BƏQƏRƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 398[1]

1Əlif/1, Lam/30, Mim/40.[2]

2–4Bax budur, bu kitab – özündə heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, sa­la­atı iqamə edən, onları ruziləndirdiyimiz şey­lər­dən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nı­şıq­la­rını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qo­ru­ması altına girənlər – ki, bunlar, axirətə də qətiliklə inanırlar –  üçün bir bə­ləd­çidir.

5Bax budur, bunlar Rəbbindən bir bələdçi üzərindədirlər. Yenə bax budur, bunlar xilas olanların, qazanclı çıxanların məhz özləridir.

(87/2, Bəqərə/1–5)

Nəcm: 399

6Şübhəsiz ki, bu kafirlər… Onları xəbərdar etsən də, xəbərdar etməsən də onlar üçün birdir, onlar inanmazlar.

7Allah onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur/onların gözlərinin üzərində pərdələr vardır. Və böyük əzab onlar üçündür.

8,9İnsanlardan bir qismi də, inanan insanlar olmamalarına baxmayaraq: “Allaha və axirət gününə inandıq” – deyərlər. Allahı və inanmış insanları aldatmağa çalışırlar. Halbuki, onlar sadəcə, özlərini aldadırlar, lakin dərk etməzlər.

10Onların qəlblərində xəstəlik vardır/onların şüurları da pozuqdur, ona görə də Allah onlara xəstəliyi/azğınlığı artırdı. Yalan söylədiklərinə görə isə onlar üçün acı bir əzab vardır.

11Onlara: “Yer üzündə qarışıqlıq çıxarmayın” – deyildiyində isə: “Biz ancaq düzəldən adamlarıq” – deyərlər.

12Diqqətli olun! Şübhəsiz, onlar qarışıqlıq çıxaranların məhz özləridir, lakin dərk etməzlər.

13Və onlara: “İnsanların inandığı kimi inanın” – deyilincə: “Biz o ağlı çatmazların inandığı kimimi inanacağıq!” – deyərlər. Diqqətli olun! Şübhəsiz, onlar ağlı çatmazların məhz özləridir. Lakin bilmirlər.

14Onlar inanmış insanlarla rastlaşdıqları zaman: “İnandıq”– dedilər. Pis niyyətli başçılarıyla baş-başa qaldıqlarında isə: “Şübhəsiz ki, biz sizinlə bərabərik, biz sadəcə, lağ edirik” – dedilər.

15Allah onlara lağ edər və tüğyanları içində sərsəri kimi dolaşmaları üçün möhlət verər/izin verər.

16Bax budur, onlar doğru yol müqabilində azğınlığı satın alan kimsələrdir və onların ti­ca­rətləri qazanc gətirmədi və onlar bələdçiləndikləri doğru yolu tapan kimsələr ol­ma­dılar.

17Onların vəziyyəti bəzən atəş yandırmaq istəyən bir insanın vəziyyəti kimidir. Atəş atəşi yandıran insanın ətrafını aydınladınca, Allah onların nurlarını aradan qal­dırdı və onları qaranlıqlar içində görməz olaraq buraxdı. 18Kardırlar, laldırlar, kordurlar! Artıq onlar dönməzlər.

19Bəzən də onların vəziyyəti içində qaranlıqlar, göy gurultusu və şimşək olan, göydən yağan bir yağış kimidir. Onlar ölüm qorxusuyla ildırımlardan bar­maq­la­rını qulaqlarına tıxayırlar. Halbuki, Allah kafirləri hərtərəfli əhatə edəndir.

20O şimşək hardasa gözlərini qapayacaq. Şimşək önlərini aydınladan kimi aydınlığın içində yeriyirlər, qaranlıq üzərlərinə çökən kimi, dikilib qalırlar. Allah diləmiş olsaydı, eşitmələrini də, görmələrini də aradan qaldırardı. Şübhəsiz, Allah hər şeyə ən çox güc yetirəndir.

(87/2, Bəqərə/6–20)

Nəcm: 400

21,22Ey insanlar! Allahın qoruması altına girəsiniz deyə, sizi və sizdən öncəkiləri yaradan, yer üzünü sizin üçün bir döşək, göyü də bir bina edən, göydən su endirərək, onunla sizin üçün ruzi olaraq məhsullardan bitirən Rəbbinizə qulluq edin. Artıq siz də, bilə-bilə Allaha ortaqlar qoşmayın.

23Və əgər qulumuza endirdiyimizdən şübhə içindəsinizsə, buyurun, onun mislindən bir surə də siz gətirin, Allahın yaratdıqlarından bütün şahidlərinizi də çağırın. Əgər doğru kimsələrsinizsə.

24Sonra, əgər bunu etmədinizsə və qətiyyən edə də bilməyəcəksiniz – belə isə kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan atəşdən qorunun.

(87/2, Bəqərə/21–24)

Nəcm: 401

25İnanmış və düzəltmək yönündə işlər edən insanlara isə “Şübhəsiz ki, özləri üçün altlarından çaylar axan cənnətlərin olduğunu” müjdələ. Onlar oradakı hər hansı bir meyvədən hər dəfə ruziləndirildikdə: “Bu, bizim daha öncə ruziləndiyimiz şeydir” – deyərlər. Və onlara onun bənzərləri verildi. Orada çox təmiz yoldaşlar ancaq onlarındır. Və onlar orada həmişəlik qalanlardır.

(87/2, Bəqərə/25)

Nəcm: 402

26,27Şübhəsiz, Allah bir ağcaqanadı, hətta daha kiçik olan bir şeyi belə, nümunə verməkdən çəkinməz. Bax budur, iman edənlər bilirlər ki, şübhəsiz, o haqdır, Rəbbindəndir. Kafirlər isə artıq:  “Allah belə bir nümunə ilə nə demək istədi?” – deyərlər. Allah verdiyi nümunələrlə bir çoxlarını çaşdırır, onunla bir çoxlarını bələdçiləyər. Allah onunla sadəcə, söz verib andlaşdıqdan sonra Allaha verdikləri sözü pozan, Allahın birləşdirilməsini əmr etdiyini/iman-əməl ayrılmazlığını pozan və yer üzündə pozğunçuluq edən, haqq yoldan çıxmış insanları çaşdırır. Bax budur, bunlar zərərə uğrayanların məhz özləridir.

28Siz necə küfr edərsiniz? Halbuki, siz ölülər idiniz və sizlərə O həyat verdi. Sonra O sizləri öldürəcək, sonra canlandıracaqdır. Sonra da Ona döndəriləcəksiniz.

29O, yer üzündə nə varsa hamısını sizin üçün əmələ gətirəndir. Sonra da O, səmada hökmranlıq qurdu,[3] onları yeddi göy olaraq nizamladı. O, hər şeyi ən yaxşı biləndir.

(87/2, Bəqərə/26–29)

Nəcm: 403

30Və bir zaman Rəbbin təbiətdəki güclərə: “Şübhəsiz ki, Mən yer üzündə bir xəlifə gətirən Zatam” demişdi. Təbiətdəki güclər: “Orada pozğunçuluq edən, qan tökən birisinimi yaradacaqsan? Halbuki, biz Sənin tərifinlə birlikdə, bütün nöqsanlıqlardan münəzzəh qılırıq və Sənin tərtəmiz/hər cür pislik və əskiklikdən uzaq olduğunu elan edirik/hayqırırıq” – demişdilər. Sənin Rəbbin: “Mən sizin bilmədiyiniz şeyləri çox yaxşı bilirəm” – demişdi.

31Və sənin Rəbbin Adəmə o isimlərin hamısını öyrətdi. Sonra hamısını təbiətdəki güclərə göstərdi və: “Haydı, xəbər verin Mənə bunların isimlərini, əgər doğru deyənlərsinizsə” – dedi.

32 Təbiətdəki güclər dedilər ki: “Sən hər cür nöqsanlardan münəzzəhsən! Sənin bizə öyrətmiş olduğundan başqa, bizim üçün bilik deyə bir şey yoxdur. Şübhəsiz ki, Sən  ən yaxşı bilənin, ən yaxşı qayda qoyanın məhz özüsən”.

33Sənin Rəbbin dedi ki: “Ey Adəm! Xəbər ver onlara, onların adlarını”. Sonra da Adəm onlara onların adlarını xəbər verincə, sənin Rəbbin: “Deməmişdimmi Mən sizə?! Şübhəsiz ki, Mən göylərin və yerin görünməyənini, eşidilməyənini, se­çil­məyənini, keçmişi və gələcəyi bilirəm. Və Mən sizin açıqladıqlarınızı və gizlətdiklərinizi bilirəm” – dedi.

34Və o zaman Biz təbiətdəki güclərə: “Adəmə boyun əyib təslimiyyət göstərin” – de­miş­diksə də, İblisdən/düşüncə qabiliyyətindən başqa, təbii güclər dərhal boyun əyib təs­limiyyət göstərmişdi. İblis saymadı, yekəxanalıq etdi. Və o, hər şeyi bilə-bilə rədd edən­lərdən idi.

35Və Biz: “Ey Adəm! Sən və zövcən cənnətdə məskunlaşın/buranı yurd edin, ikiniz də ondan dilədiyiniz yerdə bol-bol nəsiblənin və bu girift şeyə yaxınlaşmayın – mal/qızıl, gümüş hərisi olmayın, yoxsa öz mənliyinə haqsızlıq edənlərdən olarsınız” – dedik.

36Buna görə də şeytan – İblis/düşüncə qabiliyyəti onları oradan sürüşdürdü, içində olduqları mövqedən/məkandan çıxardı. Və Biz: “Bir-birinizə düşmən olaraq enin, orada müəyyən bir vaxta qədər sizin üçün bir qərar yeri və bir yararlanma vardır” – dedik.

37–39Sonra da Adəmə, Rəbbindən bəzi kəlmələr gəldi/özünə vəhy edildi. Biz dedik ki:  “Hamınız oradan enin. Artıq sizə mənim tərəfimdən bir bələdçi gəldiyində, kim bələdçimə uyarsa, onlar üçün heç bir qorxu yoxdur, onlar məyus olmayacaqlar. Və küfr etmiş və ayələrimizi yalan saymış kimsələr… Bax budur, onlar  atəşin əhlidirlər. Onlar orada təməlli qalacaqlar”.[4] Sonra da Allah onun tövbəsini qəbul etdi. Qəti olaraq O, tövbələri çox-çox qəbul edənin, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın məhz özüdür.

(87/2, Bəqərə/30–39)

Nəcm: 404

40Ey İsrailoğulları! Sizə nemət olaraq verdiyim nemətlərimi xatırlayın, Mənim əhdimə/Mənə ver­diyiniz sözə vəfa göstərin ki, Mən də sizin əhdinizə vəfa göstərim. Və sadəcə, Məndən qor­xun/sadəcə, Mənə ibadət edin. 41Sizinlə bərabər olan Tövratı doğrulayan olaraq endirdiyim Qurana iman edin, Onun haqq kitabı olduğunu bilərək rədd edənlərin ilki siz olmayın. Mənim ayələrimi çox az bir əvəz müqabilində satmayın. Və sadəcə, Mənim qorumam altına girin. 42Və siz bilə-bilə haqqı batilə qarışdırmayın, haqqı gizlətməyin. 43Salaatı iqamə edin, zəkat/vergi verin, Allahın varlığını tək qəbul edənlərlə birlikdə siz də Allahın tək olduğunu qəbul edin.

44Siz insanlara güclü-qüvvətli/yaxşı insan olmağı buyuracaqsınız və özünüz bundan kənardamı qalacaqsınız? Halbuki, Kitabı oxuyub durursunuz. Hələ ağıllanma­ya­caq­­sı­nız­mı?

45,46Bir də səbr etməklə, salaatla kömək istəyin. Şübhəsiz ki, salaat və səbrlə kömək istəmək, hörmətli olanlardan – həqiqətən Rəbbinə qovuşacaqlarına və həqiqətən özlərinin Ona dönəcək olduqlarına inanan insanlardan başqasına çox ağır gəlir.

47Ey İsrailoğulları! Sizə verdiyim neməti və şübhəsiz ki, mənim sizi aləmlərə üstün etdiyimi xatırlayın.

48Və heç bir kimsənin başqa bir kimsəyə hər hansı bir şey üçün qarşılıq ödəmədiyi, heç bir kimsədən köməyin, adam tapşırmağın qəbul edilmədiyi, kimsədən fidyə­nin alınmadığı və heç bir kimsəyə kömək olunmayan günə qarşı Allahın qoruması altına girin.

49Və o zaman Biz sizi əzabın ən pisinə çarpdıran, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxaraq bacarıqsiz bir kütlə əmələ gətirib gücsüzləşdirən, qadınla­rı­nı­zı sağ buraxan Fironun yaxınlarından qurtarmışdıq. Və bunda sizə Rəbbiniz tərə­fin­dən böyük bir bəla vardı.

50Bir zamanlar da Biz bol suyu/çayı sizin üçün yararaq sizi qurtarmış, siz görə-görə Fironun yaxınlarını isə suda boğmuşduq.

51Və bir zaman Biz Musaya qırx gecəni vəd vermiş, sonra da siz öz mənliyinizə haqsızlıq edərək, onun ardından qızılı tanrı etmişdiniz.

52Sonra Biz sizi əfv etmişdik ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyəsiniz.

53Və bir zaman Musaya o kitabı və Furqanı verdik ki, bələdçiləndiyiniz doğru yolu tapasınız.

54Həmçinin bir zamanlar Musa qövmünə: “Ey qövmüm! Şübhəsiz, siz qızıla sitayiş etməklə öz-özünüzə haqsızlıq etdiniz. Gəlin dərhal, Yaradanınıza tövbə edin və mənliklərinizi/nəfsinizi dəyişdirin. Beləsi, Yaradanınızın nəzərində sizin üçün xeyirlidir” – demişdi. Sonra da Yaradanınız tövbənizi qəbul etdi. Şübhəsiz, Yaradanınız tövbələri çox qəbul edən, çox tövbə fürsəti verənin, əngin mərhəmət sahibinin məhz özüdür.

55Həmçinin bir zamanlar da siz: “Ey Musa! Biz Allahı açıq şəkildə görmədikcə, sənə qətiyyən inan­mayacağıq” – demişdiniz və buna görə də siz görə-görə sizi ildırım çarpmış­dı.

56Sonra Biz özünüzə verilən nemətlərin qarşılığını ödəyəsiniz deyə, sizi ölümü­nü­zün ardından diriltdik/zillətdən qurtarıb qürurlu vəziyyətə gətirdik.

57Və üstünüzə o buludu kölgə etdik və üzərinizə qüdrət halvası və bildirçin/bal en­dir­dik. Və sizə verdiyimiz ruzilərın xoş olanlarından yeyin. Onlar Bizə qarşı haq­sızlıq etmədilər, lakin onlar şərik qoşmaqla, öz mənliklərinə/nəfslərinə haqsızlıq edirdilər.

58Və həmçinin bir zamanlar Biz: “Bu şəhərə girin və onun nemətlərindən dilədiyiniz şəkildə bol-bol yeyin. O qapıdan da boyun əyib, təslimiyyət göstərərək onlara tabe/təbəə/dövlətin vətəndaşı olaraq – ­azğınlıq, səhv/öz zərərlərinə iş etmədən girin və “Hıtta [bizi bağışla]!” deyin ki, sizə xətalarınızı bağışlayım, yaxşılıq/gözəllik edənlərə nemətlərimizi daha da artdıracağıq” – demişdik.

