ƏNBİYA SURƏSİNİN TƏBYİNİ

Ənbiya [Peyğəmbərlər] surəsi Məkkədə enən 73-cü surədir. Adını surədə hekayələri xülasə olaraq nəql edilən “peyğəmbərlər”dən almışdır. Hekayələri nəql edilən bu peyğəmbərlər İbrahim (əs), İshaq (əs), Yəqub (əs), Lut (əs), Nuh (əs), Davud (əs), Süleyman (əs), Eyyub (əs), İsmail (əs), İdris (əs), Zülkifl (əs), Zünnun [Yunus] (əs), Zəkəriyyə (əs) və İsa (əs)dır. Digərlərininkinə nisbətən İbrahim peyğəmbərin hekayəsi, onun bütpərəst qövmü ilə olan mübarizəsi istiqamətində cəlbedici bir üslubla və hər kəsə təsir edən dəlillərlə, geniş bir şəkildə anladılmışdır.

Sonra da Rəsulullahın göndərilməsinin məqsədinin aləmlərə rəhmət olması olduğu vurğulanır.

Nübüvvət [elçılik] müəssisəsi surənin ana mövzusudur. Bununla bərabər Al­lahın birliyi, öldükdən sonra dirilmə və hesaba çəkilmə kimi inanc prinsipləri də işlənən mövzular arasındadır. Həmçinin ibrət alınsın deyə həm insanın bioloji quruluşunda, həm də kainatda olan dəlillərə diqqət çəkilərək, Allahın qüdrəti gözlər önünə sərilmişdir.

Surə bir çox bölmədən ibarətdir. Ayələrinin bir-birləriylə olan münasibəti nəzərə alındığında, surənin bir dəfədə və ya yaxın aralıqlarla endiyi, tamamlandığı anlaşılır.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 324

1İnsanlar üçün hesabları yaxınlaşdı. Onlar isə saymamazlıq edərək, uzaq duran kimsələrdir.

2,3Rəbbindən özlərinə gələn hər yeni öyüdü/xatırlatmanı ancaq oyun edərək və qəlbləri əylənərək dinlərlər. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanlar aralarında bu pıçıltını gizlətdilər: “Bu, sizin kimi bir insandan başqa bir şeymidir? Artıq gözünüz görə-görə  ovsunamı gedirsiniz?”

4De ki: “Mənim Rəbbim göydə və yerdə hər sözü bilir. Və O, ən yaxşı eşidən, ən yaxşı biləndir”.

5Əksinə onlar: “Bunlar qarmaqarışıq yuxulardır, yox-yox onu özü uydurdu, yox-yox o bir şairdir. Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” – dedilər.

6Onlardan öncə yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman edəcəklər?

7Və Biz səndən öncə də, ancaq özlərinə vəhy etdiyimiz yetkin insanları göndərdik/elçi etdik. Haydı, siz bilmirsinizsə, Öyüd/Kitab Əhli olanlardan/vəhy biliyi olanlardan soruşun.

8Və Biz o elçiləri yemək yeməz bir cəsəd etmədik. Onlar əbədi qalanlar/ölümsüz də deyildilər.

9Sonra Biz onlara verdiyimiz o sözü yerinə yetirdik. Beləcə, onları və dilədiyimiz insanları qurtardıq. Həddini aşanları da dəyişikliyə/dağıntıya uğratdıq.

10Heç şübhəsiz, Biz sizə öyüdünüz/şan-şərəfiniz içində olan bir kitab endirdik. Buna baxmayaraq, hələ də ağıllanmayacaqsınızmı?

11Biz şərik qoşmaqla səhv/öz zərərlərinə iş edən necə şəhərləri də qırıb, keçirdik. Onlardan sonra da başqa cəmiyyətləri var etdik.

12Belə ki, onlar əzabımızın şiddətini hiss etdikləri zaman, ondan sürətlə uzaqlaşıb qaçırdılar. 13Sürətlə uzaqlaşıb qaçmayın, sorğu-sual olunmağınız üçün içində lovğalanıb azdığınız şeylərə və evlərinizə dönün.

14Onlar: “Vay bizim halımıza! Şübhəsiz, biz həqiqətən səhv edənlər/öz zərərlərinə iş edənlər imişik” – dedilər.

15Bax budur, onların bu çağırışları onları biçilmiş bir əkin və sönmüş ocaq/kül halına gətirincəyə qədər sona çatmadı.

(73/21, Ənbiya/1–15)

Nəcm: 325

16Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq.

17Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq.

18Tam əksinə, Biz haqqı batilin başına çırparıq və bu, onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız xüsusiyyətlərə görə, vay sizin halınıza!

19,20Göylərdə və yer üzündə olan kəslər də yalnız və yalnız Onundur. Onun qatında olan insanlar da Onun qulluğundan yekəxanalıq etməzlər və bezməzlər, gecə-gündüz ara ver­mə­yərək, Onu nöqsan sifətlərdən münəzzəh qılarlar.

21Yoxsa onlar yer üzündən bəzi tanrılar qəbul etdilər və o tanrılar onları canlan­dı­ra­caq­larmı/dirildəcəklərmi?

22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir.

23Ərşin Rəbbi olan Allah etdiyindən məsuliyyət daşımaz, onlar isə məsuliyyət daşıyacaqlar.

24Yoxsa onlar Onun yaratdıqlarından bəzi tanrılarmı qəbul etdilər? De ki: “Qəti dəlilinizi gətirin. Bax budur, bu, mənimlə bərabər olanların və məndən öncəkilərin öyüdüdür”. Tam əksinə, onların çoxu həqiqəti bilməzlər. Artıq onlar, üz döndərənlərdirlər.

(73/21, Ənbiya/16–24)

Nəcm: 326

25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq.

26–28Və onlar: “Rəhman özünə övlad qəbul etdi” – dedilər. Rəhman, bundan münəzzəhdir. Əksinə onlar ərməğanlar verilmiş qullardır. Onlar Onun sözünün önünə keçə bilməzlər/onlar yalnız Onun əmri ilə hərəkət edərlər. O, Rəhmanın övladları saydıqları şeylərin önlərində olanı və arxalarında olanı bilir. Və onlar Onun məmnun olduğu insanlardan başqasına kömək/dəstək etməzlər. Bununla birlikdə onlar Ona duyduqları dərin hörmət və sevgiyə görə, ondan uzaqlaşma qorxusundan, tir-tir titrəyərlər.

29Və onlardan hər kim: “Mən, şübhəsiz, Onun yaratdıqlarından bir tanrıyam” – deyərsə, ar­tıq Biz onu cəhənnəmlə cəzalandırarıq. Bax budur, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri Biz belə cəzalandırarıq.

(73/21, Ənbiya/25–29)

Nəcm: 327

30Və bu kafirlər… Göylər və yer bitişik bir halda idi və Bizim o ikisini ayırdığımızı və canlı olan hər şeyi sudan əmələ gətirdiyimizi görmədilərmi? Buna baxmayaraq, hələ də inanmırlarmı?

31Və Biz yer üzünün içində, sizə süfrə olsun deyə, sağlam payalar etdik. Və orada bələdçiləndikləri yollarını tapsınlar deyə, bol-bol yollar əmələ gətirdik.

32Və Biz göy üzünü qorunmuş bir tavan etdik. Onlar isə göy üzünün ayələrindən üz çevirənlərdir.

33Və O, gecəni, gündüzü, Günəşi və Ayı əmələ gətirəndir. Hamısı bir orbitdə üzməkdədir.

34Biz səndən öncə də heç bir bəşər üçün sonsuzluq tanımadıq. Yaxşı, sən ölərsənsə, onlar həmişəlik sağmı qalacaqlar?

35Hər canı olan varlıq ölümü dadacaq. Və əridib, saflaşdırmaq üçün Biz sizi xeyir və şər ilə sınayarıq. Və siz, yalnız Bizə döndəriləcəksiniz.

                                                                                                                                            (73/21, Ənbiya/30–35)

Nəcm: 328

36Və bu kafirlər, səni gördükləri zaman, sadəcə, səni lağa qoyurlar: “Tanrılarınızı anıb, duran budurmu?” Halbuki, onlar Rəhmanın anılmasını, öyüdünü, Kitabı, Quranı bilərək rədd edənlərin məhz özləridir.

37İnsan çox tələskən xüsusiyyətdə yaradılmışdır. Sizə yaxında əlamətlərimi göstərəcə­yəm. İndi siz Məndən təcili istəməyin.

38Və inkar edənlər: “Əgər doğrularsınızsa, bu vəd nə zamandır?” – deyərlər.

39Bu kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və qətiliklə kömək də olunmayacaqları zamanı bir bilsələr!

40Əslində bu əzab onlara qəflətən gələcək və özlərini çaşdıracaqdır. Artıq onu geri çevirməyə gücləri yetməyəcək və onlara müddət də verilməyəcək.

41Və heç şübhəsiz, səndən öncə bir çox elçiyə lağ edildi və içlərindən lağ edənləri, o lağ etdikləri şey bürüdü.

42De ki: “Gecə ikən və gündüzlər sizi Rəhmandan kim qoruya bilər?” Əslində onlar Rəbbinin anılmasından, öyüdündən üz çevirənlərdir.

43Yoxsa onlar üçün Bizim yaratdıqlarımızdan, onlara mane olan bəzi tanrılarmı var? O sözdə tanrılar özlərinə köməyə güc yetirə bilməzlər. Onlar bizim tərəfimizdən dəstəklənməzlər də.

44Əslində Biz o kafirləri və atalarını özlərinə ömür uzun gəlincəyədək, yararlan­dır­dıq. Yaxşı, indi Bizim yer üzünə gəlib, onu ətrafından əskiltdiyimizi görmürlərmi? O halda üstün gələn onlardırmı?

45De ki: “Mən sizi ancaq vəhylə xəbərdar edirəm”. Xəbərdar edildiklərı zaman, karlar çağırışa qulaq verməzlər.

46Və şübhəsiz, Rəbbinin əzabından bir əsinti onlara toxunarsa, qətiliklə: “Vay bizim halımıza! Şübhəsiz, biz səhv/öz zərərlərinə iş edənlər imişik” – deyəcəklər.

47Biz Qiyamət Günü üçün “haqq edilən pay tərəziləri” qoyarıq – heç bir kimsə, heç bir şə­kildə haqsızlığa uğradılmaz. O şey, bir xardal dənəsi ağırlığında da olsa, onu gəti­rə­rik. Və hesab görənlər olaraq, Biz yetərik.

(73/21, Ənbiya/36–47)

Nəcm: 329

48,49Və and olsun ki, Musa və Haruna Furqanı və görülməyən, eşidilməyən, seçil­mə­yən kimsəsiz yerdə Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan, qiyamətin qopmasından içləri titrəyən, Allahın qoruması altına girənlər üçün  bir işıq və öyüd verdik.

50Bax budur, bu Quran da Bizim endirdiyimiz mübarək bir öyüddür. İndi siz bunu tanıtmayan, tanınmasına mane olan kəslərsinizmi?

51Və and olsun ki, Biz daha öncə İbrahimə kamal vermişdik. Və Biz onu bilənlər idik. 52Həmçinin İbrahim atasına və qövmünə: “İsrarla sitayiş etdiyiniz heykəllər nədir?” – demişdi.

53Onlar: “Biz atalarımızı bunlara sitayiş edənlər olaraq gördük” – dedilər.

54İbrahim: “And olsun ki, sizlər və atalarınız açıq-aşkar bir pozğunluq içindəsiniz” – dedi.

55Onlar: “Sən bizə haqqımı gətirdin, yoxsa sən oyun oynayanlardansanmı?” – dedilər.

56,57İbrahim dedi ki: “Tam əksinə, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları O, yoxdan yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm. Allaha and içirəm ki, siz üzünüzü döndərib getdikdən sonra, mən bütlərinizə, qətiliklə, bir tələ quracağam”.

58Sonra da İbrahim ona müraciət etsinlər deyə, içlərindəki böyükləri istisna olmaqla, bunları parça-parça etdi.

59Qövmü: “Bizim tanrılarımıza bunu kim etdi? Şübhəsiz, o, qətiliklə səhv/ öz zərərlərinə iş edənlərdəndir” – dedilər.

60Bəziləri: “Eşitdik ki, onları anıb duran bir gənc var. Onun adına “İbrahim” deyilir” – dedilər.

61Onlar: “O halda, ona şahid olmaları üçün, İbrahimi insanların gözləri önünə gətirin” – dedilər.

62Onlar: “Ey İbrahim! Bunu tanrılarımıza sənmi etdin?” – dedilər.

63İbrahim: “Əksinə, onu bu böyükləri etdi. Danışa bilirlərsə buyurun, özlərindən soruşun” – dedi.

64Buna görə də onlar öz vicdanlarına döndülər və: “Şübhəsiz ki, siz səhv/öz zərərlərinə iş edənlərin məhz özüsünüz” –  dedilər.

65Sonra onlar yenə öz düşüncələrinə döndülər: “And olsun ki, bunların danışmayacağını bilirdin” – dedilər.

66,67İbrahim: “O halda, Allahın yaratdıqlarından sizə heç bir şəkildə fayda verməyən və sizə zərər verməyən şeylərəmi sitayiş edirsiniz? Sizin də, Allahın yaratdıqlarından sitayiş etdiklərinizin də vay halına! Siz hələ ağıllanmayacaqsınızmı?” – dedi.

68Qövmü: “Əgər edənlərsinizsə, bunu yandırın [atəşə atın, sıxıntıya salın] və tanrılarınıza kömək edin” – dedilər.

69Biz: “Ey atəş! İbrahimə qarşı soyuq və təhlükəsiz ol” – dedik.

70Və ona bir plan qurmaq istədilərsə də, Biz özlərini daha artıq zərərə/itkiyə uğrayıb, acı çəkənlər etdik.

71İbrahimi də, Lutu da, aləmlər üçün bərəkətli olan torpaqlara məskun etdik.

72Və Biz Ona İshaqı, əlavə olaraq da Yəqubu bağışladıq. Və hamısını yaxşı insanlar etdik.

73Və Biz onları Bizim əmrimizlə bələdçilik edən başçılar etdik. Və Biz onlara xeyirlər işləməyi, salaatı iqamə etməyi, zəkatı/vergini verməyi vəhy etdik. Və onlar, sadəcə, Bizə qulluq edənlər idilər.

74Və Lut… Biz ona bir hökm, bir bilik verdik. Onu çirkin əməllər edənlərin şəhərindən qurtardıq. Şübhəsiz ki, onlar pis bir cəmiyyət idilər, haqq yoldan çıxmış insanlar idilər.

75Və Biz Lutu mərhəmətimizin içinə aldıq. Şübhəsiz ki, o, salehlərdəndir.

76Və Nuhu… O zaman ki, o daha öncə nida etmişdi və Biz də Ona cavab vermişdik. Sonra da Biz onu və ailəsini  – yaxınlarını, inananlarını böyük sıxıntıdan qurtardıq.

77Və ayələrimizi yalan sayan qövmünə qarşı Ona kömək etdik. Şübhəsiz ki, onlar pis bir cəmiyyət idilər və Biz onların hamısını suda boğduq.

78Davud və Süleymanı da… O zaman ki, onlar gecə ikən camaatın əkin yerlərinin içinə yayılan qoyunlar haqqında hökm verirdilər. Biz də qövmün qanunlarının nə olduğunu bilirdik.

79Sonra da Biz onu Süleymana dərhal yaxşı-yaxşı qavratdıq. Və hamısına qayda və bilik verdik. Davudla bərabər, Allahı nöqsan sifətlərdən arındırsınlar deyə, dağları və quşları əmri altına aldıq/onları insanların yararlanacağı ölçülər içində yaratdıq. Və Biz edənlərik.

80Və Biz sizin pisliyinizdən sizi qorumaq məqsədilə, sizin üçün zireh düzəltməyi ona öyrətdik. Artıq siz özünüzə verilən nemətlərin qarşılığını ödəyənlər olmayacaqsınızmı?

81Və Süleymana içində bolluqlar yaratdığımız torpağa doğru, Onun əmri ilə axıb gedən qasırğa halındakı küləyi boyun əydirdik. Və Biz hər şeyi bilənlərik.

82Və şeytanlardan onun üçün dalğıclıq edən və bundan daha aşağı iş edən şeytanları da boyun əydirdik. Və Biz onlar üçün qoruyucular idik.

83,84Və Eyyub… O zaman ki, o: “Şübhəsiz, mənə zərər toxundu. Sən mərhəmətlilərin ən mərhəmətlisisən” – deyə Rəbbinə nida etmişdi və Biz Ona qarşılıq vermişdik. Sonra ondan zərərli olan şeyləri qaldırdıq. Və qatımızdan bir mərhəmət və qulluq edənlərə bir öyüd olaraq, ona ailəsini, yaxınlarını və itirdikləri ilə bir mislini daha verdik.

85Və İsmayıl, İdris və Zülkifl… Hamısı səbr edən insanlardandı.

86Onları da mərhəmətimizin içinə aldıq. Şübhəsiz, onlar salehlərdən idilər.

87Və Zünnunu [qılınc sahibini, Ninovalını]… O zaman ki, qəzəblənərək getmişdi və özü­nü sıxıntıya salmayacağamızı sanmışdı. Sonra da, qaranlıqlar içində: “Səndən baş­qa tanrı deyə bir şey yoxdur! Səni tənzih edirəm. Şübhəsiz ki, mən səhv/öz zərərlərinə iş edənlərdən oldum!” – deyə səslənmişdi.

88Sonra da Biz ona cavab verdik və onu qəmdən/kədərdən qurtardıq. Və bax budur, inananları Biz belə qurtarırıq.

89,90Və Zəkəriyyə… Həmçinin o Rəbbinə: “Rəbbim! Məni tək başıma buraxma! Sən varislərin ən xeyirlisisən!” – deyə səslənmişdi və Biz onun üçün qarşılıq vermişdik. Və özünə Yəhyanı ehsan etdik. Onun üçün zövcəsini düzəltdik/doğum edə bilən hala gətirdik. Şübhəsiz ki, onlar xeyirlərdə yarışırlar, umaraq və qorxaraq Bizə yalvarırdılar. Və Bizə qarşı dərin hörmət duyurdular.

91Və o, namusunu həssaslıqla qoruyan qadın! Bax budur, Biz onu təhlükəsiz vəhyi­mizlə bilikləndirdik. Və özünü və oğlunu aləmlər üçün bir əlamət/nümunə etdik.

92Şübhəsiz ki, bu bir tək ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda, Mənə qulluq edin.

93Halbuki, ortaq qoşanlar işlərini aralarında parça-parça etdilər. Hamısı yalnız və yalnız Bizə dönənlərdir.

94Belə isə, kim inanmış olaraq, düzəltmək yönündə işlər edərsə, onun əməyinə qarşılıq ədalətsizlik edilməyəcəkdir. Biz həm də heç şübhəsiz, onu yazanlarıq.

95Və dəyişikliyə/dağıntıya uğratdığımız bir şəhər üzərinə qanun qoyulmuşdur: “Şübhəsiz, bunlar dönməyəcəklər!”

96Hətta hücumçu əsgərlər və komandiri hücuma keçdiyi zaman onlar yüksək təpədən axıb çıxarlar.

97Və gerçək vəd yaxınlaşdığı zaman kafirlərin gözləri dönür: “Vay bizim halımıza! Qətiliklə biz bundan biliksizlik/laqeydlik içindəydik. Əslində biz səhv/öz zərərlərinə iş edən insanlar idik”.

(73/21, Ənbiya/48–97)

Nəcm: 330

98Qətiliklə siz və Allahın yaratdıqlarından sitayiş etdikləriniz cəhənnəmin odunusunuz/yanacağısınız, siz oraya girəcəksiniz.

99,100Əgər Allahın yaratdıqlarından sitayiş olunan şeylər tanrı olsaydılar, oraya girməz­di­lər. Və hamısı orada təməlli qalacaqdır. Orada onların bir inləmələri vardır. Bunlar orada heç bir şey də eşidə bilməzlər.

(73/21, Ənbiya/98–100)

Nəcm: 331

101,102Şübhəsiz, tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlanan insanlar… Bax budur, onlar  cəhənnəmdən uzaqlaşdırılmışlardır. Onlar cəhənnəmin uğultusunu eşitməz­lər. Onlar nəfslərinin istədiyi şeylər içərisində həmişəlik qalanlardır.

103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər.

(73/21, Ənbiya/101–103)

Nəcm: 332

104Biz göyü, kitabların burulduğu kimi burduğumuz zaman, yaradılışın ilkinə başladığımız kimi, qatımızdan verilmiş bir söz olaraq, onu yenidən var edəcəyik. Şübhəsiz ki, Biz edənlərik!

(73/21, Ənbiya/104)

Nəcm: 333

105Və and olsun ki, Biz Öyüddən/Tövratdan sonra Zəburda da: “Şübhəsiz ki, yer üzünə ancaq mənim saleh qullarım mirasçı olacaq” – deyə yazdıq.

106Şübhəsiz ki, Quranda qulluq edən cəmiyyət üçün qətiliklə bir çatdırılan ismarıc vardır.

107Biz səni də ancaq aləmlər üçün bir mərhəmət olaraq/mərhəmət olmaq üçün göndərdik.

108De: “Mənə vəhy olunur ki, Tanrınız ancaq tək bir Allahdır”. İndi siz müsəlmanlarsınızmı?”

109–111Buna baxmayaraq, əgər üz çevirirlərsə: “Sizə dosdoğru/eyni/tərəfsiz olaraq açıqladım və təhdid olunduğunuz şey yaxınmı, uzaqmı bilmirəm. Şübhəsiz, Allah sözdən açıqladıqlarınızı da bilir, gizlətdiklərinizi də. Və de ki: “Bəlkə də bu gecikmək sizi sınamaq və bir müddətə qədər yararlandırmaq üçündür, mən bilmirəm”.

112De ki: “Rəbbim! Aramızda haqq ilə hökm et” və “Bizim Rəbbimiz… O yaratdığı canlılara dünyada çox-çox mərhəmət edən Allahdır, sizin vəsf edərək, köməyini istədiyinizdir”.

(73/21, Ənbiya/105–112)

 

TƏHLİL

1İnsanlar üçün hesabları yaxınlaşdı. Onlar isə saymamazlıq edərək, uzaq duran kimsələrdir.

2,3Rəbbindən özlərinə gələn hər yeni öyüdü/xatırlatmanı ancaq oyun edərək və qəlbləri əylənərək dinlərlər. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanlar aralarında bu pıçıltını gizlətdilər: “Bu, sizin kimi bir insandan başqa bir şeymidir? Artıq gözünüz görə-görə  ovsunamı gedirsiniz?”

Surənin ilk ayəsində, hesaba çəkilmə zamanları [ölümləri] yaxınlaşmış olmasına baxmayaraq, hələ də işi ciddi hesab etməyən, böyük bir qəflət içərisində vəhylə mübarizə etməyə davam edən Məkkəli müşriklərdən bəhs edilmişdir. Bölmənin digər ayələrində isə özlərinə təbliğ edilən hər yeni vəhyə məzəmmətlə yanaşan bu müşrik imkanlıların qurduqları qurğular ifşa edilir. Onlar Rəsulullahı nəzərdə tutaraq, öz aralarında “Bu, sizin kimi bir insandan başqa bir şeymidir? Artıq gözünüz görə-görə  ovsunamı gedirsiniz?” – deyə pıçıldaşır və vəhy əleyhində təbliğat aparırlar.

1-ci ayənin “İnsanlar üçün hesabları yaxınlaşdı” şəklindəki ilk cümləsinə görə ağıllara “Bu ayə enəndən təxminən min beş yüz il keçməsinə baxmayaraq, hələ də qiyamət qopmadığına görə bu yaxınlaşmanın mənası nədir?” – sualı gələ bilər. Bu suala veriləcək cavab son dərəcə açıqdır: Hesab, ölümlə birlikdə başlayır. Ölən insan üçün zaman durur. Allaha görə isə zaman deyə bir şey yoxdur. Mərhum üçün öz ölümü ilə dünyanın sonu arasında heç bir fərq yoxdur.

Belə ki, Quranda həşr əsnasında hər kəsin ölüm ilə dirilmə arasındakı zamanı çox qısa bir müddət olaraq təəvvür edəcəyi bildirilir:

  • 51Və Sur üflənmişdir. Bir də baxarsan ki, onlar qəbirlərindən Rəblərinə doğru axın edirlər.
  • 52Onlar: “Eyvah başımıza gələnlərə! Yatdığımız yerdən bizi kim qaldırdı/oyandırdı? Bu, Rəhmanın vəd etdiyi şeydir. Göndərilən elçilər də doğru söylədilər” – deyərlər.
  • 53Sadəcə, bir tək qışqırıq olmuşdur. Bir də baxarsan ki, hamısı hüzurumuzda “hazır ol!” əmrinə müntəzirdirlər. 54Artıq bu gün insan hər hansı bir şəkildə haqsızlığa uğramaz. Və sadəcə, etmiş olduqlarınızla qarşılıqlandırılarsınız. (Ya Sin/51-54)
  • 99Biz sənə keçmişdə olan şeylərin mühüm xəbərlərindən bir qismini beləcə anladırıq. Şübhə yox ki, sənə qatımızdan bir öyüd/xatırlatma [Quran] verdik. 101–102Kim Bizim verdiyimiz öyüddən [Kitabdan/Qurandan] üz çevirirsə, şübhəsiz ki, o qiyamət günü/Sura üfləndiyi gün, əbədi olaraq içində qalacaqları bir yüklə yüklənə­cəkdir. Və qiyamət günü onlar üçün bu nə pis bir yükdür! Biz günahkarları o gün, gözləri göyərmiş olaraq toplayacağıq. 103Aralarında pıçıldaşacaqlar: “Siz dünyada, sadəcə, on gün qaldınız”. 104Biz aralarında nə danışacaqlarını daha yaxşı bilirik. Yolca ən üstün olan: “Siz ancaq bir gün qaldınız” – deyəcəkdir.  (Ta Ha/99-104)
  • 45Və insanlar Allahın onları toplayacağı gündə, sanki onlar sadəcə gündüzdən bir saat qalmışlar kimi, aralarında danışarlar. Allaha qovuşmağı yalan sayanlar, bələdçilənən doğru yoldan gedənlər olmadıqlarına görə, tam yəqinliklə bilin ki, ziyana uğramışlardır. (Yunus/45)
  • 55Və Qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax budur, belə döndərilirdilər.
  • 56Özlərinə bilik və iman verilən insanlar də deyəcəklər ki: “And olsun ki, Allahın yazısında, dirilmə gününə qədər qaldınız. Bax budur, bu, ölümdən sonra dirilmə günüdür. Lakin, siz bunu bilmirdiniz”. (Rum/55, 56)

Görünür ki, ölümün yaxınlaşması ilə qiyamətin yaxınlaşması insanlar üçün fərqli şeylər deyildir. Buna görədir ki, Rəbbimiz insanları həm qiyamət, həm də ölüm ilə xəbərdar etmişdir:

  • 1O saat/qiyamətin qopma anı yaxınlaşdırıldı. Və hər şey açığa çıxarıldı.
  • 2Onlar isə bir əlamət/nümunə görsələr, dərhal üz çevirirlər və: “Davam edib gedən bir ovsundur” – deyirlər. (Qəmər/1, 2)
  • 1Allahın əmri qətiliklə gələcək. Artıq onun təcili olmasını istəməyin. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır. (Nəhl/1)
  • 1,2Çoxaltma yarışı, məzarlarınıza girənə qədər sizi əyləndirib başınızı qatdı.
  • 3,4Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. Yenə, qətiyyən sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. (Təkasür/1-4)

Ölüm, qiyamət çox yaxın olmaqla bərabər, Rəbbimiz iman və ya inkarın sərbəst iradəylə gerçəkləşə bilməsi və imanın “zoraki iman” olmaması üçün ölüm və qiyamət vaxtlarını gizləmişdir.

  • 11Sonra onun yanına gəldiyində səslənildi: “Musa!
  • 12Mən sənin Rəbbinəm. Dərhal yaxınlarını və mallarını burada burax, şübhəsiz, sən təmizlənmiş vadidə, Tuvadasan – iki dəfə təmizlənmiş bir vadidəsən.
  • 13Və Mən səni seçdim – o halda, vəhy ediləcək olan şeyə…
  • 14“Heç şübhəsiz ki, Mən, Allahın məhz özüyəm. Məndən başqa Tanrı deyə bir şey yoxdur. O halda Mənə qulluq et və Məni anmaq üçün salaatı iqamə et. 15Şübhəsiz ki, o saat/Qiyamət gə­lə­cəkdir. Onu Mən, hər kəs əməyinin qarşılığını alsın deyə, az qalır ki, giz­lə­dim. 16Ona görə də, Qiyamətə inanmayan və öz boş dünyəvi arzusuna uyan səni, Qiyamətə iman etməkdən çəkindirməsin, sonra dəyişikliyə/dağıntıya uğra­yar­san” – 14xəbərdarlığına qulaq as. (Ta Ha/11-16)
  • 63,73İnsanlar səndən qiyamətin qopma vaxtı haqqında soruşurlar. De ki: “Onun biliyi, Allahın münafiq kişilərə, münafiq qadınlara, ortaq qoşan kişilərə, ortaq qoşan qa­dınlara əzab etməsi və Allahın mömin kişilərin və mömin qadınların töv­bə­lə­ri­ni qəbul etməsi üçün, ancaq Allahın nəzdindədir. Nə bilirsən, bəlkə qiyamə­tin qop­ma vaxtı yaxında olar. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir”. (Əhzab/63, 73)
  • 3,4Və kafirlər: “Bizə o qiyamətin qopma anı gəlməyəcəkdir” – dedilər. De ki: “Bəli, gələcəkdir. Görünmə­yə­ni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilən Rəbbimə and olsun ki, iman edən və düzəltmək yönündə işlər edənlərə ki, budur, onlar özləri üçün bir bağış­lanma və xətrinin istədiyi bir ruzi olanlardır, qarşılıqlarını vermək üçün sizə, qəti­lik­lə gələcəkdir. Ondan göylərdə və yerdə zərrə ağırlığında belə bir şey qaçmaz. Bundan daha kiçik və daha böyük nə varsa, hamısı qətiliklə açıq bir kitabdadır”. (Səba/3, 4)

Müşriklər, yaxşılıq və pislik edənlərin mütləq qarşılıqlarını görəcəyini dərk edə biləcək ağıllarının olmasına baxmayaraq, dünyanın həzz və əyləncələrinə qapılıb sonlarının haraya varacağını düşünmədikləri üçün özlərini əbədi xoşbəxtliyə çatdıracaq olan elçidən uzaq dururlar:

  • 20Bilin ki, keçici dünya həyatı, ancaq bir oyun, ehtiraslı bir əyləndirmə, bir bəzək, öz aranızda bir öyünmə vasitəsi, mal və uşaqlar barəsində bir çoxaltma yarışıdır. Bir yağış örnəyi kimi – onun bitirdiyi əkin əkinçilərin xoşuna gedər, sonra quruyar, bir də baxarsan ki, sapsarı kəsilmiş, sonra o, bir çör-çöp olmuşdur. Axirətdə isə şiddətli bir əzab və Allahdan bir bağışlama və bir məmnunluq vardır. Dünyadakı dünya həyatı aldanış vasitəsindən və vəsaitindən başqa bir şey deyildir. (Hədid/20)

Bu, sizin kimi bir insandan başqa bir şeydirmi? Artıq gözünüz görə-görə ovsunamı gedirsiniz?” – deməklərindən anlaşıldığına görə, Məkkəli müşriklər Elçinin içlərindən biri, bir bəşər olmasını həzm edə bilməmiş və buna daima etiraz etmişdilər. Halbuki bəşərə gələn elçinin də mütləq bəşər olması ağlasığandır. Əsl heyrət edilməli olan, onların bunu dəyərləndirə bilməmələridir. Əslində isə Elçinin özləri kimi bir bəşər olması, sağlam düşüncəli insanların asanlıqa və könül rahatlığı ilə qəbul edə biləcəyi normal bir vəziyyətdir. Çünki Rəhman və Rəhim Allah xəbərdar edən və öyüd verən olaraq, özləri ilə eyni hissləri yaşayan, eyni şeyləri hiss edən, öz dillərini danışan, onları hər yönüylə anlayan, dözümlülük dərəcələrini bilən bir insanı peyğəmbər seçmişdir. Onların öz içlərindən birini seçib elçi etmişdir ki, içində olduqları yanlış vəziyyəti davam edəcək olarlarsa, bu elçi onları gözləyən fəlakət barəsində diqqətlərini çəksin və aralarında öhdəlikləri ilk yüklənən, ismarıcı ilk tətbiq edən insan olaraq, digərlərinə nümunə olsun, onlara doğru yönü necə tapa biləcəklərini göstərsin.

