MƏKKƏ DÖVRÜ
Nəcm: 108
1Kaf/20, Ha/5, Ya/10, Ayn/70, Sad/90[1].
2Rəbbinin, qulu Zəkəriyyəyə olan mərhəmətini anması!
3Bir zamanlar o, Rəbbinə gizli olaraq səslənmişdi. 4–6Demişdi ki: “Rəbbim! Şübhəsiz, mənim sümüyüm zəifləyib yumşaldı və başım ağarmış saçlarımla alov kimi tutuşdu. Sənə dua etməklə də Rəbbim, bədbəxt olmadım. Və həqiqətən mən, məndən sonra, yaxınlarımdan/əmioğullarımdan nigaranam. Zövcəm da qısırdır. Onun üçün qatından mənə, mənə də mirasçı olacaq, Yəqub ailəsinə də mirasçı olacaq bir vəli [köməkçi, qoruyucu yaxın birisi] bağışla. Rəbbim, onu sənin rizanı qazanan, hər kəsin məmnun olacağı biri et!”
7Ey Zəkəriyyə! Şübhəsiz, biz sənə bir oğlan uşağı – Onun adı Yəhyadır – müjdələyirik. Bundan əvvəl ona heç bir adaş yaratmadıq.
8Zəkəriyyə: “Rəbbim! Zövcəm qısır, mən də son dərəcə qocalmışkən, mənim necə bir övladım ola bilər?” – dedi.
9Allah dedi ki: “Elədir!” Rəbbin buyurdu ki: “O, Mənə asandır. Bundan əvvəl də Mən səni, sən heç bir şey deyilkən yaratmışdım”.
10Zəkəriyyə: “Rəbbim! Mənə bir əlamət ver” – dedi. Allah: “Sənin əlamətin, sapsağlam olduğun halda, üç gecə insanlarla danışmamağındır” – buyurdu.
11Zəkəriyyə, buna görə də mehrabdan/özəl məqamından qövmünün qarşısına çıxıb onlara, həmişə/hər zaman Allahı bütün nöqsanlıqlardan münəzzəh qılmalarını işarə ilə anlatdı.
12–15“Ey Yəhya! Kitabı qüvvətlə al!” O, hələ uşaq ikən, ona qayda-qanun, tərəfimizdən sevimlilik və təmizlik verdik və o, Allahın qoruması altına çox-çox girmiş biri idi. Və ana-atasına çox yaxşı davranan idi. Və o, bir qaba və itaətsiz biri olmadı. Və doğulduğu gün və öləcəyi gün, yenidən diri olaraq qaldırılacağı gün ona “Salam” olsun!
(44/19, Məryəm/1–15)
Nəcm: 109
16Kitabda Məryəmi də an! O zaman ki o, ailəsindən/yaxınlarından ayrılaraq, Şərq tərəfdə bir yerə qaçıb getmişdi.
17Sonra ailəsi ilə/yaxınları ilə özü arasına bir pərdə qoymuşdu və Biz ona ruhumuzu/ilahi ismarıcımızı[2] göndərdik, sonra ruhumuzu/ismarıclarımızı gətirən elçi Məryəmə mükəmməl bir bəşəri örnək verdi.
18Məryəm: “Mən səndən Rəhmana sığınıram. Əgər sən Allahın qoruması altına girmiş birisi/taqi/təqvalısansa…” – dedi.
19Elçi/Zəkəriyyə: “Mən, sadəcə, sənə tərtəmiz bir oğlan uşağı bağışlamağım/bağışlamaq üçün Rəbbinin elçisiyəm” – dedi.
20Məryəm: “Mənim necə oğlum ola bilər? Mənə heç bir bəşər toxunmayıbdır. Mən qanun-qayda tanımayan/iffətsiz biri də deyiləm” – dedi.
21Elçi: “Elədir! Rəbbin buyurdu ki: Atasız uşaq vermək, Mənə çox asandır. Həmçinin Biz onu nəzdimizdən insanlara bir əlamət/nümunə və mərhəmət edəcəyik”. Və o gerçəkləşdirilildi.
