Nas surəsi Məkkədə nazil olan 21–ci surədir. Fələq surəsi ilə birlikdə bir tamlıq təşkil edir. Çünki, bu surədə də insanların Allaha sığınmaqları lazım olan şərlərin [zərərlilərin] sayılmasına davam edilir. Tərcümə: Rəhman, Rəhim Allah adından 1–6“Görünməyən varlıqlardan, bilinən varlıqlardan: – hamısından, insanların ağıllarında pislik pıçıldayan hiyləgər düşmənin pis pıçıltılarının şərindən, insanların ilahına, insanların hökmdarına və insanların Rəbbinə sığınıram” [...]
Fələq surəsi, Məkkədə nazil olan 20–ci surədir. Surənin Mədəni olduğunu irəli sürənlər də vardır. Ancaq surənin Məkkədə enən digər surələrlə eyni üslubda olduğu açıqca görünür. 20–ci sırada nazil olan Fələq surəsi ilə 21–ci sırada nazil olan Nas surələrinə, daşıdığı mahiyyətlərinə görə “معوّذتين muavvizəteyn [iki sığındırıcı] surələr” adı verilir. Bu söz qətiyyən “qoruyucu” mənasına gəlməz. Bu iki surənin[...]
Fil surəsi Məkkədə nazil olan 19–cu surədir. Surənin təxminən b.e. 615–ci ilində endiyi düşünülür və bu surənin, ondan əvvəl enən Kafirun surəsi ilə arasında çox uzun bir vaxt keçmədiyi də bilinir. O dövrdə Müsəlmanların sayı hələ 40–a belə çatmamışdı. Bu dövr, Müsəlmanlarla kafirlər arasındakı nisbətin kafirlərin lehinə olduğu, kafirlərin varlı, güclü və üstün olduqları bir dövr idi.[...]