Bu mövzuya dair açıqlamalar aşağıdakı ayələrdə edilmişdir:

  • 7,8Və inkar edənlər: “Bu necə elçidir ki, yemək yeyir, küçələrdə yeriyir? Ona bir mələk endirilsəydi nə olardı? Beləliklə, onunla bərabər bir xəbərdar edən olardı! Yaxud özünə bir xəzinə verilsəydi və ya özünün yeyəcəyi bir bağçası olsaydı!” – dedilər. Bu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Siz, yalnız və yalnız ovsunlanmış bir insanamı uyursunuz” – dedilər.
  • 9Sənin üçün necə nümunələr gətirdiklərinə bir bax! Artıq onlar azmışdılar, heç bir yola da güc yetirə bilməzlər. (Furqan/7-9)
  • 20Biz səndən əvvəl də sadəcə, yemək yeyən, bazarlarda yeriyən elçilərdən göndərdik. Və Biz sizin bir qisminizi bir qisminiz üçün saflaşdırmaq məqsədilə sıxıntı vasitəsi etdik. Səbr edərsinizmi! Və sənin Rəbbin çox yaxşı görəndir. (Furqan/20)
  • 8Və onlar: “Bu Peyğəmbərə bir mələk endirilsəydi!” – dedilər. Əgər Biz bir mələk endirmiş olsaydıq, iş, tam əmin ol ki, bitirilmiş olardı. Sonra da özlərinə göz belə açdırılmazdı.
  • 9Əgər Biz Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir insan şəklində edərdik və onlar yenə düşdükləri şübhəyə düşərdilər.
  • 10Və heç şübhəsiz, səndən əvvəl də elçilərə istehza edildi. Sonra da onlardan istehza edənləri, istehza etdikləri şey bürüdü. (Ənam/8-10)
  • 33–38Və elçinin qövmündən, küfr etmiş, Axirətə çatmağı yalan saymış və bu bəsit dünya həyatında özlərinə rifah verdiyimiz yüksək mövqedə olanlar: “Bu, sadəcə, sizin kimi bir bəşərdir, sizin yediklərinizdən yeyir, sizin içdiklərinizdən içir. Və əgər özünüz kimi bir bəşərə itaət edərsinizsə, şübhəsiz ki, o zaman siz qətiliklə ziyana uğrayarsınız. Doğrudanmı sizə vəd edir ki, siz öldüyünüzdən, torpaq və sümük olduğunuzdan sonra, mütləq surətdə çıxarılacaqsınız? Təhdid olunduğunuz şey, heç olmayacaq bir şeydir! Sadəcə, adi dünya həyatımız! Biz ölürük, yaşayırıq. Və biz dirildilməyəcəyik. Elçi, sadəcə, Allah haqqında yalan uyduran bir insandır və biz Ona inanmırıq” – dedilər.(Möminlər/ 33-38)
  • 90–93Və: “Bizim üçün yerdən bir bulaq fışqırtmadıqca, sənə qətiyyən inanmayacağıq. Ya­xud sənin xurmalardan, üzümlərdən ibarət bir bağçan olmalıdır. Onların ara­la­rın­da şı­rıl-şırıl bulaqlar axıtmalısan. Yaxud iddia etdiyin kimi, göyü parçalar ha­lında üzə­rimizə düşürməlisən, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Ya­xud sə­nin qızıl bəzəkli bir evin olmalı, yaxud göyə yüksəlməlisən. Ancaq, sənin yük­sə­li­şinə, öyrənib-öyrədəcəyimiz bir kitabı bizə endirməyənə qədər qətiyyən inanm­a­rıq” – de­dilər. Sən de ki: “Rəbbim nöqsanlıqlardan münəzzəhdir. Mən məgər bəşər elçidən baş­qa bir şeymiyəm ki?!” (İsra/90-93)

Yenə müşriklərdən nəql edilən “Artıq gözünüz görə-görə ovsunamı gedirsiniz?” şəklindəki ifadədən anlaşıldığına görə, onlar Quranın fövqəladə xüsusiyyətdə olduğunu qəbul edirlər, lakin Allahdan gəldiyini etiraf edə bilməyərək onu “ovsun” olaraq tərif edirlər.

Onların bu münasibətləri ilə əlaqədar mərhum Mevdudi tarix kitablarından bu hadisələri nəql edir:

“Məhəmməd b. İshak (h.ə. 152) deyir ki: “Bir dəfə Əbu Süfyanın qayınatası və Hindin atası Utbə b. Rebia, Qüreyş ulularına Peyğəmbəri (s.ə) görüb, ona tövsiyələr etmək istədiyini söylədi. Onlar: “Biz sənə etibar edirik, get və onunla danış” – dedilər. Bu hadisə Hz. Həmzə müsəlman olduqdan sonra vaqe olmuşdur. Bundan sonra Utbe Peyğəmbərin (s.ə) yanına getdi və belə dedi: “Ey qardaşımın oğlu, bilirsən ki, sən bundan öncə sayğıyla anılırdın və şərəfli bir ailəyə mənsubsan. Yaxşı, niyə xalqına bu təhlükəli məsələni gətirdin? Bununla qövmünün arasını açdın, qövmünü ağılsızlıqla günahlandırır, onların dinlərini və tanrılarını alçaldır və atalarına kafir deyirsən. Ey qardaşımın oğlu, əgər istədiyin zənginlikdirsə, mallarımızı birləşdirər, səni aramızda ən zəngin insan edərik. Əgər istədiyin şərəfdirsə, səni liderimiz, istərsən kralımız edərik. Əgər sənə musallat olan xəstəlikdən qurtulamırsansa, səni müalicə edəcək ən yaxşı həkimi taparıq”. Utbə bu cür danışmağa davam etdi və Peyğəmbər (s.ə) səssizcə gözlədi. Uzun nitqini bitirdiyində Peyğəmbər (s.ə): “Ey Vəlidin atası, deyəcklərin bitdimi, yoxsa söyləyəcək başqa şeylərin varmı?” – deyə soruşdu. Utbə, söyləyəcəklərini söylədiyini bildirdi. Bundan sonra Peyğəmbər (s.ə): “İndi məni dinlə!” – dedi və “Bismillah” deyərək “Fussilət” surəsini oxumağa başladı. Utbə sanki ovsunlanmış kimi onu dinləyirdi. Peyğəmbər (s.ə) 38-ci ayəyə gəldiyində səcdə etdi. Daha sonra səcdədən başını qaldırıb: “Ey Əbul-Vəlid, sənə söyləyəcəklərimi söylədim, sən də eşitdin. Mənim söyləyəcək başqa şeyim yoxdur” – dedi. Utbə yoldaşlarının yanına döndüyündə, onlar Utbənin üzündəki ifadənin dəyişdiyini fərq etmişdilər: “Tanriya and olsun, sanki o buradan gedən adam deyil” – dedilər. Yanlarına çatdığında: “Nə etdin?” – deyə soruşdular. “Tanrıya and olsun, bu gün heç eşitmədiyim bir söz eşitdim. Allaha and olsun, o nə şer, nə ovsun, nə də kəhanətdir… Ey Qüreyşlilər, sizə bu adamı öz halına buraxmağınızı tövsiyə edirəm. Ondan eşitdiklərimdən ismarıcının burada böyük bir çevriliş yaradacağı nəticəsini çıxardım. Əgər ərəblər onu yox edərlərsə, öz qardaşınızı öldürmək günahından qurtulmuş olacaqsınız. Əgər o ərəblərə üstün gələrsə, onun hakimiyyəti sizin hakimiyyətiniz və onun şərəfi sizin şərəfiniz olacaq” – cavabını verdi. İnsanlar ona: “Ey Əbul-Vəlid, Tanriya and olsun, sən onun ovsununa qapılmısan” – dedilər. Bundan sonra Utbə: “Mən öz görüşümü söylədim. İstər qəbul edin, istərsə də etməyin dedi”.

Beyhaki yuxarıdakı hadisəni anlatdıqdan sonra bunları əlavə etdi: “Peyğəmbər (s.ə) “Bu vəziyyətdə, əgər onlar üz çevirərlərsə de ki: Mən sizi Ad və Səmud qövmlərinə isabət edən ildırıma bənzər bir ildırımla xəbərdar edib, qorxutdum” – ayəsini oxuduğunda, Utbə əlini Peyğəmbərin (s.ə) ağzına qapayaraq: “Allah eşqinə, qövmünə mərhəmət et!” – dedi.

Eyni bağlamda İbn İshak başqa bir hadisə anladır. Bir dəfə Eraş qəbiləsindən bir nəfər dəvələriylə Məkkəyə gəldi və Əbu Cəhil onun dəvələrini satın aldı. Adam parasını istəyincə, Əbu Cəhil onu boş-boş bir sıra üzrlərlə başından elədi. Sonunda həmin adam Kəbəyə gəldi və açıq şəkildə Əbu Cəhilin şərəfsizliyini xalqa elan etməyə başladı. O sırada Peyğəmbər (səs) də Kəbənin bir guşəsində otururdu. Qüreyşin öndə gedənləri adama: “Bu məsələdə sənə heç bir şəkildə yardımçı ola bilmərik, bax burada bir adam oturur, onun yanına get, o sənə paranı verər” – dedilər. Bundan sonra Eraşi Peyğəmbərə (s.ə) doğru getdi. O sırada Qüreyşin öndə gedənləri: “Bu gün böyük bir əyləncə olacaq” – deyə aralarında gülüşürdülər. Adam Peyğəmbərə (s.ə) vəziyyəti xəbər verdiyində, o dərhal qalxdı və adamla birlikdə Əbu Cəhilin evinin yolunu tutdu. Arxalarından bir nəfər də Qüreyşlilər adından nəzrətçi olaraq, onları təqib edirdi. Peyğəmbər (s.ə) Əbu Cəhilin qapısını çaldı “kim o” səsinə: “Muhəmməd” – cavabını verdi. Bunu eşidən Əbu Cəhil dərhal çölə çıxdı. Hz. Peyğəmbər (səs) ona: “Bu adamın parasını ödə” – dedi. Bundan sonra Əbu Cəhil heç bir şey söyləmədən, dəvələrin parasını gətirdi və adama ödədi. Bunu görən Qüreyşli nəzrətçi yoldaşlarının yanına döndü, bütün hadisəni anlatdı və: “Tanrıya and olsun, bu gün indiyədək heç görmədiyim bir şey gördüm. Əbu Cəhil çıxdığında, Muhəmməd (səs) ona adamın parasını ödəməsini söylədi, o da sanki ovsunlanmış kimi onun dediyini etdi” – dedi. (İbn Hişam cild. II, s. 29–30) [1]

4De ki: “Mənim Rəbbim göydə və yerdə hər sözü bilir. Və O, ən yaxşı eşidən, ən yaxşı biləndir”.

Bu ayədə Rəbbimiz peyğəmbərimizə Məkkəli müşriklərin öz aralarında gizli-gizli: Bu,  sizin kimi bir insandan başqa bir şeydirmi? Artıq gözünüz görə-görə ovsunamı gedirsiniz?” – dediklərinin işə yaramayacağını, Allahın hamısını bildiyini və özünə xəbər verdiyini söyləməsini əmr edir. Beləliklə müşriklərin gizli planlarının işə yaramayacağı ortaya qoyularaq peyğəmbərimizə və möminlərə əhvali-ruhiyyə və arxayınlıq verilir, müşriklər isə narahatçılığa uğradılır.

Ayənin başındakı “قال qalə” sözü “قل qul” – deyə də oxunmuşdur.  “قال qalə” şəklindəki qiraət Həmzə, Kisai və Asimin ravisi Hafsın qiraətidir. Digər qiraət imamları isə eyni feli Qafın zamməsi, Əlifin hazfı və Lamın sükunu ilə “قل qul [de ki]” şəklində oxumuşdular. [2] Eyni fel Mədinə, Məkkə, Bəsrə, Topqapı, Türk İslam Əsərləri Muzeyi və Qahirə nüsxələrində də “qul” şəklində yazılıbdır. Biz də felin “qul” şəklinə etibar edərək tərcüməni “de ki” – deyə verdik. Eyni məsələ 112-ci ayə üçün də keçərlidir.

  • 6De ki: “Onu, göylərdəki və yerdəki sirri bilən endirmişdir. Şübhəsiz, O, bağışlayandır, mərhəmət edəndir”. (Furqan/6)
  • 78,79Şübhəsiz ki, onlar… Sədəqələrdən özləri könüllü olaraq bağışlayan və gücləri yetdiyindən artığını tapa bilməyən möminlərə dil uzadan, sonra da onlara lağ edən kimsələr… Allahın onların sirlərini və pıçıltılarını bildiyini və şübhəsiz ki, Allahın bilinməyənlərin çox yaxşı biləni olduğunu bilmədilərmi? Allah onları məs­­xərə­yə çevirmişdir. Və onlar üçün çox acıqlı bir əzab vardır. (Tövbə/78, 79)

5Əksinə onlar: “Bunlar qarmaqarışıq yuxulardır, yox-yox onu özü uydurdu, yox-yox o bir şairdir. Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” – dedilər.

6Onlardan öncə yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman edəcəklər?

7Və Biz səndən öncə də, ancaq özlərinə vəhy etdiyimiz yetkin insanları göndərdik/elçi etdik. Haydı, siz bilmirsinizsə, Öyüd/Kitab Əhli olanlardan/vəhy biliyi olanlardan soruşun.

8Və Biz o elçiləri yemək yeməz bir cəsəd etmədik. Onlar əbədi qalanlar/ölümsüz də deyildilər.

9Sonra Biz onlara verdiyimiz o sözü yerinə yetirdik. Beləcə, onları və dilədiyimiz insanları qurtardıq. Həddini aşanları da dəyişikliyə/dağıntıya uğratdıq.

10Heç şübhəsiz, Biz sizə öyüdünüz/şan-şərəfiniz içində olan bir kitab endirdik. Buna baxmayaraq, hələ də ağıllanmayacaqsınızmı?

Bu ayələrdə Rəbbimiz, Məkkəli müşriklərin təfəkkürünə yerləşmiş olan “bəşərdən elçi olmaz və olmamalı” şəklindəki yersiz düşüncəni açıqladıqdan sonra, elçılik vəzifəsi ilə əlaqədar olaraq həm onlara, həm də bütün zamanların insanlarına açıqlama edilmiş və sonra da birbaşa müşriklərə xitab edərək, onlara: “hələ ağıllanmayacaqsınızmı?” – sualını yönəltmişdir. Bu sual açıq bir xəbərdarlıq və qınama ifadəsidir.

5-ci ayədə nəql edildiyinə görə, Məkkəli müşriklər: “Bunlar qarmaqarışıq yuxulardır; yox-yox, onu özü uydurdu; yox-yox, o bir şairdir. Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” deyirlər. Bu onların gizli planlarının bir parçasıdır.

Yenə mərhum Mevdudi tarixi sənədlərdən bunları nəql edir:

İbn İshak, Tufeyl b. Amr ed-Devsinin başından keçənləri öz dilindən belə anlatdığını nəql etmişdir: “Mən Devs qəbiləsindən bir şairdim. Məkkəyə getdiyimdə ətrafımı Peyğəmbər (s.ə) haqqında bir çox şeylər söyləyən bir yığın Qüreyşli sardı. Bundan sonra şübhələndim və mümkün olduğu qədər ondan qaçmağa çalışdım. Ertəsi gün Kəbəyə getdiyimdə, onu namaz qılarkən gördüm. Bəxtimdən, bir neçə cümlə eşitdim və oxuduqlarının fövqəladə mükəmməllikdə sözlər olduğunu hiss etdim. Öz-özümə: “Mən bir şairəm, ağlı başında gənc bir adamam və doğru ilə yanlışı ayırd edə bilməyəcək bir uşaq deyiləm. O halda niyə yanına gedərək, oxuduğu şey haqqında suallar soruşmayım?” – dedim. Dərhal sonra onu evinə qədər təqib etdim və: “İnsanlar sənin əleyhində o qədər çox şeylər söylədilər ki, sənin səsini eşitməmək üçün qulaqlarıma pambıq tıxadım. Lakin bu gün bəxtimdən səndən eşitdiyim şeylər o qədər təsirləyici idi ki, ismarıcını daha geniş bir şəkildə öyrənməyə özümdə cəsarət tapdım” – dedim. Bundan sonra Peyğəmbər (səs) Qurandan bir hissə oxudu, mən də dərhal orada o anda müsəlman oldum. Evə döndüyümdə xanımı və atamı İslama dəvət etdim, onlar da qəbul etdilər. Daha sonra qəbiləmi İslama dəvət etdim. Xəndək Döyüşünədək qəbiləmdən 80 qədər ailə müsəlman olmuşdu”. (İbn Hişam, c. II, s. 22-24)

İbn İshakın nəql etdiyi digər bir rəvayətə görə, Qüreyşin öndə gedənləri etdikləri bir toplantıda Peyğəmbərə (səs) yönəldilən bütün günahlandırmaların əsassız olduğunu iqrar etmişdilər. İbn İshaka görə, bir gün Nadr b. Haris camaata xitabən: “Siz bu metodlarla Muhəmmədin (səs) öhdəsindən gələ bilməzsiniz. O gənc bir adam ikən onu aranızda ən yaxşı xasiyyətli insan olaraq qəbul edir və onu ən doğru və şərəfliniz deyə sayğı duyurdunuz. İndi isə o yetkinlik yaşına çatdı və siz ona: “Ovsunçu, kahin, şair, ovsunlanmış məcnun deyirsiniz. Tanrıya and olsun, o bir ovsunçu deyil, çünki biz sehirbazların nə cür insanlar olduqlarını və nə cür hiylələrə əl atdıqlarını bilirik. Tanrıya and olsun, o bir kahin də deyil, çünki biz kahinlərin ehtimala əsaslanan biliklərindən də xəbərdarıq. Tanrıya and olsun, o bir şair də deyil, çünki şer sənəti onun sözlərinin şer sinfinə daxil ediləməyəcəyini təqdir edir. Tanrıya and olsun, o bir məcnun da deyil. Çünki biz məcnunların nə qədər boş-boş və mənasız şeylər söylədiklərini bilirik. O halda, ey Qüreyş uluları, onun öhdəsindən gəlmək üçün başqa bir plan tapaq” – dedi. Bundan sonra insanların diqqətini Qurandan döndərmək üçün Rüstəm və İsfəndiyar kimi İran kültürünə aid hekayələri camaat arasında yaymağı məsləhət gördü. Bundan sonra bu planı tətbiq etməyə başladılar və Nadr bu hekayələri insanların cəm halda olduqları yerlərdə anlatmağa başladı. (İbn Hişam c. I, s.320-321) [3]

Müşriklərin: “Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” – kimi tələblərinə bir başqa surədə də belə cavab verilmişdir:

  • 50Və onlar: “Ona Rəbbindən əlamətlər/nümunələr endirilməli deyildimi?” – dedilər. De ki: “Əlamətlər/nümunələr ancaq Allahın qatındadır. Mən isə ancaq açıq-aşkar bir xəbərdar edənəm”.
  • 51Onlara oxunan Kitabı, şübhəsiz ki, Bizim sənə endirmiş olmağımız onlara kifayət deyilmi? Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, bir mərhəmət və bir öyüd vardır. (Ənkəbud/50, 51)

Belə ki, tələb etdikləri cür möcüzələr göndərilsə belə, inadkar müşriklərin yenə də iman etməyəcəkləri Quranda bir çox dəfə dilə gətirilmişdir. Üstəlik kor inadlarından qaynaqlanan bu inkarlarına görə, Allahın qəhrinə, həlakına düçar olacaqları da, yenə Onun Quranda bildirilən bir prinsipidir. Rəbbimizin Məkkəli müşriklərin istədikləri cür bir möcüzə göndərməmiş olması, bir mənada onların lehinə bir haldır. Çünki möcüzələri gördükləri halda inanmayanlar, Allahın qanununa uyğun olaraq, eynilə qədim qövmlər kimi yerlə bir olacaqdılar. Allah, Məkkəli kafirlərin möcüzələri gördükləri halda, inanmayacaq olduqlarını bilir. İlahi əzabın onların üzərinə dərhal gəlməməsi isə Allahın bir rəhməti olaraq dəyərləndirilməlidir.

  • 23Və əgər Allah onlarda xeyir olduğunu bilsəydi, qətiliklə onlara eşitdirərdi. Və əgər eşitdirsəydi, yenə də onlar geri çəkilənlərin məhz özü olaraq, geri dönərdilər. (Ənfal/23)
  • 59Və Bizi əlamətləri/nümunələri göndərməkdən ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən şəkildə dəvəni/sosial dəstək qurumları təşkil etmək vəzifəsini vermişdik və onunla haqsız davranmışdılar. Və Biz o əlamətləri/nümunələri ancaq qorxutmaq üçün göndəririk. (İsra/59)
  • 96,97Şübhəsiz ki, bu, əleyhlərində Rəbbinin Kəlməsi haqq olmuş olan insanlar, özlərinə bütün əlamətlər/nümunələr hamısı birdən gəlsə, yenə də o acıqlı əzabı görüncəyə qədər iman etməzlər. (Yunus/96, 97)
  • 109Və Biz səndən əvvəl də yalnız və yalnız, şəhərlərin öz xalqından, özlərinə vəhy etdiyimiz bir sıra yetkin insanları elçi olaraq, göndərdik. İndi o yerlərdə bir gəzib, dolaşmadılarmı ki, özlərindən əvvəl gəlib keçənlərin aqibətlərinin necə olduğuna bir baxsınlar?! Əlbəttə, axirət yurdu Allahın qoruması altına girənlər üçün daha xeyirlidir. Hələ də ağlınızı işlətməyəcəksinizmi? (Yusuf/109)
  • 6Bu cəzalandırma özlərinə elçiləri açıq dəlillərlə gəldiyində: “Bir bəşərmi bizə yol göstərəcək?” – deyərək, küfr etməyə çalışdıqları və üz döndərdiklərinə görədir. Allah möhtac olmadığını göstərdi. Allah zəngindir, öyülməyə ən yaxşı layiq olandır. (Təğabun/6)
  • 45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır… Necə tərk edilmiş quyularla bomboş qalmış, betonla möhkəmləş­di­ril­miş saraylar!
  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur. (Həcc/45, 46)

“Əhl-i Zikr”. Ayədə müşriklərə cavab verilərkən, Rəbbimiz: “Haydi, siz bilmirsinizsə, “Zikr Əhli olanlardan [Tövratı bilənlərdən] soruşun”  – deyilmişdir. “Əhl-i Zikr” ifadəsi ilə Yəhudilərdən və Xristiyanlardan Tövrat ilə əlaqədar biliyi olanlar qəsd edilmişdir. Belə ki, onlar keçmişdə də elçilərin bəşər olduğunu, hətta bəşərə ancaq bəşər elçinin gəlməli olduğunu bilirdilər. Həmçinin kitablarında bir peyğəmbərin gələcəyi də yazılı idi. Bu mövzu ilə əlaqədar Əraf surəsindəki açıqlamalarımızın təkrar oxunmasını məsləhət görürük.

11Biz şərik qoşmaqla səhv/öz zərərlərinə iş edən necə şəhərləri də qırıb, keçirdik. Onlardan sonra da başqa cəmiyyətləri var etdik.

12Belə ki, onlar əzabımızın şiddətini hiss etdikləri zaman, ondan sürətlə uzaqlaşıb qaçırdılar. 13Sürətlə uzaqlaşıb qaçmayın, sorğu-sual olunmağınız üçün içində lovğalanıb azdığınız şeylərə və evlərinizə dönün.

14Onlar: “Vay bizim halımıza! Şübhəsiz, biz həqiqətən səhv edənlər/öz zərərlərinə iş edənlər imişik” – dedilər.

15Bax budur, onların bu çağırışları onları biçilmiş bir əkin və sönmüş ocaq/kül halına gətirincəyə qədər sona çatmadı.

Bu ayələrdə zülmün nəticələri açıqlanır. Zülm [şirk qoşmaq və şirki yayğınlaşdırmaq üçün cəhd etmək], cəmiyyətlərin fəlakətinə səbəb olan ən böyük mənəvi günahdır. Mövzumuz olan ayələrdə nəql edilən səhnə də bu günahı işləyən nankor inkarçıların dünyadakı son anlarıyla əlaqədardır. Zalımlar mütləq pis sonla qarşı qarşıya gələcəklər, “Vay bizim halımıza, şübhəsiz biz, həqiqətən zalımlar imişik” – deyə etiraf edəcəklər. Belə ki, bu etiraflarının heç bir faydası olmayacaqdır, çünki son peşmanlıq fayda verməyəcəkdir.

Əvvəlki surələrin təhlilində “Zoraki İman” ilə əlaqədar geniş açıqlama etmişdik. Buna görə burada sadəcə Mömin surəsinin son üç ayəsini verməklə kifayətlənirik:

  • 83O zaman ki, elçiləri onlara açıq dəlillərlə gəldi, özlərində olan biliyə görə lovğalanmışdılar. Halbuki, o lağ etdikləri şey onları bürümüşdü.
  • 84Sonra da nə zaman qəzəbimizi gördülər: “Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” – dedilər.
  • 85Amma qəzəbimizi gördükləri zamankı imanları özlərinə yararlı olacaq deyildi. Allahın qulları haqqındakı davam edən təsəvvürü/fikri… Bax budur, kafirlər burada itirdilər, zərərə uğradılar. (Mömin/83-85)

Yuxarıda da bəhs etdiyimiz kimi, bu bölmədə bəhs edilən zülm şirk və şirkə çalışmaqdır; camaat arasında hər zaman var olan xırım-xırda haqsızlıqlar deyildir. Quranda “zülm”, fərqli xüsusiyyətləriylə yüzlərlə ayədə yer almışdır. Bu xüsusiyyətlər bunlardır:

Qadınlara haqsızlıq etmək, Allahın hədlərini aşmaq, haram tikə yemək, Allahın söylədiklərini başqa sözlərlə dəyişdirmək, Allahın de­mədiyini “dedi” – deyərək, Ona iftira etmək və buna görə fitva vermək, özlərinə edilən ilahi xəbərdarlıqları unutmaq, verilən nemətlərə görə korlanmaq, faiz yemək,  haqsız yerə insanları əqidələrinə görə ölkələrindən çıxarmaq, pozğunçuluq etmək, fitnə salmaq və fitnə salanlara qulaq vermək, Allahı görmək istəmək, peyğəmbərlərin möcüzələrini yalan saymaq və onlara inanmamaqda israr etmək, Allahın dəvətinə uymamaq, peyğəmbərinə tabe olmamaq, günah işləmək, iftira etmək, şeytana qulaq vermək, yalan söyləmək, pozğunlara uymaq, etmədiyi şeyi “etdim” deyə söyləmək, başqalarının haqqına təcavüz etmək, peyğəmbərləri öldürmək üçün tələ qurmaq və bu barədə and içmək, Allahın endirdiyi ilə hökm etməmək, küfrü imandan üstün tutmaq, tövbə etməmək,  Allahın ayələrinə həqarət etmək, cəmiyyəti ikiyə bölüb, birini tutub, digər qrupu əzmək, istismar etmək və kölələşdirmək.

Bu xüsusiyyətlərin bəhs edildiyi ayələrə baxıldığında, bu fəaliyyətlərin imansızlıqdan qaynaqlandığının bəhs edildiyi açıq şəkildə anlaşılır.

16Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq.

17Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq.

18Tam əksinə, Biz haqqı batilin başına çırparıq və bu, onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız xüsusiyyətlərə görə, vay sizin halınıza!

Bu ayə qrupunda Rəbbimiz ağlı başında olanlara kainatdakı həqiqətləri açıqlayaraq, insanları təfəkkürə yönəldir. Müşrik olanlara isə işin ciddiyyətini bu ismarıcıyla bildirir: “Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq.Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq.Tam əksinə, Biz haqqı batilin başına çırparıq və bu, onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız xüsusiyyətlərə görə, vay sizin halınıza!”

Bu açıq ismarıcla müşriklərin Allahın həyat yoldaşı və övlad qəbul etdiyi şəklindəki batil inancları bütünlüklə rədd edilir. Allahın kainatı yaratmaqda oyun və ya əyləncə fikrində olmadığı, əgər əyləncə etmək istəsəydi bunun üçün hər hansı bir varlıq yaratmağa ehtiyac duymadan, bunu öz qatında təmin edə biləcək qüdrətdə olduğu bildirilir.

