HİCR SURƏSİNİN TƏBYİNİ

Hicr surəsinin Məkkədə 54-ci sırada endiyi qəbul edilir. Adını 80-ci ayədə keçən “الحجر Hicr” sözündən almışdır. Bir mənası da “daşlı sahə, qadağan bölgə” [1] olan “Hicr” sözü, eyni zamanda Səmud qövmünün yaşadığı bölgənin də adıdır.

Ağırlıq mərkəzini Quran və Quranın qorunmuşluğu mövzusunun əmələ gətirdiyi surədə müşriklərin peyğəmbərimizə qarşı rəftarları ortaya qoyulmuş, Adəm ilə İblis əlaqəsi açıqlanmış, digər surələrdə olduğu kimi möminlər müjdələnib inancsızlar təhdid edilmiş və Allaha qarşı gəldikləri üçün cəzalandırılan cəmiyyətlərdən nümunələr verilmişdir.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 196

1Əlif/1, Lam/20, Ra/200. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir.

2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.

12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik.

3Burax onları yesinlər, faydalansınlar və boş ümid onların başını qatsın. Amma onlar yaxında biləcəklər.

4Və Biz heç bir məmləkəti, bilinən bir kitabı olmadığı halda, dəyişikliyə/dağıntıya uğratmadıq.

5Heç bir ümmət müddət sonunun önünə keçə bilməz və onu gecikdirə də bilməz.

6,7Və onlar: “Ey özünə Öyüd – Quran endirilən insan! Şübhəsiz ki, sən gizli güclərlə dəstəklənən biri/dəlisən. Əgər doğrulardansansa, bizə mələklər ilə gəlməliydin” – dedilər.

8Biz o təbii gücləri, ancaq haqq ilə endirərik. O vaxt da onlar möhlət verilən­lər­dən olmazlar.

9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq.

10Və and olsun ki, Biz səndən əvvəl keçmiş camaatlara da elçilər göndərdik.

11Və onlara hər hansı bir elçinin gəldiyini görən kimi, tam əmin olun ki, onu lağa qoyurdular.

13Onlar endirilən kitaba/göndərilən elçiyə inanmazlar, halbuki, əvvəlkilərlə əlaqədar qaydalarımız/tətbiqatımız keçmişdir, sizə bildirilmişdir.

14,15Və Biz onların üzərlərinə göydən bir qapı açsaq və onlar oradan yuxarı yüksəlsələr belə, tam yaqin bilin ki: “Gözlərimiz döndərildi/bulandırıldı. Əslində biz ovsunlanmış bir camaatıq” – deyəcəkdirlər.

(54/15, Hicr/1–15)

Nəcm: 197

16And olsun ki, Biz göydə bir sıra bürclər yaratdıq və baxanlar üçün onu bəzədik.

17,18Və kosmosu, az da olsa vəhyə qulaq asan, özlərini alov sütunu təqib edənlər/raketlərlə kosmosa gedənlər istisna olmaqla, bütün düşüncə güclərindən qoruduq.

19Yer üzünü də yaydıq və ora sabit dirəklər/dağlar yerləşdirdik. Və yer üzündə ölçülən hər şeydən bitkilər bitirdik.

20Və yer üzündə sizin üçün və sizin ruziləndirmədiyiniz kimsələr üçün dolanışıq yol­ları var etdik/Və yer üzündə sizin üçün bir sıra dolanışıq yolları və sizin ruziləndir­mə­di­yiniz kimsələr var etdik.

21Və hər şeyin xəzinələri yalnız Bizim yanımızdadır. Və Biz onu ancaq müəyyən bir ölçü ilə endirərik.

22Və Biz küləkləri aşılayıcılar olaraq göndərdik və göydən su endirib, sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz.

23Və əlbəttə, yalnız və yalnız Biz dirildirik və Biz öldürürük! Və Biz son sahib olanlarıq.

24Və and olsun ki, Biz sizlərdən önə keçmək istəyənləri də, geri qalmaq istəyənləri də bilmişdik.

25Və şübhəsiz, sənin Rəbbin onları toplayacaq olanın məhz özüdür. Şübhəsiz ki, O ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, ən yaxşı bilən­dir.

(54/15, Hicr/16–25)

Nəcm: 198

26,27Və and olsun ki, Biz insanı – görünən, bilinən varlıqları cingildəyən gildən, işlənə bilən palçıqdan/haldan hala girən bir maddədən yaratdıq. Və cannı/görünməz varlıqları da daha əvvəl, ən incə dəlikdən belə keçə bilən yandırıcı bir əsintinin atəşindən/əngəl tanımayan enerjidən yaratmışdıq.

(54/15, Hicr/26–27)

Nəcm: 199

28,29Və bir zamanlar Rəbbin kainatdakı güclərə: “Mən quru palçıqdan, şəkil verilmiş/işlənə bilən bir palçıqdan bir bəşər yaradacağam. Mən, ona forma ver­diyimdə və onu bilikləndirdiyimdə, siz dərhal onun üçün təslimiyyət göstərən­lər olaraq yerə qapanın” – demişdi.

30,31Buna görə də İblis/düşüncə qabiliyyəti xaric, mələklər/kainatdakı güclərin ha­mısı birlikdə boyun əyib təslimiyyət göstərdilər. O, boyun əyib təslimiyyət göstə­rən­lərlə bərabər olmağa qarşı çıxdı, etmədi.

32Allah dedi ki: “Ey İblis! Nə olub sənə, boyun əyib təslimiyyət göstərənlərlə olmursan?”

33İblis cavab olaraq: “Quru palçıqdan, şəkil verilmiş/işlənə bilən bir palçıqdan yaratdığın bir bəşərə boyun əyib, təslimiyyət göstərməyim üçün yaradılmadım” – dedi.

34,35Allah: “Elə isə oradan çıx! Sən artıq tam yəqin bil ki, qovulmuş, məhv olmuş birisən və tam yəqin bil ki, Din gününə qədər kənarlaşdırılma sadəcə, sənin üzərindədir” – dedi.

36İblis: “Rəbbim! Elə isə onların yenidən diriləcəkləri günə qədər məni qarşında tut/mənə müddət ver!” – dedi.

37,38Allah: “Elə isə sən, tam yəqin bil ki, bilinən vaxtın gününə qədər qarşıda tutulanlardansan/möhlət verilənlərdənsən” – dedi.

39,40İblis dedi ki: “Rəbbim! Sən məni insanları azdırmağım üçün yaratdığına görə, tam yəqinliklə bil ki, mən də yer üzündə, hər şeyi onlara bəzəyəcəyəm və arıdılmış qulların istisna olmaqla, onların hamısını tam əmin ol ki, azdıracağam!”

41–44Allah dedi ki: “Bax budur, bu Mənim üzərimə aldığım ən doğru bir yoldur. Sənə uyan azğınlardan başqa, qullarımın üzərində heç bir məcburedici gücün yoxdur. Şübhəsiz ki, onların hamısına vəd edilən yer də cəhənnəmdir. Onun üçün yeddi qapı vardır. O qapıların hər biri üçün onlardan bir parça ayrılmışdır”.

 

(54/15, Hicr/28–44)

Nəcm: 200

45,46Şübhəsiz ki, Allahın qoruması altına girənlər, cənnətlərdə və bulaqlar­dadır: “Salamatlıqla, əminlik içində, oraya girin!”

47Və Biz Allahın qoruması altına girənlərin qəlblərindəki kinləri çıxarıb atarıq. Onlar qardaşlar kimi üz-üzə yumşaq oturacaqlarda oturarlar.

48Cənnətdə onlara heç bir yorğunluq toxunmaz. Onlar oradan çıxarılmayacaqlar.

(54/15, Hicr/45–48)

Nəcm: 201

49,50Qullarıma, heç şübhəsiz, Mənim çox bağışlayan və çox mərhəmət edənin məhz özü olduğumu, Mənim əzabımın da, çox acıqlı bir əzabın məhz özü olduğunu mütləq xəbər ver!

51Və qullarıma İbrahimin qonaqlarından xəbər ver.

52O zaman ki, İbrahimin qonaqları, İbrahimin yanına girdilər və: “Salam!” dedilər. İbrahim: “Şübhəsiz, biz sizdən qorxanlarıq” – demişdi.

53İbrahimin qonaqları: “Qorxma! Şübhəsiz, biz  sənə bilikli bir oğul müjdələyirik” – dedilər.

54İbrahim dedi ki: “Mənə qocalıq gəlmişkənmi məni müjdələyirsiniz? Yaxşı, nəyə is­ti­nad edərək məni müjdələyirsiniz?”

55İbrahimin qonaqları: “Səni haqq ilə/doğru olanla müjdələyirik. Ümidini kəsənlərdən olma!” – de­di­lər.

56İbrahim dedi ki: “Rəbbimin mərhəmətindən, pozğunlardan başqa kim ümid kəsər?”

57İbrahim: “Ey göndərilmiş elçilər! İşiniz nədir?” – dedi.

58–60Elçilər: “Şübhəsiz, biz günahkar bir cəmiyyətə göndərildik. Ancaq Lut ailəsi istisnadır”. Şübhəsiz, Biz Lutun zövcəsi istisna olmaqla, onların hamısını tam yəqinliklə bilin ki, qurtaracağıq. Biz nizamladıq. Şübhəsiz o, tam yəqin bilin ki,  geridə qalanlardan/gözü arxada olanlardandır.

61,62Sonra elçilər, Lutun ailəsinə gəlincə, Lut: Doğrusu siz öyrəşmədiyimiz, kimliyi müəyyən olmayan bir cəmiyyətsiniz” – dedi.

63–65Elçilər dedilər ki: “Tam əksinə, biz sənə onların şübhəyə düşüb, durduğu şeyi gə­tirdik. Və sənə gerçəyi gətirdik və biz əlbəttə, doğru olanlarıq. Dərhal gecənin bir bölməsində ailəni yola çıxar, sən də arxalarından izlə. Və sizdən heç kimsə əylən­məsin/geridə buraxılanları düşünməsin, əmr olunduğunuz yerə doğru keçin gedin”.

66Və Biz Luta əmri gerçəkləşdirdik: “Şübhəsiz, sabaha çıxarkən bunların arxaları kə­silmiş olacaqdır”.

67Və şəhər xalqı sevinərək gəldilər.

68,69Lut: “Şübhəsiz, bunlar mənim qonaqlarımdır, ona görə də məni rüsvay etməyin və Allahın qoruması altına girin və məni alçaltamayın!” – dedi.

70Onlar: “Biz səni aləmlərdən/ətrafdakılarla münasibətdən ayırmamışdıqmı?” – dedilər.

71Lut: “Bax budur, bunlar, mənim qızlarım! Əgər düzəltmək yönündə iş görənsinizsə…” – dedi.

72Sən ömründə bunlar kimi şəhvət çılğınlığı içində çabalayan rüsvayçıları heç görmədin?

73Günəş doğarkən o qorxunc çığırtı onları yaxaladı.

74Beləliklə, Biz onların üstünü altına çevirdik və üzərlərinə palçıqdan bişirilmiş daşlar yağdırdıq.

75Şübhəsiz, bunda izdən, imzadan anlayanlar/düşünən kəskin anlayışlılar üçün mütləq  əlamətlər/nümunələr vardır.

76Və şübhəsiz, Lut qövmünün yerləşdiyi şəhər xarabalığı, tam yəqin bilin ki, bir yol üzərində durmaqdadır.

77Şübhəsiz ki, bunda iman edənlər üçün mütləq bir əlamət/nümunə vardır.

78,79Əykə tərəfdarları da tam yəqin bilin ki, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər idi və Biz özlərindən intiqam aldıq/yaxalayıb cəzalandırmaqla ədaləti yerinə yetirdik. İkisi də – Əykə və Lut qövmü açıq bir yol üzərindədir.

80And olsun ki, Hicr əhli də elçiləri yalan saydılar.

81Və Biz onlara ayələrimizi/əlamətlərimizi/nümunələrimizi vermişdiksə də, onlar, onlardan üz çevirirdilər. 82Və onlar dağlardan təhlükəsiz evlər yonurdular.

83,84Sonra, onları da səhər erkən qorxunc bir çığırtı yaxaladı. Beləliklə, qazanmaqda olduqları şeylər özlərindən heç bir şeyi sovuşdurmadı.

(54/15, Hicr/49–84)

Nəcm: 202

85Və Biz göyləri, yer üzünü və aralarındakı şeyləri ancaq haqq/gerçək ilə yaratdıq və əlbəttə ki, o qiyamət, tam yəqin bilin ki, qopacaqdır. İndi sən bunu özünə dərd etmə və gözəl rəftar et.

86Şübhəsiz ki, Rəbbin haqq ilə yaradandır və ən yaxşı biləndir.

87And olsun ki, Biz sənə qatbaqat necə nemətləri və böyük Quranı verdik.

88,89Qətiyyən onlardan bəzi insanlara verərək, özlərini onunla faydalandırdığımız şeylərə/mal və sərvətə həvəslənib gözlərini dikmə. Onlara görə kədərlənmə də… Sən qanadlarını möminlər üçün gər. Və: “Şübhəsiz, mən, açıq-aşkar bir xəbərdar edənin məhz özüyəm” – de.

94–96İndi sənə əmr olunan şeyləri açıqca bildir və ortaq qoşanlardan uzaq dur. Şübhəsiz ki, Biz Allahla birlikdə başqasını tanrı edən bu məsxərəçi insanlara qarşı sənə yetərik. Artıq onlar yaxında biləcəklər.

97And olsun, Biz bilirik ki, tam yəqin bilin ki, onların söylədiklərinə görə sənin qəlbin daralır/ürəyin sıxılır.

98,99O halda sənə, “yəqin/qəti bilik” gəlməsi üçün Rəbbinin tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl, boyun əyib, təslimiyyət göstərənlərdən ol və Rəbbinə qulluq et!

(54/15, Hicr/85–89, 94–99)

TƏHLİL:

1Əlif/1, Lam/20, Ra/200. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir.

Surə, Yunus və Yusuf surələrində olduğu kimi “ا Ə, ل L, ر R” hərfləriylə başlamış və dərhal ardından yenə vəhyə diqqət çəkilmişdir.

Yunus surəsinin təhlili edilərkən eyni hərflərə toxunulmuş, keçmiş dövrlərdə bu hərflər haqqında edilən bəzi yaraşdırmalardan misallar verilmişdi:

– “Rəbb mənəm, Mən Rəbbəm”,

– “Mən Allaham, görürəm”,

– “Mən Allaham, Rəhmanam”.

Razi və Kurtubi kimi zatlar bu hərfləri Allahın “الرّحمن ər-Rəhman” ismində olan hərflərin dağıdılmış şəkli olaraq görmüşlər, bəziləri də onların Əbcəd cədvəlində sırasıyla 1, 30 və 200 saylarını təmsil etdiyini irəli sürmüşlər. Daha əvvəl də qeyd etdiyimiz kimi, bizim qənaətimiz, bu və digər “Mukattaa Hərflər”in Quranın fiziki quruluşuna aid bir şifrə və ya diqqət çəkmə ədatı ola biləcəkləri yönündədir.

  1. Ayədəki “تلك tilkə [bunlar]” əvəzliyi ilə Hicr surəsinin ayələrinə işarə edilmişdir. Ancaq bu edilərkən, Hicr surəsi ayələrinin həm Quranın, həm də “Kitab”ın ayələri olduğunun ifadə edilməsi diqqət çəkicidir. Çünki “Quran” ilə “Kitab” çox zaman eyni mənada işlədilən sözlərdir. Belə olmaqla bərabər, bu ayədə “Kitab” sözünün “ ال əl” müəyyənlik artiklı gətirilərək “əl-Kitab” şəklində işlədilməsi, bu sözlə Qurandan başqa bir şeyin qəsd edildiyini göstərir. Bizim qənaətimizə görə, “əl-Kitab” sözü ilə Qurandan əvvəlki Kitablar, xüsusilə də Tövrat qəsd edilmişdir. Necə ki, təhlil edildiyində bu surədəki mövzuların təhrifə uğramış bir şəkildə Kitab-i Müqəddəsdə də yer aldığı görünür. “Əl-Kitab” sözünün Qurandan əvvəl endirilmiş digər ilahi Kitabları da ifadə etməsi, Hicr surəsində ortaya qoyulan qanunların Qurandan əvvəlki Kitablarda da eynilə var olduğu mənasına gəlir.

2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.

12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik.

Göründüyü kimi, rəsmi sıralamada 12-ci olaraq yer alan, lakin olduğu yerdə texniki baxımdan bir çox problem ortaya çıxaran və anlaşıla bilinməyən ayəni, biz 2-ci ayədən sonra tərtib etmişik.

Nə üçün belə etdiyimizi, daha əvvəl eyni mövzunun vurğulandığı Şüəra/200-209-uncu ayələri təhlil edərkən açıqlamışdıq. Mövzunun əhəmiyyətinə görə qısaca xatırlatmağı faydalı hesab edirik:

  • 200,201Beləliklə, onu günahkarların qəlblərinə yerləşdirdik. Onlar acıqlı əzabı görüncəyə qədər ona iman etməzlər.
  • 202Bax budur, bu onlara özləri fərqində olmadan, anidən gələcəkdir.
  • 203Sonra da onlar: “Biz möhlət verilənlərdənmiyik?” – deyəcəkdirlər.
  • 204Onlar Bizim əzabımızı olduqca tezləşdirməkmi istəyirlər?
  • 205–207Gördünmü/heç düşündünmü onları illərlə qazancla təmin etsək, sonra öz­lə­rinə vəd edilən gəlib çatsa, o qazandıqları şeylərin özlərinə heç bir faydası olma­ya­caqdır.
  • 208Və Biz sadəcə, əhalisi xəbərdar edilmişlər olan şəhəri dəyişikliyə/dağıntıya uğratdıq.
  • 209Öyüd! Və Biz haqsızlıq edənlər deyilik. (Şüəra/200-209)

Göründüyü kimi, yuxarıdakı ayə qrupunda, kafirlərin Quran qarşısındakı ağılsız və inadkar rəftarları ilə aqibətləri bildirilir. Bu şübhəçi ağılsızlar hər nə qədər təhdid edildikləri əzabın dərhal gətirilməsini istəyərək, inanmaz görünsələr də, başlarının içində daima bir “doğrudanmı?” daşıyırlar. Yəni görünüşdə inanmaz bir tövr sərgiləsələr də, içlərindən “Əgər doğrudursa, əgər varsa?” deyə şübhəyə düşür və narahat olurlar.

Buna görə də, Şüəra/200-dəki “Beləliklə, onu günahkarların qəlblərinə saldıq” ifadəsini bu şəkildə təqdir etmək mümkündür: “Biz Quranı öz dillərində endirərək tamamilə yaxşı anlaşılan etməklə onların qəlblərinə elə bir saldıq ki…”

Şüəra/200 ilə Hicr/12 arasındakı tək fərq, ayələrdəki felin birində mazi, digərində müzari olmasıdır. Buradan hərəkət edildiyində, iki ayə qrupu arasındakı tematik bənzərlik daha da ön plana çıxır.

Bu da rəsmi sıralamadakı 12-ci ayəni nə üçün 2-ci ayənin ardınca qoyduğumuzu izah edən bir vəziyyətdur:

1Əlif/1, Lam/20, Ra/200. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir.

2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.

12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik.

Bu ayələrdə, o günün sərt kafirlərinin gün gəlib peşman olacaqları bildirilir. Bu peşmanlıqları ölüm anındakı və axirətdəki peşmanlıqları deyil, dünyadakı peşmanlıqlarıdır. Çünki hər nə qədər inanmamış olsalar belə, Allahın afaq və enfüsdəki ayələrə diqqət çəkərək bu möcüzələri Quran ilə sanki bütün gözlərə soxması qarşısında zaman-zaman: “Kaş ki, mən də müsəlman olsaydım!” – deyə təmənnada olurlar.

Həqiqətən də Quranın təsirli ismarıcının ciyərlərinə işləməsinin nəticəsi davamlı narahat olan Məkkəli müşriklərin bir çoxu, Hicrətdən əvvəl və ya sonra peşman olmuşdular.

İnkarçıların dünyada duyacaqları bu peşmanlıqdan başqa, ölüm anındakı və axirətdəki peşmanlıqlarından da bir çox ayədə bəhs edilmişdir:

  • 44,45Və sən insanları əzabın gələcəyi gün ilə xəbərdar et. Artıq şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Ey Rəbbimiz! Bizə yaxın bir müddətə qədər möhlət ver ki, sənin dəvətinə əməl edək və elçilərə tabe olaq” – deyərlər. Daha əvvəl siz sizin üçün bitməyin/tükənməyin/yox olmağın olmadığına dair and içməmişdinizmi? Həm də siz şərik qoşaraq, özlərinə haqsızlıq edənlərin yurdlarında otururdunuz. Onlara qarşı necə davrandığımız sizə açıq-aşkar bəlli olmuşdu. Və sizə nümunələr də vermişdik. (İbrahim/44, 45)

Kafirlərin peşman olacaqlarını bildirən bu ayələr, sıxıntı içində üzən möminlər üçün də kafirlərin təzyiqlərindən qurtulacaqları və küfrə qarşı qalib gələcəkləri mənasına gəldiyinə görə bir müjdə xüsusiyyətindədir.

3Burax onları yesinlər, faydalansınlar və boş ümid onların başını qatsın. Amma onlar yaxında biləcəklər.