22Sonunda Məryəm oğlan uşağına hamilə qaldı. Sonra da onunla uzaq bir yerə qaçdı, getdi.
23Sonra doğum sancısı onu bir xurma kötüyünə tutulub, dayanmağa məcbur etdi: “Kaş ki, bundan əvvəl öləydim və bütünlüklə unudulan biri olaydım!” – dedi.
24–26Sonra ona/Məryəmə aşağı tərəfindəki adam/Zəkəriyyə səsləndi: “Qətiyyən kədərlənmə, Rəbbin alt tərəfındə bir su arxı bəxş etdi. Xurma kötüyünü özünə doğru silkələ, üzərinə yetişmiş təzə xurmalar düşsün. Sonra ye-iç, gözün aydın olsun. Sonra əgər, bəşərdən birini görərsənsə: “Mən Rəhmana bir oruc nəzir etdim, ona görə də bu gün heç bir kimsə ilə danışmayacağam” – de”.
27–28Sonra Məryəm körpəsini götürərək qövmünə gətirdi. Qövmü dedi ki: “Ey Məryəm! Doğrusu sən görünməmiş bir şey etdin. Ey Harunun bacısı! Sənin atan pis bir insan deyildi, anan da qayda-qanun tanımaz/iffətsiz bir qadın deyildi”.
29Bundan sonra Məryəm ona – hamiləlik dövründən/hamiləliklə əlaqədar xəbəri olana/Zəkəriyyəyə işarə etdi, ondan hadisələri açıqlamasını istədi. Zəkəriyyə Məryəmin zina etmədən uşağı doğduğuna zamin olub uşağın məbəddə yetiştirilməsini istədi. Onlar: “Biz, Sabii – bizim dinimizi tərk etmiş birinə necə söz söyləyərik/Biz, yüksək mövqedə olan insanlar, Sabii – bizim dinimizi tərk etmiş birinə necə söz söyləyər?
34Budur, bu haqq sözə görə ixtilafda olduqları şey, 30“Şübhəsiz, mən Allahın quluyam. O mənə kitabı verdi və məni bir peyğəmbər etdi. 31Məni, harada oluramsa olum, mübarək etdi. Həyatda olduğum müddətcə mənə salaatı və zəkatı/vergini bir məsuliyyət olaraq çatdırdı. 32Və məni anama yaxşı davranan bir insan etdi. Və məni zalım, bədbəxt biri etmədi. 33Və doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən dirildiləcəyim gün “Salam“ mənim üzərimədir. 36Və şübhəsiz, Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona qulluq edin, Bax budur, bu dosdoğru yoldur” – 34deyən Məryəm oğlu İsadır[3].
(44/19, Məryəm/16–34, 36)
Nəcm: 110
35Allah üçün özünə övlad etmək deyə bir şey yoxdur. O, bundan münəzzəhdir. O, bir şeyə hökm edərsə, ona sadəcə “Ol!” deyər, o da olar.
37Sonra da öz aralarından çıxan əsassız qruplar ixtilafa düşdülər. Bax budur, o böyük günün şahidliyindən, məhkəməsindən o kafirlərin vay halına!
38Bizə gələcəkləri gün, nələr eşidəcəklər, nələr görəcəklər! Lakin şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanlar, bu gün açıq-aşkar bir pozğunluq içindədirlər.
39Və sən onları, onlar biliksizlik, laqeydlik içindəykən və inanmırlarkən əmrin yerinə yetiriləcəyi o böyük peşmançılıq günü ilə xəbərdar et!
40Şübhəsiz, Biz yer üzünə və onun üzərindəki insanlara varis olacağıq/onlar gedəcək, biz qalacağıq. Və onlar yalnız və yalnız Bizə döndəriləcəklər.
(44/19, Məryəm/35, 37–40)
Nəcm: 111
41Kitabda İbrahimi də an/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi.
42–45Bir dəfə o atasına: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə nə üçün qulluq edirsən? Atacan! Şübhəsiz, sənə gəlməyən bir bilik mənə gəldi. O halda mənə uy ki, sənə ən doğru bir yolu göstərim. Atacan! Şeytana qulluq etmə. Şübhəsiz, şeytan Rəhmana asi oldu. Atacan! Şübhəsiz, Mən, sənə Rəhmandan bir əzab toxunar və şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən bir yaxın olarsan deyə, qorxuram” – demişdi.
