MƏKKƏ DÖVRÜ
Nəcm: 347
1Əlif/1, Lam/30, Mim/40.[1]
2Özündə şübhə olmayan bu kitab aləmlərin Rəbbi tərəfindən endirilmişdir.
3Yoxsa onlar: “Onu özü uydurdu”mu? – deyirlər. Tam əksinə, Quran bələdçiləndikləri doğru yola çatalar deyə, səndən əvvəl özlərinə bir xəbərdaredici gəlməmiş olan qövmü xəbərdar edəsən deyə, Rəbbindən gələn gerçəkdir.
(75/32, Səcdə/1–3)
Nəcm: 348
4Allah göyləri, yeri və ikisi arasındakıları altı mərhələdə yaradan, həmçinin ən böyük taxt üzərində hegemonluq qurandır[2]. Onun yaratdıqlarından sizə bir köməkçi, yol göstərən, qoruyan yaxın və bir dəstəkçi, minnətçi yoxdur. Hələ düşünüb ibrət almayacaqsınızmı?
5Allah göydən yerə, sistemləri nizamlayar, sonra da sistemlər ölçüsü sizin saydıqlarınızdan min il olan bir gündə Allaha yüksələr/geri dönər, sistem çökər, pozular.
6Bax budur, Allah qavranıla bilənləri və qavranıla bilinməyənləri, keçmişi, gələcəyi biləndir/ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, əngin mərhəmət sahibidir.
7Ki, O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan başlayandır. 8Sonra onun nəslini bir mahiyyətdən, adi bir sudan etmişdir. 9Daha sonra onu düzəldib bir formaya saldı və onu bilikləndirdi[3]. Sizin üçün qulaq, gözlər və könüllər var etdi. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?
(75/32, Səcdə/4–9)
Nəcm: 349
10Və onlar: “Biz yer üzünün içində yox olduğumuzdamı, doğrudanmı biz yeni bir yaradılışda olacağıq?” – dedilər. Əslində onlar Rəbbinə qovuşmağı, Onun rahatlığına çatmağı bilərək rədd edən/inanmayan insanlardır.
11De ki: “Ölümlə vəzifələndirilmiş güc, sizi vəfat[4] etdirəcək, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda, etmədiklərinizi bir-bir xatırlatdıracaq, sonra Rəbbinizə döndəriləcəksiniz”.
12Günahkarları Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” – deyərlərkən bir görsən!
13Və əgər Biz diləsəydik hər insana doğru yolu verərdik. Lakin Məndən: “Bilinən, bilinməyən, keçmişdən, gələcəkdən[5] hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” – sözü haqq olmuşdur.
“14Belə isə, bu gününüzlə qarşılaşmağı unutduğunuza/tərk etdiyinizə görə dadın əzabı! Heç şübhəsiz, sizi Biz cəzalandırdıq. Və etmiş olduğunuza qarşılıq, sonsuzluq əzabını dadın!”
(75/32, Səcdə/10–14)
Nəcm: 350
15Həqiqətən Bizim ayələrimizə, ancaq özlərinə öyüd verildiyi zaman boyun əyib təslimiyyət göstərərək, yerlərə qapanan və Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılan və yekəxanalıq etməyən insanlar inanırlar.
16Onların yanları, yanı üstə yatdıqları yerlərdən uzaqlaşır. Onlar kef etməzlər, onlar qorxu və ümid içində Rəbbinə dua edərlər və özlərinə verdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edərlər.
(75/32, Səcdə/15–16)
Nəcm: 351
17Bax budur, insan özü üçün etdiklərinə qarşılıq gözləri aydın olacaq şeylərdən gizlənmiş olanları bilmir!
18Yaxşı, inanmış insan yoldan çıxmış insan kimidirmi? Onlar, eyni ola bilməzlər.
19İman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq etdiklərinə qarşılıq, bir ağırlanma olaraq, sığınacaq bağçaları yalnız və yalnız onlar üçündür.