Bu ayədə inkarçılara mütləq cəzalandırılacaqları barəsində şiddətli bir ismarıc verilir. Bu tərz ismarıclar Quranın bir çox yerində görünür:

  • 30Və nankorlar… Onun yolundan azdırmaq üçün Allaha zövcələr isnad etdilər. De ki: “Yararlanın, artıq şübhəsiz ki, dönüşünüz atəşədir”. (İbrahim/30)
  • 1,2Çoxaltma yarışı, məzarlarınıza girənə qədər sizi əyləndirib başınızı qatdı.
  • 3,4Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. Yenə, qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz.
  • 5,6Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əgər qəti olaraq bilsəydiniz alovlu atəşi, tam əminliklə bilin ki, görəcəksiniz.
  • 7Bir müddət sonra, onu, adi gözlə görürmüş kimi, real olaraq mütləq görəcəksiniz.
  • 8Sonra, o gün siz, nemətlərə görə də, tam əminliklə bilin ki, sorğu-sual olunacaqsanız.(Təkasür/1-8)

Ayədə keçən “امل əməl” sözü, dini terminologiyamızda ümumiyyətlə “tül-i əməl” olaraq ifadə edilir. Tül-i əməl, adamın dünyaya bağlılığı, axirəti unutması, özünü gözləyən aqibəti vecinə almaması, beləliklə “acgözlülük, tamah, bitməz tükənməz hərislik və arzulara qapılması, heç ölməyəcəkmiş kimi dünyaya hədsiz bağlanması” olaraq tərif edilir. Yəni bu xasiyyət, Allahın qınadığı, möminlərdə olmamalı olan bir xasiyyətdur.

4Və Biz heç bir məmləkəti, bilinən bir kitabı olmadığı halda, dəyişikliyə/dağıntıya uğratmadıq.

5Heç bir ümmət müddət sonunun önünə keçə bilməz və onu gecikdirə də bilməz.

Kafirlərin, özlərinə hər hansı bir əzabın gəlməməsini irəli sürərək, peyğəmbərimizin gerçək bir elçi olmadığı yolundakı iddiaları bu ayələrlə rədd edilmiş olur. 3-cü ayədə keçən “yaxında biləcəklər” təhdidindəki “yaxında” ifadəsinin də açılışı mahiyyətində olan bu ayələr aşağıdakı şəkildə təqdir edilə bilir: “Biz heç bir cəmiyyəti küfr edər-etməz dərhal cəzalandırmarıq. Hər cəmiyyətə dəvəti eşidib anlamaları və hallarını düzəltmələri üçün bir möhlət veririk. O möhlət bitənə qədər onların günahlarına və pis hərəkətlərinə tolerantlıq göstərir, onlara dilədiklərini etmə sərbəstliyi verir, gözləyirik. Onları dərhal cəzalandırmamağımızın, lağ etmələrinə və küfrlərinə tolerantlıq göstərməyimizin səbəbi bax budur”.

Göründüyü kimi, bu ayələrdə, hər məmləkətin bilinən bir yazısı olduğu açıqlanmış və o məmləkətdə yaşayan cəmiyyətin bu yazını dəyişdirəməyəcəyi bildirilmişdir. Heç bir cəmiyyət özü üçün müəyyən edilmiş əcəlin önünə keçə bilməz. İnsanlar və digər canlılar üçün var olan əcəl, cəmiyyətlər üçün də keçərlidir.

Allahın cəmiyyətlərə qoyduğu bu sosioloji qayda, başqa ayələrdə də dilə gətirilmişdir:

  • 55Küfr edənlər də özlərinə qəflətən qiyamətin qopma anı və ya qısır [yararsız, bəhərsiz] bir günün əzabı gəlincəyə qədər, Qurandan şübhə duymağa davam edəcəklər. (Həcc/53)
  • 34Və hər lideri olan bir cəmiyyət üçün bir müddətin sonu vardır. Onun üçün müddətin sonu gəldiyində, nə bir an ertələyə bilərlər, nə də önə ala bilərlər. (Əraf/34)
  • 45Və əgər Allah, qazanmaqda olduqları şeylər ucbatından insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Və lakin onlara, adı qoyulmuş bir müddətə qədər ertələməkdədir. Sonunda, müddət sona yetdiyi zaman da artıq, şübhəsiz ki, Allah öz qullarını ən yaxşı görəndir. (Fatir/45)

Bu mövzu ilə əlaqədar olaraq həmçinin bu ayələrə də baxıla bilər: Al-i İmran/145,   Əraf/135, 185, Yunus/11, 49, Hud/104, Hicr/5, İbrahim/10, Nəhl/61, Möminun/43.

Yuxarıdakı ayələrdən anlaşıldığı kimi, cəmiyyətlər də eynilə insanlar kimi müəyyən edilmiş bir ömrü yaşayırlar. Heç biri nə bu ömrün önünə keçə bilir, nə də bu ömürdən geri qala bilirlər. Başqa bir ifadə ilə, hər cəmiyyət, hər sivilizasiya, eyni qanuna tabe olaraq canlı bir orqanizm kimi doğulub böyüyür, yaşlanır və nəticədə ölür. O halda bir cəmiyyət, nə qədər hegemon və yüksəlmiş olursa olsun, müddətini bitirdiyində mütləq yox olub gedəcəkdir. Cəmiyyətlərin yox olub getmələri müxtəlif səbəblərlə ola bilir. Kimisi əxlaqi çöküntü səbəbiylə, kimisi hegemonluqlarını itirərək, kimisi də geoloji, iqlim və ya bioloji fəlakətlərlə yox ola bilir. Nəticədə mütləq yox olub getmək bütün cəmiyyətlərin qarşısı alınmaz yazısıdır.

Əcəl deyilən bu mütləq son, istər insanlar və cəmiyyətlər, istərsə də digər varlıqlar üçün Allah tərəfindən müəyyən edilmiş bir faktdır. Əcəlin Allah tərəfindən müəyyən edildiyi və hər əcəlin bir səbəbi olduğu Quranda açıqça bildirilmişdir:

  • 2O, sizi bir palçıqdan yaratmış olandır. Sonra “müddət sonunu”u gerçəkləşdirmişdir. Və adı müəyyən edilmiş müddət sonu Onun qatındadır. Sonra siz hələ də şübhələnib, durursunuz. (Ənam/2)

…  لكلّ اجل كتاب Hər əcəl üçün bir yazı/Kitab vardır.

  • 38And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da həyat yoldaşları və nəsil [övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni/biliyi olmadan, hər hansı bir əlamət/nümunə gətirmək də yoxdur. Hər müddət sonu üçün bir yazı vardır. (Rad/38)

مسمّى اجل Əcəl-i Müsəmma. “Əcəl [müddət]” sözü Quranda bir çox ayədə [Bəqərə/282, Ənam/2, 60, Hud/3, Rad/2, İbrahim/10, Nəhl/61, Ta Ha/129, Həcc/3, 33, Ənkəbud/53, Rum/8, Loğman/29, Fatir/13, 45, Zümər/5, 42, Mömin/67, Şüra/14, Əhqaf/3, Nuh/4] “əcəl-i müsəmma [adı qoyulmuş, müəyyən edilmiş müddət]” tamamlığı içində keçir. Bu tamamlıq ilə “ili, ayı, günü və saatıyla müddətin son anı” qəsd edilmiş və əcəlin heç bir şəkildə dəyişdiriləməyəcəyi vurğulanmışdır.

4 və 5-ci ayələrdə verilən ismarıc, İbrahim surəsində daha geniş verilmişdir:

  • 42,43Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin etdiklərindən Allahın xəbərsiz/məlumatsız olduğunu qətiyyən sanma! Ancaq O, onları başlarını didərək qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur. (İbrahim/42, 43)

4-cü ayədə keçən “ كتاب معلوم Kitabun məlum” ifadəsini iki cür başa düşmək mümkündür:

* Bu ifadə “əcəl-i müsəmma [adı qoyulmuş, müəyyən edilmiş müddət]” olaraq anlaşıla bilir. Çünki hər cəmiyyətin bir əcəli olması mövzusu, yuxarıda da açıqladığımız kimi, bir çox ayədə dilə gətirilmişdir:

  • 34Və hər lideri olan bir cəmiyyət üçün bir müddətin sonu vardır. Onun üçün müddətin sonu gəldiyində, nə bir an ertələyə bilərlər, nə də önə ala bilərlər. (Əraf/34)

* Bəhs edilən ifadə “göndərilmiş, bilinən Kitab” olaraq da anlaşıla bilir. Bu təqdirdə, ayədən, həlak edilən hər qövmün mütləq özlərinə göndərilmiş bir kitabının olduğu, Rəbbimizin elçi göndərmədən kimsəyə əzab etmədiyi nəticəsi çıxar.

Bu xüsus da yenə bir çox ayədə dilə gətirilmişdir:

  • 131Bax budur, bu Rəbbinin xalqı laqeyd, biliksiz ikən, ölkələri haqsız yerə dəyişdirən/dağıntıya uğradan biri olmamasıdır. (Ənam/131)
  • 15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq. (İsra/15)
  • 208Və Biz sadəcə, əhalisi xəbərdar edilmişlər olan şəhəri dəyişikliyə/dağıntıya uğratdıq. (Şüəra/208)
  • 163–165Şübhəsiz ki, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Eyyuba, Yu­nusa, Haruna və Süleymana, daha öncə özlərini sənə anlatdığımız və anlatmadığımız elçilərə… Elçilərdən sonra insanların Allahın əleyhinə bir də­lil­ləri ol­masın deyə, Biz onlara müjdəçilər və xəbərdar edənlər olaraq vəhy etmişdik. Davu­da da Zə­bu­ru verdik. Və Allah, Musaya söz söylədikcə söylədi/onu yaraladıqca yaraladı, çox sıxıntı çəkdirdi. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağ­lamlaşdırandır. (Nisa/163-165)
  • 133,134Və inkar edənlər: “Elçiliyini iddia edən bu insan, Rəbbindən bizə bir əla­mət/nümunə gətirsəydi!” – dedilər. Onlara ilk səhifələrdə olan açıq-aşkar dəlillər gəl­mədimi? Və əgər Biz onları bundan əvvəl bir əzab ilə dəyişikliyə/dağıntıya uğrat­say­dıq, tam yəqinliklə bilin ki: “Ey Rəbbimiz! Bizə də bir peyğəmbər göndər­səydin, al­çaq və rüsvay olmadan əvvəl Sənin ayələrinə uysaydıq!”– deyəcəkdilər. (Ta Ha/133, 134)

6,7Və onlar: “Ey özünə Öyüd – Quran endirilən insan! Şübhəsiz ki, sən gizli güclərlə dəstəklənən biri/dəlisən. Əgər doğrulardansansa, bizə mələklər ilə gəlməliydin” – dedilər.

8Biz o təbii gücləri, ancaq haqq ilə endirərik. O vaxt da onlar möhlət verilən­lər­dən olmazlar.

Bu ayələrdə, kafirlərin hər zamankı sabit fikirləri olan “möcüzə göstərməyən bir bəşərin elçi olamayacağı” iddiaları ilə onlara xas mələk anlayışları dilə gətirilir.

Məkkə öndə gedənlərinin peyğəmbərimizə “məcnun [cinlənmiş]” demiş olmalarından iki fərqli məna çıxarmaq mümkündür:

  1. Müşriklər, “məcnun” sözüylə, peyğəmbərimizin içinə cin girdiyini və onun cinin dəstəyi ilə gözəl sözlər söyləyən biri olduğunu qəsd etmiş ola bilirlər. Çünki ərəblər, şairlərin şerlərini ümumiyyətlə cinlərin dəstəyiylə söylədiklərinə inanırlar və hər məşhur şairin bir xüsusi cini olduğunu zənn edərdilər.
  2. Müşriklər bu sözlə peyğəmbərimizin içinə cin girdiyini, buna görə də normallığının pozulmuş, dəli, cinli biri olduğunu qəsd etmiş ola bilirlər.

Biz də sözün bu ayədə yayılmış olaraq işlədilən bu ikinci mənanı ifadə etdiyi qənaətindəyik. Çünki Məkkəli müşriklər, lağ edici bir tövrlə dilə gətirdikləri “elçi – mələk” tələblərində səmimi deyildilər və “zikr”in peyğəmbərimizə verildiyinə inanmadıqları üçün “məcnun” sözünü həqarət məqsədi ilə söyləmiş olmalıdırlar. Bir baxıma belə demək istəmişdilər: “Zikrin özünə gəldiyini iddia edən adam! Sən dəlinin birisən”.

Elçilərə “məcnun [dəli]” demək müşriklərin ortaq üslubu olub, daha əvvəlki peyğəmbərlərə də eyni şəkildə həqarət edilmişdir. Bunları Quranın müxtəlif ayələrində (Qəmər/9, Şüəra/27, Zəriyət/39, Saffat/35, 36, Duhan/14, Furqan/21, 22, Qələm/2, 51), Zəriyət/52, Tur/29, Təkvir/22) görmək olar.

Müşriklərin bu ayələrdə bildirilən etirazları, onların qədimdən bəri davam edərək gələn ənənəvi anlayışlarına və reaksiya tərzlərinə uyğundur. Əvvəlki cəmiyyətlər də öz peyğəmbərlərindən mələkləri və möcüzələr göstərmələrini istəmişdilər. Hətta Səmud qövmü peyğəmbərin özünün mələk olmalı olduğunu irəli sürmüş, İsrailoğulları isə Musa peyğəmbərdən Allahı özlərinə göstərməsini tələb etmişdir.

  • 153,154Onlar dedilər ki: “Sən, tam yəqinliklə bil ki, ovsunlanmışlardansan! Sən də ancaq bizim kimi bir bəşərsən. Əgər doğru söyləyənlərdənsənsə, haydı, bizə bir əlamət/nümunə gətir”. (Şüəra/153, 154)
  • 23Səmud da o xəbərdarlıqları yalan saydı: 24,25“Bizdən bir tək insanamı, onamı uyacağıq? Elə edəriksə, əmin olun ki, bir pozğunluq və çılğınlıq içində olarıq. Öyüd/Kitab, aramızdan onamı endirildi? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” – dedilər. (Qəmər/23, 25)
  • 51–53Və Firon qövmünün içində səsləndi: “Ey qövmüm! Misir hökmdarlığı və altımdan axıb gedən bu çaylar mənim deyilmi? Hələ görmürsünüz? Yaxud mən bu zavallının məhz özü olan, az qala məramını anlada bilməyəndən daha xeyirli deyiləmmi? Həm də onun üzərinə qızıl bilərziklər atılmalı və ya özü ilə bərabər sıx-sıx səflər halında mələklər gəlməli deyildimi?” – dedi.     (Zühruf/51, 53)

Əslində isə müşriklərin bu istəklərinin reallaşması, yəni mələklərin bədənə bürünüb insanlara görünməsi, “işin bitməsi” mənasına gəlir:

  • 210Onlar, sadəcə, Allahın buluddan kölgələr içində gəlməsini, təbii güclərin [şüa, radiasiya və meteoritlərin] gəlməsini və işin bitirilməsinimi gözləyirlər? Halbuki, işlər yalnız və yalnız Allaha döndərilir. (Bəqərə/210)
  • 7Və əgər Biz sənə papirusda/kağızda yazılı bir kitab endirmiş olsaq, onlar da ona əlləri ilə toxunsalar, tam yəqinliklə bil ki, o kafirlər: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir” – deyərlər.
  • 8Və onlar: “Bu Peyğəmbərə bir mələk endirilsəydi!” – dedilər. Əgər Biz bir mələk endirmiş olsaydıq, iş, tam əmin ol ki, bitirilmiş olardı. Sonra da özlərinə göz belə açdırılmazdı. (Ənam/7, 8)
  • 21Bizə qovuşmağı ummayanlar da: “Bizim üzərimizə mələklər/təbii güclər endirilməli idi”, ya da: “Rəbbimizi görməli deyilmiydik?” – dedilər. And olsun ki, onlar içlərində öz yekəxanalıqlarına inandılar və böyük bir pozğunluq edərək, azğınlaşdıqca azğınlaşdılar.
  • 22Mələkləri görəcəkləri gün… Bax budur, o gün, günahkarlara heç bir müjdə – sevincli xəbər yoxdur. Və o qovuşmağı ummayanlar: “qadağan edilmişdir, qadağan!” – deyərlər. (Furqan/21, 22)

Və Haqqa/1-18, Nəbə/38- 39, Saffat/19, 20.

“Mələklərin haqq ilə enməsi”. Bu ifadənin doğru anlaşıla bilməsi üçün buradakı “mələk” sözünün hansı mənada işlənildiyi təsbit edilməlidir. Əgər “xəbərçi” mənasında işlənildiyi qəbul edilirsə, mələklərin risalət/ismarıc gətirmək üçün endiklərini; “güc” mənasında işlənildiyi qəbul edilərsə isə mələklərin zəlzələ, fırtına kimi dağıdıcı fəlakətlər gətirmək üçün endiklərini başa düşmək lazımdır.

Ayənin sonundakı “o vaxt …” ifadəsi, buradakı “mələk” sözünün “güc” mənasına gəldiyini göstərir. Çünki mələklər “xəbərçi” olsaydılar, enişləri ilə möhlət ortadan qaldırılmaz, tam tərsinə, cəmiyyətə möhlət verilərək, məsuliyyət mələklərin gətirdiyi xəbər ilə başladılardı.

9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq.

Bu ayədə, vurğu üstünə vurğu edilərək Zikri bilavasitə Allahın endirdiyi və onu qətiliklə qoruduğu, qoruyacağı bildirilir. Dərhal qeyd etmək lazımdır ki, bu qoruma vədi həm vəhy anını, həm də sonrakı zamanları əhatə edir.

Daha əvvəl Bürclər surəsinin təhlilində etdiyimiz “Quranın qorunmuşluğu” mövzusundakı açıqlamalarımızı, yararlı olacağına inanaraq, burada da təkrarlayırıq:

Quranin Qorunmuşluğu. Quranın Allah tərəfindən qorunduğu və qorunacağı mövzusu, üzərində çox mübahisə edilən bir xüsusdur. Xüsusilə İslam dininin mənsubu olmayan araşdırmacılar, bu günkü Tövrat və İncilin orijinallığının qorunamadığının bu din mənsubları tərəfindən belə qəbul edildiyinə görə, Quranın da təhrifə uğradığını isbat etmək üçün cəhd göstərirlər. Bilindiyi kimi bu yöndəki araşdırmaların ən sonuncusu İngiltərədə Prof. Mingana adında bir alim tərəfindən edilmişdır. Bu şəxs, Dr. Agnes Levis adında birinin III. Xəlifə Osman dövrünə və ya bir qədər daha qədim bir dövrə aid olan bir müshafın bir neçə səhifəsini tapdığını və kopyalarını da özünə verdiyini iddia edərək, mövcud Müshaf ilə bu kopyalar arasında fərqlər olduğunu irəli sürmüşdür. Ancaq edilən tədqiqlər nəticəsində, yanlışlığın mövcud müshafda deyil, araşdırmaçıya verilən nüsxələrdə olduğu anlaşılmışdır.

İslam və Quranın öndə gələn əleyhdarlarından və Quran üzərində araşdırmaları mövcud olan İngilis müstəşrik [oreantalist, doğuelmci] Ser William Muir, etdiyi uzun araşdırmaların nəticəsində elm adamı sifətinin verdiyi məsuliyyətlə “Mətninin bütün sərvətini on iki əsr mühafizə edən bir başqa kitab yoxdur” demək məcburiyyətində qalmışdır.

Ölkəmizdə də bəziləri tərəfindən qiraət və fonetik işarələri, ya da səsləndirmə fərqlilikləri önə sürülərək, təhrif iddiaları etmişsə də, bu tip fərqliliklərin cümlənin mənasına təsir etməyən ünsürlərdən olması səbəbiylə bu iddialar etibar görməmişdir.

Ancaq ağlını işlədə bilən hər Müsəlmanın Quranın Allah tərəfindən necə qorunduğuna məntiqli bir cavab araması təbiidir, hətta bir vəzifədir. Çünki Quran, onu təhrifə cəhd edən tövhid düşmənlərinin Tövrat və İncilə etdikləri hücumlara bənzər bir hücuma [Həcc /52, 53, Ənam/112, 113, 121] qarşı sıgortalanmış olaraq dəmir seyflərin içində mühafizə edilmir. Buna görədir ki, Quranın orijinallığını mühafizə etdiyi bilavasitə Müsəlmanlar tərəfindən məntiqli bir şəkildə isbat edilməlidir. Beləliklə, Müddəssir surəsinin 31-ci ayəsində işarət edildiyi kimi, “iman etmiş olanların imanı artsın, özlərinə kitab verilmiş olanlar ilə iman sahibləri şübhəyə düşməsin”.

“Mənim imanım tamdır, imanımı gücləndirmək üçün belə bir şeyə ehtiyacım yoxdur” deyənlərə, qəlbini [imanını] gücləndirmək üçün Allahdan ölüləri necə diriltdiyini özünə göstərməsini istəyən İbrahim peyğəmbəri xatırlatmaqda yarar vardır (Bəqərə/260).

Bizim görüşümüzə görə, Quran aşağıdakı səbəblərə görə təhrifə uğramamışdır:

– Quran ləfzi, nəzm və mahiyyəti etibariylə bir möcüzədir. Buna görə də hər hansı bir azaltma, artırma və ya dəyişdirmə olsa, deyim yerindəysə, dərhal özünü büruzə verər.

– Rəbbimiz sayəsində Müsəlmanlar, erkən dövrdə hərəkətə keçərək, Quranın kitablaşmasını həyata keçirmişdilər. Beləliklə, çox qədim dövrlərdəki əl yazması nüsxələr ilə bu günkü nəşrlərin eyni olduğu görünə bilir.

– İlk gündən etibarən bir çox insan böyük bir zövqlə, eşqlə, həzzlə Quranı əzbərləmək istəmiş və Quranın oxunuşundaki harmonik özəllik səbəbiylə də bunu asanlıqla bacarmışdır. Beləliklə, tarixin hər dövründə Quranı əzbər bilən on minlərlə hafiz mövcud olmuş, buna görə də Quranın təhrif edilmə və ya nüsxələrinin yox olma riski heç olmamışdır.

