RAD SURƏSİNİN TƏBYİNİ

Adını 13-cü ayədəki الرعد [ər-Rad] sözündən alan surənin Mədinədə 96-cı sırada endiyi qəbul edilir. Bəziləri 1-30-cu ayələrin, bəziləri 31-32-ci ayələrin, bəziləri də 11-13-cü ayələrin Mədəni olduğunu söyləmişdilər. Digərləri 31-ci və 43-ci ayələrin Məkki, qalanlarının Mədəni; Hasan Basri, İkrimə, Ata və Cabir surənin bütünlüklə Məkki, Kelbi və Mukatil isə bütünlüklə Mədəni olduğu qənaətindədir. [1]

Ayələrin üslub və məzmununu [Allahın birliyini, peyğəmbərlik missiyasını, öldükdən sonra dirilməyi, hesabı və müşriklərin ortaya atdıqları şübhələri aradan qaldırmağı] diqqətə alan alimlər, surənin Məkki olduğunu irəli sürsələr də surə Mədənidir. Ancaq bu və bundan sonrakı Rəhman və İnsan surələrinin müxatibləri Məkkəlilərdir. Yəni bu surələr Məkkənin fəthi dövrlərində Məkkəlilərə edilən xəbərdarlıqları ehtiva etir.

Əvvəlcə Allahın kainatdakı ayələrinə diqqət çəkilərək axirət inancının vurğulandığı surədə, müşriklərlə ediləcək mübarizənin tərzi, müşriklərin, başda Rəsulullah olmaqla Möminlərə qarşı neqativ münasibətləri, iman-küfr qarşılaşdırılması və keçmiş cəmiyyətlərin peyğəmbərlik missiyasına qarşı göstərdikləri münasibətlər yer alır.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 587

1Əlif/1, Lam/30, Mim/40, Ra/200. Bax budur, bunlar Kitabın ayələridir. Sənə Rəbbindən endirilən şey haqdır/gerçəkdir. Lakin insanların çoxu inanmırlar.

2–4Allah göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hegemonluq quran, Günəşə və Aya boyun əydirən/varlıqların yararlanacağı xüsusiyyətlərdə yaradan Zatdır. Hamısı adı qoyulmuş bir müddət sonuna axıb gedir. O, işi istiqamətləndirir, Rəbbinizə qovuşacağınız günə qane olasınız deyə, ayələri ətraflı şəkildə izah edir. Və O, yer üzünü genişləndirən, orada sabit dağlar və çaylar yaradandır. Və O, orada meyvələrdən iki cüt etdi. O, gecəni gündüzün üzərinə örtür. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzümlərdən bağçalar, əkinlər, şaxəli və şaxəsiz xurmalıqlar yaradandır. Və Biz meyvələrin də, qoxuların da, dadların da birini digərindən üstün edirik. Şübhəsiz ki, ağlını işlədən bir cəmiyyət üçün bunda bəzi əlamətlər/nümunələr vardır.

(96/13, Rad/1–4)

Nəcm: 588

5Və əgər sən çaşarsan… Əsl çaşdırıcı olan, onların: “Biz torpaq oluncamı, biz gerçəkdən yeni bir yaradılışdamıyıq?” – sözləridir. Bax budur, bunlar, Rəbbinə inanmamış kimsələrdir. Və bax budur, bunlar, boyunlarında dəmir halqalar olanlar­dır. Və bax budur, bunlar, atəşin gücləridır, onlar orada həmişəlik qalanlardır.

6Və onlar səndən, yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyərlər. Halbuki, onlardan öncə onlara iz qoyan cəzalar gəlib keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinə qarşılıq olaraq, insanlar üçün ciddi bağışlama sahibidir. Və qətiliklə, sənin Rəbbin, əzabı/qovuşdurması ciddi, lap sərt olandır. 7Və küfr edən/inanmayan bu kimsələr: “Rəbbindən ona bir əlamət/nümunə endirilməli deyildimi?” – deyərlər. Sən ancaq bir xəbərdar edənsən. Və hər cəmiyyət üçün bir yol göstərən vardır.

(96/13, Rad/5–7)

Nəcm: 589

8Allah “Hər dişinin nəyi daşıdığını və bətnlər nəyi əksildir və nəyi artırır” bilir. Və hər şey Onun qatında bir ölçü ilədir.

9Allah görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və açıqda olanı biləndir, çox böyükdür, ucalar ucasıdır.

10Sizdən sözünü gizlədən insanla onu açıq deyən insan… Gecə gizlənən insanla, gündüz açığa çıxan insan eynidir.

11Hər insan üçün iki əlinin arasından və ətrafından, Allahın işindən olaraq, ona nəzarət edib, onu qoruyan izləyicilər vardır. Əslində, bir xalq öz mənliklərində olanı dəyişdirmədikcə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah bir qövmə pislik istədimi, artıq onun geri çevrilməsi barəsində söz belə ola bilməz. Onlar üçün Onun yaratdıqlarından bir kömək edən, qoruyan, yol göstərən bir yaxın da yoxdur.

12O, sizə qorxu və ümid içində şimşəyi göstərən və o, yağış yüklü buludları ortaya çıxarandır.

13Göy gurultusu Allahın tərifi ilə birlikdə, təbii güclər/tiran idarəedicilər isə Ondan qorxduqlarına görə Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ildırımlar göndərər və onunla dilədiyini çarpar. Onlar isə Allah haqqında mübahisə edib dururlar. Halbuki Allah çarpması çox çətin olandır.

14Haqq olan yalvarış yalnız Ona olan yalvarışdır. Ortaq qoşanların, Onun yaratdıqlarından yalvardıqları kimsələr – onlar özlərinə heç bir şeylə cavab verə bilməzlər. Onlar, ancaq ağzına gəlməməsinə baxmayaraq, ağzına su gəlsin deyə, iki ovcunu açan kimidir. Və kafirlərin duası, sadəcə, bir pozğunluq içindədir.

15Və yerdə və göylərdə olan kimsələr və onların kölgələri, istər-istəməz hər zaman yalnız və yalnız Allaha boyun əyib, təslimiyyət göstərirlər.

(96/13, Rad/8–15)

Nəcm: 590

16De ki: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır”. De ki: “Allahın yaratdıqların­dan o, öz-özlərinə faydası ola bilməyən və zərər verməyə gücü olmayanları köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirsiniz?” De ki: “Heç kor ilə görən bir olurmu? Ya da qaranlıqlarla aydınlıq bir olurmu?” Ya da Allaha Onun kimi yaradan bəzi ortaqlar tapdılar ki, bu yaradılış onların fikrincə bir-birinə bənzərmi göründü? De ki: “Allah hər şeyin yaradıcısıdır. Və O, birdir, hər şeydən üstündür və qəhr edəndir”.

17Allah göydən bir su endirdi və vadilər öz tutumlarında sel olub axdılar. Sonra da sel suyun üzünə çıxan köpüklə yükləndi. Bir zinət əşyası və ya bir mənfəət əldə etmək üçün atəşdə əritdiklərinin üzərində də buna bənzər bir köpük vardır. Allah haqq və batili belə nümunə göstərər. Sonra köpük atılar gedər, insanlara faydası olan isə yerdə qalar. Bax budur, Allah nümunələri belə verir.

18Rəbbinə uyanlar üçün “ən gözəl” vardır. Ona uymayanlar isə yer üzündə olan nə varsa hamısı və onunla birlikdə bir misli daha özlərinin olsa, onu qurtuluş fidyəsi olaraq verərdilər. Bax budur, onlar, hesabın pisi özləri üçün olanlardır. Çatacaqları yer də cəhənnəmdir. Orası da nə fəna yataqdır!

19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!”

25Allaha and içərək “qəti söz” verdikdən sonra pozan və Allahın birləşdirilməsini əmr etdiyi şeyləri – iman və əməli kəsən/bir-birindən ayıran və yer üzündə qarışıqlıq çıxaran kimsələr, bax budur, onlar kənarlaşdırılma özləri üçün olanlardır. Yurdun pisi də onlar üçündür.

26Və Allah dilədiyinə ruzini genişləndirir, dilədiyinə isə ölçüləndirir. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə, sadəcə, bir qazancdır.

27–29,31Yenə o kafirlər: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyərlər. De ki: “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz.

 (96/13, Rad/16–29, 31)

Nəcm: 591

30Bax budur, belə! Səni, onlar Rəhmana inanmazlarkən, sənə vəhy etdiklərimizi onlara oxuyasan deyə, özlərindən öncə necə başçılı cəmiyyətlər gəlib-keçmiş olan bir başçılı cəmiyyət içində elçi etdik. De ki: “Rəhman mənim Rəbbimdir, Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən ancaq Ona işin nəticəsini həvalə etdim, dönüşüm də ancaq Onadır”.

32And olsun ki, səndən öncəki elçilərə də lağ edildi. Və Mən kafirlərə/inanmayanlara möhlət verdim. Sonra da onları yaxaladım… Haydı, baxaq Mənim əzabım necə imiş!

38And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da həyat yoldaşları və nəsil [övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni/biliyi olmadan, hər hansı bir əlamət/nümunə gətirmək də yoxdur. Hər müddət sonu üçün bir yazı vardır.

39Allah dilədiyini məhv edər, dilədiyini də yerində buraxar. Kitabın anası – biliyin qaynağı da yalnız və yalnız Onun qatındadır.

(96/13, Rad/30, 32, 38–39)

Nəcm: 592

33Yaxşı, o qazandıqları ilə birlikdə hər bir insanın üzərində dikilən/görüb nəzarət edən kimdir? Onlar isə Allaha ortaqlar qəbul etdilər… De ki: “Onları adlandı­rın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeyimi, ya da sözdən açıq olanınımı xəbər verəcəksiniz? Əslində kafirlərə planları gözəl göstərildi və yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur.

34Onlar üçün bu bəsit dünya həyatında bir əzab vardır. Axirət əzabı isə qətiliklə daha əzicidir. Onları Allahdan qoruyacaq biri də yoxdur.

(96/13, Rad/33–34)

Nəcm: 593

35Allahın qoruması altına girənlərə söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, onlara nəsib edilən – meyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girənlərin aqibətidir. Kafirlərin aqibəti isə atəşdir.

(96/13, Rad/35)

Nəcm: 594

36Və özlərinə Kitab verdiyimiz kimsələr sənə endirilənə sevinirlər. Müxalif qrup yaradanlardan onların bir qismini tanınmaz hala gətirənlər də vardır. De ki: “Mən, ancaq Allaha qulluq etməklə və Ona ortaq qoşmamaqla əmr olundum. Mən yalnız və yalnız Ona dəvət edirəm, dönüşüm yalnız Onadır.

37Və Biz beləliklə, Quranı ərəbcə mükəmməl bir qayda olaraq endirdik. Və əgər sənə gə­lən bilikdən sonra onların boş, dünyəvi arzularına uysan, Allahdan sənə “bir köməkçi, yol göstərici yaxın və bir qoruyucu” yoxdur.

40Və onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq, şübhəsiz ki, yenə də sənə düşən, sadəcə, təbliğ etməkdir. Bizə düşən isə haqq-hesab çəkməkdir.

(96/13, Rad/36–37, 40)

Nəcm: 595

41Və onlar Bizim, şübhəsiz ki, yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdı­ğı­mı­zı görmədilərmi? Allah hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. Və O, hesabı çox sürətli görəndir.

42Onlardan öncəki insanlar da hiylələr etmişdilər. Lakin, hiylələri pozub cə­za­lan­dır­maqsa Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Bu yurdun aqibə­tinin kim üçün olduğunu, kafirlər də yaxında biləcəklər.

43Və küfr edənlər: “Sən elçi deyilsən” – deyirlər. De ki: “Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və Kitabdan biliyi olan yetər!”

 (96/13, Rad/41–43)

TƏHLİL:

1Əlif/1, Lam/30, Mim/40, Ra/200. Bax budur, bunlar Kitabın ayələridir. Sənə Rəbbindən endirilən şey haqdır/gerçəkdir. Lakin insanların çoxu inanmırlar.

2–4Allah göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hegemonluq quran, Günəşə və Aya boyun əydirən/varlıqların yararlanacağı xüsusiyyətlərdə yaradan Zatdır. Hamısı adı qoyulmuş bir müddət sonuna axıb gedir. O, işi istiqamətləndirir, Rəbbinizə qovuşacağınız günə qane olasınız deyə, ayələri ətraflı şəkildə izah edir. Və O, yer üzünü genişləndirən, orada sabit dağlar və çaylar yaradandır. Və O, orada meyvələrdən iki cüt etdi. O, gecəni gündüzün üzərinə örtür. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzümlərdən bağçalar, əkinlər, şaxəli və şaxəsiz xurmalıqlar yaradandır. Və Biz meyvələrin də, qoxuların da, dadların da birini digərindən üstün edirik. Şübhəsiz ki, ağlını işlədən bir cəmiyyət üçün bunda bəzi əlamətlər/nümunələr vardır.