59Bundan sonra o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, sözü özlərinə söylənildiyindən başqa bir şəklə dəyişdirdilər. Biz də etmiş olduqları haqq yoldan çıxmaları müqabilində, o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin üstünə göydən bir əzab endirdik.

60Və həmçinin bir zamanlar Musa, qövmü üçün su istəmişdi və Biz: “Bilik və təcrübəni daşqəlbli qövmünə tətbiq et!” – demişdik. Buna görə də o, daş qəlbli cəmiyyətdən on iki cəmiyyət – diyar xalqı ayrılmışdı. Əmələ gələn hər diyarın xalqı özünün su alacağı yeri qətiliklə öyrəndi/işarələdi. Allahın ruzisindən yeyin, için və pozğunçuluq edərək, yer üzündə azğınlıq törətməyin.

61Və həmçinin bir zamanlar siz: “Ey Musa! Biz tək yeməyə qətiyyən dayana bilmərik, ar­tıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” – demişdiniz. Musa da sizə: “O, üstün olanı daha aşağı olanlarla dəyişdirməkmi istəyirsiniz? Bir qə­sə­bəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaqdır” – demişdi. Və üzərlə­rinə alçaqlıq və acizlik damğalandı və sonunda Allahın qəzəbinə uğradılar. Bax budur, bu, küfr etmiş və peyğəm­bər­ləri haqsız yerə öldürmüş olduqlarına görədir. Bax budur, bu, üsyan etdikləri və həddi aşdıqlarına görədir.

(87/2, Bəqərə/40–61)

Nəcm: 405

63Həmçinin bir zamanlar Biz sizdən: “Allahın qoruması altına girməyiniz üçün ver­di­yimiz şeyi bərk tutun və içindəkiləri xatirinizdən çıxarmayın!” – deyə sağ­lam bir söz almışdıq və sizin üstününüzü/seçkininiz Musanı Tura/dağa yüksəlt­miş­dik/çı­xar­mışdıq.[5]

64Bir də siz bundan sonra üz çevirdiniz… Bax budur, əgər üzərinizdə Allahın ərmə­ğa­nı və mərhəməti olmasa idi, qətiliklə siz zərərə uğrayanlardan olmuşdunuz.

65Və siz içinizdən Sebtdə/Şənbə günü/Düşünmə Günündə hədləri aşan kəsləri də əlbəttə, bilir­si­niz. Bax budur, buna görə də onlara: “Səfil meymunlar olun!” – dedik.

66Sonra da alçaq meymunluğu çağdaşlarına və sonrakılara müdhiş bir dərs və Allahın qoruması altına girənlər üçün bir nəsihət/öyüd etdik.

67Və o zaman Musa qövmünə: “Şübhəsiz ki, Allah sizə bir sığır boğazlama­ğı­nı­zı əmr edir” – demişdi. Onlar: “Sən, bizi lağamı qoyursan?” – dedilər. Musa: “Mən, ca­hil­lərdən biri olmaqdan, Allaha sığınıram” – dedi.

68Onlar: “Bizim üçün Rəbbinə dua et, o sığır hər nə isə onu bizim üçün açıqlasın” – dedilər. Musa: “Rəbbim deyir ki: ‘Şübhəsiz ki, o sığır çox yaşlı deyil, çox körpə də deyil, ikisi arasında – ən yaxşı kömək, xidmət  verəcək çağındadır.” Haydı, əmr olunan şeyi edin” – dedi.

69Onlar: “Bizim üçün Rəbbinə dua et, onun rəngi nə isə onu bizim üçün açıqlasın”– dedilər. Musa: “Əlbəttə, Rəbbim deyir ki: “Şübhəsiz ki, o sığır rəngi baxanlara nəşə saçan, sapsarı bir inəkdir” – dedi.

70Onlar: “Bizim üçün Rəbbinə dua et, o nədir – bizim üçün açıqlasın. Şübhəsiz ki, o sığır  bizə mütəşabih/çoxmənalı gəldi və biz şübhəsiz ki, Allah diləyərsə, qətiliklə bələdçilən­di­yi­miz doğru yolu tapmış kimsələrik” – dedilər.

71Musa: “Şübhəsiz, Rəbbim deyir ki: “O sığır zəlil olmayan/cütə qoşulmayan, ərazi sürməyən, əkin sulamayan, boş-boşuna gəzən və heç alacası/ləkəsi olmayan bir sığır­dır”. Onlar: “Bax budur, tam indi gerçəyi gətirdin” – dedilər. Sonunda onu bo­ğaz­la­dılar. Amma harada isə etməyəcəkdilər.[6]

72Və həmçinin siz[7] bir adamı öldürmüşdünüz və onun haqqında bir-birinizlə atışmışdınız. Halbuki, Allah saxlamış olduğunuzu aşkar edəndir.

73Sonra Biz: “Öldürülən adamla əlaqədar gələcək sıxıntıya görə Musanı yola çıxarın” – dedik. Allah ölüləri bax budur, belə dirildər, bitmiş-tükənmişlərə yol göstərər və ağıllı davranasınız deyə, sizə əlamətlərini/nümunələrini sərgiləyər.

74Sonra da qəlbləriniz qatılaşdı. Bax budur, onlar daş kimidir, hətta daha qatıdır. Və şübhəsiz ki, daşlardan elələri vardır ki, onlardan çaylar fışqırır, elələri vardır ki, yarılar və ondan su çıxar, elələri də vardır ki, Allahın hörmətlə, sevgiylə, biliklə ürpərtisindən düşərlər. Allah etdiklərinizdən xəbərsiz, laqeyd deyildir.

(87/2, Bəqərə/63–74)

Nəcm: 406

75Yaxşı, siz, onların sizə inanacaqlarınımı umursunuz? Halbuki, onlardan bir zümrə, Allahın kəlamına qulaq verər, sonra onu yaxşı-yaxşı anladıqdan sonra, bilə-bilə onu dəyişdirib, pozarlar.

76Və onlar iman edənlərlə rastlaşdıqlarında: “İnandıq” – deyərlər, bir-birləri ilə baş-başa qaldıqları zaman isə: “Allahın sizin əleyhinizdə hökm verdiyi şeyləri onlara söylə­yir­si­niz ki, Rəbbinizin nəzdində əleyhinizə dəlil olaraq istifadə etsinlər? Hələ də ağıllanmayacaq­sınız­mı?” – dedilər.

77Onlar şübhəsiz, Allahın özlərinin sirr olaraq gizlədikləri şeyləri və açıqladıqları şeyləri bildiyini bilmirlərmi?

78Bunlardan bir qismi də, əsassız və boş düşüncədən başqa Kitabı bilməyən, oxuma-yazma bilməyən/analarından doğulduqları kimi qalmış olanlardır. Bunlar sadəcə, zənn edərlər.

(87/2, Bəqərə/75–78)

Nəcm: 407

62Şübhəsiz, bu, iman edənlər, yəhudiləşmiş insanlar Nəsranilər və Sabiilər/təbii dindarlar – hər kim Allaha və axirət gününə iman edər və saleh əməl edərsə, artıq Rəbbi qatında onlar üçün mükafatları vardır. Onlara bir qorxu yoxdur. Bunlar qəmgin də olmayacaqlar.[8]

(87/2, Bəqərə/62)

Nəcm: 408

79Artıq vay halına o insanların ki, öz əlləri ilə kitab yazarlar və sonra bir az paraya satmaq üçün: “Bu, Allah qatındandır” – deyərlər. Artıq o əlləri ilə yazdıqları üzündən onların vay halına! O qazandıqları şeylər üzündən onların vay halına!

80Və onlar dedilər ki: “Sayılı bir neçə gündən başqa, atəş bizə qətiyyən toxunmaya­caq­dır”. De ki: “Allahdan zəmanət verən bir sözmü aldınız? Allah heç vaxt verdiyi sözə/vədinə xilaf çıxmaz. Yoxsa, siz  Allah haqqında bilmədiyiniz şeylərimi söyləyirsiniz?”

81Bəli, kim bir pislik qazandısa və xətası özünü əhatə etdisə, bax budur, bunlar atəş əhlidir. Onlar orada həmişəlik qalanlardır.

82İman etmiş və düzəltmək yönündə işlər edənlər isə… Bax budur, onlar cənnət əhlidir. Onlar orada həmişəlik qalanlardır.

(87/2, Bəqərə/79–82)

Nəcm: 409

83Və bir zamanlar Biz İsrailoğullarının qəti sözünü almışdıq: “Allahdan başqasına qulluq etməyə­cək­siniz, ana-ataya, yaxınlığı olanlara, yetimlərə, acizlərə də yaxşılıq edəcəksiniz, insanlara gözəlliyi söyləyin, salaatı iqamə edin və zəkat/vergi verin”. Sonra çox azınız istisna olmaqla, üz döndərdiniz. Və siz üz döndərən kəslərsiniz.

84,85Və bir zamanlar Biz sizin qəti sözünüzü almışdıq: “Qanlarınızı tökməyəcəksiniz, özünüzü yurdlarınızdan çıxarmayacaqsınız”. Sonra siz şahidlik edərək, təsdiq etdiniz. Sonra siz bax budur, o insanlarsınız – öz-özünüzü öldürürsünüz və sizdən olan bir qrupu yurdlarından çıxarırsınız. Onların əleyhində günah və düşmənçilikdə kö­mək­lə­şir­siniz. Onlar sizə əsir olaraq gəldikdə isə, onlar üçün fidyə/qurtarmaq üçün fidyə al­mağa çalışırsınız. Halbuki, o/onların çıxarılmaları sizə haram­laş­dırılmışdır. Yaxşı, siz Kitabın bir qisminə inanır, bir qisminə isə inan­mır­sı­nızmı? Bu halda, içi­nizdən belə edənlərin alacağı qarşılıq dünya həyatında bir rüs­vay­çılıqdan başqa nə­dir? Qiyamət Günü də əzabın ən şiddətlisinə uğradılarlar. Allah et­diklərinizdən xəbərsiz, laqeyd deyildir.

86Bax budur, onlar Axirət müqabilində bəsit dünya həyatını satın almış insanlardır. Artıq bunlardan əzab zəiflədilməz, onlara kömək də olunmaz.

87Və and olsun ki, Musaya Kitabı verdik. Və ondan sonra bir-biri ardınca sıra ilə elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və özünü Allahın vəhyi ilə gücləndirdik. Yaxşı, siz bir elçinin sizə nəfslərinizin xoşlanmadığı bir şey gətirdiyi hər səfərində yekəxanalıq etdinizmi?! Sonra da bir qismini yalan saydınız, bir qısmini də öldürürsünüz.

(87/2, Bəqərə/83–87)

Nəcm: 410

88Və onlar: “Bizim qəlblərimiz bağlıdır/heç bir şey işləməz”– dedilər. Əksinə, Allah gerçəyi bilərək rədd etdiklərinə görə, onları kənarlaşdırmış/mərhəmətindən məhrum buraxmışdır. Buna görə də, çox azı iman edər!

89Onlara Allah qatından onlarla birlikdə olanı təsdiq edən bir kitab – Quran gəldikdə isə – ki, bunlar daha öncələri kafirlərə qarşı zəfər qazanmaq istəmişdilər və o tanıdıqları özlərinə gəlmişdi –  onu özləri örtdülər. Artıq Allahın kənarlaşdırması/mərhəmətindən məhrum buraxması, Allahın tanrılığını və rəbbliyini örtənlərin üzərinədir.

90Onların özlərini müqabilində satdıqları şey – Allahın qullarlından dilədiyinə Öz ərməğanlarından endirməsini qısqanaraq, Allahın endirdiklərini/Quranı bilərək rədd etməkləri necə də çirkindir! Budur, buna görə də, qəzəb üstünə qəzəbə uğradılar. Alçaldıcı əzab da yalnız və yalnız haqqı/doğruları bilərək rədd edənlər üçündür.

91Və onlara: “Allahın endirdiyinə iman edin” – deyildiyi zaman onlar: “Biz özümüzə endirilənə iman edərik” – dedilər. Və onlar Allahın endirdiyi, özlərinin olan Kitabı təsdiq edən bir haqq olmasına baxmayaraq, özlərinə endirilənlərdən başqasını bilərəkdən rədd edib atırlar. De ki: “Yaxşı, əgər möminlərdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”

(87/2, Bəqərə/88–91)

Nəcm: 411

92Və and olsun ki, Musa sizə açıq-aşkar dəlillərilə gəlmişdi. Sonra siz, öz nəfsinizə/mənliyinizə haqsızlıq edənlər olaraq, ardından “qızıl”ı tanrılaşdırdınız.

93Və həmçinin Biz sizdən “Sizə verdiyimiz Kitabdan möhkəm tutun və dinləyin” deyə sağ­lam söz almış və sizin üstününüzü/seçkininiz Musanı Tura yüksəltmişdik/çıxar­tmış­­dıq. Demişdilər ki:  “Dinlədik və üsyan etdik/yaxşıca sarıldıq”. Və haqqı/doğrunu bi­lə­rək rədd etdiklərinə görə, qızılın tanrılığı qəlblərinə içirilmişdi. De ki: “Əgər ina­nan­larsınızsa, inancınızın sizə əmr etdiyi şey nə çirkindir!”[9]

94De ki: “Allah yanında “son yurd” başqalarının deyil, yalnız və yalnız sizin üçündürsə, əgər doğrulardansınızsa, haydı, dərhal ölümü arzulayın”.

95Halbuki, əlləri ilə etdikləri üzündən ölümü sonsuz olaraq arzulamazlar. Allah isə öz nəfslərinə/mənliklərinə haqsızlıq edən o insanları çox yaxşı biləndir.

96Və sən, qətiliklə onları, insanların yaşamaq üçün ən iddialısı, Allaha şərik qoşanlardan daha da iddialı olduqlarını görəcəksən. Onların hər biri min il ömrü olmasını arzulayar, halbuki, uzun ömürlü olmaq/çox uzun yaşamaq onu əzabdan uzaqlaşdıran deyildir. Allah, onların etməkdə olduqlarını, çox yaxşı görəndir.

99Və and olsun ki, Biz sənə açıq-açıq ayələr endirdik. Bunları da haqq yoldan çıxanlardan başqası bilə-bilə rədd edib, özünü görməməzliyə qoymaz.

100Haqq yoldan çıxanlar nə zaman bir əhd barəsində andlaşma etsələr, onlardan bir qrup onu atmadımı? Əslində onların çoxu iman etmirlər.

101Və nə zaman Allah tərəfindən onlara yanlarındakı kitabı təsdiq edən bir elçi gəldi, daha öncə özlərinə Kitab verilənlərdən bir qrup sanki, bilmirlərmiş kimi Allahın Kitabını arxaya atdılar/ Allahın Kitabından üz çevirdilər.