– Quranın enməyə başlamasıyla birlikdə, Quranın təlimi və təhsili də başlamışdır. Digər dinlərdə dini təhsilin ruhanilərin monopoliyasında olmasının əksinə olaraq, ruhanilik qurumunun olmadığı İslamda təlim və təhsil, kəndli-şəhərli hər kəsə istiqamətlənən olmuşdur. Quran bir zümrənin və ya bir qurumun monopoliyasında olmadığı kimi, ilk illərdə belə heç bir zaman bir neçə nüsxədən ibarət qalmamışdır. Çox saydakı nüsxəsiylə hər Müsəlmanın evinə, iş yerinə, kitabxanalara, camilərə, məscidlərə, kitab evlərinə girmiş, hər kəs tərəfindən oxunmuş və öyrənilmişdir. Beləliklə yayğın bir öyrətmə təmin edilmiş, pis niyyətli adamların şəxsi ölçüdəki təhrif cəhdləri nəticəsiz qalmışdır.

– Quranın enməyə başladığı Miladi 610 il, digər dinlərin ortaya çıxma zamanlarına görə insanlıq tarixinin aydınlıq bir dövrüdür. Bu dövrdə bir çox qədim mədəniyyət zirvə nöqtəsindədir və əhvalatlar artıq qeydə alınmağa başlanmışdır. Belə ki, Musa və İsa peyğəmbərlərin varlığını və yaşamını bəzi tarixçilər qəbul etməzkən, peyğəmbərimizin yaşadığı mövzusunda, həyatı və şəxsiyyəti haqqında heç bir tərəddüd yoxdur. Ona görə də peyğəmbərimizin tək möcüzəsi olan Quran da, tərəddüdə yer verməyən qeydlərlə günümüzə gəlmişdir.

– İslamiyyət, Musa və İsa peyğəmbərlər zamanındakı kimi yönləndirilən, dəyişdirilə bilən, qurban, məzlum, zavallı, yazıq azılıqlar arasında deyil, zəngin, hakim, azad şəhərlərdə doğulmuş və böyümüş, yönəldən, dəyişdirə bilən, güclü toplumların dini olmuşdur. İslamiyyətin bu xüsusiyyəti, beləliklə də Quranın təhrifə uğramış olması məntiqli deyildir.

Yuxarıda sıralanan maddələr, müxtəlif baxış bucaqları ilə hər kəs tərəfindən artırıla bilər ya da azaldıla bilər. Ancaq Quranın riyazi quruluşu üzərində edilən araşdırmalar bu mövzudakı bütün mübahisələri bitirəcək xüsusiyyətdədir. Hələ bütün incəlikləri ilə ortaya çıxarılamamış olsa da, Quranın bu ana qədər təsbit edilən riyazi xüsusiyyətləri belə, onun həm Allahdan başqası tərəfindən yazılmış olamayacağını, həm də ediləcək hər hansı bir əlavə, ya da azaltmanın dərhal bəlli olacağını isbatlayır. Qısaca “19 möcüzəsi” deyilən bu mövzuyla əlaqədar olaraq daha geniş bilgi Müddəssir surəsinin təhlilində verilmişdir.

 “Biz onun üçün qoruyanlarıq” ifadəsindəki əvəzliyin Qurana raci olması. Quran üzərində araşdırma edənlərin bir çoxu, “Və mütləq Biz onun üçün qoruyanlarıq” ifadəsində keçən “ه hu [o]” əvəzliyi ilə Quranın deyil, peyğəmbərimizin qəsd edildiyini irəli sürmüşdülər. Bu təqdirdə, Allahın mütləq qoruyacağı şey Quran deyil, elçi olur. Buna görə, ayədəki ifadənin mənası da “Biz, onun Bizim haqqımızda yalan uydurmasına icazə vermərik” və ya “ona bir tələ hazırlanmasına, yaxud öldürülməsinə qarşı onu qoruyarıq” mənasına gəlir. Əslində bu məna da “zikr”in qorunmasından başqa bir şey deyildir. Çünki buradakı “zikr”, 6-cı ayədə keçən “Ey özünə Zikr endirilən şəxs!” ifadəsindəki, elçiyə endirilən “zikr”dir. O da əlbəttə ki, Qurandır. Dolayısıyla peyğəmbərin qorunması, ona endirilən “zikr”in, yəni Quranın qorunması deməkdir. Belə olmasına baxmayaraq, ayədəki ifadədən “elçinin qorunacağı” mənasını çıxarmaq, həm texniki, həm də ümumi mənada mümkün deyildir.

Bir isim cümləsi olan bu ayə, bütün zamanları, yəni həm Quranın eniş anını həm də sonrakı zamanları əhatə edir. Çünki vəhyin düşməni çoxdur. Hətta sonrakı ayələrdən öyrənəcəyimiz kimi, Rəbbimiz, “Zikr”i, vəhyi, bilavasitə elçidən, onun İblisindən də qorumuşdur.

  • 44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz. (Haqqa/4447)

Bu qorumadan, keçmiş bütün peyğəmbərlərə edilən vəhylər üçün də bəhs edilə bilər. Uca Allah vəhyini, elçinin zehnində və təbliğ mərhələsində inamsızlıqlardan qoruyaraq, öz sözlərinin arasına qul sözü qatılmasına izn verməmişdir:

  • 52–54Və Biz səndən öncə heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah şeytanın/İblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah şeytanın buraxdığını, qəlblərində xəstəlik olan, təfəkkürü pozulmuş və qəlbləri qas-qatı olan insanlar üçün, onları dindən çıxarmaq üçün… Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər… Özlərinə bilik verilmiş olan insanlar Quranın şübhəsiz, Rəbbindən gələn bir gerçək olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah Alimdir – çox yaxşı biləndir, Hakimdir – ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz ki, Allah iman edən insanları ən doğru yola bələdçiləyəndir. (Həcc/5254)

Allah və “biz” əvəzliyi. Uca Rəbbimiz bir çox ayədə özüylə əlaqədar olaraq “İnna, Nahnü/Biz” əvəzliyini işlədir. “Biz, Bizi, Bizə, Bizim, Bizdən” kimi ifadələrin Allah üçün işlənildiyi hər ayədə, Allahın sifətlərinin təcəllisinə yönəlik vasitəli təsərrüflərin ifadə edildiyi görünür. Bunu yüzlərlə nümunə ilə açıqlamaq mümkündür. Ancaq burada hər kəs tərəfindən bilinən bir neçə nümunə verməklə kifayətlənirik:

  • 1Şübhəsiz, Biz sənə bol nemət verdik.                (Kövsər/1)
  • 1Biz sənin üçün sənin köksünü açmadıqmı? (İnşirah/1)

1Şübhəsiz, Biz dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik.     (Qədr/1)

Quranda Allah üçün işlədilən əvəzliklərin bu şablona uyduğu açıq şəkildə görünür:

  1. Allahın zatına və uluhiyyətinə aid ifadələrdə “Ənə, İnni/Mən [birinci şəxsin təki] ifadəsi işlənilir.
  2. Yenə Allahın zatı və uluhiyyəti ilə əlaqədar olaraq, bəzi ayələrdə Rəbbimiz “sən, səni, sənə, sənin” kimi “İkinci Şəxsin Təki” əvəzlikləri ilə, digər bəzi ayələrdə isə “o, onu, ona, onun” kimi “Üçüncü Şəxsin Təki” əvəzlikləri ilə ifadə edilir. İstər ikinci şəxsin təki, istərsə də üçüncü şəxsin təki olsun, hər iki qrup əvəzlik də “təklik” ifadə edər. Allahın zatından və uluhiyyətindən bəhs edilən heç bir yerdə “Siz” və ya “Onlar” kimi cəm ifadələr işlənilməz.

Fatihədə də “Yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım istəyirik” şəkliylə ifadə buyrulmuşdur.

  1. Əzəmətinin, güc və qüdrətinin vurğulandığı ayələrdə isə Uca Allah özündən “Biz” deyə bəhs edir.

Bütün dillərdə, nüfuz sahibləri, öz güc və qüdrətlərini anladırkən “Biz” ifadəsindən istifadə etmiş, fərmanlarında və ya söylədiklərində “Biz” ifadəsini işlətmişlər. Bu, Quran enmədən də belə idi, indi də belə davam edir.

Qısaca, Rəbbimizin “Biz” ifadəsi, Özünün əzəmət və böyüklüyünü, ululuğunu vurğulamaq üçündür. Məsələyə vaqif olan elm sahibləri Rəbbimizin “Biz” ifadələrini “Biz Azimüşşan” olaraq ifadə etməklə müvafiq bir anlayış ortaya qoymuşlar.

10Və and olsun ki, Biz səndən əvvəl keçmiş camaatlara da elçilər göndərdik.

11Və onlara hər hansı bir elçinin gəldiyini görən kimi, tam əmin olun ki, onu lağa qoyurdular.

13Onlar endirilən kitaba/göndərilən elçiyə inanmazlar, halbuki, əvvəlkilərlə əlaqədar qaydalarımız/tətbiqatımız keçmişdir, sizə bildirilmişdir.

14,15Və Biz onların üzərlərinə göydən bir qapı açsaq və onlar oradan yuxarı yüksəlsələr belə, tam yaqin bilin ki: “Gözlərimiz döndərildi/bulandırıldı. Əslində biz ovsunlanmış bir camaatıq” – deyəcəkdirlər.

Bu ayələrdə, keçmişdəki inkarçılarla bağ qurularaq Məkkəli müşriklərin də keçmişdəki o qədim inkarçılar kimi elçilərinə qarşı fanatik və lağ edici davrandıqları bildirilir. Zövq və səfanı tərcih edən, itaət və ibadəti seçdikləri təqdirdə ləziz və xoş bildikləri şeylərdən geri qalacaqlarını düşünən, əllərində olan sosial statusu tanrı halına gətirən bu inancsızlar, peyğəmbərlərinə həmişə lağ etmişdilər. Hələ əsasən də özlərindən mal, mülk, məqam və mövqecə aşağı olan birinə itaət edəcək olmaq, onları tamamilə hövsələdən çıxarmış olmalıdır. Çünki özləri üst sinifdəndirlər və alt sinifdən bir peyğəmbərə itaət edəcək olarlarsa, mövcud status fərqinin ortadan qalxacağını və əllərində tutduqları siyasi hakimiyyəti başqasına qapdırma vəziyyətində qalacaqlarını düşünmüşdülər. Budur, buna görə, cəmiyyətlərin öndə gedənləri peyğəmbərliyin özlərindən aşağıda olan sosial təbəqədən birinə verilməsini heç həzm edə bilməmişdilər.

  • 91Şüeybın qövmü dedilər ki: “Ey Şüeyb! Biz sənin söylədiklərinin çoxunu yax­şı anlamırıq. Səni, içimizdə çox zəif olaraq görürük. Əgər sənin əqrəbaların/tərəfdarların olmasaydı, tam yəqinliklə bil ki, səni daşa basar, öldürərdik. Və sənin bizə qarşı heç bir üstün gücün/qalib gələ biləcək qüdrətin yoxdur”.  (Hud/91)

12-ci ayə, yuxarıda da qeyd etdiyimiz kimi, istər texniki, istərsə də ayənin doğru anlaşılması baxımlarından, bizə görə surənin 2-ci ayəsindən sonra gəlir və orada oxunmalıdır. Buradakı “onu” əvəzliyinin 11-ci ayədə keçən “lağ etmə” olduğu və ya “Quranın günahkarların qəlblərini yaxacağı” şəklindəki qəbullarla 12-ci ayəni mövcud sıralamadakı yerində anlaşılan edə bilmək üçün edilən bir sıra açıqlamalar kifayət deyildir:

“Biz beləliklə onu” azğınlığı, küfrü, lağ etmə və şirki, əl-Həsən, Katade və digərlərinə görə, qövmünün “günahkarlarının “qəlblərinə salarıq”. Yəni, əvvəlki ümmətlər arasında keçənlərin qəlblərinə bunları saldığımız kimi, onu qövmünün müşrik olanlarının qəlbinə də beləcə salarıq, ta ki, onlardan əvvəlkilər özlərinə göndərilən peyğəmbərlərə iman etmədikləri kimi, bunlar da sənə iman etməsinlər.

Kadi, İkrimənin “Bundan məqsəd” budur. Beləliklə, “tutqunluğu və qatılığı o mücrimlərin qəlblərinə salarıq” şəklində olduğunu söylədiyini rəvayət etmiş, daha sonra da Kadi sözünə davamla “O tutqunluq, küfrünə davam və inad etdiyinə görə ancaq kafir kimsə tərəfindən meydana gətirilmişdir” demişdir. [2]

Müfəssir və mütərcimlərin çoxu, 12-ci ayədəki “onu qəlblərinə saldıq” cümləsindəki “onu” əvəzliyinin 11-ci ayədə keçən “lağ etmə” olduğu görüşündədirlər. Onlara görə 13-cü ayədəki “Ona inanmazlar” ifadəsindəki əvəzlik isə 9-cu ayədə keçən “zikr”dir. O zaman 12 və 13-cü ayələr belə anlaşılır: “Biz o lağ etməyi onların qəlblərinə salarıq və beləliklə, bu zikrə inanmazlar”. Qrammatika baxımından bu görüşdə bir səhvlik olmamasına baxmayaraq, bizim təfsirimiz qrammatik baxımdan da daha uyğun olacaqdır. Buna görə 12-ci ayənin mənası belədir: “Zikr inananların qəlblərinə girdikdə, onlara dinclik verir. Lakin eyni şey günahkarların qəlbinə girdikdə sanki qızğın bir çubuq olur və onların qəlblərini və zehinlərini yandırar”. [3]

16And olsun ki, Biz göydə bir sıra bürclər yaratdıq və baxanlar üçün onu bəzədik.

17,18Və kosmosu, az da olsa vəhyə qulaq asan, özlərini alov sütunu təqib edənlər/raketlərlə kosmosa gedənlər istisna olmaqla, bütün düşüncə güclərindən qoruduq.

 “Qulaq oğurluğu edən şeytanlar”. Quranda yaxşı dəyərləndirilməli olan mövzulardan biri də “şeytanların qulaq oğurluğu etmələri” mövzusudur.

Bu mövzu Quranda Hicr surəsinin 16-18-ci ayələri ilə Saffat surəsinin 6-10-cu ayələrində yer alır. Sıra sayları verilən bu ayələr, qədim təfsirçilərə görə mütəşabih sayıldığı üçün yaxşı anlaşılamamış və bu mövzuda məntiqsiz, ağlasığmaz, hətta dindən kənar açıqlamalar və inanclar ortaya çıxmışdır. Mövcud tərcümə və təfsirlərin demək olar ki, hamısı da mövzunu aşağı-yuxarı eyni məna istiqamətində açıqlamışdılar. Ancaq günümüzdəki texnologiya bu ayələrdəki bəzi ifadələri mütəşabih sayılmaqdan çıxarmış və bu günə qədər bu mütəşabih ifadələri açıqlamaq üçün uydurulmuş hekayələrə tərs düşməsin deyə, bəzi dilçilik qaydalarını nəzərə almamağa və ya bilərək səhv işlətməyə artıq ehtiyac qalmamışdır.

Ayədə keçən “شهاب Şihab” sözü, bildiyimiz odun və otun alovudur. [4] Söz Hicr surəsində شهاب مبين  şihabun mübin [açıq, parlaq alov]” şəklində, Saffat surəsində isə “ شهاب ثاقبşihabun saqıb [dəlici alov]” şəklində işlənilmişdir. Hər iki işlətmə şəkli birlikdə dəyərləndirildiyində, ayələrdə bəhs edilən alovun “dəlici və parlaq” olduğu anlaşılır. Bu dəlici, parlaq alov, bizə görə, bu ifadələrin keçdiyi ayələrdəki “فأتبعه fəətbəəhu [özünü izlədər, özünün arxasından gəlir]” felinin də əl yeri olmasıyla, bir kosmik raketin arxasındakı alovdur.

Qədim müfəssirlər ayələrdəki bu ifadələri “ulduz sürüşməsi”, “meteor düşməsi” olaraq açıqlamışlar və ulduzlar ilə meteorların, nə olduğunu anlaya bilmədikləri şeytanların arxasından bir top mərmisi kimi fırladıldığına inanmışdılar. Ancaq bu bombardmanın nəticəsiylə əlaqədar olaraq şeytanların bu parlaq, dəlici alovlardan qurtulub qurtulamadıqlarına, ölüb, ölmədiklərinə dair bir izah edə bilməmişdilər.

“Qulaq oğurluğu”nun nə olduğuna gəlincə: Hicr surəsinin 18-ci ayəsindəki “استرق istəraqa” feli, ümumiyyətlə “qulaq oğrulığı edən” deyə çevrilmişdir. Bu fel Quranda sadəcə bu ayədə keçir. Felin üç hərfli halı olan “سرق səraqa”nın mənası “oğurladı, oğurluq etdi” deməkdir. Mövzumuz olan beş hərfli qəlibdən mənası isə “qulaq qabartdı, qulaq misafiri oldu, qaş altından baxdı, hiss etdirmədən göz ucuyla izlədi” deməkdir. [5] Yəni “إستراق istiraq” həm qulaq, həm də gözlə gizlincə bir şeylər öyrənmək deməkdir.

Bu fel, mövzumuz olan ayədə “من استرق السّمع mən istəraqas-səma [səma qulaq qabardan]” cümləsi içində yer almışdır. Burada “سمع səmə” sözü tamamlıq edilmiş olduğundan, “استرق istəraqa” feli, (qulaq qabardılaraq nə qədər öyrənilə bilinirsə) “dinləmək yoluyla az bir bilgi öyrənən, az bir şey öyrənən” deməkdir. Digər tərəfdən, cümlədə keçən “səma” sözü vəhyə, yəni Qurana işarə edir.

Mövzumuz olan bölmələrdəki ayələr [Hicr/18 və Saffat/10], “illa” istisna ədatıyla başlayır. Belə olduqda istisna ədatından sonrakı bölmə, bundan əvvəlki mühakiməyə uyğun gəlmir. Ayələri birlikdə dəyərləndirərsək, məna da “səmanı… şeytandan qoruduq, ancaq vəhyə qulaq verən [mələ-i əladan bir parça alan] və özünü şihabın təqib etdiyi adamlardan qorumadıq” demək olur.

Təəssüflə qeyd etmək lazımdır ki, mövcud tərcümə və təfsirlərdə bu incəliyə diqqət edilməmişdir. Ayələrdəki “illa” ədatı yoxmuş kimi davranılmış və “من mən” ism-i mevsulu şərt ədatı qəbul edilərək, cümləyə şərt cümləsi mənası verilmişdir: “Kim qulaq oğurluğu edərsə, alov topu onu yaxalayır”.

Əslində isə 18-ci ayənin 17-ci ayənin davamı olduğuna görə iki ayəni tək bir cümlə halında ifadə edəriksə, cümlə aşağıdakı şəkildə olur:

“Və onu, az da olsa, vəhyə qulaq verən və özünü açıq bir alovun təqib etdiklərindən başqa, bütün Şeytan-i Racimlərdən qoruduq”.

Yəni səma “azacıq da olsa, vəhyə qulaq verən və özünü açıq alov təqib edənlərdən başqa, bütün Şeytan-i Racimlərə” qapalıdır. Az da olsa vəhyə qulaq qabardanlara açıqdır, onlara sərbəstdir, onlardan qorunmamışdır.

Mövzu ilə əlaqədar görüşümüzü Cin Surəsinin 8-10-cu ayələrinin təhlilini edərkən geniş olaraq ərz etdiyimiz üçün burada sadəcə bu qısa xatırlatmayla kifayətlənir, mövzunun incəliklərinin əlaqədar bölmədən oxunmasını məsləhət görürük.

19Yer üzünü də yaydıq və ora sabit dirəklər/dağlar yerləşdirdik. Və yer üzündə ölçülən hər şeydən bitkilər bitirdik.

20Və yer üzündə sizin üçün və sizin ruziləndirmədiyiniz kimsələr üçün dolanışıq yol­ları var etdik/Və yer üzündə sizin üçün bir sıra dolanışıq yolları və sizin ruziləndir­mə­di­yiniz kimsələr var etdik.

21Və hər şeyin xəzinələri yalnız Bizim yanımızdadır. Və Biz onu ancaq müəyyən bir ölçü ilə endirərik.

Səma ilə əlaqədar açıqlamalardan sonra bu ayələrdə də yer üzünə və onun insanlar üçün əhəmiyyətinə diqqət çəkilmişdir.

19-cu ayədəki “yer üzünü də yaydıq” ifadəsi, Nəziət/30-da “Bundan sonra da yer üzünü sərib döşədi”, Zəriyət/48-də isə “Yer üzünü də Biz döşədik. Budur, nə gözəl döşəyənlərik!” şəklində keçir. Bu ifadələrdən yer üzünün nimçə kimi düz olduğu mənasını çıxaranlar və belə olduğuna inanmaqda inad edənlər vardır. Halbuki ayədə bəhs edilən xüsus yer üzünün düzlüyü deyil, yaşamağa əlverişli bir yayılmaqla olmasıdır. Yer üzü, üzərində yaşayan canlılara nisbətən o qədər böyük bir kürədir ki, üzərində mövcud olan hər şey üçün yayılmış, düz bir görünüş təqdim edir.

Yenə eyni ayədə bəhs edilən yer üzünə yerləşdirilmiş sabit dirəklər isə dağlardır. Necə ki Nəbə/7-də Rəbbimiz “Biz yer üzünü bir beşik, dağları da bir dirək etmədikmi!” buyuraraq, dağları dirək [paya] olaraq xarakterizə etmişdir.