Paraqrafın başladığı “huruf-ı mukatta‘a”nın [kəsik hərflərin] verdiyi ismarıcı hələ bilmirik. Bunların bir xəbərdarlıq vasitəsi olması və veriləcək məlumatlara diqqət çəkməsi mümkündür.

Xəbərdarlıqlardan sonra paraqraf “Bax budur, bunlar, Kitabın ayələridir. Sənə Rəbbindən endirilən şey haqdır/gerçəkdir. Lakin insanların çoxu inanmırlar” deyilərək inancsızlara məzəmmətlə davam edir; ardından da Allahın sonsuz qüdrətinə – göylərin və yer üzünün yaradılış və fəaliyyətinə, bu qüdrətin əsəri olan nemətlərin müxtəlifliliyinə, yaradılmasındakı məqsədə və bunların qullara verilməsinə diqqət çəkilir.

Burada yer üzü və yer üzündəki bitkilər ərəbistan coğrafyasına görə bəyan edilmişdir. Bu ayələri oxuyan kimsə özünün yerləşdiyi bölgədəki yer üzü nemətlərini nəzərə almalıdır.

Burada zikr edilən nemətlər kainatdakı sistemlər, formalaşmalar – hamısı Allahın varlığına, birliyinə və rəbbliyinə [planına, proqramçılığına] dəlalət edir:

  • 65Sən Allahın yer üzündəkiləri sizə boyun əydirdiyini [tam sizin yararlanacağınız ölçülərdə yaratdığını] və Özünün əmri ilə dənizlərdə axıb gedən gəmiləri görmədin­mi/heç düşünmədinmi? Göyü də Öz izni/biliyi olmadan yerə düşməkdən O saxlayır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Həcc/65)
  • 5Bir Tək, məhv edən Allah göyləri və yeri haqq ilə yaratdı, gecəni gündüzün üstünə bürüyür, gündüzü də gecənin üstünə bürüyür. Günəşi və Ayı sizə faydalı olan quruluş və fəaliyyətdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da adı qoyulmuş/müəyyən edilmiş bir müddətin sonuna axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır. (Zümər/5)

Burada bəhs edilən ayələr və insanlara verilən nemətlər bir çox ayədə (Hicr/22; Nəbə/6, 7; İsra/12; Əraf/54) zikr edilmişdi.

Paraqrafın sonunda “Şübhəsiz, ağlını işlədən bir cəmiyyət üçün bunda bəzi əlamətlər/nümunələr vardır” buyurularaq bu xüsusda fərdilikdən çox kütləvi bir müşahidə məsləhət görülmüşdür. Bu xəbərdarlıqlar bir çox dəfə (Nəhl/10-18; Rum/22-26, 46; Al-i İmran/190-194) təkrarlanmışdır.

3-cü ayədə “Orada bütün meyvələrdən iki cüt yaratdı” buyurularaq insanlığa Allahın bir möcüzəsi – bitkilərdəki erkəklik-dişilik də xatırladılmışdır. Bitkilərdəki erkəklik-dişilik, uyğunluq, torpağın titrəşərək qabarması ilə əlaqədar Elm-Texnika kitaplarında geniş məlumatlar vardır.

Burada bir də “Göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən” ifadəsiylə başqa bir möcüzə də göstərilmişdir. Bu möcüzəylə əlaqədar aşağıdakı gözəl açıqlamanı nəql edirik:

Dirəksiz Yüksəlmiş Göy üzü

  • 2Allah, bu gördüyünüz göyləri dirəksiz yüksəldəndir. (Rad/2)

Quranın, Peyğəmbərimiz dövründəki məlumat səviyyəsiylə söylənməsi mümkün olmayan Elmi həqiqətləri söyləməsi onun möcüzəvi yönlərindən biridir. Bu kitabımızda bu mucizələri göstərməyə çalışarkən, daha çox son yüz ildə və ya son yüz illərdə ancaq anlaşıla bilən elmi həqiqətlərin 1400 dən çox il öncə söyləndiyinə yer verdik. Peyğəmbərimiz dövründəki araşdırmalarla, müşahidələrlə bilinməsi mümkün olmayan məlumatlardan biri yuxarıdakı ayədəki ifadədir. Lakin bu gerçək digər başlıqlarımızdakı mövzular kimi son əsrlərdə kəşf edilən bir fakt deyildir. İnsanlar çox uzun zaman öncə Göy üzünün dirəklər üzərində yüksəlmədiyini öyrəndilər. Lakin Quranın endiyi dövrdə cəmiyyətin belə bir ortaq qənaəti yox idi. Quranın endiyi dövrdən sonra belə Göy üzünün dünyanın iki ucundakı dağlara söykəndiyi fikrinə inananlar var idi.

Məsələn, Yeni Amerikan İncilinin qədim nəşrlərindan birində Göy üzü tərsinə çevrilmiş bir kasaya bənzədilir və Göy üzü dirəklərlə dik durur (bxz. The New American Bible, St Josephs Medium Size Edition, s. 45). İbn Abbas (ö. hicri 68/miladi 687), Mücahid (ö. hicri 100/miladi 718), İkrimə (ö. hicri 115/miladi 733) Göy üzünü dik tutan dirəklərin [dağların] varlığına inanırdılar. Bu şəxslər Quranın ayəsinin sadəcə görünən qismi bəlli etdiyini, görünməyən sahədə göyləri dik tutan dirəklərin var olduğunu müdafiə etdilər. Göy üzünün dünyanın ucundakı dağlara söykəndiyi fikrini Babillilər kimi tarixdə müdafiə edən cəmiyyətlər oldu. Peyğəmbərimizin yaşadığı dövrdə insanlar, yer üzünün kürə şəklində olduğunu və yer üzündə hər iki tərəfə gedilincə, yenə eyni nöqtəyə gəlinə biləcəyini bilmirdilər. Buna görə də Göy üzünün dirəklər üzərində yüksəldiyi və ya yüksəlmədiyi iddiası Peyğəmbərimizin içində olduğu dövr üçün qeyri müəyyən, bilinə bilməz, isbatlana bilinməz bir iddiadır. Öz dövründə bilinməyən və şübhəli bir mövzunu doğru olaraq açıqlaması Quranın bir möcüzəsidir. Quranın bəlli etdiyi bu reallıq Peyğəmbərimizin zamanında isbat edilə bilmədiyi üçün, Qurandakı bu ayənin varlığı Peyğəmbərimizə bir üstünlük təmin etmir. Hətta bu ayə o dövrdə isbat edilməz olduğu üçün bu ayənin ifadəsi üzündən Qurana etirazlar yönəldilmiş olması da mümkündür. Quranı Peyğəmbərimizin yazdığı iddiasını irəli sürənlərin Peyğəmbərimizin dövründəki qənaətlər əleyhinə Quranda niyə belə bir ifadə keçdiyini açıqlamaları mümkün olmayacaqdır. Qurandakı anlatmaların dəyərini daha yaxşı qavramağımız üçün Peyğəmbərimizin dövrünə xəyalən gedib, o dövrün insanlarının idrak səviyyəsini anlamağa çalışmağımızın lazım olması bu mövzuyla da anlaşılır. Quran təyyarələrin, maşınların olmadığı, dünyanın nə şəklinin bilindiyi, nə də xəritəsinin olduğu, çoxunun oxumaq-yazmaq bilmədiyi bir şəraitdə vəhy edilmişdir. Quranı Peyğəmbərimizin, ya da Peyğəmbərimiz dövründəki insanların yazdığını söyləyənlərin iddialarına qarşı bu mənzərəni xatırladaq. Əgər Quranın ifadə etdiyi bu mövzuların o dövrdə söyləndiyini nəzərə alarıqsa, Quranın möcüzələrini daha yaxşı anlayacağımız qənaətindəyik.

Göy üzü Necə Durur. Minlərlə illik dünya tarixində insanoğlu atmosferin xüsusiyyətindən, faydalarından, yaşamağımız üçün vacib şərt olmasından xəbərsiz yaşadı. Bütün təbəqələriylə atmosfer deyilən qaz topluluğu necə olmuşdur ki, bir araya gəlmişdir? Necə olur ki, sabit qalır? Göy üzünün qoruyucu bir tavan olması (19-cu nəcm), geri döndərici özünəməxsusluqları (20-ci nəcm), ayrı təbəqələrdən ibarət olması və hər təbəqənin öz öhdəliklərini yerinə yetirməsi (17-ci nəcm) kimi, Göy üzünün dirəksiz bir şəkildə durması da (21-ci nəcm) Allahın möhtəşəm sənətinin bir nəticəsidir.

Günəş sistemimizin planetlərində edilən araşdırmalar heç bir planetin ətrafında yaşayışı mümkün hala gətirəcək bir atmosfer olmadığını göstərmişdir. Dünyamızın ətrafındakı atmosferin varlığı və daha da əhəmiyyətlisi, bu atmosferin yaşayış üçün hər cür imkanı təmin edəcək, yaşayışı qoruyacaq şəkildə yaradılması; Allahın içində olduğumuz dünyanı, yaşayışı burada yaratmaq üçün seçməsinin bir dəlilidir.

Planetin səthində yaxınlarında ortaya çıxan qaz molekulları sürətli bir şəkildə hərəkət edər. Əgər planetin cazibə qüvvəsi bu sürətə üstün gəlirsə, planet qaz molekullarını çəkər və planetin səthi qaz molekullarını əmər. Əgər qaz molekulları sürətlə hərəkət edərlərsə və planetin cazibə sahəsindən çıxarlarsa, kosmosdakı səyahətlərinə davam edərlər. Göründüyü kimi, atmosfer və buna bağlı olan tarazlıqlar, dünyanın meydana gəlməsindən sonrakı bir mərhələdə meydana gəlmişdir. Bu da Quranın “Göyü yüksəltdi və tarazlığı qoydu” (Rəhman/7) ayəsində qeyd edilən, göyün sonradan əmələ gəlməsi və tarazlığın qurulması ilə əlaqədar ifadələrlə möcüzəvi bir şəkildə uyğundur. Qaz molekullarının dünyamızın ətrafında olduğu kimi bir atmosfer şəklində olması və durması çox kiçik ehtimaldakı bir tarazlığın təmin edilməsiylə mümkündür. Bu tarazlıq yer kürəsinin cazibəsiylə qaz molekullarının sürətinin tam bir tarazlıqda durması halıdır. Allah Göy üzünü dirəksiz yüksəldərkən belə həssas bir tarazlıq təmin etmişdir. Lakin iş bununla bitmir. Bu tarazlığın təmin edilməsi qədər daima davam etməsi də lazımdır. Allah yer üzünü və atmosferi yaradarkən bunun davamı üçün bütün lazım olan tarazlıqları da qurmuş və bu tarazlığın davamını təmin etmişdir.

Elmin inkişaf etməsiylə öyrəndiyimiz bu tarazlığın daimiliyinin əhəmiyyətinə Quran belə işarə edir:

  • 41Heç şübhəsiz, göyləri və yer üzünü yox etmələrindən Allah qoruyur…(Fatir/41)

Bu tarazlıq üçün xeyli çox parametrin nizamlanması vacibdir. Məsələn, yer kürəsinin günəşə görə mövqeyinin nizamı əhəmiyyətlidir; çünki bu nizam sayəsində yer üzünün temperatur tarazlığı təmin olunacaqdır və də bu qaz molekullarının hərəkətinə təsir edir. Yer üzünün dönmə sürəti də yenə temperaturun homogenliyi nöqteyi nəzərindən əhəmiyyətlidir. Bu dönmə sürəti artarsa, atmosfer dağılar, azalarsa homogenlik pozular, çünki arxa üzdəki atmosfer torpaq tərəfindən sorulur. Atmosferin davamı üçün ekvator və qütb bölgələri arasındakı temperatur fərqi də, bu temperat fərqindən ortaya çıxacaq hava axınlarının qorxunc nəticələrinin qarşısını alan Himalaylardakı, Toroslardakı, Alplardakı sıra dağlar da çox əhəmiyyətlidir. Sıra dağlar yer kürəmizin səthində küləklərin qarşısını alaraq, soyuq havanı yüksək hissələrdə toplayaraq tarazlığın qorunmasına kömək edirlər. Həmçinin atmosferimizin birləşmədindəki qazlar da atmosferin davamı üçün əhəmiyyətlidir. Məsələn, atmosferdə üzdə olaraq, çox az miqdarda mövcud olan karbondioksid torpağı gecə yorğan kimi örtərək temperatur itkisinin baş verməsinin qarşısını alır. Atmosfer üçün səth temperaturunun mütənasib qalması, gecə temperatur itkisinin qarşısının alınması əhəmiyyətlidir. Göründüyü kimi sıra dağların varlığından karbondioksidin yaradılmasına, dünyanın böyüklüyündən günəşin mövqeyinə, səth temperaturunun tarazlanmasından atmosferdəki qazların sürətlərinə və özünəməxsusluqlarına qədər hər şey çox incə bir şəkildə bir-birləriylə əlaqədar olaraq nizamlanmış və bu sayədə göyün dirəksiz yüksəlməsi mümkün olmuşdur. Bütün bu yaradılışlar və buraya sığdıramadığımız bir çox incə yaradılış sayəsində atmosfer dünyanın cazibəsiylə dünyaya yapışmadan, öz sürətinə rəğmən kosmosa dağılmadan, təpəmizdə durur və bizə xidmət etdirilir.

