MƏKKƏ DÖVRÜ
Nəcm: 89[1]
1–2De ki: Mənə vəhy edildi ki, şübhəsiz, xaricilərdən ibarət olan bir qrup Quranı dinləyəndən sonra: “Şübhəsiz ki, biz kamala yetməyə bələdçilik edən, heyrətləndirici bir Quran dinlədik. Buna görə də, biz ona iman etdik və Rəbbimizə heç bir şeyi qətiyyən şərik qoşmayacağıq” – dedilər. 3Doğrusu budur ki, Rəbbimizin şanı çox ucadır. O, özünə nə bir qadın yoldaş və nə də bir övlad yaratmamışdır.
4Və heç şübhəsiz, “bizim kəmağıllı”, Allah haqqında yalan, uydurma şeylər söyləyirmiş. 5Doğrusu biz tanıdığımız-tanımadığımız hər insanın Allah haqqında qətiyyən yalan söyləməyəcəyinə inanırdıq.
6Həqiqətən də, insdən; çox yaxşı tanıdığımız insanlardan bəziləri, cindən; tanımadığımız, yad insanlardan bəzilərinə sığınırdılar. Beləliklə də, o yad insanlar, onların azğınlıqlarını, axmaqlıqlarını artırırdılar.
7Həqiqətən də onlar, sizin inandığınız kimi, Allahın qətiyyən kimsəni peyğəmbər göndərməyəcəyinə/diriltməyəcəyinə inanmışdılar.
8Və həqiqətən biz göyə toxunduq və onun qüvvətli gözətçilər və parlaq alovlarla dolu olduğunu gördük. 9Və heç şübhəsiz ki, biz göydən bir şey eşitmək üçün oturulan yerlərə otururduq. Yaxşı, indi hər kim bir şey eşitmək üçün çalışsa, özünə gözləyən parlaq bir alov tapar. 10Biz də, yer üzündəkilərə pislikmi istənildi, yoxsa Rəbləri onlara bir doğruluqmu dilədi bilmirik[2].
11Şübhəsiz, bizlər… Bizlərdən bir qismi salehlərdəndir, bizdən bəzilərı də bunun aşağısında olanlardır. Biz fərqli-fərqli yollarda idik.
12Və tam əmin olun ki, Allahı yer üzündə qətiyyən aciz buraxa bilməyəcəyimizi, qaçmaqla da, Onu qətiyyən aciz buraxa bilməyəcəyimizi yaxşı-yaxşı anladıq. 13Və biz o bələdçini/Quranı dinlədiyimizdə ona iman etdik. Ona görə də kim Rəbbinə inanırsa, o haqqının əskik verilməsindən və haqsızlığa uğramaqdan/axmaq yerinə qoyulmaqdan, özünə gücü çatandan artıq yük yüklənilməsindən qorxmaz.
14Və həqiqətən bizim vəziyyətimiz isə… Müsəlmanlar bizdəndir, yanlış/öz zərərlərinə iş edənlər də bizdəndir. Amma kimlər müsəlman oldusa, bax budur, onlar doğruya, gözələ, yaxşıya, gerçəyə getmək istəyənlərdir. 15Amma inanc barəsində yanlış/öz zərərlərinə iş edən kəslərə gəlincə… Onlar da cəhənnəm üçün odun olmuşlar” – demişdilər.
(40/72, Cin/1–15)
Nəcm: 90
16,17Və əgər onlar həqiqətən o bu yolla getsəydilər, əlbəttə onlara, özlərini saf hala gətirmək üçün bol bir su verərdik. Kim Rəbbinin xatırlanmasından/Rəbbinin öyüdündən/Qurandan üz çevirirsə, O da onu getdikcə yüksələn bir əzaba düçar edər.
18Və şübhəsiz ki, məscidlər[3] Allah üçündür. Ona görə də Allah ilə birlikdə hər hansı birinə yalvarmayın.
19Və bu bir gerçəkdir ki, Allahın qulu – Peyğəmbər Onu çağıraraq, ayağa qalxdığı/hərəkətə keçdiyi zaman o əcnəbilərdən bir qrup onun ətrafında az qala bir-birlərini əzəcəkdilər.
20De ki: “Mən, tam əmin olun ki, Rəbbimə dua edərəm və heç bir şeyi də Ona ortaq qoşmaram”.