97De ki: “Kim Cəbrailə/Qurana düşməndirsə, qəzəbindən, qısqanclığından çatlasın, gəbərsin. Şübhəsiz, Allah Cəbraili/Quranı Özünün biliyinə uyğun olaraq, iki əli arasındakıları/içindəkiləri doğrulan, inananlar üçün bir yol göstərmə və müjdə olaraq, sənin qəlbinə endirmişdir ki, onlar bax budur, buna görə düşmən kəsilmişdirlər. 98Kim ki, Allaha, mələklərinə, elçilərinə, Cəbrailə/Qurana, Mikailə/Elçi Muhəmmədə[10] düşməndirsə, kədərindən, qəmindən ölsün”. Şübhəsiz, bax budur, buna görə Allah da kafirlərə düşməndir.

(87/2, Bəqərə/92–98)

Nəcm: 412

102Və özlərinə Kitab verilənlər Süleyman mülkünə dair şeytanların oxuyub durduqları şeylərə uydular. Halbuki, küfr etməmişdi! Süleyman Allahın tanrılığını, rəbbliyini bilə-bilə rədd etməmişdi, amma o şeytanlar küfr etmişdilər/bilə-bilə rədd etmişdilər, insanlara sehri və Babildə iki peyğəmbərə/iki krala – Harut və Maruta endiriləni öyrədirdilər. Halbuki, Harut və Marut: “Biz saflaşmağınız üçün bir atəşdən vəsaitik, qətiyyən küfr etmə – həqiqəti bilə-bilə rədd etmə!” – demədikcə heç kimsəyə heç bir şey öyrətməzdilər. Sonra hər kəs, o ikisindən həyat yoldaşlarının arasını açan şeyləri öyrənirdilər. Belə ki, onlar onunla Allahın biliyi olmadan heç kimsəyə zərər verə bilməzlər. Hər kəs özlərinə zərər verəni, fayda verməyəni öyrənirdi. And olsun ki, onu satın alanın Axirətdə heç bir nəsibi olmayacağını da qətiliklə bilirdilər. Və o – müqabilində nəfslərini satdıqları şey, nə çirkin bir şeydir! Kaş ki, bilərdilər!

103Və onlar əgər inansaydılar və Allahın qoruması altına girsəydilər, qətiliklə, Allahdan olan bir mükafat daha yaxşı olacaqdı. Kaş ki, bilsəydilər!

(87/2, Bəqərə/99–103)

Nəcm: 413

104Ey iman edənlər: “Raina [sən bizim çobanımızsan/sən bizi güd, biz səni güdək]” deməyin, “Unzurna [bizi qoru]” – deyin və qulaq asın. Çox acıqlı əzab da yalnız kafirlər üçündür.

105Kitab Əhlindən küfr edən və ortaq qoşanlar Rəbbinizdən sizə bir xeyir endirilməsini istəməzlər. Allah isə mərhəmətini dilədiyi kimsəyə məxsus edər. Və Allah çox böyük ərməğan sahibidir.

(87/2, Bəqərə/104–105)

Nəcm: 414

106Biz bir ayədən/əlamətdən/nümunədən hər nəyi qaldırar və ya söylətdirməriksə, ondan daha yaxşısını, yaxud bənzərini gətirərik. Sən Allahın şübhəsiz, hər şeyə qadir olduğunu bilmədinmi?

107Göylərin və yerin hegemonluğunun şübhəsiz ki, ancaq Allaha aid olduğunu və sizin üçün Allahın yaratdıqlarından bir yaxın və bir köməkçi olmadığını bilmədinmi?

(87/2, Bəqərə/106–107)

Nəcm: 415

108Yoxsa siz Elçinizi, bundan öncə Musanın sorğu-sual olunduğu kimi, sorğu-sualamı çəkmək istəyirsiniz? Və hər kim imanı küfrlə dəyişdirirsə, artıq o, düz yolun ortasını itirmiş olur.

109Kitab Əhlindən bir çoxu, həqiqət onlar üçün ortaya qoyuduğu halda, nəfslərin­də­ki qısqanclıq ucbatından sizi imanınızdan sonra kafirlər olmağa çevirmək istəyərlər. Buna baxmayaraq siz, Allahın əmri gəlincəyə qədər əfv ilə, xoşluqla davranın. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı güc yetirəndir.

110Və siz salaatı iqamə edin və zəkatı/vergini verin! Özünüz üçün öncədən hər nə yaxşılıq edərsinizsə, Allah qatında onu taparsınız. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.

(87/2, Bəqərə/108–110)

Nəcm: 416

111Bir də inananları Yəhudiləşdirmək, Xristiyanlaşdırmaq istəyənlər: “Yəhudi və Xristianlardan başqası qətiyyən cənnətə girə bilməyəcək” – dedilər. Bu, onların öz əsassız və boş düşüncələridir. De ki: “Əgər doğru insanlarsınızsa, dəlilinizi gətirin”.

112Xeyr, əksinə kim yaxşılaşdıran/gözəlləşdirən biri olaraq özünü Allah üçün islam­laş­dırır­sa, bax budur, onun Rəbbi qatında mükafatı vardır. Onlara heç bir qorxu da yoxdur və onlar kədərlənməzlər də.

113Və Yəhudilər: “Xristianlar bir şey üzərində deyillər/onların dəyərli bir tərəfləri yoxdur” – dedilər. Xristianlar da: “Yəhudilər, bir şey üzərində deyillər/ onların dəyərli bir tərəfləri yoxdur” – dedilər. Halbuki, onlar kitabı oxuyurlar. Bilməyən insanlar da onların dediyi kimi dedilər. Artıq içində anlaşılmazlığa düşdükləri şeylərdə, Qiyamət Günü aralarında Allah hökm verəcəkdir.

(87/2, Bəqərə/111–113)

Nəcm: 417

114Və Allahın tanıdıldığı/öyrədildiyi məktəblərini, içlərində Allahın adı anılmasın deyə, əngəlləyən və onların dağılması üçün çalışandan daha çox öz mənliyinə haqsız­lıq edən kim ola bilər?! Belələrinin Allahın tanıdıldığı/öyrədildiyi o məktəblərə girmələri ancaq qorxa-qorxa olacaqdır. Onlar üçün dünyada bir rüsvayçılıq vardır. Bunlar üçün Axirətdə də böyük bir əzab vardır.

115Və Şərq-Qərb [hər istiqamət] yalnız və yalnız Allahındır. Belə isə hər hara yönələrsi­niz­sə, artıq ora Allahın üzüdür. Şübhəsiz ki, Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, ən yaxşı biləndir.

(87/2, Bəqərə/114–115)

Nəcm: 418

116Bir də onlar: “Allah övlad qəbul etdi” – dedilər. O, onların yaraşdırdıqları bütün nöqsanlıqlardan münəzzəhdir. Əksinə, göylərdə və yer üzündə nə varsa yalnız və yalnız Onundur. Hamısı Onun üçün həmişəlik hörmətlə duranlardır.

117Göyləri və yeri yoxdan var edəndir. Və O, bir işin olmasına qərar verdiyi zaman artıq ona yalnız və yalnız: “Ol!” – deyir, o da dərhal olur.

118Və bilməyən insanlar: “Allah bizimlə danışmalı, yaxud bizə də bir əlamət/nümunə göndərməli deyildimi!” – dedilər. Bunlardan öncəkilər də eynilə belə, bunların dedikləri kimi demişdilər. Onların qəlbləri bənzər imiş. Biz qətiliklə, qəti biliklə biliklənmək istəyən cəmiyyət üçün ayələri açıq-aşkar ortaya qoyduq.

119Şübhəsiz, Biz səni həqiqət/doğru ilə müjdəçi və xəbərdar edən olaraq göndərdik. Sən  cəhənnəm əhlinə görə sorğu-suala da tutulmazsan.

120Və sən onların dinlərinə/həyat tərzlərinə uymadıqca, Yəhudilər və Nəsranilər/Xristi­an­­lar səndən qətiyyən razı qalmazlar. De ki: “Şübhəsiz ki, Allahın bələdçiliyi bələd­çi­li­yin məhz özüdür”. Və əgər bilikdən sənə çatan şeydən sonra bunların boş və dünyəvi ar­zularına uysan, sənin üçün Allah qatından hər hansı bir yaxın olmaz, hər hansı bir köməkçi də olmaz.

121Özlərinə Kitabı verdiyimiz insanlar onu oxunmasının/izləməsinin haqqını verərək oxuyarlar/izləyərlər. Bax budur, onlar ona iman edərlər. Hər kim də Kitabı bilə-bilə rədd edərsə, bax budur, onlar zərərə uğrayanların məhz özləridir.

(87/2, Bəqərə/116–121)

Nəcm: 419

122Ey İsrailoğulları! Sizlərə ehsan etdiyim nemətimi və şübhəsiz, sizi aləmlərə üstün etdiyimi xatırlayın!

123Kimsənin kimsə yerinə bir şey ödəyə bilməyəcəyi, kimsədən qurtarmaq üçün fidyə qəbul edilməyəcəyi, köməyin, xahişin heç kimsəyə faydası olmayacağı və günahkarların kömək olunmadığı günə qarşı Allahın qoruması altına girin.

(87/2, Bəqərə/122–123)

Nəcm: 420

124Və həmçinin Rəbbi İbrahimi bəzi kəlmələr/yaralar, sıxıntılar ilə sınamış, o da onları tam olaraq yerinə yetirmişdi. Rəbbi: “Mən səni insanlara başçı edənəm” – demişdi. İbrahim:  “Soyumdan da başçılar et!” – dedi. Rəbbi: “Mənim əhdim/yerinə yetirəcəyim üçün verdiyim söz, öz nəfsinə/mənliyinə haqsızlıq edən kəslərə çatmaz!” – dedi.

125Və Biz bir zaman bu Beyti/ilk düzələn məktəbi insanlar üçün bir savab qazanma/dönüş yeri və bir etibar yeri etmişdik. Siz də, İbrahimin vəzifə daşıdığı yerdən bir salaat yeri edin. Və Biz İbrahim ilə İsmayıla: “Beytimi dolaşanlar, ibadətə qapananlar və boyun əyib təslimiyyət göstərənlər – Allahı birləyənlər üçün tərtəmiz tutun” – deyə əhd almışdıq.

126Və bir zaman İbrahim: “Rəbbim! Buranı təhlükəsiz bir diyar et, xalqını – onlardan Allaha və son günə inananları bəhrələrlə ruziləndir” – demişdi. Allah dedi ki: “Kafiri də, çox az qazanclan­dıra­ram, sonra da onu atəşin əzabına sürükləyərəm. Və nə pis çatılacaq yerdir!”

127–129Və həmçinin İbrahim və İsmayıl Beytdən təməlləri yüksəldirlər: “Rəbbimiz! Bizdən qəbul buyur! Şübhəsiz ki, Sən ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüsən. Rəbbimiz! Bizim ikimizi Sənin üçün sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dinini qəbul etməsini təmin edən] biri et. Soyumuzdan da Sənin üçün sağlamlaşdıran bir başçılı cəmiyyət gətir. Və bizə qulluq üsullarını göstər, tövbəmizi də qəbul et. Şübhəsiz ki, Sən günahdan dönənləri çox-çox qəbul edənin və çox mərhəmətli olanın məhz özüsən. Rəbbimiz! Bir də onlara içlərindən bir peyğəmbər göndər ki, onlara Sənin ayələrini oxusun, onlara Kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrətsin, onları arındırsın. Heç şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyanın, pozulmağı yaxşı əngəlləyənin, sağlam edənin məhz özüsən”.

130Və İbrahimin dinindən/həyat tərzindən özünü səfeh yerinə qoyandan başqa kim üz çevirər? Və Biz onu dünyada seçmişdik. Heç şübhəsiz, o, Axirətdə də yaxşı­lar­dan biridir.

131Rəbbi ona: “Sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran] biri ol!” – dediyi zaman İbrahim: “Mən aləmlərin Rəbbi üçün sağlamlaşdıran [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə iman gətirməsini təmin edən] biri oldum” – dedi.

132İbrahim də müslim olmağı, öz oğullarına və Yəquba: “Ey oğullarım! Şübhəsiz ki, bu dini sizə Allah seçdi. Onun üçün yalnız və yalnız sağlamlaşdıranlar [salamatlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə iman gətirməsini təmin edən] olaraq ölün!” – deyə vəsiyyət etdi.

(87/2, Bəqərə/124–132)

Nəcm: 421

142İnsanlardan ağlı çatmayanlar: “Bunları mövcud hədəfdən/strategiyadan çevirən nədir?” – deyəcəklər. De ki: “Şərq və Qərb [bütün istiqamətlər] yalnız Allahındır. O, dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər”.

143Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik. Üzərində olduğun bu hədəfi/strategiyanı müəyyən etməyimiz də ancaq Elçiyə uyan insanları, iki dabanı üzərində geri dönəcəklərdən ayıraraq/işarələyib göstərmək/bildirmək üçündür. Təsbit etdiyimiz bu hədəf/strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi insanlardan başqalarına çox ağır gəlir. Və Allah, imanınızı yox edəcək deyildir. Heç şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir.

144Biz sənin Bizdən nə gözlədiyini qətiliklə görürük. Artıq səni məmnun olacağın bir hədəfə/strategiyaya istiqamətləndirəcəyik. Haydı, üzünü Məscid-i Harama/to­xu­nul­maz təhsil, təlim qurumuna çevir – ağlın fikrin ancaq təhsil və təlimdə olsun. Siz də harada olarsınızsa olun,  üzünüzü ona tərəf çevirin! Özlərinə Kitab verilmiş olan insanlar da qətiliklə, şübhəsiz ki, bu vəzifənin Rəbbindən gələn bir haqq/doğru olduğunu bilirlər. Və Allah onların etdiklərindən xəbərsiz, biliksiz deyildir.

145Və and olsun ki, sən o Kitab verilmiş insanlara ayələri də gətirsən, yenə də sənin hədəfinə/strategiyana uymazlar. Sən də onların hədəfinə/strategiyasına uyan deyilsən. Onsuz da onlar da bir-birlərinin hədəflərinə/strategiyalarına tabe deyillər. Yenə and olsun ki, sənə gələn bu qədər bilikdən sonra, sən onların boş, dünyəvi arzularına uyarsansa, o zaman heç şübhəsiz, sən  öz nəfsinə/mənliyinə haqsızlıq edənlərdən olarsan.

146Özlərinə Kitab verdiyimiz bu insanlar Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Şübhəsiz, onlardan bir qismi də bildiklərinə baxmayaraq, qətiliklə haqqı gizlədirlər.

147Haqq Rəbbindəndir. O halda, qətiyyən şübhəyə düşənlərdən olma!

148Və hər kəs üçün bir yön vardır – o, ona yönələndir. Ona görə də həmişə xeyirlərə tələsin, yarışın/xeyirləri önə gətirin. Hər harada olsanız da, Allah hamınızı bir araya gətirər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

149Və hər haradan çıxarsan, dərhal üzünü Məscid-i Haram/toxunulmaz təhsil-təlim qu­rumuna tərəf çevir. Şübhəsiz ki, bu, Rəbbindən gələn bir haqdır. Və Allah etdikləri­ni­z barədə laqeyd, biganə deyildir.