  • 4Bunlarda ağlını işlədən bir cəmiyyət üçün əlbəttə dəlillər vardır. (Rad/4)

Göy üzünün yaşayışımızı mümkün qılacaq şəkildə var olması Yaradıcımızın hər şeyi çox mükəmməl şəkildə planlaması sayəsindədir. [2]

5Və əgər sən çaşarsan… Əsl çaşdırıcı olan, onların: “Biz torpaq oluncamı, biz gerçəkdən yeni bir yaradılışdamıyıq?” – sözləridir. Bax budur, bunlar, Rəbbinə inanmamış kimsələrdir. Və bax budur, bunlar, boyunlarında dəmir halqalar olanlar­dır. Və bax budur, bunlar, atəşin gücləridır, onlar orada həmişəlik qalanlardır.

Bu ayədə, kafirlərin çaşacağı halları ortaya qoyulur. Onların, ətraflarındakı və bünövrələrindəki bu qədər dəlilə rəğmən dirənmələri, “Biz torpaq oluncamı, biz gerçəkdən yeni bir yaradılışdamıyıq? demələri nəql edilır və onlar boyunlarındakı dəmir halqalar üzündən həqiqəti görə bilməyib kafirlik etdiklərinə görə qınanırlar.

Kafirlərin bu ağlasığmaz münasibətləri bir çox ayədə nəql edilmişdir:

  • 1Qaf/100. Çox şərəfli/şanı uca olan Quran sübutdur ki, 22tam əmin olun ki, sən bundan xəbərsiz idin, məlumatın yox idi. İndi səndən pərdəni qaldırdıq. Artıq bu gün gözün itidir; Quran sayəsində qərarlı biri oldun.
  • 2,3Amma onlar, özlərinə içlərindən xəbərdar edicinin gəlməsinə çaşdılar və kafirlər: “Bu, çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmı? Bu, uzaq bir dönüşdür” – dedilər.
  • 4Biz yerin onlardan nəyi əskiltdiyini, əlbəttə, bilmişdik. Yanımızda da çox yaxşı qeyd edib qoruyan bir kitab vardır.
  • 5Əksinə, doğru özlərinə gəldiyi zaman, onu yalan saydılar, ona görə də onlar, qarmaqarışıq bir iş içindədirlər.
  • 6Yaxşı, onlar üstlərindəki göyə baxmadılarmı ki, onu Biz heç yarığı olmadan, necə bina etmişik və bəzəmişik! 7,8Və Biz Allaha yönələn hər qula qəlb gözünü açmaq və ona öyüd olsun deyə, yeri yayıb döşədik və ona sabit dağlar qoyduq. Orada görünüşü ürək açan, göz oxşayan hər cütdən bitkilər bitirdik. 9–11Biz göydən bərəkətli bir su endirdik. Onunla bağçalar və biçiləcək dənələr, qullara ruzi olmaq üçün tumurcuqları bir-biri üzərinə düzülmüş böyük və hündür xurma ağacları bitirdik. Və Biz onunla ölü bir bölgəni canlandırdıq. Bax budur, diriliş belədir. (Qaf/1-11)
  • 33Onlar, şübhəsiz, göyləri və yer üzünü yaradan və onları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu görmədilərmi/düşünə bilmədilərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir. hqaf/33)
  • 10Və onlar: “Biz yer üzünün içində yox olduğumuzdamı, doğrudanmı biz yeni bir ya­radılışda olacağıq?” – dedilər. Əslində onlar Rəbbinə qovuşmağı, Onun rahatlı­ğı­na çatmağı bilərək rədd edən/inanmayan insanlardır. (Səcdə/10)

Burada bəhs edilən “boyunlarındakı halqa” Mömin/69-76-da, “69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir!” – şəklində anladılan cəzalandırma şəkli deyildir. Buradakı halqa Ya Sin/8-də zikr edilən halqadır. Ona görə də ayənin daha yaxşı anlaşıla bilməsi üçün Ya Sin surəsindəki bölməni təkrar təqdim edirik:

  • 8Şübhəsiz ki, Biz onların boyunlarına dəmir halqalar keçirdik. Belə ki, bunlar çənələrinə qədərdir. Beləliklə, onlar burunları yuxarı qaldırılmış olanlardır.
  • 9Və Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd əmələ gətirdik. Beləliklə, Biz özlərini sarmışıq. Artıq onlar görməzlər.
  • 10Və onları xəbərdar etmisən, yaxud xəbərdar etməmisən onlara görə birdir, onlar inanmazlar. (Ya Sin/8-10)

Bu ayə qrupu 7-ci ayədəki onlar inanmazlar ifadəsinin səbəblərinin bəyanı mahiyyətində olub, inanmayacaq olanların psixoloji hallarını açıqlayır.

Ayədə keçən مقمحون [muqməhun] sözünün məsdəri olan إقماح [iqmah], “başı qaldırıb gözü yummaq” deməkdir. Bu sözlə inadkar kafirlərin bir tipləməsi edilmiş, bu tiplərin edilən dəvəti rədd etdiklərini göstərmək mənasında başlarını arxaya doğru qaldıran təkəbbürlü insanlar olduqları bildirilmişdir. Bu tipə girən insanların o qədər dəlili görməzdən gəlib, qəbul etməmələrinə səbəb olan təkəbbür və inadları isə boyunlarındakı dəmir halqa ilə simvolizə edilmişdir.

Önlərindəki və Arxalarındakı Sədd. İnkarçıların həqiqətlər qarşısında görməməzlik etmələri, keçmişdən dərs almayıb, gələcəyi düşünməyərək burunlarını havaya dikmələri, bir başqa ayədə də belə dilə gətirilmişdi:

  • 25Və Biz onlara bəzi yaşıdlarını/iblislərini qabıq kimi üzərlərinə bürüdük, onlar da, önlərində və arxalarında [bütün ətraflarında] olanları özlərinə bəzəkli göstər­dilər. Gəlmiş-keçmiş hər kəsdən, özlərindən öncə gəlib-keçmiş ümmətlərdə qüvvədə olan “Söz” onların üzərinə də haqq oldu. Şübhəsiz ki, onlar zərərə/itkiyə uğrayıb, acı çəkən insanlar idilər. (Fussilət/25)

Fussilət/25-dən anlaşılacağı kimi, inanmayacaq olanların önlərindəki və arxalarındakı sədd, əslində ətraflarındakı bir sıra yaxınların [İblislərinin] olub keçəni onlara bəzəkli göstərmələri və onların da bağlılıqları üzündən bu bəzəyə meyilli olmaları halıdır. Buradan da onların bəzəkli göstərilən mallar, məqamlar və oğullar səbəbiylə burunlarını havaya qaldırıb, reallıqdan uzaqlaşmamaları və bağlılıqlarından xilas olub, ağıllı davranmaları halında özlərini xilas edə biləcəkləri anlaşılır.

Bu paraqrafda Rəsulullahın heyrət etməsinə diqqət çəkilmişdir. Çünki Rəsulullah müşriklərin münasibətlərindən çox narahat olurdu:

  • 33Əlbəttə, Biz bilirik ki, onların dedikləri səni, qəti olaraq, narahat edir. Amma onlar əslində səni yalan saymırlar; ancaq şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər Allahın ayələrini bilə-bilə rədd edirlər. (Ənam/33)
  • 76O halda onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlətdiklərini də, açığa vurduqlarını da bilirik. (Ya Sin/76)
  • 176Küfrdə yarışan bu insanlar isə səni kədərləndirməsin. Onlar Allaha heç bir şəkildə, qətiyyən zərər verə bilməzlər. Allah onlara axirətdə hər hansı bir pay verməməyi istəyir. Və onlar üçün çox böyük bir əzab vardır. (Al-i İmran/176)
  • 23Kim də küfr edərsə, artıq onun küfrü/bilə-bilə rədd etməsi səni narahat etməsin. Onların dönüşü yalnız və yalnız Bizədir. O za­man Biz onlara etdikləri şeyləri xəbər verəcəyik. Həqiqətən Allah qəlblərin özü­nü çox yaxşı biləndir. (Loğman/23)

6Və onlar səndən, yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyərlər. Halbuki, onlardan öncə onlara iz qoyan cəzalar gəlib keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinə qarşılıq olaraq, insanlar üçün ciddi bağışlama sahibidir. Və qətiliklə, sənin Rəbbin, əzabı/qovuşdurması ciddi, lap sərt olandır. 7Və küfr edən/inanmayan bu kimsələr: “Rəbbindən ona bir əlamət/nümunə endirilməli deyildimi?” – deyərlər. Sən ancaq bir xəbərdar edənsən. Və hər cəmiyyət üçün bir yol göstərən vardır.

Bu ayələrdə kafirlərin inadkar, meydan oxuyucu, müxalif halları və Elçini, axirəti inkar üçün irəli sürdükləri səbəblər açıqlanır və tənqidi üslubla onlara cavab verilir.

Öz ağıllarına görə Rəsulullahdan, “yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyən” və Rəbbindən ona bir ayə endirilməli deyildimi? – deyən bu kafirlərə, ağıllarını işlətmələri üçün, “Halbuki, onlardan öncə onlara iz qoyan cəzalar gəlib keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinə qarşılıq olaraq, insanlar üçün ciddi bağışlama sahibidir. Və qətiliklə, sənin Rəbbin, əzabı/qovuşdurması ciddi, lap sərt olandır. 7Və küfr edən/inanmayan bu kimsələr: “Rəbbindən ona bir əlamət/nümunə endirilməli deyildimi?” – deyərlər. Sən ancaq bir xəbərdar edənsən. Və hər cəmiyyət üçün bir yol göstərən vardır şəklində cavab verilır.

Bunların möcüzə gözləmələrindən bir çox ayədə (İsra/90-94; Furqan/7-9; Furqan/21; Nisa/1534 Ənam/7-9; Ənfal/32-33; Hicr/6-8) bəhs edilmişdi.

Görünür ki, kafirlər qiyamətə, cəzalandırılacaqlarına inanmadıqlarına görə, əzabın tezləşdirilməsini istəyir, möcüzələr gözləyirlər. Yaxşı, istədikləri möcüzələr göstərilsə inanacaqlarmı? Xeyr!

