Adını bir çox nəcmin əsas mövzusu olması və ayələrdəki النساء [ən-nisa/qadınlar] ifadəsindən alan Nisa surəsinin, əksəriyyəti hicri 2-5-ci illərdə, bəzi nəcmləri isə daha sonrakı illərdə enmişdir. Surə bir çox nəcmdən ibarətdir, lakin bu nəcmlər arasında xronoloji bir tərtib mövcud deyil. Fərdi və ictimai bir çox qanunu ehtiva edən nəcmlər, Rəsmi Düzülüşü tərtib edənlər tərəfindən Nisa surəsi adıyla [...]
Mədəni olan və 91-ci surə olaraq endiyi qəbul edilən bu surə adını 10-cu ayədə keçən فامتحنوهنّ [fəmtəhınuhunnə/onları imtahan edin] sözündən alır. Surəyə ad olan kəlmə, ممتحِنة [mümtəhinə] ya da ممتحَنة [mümtəhanə] şəklində tələffüz edilir. Əgər ح [ha] hərfi “kəsrə” [“ı” səsli] oxunursa, “imtahan edən” mənasına, “fətha” [“a” səsli] oxunarsa, “imtahan olunan qadın” mənasına gəlir. Mümtəhanə [imtahan olunan qadın] olduğunu qəbul[...]
Əhzab surəsinin Mədinədə enən 90-cı surə olduğu qəbul edilir. Əhzab surəsi adını 20-cı ayədə keçən الأحزاب [əl-Əhzab] sözündən alır. Əhzab “hiziblər” [qruplar, rəqiblər, partiyalar] deməkdir ki, bununla Müsəlmanlarla döyüşmək üçün birləşən Məkkə kafirləri, Gatafan, Bəni Kurayza və digər Ərəb qəbilələri [birləşmiş müşrik qrupları] qəsd edilir. Surənin məzmunundan ayələrin müxtəlif zamanlarda və uzun fasilələrlə endiyi anlaşılır. Vəziyyətin belə olmasına baxmayaraq[...]