  • 4Əgər Allah bir uşaq qəbul etmək istəsəydi, qətiliklə, yaradacaqlarından dilədiyini seçəcəkdi. O, bundan münəzzəhdir. O, bir tək, qəhredici Allahdır. (Zümər/4)
  • 38Və Biz göyləri, yer üzünü və ikisi arasındakıları oyun-oyuncaq olaraq yarat­ma­dıq.
  • 39Biz o ikisini sadəcə, haqq/doğru ilə yaratdıq. Lakin, onların çoxu bilmirlər. (Duhan/38, 39)
  • 27Və Biz göy üzünü, yer üzünü və aralarında olanları boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm atəşinə görə bu kafirlərin vay halına! (Sad/27)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)

19,20Göylərdə və yer üzündə olan kəslər də yalnız və yalnız Onundur. Onun qatında olan insanlar da Onun qulluğundan yekəxanalıq etməzlər və bezməzlər, gecə-gündüz ara ver­mə­yərək, Onu nöqsan sifətlərdən münəzzəh qılarlar.

Tövhid təliminin vəz edildiyi bu ayələrdə, yer üzündə və göylərdə olan hər şeyin yalnız və yalnız Allaha aid olduğu, heç kimsənin nə sahibsiz olmadığı, nə də bir başqasına aid olmaması vurğulanaraq Onun qatında olanlar öyülür. “Onun qatında olanlar” ifadəsiylə xarakterizə edilənlər, Onu yaxşı tanıyanlar, elçilər və biliklilərdir. Rəbbimiz bu insanların Allaha qulluq etməkdən yekəxanalıq etmədiklərini [təkəbbürə qapılmayıb, qulluqdan qaçınmadıqlarını]; Ona olan qulluq vəzifəsini yorulmadan, şövqlə, böyük bir həzzlə etdiklərini, Allahın nöqsanlıqlardan münəzzəh olduğunu daima hayqırdıqlarını bildirir.

  • 172Məsih və yaxınlaşdırılmış mələklər [İsaya inananların İsaya kömək etdiyinə inandıqları güclər] Allahın bir qulu olmaqdan qətiyyən çəkinməzlər. Və kim Ona qulluq etməkdən çəkinər və yekəxanalıq edərsə, bilsin ki, O, onların hamısını yaxında Zilzal 1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman, 172Özünə toplayar. Zilzal 4–6Bax budur, o gün yer üzü, şübhəsiz ki, Rəbbinin özünə vəhy etdiyinə görə, bütün xəbərlərini bir-bir söyləyər. O gün insanlar, əməlləri göstərilsin/əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar. (Nisa/172)
  • 7–9Ən böyük taxtı daşıyan, bir də ən böyük taxtın çöl kənarından olan insanlar Rəbbinin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən münəzzəh qılırlar və Ona inanırlar. İman edənlər üçün bağışlanma diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və biliklə hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan insanları bağışla və onları cəhənnəmin əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və soylarından saleh olan insanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz özüsən. Onları pisliklərdən qoru. Və Sən hər kimi pisliklərdən qoruyursan, artıq o gün əlbəttə ki, ona mərhəmət etmisən. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür”. (Mömin/7-9)

21Yoxsa onlar yer üzündən bəzi tanrılar qəbul etdilər və o tanrılar onları canlan­dı­ra­caq­larmı/dirildəcəklərmi?

22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir.

23Ərşin Rəbbi olan Allah etdiyindən məsuliyyət daşımaz, onlar isə məsuliyyət daşıyacaqlar.

24Yoxsa onlar Onun yaratdıqlarından bəzi tanrılarmı qəbul etdilər? De ki: “Qəti dəlilinizi gətirin. Bax budur, bu, mənimlə bərabər olanların və məndən öncəkilərin öyüdüdür”. Tam əksinə, onların çoxu həqiqəti bilməzlər. Artıq onlar, üz döndərənlərdirlər.

25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq.

Bu ayə qrupunda, müşriklərin bir sıra tanrılar qəbul etmələrindən bəhs edilərək, bunun məntiqsizliyi, keçmişdən bu yana bu cür pozğunlıqların olduğu, Rəbbimizin bu yanlış inanclardan əl çəkdirmək üçün cəmiyyətlərə elçilər göndərdiyi vurğulanır.

21-ci ayədə “istifham-i inkari” ilə “Yoxsa onlar yer üzündən bir sıra tanrılar qəbul etdilər və onlarmı canlandıracaqlar [onları dirildəcəklər]?” – deyə soruşulmuşdur. Bunun mənası, “onlar diriltməyə gücü çatan tanrılar qəbul etməmişlər” – deməkdir. Bu mənanı oyadacaq şəkildə sual soruşulması, sözdə tanrıların alçaldılaraq, müşriklərin qınanması məqsədinə yönəlikdir.

Ayələrin məzmunu insanoğlunu Tövhid barəsində düşünməyə dəvət edir. Rəbbimiz, kainatda birdən artıq tanrının var olarsa, onun nəticəsində kainatdakı nizamın pozulacağını xatırladaraq düşünən insanlara Tövhid inancının əqli təməlini göstərir. “Du zən”in [iki qadının] olduğu evdə “düzən” olmaz deyimiylə də ifadə edildiyi kimi, bir-birindən müstəqil iki idarəçinin olduğu yerdə nizamın deyil, qarışıqlığın bərqərar olması qaçınılmazdır.

  • 36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstər­di, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və ba­xın yalan sayanların sonu necə olmuşdur?      (Nəhl/36)
  • 91,92Allah övlad deyə bir şey qəbul etməmişdir. Onunla bərabər heç bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı qətiliklə öz əmələ gətirdiyi şeylə birlikdə gedər və qətiliklə digərləri üzərində üstün olardı. Görünməyəni, eşidilməyəni, seçilməyəni və açığı bilən Allah onların vəsf etdikləri şeylərdən münəzzəhdir. O, onların ortaq qoşduqları şeylərdən də çox ucadır. (Möminlər/91, 92)
  • 45Və sən elçilərimizdən səndən öncə göndərdiyimiz insanlardan soruş: “Biz Rəhmanın yaratdıqların­dan qulluq ediləcək tanrılar tanıyırdıqmı?” (Zühruf/45)
  • 51Və Allah buyurdu: “İki tanrı qəbul etməyin. O, ancaq tək bir tanrıdır. O halda yalnız Məndən qorxun/yalnız Mənə qulluq edin”. (Nəhl/51)

Yaxşı, iki ya da daha çox tanrı olduğu düşünülə bilərmi? Tanrıların ikiliyi və ya daha çox olduğu fərz edilərsə, nələr olar? Bu barədə Mərhum Razinin İlm-i Kəlam kitablarında eynilə verilən on dörd maddəlik cavab mahiyyətindəki açıqlamasını aşağıda nəql edirik:

Tövhidin Digər 14 Dəlili.

  1. Ən qüvvətlisi olan bu dəlilə görə, belə deyilə bilər: Biz, zatlarına uyğun olaraq, vacibul-vücud olan iki varlığın mövcud olduğunu qəbul etsək, bu vəziyyətdə onların varlıq baxımından müştərək olmaları lazımdır. Yenə onlardan hər birinin bilavasitə özünə görə, [xarici bir şeyə ehtiyac qalmadan] digərindən ayrılması lazımdır. Halbuki özü sayəsində müştərəkliyin təmin olunduğu şey, fərqliliyin edildiyi şeydən başqadır. Beləliklə, onlardan hər biri, sayəsində digərinə müştərək şeylərlə, yenə sayəsində digərlərindən ayrılmış olduğu şeylərdən mürəkkəb bir varlıq olmuş olur. Halbuki, hər mürəkkəb varlıq, tərkib hissəsinə, parçalarına möhtacdır ki, tərkib hissəsi özündən başqadır. O halda, hər mürəkkəb varlıq, başqasına möhtacdır. Başqasına möhtac olan hər varlıq da, zatına uyğun olaraq, mümkün varlıqdır; bundan sonra [nəticə etibariylə], zatına uyğun olaraq, vacibul-vücud olan, zatına uyğun olaraq, mümkünü’l-vücüd olmuş olur ki, bu bir pozulmadır. O halda, vacibul-vücud sadəcə Allahdır. Ondan kənarda qalan hər şey isə mümkin varlıqdır və Ona möhtacdır. Halbuki, varlığı xüsusunda başqasına möhtac olan, sonradan meydana gətirilmişdir. O halda, Allahdan başqa hər şey muhdəsdir (sonradan meydana gətirilmiş). Bu dəlili bu ayənin təfsiri qəbul etmək mümkündür. Çünki biz, vacibul-vücud olan iki varlığın fərz edilməsi halında, onlardan heç birinin vacibul-vücud olmayacağına, vacibul-vücud mövcud olmadığında da, mümkin varlıqlardan heç birinin artmayacağına və bu vəziyyətdə də, “fəsad”ın gərəkli olacağına dəlillərlə işarə etmişdik. Beləliklə, iki tanrının mövcud olması halında, bütün aləmdə fəsadın meydana gələcəyi qətiləşmiş olur.
  2. Biz, iki tanrının varlığını qəbul etməyimiz halında, o zaman onlardan hər birinin uluhiyyətdə digərinə müştərək olması lazımdır. Bu vəziyyətdə də, hər hansı bir şeyə görə onlardan hər biri digərindən ayırd edilməlidir. Əks halda, ikilikdən bəhs edilməz. Nəticə etibarilə, özüylə fərqliliyin və seçilmənin meydana gəldiyi şey, ya kamal sifəti olur və ya olmaz. Əgər bu, kamal sifəti olarsa, bu vəsfi daşımayan [tərəf] kamal vəsfindən uzaq olmuş olur. Beləliklə də, naqis olur. Naqis olan isə, tanrı olmaz. Yox, əgər uluhiyətdə bu nəzər-i diqqətə alınmazsa, bununla səciyyələndirmək vacib deyildir. Beləliklə bu, bir təsis ediciyə möhtac olmuş olur. O halda bu, o deməkdir ki, bununla təsis edilmiş olan başqasına möhtac olmuş olur.
  3. Belə də deyilə bilər: Biz iki tanrının mövcud olduğunu fərz etsək, o ikisi arasında mütləq onları bir-birindən ayırd edəcək bir fərqliliyin mövcud olması lazım gələrdi. Ancaq belə ki, bizə görə, bu başqalıq, ancaq ya məkan, ya zaman, ya vacibul-vücud olma və yaxud da mümkinü’l-vücud olma sarıdan meydana gəlir. Bütün bunlar isə, tanrı haqqında imkansızdır. Beləliklə, bir başqa olmağın mövcud olması imkansız olur.
  4. İki tanrıdan birisi, aləmi idarə etməkdə ya yetərli olar və ya olmaz. Əgər yetərli olarsa, ikincisi lazımsız və özünə ehtiyac duyulmayan olmuş olardı ki, bu bir nöqsanlıqdır. Nöqsan olan isə tanrı ola bilməz.
  5. Ağıl, sonradan meydana gətirilmiş varlıqların bir failə möhtac olmasını tələb edər. Tək bir failin bütün aləmin müdəbbiri olmasında bir imkansızlıq yoxdur. Amma bu Birdən başqasının olması düşünülə bilən fail və müdəbbirlərə gəlincə, bu xüsusda hər hansı bir rəqəmlə bir başqa rəqəm arasında fərq yoxdur: Bu da, sonsuz sayların meydana gəlməsi nəticəsinə götürür ki, bu imkansızdır. O halda, birdən artıq tanrının mövcudluğuna hökm etmək imkansızdır.
  6. İki tanrıdan biri, özünə dəlalət edən başqasına dəlalət etməyən bir dəlili özünə təsis etməyə ya iqtidarlı ola bilər və ya olmaz. Birincisi imkansızdır. Çünki yaradıcıya dəlalət edən dəlil ancaq sonradan meydana gətirilmişlər ilə təmin edilir. Halbuki sonradan meydana gətirilmişlərin meydana gəlməsində buna deyil, bilavasitə digərinə dəlalət edəcək dəlil yoxdur. İkincisi də olmaz, çünki bu, Onun bilavasitə özünü tanıtmaqdan və izhar etməkdən aciz olduğu nəticəsinə götürür. Halbuki aciz olan isə tanrı ola bilməz.
  7. İki tanrıdan biri, etdiyi işlərdən hər hansı birisini digərindən gizləməyə ya qadir ola bilir və ya ola bilməz. Əgər qadir olarsa, o zaman özündən gizli tutulan tərəf cahil olmuş olur. Əgər qadir ola bilməzsə, aciz olmalıdır.
  8. Əgər biz, iki tanrının mövcud olduğunu fərz etsək, o ikisinin qüdrətlərinin cəmi, tək başına hər birinin qüdrətindən daha güclü olar. Lakin hər birinin qüdrəti sonludur. Cəmi sonlu olan qüdrətlərin cəmidir. Nəticə etibarilə, hamısı da sonlu olur.
  9. Say, birə möhtac olduğu üçün nöqsandır. Cinsindən nöqsan sayı olan bir isə nöqsandır. Çünki say, birdən artıqdır. Naqis olan isə, tanrı ola bilməz. O halda tanrı mütləq təkdir.
  10. Biz, varlığı mümkün olanı bir yox fərz edib, sonra da, iki tanrının mövcud olduğunu fərz edəriksə,  bu vəziyyətdə əgər onlardan birisi, o varlığı mümkün olan yoxu yarada bilməzsə, o zaman onlardan hər biri aciz olmuş olur. Aciz olan isə tanrı ola bilməz.

Əgər onlardan biri qadir olsa, digəri ola bilməsə, qadir olan tanrı olur. Əgər hər ikisi də qadir olarsa, bu vəziyyətdə onlar onu ya köməkləşərək var etmişlər, bu vəziyyətdə, bu o deməkdir ki, onlardan hər biri digərinin yardımına möhtac olmuşdular. Yox, əgər onlardan hər biri tək başına onu icad etməyə qadir olub, onlardan birisi də onu icad etdiyində, bu vəziyyətdə ikincisi, onu icad etməyə qadir olmağa davam edər ki, bu imkansızdır. Çünki mövcud olanı yenidən icad etmək [var etmək] imkansızdır. Əgər bu onu icada qadir olmağı davam edə bilməzsə, bu vəziyyətdə birincisi ikincisinin qüdrətini silmiş və onu acizliyə salmış olur. Beləliklə də, onun təsərrüfü altında əzilmiş olur. Dolayısıyla da tanrı ola bilməz. Bu vəziyyətdə, əgər “Bir yaradacağı şeyi icad etdiyində, qüdrəti ondan zail olur. Bu halda da sizin, “onun aciz olduğunu söyləməyimiz lazımdır” – deyilirsə, biz deyirik ki: Bir o yaradacağı şeyi yaratdığında, qüdrəti olmuş, ona qüdrəti intiqal etmişdir. Qüdrətin keçməsi isə acizlik ola bilməz. Amma olana gəlincə, onun qüdrəti təsirli olduğunda, ortağı üçün qətiliklə qüdrət qalmaz.  Tam əksinə, birincinin qüdrətinə görə onun qüdrəti zail olmuş olur və qarşı tərəfi acizliyə salmış olur.

  1. Biz bu dəlili bir başqa şəkildə belə də ifadə edə bilərik: Bəlli bir cisim ələ alıb, deyək ki, o iki tanrıdan birisi, o cisimdə hərəkəti, digəri isə sükunəti, ya da bunun əksini etməyə qadir ola bilirmi? Əgər qadir ola bilməzlərsə, aciz olurlar. Əgər qadir olurlarsa, bu vəziyyətdə dəlili biz bu nöqtəyə yönəldərik: Onlardan biri, o cisimdə hərəkəti başlatdığında, ikincisinin, onda sükunəti yaratması imkansız olur. Bu vəziyyətdə birincisi, ikincisinin qüdrətini silmiş və onu acizliyə salmış olur. Beləliklə də, o, tanrı ola bilməz.  Bu iki açıqlama şəkli, hər ikisini qüdrətinə nəzərən, acizliyi ifadə edərlər. Birinci izah da, hər ikisinin iradəsinə nisbətlə acizliyi ifadə edərlər.

 

  1. İki tanrı da bütün elmi bildiklərində, o zaman hər birinin elmi, bilavasitə digərinin elmi olmuş olur. Beləliklə də, iki elm eyni olmalıdır, iki eynilikdən birisini qəbul edən zat, digər eyniliyi də qəbul edər. O halda, bunlardan hər birinə, bədəl yoluyla, digəriylə də vəsflənməsi mümkün ikən, o sifətin təsis edilməsi, bunların hər birinə elmi və qüdrəti sayəsində bu vəsfi təsis edən bir təsisçinin olmasını vacib edir. Beləliklə də, bunların hər biri yoxsul, möhtac və nöqsan bir məxluq olur.
  2. Bu aləmdə ortaqlıq “qüsur və nöqsanlıq”, tək başına mövcud olmaq, özünə yetmək isə “mükəmməllik” qəbul edilir. Belə ki, biz bu aləmdə kralların o adi və sonlu hakimiyyətləri xüsusunda ortaqlıqdan ola bildiyincə uzaq durduqlarını görürük. Yenə biz, hökmdarın iqtidarı nə qədər böyük olursa olsun, ortaqlıqdan nifrət etməsinin də o qədər böyük olduğunu müşahidə edirik. O halda, Əziz və Cəlil olan Allahın mülkü və mələkutu haqqındakı qənaətin necə ola bilir? Nəticə etibarilə, onlardan birisi, bu məlikliyi sadəcə özünə təsis etmək istəsə və bunu da etsə, edə bilməyən yoxsul və aciz olmuş olur ki, beləliklə də tanrı ola bilməz. Bunu edə bilməsə, o zaman son dərəcə narahat olar və nifrət duyğusu içində olar ki, yenə tanrı ola bilməz.
  3. Biz, iki tanrının mövcud olduğunu fərz etsək, bu vəziyyətdə onlardan hər biri ya digərinə möhtac olar və yaxud hər biri digərindən ehtiyacsız olar, möhtac olmaz. Və yaxud da onlardan biri digərinə möhtac olarkən, digəri ona möhtac olmaz. Bu vəziyyətdə sən bax, əgər birincisi olarsa, hər biri də nöqsan olmuş olur. Çünki möhtac olan nöqsandır. “Əgər ikincisi olarsa, onlardan hər biri, özünə ehtiyac duyulmayan şeylər olmuş olurlar. Özünə ehtiyac hiss edilməyən şey də nöqsandır. Bax gör, bir bölgənin bir başçısı və idarəçisi olsa, o bölgənin xalqı da o başçıya müraciət etməyib, ona iltifat etmədən öz işlərini etsələr, o başçı əskik və nöqsan qəbul edilir. Halbuki tanrı olan, özündən istifadə edilən və özündən ehtiyacsız olunamayandı. Əgər onlardan birisi, əksi düşünülmədən digərinə möhtac olarsa, möhtac olan hər kəs qul, özünə möhtac olunan isə tanrı olmuş olur. Bil ki, bütün bu izahlar inandırmağa yönəlik və zənni izahlardır. Əsas olan isə öncəki izahlardır. [4]

24-cü və 25-ci ayələrdə müşriklərin inanclarının hər hansı bir əqli və nəqli dəlilə əsaslanmadığı, ilk peyğəmbərdən son peyğəmbərə qədər hamısına “Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün mənə ibadət edin” – deyə vəhy edildiyi vurğulanır.

  • 148Allaha ortaq qoşan insanlar deyəcəklər ki: “Allah diləsəydi biz ortaq qoş­maz­dıq, ata­larımız da ortaq qoşmazdılar, heç bir şeyi də haram qılmazdıq”. Onlardan əvvəl yalan sayanlar da əzabımızı dadıncaya qədər, bax budur, belə idi. De ki: “Yanınızda/Bizim qarşımıza çıxara biləcəyiniz bir bilikmi var? Siz, sadəcə zənnə uyursunuz və siz sadəcə axmaqlayırsınız”. (Ənam/148)
  • 20Və onlar: “Əgər Rəhman diləsəydi, biz onlara sitayiş etməzdik” – dedilər. Onların buna dair heç bir bilikləri yoxdur. Onlar sadəcə, uydururlar.

21Yoxsa Biz onlara bundan öncə bir kitab vermişik və indi onlar, o kitabamı istinad edirlər? (Zühruf/20, 21)

26–28Və onlar: “Rəhman özünə övlad qəbul etdi” – dedilər. Rəhman, bundan münəzzəhdir. Əksinə onlar ərməğanlar verilmiş qullardır. Onlar Onun sözünün önünə keçə bilməzlər/onlar yalnız Onun əmri ilə hərəkət edərlər. O, Rəhmanın övladları saydıqları şeylərin önlərində olanı və arxalarında olanı bilir. Və onlar Onun məmnun olduğu insanlardan başqasına kömək/dəstək etməzlər. Bununla birlikdə onlar Ona duyduqları dərin hörmət və sevgiyə görə, ondan uzaqlaşma qorxusundan, tir-tir titrəyərlər.

29Və onlardan hər kim: “Mən, şübhəsiz, Onun yaratdıqlarından bir tanrıyam” – deyərsə, ar­tıq Biz onu cəhənnəmlə cəzalandırarıq. Bax budur, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri Biz belə cəzalandırarıq.

Tövhid inancının əqli dəlilləri üzərində durulduqdan sonra, bu bölmədə də “Rəhman övlad qəbul etdi” deyən müşriklər qınanır. Bu müşriklər, Allahın özünə övlad qəbul etdiyini iddia etdikləri varlıqlar üçün: “Onlar bizim şəfaətçilərimizdir, onlar bizi Allaha yaxınlaşdıracaqlar, bizim günahlarımızı özlərinə götürəcəklər” –deyərək və buna inanaraq, şirkə bulaşmışlar. Bölmədə, müşriklərlə tanrılaşdırılan bu qulların əslində tanrılıq iddiası olmayan sayğın qullar olduğu, heç bir varlığın tanrılıq iddiasında olmadığı və ola bilməyəcəyi ismarıcı verilərək şirk inancı şiddətlə tənqid edilir.

Klassik qaynaqlarda bu ayələrin enmə səbəbinin Məkkədəki bir cəmiyyət olduğu nəql edilir:

Bu ayə-i kərimə, “Mələklər Allahın qızlarıdır” – dedikləri üçün Huzaalılar haqqında enmişdir. Onlar Mələklərin özlərinə şəfaət edəcəkləri ümidiylə Mələklərə ibadət edirdilər. [5]

Bu ayə, Huzaa Qəbiləsi haqqında nazil olmuşdur. Çünki onlar “Mələklər Allahın qızlarıdır” – deyirdilər və buna, Allah Təalanın da Və onlar, Allah ilə gizli güclər arasında bir qohumluq bağı qurdular. (Saffat/158)” ayəsiylə işarə etdiyi kimi, Allahın evlənərək cinlərlə əqrəba olduğunu əlavə edirdilər. [6]

Biz, bu bölmədə bəhs edilən etiqad sahiblərinin Yəhudi və Xristiyanlar olduğu qənaətindəyik. O dövrdə orda-burda olan küçük qəbilələrin necə bir inanca sahib olduqlarını bilmirik. Bildiyimiz, Doğru Xəbərçidən öyrəndiyimiz bu inancların Yəhudi və Xristiyan dinləri mənsublarına aid olmasıdır.

  • 30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər! (Tövbə/30)
  • 72And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi. (Maidə/72)
  • 116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi.
  • 119Allah dedi ki: “Bu, doğru insanlara doğruluqlarının faydalı olduğu gündür. Onlar üçün, içində sonsuz qalanlar olaraq, altlarından çaylar axan cənnətlər vardır”. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu, ən böyük qurtuluşdur. (Maidə/116-119)

Mövzumuz olan bölmədə keçən “Və onlar Onun məmnun olduğu insanlardan başqasına kömək/dəstək etməzlər”  ifadəsindəki “şəfaət”, dünyadakı araçılıq və yardım mənasındadır. Bu mövzuya aid məqam Nəcm surəsində verilmişdir.

30Və bu kafirlər… Göylər və yer bitişik bir halda idi və Bizim o ikisini ayırdığımızı və canlı olan hər şeyi sudan əmələ gətirdiyimizi görmədilərmi? Buna baxmayaraq, hələ də inanmırlarmı?

31Və Biz yer üzünün içində, sizə süfrə olsun deyə, sağlam payalar etdik. Və orada bələdçiləndikləri yollarını tapsınlar deyə, bol-bol yollar əmələ gətirdik.

32Və Biz göy üzünü qorunmuş bir tavan etdik. Onlar isə göy üzünün ayələrindən üz çevirənlərdir.

33Və O, gecəni, gündüzü, Günəşi və Ayı əmələ gətirəndir. Hamısı bir orbitdə üzməkdədir.

Bu ayə qrupunda, gözlərini haqqa qapadan, haqq qarşısında özünü görməməzliyə qoyan müşriklər qınanır və onlara “Və bu kafirlər… Göylər və yer bitişik bir halda idi və Bizim o ikisini ayırdığımızı və canlı olan hər şeyi sudan əmələ gətirdiyimizi görmədilərmi? Buna baxmayaraq, hələ də inanmırlarmı?” – deyilərək, müşahidə və araşdırma etməyə dəvət edilirlər. Araşdırma və müşahidə nəticəsində Allahın ortaqlardan münəzzəh olduğu mütləq anlaşılacaqdır. Çünki araşdırma və müşahidə ilə əldə edilən bütün dəlillər, kainatda çox nəzərə çarpan bir tərtibin mövcud olduğunu göstərir. Əgər birdən artıq tanrı olsaydı, kainatda əsla belə bir nizam və tərtib olmazdı.

Bölmədə həmçinin, Allahın qüdrətinin kainatdakı dəlillərindən bir neçəsinə də toxunulmuşdur: Bunlar, göylər ilə yer bitişik bir halda ikən ayrılması, hər canlının sudan yaradılması, sarsılmasın deyə, yer üzünün içində sağlam dirəklər qılınması, insanlar yollarını tapsınlar deyə, orada bol-bol yollar qılınması, göy üzünün qorunmuş bir tavan edilməsi, gecənin, gündüzün, Günəşin və Ayın yaradılması, bunların bir orbitdə üzmələri kimi dəlillərdir. Bu dəlillərlə kainatdakı nizamı təmin edən ilahi qanunlara diqqət çəkilmişdir. Bu qanunlar üzərində araşdırma edən hər kəs Allahın varlığını, birliyini, ortağının olmadığını, ola bilməyəcəyini bilir.

  • 11Sonra duman halında olan göyə yerləşdi/hegemonluq qurdu, ona və yer üzünə: “İstəyərək və ya istəməyərək gəlin!” – dedi. İkisi də: “Biz istəyərək gəldik” – dedilər. (Fussilət/11)
  • 41Heç şübhəsiz, göyləri və yer üzünü yox etmələrindən Allah qoruyur. And olsun ki, əgər göylər və yer üzü yox edilərsə, onları Ondan sonra kimsə tuta bilməz. Həqiqətən O, çox yumşaq davranan, çox bağışlayandır. (Fatir/41)
  • 25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız. (Rum/25)
  • 65Sən Allahın yer üzündəkiləri sizə boyun əydirdiyini [tam sizin yararlanacağınız ölçülərdə yaratdığını] və Özünün əmri ilə dənizlərdə axıb gedən gəmiləri görmədin­mi/heç düşünmədinmi? Göyü də Öz izni/biliyi olmadan yerə düşməkdən O saxlayır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Həcc/65)
  • 255Allah Özündən başqa tanrı olmayandır, hər zaman diridir, hər şeyin fəaliyyətini təmin edən, qoruyan, canlı və kainatın idarəsini birbaşa həyata keçirəndir. Özü mürgüləməz və yuxulamaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız və yalnız Onun üçündür. Özünün izni/biliyi olmadan yanında kim kömək, şəfaət edə bilər? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə Onun dilədiyindən başqa, biliyindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. Onların ikisinin də qorunması Ona çətin gəlməz. Və O, çox ucadır, ucaldandır, sonsuz uludur. (Bəqərə/255)

Bu qanunlardan bəziləri haqqında edilən elmi açıqlamalara daha əvvəlki surələrin təhlilində toxunmuşduq.

“Yer və göyün bir zamanlar bitişik olduğu”, “hər canlının sudan yaradıldığı” və “göyün qorunmuşluğu” kimi ilk dəfə önümüzə gələn mövzularla əlaqədar Qurana uyğun olaraq,  elm və texnika kitablarında çox geniş məlumatlar vardır.

34Biz səndən öncə də heç bir bəşər üçün sonsuzluq tanımadıq. Yaxşı, sən ölərsənsə, onlar həmişəlik sağmı qalacaqlar?

35Hər canı olan varlıq ölümü dadacaq. Və əridib, saflaşdırmaq üçün Biz sizi xeyir və şər ilə sınayarıq. Və siz, yalnız Bizə döndəriləcəksiniz.

Bu ayə qrupunda Rəbbimiz Rəsulullahın ətrafında olanları nəql edir. Müşriklər peyğəmbərimizin ölümünü gözləyir, ya da onu öldürmək istəyirdilər. Onların bu gözlənti və istəklərinin cavablandırıldığı bu ayələrdə Rəbbimizin canlı varlıqlar üçün qoyduğu qəti qanun xatırladılır: Hər kəs ölümlüdür; insan dünyada əbədi qalmayacaqdır. Keçmişdən bu günə qalmış, gözləmiş insan da yoxdur. Hamısı Allaha döndərilmişdir.

Bu ayə eyni zamanda əcnəbi mədəniyyətlərin təsiriylə Müsəlmanlar arasına girmiş olan “Xızır” anlayışını da rədd edir.

  • 26,27Yer üzünün üzərindəki hər kəs gəlib keçicidir. Və o cəlal və ikram sahibi Rəbbinin yalnız və yalnız Özü baqi qalır. (Rəhman/26, 27)

Mövzumuz olan ayələrin enməsi haqqında “Əsbab-i Nüzul” qeydlərində aşağıdakı məlumatlar yer alır:

Bu ayə-i kərimə, müşriklərin “Biz Muhəmmədə ölümün müsibətlərinin gəlib çatmasını gözləyirik” – dediklərinə görə enmişdir. Çünki müşriklər onun peyğəmbər olduğunu rədd edir və “O bir şairdir. Onun ölümün müsibət­lərinə uğramasını gözləyirik. Bəlkə o da filan oğullarındakı şairin öldüyü kimi ölər” – deyirdilər. Uca Allah da bundan sonra belə buyurdu: “Səndən öncəki peyğəmbərlər öldü. Uca Allah da onun dinini zəfərə qovuşdurmağı və qo­rumağı üzərinə aldı. Budur, Biz sənin dinini və şəriətini də beləliklə qoruyaca­ğıq”. [7]

35-ci ayədə “Və əridib, saflaşdırmaq üçün Biz sizi xeyir və şər ilə sınayarıq” – buyurulmuşdur. Buradan anlaşıldığına görə, Rəbbimiz insanı sadəcə bəla və sıxıntılar ilə deyil, bolluq və varlıqla da imtahan edir. Bununla Rəbbimiz insanların varlıqla, bolluqla, sağlıqla korlanıb korlanmayacaqlarını, azıb azmayacaqlarını ortaya çıxarır.

