İBRAHİM SURƏSİNİN TƏBYİNİ

İbrahim surəsi Məkkədə enən 72-ci surədir. Adını 35-41-ci ayələrdə bəhs edilən “İbrahim” peyğəmbərdən almışdır. 28, 29-cu ayələrin Mədəni olduğuna dair nəqllər mövcuddur. [1]

Surədə elçilik vəzifəsi üzərində durularaq inkarçı müşriklərin bu mövzudakı münasibət və davranışları qınanır, Musanın (əs) Allaha ibadətə və şükür etməyə çağırdığı qövmündən və Nuh, Ad və Səmud kimi keçmişdə peyğəmbərləri yalan sayan qövmlərdən nümunələr gətirilir.

Bundan bir əvvəlki surədə Nuh peyğəmbərin qövmü ilə olan mübarizəsi və Allaha yalvarışı yer almışkən, bu surədə də İbrahim peyğəmbərin Allaha duası və bu duası içərisində dilə gətirdiyi şirk ilə mübarizəsi nəql edilir. Həmçinin qiyamətə, həşrə aid bir çox xəbərdaredici səhnə sərgilənir.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 318

1–3Əlif/1, Lam/30, Ra/200. Bu, Bizim insanları Rəbbinin izni/biliyi ilə qaranlıqlardan aydınlığa – ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın, göylərdə və  yer üzündə olan şeylər Özünün olan Allahın yoluna çıxarmağın üçün sənə endirdiyimiz bir kitabdır. Və dünya həyatını Axirətdən üstün tutan, Allahın yolundan döndərən və onun əyriliyini istəyən kafirlərin, şiddətli bir əzaba görə vay halına! Bax budur, bunlar çox uzaq bir pozğunluq içindədirlər.

4Və Biz onlara açıq-aşkar ortaya qoysun deyə, hər peyğəmbəri yalnız öz qövmünün di­li ilə göndərdik. Artıq Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni də doğ­ru yola yönləndirər. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı ən­gəl­lə­yən/sağlamlaşdırandır.

5Və and olsun ki, Musanı: “Qövmünü qaranlıqlardan aydınlığa çıxar, onlara Allahın günləri ilə öyüd ver” – deyə ayələrimizlə elçi göndərdik. Şübhə yoxdur ki, bunda çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən hər kəs üçün necə əlamətlər/nümunələr vardır.

6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”.

8Yenə Musa dedi ki: “Əgər siz və yer üzündəki, insanlar, hamınız birlikdə küfr edər­si­nizsə, nankorluq edərsinizsə, yaxşı bilin ki, Allah həqiqətən çox zəngin, heç bir şeyə möhtac ol­ma­yandır, öyülən, öyülməyə layiq olandır”.

9Sizdən öncəkilərin – Nuh qövmünün, Ad, Səmud və onlardan sonra gələnlərin xəbərləri sizə gəlmədimi? Onları Allahdan başqası bilməz. Elçiləri onlara açıq-aşkar dəlillərilə gəldi və onlar əllərini, elçilərin ağızlarına tıxadılar. Və: “Biz sizin özü ilə göndərildiyiniz şeyi bilərək rədd etdik/inanmadıq və şübhəsiz ki, biz, bizi çağırdığınız şey haqqında kifayət qədər bilmirik və narahatlıq içindəyik” – dedilər.

10Elçiləri dedilər ki: “Göyləri və yeri yoxdan yaradan, sizi günahlarınızı bağışlamaq üçün çağıran və müəyyən edilmiş bir müddət sonuna qədər sizi ertələyən Allah haq­qında kifayət qədər bilmirsinizmi?” Onlar: “Siz, sadəcə, bizim kimi bir bəşərsiniz, bizi ata­ları­mızın sitayiş etdiklərindən ayırmaq istəyirsiniz. O halda bizə açıq-aşkar bir dəlil gəti­rin!” – dedilər.

11,12Elçiləri onlara dedilər ki: “Biz ancaq sizin kimi bir bəşərik. Lakin Allah qullarından dilədiyini nemətləndirir. Və Allahın izni/biliyi olmadıqca, bizim sizin üçün bir dəlil gətirməyimiz mümkün deyildir. Onun üçün də inananlar işin nəticəsini sadəcə, Allaha həvalə etsinlər. Və bizə, yollarımızı göstərmişkən, niyə biz Allaha nəticəsini həvalə etməyək! Və əlbəttə, biz bizə etdiyinız əziyyətlərə səbr edəcəyik. Nəticəsini həvalə edənlər də, yalnız Allaha nəticəsini həvalə etsinlər”.

13,14Və kafirlər elçilərinə: “Ya sizi qətiliklə, yurdumuzdan çıxaracağıq, ya da qətiliklə bizim dinimizə/həyat tərzimizə dönəcəksiniz!” – dedilər. Rəbbi də elçilərinə: “Biz şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri qətiliklə dəyişikliyə/dağıntıya uğradacağıq və onlardan sonra sizi, qətiliklə o yerə yerləşdirəcəyik. Bu, məqamımdan və təhdidim­dən qorxan üçündür” – deyə vəhy etdi.

15–17Elçilər fəth istədilər. Bütün inadçı tiranlar da itkiyə, zərərə uğrayıb, acı çəkdi. Ardından cəhənnəm vardır. Və ona irinli sudan içirdiləcəkdir. İrinli suyu qurtum-qurtum içəcək, uda bilməyəcək. Və hər yandan özünə ölüm gələcək, lakin o heç ölməyəcək. Ardından da çox sərt bir əzab gələcəkdir.

18Kafirlərin/Rəbbini bilə-bilə rədd edənlərin/inanmayanların vəziyyəti… Onların etdikləri tamamilə, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu bir kül kimidir. Qazandıqlarından heç bir şeyi əldə saxlaya bilməzlər. Bax budur, bu, uzaq azğınlığın məhz özüdür.

19,20Göyləri və yer üzünü Allahın haqq olaraq yaratdığını görmədinmi/heç düşünmədinmi? O diləyərsə, sizi aradan qaldırar və yepyeni bir xalq/yaradılış gətirər. Bu, Allaha görə çətin deyildir.

(72/14, İbrahim/1–20)

Nəcm: 319

21Onlar hamılıqla Allah üçün ortaya çıxdılar. Sonra da zəif olan insanlar, yekəxanalıq edən insanlara: “Şübhəsiz ki, bizlər, sizlərə uyan insanlar idik. Yaxşı, indi siz, Allahın əzabından bir şeyi bizdən uzaqlaşdırarsınızmı?” – dedilər. O yekəxanalıq edənlər: “Allah, bizə bələdçi olsaydı, biz qətiliklə sizə bələdçi olardıq. Bizlər ağlayıb-sızlasaq da, səbr etsək də bizim üçün fərqi yoxdur. Bizim üçün qaçacaq hər hansı bir yer də yoxdur” – dedilər.

22Və iş bitincə şeytan [iblis/düşüncə qabiliyyəti] onlara: “Şübhəsiz ki, Allah sizə doğrunu vəd etmişdi, mən də sizə vəd etdim, dərhal da aradan çıxdım. Onsuz da, mənim sizə qarşı məcburedici bir gücüm yoxdur. Ancaq mən sizi çağırdım, siz də mənə qarşılıq verdiniz. Ona görə də məni qınamayın, öz özünüzü qınayın! Mən sizi qurtara bilmərəm, siz də mənim qurtarıcım deyilsiniz! Şübhəsiz ki, mən, əvvəldən məni Allaha ortaq qoşmağınızı da qəbul etməmişdim” – dedi. Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır! 23İman edən və düzəltmək yönündə işlər edənlər də, Rəbbinin izni ilə/biliyi ilə içində həmişəlik qalmaq üçün altından çaylar axan cənnətlərə girdirilirlər. Onların oradakı günaydınlıq verməsi: “Salam”– dır.

(72/14, İbrahim/21–23)

Nəcm: 320

24,25Görmədinmi/heç düşünmədinmi Allah necə bir nümunə verdi? Gözəl bir söz kökü yerdə sabit, qol-budağı göydə olan, Rəbbinin izni ilə/biliyi ilə hər an məhsul verən gözəl bir ağac kimidir. Və onlar öyüd alsınlar deyə, Allah insanlara belə nümunələr verir.

26Pis bir söz isə yerdən qopardılmış, sabit qala bilməyən pis bir ağaca bənzəyər.

27Allah iman edənləri, adi dünya həyatında və Axirətdə sabit bir sözə/imana bənd edər. Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də azdırar. Və Allah dilədiyi şeyi edər.

28,29Allahın nemətlərini nankorluğa dəyişdirən və cəmiyyətlərini dəyişikliyə/dağıntıya uğrama yurduna/cəhənnəmə çevirənləri görmədinmi? Onlar, cəhənnəmə girəcəklər. O, nə pis bir qərargahdır!

30Və nankorlar… Onun yolundan azdırmaq üçün Allaha zövcələr isnad etdilər. De ki:  “Yararlanın, artıq şübhəsiz ki, dönüşünüz atəşədir”.

(72/14, İbrahim/24–30)

Nəcm: 321

 

31İman edən qullarıma söylə, Salaatı iqamə etsinlər və alış-verişin, dostluğun olmadığı bir günün gəlməsindən öncə özlərini ruziləndirdiyimiz şeylərdən açıq və gizlin olaraq, Allah yolunda xərcləməkdə olsunlar/yaxınlarının dolanışıqlarını təmin etsinlər”.

32–34Allah göyləri və yeri yaradan, göydən su endirib, onunla sizə ruzi olaraq müxtəlif meyvələr çıxarandır. Və Allah əmrinə uyğun olaraq, dənizdə üzüb getmələri üçün gəmiləri xidmətinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı, çayları da xidmətinizə verdi. Daima fırlanma halında olan Günəşi və Ayı da xidmətinizə verdi/onları da faydalanacağınız xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin xidmətinizə verdi. Və O, Özündən istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz! Şübhəsiz ki, insan qətiliklə çox səhv/öz zərərinə iş edən, çox nankor biridir.

35–41Və həmçinin bir zaman İbrahim: “Rəbbim! Bu şəhəri təhlükəsiz et! Məni və oğullarımı bütlərə sitayiş etməkdən uzaq tut! Rəbbim! Şübhəsiz ki, bütlər insanlardan bir çoxunu azdırdılar. İndi kim mənə uyarsa, artıq o, şübhəsiz, məndəndir. Kim mənə qarşı çıxarsa… Artıq Sən, şübhəsiz ki, çox bağışlayan və çox mərhəmət edənsən. Rəbbimiz! Şübhəsiz, mən  uşaqlarımdan bir qismini salaatı iqamə etmələri üçün Sənin toxunulmaz qılınmış Evinin yanında, əkinsiz bir vadidə yerləşdirdim. Rəbbimiz! Verdiyin nemətlərin qarşılığını ödəmələri üçün artıq Sən də insanlardan bir qisminin könüllərini onlara meylləndir. Və onları bəzi meyvələrdən ruziləndir. Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiyimiz şeyləri və açığa vurduğumuz şeyləri bilirsən. Həmçinin yerdə və göydə, heç bir şey Allahdan gizlin qalmaz. Bütün təriflər, ixtiyarlıq halımda mənə İsmayılı və İshaqı lütf edən Allahadır, başqası öyülə bilməz. Şübhəsiz ki, Rəbbim duamı çox yaxşı eşidəndir. Rəbbim! Məni salaatı iqamə edən biri et! Soyumdan da… Rəbbimiz! Duamı da qəbul et! Rəbbimiz! Hesabın qurulduğu gündə mənim üçün, anam-atam üçün və möminlər üçün bağışlayan ol!” – demişdi.

(72/14, İbrahim/31– 41)

Nəcm: 322

 

42,43Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin etdiklərindən Allahın xəbərsiz/məlumatsız olduğunu qətiyyən sanma! Ancaq O, onları başlarını didərək qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur.

44,45Və sən insanları əzabın gələcəyi gün ilə xəbərdar et. Artıq şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Ey Rəbbimiz! Bizə yaxın bir müddətə qədər möhlət ver ki, sənin dəvətinə əməl edək və elçilərə tabe olaq” – deyərlər. Daha əvvəl siz sizin üçün bitməyin/tükənməyin/yox olmağın olmadığına dair and içməmişdinizmi? Həm də siz şərik qoşaraq, özlərinə haqsızlıq edənlərin yurdlarında otururdunuz. Onlara qarşı necə davrandığımız sizə açıq-aşkar bəlli olmuşdu. Və sizə nümunələr də vermişdik.

46Və həqiqətən onlar tələlərini qurdular. Onların tələləri Allah qatındadır. Qurduqları tələləri dağları yerindən oynadacaq olsa belə…

47O halda, qətiyyən Allahın elçilərinə olan vədindən dönəcəyini sanma! Şübhəsiz, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərpa edəndir.

48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

(72/14, İbrahim/42–51)

Nəcm: 323

52Bax budur, sənə endirilən bu Kitab, özü ilə xəbərdar edilsinlər, Allahın ancaq bir tək tanrı olduğunu bilsinlər və sağlam düşüncəli/qavrama qabiliyyəti olanlar öyüd alsınlar deyə, insanlara bir xəbərdarlıqdır.

(72/14, İbrahim/52)

 

TƏHLİL

1–3Əlif/1, Lam/30, Ra/200. Bu, Bizim insanları Rəbbinin izni/biliyi ilə qaranlıqlardan aydınlığa – ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın, göylərdə və  yer üzündə olan şeylər Özünün olan Allahın yoluna çıxarmağın üçün sənə endirdiyimiz bir kitabdır. Və dünya həyatını Axirətdən üstün tutan, Allahın yolundan döndərən və onun əyriliyini istəyən kafirlərin, şiddətli bir əzaba görə vay halına! Bax budur, bunlar çox uzaq bir pozğunluq içindədirlər.

