tam yəqinliklə bilin ki, aləmlərin Rəbbinin en­­dirməsidir. 193–195O açıq-aşkar kitabla, xəbərdar edənlərdən olasan deyə, açıq-aş­kar bir Ərəb dilində sənin qəlbinə etibar edilən can [ilahi ismarıclar, etibar edilən bilik] en­di. 196Və şübhəsiz ki, etibar edilən can [etibar edilən bilik], tam yəqinliklə bil ki, ön­cə­ki­lə­rin ki­­tablarında da vardı.
  • 197Və İsrailoğulları biliklilərinin öz kitablarında etibar edilən biliyin varlığını bilməsi, onlar üçün bir əlamət/nümunə olmadımı?
  • 198,199Və Biz açıq-aşkar kitabı əcnəbilərdən-ərəbcə bilməyənlərdən birinə endir­səy­dik, o da bunu onlara oxusaydı, onlar buna iman edənlər deyildilər. (Şüəra/192-199)
  • 17Artıq dünyanı istəyənlər, heç Rəbbindən açıq bir dəlili olan və özünü Rəbbindən bir şahidin təqib etdiyi və həmçinin önündə bir başçı və mərhəmət olaraq, Musanın kitabı olan insan kimidirmi? Bax budur, belə olanlar, Qurana inanırlar. Hansı müxalif qrupdan olursa olsun, kim, Quranı ört-basdır edərsə, ona vəd edilən yer atəşdir. Bax budur, bütün bunlara görə, sən də, Qurandan şübhə içində olma. Tam yəqinliklə bilin ki, bu, Rəbbindən gələn bir haqdır/həqiqətdir. Lakin insanların çoxu iman etmirlər. (Hud/17)

Musa Peyğəmbərə endirilən kitabdan [Tövratdan] bəhs edildikdən dərhal sonra Quranın gündəmə gətirilməsi, Quranda bir çox yerdə görülür. Xatırlanacaq olursa, yuxarıdakı 90-92-ci ayələrdə də eyni mövzudan bəhs edilir:

  • 90Bax budur, bunlar, Allahın bələdçi olduğu insanlardır. Artıq sən də, onların bələdçiliyinə – vəhyə uy. De ki: “Mən ona qarşılıq sizdən bir ödəniş istəmirəm. O, sadəcə aləmlərə bir öyüddür”.
  • 91Və onlar: “Allah, heç bir bəşərə bir şey göndərməmişdir” – deməklə, Allahı haqqı ilə təqdir edə, lazım olduğu kimi tanıya bilmədilər. De ki: “Musanın insanlara aydınlıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazı ləvazimatları etdiyiniz, bir qismini bildirdiyiniz, bir çoxunu gizlətdiyiniz; sayəsində sizin və atalarınızın bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim endirdi?” Sən de ki: “Allah!” Sonra onları boş-boş çabalamalarında oynayan halda tərk et.
  • 92Bax budur, bu da bizim Anakəndi və ətrafındakı insanları xəbərdar etməyin üçün endirdiyimiz, sadəcə içində olan mövzuları doğrulayan, bolluq dolu bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və onlar salaatlarını da qoruyanlardır. (Ənam/90-92)

Rəbbimizin vəhyinin birliyi, yəni bütün kitabların eyni ismarıcı daşıdığı, çox açıq ifadələrlə Maidə surəsində bildirilmişdir:

  • 44İçində doğru yol rəhbəri və işıq olan Tövratı, şübhəsiz ki, Biz endirdik. Müsəlman­laş­mış insanlar olan peyğəmbərlər, onunla yəhudilərə hökm edərlər. Özlərini Allaha həsr etmiş insanlar və hahamlar da, Allahın kitabından özlərindən qorumaları istənilən və özlərinin də üzərinə şahidlik etdikləri şeylərlə hökm edərlər. İnsanlara hörmət du­yub ürpərməyin, Mənə hörmət duyub ürpərin. Mənim ayələrimi də az bir paraya satmayın. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar kafirlərin məhz özləridir.
  • 45Və Biz Tövratda onlara zata zat, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas vardır. Bununla bərabər kim qisas haqqını bağışlayarsa, bu özü üçün kəffarət olur. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.
  • 46Və Biz o peyğəmbərlərin ardınca yanlarındakı Tövratdan içində bəhs edilənləri doğrulayan olaraq, Məryəm oğlu İsanın gəlməsini təmin etdik. Və Ona Töv­rat­dan içində bəhs edilənləri doğrulamaq, Allahın qoruması altına girənlərə yol göstərmək və öyüd olmaq üçün də yol göstərən olan İncili verdik.
  • 47İncil Əhli də Allahın onda endirdikləri ilə hökm etsinlər. Kim, Allahın endirdiyi ilə hökm etməzsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir. (Maidə/44-47)
  • 12Qurandan əvvəl də bir başçı və mərhəmət olaraq, Musanın kitabı vardı. Bax budur, bu Quran da, şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları xəbərdar etmək, yaxşılıq/gözəllik edənləri müjdələmək üçün ərəb dilində/ən mükəmməl ifadə dili ilə doğrulayan bir kitabdır. (Əhqaf/ 12)