Dağların yer üzünə paya kimi yerləşdirilməsi, yer üzünün sarsılmaması üçündür:

  • 10Allah göyləri dayaq olmadan yaratmışdır, bunu görməkdəsiniz. Yer üzündə də, si­zə süfrə hazırlasın deyə, sarsılmaz dağlar buraxdı və oralarda irili-xırdalı hər can­lı­dan törədib yaydı. Və Biz göydən su endirdik, beləliklə, orada hər dəyərli cüt­dən bit­ki bitirdik. (Loğman/10)
  • 15,16Və Allah sizə süfrə olması üçün yer üzünün içində sabit/sağlam dağlar, çaylar və siz bələdçiləndiyiniz doğru yolu tapasınız deyə yollar və daha necə əlamətlər buraxdı. Və Onlar ulduzlarla/Quran ayələrinin köməyi ilə yollarını tapırlar. (Nəhl/15, 16)
  • 31Və Biz yer üzünün içində, sizə süfrə olsun deyə, sağlam payalar etdik. Və orada bələdçiləndikləri yollarını tapsınlar deyə, bol-bol yollar əmələ gətirdik. (Ənbiya/31)

Dağların dirəklərə bənzədilməsi mövzusu, elm və texnika kitablarında təfərrüatlı olaraq mövcuddur. Mövzu ilə əlaqədar incəliklərin oradan oxunmasını məsləhət görürük.

Ölçülmüş hər şeydən bitkilər bitirilməsi. 19-cu ayədəki “فيها fiha [orada]” əvəzliyini, texniki olaraq həm “yer üzü”nə, həm də “sabit dağlar”a şamil etmək mümkünsə də, biz “yer üzü”nə raci olmasını daha doğru hesab edirik. Çünki yer üzü, faydalanılan hər cür bitki növünün bitməsi baxımından, ayədə keçən “انبتنا ənbətna [bitkilər bitirdik]” ifadəsinə, “dağlar”a görə daha uyğun düşür.

Ayədəki “ölçülmüş” sifəti yer üzündəki bütün bitkilərin bir “ölçü”, “balans” əsasına görə yaradıldığını və bu “ölçü”, “balans” əsasının yaradılışda bir təməl qayda olaraq qoyulduğunu ifadə edir.

  • 8Allah “Hər dişinin nəyi daşıdığını və bətnlər nəyi əksildir və nəyi artırır” bilir. Və hər şey Onun qatında bir ölçü ilədir.       (Rad/8)
  • 49Şübhəsiz ki, Biz hər şeyi, bəli, hər şeyi bir ölçü ilə, nizamla əmələ gətirdik. (Qəmər/49)
  • 27Və əgər Allah ruzini qullarına yaysaydı/döşəsəydi [bol-bol versəydi], qətiliklə, yer üzündə azğınlıq edərdilər. Lakin Allah, dilədiyini bəlli bir ölçüyə görə endirir. Şübhəsiz ki, O, qullarından ən çox xəbəri olandır, ən yaxşı görəndir. (Şura/27)

Burada bəhs edilən “ölçü”, “balans” əsasından, hər bitkinin yer üzünün hamısını örtmədən, uyğun yerlərdə bitirilməsi və bəlli bir dərəcəyə qədər böyüməsi anlaşılır. Çünki əgər hər bitkinin sərbəst şəkildə böyüməsinə izin verilsə, böyümə gücünün böyüklüyü səbəbiylə, tək bir növ bitkinin belə yer üzünün hamısını örtməsi mümkündür. Lakin hikmət sahibi və hər şeyə gücü yetən Yaradıcı böyüməyə və çoxalmağa bir ölçü, bir tarazlıq qoyaraq, hər cür bitkinin balanslı çoxalmasını nizamlamışdır. Həmçinin bitkilərin müəyyən boy və qalınlıqda böyüməsi də yenə hər bitkinin quruluş, yüksəklik, genişlik və forma baxımından bilavasitə yaradıcı tərəfindən müəyyən edildiyinin bir isbatıdır.

19-cu ayədəki “فيها fiha [orada]” əvəzliyin “sabit dağlara” göndərilməsi halında, “ölçülmüş” şeylərin bitkilər deyil, mədənlər olmasından bəhs edilir ki, qızıl, gümüş, mis, qurğuşun, qalay kimi mədənlər həmişə bir ölçü ilə işlədilən şeylərdir. Canlı və ya cansız, bütün varlıqlar kimyəvi, fiziki, bioloji olaraq müəyyən ölçülərə sahibdir. Hər biri müəyyən bir formulla meydana gətirilmiş və hər birinin kainatdakı funksiyası yenə müəyyən ölçülərlə nizamlanmışdır. Bu da, kainatdakı heç bir şeyin təsadüfi olmadığı, hamısının ağıllı bir dizayn nəticəsində əmələ gətirildiyi mənasına gəlir. [6]

20-ci ayədə Rəbbimiz, yer üzünü insan üçün, bilavasitə istifadə etdiyi və ya ticarətini etməklə faydalandığı tükənməz bir nemət süfrəsi qıldığını vurğulayır. Bu xüsus daha əvvəl Əbəsə surəsində də qeyd edilmişdi:

  • 24Haydı, baxsın insan öz yeməyinə!
  • 25Biz suyu tökdükcə tökdük. 26Sonra torpağı yardıqca yardıq.
  • 27–32Beləliklə, yer üzündə, sizə və mal-qaranıza dolanışıq olaraq dənələr/toxumlar, üzümlər, yoncalar, zeytunlar, xurmalar, gur çəmənli, sıx ağaclı bağçalar, meyvə və otlaq bitirdik. (Əbəsə/24-32)

20-ci ayənin sonundakı “sizin ruziləndirmədikləriniz” ifadəsi ilə bitki, ya da heyvan növündən, insanların baxıb bəsləmədiyi, amma yenə də varlıqlarını davam edən bütün canlılar qəsd edilir. Bəhs edilən ifadə, ən geniş mənasıyla “insan da daxil olmaqla, yaşayan bütün varlıqların yalnız və yalnız Allah tərəfından ruziləndirildiyi” mənasına gəlir.

Necə ki, Uca Allah bütün canlıların ruzisinin özünə aid olduğunu çox açıq bir ifadə ilə bildirmişdir:

  • 6Və yer üzündə heç bir kiçik-böyük canlı yoxdur ki, ruzisi Allaha aid olmasın. Allah onun yerləşdiyi yerini də, müvəqqəti olduğu yeri də bilir. Hamısı açıq-aşkar bir kitabdadır. (Hud/6)

22Və Biz küləkləri aşılayıcılar olaraq göndərdik və göydən su endirib, sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz.

23Və əlbəttə, yalnız və yalnız Biz dirildirik və Biz öldürürük! Və Biz son sahib olanlarıq.

24Və and olsun ki, Biz sizlərdən önə keçmək istəyənləri də, geri qalmaq istəyənləri də bilmişdik.

25Və şübhəsiz, sənin Rəbbin onları toplayacaq olanın məhz özüdür. Şübhəsiz ki, O ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, ən yaxşı bilən­dir.

Uca Allahın sonsuz qüdrətinin gözlər önünə sərilməyə davam edildiyi bu ayələrdə, rüzgarların aşılayıcı olduğuna və yağışın yağmasını Onun təmin etdiyinə diqqət çəkildikdən sonra, sadəcə Allahın öldürüb diriltdiyi, Onun hər kəsin içindəkiləri bildiyi, sonunda da hər kəsi həşr edərək mühakimə edəcək olanın O olduğu bildirilmişdir.

22-ci ayədə keçən “küləklərin aşılayıcı olması” ifadəsi, küləklərin həm öz funksiyasını yerinə yetirərək yağış yağması üçün buludları aşıladığı, həm də çiçək tozlarını daşıyaraq, bitkiləri döllədiyi mənasına gəlir. Elm və texnika kitablarında bu mövzuyla əlaqədar də təfərrüatlı, qaneedici məlumatlar vardır.

23-cü ayədə Rəbbimiz diriltmək [həyat vermək, var etmək, varlıq sahəsinə gətirmək] işinin, ortağı olmadan, sadəcə özünə aid olduğunu bildirmişdir.

Bu iş sadəcə bir “can vermək” işi olmayıb, Rəbbimizin insanlara olan başqa lütflərini də ehtiva edir:

  • 78–82O, məni yaradandır. Və mənə doğru yolu O göstərir. Və O, məni ye­dir­də­nin, içirdənin məhz özüdür. Xəstələndiyim zaman O, mənə şəfa verir. Və O, məni öl­dü­rəcək, sonra məni dirildəcəkdir. Və O, din günü, səhvlərimi bağışlayacağını um­du­­ğumdur. (Şüəra/78-82)
  • 44Heç şübhəsiz, öldürən də Odur, dirildən də… (Nəcm/44)

23-cü ayədə keçən “varis” sözü, “mala, mülkə son sahib olan” deməkdir. Dolayısıyla ayədəki “Və Biz varis olanlarıq” ifadəsi, “Bizdən başqa heç bir kimsə qalmayacaqdır. Adamların bu gün sahib olduqları mal-mülk, əsl sahibinin, yəni Bizim olacaqdır. Çünki qulların hər hansı bir şey üzərindəki sahiblik iddiaları ölüm ilə sona yetəcəkdir” mənasına gəlir. Bu mövzu müxtəlif ifadələrlə bir çox ayədə (Məryəm/40, Mömin/16, Al-i İmran/180, Hədid/3, 10, Rəhman/26, 27) vurğulanmışdır.

24-cü ayədə keçən “önə keçmək istəyənlər” ifadəsi ilə “Uca Allaha qulluq etməkdə irəli getmək istəyənlər”ə, bu barədə “yarış edənlər”ə; “geri qalmaq istəyənlər” ifadəsi ilə də “qulluqdan qaçanlar”a işarə edilir.

“Önə keçmək” ifadəsi bir yarışı xatırladır. Əslində elə Rəbbimiz də Quranda bizləri bir çox işdə ortaq hərəkət etməyə, gözəl davranışlarda bir-birimizlə yarışmağa dəvət etmişdir. Dünya həyatında salihatı işləməkdə bir-birləriylə yarışıb, önə keçənlər, axirət həyatında da cənnətə girişdə və nemətlərə çatmaqda yenə öndə yer alacaqlardır.

“Yarış edənlər” ilə əlaqədar geniş açıqlama Vaqeə surəsində edildiyindən, mövzu haqqında bu qədərlə kifayətlənir və incəliklərin oradan oxunmasını məsləhət görürük.

Nəticə olaraq, 16-cı ayədən etibarən varlığını, təkliyini, gücünü anladan Rəbbimiz, bunu dilə gətirərkən insanlara göylərin yaradılışı, yer üzünün təşəkkülü, dağların funksiyası, hər növ bitki ilə təchiz edilən dünyada insanların və bütün varlıqların bəslənməsi, küləklərin bitkiləri və buludları aşılayaraq, bitkilərin artıb, çoxalmasına və yağışın yağmasına vəsilə olması kimi təbiət hadisələrinin idarə edilməsi mövzularında isbatlı dərslər vermiş və ən sona sadəcə, Özünün qalacağı barədə xəbərdarlıq etmişdir.

26,27Və and olsun ki, Biz insanı – görünən, bilinən varlıqları cingildəyən gildən, işlənə bilən palçıqdan/haldan hala girən bir maddədən yaratdıq. Və cannı/görünməz varlıqları da daha əvvəl, ən incə dəlikdən belə keçə bilən yandırıcı bir əsintinin atəşindən/əngəl tanımayan enerjidən yaratmışdıq.

Bu ayələrdə Rəbbimiz insanın quruluşuna diqqət çəkməkdə, onun əllə tutulub, gözlə görülən quruluşunu necə mərhələlər halında yaratdığını bildirir. Bu mərhələlərə görə, insanın maddi quruluşunu bişmiş palçıqdan, qədim təbirlə desək, su, hava və torpaqdan, əllə tutulamayan, gözlə görüləməyən quruluşunu isə atəşdən [enerjidən] yaratmışdır.

Rəbbimizin burada verdiyi ismarıc, “canlı” olan insanın cansız maddədən yaradılmasıdır ki, bu da ilk yaradılışı ifadə edər. Ayənin orijinalındakı “صلصال من حمإ مسنون salsalin min hamein mesnun” ifadəsini “sperma” olaraq ələ almaq, yəni Uca Allahın “torpaq”, “palçıq” ifadələrini maye sperma olaraq təvil etmək, bizə görə, uyğun deyildir. Şübhəsiz, insanın spermadan yaradıldığını ifadə edən bir çox ayə (Qiyamət/37, Nəhl/4, İnsan/2, 3, Səcdə/8) mövcuddur:

Ancaq bu ayələr insanın ilk yaradılışını deyil, ilk yaradılışdan sonrakı törəmə mərhələlərini ifadə edir. Necə ki bu xüsus başqa ayələrdə çox açıq ifadələrlə qeyd edilmişdir:

  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə (Həcc/5)
  • 12–16Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli olan Allah nə səxavətlidir! Sonra şübhəsiz ki, sizlər bunların ardından mütləq öləcəksəniz. Sonra şübhəsiz ki, siz Qiyamət günündə dirildiləcəksiniz. (Möminlər/12-16)

Orijinal ifadədə keçən sözlərin mənaları bunlardır:

–  “صلصال Salsal” sözü “keramika kimi, səs çıxaran, bişirilmədən qurudulmuş palçıq” mənasına gəlir. [7]

–  “حمإ Hamə” sözü “mayalanmış deyilə biləcək qədər çürümüş, qara, qoxumuş palçıq” deməkdir.

–  “مسنون Məsnun” sözü isə “yağlı hala gəlmiş, çürümüş palçıq” və “bir formaya salınmuş, formalanmış palçıq” olmaqla iki mənaya gəlir.

Bu məlumatlar işığında, orijinal mətnə görə insan (görünən, bilinən varlıqların hamısını təmsil etdiyi üçün insan), ilk əvvəl, surət [görünüş] olaraq çürümüş torpaqdan yaradılmışdır. Bu mərhələ yaradılışın başlangıc mərhələsidir:

  • 7Ki, O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan başlayandır. 8Sonra onun nəslini bir mahiyyətdən, adi bir sudan etmişdir. 9Daha sonra onu düzəldib bir formaya saldı və onu bilikləndirdi. Sizin üçün qulaq, gözlər və könüllər var etdi. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz? (Səcdə/7-9)

İns, İnsan. Hərfi mənası “beş duyğu üzvü ilə hiss edilə bilən, bilinən, görünən, tanınan, əlaqə qurula bilən, qeyb olmayan, davamlı ortada duran” demək olan “insan” sözü, “فعليان filiyan” qəlibində olub “انس əns” sözündən törəmişdir. “İnsan” sözünün əsli “إنسيان insiyan” sözüdür. [8]

Söz, məna olaraq kainatdakı bütün görünən [cisimli] varlıqları əhatə etməsinə baxmayaraq, sadəcə insanlara isim olaraq verilmişdir. Bunun səbəbi, insanın yaradılış etibariylə, ünsiyyətə möhtac, yəni sosial bir varlıq olmasıdır.

Ayələr, insanın “bişmiş palçıqdan, quru palçıqdan, cıngildəyən gildən, işlənə bilən palçıqdan” yaradıldığını söyləyir. Bu ifadələr “maddə”nin haldan-hala girməsini xatırlatmaqdadır və insanın ümumi mənada maddədən yaradıldığına işarə edir.

28,29Və bir zamanlar Rəbbin kainatdakı güclərə: “Mən quru palçıqdan, şəkil verilmiş/işlənə bilən bir palçıqdan bir bəşər yaradacağam. Mən, ona forma ver­diyimdə və onu bilikləndirdiyimdə, siz dərhal onun üçün təslimiyyət göstərən­lər olaraq yerə qapanın” – demişdi.

30,31Buna görə də İblis/düşüncə qabiliyyəti xaric, mələklər/kainatdakı güclərin ha­mısı birlikdə boyun əyib təslimiyyət göstərdilər. O, boyun əyib təslimiyyət göstə­rən­lərlə bərabər olmağa qarşı çıxdı, etmədi.

32Allah dedi ki: “Ey İblis! Nə olub sənə, boyun əyib təslimiyyət göstərənlərlə olmursan?”

33İblis cavab olaraq: “Quru palçıqdan, şəkil verilmiş/işlənə bilən bir palçıqdan yaratdığın bir bəşərə boyun əyib, təslimiyyət göstərməyim üçün yaradılmadım” – dedi.

34,35Allah: “Elə isə oradan çıx! Sən artıq tam yəqin bil ki, qovulmuş, məhv olmuş birisən və tam yəqin bil ki, Din gününə qədər kənarlaşdırılma sadəcə, sənin üzərindədir” – dedi.

36İblis: “Rəbbim! Elə isə onların yenidən diriləcəkləri günə qədər məni qarşında tut/mənə müddət ver!” – dedi.

37,38Allah: “Elə isə sən, tam yəqin bil ki, bilinən vaxtın gününə qədər qarşıda tutulanlardansan/möhlət verilənlərdənsən” – dedi.

39,40İblis dedi ki: “Rəbbim! Sən məni insanları azdırmağım üçün yaratdığına görə, tam yəqinliklə bil ki, mən də yer üzündə, hər şeyi onlara bəzəyəcəyəm və arıdılmış qulların istisna olmaqla, onların hamısını tam əmin ol ki, azdıracağam!”

41–44Allah dedi ki: “Bax budur, bu Mənim üzərimə aldığım ən doğru bir yoldur. Sənə uyan azğınlardan başqa, qullarımın üzərində heç bir məcburedici gücün yoxdur. Şübhəsiz ki, onların hamısına vəd edilən yer də cəhənnəmdir. Onun üçün yeddi qapı vardır. O qapıların hər biri üçün onlardan bir parça ayrılmışdır”.

Bu ayə qrupunda Rəbbimiz, insanın maddə və enerjidən olan quruluşunu təmsili bir anlatma ilə ortaya qoyur.

İnsan soyunun ilk yaradılış mərhələlərinə dair məlumatlar Quranda ilk dəfə Sad surəsinin 71-85-ci ayələrində verilmişdi:

  • 71,72O zaman ki, Rəbbin bir zaman kainatdakı güclərə: “Şübhəsiz, Mən palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Onu düzgünləşdirib bilikli hala gətirdiyim zaman dərhal ona boyun əyib, təslim olun” – demişdi.
  • 73,74Buna görə də İblisdən/düşüncə qabiliyyətindən başqa, kainatdakı güclərin hamısı birlikdə boyun əyib, təslimiyyət göstərdilər, İblis yekəxanalıq etdi və o, özünü görməməzliyə qoyanlardan idi.
  • 75Allah: “Ey İblis! O, Mənim iki əlimlə/qüdrətimlə yaratdığıma boyun əyib, təslim olmağına nə mane oldu? Yekəxanalıqmı etdin? Yoxsa yüksək dərəcələrdə məqam tutanlardanmı oldun?” – dedi.
  • 76İblis dedi ki: “Mən ondan xeyirliyəm. Məni enerjidən, onu isə maddədən yaratdın”.
  • 77,78Allah: “Dərhal çıx oradan, artıq sən, tam bil ki, qovulmusan. Çünki qatilin, əsilsiz söz və düşüncə törədənin, qaranlığa daş atanın təkisən. Əlbəttə, xeyirdən uzaq tutmağım da, qarşılaşma gününə qədər sənin üzərindədir” – dedi.
  • 79İblis: “Rəbbim! O halda təkrar dirildiləcəkləri günə qədər mənə möhlət ver” – dedi.
  • 80,81Allah: “Haydı, sən müəyyən olunmuş bir vaxta qədər möhlət verilənlərdənsən” – dedi.
  • 82,83İblis: “Elə isə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olmağına and içirəm ki, mən onların hamısını, içlərindən arıdılmış qulların istisna olmaqla, mütləq azdıracağam” – dedi.
  • 84Allah dedi ki: “Doğru budur. Mən də bu doğrunu söyləyirəm: “85And olsun, cəhənnəmi, tam əmin ol ki, səninlə və sənə uyanların hamısı ilə – hamınızla dolduracağam”. (Sad/71-85)

İstər Sad surəsində, istərsə də mövzumuz olan bölmədə insanın yaradılışı ilə əlaqədar ifadələr təmsilidir. Əhvalatın bir teatr səhnəsi kimi canlandırılaraq anladılması, kainatin, dünyanın və canlıların var olma mərhələləri haqqında bilik sahibi olmayanların mövzunu yaxşı anlamalarını təmin etmək üçündür. Mövzunun Allah, mələklər, Adəm və İblis arasında keçən dialoqlarla anladılması, əhvalatın tamamilə təmsili olduğunu göstərir. Çünki Uca Allahın bir insanla bu tərz danışması və ya Öz yaratdığı bir şeyin Ona üsyan etməsi, bilavasitə Özünün Quranda bildirdiyinə görə mümkün deyildir.

Ayədə ifadə edilən “palçıqdan yaradılış”, “düzəltmə”, “ruhun üfürülməsi” və “mələklərin səcdəsi” bir anda olub bitmiş əhvalatlar deyildir. Quranda verilən təfərrüatlara görə, bu əhvalatlar milyardlarla illik bir müddətdə reallaşmışdır. Yəni bu anlatmalardan: “Allah, mələkləri və İblisi çağırdığı bir yığıncaqda 2-3 dəqiqə içində, dərhal Adəmi yaradacağını söylədi və yaratdı. Sonra mələklərə səcdə etmələrini söylədi, onlar da dərhal səcdə etdilər. Amma İblis …” şəklində, hər şeyin çox qısa bir zamanda reallaşdığı mənasını verəcək bir nəticə çıxarılmamalıdır.

Mövzu ilə əlaqədar geniş açıqlama Sad Surəsinin təhlilində verildiyindən, incəliklərin oradan oxunmasını məsləhət görürük.

