MUHƏMMƏD SURƏSİNİN TƏBYİNİ

Mədinədə enən Muhəmməd surəsi, 95-ci surə olaraq qəbul edilir. Adını 2-ci ayədə keçən محمّد [Muhəmməd] kəliməsindən alan surənin ümumi məzmunu və 20-ci ayədəki قتال [qıtal/döyüş] sözünə görə surəyə “Qıtal surəsi” də deyilir.

Nəcmləri nəzərə alındığında surənin Mədinə dövrünün müxtəlif zamanlarında endiyi, bəzi bölmələrinin isə Məkkənin fəthindən sonra endiyi anlaşılır. 13-cü ayənin Vida həccindən sonra, Rəsulullahın Məkkədən çıxıb Kəbəyə ağlayaraq baxdığı bir vaxtda endiyinə dair nəqllər məşhurdur. [1]

Surədə ümumi olaraq iman-küfr, mömin-kafir müqayisəsi edilir; küfrün və imanın doğuracağı nəticələr geniş şəkildə açıqlanır. Həmçinin, döyüş, döyüş hüququ və infaq kimi mövzulara toxunulur. Surə ümumi olaraq kafirləri xəbərdar etməyə və möminləri səbata dəvətə yönəlik ismarıclardan ibarətdir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

MƏDİNƏ DÖVRÜ

Nəcm: 580

1İnkar edən və Allahın yolundan ayıran insanlar… Allah onların işlərini azdırdı/boşa çıxardı.

2Və iman edən, düzəltmək yönündə işlər edən və Rəbbi tərəfindən bir haqq olaraq Muhəmmədə endirilənə inanan insanlar… Allah onların pisliklərini örtdü və əhvalını düzəltdi.

3Bu ona görədir ki, kafirlər/inanmayanlar batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

(95/47, Muhəmməd/1–3)

Nəcm: 581

4–6Artıq Allahın tanrılığına və rəbbliyinə inanmayan kimsələrlə qarşılaşdığınız/döyüşdüyünüz zaman dərhal vuruş…/ölümünəcən döyüş. Sonra onlara üstün gəldiyiniz zaman dərhal bağı sıx bağlayın/sağlam qərarlar alın. Sonra hərb – pozuculuq işi ağırlıqlarını atıb, döyüş bitincə də onları ya qarşılıqsız olaraq, ya da qurtarmaq üçün əvəz/fidyə müqabilində azad edin. Bax budur! Əgər Allah diləsəydi, əlbəttə, onları cəzalandırıb, ədaləti bərqərar edərdi. Lakin, belə olması sizi bir-birinizlə sınamaq üçündür. Allah yolunda öldürülən/öldürən/döyüşən insanlara gəlincə, artıq Allah onların əməllərini qətiyyən boşa çıxarmaz. Allah onları bələdçiləyəcək, vəziyyət­lə­rini düzəldəcək və onları özlərinə tanıtdığı cənnətə daxil edəcəkdir.

(95/47, Muhəmməd/4–6)

Nəcm: 582

7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır.

10Yaxşı onlar yer üzündə yolçuluq etmədilərmi? Beləcə, özlərindən öncəkilərin aqibəti necə olmuşdur, bir görsünlər. Allah onları yerlə bir etdi. Bu kafirlərə də onların bənzərləri vardır.

13Və qüvvətcə səni çıxaran şəhərdən daha şiddətli necə şəhərlər… Onları dəyişikliyə/dağıntıya uğratdıq. Belə ki, özləri üçün köməkçi deyə bir şey olmadı.

12Şübhəsiz ki, Allah iman edib saleh əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edir. İnkar edənlər isə qazanc əldə edirlər və ətindən, südündən yararlanılan heyvanların yeməsi kimi yeyirlər… Atəş də onlar üçün bir qonaqlama yeridir.

11Bax budur, möminlərin bəxtiyarlığı, kafirlərin pərişanlığı… Şübhəsiz ki, bu ona görədir ki, İman edən kimsələrin kömək edəni, yol göstərəni, qoruyan yaxını Allahdır. Kafirlərin/inanmayanların isə kömək edəni, yol göstərəni, qoruyan yaxını deyə bir şey yoxdur.

(95/47, Muhəmməd/7–10, 13, 12, 11)

Nəcm: 583

14,15Yaxşı, Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır.

(95/47, Muhəmməd/14–15)

Nəcm: 584

16Onlardan sənə qulaq asanlar da vardır. Belə ki, onlar sənin yanından çıxdıqları zaman, özlərinə bilik verilmiş kimsələrə: “O, az öncə nə dedi?” – dedilər. Bax budur, onlar Allahın qəlblərini damğaladığı və öz boş – dünyəvi arzularına uyan kimsələrdir.

17Və bələdçiləndikləri doğru yola girən kimsələr – Allah onlara doğru yollarını yaxşılaşdırmış və onlara Allahın qoruması altına girməyi nəsib etmişdir.

18Artıq onlar qiyamətin qopma anının özlərinə qəflətən gəlməsindən başqasınımı gözləyirlər? Bax budur, şübhəsiz ki, o qiyamətin əlamətləri gəlmişdir. Artıq o, özlərinə gəldiyi zaman onların öyüd alması, onlar üçün nəyi ifadə edər ki?!

19Belə isə, şübhəsiz, Allahdan başqa tanrı deyə bir varlığın olmadığını bil! Öz günahın üçün, mömin kişilər və mömin qadınlar üçün bağışlanma dilə. Və Allah sizin gəzib-dolaşdığınız yeri və durduğunuz yeri bilir.

(95/47, Muhəmməd/16–19)

Nəcm: 585

20,21İman edən kimsələr: “Kaş ki, bir surə endirilsə..”. – deyərlər. Amma qanunlarla yüklənmiş bir surə endirildiyi və içərisində döyüş anıldığı zaman qəlblərində xəstəlik olanların/düşüncəsi, inancı pozuq olanların ölüm qorxusu ilə huşunu itirən birinin baxdığı kimi sənə baxdığını görərsən. Artıq itaət və adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən söz onlara daha yaxındır. Sonra iş qətiləşincə… Artıq Allaha sədaqət göstərsəydilər, qətiliklə özləri üçün daha xeyirli olardı.

22Yaxşı, siz idarəçiliyi ələ keçirərsinizsə, yer üzündə qarışıqlıq çıxarmağı və əqrəbalıq bağlarınızı parça-parça etməyimi umdunuz?

23Bax budur, onlar Allahın özlərini kənarlaşdırdığı, sonra qulaqlarını kar, gözlərini kor etdiyi kimsələrdir.

24Yaxşı, onlar Quranı düşünmürlərmi? Yoxsa qəlbləri üzərində kilidlərimi var?

25Şübhəsiz ki, doğru yol özlərinə açıq-aşkar bəlli olduqdan sonra yenidən geriyə – küfrə dönən kimsələr… Şeytan onlara xoş bir şey olaraq göstərmiş və onları uzun əməllərə düşürmüşdür.

26Bu onların Allahın endirdiyini bəyənməyən kimsələrə: “Bəzi işlərdə biz sizə itaət edəcəyik” – dediklərinə görədir. Halbuki Allah onların gizlətdiklərini bilir.

27Yaxşı, vəzifəli güclər onların üzlərinə və arxalarına vuraraq, onlara keçmişdə etdiklərini və etməli olduğu halda etmədiklərini bir-bir xatırlatdırarkən necə olacaq?

28Bu, onların Allahı qəzəbləndirən şeylərə uyduqları və Onun rızasını bəyənmədik­lə­rin­ə görədir. Artıq Allah onların əməllərini boşa çıxarmışdır.

29Yoxsa qəlblərində xəstəlik olan/düşüncəsi pozulmuş kimsələr Allahın özlərinin kinlərini qətiyyən ortaya çıxarmayacağınımı sandılar?

30Əgər Biz diləsəydik, əlbəttə, onları sənə göstərərdik. Sonra da sən onları nişanlarından tanıyardın. Yenə də sən onları sözlərinin üslubundan, əlbəttə, tanıyar­san. Allah isə işlərinizi bilir.

31Və qətiliklə Biz içinizdən çalışaraq cəhd edənləri və səbr edənləri bildirməyimiz/işarələyib göstərməyimiz üçün sizi əziyyətlərə salacağıq/sınağa çəkəçəyik. Xəbərlərinizi də əziyyətlərə salacağıq/sınağa tabe edəcəyik.

32Şübhəsiz ki, Allahın tanrılığına və rəbbliyinə inanmayan, Allahın yolundan ayıran və özlərinə doğru yol açıq şəkildə bəlli olduqdan sonra, Elçiyə qarşı çıxan bu kimsələr… Onlar  Allaha heç bir şəkildə zərər verə bilməzlər. Və Allah onların işlərini boşa çıxaracaqdır.

(95/47, Muhəmməd/20–32)

Nəcm: 586

33Ey iman edənlər! Allaha itaət edin, Elçiyə itaət edin və əməllərinizi boşa çıxarmayın.

34Şübhəsiz ki, küfr edən/inanma­yan, Allahın yolundan azdıran, sonra da küfr edən biri olaraq ölən kimsələr… Artıq qətiyyən, Allah onlara mağfirət et­mə­yə­cək­dir/onları bağışlamaya­caq­dır.