46Atası: “Ey İbrahim! Sən mənim tanrılarımdan üzmü çevirirsən? Əgər əl çəkməzsən, and olsun, səni daşlayaraq öldürərəm. Haydı, uzun bir müddət mənə uzaq ol/rədd ol!” – dedi.
47,48İbrahim: “Salam sənə olsun, sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm. Şübhəsiz ki, O, mənə çox ərməğan verəndir. Və mən sizdən və Allahın yaratdığı sərvətlərdən qulluq etdiyiniz şeylərdən çəkilib ayrılıram. Və Rəbbimə dua edəcəyəm. Rəbbimə yalvarışımda bədbəxt olmayacağımı umuram” – dedi.
49Sonra İbrahim, qövmündən və onların Allahın yaratdığı sərvətlərdən qulluq etdikləri şeylərdən uzaqlaşınca, Biz ona İshaqı və Yəqubu ehsan etdik. Hamısına da peyğəmbərlik verdik.
50Və Biz onlara mərhəmətimizdən ərməğanlar/hədiyyələr etdik. Və onlar üçün böyük bir həqiqət dili yaratdıq.
(44/19, Məryəm/41–50)
Nəcm: 112
51Və Kitabda Musanı da an/xatırlat. Şübhəsiz, o, arıdılaraq saflaşdırılmış idi. Və bir elçi, bir peyğəmbər idi.
52Biz ona ən uğurlu Turun yan tərəfındən səsləndik və onu xüsusi bir danışıq aparmaq üçün yaxınlaşdırdıq. 53Və mərhəmətimizdən ona qardaşı Harunu, bir peyğəmbər olaraq ehsan etdik.
54Və Kitabda İsmayılı an/xatırlat. Şübhəsiz, o, əhdinə sadiq idi, bir elçi idi, bir peyğəmbər idi. 55Və o ailəsinə/ətrafına salaatı və zəkatı/vergini əmr edərdi. Və o Rəbbinin qatında məmnunluğa çatmışdı.
56Və Kitabda İdrisi an/xatırlat. Şübhəsiz, o, özü-sözü doğru biri idi, bir peyğəmbər idi. 57Və Biz onu uca bir məkana yüksəltdik.
58Bax budur, bunlar, Adəmin soyundan, Nuh ilə bərabər daşıdıqlarımızdan, İbrahim və İsrailin soyundan, bələdçilik etdiyimiz və seçdiyimiz peyğəmbərlərdən Allahın özlərinə nemətlər verdiyi insanlardır. Onlar özlərinə Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq və boyun əyib, təslimiyyət göstərərək yerə qapanırdılar.
(44/19, Məryəm/51–58)
Nəcm: 113
59–61Sonra onların ardından pis bir nəsil gəldi ki, salaatı tərk etdilər/həyatlarından çıxarıb atdılar. Və şəhvətlərinə uydular. Buna görə də tövbə edən, iman edən və saleh əməl işləyənlər istisna olmaqla, onlar azğınlıqlarının cəzası ilə qarşılaşacaqlar. Bax budur, tövbə edən, iman edən və saleh əməl işləyənlər cənnətə – Rəhmanın qullarına, görmədikləri halda, vəd etdiyi Ədn cənnətlərinə girəcəklər və heç bir şəkildə haqsızlığa uğradılmayacaqlar. Şübhəsiz, Onun vədi, tam yəqinliklə bilin ki, yerinə yetəcəkdir.
62Onlar orada boş bir söz eşitməzlər. Ancaq: “Salam [sağlıq, salamatlıq, xoşbəxtlik]!” – eşidərlər. Onlar üçün orada hər zaman ruziləri də vardır.
63Bax budur, bu, qullarımızdan Allahın qoruması altına girmiş olanlara miras olaraq/zəhmətsizcə və son sahibləri olaraq verəcəyimiz cənnətdir.