158Mələklərin gəlməsindən, yaxud Rəbbinin gəlməsindən, ya da Rəbbinin bəzi əlamətlərinin/nümunələrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Rəbbinin əlamətlərindən/nümunələrindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş, yaxud imanında bir xeyir qazanmamış olan insana, artıq inanması heç bir fayda verməz. De ki:  “Gözləyin – şübhəsiz, biz də gözləyənlərik”.

Bu ayədə, əvvəlki ayələrdə hələ də küfr və şirk üzərində inad edənlərdən soruşulur ki, o qədər fikirlərimiz verildikdən sonra bu hallarını nə zamana qədər davam edəcəkləri və eyni zamanda da bildirilir ki, əgər bəla, müsibət, ölüm və ya qiyamətlə üz-üzə gəldikdə inanacaqlarsa, o inanmağın heç bir yararı olmayacaq.

Ayədəki “Rəbbinin gəlməsi” ifadəsi məcazi bir ifadədir. Quranda bir çox yerdə keçən bu cür ifadələr gerçək mənada anlaşılmamalıdır. Çünki Allahın gəlməsindən, getməsindən əsla bəhs edilə bilməz.

Rəbbimiz bu ayədəkilərə bənzər xəbərdarlıqları başqa ayələrdə də etmişdir:

  • 21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?! (Fəcr/21-23)

Ayədə keçən “bəzi ayələrin gəlməsi” ifadəsi, bəziləri tərəfindən “Günəşin qərbdən doğması”, “Dəccalin gəlməsi”, “Dabbətülarzın ortaya çıxması”, “İsanın Şamda ağ minarəyə enməsi” kimi başlıqlarla dilə gətirilən qiyamət əlamətləri olaraq dəyərləndirilmiş və bunları doğrulayan mahiyyətdəki bir çox rəvayətlə birlikdə ələ alınmışdır. Ancaq bunların heç birisi sağlam dəlilə əsaslanmır. Ayədə bəhs edilən fakt, başda ölüm əsnasında çəkdirilən sıxıntı olmaqla, müşriklərin dünyada ikən uğradıldıqları cəzalandırılmalardır.

Ayədəki “Rəbbinin ayələrindən bəzisı gəldiyi gün, daha əvvəl iman etməmiş, yaxud imanında bir xeyir qazanmamış kimsəyə, artıq inanması bir fayda verməz” ifadəsi, “iman-i yeis” və “iman-i beis” deyə terminləşmiş olan, sıxıntı və ümidsizlik içində olarkən çarəsizlikdən, məcburi olaraq edilən imanın işə yaramadığını bildirir.

Məcburi iman. Allaha, Allahın Peyğəmbərlərinə və axirət gününə iman etməyən bir kəs, əgər ölüm anında, ölümün şiddətləri özünə gəlib çatdığı və ilahi əzabı qəti olaraq görüb, hiss etdiyi zaman iman edərsə, bu imana “iman-i yes” və ya “iman-i bes [məcburi iman]” deyilir.

Məcburi imandan bu üç halda bəhs edilmir:

  1. Həyatda ikən qarşılaşılan fəlakətlər qarşısında;
  2. Ölüm anında;
  3. Qiyamətdə və qiyamət sonrası dirilişdə.

Bu üç haldan biriylə qarşılaşdıqdan sonra iman edənlərin imanları qəbul edilməz. Çünki onlar sərbəst iradələri ilə deyil, qarşılaşdıqları bəlaların səbəb olduğu qorxu və ümidsizliklə, yəni məcburi olaraq iman etmişlər. Buna görə də, bu imanları özlərinə heç bir fayda verməz.

