Qələm surəsi enmə sırasına görə Quranın ikinci surəsidir. Adını birinci ayədəki “Qələm” sözündən almışdır. Ayələrin geniş bir zaman fasiləsində endiyi iddia edilsə də, Məhəmməd İzzət Dərvəzə (1884–1984) Ət–Təfsirül–Hədis adlı əsərində ayələrin üslub və məzmununa istinad edərək surənin tamamının fərqli aralıqlarla Məkkədə enmiş ola biləcəyini ifadə edir. Biz də eyni fikirdəyik.
Surəni doğru başa düşmək üçün din adından, Quran adından bilinən hər şeyi bir kənara qoyub, eynilə peyğəmbərimiz kimi bütün diqqətlər Ələq surəsinə verilməlidir. Çünki, surəni ancaq Ələq surəsindən yola çıxılaraq anlamaq olar. Unudulmamalıdır ki, Qələm surəsinin ayələri endiyində peyğəmbərimizin əlində Ələq surəsindən başqa bir vəhy yox idi.
Qələm surəsinin ayələri endiyində peyğəmbərimizin əlində Ələq surəsindən başqa heç bir vəhy yox idi. Qələm surəsi vəhy olaraq Ələq surəsinin davamıdır. Ələq surəsində haqqında bəhs edilən hadisə və istinadlar bu surədə açıqlandırılmışdır. Ələq surəsini öyrənmədən bu surəni anlamaq mümkün deyildir.
Vəhylə peyğəmbərimizə verilən təlim bu surədə də davam edir. Bir trenerin idmançını müsabiqəyə hazırladığı kimi, Rəbbimiz də peyğəmbərini küfrə, şirkə qarşı; Əbu Cəhillərlə, Vəlid b. Muğirələrlə mübarizəyə hazırlayır, ona təlimatlar verir və taktikalar öyrədir.
Surədə Abdullah oğlu Məhəmmədə peyğəmbərlik verildiyi, bu vəzifənin nəyə görə bir başqasına deyil, məhz ona yükləndiyi, bundan sonra necə davranması lazım gəldiyi kimi mövzular anladılır. Həmçinin qarşı tərəfin aqibəti ilə Allaha hörmətlə davranan müttəqi qulları gözləyən nemətlərdən də bəhs edilir.
Rəhman və Rəhim Allah adından.
- 1 Nun – (50). Qələmi və onların sətir – sətir yazıb söylədiklərini–əfsanələşdirdiklərini sübut göstərirəm ki,
- 2Sən Rəbbinin neməti sayəsində, məcnun deyilsən.
- 3,4Və yəqinliklə sənin üçün minnətsiz qazanılmış çox mal var. Və yəqinliklə sən, çox böyük bir əxlaq üzərindəsən.
- 5–8Artıq, yaxında haqq dindən çıxaraq özünü atəşə atmış olanın hansınız olduğunu görəcəksən, onlar da görəcəklər. Şübhəsiz, Rəbbindir, yolundan azanı ən yaxşı bilən. Yenə Odur bələdçilənərək doğru yolu tapmış olanları ən yaxşı bilən. O halda axirət gününü yalan sayan o adamlara itaət etmə!
- 9–16Onlar arzu etdilər ki, sən onlara yaltaqlıq edəsən, onlar da dərhal sənə yaltaqlıq etsinlər. Çox and içən, alçaq, lağ edən, qanmaz, arxadan danışan, ara vuran, qovmaq üçün fürsət axtaran, mal və oğulları var deyə, xeyirə mane olan, hücum edən, günaha batmış, qaba–kobud, sonra da pisliklə damğalı bu müftəxorların heç birinə itaət etmə. Axirəti yalan sayan o adam, ayələrimiz özünə oxunduğu zaman:– “Bunlar daha əvvəlkilərin məsəlləridir”– dedi. Yaxında Biz onun burnunu ovacağıq.
- 17–24Şübhəsiz Biz, o bağ sahiblərinə bəla verdiyimiz kimi onlara da bəla verəcəyik: O zaman ki, onlar, səhər açılınca mütləq bağın məhsullarını yığacaqlarına–biçəcəklərinə and içmişdilər? Bir istisna yeri də qoymamışdılar? Amma onlar yuxuda ikən Rəbbin tərəfındən bir tufan bağın üzərindən dolaşıb keçdi. Səhərə bağ, biçilmiş–yığılmış kimi oldu. Səhər oyandıqları vaxt bir–birlərinə səsləndilər: “Haydı, biçəcəksinizsə–yığıb toplayacaqsınızsa səhər–səhər erkəndən gedin!” dedilər. Dərhal yola düzəldilər, aralarında pıçıldaşırdılar: Diqqətli olun, fikir verin ki, bu gün aranıza bir yoxsul soxulmasın!
- 25–29Sadəcə mane olma gücünə sahib ola biləcək–şiddətə gücləri çata biləcək bir tövrlə erkəndən getdilər. Amma bağı gördüklərində: “Biz şübhəsiz, çaşmışıq–yanlış yerə gəlmişik! Yox, yox, biz yoxsul buraxılmışıq. Allah bizi cəzalandırmış!” dedilər. Ən xeyirli olanları: “Mən sizə “Allahı noqsanlıqlardan münəzzəh qılmırsınızmı?” deməmişdimmi?” dedi. Onlar: “Rəbbimiz, Səni tənzih edərik, doğrusu bizlər yanlış–öz zərərlərinə iş görən, haqsız davranışlar edənlərmişik!” dedilər.
- 30–32Sonra döndülər. Bir–birlərini qınayırdılar: “Yazıqlar olsun bizlərə! Bizlər doğrudan da özünü Firon kimi görən azğınlar imişik, ümid edək ki, Rəbbimiz bizə onun yerinə daha xeyirlisini verər–doğrudan, biz bütün ümidimizi Rəbbimizə çeviririk.”
- 33Dünyadakı əzab bax belədir! Əlbəttə Axirət əzabı daha böyükdür, kaş ki, bilənlərdən olsaydılar!
- 34Şübhəsiz ki, Allahın qoruması altına girmiş adamlar üçün Rəbbləri yanında nemətləri bol olan cənnətlər vardır.
- 35Biz heç Müsəlmanlara günahkarlara etdiyimizi edərikmi?
- 36Sizə nə olub, necə hökm edirsiniz?
- 37, 38Yoxsa içində, dərs aldığınız şeylər: “Siz bu aləmdə nəyi seçərsinizsə–bəyənərsinizsə o mütləq, sizin olacaq” zəmanəti verilmiş olan sizə aid yazılı bir dəlilmi var?
- 39Ya da sizə qarşı qiyamət gününə qədər sürəcək, “Siz hər nə hökm verərsinizsə bilin ki, mütləq, elə olacaq” deyə üzərimizdə andlar–təəhhüdlər, vədlərmi var?
- 40Soruş görək Axirəti yalan sayan o adamlara, içlərindən belə bir şeyə hansı zəmanət verməkdədir?
- 41Yoxsa onların ortaqlarımı var? O halda ortaqlarını gətirsinlər, əgər doğrulardandırlarsa.
- 42Həqiqətin bütün çılpaqlığıyla ortaya qoyulub işin böyüməyə başladığı, işin ciddiləşdiyi və boyun əyib təslim olmağa dəvət edildikləri gün artıq gücləri yetməz.
- 43Gözləri yerə əyilmiş, özlərini bir alçaqlıq, düşkünlük bürümüş olarlar. Halbuki onlar, sağ–salamat ikən də boyun əyib təslim olmağa dəvət edilirdilər.
- 44O halda bu sözü–vəhyi yalan sayanları Mənə həvalə et! Biz onları bilmədikləri yerdən yaxalayacağıq.
- 45Və Mən, onlara möhlət verərəm–zaman tanıyaram, çünki Mənim planım güclüdür–sağlamdır.
- 46Yoxsa sən onlardan bir əvəz–qarşılıq istəyirsən, və bu səbəbdən də onlar ağır borc altındamı əzilirlər?
- 47Yoxsa görmədikləri, bilmədikləri şeylər, gələcəkdə olacaq hadisələr yanlarındadırmı, onu onlarmı yazırlar?
- 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş adam kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda Rəbbinə səslənmişdi.
- 49Əgər Rəbbindən Ona bir yaxşılıq yetməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi.
- 51kafirlər–Allahın ilahlığını və Rəbbliyini bilərək rədd edən kimsələr, o öyüdü–vəhyi eşitdikləri zaman az qala səni baxışlarıyla gerçəkdən devirəcəklər–sənə yeyəcəklərmiş kimi baxacaqlar və “O Şübhəsiz bir dəlidir–gizli güclərin dəstəklədiyi biridir” deyəcəklər.
- 52Halbuki vəhylər, bütün aləmlər üçün bir öyüddən başqa bir şey deyildir.
(2/68, Qələm/44-52)
Təhlil
1Nun. Qələmi və onların sətir – sətir yazıb söylədiklərini–əfsanələşdirdiklərini sübut göstərirəm ki,
“ن Nun” hərfi, “Huruf–u Mukattaa” deyilən hərflərdən biridir və enmə sırasına görə Quranın ilk mukattaa hərfidir. Müxtəlif şəxslər bu hərfin də digərləri kimi mütəşabih əhatəsi içərisində olduğu, bir şifrə olduğu, bir sözün qısaldılmış şəkli olduğu, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu, divit olduğu, hoqqa olduğu, böyük balıq olduğu, dünyanı buynuzunda daşıyan öküzün ayaqlarını üzərinə qoyduğu balıq olduğu kimi görüşlər irəli sürülmüşdür.
Bizim fikrimizcə, “Nun” hərfi də “ ألاƏlaa!” sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındaki “Alo!” cavabı kimi diqqəti oxunacaq ayələrə çəkir.
“Nun” hərfinin “50” sayını ifadə etdiyini söyləmək də mümkündür. Çünki, Quran endiyi dövrdə “50” sayı bu hərflə ifadə edilirdi.
Surənin əvvəlindəki «nun» hərfinə diqqət edək. Kəsik, sərbəst hərfdir. Quranda bir çox surə “kəsik, sərbəst hərflər” ilə başlayır. Tədqiqatçıların bir qismi bu hərflərin mütəşabih, hər hansı bir şifrə və ya bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olması kimi fikirlər irəli sürmüşlər.
Həmçinin bu kəsik hərflər, Quranın riyazi quruluşundakı vacib ünsürlərdən də biridir. Ola bilər ki, bu hərflər, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi və rəqəmlərin əvəzinə hərflər istifadə olunurdu. Rəqəmlərin əvəzinə hərflərin istifadə olunması “Əbcəd” hesabı adlanır.