  • 45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır… Necə tərk edilmiş quyularla bomboş qalmış, betonla möhkəmləş­di­ril­miş saraylar!
  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur.
  • 47Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki, Allah qətiyyən sözündən dönmə­yə­­cəkdir. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin saya bildiklərinizdən min il ki­mi­dir.
  • 48Və şərik qoşmaqla səhv/öz zərərlərinə iş etməkdə olan necə şəhərlər… Mən özlərinə möhlət verdim, sonunda onları yaxaladım. Dönüş, sadəcə, Mənədir. (Həcc/45-48)
  • 202Bax budur, bu onlara özləri fərqində olmadan, anidən gələcəkdir.
  • 203Sonra da onlar: “Biz möhlət verilənlərdənmiyik?” – deyəcəkdirlər.
  • 204Onlar Bizim əzabımızı olduqca tezləşdirməkmi istəyirlər?
  • 205–207Gördünmü/heç düşündünmü onları illərlə qazancla təmin etsək, sonra öz­lə­rinə vəd edilən gəlib çatsa, o qazandıqları şeylərin özlərinə heç bir faydası olma­ya­caqdır.
  • 208Və Biz sadəcə, əhalisi xəbərdar edilmişlər olan şəhəri dəyişikliyə/dağıntıya uğratdıq. (Şüəra/202-208)
  • 53Və səndən əzabı tələm-tələsik istəyirlər. Əgər müəyyən edilmiş/adı qoyulmuş bir müddət sonu olmasaydı, əzab onlara əlbəttə, gəlmişdi. Və o əzab, heç fərqində olma­dıqları bir zamanda özlərinə mütləq qəflətən gələcəkdir.
  • 54,55Səndən əzabı tələm-tələsik istəyirlər. Şübhəsiz, cəhənnəm də qətiliklə, özlərini üstlərindən və ayaqlarının altından bürüdüyü gündə, kafirləri bürüyəcəkdir. Və o: “Etmiş olduqlarınızı dadın!” – deyər. (Ənkəbud/53-55)
  • 45Və əgər Allah, qazanmaqda olduqları şeylər ucbatından insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Və lakin onlara, adı qoyulmuş bir müddətə qədər ertələməkdədir. Sonunda, müddət sona yetdiyi zaman da artıq, şübhəsiz ki, Allah öz qullarını ən yaxşı görəndir. (Fatir/45)
  • 96,97Şübhəsiz ki, bu, əleyhlərində Rəbbinin Kəlməsi haqq olmuş olan insanlar, özlərinə bütün əlamətlər/nümunələr hamısı birdən gəlsə, yenə də o acıqlı əzabı görüncəyə qədər iman etməzlər. (Yunus/96, 97)

Bölmədən açıq şəkildə anlaşıldığına görə, kiçik görmələrinə baxmayaraq, təhdid edildikləri əzabı istəmək xüsusunda qeyri ciddi olan müşriklərə: “Sən ancaq bir xəbərdarlıqçısan. Və hər cəmiyyət üçün bir yol göstərən vardır” – deyilərək, cavab verilir. Elçidən gözlənilən öhdəlik başlarına balta kimi endirilır.

Ayədəki “Və hər cəmiyyət üçün bir yol göstərən vardır” ifadəsiylə, bütün cəmiyyətlərin xəbərdar olunduğu bəyan edilmişdir ki, bu Rəhman sifətinin təcəllisi olaraq bir çox dəfə vurğulanmışdır:

  • 47Və hər başçılı cəmiyyət üçün elçi olacaqdır. O elçiləri gəldiyində də aralarında ədalət gerçəkləşdirilmişdir. Və onlar haqsızlığa uğradılmazlar. (Yunus/47)
  • 73Və Biz onları Bizim əmrimizlə bələdçilik edən başçılar etdik. Və Biz onlara xeyirlər işləməyi, salaatı iqamə etməyi, zəkatı/vergini verməyi vəhy etdik. Və onlar, sadəcə, Bizə qulluq edənlər idilər. (Ənbiya/73)
  • 24Şübhəsiz ki, Biz səni haqq ilə bir müjdəçi, bir xəbərdar edən olaraq göndərdik/elçi etdik. Hər ümmətin də içində bir xəbərdar edən, tam yəqinliklə bilin ki, gəlib keçmişdir. (Fatir/24)

8Allah “Hər dişinin nəyi daşıdığını və bətnlər nəyi əksildir və nəyi artırır” bilir. Və hər şey Onun qatında bir ölçü ilədir.

9Allah görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və açıqda olanı biləndir, çox böyükdür, ucalar ucasıdır.

10Sizdən sözünü gizlədən insanla onu açıq deyən insan… Gecə gizlənən insanla, gündüz açığa çıxan insan eynidir.

11Hər insan üçün iki əlinin arasından və ətrafından, Allahın işindən olaraq, ona nəzarət edib, onu qoruyan izləyicilər vardır. Əslində, bir xalq öz mənliklərində olanı dəyişdirmədikcə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah bir qövmə pislik istədimi, artıq onun geri çevrilməsi barəsində söz belə ola bilməz. Onlar üçün Onun yaratdıqlarından bir kömək edən, qoruyan, yol göstərən bir yaxın da yoxdur.

Bu ayə qrupunda ilk öncə Allah özünü elm sifəti ilə tanıtmışdır: Allah “Hər dişinin nəyi daşıdığını və bətnlər nəyi əksildir və nəyi artırır” bilir. Və hər şey Onun qatında bir ölçü ilədir. Allah görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və açıqda olanı biləndir, çox böyükdür, ucalar ucasıdır. Sizdən sözünü gizlədən insanla onu açıq deyən insan… Gecə gizlənən insanla, gündüz açığa çıxan insan eynidir. Hər insan üçün iki əlinin arasından və ətrafından, Allahın işindən olaraq, ona nəzarət edib, onu qoruyan izləyicilər vardır”.

Allahın elminin əhatə ediciliyi bir çox ayədə (Nəcm/32, Nisa/108, Yunus/61, Mömin/19, Loğman/34, Zümər/6, Mömin/12-14, Ta Ha/7, Nəml/22-26) zikr edilmişdi.

8-ci ayədə “Və hər şey Onun qatında bir ölçü ilədir” buyurularaq, hər şeyin Allahın elmində təqdir edilmiş bir qədər [ölçü] çərçivəsində meydana gəldiyini bildirir. Kainatdakı heç bir şey boşuna, məqsədsiz, plansız, necə gəldi meydana gəlməmiş, hər şey müəyyən bir məqsədə yönəlik olaraq öncədən edilmiş bir plan daxilində yaradılmışdır.

Qəmər surəsində (49-cu ayə) mərhum Seyyid Kutubun bir təhlilini təqdim etmişdik. Onun oxunmasını məsləhət görürük.

8-ci ayədəki “ bətnlərin nəyi əskiltdiyini və nəyi artırdığını bilir” ifadəsiylə Allahın ana bətninə yerləşmiş olan nutfənin mərhələ-mərhələ bütün inkişafını, əmələ gələn orqan və funksiyalarda nəyin artıb əskildiyini bildiyi bəyan edilir.

11-ci ayədə ilk öncə “Onun [hər insan] üçün, iki əlinin arasından və arxasından, Allahın işindən olaraq, onu müşahidə edib qoruyan izləyicilər vardır” buyurularaq Allahın insanların bütün davranışlarını bildiyi, qeyd etdiyi xəbərdarlığı edilmişdir.

  • 16Və and olsun insanı Biz yaratdıq/əmələ gətirdik. Nəfsinin özünə nələr pıçıldadığını da bilirik. Və Biz ona şah damarından daha yaxınıq.
  • 17,18Onun sağında və solunda (hər yanında) yerləşmiş iki təsbitedici onun hər işini təsbit edib durarkən, insan elə bir söz söyləməz ki, yanında hazır nəzarət edən olmasın. (Qaf/16-18)

Daha sonra da “həqiqətən bir xalq öz mənliklərində olanı dəyişdirmədikcə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah bir qövmə pislik istədimi, artıq onun geri çevrilməsi barəsində söz belə ola bilməz. Onlar üçün Onun yaratdıqlarından bir kömək edən, qoruyan, yol göstərən bir yaxın da yoxdur” buyurularaq sosial bir amilə diqqət çəkilmişdir:

  • 53Şübhəsiz ki, bu, bir cəmiyyət özündə olanı dəyişdirənə qədər, Allahın o cəmiy­yətə nemət olaraq verdiyini dəyişdirmədiyi və şübhəsiz ki, Allahın ən yaxşı eşidən, ən yaxşı bilən olduğuna görədir. (Ənfal/53)

Ayədəki “Bu, şübhəsiz bir qövm [cəmiyyət] özündə olanı dəyişdirənə qədər Allahın ona nemət olaraq bağışladığını dəyişdirməməsi, şübhəsiz Allahın ən yaxşı eşidən, ən yaxşı bilən olduğuna görədir” ifadəsindən anlaşılır ki, siyasi, iqtisadi və əxlaqi pozulmaların nəticəsində cəmiyyətlərin cəzalandırılmasının səbəbi, cəmiyyətin fərdləridir. Çünki sünnətullah bəşəri dəyişikliyin ilahi dəyişdirməyə səbəb olacağı şəklində baş verir.

Ayələrdən açıq şəkildə anlaşıldığına görə, insanların zaman-zaman məruz qaldıqları cəzalandırma məqsədli müsibətlər, fəlakətlər, zalım idarəçilər durduğu yerdə ortaya çıxmır. Əksinə, bunlar insanların öz yanlış münasibət və davranışları nəticəsində meydana gəlir. Yaşanan alçaldılma, əsarət, hüquqsuzluq, yoxsulluq, o cəmiyyətin həyat şəraitinin azğınlığa, laqeydliyə, biganəliyə və pozğunçuluğa döndüyünə görədir. Bu, hər zaman və hər məkanda siyasi, iqtisadi, ictimai və hərbi sarıdan ola bilər.

Bunu salaatın iqaməsi və salaatın zay olmasından bəhs edən ayələrlə konkret olaraq göstərə bilərik:

  • 45Sən sənə kitabdan vəhy ediləni oxu/izlə və salaatı iqamə et. Qəti bilin ki, salaat həddi aşmaqdan, pislikdən çəkindirər. Və Allahın anılması, əlbəttə, daha böyükdür. Və Allah, edib törətdiyiniz şeyləri bilir. (Ənkəbud/45)
  • 59–61Sonra onların ardından pis bir nəsil gəldi ki, salaatı tərk etdilər/həyatlarından çıxarıb atdılar. Və şəhvətlərinə uydular. Buna görə də tövbə edən, iman edən və saleh əməl işləyənlər istisna olmaqla, onlar azğınlıqlarının cəzası ilə qarşılaşacaqlar. Bax budur, tövbə edən, iman edən və saleh əməl işləyənlər cənnətə – Rəhmanın qullarına, görmədikləri halda, vəd etdiyi Ədn cənnətlərinə girəcəklər və heç bir şəkildə haqsızlığa uğradılmayacaqlar. Şübhəsiz, Onun vədi, tam yəqinliklə bilin ki, yerinə yetəcəkdir. (Məryəm/59-61)
  • 11Səmud azgınlığı ucbatından yalan saydı. 12Axirətdə ən bədbəxt olacaq olanları/başçıları vəzifəni qəbul edib getdiyi zaman, 13Allahın elçisi onlara demişdi ki: 14“Allahın dəvəsinin əhəmiyyətini anlayın!” və “Onun su içməsini, yaşamasını təmin edin!”
  • 15,16Lakin onlar, onu yalan saydılar, bunun nəticəsindən də qorxmayaraq, Allahın dəvəsini, bud damarlarını kəsərək öldürdülər. Rəbləri də günahları ucbatından onları dəyişikliyə/dağıntıya məruz qoydu, sonra da yerlə yeksan etdi. (Şəms/11-16)
  • 71Və əgər haqq onların ehtiraslarına uysaydı qətiliklə göylər, yer üzü və bunlarda olan insanlar pozulub, gedərdi. Əslində, Biz onların şanını/öyüdlərini gətirdik, sonra da onlar öz şanlarından/öyüdlərindən üz çevirənlərdir. (Möminlər/71)

Cəmiyyətin dəyişilməsi yaxşı yöndə olacaqsa, haqq naminə dəyişiklik göstərərsə, Allah da yaxşılıq-gözəllik xəlq edəcəkdir:

  • 96Və əgər o şəhərlərin xalqı inansaydılar və Allahın qoruması altına girsəydilər, əlbəttə üzərlərinə göydən və yerdən olan bolluqları açardıq. Lakin onlar yalan saydılar. Biz də onları etməkdə olduqlarına qarşılıq yaxaladıq. (Əraf/96)
  • 65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə onları neməti bol olan cənnətlərə qoyardıq.
  • 66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir!  (Maidə/65, 66)
  • 103Və onlar əgər inansaydılar və Allahın qoruması altına girsəydilər, qətiliklə, Allahdan olan bir mükafat daha yaxşı olacaqdı. Kaş ki, bilsəydilər! (Bəqərə/103)

12O, sizə qorxu və ümid içində şimşəyi göstərən və o, yağış yüklü buludları ortaya çıxarandır.

13Göy gurultusu Allahın tərifi ilə birlikdə, təbii güclər/tiran idarəedicilər isə Ondan qorxduqlarına görə Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ildırımlar göndərər və onunla dilədiyini çarpar. Onlar isə Allah haqqında mübahisə edib dururlar. Halbuki Allah çarpması çox çətin olandır.