35Belə isə ruhdan düşməyin/əl-qolunuz boşalmasın və siz üstün ikən sülh təklif etməyin. Allah da sizinlə birlikdədir. Və Allah sizin əməllərinizi qətiyyən əskiltməyəcəkdir.

36Şübhəsiz ki, bu dünyadakı adi həyat ancaq bir oyun və əyləncədir. Əgər iman edər və Allahın qoruması altına girərsinizsə, Allah sizə mükafatlarınızı verər, sizdən mallarınızı da istəməz.

37Əgər Allah sizdən mallarınızı istəyərək, sizi məcbur etsəydi, xəsislik edərdiniz. Sizin kinlərinizi də çıxarardı.

38Bax budur, sizlər Allah yolunda xərcləməyə çağırılan kimsələrsiniz. Belə olduğu halda sizdən bəziləri xəsislik edir. Və kim xəsislik edərsə, artıq öz nəfsini/mənliyini isbat etmiş olur. Və Allah zəngindir, siz isə yoxsullarsınız. Əgər siz üz çevirərsinizsə, Allah yerinizə sizdən başqa bir cəmiyyət gətirər. Sonra onlar sizin bənzərləriniz olmazlar.

(95/47, Muhəmməd/33–38)

TƏHLİL:

1İnkar edən və Allahın yolundan ayıran insanlar… Allah onların işlərini azdırdı/boşa çıxardı.

2Və iman edən, düzəltmək yönündə işlər edən və Rəbbi tərəfindən bir haqq olaraq Muhəmmədə endirilənə inanan insanlar… Allah onların pisliklərini örtdü və əhvalını düzəltdi.

3Bu ona görədir ki, kafirlər/inanmayanlar batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

Bu ayələrdə insanların əməllərinin boşa getməsinin və ya dünya və axirətdə yararlı olmasının səbəbləri bəyan edilir. Ayələrdən açıq şəkildə anlaşılır ki, Allah kimsəyə zülm etmir, əməllərin yararsız olması insanın səhvlərindən qaynaqlanır. Həmçinin, inananların pisliklərinin örtülməsi, vəziyyətlərinin düzəldilməsi/ nemətlərə qovuşdurulması da iman və qeyrətlərinin nəticəsidir. Allah, iman və salihat işləyənlərə, haqq etdiklərindən artıq mükafat da verir.

1-ci ayədə İnkar edən və Allahın yolundan uzaqlaşdıran kimsələr ifadəsiylə küfr etməklə kifayətlənməyib başqalarını da küfrə təşviq edən və insanları Allahın yolundan uzaqlaşdıran bir kütlədən bəhs edilmişdir. Allahın yolundan uzaqlaşdıran kimsələr “insanların iman etməsinə mane olan, inananlara işgəncə edən, insanları haqqa dəvət edən Elçini və digər dəvətçiləri çətinliyə salan kimsələr” olaraq anlaşıla bilər.

Budur bunların etdikləri yaxşı, ya da pis işlərin hamısı boşa gedir. Onların əməllərinin boşa getməsi iki yönlü olaraq ələ alına bilir:

1) Dünyadaki pis planları/küfr fəaliyyətləri;

2) Dünyadakı göstəriş üçün etdikləri sosial yardımlar və s.

Bir çox ayədə müşriklərin münafıq və kafirlərin Allahın nurunu söndürə bilmək üçün; Elçini və möminləri öldürmək, insanların İslama girmələrinə mane olmaq… qısaca Allahın dinini ortadan qaldırmaq üçün fəaliyyət göstərdikləri və göstərəcəkləri, lakin bunu bacara bilməyəcəkləri ifadə edilmişdir: Tövbə/32; Fil/1-5; Furqan/23; Al-i İmran/21-22, 12, 120; Bəqərə/217; Ənfal/30,36-37; Saffat/114-116; Sad/9-11; Fatir/10, Yunus/21; Tarıq/16; Ənbiya/70; Saffat/98; Tur/42; 46; Al-i İmran/183 və Saff/8.

Tarix də kafirlərin planlarının boşa çıxdığına, sonunda məğlubiyyətə uğradıqlarına şahiddir. Bu xüsusa 10-13-cü ayələrdə də toxunulmuşdur. Allahın möminlərə yardım etdiyi və edəcəyi də onlarla ayədə (Mücadilə/21; Saffat/171-173; Həcc/50; Ənkəbud/7) zikr edilmişdir.

Kafirlər də göstəriş və sərmayə üçün bir sıra yaxşı şeylər edirlər, ancaq bunlar heç bir işə yaramayacaq, özlərinə bir fayda verməyəcəkdir:

  • 1Axirətdə hər kəsin yaxşı və ya pis, etdiklərinin qarşılığını görməsini/Allahın sosial nizamı müəyyən edən qanunlarını inkar edən bu insanı gördünmü/heç düşündünmü? 2,3Bax, elə odur, yetimi itələyib, elədiyini başına qaxan və yoxsulu doyuzdurmaq barədə düşünüb – düşündürməyən.
  • 4–7Artıq, salaatlarında laqeyd, duyğusuz, göstəriş olsun deyə salaat edən və adi bir ev əşyalarının belə, bir ehtiyacı olana çatmasına mane olan insanların, vay halına! Maun/1-7)
  • 117Onların bu bəsit dünya həyatında xərclədiklərinin vəziyyəti şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə isabət edərək, onları dəyişikliyə/dağıntıya uğradan, içində qovurucu soyuğu olan küləyin vəziyyəti kimidir. Və Allah onlara haqsızlıq etmədi. Lakin, onlar şərik qoşmaqla özlərinə haqsızlıq edirlər. (Al-i İmran/117)
  • 67Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar – pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər və əllərini bərk tutarlar/xəsislik edərlər. Allahı tərk edərlər, buna görə də Allah da onları tərk edər. Həqiqətən də münafiqlər haqq yoldan çıxmış insanların məhz özləridir.
  • 68Allah münafiq kişi və münafiq qadınlara və kafirlərə/inanmayanlara, içində təməlli qalacaqları cə­hənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah onları kənarlaşdırıb mər­hə­mətindən məhrum buraxmışdır! Və onlara qalıcı bir əzab vardır.
  • 69Siz də eynilə özünüzdən öncəki, sizdən daha güclü/qüvvətli, mal və övladca siz­dən daha varlı və həmçinin paylarına düşən qədər yararlanan insanlar kimi­si­niz. Bax budur, siz də sizdən öncəkilər paylarına düşən qədərlə necə yararlanmaq is­tə­dilərsə, siz də onlar kimi payınıza düşən qədərlə yararlanmaq istədiniz. Siz də qərq olanlar kimi qərq oldunuz. Budur, bunların dünyada və axirətdə əməlləri puça çıxdı və budur, bunlar itkiyə/zərərə uğrayıb, acı çəkən məhz özləridir. (Tövbə/67-69)

Həmçinin, Zühruf/74-76; Ənam/88; Maidə/5, 53; Hud/15-16, 101; Kəhf/105; Bəqərə/212; Əraf/147 və Zümər/65, 66-ya baxıla bilər.

4–6Artıq Allahın tanrılığına və rəbbliyinə inanmayan kimsələrlə qarşılaşdığınız/döyüşdüyünüz zaman dərhal vuruş…/ölümünəcən döyüş. Sonra onlara üstün gəldiyiniz zaman dərhal bağı sıx bağlayın/sağlam qərarlar alın. Sonra hərb – pozuculuq işi ağırlıqlarını atıb, döyüş bitincə də onları ya qarşılıqsız olaraq, ya da qurtarmaq üçün əvəz/fidyə müqabilində azad edin. Bax budur! Əgər Allah diləsəydi, əlbəttə, onları cəzalandırıb, ədaləti bərqərar edərdi. Lakin, belə olması sizi bir-birinizlə sınamaq üçündür. Allah yolunda öldürülən/öldürən/döyüşən insanlara gəlincə, artıq Allah onların əməllərini qətiyyən boşa çıxarmaz. Allah onları bələdçiləyəcək, vəziyyət­lə­rini düzəldəcək və onları özlərinə tanıtdığı cənnətə daxil edəcəkdir.