Yeri gəlmişkən “Ebced Hesabı” haqqında qısaca məlumat vermək faydalı olar. Əsl inkişafını Hindistanda tamamladığı anlaşılan Hind–Ərəb rəqəmləri, İslam aləminə elm adamı və məşhur riyaziyyatçı Harəzmi (e.ə. 780–850) tərəfindən tanıdılmışdır. Beləliklə də Quranın endiyi dövrdə Ərəblər sayları rəqəmlərlə deyil, hərflərlə ifadə edirdilər “ابجد Əbcəd Hesabı (E B C D)” deyilən bu tətbiqata görə Ərəb əlifbasındakı hərflərin təmsil etdiyi saylar aşağıdakı kimi idi:
ا : 1 Əlif ى : 10 ye ق : 100 qaf
ب : 2 be ك : 20 kəf ر : 200 rı
ج : 3 cim ل :30 lam ش : 300 şın
د : 4 dal م : 40 mim ت : 400 tə
ه : 5 he ن : 50 nun ث : 500 sə
و : 6 vav س : 60 sin خ : 600 hı
ز : 7 Zə ع : 70 ayn ذ : 700 zəl
ح : 8 ha ف: 80 fə ض: 800 dad
ط : 9 tı ص: 90 sad ظ : 900 zı
: 1000 غ ğayn
Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi barəsində də hələ bir qənaətə gəlinməyib. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur.
Bu kəsik hərflərlə əlaqədar hələ əsaslı bir tədqiqat meydana çıxarılmayıb, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir məlumat yoxdur. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələlər kimi, dürüst, səmimi və könüllü Quran tədqiqatçılarını gözləyir.
“Qələmi …”
Ayədə özünə and içilən, yəni Məhəmməd (əs)ın peyğəmbər seçilməsinə dəlil göstərilən Qələm, rəvayətlərdə əsassız olaraq yer alan “Ərşdəki Qələm, Lövh–i Mahfuzdakı Qələm və ya qüdrət Qələmi” deyil, Ələq surəsində keçən “علّم بالقلم Alləmə bil–Qələm [Qələmlə öyrədən]” ifadəsindəki Qələmdir. And içilən/diqqət çəkilən/dəlil göstərilən şey və ya hadisə, müxatib tərəfindən yaxşı bilinən bir şey və ya hadisə olmalıdır. Məçhul bir şey və ya hadisəyə diqqət çəkilməz. Burada “Qələm” ilə diqqət çəkilən Ələq surəsidir. Məcaz–i mürsəl [parçası söylənib, bütünü qəsd edilərək edilən ədəbi sənət] ilə Ələq surəsinə və ilk Vəhylərə diqqət çəkilir. Bir baxıma, peyğəmbərlik təliminə qalındığı yerdən davam edilir, “İlk dərsdə sənə vəhy etdiklərimizi bir xatırla, düşün!” mənasına gələn bir ismarıc verilir.
“…və onların sətir–sətir yazıb söylədiklərini/əfsanələşdirdiklərini dəlil göstərirəm ki;
Bir çox alim ayəni, rəvayət dumanı altında başa düşməyə çalışaraq, “Və ma yesturuun” bölməsini tərcümə və təfsirlərində “Qələmin yazdıqlarına”, “Qələmlə yazılanlara”, “Qələm əhlinin yazdıqlarına”, “Lövh–i Mahfuzdakı Qələmin yazdıqlarına” şəklində məna vermiş və izah etmişdilər. Halbuki bu məna, məqsədəuyğun deyildir.
Ayədəki “سطر sətr” sözü “yazılı sətirlər” mənasına gəldiyi kimi, “şer sətirləri, deyilənlər, meydana çıxmış qənaətlər və əfsanələr” mənalarına da gəlir. Belə ki, eyni felin törəmələrindən biri olan “əsatiir” sözü Quranda onlarla dəfə yer alır.
Ayələrin mövzu axışı nəzərə alınarsa, and içilən xüsusların təqib edən üç ayəyə dəlil təşkil etdiyi görünür. Bu halı nəzərə alaraq ayəyə “onların əfsanələşdirdiklərini dəlil göstərirəm ki” şəklində məna verilməsi uyğun olur.
Ələq surəsində, peyğəmbərimizin zehnində əmələ gələn bəzi sualların “كلاّ Xeyr, Xeyr!” şəklindəki qəti ifadəylə rədd edildiyini görmüşdük. Bu sualların biri də “Niyə mən peyğəmbər seçildim?” sualı idi. Bu sualın niyə rədd edildiyinin açıqlaması Qələm surəsindəki bu ayələrdə edilir: “Sən, hələ həyatda olmana baxmayaraq, onlar [Məkkəlilər] tərəfindən əfsanələşdiriləcək qədər üstün olan xüsusiyyətlərin səbəbiylə peyğəmbər seçildin.”
1Qələmi və onların sətir–sətir yazıb söylədiklərini–əfsanələşdirdiklərini sübut göstərirəm ki,…
Qısa ifadə ilə desək, «and olsun qələmə və onun yazıb bildirdiklərinə»…
Ərəblərdə iddia edilən hər hansı fikri konkret dəlillərlə gücləndirmək üçün “And cümləsi” deyilən bir cümlə növü işlədilir. Yəni “and cümləsi”, irəli sürülən fikirlərin sübutlarla və güclü bir şəkildə ortaya qoyulması üçün qurulan cümlədir. “And cümləsi” iki bölmədən ibarət olur:
- And içilən [sübut, şahid göstərilən] “and bölməsi”;
- Söylənmək istənilən əsl fikrin irəli sürüldüyü “anda cavab bölməsi”dir.
“And bölməsi”ndə, ikinci bölmədə irəli sürüləcək fikri dəstəkləməklə insanları, hadisələri və ya bir şeyləri dəlil göstərirlər. “Anda cavab” bölməsində isə, əsil söylənmək istənilən düşüncə bildirilir. Bu cümlələrin texniki quruluşları da digər cümlə quruluşlarından fərqlidir. Bu cümlə növü Quranda yüz dəfələrlə işlədilir. Rəbbimiz bir çox hadisəylərə, sistemlərə və ya obyektlərə and içmiş və bunları təqdim etdiyi fikrə dəlil göstərmişdir.
2Sən Rəbbinin neməti sayəsində, məcnun [gizli güclər tərəfindən dəstəklənən/dəli bir adam] deyilsən.
Ayədə sözü edilən nemət, Rəbbimizin Abdullah oğlu Məhəmmədə peyğəmbər olmadan əvvəl verdiyi ağıl, zəka, cəsarət, gözəl əxlaq kimi xüsusiyyətlər ilə onu hənif və müşrik olmayan İbrahimin dininə tabe qılmasıdır. Daha əvvəl Ənbiya surəsinin 51–ci ayəsini bu mövzuda dəlil olaraq göstərmişdik.
Bu nemətlərdən başa düşürük ki, eynilə Musa peyğəmbər kimi Abdullah oğlu Məhəmməd də peyğəmbərlik üçün hazırlanmışdır. Quran bizə Musanın doğulduğundan etibarən yaşadığı əhvalatları və keçirdiyi təlim müddətini təfərrüatlarıyla anladır. Amma peyğəmbərimiz haqqında onun qədər geniş məlumata sahib deyilik.
51–ci ayədə də görəcəyimiz kimi, peyğəmbərimizin bəzi müşriklər tərəfindən “مجنون məcnun” [dəli olmuş], “مفتون məftun” [fitnəyə uğramış] kimi amansızca yaraşdırmalarla ittiham edilməsi ancaq peyğəmbərliyini elan etməsindən sonra olmuşdur.
3Və qətiliklə sənin üçün minnətə bulaşmamış çox mal var.
Bu ayə, surənin doğru anlaşılması baxımından kilid bir ayədir. Buna görə də ilk olaraq ayənin doğru anlaşılması tələb olunur.
Ayənin orijinal mətnində keçən “اجرا əcran” sözü Türk dilində də işlədilən “ücrət” sözünün eyni mənalısıdır. “اجر əcr” ilə “ اجرة ücrət” sözlərinin məna baxımından bir–birlərindən fərqi olmayıb, ikisi də xidmət qarşılığında verilən pul və mal mənasına gəlir. Terminlər üzərində böyük bir nüfuza sahib olan Raqib əl–İsfahaniyə görə bu bədəl maddi ola biləcəyi kimi, mənəvi də ola bilər. “اجرا Əcran” sözü ayədə nəkrə/qeyri–müəyyən olaraq yer aldığına görə mal varlığının çoxluğu da anlaşıla bilər.
Yenə ayənin orijinalında keçən “ممنون məmnun” sözü, “kəsilmiş” mənasına gəldiyi kimi, “minnətə bulanmış, minnət borcu altına girmiş” mənalarına da gəlir. Eyni kəlmə “غير Qayr” ədatıyla işlədildiyində “kəsilməz, kəsintiyə uğramamış” və ya “minnətə bulanmamış, minnət borcu olmayan” mənalarını ifadə edər.
Bəzi tərcümə və təfsir yazanlar bu ayədə qəsd ediləni “peyğəmbərimizə axirətdə veriləcək hədsiz, kəsilməz ücrət” olaraq başa düşmüşlər və kitablarına da bu şəkildə əks etmişdilər.
Ancaq bu uyğun olmayan bir anlayışdır. Əvvələn, bu ayənin “and içirəm/diqqətini çəkirəm/dəlil göstərirəm” sözləriylə bitən əvvəlki ayəsinin bir davamı olduğu unudulmamalıdır. Əvvəlki ayədə Allah peyğəmbərimizə “diqqətini çəkirəm” dedikdən sonra sözlərinə davam edir, bu və bunu təqib edən iki ayədə də diqqət çəkdiyi xüsusları açıqlayır. Bu axış içində, diqqət çəkilən xüsusun axirətdəki hədsiz, kəsilməz ücrət olduğunu düşünmək, Allahın o an üçün var olmayan bir şeyə diqqət çəkdiyini qəbul etmək olur ki, bu da mənalı olmaz. Çünki, ancaq mövcud olan bir şeyə diqqət çəkilə bilər. Bu halda ayəni bu şəkildə anlamaq daha uyğunu olacaqdır: “Və şübhəsiz ki, sənin üçün minnətə bulaşmamış [başına qaxılmayacaq] çox mal var.”
Böyük alimlərdən Mücahid, Mukatil və Kəlbi də bu mənalara üstünlük vermişdilər.
Bu ayədən bunu anlayırq ki, peyğəmbərimiz sahib olduğu mal, mülk, para, pula görə kimsəyə minnət borclusu deyildir. Əlindəkilərə kimsədən yardım, lütf alaraq sahib olmamış, hər şeyi öz əlinin əməyi, alnının təriylə qazanmışdır. Qısaca, kimsəyə minnət borcu yoxdur. Buna görə də üzünün ağlığıyla, alnının açıqlığıyla hər kəsin qarşısına çıxa bilər, təbliğ edə bilər. Budur, Abdullah oğlu Məhəmmədin peyğəmbər seçilməsinin səbəblərindən biri də bu özəlliyidir.
Rəsulullah, peyğəmbərliyi boyunca bu mövzuya çox əhəmiyyət vermişdir. Minnət borcu olanların alacaqlıları qarşısında boynu bükük olacağından, özü ilə bərabər soyundan da heç kəsin sədəqə və zəkat almaması mövzusunda ehtiyatlı davranmışdır.