  • 164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, mən Allahdan başqa Rəbbmi axtarım?” Hər insanın qazandığı, yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləliklə, Allah ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz ki, Rəbbin qovuşdurması tez olandır və şübhəsiz ki, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir. (Ənam/164, 165)
  • 40Kitabdan biliyi olan birisi: “Mən onu sənə, baxışın özünə dönmədən əvvəl gə­ti­rə­rəm” – dedi.
  • Sonra Süleyman Məlikənin taxtını yanında duran bir halda görüncə: “Bu, özümə ve­rilən nemətlərin qarşılığını ödəyəcəyəmmi, yoxsa yaxşılıq bilməzlikmi edəcəyəm de­yə, mənə bəla vermək üçün Rəbbimin lütfündəndir. Və kim özünə verilən ne­mət­lərin qarşılığını ödəyərsə, heç şübhəsiz, özü üçün qarşılığını ödəyər. Kim də nankorluq edərsə, heç şübhəsiz ki, Rəbbim çox zəngin və kərimdir”. (Nəml/40)
  • 7Şübhəsiz, Biz yer üzündəki, ona bəzək olan şeyləri insanların hansının daha gözəl əməl edəcəyini sınamaq üçün etdik. (Kəhf/7)

36Və bu kafirlər, səni gördükləri zaman, sadəcə, səni lağa qoyurlar: “Tanrılarınızı anıb, duran budurmu?” Halbuki, onlar Rəhmanın anılmasını, öyüdünü, Kitabı, Quranı bilərək rədd edənlərin məhz özləridir.

Müşriklərin ağılsızlıqlarının nəql edildiyi bu ayədə, keçmiş qövmlərin özlərinə gələn elçiləri lağa qoyduqları kimi onların da özlərinə gələn Rəsulullahı lağa qoyduqları bildirilir. Müşriklərin bu məsxərəçi münasibətlərindən başqa ayələrdə də bəhs edilmişdir:

  • 41,42Səni gördükləri zaman da: “Budurmu Allahın elçi olaraq göndərdiyi? Əgər tanrılarımıza inanmaqda təkid etməsəydik, həqiqətən də bizi az qala tanrılarımızdan azdıracaqdı” – deyə, səni lağa qoymaqdan başqa bir şey etmirlər. Və onlar, yaxında əzabı gördükləri zaman, kimin haqq yol sarıdan daha azğın olduğunu biləcəklər! (Furqan/41, 42)
  • 32And olsun ki, səndən öncəki elçilərə də lağ edildi. Və Mən kafirlərə/inanmayanlara möhlət verdim. Sonra da onları yaxaladım… Haydı, baxaq Mənim əzabım necə imiş! (Rad/32)

Həmçinin Ənam/10, Hicr/10, 11, Ənbiya/41 və Zühruf/6-8-ci ayələrdə də toxunulan bu mövzu, Hüməzə surəsində daha geniş şəkildə, məsxərəçilərin aqibətləri ilə birlikdə yer almışdır.

Kafirlərin öz dinlərində göstərdikləri səbat isə Sad surəsindəki bu ifadələrlə açıqlanmışdı:

  • 6–8Və içlərindən öndə gedənlər yürüdülər: “İlahlarınız üzərində dirənin və sözünüzdən, qərarınızdan dönməyin. Bu, həqiqətən, sizdən gözlənən bir şeydir! Biz bunu son/başqa bir dində eşitmədik, bu ancaq bir uydurmadır. Öyüd/Kitab aramızdan Onun üzərinəmi endirildi?” Əksinə, onlar, Mənim öyüdümdən/Qurandan yetərsiz bilik içindədirlər. Əksinə, onlar hələ əzabımı dadmayıblar. (Sad/6-8)

37İnsan çox tələskən xüsusiyyətdə yaradılmışdır. Sizə yaxında əlamətlərimi göstərəcə­yəm. İndi siz Məndən təcili istəməyin.

38Və inkar edənlər: “Əgər doğrularsınızsa, bu vəd nə zamandır?” – deyərlər.

39Bu kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və qətiliklə kömək də olunmayacaqları zamanı bir bilsələr!

40Əslində bu əzab onlara qəflətən gələcək və özlərini çaşdıracaqdır. Artıq onu geri çevirməyə gücləri yetməyəcək və onlara müddət də verilməyəcək.

41Və heç şübhəsiz, səndən öncə bir çox elçiyə lağ edildi və içlərindən lağ edənləri, o lağ etdikləri şey bürüdü.

Bölmənin ilk ayəsində, insan psixologiyasında var olan “tələskənlik” ön plana çıxarılaraq: “İnsan tələskən yaradılmışdır” – buyurulmuşdur. Bununla verilmək istənilən ismarıc, insanın “tələsik” – deyə bir maddədən yaradıldığı deyil, tələskənliyin insanın mayasında mövcud olduğu, insanın çox tələskənlik [nağdıçı] olduğu reallığıdır. İnsanoğlu, təbiətindəki bu xüsusiyyətinə görə qiyaməti, məhşəri, cənnət və cəhənnəmi anında görmək istəyir, ağlını çalışdırıb, ilahi ismarıca qulaq vermədiyi zaman bu tələskənlikliyinin özünü necə bir aqibətə sürüklədiyini lazım olduğu kimi dəyərləndirə bilmir. İnsan, fitrətindəki bu zəifliyi ancaq ilahi ismarıca qulaq verərək, sınaqdan keçirə bilər. Rəbbimiz insan təbiətinə bir-birini tarazlayacaq bir çox psixoloji mexanizm yerləşdirmişdir. Necə xəsislik xüsusiyyətini “infaq etmək, paylaşmaq” ilə tarazlaya bilirsə, necə nankorluq xüsusiyyətini özünə verilən nemətlər cinsindən ödəyərək “şükür” ilə tarazlaya bilirsə, tələskənlik xüsusiyyətini də “təfəkkür” ilə tarazlaya bilir və könlünü ilahi ismarıca açıq tuta bilir.

  • 11Və insan xeyiri dəvət edirmiş kimi, şəri dəvət edər. Və insan çox tələskəndir. (İsra/11)

İnsanoğlu tələskən davransa da, plan və proqram onun arzusu istiqamətində deyildir. Hər şey bir təqvimə bağlanmışdır. Əcəli gəldiyi zaman hər şey həyata keçəcək, onlar da çaşıb qalacaqlar.

  • 53Və səndən əzabı tələm-tələsik istəyirlər. Əgər müəyyən edilmiş/adı qoyulmuş bir müddət sonu olmasaydı, əzab onlara əlbəttə, gəlmişdi. Və o əzab, heç fərqində olma­dıqları bir zamanda özlərinə mütləq qəflətən gələcəkdir.
  • 54,55Səndən əzabı tələm-tələsik istəyirlər. Şübhəsiz, cəhənnəm də qətiliklə, özlərini üstlərindən və ayaqlarının altından bürüdüyü gündə, kafirləri bürüyəcəkdir. Və o: “Etmiş olduqlarınızı dadın!” – deyər. (Ənkəbud/53-55)
  • 24,25Sonunda onu vadilərinə doğru gələn geniş bir bulud halında gördüklərində: “Hə, bax budur! Bu, bizə yağış gətirəcək bir buluddur!” – dedilər. Xeyr, əksinə o, tezləşdirməyə çalışdığınız şeyin məhz özüdür! Rəbbinin əmri ilə hər şeyi yerlə bir edən, içində acıqlı bir əzab olan külək… Sonunda, o hala gəldilər ki, mənzillərındən başqa heç bir şey görünmürdü. Biz günahkarlar qövmünü bax budur, belə cəzalandırırıq. (Əhqaf/24, 25)
  • 187Səndən Saat barədə – qiyamətin qopma anı barədə soruşurlar: “Nə zaman gəlib çatacaq?” De ki: “Onun bilgisi yalnız və yalnız Rəbbimin qatındadır. Onun vaxtını Özündən başqa heş kimsə açıqlaya bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir/bilinməz olmuşdur. O sizə anidən gələr”. (Əraf/187)
  • 10Yaxşı onlar yer üzündə yolçuluq etmədilərmi? Beləcə, özlərindən öncəkilərin aqibəti necə olmuşdur, bir görsünlər. Allah onları yerlə bir etdi. Bu kafirlərə də onların bənzərləri vardır. (Muhəmməd/10)
  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48-51)

39-cu ayədə: “Bu kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və qətiliklə kömək də olunmayacaqları zamanı bir bilsələr!” – buyurularaq müşriklərin başlarına gələcək əzabın şəkli bildirilir və xəbərdar edilirlər.

  • 14–16De ki: “Dinimi yalnız Ona arındıraraq, Allaha qulluq edirəm. Buna baxmayaraq siz, Onun yaratdıqlarından dilədiyinizə qulluq edirsiniz”. De ki: “Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini, ailələrini və yaxınlarını itkiyə uğradanlardır”. Diqqətli olun! Bax budur, bu, açıq-aşkar bir itkinin məhz özüdür. Onların üstlərində atəşdən təbəqələr, altlarından da təbəqələr vardır. Bax budur, Allah, qullarını bununla qorxudur: “Ey qullarım! Mənim qorumam altına girin”. (Zümər/14-16)
  • 40Bu ayələrimizi yalan sayanlara və onlara qarşı yekəxanalıq edən kəslərə, məhz onlara göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. 41Onlar üçün cəhənnəmdən yataqlar, üstlərindən də örtüklər vardır. Və Biz zalımları bax budur, belə cəzalandırarıq. (Əraf/40, 41)
  • 94–96İndi sənə əmr olunan şeyləri açıqca bildir və ortaq qoşanlardan uzaq dur. Şübhəsiz ki, Biz Allahla birlikdə başqasını tanrı edən bu məsxərəçi insanlara qarşı sənə yetərik. Artıq onlar yaxında biləcəklər.
  • 97And olsun, Biz bilirik ki, tam yəqin bilin ki, onların söylədiklərinə görə sənin qəlbin daralır/ürəyin sıxılır.
  • 98,99O halda sənə, “yəqin/qəti bilik” gəlməsi üçün Rəbbinin tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl, boyun əyib, təslimiyyət göstərənlərdən ol və Rəbbinə qulluq et! (Hicr/94-99)

42De ki: “Gecə ikən və gündüzlər sizi Rəhmandan kim qoruya bilər?” Əslində onlar Rəbbinin anılmasından, öyüdündən üz çevirənlərdir.

43Yoxsa onlar üçün Bizim yaratdıqlarımızdan, onlara mane olan bəzi tanrılarmı var? O sözdə tanrılar özlərinə köməyə güc yetirə bilməzlər. Onlar bizim tərəfimizdən dəstəklənməzlər də.

44Əslində Biz o kafirləri və atalarını özlərinə ömür uzun gəlincəyədək, yararlan­dır­dıq. Yaxşı, indi Bizim yer üzünə gəlib, onu ətrafından əskiltdiyimizi görmürlərmi? O halda üstün gələn onlardırmı?

Bölmənin ilk ayəsində peyğəmbərimizdən müşriklərə yönəldilməsi istənilən Gecə ikən və gündüzlər sizi Rəhmandan kim qoruya bilər?” şəklindəki sual ilə əslində müşriklərin heç bir zaman Allahdan qaça bilməyəcəkləri ismarıcı verilir. Çünki “istifham-i inkari” şəklindəki bu suala verilə biləcək tək cavab: “Sizi Allahın cəzalandırmasından insan qoruya bilməz” – şəklindədir.

Eyni ayənin davamındakı “Əslində onlar Rəbbinin anılmasından, öyüdündən üz çevirənlərdir” ifadəsiylə isə müşriklər bir sıra heç bir isə yaramaz tanrılar qəbul etdikləri və özlərinə bir çox fürsət verilməsinə və möhlət verilməsinə baxmayaraq, bunları dəyərləndirmədikləri üçün qınanırlar.

“… Rəhmandan kim qoruya bilər?” ifadəsiylə işarə edilən xüsus, ayədəki “gecə-gündüz” ifadəsindən anlaşıldığına görə, müşriklərin dünyada ikən başlarına gələ biləcək öldürülmə, şikəst olma, əsir düşmə, yoxsullaşdırma kimi cəzalardır.

Rəbbimiz bölmənin son ayəsində ciddi bir xəbərdarlıq etmişdir: “Yaxşı, indi Bizim yer üzünə gəlib, onu ətrafından əskiltdiyimizi görmürlərmi?

Yer üzünün ətrafından əskildilməsi” ifadəsi bir çox mənalar ehtiva edir. Rəbbimiz daimi olaraq bir sıra əskiltmələrlə – öldürmə, yoxsullaşdırma, xəstələndirmə, fırtına, zəlzələ və digər afətlərlə nöqsanlaşdırma kimi fəaliyyətlərlə yer üzünü bir nöqtəyə doğru sürükləyir. Bu, Rəbbimizin kainat üçün qoyduğu yox olma, çökmə planıdır. Daima geri saymanın davam etdiyi, Rəbbimizin mövcud nizamı yavaş-yavaş geri çevirdiyi və zamanı gəlincə də bitmə fitini çaldıracağı bu müddət, birinci Surun üflənmə mərhələsinə işarə edir.

  • 41Və onlar Bizim, şübhəsiz ki, yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdı­ğı­mı­zı görmədilərmi? Allah hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. Və O, hesabı çox sürətli görəndir. (Rad/41)

Bu ayələrin işarə etdiyi xüsusiyyətlərlə əlaqədər elm-texnika kitablarında geniş məlumatlar vardır.

44-cü ayənin sonunda: “O halda üstün gələn onlardırmır?” – buyurularaq, Allahın hər zaman əmrində qalib olduğu vurğulanmışdır.

  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)
  • 7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır. (Muhəmməd/7-9)
  • 4O, öz imanları ilə birlikdə imanları artsın deyə, möminlərin qəlblərinə qəlbi təskin edən arxayınlıq və sakitləşmə duyğusu/əhvali-ruhiyyə endirəndir. Göylərin və yerin orduları da yalnız və yalnız Allahındır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır. (Fəth/4)

Və Al-i İmran/139, Mömin/51, Yusuf/21, Ənam/34, Əhqaf/27.

45De ki: “Mən sizi ancaq vəhylə xəbərdar edirəm”. Xəbərdar edildiklərı zaman, karlar çağırışa qulaq verməzlər.

46Və şübhəsiz, Rəbbinin əzabından bir əsinti onlara toxunarsa, qətiliklə: “Vay bizim halımıza! Şübhəsiz, biz səhv/öz zərərlərinə iş edənlər imişik” – deyəcəklər.

47Biz Qiyamət Günü üçün “haqq edilən pay tərəziləri” qoyarıq – heç bir kimsə, heç bir şə­kildə haqsızlığa uğradılmaz. O şey, bir xardal dənəsi ağırlığında da olsa, onu gəti­rə­rik. Və hesab görənlər olaraq, Biz yetərik.

Bu ayələrdə Rəsulullaha, onlar hər nə qədər vəhyə qarşı kin bəsləsələr də, yenə onları vəhy ilə xəbərdar etdiyini söyləməsi əmr edilir, buna qarşılıq vəhyə qulaq tıxayan müşriklərin ümumi münasibətlarının neqativ olacağına işarə edilir. Rəbbimiz bu mənfi münasibətlərinə görə onları axirətdə başlarına gələcək əzabla xəbərdar edərək ağıllarını başlarına almalarını istəyir.

Rəsulullaha söyləməsi əmr edilən: “Mən sizi ancaq vəhylə xəbərdar edirəm” – ifadəsindən anlaşılmalı olan budur: Peyğəmbərimiz din adından nə etdisə, vəhyə uyaraq etmişdir, etdiyi xəbərdarlıqların hamısını da vəhy ilə etmişdir. Ona görə də, din adından kim bir şey söyləyəcəksə, mütləq Qurandan söyləməlidir. Din adından edilən hər tətbiqat vəhyə əsaslanmalı, kimsənin öz düşüncəsinin məhsulu olmamalıdır.

  • 2–4Ərəbcə bir Quran! Müjdələyici və xəbərdaredici olaraq, bilən bir cəmiyyət üçün ayələri izahlı olaraq açıqlanmış/bölmə-bölmə ayrılmış, yaratdığı canlılara dünyada çox-çox mərhəmət edən, əngin mərhəmət sahibi Allahdan endirilmiş bir kitab! Buna baxmayaraq, onların çoxu üz çevirmişlər. Artıq onlar, qulaq asmazlar.
  • 5Və onlar: “Sənin bizi dəvət etdiyinə qarşı bizim qəlblərimiz bir örtük/zireh içindədir, qulaqları­mız­da bir ağırlıq, bizimlə sənin aranda da bir pərdə vardır. Artıq sən, edə biləcəyini et, biz də gerçəkdən edirik” – dedilər. (Fussilət/2- 5)
  • 93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda: “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” –  dediklərində bir görsəydin!  (Ənam/93)
  • 116Və öz dillərinizin yalan vəsf etməsi ilə Allaha yalan uydurmaq üçün: “Bu halaldır, bu haramdır” – deməyin. Şübhəsiz, Allaha yalan uyduran insanlar nicat tapmazlar. (Nəhl/116)

Və Haqqa/43-47, Qaf/45, Maidə/67, Ənam/145.

Mövzumuz olan bölmənin son ayəsində “pay tərəziləri” kimi çevirdiyimiz “kıst tərəziləri” ifadəsi keçir. “Kıst”, “haqq edilən pay” deməkdir. Demək olur ki, Rəbbimiz hər kəsin haqq etdiyini zülm etmədən verəcəkdir. “Ədalət tərəziləri” deyil, “kıst tərəziləri” deyilməsinin səbəbi, müşriklərin bəzi etdiklərinin tərəziyə qoyulmayacağı, möminlərə də birə on, birə yeddi yüz, Allah diləyərsə də hədsız artıqlıq veriləcəyi şəklində açıqlana bilir. Ədalət tərəzisi olsa, hər şey birə-bir olmalıdır.

“Kıst” və “Ədalət” sözləri ilə əlaqədər daha əvvəl Yunus/4-ün təhlilində açıqlama edildiyindən, oradan oxunmasını məsləhət görürük.

Həmçinin “əməllərin dəyərləndirilməsi” ilə əlaqədər bu ayələrə də göz atılmalıdır: Kəhf/49, Loğman/16, Zilzal/7, 8, Nisa/40, Əraf/8, 9, Kəhf/105, Möminlər/101-108, Hədid/25, Şura/17, Rəhman/7, 8.

48,49Və and olsun ki, Musa və Haruna Furqanı və görülməyən, eşidilməyən, seçil­mə­yən kimsəsiz yerdə Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan, qiyamətin qopmasından içləri titrəyən, Allahın qoruması altına girənlər üçün  bir işıq və öyüd verdik.

50Bax budur, bu Quran da Bizim endirdiyimiz mübarək bir öyüddür. İndi siz bunu tanıtmayan, tanınmasına mane olan kəslərsinizmi?

Bir öncəki bölmədə vəhy ilə əlaqədər öyüd vermə, xəbərdar etmə ehtiyacı üzərində durulmuşdu. Bu ayələrdə də keçmişdə edilən vəhy ilə öyüdlərə, Musa və Haruna verilən kitaba toxunulur, bunun Rəbbimizin rəhmətinin bir təcəllisi olduğu bir dəfə yenə xatırladılaraq, Quranın da yenə Onun endirdiyi bir öyüd olduğu bildirilir.

Ayələrdə, Allahın göndərdiyi bütün vəhylərin “haqqı batildən ayıran [Furqan]”, doğru yolun mövcud olması üçün bir “işıq” olması və yanlış edənləri xəbərdar etmək üçün “öyüd” olması kimi ortaq xüsusiyyətləri diqqət çəkir.

“الفرقان əl-Furqan” sözü, “iki şeyi bir-birindən ayırmaq” mənasındakı “فرق fərq” kökündən törəmişdir və “فارقة fariqa” sözü ilə eyni mənaya gəlir. Geniş işlədilməsinə baxıldığında, “fərq” sözünün törəmələri olan təfriq, firaq, firqət, fırqə, təfriqə, fərik sözlərinin konkret şeylər [məxsusat] üçün, “فارقات fariqat”, “فاروق Faruq” və “الفرقان əl-Furqan” sözlərinin isə mücərrəd şeylər [məqulat] üçün işlədildiyi görünür.

Bəqərə/53 və Ənbiya/48-də Musa peyğəmbərə verıldiyi söylənən “Furqan”, mücərrəd şeylər olan haqq ilə batili, iman ilə küfrü, gözəl ilə çirkini, yaxşı ilə  pisi  bir-birindən ayırma funksiyası gördüyü üçün Qurana da ad olaraq verilmişdir. Xəlifə Ömərə verilən “Faruq” ünvanı da onun haqq və batili yaxşı ayırdığına görədır. [8]

  • 44İçində doğru yol rəhbəri və işıq olan Tövratı, şübhəsiz ki, Biz endirdik. Müsəlman­laş­mış insanlar olan peyğəmbərlər, onunla yəhudilərə hökm edərlər. Özlərini Allaha həsr etmiş insanlar və hahamlar da, Allahın kitabından özlərindən qorumaları istənilən və özlərinin də üzərinə şahidlik etdikləri şeylərlə hökm edərlər. İnsanlara hörmət du­yub ürpərməyin, Mənə hörmət duyub ürpərin. Mənim ayələrimi də az bir paraya satmayın. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar kafirlərin məhz özləridir. (Maidə/44)
  • 53Və bir zaman Musaya o kitabı və Furqanı verdik ki, bələdçiləndiyiniz doğru yolu tapasınız. (Bəqərə/53)

Vəhyin bu ortaq məqsədi istiqamətində bu ayələrdən etibarən keçmiş peyğəmbərlərə toxunulur:

51Və and olsun ki, Biz daha öncə İbrahimə kamal vermişdik. Və Biz onu bilənlər idik. 52Həmçinin İbrahim atasına və qövmünə: “İsrarla sitayiş etdiyiniz heykəllər nədir?” – demişdi.

53Onlar: “Biz atalarımızı bunlara sitayiş edənlər olaraq gördük” – dedilər.

54İbrahim: “And olsun ki, sizlər və atalarınız açıq-aşkar bir pozğunluq içindəsiniz” – dedi.

55Onlar: “Sən bizə haqqımı gətirdin, yoxsa sən oyun oynayanlardansanmı?” – dedilər.

56,57İbrahim dedi ki: “Tam əksinə, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları O, yoxdan yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm. Allaha and içirəm ki, siz üzünüzü döndərib getdikdən sonra, mən bütlərinizə, qətiliklə, bir tələ quracağam”.

58Sonra da İbrahim ona müraciət etsinlər deyə, içlərindəki böyükləri istisna olmaqla, bunları parça-parça etdi.

59Qövmü: “Bizim tanrılarımıza bunu kim etdi? Şübhəsiz, o, qətiliklə səhv/ öz zərərlərinə iş edənlərdəndir” – dedilər.

60Bəziləri: “Eşitdik ki, onları anıb duran bir gənc var. Onun adına “İbrahim” deyilir” – dedilər.

61Onlar: “O halda, ona şahid olmaları üçün, İbrahimi insanların gözləri önünə gətirin” – dedilər.

62Onlar: “Ey İbrahim! Bunu tanrılarımıza sənmi etdin?” – dedilər.

63İbrahim: “Əksinə, onu bu böyükləri etdi. Danışa bilirlərsə buyurun, özlərindən soruşun” – dedi.

64Buna görə də onlar öz vicdanlarına döndülər və: “Şübhəsiz ki, siz səhv/öz zərərlərinə iş edənlərin məhz özüsünüz” –  dedilər.

65Sonra onlar yenə öz düşüncələrinə döndülər: “And olsun ki, bunların danışmayacağını bilirdin” – dedilər.

66,67İbrahim: “O halda, Allahın yaratdıqlarından sizə heç bir şəkildə fayda verməyən və sizə zərər verməyən şeylərəmi sitayiş edirsiniz? Sizin də, Allahın yaratdıqlarından sitayiş etdiklərinizin də vay halına! Siz hələ ağıllanmayacaqsınızmı?” – dedi.

68Qövmü: “Əgər edənlərsinizsə, bunu yandırın [atəşə atın, sıxıntıya salın] və tanrılarınıza kömək edin” – dedilər.

69Biz: “Ey atəş! İbrahimə qarşı soyuq və təhlükəsiz ol” – dedik.

70Və ona bir plan qurmaq istədilərsə də, Biz özlərini daha artıq zərərə/itkiyə uğrayıb, acı çəkənlər etdik.

71İbrahimi də, Lutu da, aləmlər üçün bərəkətli olan torpaqlara məskun etdik.

72Və Biz Ona İshaqı, əlavə olaraq da Yəqubu bağışladıq. Və hamısını yaxşı insanlar etdik.

73Və Biz onları Bizim əmrimizlə bələdçilik edən başçılar etdik. Və Biz onlara xeyirlər işləməyi, salaatı iqamə etməyi, zəkatı/vergini verməyi vəhy etdik. Və onlar, sadəcə, Bizə qulluq edənlər idilər.

Tövhid inancını yerləşdirmə müddətində Musaya (əs) və Haruna (əs) edilən vəhylərdən bəhs edildikdən sonra, bu ayə qrupunda da İbrahim peyğəmbər və onun qövmü ilə olan mübarizəsi nəql edilir.

İbrahimin (əs) necə təlimləndirilib, müəyyən bir qıvama gətirildiyi və ondan sonrakı dövrdə onunla qövmü arasında hansı hadisələrin cərəyan etdiyi, ayələrdə çox açıq və geniş bir şəkildə anladılmışdır. Burada diqqətləri bir neçə mövzu üzərinə çəkəcəyimizdən, İbrahimin (əs) buradakı hekayələrinin digər surələrdəki (Saffat/85-93, Məryəm/41-50, Ənam/ 75-79, Ənkəbud/16-26) anlatmaları da nəzərə alınmalıdır.

Digər surələrdən alınan yuxarıdakı bölmələri də oxuduqdan sonra, indi mövzumuz olan Ənbiya surəsinə aid bölməni təhlil etməyə davam edək:

Bu bölmədəkı bəzi ifadələr əsas mənalarından alınıb, təhrif edilərək, bəzi yanlış anlayışlar ortaya atılmış və bunlar doğru kimi qəbul edilmişdir. Yanlış dəyərləndirildiyinə inandığımız bu xüsuslar, İbrahimin yalan söyləmiş olduğu və atəşə atılması mövzularıdır.

Ənbiya/62, 63-də keçən “Onlar: “Ey İbrahim! Bunu tanrılarımıza sənmi etdin?” – dedilər. İbrahim: “Əksinə, onu bu böyükləri etdi. Danışa bilirlərsə buyurun, özlərindən soruşun” – dedi” ifadəsində nəql edilən sözləri ilə Saffat surəsində keçən:” Çünki İbrahim, ulduzlara elə bir baxışla baxdı ki! Sonra da: “Şübhəsiz, mən sancılıyam/fikir sancısı çəkirəm” – dedi” şəklindəki ifadələri İbrahimin (əs) söylədiyi yalanlar olaraq ortaya atılmışdır.

İbrahimə (əs) yalan isnad etməklə əlaqədər klassik əsərlərdə bu məlumatlar mövcuddur:

“Buxari, Müslim və Tirmizınin rəvayətlərinə görə, Əbu Hureyrə belə de­mişdir: Rəsulullah (səs) buyurdu ki: “Peyğəmbər İbrahim, üç xüsusdan başqa, əsla heç bir şey haqqında yalan söyləməmişdir. Bunların birisi onun: “Şübhəsiz ki, mən xəstəyəm” (Saffat/37, 89) sözü, digəri Sara haqqında: “O mənim bacımdır” – deməsi, digəri də: “Xeyr, onların bu böyükləri bunu etmişdir” – deməsidir”. Fikir Tirmiziyə aiddir. Tirmizi dedi ki: Bu, gözəl, sə­hih bir hədisdir.

İsranı anladan hədisdə, Müslimin Səhihindəki rəvayətə görə, Əbu Hureyrə (ra), İbrahim (əs) hekayəsi haqqında belə demişdir: və onun ulduz haqqın­dakı “Bu mənim Rəbbimdir (Ənam/76)” sözünü də zikr edir. Buna görə onun söylədiyi yalanların sayı dördə çatır. Ancaq Rəsulullah (səs): “İbrahim peyğəmbər ancaq üç dəfə yalan söyləmişdir. Bunla­rın ikisi şanı uca Allahın zatı haqqındadır. (Biri): “Həqiqətən mən, xəstəyəm” sözü ilə “Xeyr! Onların bu böyükləri bunu etmişdir” – sözləri, birisi də Sa­ra haqqındadır”. Bu fikriylə hədisi Müslim rəvayət etmişdir.

Ulduz haqqında söylədiyi: “Bu mənim Rəbbimdir” – sözünü yalan əhatəsinə girməklə birlikdə, söylədiyi yalanlar arasında saymamağının səbəbi, doğ­rusunu ən yaxşı bilən Allahdır, ya bu sözünü hələ uşaqkən və mükəlləf ol­madığı bir halda söyləmiş ola bilir. Yaxud da o qövmünə bu sözləri onları dan­lamaq və etdiklərini rədd etmək mənasında, sual məqsədi ilə söyləmiş olma­lıdır və sual ədatı düşürülmüşdür. Ya da qövmünə qarşı dəyişikliyə uğramaq xüsusiyyətində olan varlığın Rəbb olmağa əlverişli olmadığına diqqətlərini çək­mək məqsədiylə dəlil gətirmək üçün söyləmiş ola bilər”. [9]

Halbuki İbrahimin (əs) “Əksinə, onu bu böyükləri etdi” – deməsi, qövmünü məsxərəçi bir üslubla xəbərdar etmə və susdurma məqsədli bir ifadə idi. Bu tərz bir ifadəylə istəyirdi ki, qövmü özünə: “Bunlar danışmazlar, faydaları da yoxdur, zərər də verə bilməzlər” – deyə etiraz etsinlər, beləliklə o da: “O halda onlara niyə ibadət edirsiniz?” – deyə qövmünə irad tuta bilsin. Beləliklə, öz qazdıqları quyuya özləri düşsünlər, axmaqlıqlarını anlayaraq, haqqa dönsünlər.