Bu mövzu haqqında Qiyamət surəsinin təhlilində fikirlərimizi açıqladığımızdan, əlaqədar bölmənin oradan oxunmasını məsləhət görürük.

159Şübhəsiz ki, dinlərini parça-parça edib, qrup-qrup olan bu insanlar – sən heç bir forma və davranışça onlardan biri deyilsən. Şübhəsiz ki, onların işi Allahadır. Sonra Allah onlara etməkdə olduqları şeyləri xəbər verəcəkdir.

160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar.

Peyğəmbərimizə xitab edilməklə bərabər, onun şəxsində bütün inananların müxatib alındığı bu ayələrdə, əvvəl dini birliyi pozanlar qınanır, sonra isə insanların bu dünyadan axirətə gətirdiklərinə qarşılıq Rəblərindən alacaqları mükafat və cəzaların ölçüsündən bəhs edilir.

159-cu ayə gələcəkdə olacaqlar üçün bir xəbərdarlıq ismarıcıdır. Çünki burada bəhs edilən təfriqəçilər, keçmişdə ayrılığa düşüb, bir-birini pozğun elan edən xristiyanlar və yəhudilər deyildir. Burada, Müsəlman kimi keçinənlərin məzhəb-məzhəb, təriqət-təriqət, camaat-camaat ayrılacaqları, hər birinin haqq dindən ayrı bir sıra inanc və əməl şəkli əmələ gətirəcəkləri və bir-birilərindən qopacaqları bildirilir, möminlərin isə bu hala qarşı ayıq olmaları istənir. Eyni xəbərdarlıq Rum surəsində də görünür:

  • 31,32Qəlbən Ona yönələnlər olaraq, Allahın qoruması altına girin, salaatı iqamə edin, ortaq qoşanlardan/dinlərini parça-parça bölmüş, təfriqəçi qruplara ayrılmış kəslərdən də olmayın. Hər təfriqəçi qrup özünün doğru saydıqları ilə lovğalanmaqdadır. (Rum/31, 32)

Rəbbimiz, Quranda – dinin qaynağında bildirilən qanunların hamısını almayıb, sərf edəni almaq və insanların halal-haram barəsində Allaha iftira atmaqla dini parça-parça etmələrinə bir çox nümunə vermişdir:

  • 84,85Və bir zamanlar Biz sizin qəti sözünüzü almışdıq: “Qanlarınızı tökməyəcəksiniz, özünüzü yurdlarınızdan çıxarmayacaqsınız”. Sonra siz şahidlik edərək, təsdiq etdiniz. Sonra siz bax budur, o insanlarsınız – öz-özünüzü öldürürsünüz və sizdən olan bir qrupu yurdlarından çıxarırsınız. Onların əleyhində günah və düşmənçilikdə kö­mək­lə­şir­siniz. Əgər onlar sizə əsir olaraq gəldikdə isə, onlar üçün fidyə/qurtarmaq üçün fidyə al­mağa çalışırsınız. Halbuki, o/onların çıxarılmaları sizə haram­laş­dırılmışdır. Yaxşı, siz Kitabın bir qisminə inanır, bir qisminə isə inan­mır­sı­nızmı? Bu halda, içi­nizdən belə edənlərin alacağı qarşılıq dünya həyatında bir rüs­vay­çılıqdan başqa nə­dir? Qiyamət Günü də əzabın ən şiddətlisinə uğradılarlar. Allah et­diklərinizdən xəbərsiz, laqeyd deyildir. (Bəqərə/84, 85)
  • 91Və onlara: “Allahın endirdiyinə iman edin” – deyildiyi zaman onlar: “Biz özümüzə endirilənə iman edərik” – dedilər. Və onlar Allahın endirdiyi, özlərinin olan Kitabı təsdiq edən bir haqq olmasına baxmayaraq, özlərinə endirilənlərdən başqasını bilərəkdən rədd edib atırlar. De ki: “Yaxşı, əgər möminlərdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?” (Bəqərə/91)
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)

Əslində isə dinin qaynağı təkdir və o da Allahın vəhyidir. Beləliklə, dində ayrılığa düşülməməli, din adından daima içində təfriqə, ixtilaf olmayan o vəhyə müraciət edilməlidir.

