NƏBƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 366

1–3Nə barədə – onların haqqında ayrı-ayrı inanca sahib olduqları böyük, əhəmiyyətli o xəbər haqqındamı soruşurlar?

4Qətiyyən onların düşündüyü kimi deyil! Onlar yaxında biləcəklər.

5Yenə, qətiyyən onların düşündüyü kimi deyil! Onlar yaxında biləcəklər.

6,7Biz yer üzünü bir beşik, dağları da bir dirək etmədikmi?

8Və Biz sizi cüt-cüt əmələ gətirdik.

9Və Biz sizin yuxunuzu bir istirahət etdik.

10Və Biz gecəni bir libas etdik.

11Və Biz gündüzü bir dolanışıq vaxtı etdik.

12Və sizin üstünüzə yeddi sağlamı/yeddi göy qatını qurduq.

13Və işıq saçan bir qəndil etdik.

(80/78, Nəbə/1–13)

Nəcm: 367

14–16Və Biz sıxışdırılmış buludlardan özü ilə dənələr, otlar, bir-birinə sarmaşmış bağlar və bağçalar çıxaraq deyə, şırıl-şırıl bir su endirdik.

17Şübhəsiz ki, Ayırma Günü qərarlaşdırılmış bir görüşmə vaxtı olmuşdur.

18O gün Sura üflənər[1]… Siz də dərhal, dəstələr halında gələrsiniz.

19Göy üzü də açılıb, qapı-qapı/deşik-deşik olmuşdur.

20Dağlar da yeridilib, ilğıma dönmüşdür.

21,22Şübhəsiz ki, cəhənnəm azğınlar üçün son çatacaqları yer – gözləmə/pusqu yeri olmuşdur.

23Orada darlıq/qıtlıq içində qalacaqlar.

24Orada bir sərinlik və içməli bir şey də dada bilməzlər.

25,26Ancaq etdiklərinə uyğun bir cəza olaraq, bir qaynar su və irin dadarlar.

27Şübhəsiz ki, onlar hesabın belə olacağını ummazdılar.

28Və ayələrimizi/əlamətlərimizi/nümunələrimizi yalan saydıqca, yalan saydılar.

29Baxmayaraq ki, Biz hər şeyi yazaraq saydıq, yazdıq.

30Haydı, dadın! Bundan belə sizə, əzabdan başqa bir şey artdırmayacağıq.

31–37Qətiliklə, Allahın qoruması altına girənlər üçün Rəbbindən – göylərin, yerin və bu ikisi arasındakıların Rəbbindən, Rəhmandan bir qarşılıq və yetərli bir ianə olaraq sığınacaqlar/qurtuluş məkanları – sulanan bağlar/bağçalar, üzümlər, hamısı bir səviyyədə tumurcuqlar – çiçək bağçaları, dolu-dolu su qabları vardır. Onlar orada boş bir söz və yalan eşitməzlər. Onlar Onun hüzurunda söz söyləməyə güc yetirə bilməzlər.

(80/78, Nəbə /14–37)

Nəcm: 368

38–40Endirilmiş ayələr və vəhy şahid olaraq səf-səf dikildikləri gün, Rəhmanın izin verdikləri istisna olmaqla heç kimsə danışa bilməz. Və o izin verilən doğrunu söyləyər: “Bax budur, bu, Haqq gündür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz, Biz sizi yaxın bir əzab ilə xəbərdar etdik”. O gün insan iki gücünün/mal və ətrafının nə təqdim etdiyinə baxar/etdikləri ilə üz-üzə gələr və kafir: “Ah nə olaydı, kaş mən bir torpaq olaydım” – deyər.

(80/78, Nəbə/38–40)

 

[1]“Borunun üflənməsi” ifadəsi, keçmiş dövrlərdə istifadə edilən, toplanmaq və ya təhlükəni xəbər vermək üçün istifadə edilən bir üsuldur. Bu boru, başlıca olaraq, iribuynuzlu heyvan buynuzundan düzəldilirdi. Borunun üflənməsi, bir içtimai borunun və ya sirenasının çalınacağını düşündürür, ya da bir hakimin oyunu başladan və bitirən tütəyinin üflənməsini və ya bir məktəbdə dərsin başladığını və bitdiyini bildirən zəngin çalınmasını xatırladır. Biz bunu “həyəcan siqnalı verilməsi” olaraq, anlaya bilərik. Bu ifadə, bu ayəndən başqa yerlərdə “Surun üflənməsi” olaraq, yer alacaqdır.