Peyğəmbərimizin zənginliyi və sərvətinin təmizliyi Quranın və tarixin şahidliyi ilə sabit olmasına baxmayaraq, kasıb olduğu, kasıblığı təriflədiyi və kasıb olması ilə öyündüyü kimi bir çox söz–söhbət çıxarılmışdır. Hətta borclu yaşadığı və borclu olaraq öldüyü belə irəli sürülmüşdür. Borclu olduğu adamınsa bir Yəhudi olaraq göstərilməsi bu söz–söhbətlərin uydurulma məqsədinin nə olduğu istiqamətində bizə əl yeri verir.
Bunlardan bir neçəsini ibrət məqsədiylə nəql edirik:
1–Aişə anlatdı: “Peyğəmbər, Əbu Şahn adında bir Yəhudidən vərəsiyə yeyəcək satın aldı və dəmirdən zirehini ona girov verdi” [1]
2– Katade, Enesdən rəvayət etdi: “Rəsulullah Mədinədə bir Yəhudinin yanına zirehini girov qoydu və ondan ailə üzvləri üçün arpa satın aldı.” [2]
3– Əsma bint Yezid anladır: “Rəsulullah, zirehi bir Yəhudidə bir miqdar zahirə qarşılığında girov qoyulmuş olaraq vəfat etdi.”
4– Sabit b. Yezid anladır: Rəsulullah vəfat etdiyi zaman, zirehi otuz sa arpa müqabilində bir Yəhudiyə girov qoyulmuşdu.” [3]
Üç və dördüncü rəvayətlər əslində bir–birinin eyni olub, biri Yezidin oğlu, digəri də qızı tərəfindən ortaya atılmışdır. Bu rəvayətlər hədis şarihləri/şərhçiləri tərəfindən tənqid edilmişdir.
Müxtəlif rəvayət kitablarında isə peyğəmbərimizin Vəda Həccində hədy olaraq yüz dəvə qurban edəcək qədər zəngin olduğu deyilir. Həmçinin siyər və tarix kitabları da Fədəkdə bir xeyli ərazisinin olduğunu və bu ərazinin Peyğəmbərimizin vəfatından sonra problem halına gətirildiyini qeyd edir.
Bütün bunlar nəzərə alındığında, peyğəmbərimizin girov qarşılığında bir Yəhudidən borc alması da, o pulla evinə arpa satın alacaq qədər kasıb olması da doğru bir xəbər olaraq görünmür.
Və qətinliklə sən, çox böyük bir əxlaq üzərindəsən
Yəni, “Bəli, sən, budur buna görə Bizim qatımızda peyğəmbərliyə layiq birisən. Sən, onların nəzərində də ağıllı, zəkalı, üstün əxlaqlı, əfsanələşmiş bir şəxssən. Bu günə qədərki həyatında göstərdiyin üstün həyat tərzin və sahib olduğun üstün xüsusiyyətlərə görə bu işə ən uyğun olan adamsan. Rəbbinin lütf etdiyi nemətlərə qovuşduruldun və seçilərək peyğəmbər edildin.”
Bu ayələr, işarə yoluyla peyğəmbərimizin də Musa peyğəmbər kimi özünəməxsus nemətlərə sahib olduğunu, hənif olaraq yaşadığını, zehni olaraq tamamilə sağlam olduğunu, üstün əxlaqıyla cəmiyyətdə hörmət qazanmış biri olaraq peyğəmbərliyə hazırlandığını anladır.
2, 3 və 4–cü ayələr andın cavabı olan cümlələrdir. 2–ci ayə isim cümləsi olub, inkar mənası almışdır. 3 və 4–cü ayələr isə təsdiq mənalı isim cümləsidir. Ümumi qaydaya uyğun olaraq, “انّ innə” və “ ل lam” ilə birlikdə olması təmin edilmişdir.
Tərcümə və təhlil edilərkən bu texniki vəziyyət mütləq nəzərə alınmalı və ayələrin orijinal cümlə quruluşuna sadiq qalınaraq, məna çıxarılmalıdır. 2–ci və 4–cü ayələri bir–birindən əlaqəsiz cümlələr kimi qəbul edərək, mənalandırmaq həm ayələrin, həm də bölmənin səhv anlaşılmasına səbəb olur.
İlkini burada gördüğümüz and cümləsi, bundan sonra tez–tez qarşımıza çıxacaqdır. Ənənəvi təfsir və tərcümələrdə and cümləsinin funksiyası nəzərə alınmadığına görə, aşağıda and cümləsinə aid ümumi bir izah təqdim edirik. Bundan sonrakı and ayələrində bu izaha istinad olunacaqdır.
And Cümləsi
“القسم And” sözünün əsas mənası “güc, qüvvət” deməkdir. Termin olaraq “iddia edilən fikri konkret dəlillərlə gücləndirmək” mənasına gəlir. “And cümləsi” isə irəli sürülən fikirlərin dəlillarla və güclü bir şəkildə ortaya qoyulması üçün qurulan cümlədir. Yəni “and cümləsi”, irəli sürülən fikirlərin sübutlarla və güclü bir şəkildə ortaya qoyulması üçün qurulan cümlədir. “And cümləsi” iki bölmədən ibarət olur:
- And içilən [sübut, şahid göstərilən] “and bölməsi”;
- Söylənmək istənilən əsl fikrin irəli sürüldüyü “anda cavab bölməsi”dir.
“And bölməsi”ndə, ikinci bölmədə irəli sürüləcək fikri dəstəkləməklə insanları, hadisələri və ya bir şeyləri dəlil göstərirlər. “Anda cavab” bölməsində isə, əsil söylənmək istənilən düşüncə bildirilir. Bu cümlələrin texniki quruluşları da digər cümlə quruluşlarından fərqlidir. Bu cümlə növü Quranda yüz dəfələrlə işlədilir. Rəbbimiz bir çox hadisəylərə, sistemlərə və ya obyektlərə and içmiş və bunları təqdim etdiyi fikrə dəlil göstərmişdir.
Müxatiblər tərəfindən anlaşıla bilməsi və qəbul edilə bilməsi üçün, and içilən şeyin mütləq konkret və ağıl sahibi hər kəs tərəfindən əl çatan xüsusiyyətdə olması lazımdır. “And içirəm” və ya buna bənzər sözlər and sayılmadığı kimi, bu ifadələri daşıyan cümlələr də and cümləsi sayılmazlar. And konkret dəlillərdən, and cümləsi də Rəbbimizin Quranda ifadə etdiyi şəkildə konkret dəlillərlə gücləndirilmiş mühakimələrdən ibarət olmalıdır.
And Cümləsinin Quruluşu və Müəyyən Xüsusiyyətləri:
And cümləsinin birinci bölməsi olan “and bölməsi”, and ədatları olan [vav, be, te] hərflərindən birinin ilk sözün başına gətirilməsi ilə əmələ gətirilir. Cümlənin ikinci bölməsi olan “anda cavab bölməsi” isə mütləq sərbəst bir cümlə halındadır və istənildiyi kimi deyil, bəzi qaydalara tabe olunaraq qurulur:
Anda cavab olan cümlə:
İsim cümləsi və eyni zamanda təsdiqdirsə, başına mütləq “ل lam” və ya “انّ innə” təkid ədatlarından biri və ya hər ikisi birdən gətirilir. Yox, əgər fel cümləsi isə, aşağıdaki qaydalar tətbiq edilir:
Fel cümləsi təsdiqdirsə,
a – Fel keçmiş zaman qəlibində olduğu təqdirdə felin başına “قد qad” və “ل lam” ədatları birlikdə gətirilir. İstisna olaraq bəzi hallarda “lam” həzf edilə bilir/göstərilməyə bilir. Fel geniş zaman qəlibindədirsə felin başına “lam”, sonuna isə “təkid nunu” gətirilir.
b– Cümlə inkardırsa, felin başına “ma” və ya “la” nəfy ədatlarından biri gətirilir.
Quranda and içilən şeylərin hamısı, irəli sürülən fikirlərin dəlilləri olaraq işlədilir. Rəbbimiz bir çox hadisəyə, sistemə və ya “şey”ə and içir və bunları qeyd etdiyi mühakiməəyə dəlil göstərir. Mövcud tərcümə və təfsirlərdə bu əhəmiyyətli qayda etinasız yanaşılır, andlar cavabsız qalır, beləliklə də Rəbbimizin ismarıcları qullarına doğru olaraq çatdırılmır.
5–8Artıq, yaxında haqq dindən çıxaraq özünü atəşə atmış olanın hansınız olduğunu görəcəksən, onlar da görəcəklər. Şübhəsiz, Rəbbindir, yolundan azanı ən yaxşı bilən. Yenə Odur bələdçilənərək doğru yolu tapmış olanları ən yaxşı bilən. O halda axirət gününü yalan sayan o adamlara itaət etmə!
Ələq surəsində peyğəmbərimizə qarşı çıxanlar, “insan”, “salaata mane olan adam”, “o bilmədi mi?” “əgər o son verməzsə”, “and olsun, onu yalançı, günahkar kəkilindən tutub sürükləyəcyik!”, “o zaman o məclisini çağırsın!”, “ona boyun əymə!” kimi tək halda olan ifadələrlə verilmişdilər. Bu surədə və bu ayədə gördüyümüz və bundan sonra da görəcəyimiz kimi, bu adamlar artıq çoğulcəm halda ifadə edilməyə başlandılar. Artıq kafirlər, müşriklər bütün məclisləriylə, tərəfdarlarıyla, ətraflarıyla birlikdə ilahi xitabın müxatibidirlər.
İlk Vəhy əsnasında peyğəmbərimizdə əmələ gələn narahatlıqlardan biri də, hər kəsin onu dəli zənn edəcəyi narahatçılığı idi. Ələq surəsində “Kellaa” [Xeyr, Xeyr!] sözləriylə bütünlüklə, köklü şəkildə rədd edilən narahatlıqlar, bu surənin ikinci ayəsindən etibarən geniş şəkildə izah edilməyə başlanmışdır. O ayədə peyğəmbərimizə enən Vəhylər səbəbiylə dəli olduğunu düşünməməli olduğu bildirilir, bu ayədə isə başqalarının eyni yöndəki düşüncələrindən narahatlıq duymamalı olduğu vurğulanır.
Maraqlıdır ki, Məkkəli imkanlılar özlərinin doğru yolda olduqlarını zənn edirlər, peyğəmbərimizin isə çaşqın biri olduğunu irəli sürürdülər.
9–16Onlar arzu etdilər ki, sən onlara yaltaqlıq edəsən, onlar da dərhal sənə yaltaqlıq etsinlər. Çox and içən, alçaq, lağ edən, qanmaz, arxadan danışan, ara vuran, qovmaq üçün fürsət axtaran, mal və oğulları var deyə, xeyrə mane olan, hücum edən, günaha batmış, qaba–kobud, sonra da pisliklə damğalı bu müftəxorların heç birinə itaət etmə. Axirəti yalan sayan o adam, ayələrimiz özünə oxunduğu zaman: “Bunlar daha əvvəlkilərin məsəlləridir” dedi. Yaxında Biz onun burnunu ovacağıq.
Ayələrdəki ifadədən, razılaşma üçün belə olsa, yağ çəkməyin/yaltaqlanmanın Rəbbimiz tərəfindən tövsiyə edilməyən bir davranış olduğu aydın olur.
