İnşirah surəsi olaraq adlandırılan ayələr, Duha surəsinin davamıdır. Quran elmləri mövzusunda tanınmış mütəxəssislərdən olan Tavus və Ömər b. Abdüləziz, Duha və İnşirah surələrini tək surə olaraq qəbul etmişlər. [1] Biz də bu surələrin tək Nəcm olduğunu düşünürük. Duha surəsində peyğəmbərimizin keçmişdəki həyatı və ona verilən nemətlər xatırladılmış, həmçinin bundan sonra ondan gözlənilən davranışların bir qismi açıqlanmışdı. Bu surədə [...]
Duha surəsi, Məkkədə nazil olmuşdur. Enmə sırasına görə 11–ci surədir. Bu surədə Peyğəmbərimizin və vəhyin Allahın təminatı altında olduğu elan edilir. Həmçinin, Fəcr surəsində haqqında söhbət açılan “ərməğan, yetim, nankorluq” kimi anlayışlar, bu surədə Peyğəmbərimizin həyatından nümunələr verilərək gücləndirilir və geniş izah edilir. Klassik mənbələrdə Fəcr surəsinin enməsindən sonra uzun bir “فترة fitrət” dövrünün yaşandığı və daha[...]
Quranın, nüzul sırasına görə 10–cu surəsi olan Fəcr surəsi 30 ayədən ibarətdir. Surənin Məkkədə endiyi bilinir. Surənin məğzi üç əsas mövzunu əhatə edir: Uca Allahın dünya həyatında insanları xeyir, şər, zənginlik və kasıblıq ilə imtahan etməsi haqqındakı ilahi qanununun bəyanı; Ad, Səmud, Firon və tərəfdarları kimi, peyğəmbərləri yalan sayan bəzi millətlərin həlak edilmələrinə səbəb olan məqamların izah[...]