Yuxarıdakı ayələrdə, inkar edən və Allahın yolundan çəkindirmək üçün cəhd edənlərin, əməklərinin boşa gedəcəyi ifadə edildikdən sonra, Allahın verdiyi vədi nəzərə alaraq möminlərin Allah yolunda döyüşərkən kafirlərin boyunlarını vurmaları, zəfərə çatıldığı zaman bağı sıx bağlamaları, sonra da onları qarşılıqsız, ya da fidyə qarşılığında sərbəst buraxmaları istənilir. Həmçinin, Əgər Allah diləsəydi, əlbəttə, onları cəzalandırıb, ədaləti bərqərar edərdi. Lakin, belə olması sizi bir-birinizlə sınamaq üçündür ifadəsiylə möminlərin zehnində meydana çıxan, “Allah bunları niyə etdirir ki?” tərzindəki suallar da aradan qaldırılır:

  • 142Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız? (Al-i İmran/142)
  • 14,15Onlarla döyüşün ki, Allah sizin əllərinizlə onları cəzalandırsın və onları rüsvay etsin. Sizi də onlara qarşı müzəffər etsin və mömin bir qövmün qəlblərinə şəfa versin, qəlblərinin kinini aradan qaldırsın. Allah dilədiyinin tövbəsini də qəbul edər. Və Allah çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlamlaşdırandır. (Tövbə/14, 15)

Ayədəki “boyunlarını vurun…” ifadəsi, “döyüş əsnasında mərhəmət etmədən düşmənin öldürülməsi”ni ifadə edir. Bunlar isə, Allahın dininin yayılmasına mane olan, Rəsulullah və inananları ortadan qaldırmağa çalışan kafirlərdir. Bu şərtlər altında onların əsir götürülməsi belə qadağan olunmuşdur:

  • 67Yer üzündə öz sanbalını nümayiş etdirmədikcə/döyüşdə qəti və tam üstünlük əldə etmədikcə, özünə əsirlər götürməsi heç bir peyğəmbərə uyğun deyildir. Siz dünya genişliyini istəyərsiniz, Allah da axirəti istəyər. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Ənfal/67)

Bədirdə alınan əsirlərin öldürülmələri, fidyə qarşılığında sərbəst buraxılmalarından daha uyğun idi; çünki o şərtlərdə Məkkəli müşrikləri fidyə qarşılığında sərbəst buraxmaq, keçici dünya malını istəməkdən başqa bir şey deyildi. Halbuki Müsəlmanlar qalıcı olan axirəti, dünya malından üstün tutmalı idilər.

Sülh şəraitində kimsə öldürüləməyəcəyi kimi, döyüşə qatılmayanlar da öldürülməz. Allahın izin verdiyi döyüş fitnənin və tövhidə qarşı yürüdülən düşmənçilik və hərəkatın ortadan qaldırmasına yönəlikdir. Bu xüsus, bir çox ayədə bəyan edilmişdir:

  • 190Və sizinlə döyüşən insanlarla Allah yolunda döyüşün – ölün, öldürün. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.
  • 191Və onları harada yaxalayarsınızsa, öldürün. Çıxardıqları yerdən siz də onları çıxarın. Və insanları dindən çıxarmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha dəhşətlidir. Məscid-i Haram – toxunulmaz ilahiyyat təhsil mərkəzi yanında onlar, orada sizinlə döyüşmə­dikcə də, onlarla döyüşməyin. Buna baxmayaraq, onlar sizinlə döyüşsələr, dərhal onları öldürün. Kafirlərin cəzası bax budur, belədir.
  • 192Bununla bərabər, əgər əl çəkərlərsə, bilin ki, şübhəsiz ki, Allah, çox bağışlayandır, çox mərhəmət edəndir.
  • 193Həmçinin insanları dindən çıxarmaq – ortaq qoşmağa sürükləmək fəaliyyəti qalmayana qədər, din yalnız Allahın oluncaya qədər onlarla döyüşün. Əgər əl çəkərlərsə, öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlərdən başqasına düşmənçilik yoxdur. (Bəqərə/190-193)

39Və insanları dindən çıxarma fəaliyyəti sona çatıb, din tamamilə Allahın oluncaya qə­dər, onlarla döyüşün. Artıq əl çəkərlərsə, bilinsin ki, şübhəsiz, Allah onların et­dik­lərini ən yaxşı görəndir.  (Ənfal/39)

Bu ayələrin enmə səbəbiylə əlaqədar aşağıdakı məlumat verilmişdir:

Katade dedi ki: Bizə nəql edildiyinə görə, bu ayə-ti kərimə, Rəsulullah (s.ə.s) dağ keçidində ikən Uhud günü enmişdir. O sırada aralarında həm yaralılar, həm də öldürülənlər xeyli çox idi. Müşriklər belə demişdilər: Ucal, ey Hubel. Müsəlmanlar da belə cavab vermişdilər: Allah ən uca və ən böyükdür. Bundan sonra Müşriklər belə dedilər: Bu gün Bədir Gününə qarşılıq olsun, əslində elə döyüş bir o tərəfə, bir bu tərəfə dönər. Peyğəmbər (s.ə.s) də Müsəlmanlara belə cavab vermələrini əmr etdi: Bərabərlik yoxdur. Bizim ölülərimiz Rəbbləri qatında diridir, ruzilənirlər. Sizin ölüləriniz isə cəhənnəm atəşində əzablanırlar. Bundan sonra müşriklər belə dedilər: Bizim Uzzamız var, sizin isə Uzzanız yoxdur. Müsəlmanlar belə cavab verdilər: Allah bizim mövlamızdır, sizin isə mövlanız yoxdur. [2]

6-cı ayədə, O [Allah], onları bələdçiləyəcək, vəziyyət­lə­rini düzəldəcək və onları özlərinə tanıtdığı cənnətə daxil edəcəkdir buyurmuşdur, çünki cənnət daha əvvəl bir çox ayədə tanıdılmışdı:

  • 133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir? – etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər. (Al-i İmran/133-135)
  • 68–70”Ey ayələrimizə iman etmiş və Müsəlman olmuş qullarım! Bu gün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Siz və zövcələriniz izzət sahibi olanlar olaraq, girin cənnətə! 71–73Allahın qoruması altına girənlərin ətraflarında qızıl qablar, qədəhlər gəzdirilir. Orada nəfslərin arzu edəcəyi, gözlərin zövq ala biləcəyi hər şey vardır. Və siz, orada həmişəlik qalacaqsınız. Və bax budur, bu etdiyiniz əməllərə görə, özünə son sahib edildiyiniz cənnətdir. Orada sizin üçün bir çox meyvələr vardır. Onlardan yeyəcəksiniz”. (Zühruf/68-73)

Bu surənin 15-ci ayəsində də cənnət belə tanıdılmışdır: Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır.

Cənnətin təsviri ilə əlaqədar bir çox bölmə vardır: Vaqeə/15-38; Duhan/51-57; Zühruf/71-73; Fatir/32-33; Nəbə/31-37.

7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır.

Bu ayələr, surənin girişindəki ayələrin bir açılışı mahiyyətindədir. Burada Allah, möminlərdən gözləntilərini açıqlamış, ardından da vəzifələrini və onları gözləyən nəticələri bildirmişdir. Daha sonra da kafirlərin aqibəti və bu pis aqibətin səbəbini bəyan etmişdir.

7-ci ayədəki “Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar ifadəsi Allahın köməyinin, Allaha kömək etməyə bağlı olduğunu göstərir. Buradakı “Allaha kömək” demək “Allahın dininin ucalması üçün malıyla canıyla Allah yolunda səy göstərmək, lazım gəldiyində də canını fəda etmək”dir.

Bu ayənin bir bənzəri də Saff surəsində yer alır:

  • 14Ey iman edənlər! Allahın köməkçiləri olun! – Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi. Həvarilər: “Allahın köməkçiləri bizik” – demişdilər. Sonra İsrailoğullarından bir zümrə inandı, bir zümrə inanmadı. Sonra da Biz inanmış insanları, düşmənlərinə qarşı gücləndirdik və onlar üstün gəldilər.        (Saff/14)

Saff/14-də bəhs edilən İsa Peyğəmbərin ətrafındakıları Allaha köməyə dəvəti və bunun nəticəsi Al-i İmran surəsində belə keçmişdi:

  • 52,53Sonra İsa onlardan küfrü sezincə: Allah yolunda mənim köməkçilərim kimlərdir?” – dedi. Həvarilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman etdik, bizim şübhəsiz ki, müslimlər olduğumuza şahid ol. Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə bərabər yaz” – dedilər.
  • 54Və inanmayanlar pis plan qurdular, Allah da onların pis planlarını boşa çıxardı. Və Allah, pis planları boşa çıxaranların ən xeyirlisidir. (Al-i İmran/52-54)

Daha əvvəl geniş şəkildə açıqladığımız kimi, İsanın həvariləri Allah üçün mallarını və canlarını fəda edəcəklərini ifadə etmişlər və İsa Peyğəmbəri öldürməyə gələnlərə qarşı da içlərindən biri: “Mən İsayam” – deyə irəli çıxaraq, İsanın yerinə canını vermişdir. Bu xüsusu Al-i İmran/52 və Nisa/157-nin təhlillərində açıqlamışdıq.

Burada verilən ismarıc da, Allah üçün canını verə biləcək insanların olması vacibliyidir. Çünki Allah üçün can verəcək insanlar olmazsa, yer üzündə nizamdan bəhs edilə bilməz:

  • 39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.

Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.

Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir.  (Həcc/39-41)

9-cu ayədə, “Artıq O [Allah] da onların əməllərini boşa çıxarmışdır” ifadəsiylə bəhs edilən nəticə ilk ayələrdə də bəhs edilmiş və yuxarıda incəlikləri verilmişdir.

10Yaxşı onlar yer üzündə yolçuluq etmədilərmi? Beləcə, özlərindən öncəkilərin aqibəti necə olmuşdur, bir görsünlər. Allah onları yerlə bir etdi. Bu kafirlərə də onların bənzərləri vardır.