  • 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)
  • 1Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin/dində öz görüşlərinizi önə çıxarmayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Hucurat/1)
  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir. (Nisa/59)

Dinin əsl qaynağından azıldığında təfriqə qaçınılmazdır. Bilindiyi kimi, dinimizdəki ixtilafların bir çoxu, Peyğəmbərimizə nisbət edilən və hədis, sünnət deyə adlandırılan xəbərlərdən qaynaqlanır. Halbuki Rəbbimiz, 159-cu ayədəki “sən heç bir şeycə onlardan deyilsən” ifadəsiylə elçisini təfriqə səbəbi olmaqdan uzaq tutur, onu bu pisliklərdən çəkindirir. O halda dindar insanlar da ilk gündən bəri “eyni” olan və bu gün də “eyni”liyi davam edən həqiqi Dinə uymalı, onda parçalanmalara yol açıb, bölük-bölük olanların yoluna uymamalıdırlar..

Əks təqdirdə, ayədə bildirildiyi kimi, “… şübhəsiz, onların işi Allahadır”, yəni onlar haqqındakı hökm Allah tərəfindən veriləcəkdir:

  • 17Şübhəsiz ki, o iman etmiş kimsələr, Yəhudi olmuş kimsələr, Sabiilər/təbii dindarlar, Xristianlar, Məcusilər və şərik qoşmuş olanlar… Şübhəsiz ki, Allah qiyamət günü bunların arasını ayıracaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir. (Həcc/17)

Həqiqi Dinin əsas qanunları aşağıdakılardır:

  1. Kainatın tək ilahı və Rəbbi Uca Allahdır.
  2. Sifətlərində, güc və qüdrətində heç kəs Ona tay və ortaq tutula bilməz.
  3. Bütün insanların dünyada etdiklərinin hesabını verəcəyi bir başqa aləm qurulacaqdır.

160-cı ayədə Rəbbimiz, qiyamət günündəki hökmünü və ədalətindəki lütfünü bəyan etmiş, o gün heç kəsin haqsızlığa uğradılmayacağını, pisliklərin misliylə cəzalandırılacağını, yaxşılıqların isə 10 misli ilə mükafatlandırılacağını açıqlamışdır. Quranda bu ayənin ismarıcını ehtiva edən bir çox ayə daha mövcuddur: Bəqərə/62, Maidə/69, Nəhl/97, Kəhf/88, Məryəm/60, Ta Ha/75, 82, Furqan/70, 71, Qasas/67, 80, Rum/44, Səba/37.

Aşağıdakı ayələr də eyni ismarıcı ehtiva edir:

  • 38–44Yenə iman etmiş olan o adam: “Ey qövmüm! Mənə tabe olun ki, sizə ağıllı olmağın yoluna bələdçilik edim. Ey qövmüm! Bu bayağı həyat ancaq keçici bir qazancdır. Axirət isə qətiliklə durulacaq yurdun məhz özüdür. Hər kim bir pislik edərsə, ona ancaq etdiyinın bir misli ilə cəza verilir. Və kişi və ya qadın, hər kim mömin olaraq düzəltmək yönündə iş edərsə, artıq onlar orada hesabsızca ruzilən­mək üçün cənnətə girərlər”. Yenə: “Ey qövmüm! Mənə nə olur ki, siz məni atəşə dəvət edərkən, mən sizi qurtuluşa dəvət edirəm! Siz məni Allaha inanmamağa və mənim üçün haqqında heç bir bilik olmayan şeyləri Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən isə sizi, o çox güclü və çox bağışlayıcı olan Allaha dəvət edirəm. Heç inkar edilə bilinməz ki, həqiqətən sizin məni özünə dəvət etdiyiniz şey, dünya və Axirətdə özünə bir çağırış olmayan şeydir. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz, həddi aşanlar, cəhənnəm əhlinin məhz özləridir. Artıq siz mənim sizin üçün söylədiklərimi yaxında xatırlayacaqsınız. Və mən işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah qullarını ən yaxşı görəndir” – dedi. (Mömin/38-44)

Göründüyü kimi, yuxarıdakı bu ayələrdə insanlar gözəl və yaxşı işlərə təşviq edilir.