Surə, Qurana diqqət çəkilərək başlayır. Quran, insanların qaranlıqlardan aydınlığa, Allahın yoluna çıxarılmaları üçün endirilmışdır. Belə olmasına baxmayaraq, kafirlər bu fürsəti dəyərləndirməmişlər, öz əlləriylə başlarına çox böyük bir əzab gəlməsini təmin etmişdilər. Bunlar, dünya həyatını axirətdən üstün hesab edən bir düşüncəyə sahib olduqlarına görə çox uzaq bir pozğunluq içindədirlər; doğru yolu tapmaları, doğru yola çıxmaları çox uzaq bir ehtimaldır.

1-ci ayənin başında “əlif”, “lam” və “ra” kəsik hərfləri vardır. Bu hərflər ilə əlaqədar daha əvvəl Yunus, Hud və Yusuf surələrində açıqlamalarımız olmuşdu. Qənaətimizə görə bu hərflər, diqqət çəkmək üçün işlədilən bir xəbərdarlıq ədatı mahiyyətindədir. Diqqət çəkici olan, bu hərflərdən sonra Qurandan bəhs edilməsi və Quranın bəzi xüsusiyyətlərinin vurğulanmış olmasıdır.

“ ا Ə, ل L, ر R” hərflərinin mənası ilə əlaqədar keçmiş dövrlərdə “Rəbb mənəm, mən Rəbbəm”, “Mən Allaham, görürəm”, “Mən Allaham, Rəhmanam” kimi bir sıra yaraşdırmalar edilmişdir. Bəziləri də bu hərfləri Allahın “ər-Rəhman” ismində olan hərflərin dağıdılmış şəkli olaraq görmüşdür. [2]

Bu hərflərin ƏBCD [Əbcəd] cədvəlindəki say dəyərləri: ا  Əlif: 1; ل  Lam: 30; ر  Ra: 200-dür.

Belə ki, bu say dəyərlərinin nəyi ifadə etdiyi mövzusuna hələ bir açıqlama gətiriləməmişdir. Ümidimiz, bu mövzu üzərində ciddi çalışma və araşdırmalar edəcək olan Quran igidlərindədir.

 ا Ə, ل L, ر R” hərfləri ilə əlaqədar Yunus surəsinin təhlilində açıqlama edildiyindən, oradan oxunmasını məsləhət görürük.

Mövzumuz olan bölmədə, Kitabın endirilmə məqsədi “insanların qaranlıqlardan aydınlığa; Allahın yoluna çıxarılması” olaraq açıqlanmışdır. Bəhs edilən “qaranlıqlar”, Ənam surəsinin ilk ayələrində də açıqladığımız kimi, işığın yoxluğu mənasındakı bildiyimiz qaranlıq deyildir; küfrün və şirkin doğurduğu depressiyalar, çətinliklər və qarışıqlıqlar mənasındadır. Həmçinin, yenə eyni ayədə keçən “aydınlıq” da bildiyimiz aydınlıq [işığın varlığı] deyil, Allahın yolu və onun təbii nəticəsi olan dünya və axirət xoşbəxtliyidir. Allahın yolunda olmayanlar, hər nə qədər fizika, kimya, tarix kimi sahələrdə bir çox biliyə sahib olsalar belə, yenə də qaranlıqlar içindədirlər. Necə ki, inancsız biliklilər, mövcud biliklərini insanlığın və təbiətin yararına deyil, çox zaman fəlakəti üçün istifadə etməkdən çəkinmirlər. Allah yolunda olan kimsələr isə oxuma-yazma bilməsələr belə insanlığın və təbiətin faydasına çalışmağı əxlaqi bir vəzifə olaraq görürlər.

Rəbbimiz inananların Vəlisidir. Rəhmətinə uyğun olaraq elçi göndərir və kitab endirir. Elçi də Rəbbimizin Kitabdakı ismarıcları ilə insanları xəbərdar edir və onlara rəhbərlik edir. Ağıl sahibləri isə bu xəbərdarlıqları doğru dəyərləndirir, həqiqəti tapır və həyatlarını o həqiqətlərə görə tənzim edirlər.

Quranın endirilmə məqsədinin insanları xəbərdar etmək və onları qaranlıqlardan aydınlığa çıxarmaq olduğu Quranda bir çox dəfə (Maidə/15, 16, Bəqərə/257, Hədid/9, Talaq/10, 11, Nur/55,  Al-i İmran/110, Həcc/41, Ya Sin/2-6) xatırladılmışdır.

Yenə mövzumuz olan bölmədə “göylərdə olan şeylər, yer üzündə olan şeylər Özünün olan Allah” ifadəsi yer alır. Bu ifadəsiylə Rəbbimiz göydə və yer üzündə nə varsa hamısının Özünün olduğunu vurğulayaraq insanları özlərinin olmayan şeylərə bağlanmamaları barəsində xəbərdar edir.

158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)

4Və Biz onlara açıq-aşkar ortaya qoysun deyə, hər peyğəmbəri yalnız öz qövmünün di­li ilə göndərdik. Artıq Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni də doğ­ru yola yönləndirər. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı ən­gəl­lə­yən/sağlamlaşdırandır.

Bu ayədə Rəbbimiz, cəmiyyətlərə elçilər göndərdiyini, bu elçiləri mütləq öz cəmiyyətlərinin ana dillərində göndərdiyini, bunun səbəbinin isə elçinin gətirdiyi ismarıcları açıq şəkildə ortaya qoya bilmələri olduğunu bəyan edir. Elçi ilə göndərildiyi cəmiyyətin dilləri fərqli olsaydı həm ismarıcın çatdırılması və dərk edilməsi problem olardı, həm də ismarıc çatdırılanlar ismarıcı anlamadıqlarını, anlaya bilmədiklərini bəhanə edərdilər. Bu mövzu daha əvvəl də bir çox dəfə açıqlanmışdı.

Göründüyü kimi, bu ayədə çox əhəmiyyətli bir xüsus; xəbərdarlığın insanlara ana dillərində edilməli olması ön plana çıxarılmışdır:

  • 44Və əgər Biz o öyüdü/Quranı əcnəbi dildə oxunacaq etsəydik, əlbəttə, onlar: “Ayələri izahlı olaraq verilməli deyildimi? Əcnəbi dilmi, Ərəbcəmi!” – deyəcəkdilər. De ki: “O, iman edənlər üçün bir bələdçi və bir şəfadır”. İnanmayanlara gəlincə, onların qulaqlarında bir ağırlıq vardır. Və o Öyüd/Quran onlar üzərinə bir korluqdur. Onlara çox uzaq bir məkandan səslənilməkdədir.     (Fussilət/44)
  • 198,199Və Biz açıq-aşkar kitabı əcnəbilərdən-ərəbcə bilməyənlərdən birinə endir­səy­dik, o da bunu onlara oxusaydı, onlar buna iman edənlər deyildilər. (Şüəra/198, 199)
  • 2,3Açıq-aydın/açıqlayan kitab dəlildir ki, Biz onu ağlınızı işlədəsiniz deyə, ərəbcə bir kitab etdik. (Zühruf/2, 3)

Ayədəki “Biz onlara, açıq şəkildə ortaya qoysun deyə, hər peyğəmbəri yalnız öz qövmünün diliylə göndərdik” ifadəsindən sanki Rəsulullah sadəcə ərəbcə bilən ərəb cəmiyyətinə göndərilmiş kimi bir məna çıxırmış kimi görünsə də, əsası elə deyildir.

Buradakı ifadələr eynilə bu ayələr kimi vurğu ehtiva edir və hər elçinin dəvətə əvvəl öz cəmiyyətindən başladığını göstərir:

  • 92Bax budur, bu da bizim Anakəndi və ətrafındakı insanları xəbərdar etməyin üçün endirdiyimiz, sadəcə içində olan mövzuları doğrulayan, bolluq dolu bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və onlar salaatlarını da qoruyanlardır. (Ənam/92)
  • 19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”. (Ənam/19)

Rəsulullahın bütün cəmiyyətlərə, insanların hamısına elçi göndərildiyini açıq-açıq bəyan edən ayələr də mövcuddur:

  • 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)
  • 28Və Biz səni, ancaq insanlara müjdələyici və xəbərdaredici olaraq göndərdik, lakin insanların çoxu bilmirlər. (Səba/28)
  • 7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik. Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir. (Şura/7)
  • 88De ki: “And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir-birlərinə köməkçi də olsalar, onun bənzərini tam yəqinliklə bilin ki, ərsəyə gətirə bilməzlər”. (İsra/88)
  • 2,3O, Anaşəhərlilər/Məkkəlilər içində özlərindən olan və Anaşəhərlilərə və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
  • 4Elçi göndərmək Allahın dilədiyi insanlara verdiyi ərməğanıdır. Və Allah böyük ərməğan sahibidir. (Cumuə/2-4)

Rəbbimiz sadəcə son elçisini deyil, daha əvvəlki elçilərini də öz cəmiyyətlərinin dilləriylə göndərmişdir. Bu peyğəmbərlərin hamısı də təbyin etmişlər:

  • 43,44Və Biz səndən öncə də sadəcə, özlərinə vəhy etdiyimiz yetkin insanları açıq də­lil­ləri ilə və yazılı sənədlərlə elçi olaraq göndərdik. Əgər bilmirsinizsə, haydı, gedin Tövrat və İncili bilən biliklilərdən soruşun. Biz sənə də o öyüdü/Quranı, özlərinə en­dirilmiş olanı ortaya qoymağın üçün, onların da yaxşı-yaxşı düşünmələri üçün en­dirdik. (Nəhl/43, 44)

4-cü ayədəki “… Allah dilədiyini/diləyəni azdırır, dilədiyini/diləyəni də doğru yola çatdırır” cümləsi, Rəbbimizin insanları iman edib etməməkdə sərbəst buraxdığını ifadə edir. Bu mövzu Kəhf/29-un təhlilində  ələ alındığından, oradan oxunmasını məsləhət görürük.

5Və and olsun ki, Musanı: “Qövmünü qaranlıqlardan aydınlığa çıxar, onlara Allahın günləri ilə öyüd ver” – deyə ayələrimizlə elçi göndərdik. Şübhə yoxdur ki, bunda çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən hər kəs üçün necə əlamətlər/nümunələr vardır.

Bu ayədə Rəbbimiz, Rəsulullahın daha əvvəl Musanın (əs) da vəzifələndirildiyi eyni vəzifə ilə göndərildiyi ismarıcını verir. Rəbbimiz Musa peyğəmbəri “eyyamullah [Allahın günləri]” və bir sıra göstərişlər ilə xəbərdar edərək cəmiyyətini qaranlıqlardan aydınlığa çıxarmaqla vəzifələndirdiyi kimi, bütün peyğəmbərlərini də öz cəmiyyətlərini qaranlıqlardan aydınlığa çıxarmaq qayəsiylə göndərmişdir.

Ərəblər “ ايّام العرب Əyyamü’l-Ərəb [Ərəb Günləri]” deyimiylə əsrlərlə hafizələrdə qalan öz tarixlərindəki əhəmiyyətli hadisələri və məşhur döyüşləri; ərəb tarixinə aid əhəmiyyətli hadisələri qəsd edərlər. Buna görə də, ayədəki “ ايّام الله Allahın günləri” ifadəsi də Allahın Musa Peyğəmbərin qövmünü cəzalandıracağı günlər” deməkdir.

Nəticə olaraq “Əyyamullah [Allahın günləri]” ifadəsının ümumi mənada “Allahın ciddi ölçüdə cəzalandıracağı günlər” demək olduğunu söyləyə bilərik. Bu ifadə daha əvvəl Casiyə surəsində də təhlil edilmişdi.

Ayədəki “Musa ilə gələn ayələr” ifadəsini həm Musaya (əs) verilən Kitabın ayələri, “qüsursuz güc” həm də İsrailoğullarının həyatlarındakı “Çəyirtgələr”, “Bitlər”, “Qurbağa”, “Qan” , “Dağın kölgəlik kimi qaldırılması” və “Bildircin əti ilə qüdrət halvası ikramı” kimi fövqəladə hadisələr olaraq anlaya bilərik.

6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”.

8Yenə Musa dedi ki: “Əgər siz və yer üzündəki, insanlar, hamınız birlikdə küfr edər­si­nizsə, nankorluq edərsinizsə, yaxşı bilin ki, Allah həqiqətən çox zəngin, heç bir şeyə möhtac ol­ma­yandır, öyülən, öyülməyə layiq olandır”.

Bu ayə qrupunda, Musa peyğəmbərin öz cəmiyyətinə Allahın İsrailoğulları üzərindəki nemətlərini xatırladaraq Allaha nankorluq etməmələri, nankorluq edərlərsə, Ona deyil, özlərinə zərər verəcəkləri istiqamətindəki öyüdləri yer alır.

Qeyd. Fironun tətbiq etdiyi gücsüzləşdirmə proqramını ifadə edən ayələrdə keçən “qətl” və “zebh” sözləri məcazidir. Bu mövzuda Əraf surəsinin 141-ci ayəsinin təhlilində geniş açıqlama edilmişdir.

Bu öyüdlər arasında yer alan “Və budur bunda Rəbbinizdən sizə çox böyük bir bəla vardır” ifadəsiylə insanoğlunun daima Allahın imtahanıyla üz-üzə olduğu həqiqəti xatırladılır.