Bu ayələrdə də insanoğlunun yaxından tanıdığı, maraqla izlədiyi Göy üzü hadisələrinə toxunularaq, onların Allah ilə olan əlaqələri, xüsusən də göy gurultusu və ildırımın Allahı təsbih etdiyinə diqqət çəkilmişdir. “Allahın hər cür nöqsanlıqlardan arınıq və bütün kamal sifətlərlə təchiz edilmiş olduğunun hayqırışı” demək olan təsbih ilə burada göy gurultusu və ildırımın təsadüflərin nəticəsi olan şüursuz amillər olmayıb, bir plan və proqrama əsaslanaraq meydana gəldiyi və bu proqramın sahibinin də Allah olduğuna işarə edilmişdir. Təbiətdəki bu hadisə – buxarlaşan suların buludları əmələ gətirməsi, buludların küləklər vasitəsilə müəyyən yerlərə daşınması, yağış yağması, göy gurultusu və ildırımın çaxması ancaq Allahın əsəridir. Allahdan başqa bunu edə biləcək bir gücdən heç bir halda bəhs edilə bilməz.

Sadəcə göy gurultusu deyil, kainatdakı hər varlıq Allahı təsbih edər:

  • 44Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifət­lər­dən münəzzəh qılırlar. Onun tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl­ma­yan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən münəzzəh qıl­ma­­larını yaxşı qavramırsınız. Şübhəsiz ki, O, yumşaq davranandır, çox ba­ğış­la­yan­dır. (İsra/44)
  • 41Göylərdə və yer üzündə olanların qatar-qatar uçanların [quşların, arıların, bu­lud­la­rın, boranların] Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldıqlarını gör­mədinmi/heç düşünmədinmi? Hamısı öz arındırmasını və dəstəyini/təbiətə edə­cə­yi qatqını qəti olaraq bilirlər. Allah da onların etdiklərini ən yaxşı biləndir. (Nur/41)

Və həmçinin Hədid/2; Həşr/1, 24; Saff/1; Cuma/1; Təğabün/1; Zümər/75; Mömin/7; Fussilət/39 və Şura/5-ci ayələrə də baxıla bilər.

14Haqq olan yalvarış yalnız Ona olan yalvarışdır. Ortaq qoşanların, Onun yaratdıqlarından yalvardıqları kimsələr – onlar özlərinə heç bir şeylə cavab verə bilməzlər. Onlar, ancaq ağzına gəlməməsinə baxmayaraq, ağzına su gəlsin deyə, iki ovcunu açan kimidir. Və kafirlərin duası, sadəcə, bir pozğunluq içindədir.

15Və yerdə və göylərdə olan kimsələr və onların kölgələri, istər-istəməz hər zaman yalnız və yalnız Allaha boyun əyib, təslimiyyət göstərirlər.

Bu ayələrdə də müşriklər xəbərdar olunmağa davam edilir, kafirlərin yanlış və tərs halları dəyərləndirilir. Yuxarıda varlıqların təsbihindən bəhs edilmişdi, indi isə varlıqların səcdəsi, ilahi sistemə təslimiyyətlərindən bəhs edilir.

Kölgələrin səcdə etməsi də, onların ilahi sistemə boyun əymələridir. Bu xüsusa başqa ayələrdə də diqqət çəkilmişdi:

  • 11Sonra duman halında olan göyə yerləşdi/hegemonluq qurdu, ona və yer üzünə: “İstəyərək və ya istəməyərək gəlin!” – dedi. İkisi də: “Biz istəyərək gəldik” – dedilər. (Fussilət/11)
  • 48Onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmədilərmi/bunları heç düşünmə­dilərmi ki, onların kölgələri, məhz kiçilənlər olaraq Allaha boyun əyərək sağa-sola dönür?! (Nəhl/48)
  • 67Və dənizdə sizə bir zərər toxunduğunda, o yalvardıqlarınız yox olub ge­dər­lər. O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas edincə, üz döndərər­si­niz. Və insan, çox nankor biridir! (İsra/67)

16De ki: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır”. De ki: “Allahın yaratdıqların­dan o, öz-özlərinə faydası ola bilməyən və zərər verməyə gücü olmayanları köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirsiniz?” De ki: “Heç kor ilə görən bir olurmu? Ya da qaranlıqlarla aydınlıq bir olurmu?” Ya da Allaha Onun kimi yaradan bəzi ortaqlar tapdılar ki, bu yaradılış onların fikrincə bir-birinə bənzərmi göründü? De ki: “Allah hər şeyin yaradıcısıdır. Və O, birdir, hər şeydən üstündür və qəhr edəndir”.

17Allah göydən bir su endirdi və vadilər öz tutumlarında sel olub axdılar. Sonra da sel suyun üzünə çıxan köpüklə yükləndi. Bir zinət əşyası və ya bir mənfəət əldə etmək üçün atəşdə əritdiklərinin üzərində də buna bənzər bir köpük vardır. Allah haqq və batili belə nümunə göstərər. Sonra köpük atılar gedər, insanlara faydası olan isə yerdə qalar. Bax budur, Allah nümunələri belə verir.

Burada, ətrafdakı o qədər ayəyə diqqət çəkilib, müşriklərin düşüncəsizliyi ortaya qoyulduqdan sonra onlardan bu suallar soruşulmuşdur:

  • Göylərin və yerin Rəbbi kimdir?
  • Allahın yaratdıqlarından o, öz özlərinə fayda və zərər verməyə gücü olmayanları vəliləşdirirsinizmi?
  • Heç kor ilə görən bir olurmu?
  • Heç qaranlıqlarla aydınlıq bir olurmu?
  • Allaha, Onun kimi yaradan bir sıra ortaqlar tapdılarmı ki, bu yaradılış onların fikrincə bir-birinə bənzərmi göründü?

Allahın bu suallara Elçisinin dilindən verdiyi cavablar müşriklərin də etiraz edə bilməyəcəkləri cavablardır. Çünki bir çox ayədə [Ənkəbud/43; Loğman/25; Yunus/31; Möminlər/84-86; Zühruf/9, 87] bildirildiyi kimi, müşriklər Allahı qəbul edir, lakin Allahın rəbbliyini, kainata və insana müdaxiləsini qəbul etmirlər. Onların rəbbləri şirk qoşduqları insan və əşyalardır.

Bu cavabdan sonra onlara xəbərdarlıq məqsədli nümunələr gətirilir: O (Allah) göydən bir su endirdi və vadilər öz tutumlarında sel olub axdılar. Sonra da sel suyun üzünə çıxan köpüklə yükləndi. Bir zinət əşyası və ya bir mənfəət əldə etmək üçün atəşdə əritdiklərinin üzərində də buna bənzər bir köpük vardır. Allah haqq və batili belə nümunə göstərər. Sonra köpük atılar gedər, insanlara faydası olan isə yerdə qalar. Bax budur, Allah nümunələri belə verir.

Budur, bu ayələrdə bunların ağılsızlıqları qınanır, etdiklərinin – düşüncə sistemlərinin və ideologiyalarının yararsız köpük və çürüntüdən başqa bir şey olmadığı, şərtlər normala döndüyündə onların yox olub getdiyi, sadəcə, həqiqət olanın meydanda qaldığı bəyan edilir. Beləliklə, Allahı bir yana buraxaraq, Allahın yaratdıqlarından aciz olan, özlərinə belə bir yarar təminvermə, ya da bir zərərin qarşısını alma gücünə sahib olmayan uydurma tanrıları özlərinə vəliləşdirənlər [yardımçı, qoruyucu qəbul edənlər] qınanır.

Batil gedicidir:

  • 81Və de: “Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olub, gedər”. (İsra/81)
  • 16Və Biz göyü, yer üzünü və aralarındakı şeyləri, oyun oynayanlar olaraq yaratmadıq.
  • 17Əgər Biz bir əyləncə etmək istəsəydik, əlbəttə, onu Öz qatımızdan edərdik, əgər Biz edənlər olsaydıq.
  • 18Tam əksinə, Biz haqqı batilin başına çırparıq və bu, onun beynini parçalayar. Bir də baxarsan ki, batil yox olub getmişdir. Və Allaha yaraşdırdığınız xüsusiyyətlərə görə, vay sizin halınıza!
  • 19,20Göylərdə və yer üzündə olan kəslər də yalnız və yalnız Onundur. Onun qatında olan insanlar da Onun qulluğundan yekəxanalıq etməzlər və bezməzlər, gecə-gündüz ara ver­mə­yərək, Onu nöqsan sifətlərdən münəzzəh qılarlar. (Ənbiya/16-20)
  • 104–106De ki: “Ey insanlar! Əgər mənim dinimin nə olduğunu qəti və tam olaraq bilmirdinizsə, yaxşı bilin ki, Allahın yaratdığı sərvətlərdən sizin sitayiş etdiklərinizə, mən sitayiş etmərəm. Və lakin sizin canınızı alacaq olana – Allaha sitayiş edərəm. Və mən möminlərdən olmağımla və: “Bütün mənliyini ortaq qoşmaqdan, Allahın tanrılığını və rəbbliyini bilə-bilə rədd etməkdən haqqa dönən biri olaraq, dinə döndər və qətiyyən ortaq qoşanlardan olma! Və Allahın yaratdığı sərvətlərdən sənə fayda verə bilməyən, zərəri də toxuna bilməyən şeylərə yalvarma! Buna baxmayaraq, əgər edərsənsə, o zaman heç şübhəsiz, sən şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərdən olarsan” – deyə əmr olundum”. (Yunus/104-106)

Və Ənbiya/66-67; Ənam/71-72; Həcc/11-13; Maidə/76.

18Rəbbinə uyanlar üçün “ən gözəl” vardır. Ona uymayanlar isə yer üzündə olan nə varsa hamısı və onunla birlikdə bir misli daha özlərinin olsa, onu qurtuluş fidyəsi olaraq verərdilər. Bax budur, onlar, hesabın pisi özləri üçün olanlardır. Çatacaqları yer də cəhənnəmdir. Orası da nə fəna yataqdır!

Bu ayədə əvvəlcə Allahın kainatdakı ayələrini tanıyan və Qurandakı ayələrə tabe olan kimsələr üçün “ən gözəl” olduğu açıqlanmışdır ki, ən gözəl ifadəsiylə “cənnət və Allahın verəcəyi mükafatlar” qəsd edilmişdir:

  • 31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir. (Nəcm/31, 32)
  • 26Gözəllik edənlər üçün daha gözəli və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlıq, alçalma da. Bax budur, bunlar cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalıcıdırlar.
  • 27Pislik qazanmış olan insanlar üçün də pisliyin cəzası bir bənzəri ilədir. Və onları bir alçaqlıq bürüyər. Onları Allahdan qoruyan heç bir qoruyucu yoxdur. Sanki onların üzləri, qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax budur, onlar atəşin əhlidirlər. Onlar orada sonsuzadək qalacaqlar. (Yunus/26, 27)
  • 89Kim bir yaxşılıq/gözəllik gətirərsə, onun üçün gətirdiyindən daha xe­yir­li­si/gətirdiyinə görə bir xeyir vardır. Və onlar o gün qorxudan təhlükəsizlikdə olan­lar­dır. (Nəml/89)
  • 133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir? – etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər. (Al-i İmran/133-135)
  • 69Və Biz Bizim uğrumuzda qeyrət göstərənləri/zəhmət çəkənləri, əlbəttə, Öz yollarımıza bələdçi­ləyə­cə­yik. Və şübhəsiz ki, Allah yaxşılıq/gözəllik edənlərlə birlikdədir. (Ənkəbud/69)

Ayənin son bölməsində kafirlərə də hesabın ən pisinin olacağı və yer üzündə olanların hamısı və onunla birlikdə bir misli daha onların olsa, onu qurtuluş fidyəsi olaraq verəcəkləri, amma onlardan qəbul edilməyəcəyi, çatıb duracaqları yerin yerlərin ən pisi olan – cəhənnəm olacağı bildirilır və beləliklə, onların qorxub ağıllarını başlarına almaları təmin edilmək istənilir:

  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur. (Al-i İmran/91)
  • 53Və: “O əzab gerçəkmi?” – deyə səndən xəbər almaq istəyirlər. De ki: “Bəli, Rəbbimə and olsun ki, o, tam əmin olun ki, bir gerçəkdir. Və siz, aciz bura­xan­lar deyilsiniz”.
  • 54Və əgər ki, şərik qoşaraq, səhv/öz zərərlərinə iş edən hər kəs, yer üzündə nə varsa özünün olsa idi, onu fəda edərdi/qurtarmaq üçün verərdi. Və onlar, əzabı görüncə peşmançılıq duyardı. Və aralarında ədalət tam əmin olun ki, gerçəkləşəcəkdir. Və onlar haqsızlığa uğramazlar. (Yunus/53, 54)

Həmçinin Zümər/47, 48; Maidə/36, 37; Hədid/14, 15.

19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!”

25Allaha and içərək “qəti söz” verdikdən sonra pozan və Allahın birləşdirilməsini əmr etdiyi şeyləri – iman və əməli kəsən/bir-birindən ayıran və yer üzündə qarışıqlıq çıxaran kimsələr, bax budur, onlar kənarlaşdırılma özləri üçün olanlardır. Yurdun pisi də onlar üçündür.