Mövzumuz olan 44-cü ayədə cəhənnəmin yeddi qapısı olduğundan bəhs edilir. Cəhənnəmin yeddi qapısının nə olduğu haqqında bir çox görüş irəli sürülmüşdür. Açıqlamaların çoxu, bu qapıların cəhənnəmə girəcək günahkarların işlədikləri günah cinslərinə görə olduğu yönündədir. Məsələn, inancsızların, münafiqlərin, müşriklərin və ya nəfsə, mala, mülkə, məqama, şəhvətə sitayiş edənlərin həmişə özlərinə ayrılmış ayrı qapılardan cəhənnəmə girəcəkləri söylənmişdir. Görüş sahibləri, kafirlərin öz inkarçılıqlarının təzahürü olan inancsızlıq, yalanlayıcılıq, müşriklik, münafıqlik kimi əməllərinin cəzalarını çəkmək üçün atılacaqları cəhənnəmin Quranda müxtəlif ad və xüsusiyyətlərdə olmasına istinad edərək, cəhənnəmə aid bu ad və xüsusiyyətlərin cəhənnəmin qapılarını təmsil etdiyini irəli sürmüşdülər.

Quranda keçən isim və xüsusiyyətlər bunlardır:

  1. Nar [“atəş”; ümumi bir xəbərdir],
  2. Ləza [“hiddətli alov/alov püskürtüsü”]
  3. Sair [“güclü alov”],
  4. Sekar [“qovurucu atəş”]
  5. Cahim [“güclü atəş”],
  6. Haviyə [qızğın atəş]
  7. Hütəmə [“əzici”, iliklərə işləyən əzab]

Bir çoxları tərəfindən bu xüsusiyyətlərin cəhənnəmə aid ayrı bölmələr olduğu qəbul edilmiş və hər bölmənin ayrı bir qapısı olacağı nəzərdə tutulmuşdur.

Klassik qaynaqlarda yer alan iki görüş isə belədir:

Atəşin ən üst pilləsində Muhəmməd ümmətindən olanlar, ikincisində Xristiyanlar, üçüncüsündə Yəhudilər, dördüncüsündə Sabiilər, beşincisində Məcusilər, altıncısında ərəb müşrikləri, yeddincisində isə münafiqlər, Firon xanədanı və Hz. İsaya süfrə endirilməsini istəyərək, endirildikdən sonra da onu inkar edənlər olacaqlar. Necə ki, Uca Allah belə buyurur: “Şübhəsiz münafiqlər cəhənnəmin ən aşağı təbəqəsındədirlər” (Nisa/145). Yenə Uca Allah bir başqa yerdə belə buyurur: “Firon xanədanını əzabın ən şiddətlisinə salın!” (Mömin/46). Süfrənin endirilməsini görənlərdən kafir olanlar haqqında isə “Amma bundan sonra sizdən kim kafir olarsa, Mən onu aləmlərdən kimsəni əzablandırmayacağım bir əzabla əzablandıracağam” (Maidə/115) deyə buyurur. [9]

  1. 1. Cəhənnəm, üst-üstə yeddi təbəqədi Hər bir təbəqəyə “dərəkə” deyilir. Bunun belə olduğuna, “Heç şübhəsiz, münafiqlər, cəhənnəmin ən alt təbəqəsindədirlər” (Nisa/145) ayəsi də dəlildir.
  2. 2. Cəhənnəmin qərargahı yeddi qismə ayrılmışdır və hər qismin bir qapısı vardır. İbn Cüreycin belə dediyi rəvayət edilmişdir: Bunların ilki cəhənnəmdir, sonra “Ləza”, sonra “Hütəmə”, sonra “Sair”, sonra “Səqər”, sonra “Cahim”, sonra “Haviyə” gəlir”. Dahhak belə demişdir: “İlk mərhələdə [təbəqədə], möminlər günahları nisbətində əzab olunur və sonra oradan çıxarılırlar. İkincisi Yəhudilərə, üçüncüsü Xristiyanlara, dördüncüsü Sabiilərə, beşincisi Məcüsilərə, altıncısı müşriklərə, yeddincisi də münafiqlərə aiddir. [10]

Ancaq cəhənnəm bir bütündür və yuxarıdakı isim və xüsusiyyətlər cəhənnəmdəki əzabın xüsusiyyətlərini əks etdirir. Cənnət və cəhənnəmin Qurandakı anlatmaları təmsili [simvolik] anlatmalardır. Bu simvollar xüsusilə Ərəbistan coğrafiyasından alınan, o coğrafiya ilə əlaqədar simvollardır. Çünki cənnət və cəhənnəm həm qeyb mövzularındandır, həm də içində olduğumuz ölçüdən fərqli ölçüdə olan məkanlardır. Beləliklə, insanların yaşadığından fərqli bir ölçüdə olan hər hansı bir şeyin mahiyyətinin tam olaraq anlaşılması, zehində canlandırılması ancaq simvollar vasitəsi ilə mümkün ola bilir. Buna görə də Rəbbimiz cənnət və cəhənnəmi bizə təmsili olaraq anladır:

  • 35Allahın qoruması altına girənlərə söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, onlara nəsib edilən – meyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girənlərin aqibətidir. Kafirlərin aqibəti isə atəşdir. (Rad/35)
  • 14,15Yaxşı, Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır. (Muhəmməd/14, 15)

Cəhənnəmin qapılarıyla əlaqədar olaraq verilən “yeddi” sayı, bizə görə çoxluqdan kinayədir. Bununla insanları cəhənnəmə sürükləyən yolların çoxluğu anladılmışdır. Çünki daha əvvəl bir çox dəfə açıqladığımız kimi, “yeddi” sayı “çoxluq, müxtəliflik” mənasını ifadə etmək üçün də işlədilir.

45,46Şübhəsiz ki, Allahın qoruması altına girənlər, cənnətlərdə və bulaqlar­dadır: “Salamatlıqla, əminlik içində, oraya girin!”

47Və Biz Allahın qoruması altına girənlərin qəlblərindəki kinləri çıxarıb atarıq. Onlar qardaşlar kimi üz-üzə yumşaq oturacaqlarda oturarlar.

48Cənnətdə onlara heç bir yorğunluq toxunmaz. Onlar oradan çıxarılmayacaqlar.

Bu ayələrdə, İblisə uymayan müttəqilərin vəziyyətləri anladılır. Müttəqi qullar Axirət Günündə baxçalarda və bulaq başlarında əzizlənəcək, müxtəlif ikramlara nail olacaqlardır. Köşklərdə içlərindən kin, həsəd kimi dünyəvi pisliklər təmizlənmiş bir şəkildə, dostlar olaraq oturacaqlar, bu yaşayışlarına əbədi olaraq davam edəcəklər.

Bənzər ayələr Quranda bir çoxdur:

  • 42,43İman edənlər və düzəltmək yolunda fəaliyyət göstərənlər ki, Biz heç kimsəyə gücü yetəcəyindən artıq bir yük yükləmərik, bax budur, onlar, cənnət gücləridir və onlar, orada sonsuz olaraq qalıcıdırlar. Və qəlblərində kindən, qisasdan, qısqanclıqdan, hiylədən, xainlikdən, qərəzdən nə varsa, çıxarıb atarıq. Onların altlarından bulaqlar axar. Onlar: “Bütün təriflər bizə bunun üçün bələdçilik edən Allahadır. Əgər Allah bizə bələdçilik etməsəydi, biz onun göstərdiyi doğru yola çata bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri bizə haqq ilə gəlmişdir” – deyərlər. Və onlara səslənilər: “Budur sizə cənnət! Etmiş olduqlarınızla buna varis/son sahib oldunuz”. (Əraf/42, 43)
  • 107,108Şübhəsiz, iman etmiş və düzəltmək yönündə işlər etmiş bu kimsələr… Onlara içlərində həmişəlik qalmaq üçün Firdevs bağçaları ikram olunmuşdur. Onlar oradan heç ayrılmaq istəməzlər.   (Kəhf/107, 108)
  • 14,15Yaxşı, Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır. (Muhəmməd/14, 15)
  • 53Bax budur, bu, hesab günü üçün sizə vəd ediləndir. 54Heç şübhəsiz ki, bax budur, bu, Bizim ruzimizdir – o heç vaxt tükənən deyil. (Sad/53, 54)

Müttəqi, ittiqa və təqva sözləri haqqındakı təfərrüatlı açıqlamamız Əraf surəsinin təhlilində verilmişdir. Faydalı olacağı qənaətiylə, əlaqədar bölmənin təkrar oxunmasını məsləhət görürük.

Cənnətlərin sayı haqqında Rəbbimiz Quranda bu məlumatları vermişdir:

  • 46Və Rəbbinin məqamından qorxan kimsələr üçün iki cənnət vardır. (Rəhman/46)
  • 62Bu ikisinin yaxınlığında iki cənnət daha vardır. (Rəhman/62)

49,50Qullarıma, heç şübhəsiz, Mənim çox bağışlayan və çox mərhəmət edənin məhz özü olduğumu, Mənim əzabımın da, çox acıqlı bir əzabın məhz özü olduğunu mütləq xəbər ver!

Bu ayələrdə Rəbbimiz, rəhmətinə uyğun olaraq bir xatırlatma və xəbərdarlıq edərək, peyğəmbərimizə özünün çox bağışlayan və çox mərhəmətli olduğunu, bununla birlikdə əzabının da xeyli çətin olduğunu bildirməsini əmr etmişdir.

Həm bağışlayıcılığını xatırladaraq ümidləndirən, həm də əzabını xatırladaraq qorxudan Rəbbimiz, bu yöntəmiylə bir tərəfdən rəhmətindən ümid kəsilib, pessimistliyə düşülməməsini, digər tərəfdən isə daima rəhməti umularaq, məsuliyyətsizlik edilməməsini öyüdləmiş olur. Buna görə, insan da orta yolu tapmalı, bənzətmə yerində isə, xəstə olduğunda duyacağı qorxunu hələ sağ ikən də duya bilməlidir.

51Və qullarıma İbrahimin qonaqlarından xəbər ver.

52O zaman ki, İbrahimin qonaqları, İbrahimin yanına girdilər və: “Salam!” dedilər. İbrahim: “Şübhəsiz, biz sizdən qorxanlarıq” – demişdi.

53İbrahimin qonaqları: “Qorxma! Şübhəsiz, biz sənə bilikli bir oğul müjdələyirik” – dedilər.

54İbrahim dedi ki: “Mənə qocalıq gəlmişkənmi məni müjdələyirsiniz? Yaxşı, nəyə is­ti­nad edərək məni müjdələyirsiniz?”

55İbrahimin qonaqları: “Səni haqq ilə/doğru olanla müjdələyirik. Ümidini kəsənlərdən olma!” – de­di­lər.

56İbrahim dedi ki: “Rəbbimin mərhəmətindən, pozğunlardan başqa kim ümid kəsər?”

57İbrahim: “Ey göndərilmiş elçilər! İşiniz nədir?” – dedi.

58–60Elçilər: “Şübhəsiz, biz günahkar bir cəmiyyətə göndərildik. Ancaq Lut ailəsi istisnadır”. Şübhəsiz, Biz Lutun zövcəsi istisna olmaqla, onların hamısını tam yəqinliklə bilin ki, qurtaracağıq. Biz nizamladıq. Şübhəsiz o, tam yəqin bilin ki, geridə qalanlardan/gözü arxada olanlardandır.

49, 50-ci ayələrdə rəhmət və əzabına diqqət çəkən Rəbbimiz, bu ayələrdə də bunları tarixi əhvalatlardan nümunə göstərərək nümunə verir.

Allahın rəhmətini haqq edib, əzabdan xilas olanlar ilə səhv davranaraq, əzab görənlərə nümunə göstərilən əhvalatlar, İbrahim peyğəmbərin müjdələnməsi, Lut peyğəmbərin ailəsinin (xanımı istisna olmaqla) qurtarılması, Lut qövmünün isə həlak edilməsi əhvalatlarıdır.

Bu əhvalatlar daha əvvəl Hud surəsində də dilə gətirilmişdir:

  • 69Və and olsun ki, İbrahimə də elçilərimiz müjdə ilə gəldilər: “Salam!” – dedilər. O: “Salam!” – dedi, sonra da qızıl verməyə gecikmədi.
  • 70Sonra da onların ona əl uzatmadığını görüncə, onlara təəccübləndi və içində onlara qarşı bir qorxu baş qaldırdı. Onlar: “Qorxma, şübhəsiz biz Lutun qövmünə göndərildik” – dedilər.
  • 71Və İbrahimin zövcəsi ayağa qalxmışdı, güldü. Sonra Ona İshaqı, İshaqın da ardınca Yəqubu müjdələdik.
  • 72İbrahimin xanımı dedi ki: “Vay-vay! Mənmi doğacağam? Mən əri işə yaramayan bir zavallıyam, bəxtsiz, bədbəxt bir qadınam. Bu ərim də yaşlı bir adam! Şübhəsiz, bu, çox qəribə bir şeydir!”
  • 73Elçilər: “Sən Allahın işinə görəmi çaşırsan? Allahın mərhəməti və bolluqları üzərinizdədir. Ey ev xalqı! Şübhəsiz ki, O öyülməyə layiq olan, cömərdliyi/səxa­vəti bol olandır” – dedilər.
  • 74Sonra İbrahimin qorxusu getdiyi və ona müjdə gəldiyi zaman o, Bizimlə Lut qövmü haqqında mübahisə etməyə başladı.
  • 75Şübhəsiz ki, İbrahim, çox yumşaq xasiyyətli, çox ah-vah edən/zərif ürəkli, yönələn biri idi.
  • 76Ey İbrahim! Bundan əl çək. Şübhəsiz ki, Rəbbinin əmri qəti olaraq gəldi və heç şübhəsiz ki, onlar… Onlara geri çevrilməsi mümkün olmayan bir əzab gələcəkdir. (Hud/69-76)

Rəhmətdən ümid kəsilməz, rəhmətdən sadəcə pozğunlar ümid kəsər. 57-ci ayədə İbrahim peyğəmbərin dilindən, Allahın rəhmətindən sadəcə pozğunların ümid kəsdiyi bildirilmişdir. Allahın rəhmətindən ümid kəsilməməli olduğu Yusuf surəsində Yəqub peyğəmbərin dilindən də qeyd edilmiş, rəhmətdən ümid kəsənlərin sadəcə kafirlər olduğu bildirilmişdi:

  • 86,87Yəqub dedi ki: “Mən, içimi doldurub daşan həsrətimi, kədərimi Allaha şikayət edirəm. Və mən Allah tərəfındən sizin bilmədiyiniz şeyləri bilirəm. Ey oğullarım! Gedin və Yusufu və qardaşını axtarın. Allahın verəcəyi fərəhdən ümid kəsməyin, tam yəqinliklə bilin ki, kafirlər qövmündən başqası Allahın verəcəyi fərəhdən ümid kəsməz”. (Yusuf/86, 87)

Allahın rəhmətindən ümid kəsmə azğınlığı xüsusilə, Allahı tanımamaqdan və ya səhv tanımaqdan qaynaqlanır. Uca Allahın Rəhim, Qafur, Rauf, Təvvab, hər şeyə gücü yetən, dualara icabət edən, əfv edən və cömərd olduğunu bilənlər heç bir zaman Onun rəhmətindən ümid kəsməzlər.

Lut peyğəmbərin ailəsinin əzabdan qorunması. Ayədə, Lut qövmündən sadəcə Lut peyğəmbərin ailəsinin, xanımı istisna olmaqla, qurtarıldığının bildirilməsi, Lut peyğəmbərə inananların azlığını göstərir. Bu vəziyyət bir başqa ayədə belə açıqlanmışdır:

  • 35Buna görə də Biz möminlərdən orada olanları çıxardıq. 36Lakin, Biz orada müsəlmanlardan bir evdən başqasını tapmadıq. 37Və Biz orada acı bir əzabdan qorxan insanlar üçün bir əlamət/nümunə buraxdıq. (Zəriyət/35-37)

59, 60-cı ayələrdə yer alan Şübhəsiz Biz, Lutun xanımından başqa, onların hamısını mütləq qurtaracağıq. Biz təqdir etdik. Şübhəsiz o, qətiliklə geridə qalanlardandır [gözü arxada olanlardandır]” ifadəsi bir “istisna-i münqati” cümləsi olub, elçilərin sözü deyil, Rəbbimizin bir mötərizə içi bildirişidir. Çünki elçilərin qurtarma, təqdir etmə gücləri və səlahiyyətlərindən bəhs edilməz.

Rəbbimizin bu ifadəsindən anlaşıldığına görə, Onun nəzdində hər kəs işlədiyi günahlara və haqsız fellərə görə, sosial statusu nəzərə alınmadan məsul tutulur. Uca Allah heç kimsəni statusuna görə məsuliyyətdən istisna edib, cəzadan azad etmir. Çünki məsuliyyət statusa görə deyil, işlənən fellərə görədir.

61,62Sonra elçilər, Lutun ailəsinə gəlincə, Lut: Doğrusu siz öyrəşmədiyimiz, kimliyi müəyyən olmayan bir cəmiyyətsiniz” – dedi.

63–65Elçilər dedilər ki: “Tam əksinə, biz sənə onların şübhəyə düşüb, durduğu şeyi gə­tirdik. Və sənə gerçəyi gətirdik və biz əlbəttə, doğru olanlarıq. Dərhal gecənin bir bölməsində ailəni yola çıxar, sən də arxalarından izlə. Və sizdən heç kimsə əylən­məsin/geridə buraxılanları düşünməsin, əmr olunduğunuz yerə doğru keçin gedin”.

Bu ayələrdə, cəzanı haqq edən və cəzalandırılmasına qərar verilmiş olan Lut qövmünə gələn elçilərin Lut peyğəmbər ilə dialoqları yer alır.

Lut peyğəmbəri ziyarətə gələn bu elçilər “mələk” olmayıb, Hud surəsində də söylədiyimiz kimi, insan elçilərdir.

61, 62-ci ayələrdə “siz qeyri-adi bir qövmsünüz” şəklində çevirdiyimiz sözün əsli “munkərun”dur. “Qeyri-müəyyən”lik, “müəyyən”liyin ziddi olduğu üçün bu ifadə “Mən sizi tanımıram, sizin kimlərdən olduğunuzu və gəliş məqsədinizi bilmirəm” mənasına gəlir.

65-ci ayədə keçən “Və sizdən heç kəs iltifat etməsin” şəklindəki ifadənin mənası, çox yerdə səhv olaraq mənalandırıldığı kimi, “Heç biriniz geridə nə olub bitdiyini başa düşmək üçün dönüb baxmasın” demək deyildir. İfadənin doğru mənası, “Heç kim burada mənim malım, mülküm, işim, gücüm, dostum tanışım var deməsin, onları düşünməsin” deməkdir.

Xatırlanacaq olursa, Əraf/82 və Nəml/56-da Lut qövmünün öz peyğəmbərlərini ölkədən qovmaq, çıxarmaq istədiyi məlumatı verilmişdi. Yuxarıdakı ayələrdə Lut peyğəmbərə ölkəsindən çıxması üçün təlimat verildiyi görünür. Belə ki, Lut peyğəmbərin elçilər vasitəsilə aldığı təlimat üzərində reallaşan bu çıxma, qövmünün qovması nəticəsində deyil, Allahın onları qurtardığına görə olmuşdur. Geridə qalanlar isə həlak edilmişdilər.

66Və Biz Luta əmri gerçəkləşdirdik: “Şübhəsiz, sabaha çıxarkən bunların arxaları kə­silmiş olacaqdır”.

Bu ayədə Rəbbimizin Lut peyğəmbərə etdiyi vəhy yer alır. Qövmünün sonunun sabaha çıxmadan gələcəyi, Lut peyğəmbərə bilavasitə Allah tərəfindən bildirilmişdir.

  • 42Və and olsun ki, səndən əvvəlki başçıları olan cəmiyyətlərə elçilər göndərdik və onları, yalvarsınlar deyə, dözülməz çətinliklərə/yoxsulluq və sıxıntılara saldıq.
  • 43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi.
  • 44Sonra özlərinə xatırladılanı tərk etdiklərində, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeylərlə “sevincə qapılıb, lovğalandıqda”, onları qəfildən yaxaladıq. Artıq onlar ümidləri puça çıxanlar oldular.
  • 45Beləliklə, şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edən kütlələrin kökü kəsildi. Və bütün təriflər, aləmlərin Rəbbi Allahadır. Başqası öyülə bilməz. (Ənam/42-45)

67Və şəhər xalqı sevinərək gəldilər.

68,69Lut: “Şübhəsiz, bunlar mənim qonaqlarımdır, ona görə də məni rüsvay etməyin və Allahın qoruması altına girin və məni alçaltamayın!” – dedi.

70Onlar: “Biz səni aləmlərdən/ətrafdakılarla münasibətdən ayırmamışdıqmı?” – dedilər.

71Lut: “Bax budur, bunlar, mənim qızlarım! Əgər düzəltmək yönündə iş görənsinizsə…” – dedi.

72Sən ömründə bunlar kimi şəhvət çılğınlığı içində çabalayan rüsvayçıları heç görmədin?

73Günəş doğarkən o qorxunc çığırtı onları yaxaladı.

74Beləliklə, Biz onların üstünü altına çevirdik və üzərlərinə palçıqdan bişirilmiş daşlar yağdırdıq.

75Şübhəsiz, bunda izdən, imzadan anlayanlar/düşünən kəskin anlayışlılar üçün mütləq  əlamətlər/nümunələr vardır.

76Və şübhəsiz, Lut qövmünün yerləşdiyi şəhər xarabalığı, tam yəqin bilin ki, bir yol üzərində durmaqdadır.

77Şübhəsiz ki, bunda iman edənlər üçün mütləq bir əlamət/nümunə vardır.