21De ki: “Şübhəsiz ki, mən, sizi bir zərərə və ya yaxşılığa, pisliyə, gözəlliyə, doğruya götürməyə güc yetirə bilmərəm”.
22,23De ki: “Doğrusu budur ki, Allahdan məni, Allahdan olan təbliğlər və Onun elçilik vəzifələri xaricində, heç bir kimsə, heç bir zaman qurtara bilməz. Mən Onun yaratdıqlarından bir sığınacaq da, heç bir zaman, tapa bilmərəm. Artıq kim Allaha və Onun Elçisinə qarşı çıxarsa, onun üçün cəhənnəm atəşi vardır. Onlar orada sonsuz olaraq qalacaqlar.
24Sonunda təhdid edildikləri şeyi gördükləri zaman kimin köməkçi sarıdan ən zəif və sayca da daha az olduğunu dərhal biləcəklər.
25–28De ki: “O, təhdid olunduğunuz şey yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddət zaman verəcəkmi? Mən bilmirəm. Rəbbim bütün görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi biləndir. Həm də elçilərdən seçib məmnun olduğu adam istisna olmaqla, göstərmədiyinə, eşitdirmədiyinə, seçdirmədiyinə, keçmişə, gələcəyə heç bir kimsəni bilik sahibi etməz. Çünki O, Rəblərinin göndərdiklərini lazım olduğu kimi təbliğ etdiklərini bilmək üçün onu hərtərəfli müşahidə edər. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də sayı ilə saymışdır”.
(40/72, Cin/16–28)
[1]Allah Elçisi Məkkədə özünə verilən ismarıcları təbliğ edərkən, bu vəziyyəti öyrənən Yəsriblilər [Mədinəlilər], bir heyət göndərərək, Məkkədə gizlincə, Allah Elçisi ilə görüşürlər və özündən Quran dinləyirlər. Surənin girişində bu görüşmə və bunun nəticələri bildirilir. Bu hadisə, Müsəlmanların tarixində əhəmiyyətli bir nöqtə olan Akabe görüşməsidir. Ayədə bəhs edilən cinlərdən bir qrupunun xalq kültüründəki mifoloji cin anlayışı ilə əlaqəsi yoxdur. Cin sözü ilə əlaqədar geniş açıqlama daha əvvəl 49–cu qeyddə edilmişdir.
[2]Bu ayələrdəki ifadədən anlaşıldığına görə, gəldikləri yerdə insanlara təhsil vermək, kamala çatdırmaq fəaliyyəti göstərdiyini iddia edən gizli bir qrup vardır. Quran dinləyərək, doğruları görmüş və imana gəlmiş olan əcnəbilər, özlərini tənqid edərək, Quran ilə tanış olmadan əvvəlki vəziyyətlərini və bu gizli qrupun boş-boş təlqinlərini və özlərini oyalayıb, aldatdıqlarını dilə gətirirlər. Çünki haqqında bəhs edilən cin, daha öncə münəccimlik etdiklərini, ümidlərini ulduzlardan alacaqları biliklərə bağladıqlarını, bu məqsədlə, daima rəsədxanalarda oturub, gözlədiklərini, amma göylərin ulduzlarla və meteorlarla dolu olduğunu, bunlara baxaraq, istədikləri bilikləri əldə edə bilmədiklərini, nəticə olaraq da, heç kimsə üçün sabahın nə gətirəcəyini öyrənə bilmədiklərini ifadə etməkdədir. Bu paraqrafda deşifrə edilən biliklər, Davud və Süleyman peyğəmbərə qədər gedib çatan gizli qruplaşma, açıqlanan biliklər də onların “təkris/inisiyə/ərginləşdirmə/iykaf” ənənələridir.
[3]“Məscid” sözü “səcədə”, “yescüdü” felinin mimli məsdəri [məkan adı] olub, “səcdə edilən/etdirdilən yer” deməkdir ki, bunun, bu gün qılınan namazlardakı səcdə yeri ilə əlaqəsi yoxdur. Bu, “həqiqətə zidd düşünən, zidd hərəkət edən insanların fikrən təmin edildikləri, inandırıldıqları, haqqa boyun əydirildikləri, onların da təslim olub, haqqa boyun əydikləri yer”, qısaca “təhsil–təlim, inandırma yeri” – deməkdir.