26Və Allah dilədiyinə ruzini genişləndirir, dilədiyinə isə ölçüləndirir. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə, sadəcə, bir qazancdır.

Bu ayələrdə müşriklər ağıllarını işlətməyə çağırılır. Çünki onlar mənfəətlərini ön planda tutduqlarından başlarına gələcək fəlakətləri hesaba qatmırlar. İslam dininin təməl prinsiplərindən bir çoxunun yer aldığı bu ayə qrupunda Mömin görənə, kafir isə kora bənzədilərək: Yaxşı, şübhəsiz Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə kimidirmi? – buyurulmuşdur ki, bu ikisinin bir olmadığı, olamayacağı hər kəs tərəfindən bilinir. Eyni vəziyyət başqa bir ayədə də belə ifadə edilir:

  • 9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər. (Zümər/9)

Bu açıqlamadan sonra, qavrama qabiliyyətləri olan insanların, yəni həqiqi ağıllıların xüsusiyyətləri sadalanmışdır. Belə ki:

  • Allahın əhdini yerinə yetirən;
  • Andlaşmanı pozmayan;
  • Allahın birləşdirilməsini istədiyi şeyi birləşdirən;
  • Rəbblərinə haşyət duyan;
  • Hesabın pisindən qorxan;
  • Rəbblərinin rızasını qazanmaq arzusuyla səbr edən;
  • Salaatı iqamə edən;
  • Özlərinə verdiyimiz ruzilərdən gizli və açıq infaq edən;
  • Çirkinlikləri gözəlliklərlə aradan qaldıran.

Bunlar Rəsulullahla birlikdə olma lütfünə nail olan kimsələrin bir çoxunun sahib olduğu xüsusiyyətlərdir ki, bu xüsusiyyətlərə sahib olmayan kimsənin həqiqi bir Mömin olduğu söylənə bilməz.

Bu xüsusiyyətlər sayılandan sonra da, “budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” buyurularaq bu xüsusiyyətlərə sahib olanlar müjdələnmiş; ardından da, “Allaha and içərək “qəti söz” verdikdən sonra pozan və Allahın birləşdirilməsini əmr etdiyi şeyləri – iman və əməli kəsən/bir-birindən ayıran və yer üzündə qarışıqlıq çıxaran kimsələr, bax budur, onlar kənarlaşdırılma özləri üçün olanlardır. Yurdun pisi də onlar üçündür” buyurularaq Allaha qarşı gələnlər təhdid edilmişdir. Sonra da ”Və Allah dilədiyinə ruzini genişləndirir, dilədiyinə isə ölçüləndirir. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə, sadəcə, bir qazancdır buyurularaq inancsızların dünyadakı dəyərsiz, keçici şeylərlə özlərini aldatdıqları bəyan edilmişdir.

Burada Allahın əhdi və buna riayət ön planda tutulmuşdur ki, buna bir çox yerdə diqqət çəkilmişdi. Bu xüsusa dair Nəhl surəsindəki bölməni burada da veririk:

  • 91Və sözləşmə etdiyinizdə Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/sözləşmələrinizi zəmanət altına aldıqdan və Allahı özünüzə qəti kəfil qıldıqdan sonra pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir.
  • 92Bir ümmət digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızda aldatma va­sitəsi edərək, kələfini sağlam şəkildə əyirdikdən sonra onu söküb, pozan qadın kimi də olmayın. Şübhəsiz, Allah sizi bununla sınayır. Haqqında anlaşılmazlığa düşdüyü­nüz şeyləri Qiyamət günü sizə mütləq açıqlayacaqdır. (Nəhl/91, 92)

Bu ayələrdə, kütləvi yaşayışın düzgün getməsi üçün həyati əhəmiyyətə sahib bir əxlaq qaydası qoyularaq, bu əxlaqi qaydaya uyğun davranıb-davranmamağın möminlər üçün bir sınaq olacağı bildirilir. Bəhs edilən əxlaq qaydası, kütləvi yaşayışın vacib ünsürü sayılan “sözləşmələrə sədaqət” prinsipidir.

İnsanlar verdikləri sözün üstündə durmalı, etdikləri sözləşmələrə uymalı, andlar və sözlər qətiyyən bir aldatma vasitəsi olaraq işlədilməməlidir:

  • 34Yetkinlik yaşına çatıncaya qədər yetimin malına da, ən gözəl bir şəkildə olması istisna olmaqla, yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz, verilən sözdə məsuliyyət vardır. (İsra/34)
  • 152Yetimin malına da yaxınlaşmamağınızı, yalnız yetkinlik çağına çatana qədər ən gözəl şəkildə yaxınlaşa bilər və uyğun şəkildə xərcləyə bilərsiniz. Ölçünü, çə­kini haqqaniyyətlə büsbütün etməyinizi; Biz kimsəni gücünün çatdığından başqası ilə – qabiliyyətinin xaricində bir şeylə məsul tutmarıq. Söylədiyiniz zaman da, yaxınınız da olsa, ədalətli olmağınızı və Allaha verdiyiniz sözə əməl etməyinizi”. Bax budur, bunlar öyüd alıb düşünəsiniz deyə, Allahın sizə məsuliyyət olaraq çat­dır­dıqlarıdır”. (Ənam/152)

Allahın Əhdi. Allahın əhdi ilə, insanın öz iradə və ixtiyarı ilə öhdəsindən gəldiyi hər söz qəsd edilmişdir. Uca Allah insanların öz istək və seçimləri ilə etdikləri anlaşmaları pozmalarını qınayır, belə edənləri şiddətli bir şəkildə danlayır. Əhdi [sözü] pozmaq, Allahın lənətlədiyi fellərin başında gəlir. Bunun səbəbi əhdi pozmağın cəmiyyətdə böyük zərərlərə səbəb olmasıdır.

Əhdini pozanlar Fələq surəsində “düyünlərə tüpürüb üfləyənlər” olaraq da xarakterizə edilmişdir:

  • 1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de! (Fələq/1-5)
  • 8Və onlar əmanətlərinə və andlaşmalarına riayət edən kimsələrdir. (Möminlər/8)
  • 22Ancaq “salaatçılar” bundan istisnadır.
  • 23O salaatçılar ki, salaatlarını davam etdirənlərdir.
  • 24,25Və salaatçılar öz mallarında istəyən və istəməyə utanan yoxsullar üçün bəlli bir haqq olan insanlardır.
  • 26Və salaatçılar cəza gününü təsdiq edərlər.
  • 27Və salaatçılar Rəbbinin əzabından qorxanlardır.
  • 28Şübhəsiz ki, Rəbbinin əzabından amanda/arxayın olmaq olmaz.
  • 29–31Və salaatçılar namuslarını qoruyanlardır. Ancaq həyat yoldaşları və ya sözləşmələrinin sahib olduqları istisnadır. Çünki onlara yaxınlaşdıqlarında qınanmazlar. Artıq ondan artığını istəyənlər… Bax budur, onlar həddi aşanların məhz özləridir.
  • 32Və salaatçılar əmanətlərinə və əhdlərinə riayət edərlər.
  • 33Və salaatçılar şahidliklərini yerinə yetirərlər.
  • 34Və salaatçılar, salaatlarını qoruyanlardır.
  • 35Bax budur, bu salaatçılar cənnətlərdə xoş qarşılanırlar. (Məaric/22-35)

Həmçinin Bəqərə/40, 177; Əhzab/15, 23; Rad/20; Al-i İmran/76.

And içən, əhd edən və əhdini möhkəmlətdikdən sonra pozan kimsələrin halı, mövzumuz olan ayədə, yununu əyirib möhkəm bir şəkildə sarıdıqdən sonra onu təkrar çözən bir qadının halına bənzədilir. Bir qadının özünün əyirib bükdüyü yunu təkrar çözməyə çalışması, əhdlərini pozanları xarakterizə etmək üçün edilən bir təsvirdir. Ərəb ənənəsinə görə edilən bu bənzətmənin müəyyən bir qadını işarə etdiyi nəqllərdə yer alsa belə, xarakterizə etdiyi şəxsiyyətin əhdlərini pozan bütün kişi və qadınları əhatə etdiyi aydındır.

Ayə ilə əlaqədar klassik əsərlərdə aşağıdakı nəql yer alır:

Rəvayət olunduğuna görə, Məkkədə Amr b. Kab b. Sad b. Teym b. Murre qızı Rayta deyə bilinən axmaq bir qadın varmış. Bu qadın bu şəkildə edərmiş. Budur, bu bənzətmə ona görədir. Bu açıqlamanı əl-Ferra etmişdir. Abdullah b. Kesir və əs-Süddi də bunu nəql etməklə birlikdə qadının adını verməmişlər. [3]

Təəssüf ki, iqtisadi, siyasi və fərdi mənfəətlərdən bəhs edildiyində, cəmiyyətdə böyük tanınan və müxtəlif özünəməxsusluqlarıyla seçilmiş bir çox adamın asanlıqla əhdlərini pozduğu, müxtəlif bəhanələr irəli sürərək, verilən sözləri yerinə yetirməməyə çalışdığı müşahidə edilir. Müsəlman cəmiyyətlərin bu mövzudakı əxlaqi intizamsızlığı, sosial bir yara olaraq xarakterizə edilə biləcək qədər yayğın bir mənzərə yaradır. Müsəlmanlar daha bir çox əxlaqi dəyər kimi, sözündə durmaq, əhdlərini yerinə yetirmək, andlarının tələblərinə tabe olmaq … mövzularında Allahın qoyduğu prinsipləri yaxşı anlayıb tətbiq etməli və digər cəmiyyətlərə də nümunə olmalıdırlar.

  • 89Allah sizi qəsdən etmədiyiniz/ağız alışqanlığı ilə etdiyiniz andlarınız barədə sorğu-suala tutmaz. Lakin, qəsdlə etdiyiniz/sözləşdiyiniz andlarınız barədə sizi sorğu-suala tutar – onun da kəffarəsi, əhlinizə yedirtdiyinizin ən xeyirlisindən/ən yaxşı­sın­dan on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da, bir köləni azad et­mək­dir. Verəcək bir şey tapa bilməyən insan üçün isə üç gün oruc tutmaqdır. Bu, poz­duğunuz zaman andlarınızın kəffarəsidir. Və andlarınızı qoruyun. Bax budur, Allah qarşılığını ödəyərsiniz deyə, ayələrini sizin üçün belə açıqlayar. (Maidə/89)

25-ci ayədəki Allahın birləşdirilməsini əmr etdiyi şeylər ifadəsi Bəqərə/27-də də açıqladığımız kimi, “iman və əməlin birləşdirilməsi”dir.

Ayədəki Allahın birləşdirməsini əmr etdiyi şeyi kəsən ifadəsi, ümumiyyətlə “əqrəbalıq bağını kəsən” şəklində anlaşılmışdır. Halbuki burada, “əməl ilə imanın birləşdirilməsi” qəsd edilir; tək imanın yetməyəcəyi, imanın mütləq salihatı işləməklə birləşdirilməli olduğu vurğulanır.

Beləliklə, münafiqlərin “inandıq” deməklə kifayətlənərək, digər dini vacibələri yerinə yetirmədikləri bəyan edilir:

  • 2,3İnsanlar sınanmadan “İman etdik” demələri ilə buraxılacaqlarınımı sandılar? Və and olsun ki, Biz onlardan öncəkiləri də saflaşdırılmaları üçün, atəşlərə/sıxıntılara sal­mışdıq. Artıq əlbəttə, Allah doğru insanları bildirəcəkdir/işarələyib göstərə­cək­dir və əlbəttə, yalançıları da, qətiliklə, bildirəcəkdir/işarələyib göstərəcəkdir. nkəbud/2, 3)

26-cı ayədə “Və Allah dilədiyi kimsəyə ruzini genişlədir də, ölçüləndirir də. Onlar isə adi həyat ilə fərəhləndilər. Əslində isə adi həyat, axirətdə sadəcə bir qazancdır buyurularaq mala-mülkə etibar edilməməsi barədə xəbərdarlıq edilmişdir:

  • 15Əlbəttə, mallarınız və uşaqlarınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Allah isə… Böyük mükafat Öz qatında olandır. (Təğabün/15)
  • 9Ey iman edənlər! Mallarınız və uşaqlarınız sizi Allahı anmaqdan yayın­dır­ma­sın. Belə bir şeyi kim edərsə, artıq bax budur, onlar zərərə, itkiyə uğrayıb acı çə­kənlərin məhz özləridir. (Münafiqun/9)

Allaha haşyət duymaq, hesabın pisliyindən qorxmaq, Allahın rızasını qazanmaq arzusuyla səbr etmək, salaatı iqamə etmək və özlərinə verilən ruzilərdən gizli və açıq infaq etməklə əlaqədar da onlarla ayə keçmişdi. Onları təkrar zikr etməyə ehtiyac görmürük.