“ذا مال وبنين Zaa maalin və bəniin” ifadəsi “mal və oğul sahibi” deməkdir. Bu, çox sayda tərəfdarı olmaq, geniş əhatəli olmaq mənasında bir Ərəb deyimidir.
Ələq surəsində “İnsan özünü yetərli gördüyündə [zəngin olduğuna inandığında] qətiliklə azar” şəklində ifadə edilən aforizmin incəlikləri burada açıqlanır.
Bu ayələrdə dinə qarşı mübarizə aparanların xüsusiyyətləri sayılmışdır:
حلاّف Həllaf: mümkün olan–olmayan hər şeyə and içən.
مهين Məhin: aşağılıq.
همّاز Həmmaz: lağ edən, başqalarını kiçik görən.
نميم Nəmim: insanlar arasında söz gəzdirən.
منّاع Mənnain lilhayr: xeyirlərə mane olan.
معتد Muutəd: həddi aşan, azğın.
اثيم Əsim: ola bildiyi qədər günahkar.
عتلّ Utull: kobud, qarınqulu, əxlaqsız
زنيم Zənim: parazit
Bu cür xarakterizə edilməklə, Məkkənin Xalq Məclisi üzvləri olan Vəlid b. Muğiirə, Ahnes b. Şərik, Esved b. Yəğus və Əbu Cəhilin pis xarakterləri anladılır. Həqiqətən də bioqrafiyaları təhlil edildiyində bu tağutlar dəstəsinin yuxarıdakı ayələrdə qeyd edilən xüsusiyyətləri daşıdıqları görünür.
Bəzi şərhçilər “زنيم zənim” sözüylə Vəlid b. Muğiirənin soysuzluğu, bicliyi üzünə vurulur kimi izahlar etmişdilər. Fikrimizcə, bu görüş uyğun deyildir. Çünki, bir insanın zina uşağı olması o insanın günahı deyildir. Belə bir haldan onun ana–atası məsuliyyət daşıyır. Başqalarının günahına görə bir insanın ittiham edilməsi İslami anlayışa görə doğru deyildir.
Ələq surəsinin 15 və 16–cı ayələrində: “Qətiliklə sənin düşündüyün kimi deyil! Əgər salaat edənə– maddi yöndən və zehni mənada dəstək olan, cəmiyyəti aydınlatmağa çalışan adama mane olan o adam, salaata mane olmağa son verməzsə, and olsun, kəkilindən, yalançı, günahkar kəkilindən, saçından tutub sürükləyəcəyik!” deyilmişdi. “Xortum üzərinə damğa basmaq” da “günahkar kəkilindən tutub sürükləmək” kimi, bir insanı camaat önündə pərt etmək, başını bəladan bəlaya salmaq, burnunu sürtmək mənalarına gəlir.
17–24Şübhəsiz Biz, o bağ sahiblərinə bəla verdiyimiz kimi onlara da bəla verəcəyik: O zaman ki, onlar, səhər açılınca mütləq bağın məhsullarını yığacaqlarına–biçəcəklərinə and içmişdilər? Bir istisna yeri də qoymamışdılar? Amma onlar yuxuda ikən Rəbbin tərəfındən bir tufan bağın üzərindən dolaşıb keçdi. Səhərə bağ, biçilmiş–yığılmış kimi oldu. Səhər oyandıqları vaxt bir–birlərinə səsləndilər: “Haydı, biçəcəksinizsə–yığıb toplayacaqsınızsa səhər–səhər erkəndən gedin!” dedilər. Dərhal yola düzəldilər, aralarında pıçıldaşırdılar: Diqqətli olun, fikir verin ki, bu gün aranıza bir yoxsul soxulmasın!
Surənin bu ayəsində sanki bir mötərizə açılır, hədlərini aşanların və azğınların necə cəzalandırılacağı ilə əlaqədar nümunələr verilir, bu nümunələrlə peyğəmbərimizin əleyhdarları şiddətlə xəbərdarlıq edilir. Ana mövzuya 48–ci ayə ilə davam ediləcəkdir.
Ayədə keçən “bəlaa” kəlməsinin lüğəti mənası “yormaq, bezdirmək” deməkdir. Sınanmaq və ya təcrübə etmək insanı yorğun salan bir müddət olduğu üçün bu söz də zamanla “bəlaa” sözünün yerinə işlədilmişdir.
Uca Allah insanları və cəmiyyətləri bəzən sıxıntı içində qoya bilir, çətinliklərə və darlıqlara sala bilir. Bunlar bir baxıma insana verilən bəlaa hükmündədir. Bu sınamağın/yoxlamağın səbəbi, insanların ağıllarını başlarına almalarını, səhv yolda olanların istiqamətlərini düzəltmələrini, üsyan içərisində olanların Allaha itaətə dönmələrini təmin etmək üçündür. Dinin əmr və qadağaları da bir mənada bəlaadır. Çünki, bəzi əmrlər insan bədəninə çətinlik verir, bəzi qadağalar isə nəfsləri intizam altına alar. Belə hallarda insanların yaxşıları və pisləri aşkara çıxar, şükr edənlərlə nankorlar bəlli olar.
Bəlaa sözü ilə əlaqədar aşağıdakı ayələrə də baxmaq olar:
Bəqərə/49, 155–156, 249, Saffat/106, Duhan/33, Maidə/48, 94, Ənam/165, Al–i İmran/152, 154, 186, Əraf/141, 163, 168, Ənfal/17, Yunis/30, Hud/7, Mülk/ 2, Məhəmməd/4, 31, Ənbiya/35, Kəhf/7, Nəml/40, Fəcr/15, 16, Nəhl/92, İnsan/2, Əhzab/11, İbrahim/6.
Surənin 8–14–ci ayələrində qeyd edilən xüsusiyyətləri daşıyanlara da eynilə “bağ sahibləri”nə verilənlər kimi bəlaaların veriləcəyi bildirilir. “Bağ sahibləri” ilə qəsd edilənlər isə inancsız, düşüncəsiz, Allahın verdiyi artıqlıqlarla harınlamış, özlərinin və əllərindəkilərin əsl sahibinin Allah olduğunu unudaraq azmış zənginlərdir. Bu profili daşıyan insanların bu gün də hələ müxtəlif sifət və adlarla varlıqlarını sürdürdükləri bilinən bir reallıqdır.
“Bir istisna da etmirdilər.”
Bu ayə ilə nə qəsd edildiyi haqqında bəziləri “Edəcəkləri iş üçün “inşallah” demədilər” şəklində, bəziləri də “Qazanclarından yoxsullara pay ayırmadılar, ayırmağı düşünmədiler” şəklində izah etmişdilər. 28–ci və 29–cu ayələrlə bərabər Qələm surəsinin bütünü nəzərə alındığında, ayənin “Heç bir tərsliklə qarşılaşmayacaqlarına inanaraq, edəcəklərini qəti və zəmanətli hesab edərək, hər hansı bir sürprizə hazır olmadan, Allahdan bir maneə olacağını düşünmədən” mənalarına gəldiyini söyləmək mümkün olur. Yaradanın dəstyini yox sayıb zamana, məkana, paraya, bazara hakim olduğunu düşünərək bir gün sonrakı qazancları üçün qorxmadan və əmin olaraq plan quranlar, hər an acı bir xəyal qırıqlığıyla, həyatlarını alt üst edəcək bir qırılma anı ilə qarşılaşa bilərlər.
Amma onlar yuxuda ikən Rəbbin tərəfindən bir tayfun bağın üzərindən dolaşıb keçdi.
Ayədə keçən “ طائف taif” sözünün kökü “طوف tavf–dır. Mənası “bir şeyin ətrafında yerimək” deməkdir. Bir şeyin ətrafında dolanmaq da eyni sözlə ifadə edilir. Bu mənasından dolayı Kəbənin ətrafında dolanmağa “طواف təvaf” deyilir.
Tayf, taifə, tayfa, tayfun, tufan sözləri də bu kökdən törəmədir.
Ayədəki “طائف taif/gəzən” ifadəsi külək kimi hərəkətli bir şeyi xatırladır. Baxçanın başına gələn vəziyyətin local, konkret sahə kimi olması, “gəzən” şeyin “xortum” deyilən bir külək olduğu qənaətinə gəlməyə əsas verir. Tufan və qasırğa kimi bir külək olsaydı, sadəcə haqqında söhbət gedən şəxslərin bağçalarına deyil, bütün ətraf mühitə zərər vermiş olardı.
Bağça sahiblərinin əldə etdikləri şeylər, təbiətin, insan cəmiyyətlərinin və əllərinin istehsal etdiyi şeyler deyildirmi? Yaxşı, təbiəti yaradan, insanları yaradan və nizamları yaradan yoxdurmu? Yaratmaq qədər yox etmək də Onun üçün bir göz qırpımı qədər asan deyilmi? Allahı unudanlara Allah özünü mütləq xatırladır. Bu xatırlatma ümumilikdə Onu unutduran şeylərin insanların əllərindən alınmasıyla olur. Bağçadırsa, bir dolu yağar, gəmidirsə gün gələr batar, övladdırsa əllərindən alınar.
Dünyadakı heç bir varlıq Allahı bizə unutdurmamalıdır, bunu heç vaxt unutmaq olmaz. Budur, bu bölmədə, sahib olduqları bağçılığa görə özlərini çox güclü görən, özlərini Allaha ehtiyacları olmayacaq qədər zəngin zənn edən, özlərindən başqa heç kimi düşünməyəcək qədər eqoist insanların necə bir anda asanlıqla özlərinə gətirilə biləcəyi anladılır.
“Sabaha, o bağ, biçilmiş/yığılıb toplanmış kimi oldu.”
“الصّريم əs Sariim” kəlməsinin kök mənası “əkin biçmək” deməkdir. Ümumi bir tarla termini olaraq məhsul toplamaq mənasında işlədilir. “Sariim” sözü passiv olaraq işlədilir və “məhsulu toplanmış, heç məhsulu qalmamış” mənasını daşıyır. Sözün başqa mənaları da olmaqla yanaşı 22–ci ayədə xüsusi olaraq “əkin biçmək, məhsul toplamaq” mənası daha uyğun gəlir. Aydın olur ki, xortum dediyimiz külək bağda, bağçada, tarlada nə varsa kökündən sökmüş, götürmüş, tarla bir qum yığınına dönüşmüşdür.
Səhər oyandıqları zaman bir–birlərinə səsləndilər: “Haydi, yığıb toplayacaqsınızsa, səhər– səhər erkəndən gedin!” dedilər. Dərhal yola düşdülər, aralarında pıçıldaşırdılar: Diqqətli olun, bu gün aranıza bir yoxsul soxulmasın!
Quranın hələ ilk gündən üzərində durduğu ana qaydalardan biri də miskinə/yoxsula iş, güc və yeyəcək təmin edilməsidir. Bu qaydanın qəlblərə yerləşdirilməsi mənasında bağça sahiblərinin hərəkətləri ələ alınır, bu simge adamların sosial ədalət baxımından pis bir zehniyyətə sahib olduqları və böyük bir günah etdikləri bəyan edilir.