161De ki: “Şübhəsiz, Rəbbim məni doğru yola bələdçilədi. Dimdik duran bir dinə, şirkdən, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən dönmüş olan İbrahimin dininə və həyat tərzinə. İbrahim, ortaq qoşanlardan olmamışdı”.

162,163De ki: “Mənim salaatım, qulluğum – hər cür ibadətim, həyatım və ölümüm sadəcə Özünün ortağı olmayan aləmlərin Rəbbi Allah üçündür. Və mən belə əmr olundum, mən müsəlmanların da ilkiyəm”.

164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, mən Allahdan başqa Rəbbmi axtarım?” Hər insanın qazandığı, yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləliklə, Allah ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz ki, Rəbbin qovuşdurması tez olandır və şübhəsiz ki, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir.

 

Bu ayə qrupunda, surənin əvvəlindən bura qədər bir çox yöndən geniş izah edilən və tamamilə məqbul, inandırıcı dəlillərlə ortaya qoyulan tövhid qanunu, Peyğəmbərlik missiyası və Allah – qul əlaqəsi, bir xülasə halında Peyğəmbərimizin dilindən cəmiyyətə təqdim edilir.

Millət, İbrahim milləti. “ملّة Millət” sözü əslində “yol, sünnət” deməkdir. Sonradan “din” mənasında işlədilməyə başlamışdır. [40] Ancaq söz tək başına deyil, ayələrdə göründüyü kimi, izafətli olaraq “onun milləti [onun dini]”, “İbrahimin milləti [İbrahimin dini]” şəklində işlədilir. Beləliklə, bəhs etdiyimiz ayədəki “İbrahim milləti” ifadəsi, bundan əvvəlki Sad/7, Əraf/89 və Yusuf/37-dəki kimi “İbrahimin dini” deməkdir. Bu ifadənin Quranda bir çox dəfə işlədilmiş olması, ərəblər içində İbrahim Peyğəmbərə uyduğunu söyləyən adamların varlığını göstərir. Əslində o dövrdə Ərəbistan ətrafında yaşayıb, Yəhudi və ya Xristiyan olmayan kəslərə də “İbrahim millətinə mənsub” insanlar deyilir.

Rəbbimiz Quranda “tövhid” və “sağlam din” mövzularını tanıdarkən bir çox dəfə İbrahim Peyğəmbərin adını zikr etmişdir:

  • 77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir! (Həcc/77, 78)
  • 130Və İbrahimin dinindən/həyat tərzindən özünü səfeh yerinə qoyandan başqa kim üz çevirər? Və Biz onu dünyada seçmişdik. Heç şübhəsiz, o, Axirətdə də yaxşı­lar­dan biridir. (Bəqərə/130)
  • 95De ki: “Allah doğru söyləmişdir. Belə isə, ortaq qoşmaqdan, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən əl çəkən biri olaraq, İbrahimin dininə tabe olun. Və o, ortaq qoşanlardan deyildi”. (Al-i İmran/95)
  • 125Və din baxımından yaxşılaşdıran/gözəlləşdirən biri olaraq, özünü Allah üçün İslam­laşdı­randan və Hənif/qədim inanclarından dönən biri olaraq, İbrahimin dininə tabe olandan daha yaxşı/gözəl kim ola bilər? Və Allah İbrahimi, sonradan gələn nəsillərə “cığır açan/iz buraxan/imam – başçı” qəbul etdi. (Nisa/125)

نسك Nüsük  –  مناسك Mənasik.

“نسْك Nüsk”, “نسُك nüsük”, “İbadət, itaət və Allaha yaxınlaşdıran hər şey” deməkdir. “نسك Nüsük” dinin əmr etdiyi və qadağan etdiyi” şeydir.

“ منسَك Mənsək” “ منسِك mənsik”, “nüsk yolu” deməkdir

“ منسك Mənsək”  cəmi “ مناسك mənasik”, nüskün, nüsüklərin icra edildiyi yerlər” deməkdir.

“ مناسك Mənasik”, İsm-i zaman/məkan qəlibinın cəmi olduğu kimi İsm-i alət qəlibinin də cəmidir. Sözün İsm-i alət qəlibi mənası nəzərə alındıqda “Nüsük alətləri; ibadət vasitələri, tərzləri, ritualları” demək olur.