13Və qüvvətcə səni çıxaran şəhərdən daha şiddətli necə şəhərlər… Onları dəyişikliyə/dağıntıya uğratdıq. Belə ki, özləri üçün köməkçi deyə bir şey olmadı.

12Şübhəsiz ki, Allah iman edib saleh əməllər edənləri altından çaylar axan cənnətlərə daxil edir. İnkar edənlər isə qazanc əldə edirlər və ətindən, südündən yararlanılan heyvanların yeməsi kimi yeyirlər… Atəş də onlar üçün bir qonaqlama yeridir.

11Bax budur, möminlərin bəxtiyarlığı, kafirlərin pərişanlığı… Şübhəsiz ki, bu ona görədir ki, İman edən kimsələrin kömək edəni, yol göstərəni, qoruyan yaxını Allahdır. Kafirlərin/inanmayanların isə kömək edəni, yol göstərəni, qoruyan yaxını deyə bir şey yoxdur.

Bu paraqrafda texniki və semantik nöqteyi nəzərdən çətinliklər olduğu üçün ayələri fərqli tərtib etdik. Çünki 11-ci ayədəki zalikə ədatıyla işarə edilən gələcək ayələrdəki ifadələr deyil, keçmiş ayələrdəki ifadələrdir. Halbuki əlimizdəki Rəsmi Düzülüşün tərtibində, özündən sonrakı ayələrin ifadələrinə də işarə olacaq bir tərtib edilmişdir ki, bu texniki olaraq mümkün deyildir, dilçiliyə ziddir. Həmçinin, 11-ci ayə mövcud Rəsmi Düzülüşdəki yerində olduğunda, [ذلك zalikənin] mənası anlaşılmır.

Bu ayələrdə kafirlərin tarixdən ibrət almaları istənilir. Çünki tarix say və təchizat sarıdan çox güclü olan kafirlərin az sayda möminlər qarşısında Allahın köməyi ilə məğlubiyyətə uğradıqlarına şahiddir. Bunun səbəbi olaraq Allah tərəfındən “Allahın iman edən kimsələrin mövlası olması, inkar edənlər üçün mövla olmaması” bildirilir.

Mövla sözü Əraf/3 [3] və Ənam/4-də [4] qeyd etdiyimiz kimi, vəli sözü ilə eyni mənalı olub, “yaxın olan, kömək edən, qoruyan və yol göstərən” deməkdir. Biriləri qulları mövlalaşdırsa da, Allahdan başqalarına “mövla, mövlana” desə də, əsl mövla Allahdır. Qullara, Allahdan başqa kimsədən xeyir gəlməz.

Allahı buraxıb, başqa birilərini mövlalaşdıran və onların qoltuğuna sığınanlar özlərini əsla qurtara bilməzlər:

  • 61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilir­lər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”. (Ənam/61, 62)
  • 40Və əgər onlar geri çəkilərlərsə, artıq siz, şübhəsiz ki, Allahın kömək edən, yol göstərən, qoruyan yaxınınız olduğunu bilin. O, nə gözəl köməkçi, yol göstərici, qoruyucu yaxın, nə gözəl dəstəkləyəndir! (Ənfal/40)
  • 77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir! (Həcc/77, 78)
  • 11–13İnsanlardan kimi də Allaha qeyri-müəyyən bir tərəf üzərində/qərarsız, konkret cizgisiz bir şəkildə qulluq edər. Ona görə də əgər özünə bir yaxşılıq gələrsə, onunla zeh­nindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşmuş olur. Və əgər özünə bir sosial yanğın/sıxıntı gələrsə, üzüüstə dönür. O, dünyanı da, axi­rə­ti də məhv etdi. Bax budur, bu, açıq-aşkar itkinin məhz, özüdür. O, Allahın yarat­dıq­la­rın­dan özünə zərər və mənfəət verə bilməyəcək şeylərə yalvarır. Bax budur, bu, çox uzaq azğınlığın məhz özüdür. O, zərəri faydasından daha yaxın olana yalvarır. Yal­var­dığı o şey nə pis köməkçi, nə pis qoruyucu və nə pis yoldaşdır. (Həcc/11-13)
  • 14,15Onlara: “Biz sizinlə bərabər deyildikmi?” – deyə səslənirlər. Möminlər: “Bəli, amma siz öz canlarınızı atəşə atdınız, gözlədiniz, şübhəyə düşdünüz və sayıqlamalar si­zi aldatdı. Sonunda Allahın əmri gəlib çatdı. O, çox aldadan isə sizi Allah ilə al­dat­dı. Bu gün artıq sizdən qurtarmaq üçün fidyə alınmaz, kafirlərdən də. Sizin çatacağınız yer atəşdir. O, sizə ya­ra­şan­dır. O, nə pis bir dönüş yeridir!” (Hədid/14, 15)

12-ci ayədə kafirlər üçün “İnkar edən kimsələr isə qazanc əldə edirlər və heyvanların yediyi kimi yeyirlər; atəş də onlar üçün bir qonaqlıq yeridir” buyurularaq kafirlərin düşüncəsizliyi ortaya qoyulmuşdur. Yəni kafirlər ağılsız, şüursuz heyvanlar kimi, kainat haqqında araşdırma etməzlər, yedikləri ruzinin kimdən və nə üçün gəldiyini düşünməzlər, sadəcə qazanır və yeyirlər.

Bu ayə qrupunun səbəb-i nüzuluna dair belə nəql edilmişdir:

Katade və İbn Abbas dedi ki: Peyğəmbər (s.ə.s) Məkkədən çıxıb mağaraya doğru gedərkən, Məkkə tərəfinə döndü və Məkkəyə xitabən: “Sən Allahın ən çox sevdiyi şəhərsən. Mənim də ən sevdiyim şəhər sənsən, əgər sənin əhalin olan müşriklər məni çıxartmamış olsaydılar, mən də səndən çıxmazdım” – dedi. Bundan sonra bu ayə-ti kərimə nazil oldu. [5]

Ayələr bu hadisə ilə əlaqədar qəbul edilərsə və “qüvvətcə, səni çıxaran şəhərdən daha güclü necə şəhərlər; onları həlak etdik. Belə ki, özləri üçün köməkçi deyə bir şey olmadı” ifadəsiylə Rəsulullaha müjdə verilir ki, kafirlər daima həlak olacaq, möminlər isə zəfər qazanacaqlar.

14,15Yaxşı, Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır.

Bu ayə qrupunda, həyatını Allahın açıq-aşkar dəlilləri üzərinə quran möminlərlə işinin pisliyi özünə bəzəkli göstərilən və istəklərinə uyan, nəticədə də əbədi olaraq atəşə girib, içdiyi qaynar su ilə bağırsaqları parça-parça olan kimsələrin bərabər olmadığı, olmayacağı bəyan edilmişdir:

  • 20Atəşin əhli və cənnətin əhli eyni olmaz. Cənnət əhli xilas olanların məhz özləridir.(Həşr/20)

Burada xüsusilə kafirlərin bəzəyə aldanmalarına vurğu edilmişdir ki, bəzəyə aldanaraq gələcəklərini təhlikəyə atmamaları yönündə kafirlərə bir çox xəbərdarlıq edilmişdir:

  • 7Kafirlər… Onlar üçün şiddətli bir əzab vardır. İman etmiş və quruculuq yolunda fəaliyyət göstərənlər – onlar üçün bir bağışlanma və böyük bir mükafat vardır. 8Onun üçün, pis əməli özünə bəzəkli göstərilən, sonra da onu gözəl görən insanmı? Şübhə yox ki, Allah dilədiyini/diləyəni çaşdırar, dilədiyinə/diləyənə də bələdçilik edər. Onun üçün canın onlara qarşı həsrətlərlə/kədərlərlə sıxılmasın. Şübhəsiz ki, Allah onların etməkdə olduqlarını çox yaxşı bilir. (Fatir/7, 8)
  • 43Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilərmi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cəzbedici göstərdi. (Ənam/43)
  • 63Allaha and olsun ki, Biz qətiliklə səndən öncə bəzi ümmətlərə elçilər göndərdiksə də, şeytan onlara əməllərini bəzəyib, bəzəkli göstərdi. Bax budur, o şeytan bu gün onların qoruyucu, yol göstərici yaxınıdır. Və onlar üçün acı bir əzab vardır. (Nəhl/63)
  • 22–26Sonra, çox gözləmədən Hüthüt gəldi və: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Səbadan sənə çox doğru və mühüm bir xəbər gətirdim. Şübhəsiz ki, Səbalılara hökmdarlıq edən, özünə hər şeydən verilmiş və çox böyük bir taxta sahib olan bir qadın gördüm. Onu və qövmünü Allahın yaratdığı sərvətlərdən Günəşə bo­yun əyib, təslimiyyət göstərərkən/sitayiş edərkən gördüm. Şeytan da göylərdə və yer­də gizlənəni açığa çıxaran, gizlətdiyinizi və açıqladığınızı bilən Allaha boyun əyib, təslimiyyət göstərməsinlər/qulluq etməsinlər deyə, özlərinə etdiklərini təmtəraqlı gös­tərmiş və onları doğru yoldan azdırmışdır. Buna görə də onlar bələdçilənən doğru yolu tapa bilmirlər. Allah Özündən başqa tanrı deyə bir şey olmayandır, bö­yük ərşin sahibidir” – dedi. (Nəml/22-26)

Sonra da təqva sahiblərinə vəd edilən cənnət nümunə göstərilir:

  • 35Allahın qoruması altına girənlərə söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, onlara nəsib edilən – meyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girənlərin aqibətidir. Kafirlərin aqibəti isə atəşdir. (Rad/35)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)

Mövzumuz olan ayədə, cənnətdə ikram ediləcək olan içkilər, “Orada pozulmayan təmiz sudan bulaqlar, dadı dəyişilməyən süddən bulaqlar, içənlərə ləzzət verən şərabdan bulaqlar və süzmə baldan bulaqlar vardır” şəklində xarakterizə edilmişdir.