Zənginliyin ən böyük təhlükələrindən biri də malını qısqanmaqdır. Yoxsulların zənginlər üçün bir qurtuluş vəsiləsi olduğunun unudulması, yoxsulların əllərindəkindən asanlıqla əl çəkə bilmələri qarşısında zənginlərin mallarına sıx–sıx sarılmaları bir çox hekayənin mövzusu olmuşdur. Hekayələr bir kənara, Quranın bu mövzudakı həssasiyyətini yaxşı dəyərləndirmək lazımdır. Zəkat ibadəti, Allahın bizim üçün məsləhət gördüyü həyat tərzinin ən əhəmiyyətli hərəkətlərindən biridir. Sosial həyatın hər kəs tərəfindən bilinən bir reallığıdır ki, kütlənin bəzi üzvləri diğgərlərinə görə maddi mənada daha üstün bir halda olurlar. İqtisadi baxımdan güclü olanlar, əllərindəkiləri Rəblərinin verdiyi nemətlər olaraq görüb, bu nemətlərdə yoxsulların da payı olduğunu xatırlamalı, əllərindəki imkanlardan yoxsulları da faydalandırmağı əsla unutmamalıdırlar. Uca Allah, mal–mülk sarıdan üstün qıldığı qullarına əllərindəki varlıqlardan yoxsullar üçün də pay ayırmalarına hökm etmişdir. Mövzuyla əlaqədar daha geniş məlumat Fəcr, Duha və Maun surələrində veriləcəkdir.
25–29Sadəcə mane olma gücünə sahib ola biləcək–şiddətə gücləri çata biləcək bir tövrlə erkəndən getdilər. Amma bağı gördüklərində: “Biz şübhəsiz, çaşmışıq–yanlış yerə gəlmişik! Yox, yox, biz yoxsul buraxılmışıq. Allah bizi cəzalandırmış!” dedilər. Ən xeyirli olanları: “Mən sizə “Allahı noqsanlıqlardan münəzzəh qılmırsınızmı?” deməmişdimmi?” dedi. Onlar: “Rəbbimiz, Səni tənzih edərik, doğrusu bizlər yanlış–öz zərərlərinə iş görən, haqsız davranışlar edənlərmişik!” dedilər.
Bu bölmə, Allahı unutmaq xətasına düşüb, onun üstünə bir də xəsislik əlavə edənlərin başına nələr gəldiyini anladır.
“تسبيح Təsbih” kəlməsi “سبح səbh” kökündən törəmişdir. Bu sözün lüğəti mənası “hava və ya suda hərəkət etmək, keçib getmək, üzərək uzaqlara getmək” mənasına gəlir.
Təsbih, “Allahı, Özünə yaraşmayan şeylərdən tənzih etmək/kənar tutmaq, yəni Allahı ucaltmaq, Onun hər cür kamil sifətlərlə təchiz olduğunu anlayaraq və bunu hər vasitə ilə yüksək səslə söyləmək” deməkdir. Bunun incəlikləri, inşaallah Əla və Qaf surələrində veriləcəkdir.
Eyni kökdən gələn “سبحان Sübhan” Allahın bir ismi olub, “çox tənzih edilən, hər cür qüsurdan uzaq olan” deməkdir. Quranda bir çox ayədə, yerdə və göydə olan hər şeyin Allahı təspih etdiyi bildirilir. Bunun mənası, “ən kiçiyindən ən Böyük olanına qədər kainatdakı bütün varlıqların Allahın hər cür qüsurdan uzaq olduğunun dəlili olması” deməkdir. Yoxsa var olan hər şey, əldə təsbeh, “Sübhanallah! Sübhanallah! Sübhanallah!” de demək deyildir. Təsbehin otuzüçlük ya da doxsan doqquzluq imaməli təsbehlərlə namazlardan sonra otuz üç dəfə “Sübhanallah” deməklə bir əlaqəsi yoxdur. Təsbih, Yaradanı bütün xüsusiyyətləriylə tanımaq və tanıtmaqdır. Bu da hər kəsin edəcəyi bir iş olmayıb, Allahı haqqıyla təqdir edən elm sahiblərinin edə biləcəyi bir işdir.
Təsbih kəlməsiylə eyni kökdən gəlib Allahı təsbih etməyi və Onu ucaltmağı ifadə edən kəlmələr, Quranda yüzə yaxın yerdə keçir.
30–32Sonra döndülər. Bir–birlərini qınayırdılar: “Yazıqlar olsun bizlərə! Bizlər doğrudan da özünü Firon kimi görən azğınlar imişik, ümid edək ki, Rəbbimiz bizə onun yerinə daha xeyirlisini verər–doğrudan, biz bütün ümidimizi Rəbbimizə çeviririk.”
Musibətlərdən ibrət almaq, verilən öyüdlərdən dərs çıxarmaq və edilən xəbərdarlıqlarla doğruya yönəlmək böyük bir igidlikdir. Edilən bir xətadan sonra “Mən onsuz da cəhənnəmliyəm, artıq edə biləcəyim bir şey yoxdur” şəklində düşünmək, Allaha təslim olmağa söykənən bir həyat tərzindən əsla bəhs edilə bilməz. Tövbə, edilən xətaların təkrarlanmayacağına dair Allaha söz vermək, hər şeyə yenidən başlamaq üçün Ondan yeni bir fürsət diləməkdir. Əslində elə Allah da şirkdən başqa bütün günahları əfv edəndir, bağışlayandır, Rəhimdir. (Zümər/53) Qarşıdakı surələrdə bu xüsusla əlaqədar incəliklər nümunələriylə yer alır.
33Dünyadakı əzab bax belədir! Əlbəttə Axirət əzabı daha böyükdür, kaş ki, bilənlərdən olsaydılar!
Rəbbimiz, harınlamış insanları Rəbblərini xatırlamaları və yola gəlmələri üçün yuxarıda açıqladığımız kimi müxtəlif bəlalarla sınayır. Bu sınama Quranın müxtəlif yerlərində bir çox dəfə vurğulanır. Buna paralel olaraq yayılmış bir aforizmlə də insan üçün bir müsibətin min nəsihətdən daha təsirli olduğu dilə gətirilir.
- 41İnsanlar dönərlər deyə–özlərinin əlləri ilə qazandıqları şeylər üzündən, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/ 41)
- 20,21Və yoldan çıxanlara gəlincə, onların gedəcəyi\çatacağı yer də atəşdir. hər çıxmaq istədiklərində oraya yenidən çevriləcəklər və onlara, “Yalan sayıb durduğunuz atəşin əzabını dadın” deyiləcəkdir. Heç şübhəsiz, dönərlər deyə onlara, böyük cəzanın bir az zəifindən, ən yaxın cəzadan da daddıracağıq. (Səcdə/ 20,21)
Bu ayənin möcüzəliyi ilk dəfə Məkkə müşriklərinin Bədirə getməsi əsnasında ortaya çıxmışdır. Məkkəli müşriklər Bədirə peyğəmbərimizi və yoldaşlarını öldürməyə and içərək getmişdilər. Özlərinə çox arxayın idilər, hər hansı bir tərsliyin ola biləcəyini əsla düşünmürdülər. Yola çıxmadan əvvəl Kəbəni təvaf etmişdilər, içkilər içib, qazanacaqları zəfəri əvvəldən bayram etmişdilər. Lakin Uca Allah bütün ümidlərini tərsinə çevirdi, xəyalları yerlə bir oldu, pərişan oldular. Bir qismi də ibrət alıb Müsəlman oldu. Dünya tarixi buna bənzər nümunələrlə doludur.
34Şübhəsiz ki, Allahın qoruması altına girmiş adamlar üçün Rəbbləri yanında nemətləri bol olan cənnətlər vardır.
35Biz heç Müsəlmanlara günahkarlara etdiyimizi edərikmi?
35–ci ayədən sonrakı (35–41) ayələrə xüsusilə diqqət edilməlidir. Belə ki, bu ayələr böyük mucizələr ehtiva edir və ağıllı insanlara yol göstərir.
36Sizə nə olub, necə hökm edirsiniz?
37, 38Yoxsa içində, dərs aldığınız şeylər: “Siz bu aləmdə nəyi seçərsinizsə–bəyənərsinizsə o mütləq, sizin olacaq” zəmanəti verilmiş olan sizə aid yazılı bir dəlilmi var?
39Ya da sizə qarşı qiyamət gününə qədər sürəcək, “Siz hər nə hökm verərsinizsə bilin ki, mütləq, elə olacaq” deyə üzərimizdə andlar–təəhhüdlər, vədlərmi var?
40Soruş görək Axirəti yalan sayan o adamlara, içlərindən belə bir şeyə hansı zəmanət verməkdədir?
41Yoxsa onların ortaqlarımı var? O halda ortaqlarını gətirsinlər, əgər doğrulardandırlarsa.
42Həqiqətin bütün çılpaqlığıyla ortaya qoyulub işin böyüməyə başladığı, işin ciddiləşdiyi və boyun əyib təslim olmağa dəvət edildikləri gün artıq gücləri yetməz.
43Gözləri yerə əyilmiş, özlərini bir alçaqlıq, düşkünlük bürümüş olarlar. Halbuki onlar, sağ–salamat ikən də boyun əyib təslim olmağa dəvət edilirdilər.
Axirəti yalan sayanlara səslənilir: “Nə olur sizə? Bu inanca, bu qərara necə gəlirsiniz? Axirətdə hesab verməyəcəyinizə necə inanırsınız?”
Ünsürləri etibariylə bu üç ayə yuxarıdakı şəkildə birləşdirilə bilər.
Bu ayələrdə inkarçıların inanc və qənaətlərinin heç bir əslinin olmadığı, bu inanc və qənaətlərin heç bir kitabda yer almadığı, Allah tərəfindən verilmiş bir vədə və anda əsaslanmadığı, belə bir inanca kimsənin zamin olmadığı və özlərinə dəstək verəcək ortaqlarının da mövcud olmadığı, qısaca axirəti yalan saymalarının heç bir dəlilə əsaslanmadığı, boş sözdən o yana keçmədiyi qeyd edilir.
Bu bölmə, günümüzdə özlərinə görə bir din təfəkkürü quran Müsəlmanların ibrətlə düşünüb dərg etməli olduğu ismarıclar daşıyır. Bu günün Müsəlmanlarının da özlərinə məxsus yüzlərlə dini mövzulu kitabı vardır. Onları oxuyurlar, onlardan dərs alırlar, iman və əməllərini onlara görə müəyyən edib, onlara görə yaşayırlar. Quranda Allah yüzlərlə dəfə şəfaəti öz izninə bağlamışsa da, o kitablardakı peyğəmbər axirətdə onlara kəfil olmuşdur. Həm də “Mənim şəfaətim ümmətimdən böyük günah işləyənlərədir” deyərək onların hər cür səhv işini sanki təşviq etmişdir. Bu da az imiş kimi, Bərat gecəsi deyə uydurduqları gecədə, ümmətdən məni Kelb qəbiləsinin qoyunlarının yunları sayı qədər günahkarın əfv ediləcəyi zəmanətini vermişdir. Qısacası, o kitablarda kefləri nə istəyirsə hamısı vardır. Var olan o şeylər arasında, sadəcə müridlərinə xidmət edəcək, son nəfəslərində imanlarını qurtaracaq ortaqları, şeyxləri, ustadları vardır.