“İsrailoğullarının bəlalandırılması [imtahan edilməsi]”, onların həm nemətlər verilərək, həm də çətinliyə salınaraq sınanmaları/yoxlanmaları olaraq anlaşılmalıdır.

  • 35Hər canı olan varlıq ölümü dadacaq. Və əridib, saflaşdırmaq üçün Biz sizi xeyir və şər ilə sınayarıq. Və siz, yalnız Bizə döndəriləcəksiniz. (Ənbiya/35)
  • 168Və onları yer üzündə bir çox liderli cəmiyyətlərə ayırdıq. Onlardan bir qismi düzgün insanlardı, bir qismi də bundan aşağı səviyyədə idilər. Və Biz onları, dönsünlər deyə, yaxşılıqlarla və pisliklərlə sınadıq. (Əraf/168)
  • 155,156Həmçinin qətiliklə Biz qorxudan, aclıqdan bir şeylərlə və mallardan, canlar­dan və məhsullardan əskiklik ilə sizi zəif düşürəcəyik/imtahan edəcəyik. Özlərinə bir müsibət gəldiyi zaman: “Biz şübhəsiz, Allaha aidik və yalnız Ona dönəcəyik” – deyən bu səbr edənləri isə müjdələ! (Bəqərə/155, 156)

Ayələrdəki “Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”  “Əgər siz və yer üzündəki, insanlar, hamınız birlikdə küfr edər­si­nizsə, nankorluq edərsinizsə, yaxşı bilin ki, Allah həqiqətən çox zəngin, heç bir şeyə möhtac ol­ma­yandır, öyülən, öyülməyə layiq olandır” ifadələrindən anlaşıldığına görə, Rəbbimiz Tövratda Musaya şükürlə əlaqədar çox konkret direktivlər etmişdir.

Şükür, şükrün gərəyi və şükrün neməti artıracağı mövzusu daha əvvəl Ya Sin surəsinin sonunda geniş olaraq açıqlanmışdı. Əhəmiyyətinə görə burada da qısaca xülasə edirik:

Şükür. Quranda üzərində çox durulmuş olan “şükür”, imanın tələbi və möminlərin əsas vəzifəsidir. Necə ki bir çox ayədə inananlar, eyni zamanda “şükür edənlər” olaraq səciyyələndirilmişdir.

“Şükür” ilə zidd mənadakı “küfran” sözü isə bir möminin əsla etməyəcəyi bir davranış olan “nankorluq” deməkdir.

“Şükür” sözünün mənası zaman içərisində dəyişikliyə uğramış və başda ehtiva etdiyi mənasını qismən itirmişdir.

“الشّكر Şükür”, “heyvanın yediyi qidasını verdiyi südü və əti ilə bəlli etməsi” deməkdir. [3]

Sözün lüğəti mənasını bu nümunələrlə açıqlamaq mümkündür: Şükür, bəslənən bir heyvanın yediklərinin qarşılığını maddi olaraq ödəməsi demək olduğuna görə, bir toyuğun yumurta verməsi, bir inəyin süd verməsi, bir qoyunun yun verməsi və ya hər üçünün də ət verəcək şəkildə kökəlməsi bu mənada heyvanın şükrü olmuş olur. Göründüyü kimi, bəslənən bu heyvanların dilləriylə və ya bədən hərəkətləriylə sahiblərinə göstərdikləri gözünə girmək üçün çalışmaq, yaltaqalanmaq hərəkətləri “şükür” əhatəsində deyildir. Ancaq səslərini dinlətmələri üçün bəslənən tutu quşu, bülbül, kanareyka quşu kimi heyvanların ötüşlərini də bir “şükür” olaraq dəyərləndirmək lazımdır. Çünki bu fəaliyyətlərini yerinə yetirmələri üçün bəslənirlər.

Eyni kökdən törəmiş olan “təşəkkür”, “mütəşəkkir” və “şükran” sözləriylə birlikdə dilimizdə də işlədilən “şükür” sözü, törəmələriylə birlikdə Quranda cəmi 74 dəfə yer almışdır.

Aşağıda verilən ayələr nəzərə alınaraq “şükr”ün din terminologiyasındakı mənası belə ifadə edilə bilər:

Şükür, Allahın insanlara verdiyi nemətlərə qarşı insanların da bu nemətlərin qarşılığını Allaha vermələridir.

Sözün gerçək mənası, alınan şeyə bir qarşılıq olaraq verilən də o şeyin cinsindən olmalıdır. Yəni “şükür”ün söz ilə olmayacağı, istər sözün vəz [ilk] mənasından, istərsə də Qurandakı istifadələrindən anlaşılır. Şükrün ayələrdəki istifadəsi, onun insana verilən nemətin cinsindən verilərək, edilə biləcək bir qarşılıqvermə olduğunu göstərir. Ancaq doğrunun belə olmasına baxmayaraq, söz həqiqi mənasından uzaqlaşdırılmış və “dilin şükrü”, “qəlbin şükrü” və “bədənin şükrü” kimi təsniflərə tabe edilmişdir.

Şükür nemət qarşılığıdır. Rəbbimiz verdiyi nemətləri xatırladır, ondan sonra şükür tələb edir:

  • 114Artıq Allahın sizə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq, yeyin. Allahın nemətlərinin qarşılığını ödəyin, əgər sadəcə, Ona qulluq edəcəksinizsə! (Nəhl/114)     
  • 152Belə isə Məni anın ki, Mən də sizi anım. Və Mənə verdiyim nemətlərin qarşılı­ğı­nı ödəyin. Mənə qarşı nankorluq etməyin/verdiyim nemətlər qarşısında özünüzü görməməzliyə qoymayın. (Bəqərə/152)
  • 19Sonra da Süleyman dişi qarışqanın sözünə/qərarına gülərək, təbəssüm etdi. Və: “Rəbbim! Mənə ana-atama lütf etdiyin nemətinin qarşılığını ödəməyimi, məmnun olacağın saleh əməl işləməyimi qəlbimə sal və mərhəmətinlə məni saleh qullarının içinə qat” – dedi. (Nəml/19)   
  • 15Və Biz insana, ana və atasına yaxşılaşdırmağı/gözəlləşdirməyi öhdəlik olaraq çatdırdıq. Anası onu zəhmətlə daşıdı və zəhmətlə dünyaya gətirdi. Və onun daşınması və ayrılması otuz aydır. Sonunda insan yetkinlik çağına çatdığı və qırx yaşa gəldiyində: “Rəbbim! Mənə, anama və atama ehsan etdiyin nemətlərinə qarşılıq ödəməyimi və Sənin razı olacağın saleh əməl işləməyimi təmin et. Mənim üçün soyumun içində düzəlişlər et/saleh insanlar ver. Şübhəsiz ki, mən sənə yönəldim. Və mən şübhəsiz ki, müsəlmanlardanam” – dedi. (Əhqaf/15)

Şübhəsiz ki, Rəbbimiz insana sayamayacağımız qədər nemət vermişdir. Başda aldığı nəfəs olmaqla, sahib olduğu ailə, mal, mülk və digər hər şey, bütün bu nemətlərin də üstündə olaraq Quran və onun sayəsində nail olunan iman, hamısı Onun verdiyi nemətlərdəndir. Beləliklə, bütün bu nemətlərin qarşılığının Rəbbimizə birə bir ödənilə bilməsi imkansızdır. Bu halda insanın edəcəyi şey çox şükür etmək, yəni mümkün olduğu qədər, imkanları olduğu qədər saleh işləməkdir.

Şükür nemətin artmasına, şükrün əksi olan küfr [nankorluq] isə nemətin əldən getməsinə səbəb olur. İnsan şükür etdikcə, yəni neməti verən Allaha qarşılığını ödədikcə, Allah da ona nemətini qat-qat artırır; həmçinin ona rahatlıq və xoşbəxtlik verir.

  • 6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”. (İbrahim/6, 7)  

Nankorluq edənlər isə həm “yığıb toplayacağam” deyə həm də “yığıb toplayacağam və daha da artıracağam” deyə maddi və mənəvi çətinliklərə, əzablara duçar olur. Həmçinin Allah verdiyi neməti əlindən alaraq onu cəzalandırır.

Uca Allah “şükür” vəzifəsini yerinə yetirmək üçün qullarından hər “hasənə” gətirənə, gətirdiyinin on qatını vəd edir (Ənam/160). “İnfaq, salihat” cinsindən davranışlarda olanların vəziyyətini də birə yeddi yüz verən dənəyə bənzədir və onlardan dilədiyi insanlar üçün daha da artdıracağını bildirir (Bəqərə/261).

Uca Rəbbimizin Əsma-i Hüsnasından ikisi də “əş-Şakir (edilənın qarşılığını verən) və “əş-Şəkur (edilənın qarşılığını çox-çox verən)”dir.

Fironun İsrailoğullarına etdiyi işgəncələri bu ayələr ilə xatırlamalıyıq:

  • 49Və o zaman Biz sizi əzabın ən pisinə çarpdıran, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxaraq bacarıqsiz bir kütlə əmələ gətirib gücsüzləşdirən, qadınla­rı­nı­zı sağ buraxan Fironun yaxınlarından qurtarmışdıq. Və bunda sizə Rəbbiniz tərə­fin­dən böyük bir bəla vardı. (Bəqərə/49)
  • 4Şübhəsiz ki, Firon, yer üzündə ucaldı və idarəsi altında olan insanları qruplara ayırdı/onlardan bir qrupunu gücsüzləşdirmək istəyir, onların oğullarını boğazlayır – təh­­silsiz, təlimsiz buraxıb xüsusiyyətsiz bir kütlə təşkil edərək gücsüzləşdirir, qızla­rı­nı da sağ buraxırdı. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi. (Qasas/4)

Mövzumuz olan ayələrdə Musanın (əs) İsrailoğullarına verdiyi nəql edilən öyüdlər, Musanın (əs) ölməzdən əvvəl İsrailoğullarına Tövratdan xülasə etdiyi, təkrarladığı əmrlərdir. Bunlar Kitab-i Müqəddəsin Təsniyə bölməsini təşkil edir. Təsniyənin (6/4-9, 10/12-22, 28/1-68) mövzumuz olan ayələrlə uyğun gələn cümlələri vardır.

Musa (əs) və qövmüylə əlaqədar İbrahim surəsindəki bu qısa deyilənlərin məqsədi, Musanın (əs) qövmünü nümunə göstərərək Məkkə müşriklərinə onlar kimi nankor olmamaları ismarıcını verməkdir.

9Sizdən öncəkilərin – Nuh qövmünün, Ad, Səmud və onlardan sonra gələnlərin xəbərləri sizə gəlmədimi? Onları Allahdan başqası bilməz. Elçiləri onlara açıq-aşkar dəlillərilə gəldi və onlar əllərini, elçilərin ağızlarına tıxadılar. Və: “Biz sizin özü ilə göndərildiyiniz şeyi bilərək rədd etdik/inanmadıq və şübhəsiz ki, biz, bizi çağırdığınız şey haqqında kifayət qədər bilmirik və narahatlıq içindəyik” – dedilər.

10Elçiləri dedilər ki: “Göyləri və yeri yoxdan yaradan, sizi günahlarınızı bağışlamaq üçün çağıran və müəyyən edilmiş bir müddət sonuna qədər sizi ertələyən Allah haq­qında kifayət qədər bilmirsinizmi?” Onlar: “Siz, sadəcə, bizim kimi bir bəşərsiniz, bizi ata­ları­mızın sitayiş etdiklərindən ayırmaq istəyirsiniz. O halda bizə açıq-aşkar bir dəlil gəti­rin!” – dedilər.

11,12Elçiləri onlara dedilər ki: “Biz ancaq sizin kimi bir bəşərik. Lakin Allah qullarından dilədiyini nemətləndirir. Və Allahın izni/biliyi olmadıqca, bizim sizin üçün bir dəlil gətirməyimiz mümkün deyildir. Onun üçün də inananlar işin nəticəsini sadəcə, Allaha həvalə etsinlər. Və bizə, yollarımızı göstərmişkən, niyə biz Allaha nəticəsini həvalə etməyək! Və əlbəttə, biz bizə etdiyinız əziyyətlərə səbr edəcəyik. Nəticəsini həvalə edənlər də, yalnız Allaha nəticəsini həvalə etsinlər”.

13,14Və kafirlər elçilərinə: “Ya sizi qətiliklə, yurdumuzdan çıxaracağıq, ya da qətiliklə bizim dinimizə/həyat tərzimizə dönəcəksiniz!” – dedilər. Rəbbi də elçilərinə: “Biz şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri qətiliklə dəyişikliyə/dağıntıya uğradacağıq və onlardan sonra sizi, qətiliklə o yerə yerləşdirəcəyik. Bu, məqamımdan və təhdidim­dən qorxan üçündür” – deyə vəhy etdi.

Musa peyğəmbərlə əlaqədar bir xatırlatma edildikdən sonra, bu ayə qrupunda da Musadan əvvəlki elçilərə və bu elçilərin öz cəmiyyətləri ilə olan mübarizələrinə,  Rəbbimizin o elçilərə etdiyi vəhylərə toxunulmuşdur.

Uca Allah, Nuhdan (əs) bu yana, tövhid əqidəsini yerləşdirmək, yer üzündə zülm və fəsadı əngəlləyib, ədaləti təmin etmək məqsədiylə bir çox peyğəmbər göndərmişdir. Peyğəmbərlər cəmiyyətlərinə Allahın rəhmətini və bağışlamasını xəbər vermis, lakin hamısı da elçilərinin ağzını tıxayıb, həqiqəti söyləmələrinə mane olmağa çalışmışdır. “Siz sadəcə bizim kimi bir bəşərsiniz, bizi atalarımızın sitayiş etdiklərindən çəkindirmək istəyirsiniz. O halda bizə açıq-aşkar bir dəlil gətirin” deyərək, elçilərin əleyhinə çıxmışdılar.