Burada üzərində durulacaq bir xüsus da ayədəki “çirkinlikləri gözəlliklərlə aradan qaldırma” xüsusiyyətidir ki, bir çox ayədə Möminin düzəldici, gözəlləşdirici və yaxşılaşdırıcı olmalı olması bildirilmişdir:

  • 114Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında salaatı təşkil et, fəaliyyətini təmin et, çünki yaxşılıqlar pislikləri yox edir. Bu, ibrət alanlara bir öyüddür. (Hud/114)
  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır.
  • 35Bu yetkin davranışa, ancaq səbr edənlər qovuşdurulur, buna ancaq böyük bir pay sahibi olanlar qovuşdurulur. (Fussilət/33-35)

Bu uca xüsusiyyətlərə malik olan qullar “Bax budur, onlar, bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!”  buyurularaq qürurlandırılmışdır.

Buradakı müjdələr başqa ayələrdə (Tövbə/72; Nəhl/30-32; Fatir/32, 33; Sad/49-52) də zikr edilmişdir:

27–29,31Yenə o kafirlər: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyərlər. De ki: “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz.

31-ci ayə, texniki olaraq 27-ci ayəyə bağlıdır. Ona görə də bu paraqrafda tərcümə edilmişdir.

Bu ayələrdə müşriklərin inanmamaq üçün “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyə irəli sürdükləri boş-boş bəhanələr və onlara “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır” deyə verilən cavablar yer alır; beləliklə, inanmama səbəblərini özlərində axtarmaları istənilərək, kafirlərin irəli sürdükləri bəhanələrlə əsl inanmama səbəblərinin əlaqəsinin olmadığı bildirilir:

  • 5Əslində o insan, önünü/qalan ömrünü din-iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir. 6Soruşur: “Qiyamət günü nə zamanmış ki?” (Qiyamət/5, 6)
  • 5Əksinə onlar: “Bunlar qarmaqarışıq yuxulardır, yox-yox onu özü uydurdu, yox-yox o bir şairdir. Haydı, belə isə əvvəlki göndərilənlər kimi, bizə bir əlamət/nümunə gətirsin” – dedilər.
  • 6Onlardan öncə yox etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi bunlarmı iman edəcəklər?
  • 7Və Biz səndən öncə də, ancaq özlərinə vəhy etdiyimiz yetkin insanları göndərdik/elçi etdik. Haydı, siz bilmirsinizsə, Öyüd/Kitab Əhli olanlardan/vəhy biliyi olanlardan soruşun.
  • 8Və Biz o elçiləri yemək yeməz bir cəsəd etmədik. Onlar əbədi qalanlar/ölümsüz də deyildilər. nbiya/5-8)

Həmçinin Ənam/109-111; İsra/59; Ənkəbud/50-55.

Kafirlərin mövqeyi geniş şəkildə açıqlandıqdan sonra Möminlərə, İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz ifadəsiylə özlərinin nemətlərə layiq görülmüş kimsələr olduqları müjdəsi verilirkən, kafirlərin də mütləq cəzalarını çəkəcəkləri bəyan edilir:

  • 99Halbuki, Rəbbin diləsəydi, əlbəttə yer üzündəkilərin hamısı birlikdə inanardı. Artıq inananlar olmaları üçün insanları sənmi məcbur edəcəksən? (Yunus/99)

Bu ayə qrupunda, Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla yatışır/təmin olur buyurularaq Allahın zikrinin əhəmiyyətinə diqqət çəkilmişdir.

Allahı zikr etmək, qısaca “Allahın qulları üzərindəki haqqlarını və bəxş etdiyi nemətləri düşünmək, Ona qarşı öhdəliklərin yerinə yetirilibyetirilmədiyinə daima nəzarət etmək, verdiyi öhdəlikləri əskiksiz yerinə yetirmək, nemətlərinə qarşı şükür edib nankorluq etməmək və daima bu şüur içərisində olmaq” deməkdir.

Burada zikrin əhəmiyyətinə vurğu edilərkən, başqa ayələrdə Allahın zikrinə mane olacaq şeylərə diqqət çəkilmişdir:

  • 9Ey iman edənlər! Mallarınız və uşaqlarınız sizi Allahı anmaqdan yayın­dır­ma­sın. Belə bir şeyi kim edərsə, artıq bax budur, onlar zərərə, itkiyə uğrayıb acı çə­kənlərin məhz özləridir. (Münafiqlər/9)
  • 37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər. (Səba/37)
  • 36–38Allahın yüksəldilməsinə, içərisində Öz isminin anılmasına izin verdiyi evlərdə, həmişəlik olaraq, Özünü münəzzəh qılan elə ürəkli/igid/ər insanlar vardır ki, ticarət və alış-veriş onları Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkatı/vergilərini verməkdən ayırmaz. Onlar Allah özlərinə işlədikləri əməllərin ən gözəli ilə qarşılıq versin və özlərinə ərməğanların­dan artırsın deyə, qəlblərin və gözlərin tərs döndüyü bir gündən qorxarlar. Və Allah di­lədiyi insanları hesabsız ruziləndirər. (Nur/36-38)

30Bax budur, belə! Səni, onlar Rəhmana inanmazlarkən, sənə vəhy etdiklərimizi onlara oxuyasan deyə, özlərindən öncə necə başçılı cəmiyyətlər gəlib-keçmiş olan bir başçılı cəmiyyət içində elçi etdik. De ki: “Rəhman mənim Rəbbimdir, Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən ancaq Ona işin nəticəsini həvalə etdim, dönüşüm də ancaq Onadır”.

32And olsun ki, səndən öncəki elçilərə də lağ edildi. Və Mən kafirlərə/inanmayanlara möhlət verdim. Sonra da onları yaxaladım… Haydı, baxaq Mənim əzabım necə imiş!

38And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da həyat yoldaşları və nəsil [övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni/biliyi olmadan, hər hansı bir əlamət/nümunə gətirmək də yoxdur. Hər müddət sonu üçün bir yazı vardır.

39Allah dilədiyini məhv edər, dilədiyini də yerində buraxar. Kitabın anası – biliyin qaynağı da yalnız və yalnız Onun qatındadır.

38-39-cu ayələr də məna olaraq bu paraqrafa bağlı olduqlarından bərabər tərtib etdik.

Bu ayələrdə Rəsulullah təsəlli edilmiş, Rəhmanı inkar edirlərkən, özünə vəhy ediləni onlara oxuması üçün özlərindən öncə necə ümmətlər gəlib keçmiş bir ümmət içində elçi olaraq seçilmişdir. Buna görə də onlara, “O [Rəhman], mənim Rəbbimdir, Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən yalnız Ona təvəkkül etdim, dönüşüm də yalnız Onadır” – deyə hayqırmalıdır.

Rəsulullaha bu öhdəlik verildikdən sonra, “ and olsun ki, səndən öncəki elçilərə lağ edildi. Mən də o inkar etmiş insanlara müddət verdim. Sonra da onları yaxaladım; haydı, baxaq Mənim əzabım necə imiş! And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da zövclər və zürriyət [nəsil/oğlan-qız övladlar] verdik. Heç bir peyğəmbər üçün Allahın izni olmadan hər hansı bir ayə gətirmək də yoxdur. Hər əcəl üçün bir yazı vardır. Allah dilədiyini məhv edər, dilədiyini də yerində buraxır. Kitabın anası da yalnız və yalnız Onun qatındadır” buyurularaq, elçilik missiyasına dair açıqlamalar edilmişdir.

Bu bölmənin yaxşı anlaşıla bilməsi üçün nüzul səbəbinə göz atılmalıdır:

Mukatil və İbn Cüreyc deyir ki: Bu buyuruq, Hudeybiyyə sülh müqaviləsi əsnasında sülh şərtlərini yazmaq istədikləri sırada enmişdir. Bu sırada Peyğəmbər (s.ə.s) Əliyə (r.a): “Bismillahir-Rəhmanir-rəhim yaz” – deyə əmr etmişdi. Süheyl b. Amr ilə müşriklər isə: “Biz Rəhman olaraq ancaq Yəmamənin sahibini (bununla Müseylimə əl-Kezzabı qəsd etmişdilər) bilirik. O baxımdan Bismikellahumme [Sənin adından, ey Allahım] yaz” – dedilər. Budur, cahiliyyə dövrü insanları belə yazırdılar.

Peyğəmbər (s.ə.s) də bundan sonra Hz. Əliyə: “Yaz, bu Allahın Rəsulu Muhəmmədin (s.ə.s) üzərində sülh müqaviləsi etdiyi şərtlərdir” – dedi. Ancaq Qüreyş müşrikləri: “Sən həqiqətən Allahın Rəsulu olduğun halda biz səninlə savaşsaq və sənə mane olsaq, əlbəttə sənə zülm etmiş oluruq. Amma bunun yerinə sən: “Bu Abdullahın oğlu Muhəmmədin üzərində sülh müqaviləsi etdiyi şərtlərdir” – deyə yaz” – dedilər.

Peyğəmbərin (s.ə.s) əshabı: “Bizə izin ver ki, bunlarla vuruşaq” – dedilərsə də, Hz. Peyğəmbər: “Xeyr, bunun yerinə istədikləri kimi yaz” – dedi və buna görə bu ayə-i kərimə nazil oldu.

İbn Abbas da deyir ki, bu buyuruq Qüreyş kafirləri haqqında, Peyğəmbər (s.ə.s) onlara: “Rəhmana Səcdə edin” – dediyində, onların: “Rəhman da kimmiş?” – dediklərinə görə enmişdir. [4]

Rəvayət edildiyinə görə Hz. Peyğəmbər (s.ə.s) Qüreyşlilərlə Hüdeybiyyədə müqavilə bağladığı zaman müqavilə mətninə, “Bu Allahın Rəsulu Muhəmmədin” ifadəsini yazdırdıqda müşriklər: “Əgər sən Allahın Rəsulusansa, biz səninlə döyüşdük, beləliklə də, zülm etmiş olduq. (Əslində isə biz bunu qəbul etmirik). Lakin sən: “Bu, Muhəmməd ibn Abdullahın (…) etdiyi andlaşma mətnidir” deyə yazdır” – dedilər. Buna görə də, eynilə elə yazıldı. Andlaşma mətninə Bismillahir-Rəhmanir-rəhim yazıldığında müşriklər: “Rəhman da kimdir, biz onu tanımırıq?” – dedilər. Çünki onlar məktublarının başında: “Ey Allahım! Sənin adından…” – deyə yazardılar. Bundan sonra Hz. Peyğəmbər onlara: “Siz necə istəyirsiniz, elə yazın!” – dedi. [5]

Müşriklərin, Allahın Rəhman sifətinə qarşı olan münasibətləri İsra surəsində də zikr edilmişdi:

  • 110De ki: “Allah deyə çağırın və yaxud Rəhman deyə çağırın. Hansı adla çağırırsınızsa çağırın, ən gözəl isimlər Onundur. Salaatı nə açıq icra etmə, nə də gizlin etmə. Və bu ikisi arasında bir yol tap”. (İsra/110)

Bu bölmədə, başına gələnlərin yeni bir şey olmadığı, keçmişdə də yaşandığı bildirilərək Rəsulullah təsəlli edilmişdir. Bu cür təsəllilər bir çox dəfə edilmişdir:

  • 42–44Və əgər onlar səni yalan sayırlarsa, bil ki, onlardan öncə Nuhun qövmü, Ad, Səmud, İbrahimin qövmü, Lutun qövmü, Mədyən əhli də yalan saymışdılar. Musa da yalan sayıldı ki, Mən kafirlərə bir müddət verdim. Sonra da onları yaxaladım. Yaxşı, Məni tanı­ma­maq necə imiş!
  • 45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır… Necə tərk edilmiş quyularla bomboş qalmış, betonla möhkəmləş­di­ril­miş saraylar!
  • 46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur.
  • 47Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki, Allah qətiyyən sözündən dönmə­yə­­cəkdir. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin saya bildiklərinizdən min il ki­mi­dir.
  • 48Və şərik qoşmaqla səhv/öz zərərlərinə iş etməkdə olan necə şəhərlər… Mən özlərinə möhlət verdim, sonunda onları yaxaladım. Dönüş, sadəcə, Mənədir. (Həcc/42-48)
  • 37Sən onların doğru yolda olmaları üçün hirs/qəzəb göstərsən də artıq Allah azdırdığı insanı doğru yola bələdçiləməz. Onlar üçün köməkçilərdən də kimsə yoxdur. (Nəhl/37)
  • 41Ey Elçi! Qəlbləri iman etmədiyi halda ağızlarıyla “inandıq” deyən kimsələr və yə­hu­diləşmişlərdən durmadan yalana qulaq asan və sənə gəlməyən kimsələr üçün din­ləyən/casusluq edən, küfr için­də ça­balayan bu kimsələr səni narahat etməsin. Onlar kəlməni yerlərindən oynadıb, də­yiş­di­rir­lər. “Əgər sizə bu verilərsə, dərhal alın, o verilməzsə, çəkinin!” – deyərlər. Allah bir kim­səni dindən çıxma atəşinə düşürmək istəyərsə, sən Allaha qarşı, o kimsənin le­hinə, heç bir şey edə bilməzsən. Onlar Allahın qəlblərini təmizləmək istəmədiyi kimsələrdir. On­lar üçün dünyada rüsvayçılıq vardır və axirətdə onlara çox böyük bir əzab vardır. (Maidə/41)

Və Bəqərə/118; Ənam/10; Hicr/11; Kəhf/106; Ənbiya/41; Zuhruf/6-8.