Daha əvvəl cənnətdəki içkilərin başqa xüsusiyyətləri də bildirilmişdi:

  • 41–49Bax budur, Allahın arıdılmış qulları! Onlar özləri üçün müəyyən bir ruzi, meyvələr olan­lardır. Bol nemət cənnətlərində qarşılıqlı olaraq taxtlar üzərində ikram görən­lərdir. İçənlərə ləzzət verən, bulaqdan doldurulmuş, özündə zərərli bir tərəfi olmayan, sərxoşluq da verməyən ağappaq bir qədəhlə onların ətrafında dolaşılır. Yanlarında da gözlərini özlərinə dikmiş iri gözlülər vardır. Qorunmuş yumurta kimidir onlar. (Saffat/41-49)

Burada diqqət çəkən xüsus, edilən bu cənnət təsvirləri üçün “cənnətin məsəli/örnəyi” deyilməsidir. Bundan anlaşılan odur ki, cənnətin gerçəyini anlamağa insanın imkanı çatmaz. Ona görə də nümunə göstərilir. Buradan hərəkətlə, cəhənnəm təsvirlərinin də nümunə göstərmək olduğunu söyləyə bilərik.

16Onlardan sənə qulaq asanlar da vardır. Belə ki, onlar sənin yanından çıxdıqları zaman, özlərinə bilik verilmiş kimsələrə: “O, az öncə nə dedi?” – dedilər. Bax budur, onlar Allahın qəlblərini damğaladığı və öz boş – dünyəvi arzularına uyan kimsələrdir.

17Və bələdçiləndikləri doğru yola girən kimsələr – Allah onlara doğru yollarını yaxşılaşdırmış və onlara Allahın qoruması altına girməyi nəsib etmişdir.

18Artıq onlar qiyamətin qopma anının özlərinə qəflətən gəlməsindən başqasınımı gözləyirlər? Bax budur, şübhəsiz ki, o qiyamətin əlamətləri gəlmişdir. Artıq o, özlərinə gəldiyi zaman onların öyüd alması, onlar üçün nəyi ifadə edər ki?!

19Belə isə, şübhəsiz, Allahdan başqa tanrı deyə bir varlığın olmadığını bil! Öz günahın üçün, mömin kişilər və mömin qadınlar üçün bağışlanma dilə. Və Allah sizin gəzib-dolaşdığınız yeri və durduğunuz yeri bilir.

Bu paraqrafda, Rəsulullahın ətrafındakı inancsız bir qrup deşifrə edilir ki, bunlar Əhl-i Kitabdan birindən, Abdullah ibn Səlamdan: “indi nə dedi? – deyə soruşan münafiqlərdir. Bunlar Tövbə surəsində də belə deşifrə edilmişdilər:

  • 123Ey iman edənlər! İnkarçılardan təhlükə yaradanlarla döyüşün və sizdə bir sərtlik görsünlər. Və şübhəsiz ki, Allahın Öz qoruması altına girmiş insanlarla birlikdə olduğunu bilin.
  • 124Və bir surə endirildiyi zaman içlərindən biri: “O endirilmiş surə hansınızı iman sarıdan gücləndirdi?” – deyər. Lakin, iman edənlərə gəlincə, o enən surə onları iman sarıdan gücləndirmişdir və onlar həmişəlik olaraq, müjdələnirlər.
  • 125Qəlblərində bir xəstəlik olanlara/təfəkkürü pozulmuş insanlara gəlincə də, onların da pisliklərinin içinə pislik əlavə etmişdir. Və onlar kafir olaraq ölmüşlər. (Tövbə/123-125)

Bunlar deşifrə edildikdən sonra, nümunə olması nöqteyi nəzərindən, “O [Allah], onların hidayələrini artırmış və onlara təqvalarını vermişdir” ifadəsiylə hidayətə çatanlar öyülmüş, ardından da münafiqlərə “Artıq onlar, Saatin [qiyamətin qopmasının] özlərinə qəfildən gəlməsindən başqasınımı gözləyirlər?” sualı yönəldilmiş, sonra da: “Budur, şübhəsiz, onun əlamətləri gəlmişdir. Artıq o [Saat], özlərinə gəldiyi zaman onların öyüd alması onlar üçün nə ifadə edər ki!” – buyurularaq fürsətin qaçmaqda olduğu barədə xəbərdarlıq edilmişdir.

Bu xəbərdarlıqdan sonra yenə Rəsulullahın şəxsində möminlərə xitab edilərək özlərini qurtarmaq üçün tövhiddən azmamaları və Allahdan bağışlanma diləmələri əmr edilmişdir.

Ayədə verilən “Budur, şübhəsiz onun əlamətləri gəlmişdir” ifadəsindəki “əlamətlər”dən məqsəd, “Qiyamətin qopmasının yaxınlaşdığını göstərən əlamətlər”dir. Bunların ən mühümlərindən biri də Muhəmmədin son nəbi olması, artıq nəbi gəlməyəcək olmasıdır. Digər işarələr isə belə bildirilmişdir:

  • 56Bax budur, Quranda izah olunanlar, ilk xəbərdarlıq edənlər kimi bir də xəbərdarlıq edəndir.
  • 57Yaxınlaşacaq olan qiyamət – ölüm yaxınlaşdı. (Nəcm/56-57)
  • 1O saat/qiyamətin qopma anı yaxınlaşdırıldı. Və hər şey açığa çıxarıldı. (Qəmər/1)
  • 1Allahın əmri qətiliklə gələcək. Artıq onun təcili olmasını istəməyin. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir və ucadır. (Nəhl/1)
  • 1İnsanlar üçün hesabları yaxınlaşdı. Onlar isə saymamazlıq edərək, uzaq duran kimsələrdir.(Ənbiya/1)

Ayədəki “öz günahın üçün… bağışlanma dilə” ifadəsi, Rəsulullahın da hər bəşər kimi qüsurlarının olacağını, onun da hər qul kimi Rəbbinin mağfirətinə sığınmalı olduğunu göstərir. Qul olaraq Rəsulullahın bir qüsuru olduğunda Allah onu düzəldir.

ذَنْبٍ Zənb. Ayədəki ümumiyyətlə “günah” olaraq çevrilən söz “ذَنْبٍ” sözü olub, bu sözün öz mənası “quyruq, heç vaxt, adama yük olan, adamı təqib edən, unudulmayan, yox olmayan qəbahət” deməkdir. Bunun içinə küfr, şirk, nifaq, fücur kimi Allaha üsyan əhatəsindəki günahlar girmir. Bu halda Rəsulullahın xalq dilindəki günahla bir əlaqəsi olmur. Burada möminlər üçün də eyni davranışlardan bəhs edilir.

Buna Qurandan nümunələr verilə bilər:

  • 6–8O səni yetim olaraq tapıb sığınacağa qovuşdurmadımı? Səni ən doğru yoldan kənar biri ikən tapıb, ən doğru yola bələdçilik etmədimi? Səni ailənin dolanışıq çətinliyi içində ikən tapıb, zəngin etmədimi? (Duha/6-8)
  • 67Yer üzündə öz sanbalını nümayiş etdirmədikcə/döyüşdə qəti və tam üstünlük əldə etmədikcə, özünə əsirlər götürməsi heç bir peyğəmbərə uyğun deyildir. Siz dünya genişliyini istəyərsiniz, Allah da axirəti istəyər. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
  • 68Əgər Allahdan bir yazı olmasa idi, qətiliklə aldığınız/əldə etdiyiniz/götürdüyünüz şeylərə görə sizə böyük bir əzab toxunardı. (Ənfal/67, 68)
  • 12İndi sən: “Ona bir xəzinə endirilsə, ya da onunla bərabər bir mələk gəlsə idi!” – deyirlər deyə, sənə vəhy olunan vəhyin bir qismini tərk edərsən və buna görə də köksün daralar… Sən yalnız və yalnız bir xəbərdarlıq edənsən. Allah isə hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəklə­yərək həyata keçirəndir. (Hud/12)
  • 1,2Elçi, yanına o kor adam gəldi deyə, sifətini turşutdu və üzünü çevirdi.
  • 3,4Nə bilirsən, bəlkə o da arınıb təmizlənəcək, bəlkə öyüd alar və bu öyüd ona faydalı olar.
  • 5–7Özünün heç nəyə ehtiyacının olmadığını görən o adama gəlincə də… onun arınmamasından sən bir məsuliyyət daşımadığın halda, sən ona yönəlirsən. 8–10Amma! Biliklə, sevgi ilə, hörmətlə ürpərərək, qaça-qaça sənin yanına gələn var ha… sənsə etməkdə olduğun işi daha yaxşı sanaraq, ondan rahatlıqla uzaqlaşırsan. (Əbəsə/1-10)
  • 145Və and olsun ki, sən o Kitab verilmiş insanlara ayələri də gətirsən, yenə də sənin hədəfinə/strategiyana uymazlar. Sən də onların hədəfinə/strategiyasına uyan deyilsən. Onsuz da onlar da bir-birlərinin hədəflərinə/strategiyalarına tabe deyillər. Yenə and olsun ki, sənə gələn bu qədər bilikdən sonra, sən onların boş, dünyəvi arzularına uyarsansa, o zaman heç şübhəsiz, sən öz nəfsinə/mənliyinə haqsızlıq edənlərdən olarsan. (Bəqərə/145)
  • 52Və Allahın rizasını diləyərək səhər-axşam/həmişə dua edən insanları qovma! Onların hesabından sənə heç bir məsuliyyət yoxdur, sənin hesabından da onlara heç bir şey yoxdur. Əgər onları qovarsansa, səhv/öz zərərlərinə iş edənlərdən olarsan! (Ənam/52)
  • 1–3Şübhəsiz ki, Biz, Allah sənin keçmişdə olmuş və gələcəkdə ola bilən günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni ən doğru yola bələdçiləsin və Allah sənə çox güclü bir zəfərlə kömək etsin deyə, sənə açıq-aşkar bir fəthi açdıq.(Fəth/1-3)
  • 1Ey Peyğəmbər! Arvadlarını razı salmaq üçün Allahın halal etdiyi şeyi nə üçün sən özünə haramlaşdırırsan? Və Allah çox bağışlayan, çox mərhəmət edəndir. (Təhrim/1)
  • 43Allah səni əfv etdi. Doğru insanlar sənə yaxşı-yaxşı bəlli oluncaya və sən yalançıları bilincəyə qədər, nə üçün onlara izin verdin? (Tövbə/43)
  • 73Az qalmışdı ki, onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdırsınlar və Ondan başqasını bizə isnad edərək söyləyəsən deyə, səni səhvə sürükləyərək atəşdə yandırsınlar. Bax budur, o təqdirdə səni xəlil/ iz qoyan bir lider edərdilər.
  • 74Və əgər Biz səni möhkəmlətməsəydik, sən onlara bir az da olsa, meyl edərdin.
  • 75O halda sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə heç bir yardımçı da tapa bilməzdin. (İsra/73-75)

18-ci ayədə “Artıq o [Saat], özlərinə gəldiyi zaman, özlərinin öyüd alması, onlar üçün nə ifadə edər ki!” buyrulmuşdur ki, bu xəbərdarlıq daha əvvəl də edilmişdi:

  • 21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?!  (Fəcr/21-23)
  • 52Və onlar: “Ona iman etdik” – dedilər. Lakin, onlara uzaq bir yerdən əl uzatmaq/çata bilmək harada? (Səba/52)

20,21İman edən kimsələr: “Kaş ki, bir surə endirilsə…” – deyərlər. Amma qanunlarla yüklənmiş bir surə endirildiyi və içərisində döyüş anıldığı zaman qəlblərində xəstəlik olanların/düşüncəsi, inancı pozuq olanların ölüm qorxusu ilə huşunu itirən birinin baxdığı kimi sənə baxdığını görərsən. Artıq itaət və adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən söz onlara daha yaxındır. Sonra iş qətiləşincə… Artıq Allaha sədaqət göstərsəydilər, qətiliklə özləri üçün daha xeyirli olardı.

22Yaxşı, siz idarəçiliyi ələ keçirərsinizsə, yer üzündə qarışıqlıq çıxarmağı və əqrəbalıq bağlarınızı parça-parça etməyimi umdunuz?

23Bax budur, onlar Allahın özlərini kənarlaşdırdığı, sonra qulaqlarını kar, gözlərini kor etdiyi kimsələrdir.

Bu ayələrdə sözdə iman edənlər, inanmış görünsələr də, iş ciddiləşincə aradan çıxanlar deşifrə edilib qınanır və həqiqətən iman etmiş kimsənin belə olmayacağı bildirilir.

İman edən kimsələr: “Kaş ki, bir surə endirilsə” – deyərlər. Amma qanunlarla təchiz edilmiş bir surə endirildiyi və içərisində döyüş anıldığı zaman, qəlblərində xəstəlik olanlar ölüm qorxusuyla huşunu itirən bir kimsənin baxışı kimi baxarlar. Yalandan itaət etmiş, qəbul etmiş görünərək gözəl sözlər söyləyərlər. Bunlar, dürüst olub, Allaha sədaqət göstərsəydilər, qətiliklə özləri üçün daha xeyirli olardı.

Bu açıqlamadan sonra bu sözdə Müsəlmanlara: “Yaxşı, siz vəliləşərsinizsə [idarəçiliyi ələ keçirərsinizsə], yer üzündə qarışıqlıq çıxarmağı və əqrəbalıq bağlarınızı parka-parça etməyimi umdunuz?” – deyilərək, gözləntilərinin boş olduğu bildirilmiş, ardından da Allahın onları lənətlədiyi, qulaqlarını kar, gözlərini kor etdiyi bəyan edilmişdir.

Bu ikiüzlülər Nisa surəsində də belə tanıdılmışdılar:

  • 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini ve­rin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə ya­zıl­dı­ğın­da, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti ki­mi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti du­yur­lar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər tə­xi­rə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Al­la­hın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çə­yir­də­­yindəki çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər ha­ra­da olar­­sınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qu­rulmuş qa­la­lar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – de­yərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Ha­mı­sı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anla­ma­ya­caqlar? (Nisa/77, 78)

22-ci ayədəki “və əqrəbalıq bağlarınızı parça-parça etməyimi umdunuz?” ifadəsiylə Allahın əqrəbalıq bağına verdiyi əhəmiyyətə diqqət çəkilir ki, Allahın qoyduğu prinsiplərə görə, əqrəbalıq münasibətlərinin kəsilməsi haramdır. Əqrəba hüququna bir çox ayədə diqqət çəkilmişdir:

  • 26,27Şübhəsiz, Allah bir ağcaqanadı, hətta daha kiçik olan bir şeyi belə, nümunə verməkdən çəkinməz. Bax budur, iman edənlər bilirlər ki, şübhəsiz, o haqdır, Rəbbindəndir. Kafirlər isə artıq: “Allah belə bir nümunə ilə nə demək istədi?” – deyərlər. Allah verdiyi nümunələrlə bir çoxlarını çaşdırır, onunla bir çoxlarını bələdçiləyər. Allah onunla sadəcə, söz verib andlaşdıqdan sonra Allaha verdikləri sözü pozan, Allahın birləşdirilməsini əmr etdiyini/iman-əməl ayrılmazlığını pozan və yer üzündə pozğunçuluq edən, haqq yoldan çıxmış insanları çaşdırır. Bax budur, bunlar zərərə uğrayanların məhz özləridir. (Bəqərə/26, 27)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)
  • 1Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan həmtayını yaradan və hər ikisindən bir çox kişi və qadın törədib yayan Rəbbinizin qoruması altına girin. Və özü ilə bir-birinizlə diləkləşdiyiniz Allahın və əqrəbalığın qoruması altına girin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir. (Nisa/1)

Həmçinin Bəqərə/83, 177; Nəhl/90; İsra/26-27 və Nur/22-yə də baxılmalıdır.

24Yaxşı, onlar Quranı düşünmürlərmi? Yoxsa qəlbləri üzərində kilidlərimi var?

25Şübhəsiz ki, doğru yol özlərinə açıq-aşkar bəlli olduqdan sonra yenidən geriyə – küfrə dönən kimsələr… Şeytan onlara xoş bir şey olaraq göstərmiş və onları uzun əməllərə düşürmüşdür.

26Bu onların Allahın endirdiyini bəyənməyən kimsələrə: “Bəzi işlərdə biz sizə itaət edəcəyik” – dediklərinə görədir. Halbuki Allah onların gizlətdiklərini bilir.

27Yaxşı, vəzifəli güclər onların üzlərinə və arxalarına vuraraq, onlara keçmişdə etdiklərini və etməli olduğu halda etmədiklərini bir-bir xatırlatdırarkən necə olacaq?

28Bu, onların Allahı qəzəbləndirən şeylərə uyduqları və Onun rızasını bəyənmədik­lə­rin­ə görədir. Artıq Allah onların əməllərini boşa çıxarmışdır.

29Yoxsa qəlblərində xəstəlik olan/düşüncəsi pozulmuş kimsələr Allahın özlərinin kinlərini qətiyyən ortaya çıxarmayacağınımı sandılar?

30Əgər Biz diləsəydik, əlbəttə, onları sənə göstərərdik. Sonra da sən onları nişanlarından tanıyardın. Yenə də sən onları sözlərinin üslubundan, əlbəttə, tanıyar­san. Allah isə işlərinizi bilir.