20,21Və yoldan çıxanlara gəlincə, onların gedəcəyi/çatacağı yer də atəşdir. Hər çıxmaq istədiklərində ora yenidən çevriləcəklər və onlara: “Yalan sayıb durduğunuz atəşin əzabını dadın” – deyiləcəkdir. Heç şübhəsiz ki, dönərlər deyə, onlara böyük cəzanın bir az zəifindən, ən yaxın cəzadan da daddıracağıq.
22Və özü Rəbbinin ayələri ilə öyüdləndirilən, sonra onlardan üz çevirəndən daha səhv/öz zərərinə iş edən kimdir? Şübhəsiz ki, Biz günahkarları yaxalayıb cəzalandıraraq, ədaləti qoruyanlarıq.
(75/32, Səcdə/17–22)
Nəcm: 352
23Və and olsun ki, Biz vaxtilə Musaya o kitabı verdik. İndi sən ona qovuşmaqdan şübhə içində olma. Və Biz onu İsrailoğulları üçün bir bələdçi etdik.
24Və onlardan səbr etdikləri zaman, Bizim əmrimizlə bələdçilik edən başçılar etdik. Və onlar Bizim ayələrimizə/əlamətlərimizə/nümunələrimizə qəti bir şəkildə inanırdılar.
25Şübhəsiz ki, sənin Rəbbin – Allah onların anlaşılmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında hökm edəcəkdir.
(75/32, Səcdə/23–25)
Nəcm: 353
26Yurdlarında gəzib dolaşdıqları, özlərindən öncəki necə nəsilləri dəyişikliyə/dağıntıya uğratmış olmağımız da, onlara bələdçi olmadımı? Şübhəsiz ki, bunda necə əlamətlər/nümunələr vardır. Hələ qulaq verməyəcəklərmi?
27Ya da, Bizim quraqlıq bir yerə suyu səpərək, onunla heyvanlarının və özlərinin yediyi bir əkini çıxarmağımızıdamı görmədilər? Hələ də görməzlər?
28Bir də onlar: “Nə zaman o məhkəmə, əgər doğru kimsələrsinizsə?” – deyərlər.
29De ki: “Kafirlərə, o məhkəmə günü iman etmələri fayda verməz və onlara müddət tanınmaz”.
30Artıq sən onlardan uzaqlaş və gözlə. Şübhəsiz ki, onlar gözləyənlərdir.
(75/32, Səcdə/26–30)
[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.
[2]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bunlardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.
Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.
Ayənin orijinalında keçən istiva ifadəsi, məcazən, “hegemonluq qurdu, nəzarəti altına aldı” deməkdir. Ayələrdən görünəcəyi kimi, “Ərşə istiva etdi” ifadələri, “ən böyük, ən uca məqamda hegemonuq qurdu, nəzarəti əlinə aldı” –mənasındadır. Mütəşabih olan bu anlayış, ayədə məcazi olaraq istifadə edilmişdir. İstiva sözü, Rəsmi Düzülüşün Yunus/3, Rad/2, Furqan/59, Səcdə/4, Ta–Ha/5, Əraf/54, Bəqərə/29–cu ayələrində də yer alır. Ayədəki istiva edən ifadəsi ilə qəsd edilən də, “Allah”dır. Çünki “istiva”, Allahın sifətlərindəndir, mələk və ya qulların sifəti deyildir.
[3]“Ruhun üfürülməsi/üflənməsi” ifadəsi, “Allahın insanı bilikləndirməsi, ona vəhy göndərməsi, az bir bilik verməsi, bilgi qoxlatması” mənasına gəlir. Burada, Hicr/29 və Səcdə/9–da yaradılmış insanın biliklənmə, ilk vəhyi alma, ilk elçi göndərmə mərhələsi izah edilir. Müfəssəl məlumat Təbyinul–Quranda verilmişdir.
