Kafirun surəsi Məkkədə nazil olan 18–ci surədir. Surə adını ilk ayəsindən almışdır. İlk ayə “الكافرون ايّها يا قل Qul yə əyyühəl kafiruun” olmasına baxmayaraq, bu cümlə uzun olduğu üçün surəyə, qısaca olaraq, “Kafirun” surəsi deyilmişdir. Həmçinin “İbadət” və “İxlas surəsi” olaraq da adlandırılmışdır. Bu surə ilə iman–küfr, haqq–batil arasındakı sərhəd müəyyən edilir, bu sərhəddən qətiyyətlə geri addım atılmayacağı [...]
Maun surəsi Məkkədə nazil olan 17–ci surədir. Surənin tam olaraq Mədinədə endiyini iddia edənlər olduğu kimi, 1–3–cü ayələrinin Məkkədə, 4–7–ci ayələrinin isə Mədinədə endiyini iddia edənlər də vardır. Ancaq həm surənin üslub və məzmunu, həm də İzzət Dərvəzə kimi tədqiqatçıların İbn–i Abbas və İbn Zübeyrə əsaslanan təsbitləri, surənin dəqiq olaraq Məkki olduğunu göstərir. 4–cü ayə “təqib” və[...]
Təkasür surəsi Məkkədə enən 16–cı surədir. Cəmi səkkiz ayədən ibarət olmasına baxmayaraq mahiyyətinə görə, bəzi İslam alimlərinin də dediyi kimi, Qurandakı mövzuların təxminən altıda birini, xülasə halında, əhatə edir. Xatırlayacağımız kimi, Adiyat surəsi insan övladının nankorluğundan, mənfəəti uğrunda etdiklərindən və daha başqa xarakterik xüsusiyyətlərindən bəhs edirdi. Təkasür surəsi həmin surənin davamı mahiyyətindədir. Adiyat və Təkasür surələrinin arasında[...]