(44/19, Məryəm/59–63)
Nəcm: 114
64Biz/Quran ayələri[4] yalnız və yalnız Rəbbinin əmri ilə enərik. Bütün keçmiş və gələcək şeylər və bunların arasındakılar yalnız və yalnız Onundur. Və sənin Rəbbin unutmuş deyildir. 65O, göylərin, yerin və aralarındakıların Rəbbidir. Elə isə Ona qulluq et və Ona qulluq etməkdə səbr et. Heç sən Onun adıyla adlanan/xüsusiyyətlərinə malik olan birini bilirsənmi?
(44/19, Məryəm/64–65)
Nəcm: 115
66Və o insan: “Mən öldüyüm zaman, irəlidə həqiqətən diri olaraq çıxarılacağammı?” – deyir.
67Və o insan, daha əvvəl heç bir şey deyilkən, həqiqətən Bizim özünü yaratdığımızı düşünməzmi?
68Bunun üçün Rəbbinə and olsun ki, Biz onları və şeytanları tam yəqinliklə bilin ki, toplayacağıq. Sonra onları, dizləri üzərinə çökmüş halda, cəhənnəmin çöl kənarında/toplanma yerində, tam yəqinliklə bilin ki, hazır tutduracağıq.
69Sonra hər qrupdan Rəhmana qarşı baş qaldırmaqda daha şiddətli davrananlar hər kimdirlərsə, onları tam yəqinliklə bilin ki, ayıracağıq.
70Sonra əlbəttə ki, Biz oraya atılmağa kimlərin ən çox layiq olduğunu daha yaxşı bilirik.
71Və Rəbbinin öhdəsinə götürmüş olduğu qətiləşmiş bir hökm olaraq, içinizdən cəhənnəmin xaricinə/toplanma yerinə uğramayacaq heç kimsə yoxdur.
72Sonra Biz Allahın qoruması altına girənləri qurtararıq. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də cəhənnəmin xaricində/toplanma yerində dizləri üzərinə çökmüş halda buraxarıq.
(44/19, Məryəm/66–72)
Nəcm: 116
73Və ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman, o kafirlər iman edənlərə: “Bu iki zümrədən [Mömin və kafirlərdən] hansı məqam/mövqe baxımından daha yaxşı, oturub-durduğu insanlar/qruplaşmalar baxımından daha gözəldir?” – dedilər.
74Halbuki, Biz onlardan əvvəl, mal və nümunəcə daha gözəl necə nəsilləri/əsrlərlə yaşamış xalqları dəyişikliyə/dağıntıya uğratdıq.
75De ki: “Kim pozğunluq içində olarsa, Rəhman ona uzatdıqca uzadar/müddət verər. Sonunda özlərinə vəd ediləni [əzabı və ya qiyamətin qopmasını] gördükləri vaxt artıq onlar kimin məqamca/mövqecə/rütbəcə daha pis və əsgər sarıdan [dəstək, quvvə sarıdan] daha zəif olduğunu biləcəkdir.
76Və Allah bələdçiləndikləri doğru yola girənlərə bələdçiliyi artırar. Və qalıcı olan düzəltməyə yönəlik işlər Rəbbinin qatında savab baxımından daha xeyirlidir, son baxımından da daha yaxşıdır”.
(44/19, Məryəm/73–76)
Nəcm: 117
77Yaxşı, əlamətlərimizi/nümunələrimizi, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və: “Əlbəttə, mal və uşaq veriləcəkdir” – deyəni gördünmü/heç düşündünmü?
78–80O yalan sayan insan, bilməyəcəyi, ağlının çatmayacağı mövzulara bilik sahibimi oldu, ya da Rəhmanın qatından bir sözmü aldı? Tam yəqinliklə bilin ki, onun düşündüyü kimi deyil! Biz onun söylədiyi şeyləri yazarıq və onun üçün əzabdan uzatdıqca uzadarıq. Və onun söylədiyi şeylərə Biz mirasçı olacağıq/son söz və yerinə yetirmə/tətbiqetmə Bizimdir və o, Bizə tək başına gələcəkdir.