Daha əvvəl də açıqlandığı kimi, Məkkə müşrikləri elçinin içlərindən biri, bir bəşər olmasını qəbul edə bilmirdilər. Onlara görə elçi ya mələk olmalıydı, ya da elçinin yanında bir mələk olmalıydı. Üstəlik çox da zəngin olmalıydı. Bu mövzulara aid təfərrüat daha əvvəl Furqan və İsra surələrində yer almışdır.

Buna cavab olaraq elçilər Allahdan aldıqları əmrlə onlara: “Biz ancaq sizin kimi bir bəşərik. Lakin Allah qullarından dilədiyini nemətləndirir. Və Allahın izni/biliyi olmadıqca, bizim sizin üçün bir dəlil gətirməyimiz mümkün deyildir. Onun üçün də inananlar işin nəticəsini sadəcə, Allaha həvalə etsinlər. Və bizə, yollarımızı göstərmişkən, niyə biz Allaha nəticəsini həvalə etməyək! Və əlbəttə, biz bizə etdiyinız əziyyətlərə səbr edəcəyik. Nəticəsini həvalə edənlər də, yalnız Allaha nəticəsini həvalə etsinlər” – demişdilər.

Bütün bunlardan sonra müşriklər azğınlıqlarını artıraraq “ya bizim dinimizə dönərsiniz, ya da sizi buradan sürüb çıxaracağıq” – deyərək elçilərə əziyyət və cəfa etmişdilər. Sonunda Allah elçilərə: “Biz şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri qətiliklə dəyişikliyə/dağıntıya uğradacağıq və onlardan sonra sizi, qətiliklə o yerə yerləşdirəcəyik. Bu, məqamımdan və təhdidim­dən qorxan üçündür” deyə vəhy edərək, onlara güc qüvvət vermişdir.

Zalımların elçilərə qarşı müqaviməti daha əvvəl də bir çox surədə geniş şəkildə anladılmışdı. Burada Rəsulullahın da başına bir sıra çətinliklərin gələcəyi bildirilərkən, eyni zamanda müxalif münasibətlərini davam etdirən Məkkəli müşriklərə də aqibətlərinin o müqavimət göstərənlərdən fərqli olmayacağı ismarıcı verilmişdir.

Bölmədəki ana mövzunu əks etdirən bu ayələrin oxunmasını, mövzunun daha yaxşı anlaşılması baxımından xüsusilə vacib hesab edirik:

  • 38Adı, Səmudu, Rəss əhlini və bunlar arasında daha bir çox nəsilləri də. (Furqan/38)
  • 78Və and olsun ki, Biz səndən öncə necə elçilər göndərdik. Onlardan kimini sənə an­latdıq, kimini də anlatmadıq. Heç bir elçi Allahın izni/biliyi olmadan bir əlamət/nümunə gətirə bilməz. Artıq Allahın əmri gəlincə də, haqq ilə gerçəkləş­di­rilir. Batilə uyanlar, bax budur, burada itkiyə, zərərə uğrayıb acı çəkdilər. (Mömin/78)
  • 76,77Və yaxında səni bu yerdən/yurdundan çıxarmaq üçün mütləq narahat edə­cək­lər. Belə olan halda, səndən əvvəl elçi göndərdiklərimiz adamlar haqqındakı qaydamıza/hüququmuza görə, onlar da səndən sonra çox az qalacaqdılar. Bi­zim qaydalarımızda hər hansı bir dəyişiklik görə bilməzsən. (İsra/76, 77)
  • 88,89Qövmündən yekəxanalıq edib öndə gedənlər dedilər ki: “Ey Şüeyb! Ya səni və səninlə bərabər inananları şəhərimizdən qəti olaraq çıxararıq, ya da bizim dinimizə/həyat tərzimizə dönərsiniz!” Şüeyb, dedi ki: “İstəməsəkdəmi?! Allah bizi ondan qurtardıqdan sonra təkrar sizin dininizə/həyat tərzinizə dönəriksə, əmin olun ki, Allah haqqında yalan uydurmuş olarıq. Rəbbimiz Allahın diləməsi istisna olmaqla, ondan geri dönməyimiz bizim üçün olacaq şey deyildir. Rəbbimiz öz elmi ilə hər şeyi əhatə etmişdir. Biz ancaq Allaha güvənib dayandıq”: Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında haqq ilə hökm et. Çünki Sən hökm edənlərin ən xeyirlisisən! (Əraf/88-89)

Və Həcc/40, Nəml/54-58, Ənfal/30, Rad/33, Al-i İmran/21, 22, Cuma/4, Həcc/75.

15–17Elçilər fəth istədilər. Bütün inadçı tiranlar da itkiyə, zərərə uğrayıb, acı çəkdi. Ardından cəhənnəm vardır. Və ona irinli sudan içirdiləcəkdir. İrinli suyu qurtum-qurtum içəcək, uda bilməyəcək. Və hər yandan özünə ölüm gələcək, lakin o heç ölməyəcək. Ardından da çox sərt bir əzab gələcəkdir.

Bu ayələrdə, elçilərin müqavimət göstərən inkarçılar haqqındakı tələbləri ilə Rəbbimizin bu tələbləri qəbul edərək, müqavimət göstərən müşrikləri cəzalandırması nəql edilmişdir. Elçilər çətinlik çəkdikləri dövrlərdə daima Allahdan yardım istəmişdilər. Rəbbimiz də elçilərə yardım edərək, bütün zalımları məhv etmişdır. Bu zalımların axirətdəki yerləri də cəhənnəm olacaqdır:

  • 21–24Nuh: “Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kəsə uydular. Və onlar böyük tələlər qurdular. Və: “Qətiyyən tanrılarınızı buraxmayın. Və qətiyyən Vedd, Suva, Yagus, Yeuk və Nəsri buraxmayın” – dedilər. Qətiliklə bir çoxlarını da azdırdılar. Sən də o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sadəcə, azğınlığını artır” – dedi.
  • 26–28Və Nuh dedi ki: “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər. Rəbbim! Mənim üçün, anam-atam üçün, mömin olaraq evimə girən insanlar üçün, mömin kişilər və mömin qadınlar üçün mağfirət et/bağışla hamımızı! Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə də yox olmağı artır”. (Nuh/21-28)
  • 88Və Musa: “Rəbbimiz! Şübhəsiz ki, Sən Firona və öndə gedənlərinə adi dünya həyatında zinət və mallar verdin. Rəbbimiz! Sənin yolundan azdırsınlar deyə… Rəbbimiz! Onların mallarını sil-süpür və qəlblərinə kədər ver. Çünki onlar, o acıqlı əzabı görmədikcə, iman etməyəcəklər” – dedi.
  • 89Allah: “Hər ikinizin də duası, tam yəqinliklə bilin ki, qəbul olundu. Elə isə ikiniz doğru yolda davam edin. Və bilməyən insanların yolunu qətiyyən izləməyin!” –dedi. (Yunus/88, 89)
  • 136Biz də, şübhəsiz, ayələrimizi yalan saydıqları və onlardan qafil olduqlarına görə onları cəzalandırıb, ədaləti bərqərar etdik. Və onları bol suda/çayda boğduq.
  • 137O zərərlə gəlmiş/gücsüzləşdirilmiş olan qövmü də bərəkətləndirdiyimiz yerin hər tərəfinə mirasçı etdik. Və beləliklə, Rəbbinin İsrailoğullarına olan o çox gözəl sözü səbr etdikləri üçün yerinə yetirildi. Biz də Firon ilə qövmünün yerinə yetirərək bu zamana gəldikləri sənaye əsərlərini və yüksəltməkdə olduqları şeyləri yerlə yeksan/bir etdik. (Əraf/136, 137)
  • 28,29Lutu da göndərdik. O zaman o, qövmünə: “Şübhəsiz ki, siz qətiliklə, aləmlərdən sizdən öncə keçmiş olanların etmədiyi bir həyasızlığı edirsiniz! Siz şübhəsiz ki, qəti­lik­lə kişilərə gedəcək, yol kəsəcək və bir yerə toplaşdığınızda ədəbsizlik edəcəksinizmi?” – de­mişdi. Buna görə də qövmünün cavabı, sadəcə: “Doğru söyləyənlərdənsənsə, Allahın əzabını bizə gətir!” – demələri oldu.
  • 30Lut: “Rəbbim! Bu pozğunçular qövmünə qarşı mənə kömək et!” – dedi. (Ənkəbud/28-30)

Ayələrdə bəhs edilən “qaynar su” və “irin içirtmək” şəklindəki cəzalandırmalar, qorxudaraq xəbərdar etmək məqsədiylə, Həcc/19-22, Muhəmməd/15, Kəhf/29, Haqqah/30 37, Vaqiə/52, Gaşiyə/4, 5, Sad/57-58, Saffat/64-68-də yer almışdır.

Rəbbimiz, elçilərinə yardım edib, onları hər zaman müvəffəq qılacağını bir çox dəfə (Saffat/171-173, Mücadilə/21, Muhəmməd/7, Fəth/4, Al-i İmran/139, Mömin/51) elan etmişdir.

18Kafirlərin/Rəbbini bilə-bilə rədd edənlərin/inanmayanların vəziyyəti… Onların etdikləri tamamilə, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu bir kül kimidir. Qazandıqlarından heç bir şeyi əldə saxlaya bilməzlər. Bax budur, bu, uzaq azğınlığın məhz özüdür.

Bu ayədə, keçmişdən günümüzə qədər bütün inkarçıların ortaya qoyduqları işlərin, düşüncəsiz şəkildə etdikləri seçimin nəticəsinin bir heç hökmündə olacağı örnəklə verilir. İnkarçıların əməlləri küləkdə sovrulan kül kimidir. Etdiklərinin heç bir dəyəri, ağırlığı, sabitliyi yoxdur. Yüngül bir külək ilə belə sovrulur gedər, ortada heç bir şey qalmaz. Bir çox yerdə toxunulduğu kimi, əməllərin Allah tərəfindən dəyərləndirilməyə tabe tutulması üçün o əməllər ilk növbədə Allah rizası üçün edilməlidir. İnkarçıların küfrü ortaya qoyduqları bütün işlərin əsasını yox edir, ortada əməl deyə bir şey buraxmır.

Küfr edənlərin əməllərinin boşuna olması ilə əlaqədar bir çox bənzətmə edilmişdir:

  • 23Və Biz, Bizə qovuşmağı ummayanların etdikləri hər əməlin qarşısını aldıq və onu dağılmış toz zərrələri halına gətirdik. (Furqan/23)
  • 117Onların bu bəsit dünya həyatında xərclədiklərinin vəziyyəti şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə isabət edərək, onları dəyişikliyə/dağıntıya uğradan, içində qovurucu soyuğu olan küləyin vəziyyəti kimidir. Və Allah onlara haqsızlıq etmədi. Lakin, onlar şərik qoşmaqla özlərinə haqsızlıq edirlər. (Al-i  İmran/117)
  • 264Ey iman edənlər! Allaha və son günə inanmadığı halda malını insanlara göstəriş üçün xərcləyən insan kimi, sədəqələrinizi başa qaxaraq və əziyyət edərək boşa çıxarmayın. Bax budur, onun vəziyyəti, üzərində bir az torpaq olan qayanın vəziyyəti kimidir. Üzərinə bir dolu yağdığı zaman, həmin qaya çırıl-çılpaq qalar. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Və Allah, kafirlər qövmünə bələd­çi­lik etməz. (Bəqərə/264)

19,20Göyləri və yer üzünü Allahın haqq olaraq yaratdığını görmədinmi/heç düşünmədinmi? O diləyərsə, sizi aradan qaldırar və yepyeni bir xalq/yaradılış gətirər. Bu, Allaha görə çətin deyildir.

Ayədəki sual, xəbərdar etmək məqsədiylə müşriklərə yönəldilmişdir. “Göylərin və yerin gerçək ilə yaradılması”, Nəhl/3-ün təhlilində geniş şəkildə açıqladığımız kimi, bu varlıqların keçici, müddətli, ölümlü olaraq yaradılmış olması deməkdir. Göyləri və yer üzündəki hadisə və faktları müşahidə edən, araşdıran hər kəs, kainatın ömrünün müddətli olduğunu və o vaxta doğru axıb getdiyini bilir, anlayır. Həmçinin insan öz varlığına baxdığında da ölümlü bir varlıq olduğunu fərq edər. Ayədə ölümdən sonrasına işarə edilərək, hesaba hazırlanılması, yaradılışdakı həqiqətin unudulmaması istənilir. Çünki ilk yaradılışı anlamayan yenidən yaradılışı dərk edə bilməz.

  • 33Onlar, şübhəsiz, göyləri və yer üzünü yaradan və onları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu görmədilərmi/düşünə bilmədilərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir. (Əhqaf/33)
  • 77Və o insan özünü bir nütfədən, bir damla sudan yaratdığımızı görmədimi ki, indi o açıq-aşkar bir düşməndir?
  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur.
  • 83O halda hər şeyin mülkiyyət və idarəsi Öz əlində olan Allah hər cür nöqsanlıqlardan münəzzəhdir. Siz də yalnız Ona döndəriləcəksiniz”. (Ya Sin/77-83)

Mövzumuz olan ayənin ilk bölməsində Rəbbimiz “O dilərsə sizi aradan qaldırar və yepyeni bir xalq/yaradılış gətirər. Bu, Allaha görə çətin deyildir” buyuraraq inkarçıların hər zaman bir fəlakət gözləntisi içində olmalarını xəbərdar etmişdir.