Quranda keçən mənasik mənalarını daima ism-i alət olaraq təvil edirik. Belə ki, Qurandan anladığımıza görə kainatın hər yeri mənsəkdir (ibadətxanadır); Rəbbimizin bizə göstərdiyi, göstərəcəyi isə qulluq formaları, alətləri, yollarıdır: namaz, salaat, həcc, qiblə, oruc, təqva və s. kimi.

“نسك Nüsük” sözü, “نسيكة Nəsikə” sözündən alınmadır. “نسيكة Nəsikə”nin ilk vəzi (deyiliş) mənası,   “qızıl və gümüşün əridilərək cürufdan təmizlənməsi, saf hala gətirilməsi” deməkdir. Bu halda “Nüsk, Nüsükun da əsas mənası “Saf qızıl, gümüş parçası” deməkdir.

İbadət edənə “ناسك Nasik” deyilir.  Çünki ibadətin hər cürü, hər şəkli, insanı günah kirindən təmizləyər və Allaha yaxınlaşdırar.

Bu açıqlamalardan açıq şəkildə anlaşılan bu olmalıdır: Nüsük, Allaha edilən ibadətlərin ən təmizi, riyasızı, qüsursuzu, ən səmimisidir.

Bu söz zaman keçdikcə mənası daraldılaraq “heyvan kəsimi” və “Həcc rükunları” üçün işlədilməyə başlamışdır. (TAC və LİSAN) Quranda (Ənam/162, Bəqərə/128, 196, 200 və Həcc/34, 67) isə həqiqi mənasıyla; “ibadətin hər cürəsi, hər şəkli” mənasında işlədilmişdir.

Bəqərə/128-də İbrahim (ə.s)ın “Və bizə mənasikimizi göstər” tələbi, “İhdinas sıratəl müstəkiim (bizə ən doğru yolu göstər)” ifadəsiylə eyni mənadadır.

163-cü ayədəki “Və mən belə əmr olundum və mən Müsəlmanların ilkiyəm” ifadəsi daha əvvəl də surənin 14-cü ayəsində keçmişdi. Eyni ifadə irəlidə Zümər/12-də də keçəcəkdir. Bəhs edilən ifadə, “bu ümmətdəki Müsəlmanlarım ilkiyəm” mənasındadır. Belə ki, daha əvvəl gəlib keçmiş elçilər də İslamı təbliğ ilə əmr olunmuşlar və hamısı da öz cəmiyyətlərinin ilk Müsəlmanı olmuşdular.

  • 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq. (Ənbiya/25)
  • 71,72Bir də onlara Nuhun mühüm xəbərlərini oxu! O zaman ki, o qövmünə: “Ey qövmüm! Əgər mənim məqamım/vəzifəli olmağım, sizə qarşı çıxmağım və Allahın ayələri ilə öyüd verməyim sizə ağır gəlirsə, bunu bilin ki, mən işin sonunu yalnız və yalnız Allaha həvalə etmişəm. Artıq siz və ortaqlarınız hər nə edəcəksənizsə, toplanıb, bütün gücünüzlə qərar verin. Sonra bu işiniz, sizə dərd olmasın. Sonra mənim üçün edin, mənə müddət də tanımayın. Sonra da, əgər üz çevirirsinizsə, onsuz da mən sizdən bir qarşılıq istəmədim! Mənim ödənişim, sadəcə Allahın öhdəsinədir. Və mən müsəlmanlardan olmaqla əmr olundum” – demişdi. (Yunus/71, 72)
  • 130Və İbrahimin dinindən/həyat tərzindən özünü səfeh yerinə qoyandan başqa kim üz çevirər? Və Biz onu dünyada seçmişdik. Heç şübhəsiz, o, Axirətdə də yaxşı­lar­dan biridir.
  • 131Rəbbi ona: “Sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran] biri ol!” – dediyi zaman İbrahim: “Mən aləmlərin Rəbbi üçün sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə iman gətirməsini təmin edən] biri oldum” – dedi.
  • 132İbrahim də müslim olmağı, öz oğullarına və Yəquba: “Ey oğullarım! Şübhəsiz ki, bu dini sizə Allah seçdi. Onun üçün yalnız və yalnız sağlamlaşdıranlar [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə iman gətirməsini təmin edən] olaraq ölün!” – deyə vəsiyyət etdi. (Bəqərə/130-132)
  • 101“Rəbbim! Sən mənə hökmdarlıq verdin və mənə olacaqların/sözlərin ilk mənalarının nə olacağı biliyindən öyrətdin. Göyləri və yeri yoxdan var edən! Sən mənim dünya və axirətdə kömək edənim, qoruyanımsan, mənim canımı müsəlman olaraq al və məni salehlər arasına qat!” (Yusuf/101)

Və Yunus/84-86, Maidə/44, Maidə/111, Əraf/143.