81Və onlar özləri üçün bir güc, şan-şərəf olsun deyə, Allahın yaratdıqlarından tanrılar qəbul etdilər.
82Tam yəqinliklə bilin ki, onların düşündüyü kimi deyil! O qəbul etdikləri tanrılar, onların qulluqlarını qəbul etməyəcəklər və əleyhlərinə dönüb qarşı çıxacaqlar.
83Görmədinmi/heç düşünmədinmi? Şübhəsiz, Biz şeytanları kafirlərin üzərinə göndərdik. Onları qızışdırdıqca qızışdırırlar.
(44/19, Məryəm/77–83)
Nəcm: 118
84Elə isə onların zərəri üçün tələsmə. Şübhəsiz, Biz onlar üçün saydıqca sayırıq.
85O gün Allahın qoruması altına girənləri, Rəhmana minikli heyətlər halında/krala gedən elçi ehtişamı ilə toplayacağıq.
86Günahkarları da susamış olaraq cəhənnəmə qovacağıq.
87Onlar, Rəhmanın qatından bir zəmanət sözü almış olan istisna olmaqla ki, bu heç kimsəyə verilməmişdir, köməyə/dəstəyə sahib ola bilməyəcəklər.
88Və onlar: “Rəhman özünə övlad etdi” – dedilər.
89And olsun ki, siz çox çirkin bir şey söylədiniz.
90,91Az qaldı ki, buna görə/Rəhmana uşaq isnad etdiklərinə görə göylər çatlayacaq, yer yarılacaq və dağlar parçalanıb dağılacaqdı.
92Halbuki, Rəhman üçün özünə övlad etmək yaraşmaz. 93Göylərdə və yerdə olan bütün hər kəs Rəhmana yalnız və yalnız qul olaraq gələcəkdir.
94And olsun ki, Rəhman onların hamısını əhatə etmişdir və özlərini bir-bir saymışdır. 95Hamısı da qiyamət günü Rəhmana tək başlarına gələrlər.
98Və Biz onlardan əvvəl necə nəsilləri dəyişikliyə/dağıntıya uğratdıq. Onlardan hər hansı bir kimsəni hiss edirsənmi? Yaxud onlara aid zəif bir səs eşidirsənmi[5]?
96Şübhəsiz ki, bu iman edən və quruculuq yolunda fəaliyyət göstərənlər… Rəhman onlar üçün sevgi var edəcəkdir.
97Bax, budur! Şübhəsiz, Biz bu Quranı, bununla Allahın qoruması altına girənləri müjdələyəsən, inad edən qövmü də xəbərdar edəsən deyə, sənin dilinlə asanlaşdırdıq.
(44/19, Məryəm/84–95, 98, 96–97)
[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.
[2]Ayədə keçən ruh sözünün əsas mənası, “can”dır. Söz “vücuh” ifadə edən, yəni həqiqi və məcaz olaraq, bir çox mənada istifadə edilə bilən bir sözdür. Ensiklopedik mənada ruh, başlıca olaraq, “varlığın maddi olmayan ölçüsü, ya da özü” olaraq tərif edilmişdir. Ruh sözü, yuxarıda verdiyimiz həm lüğət, həm də ensiklopedik mənalara uyğun olaraq, “mənəvi mənlik” və “can” anlayışları ilə eyni mənalı qəbul edilmişdir. Geniş mənada, “canlılıq, duyğu” demək olan və həmçinin, “xarakter” mənasına da gələn ruh sözü, məcaz olaraq, “bir şeyin özünü, ən önəmli və ən can əsas nöqtəsı”ni ifadə edən bir məna daşıyır. Məsələn, passiv insanlar haqqında istifadə edilən “ruhsuz” sifəti, sözün geniş mənasına, “məsələnin bütün ruhu buradadır” şəklindəki deyim halında cümlə isə, məcaz mənasına misal göstərilə bilər. Nəticə olaraq, yuxarıdakı mənalar ətrafında “ruh” ilə əlaqədar yüzlərlə deyim törədilmişdir.