150,151Və hər haradan çıxarsansa, dərhal üzünü Məscid-i Haram/toxunulmaz təhsil-təlim qurumu tərəfinə çevir. Və siz, hər harada olsanız da, insanlardan, onlardan şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər istisna olmaqla, sizin əleyhinizdə bir dəlil olmaması üçün mənim sizə, içinizdən, sizə ayələrimizi oxuyan, sizi arındıran, sizə Kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən və sizə bilmədiyiniz şeyləri öyrədən bir elçi göndərməyim kimi, sizə olan nemətimi tamamlamağım üçün və doğru yolu tapa bilməyiniz üçün dərhal üzünüzü ona tərəf çevirin. Artıq onlara hörmətlə, sevgi ilə, biliklə  ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyun.

152Belə isə Məni anın ki, Mən də sizi anım. Və Mənə verdiyim nemətlərin qarşılı­ğı­nı ödəyin. Mənə qarşı nankorluq etməyin/verdiyim nemətlər qarşısında özünüzü görməməzliyə qoymayın.

(87/2, Bəqərə/142–152)

Nəcm: 422[11]

196Və Həcc/proqramlı ilahiyyat təhsili və Ümrəni/seminar, simpozum kimi qısa müddətli təlimləri Allah üçün tamamlayın. Buna baxmayaraq, əgər sizə mane olunsa/əngəllənərsinizsə, o zaman ilahiyyat təhsili görənlərə sizə asan gələn şeylərlə dəstək olun! Bununla bərabər, bu ilahiyyat təhsili görənlərə hedeyə/verəcəyiniz dəstək yerinə çatana qədər başlarınızı qırxmayın.[12] Artıq içinizdən xəstə olana və ya başından taraşa bir rahatsızlığı olana, oruc və ya sədəqə, yaxud da ibadətdən – hər hansı bir qulluq vəzifəsindən bir fidyə/qarşılıq! Artıq əmin olduğunuz zaman da hər kim Ümrədə/qısa müddətli təhsildə Həccə/proqramlı ilahiyyat təhsilinə qədər qazanc təmin etdisə, artıq hedeyədən/təhsilə dəstəkdən asanına gələni! Lakin, kim tapa bilməzsə, artıq üç gün Həccdə/proqramlı ilahiyyat təhsili müddətində, yeddi də döndüyünüzdə oruc tutması! Bu, tam ondur. Bu hökm ailəsi Məscid-i Haramda – toxu­nulmaz ilahiyyat təhsili mərkəzində olmayanlar üçündür. Allahın qoruması altı­na girin və şübhəsiz, Allahın cəzasının çox şiddətli olduğunu bilin.

197Həcc/proqramlı ilahiyyat təhsili bilinən aylardır. Artıq hər kim o aylarda Həcci/proqramlı ilahiyyat təhsilini başlayıb, özünə fərz edərsə/”mütləq edəcəyəm” deyərsə, artıq Həcc/proqramlı ilahiyyat təhsili müddətində qadına yaxınlaşmaq, çirkin söz söyləmək, günah işləmək və dava etmək yoxdur. Siz nə xeyir  işləyərsinizsə, Allah onu bilir. Və azuqə yığın, şübhəsiz ki, azuqələrin ən xeyirlisi Allahın qoruması altına girməkdir. Və ey qavrama qabiliyyətləri olanlar! Mənim qorumam altına girin!

198Rəbbinizdən bir ərməğan istəməyinizdə heç bir qadağa yoxdur. Artıq Ərəfatdan – təhsil qruplarından ayrılıb axın etdiyinizdə, Məşar-i Haramda – toxunulmaz idrak/şüurlan­ma mərkəzində dərhal Allahı anın. Və Onu, Onun sizə göstərdiyi kimi anın. Və siz bundan öncə gerçəkdən azğınlardan idiniz.

200–203Sonra da Allaha dair vəzifələrinizi yerinə yetirdiyinizdə tamamilə, atalarını­zı andığınız kimi, hətta daha qüvvətli bir anmaqla, Allahı anın. Və Allahı sayı bəlli olan günlər­də anın. Artıq kim iki gün içində təcili edərsə, ona günah yoxdur. Kim də təxirə salarsa, ona da günah yoxdur. Bu, Allahın qoruması altına girmiş insanlar üçündür. Allahın qoruması altına girin və şübhəsiz, özünüzün Ona toplanacağınızı bilin. 199Sonra da insanların axıb gəldiyi yerdən, siz də axıb gəlin və Allahdan bağışlanma istəyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. Bax budur, insanlardan bəziləri: “Ey Rəbbimiz! Bizə dünyada ver!” – deyən insanlardır. Onun üçün də onlara axirətdə haqq etdikləri bir pay yoxdur.

201Yenə onlardan: “Rəbbimiz! Bizə dünyada bir gözəllik/yaxşılıq və Axirətdə də bir gözəllik/yaxşılıq ver və bizi atəşin əzabından qoru!” – deyənlər vardır.

202Bax budur, onlar özləri üçün qazandıqlarından haqq etdikləri bir pay olanlardır. Və Allah hesabı çox tez görəndir.

204İnsanlardan eləsi də vardır ki, onun adi dünya həyatı haqqındakı sözü sənin xoşuna gedər və o, qəlbindəkinə Allahı şahid tutar. Və o, düşmənçiliyi ən yaman olandır.

205O, dönüb getdikdə/vəzifələndikdə də yer üzündə pozğunçuluq çıxarmaq, əkini/mədəniyyəti/qadınları və nəsli dəyişikliyə/dağıntıya uğratmaq üçün çalışar. Allah isə pozğunculuğu sevməz.

206Ona: “Allahın qoruması altına gir!” – deyildiyi zaman da yekəxanalıq və  güc onu günah işləməyə sürükləyər. Bax budur, beləsinə cəhənnəm yetər. O, nə pis bir döşəkdir!

207İnsanlardan eləsi də vardır ki, Allahın rızasını qazanmaq üçün özünü fəda edər/Allah yolunda malını/mülkünü xərcləyər, canını ortaya qoyar. Və Allah, qullarına çox şəfqətlidir.

158Şübhəsiz, Səfa və Mərvə Allahın əlamətlərindən bir neçəsidir. Ona görə də hər kim Beyti/İlahiyyat təhsil mərkəzi olan Kəbəni nəzərdə tutub Beytə gedərsə və ya Ümrə/qısa müddətli təhsil etdirilərsə, buralarda dolaşmasında özünə bir qadağa yoxdur. Hər kim də könlündən gələrək, bir xeyir işləyərsə, şübhəsiz ki, Allah qarşılıq verəndir, ən yaxşı biləndir.[13]

(87/2, Bəqərə/196–198, 200–203, 199, 201–202, 204–207, 158)

Nəcm: 423

133Yoxsa siz Yəquba ölüm halı gəlib çatdığı zaman oğullarına: “Məndən sonra nəyə qulluq edəcəksiniz?” – dediyi zaman, onların: “Biz bir tək Tanrı olaraq sənin Tanrına və ataların İbrahim, İsmayıl və İsahaqın Tanrısına qulluq edəcəyik. Və biz, sadəcə, Onun üçün islamlaşdıranlarıq” – dediklərinə şahidlərmi idiniz?!

134Onlar gəlib keçən bir başçılı cəmiyyətdir. Onların qazandıqları özlərinədir, sizin qazandıqlarınız da özünüzədir. Siz, onların etdiklərindən məsuliyyət daşımazsınız.

135Və Yəhudilər: “Yəhudi olun ki, bələdçiləndiyiniz doğru yolu tapasınız! Xristianlar da: “Xristian olun ki, bələdçiləndiyiniz doğru yolu tapasınız” – dedilər.  Sən de ki: “Tam əksinə, küfrdən, Allaha ortaq qoşmaqdan dönən biri olaraq, Allahın ortaqlarının olacağını qəbul etməmiş olan İbrahimin dininə/həyat tərzinə!”

136Deyin ki: “Biz Allaha, bizə endirilənə, İbrahimə, İsmayıla, İshaqa və Yəquba və nəvələrinə endirilənə, Musaya və İsaya verilənə,  peyğəmbərlərə Rəbbindən ve­rilənə iman etdik. Onlardan heç birini digərindən ayırmarıq və biz ancaq Onun üçün islamlaşdıran/sağlamlaşdıran/salamatlıq/xoşbəxtlik qazandıranlarıq”.

137Artıq, əgər möminləri Yəhudiləşdirmək, Xristianlaşdırmaq istəyənlər sizin iman etdiyiniz kimi iman edərlərsə, artıq qətiliklə bələdçiləndikləri doğru yolu tapdılar. Yox əgər üz çevirərlərsə, onlar sadəcə parçalanma içindədirlər. Bax budur, onlara qarşı sənə Allah yetər. Və O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

138Allahın dininə! Din ortaya qoymaq barəsində Allahdan daha gözəl olan kimdir? Və biz sadəcə, Ona qulluq edənlərik.

139,140De ki: “Allah sizin Rəbbiniz və bizim Rəbbimiz olmasına baxmayaraq, Onun haqqındamı bizimlə çəkişirsiniz? Bir də bizim əməllərimiz yalnız və yalnız bizə, sizin əməlləriniz də yalnız və yalnız sizədir. Və biz sadəcə, Onun üçün Özünü bütün nöqsanlıq­lar­dan münəzzəh qılan insanlarıq. Yoxsa siz: “Şübhəsiz ki, İbrahim, İsmayıl, İshak, Yəqub və nəvələri də elə Yəhudi və ya Xristian idilər”mi? deyirsiniz” De ki: “Sizmi daha yaxşı bilirsiniz, yoxsa Allahmı? Öz yanındakı, Allahdan gələn bir şahidliyi gizlədəndən özünə daha haqsızlıq edən kim ola bilər? Allah etdiklərinizdən xəbərsiz, laqeyd də deyildir”.

141Onlar gəlib keçən bir başçılı cəmiyyətdirlər. Onların öz qazandıqları özlərinədir, sizin qazandıqlarınız da özünüzədir. Siz onların etdiklərindən məsuliyyət daşımaz­sınız.

(87/2, Bəqərə/133–141)

Nəcm: 424

153Ey iman edənlər! Səbr etməklə və salaatla kömək istəyin. Şübhəsiz ki, Allah səbr edənlərlə birlikdədir.

154Və Allah yolunda öldürülənlərə “Ölülər” deməyin. Əslində onlar diridirlər. Lakin, sizin şüurunuz onu qavraya bilmir.

155,156Həmçinin qətiliklə Biz qorxudan, aclıqdan bir şeylərlə və mallardan, canlar­dan və məhsullardan əskiklik ilə sizi zəif düşürəcəyik/imtahan edəcəyik. Özlərinə bir müsibət gəldiyi zaman: “Biz şübhəsiz, Allaha aidik və yalnız Ona dönəcəyik” – deyən bu səbr edənləri isə müjdələ!

157Bax budur, onlar Rəbbindən, bəzi dəstəklər və mərhəmət özlərinə olandır. Bax budur, onlar bələdçilən­dik­ləri doğru yolu tapanların da məhz özüdür.

(87/2, Bəqərə/153–157)

Nəcm: 425

159,160Şübhəsiz, endirdiyimiz açıq dəlilləri və doğru yol bələdçisini Biz Kitabda insanlara açıq-aşkar göstərdikdən sonra gizlədən insanlar – bax budur, onlar… Onları Allah və kənarlaşdıranlar kənarlaşdırıb gözdən çıxarır. Ancaq günahdan dönən və düzəldənlər, açıq dəlilləri və doğru yol bələdçisini aşkar şəkildə ortaya qoyanlar başqadır. Bax budur onlar… Mən onların tövbələrini qəbul edərəm. Və Mən tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verən, çoxlu mərhəmət edənəm.

(87/2, Bəqərə/159–160)

Nəcm: 426

161,162Küfr edən və bu halda ölənlər… Bax budur, onlar… Allahın, təbii güclərin/vəhylərin, insanların hamısının kənarlaşdırması onlaradır. Onlar kənarlaşdırmada təməlli qalanlardır. Onlardan əzab yüngülləşdirilməz və onlara baxılmayacaqdır da.

163Və sizin ilahınız, bir tək ilahdır. Ondan başqa tanrı deyə bir şey yoxdur. O, yaratdığı canlılara dünyada çoxlu mərhəmət edəndir, əngin mərhəmət sahibidir.

164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər tərpənən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işlədən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır.

165,166İnsanlardan bəzisi də Allahın yaratdıqlarından bəzi taylar tutan kəslərdir. Onları Allahı sevər kimi sevirlər. Halbuki, iman edənlər Allaha sevgi sarıdan daha qüvvətlidir. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər əzabı görəcəkləri zaman… Özlərinə uyulan insanlar əzabı görərək, özlərinə uyanlardan qaçıb uzaqlaşdıqlarını, əzabı gördükləri və özləri ilə bağlar kəsildiyi zaman qüvvətin Allaha aid olduğunu və Allahın əzabının həqiqətən çox şiddətli olduğunu kaş ki, görsəydilər.

167Onlara uyanlar isə: “Ah, bizim üçün dünyaya bir dönüş olsaydı, onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşsaydıq!” – deyərlər. Bax budur, beləcə, Allah onlara əməllərini, üzərlərinə yığılmış peşmançılıq və kədərlər halında göstərə­cək­dir. Onlar bu atəşdən çıxanlar da deyildirlər.

(87/2, Bəqərə/161–167)

Nəcm: 427

168Ey insanlar! Yer üzündəki halal və təmiz, xoş, faydalı şeylərdən yeyin və şeytanın yolu ilə getməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.

169O, sizə yalnız və yalnız pisliyi, həddini aşmağı/çirkinliyi/həyasızlığı və Allah haqqında bilmədiyiniz şeyləri söyləməyinizi əmr edər.

170Və onlara: “Allahın endirdiyinə uyun” – deyildiyi vaxt: “Əksinə, biz atalarımızı nəyin üzərində gördüksə, ona uyarıq” – dedilər. Atalarının bir şeyə ağlı çatmamışdısa və bələdçiləndikləri doğru yolu tapmamışdılarsadamı?

(87/2, Bəqərə/168–170)

Nəcm: 428

171Və kafirlərdən bir qisminin halı, sadəcə, bir çağırma və ya bağırmadan başqasını eşitməyənlərə çoban qışqırığı/qarğa qışqırığı edənin halı kimidir – karlardır, lallardır, korlardır. Buna görə də onlar dərk etməzlər.

259Bir qisim küfr edənlərin halı da evlərinin damları çökmüş bir şəhərə gələn insan kimidir. O insan: “Bunu, bu ölümündən sonra, Allah necə dirildəcək?!” – deyərək, inancsızlığını ortaya qoydu. Buna görə də, Allah onu yüz illiyə öldürdü, sonra diriltdi. Allah: “Nə qədər qaldın?” – dedi. O: “Bir gün, yaxud bir günün bir qismi qaldım” – dedi. Allah: “Tam əksinə, sən yüz il qaldın, belədirsə, bax yeməyinə-içməyinə hələ pozulmayıb, eşşəyinə də bax. Biz bunu, sən biləsən və səni insanlar üçün bir ayə etmək üçün etdik. O sümüklərə də bax, onları necə uyğun şəklə saldıq. Sonra onlara necə ət geyindiririk?” – dedi. Beləliklə, ona açıq-aşkar bəlli olunca: “Şübhəsiz ki, Allahın hər şeyə qadir olduğunu daha yaxşı bilirəm” – dedi.