44O halda bu sözü–vəhyi yalan sayanları Mənə həvalə et! Biz onları bilmədikləri yerdən yaxalayacağıq.
45Və Mən, onlara möhlət verərəm–zaman tanıyaram, çünki Mənim planım güclüdür–sağlamdır.
Bu ayələr qarşıda yalan sayanların başına nələr gələ biləcəyinə işarə edir. Bu, bilavasitə özlərinə veriləcək bəlaa/cəza ola biləcəyi kimi, nəsillərindən möminlərin gəlməsi də ola bilər. Vəlid b. Muğiirə ilə Halid b. Vəlid nümunəsində olduğu kimi. Buna bənzər daha onlarla nümunə verilə bilər.
46Yoxsa sən onlardan bir əvəz–qarşılıq istəyirsən, və bu səbəbdən də onlar ağır borc altındamı əzilirlər?
47Yoxsa görmədikləri, bilmədikləri şeylər, gələcəkdə olacaq hadisələr yanlarındadırmı, onu onlarmı yazırlar?
48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş adam kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda Rəbbinə səslənmişdi.
49Əgər Rəbbindən Ona bir yaxşılıq yetməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi.
Bu ayələrlə ana mövzuya dönülərək, təlimə davam edilir. Bu və bundan sonrakı ayələri 16–cı ayənin davamı olaraq dəyərləndirə bilərik.
Uca Rəbbimiz burada peyğəmbərimizi xəbərdar edərək, işinin ciddi, çətin və mürəkkəb olduğunu, Yunis və Musa peyğəmbərin etdiyi xətanı etməməli olması barədə xəbərdar edir.
SƏBR
Əsas mənası “həbs etmək, içəridə tutmaq” olan səbr, “ağlın və dinin göstərdiyi yolda səbat etmək, qərarlı olmaq, gevşememək”; yəni “insanın əlində olmadan başına gələn və ona böyük kədərlər verən müsibətlərə qarşı çıxmaq, onların öhdəsindən gəlmək üçün mübarizə etmək”dir. Səbrin nə olduğunu təhlil edərkən, nə olmadığını da müəyyən etmək lazımdır. Yaxşı bilinməlidir ki, haqsız yerə məhkumiyyətə boyun əymək, miskinliyə, keyləşməyə və aşağılanmaya razı olmaq, zillətə, haqsız təcavüzlərə, insan qururuna kölgə salan hücumlara dözmək, bunlara qarşı səssiz və passiv qalmaq, dayanmaq, dişini sıxmaq, səbr etmək deyildir. Çünki, qeyri qanuni olan şeylərə qarşı səssiz qalmaq, o davranışa ortaq olmaq deməkdir. Əksinə səbr, “bu tərz pisliklərlə mübarizə etmək, bunlara qarşı çıxmaq, bir haqqı müdafiə etmək və qorumaq üçün cəhd etmək, bu müddətdə qərarlı olmaq”dır. Rəbbimiz, Səbri Al–i İmran/146–da “Necə peyğəmbərlər də vardı ki, özləriylə bərabər bir çox Allah igidləri savaşdılar; Allah yolunda başlarına gələn çətinliklərdən bezmədilər, zəiflik etmədilər və boyun əymədilər. Və Allah, səbr edənləri sevər.” şəklində bəyan buyurmuşdur. İnsanın öz gücü və iradəesiylə öhdəsindən gələ biləcəyi pisliklərə qatlanması ya da qarşılaya biləcəyi ehtiyacları təmin etmək barəsində zəiflik göstərməsi səbr deyil, acizlik, təmbəllik və qorxaqlıqdır. Bütün peyğəmbərlərin də ortaq xüsusiyyəti olan Səbrin, İslamda çox əhəmiyyətli bir yeri vardır. Bunu tək kəlməylə və ya bir neçə sözlə ifadəyə çalışmaq sözün mənasını əks etdirmir. Ona görə də sözü Ərəbcədən dilimizə gəldiyi şəkliylə saxlayırıq. Oxucularımız “səbr” sözünün mənasını yaxşı bilməlidirlər.
Quranın yetmişdən artıq ayəsində keçən “صبر Səbr” kəlməsi, xalq arasındakı işlədilməsinə uyğun olaraq ağrıya dözmək, sıxıntı və çətinliklərə qarşı soyuqqanlılıqla dirənmək mənalarına gəlir. Ancaq Allahın Quranda səbrli insanları öyməsi və onları hesabsız sayda mükafatlandıracağını bildirməsi, bu kəlmənin daha dərin təhlil edilməsi məcburiyyətini göstərir. Buna görə də anlayışı daha təfərrüatlı bir şəkildə açıqlamağa çalışılacağıq. Səbr, ağlın və dinin göstərdiyi yolda səbat etmək, qərarlı olmaqdır. İnsan psixologiyası çətinliyə deyil asanlığa, ağrıya deyil, həzz almağa, fərəqətə deyil, eqoistliyə meyllidir. Buna görə də bəzi ibadətlər və əxlaqi davranışlar insana çətin gələ bilir. Məsələn, cibindəki pul ilə bir yoxsula kömək etməkdənsə onu özünə xərcləməyi, çalışıb yorulmaqdansa əylənməyi, gəzib dolaşmayı daha çox istəyə bilir. Varını yoxunu bütün vaxtini Allah rızasını qazanmaq üçün xərcləmək əvəzinə isti yataqda yuxusuna davam etməyi daha cazibəli hesab edə bilir. Bu kimi hallarda insanı xeyirxahlığa və yaxşı olmağa sövq edən, çətin şərtləri asanlıqla qəbul edib, lazım gələni etməyə yönəldən, xeyrinə olmasa da yaxşı və doğru hərəkətlər etməsini təmin edən güc– səbrdır.
Səbr, ağlın və dinin göstərdiyi yolda, nəfsin hədsiz istək və arzularına dirənməkdir. Ağıl, din və cəmiyyət qaydaları doğru hesab etməsə də, insanların çox vaxt nəfslərinə xoş gələn arzularını təmin etmək istərlər. Səbr, insan psixologiyasının bu qüvvətli cazibə gücünə baxmayaraq, adamın heç tərəddüt etmədən xeyirxah davranışları seçməsini təmin edən gücdür.
Səbr, insanın özündən asılı olmadan başına gələn və ona böyük kədərlər verən müsibətlərə qarşı çıxmaq, onların öhdəsindən gəlməkdir. Bəzi sıxıntıların insanın iradə gücünü aşdığı bir reallıqdır. Təbii fəlakətlər, döyüşlər, döyüş şəraiti içində qarşılaşıla biləcək ölüm qorxusu, yoxluqlar və işgəncələr, özünün və ya yaxınlarının başına gələn fəlakətlər, insanın istəsə də qarşısını ala bilməyəcəyi bədbinlik və ağrı duyma səbəbləridir. Bu cür hadisələr insan psixologiyasının xoşlanmadığı və daima qaçınmaq istədiyi hallardır. Bu hallar insanda maddi dağıntılar qədər mənəvi dağıntılara da yol açarlar. Budur, bu kimi hallarda insanın mətanətini və həyata bağlılığını itirməsinin qarşısını alan, çəkdiyi ağrılara baxmayaraq Allaha üsyan etmədən mübarizəsinə davam edə bilməsini və dik dura bilməsini təmin edən güc– səbrdır.
Səbr, bütün peyğəmbərlərin də ortaq bir əxlaqi xüsusiyyətidir. Peyğəmbərlərin tövhid mübarizələrini dilə gətirən Quran ayələri, bizə onların səbr və səbatlarını nümunə olaraq göstərir. Çünki, Allahın dinini təbliğ edərkən müxtəlif çətinliklərə uğramışlar, əziyyət çəkmişlər, yurdlarından çıxarılmışlar, zindanlara atılmışlar, lakin daima səbr etmişdilər. Beləliklə, hər Müsəlman Allahın elçilərini nümunə götürməli, qurtuluşun səbrdə olduğunu düşünərək səbrli olmalı və bu mövzuda Allahdan kömək diləməlidir.
Ancaq səbrin nə olduğunu təhlil edərkən, nə olmadığını da müəyyən etmək lazımdır. Yaxşı bilmək lazımdır ki, haqsız yerə məhkumiyyətə boyun əymək, miskinliyə, keyliyə, xor görülməyə və aşağılanmağa razı olmaq, zillətə, haqsız təcavüzlərə, insan qüruruna kölgə düşürəcək təzyiqlərə qatlanmaq, bunlara qarşı səssiz və passiv qalmaq, səbr etmək deyildir. Çünki, qanuni olmayan şeylərə qarşı səssiz qalmaq, o davranışa ortaq olmaq deməkdir. Əksinə səbr, bu tərz pisliklərlə mübarizə etmək, bunlara qarşı çıxmaq, bir haqqı müdafiə etmək və qorumaq üçün cəhd etmək, bu müddətdə qərarlı olmaqdır.
İnsanın öz gücü və iradəsiylə öhdəsindən gələ biləcəyi pisliklərə qatlanması ya da qarşılaya biləcəyi ehtiyacları təmin etmə barəsində zəiflik göstərməsi səbr deyil, acizlikdir, təmbəllikdir, qorxaqlıqdır. Səbr mövzusuna Əsr surəsində də müraciət ediləcəkdir.
HUT
“Hut” sözü Quranda Kəhf surəsinin 61–ci və 63–cü ayələri ilə Qələm surəsinin 48–ci və Saffat surəsinin 142–ci ayələrində tək halda, bu ayədə də cəm halda yer almışdır.
“ حوت Hut” sözü, dilçi alimlərin bir qisminə görə “balıq”, bir qisminə görə də “böyük balıq” deməkdir. Bu mənasıyla söz, şirin və duzlu sularda yaşayan soyuqqanlı onurgalıların ümumi adı olmaqla yanaşı, qədim zamanlardan bəri bilinən bürclər zolağındakı bir sıra ulduzun adı olaraq da işlədilir.
Ancaq Quranı doğru dərk etmək üçün sözlərin öyrəşilmiş istifadəsini deyil, həqiqi mənalarını bilmək lazımdır.
Bu sözün kökü olan “حوت hvt”, Ərəb dilində “hut” və “havt” olmaqla iki cür oxunur. Bu oxunuşlara görə ortaya çıxan iki sözün Bədəvilər arasındakı istifadəsi isə bu mənalara gəlir:
“Hut” sözü, “Və sahib la hayrə fi şəbabihi / Huutən, iza ma zadena / …” misraları olan bir şerdə təsbit edilmişdir. Söz burada “ağır–ağır da udsa, tez–tez də udsa ona kifayət etməyən [doymayan, doyma duyğusu olmayan]” mənasında işlədilmişdir.