164-cü ayədəki “Hər adamın qazandığı yalnız özünə aiddir. Yükünü daşıyan kəs, bir başqasının yükünü daşımaz” ifadəsi, qiyamət günü vaqe olacaq olan cəzalandırma hökmünün ədalətindən xəbər verir, cavabdehliyin və cəzanın fərdi olduğunu, heç kəsin, əqrəbası belə olsa, başqasının günahını çəkməyəcəyini bildirir. Yəni o gündə nəfslər öz əməlləri qarşılığında cəzalandırılacaqlar. Adamın əməlləri “xeyir” isə, cəza da “xeyir”, əməllər “pis” isə cəza da “pis” olacaqdır. Həmçinin heç kəsin pis əməllərinin cəzası bir başqasına yüklənməyəcəkdir.

Bu bəyan, Məkkəli imkanlıların “Əgər Muhəmmədə uymamaq günahdırsa, siz qorxmayın, biz sizin günahlarınızı boynumuza götürərik” deyərək öz əlləri altındakı “müstəzaf/məzlum” qismə tətbiq etdikləri istismar və İslama girmələrinə mane olma siyasətlərini pozmuşdur. Bu açıqlama eyni zamanda İsa Peyğəmbərin başqalarının günahını çəkdiyi yolundakı Xristiyan inancının batil olduğunu da ortaya qoymuşdur.

Quranda açıq şəkildə ifadə edilmiş olmasına baxmayaraq, bəziləri hələ “bir kəsin bir başqasının günahını çəkməyəcəyi” mövzusunu kifayət qədər bilmir. Səhvə itələmək istənilən insanlar daima “günahın mənim boynuma” uydurması ilə aldadılır. Qurana zidd bu cəfəng sözü söyləyənlərin cahil, ya da pis niyyətli, bu sözə inananların isə cahil və şüursuz olduqlarında heç şübhə yoxdur. Çünki heç kəsin başqasının yükünü çəkməyəcəyi Quranda (Əbəsə/33-37, Bəqərə/123, İbrahim/31, Loğman/33, İsra/15, Zümər/7, Nəcm/38) təkrar-təkrar dilə gətirilmişdir.

164-cü ayədəki “Sonra sadəcə Rəbbinizədir dönüşünüz” ifadəsiylə inancsızlara “Nəticəsinə qatlanmağı nəzərə aldıqdan sonra bildiyinizi edin” ismarıcı verilir. Eyni ismarıc Səba surəsində də mövcuddur:

  • 25De ki: “Siz bizim etdiyimiz günahlardan məsul tutulmazsınız. Biz də sizin etdiklərinizdən məsuliyyət daşımarıq”.
  • 26De ki: “Rəbbimiz aramızı yaxınlaşdıracaq, sonra da haqq hökmü ilə ayıracaqdır. Və xeyir qapılarını açan da, hökm verən də, çox yaxşı bilən də Allahdır. (Səba/25, 26)

165-ci ayədə keçən “xəlifələr” sözü “arxadan gəlib, əvvəlkilərin yerini alanlar” mənasındadır. “İnsanların xəlifə qılınması” ilə əlaqədar fikirlərimiz, Sad surəsinin sonundakı “Quranda Xəlifə Sözü və ya Qurandakı Xəlifə” başlıqlı yazımızda verilmişdir. Bəhs edilən yazının təkrar oxunmasının yararlı olacağı qənaətindəyik.