İbrahimin (əs) “Şübhəsiz ki, mən xəstəyəm” sözünə gəlincə, Saffat surəsində də bəyan etdiyimiz kimi, İbrahim (əs) belə deməklə, çəkməkdə olduğu fikir sancılarını ifadə etmişdir. Yoxsa toplantı yerinə getməmək üçün bədənindəki bir xəstəliyi dilə gətirməmişdir. Yəni bəhanə uydurmamışdır. Bu mövzuya aid təfərrüat Saffat surəsində verilmişdir.

İbrahimin atəşə atılma əfsanəsi də klassik qaynaqlarda belə nəql edilir.

“Dedilər ki: “Onu atəşlə yandırın!” Onlar dəlil irəli sürə bilməyəcək hala gəldik­lərində, günahkarlıq ilə üstünlük duyğusu onları yaxaladı və zalımlıq, qalib gəlməyə çalışaraq: “Onu atəşlə yandırın” – dedilər.

Rəvayət edildiyinə görə, bu sözləri söyləyən adam Fars Bədəvilərindən, yə­ni çöldə yaşayan köçərilərdən Kürdlərdən bir nəfər imiş. Bunu İbn Ömər, Mücahid və İbn Cüreyc demişdir. Deyildiyinə görə, adı Heyzər imiş. Allah onu yerin dibinə keçirmiş və qiyamət gününə qədər yerin içində batmağa davam edir. Bir digər görüşə görə, bu sözü söyləyən, onların hökm­darları Nəmrud imiş.

İbrahimi atəşdə yandıraraq da “Tanrılarınıza yardım edin”, çünki o, onlara dil uzadır və onları ayıblayır.

Xəbərdə nəql edildiyinə görə, Nəmrud səksən arşın yüksəkliyində və qırx arşın enində böyük bir köşk inşa etmişdi. İbn İshak dedi ki: Bir ay boyun­ca odun topladılar, sonra atəş yandırdılar. Atəş alovlandı və getdikcə alovu artdı. Belə ki, ətrafından uçan bir quş keçirdisə, saçdığı istiliyin təsiriylə yanırdı. Sonra İbrahimin (əs) ayaqlarını bağladılar, əlləri də boynuna doğru bağlanmış olduğu halda mancanağa yerləşdirdilər. Deyildiyinə görə, o gün mancanağı onlara düzəldən İblis olmuş. Səmavat, ərz və onlarda olan bütün Mələklər və bütün yaradılışlar – insanlar və cinlər istisna olmaqla, tək bir səs halında: “Rəbbimiz” – deyə fəryad etdilər. Bu yer üzündə İbrahimdən başqa sənə ibadət edən insan yoxdur. Sənin uğrunda atəşə atılıb, yandırılacaq. Ona yardımçı olmaq üçün bizə izin ver. Uca Allah belə buyurdu: “Əgər sizdən hər hansı bir şe­yin yardımını istər, yaxud yardıma dəvət edəcək olarsa, ona yardım edin. Bu xüsusda mən ona izin verdim. Əgər məndən başqasına dua etməyəcək və ça­ğırmayacaq olarsa, onun halını ən yaxşı bilən mənəm, onun dostu və yardımçı­sı da mən olacağam”.

İbrahimi atəşə atmaq istədiklərində, hələ o havada ikən, su xəzinədarı olan Mələklər onun yanına gəlib: “ Ey İbrahim” – dedilər. Diləyərsənsə, atəşi su ilə söndürə bilərik. O: “Mənim sizə bir ehtiyacım yoxdur” – dedi. Küləklə vəzifəli olan Mələk onun yanına gəlib: “Diləyərsənsə, atəşi uçuraram” – dedi. Yenə: “Xeyr” – dedi. Sonra ba­şını səmaya qaldırıb: “Allahım, səmada olan tək Tanrı sənsən. Yer üzündə də yalnız olan mənəm. Məndən başqa Sənə ibadət edən insan yoxdur. Allah mənə yetər, O nə gözəl Vəkildir” – dedi.

Ubeyy b. Kabın rəvayətinə görə, Peyğəmbər (səs) belə buyurmuşdur: “İbrahimi atəşə atmaq üçün əl və ayaqlarını bağladıqlarında: “Səndən başqa heç bir tanrı yoxdur. Səni tənzih edirəm, ey aləmlərin Rəbbi, həmd yal­nız sənindir, mülk yalnız sənindir. Sənin heç bir ortağın yoxdur” – dedi. Sonra onu mancanaq ilə olduqca uzaq bir məsafədən atdılar. Cəbrail onu qarşıladı və: “Ey İbrahim” – dedi. “Bir ehtiyacın varmı?” O: “Sənə bir ehtiyacım yoxdur” – dedi. Cəbrail: “O halda Rəbbindən istə” – deyincə, belə dedi: “O halımı bilir, Ondan istəməyimə ehtiyac yoxdur”. Bundan sonra söz söyləyən­lərin ən doğru sözlüsü olan Uca Allah belə buyurdu: “Ey atəş! İbrahimə qarşı sərin və səlamət ol!

Bəzi elm adamları belə demişdir: Allah o atəşdə hərarətini qaldıracaq bir so­yuqluq, soyuqluğunu da qaldıracaq bir hərarət yaratdı. Beləliklə də, atəş onun üçün sağlamlıq oldu.

Əbul-Aliyə dedi ki: “Əgər “sərin və səlamət ol” deməmiş olsaydı, atəşin soyuğu hərarətindən daha artıq olardı. Əgər “İbrahimə” deməmiş olsaydı, soyuqluğu da əbədiyyətə qədər davam edəcəkdi.

Bəzi elm adamlarının da nəql etdiyinə görə, Uca Allah cənnətdən bir təbəqə endirdi və onu Cahimdə yaydı. Allah Cəbrail, Mikail, soyuq mələyi və səlamət mələyi kimi Mələkləri endirdi.

Əli və İbn Abbas dedilər ki: “Əgər soyuqluğu ilə yanaşı “səlamət olması”nı diləməmiş olsaydı, İbrahim o atəşin soyuğundan ölərdi və o gün onu qəsd edir kimi düşünərək, sönməyən heç bir atəş qalmayacaqdı.

Əs-Süddi dedi ki: “Uca Allah ağacdan alınmış hər bir odun parçasına ağacına geri dönüb, meyvəsini verməyini əmr etdi. Kab və Katade dedilər ki: “Atəş İbrahimin özüylə vurulub, bağlandığı bağlardan başqa şeyləri yandır­madı. O atəşin içərisində yeddi gün qaldı, kimsə atəşə yaxınlaşa bilmədi. Sonra ora­ya çatdıqlarında onun ayaq üstə namaz qılmaqda olduğunu gördülər”.

Əl-Minhal b. Amr dedi ki: “İbrahim dedi ki: “Mən atəşdə olduğum gün­lərdə, üz-üzə qaldığım nemətlərin bənzərini heç bir zaman görmədim”.

Kab, Katade və Əz-Zühri də dedilər ki: “O gün zəhərli göbələklərdən başqa, İbrahimin atəşini söndürməyə çalışmamış heç bir heyvan qalmadı. Bu zəhərli göbələk­lər atəşi ona tərəf üfləyirdi. Budur buna görə Rəsulullah (səs) onun öldürülməsini əmr etmiş və ona Fuveysika [fasiqcik, kiçik pozğunçu] adını vermişdir.

Şüeyb əl-Himmani dedi ki: “İbrahim on altı yaşında ikən atəşə atıldı”.

İbn Cüreyc dedi ki: “İbrahim iyirmi altı yaşında ikən atəşə atıldı”. Birincisi­ni əs-Saləbi, ikincisini də əl-Mavərdi nəql edir. Doğrusunu ən yaxşı bilən Allahdır.

Əl-Kəlbi dedi ki: “Bütün yer üzü atəşləri soyudu, bir davar paçası belə bişirə bilmədi. Nəmrud, inşa etdirdiyi köşkdən, onun kölgə mələyi tərəfindən təsəlli edi­lərək, bir divan üzərində oturmuş olduğunu görüncə: “Sənin Rəbbin nə yaxşı bir Rəbbdir! And içirəm ki, Ona dörd min dənə inəyi qurban edəcəyəm” – dedi və İbrahimdən (əs) əl çəkdi. [10] “Ona Nəmrud və bərabərindəkilər bir tələ qurmaq istədilər. Bizsə on­ları etdikləri işlərində ən böyük zərərə uğrayanlar qıldıq. Və onların tu­zağələlərini, ən zəif yaratdığımızı özlərinə musallat qılaraq, başla­rına keçirdik.”Və ona bir plan qurmaq istədilərsə də, Biz özlərini daha artıq zərərə/itkiyə uğrayıb, acı çəkənlər etdik.” (Ənbiya/70)

İbn Abbas dedi ki: “Allah onların üzərinə ən zəif məxluqu olan ağcaqanadı musallat etdi. Aradan vaxt keçmədən Nəmrud yoldaşlarının və atlarının parıldayan sümüklərini gördü. Bu ağcaqanadlar onların ətlərini yemiş, qanlarını iç­mişdi. Bir dənəsi də onun burun dəliyinə girmiş və beyninə çatana qədər önünə gələni gəmirmişdi. İnsanlar arasında ən dəyərli qəbul etdiyi insan dəmir bir gürzlə başına vuran insan olurdu. O, təxminən qırx il bu şəkildə qaldı.

Biz onu və Lutu aləmlər üçün bərəkətləndirdiyimiz əraziyə (çatdırıb) qurtardıq“, “Biz İbrahimi və Lutu Şam ərazisinə çatdıraraq, qurtardıq” – demək­dir. İkisi isə daha öncə İrak torpaqlarında idilər. İbrahim (əs) İbn Abbasın dediyinə görə, Lut (əs)ın əmisi idi.

Oraya “mübarək” deyilməsinin səbəbi isə çox məhsuldar, məhsullarının və bulaqlarının bol olmasıdır. Həmçinin ora peyğəmbərlər diyarıdır.

Bərəkət, xeyirin bir yerdə qərar qılması deməkdir. Əgər dəvə bir yerə qaxılıb qalarsa, oradan ayrılmazsa, “Bərkul-Bair” deyilməsi də buradan gəlir.

İbn Abbas dedi ki: “Mübarək torpaqlardan qəsd Məkkədir. Beytu1-Maqdis olduğu da söylənmişdir. Çünki peyğəmbərlərin çoxusunu Uca Allah ora­dan göndərmişdir. Eyni şəkildə ora da çox bərəkətli və məhsulu bol bir yer­dir, suları şirindir və şirin sular da yerə oradan paylanır. Əbul-Aliyə dedi ki: Nə qədər şirin bir su varsa, mütləq səmadan Beytul-Maqdisdəki qayaya enər, son­ra oradan yerə dağılar. Bənzəri bir söz Kab əl-Ahbardan da nəql edilmişdir.

Mübarək torpaqların Misir olduğu da söylənmişdir. [11]

Minhal b. Amr da belə deyir: “Mənə bu rəvayət çatmışdır: İbrahim (ə.s.) o atəşə atılınca, orada qırx və ya əlli gün qalmış və: “Burada olduğum qədər, gözəl bir həyat yaşamadım” – demişdir.

Bu hekayə bu şəkildə də rəvayət edilmişdir: “Onlar, Hz. İbrahim (ə.s.) üçün, bir yer etdilər və onu oraya atdılar. Sonra oranın üzərində yeddi gün durmadan atəş yandırdılar. Sonra bu atəşi İbrahimin (ə.s.) üzərinə qapatdılar. Ertəsi gün atəşi açdıqlarında, Hz. İbrahimin (ə.s.) yanmamış olduğunu, sadəcə tərlədiyini gördülər. Bundan sonra Lutun atası Haran: “Atəş onu yandırmaz, çünki o atəşi ovsunlamışdır. Lakin onu bir şeyin üzərinə qoyub, o şeyin altından bir atəş yandırın. Çünki ancaq atəşin dumanı onu öldürə bilər” – dedi. Onlar da Hz. İbrahimi (ə.s.) bir quyunun üstünə yerləşdirib, altdan atəş yandırdılar. Bir qığılcım sıçrayıb, Lutun atasının saqqalına gəldi və onu yandırdı. [12]

Katade belə deyir: “Kərtənkələdən başqa, o gün gələn hər bir heyvan Hz. İbrahimin atəşini söndürmüşdür”. Zühri deyir ki: “Hz. Peyğəmbər (s.ə.) onun [göbələklərin] öldürülmələrini əmr etdi və onu “Füveysıq” olaraq adlandırdı. İbn Əbu Hatim deyir ki: “Bizə İbn Vehbin qardaşı oğlu Əbu Abdullahın… Fakih İbn Muğirə əl-Mahzuminin bir cariyəsindən rəvayətində o, belə anlatmışdır: “ Hz. Aişənin yanına girdim və evində bir mızraq gördüm. Ey Möminlərin anası, bu mızraqla nə edirsiniz? – deyə soruşdum. Dedi ki: “Bununla bu göbələkləri öldürürük. Şübhəsiz ki, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İbrahim atəşə atıldığı zaman göbələklərdən başqa, yer üzündə atəşi söndürməyən heç bir heyvan qalmamışdır. O isə Hz. İbrahim üzərinə [atəşi] üfürürdü. Allah Rəsulu (s.ə.s) bizə onun öldürülməsini əmr etdi. [13]

İbrahimin (ə.s.) həyatı ilə əlaqədər bu mühüm hadisəyə Kitab-i Müqəddəsdə heç toxunulmur. Hətta onun İrakdakı həyatı ilə əlaqədər heç bir şeyə Nəmrudla, atasıyla və bütün qövmüylə mübarizəsinə, bütpərəsliyi ortadan qaldırmaq cəhdlərinə, sonunda ölkəsindən zorla çıxmasına səbəb olan atəşə atılması hadisəsinə, Kitab-i Müqəddəsin heç bir yerində rast gəlinmir. Kitab-i Müqəddəs sadəcə onun ölkəsindən köç etməsinə, ona da sanki sadəcə bir ailə məişəti üçün bir yerdən bir yerə köç edirmiş kimi toxunur. Quran ilə Kitab-i Müqəddəs arasında maraqlı bir fərq yenə vardır. Qurana görə bir müşrik olan İbrahimin (ə.s.) atası oğlunu cəzalandıranların ən başında gəlirdi, lakin Kitab-i Müqəddəs daha fərqli bir hadisə anladır:

“Tərahın zürriyyətləri bunlardır. Tərah Abramın, Nahorun və Haranın atası oldu və Haran isə Lutun atası oldu. Haran doğulduğu ölkədə, Kəldanilərin Ur şəhərində atası Tərahın önündə öldü. Abram və Nahor evləndilər. Abramın xanımının adı Sara və Nahorun xanımının adı Milka idi. O Milkanın atası və İskanın atası olan Haranın qızı idi. Və Sara qısır idi. Onun uşağı olmazdı. Və Tərah oğlu Abramı, Haranın oğlu olan torunu Lutu, oğlu Abramın xanımı olan gəlini Saranı alıb, Kənan diyarına getmək üçün Kəldanilərin Ur şəhərindən onlarla çıxdı. Və Harana gəlib, orada yerləşdilər. Tərahın günləri 205 il oldu və Tərah Haranda öldü”. [Təkvin 11: 27-32]

“Və Rəbb Abrama dedi: “Ölkəndən əqrəbanın yanından və atanın evindən sənə göstərəcəyim ölkəyə [Kənana] get. Səni böyük bir millət edəcəyəm. Səni mübarək edəcəyəm və sənin adını ucaldacağam, sən də mübarək olacaqsan. Səni mübarək qılanları mübarək qılacağam, sənə lənət edənə lənət edəcəyəm və yer üzünün bütün qəbilələri səndə mübarək olacaqdır”. [Təkvin 12: 1-3].

Burada Hz. İbrahimə nə üçün bu qədər iltifat edildiyinin səbəbi bildirilməmişdir. Talmut isə İbrahimin (ə.s.)
İrakda qaldığı müddətdə yaşadığı hadisələrlə əlaqədər bir neçə təfərrüata yer verir. Bunlar ümumiyyətlə Qurandakı təfərrüatlara uyğun gəlir, lakin bəzi mühüm hadisələrlə əlaqədər çox böyük ziddiyyətlər vardır. Hətta insan Talmutta anladılan hadisələrin qarmaqarışıq və fərziyyələrlə dolu olduğunu hiss edir. Əslində isə Quranda anladılanlar açıq-aşkardır və İbrahimə (ə.s.) yaraşmayacaq heç bir şey yoxdur. Oxucunun bu hadisə ilə əlaqədər Qurani açıqlama ilə Yəhudi versiyası arasındakı fərqi anlaması üçün Talmutda anladılanları aşağıda təqdim edirik. Bu, eyni zamanda Quranın Kitab-i Müqaddəsdən və Yəhudi ədəbiyyatından hekayələr aldığını düşünən insanların təfəkküründəki yanlış anlamanı da ortadan qaldıracaqdır.

Talmuta görə, “Kahinlər, Abramın doğulduğu gecə göy üzündə böyük bir ulduz gördülər və Nəmruda Tərahın evində doğulan uşağı öldürməyini tövsiyə etdilər. Kral uşağı öldürməyə qərar verdi, lakin Tərah uşağını gizlədi və onun yerinə bir xidmətçinin uşağı öldürüldü. Bundan sonra Tərah xanımını və uşağını bir mağarada gizlədi, uşaqla anası orada on il yaşadılar.

On birinci ildə Abram, Tərah tərəfından Nuha götürüldü. Abram, Nuh və oğlu Samın nəzarəti altında 39 il yaşadı. Bu zaman Abram, özündən 42 yaş kiçik olan qardaşı qızı Sara ilə evləndi. [Kitab-i Müqəddəs, Saranın Abramın qardaşı qızı olduğuna toxunmaz, adı keçən yaş fərqi isə 10 il olaraq qeyd edilmişdir.] [Təkvin 11: 29; 17: 17]

Talmut daha sonra belə davam edər: “Abram 50 yaşına gəlincə, Nuhdan ayrıldı və atasına geri gəldi. Atasının bir bütpərəst olduğunu və evində 12 aya uyğun gələn 12 büt olduğunu gördü. Atasını bütpərəstlikdən uzaqlaşdırmağa çalışdı, lakin atası onu dinləməyincə, İbrahim bir gün evdəki bütün bütləri qırdı. Bunu görən Tərah birbaşa Nəmrudun yanına getdi və 50 il öncə evində doğulan uşağın xəyanət etdiyini və evdəki bütləri qırdığını söylədi. Bu barədə kralın hökm verməsini istədi. Nəmrud, Abramı sorğu-suala çəkdi, lakin Abramın verdiyi cavablar, çox doğru, qəti və açıq idi. Nəmrud onu həbsə atdı və məsələni qərar üçün məclisə çıxardı. Məclis Abramın yandırılaraq öldürülməsi hökmünü verdi. Bundan sonra bir atəş hazırlandı və Abram atəşə atıldı. Qardaşı, eyni zamanda da qayınatası olan Haran da atəşə atıldı. Nəmrud, Tərahdan doğulduğu gün Abramın yerinə niyə başqa bir uşaq öldürüldüyünü soruşmuş, o da bunu Haranın planlandığı cavabını vermişdi. Buna görə Haran da yandırılaraq cəzalandırıldı. Haran yanaraq öldü, lakin insanlar Abramın alovların arasında heç bir zərər görmədən yeridiyini gördülər. Nəmruda bunu xəbər verdiklərində, o da bu hadisəni öz gözləriylə gördü və belə bağırdı: “Ey göylərin tanrısının adamı! Atəşdən çıx və yanıma gəl”. Bundan sonra Abram atəşdən çıxdı. Nəmrud ona inananlardan biri oldu. Və ona çox bahalı hədiyyələr verdi. Bundan sonra, Talmuta görə Abram İrakda iki il daha qaldı. Ta ki, Nəmrud qorxunc bir yuxu gördü və kahinlər Abramın onun krallığını yerlə bir edəcəyini, buna görə Abramı öldürməli olduğunu söylədilər. Nəmrud, Abramı öldürmək üçün adamlar göndərdi, lakin Abram, Nəmrudun özünə verdiyi Eleazar adındakı kölədən onların planlarını öyrəndi. Bundan sonra Abram qaçdı və Nuhun yanına sığındı. Tərah da onu orada ziyarətə gəldi. Ata ilə oğul ən sonunda o ölkəni tərk etməyə qərar verdilər, Nuh və oğlu Sam də bu qərarı dəstəklədilər. Bundan sonra Tərah, oğlu Abram, nəvəsi Lut, eyni zamanda nəvəsi olan, oğlunun xanımı Sara ilə birlikdə Ur şəhərini tərk edib, Harana getdi”. [H. Plano: The Talmut Selections, Londra, sh. 30-42.]

Məntiqlı bir insan Talmutun bu anlatdıqlarını oxuduqdan sonra, bu kitabın Quranda anladılan hekayələrə qaynaq təşkil etdiyini düşünə bilərmi? [14]

İbrahimin yandırılması mövzusu.

Bu mövzu bir sıra rəvayətlərin təsirindən çıxarılıb, Qurandakı ifadələrin doğru mənaları istiqamətində təhlil edilməlidir. Mövzu ilə əlaqədər ayələr üç ayrı surədə yer alır:

  • 68Qövmü: “Əgər edənlərsinizsə, bunu yandırın [atəşə atın, sıxıntıya salın] və tanrılarınıza kömək edin” – dedilər.
  • 69Biz: “Ey atəş! İbrahimə qarşı soyuq və təhlükəsiz ol” – dedik.
  • 70Və ona bir plan qurmaq istədilərsə də, Biz özlərini daha artıq zərərə/itkiyə uğrayıb, acı çəkənlər etdik. (Ənbiya/68-70)

97Onlar: “Bunun üçün bir divar düzəldin/embarqo tətbiq edin ki, bunu çılğın şəkildə yanan atəşin/hədsiz sıxıntının içinə atın!” – dedilər.

98Onlar İbrahimə tələ qurmaq istədilər, amma Biz onları alçaqlar etdik.  (Saffat/97, 98)

24Sonra İbrahimin qövmünün cavabı ancaq: “Onu öldürün və ya yandırın/artıq də­r­­ə­cədə sıxıntıya salın” – demələri oldu. Sonra da Allah onu atəşdən/sıxıntıdan qur­tar­dı. Şübhəsiz ki, bunda, iman edəcək bir cəmiyyət üçün əlamətlər/nümunələr var­dır.  (Ənkəbud/24)

Ənbiya/68 və Ənkəbud/24-də “حرّقوه harriquhu” ifadəsi yer alır. Bu ifadə ümumiyyətlə “yandırın!” olaraq tərcümə edilərək, bu günə qədər gəlmişdir. Biz bu ifadə üzərində bir az təhlil edəcəyik:

“حرّقوا Harriku” sözü “حرق hrq” kökündən, təfil babından cəm halda olan əmr kipidir. Bu sözün məsdəri olan “تحريق təhriq” sözü “atəşləndirmə” mənasıyla Türk dilinə də keçmişdir. (Bir də “hərəkət” kökündən gələn “hərəkətə keçirmək, qızışdırmaq” mənasında “تحريك təhrik” sözü vardır. Qaf və Kaf hərfləri Türk dilində sadəcə “k” hərfiylə ifadə edildiyindən qarışdırıla bilər.)

Sözün kökü olan “ح ر ق hrq”, “ atəşin alovu”ndan gəlir. Təhriq, “atəşin bir şey üzərindəki təsiri” deməkdir. Xəstəlik səbəbiylə gözdəki yanma, xəstəliklər səbəbiylə qəlbdəki sızıltı, soyuq, isti və küləyin təsiriylə bitkilərin yanması, acı və duzlu şeylərlə ağızda əmələ gələn ağrılar da bu sözlə ifadə edilir. [15]

Bu halda bu söz “sıxıntı vermək, əziyyət çəkdirmək, məhv etmək” mənalarında da işlədilə bilir. Belə ki, dilimizdə bəlaya, sıxıntıya düşüldüyündə, “mən yandım, bitdim, məhv oldum” deyildiyi kimi, ani bir sıxıntı gəldiyində də: “Yandım anam!” – deyilir.

Ənkəbud/24-də “Onu öldürün və ya təhriq edin [yandırın]” ifadəsi diqqət çəkir. Bu ifadəyə görə İbrahimə iki cəzadan biri veriləcəkdir: Ya ölüm, ya da “təhriq”. “Təhriq” fəaliyyətində İbrahimin öldürülməsindən bəhs edilmir. Onu öldürməyib, məhv edəcəklər.

Ənbiya/70 və Saffat/98-ə görə, cəmiyyəti İbrahimi təhriqdən sonra plan qurmuşdular. İbrahimi yandırıb, yox edəcək olsaydılar, İbrahimə tələ qurmaqlarına ehtiyac qalmazdı. Onlar “İbrahimə necə əziyyət edə bilərik, əziyyət verə və məhv edə bilərik?” – deyə, plan qurmuş olmalıdırlar.

“Cahim” və “Nar” sözləri də hər zaman doğru mənası olan “atəş” mənasında işlədilməz. Məcazən həddən artıq sıxıntı mənalarında da işlədilir.

  • 5,6Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əgər qəti olaraq bilsəydiniz alovlu atəşi, tam əminliklə bilin ki, görəcəksiniz.
  • 7Bir müddət sonra, onu, adi gözlə görürmüş kimi, real olaraq mütləq görəcəksiniz. (Təkasür/5-7)
  • 64Və Yəhudilər: “Allahın əli bərkdir” – dedilər. Söylədikləri şeylərə görə öz əl­lə­ri bağlandı və onlar kənarlandı. Tam əksinə, Allahın iki əli açıqdır – dilədiyi ki­mi sərf edər. Və and olsun ki, Rəbbindən sənə endirilən onların çoxunda azğınlıq və küfrü artırar. Və Biz o Yə­hu­di­lə­rin aralarına qiyamətə qədər düşmənçilik və kin saldıq. Nə zaman döyüş/pozuculuq et­mək üçün bir atəş yandırmışlarsa, Allah onu söndürmüşdür. Və onlar yer üzündə poz­ğunçuluğa qaçarlar. Halbuki, Allah pozğunçuları sevməz. (Maidə/64)

Kor-koranə Ataların izindən getmək

Bölmənin 52-54-cü ayələrindəki “Həmçinin İbrahim atasına və qövmünə: “İsrarla sitayiş etdiyiniz heykəllər nədir?” – demişdi. Onlar: “Biz atalarımızı bunlara sitayiş edənlər olaraq gördük” – dedilər. İbrahim: “And olsun ki, sizlər və atalarınız açıq-aşkar bir pozğunluq içindəsiniz” – dedi” ifadələrindən görünür ki, İbrahimin qövmünün özlərini müdafiə etdikləri tək şey təqliddir, atalar dininə bağlılıqdır.

Quranın nəql etdiyi bütün hekayələrdə eyni şeyi görürük:

  • 23Və bax budur, belə! Biz səndən öncə də, hansı şəhərə bir xəbərdaredici göndər­mi­şiksə, qətiliklə oranın öyünən, imkanlı insanları: “Şübhəsiz, biz atalarımızı bir başçılı cəmiyyət olaraq gördük. Biz də qətiliklə onların izlərinə uyanlarıq” – demişdilər. (Zühruf/23)
  • 170Və onlara: “Allahın endirdiyinə uyun” – deyildiyi vaxt: “Əksinə, biz atalarımızı nəyin üzərində gördüksə, ona uyarıq” – dedilər. Atalarının bir şeyə ağlı çatmamışdısa və bələdçiləndikləri doğru yolu tapmamışdılarsadamı? (Bəqərə/170)
  • 104Və onlara: “Allahın endirdiyinə və Elçiyə gəlin” – deyildiyi zaman: “Atalarımızı üzə­rində gördüyümüz şey bizə yetər” – dedilər. Ataları bir şey bilməyən və bələdçi­lə­nən doğru yolu tapmayan insanlar olsadamı? (Maidə/104)
  • 21Və onlara: “Allahın endirdiyinə tabe olun!” – deyildiyi zaman: “Əksinə, biz ata­la­rı­mızdan gördüyümüz şeyə uyarıq” – dedilər. Bəs şeytan onları cəhənnəmin əzabına ça­ğırırdısa! (Loğman/21)

74Və Lut… Biz ona bir hökm, bir bilik verdik. Onu çirkin əməllər edənlərin şəhərindən qurtardıq. Şübhəsiz ki, onlar pis bir cəmiyyət idilər, haqq yoldan çıxmış insanlar idilər.

75Və Biz Lutu mərhəmətimizin içinə aldıq. Şübhəsiz ki, o, salehlərdəndir.

Keçmişə aid Musa və İbrahim hekayələrindan sonra üçüncü olaraq Luta (əs) da toxunulmuş və göndərildiyi cəmiyyət ilə aralarındakı hadisələr qısaca nəql edilərək, ibrət və öyüd alınması istənmişdir. Daha əvvəl (Əraf/80,81, Hud/78, Ənkəbud/29, Şüəra/166, Nəml/54, 55)  də Lut (əs) ilə əlaqədər açıqlamalar keçmişdi.

76Və Nuhu… O zaman ki, o daha öncə nida etmişdi və Biz də Ona cavab vermişdik. Sonra da Biz onu və ailəsini  – yaxınlarını, inananlarını böyük sıxıntıdan qurtardıq.

77Və ayələrimizi yalan sayan qövmünə qarşı Ona kömək etdik. Şübhəsiz ki, onlar pis bir cəmiyyət idilər və Biz onların hamısını suda boğduq.

Bu ayələrdə də Nuh peyğəmbər xatırladılır. Nuhun (əs) hekayəsi burada çox qısa verilmişdir. Nuh ilə əlaqədər təfərrüatlar daha əvvəl bir çox surədə (Nuh/26, 27, Hud/ 36, 37, Möminlər/ 27-29 və Qəmər/11-13) yer almışdır.

78Davud və Süleymanı da… O zaman ki, onlar gecə ikən camaatın əkin yerlərinin içinə yayılan qoyunlar haqqında hökm verirdilər. Biz də qövmün qanunlarının nə olduğunu bilirdik.

79Sonra da Biz onu Süleymana dərhal yaxşı-yaxşı qavratdıq. Və hamısına qayda və bilik verdik. Davudla bərabər, Allahı nöqsan sifətlərdən arındırsınlar deyə, dağları və quşları əmri altına aldıq/onları insanların yararlanacağı ölçülər içində yaratdıq. Və Biz edənlərik.