(87/2, Bəqərə/171, 259)

Nəcm: 429

172Ey iman edənlər! Əgər siz, yalnız və yalnız Ona qulluq edirsinizsə, sizi ruzilən­dir­di­yimiz şeylərin xoş, təmiz və faydalı olanlarından yeyin və verdiyi nemətlərin qar­şı­lığını Allaha ödəyin.

173O sizə, sadəcə, leşi/ölü heyvanı, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilən heyvanları haram etdi. Sonra kim bunlardan yeməyə məcbur qalarsa, başqasının haqqına təcavüz etməmək və zərurət ölçüsünü keçməmək şərtilə ona bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmətlidir.

(87/2, Bəqərə/172–173)

Nəcm: 430

174Şübhəsiz ki, Allahın kitabdan endirdiyi bir şeyi gizlədən və gizlətdiyi şeyi çox az bir bədəllə satanlar… Bax budur, onlar qarınlarına atəşdən başqa bir şey yeməzlər. Və Qiyamət günü Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı verən bir əzab vardır.

175Bax budur, onlar doğru yol müqabilində azğınlığı, bağışlanma müqabilində əzabı satın alan insanlardır. Bunlar, atəşə qarşı nə qədər də dayanıqlıdırlar!

176Bax budur, bu şübhəsiz ki, Allahın Kitabı haqq ilə endirdiyinə görədir. Və şübhəsiz, Kitab haqqında anlaşılmazlığa düşən bu insanlar, qətiliklə mətləbdən çox uzaq bir parça­lanma içindədirlər.

(87/2, Bəqərə/174–176)

Nəcm: 431

177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü-sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir.

(87/2, Bəqərə/177)

Nəcm: 432

178Ey iman edənlər! Ölümlü hadisələrdə qisas – tərəflər arasında adil qarşılıq sizə fərz qılındı. Hürrə hürr, köləyə kölə, qadına qadın… Amma hər kim ölənin qar­da­şı tərəfindən bir şey müqabilində bağışlanarsa, o zaman adət-ənənəyə uymalı, ona gözəlliklə ödə­məlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhə­mət­dir. Artıq kim hədləri aşarsa, artıq acı verən əzab onun üçündür.

179Ey qavrama qabiliyyətləri olanlar! Allahın qoruması altına girəsiniz deyə, bu adil qarşılıq qaydasında sizin üçün həyat vardır.

(87/2, Bəqərə/178–179)

Nəcm: 433

180Sizdən birinizə ölüm hazır olduğu vaxt əgər özündən sonra bir xeyir/mal buraxdısa, Allahın qoruması altına girənlər üzərində bir haqq olaraq, atası-anası və ən yaxın əqrəbası üçün adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə vəsiyyət etmək məcburi vəzifə qılındı.

181Artıq hər kim bunu eşitdikdən sonra, onu dəyişdirərsə, onun günahı ancaq onu dəyişdirənlərin üzərinədir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

182Artıq hər kim vəsiyyət edənin bir xəta etməsindən və ya bir günaha girmə­sin­dən qorxaraq, onların arasını düzəldərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

(87/2, Bəqərə/180–182)

Nəcm: 434

183,184Ey iman edənlər! Qarşılıqlı, bərabər şəkildə oruc tutmaq,[14] Allahın qoruması altına girəsiniz deyə, sizdən öncəkilərə, “sayı bəlli olan günlərdə… Ona görə də sizdən hər kim xəstə olarsa və yaxud əkinçilik, ticarət, əsgərlik, təhsil, təlim kimi gediş-gəlişli, hərəkətli bir işlə məşğul olarsa, digər günlərdən sayı qədərdir. Oruca gücünü itirmiş olanlar/gücü çatanlar üzərinə isə bir yoxsulun yeyəcəyi, qurtarmaq üçün fidyə olaraq borcdur. Kim də könüllü xeyir/yaxşılıq edərsə, bu, özü üçün çox xeyirlidir/yararlıdır. Və əgər bilirsinizsə, oruc tutmağınız sizin üçün xeyirlidir/yararlıdır” şəklində, fərz qılındığı kimi, sizə də fərz qılındı.

185Ramazan ayı ki, Quran bir bələdçi olaraq və Furqandan – yol göstərmədən açıq seçkin açıqlamalar olaraq, o ayda endirilmişdir. Buna görə də, sizdən hər kim bu aya şahid olarsa, dərhal onda oruc tutsun. Kim də xəstə və ya səfər – əkinçilik, ticarət, əsgərlik, təhsil, təlim kimi gediş-gəlişli, hərəkətli bir işlə məşğuldursa, digər günlərdən sayı qədərdir. Allah, sizə asanlıq diləyər, sizə çətinlik diləməz. Bu asanlıq Allahın qoruması altına girməyiniz və sayı tamamlamağınız, sizə yol göstərdiyinə görə, Allahın ululuğunu bilməyiniz və Allahın verdiyi nemətlərin qarşılığını ödəməyiniz üçündür.

187Qarşılıqlı, şəkildə oruc tutma gecəsində qadınlarınıza intim sözlər söyləmək, cinsi əlaqə sizə halal qılındı. Onlar sizin üçün bir libasdır, siz də onlar üçün bir libassınız. Allah sizin özünüzə xainlik etdiyinizi bildi, tövbənizi qə­bul etdi və sizi bağışladı. Artıq qadınlarınıza yaxınlaşın və Allahın sizlər üçün yaz­dığı şeylərdən arayın. Və fəcrdən – ağ sap qara sapdan yaxşı-yaxşı seçilincəyə qə­dər, yeyin-için. Və gecəyə qədər orucu tamamlayın. Və siz ilahiyyat təhsil mər­kəz­lə­rində proqramlı ibadət halında ikən onlara yaxınlaşmayın. Bunlar Allahın həd­lə­ridir, artıq Allahın hədlərinə yaxınlaşmayın. Allah Özünün qoruması altına gir­sin­lər deyə, ayələrini insanlara bax budur, belə açıq-aşkar ortaya qoyar.

186Və qullarım səndən Mənim haqqımda soruşduqları zaman, bilin ki, şübhəsiz, Mən çox yaxınam. Mənə yalvarınca, yalvaranın yalvarışına cavab verərəm. O halda kamala yetmələri üçün onlar da Mənə qarşılıq versinlər və Mənə inansınlar.[15]

(87/2, Bəqərə/183–185, 187, 186)

Nəcm: 435

188Aranızda mallarınızı da batil səbəblərlə yeməyin. İnsanların mallarından bir qismini bilərək və günah ilə yemək üçün mallarınızı hakimlərə verməyin.

(87/2, Bəqərə/188)

Nəcm: 436

189Səndən hilallar haqqında soruşurlar. De ki: “Onlar insanlar və Həcc/proqramlı ilahiyyat təh­sili dövrləri üçün zaman ölçüləridir”. Evlərinizə arxalarından girmə­yi­niz/dində Allahın qaydalarından başqa qaydalar mənimsəməyiniz “yaxşı insan ol­maq” demək deyildir. Amma “yaxşı insan olmaq”  Allahın qoruması altına gir­mək­dir. Belə isə evlərinizə qapılarından girin – dini, din sahibi Allahın cızdığı çərçivədə ya­­şayın. Və müvəffəqiyyət qazananlardan, qurtaranlardan olmağınız üçün Allahın qo­ru­ması altına girin.

(87/2, Bəqərə/189)

Nəcm: 437

190Və sizinlə döyüşən insanlarla Allah yolunda döyüşün – ölün, öldürün. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.

191Və onları harada yaxalayarsınızsa, öldürün. Çıxardıqları yerdən siz də onları çıxarın. Və insanları dindən çıxarmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha dəhşətlidir. Məscid-i Haram – toxunulmaz ilahiyyat təhsil mərkəzi yanında onlar, orada sizinlə döyüşmə­dikcə də, onlarla döyüşməyin. Buna baxmayaraq, onlar sizinlə döyüşsələr, dərhal onları öldürün. Kafirlərin cəzası bax budur, belədir.

192Bununla bərabər, əgər əl çəkərlərsə, bilin ki, şübhəsiz ki, Allah, çox bağışlayandır, çox mərhəmət edəndir.

193Həmçinin insanları dindən çıxarmaq – ortaq qoşmağa sürükləmək fəaliyyəti qalmayana qədər, din yalnız Allahın oluncaya qədər onlarla döyüşün. Əgər əl çəkərlərsə, öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlərdən başqasına düşmənçilik yoxdur.

194Toxunulmazlıq ayı, haram aya qarşılıqdır. Və toxunulmazlıqlar/bağlayıcı hökmlər, bir-birinə qarşılıqdır. O halda kim sizə hücum edərsə, siz də ona etdiyi hücumun eynisi ilə hücum edin. Və Allahın qoruması altına girin. Və bilin ki, Allah  Öz qoruması altına girənlərlə birlikdədir.

195Və Allah yolunda malınızı xərcləyin/başda yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin, özünüzü öz əllərinizlə təhlükəyə atmayın və yaxşı­laşdırın/gözəlləşdirin. Şübhəsiz ki, Allah yaxşılaşdıranları/gözəlləşdirənləri sevər.

(87/2, Bəqərə/190–195)

Nəcm: 438

208Ey iman edənlər! Hamınız cəm halda İslama/sülhə/təhlükəsizliyə/sağlamlığa girin və şeytanın addımlarını izləməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar bir düşməndir.

209Buna baxmayaraq, əgər siz açıq-aşkar dəlillər gəldikdən sonra, yenə yolunuzdan azarsınızsa, artıq bilin ki, şübhəsiz, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

(87/2, Bəqərə/208–209)

Nəcm: 439

210Onlar, sadəcə, Allahın buluddan kölgələr içində gəlməsini, təbii güclərin [şüa, radiasiya və meteoritlərin] gəlməsini və işin bitirilməsinimi gözləyirlər? Halbuki, işlər yalnız və yalnız Allaha döndərilir.

211İsrailoğullarından Bizim onlara açıq əlamətdən/nümunədən neçəsini verdiyimizi soruş. Allahın nemətini hər kim özünə gəldikdən sonra dəyişdirərsə, artıq şübhəsiz ki, Allah əzabı çox şiddətli olandır.

212Bəsit dünya həyatı, kafirlər üçün bəzəkli göstərildi. Onlar iman edənlərlə əylənirlər. Halbuki, Allahın qoruması altına girənlər Qiyamət günü onlardan üstündür. Allah dilədiyi kimsəyə hesabsız ruzi verir.

(87/2, Bəqərə/210–212)

Nəcm: 440

213İnsanlar tək bir başçılı cəmiyyət idi. Allah müjdəçilər və xəbərdar edənlər olmaq üçün peyğəmbərlər göndərdi və anlaşa bilmədikləri mövzularda insanlar arasında hökm etsinlər deyə, onlarla bərabər, haqq ilə kitab endirdi. Və sırf o Kitab verilənlər, özlərinə bu qədər dəlillər gəldikdən sonra aralarındakı azğınlıq üzün­dən anlaşılmazlığa düşdülər. Buna görə də, Allah Öz elmi daxilində iman edənlərə on­la­rın haqqında anlaşılmazlığa düşdükləri haqqa bələdçi oldu. Və Allah dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər.

(87/2, Bəqərə/213)

Nəcm: 441

214Yoxsa siz özünüzdən öncə gəlib keçənlərin halı sizə gəlmədən, cənnətə girəcəyi­ni­zimi sandınız? Onlara yoxsulluqlar, sıxıntılar toxundu və sarsıldılar, hətta elçi və onunla birlikdə iman edənlər: “Allahın köməyi nə zaman?”  – deyərdilər. Diqqət edin! Həqiqətən, Allahın köməyi çox yaxındır.

(87/2, Bəqərə/214)

Nəcm: 442

215Onlar səndən nəyi Allah yolunda xərcləyəcəklərini/nə ilə təmin edəcəklərini soruşurlar. De ki: “Xeyirdən/maldan/zamandan/bilikdən verdiyiniz şeylər/ailəni­zin təminatı, ana-ata, ən yaxınlar, yetimlər, acizlər və yolda qalmışlar üçündür”. Və xeyirdən nə işlərsəniz, artıq şübhəsiz ki, Allah, onu ən yaxşı biləndir.

216Və döyüşməyin sizin üçün xoş olmayan bir şey olmasına baxmayaraq, sizə məcburi vəzifə olaraq verildi. Ola bilər ki, siz sizin üçün xeyirli olan bir şeydən xoşlanmazsınız. Yenə ola bilər ki, siz sizin üçün pis, zərərli olan bir şeyi sevirsiniz. Və Allah bilir, siz bilməzsiniz.

(87/2, Bəqərə/215–216)

Nəcm: 443

217Səndən toxunulmaz olan ay haqqında və o toxunulmaz olan ayda döyüşmək haqqında soruşurlar. De ki: “Onda döyüşmək, böyük günahdır. Və Allah yolundan ayırmaq, Onu və Məscid-i Haramı/ilahiyyat təhsil mərkəzini bilərək rədd etmək/özünü görməməzliyə qoymaq və Məscid-i Haramın xalqını – orada təhsil/təlim alanları və qısa müddətli təhsilə qatılanları oradan çıxarmaq, Allah yanında daha böyük günahdır. Və insanları dindən çıxartmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha böyük günahdır”. Onlar, əgər gücləri yetərsə, sizi dininiz­dən döndərmək üçün, sizinlə döyüşməkdən heç bir zaman çəkinməzlər. Sizdən də hər kim dinindən dönər və kafir biri olaraq can verərsə, artıq onların əməlləri, dünyada və Axirətdə boşa getmişdir. Və bax budur, onlar atəşin əhlidir. Onlar orada həmişəlik qalanlardır.

218Şübhəsiz ki, iman edən kimsələr, yurdlarından başqa yurdlara köçən kimsələr və Allah yolunda əzm göstərən kimsələr Allahın mərhəmətini umarlar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

(87/2, Bəqərə/217–218)

Nəcm: 444

219, 220Səndən ağlı qarışdıran, örtən şeylər/ağlı gizlədən şeylər və şans oyunları haqqında soruşurlar. De ki: “Bu ikisində böyük bir günah, bir də insanlar üçün bəzi mənfəətlər vardır. Lakin, dünya və Axirətdə günahları mənfəətlərindən daha böyük­dür”. Yenə səndən nəyi Allah yolunda xərcləyəcəklərini soruşurlar. De ki: “Ehtiyac­dan artığını xərcləyin”. Allah, yaxşı-yaxşı düşünəsiniz deyə, ayələrini bax budur, belə sizin üçün ortaya qoyur. Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün “yaxşılaşdırma” ən yaxşısıdır”. Əgər onlara qarışırsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah pozğunçu ilə yaxşılaşdıranı bir-birindən ayırd edər. Əgər Allah diləsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

(87/2, Bəqərə/219–220)

Nəcm: 445

221Və ortaq qoşan qadınları iman edincəyə qədər nikahlamayın. İman etmiş, kafirlərin himayəsindəki bir kölə qadın, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir qadından daha xeyirlidir. Ortaq qoşan kişiləri də iman edincəyə qədər nikahlamayın. İman etmiş bir kişi kölə, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir kişidən daha xeyirlidir. Ortaq qoşanlar atəşə çağırırlar, Allah isə Öz biliyi ilə cənnətə və bağışlanmağa çağırır. O, öyüd alıb düşünsünlər deyə insanlara ayələrini ortaya qoyar.