  • 15Ey insanlar! Allaha möhtac olanlar sizlərsiniz. Allah isə… O, zəngin və tərifə layiq olandır.
  • 16,17Əgər O diləyərsə, sizi yox edər və yerinizə yepyeni bir yaradılışı/xalqı gətirər. Bu, Allaha heç çətin də deyildir. (Fatir/15-17)
  • 38Bax budur, sizlər Allah yolunda xərcləməyə çağırılan kimsələrsiniz. Belə olduğu halda sizdən bəziləri xəsislik edir. Və kim xəsislik edərsə, artıq öz nəfsini/mənliyini isbat etmiş olur. Və Allah zəngindir, siz isə yoxsullarsınız. Əgər siz üz çevirərsinizsə, Allah yerinizə sizdən başqa bir cəmiyyət gətirər. Sonra onlar sizin bənzərləriniz olmazlar. (Muhəmməd/38)
  • 54Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında mö­minlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət gətirər ki, Allah onları sevər, on­lar da Onu sevərlər. Onlar Allah yolunda çalışar və heç bir qınayanın qınama­sın­dan qorxmazlar. Bu, Allahın dilədiyinə verdiyi bir ərməğandır. Allah biliyi və mər­hə­məti geniş və hədsiz olandır, çox yaxşı biləndir. (Maidə/54)
  • 133Ey insanlar! Əgər Allah istəyərsə, sizi yox edər, yerinizə başqalarını gətirər. Və Allah buna qadirdir. (Nisa/133)

21Onlar hamılıqla Allah üçün ortaya çıxdılar. Sonra da zəif olan insanlar, yekəxanalıq edən insanlara: “Şübhəsiz ki, bizlər, sizlərə uyan insanlar idik. Yaxşı, indi siz, Allahın əzabından bir şeyi bizdən uzaqlaşdırarsınızmı?” – dedilər. O yekəxanalıq edənlər: “Allah, bizə bələdçi olsaydı, biz qətiliklə sizə bələdçi olardıq. Bizlər ağlayıb-sızlasaq da, səbr etsək də bizim üçün fərqi yoxdur. Bizim üçün qaçacaq hər hansı bir yer də yoxdur” – dedilər.

22Və iş bitincə şeytan [iblis/düşüncə qabiliyyəti] onlara: “Şübhəsiz ki, Allah sizə doğrunu vəd etmişdi, mən də sizə vəd etdim, dərhal da aradan çıxdım. Onsuz da, mənim sizə qarşı məcburedici bir gücüm yoxdur. Ancaq mən sizi çağırdım, siz də mənə qarşılıq verdiniz. Ona görə də məni qınamayın, öz özünüzü qınayın! Mən sizi qurtara bilmərəm, siz də mənim qurtarıcım deyilsiniz! Şübhəsiz ki, mən, əvvəldən məni Allaha ortaq qoşmağınızı da qəbul etməmişdim” – dedi. Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır! 23İman edən və düzəltmək yönündə işlər edənlər də, Rəbbinin izni ilə/biliyi ilə içində həmişəlik qalmaq üçün altından çaylar axan cənnətlərə girdirilirlər. Onların oradakı günaydınlıq verməsi: “Salam”– dır.

Dünyanın keçiciliyi, əməllərin xüsusiyyətinə dair açıqlamalar və geniş xəbərdarlıqlar edildikdən sonra, bu ayə qrupunda da axirətə aid səhnələr ortaya qoyulmuşdur:

Birinci səhnə. Bu səhnədə, özlərini güclü bilənlərlə onlar tərəfindən zəiflədilmiş [müstəzaf] olanlar axirətdə üzləşdirilir.

Zəiflədilmişlər sözdə böyüklərə:

– “Şübhəsiz bizlər, sizlərə uyan kimsələr idik. Yaxşı, indi siz, Allahın əzabından bir şeyi bizdən savarsınızmı?” – deyə soruşarlar.

Yekəxanalıq edənlər də:

– “Allah bizə bələdçi olsaydı, biz qətiliklə sizə bələdçi olardıq.  Bizlər sızıldasaq, ya da səbr etsək bizim üçün birdir [İndi sızıldasaq da, səbr etsək də fərq etməz]. Bizim üçün qaçacaq hər hansı bir yer yoxdur” – deyə cavab verirlər.

Bu səhnə Quranın başqa ayələrində də verilmişdir:

  • 47Və onlar, atəş içində bir-birləri ilə mübahisə edərkən, zəif olanlar yekəxanalıq edənlərə: “Şübhəsiz, bizlər sizə uyan insanlar idik. İndi siz bizdən atəşdən bir hissəni sovuşdura bilərsinizmi?” – deyərlər.
  • 48Yekəxanalıq edənlər: “Şübhəsiz, həmişə/hamımız onun içindəyik. Şübhəsiz ki, Allah qullar arasında hökmünü vermişdir” – dedilər. (Mömin/47, 48)
  • 38Allah: “Sizdən əvvəl keçmiş tanıdığınız-tanımadığınız atəş içindəki lideri olan cəmiyyətlərin içinə girin!” – deyər. Hər cəmiyyət ora daxil olduqca qardaşını kənarlaşdırıb gözdən salar. Sonunda hamısı oraya toplandığında, sonrakılar əvvəlkilər haqqında: “Rəbbimiz! Bax budur, bunlar bizi yolumuzdan azdırdı. Onlara atəşdən qat-qat əzab ver” – deyərlər. Allah: “Hər kəsə qat-qatdır, lakin siz bilmirsiniz” – deyər.
  • 39Əvvəlkilər də sonrakılara: “Sizin bizdən bir üstünlüyünüz yoxdur. O zaman etdikləriniz ucbatından əzabı dadın” – deyərlər. (Əraf/38, 39)
  • 64-66Qətiliklə Allah kafirləri kənarlaşdırıb, gözdən çıxarmış və içində sonsuz olaraq qalmaları üçün onlara çılğın bir atəş hazırlamışdır. Onlar orada bir qoruyucu yaxın və köməkçi tapa bilməzlər. Üzləri atəş içində döndərilib çevrildiyi gün: “Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik!” – deyəcəklər.
  • 67,68Və dedilər ki: “Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik və onlar bizi düz yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabdan iki qat ver və özlərini tam olaraq kənarlaşdır/mərhəmətindən məhrum et”. (Əhzab/64-68)
  • 31Və bu kafirlər: “Biz qətiyyən, bu Qurana inanmarıq, ondan əvvəlkinə də…” – dedilər. Sən şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənləri Rəbbi hüzurunda tutulmuş, sözü birinin digərinə geri çevirdiyini bir görsən! Zəifliyə uğradılan insanlar yekəxanalıq edənlərə: “Əgər sizlər olmasaydınız, qətiliklə bizlər mömin insanlar olardıq” – deyəcəklər.
  • 32Yekəxanalıq edən insanlar zəifliyə uğradılan insanlara: “Sizə bələdçi gəldikdən sonra, sizi ondan bizmi çevirdik? Tam əksinə, siz özünüz günahkarlar oldunuz” – deyərlər.
  • 33O zəifliyə uğradılan insanlar da, o yekəxanalıq edən insanlara: “Tam əksinə, gecənin və gündüzün tələsi! Siz bizə Allaha inanmamağımızı və Ona bəzi yoldaşlar qəbul etməyimizi əmr edirdiniz” – deyərlər. Bunlar əzabı gördükləri zaman peşmançılıqlarını gizləyəcəklər. Biz də o kafirlərin boyunlarına dəmir halqalar keçirmişik. Onlar, sadəcə, etmiş olduqlarının qarşılığını görürlər. (Səba/31-33)

Bu səhnənin ismarıcı odur ki, cəmiyyətdəki elitlər, liderlər, əzizlər bu cür zavallıları qurtara bilməyəcək, hər kəs hələ dünyada ikən öz başının çarəsinə baxmalıdır.

  • 48Və heç bir kimsənin başqa bir kimsəyə hər hansı bir şey üçün qarşılıq ödəmədiyi, heç bir kimsədən köməyin, adam tapşırmağın qəbul edilmədiyi, kimsədən fidyə­nin alınmadığı və heç bir kimsəyə kömək olunmayan günə qarşı Allahın qoruması altına girin. (Bəqərə/48)

İkinci səhnə. Bu səhnədə günahkarlar, içinə düşdükləri vəziyyətin məsuliyyətini şeytanın [İblisin] üstünə yıxmağa çalışırlar. Şeytan da onlara:

Şübhəsiz ki, Allah sizə doğrunu vəd etmişdi, mən də sizə vəd etdim, dərhal da aradan çıxdım. Onsuz da, mənim sizə qarşı məcburedici bir gücüm yoxdur. Ancaq mən sizi çağırdım, siz də mənə qarşılıq verdiniz. Ona görə də məni qınamayın, öz özünüzü qınayın! Mən sizi qurtara bilmərəm, siz də mənim qurtarıcım deyilsiniz! Şübhəsiz ki, mən, əvvəldən məni Allaha ortaq qoşmağınızı da qəbul etməmişdim” – deyərək özünü müdafiə edir.

  • 120İblis onlara vəd verər və onları sayıqlamalara düçar edər. Halbuki şeytan onlara aldat­maq­dan başqa bir şey vəd etməz. (Nisa/120)
  • 5Və Allahın yaratdıqlarından, Qiyamət gününə qədər özünə heç bir cavab verə bilməyəcək olan insanlara dua edəndən daha azğın kim ola bilər? Üstəlik sitayiş olunan insanlar, o insanların yalvarışlarından da xəbərsizdirlər.
  • 6İnsanlar bir araya toplandığı zaman da sitayiş etdikləri kimsələr onlara düşmən oldular. Və onlara sitayiş olunmasını qəbul etməyənlər idilər.   (Əhqaf/5, 6)
  • 27,28Qətiliklə, Biz sizin qonşularınız olan məmləkətləri dəyişikliyə/dağıntıya uğratdıq. Ayələri, onlar dönsünlər deyə, təkrar-təkrar açıqladıq. Belə isə, Allahın yaratdıqla­rın­dan, guya Ona yaxınlığa vəsilə qəbul etdikləri uydurma tanrılar, onların əzabını sov­ma­ğa kömək etməli deyildimi? Əksinə, o uydurma tanrılar özlərindən ayrılıb, yox ol­dular. Bu, onların yalanlarıdır/uydurmaqda olduqları şeydir.     (Əhqaf /27, 28)

Üçüncü səhnə.

Və iman edən və düzəltmək yönündə işlər edənlər də, Rəbbinin izni ilə/biliyi ilə içində həmişəlik qalmaq üçün altından çaylar axan cənnətlərə girdirilirlər. Onların oradakı günaydınlıq verməsi: “Salam”– dır.

  • 73Rəbbinə qarşı Allahın qoruması altına girmiş olanlar da qətiliklə cənnətə bölük-bölük sövq ediləcəklər. Sonunda oraya çatdıqları, qapılarının açıldığı və gözətçilərinin onlara: “Salam sizlərə, tərtəmiz gəldiniz!” – dediyi zaman: “Sonsuz olaraq içində qalmaq üçün buyurun, girin oraya!” – deyiləcək. (Zümər/73)
  • 116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi.
  • 119Allah dedi ki: “Bu, doğru insanlara doğruluqlarının faydalı olduğu gündür. Onlar üçün, içində sonsuz qalanlar olaraq, altlarından çaylar axan cənnətlər vardır”. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu, ən böyük qurtuluşdur. (Maidə/116-119)
  • 75,76Bax budur, Rəhmanın qulları! Səbr etmələrinə qarşılıq olaraq cənnətin ən yük­sək məqamlarında, orada sonsuz olaraq qalmaqla mükafatlan­dırı­la­caqlar, orada hörmət və salamla qarşılanacaqlar. Orası nə gözəl bir qərargah və nə gözəl bir iqamətgahdır! (Furqan/75, 76)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)
  • 10Onların oradakı duaları: Allahım! Sən hər cür əskiklikdən münəzzəhsən!”– olar. Və onların oradakı salamlaşmaları: “Salam” – dır [sağlıq, salamatlıq, xoşbəxtlikdir]! Dualarının sonu da: “Bütün təriflərin, Aləmlərin Rəbbi Allaha olması!”dır. (Yunus/10)
  • 55Həqiqətən cənnətin əhli bu gün bir könül şənliyi içindədirlər.
  • 56Onlar və onlara təqdim olunan müşayiətçi yoldaşlar kölgələr altında, taxtlar üzərinə oturmuşlar.
  • 57Yalnız və yalnız onlara orada meyvələr vardır. İstəyəcəkləri hər şey də onlarındır.
  • 58Söz olaraq onlara əngin mərhəmət sahibi Rəbdən “salam” vardır. (Ya Sin/55-58)

Burada və daha bir çox ayədə cənnətdə axan bulaqlardan bəhs edilmişdir. Bu bulaqların xüsusiyyətini bu ayələrdən öyrənirik:

  • 25İnanmış və düzəltmək yönündə işlər edən insanlara isə “Şübhəsiz ki, özləri üçün altlarından çaylar axan cənnətlərin olduğunu” müjdələ. Onlar oradakı hər hansı bir meyvədən hər dəfə ruziləndirildikdə: “Bu, bizim daha öncə ruziləndiyimiz şeydir” – deyərlər. Və onlara onun bənzərləri verildi. Orada çox təmiz yoldaşlar ancaq onlarındır. Və onlar orada həmişəlik qalanlardır. (Bəqərə/25)
  • 35Allahın qoruması altına girənlərə söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, onlara nəsib edilən – meyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girənlərin aqibətidir. Kafirlərin aqibəti isə atəşdir. (Rad/35)
  • 14,15Yaxşı, Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır. (Muhəmməd/14, 15)

24,25Görmədinmi/heç düşünmədinmi Allah necə bir nümunə verdi? Gözəl bir söz kökü yerdə sabit, qol-budağı göydə olan, Rəbbinin izni ilə/biliyi ilə hər an məhsul verən gözəl bir ağac kimidir. Və onlar öyüd alsınlar deyə, Allah insanlara belə nümunələr verir.