80Və Biz sizin pisliyinizdən sizi qorumaq məqsədilə, sizin üçün zireh düzəltməyi ona öyrətdik. Artıq siz özünüzə verilən nemətlərin qarşılığını ödəyənlər olmayacaqsınızmı?

81Və Süleymana içində bolluqlar yaratdığımız torpağa doğru, Onun əmri ilə axıb gedən qasırğa halındakı küləyi boyun əydirdik. Və Biz hər şeyi bilənlərik.

82Və şeytanlardan onun üçün dalğıcq edən və bundan daha aşağı iş edən şeytanları da boyun əydirdik. Və Biz onlar üçün qoruyucular idik.

Bu ayələrdə isə yenə xülasə olaraq Davud və Süleyman peyğəmbərlərə toxunulmuşdur. Davud və Süleyman peyğəmbərlərə verilən nemətlər çox qısa ifadələrlə anladılmışdır. Bu iki peyğəmbər, haqlarında ən artıq əfsanə söylənilən peyğəmbərlərdir. 79-82 arasındakı ayələrdə sayılan nemətlər daha əvvəl Sad və Səba surələrinin təhlilində geniş şəkildə açıqlanmışdı. Buna görə də, bu bölmədə bəhs edilən nemətləri qısaca xatırlatmaqla kifayətlənəcəyik. Davud və Süleyman peyğəmbər quşlardan faydalanmağı, dağlarda çətin şərtlərdə yaşamağı, dəmir və misi emal etməyi, dənizlərdə yelkənli gəmilərlə ticarəti yüksək səviyyəyə çıxarmağı, əmri altında işlətdiyi əcnəbi işçilərdən dənizçilikdə, ictimai işlərdə, yol-köprü və digər inşaat işlərində, mis qablar və heykəllər düzəldilməsində yararlanmağı bacarmışdılar.

Mövzu ilə əlaqədər Səba surəsindəki bölməni xatırlatmaqla kifayətlənirik:

  • 10,11Və and olsun ki, Biz Davuda tərəfimizdən bir fərqli üstünlük və quşları verdik: “Ey dağlar! Onunla bərabər dönün!” Və onun üçün dəmiri yumşaltdıq: “Bol-bol zirehlər düzəlt və ölçü ilə biç”. Siz də saleh əməl işləyin. Qətiliklə, Mən, etdiklərinizi ən yaxşı görənəm. (Səba/10, 11)

Davud, Beytüllahimdə yaşayan Yuda qəbiləsindən adi bir gənc idi. Fələstinlilərə qarşı açılan bir döyüşdə, İsrailin ən böyük düşməni olan Calutu öldürdü və birdən-birə İsrailoğulları arasında dəyəri yüksəldi. Bu hadisə ilə birlikdə əhəmiyyəti artmağa başladı, belə ki Talutun [Seulun] ölümündən sonra ilk öncə Hebronda [bu günkü əl-Halil] Yuda kralı seçildi, daha sonra da bütün İsrail qəbilələrinin kralı oldu. Qüdsü aldı və oranı İsrail krallığının paytaxtı etdi. Onun liderliyində tarixdə ilk dəfə, sərhədləri Əqabə körfəzindən Fərat çayının qərb sahillərinə qədər uzanan Allaha ibadət edən bir krallıq qurulmuş oldu.

Qurana baxdığımızda, Davuda verilən nemətləri belə sıralaya bilərik:

  • Bilik (Nəml/15).
  • Qüvvət (Sad/17).
  • Dağların boyun əydirilməsi (Səba/10).
  • Tövbəsinin qəbulu (Sad/24, 25).
  • Hökmranlıq (Sad/26).
  • Dəmiri emal etmək Səba/10).
  • Zəbur (Nisa/163).
  • Fəsl-i xitab (Səba/20)
  • Hikmət (Səba/20)

Fəsl-I Xitab: Bilindiyi kimi, insanların düşüncələrini ifadə etmə qabiliyyətləri bir-birlərindən fərqlidir. Bəzilərinin xitabəti yaxşıdır və bu qabiliyyətləriylə ismarıclarını dinləyənlərin zövq alacağı təsirləyici anlatmalarla insanlara daha rahat çatdırarlar, ətrafdakılarla əlaqələrini daha yaxşı qurarlar. Bəzilərinin də xitabətləri zəifdir, nə dedikləri anlaşılmaz, danışdıqları müxatiblərini sıxar. Bunlar ismarıclarını lazımi qədər yaxşı çatdıra bilməzlər və ətraflarıyla sağlam əlaqə qura bilməzlər.

Ayədəki  فصل الخطاب [fəsl-i xıtab] ifadəsindən anlaşılır ki, Davud peyğəmbər çox fasih və bəliğ danışan, hökmlərini açıq bir şəkildə dilə gətirən və müxatiblərinə nə demək istədiyini tamamilə konkret olaraq anladan bir insandır.

Fəsl-i xıtab deyimi həmçinin, hökmlərdəki tərəddüdsüzlüyü, qəti qərarlılığı və qərarlardakı uyğunluğu da ifadə edir.

Süleyman Peyğəmbərə Verilən Nemətlər: mövzumuz olan bölmədə Süleyman peyğəmbərə də nemətlər verildiyi bəyan edilmişdir. Bunlardan ilki küləyin onun əmri altına alınması, bir digəri də cinlərin onun əmrinə verilmiş olmasıdır.

Süleyman peyğəmbər dəniz ticarətinə əhəmiyyət verib, yelkənli gəmilərdən bir donanma qurmuşdu. Gəmilər yelkənləri sayəsində, qədimdən dəvə, qatır kimi vasitələrlə aylarla sürən yolçuluq məsafəsini qısaltmışdı. Mövzunun təfərrüatı Kitab-i Müqəddəsin 3-cü Krallar bölməsinin 9-cu Babında yer alır. Bu ticarət donanması Əqabə körfəzinin başında olan Ozio-Geberdən Ofirə gedib gəlirdi. Və o uzaq diyarlardan qızıl, fil dişi, sandal ağacı və qiymətli daşlar və ədviyyat kimi isti ölkə məhsullarından bərəkətli torpağa [Fələstinə] gəlir axıdırdılar, daşıyırdılar. Süleyman ölkəsini o dövrdə o qədər zəngin etmişdi ki, gümüşün dəyərcə daşdan fərqi yox idi.

Süleyman peyğəmbərin əmrindəki şeytanlar/cinnlər:

Bu mövzu daha əvvəl Sad və Cinn surələrində ələ alınmış və geniş olaraq açıqlanmışdı. Buna görə də, burada qısa bir xatırlatma etməklə kifayətlənəcəyik.

Burada bəhs edilən cinlər xalq kültüründəki cinlər deyildir.  Bunlar Süleyman peyğəmbərin atası Davud peyğəmbərin hünərli sənətkar adamları və onlara usta başçılığı edən Sur kralının göndərdiyi Huram ata və əmrindəki hünərli insanlardır.

Süleyman peyğəmbərin əmrindəki şeytanlar barəsində uydurulan əfsanələrin hamısı, ayədəki şeytanlar ifadəsinin, Qurandakı tanıdılmasından başqa, xalq kültürünə yerləşmiş xəyali yaradılışlar olaraq qəbuluna əsaslanır. Əslində isə Qurandakı şeytan ilə xalq kültüründəki “şeytan” arasında heç bir əlaqə mövcud deyil.

Xatırlayacağımız kimi, Təkvir və Nas surələrinin təhlili edilərkən “şeytan” mövzusuna da toxunulmuş və oxucu bir qədər məlumatlandırılmışdı. Orada edilən açıqlamalarda şeytanın lüğəti mənasının qısaca, “haqqdan uzaq olan” demək olduğu, bir qavram olaraq isə, şeytanın “haqqa və ağla zidd hərəkət edən hər cür insan, güc və qurumun ortaq və xarakteristik adı” olduğu qeyd edilmişdi. Süleyman peyğəmbər hekayəsində bəhs edilən şeytanlar da bu cür şeytanlardır. Yəni Süleyman peyğəmbər haqqında daima həqiqətə uymayan sözlər söyləyib, iftiralar yayan və Onun əleyhində planlar quran insanlardır.

Cinn olaraq xaraqterizə edilən bu varlıqların kimlər olduğu barəsində doğru bir təhlil edilə bilməsi üçün öncəliklə “dinlər tarixi” biliyinə ehtiyac vardır. Atası Davud peyğəmbərdən sonra onun mirasçısı olaraq ölkəsinin hökmdarı olan Süleyman peyğəmbər, Yaqub peyğəmbərin soyundan gələn bir Bəni İsrail peyğəmbəridir. Buna görə həm Müsəlmanların, həm də Əhl-i Kitabın [Yəhudi və Xristiyanların] inandığı və dəyər verdiyi bir insandır. Süleyman peyğəmbərlə əlaqədər xəbərlər Əhl-i Kitabda da mövcuddur. Əldəki Tövrat təhrif olunmuş olduğuna görə, dini bir qaynaq olaraq nəzərə alınması mümkün deyilsə də, tarixi bir qaynaq olaraq ələ alınmasında heç bir problem yoxdur. Çünki yazılı dini mətnlər də tarixin təməl qaynaqları arasındadır. Belə ki, Ana Britannica ensiklopediyası da, Süleyman peyğəmbərlə əlaqədər verdiyi məlumatların qaynağını Qədim Əhd olaraq göstərmişdir:

Hz. Süleymanın həyatı ilə əlaqədər məlumatların demək olar ki, hamısı Qədim Əhddən qaynaqlanır. Kitab-i Müqəddəs, Süleyman peyğəmbərin xidmətində olan insanların, atası Davud peyğəmbərin hünərli sənətkar adamları ilə onlara usta başçılığı edən Sur kralının göndərdiyi Huram ata və əmrindəki hünərli insanlar, sənətkarlar olduğunu qeyd edir. Süleyman peyğəmbərin əmrindəki şeytan xüsusiyyətli cinnlərin hünərli sənətkarlar olduğunu bildirən Quran ayələri ilə, bir tarixi qaynaq olaraq dəyərləndirdiyimiz Tövratın məlumatları bu mövzuda eynidır. Əslində elə Quranın bu ayələrini eşidən Əhl-i Kitab da, bu anlatmaya etiraz etməmişdir. Bütün bunlar Süleymana xidmət edən cinnləri, xalq kültüründəki xəyali cinlər olaraq açıqlayanların heç bir qaynaq və istinadlarının olmadığını göstərir.

Süleyman peyğəmbər haqqında yalan və iftira kampanyaları təşkil edən, ondan qurtulmaq və iqtidarını devirmək üçün əllərindən gələn hər şeyi edən şeytan xüsusiyyətli cinnlər, bu hünərli, amma məcburi çalışan sənətkarlardır. Süleyman peyğəmbər, bu vəziyyətin fərqində olaraq onlardan məcburi də olsa yararlanmağı sonuna qədər davam etmişdir.

Mövzunun detaylarını xatırlamaq istəyənlərə, bu mövzunun ələ alındığı bölmələri təkrar oxumalarını məsləhət görürük.

Mövzumuz olan bölmədəkı 78-ci ayədə, Quranda daha əvvəlki hekayələrdə yer almayan bir hadisədən bəhs edilir. Bu vəziyyət, bəhs edilən hadisənin o günün cəmiyyətlərində bilindiyini göstərir. Ayələrdə hadisənin mahiyyəti ilə əlaqədər məlumat verilməmiş, sadəcə Davud və Süleyman peyğəmbərlərin “qoyunların gecə əkin yeməsi” mövzusunu məsləhətləşərək, məsələnin necə bir hökmə bağlanacağı barəsində müzakirə etdikləri bildirilmişdir.

Bu barədə klassik qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Əkini Pozan Davar Haqqında Hökm. Bu hadisənin necə cərəyan etdiyi xüsusunda bu izah edilmişdir:

  1. Müfəssirlərin əksəriyyəti belə demişdilər: Hz. Davudun yanına birisi əkinin sahibi, digəri də sürünün sahibi olaraq, iki nəfər gəlir. Əkin sahibi: “Filankəsin davarları mənim əkinimə girdi və ondan heç bir şey buraxmadı” – dedi. Bundan sonra Davud (ə.s.): “Get, sürü sənindir” – hökmünü verdi. Sonra o ikisi oradan ayrıldılar və Süleymana (ə.s.) rast gəldilər. Bundan sonra Süleyman (ə.s.): “Aranızda necə hökm etdi?” – deyincə, onlar Davudun verdiyi hökmü söylədilər. Süleyman (ə.s.): “Kadı [hakim] mən olsaydım, başqa cür hökm verərdim” – dedi. Bu söz, Davuda (ə.s.) çatınca, Davud (ə.s.) Süleymanı (ə.s.) çağırdı və: “O ikisi arasında sən necə hökm edərdin?” – deyincə, Süleyman (ə.s.) belə dedi: “Mən davarları əkinin sahibinə verərdim. Beləliklə, o davarların südü, quzusu və yunu əkin sahibinin olardı. Ertəsi il əkin yeyildiyi günkü vəziyyətinə çatdığında, qoyunları geri sahibinə verərdim. Beləliklə də, əkin sahibi əkinini almış olardı”.
  2. İbn Məsud, Sureyh və Mukatil (r.a.) belə demişdilər: “Bir çoban gecə vaxtı, bir üzüm bağının yanına yataq qurdu [sürüsünü orada yatırdı]. Sonra çoban fərqində olmadan qoyunlar o bağa girdi. Üzüm budaqlarını yeyərək, bağı yararsız hala gətirdi. Ertəsi gün bağın sahibi Davudun (əs.) yanına getdi. Davud (ə.s.) da o bağın dəyəriylə qoyunun dəyəri arasında bir fərqlilik olmadığı üçün, qoyunların bağ sahibinin olacağı şəklində hökm etdi. Onlar çəkilib getdilər. Sonra Süleymana (ə.s.) rast gəldilər. Bundan sonra Süleyman (ə.s.) onlardan: “Aranızda necə hökm etdi?” – soruşduqda onlar Davudun (ə.s.) verdiyi hökmü anlatdılar. Süleyman (ə.s.): “Bu hökmdən başqa bir hökm hər iki tərəfin vəziyyətinə daha uyğun ola bilər” – dedi. Bu söz Davuda (ə.s.) çatdı. Sonra Davud (ə.s.) Süleymanı (ə.s.) çağırdı və ona: “Atalıq və peyğəmbərlik haqqı üçün, o iki tərəfin vəziyyətinə daha uyğun olan şeyi mənə xəbər verəcəksən” – dedi.

Bundan sonra Hz. Süleyman (ə.s.) “Sürünü, özündən yararlanmaq üçün, bağın sahibinə verirsən. Çoban isə əvvəlki halını alana qədər o bağı islah etməyə çalışır. Daha sonra sürünü sahibinə geri verirsən” – dedi. Davud (ə.s.) buna görə: “Hökm, sənin verdiyin hökmdür” – dedi və eyni qərarı verdi. İbn Abbas (r.a.) bu hökmü verirkən Hz. Süleymanın (ə.s.) yaşının on bir olduğunu söyləmişdir. [16]

Davud və Süleyman (ə.s).

Mürre kanalıyla İbn Məsuddan rəvayətlə Əbu İshak otladılan bu əkinin salxımları yetişmiş bir bağ olduğunu söyləyir. Şüreyh də belə söyləmişdir. İbn Abbas, ayədə keçən “النّفش ən-nəfşü” kəlməsinin otlatma mənasında olduğunu söylərkən Şüreyh, Zühri və Katade gecə otlatma mənasında olduğunu söyləmişdilər. Katade gündüz otlatmaya isə ərəb dilində “الهمل əl-həməlü” deyildiyini qeyd edir. İbn Cərir deyir ki: Bizə Əbu Küreyb Harun İbn İdris əl-Asammın… İbn Məsuddan rəvayətlərinə görə, o, “Davud və Süleymanı da… O zaman ki, onlar gecə ikən camaatın əkin yerlərinin içinə yayılan qoyunlar haqqında hökm verirdilər. Biz də qövmün qanunlarının nə olduğunu bilirdik…” ayəsi haqqında belə demişdir: Bu, salxımları yetişmiş bir bağ idi və qoyunlar onları pozmuşdu. Davud qoyunların bağ sahibinə aid olduğuna hökm etdi. Süleyman isə belə dedi: Ey Allahın peyğəmbəri, hökm bundan başqadır. Hz. Davud: Hökm necədir? – deyə soruşduqda, belə cavab verdi: Bağı qoyun sahibinə verərsən, əvvəlki halına dönənə qədər ona baxar. Qoyunları da bağ sahibinə verərsən. Onlardan istifadə edər. Nəhayət bağ əvvəlki halına döndüyü zaman bağı sahibinə, qoyunları da öz sahibinə verərsən. Budur, Allah Təalanın: “Biz bu hökmü dərhal Süleymana bəlli etmişdik” – ayəsi budur. Avf da eyni açıqlamanı İbn Abbasdan rəvayət etmişdir. Hammad İbn Sələmənin Əli İbn Zeyd kanalıyla … İbn Abbasdan rəvayətində o, belə anlatmışdır: Hz. Davud qoyunların əkin sahibinə aid olmasına hökm etmişdi. Çobanlar yanlarında köpəkləri ilə çıxdıqlarında, Süleyman onlardan: Aranızda necə hökm verdi? – deyə soruşdu. Onlar Hz. Davudun hökmünü xəbər verdilər. “Əgər işinizə mən baxmış olsaydım, bundan başqa bir hökm verərdim” – dedi. Bu Hz. Davuda xəbər verildikdə Hz. Süleymanı çağırdı və: “Aralarında necə hökm edərsən?” – deyə soruşdu. “Qoyunları əkin sahiblərinə verərəm, qoyunların balaları, südləri, yağları və faydaları onların olar. Qoyunların sahibləri də əkin sahiblərinin əkinçilik etdikləri kimi onlar üçün əkin əkərlər. Əkin əvvəlki halına çatdığı zaman əkin sahibləri əkini alar, qoyunlar da sahiblərinə geri verilər” – dedi. İbn Əbu Hatim deyir ki: “ Bizə atamın … Məsrukdan rəvayətində o, belə anladır ”Qoyunların içində otlamış olduğu əkin bağ idi. Qoyunlar orada otlamış və üzüm salxımı buraxmayıb, yemişdilər. Onlar [bağın sahibləri] Hz. Davudun yanına gəlmişlər və qoyunların sahibliyini onlara vermişdi. Hz. Süleyman belə dedi:  “Xeyir, əksinə qoyunlar alınar və bağ sahiblərinə verilər. Qoyunların südləri və faydaları onlara aid olar. Qoyunların sahiblərinə də bağ verilər, onu islah edər və təmir edərlər. Ta ki, qoyunların otladığı gecədəki halına gəlincəyə qədər… Sonra qoyun sahiblərinə qoyunları, bağ sahiblərinə də bağları verilər. Şüreyh, Mürrə, Mücahid, Katade, İbn Zeyd və bir çoxları da belə söyləmişdir. [17]

Bu hadisəyə Kitab-i Müqəddəsdə də, Yəhudi əsərlərində də toxunulmamışdır. Müsəlman müfəssirlərə görə bu hadisə belə meydana gəlmişdir: Bir adamın davarları gəcə vaxtı başqa bir adamın əkininə girmişdi. Əkin sahibi Davuda (ə.s.) şikayət etmiş, o da davarların tarla sahibinə verilməsinə hökm etmişdi. Lakin Süleyman (ə.s.) bu görüşü qəbul etməmiş və əkinlər əvvəlki halına gəlincəyədək, davarların tarla sahibində qalması fikrini önə sürmüşdü. Bununla əlaqədər olaraq Allah: “Biz doğru hökmü Süleymana öyrətdik” – buyurur. Lakin hüquqi yöndən belə bir məsələnin İslami hökmünün də olduğunu söyləyə bilmərik. Bu mövzuda Rəsulullahdan (s.əs) rəvayət olunan bir hədis yoxdur. Buna görə fakihlər bu mövzuda fərqli görüşlər önə sürmüşdülər.

Lakin ələ alındığı çərçivə daxilində bu hadisənin peyğəmbərlərin də, Allah verdiyi güc və qabiliyyətlərinə baxmayaraq, sadəcə bir insan olduqlarını vurğulamaq üçün anladıldığına diqqət edilməlidir. Bu hadisədə hər ikisi də peyğəmbər olduqları halda, Allah Hz. Süleymana göstərdiyi doğru yolu, Hz. Davuda (ə.s.) göstərmədiyi üçün o yanılmışdı. [18]

83,84Və Eyyub… O zaman ki, o: “Şübhəsiz, mənə zərər toxundu. Sən mərhəmətlilərin ən mərhəmətlisisən” – deyə Rəbbinə nida etmişdi və Biz Ona qarşılıq vermişdik. Sonra ondan zərərli olan şeyləri qaldırdıq. Və qatımızdan bir mərhəmət və qulluq edənlərə bir öyüd olaraq, ona ailəsini, yaxınlarını və itirdikləri ilə bir mislini daha verdik.

Bu ayələrdə Eyyub peyğəmbərin başına da sıxıntıların gəldiyi, onun da digər peyğəmbərlər kimi sadəcə Allahdan yardım dilədiyi, Allahın da səmimiyyətinə görə ona böyük lütflər etdiyi anladılır. Eyyubun (əs) burada xatırladılmasının səbəbi, başından keçənlərin ibrət verici və yaxşı bir öyüd nümunəsi olmasıdır.

Eyyub ilə əlaqədər daha əvvəl Sad surəsində bu məlumatlar verilmişdi:

  • 41Qulumuz Eyyubu da xatırla! Bir zaman o, Rəbbinə səslənmişdi: “Şeytan mənə ağrı, çətinlik, bəla və sıxıntı toxundurdu”.
  • 42“Dərhal, sürətlə, piyada olaraq oradan uzaqlaş! Bax budur, yuyunulacaq bir yer, soyuq içki!”
  • 43Və Biz ona ailəsini və onlarla birlikdə olanların bir mislini daha, tərəfimizdən bir mərhəmət və qavrama qabiliyyəti olanlar üçün bir ibrət olaraq, bəxş etdik.
  • 44“Və əlinə bir tutam/çimdik ot məsafəsindəki sərmayəni/ədviyyatçılıq üçün nanə, reyhan dəstəsi al, onunla dərhal, ruzi aramaq üçün səfərə çıx və qərarsız olma, doğru yoldan azma, günah işləmə”. Həqiqətən, Biz onun səbirli biri olduğunu gördük. O, nə gözəl quldu! Şübhəsiz, o, Rəbbinə çox-çox dönəndir. (Sad/41-44)

Eyyub (əs) da haqqında bir çox əsassız hekayə uydurulan peyğəmbərlərdən biridir. Haqqındakı söz-söhbətləri Sad surəsində ələ alıb, açıqladığımızdan, oradan oxunmasını məsləhət görürük.

85Və İsmayıl, İdris və Zülkifl… Hamısı səbr edən insanlardandı.

86Onları da mərhəmətimizin içinə aldıq. Şübhəsiz, onlar salehlərdən idilər.

Bu ayələrdə, İsmail, İdris və Zülkiflin də səbr edənlərdən olduqları və onların da Allahın rəhmətinə layiq olan saleh insanlar olduqları bildirilmişdir. Allahın rəhmətinə nail olmuş olmaları, üçünün də elçi olaraq seçildiklərini göstərir.

Bu üç peyğəmbərlə əlaqədər daha əvvəl bu ayələri görmüşdük:

  • 48İsmayılı, əl-Yəsəi və Zül-Kifli də an. Hamısı da xeyirlilərdəndir. (Sad/48)
  • 54Və Kitabda İsmayılı an/xatırlat. Şübhəsiz, o, əhdinə sadiq idi, bir elçi idi, bir peyğəmbər idi. 55Və o ailəsinə/ətrafına salaatı və zəkatı/vergini əmr edərdi. Və o Rəbbinin qatında məmnunluğa çatmışdı.
  • 56Və Kitabda İdrisi an/xatırlat. Şübhəsiz, o, özü-sözü doğru biri idi, bir peyğəmbər idi. 57Və Biz onu uca bir məkana yüksəltdik. (Məryəm/54-57)

Daha əvvəl Zülkifl və İdrislə əlaqədər olaraq aşağıdakı açıqlamaları etmişdik:

ZÜLKİFL. ذوالكفل [Zü-lkifl] adı Quranda 2 dəfə keçir. Zülkifl sözü “nəsib və qismət sahibi” mənasına gəlir. Bu sözlə ayədə qəsd edilən, o saleh adamın adı deyil, ləqəbidir. Lakin bu ləqəb burada, o insanın dünyəvi zənginliyini deyil, üstün şəxsiyyətini və axirətdəki dərəcəsini ifadə edir.

“Zülkifl”in kimliyi və milliyyəti haqqında bir çox fərqli görüş irəli sürülmüşdür. Onun Zəkəriyyə, İlyas, Nuhun oğlu Yeşu və ya Elyasa olduğunu söyləyənlər olduğu kimi, Eyyub peyğəmbərin özündən sonra peyğəmbər olan Bişr adındakı oğlu olduğunu söyləyənlər də vardır.

Allamə Alusi isə: “Yəhudilər onun İsrailoğullarının əsarəti dövründə [m.ö. 597] peyğəmbər təyin edilən və vəzifəsini Habur bulağı yaxınlarında bir bölgədə edən Hezekiel olduğunu iddia edirlər” – demişdir.

Kitab-i Müqəddəsdəki anlatmalar nəzərə alındığında, bu insanın Hezekiel olduğu yolundakı görüş ən uyğun görüş kimi durur. Çünki Hezekielin xüsusiyyətləri ayədə bildirilən xüsusiyyətə zidd deyildir və Hezekiel kitabı da artıq təhrifə məruz qalmamış yazılardan biri olaraq qəbul edilir:

Sonradan əlavə edilmiş az sayda parçanı o birilərdən ayırd etmək mümkündür, amma mətnin böyük bölməsinin gerçəkliyi şübhəsizdir.

Kitab-i Müqəddəsə görə, Qüdsü işgal edən Bahtunnasrın İsrailoğullarından aldığı və İrakda Habur bulağı yaxınlarındakı Tel-abibə yerləşdirdiyi əsirlərdən biri olan Hezekiel, ən çoxu 30 yaşındaykən peyğəmbərlik vəzifəsini almış və tam 22 il boyunca istər əsarətdəki İsrailoğullarına və istərsə də zalım idarəçiyə və adamlarına Allahın ismarıcını təbliğ etmişdir. Vəzifəsinin 9-cu ilində “gözlərimin sevgilisi” – deyə adlandırdığı xanımı ölən Hezekiel, ertəsi gün xanımının ölümünə ağlamağa gələnləri Allahın qəzəbiylə və dünyada gələcək olan yaxın əzabla xəbərdar etmişdir.

İDRİS. İdris peyğəmbər də Quranda iki dəfə anılmışdır. Ayələrdən öyrəndiyimizə görə, İdris peyğəmbər də sözündə duran, içi-çölü doğru bir insan və bir elçiydi. Etdiyi qulluq nəticəsində Rəbbi tərəfindən yüksək bir mərtəbəyə yüksəldilmişdi. Bu yüksək mərtəbə bizə görə, peyğəmbərlik rütbəsi və İsmail peyğəmbərin də çatdığı Allahın məmnunluğu mərtəbəsidir. İsrailiyyatın təsirində qalan bir çox müfəssir İdris peyğəmbərin yüksəldıldiyi mərtəbəni onun canlı olaraq göylərə çıxarıldığını, sonra da cənnətə yerləşdirildiyini anladan nağıllarla açıqlamışdılar. Rəvayətlərdəki uydurmalar zaman içində daha da şişirdilərək, “Qırx sual” adıyla şöhrət qazanmış olan kitabda əfsanələşdirilmişdir. Bu hekayələrdə İdris peyğəmbərin Tövratda adı keçən “Hanok” olduğu irəli sürülmüşdür.

İdris peyğəmbərin canlı olaraq göyə, cənnətə çıxışından başqa, onun ilk yazını yazan, ilk tikiş tikən, ilk Hesab edən və ilk silah işlədən insan olduğuna dair də hekayələr deyilmişdir:

87Və Zünnunu [qılınc sahibini, Ninovalını]… O zaman ki, qəzəblənərək getmişdi və özü­nü sıxıntıya salmayacağamızı sanmışdı. Sonra da, qaranlıqlar içində: “Səndən baş­qa tanrı deyə bir şey yoxdur! Səni tənzih edirəm. Şübhəsiz ki, mən səhv/öz zərərlərinə iş edənlərdən oldum!” – deyə səslənmişdi.

88Sonra da Biz ona cavab verdik və onu qəmdən/kədərdən qurtardıq. Və bax budur, inananları Biz belə qurtarırıq.

Bu ayələrdə Zünnun [Yunus] peyğəmbərə toxunulmuş, onun bədbinləşib, vəzifədən qorxub, qaçdığı, sonradan da özünü toplayıb, bədbinliklərdən qurtulduğu, Allaha dönüləcəyi halda Onun hər bədbinliyə yardım edəcəyi bildirilmişdir.

Yunus peyğəmbər burada “Nun sahibi” olaraq təqdim edilmişdir. Bir başqa ayədə isə “Hut sahibi” olaraq tanıdılmışdı. Bölmənin məzmunundan hər ikisinin də qəti olaraq Yunus peyğəmbəri xarakterizə etdiyi anlaşılır.

Ayələrdən anlaşıldığına görə, Yunus peyğəmbər vəzifəsini icra etdiyi dövrlərdən birində səbr edə bilməyib vəzifədən qaçmışdı. Bu ara bədbinliyə uğramışdı. Ağlını başına toplayıb, Allaha yalvardı. Allah onun tövbəsini qəbul etdi və vəzifəsini davam etdirdi.

Yunus Peyğəmbərlə əlaqədər Saffat surəsində çox geniş açıqlamalar etmişdik. Fərqli cilddə yer alması və əhəmiyyətli olduğuna görə, açıqlamalarımızı burada da nəql edirik.