Bu ayə qrupunda, Lut qövmündəki kişilərin Lutun (əs) müsafirlərinə qarşı düşündükləri pislik, buna görə Lut peyğəmbər ilə qövmü arasında keçən mübahisə və işin sonunun fəlakətlə bitməsi nəql edilir.

Hekayənin bu bölməsi Hud surəsində də keçmişdi:

  • 77Və o zaman ki, elçilərimiz Lutun yanına gəldilər, bunlara görə o narahat oldu, bunlar haqqında əli-qolu bağlandı və: “Bu, dəhşətli bir gündür!” – dedi.
  • 78Və onun qövmü tələm-tələsik onun yanına gəldilər. Onlar daha əvvəl də çirkinliklər edərdilər. Lut: “Ey qövmüm! Bax budur, bunlar qızlarım. Onlar sizin üçün daha təmizdirlər. Gəlin, Allahın qoruması altına girin, məni qonaqlarımla əlaqədar rüsvay etməyin. Sizin içinizdə heç ağlı başında bir insan yoxdurmu?” – dedi.
  • 79Onlar: “Heç şübhəsiz, sənin də, sənin qızlarının da bizim üçün hər hansı bir dəyəri olmadığını bildin. Və şübhəsiz ki, sən, bizim nə istədiyimizi mütləq bilirsən” – dedilər.
  • 80Lut: “Kaş ki, sizə qarşı bir gücüm olsaydı, ya da əlçatmaz bir bölgəyə/güclü bir cəmiyyətə sığına bilsəydim!” – dedi.
  • 81Müsafir elçilər: “Ey Lut! Şübhəsiz ki, biz Rəbbinin elçiləriyik. Onlar sənə qətiyyən toxuna bilməyəcəklər. Sən, gecənin bir vaxtında ailənlə birlikdə dərhal yola çıx. Və içinizdən heç kimsə geri baxmasın [burada olanları, köhnələri düşünməsin], zövcən başqa. Şübhəsiz, onlara isabət edən, ona da isabət edəcəkdir. Şübhəsiz, vəd edilənin zamanı, səhər vaxtıdır. Səhər vaxtı yaxın deyilmi?” – dedilər.
  • 82,83Sonunda əmrimiz gəlincə, oranın üstünü altına çevirdik. Və üzərlərinə bərkidilmiş, bişmiş palçıqdan Rəbbinin qatında işarələnmiş daşlar yağdırdıq. Bunlar isə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərdən uzaq deyildir. (Hud/77-83)

Diqqət edilirsə, mövzumuz olan Hicr/67-də keçən “şəhər xalqı” ifadəsi, Hud/78-də “onun qövmü” şəklində keçir. Bəhs edilən şəhər tarixdə “Sodom” və şəhər xalqı da “Sodomlular” olaraq bilinir. Şəhər xalqının [Sodomluların] öz bölgələrinə gələn əcnəbiləri görər görməz Lut peyğəmbərin yanına gəlmə halları da yenə Hicr/67-də “يستبشرون yestəbşirün [bir-birini muştuluqlayaraq, sevinərək]”; Hud/ 78-də isə “ يهرعون yühra’ün [qaçaraq]” şəklində yer almışdır.

76-cı ayədəki “Və şübhəsiz o [Lut qövmünün olduğu şəhər xarabası], qətiliklə bir yol üzərində durır” ifadəsi, o şəhərin qalıqlarının gözlər önündə dur­duğu, araşdırma edənlər üçün də hələ də təzəliyini qoruduğu mənasına gəlir. Necə ki, qalıntıların işarələrini Hicaz [Ərəbistan] – Misir – Suriya yolu üzərindəki Ölü Dənizin [Lut Gölü] cənub şərqində görmək mümkündür. Quranın endiyi dövrdə də Lut qövmünün qalıqları ərəblər tərəfindən çox yaxşı bilinirdi.

Belə ki, həlak edilən bu qövmün əhvalatı dastanlaşmış bir halda hər kəsin dilindəydi. Bu xüsus Saffat surəsində belə qeyd edilmişdir:

  • 133Şübhəsiz ki, Lut da göndərilən elçilərdəndir.
  • 134–136O zaman ki, Biz onu və geridə qalıb batanlar içində qalan bəxtsiz qadın istisna olmaqla, əhlinin hamısını qurtarmışdıq. Sonra digərlərini dəyişikliyə/dağıntıya uğratmışdıq.
  • 137,138Və siz, əlbəttə, səhər tezdən və gecə vaxtı onlara baş çəkib durursunuz. Hə­lə də ağıllanmırsınızmı? (Saffat/133-138)

Lut qövmünün içində olduğu əxlaqi çöküntünün ölçüləri haqqında bir fikir verməsi baxımından, Mevdudinin Talmuttan seçib yazdığı bir açıqlamanı təqdim etməkdə fayda görürük:

Bu, o cəmiyyətin əxlaqsızlığın ən hədsizliyinə qədər azdıqlarını göstərir. Onlar yaraşıqlı əcnəbilərin şəhərə gəldiklərini eşidər eşitməz, sevinclə Lutun (ə.s) evinə toplandılar və ondan zövqlərini təmin etmək üçün qonaqlarını onlara verməsini istədilər. Təəssüf ki, onların içindən bu əxlaqsız işin və bu böyük günahın əleyhinə çıxan heç kimsə olmadı. Bu onların, cəmiyyət olaraq, bütün namus duyğularını itirdiklərini və belə əxlaqsız bir istəyi açıq-açığa söyləməkdən heç bir utanc hiss etmədiklərini göstərir. Belə əxlaqsız bir istəyi, heç utanmadan, Allahdan qorxan və dindar bir adam olan Lut (ə.s)a təklif edə bilmələri, bu böyük günahın onlar arasında heç kimsəni ayırd etməyəcək qədər yayılmış olduğunu göstərir.

Talmut, Lut qövmünün əxlaqi pozulması ilə əlaqədar bir çox nümunələr zikr edir. Bir dəfəsində bir əcnəbi onların şəhərindən keçərkən qaranlıq çökdüyünə görə Sodomda gecələmək məcburiyyətində qalır. Yanında lazımi ərzağı olduğu üçün heç kimsəyə ehtiyac duymadan gecəni keçirmək üçün bir ağacın dibində yatar. Lakin bir Sodomlu onu evinə dəvət edər. Gəcə vaxtı əcnəbinın eşşəyini və əşyalarını alıb, qaçar. Səhər, əcnəbi yardım istədiyində, şəhərdəkilər oraya gəlirlər, lakin yardım etmək üçün deyil geri qalan əşyalarını oğurlamaq üçün.

Bir dəfəsində Hz. Sara, Lut (ə.s) ailəsi haqqında xəbər almaq üçün köləsini Sodoma göndərir. Kölə şəhərə girdiyində bir Sodomlunun başqa bir əcnəbini döydüyünü görür. Təbii olaraq, Hz. Saranın köləsi Sodomlunun əxlaqi duyğularını canlandırmağa çalışır: “Belə bir zavallı əcnəbiyə niyə pis davranırsan?” – deyər. Lakin bu suala görə cəmiyyət içində başı yarılır.

Bir səfərində də kasıb bir adam Sodoma gələr, lakin heç kim ona yemək verməz. Acından ölmək üzrə ikən yerə düşər. Lut (ə.s)ın qızlarindən biri onu görər və yemək göndərər. Bunun üzərində Sodomlular Lut (ə.s) və qızını, belə “davranış”lardan əl çəkməzlərsə, şəhərdən qovmaqla təhdid edərlər.

Buna bənzər bir çox əhvalat anlatdıqdan sonra Talmut, bu cəmiyyətin çox vəhşi, mərhəmətsiz və şərəfsiz olduqlarını və heç bir yolçunun arxayınlıqla onların şəhərlərindən keçə bilmədiyini və heç bir kasıbın onlardan yardım və ya yemək ummadığını bildirir. Belə bir vəziyyətdə onlar ölünün geyimlərini soyundurur və onu çılpaq basırardılar. Əgər bir əcnəbi onların şəhərinə uğrama qəflətini göstərmişsə, onu cəmiyyət içində soyundurarlar və əcnəbi əgər ədalətlə davranmalarını istərsə, ona lağ edərdilər. Orada yetişdirdikləri bağçalar içində utanmazcasına açıq-açığa günah işlərdilər və onları Lut (ə.s)dan başqa bu günahlara qarşı xəbərdar edən başqa kimsə yox idi. Quran onların bütün günahkar həyatlarını iki mənalı cümlədə toplamışdır: l. “… Onlar daha əvvəldən çox böyük günahlar işləməkdəydilər”. (Hud/78) 2. “Siz kişilərə yaxınlaşır, yolçuları soyur və cəmiyyət içində böyük günahlar işləyirsiniz”. [11]

71-ci ayədə Lut peyğəmbərin hücum edənlərə yönəlik olaraq söylədiyi “Budur bunlar, mənim qızlarım” şəklindəki sözləri diqqətə layiq bir ifadədir. Lut peyğəmbərin qızlarının bütün şəhər xalqının şəhvət duygularını təmin edə biləcək sayda ola bilməyəciyi reallığından hərəkət edərək, başa düşülür ki, bu ifadə ilə Lut peyğəmbərin öz qızları deyil, qövmünün bütün qadınları nəzərdə tutulmuşdur. Bu nöqteyi nəzərdən baxıldığnda, bəhs edilən ifadədən o cəmiyyətdə evlilik müəssisəsinin tamamilə iflas etdiyi, homoseksual əlaqənin ailə qurumunun yerini aldığı anlaşılır. “Mənim qızlarım” ifadəsinin o qövmün bütün qadınları üçün işlənildiyini düşündürən bir digər xüsus da, peyğəmbərlərin göndərildikləri cəmiyyətlərin mənəvi ataları, xanımlarının da mənəvi anaları halında olmalarıdır:

  • 6Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxın, Peyğəmbərin zövcələri, möminlərin analarıdır. Və əqrəbalar, Allahın qatında hamısı eyni dərəcədədir, qorumaq məqsədi ilə, yaxınlarınıza hər kəs tərəfindən müsbət qəbul edilən davranışı etməyiniz istisna olmaqla, möminlərdən və mühacirlərdən daha yaxındırlar. Bu, Kitabda yazılmışdır.            (Əhzab/6)

72-ci ayədəki “Ömrünə and olsun ki, həqiqətən onlar, sərxoşluqları içində oyalanıb dururdular. [Sən ömründə bunlar kimi şəhvət çılğınlığı içində oyalanıb duran rəzilləri heç görmədin]” ifadəsi peyğəmbərin ömründə belə bir alçaqlığa şahid olmadığını və o cəmiyyətin ağlını, iradəsini itirmiş bir sərxoş kimi hərəkət etdiyini anladır. Demək olur ki, bu cəmiyyətdə homoseksuallıq marjinal bir azğınlıq olmaqdan çıxmış, kütləvi bir hal almışdır.

78,79Əykə tərəfdarları da tam yəqin bilin ki, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər idi və Biz özlərindən intiqam aldıq/yaxalayıb cəzalandırmaqla ədaləti yerinə yetirdik. İkisi də – Əykə və Lut qövmü açıq bir yol üzərindədir.

Bu ayələrdə, Şüəra surəsində geniş olaraq verilən Şüeyb peyğəmbərin əhvalatından söz açılır.

“Eykə” sözünün Şüeyb peyğəmbərin və xalqının yaşadığı şəhərin adı olduğu irəli sürüldüyü kimi, bunun bir bölgənin adı olduğu da söylənmişdir. “Əl-Eykə” “sıx meşəlik” deməkdir. “Leykə” olaraq da oxunmuşdur. Bu da “Məkkə”yə “Bəkkə” deməyə bənzəyir. [12]

79-cu ayədə “ikisi də ifadəsi işlədilərək, Eykənin xarabalarının da Sodomun xarabaları kimi ərəblərın gəlib keçdiyi yollar üzərində olduğuna diqqət çəkilmişdir.

Burada “zalımlar” olaraq xarakterizə edilən Eykə əshabının sərgilədiyi zülmlərin təfərrüatı başqa ayələrdə açıqlanmışdır:

  • 85–87And olsun ki, Biz Mədyənə də qardaşları Şüeybi elçi göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha qulluq edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Sizə Rəbbinizdən açıq bir dəlil gəldi. Artıq ölçünü və çəkini düzgün edin, insanların mallarını əskik verməyin, düzəldildikdən sonra yer üzündə pozğunculuq etməyin. Əgər inananlarsınızsa, bu sizin üçün daha xeyirlidir! Təhdid edərək, inananları Allah yolundan döndərərək və o yolun əyriliyini arayaraq, hər yolun başında oturmayın. Düşünün ki, siz az idiniz və O sizi çoxaltdı. Və pozğunçuların sonunun necə olduğuna bir baxın! Və əgər içinizdən bir qrup mənimlə göndərilənə inanmış, bir qrup da inanmamışsa, o təqdirdə Allah aramızda hökm verənə qədər səbr edin. Və O, hökm verənlərin ən xeyirlisidir”.
  • 88,89Qövmündən yekəxanalıq edib öndə gedənlər dedilər ki: “Ey Şüeyb! Ya səni və səninlə bərabər inananları şəhərimizdən qəti olaraq çıxararıq, ya da bizim dinimizə/həyat tərzimizə dönərsiniz!” Şüeyb, dedi ki: “İstəməsəkdəmi?! Allah bizi ondan qurtardıqdan sonra təkrar sizin dininizə/həyat tərzinizə dönəriksə, əmin olun ki, Allah haqqında yalan uydurmuş olarıq. Rəbbimiz Allahın diləməsi istisna olmaqla, ondan geri dönməyimiz bizim üçün olacaq şey deyildir. Rəbbimiz öz elmi ilə hər şeyi əhatə etmişdir. Biz ancaq Allaha güvənib dayandıq”: Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında haqq ilə hökm et. Çünki Sən hökm edənlərin ən xeyirlisisən!
  • 90Və onun qövmündən, öndə gedən kafirlər dedilər ki: “Əgər Şüeybə uyarsınızsa, o təqdirdə siz, yəqin bilin ki, ziyana uğrayanlardan olarsınız”. (Əraf/85-90)
  • 185–187Onlar: “Sən, tam yəqinliklə bil ki, ovsunlanmışlardan birisən. Sən də bizim kimi bir bəşərdən başqa bir şey deyilsən. Biz sənin, yəqin bil ki, yalançılardan biri olduğundan əminik. Əgər doğrulardansansa, üstümüzə göydən bir parça düşür!” – dedilər.  (Şüəra/185-187)
  • 91Şüeybın qövmü dedilər ki: “Ey Şüeyb! Biz sənin söylədiklərinin çoxunu yax­şı anlamırıq. Səni, içimizdə çox zəif olaraq görürük. Əgər sənin əqrəbaların/tərəfdarların olmasaydı, tam yəqinliklə bil ki, səni daşa basar, öldürərdik. Və sənin bizə qarşı heç bir üstün gücün/qalib gələ biləcək qüdrətin yoxdur”. (Hud/91)

80And olsun ki, Hicr əhli də elçiləri yalan saydılar.

81Və Biz onlara ayələrimizi/əlamətlərimizi/nümunələrimizi vermişdiksə də, onlar, onlardan üz çevirirdilər. 82Və onlar dağlardan təhlükəsiz evlər yonurdular.

83,84Sonra, onları da səhər erkən qorxunc bir çığırtı yaxaladı. Beləliklə, qazanmaqda olduqları şeylər özlərindən heç bir şeyi sovuşdurmadı.

Hicr əshabı, Saleh peyğəmbərin göndərildiyi Səmud qövmüdür. Bu qövmün yaşadığı yer də yenə ərəblərın gəlib keçdikləri yollardan biri olan Hicaz – Şam yolu üzərindədir və ərəblər bu mədəniyyətin qalıqlarını o bölgədən keçdikcə görürlər.

Bu mövzu Mevdudinin açıqlamalarında aşağıdakı şəkildə yer almışdır:

Əl-Hicr Səmud qövmünün paytaxtı idi. Şəhərin xarabaları Mədinədən Təbüka gedən yol üzərində, Mədinənin şimal-qərbində yer alan əl-Ula şəhəri yaxınlarında yerləşir. Karvanlara, səfərləri zamanı orada qalmaq qadağan olunmuşdur.

İbn Batuta, Hicri səkkizinci yüzildə Məkkəyə gedərkən oraya çatdığında: “Qızıl dağlara oyulmuş Səmud evlərini gördüm. Rəsmlər o qədər parlaqdı ki, sanki qısa bir müddət əvvəl boyanmışdı. … Onların içində bu gün belə hələ çürümüş insan sümükləri vardır” demişdir. [13]

Bir zamanlar Səmud qövmünün yaşadığı Hicr vadisindəki qalıqlar “Salehin şəhərləri” deyə anılır. İstəyənlər bu qalıqları bu gün də görə bilərlər. Diqqət edilirsə, ərəblər həmişə özlərinin tamamilə yaxşı bildiyi mədəniyyətlərin aqibətləriylə xəbərdarlıq edilmişdilər.

80-ci ayədə keçən “elçilər” ifadəsindən ilk baxışda Səmud qövmünə birdən artıq peyğəmbər göndərildiyi anlaşılsa da, əsas məna, bu qövmün Allahın peyğəmbər göndərmə sünnətini qəbul etməmələridir. Belə olduqda isə Hicr əshabı bütün peyğəmbərləri yalan saymış olur.

82-ci ayədəki “Və onlar, dağlardan əmniytli – əmniytli evlər yonurdular” ifadəsindən anlaşıldığına görə, Hicr əshabının dağları yonaraq ev düzəltmələri, yaşadıqları bölgənin coğrafi çətinliyindən deyil, etdikləri azğınlıq, hədlərini aşmaqları və pisliklərdə işlətdiklərinə görədir. “Dağlardan ev yonmaq, Hud, Şüəra və Əraf surələrində Saleh peyğəmbərin qövmü Səmudun vəsfi olaraq qeyd edilmişdir.

Səmudun azgınlıqları haqqında başqa ayələrdə də açıqlamalar vardır:

  • 65Sonra onlar həyat qaynaqlarını qurudaraq öldürdülər. Buna görə də Saleh de­di ki: “Yurdunuzda üç gün daha faydalanın. Bu, inkar edilə bilinməyəcək bir vəddir”. (Hud/65)
  • 17Səmuda gəlincə, bax budur, Biz onlara doğru yolu göstərdik. Lakin, onlar korluğu doğru yoldan çox sevib, üstün tutdular. Buna görə də qazandıqları şeylərə görə alçaldıcı əzabın ildırımı onları yaxaladı. (Fussilət/17)

85Və Biz göyləri, yer üzünü və aralarındakı şeyləri ancaq haqq/gerçək ilə yaratdıq və əlbəttə ki, o qiyamət, tam yəqin bilin ki, qopacaqdır. İndi sən bunu özünə dərd etmə və gözəl rəftar et.

86Şübhəsiz ki, Rəbbin haqq ilə yaradandır və ən yaxşı biləndir.

Əvvəlki ayələrdə anladılan əhvalatların və verilən öyüdlərin məqsədinin bildirildiyi bu ayələr, eyni zamanda inkarçılar üçün xəbərdarlıq, peyğəmbərimiz üçün isə təsəlli mahiyyətindədir.

Rəbbimizin göylərin və yer üzünün haqq ilə yaradıldığı [məqsədsiz, boşuna yaradılmadığı] və qiyamətin mütləq reallaşıb, zalımların hesab verəcəyi şəklindəki ismarıcı başqa ayələrdə də dilə gətirilmişdir:

  • 31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir. (Nəcm/31, 32)
  • 27Və Biz göy üzünü, yer üzünü və aralarında olanları boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm atəşinə görə bu kafirlərin vay halına! (Sad/27)
  • 115Yaxşı, siz Bizim sizi, sadəcə, boş yerə yaratdığımızı və şübhəsiz, sizin yalnız və yalnız Bizə döndərilməyəcəyinizimi sandınız?
  • 116Bax budur, gerçək sahib, idarəçi Allah, ucalardan ucadır. Ondan başqa tanrı deyə bir şey yoxdur. O, hörmətli olan və ən böyük idarəçilik məqamının Rəbbidir.
  • 117Hər kim heç bir dəlili olmadığı halda, Allah ilə birlikdə digər bir ilaha yalvarırsa, bilsin ki, o insanın hesabı ancaq Rəbbinin nəzdindədir. Şübhəsiz, kafirlər vəziyyətlərini qoruya bilməzlər, zəfər qazana bilməzlər. (Möminlər/115-117)

Rəbbimiz xəbərdarlığını etdikdən sonra, peyğəmbərimizə, verdikləri o qədər əziyyətə və gətirmiş olduğunu yalan saymalarına baxmayaraq, müşriklərə yumşaq və yaxşı davranmasını əmr etmişdir.

  • 89Artıq sən, onlardan üz çevir və: “Salam!”– de. Artıq onlar yaxında biləcəklər. (Zühruf/89)

87And olsun ki, Biz sənə qatbaqat necə nemətləri və böyük Quranı verdik.

88,89Qətiyyən onlardan bəzi insanlara verərək, özlərini onunla faydalandırdığımız şeylərə/mal və sərvətə həvəslənib gözlərini dikmə. Onlara görə kədərlənmə də… Sən qanadlarını möminlər üçün gər. Və: “Şübhəsiz, mən, açıq-aşkar bir xəbərdar edənin məhz özüyəm” – de.

Peyğəmbərimizi dəstəkləyən və onu təsəlli edən bu ayələr, öncəliklə peyğəmbərimizin təlimləndirilməsinə yönəlikdir.  Rəbbimiz elçisindən, özünə verilən nemətlərin daha xeyirli olduğuna görə, başqalarında olan mala, mülkə, məqama, mövqeyə etina etməməsini istəyir, möminlərə mərhəmətli davranmasını və özünün sadəcə bir xəbərdarlıq edən olduğunu söyləməsini buyurur.