[4]Burada “vəfat” anı anladılır. Vəfat, “tamamilə vermək, əskiltmədən, yerinə yetirmək” deməkdir. Vəfat, Allahın insanlara, öləcəkləri andan dərhal öncə yaşadacağı, hər kəsə etdiklərini və etməli olduğu halda, təxirə saldıqlarını əskiksiz-artıqsız göstərəcəyi, xəbər verəcəyi bir andır. Başqa bir ifadə ilə, “vəfat”, Rəbbimizin, insanın həyatındakı bütün qeydləri ən incə dəqiqliyi ilə, eynilə bir qara qutunun “Z raportu” kimi, ölüm anından qısa bir müddət öncə, əskiksiz-artıqsız ortaya qoymasıdır. Bu “ortaya qoyma” isə, insanın quruluşuna yaradılışdan yerləşdirilmiş olan “qoruyucular, dəlillər, elçilər, hafızə hüceyrələri” ilə təmin edilir. Rəbbimiz, məsələnin vacibliyini nəzərə çarpdıraraq, “ölmək, öldürmək” deməyərək, ölümü, ölüm öncəsinin o əsrarəngiz hadisələrinin adı ilə verir. “Vəfat” ilə əlaqədar geniş məlumat Təbyinül Quranda verilmişdir.
[5]Cin və ins sözləri Quranda ilk dəfə burada keçdiyindən bu sözlərlə əlaqədar qısaca bilik vermək istəyirik: Cin, xalq kültüründə “insan kimi yeyib içən, törəyən, inanan, bəzən qabiliyyətli insanlar tərəfindən işçi kimi işlədilən, qeyri-adi güc və biliklərə sahib, insanları çarpan, istədiklərinə zərər verən, əydirən, yüksək dəyərlər ilham edən gizli dəstəkçi güc, görünməyən yaradılış” olaraq bilinir. Buna görə də, Quran səhv anlaşılır. Cin sözü, əslində “örtülü varlıq – insanın beş duyğu üzvü ilə qavraya bilmədiyi, qavranmağa qapalı, mövcudiyyəti qəti olan varlıq və ya güc” – deməkdir. Bu sözün inkar mənası olan ins [insan] isə, “beş duyğu üzvü ilə hiss edilə bilən, bilinən, görünən, tanış, əlaqə qurula bilən, yox olmayan, daima ortada duran” – deməkdir. Bizə tanış olan bu sözlər də cin sözünün törəmələrindəndir: Cənnət [torpağı ağac yarpaqları ilə örtülmüş yer], cinnət [ağlı, fikri gizlənmək, dəli olmaq], cənin (rüşeym – ananın qarnında gizləndiyi üçün bu adı almışdır), cünnət [döyüşdə istifadə edilən qalxan ( adamı oxdan, nizədən gizlətdiyi üçün bu ad verilmişdir)].
Quranda cin sözünün “mikroorqanizmlər, elektrik, maqnit, şüa, radiasiya, agent/casus, əcnəbi, kimliyi bəlli olmayan insan” mənalarında istifadə edildiyini görəcəyik. Bir də Quranda ins və cin sözlərinin bərabər istifadə edildiyini görürük. Bu iki zidd mənalı söz birlikdə istifadə edildiyində, sözlərin mənası fərqliləşir, başqalaşır və zənginləşir.
Zidd mənalı iki sözdən, daha ətraflı bir məna çıxarmaq, hər dildə var olan bir tətbiq üsuludur. Məsələn: Gecə-gündüz, yaş-quru, canlı-cansız, it–pişik, səhər–axşam, yer–göy, yaxşı–pis, acı–şirin, sağ–sol, irəli–geri, aşağı–yuxarı, en–uzunluq, ağ–qara, irili–xırdalı, dünya–axirət kimi zidd mənalı sözlər bərabər deyim olaraq istifadə edildikdə, qəlibin mənası, sözlərin xüsusi mənalarından fərqliləşir və zənginləşir.
Mənalarının bir-birlərinə zidd olduğunu gördüyümüz ins və cin sözləri, birlikdə bir qəlib halında istifadə edildiklərində, “gördüyünüz–görmədiyiniz, bildiyiniz–bilmədiyiniz, tanıdığınız–tanımadığınız, yəni hər kəs və hər şey” mənasına gəlir. Bunun Quranda xeyli çox misalı mövcuddur.