Rəbbimiz, insanların irşadı məqsədiylə Quranda hər cür örnəklər verir:

  • 26,27Şübhəsiz, Allah bir ağcaqanadı, hətta daha kiçik olan bir şeyi belə, nümunə verməkdən çəkinməz. Bax budur, iman edənlər bilirlər ki, şübhəsiz, o haqdır, Rəbbindəndir. Kafirlər isə artıq: “Allah belə bir nümunə ilə nə demək istədi?” – deyərlər. Allah verdiyi nümunələrlə bir çoxlarını çaşdırır, onunla bir çoxlarını bələdçiləyər. Allah onunla sadəcə, söz verib andlaşdıqdan sonra Allaha verdikləri sözü pozan, Allahın birləşdirilməsini əmr etdiyini/iman-əməl ayrılmazlığını pozan və yer üzündə pozğunçuluq edən, haqq yoldan çıxmış insanları çaşdırır. Bax budur, bunlar zərərə uğrayanların məhz özləridir.  (Bəqərə/26, 27)
  • 17Allah göydən bir su endirdi və vadilər öz tutumlarında sel olub axdılar. Sonra da sel suyun üzünə çıxan köpüklə yükləndi. Bir zinət əşyası və ya bir mənfəət əldə etmək üçün atəşdə əritdiklərinin üzərində də buna bənzər bir köpük vardır. Allah haqq və batili belə nümunə göstərər. Sonra köpük atılar gedər, insanlara faydası olan isə yerdə qalar. Bax budur, Allah nümunələri belə verir. (Rad/17)
  • 21Əgər Biz bu Quranı bir dağa/çox iri cüssəli bir yük götürə bilən varlığa endirsəydik, Allaha olan hörmətlə, sevgi ilə və bilik ilə ürpərtidən onu səmimiyyətlə hörmət duyan, baş əyən və parça-parça olmuş görərdin. Və Biz bu nümunələri yaxşı-yaxşı düşünərlər deyə, insanlara veririk. (Həşr/21)
  • 43Və Biz bu nümunələri insanlara veririk. Onları da biliklilərdən başqası qavraya bilmə (Ənkəbud/43)

Rəbbimiz, mövzumuz olan ayədə yaxşı, gözəl sözün/biliyin [imanın] hər zaman, hər şərtdə və hər şəraitdə yararlı olacağına dair təmsili bir açıqlama edilir. “Gözəl-xoş bir söz”, kökü sağlam, budaqları göyə yayılmış, hər an bar verən gözəl bir ağaca bənzədilmişdir.

Burada “gözəl-xoş söz” ilə qəsd edilənin  “La ilahə illallah” sözü olduğu; ağaca bənzədilən bu sözün iman amilini simvolizə etdiyi; ağacın budaqlarının ictimai həyat, hər an verdiyi barın isə yaxşı davranışlar olduğu anlaşılır.

Rəbbimiz tövhid etiqadını Al-i İmran surəsində “söz” olaraq xarakterizə etmişdir.

  • 64De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə – “Allahdan başqasına qulluq etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın yaratdıqla­rın­dan birimiz digərimizi rəbblər qəbul etməyək” qaydasına gəlin. Buna baxmayaraq əgər Kitab Əhli üz çevirirlərsə, artıq:  “Şübhəsiz, bizim müslimlər olduğumuza şahid olun” – deyin. (Al-i  İmran/64)

26Pis bir söz isə yerdən qopardılmış, sabit qala bilməyən pis bir ağaca bənzəyər.

Yaxşı, gözəl söz”ün “gözəl bir ağac”a bənzədildiyi yuxarıdakı ayədən sonra, bu ayədə də “çirkin söz” köksüz, torpaqdan qoparılmış, sabit qalma imkanı olmayan bir ağaca bənzədilmışdır. “Pis söz” imanın əksi olan dinsizlik, küfr və şirki təmsil edir. Kafirlərin, müşriklərin [inancsızların] heç bir əməli dəyərləndirilməyəcəyinə görə, pis ağacın meyvə verməsindən də bəhs edilməmişdır.

Pis sözün mahiyyəti ilə əlaqədar bu ayələrin xatırlanması çox yerində olacaqdır:

  • 18Kafirlərin/Rəbbini bilə-bilə rədd edənlərin/inanmayanların vəziyyəti… Onların etdikləri tamamilə, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu bir kül kimidir. Qazandıqlarından heç bir şeyi əldə saxlaya bilməzlər. Bax budur, bu, uzaq azğınlığın məhz özüdür. (İbrahim/18)
  • 30,31Bax budur, belə! Və kim Allahın toxunulmaz qıldıqlarına hörmət göstərərsə, ar­tıq bu, özü üçün Rəbbinin qatında xeyirdir. Sizə bildiriləndən başqa heyvanlar sizə ha­lal qılınmışdır. O halda Allaha yönələnlər olaraq, Ona ortaq qəbul edənlər ol­ma­ya­raq, o bütlərdən olan kirlilikdən qaçının, yalan sözdən də qaçının. Allaha kim or­taq qoşarsa, artıq o kimsə göydən düşərək quşların qapdığı və ya küləyin özünü kim­səsiz bir yerə sürüklədiyi şey kimidir. (Həcc/30, 31)

27Allah iman edənləri, adi dünya həyatında və Axirətdə sabit bir sözə/imana bənd edər. Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də azdırar. Və Allah dilədiyi şeyi edər.

Bu ayədə Sünnətullahda cərəyan edən prinsiplər açıqlanmışdır. Allah, iman edənləri həm bu dünyada, həm də axirətdə təmin edəcəkdir. Yəni inanmışlar dünyada sosial, siyasi, hərbi və iqtisadi sahələrdə daima üstün olacaqlar. Axirətdə isə cənnətlərdə səfa sürəcəklər. Ənfal/60-ın tələbinə görə möminlər hər zaman hərbi, sosial, siyasi və iqtisadi sahələrdə Allahın düşmənlərindən və öz düşmənlərindən daima üstün olmaq məcburiyyətindədirlər. Belə olmadıqları təqdirdə hər cür bəla və musibətə hazır olmalıdırlar.

  • 139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz. (Al-i İmran/139)

28,29Allahın nemətlərini nankorluğa dəyişdirən və cəmiyyətlərini dəyişikliyə/dağıntıya uğrama yurduna/cəhənnəmə çevirənləri görmədinmi? Onlar, cəhənnəmə girəcəklər. O, nə pis bir qərargahdır!

30Və nankorlar… Onun yolundan azdırmaq üçün Allaha zövcələr isnad etdilər. De ki:  “Yararlanın, artıq şübhəsiz ki, dönüşünüz atəşədir”.

Bu ayələrdə, zalımların nələr etdiyi və Rəbbimizin də onlara nələr edəcəyi bildirilmişdir. Allahın bu qədər neməti qarşısında özünü görməməzliyə qoyan, insanları tövhid inancından çəkindirərək şirk hallarının davamını istəyən, üstəlik cəmiyyətlərini azdırmaq üçün bir sıra saxta tanrılar ortaya qoyanlar, qəti olaraq həlak yurdu olan cəhənnəmə girəcəklər. Hər nə qədər dünya nemətlərindən yararlansalar da, aqibətləri belə olacaqdır.

Ayənin ismarıcı ümumi olmaqla yanaşı, ilk müxatib Məkkəli müşriklərdir. Bu haldakıların bənzərləri keçmişdə də yaşanmışdır. Rəbbimiz bu xüsusiyyətdəki insanların nankorluğuna, şirklərinə və bütçülüklərinə baxmayaraq onlara: “Yararlanın, artıq şübhəsiz ki, dönüşünüz atəşədir” – buyurur. Bu çox ciddi bir təhdiddir. Ayədəki “Yararlanın …” ifadəsi göstərır ki, Rəbbimiz bu tip insanları dərhal cəzalandırmır.

Mövzumuz olan ayənin bənzərləri Fussilət və Zümər surələrində də keçmişdi:

  • 40Şübhəsiz, əlamətlərimiz/nümunələrimiz haqqında doğruluqdan ayrılıb, inkara sapla­nan insanlar Bizə gizli qalmazlar. O halda atəşə atılacaq olan insanmı daha xeyirlidir, yoxsa Qiyamət günü əminlik içində gələcək insanmı? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri ən yaxşı görəndir. (Fussilət/40)
  • 8İnsana bir kədər üz verdiyi zaman könlünü Ona açaraq, Rəbbinə yalvarır. Sonra özünə, tərəfindən bir nemət lütf etdiyi zaman da, öncədən Ona yalvardığı halı unudaraq, Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşur. De ki: “Küfrünlə bir az yararlan! Şübhəsiz ki, sən atəşin əhlindənsən”. (Zümər/8)
  • 24Biz onları bir az faydalandırarıq. Sonra özlərini sıx bir əzaba doğru məcbur edərik. (Loğman/24)
  • 70O şeylər, dünyada bir qazancdır. Sonra dönüşləri yalnız və yalnız Bizədir. Daha sonra da küfr etdikləri – bilərək rədd edib, qəbul etmədikləri şeylərə görə də özlərinə o çətin əzabı daddıracağıq. (Yunus/70)

Ayədə işarə edildiyi kimi, Allahın nemətlərini [göndərdiyi elçini, endirdiyi kitabı, cəmiyyətdə təşkil olunmuş qardaşlığı, dinclik və xoşbəxtliyi] nankorluğa çevirənlərin başında Səba xalqı, İsrailoğulları, Qarun və Qüreyş qəbiləsi yer alır.

  • 20,21Və həmçinin Musa qövmünə: “Ey qövmüm! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin Allah içinizdən peyğəmbərlər göndərdi. Sizi də hökmdarlar etdi. Və aləmlərdən heç bir kimsəyə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizə yazdığı təmizlənmiş torpağa girin, geriyə dönməyin, yoxsa itkiyə uğrayanlar olaraq dönərsiniz” – dedi. (Maidə/20, 21)
  • 103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur. (Al-i  İmran/103)
  • 11Ey iman edənlər! Allahın sizin üzərinizdə olan nemətini xatırlayın. Həmçinin bir tayfa sizə əl uzatmağa çalışmışdı və Allah onların əllərini sizdən çəkmişdi. Və Allahın qoruması altına girin. Artıq möminlər də işin sonunu yalnız və yalnız Allaha həvalə etsinlər. (Maidə/11)
  • 9Ey iman edənlər! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin sizə ordular gəlmişdi və Biz onların üzərlərinə bir külək və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, etmiş olduqlarınızı çox yaxşı görəndir. (Əhzab/9)

Surənin “Giriş” bölməsində də bəyan etdiyimiz kimi, mövzumuz olan 28-ci və 29-cu ayələrin Mədəni olduğuna dair nəqllər vardır. Bəhs edilən ayələrin bölməyə olan uyğunluğu nəzərə alındığında, bu nəqllərin ciddiyyəti qalmır.

31İman edən qullarıma söylə, Salaatı iqamə etsinlər və alış-verişin, dostluğun olmadığı bir günün gəlməsindən öncə özlərini ruziləndirdiyimiz şeylərdən açıq və gizlin olaraq, Allah yolunda xərcləməkdə olsunlar/yaxınlarının dolanışıqlarını təmin etsinlər”.

Bu ayələrdə Rəbbimiz, elçisinin möminlər cəmiyyətinə: “Salaatı iqamə etsinlər, alış-veriş və dostluğun olmadığı bir günün gəlməsindən əvvəl, özlərini ruziləndirdiyimiz şeylərdən açıq və gizli olaraq infaq etsinlər” – şəklindəki ismarıcını çatdırmasını buyurur. Allahın nemətlərini nankorluğa döndərənlərə edilən təhdid müqabilində bu buyuruqda isə möminləri şükrə yönəltmə vardır.

Ayədə üzərində durulan ən əhəmiyyətli mövzu “Salaatın iqaməsi”dir. Salaat, Rəsulullahın da xarakterizə etdiyi kimi, dinin dirəyidir. Salaatın iqamə edilmədiyi [təşkil edilmədiyi və fəaliyyətinin təmin olunmadığı] heç bir cəmiyyət yaxşılaşmamışdır. Bu ayədə Möminlərin artıq öz dəstək təşkilatlarını [məktəblərini açmaları, Bağkur, Sigorta, Emekli Sandığı, Kızılay, Yeşilay kimi bütün yardım təşkilatlarını] təşkil etmələri və onların fəaliyyətini təmin etmələri, yaşatmaları əmr edilmişdir. (Salaat və namaz mövzularına aid geniş açıqlamamız inşaallah Ənkəbud/45-in təhlilində və eyni surənin sonundakı əlavədə veriləcəkdir.)