Bu paraqrafda yenə münafiqlər danlanaraq, başlarına gələnlərin öz xətaları üzündən olduğu bildirilir və düşünmələri istənilir.

Burada münafiqləri yola gətirəcək ən böyük təsirin Quran olduğuna işarə edilir. Çünki Quranı təhlil etdiklərində onun Allahdan gəldiyini və açıq-aşkar ayələr ehtiva etdiyini görərlər. Amma onlar qəlblərinə kilid vuraraq Qurandan qaçırlar:

  • 21Əgər Biz bu Quranı bir dağa/çox iri cüssəli bir yük götürə bilən varlığa endirsəydik, Allaha olan hörmətlə, sevgi ilə və bilik ilə ürpərtidən onu səmimiyyətlə hörmət duyan, baş əyən və parça-parça olmuş görərdin. Və Biz bu nümunələri yaxşı-yaxşı düşünərlər deyə, insanlara veririk. (Həşr/21)
  • 82Onlar hələ Quranı lazım olduğu qədər düşünməzlərmi? Əgər ki, o, Allahdan baş­qa­sı tərəfindən olsaydı, qətiliklə onun içində bir çox qarışıqlıqlar/ziddiyyətlər tapardılar. (Nisa/82)

29-30-cu ayələrlə münafiqlər psixoloji işgəncəyə məruz qalmışlar; deşifrə ediləcəkləri, kimliklərinin açıqlanacağı qorxusuyla nigaran olmuşdular:

  • 101Və yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə xalqından da münafiq­li­yə yaxşıca alışmış olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab edəcəyik onlara! Sonra da çox böyük bir əzaba düçar olacaqlar. (Tövbə/101)
  • 64Münafiqlər qəlblərindəki şeyləri özlərinə xəbər verəcək bir surənin üzərlərinə endirilməsindən çəkinirlər. De ki: “Siz lağ edin! Şübhəsiz ki, Allah sizin çəkindiyiniz şeyi ortaya çıxarandır”. (Tövbə/64)
  • 55Belə isə onların malları və övladları səni şirnikdirməsin. Ancaq Allah bunlarla onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını kafir biriləri ikən almaq istəyir.
  • 56Sizdən olmadıqları halda, şübhəsiz ki, özlərinin qətiliklə sizdən olduğuna dair Allaha and da içərlər. Lakin onlar qorxaq bir camaatdır. (Tövbə/55-56)
  • 74Onlar söyləmədiklərinə görə Allaha and içərlər. Halbuki onlar, küfretmə sözünü qətiliklə, söylədilər. İslamlaşmala­rın­dan sonra da kafir biriləri ol­du­lar. Və əlləri çatmayan, sahib olamadıqları şeyləri çox istədilər. Onlar sadəcə, Alla­hın və Elçisinin möminləri Allahın ərməğanlarından zənginləşdirmiş olmasına paxıllıq et­dilər. Əgər xətalarından dönərlərsə, özləri üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə çox acıqlı bir əzab ilə əzablandı­ra­caq­dır. Yer üzündə onlar üçün bir qoruyucu, yol göstərici yaxın və yaxşı bir köməkçi də yoxdur. (Tövbə/74)

Ayələrdən açıq şəkildə anlaşıldığına görə münafiqlər həm kafir, həm də xaindirlər.

27-ci ayədəki “Yaxşı, mələklər onların üzlərinə və arxalarına vuraraq onları vəfat etdirərkən necə olacaq?” ifadəsiylə bu kafirlərin dünyada vəfat anında [hər şeyi əskiksiz xatırlayacaqları anda] da işgəncə çəkəcəkləri bildirilmişdir ki, ağıllarını başlarına alsınlar.

Buna bənzər xəbərdarlıqlar başqa ayələrdə də edilmişdir:

  • 93Və Allah haqqında yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda: “Mənə vəhy olundu” deyəndən və: “Allahın endirdiyi kimi mən də endirəcəyəm” – deyəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış: “Canlarınızı çıxarın. Bu gün, Allah haqqında gerçək olmayan şeylər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürləndi­yi­niz­ə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” – dediklərində bir görsəydin!  (Ənam/93)
  • 50,51Və sən mələklərin/vəzifəli güclərin kafirlərin üzlərinə və kürəklərinə vuraraq: “Dadın görək, qızğın atəşin əza­bı­nı! Bax budur, bu, sizin öz əllərinizlə etdiklərinizə görədir. Və şübhəsiz ki, Allah qullara heç bir şəkildə haqsızlıq edən deyildir” – deyə onlara keç­miş­də etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırarkən, bir gör­­səydin. (Ənfal/50, 51)

31Və qətiliklə Biz içinizdən çalışaraq cəhd edənləri və səbr edənləri bildirməyimiz/işarələyib göstərməyimiz üçün sizi əziyyətlərə salacağıq/sınağa çəkəçəyik. Xəbərlərinizi də əziyyətlərə salacağıq/sınağa tabe edəcəyik.

Bu ayədə, imtahanın nəticəsi olaraq həqiqətən inananlar ilə inanmış görünənlərin ortaya çıxarılacağı; həqiqətən inananların vəzifələrini təslimiyyətlə yerinə yetirəcəkləri halda, sözdə inananlar bəhanə və uydurma səbəblər irəli sürərək özlərini ələ verəcəkləri bildirilir.

Burada cəmiyyət mücahid, səbirli və səmimi möminlərin digərlərindən ayırd edilməsi və hər birinin münasibət və davranışlarının açığa çıxması üçün döyüş əmriylə imtahan edilir:

  • 142Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız? (Al-i İmran/142)
  • 2,3İnsanlar sınanmadan “İman etdik” demələri ilə buraxılacaqlarınımı sandılar? Və and olsun ki, Biz onlardan öncəkiləri də saflaşdırılmaları üçün, atəşlərə/sıxıntılara sal­mışdıq. Artıq əlbəttə, Allah doğru insanları bildirəcəkdir/işarələyib göstərə­cək­dir və əlbəttə, yalançıları da, qətiliklə, bildirəcəkdir/işarələyib göstərəcəkdir. (Ənkəbud/2-3)
  • 166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”. (Al-i İmran/166-168)
  • 16Sizdən cəhd edənləri, Allahın Elçisindən və inananların yaratdıqlarından sirdaş/can dostu etməyənləri Allah bildirmədən/işarələyib göstərmədən buraxılacağınızımı sandınız? Və Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır. (Tövbə/16)
  • 214Yoxsa siz özünüzdən öncə gəlib keçənlərin halı sizə gəlmədən, cənnətə girəcəyi­ni­zimi sandınız? Onlara yoxsulluqlar, sıxıntılar toxundu və sarsıldılar, hətta elçi və onunla birlikdə iman edənlər: “Allahın köməyi nə zaman?” – deyərdilər. Diqqət edin! Həqiqətən, Allahın köməyi çox yaxındır. (Bəqərə/214)

31-ci ayədəki “naləmə” ifadəsinin təhlili ilə əlaqədar ətraflı məlumat Səba/21-ci ayənin təhlilinə baxmaq lazımdır. [6]

32Şübhəsiz ki, Allahın tanrılığına və rəbbliyinə inanmayan, Allahın yolundan ayıran və özlərinə doğru yol açıq şəkildə bəlli olduqdan sonra, Elçiyə qarşı çıxan bu kimsələr… Onlar Allaha heç bir şəkildə zərər verə bilməzlər. Və Allah onların işlərini boşa çıxaracaqdır.

Bu ayədə, insanları Allahın yolundan uzaqlaşdırmağa çalışan bütün insanlara xitab edilərək: “Şübhəsiz ki, bu inkar edən, Allahın yolundan uzaqlaşdıran və özlərinə doğru yol açıq-aşkar bəlli olduqdan sonra Elçinin əleyhinə çıxan bu kimsələr… Onlar Allaha heç bir şey zərər verə bilməzlər. Və O [Allah] onların işlərini boşa çıxaracaqdır – deyilmişdir ki, eyni xüsusa surənin 1-ci ayəsində, “İnkar edən və Allahın yolundan uzaqlaşdıran kimsələr; O [Allah], onların əməllərini azdırtdışəklində işarə edilmiş və orada geniş açıqlama edilmişdi.

33Ey iman edənlər! Allaha itaət edin, Elçiyə itaət edin və əməllərinizi boşa çıxarmayın.

34Şübhəsiz ki, küfr edən/inanma­yan, Allahın yolundan azdıran, sonra da küfr edən biri olaraq ölən kimsələr… Artıq qətiyyən, Allah onlara mağfirət et­mə­yə­cək­dir/onları bağışlamaya­caq­dır.

35Belə isə ruhdan düşməyin/əl-qolunuz boşalmasın və siz üstün ikən sülh təklif etməyin. Allah da sizinlə birlikdədir. Və Allah sizin əməllərinizi qətiyyən əskiltməyəcəkdir.