“Havt” sözü isə “quşun suyun ətrafında və ya vəhşi heyvanın bir şeyin ətrafında dönüb durması, oradan ayrılmaması” mənasındadır. Buna da İslamdan əvvəlki və sonrakı dövrdən bir çox nümunə mövcuddur.[4]
Bu əsas izahdan anlaşıldığına görə, “hut” sözü əslində doyma hissi olmadığı və doyduğunu bilmədiyi üçün balıqlara yaraşdırılmış bir sifətdir, balıq demək deyildir. Belə ki, hər kəsin bildiyi kimi, sularda yaşayan balığın əsas adı “semək”dir. Balıqlarda doyma hissinin olmaması, yemələrinə ara vermə səbəbinin doymaları deyil, tıxanmaları olması bu gün artıq elmi bir məlumatdır. Balıqların bu xüsusiyyətlərini bilməyən həvəskar balıq saxlayanlar, gündəlik ehtiyacından artıq yemlədikləri üçün çatlayaraq ölən balıqlarla qarşılaşdıqları, gündəlik həyata əks olunmuş bir reallıqdır. Balıq acgözlüyünün balıq cinslərinə uyğun olaraq göstərdiyi xüsusiyyətlər isə Su Məhsulları Fakültələrinin araşdırma hesabatlarında əks olunmuşdur.
Buna görə, “hut” və “havt” sözlərinin mənalarını “hədsiz istək, doyumsuzluq” olaraq ifadə etmək mümkündür.
“Hut” sözünün Quranda yer aldığı bölmələrdəki anlatma nəzərə alındığında, sözün daima “səbəbiyyət məcaz–i mürsəli” şəklində işlədildiyi görünür. Yəni, səbəb olan “hədsiz istək və doyumsuzluq” zikr edilir, lakin hədsiz istəyin insanda səbəb olduğu “bədbinlik və qarmaqarışıqlıq” qəsd edilir.
“Hut” sözü Quranda bir yerdə də sözsüz olaraq işlədilmişdir. Bu yer Ənbiya surəsinin 87–ci ayəsidir. Burada Yunis peyğəmbərdən “Zünnun [qılınc sahibi, yəni Ninovalı]” ifadəsi ilə bəhs edilir. Bu ifadə ilə, sözsüz olaraq, Yunis (əs)dan bəhs edilmiş olması, daha əvvəl [enmə sırasına görə 2–ci surə olan Qələm surəsində] Yunisin (əs) peyğəmbərimizə “Sahibu’l–Huut” [Huutun yoldaşı)” olaraq tanıdılmış olduğu üçündür. “Sahibü’l–Huut”un Yunis peyğəmbər olduğu isə Saffat surəsindəki ifadələrdən açıq şəkildə anlaşılır. Qələm surəsində Yunis (əs)dan ilk dəfə bəhs edilmiş və peyğəmbərimizə onun kimi olmaması bildirilmişdir:
- 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş adam[i] kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda Rəbbinə səslənmişdi. 49Əgər Rəbbindən Ona bir yaxşılıq yetməsəydi, qınanmış bir durumda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi.
(Qələm/ 48–50)
Ancaq peyğəmbərimiz, əldə olan Tövratı oxumayan və Yəhudi din adamlarıyla da hər hansı bir əlaqəsi mövcud olmayan bir adam olduğu üçün, Qələm surəsinin endiyi tarixde özünə yuxarıdakı ayələrlə bildirilən “Sahibül–Huut”un kim olduğunu böyük bir ehtimalla bilmirdi. Qələm surəsindəki bu ayələrlə diqqəti çəkilib, marağı cəlb edilən peyğəmbərimiz, “Sahibül–Huut”un, yəni Yunis peyğəmbərin əhvalatını Saffat surəsindən öyrənmişdir. Daha sonra enən Ənbiya surəsindəki “Zünnuun” ifadəsiylə sözsüz olaraq “Sahibül–Huut”un [Yunis peyğəmbərin] nəzərdə tutulduğu da bu məlumatlar işığında anlaşılır:
- 87Və Zünnunu [qılınc sahibini, Ninovalını], o zaman ki, qəzəblənərək getmişdi və özünü sıxıntıya soxmayacağamızı sanmışdı. Sonra da qaranlıqlar içində, “Səndən başqa ilah deyə bir şey yoxdur! səni tənzih edirəm. Şübhəsiz Mən səhv–öz zərərlərinə iş görənlərdən oldum!” deyə səslənmişdi.
- 88Sonra da Biz, Ona cavab verdik və Onu, qəmdən/üzüntüdən qurtardıq. Və bax budur, inananları Biz belə qurtarırıq. (Ənbiya/ 87, 88)
Yunis peyğəmbərlə əlaqədar olaraq, Quranda verilən məlumatlar, Qələm, Saffat və Ənbiya surələrində verilən yuxarıdakı məlumatlardan ibarət olması qarşısında, Kitab–i Müqəddəsdə “YUNIS” adlı bir bölmə ilə bir xeyli təfərrüatlı bir Yunis peyğəmbər hekayəsi yer almışdır.
Kitab–i Müqəddəsdə yer alan Yunis peyğəmbərin hekayəsi, Quran ilə qane olmayan bəzi Müsəlmanlar tərəfindən təəssüf ki, aşağıdakı şəkildə bir ensiklopedik məlumat halına gətirilmişdir:
YUNİS
Keçmiş zamanlarda Asurlular deyilən bir qövm var idi. Bu qövm Ninova şəhərində yaşayırdı. Ninova o vaxtlar ən böyük şəhərlərdən biriydi. Hz. Yunis də Allah tərəfindən bu qövmə peyğəmbər olaraq göndərildi. Hz. Yunis peyğəmbər olduğu zaman 30 yaşındaydı.
Ninova xalqı ticarətlə məşğul olan zəngin bir əhali idi. Bu zənginlik xalqın gözünü qamaşdırıb doğru yoldan ayrılmalarına səbəb oldu. Artıq bütlərə sitayiş edirdilər. Axirəti düşünməz olmuşdular.
Hz. Yunis Ninovalıları Allah yoluna davət etdi. Hz. Yunisə çox təhqirlər edildi. Ancaq o, bezmədən, yorulmadan, səbrlə tam 33 il boyunca hər kəsi doğru yola çağırdı. Allahın əmri ilə müəyyən zaman sonra başlarına bir fəlakət gələcəyini anlatdı.
Hz. Yunisin söylədiklərinə inananlar da, inanmayanlar da olmuşdu. Hz. Yunis Allahdan icazə almadan qövmündən ayrıldı. Fəlakət günü yaxınlaşır, hər kəs Hz. Yunisi axtarırdı. Lakin heç kim onu tapa bilmirdi. Hz. Yunis Diclə sahilində bir gəmiyə mindi. Özü ilə birlikdə gəmiyə minən başqaları da olmuşdu. Dənizə çıxdılar.
Bu arada Ninova çox hərəkətli idi. Çünki, Hz. Yunisin söylədiyi gün gəlib çatmışdı.
Gündüz anidən günəş yox oldu. Hər tərəf qaranlığa büründü. Ətrafda çox qorxunc səslər vardı. Hər kəs bir–birindən Hz. Yunisi soruşurdu. Şəhərdəki bütləri qırdılar. Allaha dualar etdilər, yalvardılar. Allah duaları qəbul etdi. Gözlənən fəlakəti yaratmadı.
Hz. Yunis isə gəmidə idi. Necə oldusa, gəmi getmirdi. Üstəlik heç bir səbəbi də yox idi. Gəmi batmaq üzrə idi. Aralarında bir qərar aldılar. Püşk atılacaq və bir adam gəmidən atılacaqdı. Püşk atıldı. Hz. Yunis çıxdı. Püşkü yenilədilər, təkrar Hz. Yunis çıxdı.
Hz. Yunis qalxdı və köynəyini çıxardı. Allahın izni olmadan qövmündən ayrılmışdı. Bu xətası heç ağlından çıxmırdı. Gün batanda Allaha tövbə edərək özünü sonsuz sulara atdı.
Etdiyi tövbəni Uca Allah qəbul etdi. Hz. Yunisi qurtarması üçün böyük bir balıq göndərdi. Hz. Yunis dənizin sularına gömüldüyündə, balıq Hz. Yunisi uddu, Hz. Yunisi qarnında mühafizə etdi. Daha sonra sahilə gəldiyində Hz. Yunisi sahilə buraxıb uzaqlaşdı.
Hz. Yunis çox yorğun idi, yeriyə bilmirdi. Sürünərək qumluğa doğru irəlilədi. Ətrafa baxındı. Böcəkləri və zərərli heyvanları gördü. Oraya yığılmışdı. Çox yandırıcı bir günəş vardı. Uca Allah bir bitki yaratdı. Bu bitkinin adı Yaktin idi. Yaktin çox sürətlə böyüdü. Hz. Yunisi günəşdən və böcəklərdən qorudu.
Artıq Hz. Yunis özünə gəlmişdi. Lakin harada olduğunu bilmirdi. Yola düşmək üçün hazırlıqlar etdi. Sonra yola çıxdı. Çox uzun bir səfərdən sonra Ninovaya çatdı.
Hz. Yunis nəhayət qövmünün yanına çatmışdı. Ninovada Hz. Yunis böyük bir sevgi və hörmətlə qarşılandı. Hz. Yunis gördü ki, bütlər yox olmuşdu. Qövmü yalnız və yalnız Uca Allaha ibadət edirdi. Ninovalılar, doğru yolu tapmışdı. Hz, Yunis çox sevindi. Gördükləri ona çox təsir etmişdi. Şükr etdi. Hz. Yunis uzun illər qövmü ilə bərabər Allaha ibadət edərək yaşadı.
Ölümünün yaxınlaşdığı zaman Ninovadan ayrıldı. Heç kim hara getdiyini bilmirdi. Daha sonra bilinməyən bir tarixdə, bilinməyən bir yerdə öldü.
Hz. Yunisin Asurlulardan ayrı qalması ilə bərabər, qövm yenidən dindən uzaqlaşdılar. Bundan sonra Allah Ninova şəhərini düşmənlərin işgalına icazə verdi. Beləliklə Asurlular dövləti yıxıldı.
Bunlardan başqa, yaşının 1000–I aşdığı dövrdə, 950 il peyğəmbərlik etdiyi kimi Yunis peyğəmbərlə əlaqədar törədilmiş daha bir çox Qurana uymayan ssenariyalar mövcuddur. Biz bu nümunələrin sayını artdırmağın bir faydası olmadığını bilməklə yanaşı, bu hekayələrdəki uyğunsuzluqlar qarşısında da özümüzü görməməzliyə qoymaq da istəmirik.
Məsələn, coğrafi məlumatlar və o günün texnoloji səviyyəsi nəzərə alınaraq, düşünüldüyündə, Tövratda Yunis peyğəmbərin qaçma təşəbbüsü ilə əlaqədar olaraq anladılanların reallıqdan uzaq olması mümkün görünmür.