  • 140O zaman ki, o, qaçaq bir kölə kimi, dolu bir gəmiyə doğru qaçmışdı.
  • 141Sonra o ox ilə püşk atdı, sonra da sübutu ləğv edilənlərdən/ifşa edilənlərdən biri oldu.
  • 142Sonra onu “doyumsuzluq/bədbinlik” udmuşdu/bürümüşdü. O da peşman olmuşdu.
  • 143,144Sonra əgər, şübhəsiz ki, o, Allahı nöqsan sifətlərdən arındıranlardan olmasa idi, tam yəqinliklə bilin ki, dirildiləcəkləri günə qədər depressiyanın içində qala­caq­dı.
  • 145Sonra Biz, o fikir sancısı çəkərkən, onu sahilə atdıq/onu bədbinlikdən qur­tardıq.146Onun üzərinə geniş yarpaqlılardan bir ağac bitirdik. 147Və onu əvvəl yüz min, sonra da daha çox insana elçi olaraq göndərdik.
  • 148Sonunda inandılar, Buna görə Biz də onları bir müddətə qədər faydalandırdıq. (Saffat/140-148)

Yunus peyğəmbər özünə verilən vəzifədən bədbinləşib səbr edə bilməmiş, qaçaq bir kölə kimi qaçmışdır. Daha sonra yaşadığı zehni mübarizə nəticəsində xətasını anlayıb, tövbə etmiş və içinə düşdüyü bədbinliklərdən qurtulmuşdur. Sonra da Rəbbimizin rəhməti ilə vəzifəsinə sarılıb, elçılik vəzifəsini yerinə yetirmişdir.

Xatırlanacağı kimi, Rəbbimiz, daha əvvəl ismini vermədən ləqəbiylə Yunusa toxunmuş, peyğəmbərimizə də onun kimi etməməsini, səbirlə elçılik vəzifəsini davam etdirməsini xəbərdarlıq etmişdi:

  • 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş insan kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda, Rəbbinə səslənmişdi. 49Əgər Rəbbindən ona bir yaxşılıq yetişməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi.    (Qələm/48-50)

Yunus hekayəsı İsrailiyyat təsiriylə qəbul edilmiş və bu xüsusda bir çox əfsanə meydana çıxarılmışdır. Gəmi səfərində püşk çəkilməsi, püşkün Yunusa (əs) çıxması, Yunusun (əs) özünü dənizə atması və Yunusun (əs) balığın qarnındakı vəziyyəti ilə əlaqədər nəqlləri Saffat surəsinin təhlilində uzun-uzadı sitat verdiyimiz üçün maraqlananlara bəhs edilən nəqlləri oradan oxumalarını məsləhət görürük.

Yunusu Hut Udması.

Ümumiyyətlə “onu balıq utdu” – deyə çevrilən sözün mahiyyəti ilə əlaqədər olaraq Əraf/163-ün təhlilini edərkən “hut” sözü ilə bağlı geniş bir açıqlama etmişdik. Əhəmiyyətinə görə, o açıqlamamızın qısa bir xülasəsini burada təkrar veririk. Ancaq mövzunun daha yaxşı anlaşıla bilməsi üçün o bölmənin tamamının oxunmasının daha yararlı olacağını düşünür, əlaqədər bölmənin oradan oxunmasını məsləhət görürük.

“Hut” sözü, dilçilərin bir qisminə görə “balıq”, bir qisminə görə isə “böyük balıq” deməkdir. Bu mənasıyla söz, şirin və duzlu sularda yaşayan soyuqqanlı onurğalıların ümumi adı olmaqla bərabər, qədim çağlardan bəri bilinən bürclər qurşağındakı bir qrup ulduzun adı olaraq da işlədilır.

Ancaq Quranı doğru anlamaq üçün sözlərin adətən işlədilməsini deyil, doğru mənalarını bilmək lazımdır.

“Hut” sözünün keçdiyi qədim şeirlərdən biri “Və Sahib la hayre fi şəbabihi/Hutən, iza ma zadəna/…” şəklindədir. Söz bu misrada “ağır-ağır da udsa, tez-tez də udsa, özünə kafi gəlməyən [doymayan, doyma hissi olmayan]” mənasında işlədilmişdir.

Bu əsas açıqlamadan anlaşıldığına görə, “hut” sözü əslində doyma hissi olmadığı və doyduğunu bilmədiyi üçün balıqlara yaraşdırılmış bir sifətdır, balıq demək deyildir. Belə ki, hər kəsin bildiyi kimi, sularda yaşayan balığın əsas adı “semək”dir. Balıqlarda doyma hissinin olmaması, yemələrinə ara vermə səbəbinin doymaları deyil, tıxanmaları olması bu gün artıq elmi bir faktdır. Balıqların bu xüsusiyyətlərini bilməyən həvəskar akvariumçuların, gündəlik ehtiyacdan artıq yemlədikləri təqdirdə çatlayaraq ölən balıqlarla qarşılaşdıqları, gündəlik həyata əks olunmuş bir reallıqdır. Balıq acgözlüyünün balıq cinsləri etibariylə göstərdiyi xüsusiyyətlər isə Su Məhsulları Fakültələrinin araşdırma hesabatlarına da daxil edilmişdir.

Buna görə, “hut” və “havt” sözlərinin mənalarını “öfkə, doyumsuzluq” olaraq ifadə etmək mümkündür.

“Hut” sözünün Quranda yer aldığı bölmələrdəki anlatma nəzərə alındığında, sözün daima “səbəbiyyət məcaz-i mürsəli” şəklində işlədildiyi görünür. Yəni, səbəb olan “öfkə və doyumsuzluq” zikr edilir, lakin öfkənin insanda səbəb olduğu “bədbinlik və pessimizm” qəsd edilir.

Quranın anlatma xüsusiyyətləri və ayə çeşidləri nəzərə alındığında, bəzi sözlərin məcaz mənalarda işlədildiyi, beləliklə də, Yunus peyğəmbərlə əlaqədər ifadələrin mütəşabih olduğu anlaşılır:

  1. Qələm/48-dəki “makzum” sözü əslində “boğazın tıxanması, sıxıntıdan nəfəs ala bilməmək” deməkdir. Sözün bu mənası Türkcəyə “nəfəs-nəfəsə”, “təngənəfəs”, “havasızlıqdan boğulacaq halda” deyimləriylə çevrilə bilir. Ancaq bu nəfəs darlığı, içində olan dərddən, sıxıntıdan, iztirabdan da qaynaqlana bilir. Belə ki, Yunus peyğəmbərlə əlaqədər digər ayələr nəzərə alındığında, bu nəfəs darlığının sözün həqiqi mənasına uyğun olaraq, havasızlıqdan deyil, sıxıntıdan qaynaqlandığı anlaşılır.
  2. Ənbiya/87-də Yunus peyğəmbərin “qaranlıqlar içində” olduğu bildirilmişdir. Buradakı qaranlıq da yenə sözün həqiqi mənasına uyğun olan “işıqsızlıq” deyil, zehni bədbinlikdir. Bunu anlamaq üçün Bəqərə/257-yə baxmaq lazımdır:

257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/257)       

Göründüyü kimi, nə Uca Allah qaranlıqda qalanları qurtarmaq üçün onlara işıq tutacağını söyləyir, nə də Tağut, azdırdıqlarını işıqlarını söndürərək qaranlığa sürükləir. Beləliklə, nur “mənəvi aydınlıq, xoşbəxtlik”, qaranlıq isə “zehni qaranlıq, bədbinlik” mənasına gəlir.

  1. Ənbiya/88-də Rəbbimiz Yunus peyğəmbəri “ğamm”dan qurtardığını bildirir. “Ğamm” sözü və törəmələri həqiqi mənasında “bulud” deməkdir. Lakin söz məcazən “kədər, üzüntü, sıxıntı, bədbinlik, qaranlıq” mənalarında da işlədilir. Belə ki, dilimizə də bu mənasıyla keçmişdir. Beləliklə, “ğamm” sözü bu ayədə Yunus peyğəmbərin buluddan qurtarıldığını deyil, kədərdən, qəmdən qurtarıldığını ifadə edir.
  2. Saffat/142-dəki “onu hut udmuşdu” ifadəsi, Yunus peyğəmbərlə əlaqədər digər ayələr nəzərə alındığında, Yunus peyğəmbərin kədərdən boğulduğu, sıxıntıya düşdüyü, bədbinliyə düçar olduğu mənasına gəlir. Yunus peyğəmbərin dopdolu [yükünü tam olaraq almış] bir gəmiyə doğru qaçdığı [getdiyi] xatırlanacaq olursa, dopdolu olduğuna görə gəmiyə minə bilməməsi onu üzmüş, bədbinliyə uğratmış olmalıdır.

İstər “hut” sözünün əsas mənası, istərsə də Yunus peyğəmbərlə əlaqədər ifadələrin mütəşabih olması, Yunus peyğəmbərlə əlaqədər ayələrdəki “hut” sözünün “balıq” mənasında işlədilmədiyini göstərir. Buradan hərəkətlə deyilə bilər ki, Kəhf/61 və 63-də keçən Musa peyğəmbərin “hut”u da Yunus peyğəmbərin “hut”u kimi balıq deyil, düşmüş olduğu bədbinlikdir, pessimizmdir.

Üzərində durulmalı olan bir başqa nöqtə də 141-ci ayədə keçən “ساهم sahəmə” və “المدحضين müdhadıin” sözləridir. Ümumilikdə ayə “Sonra o, püşk çəkdi və uduzanlardan oldu” şəklində tərcümə edilmişdir. Əslində isə biz bu iki sözün mövzumuz olan ayədə, ənənəvi tərcümədən fərqli bir məna qazandırdığı qənaətindəyik.

Buna görə də hər iki sözü daha yaxından təhlil edəcəyik:

 “ساهم SAHƏMƏ”. Bu sözün kökü “ سهم səhm” sözüdür. “Səhmə”, bəzən “nəsib, həzz” mənasında işlədilsə də, sözün əsas mənası “ox”, qumarda, püşk atılanda işlədilən ox deməkdir. Söz “üzün dəyişməyi [xəstəlikdən, can sıxıntısından, xəcalətdən saralması, qızarması]” mənasında da işlədilir. [19]

Mövzumuz olan “Sahəmə” isə, eyni kök felin Mufaələ qəlibindən gələn bir sözdür. Mufaələ qəlibi felə “muşarəkat [işteşlik]” mənası qazandırdığından, “Sahəmə” feli də bu qəlibdə “ox çəkişdi” mənasına gəlir.

141-ci ayəyə bu məna nəzərə alınaraq baxıldığında, Yunusun [əs] mindiyi gəmidə biriləri ilə çəkişdiyi [qarşılıqlı oxları çəkişdikləri], ya da Yunusun [əs] öz-özüylə mübarizə etməsi, ağlı ilə hissi arasındakı oxlaşması, qavğası anladılmaq istənmişdir. Əslində elə 145-ci ayədə “o sakim/xəstə, bikef ikən [fikir sancısı çəkərkən]” ifadəsi yer alır. Muşarəkat hər zaman çoxluq arasında olmayıb, tək insanda da ola bilir. Yunusun [əs] öz-özünə etmiş olduğu fikir çəkişməsi də iştəşlik ehtiva edən bir fəaliyyətdir.

 “المدحضين MÜDHADIİN”: Bu sözün kökü “ دحض dhd” feli olub “sürüşkən bir məhəldən ayağı sürüşdü” deməkdir. Mövzumuz olan “müdhadıyn” sözü bu felin İfal qəlibindən gəlmişdir və mənası “ayağın sürüşdürülməsi” deməkdir. Söz atın, dəvənin ayağının sürüşməsi mənasında işlədildiyi kimi, insanın sınanması üçün irəli sürdüyü dəlillərin ləğv edilməsi, işə yaramaması mənasında da işlədilir. [20] Buna görə, bəhs etdiyimiz sözün mənası da “ayağı sürüşdürülmüşlərdən”, “dəlili ləğv edilmiş, dəlili təkzib edilmiş olanlardan” deməkdir.

Söz, bəhs etdiyimiz ayədən başqa bu ayələrdə də işlədilmişdir:

  • 56Və Biz elçiləri ancaq müjdə verənlər və xəbərdar edənlər olaraq göndəririk. Kafirlər də haqqı batillə ləğv etmək/ortadan qaldırmaq üçün mübahisə edirlər. Və onlar ayələrimizi və qorxudulduqları şeyləri lağa qoydular. (Kəhf/56)
  • 5Onlardan öncə Nuh qövmü və onlardan sonrakı bəzi müxalif qruplar yalan saydılar. Hər ümmət öz elçilərini yaxalamaq üçün cəhd etdi/onunla haqqı batillə ləğv etmək üçün mübahisə etdilər. Mən də onları yaxaladım. Bax budur, əzabım necə oldu? (Mömin/5)
  • 16Və özünə qarşılıq verildikdən sonra Allah haqqında mübahisə edənlər. Onların dəlilləri Rəbbi qatında ləğv edilmişdir. Və onların üzərində bir qəzəb vardır, çətin əzab da onlar üçündür. (Şura/16)

Artıq aydın olur ki, Yunus (əs) nə püşk çəkmiş, nə də püşkdə uduzmuşdur. O, qaçış səbəblərinin keçərli olmadığını anlamışdır. Ya da biriləri ona bunu anlatmışdır.

Qaçmaq – Hicrət. Ayədə Yunusun (əs) qaçdığı, həm də sahibindən qaçan bir kölə kimi qaçdığı anladılır. Bunun açıq mənası “vəzifədən qaçmaq”dır. Hicrət isə öhdəyə götürülən vəzifəni, vəzifəni verənin izni və ya əmri ilə bir başqa yerdə davam etməyə getməkdir. Peyğəmbərimiz Məkkədən ayrılarkən vəzifədən deyil Məkkəlilərdən qaçırdı. Məqsədi öhdəsinə götürdüyü vəzifəni başqa şəraitlərdə davam etdirmək idi. Buna görə də, Peyğəmbərimizin hicrəti həm əmrlə olmuş, həm də hicrət edənlər tərifə layiq olmuşdular. Peyğəmbərimizin hicrəti ilə Yunus peyğəmbərin qaçışı arasındakı təməl fərq budur.

  • 10Onların söylədiklərinə/söyləyəcəklərinə də səbr et. Və gözəl bir ayrılıqla onlardan ayrıl, (Müzzəmmil/10)
  • 218Şübhəsiz ki, iman edən kimsələr, yurdlarından başqa yurdlara köçən kimsələr və Allah yolunda əzm göstərən kimsələr Allahın mərhəmətini umarlar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Bəqərə/218)
  • 195Buna görə də, Rəbbi onlara qarşılıq verdi: “Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır”. (Al-i İmran/195)

Saffat/145-dəki “Sonra Biz, o xəstə ikən [fikir sancısı çəkərkən]…” ifadəsindən Yunus peyğəmbərin də İbrahim (əs) kimi bir xeyli fikir işgəncəsi, zehni əzab çəkdiyi anlaşılır.

Saffat/142-145-ci ayələrdən anlaşılan vəziyyət budur: Yunus (əs) Allaha tövbə edib yalvarmış, Allah da onu içində olduğu qaranlıqlardan, bədbinlikdən qurtarmışdır.  Yunus (əs) daha sonra qövmünə getmiş, onları təkrar Allaha çağırmışdır. Qövmü də bu dəfə çağrısına qulaq vermiş, yüz mindən artıq nüfuzuyla Yunusa iman etmişdir.

Saffat/147-ci ayədəki “ أو ev” ədatı ümumiyyətlə “və ya” deyə tərcümə edilmişdir. Halbuki bu ədat, burada olduğu kimi “hətta” mənasında da işlədilir. [21]

89,90Və Zəkəriyyə… Həmçinin o Rəbbinə: “Rəbbim! Məni tək başıma buraxma! Sən varislərin ən xeyirlisisən!” – deyə səslənmişdi və Biz onun üçün qarşılıq vermişdik. Və özünə Yəhyanı ehsan etdik. Onun üçün zövcəsini düzəltdik/doğum edə bilən hala gətirdik. Şübhəsiz ki, onlar xeyirlərdə yarışırlar, umaraq və qorxaraq Bizə yalvarırdılar. Və Bizə qarşı dərin hörmət duyurdular.

Bu ayələrdə Zəkəriyyə peyğəmbərə toxunulmuş, onun vəziyyəti, duasının qəbulu və özünə Yəhyanın lütf edilməsi və Yəhya ilə birlikdə nümunə qulluqları nəql edilmişdir.

Zəkəriyyə peyğəmbərlə əlaqədər geniş məlumat Məryəm/2-11 və Al-i İmran/38-41 surələrində verilir

Ayədəki “və həyat yoldaşını düzəltdik” ifadəsi, “doğum etməyə mane olan əngəlləri ortadan qaldırdıq, doğum edə biləcək bir hala gətirdik” – deməkdir. Buradan anlaşıldığına görə Zəkəriyyənin gec yaşa qədər uşaq sahibi ola bilməməsi, həyat yoldaşının rahatsızlığından qaynaqlanırdı. Rəbbimiz Zəkəriyyəyə lütf olaraq həyat yoldaşını sağlığına qovuşdurub, uşaq sahibi olmalarını təmin etmişdir.

Bu peyğəmbərlərin surədə xatırladılması yenə ibrət və öyüd məqsədlidir. Heç bir peyğəmbər Tövhiddən kənar bir şey etməmış, özlərini ön plana çıxarmamışdır. Onlar hər zaman könüllərini Allaha açmışlar, sadəcə Ona dua etmişdilər.

91Və o, namusunu həssaslıqla qoruyan qadın! Bax budur, Biz onu təhlükəsiz vəhyi­mizlə bilikləndirdik. Və özünü və oğlunu aləmlər üçün bir əlamət/nümunə etdik.

Məryəmin iffətinə və Allahın ona lütf etdiyi mövqeyə toxunulan bu ayədə, dolaylı olaraq İsa (əs) peyğəmbərə də işarə edilmişdir. Məryəm haqqındakı “namusunu həssaslıqla qoruyan qadın” ifadəsiylə atasız uşaq doğduğuna görə Məryəmə isnad edilə biləcək günahlandırmalar rədd edilmişdir.

Məryəmlə əlaqədər daha əvvəl Məryəm/16-35 təhlilində geniş məlumat verilmişdir.

“Məryəmə ruh üfürülməsi” mövzusunu Məryəm surəsindəki açıqlamamızdan qısaca nəql edir, mövzunun təfərrüatı üçün əlaqədər bölmənin oxunmasını məsləhət görürük.

Quranda Məryəmə ruh üfləndiyi bu iki ayədə də ifadə edilmişdir:

  • 12Və Allah namusunu bir qala kimi qoruyan, İmran qızı Məryəmi də nümunə göstərdi. Bax budur, Biz onu vəhyimizlə az da olsa bilikləndirdik. O da Rəbbinin kəl­mə­lərini və kitablarını doğrulayıb, tətbiq etdi və həmişəlik hörmətdə duranlardan oldu. (Təhrim/12)  
  • 171Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Və Allah haqqında doğrudan başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə “ilka” etdiyi/çatdırdığı kəlməsi və Özündən bir ruhdur, vəhy vasitəçiliyi ilə doğulmuş biridir. Ar­tıq Allaha və elçilərinə inanın. Və: “Üçdür” – deməyin! Son verin! Belə sizin üçün da­ha yaxşı olar. Allah ancaq bir tək ilahdır. O, Özü üçün bir övlad olmasından arın­mışdır. Göylərdə və yer üzündə olan hər şey yalnız və yalnız Onundur. “Bütün var­lıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəs­tək­ləyərək həyata keçirən” olaraq Allah yetər. (Nisa/171)

Ruh üfürmə”nin “az bir biliklə bilikləndirmək” mənasına gəldiyi daha əvvəl açıqlanmışdı. (Təbyinü’l-Quran; c.1, səh.573) Bu ayələrdən, Məryəm validəyə bəzi xüsusi məlumatların lütf edildiyi anlaşılır. Ancaq bu mövzunun təfərrüatı Al-i İmran, Məryəm və Ənbiya surələrindəki əlaqədər bölmələrdən alınmalı və bu hadisə Qurandakı bölmə bütünlüyü içində, Zəkəriyyənın (əs) vəziyyətini açıqlayan ayələrlə birlikdə ələ alınmalıdır. Çünki yaşlı bir adam olan Zəkəriyyənin (əs) və qısır həyat yoldaşının övlad sahibi olması ilə Məryəmin kişisiz uşaq doğması, ardıcıl dövrlərdə meydana gəlmişdir.

Ənbiya/91 və Təhrim/12-də keçən “ruh üfürmə” təbiri, Nisa/171-də “ilqa [buraxma, çatdırma]” təbiri ilə açıqlanır. “Ruh üfürmə” təbirinin “az bir biliklə bilikləndirmək” mənasına gəldiyi artıq bilindiyinə görə, Məryəmə üfləndiyi bildirilən ruhun da onun hamilə qalması üçün bətninə edilən fiziki bir üfürmək deyil, məbəddə Zəkəriyyənin (əs) himayəsində olduğu sırada Məryəmə lütf edilən məlumat/bilik olduğu anlaşılır. Qurana görə eyni cür məlumat/bilik daha öncə Zəkəriyyəyə (əs) verilmiş, onun həm yaşlı, həm də qısır olan xanımı da bu məlumat/bilik ilə Yəhyanı doğmuşdur. Daha sonra bu müqəddəs məlumatı/ismarıcı Məryəmə çatdırmaqla vəzifələndirilən Zəkəriyyə (əs), Allahın elçisi olaraq, vəzifəsini etmiş və müqəddəs biliyin doğruluğuna dəlil olaraq da, bu məlumat sayəsində “sağlam” bir insan olaraq doğulan Yəhyanı göstərmişdir.

 “Məryəmin ailəsini tərk etməsinin səbəbi olaraq “heyz gördüyü üçün utanmışdı” və ya “hamilə olduğuna görə uzaqlaşmışdı” tərzində edilən yaraşdırmalar, ayənin orijinal mənasını pozmaqdan başqa bir şey deyildir. Bizim qənaətimizə görə, Məryəm problemlidir və problemlərinə görə yaxın ətrafından uzaqlaşmışdır.

Məryəmin probleminin nə olduğunu anlama barəsində Al-i İmran/36, 37, 42 və 43-cü ayələrindəki bəzi ifadələri bir ipucu olaraq dəyərləndirmək mümkündür:

  • 35Həmçinin bir zaman İmranın zövcəsi: “Rəbbim! Qətiliklə mən qarnımdakını tam səmimi olaraq sənin üçün nəzir etdim. Sən də məndən qəbul et, şübhəsiz ki, Sən ən yaxşı eşi­dən­sən, ən yaxşı bilənsən” – demişdi.
  • 36Onu dünyaya gətirdikdə isə: “Rəbbim, şübhəsiz ki, mən onu qız doğdum. Halbuki, Allah onun doğduğu şeyi daha yaxşı bilir – oğlan qız kimi deyildir. Və şübhəsiz, ona Məryəm adını verdim. Və şübhəsiz, mən onu və soyunu şeytan-i racimdən – qovulmuş/qatil, əsilsiz söz və düşüncə törədən, qaranlığa daş atan şeytandan sənə sığındırıram” – dedi.
  • 37Buna görə də Rəbbi Məryəmi gözəl bir qəbul ilə qəbul etdi. Və onu gözəl bir fidan kimi bitirdi və ona – Məryəmə, İsanı qeyri-qanuni şəkildə doğmayıb, Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyəni zamin etdi. Zəkəriyyə nə zaman onun yanına/özəl otağa girsə, onun yanında bir ruzi görürdü. Zəkəriyyə: “Ey Məryəm! Bu sənə haradandır?” – dedi. Məryəm də: “O, Allah qatındandır” – dedi. Şübhəsiz, Allah dilədiyini hesabsız ruziləndirir. (Al-i İmran/35-37)        
  • 42,43Və həmçinin xəbərçi ayələr: “Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tərtəmiz biri etdi və səni aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə hörmətli ol, Ona boyun əyib təslimiyyət göstər və Allahı birləyənlərlə bərabər, sən də Allahı birlə!” – demişdilər. (Al-i  İmran/42, 43)       

Yuxarıdakı ayələrdə edilmiş olan vurğulardan hərəkət edilərək, hadisələrin inkişafı və Məryəmin problemləri haqqında bəzi ehtimallar edilə bilər:

Məryəm, oğlan uşağı istəyən və gözləyən, uşaq qız doğulunca da heç də sevinməyən bir ailənin övladı olaraq dünyaya gəlmişdir. İmranın xanımının “Onu qız doğdum” ifadəsinin dərhal ardınca gələn Rəbbimizin “halbuki Allah onun doğduğu şeyi daha yaxşı bilir” şəklindəki ifadəsi, Məryəmin İmranın xanımının zənn etdiyi və ayədə dilə gətirdiyi kimi olmadığını göstərir.

Digər tərəfdən Al-i İmran surəsinin 37-ci ayəsindəki “Və onu gözəl bir bitki olaraq bitirdi” ifadəsi də, Məryəmin normal bir insan xüsusiyyətindən çox, bir bitki xüsusiyyəti daşıdığını düşündürür.

Bir insanın bitki xüsusiyyətində olması Rəbbimizin yaradılış qanunlarına zidd deyildir. Çünki insanın yaradılış mərhələlərindən biri də bitkilik mərhələsidir:

  • 17Və Allah, sizi yer üzündən bir bitki olaraq bitirdi. (Nuh/17)      

Məryəmin daha sonra erkəksiz hamilə qaldığı da nəzərə alınarsa, bitki xüsusiyyətində olması onun eynilə çiçəkli bitkilərin çoxunda göründüyü kimi “birevli” quruluşda olduğu, yəni vücudunda həm erkək, həm də dişi törəmə orqanı olduğu ehtimalını ortaya çıxarır ki, bizim qənaətimiz də bu yöndədir.

Bu qənaətimizi doğrulayan bir xüsus da Al-i İmran/42-dəki “… səni aləmlərin qadınlarından seçdi” ifadəsidir. Çünki bu ifadə ilə qeyd edilən seçkinlik, Məryəmin məziyyətlərinə görə digər qadınlardan üstünlüyünü deyil, onun bioloji fərqliliyini, artıqlığını, fiziki baxımdan digər qadınlarla eyni quruluşda olmadığını anladır.

Məryəmin birevli (hermofrodit) quruluşda olması, onun əhlini tərk edib, uzaq bir yerdə tək başına yaşamağa getməsinin səbəbini də izah edir. Yəni Məryəm hər problemli insanın edə biləcəyi kimi, orqanizmindəki bu fərqliliyin meydana gətirdiyi psixoloji sıxıntı ilə evini tərk etmişdir.

Həmçinin Məryəmin “Mənə bir bəşər toxunmamışdır” şəklindəki ifadəsi də, onun birevli quruluşda olmasına uyğun bir ifadədir. Çünki Məryəm “Mənə bir kişi toxunmamışdır” deməmiş, həm kişi, həm də qadın üçün istifadə edilə biləcək bir ifadə işlətmişdir.

Bütün bunlardan başqa, Məryəmdən rüku edən kişilərlə bərabər rüku etməsinin istənməsi də çox maraqlıdır. Yəni Məryəmə həniflik barəsində öhdəliyini kişi olaraq yerinə yetirməsi bildirilmişdir. Ayədəki “ər-Rakiin” ifadəsinin kişi cinsi olaraq gətirilməsi hər halda sadəcə qafiyə olsun deyə deyildir.

Bir diqqət çəkən məqam da odur ki, Ənbiya/92-də Məryəmə işarə edən əvəzliklər müənnəs [qadın cinsi], Təhrim/12-də əvəzliklərdən biri müzəkkər [kişi cinsi], digəri müənnəs [qadın cinsi] olaraq yer almışdır.

Tamamilə Quran ayələrindəki ifadələrə istinad etdiyimiz bu ehtimallar, elmi reallıqlarla da heç bir ziddiyyət təşkil etmir:

Birevlilik/hermafroditlik ya da iki cinsiyyətli olaraq da bilinir. Eyni bir fərddə erkək və dişi törəmə orqanlarının birlikdə mövcud olması. Çiçəkli bitkilərin çoxunda … iki cinsiyyətlilik görülür. (Ana Britannica; c:11, s:313)

Psevdo hermafroditlik: … Qadın tipli psevdo-hermenevtiklərdə yumurtalıqlar olsa da, ikincil cinsi xüsusiyyətlər və xarici reproduktiv orqanlar kişilərinkilərə bənzəyir. Ümumiyyətlə, yeniyetməlik dövründə qadına xas ikincil cinsi xüsusiyyətlər də inkişaf edir. … Kişi tipində psevdo hermafroditlikdə xayalar olsa da, ikincil cinsi xüsusiyyətlər və xarici reproduktiv orqanlar dişilərinkinə bənzəyir. Bu zaman döldə xayaların ifraz etdiyi testosteron hormonu bilinməyən bir səbəbdən bədəndə lazımi dəyişiklikləri edə bilməmişdir. Ən çox yayılmış tipdə xarici reproduktiv orqanlar tamamilə qadın reproduktiv orqanları görünüşündədir; Yeniyetməlik dövründə qadına xas ikincil cinsi xüsusiyyətlər meydana çıxır. Bunun əksinə olaraq cinsi vəzilər və cinsi xromosomlar insanın kişi olduğunu göstərir. Bu tip pozğunluq adətən qız olduğu düşünülən uşaq yetkinlik yaşına girdikdə, lakin menstruasiya başlamadıqda aşkara çıxır. Bədəndəki toxumalar kişi cinsi hormonlarına çox az reaksiya verdiyindən və ya heç bir reaksiya vermədiyindən və xarici reproduktiv orqanlar qadınınkına bənzədiyindən uşaq qız kimi böyüdülür. …(Ana Britannica; c:32, s:74)

92Şübhəsiz ki, bu bir tək ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda, Mənə qulluq edin.

48-91-ci ayələrdə keçmişdəki bütün peyğəmbərlərin özlərinə göndərilən vəhy istiqamətində hərəkət etdikləri ismarıcı verildikdən sonra, bu ayədə də inanan cəmiyyətlərin inanc və dindəki birliyinə diqqət çəkilmişdir: “Şübhəsiz bu, bir tək ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda mənə qulluq edin”.

Daha əvvəl geniş şəkildə açıqladığımız kimi, “ümmət” sözü, “öz iradələriylə və ya bir məcburiyyət nəticəsində eyni zamanda eyni yerdə olan; yaxşı, ya da pis eyni inanca sahib olan; eyni amacı güdmək nəticəsində bir arada yaşayan insan cəmiyyəti” deməkdir.

Ayədəki  “… sizin ümmətinizdir” ifadəsindən anlaşıldığına görə, burada xitab peyğəmbərlərlə birlikdə, bütün möminlərədir. Onlara vəhyə uymaqdan və sadəcə Allaha qul olmaqdan başqa yol olmadığı, olmayacağı açıqlanmışdır.

Aşağıdakı ayələrdən də anlaşılacağı kimi, burada bəhs edilən “ümmət”, bütün peyğəmbərlərin öyrətdiyi “Tövhid cəmiyyəti”dir; şirkə bulaşdırılmamış, firqələrə bölünməmiş “İslam dini”dir.