Möminlər üçün bir bəyannamə mahiyyətində olan və döyüş şəraitində enən ki, 35-ci ayədən bu anlaşılır, bu ayələrin möminlərə bu ismarıcları verdiyi məlum olur:

  • Allaha itaət edin, Elçiyə itaət edin və əməllərinizi boşa çıxarmayın;
  • Allah; inkar edən, Allah yolundan azdıran və kafir olaraq ölən kimsələrə əsla mağfirət etməyəcəkdir;
  • Rahatlamayın və siz üstün ikən sülhə dəvət etməyin. Allah sizinlə bərabərdir və O sizin əməllərinizi əsla əskiltməyəcəkdir.

Bu paraqrafda Allah və Elçinin əleyhinə çıxanların kafirlər olduqları, ona görə də bunlara qarşı tədbirli olmaq lazım olduğu bildirilir və möminlər yönləndirilir. Bu ayələrin endiyi dövrdə möminlər müşrik, kafir və münafiqlərə görə bir ovuc zəif yoxsuldan ibarət idilər. Buna baxmayaraq, Allahın köməkliyi ilə möminlər zəfərə çatmışdır.

33-cü ayədəki “Əməllərinizi boşa çıxarmayın” ifadəsi “etdiyiniz axirətdə boşa getməsin” mənasındadır:

  • 86İmanlarından və şübhəsiz, elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq də­lillər gəldikdən sonra, küfr edən bir cəmiyyətə Allah necə bələdçilik edər? Və Allah şərik qoşaraq, səhv/öz zərər­lə­ri­nə iş edənlər qövmünə bələdçilik etməz.
  • 87,88Bax budur, onların cəzaları Allahın, təbii güclərin/xəbərçi ayələrin, insanların ha­mısının kənarlaşdırıb, gözdən salması, həmişəlik içində qalmaq üçün şübhəsiz ki, on­ların üzərlərindədir. Onlardan bu əzab zəiflədilməz və onlara möhlət veril­məz.
  • 89Ancaq bundan sonra dərk edərək xətalarından dönən və düzəldənlər başqa. Artıq, şübhəsiz, Allah çox bağışlayan və çox mərhəmət edəndir.
  • 90Şübhəsiz, imanlarının ardından küfr edən, sonra da küfrü artırmış olan bu insanlar… Onların xətalardan dö­nmə­ləri qətiyyən qəbul olunmayacaqdır. Və bax budur, onlar azğınların məhz özləridir.
  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur. (Ali İmran/86-91)
  • 65,66Və and olsun ki, sənə və səndən öncəkilərə belə vəhy edildi: “And olsun ki, əgər ortaq qoşarsansa, əməlin qətiliklə boşa gedəcək və qətiliklə itirənlərdən olacaqsan. Ona görə də, tam əksinə, yalnız Allaha qulluq et və sahib olduğu nemətlə­rin qarşılığını ödəyənlərdən ol”. (Zümər/65, 66)
  • 15Hər kim fani dünya həyatını və bəzəyini istəyərsə, etdiklərinin qarşılığını, ona heç əskiltmədən, burada bütünlüklə verərik. Onlar orada heç bir zərərə uğradıl­maz­lar.
  • 16Bax budur, onlar, özləri üçün, axirətdə atəşdən başqa bir şey olmayanlardır. Et­dik­ləri də orada boşa getmişdir. Etdikləri şeylər də yox olub, getməyə məhkum­dur. (Hud/15, 16)
  • 217Səndən toxunulmaz olan ay haqqında və o toxunulmaz olan ayda döyüşmək haqqında soruşurlar. De ki: “Onda döyüşmək, böyük günahdır. Və Allah yolundan ayırmaq, Onu və Məscid-i Haramı/ilahiyyat təhsil mərkəzini bilərək rədd etmək/özünü görməməzliyə qoymaq və Məscid-i Haramın xalqını – orada təhsil/təlim alanları və qısa müddətli təhsilə qatılanları oradan çıxarmaq, Allah yanında daha böyük günahdır. Və insanları dindən çıxartmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha böyük günahdır”. Onlar, əgər gücləri yetərsə, sizi dininiz­dən döndərmək üçün, sizinlə döyüşməkdən heç bir zaman çəkinməzlər. Sizdən də hər kim dinindən dönər və kafir biri olaraq can verərsə, artıq onların əməlləri, dünyada və Axirətdə boşa getmişdir. Və bax budur, onlar atəşin əhlidir. Onlar orada həmişəlik qalanlardır.
  • 218Şübhəsiz ki, iman edən kimsələr, yurdlarından başqa yurdlara köçən kimsələr və Allah yolunda əzm göstərən kimsələr Allahın mərhəmətini umarlar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Bəqərə/217, 218)
  • 139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz. (Al-i İmran/139)

35-ci ayədəki “Allah da sizinlə bərabərdir. Və O [Allah], sizin əməllərinizi əsla əskiltməyəcəkdir” ifadəsiylə Allahın hər zaman möminləri dəstəkləyəcəyi və onları mükafatlandıracağı bildirilir:

  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)
  • 171–173Və and olsun ki, göndərilən qullarımız/elçilərimiz haqqında bizim sözümüz keçmişdir: “Şübhəsiz, onlar, tam yəqinliklə bilin ki, qalib olanların məhz özüdürlər. Şübhəsiz, bizim ordularımız, tam yəqinliklə bilin ki, qalib gələnlərin məhz özüdürlər”. (Saffat/171-173)

35-ci ayədəki “Elə isə rahatlamayın, arxayınlaşmayın və siz üstün ikən sülhə dəvət etməyin” ifadəsiylə Müsəlmanlara, üstün vəziyyətdə ikən sülh təklif etməmələrini əmr edilir. Bu xüsusa Ənfal surəsində də işarə edilmişdi:

  • 61Və əgər onlar barış üçün yanaşarlarsa, sən də barışa yanaş! Və işin nəticəsini Allaha həvalə et. Şübhəsiz ki, Allah ən yaxşı eşidənin, ən yaxşı bilənin məhz özüdür. (Ənfal/61)

36Şübhəsiz ki, bu dünyadakı adi həyat ancaq bir oyun və əyləncədir. Əgər iman edər və Allahın qoruması altına girərsinizsə, Allah sizə mükafatlarınızı verər, sizdən mallarınızı da istəməz.

37Əgər Allah sizdən mallarınızı istəyərək, sizi məcbur etsəydi, xəsislik edərdiniz. Sizin kinlərinizi də çıxarardı.

38Bax budur, sizlər Allah yolunda xərcləməyə çağırılan kimsələrsiniz. Belə olduğu halda sizdən bəziləri xəsislik edir. Və kim xəsislik edərsə, artıq öz nəfsini/mənliyini isbat etmiş olur. Və Allah zəngindir, siz isə yoxsullarsınız. Əgər siz üz çevirərsinizsə, Allah yerinizə sizdən başqa bir cəmiyyət gətirər. Sonra onlar sizin bənzərləriniz olmazlar.

Möminlər üçün başqa bir bəyannamə vəziyyətində olan bu ayələrdə də inananlar dünyaya aldanmamağa, əllərindəkinin artığını Allah yolunda infaq etməyə dəvət edilir.

36-cı ayədəki “Şübhəsiz bu adi həyat [dünya həyatı] ancaq bir oyun və əyləncədir” ifadəsiylə, dünyanın oyun-oyucaq ilə tez-tələsik keçib gedəcəyi xəbərdarlığı edilir ki, bu xəbərdarlıq başqa ayələrdə də edilmişdir:

  • 32Və fani dünya həyatı, sadəcə əyləncə və oyundur. Son yurd – Axirət yurdu isə Allahın qoruması altına girənlər üçün, tam yəqinliklə bilin ki, daha xeyirlidir. Hələ də ağılla hərəkət etməzsinizmi?(Ənam/32)
  • 64Və bu keçici dünya həyatı, sadəcə, bir əyləncə və oyundur. Şübhəsiz, son yurd isə qətiliklə həyatın məhz özüdür. Kaş ki, onlar bilmiş olsaydılar.   (Ənkəbud/64)
  • 10Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır. (Hədid/10)

Burada, “Sizdən mallarınızı da istəməz” ifadəsindəki mallar “insanın təməl ehtiyacları olan mallar”dır. Çünki Allah ancaq ehtiyacdan artığını istəyir:

  • 219, 220Səndən ağlı qarışdıran, örtən şeylər/ağlı gizlədən şeylər və şans oyunları haqqında soruşurlar. De ki: “Bu ikisində böyük bir günah, bir də insanlar üçün bəzi mənfəətlər vardır. Lakin, dünya və Axirətdə günahları mənfəətlərindən daha böyük­dür”. Yenə səndən nəyi Allah yolunda xərcləyəcəklərini soruşurlar. De ki: “Ehtiyac­dan artığını xərcləyin”. Allah, yaxşı-yaxşı düşünəsiniz deyə, ayələrini bax budur, belə sizin üçün ortaya qoyur. Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün “yaxşılaşdırma” ən yaxşısıdır”. Əgər onlara qarışırsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah pozğunçu ilə yaxşılaşdıranı bir-birindən ayırd edər. Əgər Allah diləsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Bəqərə/219, 220)
  • 10Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır. (Hədid/10)

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1]  Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[2]  Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[3]  Quranın Təbyini, III cild, səh.4. Əraf surəsi.

[4]  Quranın Təbyini, V cild, Ənam surəsi.

[5]  Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[6]  Quranın Təbyini, V cild, Səba surəsi.