MƏKKƏ DÖVRÜ Nəcm: 36 1De ki: “O Rəbb, bir tək olan Allahdır, 2Saməd[1] olan Allahdır, 3doğmamış və doğulmamışdır. 4Və heç bir şey Ona tay olmamışdır”. (22/112, İxlas/1–4) [1]Bir çox mənası olan “saməd” sözünün, tək bir kəlmə ilə tərcümə edilə bilməsi mümkün deyildir. Bu mənalar belə sıralana bilər: Bütün ehtiyaclarla əlaqədar, özünə yönəlinən, baş vurulan əfəndi, böyük; içində [...]
MƏKKƏ DÖVRÜ Nəcm: 35 1–6“Görünməyən varlıqlardan, bilinən varlıqlardan[1] – hamısından, insanların ağıllarında pislik pıçıldayan hiyləgər düşmənin pis pıçıltılarının şərindən, insanların tanrısına[2], insanların hökmdarına və insanların Rəbbinə sığınıram” – de! (21/114, Nas/1–6) [1]Cin və ins sözləri Quranda ilk dəfə burada keçdiyindən bu sözlərlə əlaqədar qısaca bilik vermək istəyirik: Cin, xalq kültüründə “insan kimi yeyib içən, törəyən, inanan,[...]
MƏKKƏ DÖVRÜ Nəcm: 34 1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə[1] – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de! (20/113, Fələq/1–5) [1]Rəbb, “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq, bir sıra hədəflərə götürən, inkişafı proqramlayaraq, idarə edən” deməkdir. Bu söz,[...]