Ayədə keçən “alış-veriş və dostluğun olmadığı bir gün” ifadəsi, kimsənin fidyə verərək özünü qurtarma imkanına sahib olmayacağı, hər kəsin öz dərdinə düşəcəyi, dost olanların bir-birinə düşmən olacağı “Hesab Günü” mənasındadır.

  • 67O gün Allahın qoruması altına girənlər istisna olmaqla, bütün başçılar/bir-birini izləyənlər, bir-birlərinə düşməndirlər. (Zühruf/67)
  • 59Bax budur, bunlar da sizinlə birlikdə, atılarcasına girən bir qrupdur. Onlara bir rahatlıq yoxdur. Şübhəsiz, onlar cəhənnəmə atıldılar/sallandılar.
  • 60Deyərlər ki: “Xeyr, əslində sizə mərhəba/salam/sabah yoxdur. Cəhənnəmi önümüzə siz gətirdiniz. O nə pis bir dayanacaqdır!”
  • 61Deyərlər ki: “Rəbbimiz! Bizim önümüzə bunu kim gətirdisə, onun atəşdəki əzabını qat-qat artır!”
  • 62Və yenə deyərlər ki: “Özlərini pislərdən saydığımız bir sıra insanları niyə görə bilmirik? 63Biz onları lağa qoymuşduq/alçaltmışdıq. Yoxsa gözlər onlardan yanmı keçdi?”
  • 64Şübhəsiz ki, bu, atəş əhlinin bir-biri ilə mübahisəsi/şikayət etməsi gerçəkdir. (Sad/59-64)
  • 38Allah: “Sizdən əvvəl keçmiş tanıdığınız-tanımadığınız atəş içindəki lideri olan cəmiyyətlərin içinə girin!” – deyər. Hər cəmiyyət ora daxil olduqca qardaşını kənarlaşdırıb gözdən salar. Sonunda hamısı oraya toplandığında, sonrakılar əvvəlkilər haqqında: “Rəbbimiz! Bax budur, bunlar bizi yolumuzdan azdırdı. Onlara atəşdən qat-qat əzab ver” – deyərlər. Allah: “Hər kəsə qat-qatdır, lakin siz bilmirsiniz” – deyər.
  • 39Əvvəlkilər də sonrakılara: “Sizin bizdən bir üstünlüyünüz yoxdur. O zaman etdikləriniz ucbatından əzabı dadın” – deyərlər. (Əraf/38, 39)

Və Əhzab/64-68, Ənkəbud/25, Bəqərə/48,123,254, Hədid/15.

Ayədəki  “… alış-veriş və dostluğun olmadığı bir günün gəlməsindən əvvəl … infaq etsinlər” ifadəsi, “ölməzdən əvvəl infaq etsinlər” mənasındadır. Çünki öldükdən sonra infaq imkanı olmayacaq, infaq edilmədiyinə görə peşmanlıq olacaqdır.

  • 10Və sizdən birinizə ölüm gələrkən – “Rəbbim! Məni yaxın bir müddət sonuna qədər gecikdirsən, mən də beləcə, sədəqə versəm və salehlərdən olsam…” – deməmişdən əvvəl sizə ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyin. (Münafiqun/10)

Yenə eyni ayədə infaqın necə edilməli olduğu da bəyan edilmişdir. Bu bəyandan aaydın olur ki, gizli və ya aşkar ediləcək infaq növləri ola bilir.

Aşağıdakı ayələrin dəlalətiylə “zəkat” kimi məcburi infaq növünün aşkar [açıq şəkildə] edilə biləcəyi; sədəqə, tatavvu [könüllü, ixtiyari] infaqların isə gizlin şəkildə edilməsinın daha ərdəmli bir davranış olduğu aydın olur:

  • 271Sədəqələri açıqca verərsinizsə, artıq o, çox yaxşı olar. Əgər onları gizlədərsinizsə, kasıblara verərsinizsə də, artıq bu, sizin üçün daha xeyirlidir və günahlarınızdan bir qismini silmiş olarsınız. Və Allah etdiklərinizdən xəbərdardır. (Bəqərə/271)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)

32–34Allah göyləri və yeri yaradan, göydən su endirib, onunla sizə ruzi olaraq müxtəlif meyvələr çıxarandır. Və Allah əmrinə uyğun olaraq, dənizdə üzüb getmələri üçün gəmiləri xidmətinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı, çayları da xidmətinizə verdi. Daima fırlanma halında olan Günəşi və Ayı da xidmətinizə verdi/onları da faydalanacağınız xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin xidmətinizə verdi. Və O, Özündən istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz! Şübhəsiz ki, insan qətiliklə çox səhv/öz zərərinə iş edən, çox nankor biridir.

Verdiyi nemətlərə qarşı qullarından şükür etmələrini, salaatı iqamə etmələrini və gizli-aşkar infaq etmələrini istəyən Rəbbimiz, bu ayələrdə də qullarına lütf etdiyi müxtəlif nemətlərini xatırladaraq insanoğlunu öz təbiətindəki zülm və nankorluq meyllərinə qarşı xəbərdar edir.

Rəbbimizin nemətləri həqiqətən də sayılamayacaq qədər çoxdur. O, göydən yağış endirərək insanları və onların yararlandığı bütün bitki və heyvanları bəsləyir. Dənizləri və çayları insanın əmrinə verməsi, günəş və ayı döndürərək insanlığın xidmətinə verməsi, gecə və gündüzü insanların məişət və dincəlmə nizamını təmin edəcək şəkildə tənzimləməsi, yer üzündəki yararlı və lazımlı hər şeyi insanın əmrinə hazır qılması bu nemətlərdən sadəcə bir hissəsidir. “Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz!” ifadəsi həqiqəti tam olaraq əks etdirir. Allahın nemətləri o qədər çoxdur ki, hamısını saymaq həqiqətən də mümkün deyildir.

Mövzumuz olan ayələrdə xatırladılan bu nemətlərlə əlaqədar Quranda bir çox ayə (Bəqərə/21, 22, Nuh/15, 16, Yunus/5, Nəbə/10-11, Yunus/67, Ya Sin/40, Əraf/54, Fatir/13, 14, Zümər/5, Qasas/73) vardır.

35–41Və həmçinin bir zaman İbrahim: “Rəbbim! Bu şəhəri təhlükəsiz et! Məni və oğullarımı bütlərə sitayiş etməkdən uzaq tut! Rəbbim! Şübhəsiz ki, bütlər insanlardan bir çoxunu azdırdılar. İndi kim mənə uyarsa, artıq o, şübhəsiz, məndəndir. Kim mənə qarşı çıxarsa… Artıq Sən, şübhəsiz ki, çox bağışlayan və çox mərhəmət edənsən. Rəbbimiz! Şübhəsiz, mən  uşaqlarımdan bir qismini salaatı iqamə etmələri üçün Sənin toxunulmaz qılınmış Evinin yanında, əkinsiz bir vadidə yerləşdirdim. Rəbbimiz! Verdiyin nemətlərin qarşılığını ödəmələri üçün artıq Sən də insanlardan bir qisminin könüllərini onlara meylləndir. Və onları bəzi meyvələrdən ruziləndir. Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiyimiz şeyləri və açığa vurduğumuz şeyləri bilirsən. Həmçinin yerdə və göydə, heç bir şey Allahdan gizlin qalmaz. Bütün təriflər, ixtiyarlıq halımda mənə İsmayılı və İshaqı lütf edən Allahadır, başqası öyülə bilməz. Şübhəsiz ki, Rəbbim duamı çox yaxşı eşidəndir. Rəbbim! Məni salaatı iqamə edən biri et! Soyumdan da… Rəbbimiz! Duamı da qəbul et! Rəbbimiz! Hesabın qurulduğu gündə mənim üçün, anam-atam üçün və möminlər üçün bağışlayan ol!” – demişdi.

Bu ayələrdə İbrahim peyğəmbərin duasına yer verilmişdir. İstər bu ayələrdən, istərsə də İbrahimlə əlaqədar digər Quran bölmələrindən anlaşıldığı kimi, bu dualar İbrahim peyğəmbərin fərqli zamanlarda və şəraitlərdə etdiyi dualardır. Bu dualar eyni zamanda onun həyatından bəzi fraqmentləri də verir.

Burada nəql edilən duasının bir bənzəri Bəqərə surəsində də verilmişdir:

  • 127–129Və həmçinin İbrahim və İsmayıl Beytdən təməlləri yüksəldirlər: “Rəbbimiz! Bizdən qəbul buyur! Şübhəsiz ki, Sən ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüsən. Rəbbimiz! Bizim ikimizi Sənin üçün sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dinini qəbul etməsini təmin edən] biri et. Soyumuzdan da Sənin üçün sağlamlaşdıran bir başçılı cəmiyyət gətir. Və bizə qulluq üsullarını göstər, tövbəmizi də qəbul et. Şübhəsiz ki, Sən günahdan dönənləri çox-çox qəbul edənin və çox mərhəmətli olanın məhz özüsən. Rəbbimiz! Bir də onlara içlərindən bir peyğəmbər göndər ki, onlara Sənin ayələrini oxusun, onlara Kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrətsin, onları arındırsın. Heç şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyanın, pozulmağı yaxşı əngəlləyənin, sağlam edənin məhz özüsən”. (Bəqərə/127-129)

Mövzumuz olan ayədə İbrahim peyğəmbərin bütlərlə əlaqədar olaraq “Rəbbim! Şübhəsiz onlar [bütlər] insanlardan bir çoxunu azdırdılar” dediyi diqqət çəkir. Bu bir məcazi ifadədir. Çünki, bütlər cansız varlıqlardır. Cansızlar isə heç bir şey etməzlər. Lakin onlara sitayiş etməkdə bir azdırmadan [dəlalət] bəhs edildiyi üçün, bu azdırma işi məcazən onlara nisbət edilmişdir.

Yenə mövzumuz olan bölmədə, Kəbə ilə əlaqədar “Haram [toxunulmaz qılınmış] Ev …” ifadəsının keçdiyi görünür. Kəbə “muharrəm [toxunulmaz qılınmış]” olaraq xarakterizə edilmişdir. Quran təhlil edildiyində Kəbənin bu statusunun orada dava-döyüş etmək, oraya hörmətsizlik etmək kimi davranışların və kənarda edilənlərin orada edilməsinin qadağan olunmasından qaynaqlandığı anlaşılır.

  • 67Yoxsa ətraflarındakı insanların zorla yaxalanıb, götürülməsinə baxmayaraq, Məkkəni təhlükəsiz, toxunulmaz etdiyimizi də görmədilərmi? Hələ batiləmi inanırlar və Allahın nemətlərinə nankorluqmu eləyirlər? (Ənkəbud/67)
  • 96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir.                 (Al-i  İmran/96, 97)

İbrahim peyğəmbər bu yalvarışında Allahdan şəhərin təhlükəsizliyi, şirkdən qorunma, nəslinin sevilməsi, ruziləndirilməsi, özünün və nəslinin salaatı iqamə edənlər olması, duasının qəbulu və axirətdə özünün, ana-atasının və möminlərin bağışlanması kimi istəklərini dilə gətirmişdir.

İbrahimin (əs) ana-atası üçün istiğfar etməsiylə əlaqədar olaraq bu məqamın xüsusilə açıqlanması lazımdır: Bilindiyi kimi, müşrik biri üçün dua, istiğfar etmək olmaz. Sadəcə onların doğru yola çatdırılması üçün dua edilə bilər.

  • 113,114Onların özlərinə cəhənnəm əhli olduqları yaxşıca bəlli olduqdan sonra, Peyğəmbərə və iman edənlərə, əqrəba belə olsalar, ortaq qoşanlar üçün bağışlanma dilə­mək olmaz. İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi. (Tövbə/113, 114)

İbrahim (əs), atası haqqındakı hökmü bilmədiyindən, atası üçün istiğfar etmişdir.

  • 41Kitabda İbrahimi də an/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi.
  • 42–45Bir dəfə o atasına: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə nə üçün qulluq edirsən? Atacan! Şübhəsiz, sənə gəlməyən bir bilik mənə gəldi. O halda mənə uy ki, sənə ən doğru bir yolu göstərim. Atacan! Şeytana qulluq etmə. Şübhəsiz, şeytan Rəhmana asi oldu. Atacan! Şübhəsiz, Mən, sənə Rəhmandan bir əzab toxunar və şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən bir yaxın olarsan deyə, qorxuram” – demişdi.
  • 46Atası: “Ey İbrahim! Sən mənim tanrılarımdan üzmü çevirirsən? Əgər əl çəkməzsən, and olsun, səni daşlayaraq öldürərəm. Haydı, uzun bir müddət mənə uzaq ol/rədd ol!” – dedi.
  • 47,48İbrahim: “Salam sənə olsun, sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm. Şübhəsiz ki, O, mənə çox ərməğan verəndir. Və mən sizdən və Allahın yaratdığı sərvətlərdən qulluq etdiyiniz şeylərdən çəkilib ayrılıram. Və Rəbbimə dua edəcəyəm. Rəbbimə yalvarışımda bədbəxt olmayacağımı umuram” – dedi. (Məryəm/41-48)
  • 4,5İbrahimdə və onunla bərabər olanlarda, İbrahimin atası üçün: “Sənin üçün qətiliklə bağışlanma diləyəcəyəm. Və Allahdan olan heç bir şeyə gücüm yetməz” – deməsi istisna olmaqla, qətiliklə sizin üçün gözəl bir nümunə vardır. Həmçinin İbrahim və İbrahimlə bərabər olanlar cəmiyyətlərinə: “Biz sizdən və sizin Allahın yaratdıqlarından sitayiş etdiklərinizdən uzağıq. Biz sizi silib atdıq. Və siz, bir tək olaraq Allaha inanana qədər sizinlə bizim aramızda sonsuzadək bir düşmənçilik və nifrət bəlli edilmişdir. Rəbbimiz! Yalnız sənə inandıq, sənə yönəldik. Və dönüş an­caq sənədir. Rəbbimiz! Bizi kafirlər üçün bir atəşə atılma/imtahan vasitəsi etmə! Bizi bağışla! Rəbbimiz! Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olma­yan/müt­ləq qalib olanın, ən yaxşı qayda qoyanın, ən sağlam edənin məhz özüsən!” – demişdilər. (Mümtəhinə/4, 5)

42,43Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin etdiklərindən Allahın xəbərsiz/məlumatsız olduğunu qətiyyən sanma! Ancaq O, onları başlarını didərək qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur.