Çünki, Tövratda keçən Ninova, Yafa və Tarşiş ilə əlaqədar coğrafi və tarixi məlumatlar belədir:
Ninova: Asur krallığının paytaxtı. Diclənin sol sahilində, bulağın Hoser ilə birləşdiyi yerdə …[5]
Yafa: İsrail dövlətində şəhər. Tel Əvivin varoşu. Ağdənizə hakim yüksək bir burunda. Sayfiyə yeri …[6]
Tarşiş:. Tartessos ölkəsinin adlarından biri. Əndəlus bölgəsinə o sırada Tartessos (Tharsis) ölkəsi adı verilirdi …[7]
Bəzi əsərlərdə “Tarşiş” sözü “Tarsus” olaraq dəyişdirilsə belə Tövratdakı söz “Tarşiş”dir. Bu məlumatlara görə Yunis peyğəmbərin gəmisinin Şərqi Ağdənizdə bir liman şəhəri olan Yafadan yola düşüb Ağdənizi bir ucdan bir uca keçərək İspanyaya qədər gedə biləcək bir gəmi olması lazım gələr ki, o zamanlardakı gəmilərin bu qədər uzun bir səfər edə bilməsi imkansızdır.
Yunis peyğəmbərin Kitab–i Müqaddəsdə anladılan hekayəsindəki bir başqa məntiqsiz əhvalat da, bir insanı bütün olaraq uda biləcək bir balığın mövcud olması və o insanın bu balığın qarnında üç gün qalmasıdır. Bir insanı parçalamadan uda biləcək bir balıq xəyal edilsə belə, həzm sistemi işləməyən bir balıq düşünülə bilməz. qaldı ki, belə bir balığın ola bilməyəcəyi barəsində Quranda da bir işarə vardır. Belə ki, Saffat surəsinin 143, 144–cü ayələri, əgər təsbih edənlərdən olmasaydı, Yunis peyğəmbərin diriliş gününə qədər balığın qarnında qalacaq olduğunu bildirir. Yəni, sözlərin həqiqi mənaları ilə dəyərləndirilməsi halında, ayədən bu balığın Yunis peyğəmbəri qarnında daşıyaraq, qiyamət gününə qədər yaşayacağı mənası çıxar ki, belə bir şey mümkün deyildir. Quran məntiqsiz, ağıla uymayan bir xüsus ehtiva etmədiyinə görə, Yunis peyğəmbərin balıq tərəfindən udulması, olsa–olsa bir kinayədir.
Bu məntiqsizliklər bir yana, Kitab–i Müqəddəsdə Yunis peyğəmbər haqqında yazanlar və bunlara əsaslanaraq uydurulan hekayələr Quranla da uyğun gəlmir:
*Yunis peyğəmbərin qaçışı Quranda “ibak” sözü ilə ifadə edilmişdir. Bu söz, “Kölənin sahibindən qaçışı” demək olub, Kitab–i Müqəddəsdəki kimi “Rəbbin önündən qaçmaq” mənasına gəlməz. Əslində elə Qələm surəsinin 50–ci və Saffat surəsinin 147, 148–ci ayələrinə görə elçilik vəzifəsi Yunis peyğəmbərə bu qaçmağa çalışma macərasından sonra verilmişdir.
*Quran Yunis peyğəmbərin dopdolu bir gəmiyə doğru qaçdığını bildirir. Yəni, Yunis peyğəmbər gəmiyə doğru qaçmış, amma ona minməmişdir. Çünki, ayədəki ifadədə yaxınlaşdırma ədatı olan “ila” hərf–i cərri işlədilmişdir. Əgər zərfiyyət ədatı olan “fi” hərf–i cərri işlədilsə idi, bundan Yunis peyğəmbərin dopdolu gəmiyə mindiyi və dopdolu gəmidə qaçdığı anlaşılardı.
*Səfər əsnasında gəminin fırtınaya yaxalanması və Yunis peyğəmbərin dənizə atılması kimi əhvalatlar isə Quranda heç yer almır.
Yunis peyğəmbərin Qurana uyğun gəlməyən hekayəsindəki ağla zidd əhvalatları möcüzə qəbul edərək, Allahın qüdrətinin bunları etməyə yetəcyini irəli sürmək, bizə görə səhvdir. Çünki, Yunis peyğəmbər əhvalatı kimi əhvalatların Quranda yer alma səbəbi, Rəbbimizin bir güc göstərişi və ya iqtidar sahibi olduğu möcüzələrin bəyanı deyildir. Həmçinin bu əhvalatlar bir möcüzə də deyildir. Möcüzə ola bilməsi üçün bəhs edilən əhvalatların bir peyğəmbər tərəfindən, gətirdiyi ismarıcın doğruluğunu isbat etmək üçün və hər kəsin gözləri önündə edilmiş olması lazımdır.
Şübhəsiz ki, Uca Allah hər şeyə qadirdir. Lakin buradakı mövzu Rəbbimizin qüdrəti deyil, Yunis peyğəmbər haqqında anladılanların həqiqətən meydana gəlib gəlməməsidir. Yəni burada bu suala cavab axtarılmalıdır: Görəsən, Saffat 143, 144–cü ayələrdə bəhs edilən əhvalat, sözlərin həqiqi mənaları istiqamətində həqiqətən meydana gəlmişdirmi, yoxsa bu sözlər ayələrdə məcaz mənadamı işlədilmişdir?
Quranın anlatma xüsusiyyətləri və ayə növləri nəzərə alındığında, bəzi sözlərin məcaz mənalarda işlədildiyi, beləliklə də Yunis peyğəmbərlə əlaqədar ifadələrin mütəşabih olduğu anlaşılır:
1– Qələm surəsinin 48–ci ayəsindəki “maqzum” sözü əslində “boğazın tıxanması, sıxıntıdan nəfəs ala bilməmk” deməkdir. Sözün bu mənası dilimizə “təngənəfəs”, “qaranəfəs”, “havasızlıqdan boğulacaq halda” ifadələri ilə tərcümə edilə bilər. Ancaq bu nəfəs darlığı, içində olan dərddən, kədərdən, iztirabdan da qaynaqlana bilər. Belə ki, Yunis peyğəmbərlə əlaqədar digər ayələr nəzərə alındığında, bu nəfəs darlığının sözün həqiqi mənasına uyğun olaraq havasızlıqdan deyil, sıxıntıdan qaynaqlandığı anlaşılır.
2– Ənbiya surəsinin 87–ci ayəsində Yunis peyğəmbərin “qaranlıqlar içində” olduğu bildirilmişdir. Buradakı qaranlıq da yenə sözün həqiqi mənasına uygun olan “işıqsızlıq” deyil, zehni bədbinlikdir. Bunu anlamaq üçün Bəqərə surəsinin 257–ci ayəsinə baxmaq lazımdır:
- 257Allah, inananların köməkçı, yol göstərici, qoruyucu yaxınıdır–onları qaranlıqlardan aydınlığa çıxarır. Kafirlərə–Allahın ilahlığını, rəbbliyini bilərək rədd edən kimsələrə gəlincə–onların köməkçı, yol göstərici, qoruyucu yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əshabıdır. Onlar, orada həmişəlik qalanlardır. (Bəqərə/ 257)
Göründüyü kimi nə Uca Allah qaranlıqda qalanları qurtarmaq üçün onlara işıq tutacağını söyləyir, nə də tağut azdırdıqlarını işıqlarını söndürməklə qaranlığa sürükləyir. Beləliklə də, nur “mənəvi aydınlıq, xoşbəxtlik”, qaranlıq da “zehni qaranlıq, bədbinlik” mənasına gəlir.
3– Ənbiya surəsinin 88–ci ayəsində Rəbbimiz Yunis peyğəmbəri “ğamm”dan qurtardığını bildirir. “Ğamm” sözü və törəmələri həqiqi mənası ilə “bulud” deməkdir. Lakin söz məcaz olaraq “kədər, qəm, sıxıntı, bədbinlik, qaranlıq” mənalarında da işlədilir. Belə ki, dilimizə də bu mənasıyla keçmişdir. Beləliklə də, “ğamm” sözü bu ayədə Yunis peyğəmbərin buluddan qurtarıldığını deyil, kədərdən, sıxıntıdan qurtarıldığını ifadə edir
4– Saffat surəsinin 142–ci ayəsindəki “onu hut udmuşdu” ifadəsi, Yunis peyğəmbərlə əlaqədar digər ayələr nəzərə alındığında, Yunis peyğəmbərin kədərə boğulduğu, sıxıntıya düşdüyü, depressiyaya düşdüyü mənasına gəlir. Yunis peyğəmbərin dopdolu [yükünü tamamilə almış] bir gəmiyə doğru qaçdığını [getdiyini] xatırlasaq, dopdolu olduğuna görə gəmiyə minə bilməməsi onu üzmüş, depressiyaya düşürmüş olmalıdır. Çünki, Yunis peyğəmbər, gəmiyə minmək istəyən bir çox yolçu arasında, kimin gəmiyə minəcəyini müəyyən etmək üçün çəkilən püşkatmada uduzmuş, gəmiyə minib qaça bilməmiş, buna görə də narahat olmüş, sıxılmış və depressiyaya düşmüşdür. Yunis peyğəmbərin, əgər təsbih edənlərdən olmasaydı, dirilmə gününə qədər balığın qarnında qalacaq olduğunun bildirilməsi isə Yunis peyğəmbərin sıxıntısının, bədbinliyinin uzun sürəcyindən kinayədir.
İstər “حوت hut” sözünün əsas mənası, istərsə də Yunis peyğəmbərlə əlaqədar ifadələrin mütəşabih olması, Yunis peyğəmbərlə əlaqədar ayələrdəki “hut” sözünün “balıq” mənasında işlədilmədiyini göstərir.
Yunis peyğəmbərin verilən vəzifəni ağır görüb, vəzifə sahəsindən uzaqlaşmasıyla başlayan macərası Ərəblər tərəfindən bilinirmiş ki, peyğəmbərimizə bu xatırlatma edilir. Yunis peyğəmbərlə əlaqədar olaraq Saffat/139–148, Ənbiya/87–88. Nəml/10, Qasas/31–ci ayələri təhlil edilə bilər.
51kafirlər–Allahın ilahlığını və Rəbbliyini bilərək rədd edən kimsələr, o öyüdü–vəhyi eşitdikləri zaman az qala səni baxışlarıyla gerçəkdən devirəcəklər–sənə yeyəcəklərmiş kimi baxacaqlar və “O Şübhəsiz bir dəlidir–gizli güclərin dəstəklədiyi biridir” deyəcəklər.
İnkarçılar peyğəmbərimizə o qədər kin bəsləyirdilər ki, Quranı eşitdikləri zaman ona yeyəcəkmiş kimi baxırdılar. Ayənin xalq mədəniyyətindəki “nəzər” deyilən inanışla hər hansı bir əlaqəsi yoxdur. Buna görə də ayənin nəzər duası deyə oxunması əsassız və səhv bir hərəkətdir. Çünki dua, Allahdan bir şey istəməkdir. Bu ayədə isə Allahdan istənilən hər hansı bir şey yoxdur. Allahın peyğəmbərimizə etdiyi bir izahı ehtiva edir.
52Halbuki vəhylər, bütün aləmlər üçün bir öyüddən başqa bir şey deyildir.
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Buhari, İstiqraz,1; Büyu,14
[2] el Cessas, Əhkamül–Quran, 11. 258
[3] Kütübü Sitte, İbrahim Canan tərcüməsi cild 17, səhifə 303
[4] Lisanül–Arab; c:2, s:644
[5] M. Laorusse c:9, s:362
[6] M. Laorusse c:12, s:686
[7] M. Laorusse c:11, s:911–913