Ruh sözünün ənənəvi dini termin mənası, çox əsas bir ifadə ilə “bədən varlığı yaradıldıqdan sonra, Allah tərəfindən üflənməklə, insana qazandırılan canlılıq”– şəklində anlaşılır.
Ruh sözü Quranda “ilahi əsinti, vəhy/bilik” mənasında istifadə edilmişdir, ənənəvi mənadakı ruh ilə əlaqəsi yoxdur. Quranda bəhs edilən ruh [ilahi əsinti, vəhy], sadəcə “bilərək və istəyərək bu ruha sahib olan və onu həyatına tətbiq edən fərd və cəmiyyətlərə mənalı bir canlılıq verən, onları çürüməkdən qoruyan bir şey”–dir.
[3]Rəsmi Düzülüşdə İsa ilə əlaqədar bölmələrdəki ayələr, ya qəflətdən, ya da xəyanətdən, texniki və məna biliyi mənada, xətalı olaraq tərtib edilmişdir. Bu tərtib nəticəsində İsa, insan/bəşər olmaqdan çıxarılmış, beşikdə danışdırılmış, göylərə yüksəldilmiş və sonra da göydən yerə enəcəyi inancı əmələ gətirilmişdir.
Bütün bunlar, bölmədəki cümlələrin yerini dəyişdirmək və əmələ gətirilən qiraət fərqliliklərini əsas götürməklə, edilmişdir.
Ayənin orijinalında Məryəmin işarə etdiyi insan əvəzlik olaraq, “ondan” şəklində yer aldığından, əsasən “o” zamiri ilə qəsd edilənin “Məryəmin qucağındakı uşaq” olduğu qəbul edilir. Bizə görə isə “o” zamiri, o toplantıda olan və Məryəmin vəziyyətini a–dan z–yə bilən, Məryəm doğarkən onu yönləndirən, 24–26-cı ayələrdə bəhs edilən “aşağı tərəfindəki adam olan Zəkəriyyə peyğəmbərə göndərilmiş olmalıdır. Həmçinin, Al–i İmran/37-dəki “Və Zəkəriyyanı ona (Məryəmə) kəfil etdi” bəyanı ilə ifadə edilən də budur.
Həmçinin, təqdim etdiyimiz tərcümə, “mehd” sözünün “mühd”, “nükəllimü” sözünün “yükəllimü” şəklindəki qiraətindən və 30-cu ayənin başında “fa–i təqibiyyə” olmasına əsaslanaraq, İsanın sözlərini ehtiva edən ayələr, 34-cü ayədəki “Məryəm oğlu İsa” ifadəsinin sifəti olaraq, dəyərləndirilərək, əldə edilmişdir. Geniş məlumat üçün Bxn. Təbyinul–Quran.
[4]Burada diqqət edilməli olan mühüm nöqtələrdən biri, 2–4–cü ayələrdəki, 2Şübhəsiz mən sizin üçün Onun tərəfindən bir xəbərdarlıq edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddətə qədər gözəl şəkildə yararlandırsın. Və hər fəzilət sahibinə lütfünü versin. Və əgər üz çevirərsinizsə, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnız və yalnız Allahadır. Və O hər şeyə gücü yetəndir” ifadəsinin Quran tərəfindən söylənilməsidir. Bəhs etdiyimiz ifadə, ədəbiyatda bir anlatma texnikası olaraq istifadə edilən “intak” [söyləməyə, danışmağa gücü olmayan bir şeyi danışdırmaq, dilə gətirmək] sənəti ilə Qurana söylətdirilmişdir. İfadə, bu xüsus nəzərə alınmadan anlaşılmağa çalışıldığı təqdirdə, o sözlərin Peyğəmbərimizə aid olduğu kimi, bir səhv anlamağa səbəb olur. Ədəbiyyatda sıx istifadə edilən bir sənət növü olan intak, Quranda başqa ayələrdə (Rəsmi Düzülüş: Məryəm/64, Zəriyət/50–51, Saffat/164–166) də edilmişdir.
[5]Məna bütünlüyünə uyğun olaraq, Rəsmi Düzülüşdəki 98-ci ayə 95-ci ayədən sonra tərtib edilmişdir.