Peyğəmbərimizə verilən bu ismarıcın bir bənzəri Ta Ha surəsində də vardır:

  • 131Və özlərini imtahan etmək üçün, adi dünya həyatının bəzəyi olaraq, onlardan bəzi cütləri faydalandırdığımız mal, mülk, övlad və səltənətə qətiyyən gözlərini dikmə/rəğbətlə baxma. Və Rəbbinin ruzisi daha yaxşı və daha daimidir. (Ta Ha/131)

“Səban minəl-məsani”. Ərəbcə üç sözdən ibarət olan bu ifadə, ərəb dili qrammatikasına görə cümlədə “məfulun bih” olaraq yer almışdır. Yəni ayə bütünlüklə bir cümlə qəbul edildiyində, bu ifadə cümlənin obyekti halındadır.

İfadənin birinci sözü olan “سبع səb’a” sözünün mənası bu günə qədər heç kim tərəfindən fərqli qəbul edilməmiş və mübahisə mövzusu olmamışdır. Söz, ərəbcədə “əsma-i adəd” deyilən say adlarından biridir və “yeddi” deməkdir.

İfadənin ikinci sözü olan və ərəbcədə “hərf-i cər” deyilən “ من min” sözü, isimlərə “…dən” halı verən bir ədatdır. Bütün dil və din alimlərinin ittifaqla qəbul etdikləri kimi, bu söz, cümləyə “başlangıc, açıqlama və təbiz [bütündən parçalama]” mənaları qatar. Türk dilində buna “uzaqlaşdırma əlavəsi” deyilir.

İfadənin üçüncü sözü olan “ مثانى məsani”, fərqli köklərdən törəmiş ola biləcək bir sözdür. Ancaq burada “səbə [yeddi]” sayı ilə birlikdə işlənildiyi üçün, heç başqa kök axtarmadan, sözün “say” mənası ifadə edən “اثنا isna [iki]” kökündən törədiyi qəbul edilməlidir. Çünki sözün törəməsi ola biləcək olan digər köklər arasında, bir sayı olan “səba” sözünə mənaca uyğun gələn başqa bir kök yoxdur. Buna görə “məsani” sözü, bir üleştirme sayı olan və “iki-iki, ikili” mənasına gələn “məsna” sözünün cəmidir. Mənası da “iki-iki olanlar, ikililər” deməkdir. “Məsani” sözünün “iki-iki olanlar, ikililər” demək olduğunda bir mübahisə olmamasına qarşılıq, bu sözlə ayədə nəyin iki-iki olanlarının və ya nəyin ikililərinin qəsd edildiyi xüsusunda bir konkretlik əmələ gəlməmişdir.

Sözün mənası, riyaziyyatdakı “ikili say sistem”i, yəni bu gün bütün kompyüter proqramlarında işlədilən say sistemi olan “iki” baza sisteminə görə nizamlanmış “say sistemi”ni xatırlatsa da, biz bunun, Qurandakı anlatmaların həmişə ziddiylə bərabər edildiyi reallığına əsaslanaraq, ziddliklərdən ibarət olan ikililəri ifadə etdiyini düşünürük. Çünki hər şey ziddiylə qaimdir və hər şey ziddiylə daha yaxşı anladılıb-açıqlanır, anlaşılır, yəni necə ki, hər hansı bir sayın ədəd oxu üzərində bir mənfi, bir də müsbət işarəlisi varsa, həyatda da hər anlayışın belə bir ziddi vardır. Bizə görə, ayədə bəhs edilən “məsani” sözü, haqq-batil, iman-küfr, mükafat-cəza, yaxşı-pis, gecə-gündüz, cənnət-cəhənnəm … kimi zidd qavramların əmələ gətirdiyi bu növ ikililərə işarə edir.

“Səban minə’l-məsani” ifadəsindəki üç sözün mənalarını bu şəkildə müəyyən etdikdən sonra, bu ifadənin nə mənaya gəldiyi haqqındakı təhlillərimizə keçə bilərik. Bəhs edilən ifadə ilə əlaqədar olaraq ortaya müxtəlif rəvayətlər atılmış, bu rəvayətlərə əsaslandırılan bir çox görüş irəli sürülmüşdür. Kimiləri bəzi rəvayətlərə istinad edərək, bu ifadəylə qəsd edilənin, namazların hər rəkatında oxunduğuna və Allahı təriflədiyinə görə Fatihə surəsi olduğunu söyləmiş, kimiləri də Quranın ən uzun yeddi surəsinin qəsd edildiyini isbat etmək üçün başqa rəvayətləri dəlil göstərmişdir. Ancaq dərhal qeyd etmək lazımdır ki, Hicr surəsinin Mədinədə enən yeddi uzun surədən çox əvvəl enmiş olması, bu ikinci iddianı tutarsız hala gətirir. Nəticə olaraq demək olar ki, mövcud tərcümə və təfsirlərin hamısında da bu ifadəylə Fatihə surəsinin və ya Quranın ən uzun yeddi surəsinin qəsd edildiyi yazılır. Maraqlı olanı, bu iddiaların hamısının da şöhrətli şəxsiyyətlərdən birinə istinad edilmiş olmasıdır. Hətta ərəbcə və türkcə yayınlanmış bəzi təfsirlərdə, ifadəni anlamaq məqsədilə ilə “səban minəl-məsani” qəlibının “əssəbul-məsani” deyə pozulduğu belə görülmüşdür.

Biz, 87-ci ayədə peyğəmbərimizə verildiyi bildirilən “ikililərdən/iki-iki olanlardan yeddi şey”in, peyğəmbərimizin həyatında var olan yeddi neqativ/mənfi xüsusun yeddi pozitiv/müsbət hala çevrilməsi olduğu qənaətindəyik. Yəni, bəhs edilən ifadə, bizə görə, peyğəmbərimizin yeddi “mənfi”sinin “müsbət” edilməsini ifadə edir. Bunların nələr olduğunu tapa bilmək üçün ediləcək şey, hər zaman olduğu kimi, Qurana müraciət etmək olmalıdır.

Qurana baxıldığında, peyğəmbərimizə verilənlərin bildirildiyi üç surə bizə yol göstərir. Bunlar Duha, İnşirah və Kövsər surələridir. Peyğəmbərimizə verilənlərin tamını “kövsər” sözü altında toplayan Kövsər Surəsindən başqa iki surə qalır:

  • 1-3Aydınlanmanın/maariflənmənin başlanması və Allahın tanrılığını, rəbbliyini bilərək rədd etməyin, Allaha şərik qoşmağın, cəhalətin cəmiyyəti sarması sübütdur ki, Rəbbin səni tərk etməyəcək və səndən inciməyəcək.
  • 4,5Sonrası sənin üçün əvvəlindən, əlbəttə, daha xeyirli olacaq. Və Rəbbin sənə verəcək, sən də məmnun olacaqsan.
  • 6–8O səni yetim olaraq tapıb sığınacağa qovuşdurmadımı? Səni ən doğru yoldan kənar biri ikən tapıb, ən doğru yola bələdçilik etmədimi? Səni ailənin dolanışıq çətinliyi içində ikən tapıb, zəngin etmədimi?
  • 9,10O halda yetimi pərişan/bədbəxt etmə/daha da pisləşdirmə! İstəyəni/soruşanı danlama.
  • 11Və Rəbbinin nemətini söz və hərəkətlərinlə ortaya qoy!
  • İnşirah 1–4Biz sənin üçün sənin köksünü açmadıqmı? Səndən ağır yükünü endirmədikmi? Ki, o, sənin belini bükmüşdü. Sənin şanını da sənin üçün ucaltmadıqmı?
  • 5,6Deməli, çətinliyin yanında, tam əmin olun ki, bir asanlıq da vardır. Çətinliyin yanında bir asanlıq, tam yəqin bilin ki, vardır.
  • 7O halda boş qalar-qalmaz dərhal yeni bir işə başla. 8Və istəklərini yalnız və yalnız Rəbbinə yönəlt.

                                                 (Duha/1-11)  (İnşirah/1-8)

Hər iki surədə peyğəmbərimizə verildiyi bildirilən lütflər alt-alta sıralandığında, Kövsər surəsinin təhlilində verdiyimiz bu tablo ortaya çıxır:

Mənfilər:                                 Müsbətlər:            

  1. Adi birisi idi.                     Seçilib Peyğəmbər edildi.
  2. Yetim idi.                            Sığınacağa qovuşduruldu.
  3. Çaşmış idi.                          Doğruya çatdırıldı.
  4. Az gəlirli idi.                       Zənginləşdirildi.
  5. Sıxıntılı idi.                         Köksü açıldı, fərəhlədildi.
  6. Yükü ağırdı.                        Ağır yükü yüngülləşdirildi.
  7. Adı unudulacaqdı.               Adı-sanı və şanı ucaldıldı.

Cədvəldən göründüyü kimi, Uca Allah peyğəmbərimizin həyatındakı yeddi mənfi xüsusu müsbət hala gətirmiş, yəni yeddi dənə “mənfi”sini “müsbət” etməklə ona “səb’an minə’l-məsani”ni vermişdir.

Buna görə, 87, 88-ci ayələrin təqdirini bu şəkildə etmək mümkündür: “Biz sənə belə yeddi dənə nemət [yuxarıda saydıqlarımızı] verdik; sənə rəhbərin olsun deyə Uca Quranı da verdik. Daha nə istərsən, nə gözlərsən? Amandır, qətiyyən onlardan bəzilərinı faydalandırdığımız şeylərə gözünü dikmə, onlara görə kədərlənmə, möminlər üçün də qanadlarını gər!”

Buradakı “yeddi” sözünün çoxluqdan kinayə olması da mümkündür. Ancaq bu vəziyyətdə “məsani” sözü “iki-iki olanlar, ikililər” mənasına deyil, “qatbaqat” mənasına gəlir. Digər tərəfdən, ayədə keçən “iki-iki olanlardan yeddini və Quranı” ifadəsindən anlaşılır ki, “səban min-əl-məsani” ifadəsi ilə Qurandan başqa bir şey qəsd edilir. Yəni, buradakı “məsani”, Quranın xüsusiyyətlərindən biri olan və Zümər/23-də bəhs edilən “məsanilik” ilə əlaqədar deyildir.

  • 23Allah sözün ən gözəlini, oxşar mənalı olaraq, ikili bir kitab halında endirmişdir. Ondan Rəbbinə hörməti olanların tükləri ürpərir. Sonra dəriləri və qəlbləri Allahın anılmasına qarşı yumşalır. Bax budur, bu, Allahın hidayətidir. Allah onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur. (Zümər/23)

“Əsbab-i nüzul” nəqllərində, 88-ci ayənin enmə səbəbi olaraq müsəlmanların zəngin yəhudilərin sərvətinə həsəd aparmaları göstərilmişdir:

Deyildiyinə görə, bölgələrin birində, Kurayza və Nadir Yəhudilərinə, yüklərində müxtəlif geyim, ətir, mücəvhərat və digər əşyaların olduğu yeddi karvan gəldi. Bundan sonra müsəlmanlar: “Əgər bu mallar bizim olsaydı, biz bununla güc və qüvvət qazanar, bunları Allah yolunda infaq edərdik” – dedilər. Bundan sonra Allah Təala onlara sanki: “And olsun ki, mən sizə yeddi ayə verdim. Bunlar, bu yeddi qafilədən əlbəttə ki, daha xeyirlidirlər” – demişdir.

İkinci Görüş: İbn Abbas, bu ifadənin mənasının “Özüylə hər hansı bir kimsəni üstün qıldığımız dünya mətahını təmənne etmə!” – şəklində olduğunu söyləmişdir. Vahidi də bu mənanı izah edərək belə deyir: “Bir kimsə, baxışını və digər hassələrini tamamilə davam etdirib, dikdiyində, ancaq iki gözünü o şeyə uzatmış və dikmiş olur. Bir şeyə gözünü dikib, ona xeyli çox baxmaq isə, o kimsənin onu arzuladığına və bəyəndiyinə, təmənne etdiyinə dəlalət edər. Halbuki, Hz. Peyğəmbər (s.ə.s), dünya mətahından xoşuna gələ biləcək şeylərə bu şəkildə baxmırdı. Rəvayət olunduğuna görə, o, Bəni Müstaliqin idrarları və pislikləri üzərində bulaşaraq qurumuş olan davarlarına baxmış, bundan sonra, geyimini dərhal üzünə və başına çəkərək bu ayəni oxumuşdur”. O dəvə, sığır və qoyunların idrar və nəcislərinin quyruqları və budları üzərində quruması isə, onların bahar mövsümündə bəsləməyə alınıb, beləliklə də ət və yağlarının artırılması məqsədinin güdülməsinə görədir ki, bu, ən gözəl bəsləmə formasıdır.

Üçüncü Görüş: Bəziləri isə bu ifadənin mənasının “Özünə dünyalıq verilmiş olan heç kimsəyə həsəd etmə!” şəklində olduğunu söyləmişdir. Kadi, bu mənanın uzaq olduğunu, çünki hər kəsin həsəd etməsinin çirkin və pis olduğunu; həsədin başqasının nemətinin yox olmasını istəmək olduğunu; bunun isə Allaha etiraz etmək və Onun hökm və qəzasını bəyənməmək kimi bir şey olacağını; beləliklə, bunu hər kəsin etməsinin çirkin olacağını; bunun sadəcə Hz. Peyğəmbərə təsis edilməsinin gözəl olmayacağını söyləmişdir. [16]

Bəziləri də 88-ci ayənin peyğəmbərimiz Mədinədəki Yəhudilərdən borc istədiyinə görə endiyini irəli sürmüşdülər:

İbn Əbu Hatim deyir ki, Vəki İbn Cərrahdan nəql edildiyinə görə, … Hz. Peyğəmbərin (s.ə.) yoldaşı Əbu Rafi belə anladır: Hz. Peyğəmbərə (s.ə.) bir qonaq gəlmişdi. Hz. Peyğəmbərin (s.ə.) yanında ona fayda [onu əzizləyə biləcəyi] bir şey yox idi. Yəhudilərdən birinə xəbər göndərib: ‘Allahın Elçisi Muhəmməd sənə deyir ki: Rəcəb hilalına [Rəcəb ayının başına] qədər mənə bir qədər borc ver’ – dedirtdi. Yəhudi: “Zaminsiz olmaz” – cavabını verdi. Hz. Peyğəmbərin (s.ə.) yanına getdim və bunu xəbər verdim. O: “Allaha and olsun ki, mən göydəkilərin əminiyəm, yer üzündəkilərin əminiyəm, əgər mənə borc verər və ya satarsa, əlbəttə ona ödəyəcəyəm”–  buyurdu. Onun yanından çıxdığımda ayənin sonuna qədər “Qətiyyən onlardan bəzi siniflərə verdiyimiz dolanışığa gözlərini dikmə!” – ayəsi nazil oldu. Sanki Allah Təala bununla onu dünyaya qarşı səbrə təşviq etdi. Avfinin rəvayətinə görə, İbn Abbas “Gözlərini dikmə!” ayəsi haqqında: ‘Adamı yoldaşının malı haqqında təmənnedə olmaqdan çəkindirmişdir’ – deyir. Mücahid də “Qətiyyən onlardan bəzi siniflərə verdiyimiz dolanışığa …” ayəsində, zənginlərin qəsd edildiyini söyləyir. [17]

Mevdudi isə bu ayələrin enmə səbəbini, həqiqi bir yaxınlaşma ilə Müsəlmanların o dövrdə içində olduqları şərtlərlə açıqlamışdır:

Quranın böyük bir nemət olaraq verildiyinin bildirilməsi, Peyğəmbər (s.ə) və ona uyanlara, kafirlərin dünyəvi mallarına həsəd aparmamaları gərəkdiyini, çünki Quran kimi böyük bir nemətin yanında onların varlıqlarının heç bir dəyəri olmadığını xatırlatmaq üçündür. Bunun əhəmiyyətini tam mənasıyla anlaya bilmək üçün, o dövrdə Peyğəmbər (s.ə) və ona uyanların kasıblıqdan əziyyət çəkdiklərini nəzərə almaq lazımdır. Peyğəmbər (s.ə) təbliğə başladığında, ticari təsirlilikləri demək olar ki, sona çatmışdı. Bununla yanaşı Hz. Xədicənin (r.a) bütün malını da xərcləmişdi. Səhabənin çoxu isə evlərindən ayrılan və kasıblaşan gənclər idi. İqtisadi blokada ticarətlə məşğul olanların işlərinə mənfi təsir etmişdi. Bunlardan başqa, Qüreyşlilərin köləsi və ya mövlası olan və heç bir iqtisadi mövqeyi olmayan möminlər vardı. Bu iqtisadi dərdlərlə yanaşı, bütün Müsəlmanlar, peyğəmbər (s.ə) ilə birlikdə, Məkkə və ətrafındakılardan işgəncə görürdülər. Qısacası o qədər çox işgəncə çəkmiş, lağ edilmiş və xor görülmüşdülər ki, demək olar ki, heç biri maddi və ya mənəvi işgəncədən məsum qalamamışdı. Digər tərəfdə, onlara işgəncə edən düşmənləri olan Qüreyş, bu dünyadakı bütün yaxşı şeyləri alır və lüks içində bir həyat sürürdülər. Budur möminlərə edilən təsəllinin arxa planı budur: “Nəyə görə bu mövzuda cəsarətinizi itirirsiniz? Biz sizə hər cür zənginlikdən daha üstün bir sərvət verdik. O halda düşmənləriniz sizin bilginizi və uca əxlaqınızı qısqanmalıdır; siz onların pis yoldan qazanılmış sərvətlərini və günah dolu zövqlərini qısqanmamalısınız. Çünki onlar Rəbləri qatına çatdıqlarında, orada dəyəri olan heç bir sərvət qazanmadıqlarını görəcəklər”. [18]

89-cu ayədəki “Sən qanadlarını möminlər üçün endir” buyuruğu daha əvvəl İsra/24-də də keçmiş, biz də ayəni təhlil edərkən bu açıqlamanı etmişdik:

Ayədəki “Və mərhəmətindən dolayı onlar üçün alçaqkönüllülük qanadlarını endir” ifadəsində İstiarə sənəti vardır. Rəbbimiz bu sənətli ifadəylə ana-atalara mərhəmət edilməsini əmr edir. Sənət diliylə verilmiş olan bu təlimat, adi bir əmr cümləsiylə veriləcək olandan daha da artıq təsir oyandırır. Həmçinin buradakı xitab peyğəmbərimizə olduğu və o dövrdə peyğəmbərimizin ana-atası olmadığı üçün, “onlar” ilə qəsd edilənlər onun ümmətidir:

  • 215Və möminlərdən sənə uyan insanlara qanadını gər. (Şüəra/215)

89-cu ayədə peyğəmbərimizə həmçinin “apaçıq bir xəbərdarlıq edən” olduğunu söyləməsi əmr edilmiş, beləliklə onun elçilik vəzifələrindən biri olan “xəbərdarlıqçılıq” ön plana çıxarılmışdır. Xəbərdarlıqcılığın hədəfi insanlara səhv davranışların, günahın və pisliklərin səbəb olacağı pis nəticəni öy­rətmək, insanları özlərini gözləyən aqibətdən xəbərdar etməkdir. Buradakı “apaçıq” sözünün “çılpaq” şəklində ifadə edilməsi də mümkündür.

90, 91, 92, 93-cü ayələr Şüəra/3-6-cı ayələr ilə bərabər tərtib edildiyindən burada yer verilməmişdir.

Ayələrin əsl yeri ilə əlaqədar qənaətimizin səbəbini ifadə edə bilmək üçün, tərcümələrinin Şüəra surəsinin 3-6-cı ayələri arasında göstərilməsinə baxmayaraq, bu ayələrin təhlilini burada edirik.

Bu ayələr, aşağıda sıraladığımız problemlərə görə, bizdə həm texniki, həm də məna olaraq olduqları yerə aid olmadıqları yönündə bir qənaət oyandırmışdır.

  1. 1. Təşbeh ədatından qaynaqlanan problem:

90-cı ayə, “təşbeh ədatı” olan “ك kaf” ilə başladığından, ədatın ifadəsi olan “kimi” sözü tərcümədə mütləq yer alır. Belə olduqda da, Allahın bu bölücülərə/andçılara endirdiyi kimi kimə nə endirdiyinin bu ayədən əvvəl zikr edilmiş olması lazımdır. Çünki “kaf” ədatının varlığı, 90-cı ayəni başqa bir ayənin [ana cümlənin] elementi halına gətirir. Amma Hicr surəsinin bu bölməsində, 90-cı ayənin ana cümləsi olmağa uyğun bir ayə mövcud deyil.

Bu xüsus təəssüf ki, tərcümə və təfsir yazanlar tərəfindən nəzərə alınmamış və ayə bir sıra məcburi ifadələrlə yola verilmişdir. Biz yenə də bu vəziyyətin onların vicdanlarını narahat etdiyini düşünürük.