(87/2, Bəqərə/221)

Nəcm: 446

222Səndən qadınların heyz halı haqqında da soruşurlar. De ki: “O, bir əziyyətdir. Onun üçün heyz halında qadınlardan çəkilin və təmizlənincəyə qədər onlarla cinsi münasibətdə olmayın. Artıq yaxşıca təmizləndikləri zaman isə Allahın əmr etdiyi yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah xətadan yaxşıca dönənləri sevər və çox təmizlənənləri sevər”.

(87/2, Bəqərə/222)

Nəcm: 447

223Qadınlarınız sizin üçün bir tarladır/mədəniyyətdir. Belə isə tarlanıza/mədəniyyətinizə  dilədiyiniz kimi münasibət göstərin. Özünüz üçün də öncədən göndərin və Allahın qoruması altına girin. Şübhəsiz ki, Ona qovuşacağınızı da bilin. – Və möminlərə müjdələ! –

(87/2, Bəqərə/223)

Nəcm: 448

224Və yaxşılardan olmağınıza, Allahın qoruması altına girməyinizə, insanların arasını düzəltməyinizə, Allahı andlarınız üçün əngəl etməyin: “Edərdim, amma Allaha and içdim, artıq andımı poza bilmərəm” – deməyin. Və Allah ən yaxşı eşidən, ən yaxşı biləndir.

225Allah sizləri andlarınızdakı boş sözlərə görə sorğu-suala tutmaz, amma şüurlu şəkildə edilmiş hərəkətlərinizə görə, sorğu-suala tutar. Allah çox bağışlayandır, çox yumşaq davranandır.

(87/2, Bəqərə/224–225)

Nəcm: 449[16]

226Qadınlardan ila edənlər – Qiyamətə qədər onlara yaxınlaşmamağa and içənlər üçün dörd ay gözləmə müddəti vardır. Sonra əgər dönərlərsə, artıq şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

227Əgər boşamağa qərar vermişlərsə də, şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

(87/2, Bəqərə/226–227)

Nəcm: 450

228Boşanmış qadınlar isə öz özlərinə üç adət dövrü müddəti gözləyərlər. Əgər Allaha və Axirət gününə inanırlarsa, Allahın bətnlərində əmələ gətirdiyini gizləməkləri özlərinə halal olmaz. Və onların ərləri barışmaq istəyərlərsə, o müddət içərisində onları geri almağa daha çox haqq sahibidirlər. Və onların zərərlərinə olanlar kimi, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə öz yararlarına olanlar da vardır. Kişilər üçün də, onların üzərində bir dərəcə vardır. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

229Boşamaq iki dəfədir. Bundan sonrası ya adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə saxlamaq və ya yaxşılaşdırmaqla boşamaqdır. Onlara verdikləri­niz­dən bir şey almağınız da sizin üçün halal olmaz. Ancaq hər ikisinin də Allahın qoyduğu hədləri yerinə yetirə bilməməkdən qorxmaları fərqlidir. Artıq əgər siz/ictimai vəzifəlilər bunların Allahın hədlərinə əməl edə bilməyəcəklərindən qorxarsınızsa, qadının fidyə/ayrılma bədəli verməsində ikisinə də vəbal yoxdur. Bax budur, bunlar Allahın hədləridır. Artıq bunları aşmayın. Hər kim də Allahın hədlərini aşarsa, artıq bax budur, onlar, öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlərin məhz özüdür.

230Əgər o, qadını boşayarsa, artıq bundan sonra o qadın ondan başqa bir kişi ilə nikahlanmadıqca ona halal olmaz. Sonra əgər ikinci əri onu boşayarsa, Allahın hədlərini yerinə yetirə biləcəklərini zənn edərlərsə, bir-birlərinə dönmələrində hər ikisinə də vəbal yoxdur. Allahın şüurlu bir cəmiyyət üçün ortaya qoyduğu hədlər, bax budur, bunlardır.

231Qadınları boşadığınız zaman iddətlərini də bitirdiklərində, artıq onları ya mərifətli şəkildə saxlayın və ya mərifətli şəkildə yola salın, haqlarına təcavüz etmək üçün/zərərlərinə olaraq, onları saxlamayın. Hər kim bunu edərsə, öz nəfsinə/mənliyinə haqsızlıq etmiş olar. Allahın ayələrini oyuncaq da etməyin! Allahın üzərinizdəki nemətini, sizə özü ilə öyüd vermək üçün endirdiyi kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları xatırlayıb, düşünün. Həm də Allahın qoruması altına girin və şübhəsiz, Allahın hər şeyi ən yaxşı bilən olduğunu bilin.

232Və siz, qadınları boşayaraq, onlar müddətlərinin sonuna gəldikləri zaman, həyat yoldaşları ilə aralarında adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə razılaşdıqları zaman onları ərləri ilə nikahlanmaları üçün sıxışdırıb əngəlləməyin. Bax budur, bu sizdən Allaha və Axirət gününə iman edən kimsələrin öyüd alması üçündür. Bax budur, bu sizin üçün daha uyğun və daha münasibdir. Və Allah bilir, siz bilməzsiniz.

(87/2, Bəqərə/228–232)

Nəcm: 451

233Analar uşaqlarını əmizdirməyin tamamlanmasını istəyənlər üçün, tam iki il əmizdirirlər. Uşağın atasına da əmizdirənlərin yeməkləri və geyimləri adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən şəkildə bir borcdur. İnsan, sadəcə, gücünə/imkanına görə məsuliyyət daşıyar. Və uşağı ucbatından nə bir ana, nə də bir ata zərərə düşməsin. Varisə də bunun eynisi borcdur. Əgər ana və ata bir-birləri ilə məsləhətləşib, öz razılıqları ilə uşağı süddən ayırmaq istəsələr, özlərinə bir vəbal yoxdur. Əgər uşaqlarınızı əmizdirtmək istəyərsinizsə, verəcəyinizi adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə təslim etdiyiniz zaman, bunda da sizə bir vəbal yoxdur. Və Allahın qoruması altına girin və şübhəsiz, Allahın etdiklərinizi çox yaxşı görən olduğunu bilin.

(87/2, Bəqərə/233)

Nəcm: 452

234İçinizdən keçmişdə etdiklərini və etməli olduğu halda etmədiklərini bir-bir xatırlatdırılanların/ölənlərin və geridə zövcələrini buraxan kimsələrin zövcələri də, öz-özlərinə dörd ay və on gün gözləsinlər. Sonra müddətləri bitdiyi zaman, artıq özləri haqqında adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə etdiklərində sizin [bunu edənlər və bunu izləyənlər] üçün bir vəbal yoxdur. Və Allah etdiklərinizdən xəbərdardır.

235Və bu qadınlara evlənmək istəyinizi üstü qapalı şəkildə anlatmağınızda və ya içinizdə tutmağınızda sizə bir günah yoxdur. Allah şübhəsiz ki, sizin onları anacağınızı bilir. Amma adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə bir söz söylə­mək­dən başqa bir şəkildə, özləri ilə gizlicə sözləşməyin. Fərz olan müddət sona çatana qədər də, nikah qeyd etdirməyə qətiyyən qərar verməyin. Bilin ki, şübhəsiz, Allah içinizdəkini bilir. Belə isə, Ondan çəkinin. Yenə bilin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, çox yumşaq davranandır.

236Əgər qadınları, özlərinə toxunmadan və ya onlara bir mehir[17] nizamla­ma­dan/müəyyən etmədən boşayarsınızsa, sizə bir vəbal yoxdur. Və onları qazanclandırın. İmkanı geniş olan öz halına görə, əli dar olan da öz halına görə qazanclandırsın. Adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə qazanclandırmaq yaxşılıq/gözəllik edənlər üzərində bir borcdur.

237Və əgər onları özlərinə toxunmadan öncə boşayar və mehri də kəsmiş olarsınızsa, o zaman borc o kəsdiyiniz miqdarın yarısıdır. Ancaq qadınlar və ya nikah müqaviləsini əlində tutan kimsə/vəlisi/qəyyumu bağışlayarsa, başqa. Və bağışlamağınız Allahın qoruması altına girməyə daha yaxındır. Aranızdakı üstün­lü­yü də unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.

(87/2, Bəqərə/234–237)

Nəcm: 453

238, 239Salaatları və ən xeyirli salaatı [ən yararlı olanı – həftəlik toplantı günü salaatını][18] hamılıqla qoruyun. Və Allah üçün daima hörmətlə duraraq, qalxın/işə başlayın – təhsil, təlim və sosial kömək qurumunu işlədin. Amma əgər qorxulu bir şəraitdə olarsınızsa, o zaman piyada və ya minikli olaraq gedərkən/hərəkət halında qoruyun, yerinə yetirin. Sonra da təhlükəsizliyə çatdığınızda bilmədiyiniz şeyləri sizə öyrətdiyi kimi, Allahı dərhal anın.

(87/2, Bəqərə/238–239)

Nəcm: 454

240Və sizdən zövcələr buraxaraq öləcək olanlar, zövcələri üçün ilinə qədər evlərindən çıxarılmadan özlərinə çatacaq bir malı vəsiyyət edərlər. Artıq onlar çıxarlarsa, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə özlərinin etdiklərındə sizin üçün bir vəbal yoxdur. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyandır, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

241Boşanmış qadınlar üçün də Allahın qoruması altına girənlər üzərində bir vəzifə olmaqla, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə bir yararlanma/nafaka/təminat almaq vardır.

242Bax budur, Allah dərk edəsiniz deyə, ayələrini sizə belə açıqlayır.

(87/2, Bəqərə/240–242)

Nəcm: 455

243Özləri minlərlə nəfər ikən ölüm qorxusu ilə yurdlarından çıxan, sonra da Allahın özlərinə: “Ölün/canınız çıxsın!” – deyib, sonra da özlərinə bir həyat verdiyi insanları görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, Allah insanlara qarşı bir ərməğan sahibidir. Lakin insanların bir çoxu özlərinə verilən nemətlərin qarşılığını ödəmirlər.

244Və Allah yolunda döyüşün. Şübhəsiz ki, Allahın ən yaxşı eşidən və ən yaxşı bilən olduğunu da bilin.

245Kimdir o kəs ki, Allaha gözəl bir borc versin və Allah da ona qatbaqat artıraraq versin? Allah darlıq da verir, genişlik də verir. Və yalnız Ona döndəriləcəksiniz.

246İsrailoğullarının Musadan sonra öndə gedənlərini görmədinmi/heç düşünmədinmi? Həmçinin onlar öz peyğəmbərlərindən birinə: “Bizə bir hökmdar göndər ki, Allah yolunda döyüşək” – demişdilər. Peyğəmbər: “Sizə döyüş fərz qılınarsa, görəsən iştirak etməkdən çəkinərsinizmi?” – dedi. İsrailoğullarının öndə gedənləri: “Bizə nə oldu ki, yurdlarımızdan və uşaqlarımızdan ayrılmışkən Allah yolunda döyüşməyək?” – dedilər. Sonra da döyüş özlərinə vəzifə olaraq verilincə, onlardan çox azı istisna olmaqla, üz çevirdilər. Və Allah o öz nəfslərinə/mənliklərinə haqsızlıq edənləri ən yaxşı biləndir.

247Peyğəmbərləri də onlara: “Şübhəsiz ki, Allah sizə hökmdar olaraq Talutu göndərdi” – demişdi. İsrailoğulları: “O, bizim üzərimizdə necə hökmdar olar? Hökmdar olmağa biz ondan daha çox haqq sahibiyik, ona maldan bir bərəkət, bolluq da verilməmişdir” – dedilər. Peyğəmbərləri: “Onu sizin başınıza Allah seçmiş, onu bilik və vücud baxımından üstün qılmışdır” – dedi. Allah da mülkünü dilədiyi kimsəyə verir. Və Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir.

248Peyğəmbərləri isə: “Şübhəsiz, onun hökmdarlığının əlaməti/nümunəsi sizə güclü varlıqların daşıdığı, içində Rəbbinizdən gələn, güclü varlıqların qalıqlarını, qəlbi təskinləşdirən etibar və sakitləşmək duyğusu/əhvali-ruhiyyə ehtiva edən, Musa və Harun ailələrindən miras qalan o qutunun/tabutun gəlməsi olacaqdır. Əgər iman edənlərsinizsə, şübhəsiz ki, bunda sizin üçün qətiliklə bir əlamət/nümunə vardır” – dedi.

249Sonra Talut ordu ilə ayrılınca dedi ki: “Şübhəsiz, Allah sizi mütləq bir çay suyu ilə imtahan edəcək. Artıq kim ondan içərsə, məndən deyildir. Kim də, ancaq əli ilə bir ovuc alan başqa, onu dadmazsa, bax, o məndəndir”. Sonra da içlərindən çox azından başqa, çoxu ondan içdilər. Talut və bərabərindəki iman edənlər çayı keçdiklərində İsrailoğulları: “Bizim bu gün Calut ilə ordusuna qarşı duracaq gücümüz yoxdur” – dedilər. Allaha qovuşacaqlarına qətiliklə inananlar: “Necə az camaatlar, Allahın izni ilə, necə çox camaatlara qalib gəlmişdirlər. Allah səbr edənlərlə birlikdədir” – dedilər.

250Və onlar Calut və ordusu üçün ortaya çıxdıqları zaman: “Rəbbimiz! Bizə çox-çox səbr ver ki, tələskən olmayaq, zəif düşməyək, boyun əyməyək, ayaqlarımızı sabit tut və kafirlər qövmünə qarşı bizə kömək et!” – dedilər.

251Sonra da Allahın izni ilə/biliyi ilə Calut və ordusunu məğlub etdilər. Davud da Calutu öldürdü və Allah özünə hökmdarlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları verdi. Ona dilədiyi şeylərdən də öyrətdi. Əgər Allahın insanların bir qismini digər bir qismi ilə sovuşdurması olmasaydı, yer üzü qətiliklə pozulardı. Lakin Allah aləmlər üzərində böyük bir ərməğan sahibidir.

252Bax budur, bunlar Allahın ayələridir. Biz onları sənə haqq ilə oxuyuruq. Şübhəsiz, sən  də qətiliklə göndərilənlərdənsən.

253Bax budur, elçilər… Biz onların bəzisini bəzisindən üstün qıldıq. Onlardan bir qismi Allahın tək tərəfli olaraq, söz söylədiyi/yaraladığı, sıxıntılar çəkdirdiyi və bəzisinin dərəcələrini üstün etdiyi kimsələrdir. Və Məryəm oğlu İsaya açıq dəlilləri verdik və onu Allahın vəhyi ilə gücləndirdik. Və əgər Allah diləsəydi, onların ardından gələnlər, açıq ismarıclar özlərinə çatdıqdan sonra bir-birlərini öldürməz­di­lər, lakin ayrılığa düşdülər və onlardan bəzisi iman etdi, bəzisi küfr etdi. Və əgər Allah diləsəydi bir-birlərini öldürməzdilər. Və lakin Allah dilədiyini edər.

(87/2, Bəqərə/243–253)

Nəcm: 456

254Ey iman edənlər! Özündə heç bir alış-verişin, heç bir dostluğun və heç bir köməyin, xahişin mümkün olmadığı bir gün gəlmədən öncə, sizə verdiyimiz ruzilərdən Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının dolanışıqlarını təmin edin. Və kafirlər öz mənliklərinə haqsızlıq edənlərin məhz özləridir.