Burada bunu da qeyd etmək lazımdır ki, burada bəhs edilən birlik, inanc birliyidir. Yoxsa hər peyğəmbərə eyni şəriət verilmiş deyildir. İlk peyğəmbərdən son peyğəmbərə qədər hamısının təlimi inanc birliyinə əsaslanmasına qarşılıq, yaşadıqları bölgə və dövrə görə hər peyğəmbərin sosial həyatdakı tətbiqatlarında bəzi fərqliliklərdən bəhs edilə bilər.

  • 48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir. (Maidə/48)

Bu vurğunu bu ayələrdə də görürük:

  • 51Ey elçilər! Təmiz, xoş, faydalı şeylərdən yeyin və saleh əməl işləyin. Şübhəsiz ki, Mən sizin etdiklərinizi çox yaxşı bilənəm.
  • 52Və bax budur, bu, bir tək ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda mənim qorumam altına girin. (Möminlər/51, 52)

93Halbuki, ortaq qoşanlar işlərini aralarında parça-parça etdilər. Hamısı yalnız və yalnız Bizə dönənlərdir.

94Belə isə, kim inanmış olaraq, düzəltmək yönündə işlər edərsə, onun əməyinə qarşılıq ədalətsizlik edilməyəcəkdir. Biz həm də heç şübhəsiz, onu yazanlarıq.

Əslində hər kəs Vəhyin birliyi istiqamətində şirk qoşmadan, tək bir ümmət olmalı ikən, inkarçılar vəhydən üz çevirərək, Allaha dönməli ikən, parça-parça qruplara ayrılıb Allahın yolundan başqa yollar tutmuşdular. Rəbbimiz onları bu münasibətlərınə görə qınayarkən, iman edənlərin və salihatı işləyənlərin əməklərinin boşa getməyəcəyini, hamısının qeyd edildiyini bildirərək onları doğru yola dəvət edir.

İman edən və salihatı işləyənlərin əməllərinin qarşılıqlarının zay olmayacağı, ödənişlərini artıqlamasıyla alacaqları bir çox dəfə (Al-i  İmran/195, Nəcm/39-41, İsra/19, Yunus/4,  Yunus/9, Mömin/38-44, Məryəm/76, Həcc/50, Hud/11, Zilzal/7, 8)  bildirilmişdir.

95Və dəyişikliyə/dağıntıya uğratdığımız bir şəhər üzərinə qanun qoyulmuşdur: “Şübhəsiz, bunlar dönməyəcəklər!”

96Hətta hücumçu əsgərlər və komandiri hücuma keçdiyi zaman onlar yüksək təpədən axıb çıxarlar.

97Və gerçək vəd yaxınlaşdığı zaman kafirlərin gözləri dönür: “Vay bizim halımıza! Qətiliklə biz bundan biliksizlik/laqeydlik içindəydik. Əslində biz səhv/öz zərərlərinə iş edən insanlar idik”.

Bu ayələrdə, küfr etmiş insanların etdiklərinin onlara qazanc olaraq qalmayacağı, mütləq cəzalandırılacağları, dünyada ikən işğalçılar tərəfindən zəbt ediləcəkləri, sonunda da Allaha dönəcəkləri: “Vay bizim halımıza! Qətiliklə biz bundan biliksizlik/laqeydlik içindəydik. Əslində biz səhv/öz zərərlərinə iş edən insanlar idik” – deyəcəkləri bildirilir.

İlk ayədəki “həlak etdiyimiz” ifadəsi “yox etdiyimiz” mənasında qəbul edilməməlidir. “هلاك Həlak” sözü “dəyişikliyə, dağıntıya uğramaq, pozulmaq, düşmək” deməkdir. [22]

Ümumiyyətlə, zənn edildiyi kimi, bu söz “yox olmaq” mənasına gəlməz. Buna görə də, bu ayədə keçən “həlak” sözü də “yox olmaq” mənasında anlaşılmamalıdır.

“Yəcüc və Məcüc” sözləri ilə əlaqədər Kəhf surəsində geniş təhlil etmişdik. Bu təhlilimizdə “Yəcüc və Məcüc”un “işğalçı komandir və əsgərlər” demək olduğunu qeyd etmiş, bu komandir və əsgərlərin hər dövrdə olacağını ifadə etmişdik. Eyni təhlilimizdə Kəhf surəsindəki “Yəcüc və Məcüc” ilə qəsd edilənlərin isə “Rəsulullah ilə birlikdə Heybəri fəth edən əsgərlər” olduğunu açıqlamışdıq. Bu ayə endiyi dövrdə hələ Heybər də fəth edilməmişdi.

Burada isə Rəbbimizin həlak edəcəyi cəmiyyətləri hərbi güclərlə cəzalandıracağı, onları maddi və mənəvi, iqtisadi və siyasi olaraq dağıntıya uğradacağı bildirilir.

Belə ki, Bədirdə, Heybərdə və daha necə döyüşlərdə Rəbbimizin bu vədi gerçəkləşmişdir. Bu, Rəbbimizin sünnətidir [Sünnətullah] və hər zaman fəaliyyətdədir.

Bu ayələr Uhud döyüşünün ilk mərhələsinə də işarə edir. Uhudda həlak edilənlər müsəlmanlardır. Orada Yəcüc və Məcüc, Halid b. Vəlid və onun süvariləridir. Halidin qırğınından sonra da müsəlmanlar: “Vay bizim halımıza!” – deyə peşmançılıqlarını ifadə etmişdilər.

Ayədəki “həlak etdiyimiz bir şəhər” ifadəsindən o şəhərin xalqı anlaşılmalıdır. Burada “mahalliyət” məcazi-i mürsəlindən bəhs edilir. Bunun bir nümunəsi daha əvvəl Yusuf/82-də “Həm də içində olduğumuz şəhərdən və gəldiyimiz karvandan soruş” şəklində keçmişdi. Hər iki cümlədə də bir şəhər [yer] ifadə edilərək, o yerdə yaşayanlar qəsd edilmişdir.

98Qətiliklə siz və Allahın yaratdıqlarından sitayiş etdikləriniz cəhənnəmin odunusunuz/yanacağısınız, siz oraya girəcəksiniz.

99,100Əgər Allahın yaratdıqlarından sitayiş olunan şeylər tanrı olsaydılar, oraya girməz­di­lər. Və hamısı orada təməlli qalacaqdır. Orada onların bir inləmələri vardır. Bunlar orada heç bir şey də eşidə bilməzlər.

Bu ayələrdə müşriklərə xəbərdarlıq edilir, ağıllarını başlarına almaları istənilir. Həmçinin bu müşriklər: “Əgər Allahın yaratdıqlarından sitayiş olunan şeylər tanrı olsaydılar, oraya girməz­di­lər” – deyilərək, ağılsızlıqlarına görə qınanırlar.

İlk ayədən açıq şəkildə anlaşıldığına görə, müşriklər və on­ların sitayiş etdikləri bütlər cəhənnəm odunudurlar. Onlar həm özləri yanacaqlar, həm də başqalarını yandıracaqlar.

Bu ayənin bir bənzəri də budur:

  • 24Sonra, əgər bunu etmədinizsə və qətiyyən edə də bilməyəcəksiniz – belə isə kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan atəşdən qorunun. (Bəqərə/24)

Həmçinin bu ayədə də cəhənnəmin yanacağının insanlar və cisimlər olacağı bildirilmişdir:

  • 6,7Ey iman edənlər! Özünüzü və yaxınlarınızı yanacağı insanlar və daşlar olacaq bir atəşdən qoruyun. Atəşin üzərində Allaha qarşı çıxmayan, özlərinə əmr edilənləri yerinə yetirən, ağır və sərt vəzifəli güclər vardır. Ey kafirlər! Bu gün üzr istəməyin. Siz ancaq etdiklərinizin cəzasını çəkəcəksiniz! (Təhrim/6, 7)

Mövzumuz olan ayələrdə kafirlərə səslənilir. Onlar və sitayiş etdikləri inancsız insanlar və əşyalar, qətiliklə cəhənnəmə girəcəklər, atəşin yanacaq­ları olacaqlar və atəşlə dağlanacaqlar; orada əbədi olaraq da qalacaqlar. O zaman cəhənnəm əzabının şiddətindən bağıracaqlar, inləyəcəklər. Onlar kimsədən yardım da ala bilməyəcəklər. Yaxşı, bu varlıqlar həqiqətən tanrı olsaydılar, oraya girərdilərmi?

  • 106,107Bax budur, bu, bədbəxt olanlar cəhənnəm atəşi içindədirlər. Onlara orada içini çəkmək və hıçqırmaq nəsib olacaq. Göylər və yer durduqca onlar da o atəşdə əbədi qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla. Şübhəsiz, Rəbbin dilədiyini ən üst səviyyədə edəndir. (Hud/106, 107)

Ayənin Nüzul Səbəbi:

Həqiqətən siz də, Allahdan başqa sitayiş etdikləriniz də…” buyuruğu haqqın­da İbn Abbas dedi ki: Bir ayə var ki, insanlar onun haqqında məndən sual sor­uşmurlar. Onu bildiklərinə görəmi, yoxsa bilmədiklərinə görəmi ona dair sual soruşmurlar, bilmirəm. Ondan “Bu hansıdır?” – deyə soruşduqda, o: “ Həqiqətən siz də, Allahdan başqa sitayiş etdikləriniz də cəhənnəmin odu­nusunuz. Siz oraya girəcəksiniz” ayəsi nazil olunca, bu, Qüreyş kafirlərinə ağır gəldi və: “Bu, bizim tanrılarımızı söydü” – deyərək, gedib İbnuz-Zibariyə vəziyyəti xəbər verdilər. O da: “Mən orada olsaydım, ona cavab verərdim” – dedi. “Nə deyəcəkdin?” – deyə soruşdular: “Ona belə deyərdim: “Budur, Xristiyanlar Məsihə ibadət edirlər, Yəhudilər də Üzeyrə ibadət edirlər. Görəsən bunların ikisi də cəhənnəmin odunudurlarmı?” Qüreyşlilər onun bu sözünü bəyəndi və belə­liklə də, Muhəmmədin (səs) buna bir cavab verə bilməyəcəyi qənaətinə gəldilər. Bundan sonra Uca Allah da belə buyurdu: “Şübhəsiz, tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlanan insanlar… Bax budur, onlar  cəhənnəmdən uzaqlaşdırılmışlardır (Ənbiya/101)” ayəsini endirdi. Yenə onun haqqın­da: “Məryəm oğlu İsa bir nümunə olaraq anladıldıqda (Zühruf/56)” ki, burada İbnuz-Zibari qəsd edilir, “sənin qövmün ondan uzaqlaşıb gedərlər  (Zühruf/57)” buyuruğu endi. [23]

101,102Şübhəsiz, tərəfimizdən özlərinə “Ən Gözəl” hazırlanan insanlar… Bax budur, onlar  cəhənnəmdən uzaqlaşdırılmışlardır. Onlar cəhənnəmin uğultusunu eşitməz­lər. Onlar nəfslərinin istədiyi şeylər içərisində həmişəlik qalanlardır.

103O ən böyük qorxu onları məyus etməz və özlərinə xəbərçilər: “Bax budur, bu sizə söz verilmiş olan gününüzdür” – deyə ağıllarına gətirərlər.

Bu ayələrdə iman etmiş, salihatı işləmiş, vəhyə uymuş və sonunda da Allahdan özlərinə “ən gözəl” hazırlanan insanların qarşılaşacaqları nemətlər açıqlanmışdır. Bu mömin və saleh insanlar atəşdən uzaqlaşdırılıb xilas olacaqlar. Cəhənnəmin səsini belə eşitməyəcəklər. Halbuki müşriklər cəhənnəmin uğultusuyla da cəzalandırılacaqlar.

  • 11Əslində onlar qiyaməti yalan saydılar. Biz isə qiyaməti yalan sayanlara çılğın alovu hazırladıq.
  • 12O, çılgın alov onları uzaq bir yerdən görüncə, onun qəzəblənməsini və uğultusunu eşitdilər.
  • 13Və bağlanmış kimsələr olaraq cəhənnəmdən də dar bir yerə atıldıqları zaman, oradaca ölümlərini istəyərlər.
  • 14Bu gün bir ölüm deyil, bir çox ölüm istəyin!
  • 15De ki: “Qarşılıq və gediləcək bir yer olaraq, buramı daha yaxşıdır, yoxsa Allahın qoruması altına girmiş insanlara söz verilən sonsuz cənnətimi?” 16Onlar üçün orada təməlli olmaqla, dilədikləri hər şey vardır. Bu, Rəbbinin yerinə yetirilməsini öz öhdəsinə götürdüyü bir vəddir. (Furqan/11-16)

7Oraya atıldıqlarında, o qaynayarkən, onun qorxunc səsini eşidərlər.

8O, az qala qəzəbindən çatlayacaq. Hər zaman ora bir camaat atılsa, onun gözətçiləri onlardan soruşar: “Sizə bir xəbərdar edən gəlmədimi?”  (Mülk/7, 8)

Bu insanlar canlarının istədiyi hər nemətə qovuşdurulacaqlar və bu vəziyyət daima davam edib gedəcəkdir. Qətiyyən fasiləyə məruz qalmayacaqlar. Mələklər də daima onları alqışlayacaqlar.

73Rəbbinə qarşı Allahın qoruması altına girmiş olanlar da qətiliklə cənnətə bölük-bölük sövq ediləcəklər. Sonunda oraya çatdıqları, qapılarının açıldığı və gözətçilərinin onlara: “Salam sizlərə, tərtəmiz gəldiniz!” – dediyi zaman: “Sonsuz olaraq içində qalmaq üçün buyurun, girin oraya!” – deyiləcək.

74Onlar da: “Bütün təriflər, bizə vədini doğru çıxaran və bizi bu yer üzünə varis edən və cənnətdə bizi istədiyimiz yerdə qoyub, köçürdən o Allahdır” – dedilər. Bax budur, çalışanların mükafatı nə gözəldir! (Zümər/73, 74)

30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər. (Nəhl/30-32)

30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”.  (Fussilət/30-32)

Rəbbimiz iman etmiş və salihatı işləmiş insanlara verəcəyi nemətləri ayədə “ən gözəl” sözləriylə adlandırmışdır. Bu, Rəbbimizin verəcəyi nemətlərin həm qullarının etdikləri işlərin normal qarşılığından çox daha artıq, həm də onların gözlədiyindən çox daha gözəl şeylər olacağını ifadə edir.

31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir.  (Nəcm/31, 32)

  • 26Gözəllik edənlər üçün daha gözəli və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlıq, alçalma da. Bax budur bunlar, cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalıcıdırlar. (Yunus/26)
  • 87,88O dedi ki: “Kim şərik qoşaraq səhv/öz zərərlərinə iş edərsə, qətiliklə ona əzab edəcəyik. Sonra Rəbbinə geri döndəriləcək, sonra O da onu görülməmiş bir əzabla əzablandırar. Amma hər kim də iman edər və saleh əməl edərsə, artıq buna da ən gözəl qarşılıq vardır. Və Biz onun üçün əmrimizdən asan olanı söyləyəcəyik”. (Kəhf/87, 88)

Və Hədid/10, Əhqaf/16, Rəhman/60.

104Biz göyü, kitabların burulduğu kimi burduğumuz zaman, yaradılışın ilkinə başladığımız kimi, qatımızdan verilmiş bir söz olaraq, onu yenidən var edəcəyik. Şübhəsiz ki, Biz edənlərik!

Bu ayədə Rəbbimiz qiyaməti qoparmaq və insanları məhşərdə etdikləriylə qarşılıqlandırmaq barəsindəkı qərarlılığını və qiyamətin necə reallaşacağını fərqli bir bənzətmə ilə anladır. Göy kitab burulan kimi burulacaqdır. Bu bənzətmədə işin Allah üçün çox asan olduğuna vurğu edilir.

Ayədəki “kitab” sözünü əlimizdəki səhifələrdən, yarpaqlardan ibarət olan bu günkü cilidlənmiş bir kitab olaraq deyil, açıb oxunduqdan sonra bükülüb burulan, qatlanan bir papirus, perqament olaraq düşünməliyik. Bu ayə endiyi zaman bu günkü şəkliylə bilinən cildli kitablar hələ yox idi.

Yerlər, göylər Allahın nəzarətindədir. Onların dağılması və yenidən qurulması Allah üçün çox asandır.

19Onlar Allahın yaratmağa necə başladığını, sonra da bunu təkrarladığınıdamı görmədilər? Şübhəsiz ki, bu, Allaha görə çox asandır.  (Ənkəbud/19)

44O gün yer onlardan sürətlə yarılar. Bax budur, bu toplanmanı etmək, ancaq Bizə asan olan bir işdir. (Qaf/44)

7Bu kafirlər, qətiliklə dirildilməyəcəklərinə səhv olaraq inandılar. De ki: “Əksinə, Rəbbimə and olsun ki, qəti­liklə dirildiləcəksiniz, sonra qətiliklə, etmiş olduğunuz şeylər sizə xəbər verilə­cək­dir. Və bu, Allaha görə çox asandır”.  (Təğabun/7)

Və Nəhl/77, Qəmər/50, Zümər/67, İbrahim/48-51.

105Və and olsun ki, Biz Öyüddən/Tövratdan sonra Zəburda da: “Şübhəsiz ki, yer üzünə ancaq mənim saleh qullarım mirasçı olacaq” – deyə yazdıq.

106Şübhəsiz ki, Quranda qulluq edən cəmiyyət üçün qətiliklə bir çatdırılan ismarıc vardır.

Bu ayə qrupunda insanlığa çox mühüm bir ismarıc verilir: İnsanlara keçmiş kitablarda da eynilə Quranda olduğu kimi, “Ərzə saleh qulların mirasçı olacaqları” yazılmışdı.

“Zəbur” ilə “kitab” eyni şeylərdir. Buna görə Tövrata da, İncilə də, Zəbura və Qurana da deyilə bi­lir. Paraqrafdan anlaşıldığına görə, burada bəhs edilən “Zəbur”, Davuda (əs) verilən Zəburdur. Zikrdən qəsd də Mu­saya (əs) endirilən Tövratdır.

Mirasçı “son sahib” demək olduğundan, Rəbbimiz verdiyi neməti geri almayacağını ifadə edir.

Ayədə “saleh qullar”ın varis olacağları “ərz” həm cənnət, həm də dünya olaraq anlaşıla bilər.

  • 74Onlar da: “Bütün təriflər, bizə vədini doğru çıxaran və bizi bu yer üzünə varis edən və cənnətdə bizi istədiyimiz yerdə qoyub, köçürdən o Allahdır” – dedilər. Bax budur, çalışanların mükafatı nə gözəldir! (Zümər/74)

10,11Bax budur, içində təməlli qalacaqları Firdevs cənnətinə son sahib məhz onlar olacaqlar. (Möminlər/10, 11)

55Və Allah sizlərdən iman etmiş və düzəltmək yönündə işlər etmiş olan kimsələrə özlərindən öncəkiləri başqalarının yerinə gətirdiyi kimi, yer üzündə onları da başqa­la­­rının yerinə keçirəcəyini, onlar üçün bəyənib, seçdiyi dini onlar üçün qətiliklə tu­tun­duracağını və qorxularından sonra onları qətiliklə təhlükəsizliyə qovuşduracağını vəd et­di. Onlar Mənə qulluq edərlər, Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra da kim küfr edərsə/inanmazsa, artıq bax budur, onlar yoldan çıxanların məhz özləridir.  (Nur/55)

128Musa qövmünə dedi ki: “Allahın köməyini istəyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Qullarından istədiyini ona mirasçı edər. Xoşbəxt son da Allahın qoruması altına girənlər üçündür”. (Əraf/128)

137O zərərlə gəlmiş/gücsüzləşdirilmiş olan qövmü də bərəkətləndirdiyimiz yerin hər tərəfinə mirasçı etdik. Və beləliklə, Rəbbinin İsrailoğullarına olan o çox gözəl sözü səbr etdikləri üçün yerinə yetirildi. Biz də Firon ilə qövmünün yerinə yetirərək bu zamana gəldikləri sənaye əsərlərini və yüksəltməkdə olduqları şeyləri yerlə yeksan/bir etdik. (Əraf/137)

107Biz səni də ancaq aləmlər üçün bir mərhəmət olaraq/mərhəmət olmaq üçün göndərdik.

Rəbbimiz yuxarıda insanları xəbərdar etmək məqsədilə keçmişdə insanlığa göndərdiyi elçilərini bildirmişdi. Bu ayədə isə o açıqlamalarının davamı mahiyyətində Rəsulullahın göndəriliş hikmətini açıqlayır. Rəbbimiz son peyğəmbərini aləmlərə “bir rəhmət olaraq/rəhmət üçün” göndərdiyini bəyan edir. Belə ki, Muhəmmədin (əs) elçi edilməsi ilə insanlıq qəflətdən oyandırılmış, haqla batili ayıran gerçək məlumat endirilmiş və bütün dünyaya xəbərdarlıq edilmişdir. Bu ayə ilə həmçinin Rəsulullah haqqında: “Bu adam aramıza fəsad toxumları əkdi, milləti bir-birinə düşürdü, ailələri parçaladı” – deyə düşünən, peyğəmbərimizi bir bəla və fəlakət olaraq qəbul edən müşriklərə də xəbərdarlıq edilir. Onlara: “Rəsulullah sizin üçün bir bəla deyil, bir rəhmətdir” – ismarıcı verilir.

Belə ki, müşriklərə bəzi ayələrdə belə deyilmişdir:

59Rəbbin, özlərinə ayələrimizi oxuyan bir peyğəmbəri ana şəhərə göndərmədikcə, məm­ləkətləri dəyişikliyə/dağıntıya uğradan deyildir. Onsuz da Biz xalqı şərik qo­şa­raq, səhv/öz zərərlərinə iş edənlər olmayan məmləkətləri dəyişikliyə/dağıntıya uğ­radan deyilik. (Qasas/59)

131Bax budur, bu Rəbbinin xalqı laqeyd, biliksiz ikən, ölkələri haqsız yerə dəyişdirən/dağıntıya uğradan biri olmamasıdır.  (Ənam/131)

7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik. Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir.  (Şura/7)

32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər.

  • 33Halbuki, sən içlərində ikən, Allah onlara əzab edəcək deyildi. Bağışlanma dilə­dik­lə­ri müddətcə də, Allah onlara əzab edən deyildir. (Ənfal/32, 33)

Ayədəki “ رحمة rəhmət” sözü “ رحمةً rəhmətən” şəklində gəldiyinə görə ayə texniki olaraq iki şəkildə anlaşıla bilir:

  1. “Rəhmətən” sözü “Hal” məqamındadır, buna görə məna: “Biz səni də ancaq aləmlər üçün bir rəhmət olaraq göndərdik” – şəklindədir.
  2. “Rəhmətən sözü “məfulun ləh” məqamındadır. Buna görə ayənin mənası: “Biz səni də ancaq aləmlərə rəhmət üçün göndərdik” – şəklindədir.

Rəbbimiz qullarına rəhməti öz üzərinə borc qəbul etmiş və insanları zülmdən, qarışıqlıqdan, sıxıntıdan qurtarmaq, xoşbəxt və rifah bir həyat yaşamaları üçün elçi göndərmiş, kitab endirmişdir.

  • 54Və ayələrimizə inananlar sənin yanına gəldikləri zaman, dərhal: “Salam olsun sizə! Rəbbiniz mərhəməti Öz üzərinə yazdı. Şübhəsiz, sizdən hər kim bilməyərək bir pislik işləyib və sonra ardından tövbə edər və düzəldərsə, şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlamağı bol olandır, əngin mərhəmət sahibidir” – de!  (Ənam/54)
  • 12Doğru və gözəl olana bələdçiləmək, sadəcə Bizim üzərimizə vəzifədir. 13Sonrası da, əvvəli də sadəcə Bizimdir. (Leyl/12, 13)
  • 9Yolun doğrusu ancaq Allaha borcdur. Yolun əyrisi də vardır. Və əgər Allah diləsəydi, sizin hamınızı doğru yola bələdçiləyərdi. (Nəhl/9)
  • 128Musa qövmünə dedi ki: “Allahın köməyini istəyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Qullarından istədiyini ona mirasçı edər. Xoşbəxt son da Allahın qoruması altına girənlər üçündür”. (Əraf/128)
  • 51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik. (Mömin/51)
  • 164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər. (Al-i İmran/164)
  • 4Elçi göndərmək Allahın dilədiyi insanlara verdiyi ərməğanıdır. Və Allah böyük ərməğan sahibidir. (Cumuə/4)

108De: “Mənə vəhy olunur ki, Tanrınız ancaq tək bir Allahdır”. İndi siz müsəlmanlarsınızmı?”

109–111Buna baxmayaraq, əgər üz çevirirlərsə: “Sizə dosdoğru/eyni/tərəfsiz olaraq açıqladım və təhdid olunduğunuz şey yaxınmı, uzaqmı bilmirəm. Şübhəsiz, Allah sözdən açıqladıqlarınızı da bilir, gizlətdiklərinizi də. Və de ki: “Bəlkə də bu gecikmək sizi sınamaq və bir müddətə qədər yararlandırmaq üçündür, mən bilmirəm”.

Müşriklərə edilən bu qədər xəbərdarlıq və elçılik missiyası ilə əlaqədər açıqlamalardan sonra Rəbbimiz elçisinə: “De: “Mənə vəhy olunur ki, Tanrınız ancaq tək bir Allahdır”. İndi siz müsəlmanlarsınızmı?” – deməsini əmr etmişdir. Bu xəbərdarlığa baxmayaraq, üz döndərərlərsə: “Sizə dosdoğru/eyni/tərəfsiz olaraq açıqladım və təhdid olunduğunuz şey yaxınmı, uzaqmı bilmirəm. Şübhəsiz, Allah sözdən açıqladıqlarınızı da bilir, gizlətdiklərinizi də. Və de ki: “Bəlkə də bu gecikmək sizi sınamaq və bir müddətə qədər yararlandırmaq üçündür, mən bilmirəm” – deməsini, yəni veriləcək cəzanın şəklini və zamanını özünün bilmədiyini söyləməsini əmr etmişdir.

Bundan əvvəl Hud peyğəmbərdən də üz döndərilmiş və Rəbbimiz ona da eyni ismarıcı çatdırmasını əmr etmişdi:

  • 70Onlar dedilər ki: “Deməli sən, Allaha başqasını qarışdırmadan qulluq edək və atalarımızın qulluq etdiklərini buraxaq deyəmi, bizə gəldin? Əgər doğruları deyirsənsə, bizi təhdid etdiyin şeyi bizə gətir!”
  • 71Hud dedi ki: “Artıq sizə Rəbbinizdən əzab və qisas/əməllərinizin bədəli enmişdir. Haqlarında Allahın heç bir dəlil endirmədiyi, sadəcə, sizin və atalarınızın qoyduqları adlar haqqında mənimlə mübahisəmi edirsiniz? Gözləyin elə isə, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Əraf/70, 71)

112De ki: “Rəbbim! Aramızda haqq ilə hökm et” və “Bizim Rəbbimiz… O yaratdığı canlılara dünyada çox-çox mərhəmət edən Allahdır, sizin vəsf edərək, köməyini istədiyinizdir”.

Surənin son ayəsində, Rəbbimiz, elçisinə: “Rəbbim! Aramızda haqq ilə hökm et” və “Bizim Rəbbimiz… O yaratdığı canlılara dünyada çox-çox mərhəmət edən Allahdır, sizin vəsf edərək, köməyini istədiyinizdir” – deməsini əmr etmişdir. Beləliklə, həm Rəsulullahın, həm də insanların Tövhiddən çaşmamaları, Allah adından yalan uydurmaqdan uzaq durmaları istənmişdir.

Eyni istəyi Şüeyb peyğəmbərdə də görürük:

  • 88,89Qövmündən yekəxanalıq edib öndə gedənlər dedilər ki: “Ey Şüeyb! Ya səni və səninlə bərabər inananları şəhərimizdən qəti olaraq çıxararıq, ya da bizim dinimizə/həyat tərzimizə dönərsiniz!” Şüeyb, dedi ki: “İstəməsəkdəmi?! Allah bizi ondan qurtardıqdan sonra təkrar sizin dininizə/həyat tərzinizə dönəriksə, əmin olun ki, Allah haqqında yalan uydurmuş olarıq. Rəbbimiz Allahın diləməsi istisna olmaqla, ondan geri dönməyimiz bizim üçün olacaq şey deyildir. Rəbbimiz öz elmi ilə hər şeyi əhatə etmişdir. Biz ancaq Allaha güvənib dayandıq”: Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında haqq ilə hökm et. Çünki Sən hökm edənlərin ən xeyirlisisən! (Əraf/88, 89)
  • 41Və əgər səni yalan saydılarsa, dərhal de ki: “Mənim əməlim mənə, sizin əməliniz də sizə aiddir. Mənim etdiklərimdən siz uzaqsınız, mən də sizin etdiklərinizdən uza­ğam”. (Yunus/41)

112-ci ayənin başındakı “قال qalə [dedi]” sözü, surənin 4-cü ayəsində açıqladığımız kimi, “قل qul” – deyə də oxunmuşdur. Əslində elə ilk Rəsmi düzülüşlərdə də “قل qul” şəklindədir. “قل Qul” şəklindəki qiraət, məna olaraq bölməyə daha uyğundur. Biz də ona görə sözü “de ki” – deyə tərcümə edirik.

Allah doğrusunu ən yaxşı biləndir

[1] Mevdudi; Tefhimü’l Kuran.

[2] Razi; el Mefatihul Gayb.

[3] Mevdudi; Tefhimü’l Kuran.

[4] Razi; el Mefatihul Gayb.

[5] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[6] Razi; el Mefatihul Gayb.

[7] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[8] Lisanü’l-Arab; c.7, s. 82- 85, Tacü’l-Arus; frk mad.

[9] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[10] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[11] Kurtubi; el Camiu li Ahkamil Kuran.

[12] Razi; el Mefatihul Gayb.

[13] İbn Kesir.

[14] Mevdudi; Tefhimü’l Kuran.

[15] Lisanü’l Arab, c.2 , s. 404-406.

[16] Razi; el Mefatihul Gayb.

[17] İbni Kesir.

[18] Mevdudi; Tefhimü’l Kuran.

[19] Lisanü’l-Arab; c: 4, s: 730-731.

[20] Lisanü’l-Arab; c: 3, s: 306. “dhd” mad.

[21] el-İtkan; s. 491, “ev” edatı; el–Bürhan; c. 4, s. 209. “ev” edatı.

[22] Lisanü’l-Arab, c.9, s. 118-121.

[23] Kurtubi; el Camiu li Ahkamil Kuran.