Bu problem klassik qaynaqlarda da ya ayədəki “kaf” ədatını zait [artıqlıq] saymaq, ya da ayəyə mahzuf [gizli] sözlər təqdir etmək yoluyla açılmağa çalışılmışdır:

Bu ifadədə həzf edilmiş sözlər vardır. Yəni, “Mən bir əzab ilə apaçıq xəbərdar edən bir adamam” mənasında olub “əzab” kəlməsi həzf edilmişdir. Çünki “ xəbərdar etmək” əslində elə buna dəlildir. Necə ki, bir başqa yerdə də belə buyurulur: “13Buna baxmayaraq, onlar yenə üz çevirirlərsə, dərhal de ki: “Mən sizi Ad və Səmudun ildırımına bənzər bir ildırıma qarşı xəbərdar etdim”. (Fussilət/13) deyə buyurulur. [19]

“Necə ki” mənasındakı “kaf”ın artıqdan gəldiyi də söylənmişdir. Yəni “Mən sizi bölüşənlərə endirdiyimiz şeylər ilə açıqca xəbərdar edənəm” demək olur. Uca Allahın: “Onun bənzəri heç bir şey yoxdur” (Şüra/11) buyuruğunda olduğu kimi. [20]

  1. 2. 91-ci ayənin 90-cı ayənin davamı olmasından qaynaqlanan problem:

Mövcud sıralamada 91-ci ayə 90-cı ayənin davamı və açılışı halında olduğundan, 91-ci ayədəki “əlləzinə [o kimsələr]” ism-i məvsulu da 90-cı ayədəki “muktəsimin [təqsimçilər/and içənlər]” sözü ilə təfsir edilir. Yəni 90-cı ayədə bəhs edilən “təqsimçilər/ and içənlər”in 91-ci ayədə bəhs edilən “Quranı parca-parça edənlər/Qurana sehir, şer, əsatir və yalan söz kimi iftira atanlar, pis söz söyləyənlər” olduqları anlaşılır. Necə ki, klassik əsərlərdəki nəqllər də həmişə bu yöndədir:

“Bölüşənlər”in mənası ilə əlaqədar olaraq yeddi fərqli görüş vardır:

  1. Mukatil və əl-Fərra deyir ki: “Bunlar Həcc dövründə Vəlid b. əl-Muğirənin göndərdiyi on bir nəfərdir. Bunlar Məkkənin dar yollarını, geniş yollarını, dağlardakı yollarını öz aralarında paylaşdıraraq bu yollardan keçənlərə kölə deyirdilər: ‘Aramızda çıxan və peyğəmbərlik iddiasında olan bu kimsəyə qətiyyən aldanmayın! O bir dəlidir’, bəzən ‘o bir sehirbazdır’, bəzən ‘o bir şairdir’, bəzən də ‘o bir kahindir’ deyirdilər. Onlara bu şəkildə “bölüşənlər” adının verilməsi bu yolları öz aralarında paylaşdırmalarıdır. Allah bunların hamısının canlarını ən pis şəkildə aldı. Bunlar həmçinin Vəlid b. əl-Muğirəni məscidin qapısında hakim olaraq təyin etmişdilər. Peyğəmbər (səs) haqqında ona sual verənlərə isə: ‘O adamlar doğru söylədilər’ – deyə cavab verirdi.
  2. Katade deyir ki: “Bunlar Qüreyş kafirlərindən bir birlik olub, Allahın kitabını bölüşdürərək, bir qisminə şer, bir qisminə cadu, bir qisminə kəhanət, bir qisminə də əvvəlkilərin əfsanələri adını vermişdilər”.
  3. İbn Abbas deyir ki,: “Bunlar kitabın bir bölməsinə iman edib, bir bölməsini inkar edənlərdilər”.
  4. İkrimə də belə demişdir: “Bunlar əhl-i Kitab kimsələrdir. Onlara “bölüşənlər” adının verilmə səbəbi, lağ edənlər olmaları və onlar kimisinin ‘Bu müddət mənimdir, bu müddət də sənin olsun’ – demələridir”.
  5. Katade deyir ki: “Bunlar Kitablarını bölüşdülər, darmadağın və parçalara ayırdılar və təhrif etdilər”.
  6. Zeyd b. Eslem deyir ki: “Burada qəsd edilənlər, Hz. Salehin qövmüdür. Bunlar onu öldürməyə and içdilər, ona görə də onlara əl-muktəsimiin” [and içənlər] adı verilmişdir. Belə ki, Uca Allah: “Öz aralarında Allah adından and içərək, dedilər ki, “Ona və ailə üzvlərinə gecə təzyiq edək” (Nəml/49) buyruğuyla buna işarə edir”.
  7. Əl-Ahfeş deyir ki: “Bunlar qarşılıqlı olaraq and ilə öz aralarında bəzi xüsusları bölüşən bir kütlədir. Deyildiyinə görə, bunlar As b. Vail, Rabianın iki oğlu Utbe və Şeybə, Ebu Cəhil b. Hişam, Ebu’l-Bahteri b. Hişam, en-Nadr b. Haris, Ümeyye b. Halef və Münəbbih b. Həccacdırlar. Bunu da əl-Maverdi nəql edir. [21]

Bu mövzuda Razi də Kurtubinin nəql etdiyi həllər istiqamətində nəqllər etmişdir.

Yuxarıdakı nəqllərdən göründüyü kimi, 90-cı ayədə bəhs edilən “müqtəsimin [təqsimçilər/and içənlər]” sözü ilə kimlərin qəsd edildiyi mövzusunu iki şəkildə açılmaq istəmişlər:

Bu müqtəsimin Məkkəlilərdir.

Bunlar [bölüşənlər], əhl-i Kitabdır.

Ancaq hər iki izah da reallığa uyğun gəlmir. Çünki “müqtəsimin” sözü ilə Məkkəlilərin qəsd edildiyi hesab edildiyində, Məkkəlilərə daha əvvəl əzab enməmiş olması; əhl-i kitabın qəsd edildiyi hesab edildiyində isə onların Quranla hər hansı bir əlaqələrinin olmaması, yəni Quranı parka-parça etmədiklərinin bilinməsi, mövcud olan bu izahların uyğunsuz olduğunu göstərir.

Mevdudi isə “müqtəsimin” sözü ilə kimlərin qəsd edildiyi mövzusuna, ayədəki Quranı Tövrat edərək, bir həll tapmağa çalışmışdır:

Bölücülər, dinlərini bir çox bölməyə ayıran və onda ayırımçılıq edən Yəhudilərdir. Onlar, dinin bir bölməsinə inanır, bir bölməsini rədd edir, dinə bəzi şeyləri əlavə edir, bəzi şeyləri də dindən çıxarırdılar. Bu şəkildə hamısı bir-birinə düşmən olan bir çox qruplara ayrılmışdılar. Onların Qurandan muradı Tövratdır. Onlara Tövrat nazil olmuşdur. Hz. Muhəmməd (s.ə)in ümmətinə nazil olan Quran kimi. “Onlar Quranlarını müxtəlif bölmələrə ayırdılar”. “Onlar kitabın bir qisminə inanıb, bir qisminə inanmazlar”. Eyni məqam Bəqərə surəsi 85-ci ayədə də ələ alınmışdır: “Siz kitabın bir qisminə inanıb, bir qismini inkarmı edirsiniz?” “Bu, bizim bölücülərə [Yəhudilərə] göndərdiyimiz xəbərdarlığın eynidir”. Burada möminlər Allah tərəfindən edilən xəbərdarlığı nəzərə almayan və işlədikləri günahda israr edən Yəhudilərin halından dərs almaları üçün xəbərdarlıq edilirlər: “Yəhudilərin düşdüyü rəzaləti görürsünüz. Bu xəbərdarlığı nəzərə almayaraq eyni sonla qarşılaşmaq istərsinizmi?” [22]

“ المقتسمين Müktəsimin” nə deməkdir? “Sarf elmi”nin qaydalarına görə, bu sözün “qism [bölmə]” və ya “and” sözlərindən törəmiş olmasında hər hansı bir əngəl yoxdur. Ancaq söz “المقتسمين əl-müqtəsimin” şəklində müəyyən olaraq gəldiyindən, bu adamların daha əvvəl bildirilmiş biriləri olması lazımdır. O halda sözün burada hansı mənaya gəldiyini anlaya bilmək üçün ediləcək iş, Quranda bu ayədən əvvəlki ayələr içində, başlarına bəla endirildiyi bildirilən “and içənlər”, ya da “bölücülər” tapmaqdan ibarətdir.

Bu məqsədlə Qurana baxıldığında, başlarına bəla endirilmiş, cəzalandırılmış iki qrup görünür. Bunlar, Nəml surəsində bəhs edilən “Saleh peyğəmbərə tələ quranlar” ilə Qələm surəsində bəhs edilən “cənnət [bağça] sahibləri”dir:

  • 48Və o şəhərdə yer üzündə pozğunçuluq edən, yaxşı işlər görməyən, Doqquz nəfərlik bir qrup vardı. 49Allaha and içərək: “Gecə ona və ailəsinə basqın edəcəyik, sonra da qəyyumuna/haqlarını qoruyacaq yaxınlarına: “Biz o ailənin yox edilməsinə şahid olma­dıq/hadisə zamanı orada deyildik və biz tam əmin olun ki, doğru olanlarıq de­­yəcəyik” – dedilər. 50Və onlar, belə bir tələ qurdular, şübhəsiz, Biz də onları fər­qin­də olmadıqları bir cəza ilə cəzalandırdıq. (Nəml/48- 50)
  • 17–24Şübhəsiz, Biz o bağ sahiblərinə bəla verdiyimiz kimi, onlara da bəla verəcəyik: O zaman ki, onlar, səhər açılınca, mütləq bağın məhsullarını yığacaqlarına/biçəcəklərinə and içmişdilər… Bir istisna yeri də qoymamışdılar… Amma onlar yuxuda ikən Rəbbin tərəfindən bir tufan bağın üzərindən dolaşıb keçdi. Səhərə bağ, biçilmiş/yığılmış kimi oldu. Səhər oyandıqları vaxt bir-birlərinə səsləndilər: “Haydı, biçəcəksinizsə/yığacaqsınızsa, səhər-səhər erkəndən gedin!” – dedilər. Dərhal yola düzəldılər, aralarında pıçıldaşırdılar: “Diqqətli olun, fikir verin ki, bu gün aranıza bir yoxsul soxulmasın!”
  • 25–29Sadəcə maneolma gücünə sahib ola biləcək/zorakılığa gücləri çata biləcək bir tövrlə erkəndən getdilər. Amma bağı gördüklərində: “Biz şübhəsiz, çaşmışıq, səhv yerə gəlmişik! Yox, yox, biz yoxsulluğa məhkum olunmuşuq. Allah bizi cəzalandırıb!” – dedilər. Ən xeyirli olanları: “Mən sizə: “Allahı nöqsanlıqlardan münəzzəh qılmırsınızmı?” – deməmişdimmi?” – dedi. Onlar: “Rəbbimiz, Səni tənzih edərik, doğrusu bizlər yanlış/öz zərərlərinə iş edən, haqsız davranışlar edənlər imişik!” – dedilər.
  • 30–32Sonra döndülər. Bir-birlərini qınayırdılar:–“Vay bizim halımıza! Bizlər doğrudan da özünü Firon kimi görən azğınlar imişik, ümid edək ki, Rəbbimiz bizə onun yerinə daha xeyirlisini verər; doğrudan, biz bütün ümidimizi Rəbbimizə çeviririk”.
  • 33Dünyadakı əzab bax belədir! Əlbəttə, Axirət əzabı daha böyükdür, kaş ki, bilənlərdən olsaydılar! (Qələm/17-33)

İlk baxışda, Hicr surəsindən əvvəl enmiş olduqlarına görə “müqtəsimin” sözü ilə Qələm və Nəml surələrində anladılan qruplardan hər ikisinin də qəsd edildiyi düşünülə bilər. Bizim tərcihimiz, qəsd edilənin Qələm surəsindəki “and içənlər” qrupu olduğu yönündədir. Çünki yuxarıda da bəhs etdiyimiz kimi, həm texniki, həm də məna baxımından, 90-93-cü ayələrin, olduqları yerə aid olmamalarından bəhs edilir. Etdiyimiz uzun araşdırmalar bizə bu ayələrin yerinin Şüəra surəsində olduğunu göstərir. Beləliklə, Şüəra surəsində keçməli olan “müqtəsimin” ifadəsiylə, Şüəra surəsindən sonra enmiş olan Nəml surəsindəki “Saleh peyğəmbərə tələ quranlar”ın qəsd edilmiş olması mümkün olmayacağından, biz, “müqtəsimin” olaraq Qələm surəsindəki “and içənlər”i görürük.

“عضين Idıyn” sözü. Quranda sadəcə 91-ci ayədə keçən “ıdıyn” sözünün mənası, beləliklə, sözün kökü haqqında bəzi fərqli görüşlər irəli sürülmüşdür:

Sözün ” عضوuduv” kökündən gəldiyi qəbul edildiyində, cəm olan bu söz, dlimizdəki kimi, “üzvlər [parçalar]” mənasındadır.

Sözün “عضه adah” kökündən gəldiyi qəbul edildiyində, bu söz “yalan, iftira, dedi-qodu” kimi “pis söz” mənasındadır.

* Fərra isə sözün “sehir” mənasında olduğunu söyləmişdir. [23]

Anlaşılan odur ki, mövzumuz olan ayədə yuxarıdakı mənaların hamısı birdən qəsd edilmişdir. Yəni Quranı parça-parça ayıranlar, Bəqərə/85-də açıqlandığı kimi, sərf edənə inanıb, sərf etməyənə inanmayanları və Qurana sehir, şer, əsatir və yalan söz kimi iftira atanları, pis söz söyləyənləri əhatə edir.

92, 93-cü ayələrdə Rəbbimizin bütün insanların özü tərəfindən hesaba çəkiləcəyini bildirməsindən, mühakimə etməyi və cəzalandırmağı da bilavasitə Onun edəcəyi­ anlaşılır. Bu halda elçiyə sadəcə “xəbərdarlıq” işi qalır.

Bunun belə olduğu bir çox ayədə bildirilmişdir:

  • 59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın. (Ənam/59)

Mənim qorumam altına girin.

  • 53Sonra insanlar öz aralarındakı işləri hissə-hissə böldülər. Hər qrup özündə olanla sevinib təkəbbürlənməkdədir.
  • 54Sən indi onları bir zamana qədər azğınlıqları ilə baş-başa burax! (Möminlər/53, 54)

94–96İndi sənə əmr olunan şeyləri açıqca bildir və ortaq qoşanlardan uzaq dur. Şübhəsiz ki, Biz Allahla birlikdə başqasını tanrı edən bu məsxərəçi insanlara qarşı sənə yetərik. Artıq onlar yaxında biləcəklər.

97And olsun, Biz bilirik ki, tam yəqin bilin ki, onların söylədiklərinə görə sənin qəlbin daralır/ürəyin sıxılır.

98,99O halda sənə, “yəqin/qəti bilik” gəlməsi üçün Rəbbinin tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl, boyun əyib, təslimiyyət göstərənlərdən ol və Rəbbinə qulluq et!

Surənin bu son ayələrində peyğəmbərimizin şəxsinə xitab edilərək, elçilik vəzifəsini davam edərkən müxatib olduğu kədər verən davranışlar qarşısında necə hərəkət etməsi gərəkdiyi üzərində durulmuş və özünə Qurana qarşı neqativ davranış edənlərdən hər hansı bir gözləntisinin olmaması təmbeh edilmişdir. Çünki Allah öz elçisinə yetərlidir, elçisinə düşmənçilik edənlər isə yaxında nə ilə qarşılaşacaqlarını görəcəkdilər.

98, 99-cu ayələrdə peyğəmbərimizə elçilik vəzifəsinə dair bir sıra yeni əmrlər verilmiş və özündən təsbeh etməsi, səcdə edənlərdən olması və Rəbbinə qulluq etməsı istənmişdir. Bu əmrləri yerinə yetirməklə, həm elçilik vəzifəsini etmiş olacaq, həm də “yəqin [qəti bilik]” sahibi olacaq və köksünün daralması keçəcəkdir. Çünki peyğəmbərimiz, vəzifəsini icra edərkən qarşılaşdığı tövrlər üzündən ciddi sıxıntılar içindədir. Bu sıxıntılar Kəhf/6-da və digər bir çox ayədə ifadə edilmişdir. Peyğəmbərimizə verilən əmrlərdən anlaşıldığına görə, sıxıntılar zənn və vəhmdən qaynaqlanır, qəti bilik sahibləri isə sıxıntılardan uzaq, rahat olurlar.

Qəti biliyin gəlməsi üçün peyğəmbərimizə verilən əmrlərdən biri “təsbih etmək” hərəkətidir. Təsbih, Allahı nöqsan sifətlərdan, ortaqlardan, yaraşdırılmış cürbəcür axmaqlıqlardan arındırma hərəkətidir. Bu mənasıyla təsbih, əslində hər elçinin ilk vəzifəsidir.

“Səcdə edənlərdən olmaq”. Daha əvvəl 62Haydı, Allaha boyun əyib təslimiyyət göstərin və qulluq edin! (Nəcm/62) ayəsinin təhlilində açıqladığımız kimi, “səcdə” “nüfuzluya boyun əymək, təslim olmaq”; “qulluq” da “təslim olduqdan sonra nüfuz sahibinin verdiyi vəzifələri əskiksiz etmək” deməkdir. Mövzumuz olan ayədə peyğəmbərimizdən istənən də budur.

Ayədəki “حتّى Hətta” Ədatından Qaynaqlanan Tərcümə Problemləri.

Ümumiyyətlə “bağlayıcı” olaraq işlədilən “حتّى hətta” ədatı, cümləyə “nihayəül-gaye [məqsədin sonu]”, yəni “o belə” mənası qatır. Bu qaydaya uyğun olaraq 98-ci ayədəki “ حتّى يأتيك اليقين hətta yetiyekel-yakin” ifadəsinə həmişə “sənə yaxın gələnə qədər” mənası verilmiş və çox tərcümədə ifadə “Sənə yaxın gələnədək Rəbbinə ibadət et!” şəklində yer almışdır. Bunun nəticəsində isə ortaya qəti biliyə çatana qədər qulluğa davam edilməsi, qəti bilik gəldikdə də ibadətin, qulluğun sona çatmalı olduğu şəklində bir anlayış çıxmışdır. Belə ki, bu anlayış istiqamətində bir çox fəlsəfi cərəyanda: “Mənə yaxın gəldi, mən yetkinləşdim” – deyərək qulluğu, məsuliyyəti buraxanlar olmuş, hətta bəzi çaşqınlar: “Mən artıq Haqq oldum” – belə deyə bilmişdilər.

Bu təhrif olunmuş nəticələri görən din alimləri, insanlığı pozğunluğa götürən bu anlayışı ortadan qaldırmaq üçün “yəqin [qəti məlumat]” anlayışını təvil etmək məcburiyyətində qalmışlar və “yəqin, ölümdür” deyərək ayənin mənasını “Sən, sənə ölüm gələnədək Rəbbinə qulluq et!” şəklində nizamlamışdılar. Baxmayaraq ki, ölüm ən gerçək olan, mübahisəsiz, etiraz ediləməyən, yəni qəti olan bir faktdır, amma bu təvili edənlər, ayədəki ifadə ilə ibadətin davamlılığının istənildiyini irəli sürmüşlər, etdikləri təvilə də Məryəm/31-də İsa peyğəmbərin dilindən nəql edilən “Həyatda olduğum müddətdə mənə salaatı/sosial dəstəyi və zəkatı tövsiyə etdi” ifadəsini dəlil göstərmişdilər.

İşin Doğrusu. حتّى Hətta” ədatı sadəcə “bağlayıcı” olaraq işlənilməyib, cümlə başlarında istinaf və “key” ədatı yerinə ta’lil üçün də işlənilir. [24] Bunun nümunələri Tövbə/31, Hucurat/9, Bəqərə/217, Münafiqun/7-də açıq şəkildə görünür. Ta’lil üçün “key” ədatı yerinə işlənildiyində “hətta” ədatına “üçün” mənası verilməlidir. Bəhs edilən ədat, bəhs etdiyimiz ayədə cümlə başında olduğundan, tərcümə buna görə edilməlidir. Biz də ayədəki “hətta” ədatının bu xüsusiyyətini nəzərə alaraq, ayəni, “O halda sənə ‘yaxın’ gəlməsi üçün Rəbbini həmd ilə təsbih et, səcdə edənlərdən [boyun əyənlərdən, təslim olanlardan] ol və Rəbbinə qulluq et!” şəklində mənalandırdıq.

Allah, doğrusunu ən yaxşı beləndir.

[1] Lisanül-Arab; c: 2, s: 331, hcr mad.

[2] Razi; el-Mefatihu’l-Qeyb.

[3] Mevdudi; Tefhimül-Kuran.

[4] Lisanül-Arab; c:5, s:213,214.

[5] Lisanül-Arab c:4. s:565.

[6] “Ölçü” konusu ilə əlaqədar olaraq “Seyyid Kutub’un Qəmər Surəsinin sonunda verdiyimiz Qəmər/49 ilə əlaqədar açıqlamalarının təkrar oxunmasını məsləhət görürük.

[7] Lisanül-Arab; c.5, s. 382.

[8] Lisanül-Arab; c.1, s.241. ens mad.

[9] Kurtubi; el-Camiu li Ahkamil-Kuran.

[10] Razi; el-Mefatihu’l-Qeyb.

[11] Mevdudi; Tefhimül-Kuran.

[12] Lisanül-Arab; c. 1, s. 298, 299 “eyk” mad.

[13] Mevdudi; Tefhimül-Kuran.

[15] B) İletilən ismarıcın mütləq ikinci bir vurğusunun bulunması.

[16] Razi, el-Mefatihu’l-Qeyb; Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[17] İbn Kesir.

[18] Mevdudi; Tefhimül-Kuran.

[19] Kurtubi; el-Camiu li Ahkamil-Kuran.

[20] Kurtubi; el-Camiu li Ahkamil-Kuran.

[21] Kurtubi; el-Camiu li Ahkamil-Kuran.

[22] Mevdudi; Tefhimül-Kuran.

[23] Lisanül-Arab, c: 6, s: 305-306 Udh mad.; İsfehani, el-Müfredat, Udv mad.

[24] el-İtkan; 505, 506; el-Bürhan, c: 4, s: 272, 273.