(87/2, Bəqərə/254)

Nəcm: 457

255Allah Özündən başqa tanrı olmayandır, hər zaman diridir, hər şeyin fəaliyyətini təmin edən, qoruyan, canlı və kainatın idarəsini birbaşa həyata keçirəndir. Özü mürgüləməz və yuxulamaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız və yalnız Onun üçündür. Özünün izni/biliyi olmadan yanında kim kömək, şəfaət edə bilər? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə Onun dilədiyindən başqa, biliyindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. Onların ikisinin də qorunması Ona çətin gəlməz. Və O, çox ucadır, ucaldandır, sonsuz uludur.

(87/2, Bəqərə/255)

Nəcm: 458

256Dində məcbur etmək/diksindirmək yoxdur! İman Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən – yaxşı pisdən, gözəl çirkindən, doğruluq pozğunluqdan qəti olaraq, yaxşı-yaxşı ayrılmışdır. O halda kim tağuta[19] küfr edər – onu tanımaz, Allaha inanarsa, qopmaq bilməyən ən sağlam bir dəstəyə yapışmışdır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır.

(87/2, Bəqərə/256–257)

Nəcm: 459

258Allah özünə hökmdarlıq verdi deyə, Rəbbi haqqında İbrahimlə mübahisə edəni görmədinmi/heç düşünmədinmi? Həmçinin İbrahim: “Mənim Rəbbim dirildən və öldürəndir” – demişdi. O: “Mən dirildər və öldürürəm” – demişdi. İbrahim: “Belə isə, şübhəsiz ki, Allah  Günəşi şərqdən gətirir, buyur, sən də onu qərbdən gətir!” – deyincə, o kafir çaşıb qaldı. Və Allah öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.

(87/2, Bəqərə/258)

Nəcm: 460

260Bir zamanlar İbrahim də: “Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!”– demişdi. Allah: “İnanmadınmı ki?” – dedi. İbrahim: “İnandım, lakin qəlbim bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşsun deyə” – dedi. Allah: “Dərhal quşlardan dördünü tut və onları özünə alışdır. Sonra hər dağın üzərində ondan bir parça burax. Sonra da quşları çağır, qaça-qaça/sürətlə sənə gələcəklər. Və bil ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən /sağlam­laşdırandır” – dedi.

(87/2, Bəqərə/260)

Nəcm: 461

261Mallarını Allah yolunda xərcləyənlərin/başda yaxınları olmaqla başqalarının dola­nışıq­larını təmin edənlərin örnəyi, vəhy edilən, başaq bitirən və hər başağında yüz ədəd toxum olan buğda örnəyi kimidir. Allah dilədiyinə qat-qat artırar. Və Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir.

262Allah yolunda mallarını xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nışıqlarını təmin edən, sonra verdiklərinin arxasından başa qaxmayanların və incitməyənlərin mükafatları Rəbbinin yanındadır. Onlar üzərində heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər də.

263Adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə deyilən söz və bağışlamaq, özünü incitməklə, başa qaxmaqla verilən bir sədəqədən daha xeyirlidir. Allah zən­gin­dir/heç bir şeyə möhtac deyildir, yumşaq davranandır.

264Ey iman edənlər! Allaha və son günə inanmadığı halda malını insanlara göstəriş üçün xərcləyən insan kimi, sədəqələrinizi başa qaxaraq və əziyyət edərək boşa çıxarmayın. Bax budur, onun vəziyyəti, üzərində bir az torpaq olan qayanın vəziyyəti kimidir. Üzərinə bir dolu yağdığı zaman, həmin qaya çırıl-çılpaq qalar. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Və Allah, kafirlər qövmünə bələd­çi­lik etməz.

265Allahın rızasını qazanmaq və özlərini sağlamlaşdırmaq üçün xərcləyənlərin/başda yaxınları olmaqla başqalarının dolanışıqlarını təmin edənlərin vəziyyəti isə özünə bol yağış isabət edərək, məhsulunu iki qat verən məhsuldar torpaqlardakı bir bağçanın vəziyyətinə bənzəyər. Belə bir bağçaya bol yağış düşməsə də, bir çiskin… Allah etməkdə olduqlarınızı ən yaxşı görəndir.

266Hansınız istər ki, onun xurmalıq və üzümlüklərdən bir bağçası olsun, altından çaylar axsın, içində hər cür məhsulu olsun, öz üzərinə də qocalıq çöksün və soyu zəif olsun. Sonra, onu atəşli bir boran vursun və o bağçası yansın. Bax budur, Allah yaxşı-yaxşı düşünəsiniz deyə, ayələrini sizə bu cür açıqlayır.

267Ey iman edənlər! Qazandıqlarınızdan, sizin üçün yerdən çıxardıqlarımızın təmizlərindən Allah yolunda xərcləyin. Özünüzün göz yummadan almaq istəmədiyiniz pis şeyləri verməyə çalışmayın. Və şübhəsiz ki, Allahın çox zəngin/heç bir şeyə möhtac olmayan, öyülən/öyülməyə layiq olan olduğunu bilin.

268Şeytan sizi yoxsulluqla qorxudar və sizə çirkinliyi/həyasızlığı əmr edər. Allah isə, sizə Özündən bağışlama və bol ehsan vəd edər. Və Allah biliyi və mərhəməti sonsuz geniş olandır, ən yaxşı biləndir.

269Allah dilədiyinə haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar verir. Və kimə haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar verilirsə, həqiqətən ona lap çox xeyir verilmişdir. Qavrama qabiliyyətləri olanlardan başqası da yaxşıca düşünməz.

270Dolanışıq cinsindən nəyi xərclədinizsə və ya məhsuldan nə nəzir etdinizsə, şübhəsiz ki, Allah onu bilir. Və öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlər üçün hər hansı bir köməkçi yoxdur.

271Sədəqələri açıqca verərsinizsə, artıq o, çox yaxşı olar. Əgər onları gizlədərsinizsə, kasıblara verərsinizsə də, artıq bu, sizin üçün daha xeyirlidir və günahlarınızdan bir qismini silmiş olarsınız. Və Allah etdiklərinizdən xəbərdardır.

272Onları doğru yola gətirmək sənin boynunun borcu deyildir, ancaq Allah dilədiyi kim­səni doğru yola gətirər. Və xeyirdən Allah yolunda xərclədiyiniz/başda yaxın­la­rı­­nız olmaqla, başqalarının dolanışıqlarını təmin etdiyiniz şeylər sırf özünüz üçün­dür. Və siz, yalnız və yalnız Allahın rızasını güdməyinizdən başqa xərcləməzsiniz. Və xeyir­dən nə xərclədinizsə, onun əvəzi sizə tamamilə ödənəcəkdir. Və siz haqsızlığa uğra­dıl­ma­ya­caq­sınız.

273Allah yolunda xərcləməyiniz, yer üzündə gəzib dolaşmağa imkanı olmayan, özlərini Allah yoluna həsr etmiş olan yoxsullar üçün də olsun. Utandıqlarından, bilmə­yən­lər onları zəngin sanırlar. Sən onları işarələrindən tanıyarsan. Üzsüzlük edərək insanlardan istəməzlər. Və siz xeyirdən nəyi xərcləsəniz, bilin ki, şübhəsiz, Allah onu çox yaxşı biləndir.

274Mallarını hər zaman gizlicə və açıq şəkildə Allah yolunda xərcləyənlər… Bax budur, onların Rəbbi nəzdində mükafatları vardır. Və onlara hər hansı bir qorxu yoxdur, onlar kədərlənməzlər də.

(87/2, Bəqərə/261–274)

Nəcm: 462

275O ribanı [zəhmətsiz, risksiz, işləyib, zəhmət çəkmədən, asanlıqla əldə edilən qazancları][20] yeyənlər şeytanın bir toxunuşu ilə çarpdığı kimsənin qalxdığı kimi qalxar, başqa cür qalxa bilməzlər. Bu şübhəsiz, onların: “Alış-veriş, riba kimidir” – dedikləri üçündür. Halbuki, Allah alış-verişi halal, ribanı isə haram qılmışdır. Özünə Rəbbindən bir öyüd gələrək, etdiyindən əl çəkənin keçmişi özünə, işi Allahadır. Və kim ki, yenidən dönərsə, bax budur, onlar atəşin dostlarıdır. Onlar orada həmişəlik qalacaqlardır.

276Allah ribanı yox edər, sədəqələri isə artırar. Allah bütün həddindən artıq nankor və günahkar kimsələri sevməz.

277Şübhəsiz, iman edən və düzəltmək yönündə işlər edən, salaatı iqamə edən və zəkatı/vergini verənlərin Rəbbi qatında mükafatları vardır. Və onlar üzərində heç bir qorxu yoxdur, onlar kədərlənməzlər də.

278Ey iman edənlər! Əgər möminlərsinizsə, Allahın qoruması altına girin və ribadan qalanı tərk edin.

279Artıq belə etməzsinizsə, o zaman Allah və Elçisindən sizə döyüş olduğunu/pozğuna uğradılacağınızı/pərişan ediləcəyinizi bilin. Əgər tövbə edərsinizsə, artıq sərma­yə­lə­riniz sizindir. Haqsızlıq etməzsinizsə, haqsızlığa da uğramazsınız.

280Əgər borclu darlıq içindədirsə, vəziyyəti düzələnə qədər müddət tanınmalıdır! Əgər bilirsinizsə, sədəqə olaraq verməyiniz, sizin üçün daha xeyirlidir.

281Və Allaha döndəriləcəyiniz günün xatirinə Allahın qoruması altına girin. Sonra da hər kəs qazancını tamamilə alar. Və onlar haqsızlığa uğradılmazlar.

(87/2, Bəqərə/275–281)

Nəcm: 463

282Ey iman edənlər! Adı qoyulmuş/müəyyən edilmiş bir müddətə [qədər] borcla borclaşdığınız zaman onu dərhal yazın. Aranızda bir katib də ədalətlə yazsın. Və o katib Allahın özünə öyrətdiyi kimi yazmaqdan qaçınmayaraq, yazsın. Haqq üzərində olan/borc verən şəxs də söyləyib yazdırsın və Rəbbi olan Allaha təqvalı davransın və ondan [haqqdan] bir şey əskiltməsin. Əgər haqq əleyhində olan şəxs/borclu  cahil və ya zəif bir şəxsdirsə, yaxud öz fikrini ifadə edib yazdırmağa/diktə etməyə qadir olmayan şəxsdirsə, vəlisi ədalətlə desin və yazdırsın. İki kişi də yaxşı şahid tutun. Əgər iki kişi şahid olmazsa, o zaman bir kişi ilə iki qadın olsun. İki qadın olması, bunlardan birisi yanılırsa, çaşarsa, o biri xatırlatsın deyədir.  Şahidlər, razı olacağınız yaxşı şahid­lik edəcək insanlardan olsun. Şahidlər də çağırıldıqlarında qaçınmasınlar. Siz kiçik və ya böyük, [olan borcun] onu vədəsinə qədər yazmaqdan bezməyin. Bu, Allah nəzdində daha haqqaniyyətlidir, şahidlik üçün daha sağlam və şübhəyə düşməməyinizə daha əlverişlidir. Aranızda dərhal dövr edəcəyiniz bir ticarət istisnadır. O zaman bunu yazmamağınızda sizin üçün bir qadağa yoxdur. Alqı-satqı etdiyiniz vaxt yenə şahidləndirin. Yazan və şahidlik edən bir zərər görməsin. Əgər edərsinizsə [onlara zərər verərsinizsə], şübhəsiz ki, o sizə toxunacaq bir fisq [günah] olur. Allaha da təqvalı davranın. Allah sizə öyrədir və Allah hər şeyi ən yaxşı biləndir.

283Və əgər siz bir yolçu olub, bir katib tapmasanız, o vaxt alınmış bir girov! Yox, əgər bir-birinizə etibar edirsinizsə, özünə etibar edilən adam üzərindəki əmanəti ödəsin. Və Rəbbi olan Allahın qoruması altına girsin. Şahidliyi də gizlətməyin. Onu kim gizlədərsə, artıq şübhəsiz, onun qəlbi günahkardır. Və Allah etdiklərinizi çox yaxşı biləndir.

284Göylərdə və yer üzündə olan şeylər Allahındır. Siz içinizdəkiləri açığa vursanız da, gizli saxlasanız da, Allah onunla sizi hesaba çəkər. Sonra dilədiyi insanı bağışlayar, dilədiyi insanı da əzablandırar. Və Allah hər şeyə qadirdir.

(87/2, Bəqərə/282–284)

Nəcm: 464

285,286Elçi Rəbbindən özünə endirilənə iman etdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə/xəbərçi ayələrinə, kitablarına və elçilərinə iman etdilər: “Biz Allahın elçiləri arasında fərq qoymarıq”. Və: “Biz eşitdik və itaət etdik. Rəbbimiz! Bağış­lamağını dilərik, dönüş ancaq sənədir. Ey Rəbbimiz! Əgər tərk etdiksə, ya da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən öncəkilərə yüklədiyin kimi ağır məsuliyyət/sıxıntıya salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün yetməyəcəyi yükü də yükləmə! Və əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim kömək edən, yol göstərən, qoruyan yaxınımızsan. Həmçinin kafirlər qövmünə qarşı bizə kömək et”–  dedilər.

Allah heç kimsəyə gücünün yetəcəyindən artıq/imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz faydasına və qazandırıldığı ziyanınadır.

(87/2, Bəqərə/285–286)

 

[1]Quranın bundan sonrakı ayələri, Mədinədə endiyi qəbul edilən ayələrdir. Allah Elçisi, Məkkədən Mədinəyə köç etmiş və Mədinəlilər onu dövlət başçısı etmişdirlər. Rəsulullahın buradakı hədəf kütləsi, birinci planda münafiqlər ilə Mədinə və ətrafında yaşayan Yəhudilərdir. Bundan sonrakı ayələrdə əsasən bu münafiqlər və Yəhudilərə yönələn təbliğlər ilə İslam dövlətinin əsas qaydaları yer alacaqdır.

[2]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[3]Ayənin orijinalında keçən istiva ifadəsi, məcazən, “hegemonluq qurdu, nəzarəti altına aldı” deməkdir. Ayələrdən görünəcəyi kimi, “Ərşə istiva etdi” ifadələri, “ən böyük, ən uca məqamda hegemonuq qurdu, nəzarəti əlinə aldı” –mənasındadır. Mütəşabih olan bu anlayış, ayədə məcazi olaraq istifadə edilmişdir. İstiva sözü, Rəsmi Düzülüşün Yunus/3, Rad/2, Furqan/59, Səcdə/4, Ta–Ha/5, Əraf/54, Bəqərə/29–cu ayələrində də yer alır. Ayədəki istiva edən ifadəsi ilə qəsd edilən də, “Allah”dır. Çünki “istiva”, Allahın sifətlərindəndir, mələk və ya qulların sifəti deyildir.

