MƏKKƏ DÖVRÜ
Nəcm: 396
1–3İnsanlardan özlərinə bir şey aldıqları zaman tam ölçən, özləri ölçdükləri və ya çəkdikləri zaman əskik ölçən hiyləgərlərin, vay halına!
4–6Onlar böyük bir gün üçün – insanların aləmlərin Rəbbi hüzurunda ayaq üstdə duracaqları gün üçün təkrar dirildiləcəklərini bilmirlərmi?
7–13Qətiliklə, onların düşündüyü kimi deyil! Şübhəsiz ki, “din-iman tanımayıb pisliyə batanlar”ın qeydi, qətiliklə, Siccindədir. Və “Siccin”in nə olduğunu sənə nə bildirdi? O, rəqəmlənmiş/yazılmış bir qeyddir! O gün, yalan sayanların/qarşılıq gününü yalan sayanların vay halına! Və qarşılıq gününü, özünə ayələrimiz oxunduğu zaman: “Keçmişdəkilərin məsəlləri”–deyən, bütün hədləri aşan günahkarlardan başqası yalan saymaz.
14Qətiliklə, onların düşündüyü kimi deyil! Onların qazandıqları qəlbləri üzərinə pas olmuşdur.
15Qətiliklə, onların düşündüyü kimi deyil! Şübhəsiz ki, onlar o gün Rəbbindən qətiliklə pərdələnmişlərdir.
16Sonra onlar, heç şübhəsiz, cəhənnəmə girəcəklər.
17Sonra da: “Bax budur, bu, özünü yalan sayıb durduğunuz şeydir” – deyilir.
18–21Qətiliklə, onların düşündüyü kimi deyil! “Əbrar”ın/yaxşı insanların qeydi, qətiliklə İlliyyundadır. İlliyyunun nə olduğunu sənə nə bildirdi? Yaxınlaşdırılmışların şahid olduğu rəqəmlənmiş/yazılmış bir qeyddir!
22–28Şübhəsiz ki, “Əbrar/yaxşı insanlar”, əlbəttə, Nəimin içindədirlər, taxtlar üzərində gözləməkdədirlər. Üzlərində nemətin aydınlığını görərsən. Onlar möhürlü, saf bir içkidən içirlər ki, onun möhürü/nəticəsi müşkdür. Qarışımı Təsnimdəndir. Yaxınlaşdırılmışların içkiləri bir bulaqdandır. Artıq yarışanlar, bax budur, bunda yarışmalıdırlar.
(86/83, Mutaffifin/1–28)
Nəcm: 397
29Şübhəsiz ki, günah işləyən o insanlar, inanan insanlardan bir qisminə/elçilərə gülürdülər. 30Onların yanına getdikləri zaman da bir-birlərinə qaş-göz işarəsi edirdilər. 31Öz yaxınlarına döndükləri zaman da kefləri kök dönürdülər. 32Və möminlərin bir qismini/elçiləri gördükləri zaman: “Şübhəsiz, bax budur, bunlar qətiliklə azğınlardır” – deyirdilər.
33Halbuki, möminlərin bir qismi/elçilər, bu günah edənlərin üzərinə gözətçi olaraq göndərilməmişdilər/elçi edilməmişdilər.[1]
34–36Bax budur, bu gün isə inanmış insanlar taxtlar üzərində: “Kafirlər etdiklərinin cəzasını aldılarmı?” – deyə baxaraq, kafirlərə güləcəklər.
(86/83, Mutaffifin/29–36)
[1]33–cü ayə, Tərcüməçı və Təfsirçilər tərəfindən, “Oysa onlar möminlər üzərində gözətçi olaraq göndərilməmişdilər”– şəklində anlaşılmışdır. Bu məna, ayənin texniki tərtibinə uymaz. Həmçinin, Rəsmi Tərcümə: Nisa/80, İsra/54, Şura/48, Ənam/104, 107, Hud/86, Əraf/60–61, Ya–Sin/47, Mülk/9, 29 və Zühruf/47–nin yol göstərməsi ilə, gözətçi olaraq göndərilməyən/elçi edilməyən, pozğunluqla ittiham edilən və cəhd etmələrinə gülünən möminlərin bir qismi olanlar, yəni Allahın elçiləridir.