Yenə 165-ci ayədəki “verdikləriylə sizi bəlalandırmaq [sınamaq] üçün, kiminizi kiminizin üzərinə dərəcələrlə yüksəldəndir” ifadəsi, insanların bir-birlərinə görə müxtəlif nöqteyi nəzərlərdən artıqlıqlı yaradıldığı həqiqətini vurğulayır. Çünki insanların istər zehni, istər iqtisadi, istərsə də sosial baxımlardan bir-birlərinə görə əskikli və ya artıqlıqlı yaradılması Rəbbimizin bir sünnətidir və dünyadakı nizamın təmin olunması nöqteyi nəzərindəndir. Rəbbimiz bu sünnətini başqa ayələrdə də dilə gətirmişdir:

  • 25De ki: “Siz bizim etdiyimiz günahlardan məsul tutulmazsınız. Biz də sizin etdiklərinizdən məsuliyyət daşımarıq”.
  • 26De ki: “Rəbbimiz aramızı yaxınlaşdıracaq, sonra da haqq hökmü ilə ayıracaqdır. Və xeyir qapılarını
  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/32)
  • 71Və Allah ruzi barəsində birinizi digərinizdən üstün qılmışdır. Özlərinə üstünlük verilənlər öz ruzilərini/yeyib içəcəklərini, sərvətlərini, sözləşmələrə uyğun olaraq, himayə­lə­rin­də saxladıqları insanlara, hamısı ruzidə bərabər olmaqla verməzlər. O halda bunlar, Allahın nemətini bilərək ört-basdırmı edirlər? (Nəhl/71)
  • 21Onların bir qismini başqa bir qismi üzərində üstün etdiyimizə bir bax! Əlbəttə, axirət dərəcələr və üstünlük baxımından da daha böyükdür. (İsra/21)

Allah, doğrusunu ən yaxşı biləndir.

 

 [1] Razi, el-Mefatihu’l-Qeyb; Süyuti, el-İtkan.

 [2] Razi; el Mefatihu’l-Qeyb.

 [3] Razi; el Mefatihu’l Qeyb.

 [4] Muqatil

 [5] Razi; el-Mefatihu’l-Qeyb.

 [6] Razi; el-Mefatihu’l-Qeyb.

 [7] Razi, el-Mefatihu’l-Qeyb; Kurtubi, el-Camiu li Ahkamil-Quran.

 [8] Beyhaki, Hakim.

 [9] Mevdudi; Tefhimü’l-Quran.

 [10] Muqatil; Razi, el-Mefatihu’l-Qeyb; Kurtubi, el-Camiu li Ahkamil-Quran.

 [11] Muqatil.

 [12] Lisanü’l-Arab; c. 4, s.540.

 [13] Tesniye 18/ 15.

 [14] Tesniye 18/18.

 [15] Yuhanna; 14/ 16, 17.

 [16] Lisanü’l-Arab; c. 3, s. 250, 252. “Havd” mad.

 [17] Razi, Taberi, Begavi, Hazin.

 [18] Muhəmməd Esed; Quran Ismarıcı.

 [19] Mevdudi; Tefhimü’l-Quran.

 [20] Mevdudi; Tefhimü’l-Quran.

 [21] Vahidi; Esbabu Nüzulil-Quran.

 [22] Razi; el-Mefatihu’l Qeyb.

 [23] İbni İshak.

 [24] Razi; el-Mefatihu’l-Qeyb.

 [25] Razi; el-Mefatihu’l-Qeyb.

 [26] İbn Kesir.

 [27] Razi; el Mefatihu’l-Qeyb.

 [28] Razi; el-Mefatihu’l-Qeyb.

 [29] Lisanü’l Arab; c. 4, s. 353.

 [30] Kurtubi; el-Camiu li Ahkamil-Quran.

 [31] Taberani, İbn-i Cerir, Ebu Davud.

 [32] Razi; el Mefatihu’l-Qeyb.

 [33] Muqatil.

 [34] Razi; el Mefatihu’l-Qeyb.

 [35] Razi; el-Mefatihu’l-Qeyb.

 [36] Kurtubi, el-Camiu li Ahkamil-Quran; Semerkandi, Bahrü’l-Ulum, 111, 517.

 [37] Kurtubi; el-Camiu li Ahkamil-Quran.

 [38] Lisanü’l Arab; c. 4, s. 429, 430.

 [39] Lisanü’l Arab, c. 4, s. 75, 76 Rcs mad. El-Müfrədat, rcs mad.

 [40] Lisan’ül-Arab; c. 8, s. 368.