[4]Ayənin orjinalinda keçən “Adəm” kəlməsinin, Rəsmi Düzülüşdə: Sad/72, Hicr/29, Səcdə/9, Bəqərə/31–ci ayələrdən açıq şəkildə anlaşıldığına görə, “bilikləndirilmiş, ilk vəhy alan insanı, ilk elçi”ni təmsil etdiyi aydın olur. Adəmə gələn vəhylər, bu nəcmdə və Bəqərə/37–39–da (403 saylı nəcm) açıq şəkildə bildirilmişdir.

[5]Buradakı hadisələr, Əraf/138–155 və Ta–Ha/80–98–də (120 saylı nəcmdə) haqqında söhbət gedən hadisələrdir. Ayənin orijinalındakı “fevq” sözü, həm “alt” sözünün əksi olan “üst” ədatıdır, həm də şərəf və fəzilət sarıdan başqasından üstün olmaq mənasındakı faqe felinin məsdəridir. Həmçinin “fevq” sözü, əsasən mənəvi üstünlüyü ifadə etmək üçün istifadə edilir. Bxn. Rəsmi Tərcümə, Zühruf/32, Bəqərə/212, Al–i İmran/55, Ənam/18 və Əraf/127. Burada İsrailoğulları alt, Musa isə üstdür.

[6]Bu bölmədə, mütəşabih ifadələrin necə təvil edildiyi birbaşa Allah tərəfindən göstərilmişdir. Ayələrdə keçən sığır sözü ilə “qızıl”ın qəsd  edildiyi anlaşılır. Beləliklə, burada sığırın, məcburi də olsa, boğazlanması, İsrailoğullarının istəməyərək də olsa, qızıla sitayiş etməkdən əl çəkdiklərini ifadə edir.

[7]Liderin, başçının etdikləri daima cəmiyyətinə şamil edilir. Belə ki, öndər, etdiyini cəmiyyəti adından edər. Səmud qövmündə də nakayı (“haqqında söhbət gedəni, dəvə adlandırılanı”) inciklərindən bir nəfər kəsmiş (salaat vəzifəsini tətbiq etməyi aradan qaldırmış) olmasına baxmayaraq, bəzi ayələrdə cəm halda olaraq, cəmiyyətə şamil edilmişdir.

[8]Rəsmi Tərcümədə sərbəst nəcm olan 62–ci ayəni, mənaya uyğun olaraq, İsrailoğullarıyla əlaqədar bölmədən sonra tərtib etdik.

[9]Buradakı hadisələr, Əraf/138–155 və Ta–Ha/80–98–də (120 saylı nəcmdə) haqqında söhbət gedən hadisələrdir. Ayənin orijinalındakı “fevq” sözü, həm “alt” sözünün əksi olan “üst” ədatıdır, həm də şərəf və fəzilət sarıdan başqasından üstün olmaq mənasındakı faqe felinin məsdəridir. Həmçinin “fevq” sözü, əsasən mənəvi üstünlüyü ifadə etmək üçün istifadə edilir. Bxn. Rəsmi Tərcümə, Zühruf/32, Bəqərə/212, Al–i İmran/55, Ənam/18 və Əraf/127. Burada İsrailoğulları alt, Musa isə üstdür.

[10]“Allahın bərpa etməsi, təmir etməsi” mənasında olan Cəbrail Quran ayələrinin bir xassəsidir. Xalq anlayışındakı kimi, Allahdan elçilərə vəhy gətirən bir mələk yoxdur. Allah vəhyi vasitəçisiz olaraq, elçilərinin beyninə yerləşdirir. Cəbrail endirən deyil, enəndir. Əks mənadakı tərcümə və izahlar səhv olub, Quran ilə ziddiyyət təşkil edir. İbranicədən ərəbcəyə keçən və “qoruyan, gözləyən böyük şef” demək olan Mikayıl isə Rəsulullahın (Tövbə/128–də tanıdılan) xüsusiyyətləridir. Qısaca, Quranda haqqında söhbət gedən Mikal/Mikayıl “Rəsulullah Muhəmməd”dir. Təfsilat üçün Bxn. Təbyin.

[11]Bu bölmədə də, ayələri, mənaya uyğun olaraq, Rəsmi Tərcümədən fərqli tərtib etdik.

[12]Həcc bölməsinin yaxşı anlaşılması üçün bölmədə keçən bəzi məqamlar:

Bilinən aylar. Ənənəvi açıqlamalarda, ayədəki “bilinən aylar” ifadəsi haqqında: – “Şəvval, Zülqədə və Zülhiccə” aylarıdır, “Şəvval, Zülqədə və Zülhiccənin ilk on günüdür” – tərzındə fərqli anlayışlar ortaya qoyulmuşdur. Bu anlayışlar, bir baxıma Quran enmədən öncəki anlayışın davamıdır. Uzun illərdən bəri də həcc, təəssüf ki, sadəcə “zilhiccə” ayında həyata keçirilir.

Rəbbimiz, Bəqərə/ 197–ci ayədən (422–ci nəcm) açıq şəkildə anlaşıldığı kimi, həcc üçün ayları  (ən az üç ay) əhatə edən bir müddət məsləhət görmüşdür.  Bu o deməkdir ki, Müsəlmanlar bir “Həcc təşkilat komitəsi” və ya “Həcc əmiri” yaradacaqlar, bu təşkilat Həcc dövrlərini müəyyən edərək, elan edib, hər kəsə bildirəcək, hər kəs də elan edilən dövrlərdə gedib, Komitəyə və ya Əmirə təslim olacaqdır.

Hədy. Hədy, “həcc edənlərin yeməyini qarşılamaq üçün Kəbəyə göndərilən (hədiyyə olaraq göndərilən) canlı heyvan” deməkdir. Quranın endiyi çağda Ərəbistan coğrafyasında ən uyğunu canlı heyvan idi.

İhram.  Həm Bəqərə/196–cı ayəsinin (422–ci nəcm) ifadələrindən, həm də Maidə/1,2, 95, 96–cı ayələrindən (672 və 690 saylı nəcmlər) anlaşıldığına görə, həcc edən insan, başını traş etməyəcək, refesdən (pis, çirkin söz, cinsi əlaqə), kiçik günah-böyük günah işləmək, dava–düşmənçilik kimi davranışlardan uzaq duracaq və həm də ov etməyəcəkdir.

Elə bu hökmlər ədəbiyyata “ihram (qadağan etmə)” adıyla girmişdir, amma “ihram” eyni zamanda forma olaraq da, bir məna qazanmış, tikişsiz, kəfənə bənzər bir geyimin də adı olmuşdur. Bunun səbəbi, həccə niyyət etmiş, gəlib həcc əmirinə təslim olmuş, İbrahimi təhsil alan insanlarin iş, mövqe, sosial sinif, irq, cinsiyyət, mal, mülk, oğul-uşaq kimi varlıqlarını, qısaca bundan öncəki həyatlarını, mal və övladlarını geridə buraxıb, İbrahim peyğəmbər kimi: – “Mən Rəbbimə… Rəbbimə xidmətə gedirəm” – deməyi simvolizə edir.

Ərəfat və əl Məşaril Haram (Müzdəlifə). Rəbbimiz Bəqərə/ 198–ci ayədə (422–ci nəcm), həcc vəzifəsini yerinə yetirən möminlərə: – “Artıq Ərəfatdan ayrılıb, axın etdiyinizdə, Məşar–i Haramda dərhal Allahı anın”– buyurur. Bu əmri edə bilmək üçün də, “Ərəfat” ilə “Məşar–i Haram” ifadələrini yaxşı anlamaq lazımdır.

Ərəfat. Ərəfat sözü “bilik, irfan” mənasındakı “arf” sözünün törəmələrindəndir. Bilindiyi kimi “Ərəfat”, Məkkə ətrafında bir bölgənin adı olaraq məşhurlaşmışdır. Əslində Quranda Ərəfat, “Müəllim və tələbələrin olduqları yerlər, təhsil-təlim mərkəzləri”– dir. Həcc dövründə, Məkkə ətrafında sabit və ya səyyar olaraq təşkil edilən və təşkil ediləcək olan bütün təhsil-təlim mərkəzlərini ehtiva edir.

Məşar–i Haram. Ayədəki “Məşar–i Haram” ifadəsi “əl Mtayaril Harami” deyə marifə (müəyyən edən) olaraq gəlmişdir, sanki xüsusi isim hökmündədir. Mənası, “toxunulmaz, biliklənilən/şüurlanılan yer” deməkdir. Bura, Ərəfat bölgəsi ilə Mina bölgəsi arasındakı bölgənin adıdır (bəziləri: – “Bir hissəsinin adı ola bilər”– demişlər).

Rəbbimizin: – “Artıq Ərəfatdan ayrılıb, axın etdiyinizdə, Məşar–i Haramda dərhal Allahı anın” – əmrinə uyğun olaraq, Məkkə ətrafında təşkil olunmuş olan məktəblərdəki möminlərin, müəyyən olunmuş saylı günlərdə axın-axın Məşar–İ harama gəlməli və orada hamılıqla “Allahı Anma” mərasimi yerinə yetirilməlidir.

Allahın zikri.  “Zikrullah = Allahın anılması”, xalq arasında tətbiq olunduğu şəkliylə əldə təsbih, dil ilə “Allah, Allah …” demək deyildir. “Zikrullah = Allahın anılması”, Allahın, biz  qulları üzərindəki haqqlarını və bizə verdiyi nemətləri düşünmək, Ona qarşı məsuliyyətlərimizi yerinə yetirib, yetirmədiyimizə tez-tez bir nəzarət etmək, verdiyi vəzifələri nöqsansız yerinə yetirmək, nemətlərinə qarşı şükr edib (qarşılıq ödəyib) nankorluq etməmək və daima bu şüur içərisində olmaqdır.

Saylı günlər.  Rəbbimiz Bəqərə/ 203–cü ayədə (422 saylı nəcm) “Və Allahı saylı günlərdə  anın” deyə buyurur. Rəbbimizin burada haqqında bəhs etdiyi “saylı günlər” ifadəsi həm çoxluq, həm də qeyri-müəyyəndir. Beləliklə, bu günlərin hansı günlər olacağı, yenə Həcc Təşkilatı Komitəsi tərəfindən, Həcc Əmiri tərəfindən müəyyən ediləcəkdir.

Baraye (ultimatum), nəticə bildirişi. Bilindiyi kimi, Rəsulullah, hicri 10–cu ildə şəxsən özünün də iştirakı ilə həcc etmiş və onun iştirak etdiyinə görə bu həccə “Həcc–i əkbər (Ən böyük həcc)” adı verilmişdir. Rəvayətlərə görə bu həccdə, sayları təxminən yüz on dörd min olan Müsəlman iştirak etmişdir. Bu həccin nəticə bildirişini isə şəxsən Rəbbimiz, Tövbə surəsinin ilk on doqquz ayəsini  (695 saylı nəcm) endirərək etmişdir.

Həcc mövzusu ilə əlaqədar daha ətraflı məlumat Təbyinül Quranda verilmişdir.

[13]Bu bölmədə də ayələri, mənasına uyğun olaraq, Rəsmi Tərcümədən fərqli tərtib etdik.

[14]Oruc: “yeməyi, içməyi, danışmağı və cinsi əlaqəni tərk etmək” – deməkdir. “Danışmamaq” maddəsi nəzərə alınmadan tutulan oruc, İslam dinində, insanı təqvaya/Allahın qoruması altına çatdırmaq üçün məsləhət görülən oruc deyildir. Məcburi işi olanlar və xəstələr oruc tutmağa məcbur deyildir, amma tutanlar doğru dürüst tutmalıdırlar.

[15]Bu bölmədə də ayələri, mənasına uyğun olaraq, Rəsmi Tərcümədən fərqli tərtib etdik.

[16] “Ərin and, nəzir və ya şərtə bağlayaraq, müəyyən edilmiş və ya qeyri-müəyən bir müddət özünü arvadı ilə cinsi əlaqədən uzaq tutması” mənasında bir termin olan ila, evlilik əqdinin sona çatmasına yol aça bilən bir and növüdür. Arvadlarına əsəbləşən kişilər bu yolla qadına əziyyət edərdilər.

İslamdan öncə Hicaz tərəfin ərəbləri tərəfindən bir boşanma üsulu olaraq da tətbiq edilən “ila”, əsasən uzun müddətli və ya müddətsiz olduğuna görə, qadını təzyiq altına almaq, ona sıxıntı və zərər vermək üçün istifadə edilirdi. Çünki arvadına “ila” edən kişi ərlik vəzifəsini etməz, “ila” müddətinin sonuna qədər evlilik əqdi davam etdiyi üçün qadın boşanmış da sayılmaz, ruh düşkünlüyü üçündə günlərini keçirərdi. Quran bu zulmə son verərək, “ila”nı dörd ay ilə məhdudladı. Ər bu müddət içində ya kəfarət verərək arvadına dönəcək, ya da dörd aylıq müddət bitincə evlilik sona yetəcəkdir. İslam dini, ailə hüququ ilə əlaqədar bu və bunun kimi bir çox xüsusda yeni qaydalar və bu kimi məsələlərə köklü surətdə həllər gətirmiş, kişinin ailədəki mütləq hakimiyyətini ortadan qaldırmışdır.

[17]Qurana görə mehir–qadının “dolanışıq sigortası”dır. Bu qayda qadın zəif olduğuna görə deyil, onun sosial və mədəni yöndən əhəmiyyətli olduğuna görə qorunmalı olduğuna görədir. Dul qalması halında, “iddət” müddətində dolana biləcəyi bir mal, ya da pulun qadına verilməsi, onun dolanışığını təmin etmək üçün çalışmasına, yuvasından uzaqlaşıb, sıxıntılara qatlanmasına ehtiyac olmayacaqdır. Beləliklə, qadın taciz, təcavüz və düşkünlüyə uğramaq riskindən uzaq olacaqdır. Qısacası, Allah qadını qürurlandırmaq, qorumaq və ədalətsizliyə uğramağına mane olmaq üçün ona mehir verilməsini əmr etmişdir. Mövzunun təfərrüatları üçün Bxn. Təbyin.

[18]Bu ayə ilə, əs-Salaatul-vusta olaraq zikr edilən salaat, “Cümə/toplantı günü qurulan salaat”– dır. Ətraflı açıqlama üçün Bxn. Təbyin.

[19]Tağut – “azğın, pozğun, pislik və pozğunluq öndəri, qaba, şeytan, büt, bütxana, kahin, sehrbaz, Allahın hökmlərindən üz döndərən insan və quruluş” mənalarına gəlir.

[20]Riba” kəlməsi, “artma, çoxalma, şişmə” – deməkdir. Riba, dilimizdəki “faiz” mənasına gəldiyi kimi, bir hüquq termini olaraq, dəyiş-düyüşdəki “qarşılıqsız artıqlıq” mənasında işlədilir. Yəni riba, sadəcə pul işlərindəki artıqlıqları deyil, mal dəyiş-düyüşündəki artıqlıqları da əhatə edər. Allahın qadağan etdiyi “er-riba”, hər hansı bir məsrəf və ya xidmət qarşılığı olmadan alınan, yəni ödəyənin qazancına risksiz bir şəkildə ortaq olmaq mənasına gələn ribadır. Başqa bir ifadə ilə Allah, “qarşılıqsız” və “risksiz” olan “artığ”ı qadağan etmişdir. “Riba” ilə əlaqədar ətraflı məlumat üçün Bxn. Təbyinül–Quran.