Bu ayələrdə Rəbbimiz xatırladar ki, etdiklərinə görə zalımların dərhal cəzalandırmaması yanlış izah edilməsin və açıqlayır ki, bu, Rəbbimizin onlara dünya həyatında tətbiq etdiyi sünnətidir. Bu açıqlama eyni zamanda peyğəmbərimizə də bir təsəlli mahiyyətindədir. “Şübhəsiz Allah, zalım nankorların etdikləri qarşısında laqeyd deyildir. Elə görünməsin ki, onlarla maraqlanmır. İbrahimin səbr etdiyi kimi, sən də səbr et və müşriklərə bunu bil­dir ki, əzablarının ertələnməsi, etdikləri işlərə Allahın razı olduğuna və ya göz yumduğuna görə deyildir. Əksinə üsyankarlara möhlət vermək Allahın bir sünnətidir. Onlarbaşlarını dikərək qaçacaqları, gözlərin hədəqədən çıxacağı bir gün mütləq cəzalandırılacaqlar.”

İstər “başlarını dikərək qaçacaqları, gözlərin hədəqədən çıxacağı bir gün”, istərsə də “baxışları özlərinə dönməz və onların könülləri bomboşdur” sözləri məhşərin dəhşətini ortaya qoyan ifadələrdir. İnsanlar bu dəhşət oyandıran ifadələrlə mühakimə olunacaqları gün mövzusunda xəbərdar edilirlər.

Məhşərin dəhşəti bu ayələrdə də əks olunmuşdur:

  • 6–8O halda onlardan uzaq dur. O gündə Çağırıcının, bilinməyən/unudulan bir şeyə çağırdığı o gündə maraq dolu gözlərlə, o dəvətçinin yanına sürətlə qaçaraq qəbirlərindən çıxarlar. Sanki onlar darmadağın olmuş çəyirtkələr kimidirlər. O, kafirlər: “Bu, çətin bir gündür” – deyərlər. (Qəmər/6-8)
  • 42Sən onları dərhal tərk et ki, vəd edilən günlərinə qovuşanadək boşa çalışıb çabalasınlar və oynayıb-əylənsinlər.
  • 43O gün onlar qəbirlərindən sıçrayaraq çıxarlar. Sanki, dikəldilmiş bir şeyə qaçırmışlar kimi.
  • 44Gözləri dilxorluqdan aşağı dikilmiş və özləri isə alçaqlığa bürünmüş bir halda. Bax budur, bu, onların təhdid edildikləri gündür! (Məaric/42-44)
  • 108O gün heç bir əyriliyi/səhvi olmayan o dəvətçiyə uyarlar və Rəhman üçün səslər qısılmışdır. Artıq sadəcə, yüngül bir səs eşidəcəksən.
  • 109O gün Rəhmanın özünə izin verdiyi və söz sarıdan məmnun olduğu insanlar istisna olmaqla, kömək/dəstək  fayda verməz.
  • 110Allah kömək görməyənlərin önlərindəki və arxalarındakı şeyləri bilir. Onlar isə Onu biliklə əhatə edə bilməzlər.
  • 111Və insanlar diri və bütün yaratdıqlarına nəzarət edən Allah üçün baş əymişdir. Bir şərikə bulaşaraq səhv/öz zərərlərinə iş edən insanlar, həqiqətən zərərə uğra­mış­dır. (Ta Ha/108-111)

44,45Və sən insanları əzabın gələcəyi gün ilə xəbərdar et. Artıq şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Ey Rəbbimiz! Bizə yaxın bir müddətə qədər möhlət ver ki, sənin dəvətinə əməl edək və elçilərə tabe olaq” – deyərlər. Daha əvvəl siz sizin üçün bitməyin/tükənməyin/yox olmağın olmadığına dair and içməmişdinizmi? Həm də siz şərik qoşaraq, özlərinə haqsızlıq edənlərin yurdlarında otururdunuz. Onlara qarşı necə davrandığımız sizə açıq-aşkar bəlli olmuşdu. Və sizə nümunələr də vermişdik.

Rəbbimiz, elçisinə insanları “əzabın gələcəyi gün” ilə xəbərdar etmək vəzifəsi verdikdən sonra, bu ayələrdə də müşriklərlə əlaqədar məhşərə aid bir səhnəni nəql edir. Bu səhnədə müşriklər: “Ey Rəbbimiz! Bizi yaxın bir müddətə qədər ertələ ki, sənin dəvətinə uyaq və elçilərə tabe olaq” – deyə yalvarırlar. Onların bu yalvarışlarına Rəbbimiz: “Daha əvvəl siz, sizin üçün zaval olmadığına dair and içməmişdinizmi? Həm də siz, özlərinə zülm edənlərin yurdlarında oturdunuz. Onlara necə etdiyimız sizə açıq-aşkar bəlli olmuşdu. Və sizə örnəklər də vermişdik” – deyə cavab verir.

Müşriklərin axirət haqqındakı qənaətləri, bunların səhv olması və sonunda təslim olmaları bir çox ayədə (Nəhl/38, 39, Qəmər/3-5, Nəhl/28, 29, Kəhf/35, 36, Mömin/11, 12, Səcdə/12-14, Fatir/37, Möminun/99-100, 106-108, Zümər/58, 59, Mülk/10, Münafıqlər/9-10, Ənam/27-28) bildirilmişdir.

46Və həqiqətən onlar tələlərini qurdular. Onların tələləri Allah qatındadır. Qurduqları tələləri dağları yerindən oynadacaq olsa belə…

Bu ayədə Məkkəli zalım müşriklərin planları deşifrə edilib, Rəbbimizin hamısından xəbəri olduğu, ölçüləri nə qədər böyük olursa olsun, bu planların heç bir əhəmiyyətinin olmadığı və Allahın onları qəti olaraq cəzalandıracağı açıqlanaraq peyğəmbərimiz ruhlandırılır.

Ayədəki “ … onların tələləri” ifadəsi ilə Məkkəlilərin şirkləri qəsd edilmişdir. İnsanoğlunun işlədiyi ən ağır günah “şirk”dir.

  • 90,91Az qaldı ki, buna görə/Rəhmana uşaq isnad etdiklərinə görə göylər çatlayacaq, yer yarılacaq və dağlar parçalanıb dağılacaqdı.
  • 92Halbuki, Rəhman üçün özünə övlad etmək yaraşmaz. 93Göylərdə və yerdə olan bütün hər kəs Rəhmana yalnız və yalnız qul olaraq gələcəkdir. (Məryəm/90-93)

Onlar hansı miqdarda və nə cür günahlar işləyərsə işləsinlər, hansı tələləri qurarlarsa qursunlar, Allah hamısını əskiksiz bilir.

  • 108Onlar insanlardan gizlətmək istəsələr də Allahdan gizlətmək istəməzlər. Hal­bu­ki, Allah sözünə/qərarına uyğun olaraq, Özünün razı olmadığı şeyləri onlar gecə plan­la­yar­kən, onlarla birlikdədir. Və Allah onların etdiklərini əhatə edəndir. (Ni­sa/108)
  • 7Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç nəfərin gizli danışdığı yerdə O, qətiliklə dördüncüdür. Beşdə də O, qətiliklə altıncıdır. Bunlardan az və ya çox olsunlar və harada olurlarsa, ol­sun­lar, O, qətiliklə onlarla birlikdədir. Sonra qiyamət günü onlara etdikləri şeyləri xə­bər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir. (Mücadilə/7)

47O halda, qətiyyən Allahın elçilərinə olan vədindən dönəcəyini sanma! Şübhəsiz, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərpa edəndir.

Rəsulullah ruhlandırıldıqdan sonra, bu ayədə də ona: “O halda qətiyyən Allahın elçilərinə olan vədindən dönəcəyini sanma!” – deyilərək, Rəbbimizin inkarçılara olan dəyişməz münasibəti vurğulanır. Allah onların etdiklərinə qarşı laqeyd deyildir. Rəsulunun əleyhinə çıxan, ismarıclarının duyulmasına mane olmağa çalışan, ona və onunla birlikdə olanlara əziyyət-cəfa edən insanlardan mütləq intiqam alacaqdır; yəni onları yaxalayıb cəzalandıracaqdır, beləliklə, ədalət təmin edilmiş olacaqdır. Bu qətidir, Allah bu qərarından əsla dönməmişdir, dönməsindən də bəhs edilə bilməz.

Ayənin ilk müxatibi Rəsulullah olmaqla yanaşı, verdiyi ismarıc ümumidir. Rəbbimiz hər zaman haqqı qalib etdirəcək, haqdan yana olanlara dəstək verəcəkdir.

  • 51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik. (Mömin/51)
  • 20Allaha və Elçisinə qarşı həddlərini aşmağa çalışanlar – onlar, ən alçaq insanlar arasındadırlar.
  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.  (Mücadilə/20, 21)
  • 62,63Və əgər onlar sənə hiylə qurmaq istəyərlərsə, bil ki, şübhəsiz, sənə Allah yetər. O, səni Öz köməyi ilə və möminlərlə gücləndirəndir və möminlərin könüllərini bir-bi­rinə isinişdirəndir. Sən yer üzündə nə varsa hamısını bütünlüklə xərcləsəydin, yenə də on­la­rın könüllərini bir-birinə isinişdirə bilməzdin. Amma Allah isinişdirdi. Şübhəsiz ki, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/müt­ləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağ­lam­laş­dı­ran­dır. (Ənfal/62, 63)
  • 32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir. (Tövbə/32)

48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

Bu ayədə Rəbbimizin nə zaman intiqam alacağı [günahkarı yaxalayaraq cəzalandıracağı], beləliklə ədaləti təmin edəcəyi açıqlanır.  Qiyamət qoparılacaq, göylər və yer dəyişdiriləcək, bütün zalım və inkarçılar hüzura çıxarılacaqdır. Bu zalımlar zəncirə vurulacaqlar, qatrandan köynəklər geyinəcəklər və üzlərini atəş bürüyəcəkdir.

  • 31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir. (Nəcm/31, 32)
  • 105–107Səndən dağlar haqqında soruşurlar. De ki: “Rəbbim onları sovurduqca sovuracaq­dır. Beləliklə, onları dümdüz boş bir halda buraxacaq. Orada bir çuxur və bir təpə görməyəcəksən”. (Ta Ha/105-107)

Ayədəki “Onların köynəkləri qatrandandır” sözüylə həm zalımların axirətdəki pərişanlığı, həm də cəzalarının işlədikləri günaha uyğun olması ifadə edilmişdir.

Qətran Bu söz, ərəb dilindəki mənasıyla eynilə dilimizə də keçmişdır. Ardıç, şam, xurma, küknar kimi ağaclardan əldə edilən maye yağ kimi duru və qara rəngli, ağır his qoxulu, suda əriməyən bir mayedir. Qətran bəzi mədənlərdən də əldə edilir və bu cürləri “mədəni qətran” olaraq da adlandırılır. Zift kimi bir şeydir.

Ərəblər qətranı ümumiliklə qaynadaraq qotur dəvələrə sürtmək üçün istifadə edirlər. Ayədə yer almasının səbəbi də ərəblərin bu tətbiqatıdır. Günahkarların üzlərini, dərilərini atəş yalayınca, geyim olaraq onlara da qaynar qətran geyindiriləcəkdir; üzərlərinə, yaralarına, yanıqlarına qətran sürtüləcəkdir.

52Bax budur, sənə endirilən bu Kitab, özü ilə xəbərdar edilsinlər, Allahın ancaq bir tək tanrı olduğunu bilsinlər və sağlam düşüncəli/qavrama qabiliyyəti olanlar öyüd alsınlar deyə, insanlara bir xəbərdarlıqdır.

Surə, Quranın insanlığa tövhid mövzulu, öyüd dolu bir təbliğ olduğu bəyanı ilə sona çatır.

Ayədə, surənin ilk ayəsinə işarə edilərək “هذا haza [budur, bu]” deyilmişdir. Bunun mənası, insanlara təbliğ edilənin (elan edilənin) sadəcə cəhənnəm əhvalı olmadığı, Quranın bütünü olduğu həqiqətidir.

  • 19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”. (Ənam/19)
  • 138Bu əmrlər, insanlar üçün bir açıqlama və Allahın qoruması altına girənlər üçün bir yol göstərmə və bir öyüddür. (Al-i İmran/138)
  • 106Şübhəsiz ki, Quranda qulluq edən cəmiyyət üçün qətiliklə bir çatdırılan ismarıc vardır. (Ənbiya/106)

Allah doğrusunu ən yaxşı biləndir.

[1] Muqatil, Süyuti; əl-İtkan.

[2] Razi, əl-Mefatihu’l-Gayb; Kurtubi, əl-camiu li Ahkamil.

[3] Lisanü’l-Arab; c:5, s:163–165 və Tacü’l-Arus; c:7, s:48.