38-ci ayədəki “And olsun ki, Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da zövclər və zürriyyət [nəsil/oğlan-qız övladlar] verdik” ifadəsinin bir bənzəri də Furqan surəsində də keçmişdi:

  • 7,8Və inkar edənlər: “Bu necə elçidir ki, yemək yeyir, küçələrdə yeriyir? Ona bir mələk endirilsəydi nə olardı? Beləliklə, onunla bərabər bir xəbərdar edən olardı! Yaxud özünə bir xəzinə verilsəydi və ya özünün yeyəcəyi bir bağçası olsaydı!” – dedilər. Bu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Siz, yalnız və yalnız ovsunlanmış bir insanamı uyursunuz” – dedilər. (Furqan/7, 8)
  • 20Biz səndən əvvəl də sadəcə, yemək yeyən, bazarlarda yeriyən elçilərdən göndərdik. Və Biz sizin bir qisminizi bir qisminiz üçün saflaşdırmaq məqsədilə sıxıntı vasitəsi etdik. Səbr edərsinizmi! Və sənin Rəbbin çox yaxşı görəndir. (Furqan/20)

Ayədəki “Biz səndən öncə də peyğəmbərlər göndərdik. Onlara da zövclər və zürriyyət [nəsil/oğlan-qız övladlar] verdik ifadəsindən hər nə qədər bizə məlumat verilməmiş olsa da, İsa peyğəmbərin də eşinin və övladlarının olduğu anlaşıla bilir.

33Yaxşı, o qazandıqları ilə birlikdə hər bir insanın üzərində dikilən/görüb nəzarət edən kimdir? Onlar isə Allaha ortaqlar qəbul etdilər… De ki: “Onları adlandı­rın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeyimi, ya da sözdən açıq olanınımı xəbər verəcəksiniz? Əslində kafirlərə planları gözəl göstərildi və yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur.

34Onlar üçün bu bəsit dünya həyatında bir əzab vardır. Axirət əzabı isə qətiliklə daha əzicidir. Onları Allahdan qoruyacaq biri də yoxdur.

35Allahın qoruması altına girənlərə söz verilən cənnətin örnəyi belədir: Onun altından çaylar axar, onlara nəsib edilən – meyvələri, rəngləri, dadları və kölgələri həmişəlik­dir. Bax budur, bu, Allahın qoruması altına girənlərin aqibətidir. Kafirlərin aqibəti isə atəşdir.

Bu ayələrdə ilk öncə müşriklərin başlarına bir balta endirilir: “Yaxşı, O, qazandığı şeylərlə birlikdə hər bir nəfsin [insanın] üzərində dikilən [görüb nəzarət edən] kimdir?”

Onlar bu suala istər-istəməz: “Allahdır!” – deyə cavab verəcəklər. Bəli, onlar Allahı qəbul edirlər, amma Allaha ortaqlar qoşurlar. Ona görə də yeni bir sual daha gəlir: “Onları adlandırın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeymi, ya da sözdən açıq olanımı xəbər verəcəksiniz?

Bunların ağılsızlıqları bir çox dəfə üzlərinə vurulmuşdur:

  • 61Və sən hansı işi görərsən gör, Qurandan onun haqqında nə oxuyursan, oxu və siz, nə işdə çalışırsınız çalışın, unutmayın ki, siz ona uyub getmişkən, Biz sizin üzərinizdə şahidik. Yerdə və göydə zərrə ağırlığınca heç bir şey Rəbbinizdən uzaq qalmaz. Və bundan kiçiyi və daha böyüyü, ancaq açıq-aşkar bir kitabdadır. (Yunus/61)
  • 59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın. (Ənam/59)
  • 6Və yer üzündə heç bir kiçik-böyük canlı yoxdur ki, ruzisi Allaha aid olmasın. Allah onun yerləşdiyi yerini də, müvəqqəti olduğu yeri də bilir. Hamısı açıq-aşkar bir kitabdadır. (Hud/6)
  • 7Sən səsini yüksəldirsən… Rəhman, şübhəsiz ki, gizlini də, gizlinin gizlisini də bilir. (Ta Ha/7)
  • 4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir. (Hədid/4)

Ayədəki Onları adlandırın! ifadəsiylə dəyərsiz bütlərə ad verilməsi qınanır ki, bütlərə ad vermək [onları dəyərli qılmaq], keçmişdəki müşriklərin bir prinsipi idi.

  • 70Onlar dedilər ki: “Deməli sən, Allaha başqasını qarışdırmadan qulluq edək və atalarımızın qulluq etdiklərini buraxaq deyəmi, bizə gəldin? Əgər doğruları deyirsənsə, bizi təhdid etdiyin şeyi bizə gətir!”
  • 71Hud dedi ki: “Artıq sizə Rəbbinizdən əzab və qisas/əməllərinizin bədəli enmişdir. Haqlarında Allahın heç bir dəlil endirmədiyi, sadəcə, sizin və atalarınızın qoyduqları adlar haqqında mənimlə mübahisəmi edirsiniz? Gözləyin elə isə, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Əraf/70, 71)
  • 37–41Yusuf: “Sizə qida olaraq veriləcək bir yemək gəlmədən əvvəl onun yo­zu­mu­nu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Şübhəsiz, mən Allaha inanmayan bir qövmün ki, onlar axirəti bilərək rədd edənlərin/inan­­­ma­yanların məhz özləridir, dinini, həyat tərzini tərk etdim. Və atalarım İbrahim, İshaq və Yəqubun dininə, yaşayış qaydasına uydum. Bizə Allaha heç bir şeyi ortaq qoş­ma­q olmaz. Bu, Allahın bizə və insanlara bir lütfüdür. Və lakin insan­la­rın ço­xu özlərinə verilən nemətlərin qarşılığını ödəmirlər. Ey mənim zindan yol­daş­la­rım! Ayrı-ayrı bir çox Rəbblərmi daha xeyirlidir, yoxsa hər şeyə hakim və qalib olan bir tək Allahmı? Sizin, Onun yaratdığı sərvətlərdən o sitayiş etdikləriniz, sizin və ata­larınızın uydurduğu bir sıra adlardan başqa bir şey deyildir. Bunlara sitayiş etməyiniz barədə Allah heç bir dəlil endirmiş deyildir. Hökm, ancaq Allaha aid­dir! O, sizə Özündən başqasına sitayiş etməməyinizi əmr etdi. Bax budur, bu ən doğ­ru – qo­ruyan dindir. Lakin insanların çoxu bilmirlər. Ey mənim zindan yol­daş­la­rım! Bi­riniz ağasına yenə şərab təqdim edəcək. Digəri də asılacaq və quşlar onu ba­şın­dan ye­yə­cək­lər. Bax budur, haqqında fitva istədiyiniz iş gerçəkləşdi” – dedi. (Yusuf/37-41)
  • 23Bunlar, Allah haqlarında bir sübut endirmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şeylər deyildir. And olsun, onlara Rəblərindən doğru yolun bələdçiliyi gəldiyi halda, onlar ancaq zənnə, bir də nəfslərinin xoşlandığı şeylərə tabe olurlar. (Nəcm/23)

Bu sualların ardından da diqqətli olmaları və qurtuluşa təhrik edilmələri məqsədilə bu açıqlamalar edilir: Əslində bu küfrə saplanmış olan insanlara planları gözəl göstərildi ki, yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur. Onlar üçün bu adi həyatda [dünya həyatında] bir əzab vardır. Axirət əzabı isə qətiliklə daha əzicidir. Onları Allahdan qoruyacaq biri də yoxdur. Müttəqilərə söz verilən cənnətin misalı belədir: Onun altından bulaqlar axar, nəsiblikləri [meyvələri, rəngləri, dadları] və kölgələri daimidir. Budur, bu, təqvalı davrananların aqibətidir. Kafirlərin aqibəti isə atəşdir.

  • 25Və Biz onlara bəzi yaşıdlarını/iblislərini qabıq kimi üzərlərinə bürüdük, onlar da, önlərində və arxalarında [bütün ətraflarında] olanları özlərinə bəzəkli göstər­dilər. Gəlmiş-keçmiş hər kəsdən, özlərindən öncə gəlib-keçmiş ümmətlərdə qüvvədə olan “Söz” onların üzərinə də haqq oldu. Şübhəsiz ki, onlar zərərə/itkiyə uğrayıb, acı çəkən insanlar idilər. (Fussilət/25)

35-ci ayədə təhrik etdirmək məqsədiylə cənnət “Onun altından bulaqlar axar, nəsiblikləri [meyvələri, rəngləri, dadları] və kölgələri daimidir” – deyə xarakterizə edilərək nümunə göstərilmişdir. Məlumdur ki, cənnət, hər kəsin arzu edəcəyi nemətlər olaraq xarakterizə edilir:

  • 68–70”Ey ayələrimizə iman etmiş və Müsəlman olmuş qullarım! Bu gün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Siz və zövcələriniz izzət sahibi olanlar olaraq, girin cənnətə! 71–73Allahın qoruması altına girənlərin ətraflarında qızıl qablar, qədəhlər gəzdirilir. Orada nəfslərin arzu edəcəyi, gözlərin zövq ala biləcəyi hər şey vardır. Və siz, orada həmişəlik qalacaqsınız. Və bax budur, bu etdiyiniz əməllərə görə, özünə son sahib edildiyiniz cənnətdir. Orada sizin üçün bir çox meyvələr vardır. Onlardan yeyəcəksiniz”. (Zühruf/68-73)

Başqa bir nümunə də Muhəmməd surəsində zikr edilir:

  • 14,15Yaxşı, Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır”. (Muhəmməd/14-15)

36Və özlərinə Kitab verdiyimiz kimsələr sənə endirilənə sevinirlər. Müxalif qrup yaradanlardan onların bir qismini tanınmaz hala gətirənlər də vardır. De ki: “Mən, ancaq Allaha qulluq etməklə və Ona ortaq qoşmamaqla əmr olundum. Mən yalnız və yalnız Ona dəvət edirəm, dönüşüm yalnız Onadır.

37Və Biz beləliklə, Quranı ərəbcə mükəmməl bir qayda olaraq endirdik. Və əgər sənə gə­lən bilikdən sonra onların boş, dünyəvi arzularına uysan, Allahdan sənə “bir köməkçi, yol göstərici yaxın və bir qoruyucu” yoxdur.

40Və onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq, şübhəsiz ki, yenə də sənə düşən, sadəcə, təbliğ etməkdir. Bizə düşən isə haqq-hesab çəkməkdir.

41Və onlar Bizim, şübhəsiz ki, yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdı­ğı­mı­zı görmədilərmi? Allah hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. Və O, hesabı çox sürətli görəndir.

42Onlardan öncəki insanlar da hiylələr etmişdilər. Lakin, hiylələri pozub cə­za­lan­dır­maqsa Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Bu yurdun aqibə­tinin kim üçün olduğunu, kafirlər də yaxında biləcəklər.

Bu ayələrdə Rəsulullahın ətrafındakı bir qrup öyülərək mövzuya girilir və Rəsulullahın elçilik missiyası ilə əlaqədar detal verilir.

Özlərinə Kitab verilən kimsələr, Rəsulullaha endirilən ilə sevinirlər. Amma rəqibləşənlərdən, onların bir qisminı inkar edən insanlar da vardır.

Burada insaflı Yəhudilərin Qurana bağlandıqları, yeni bir elçi və kitabın gəlişinə sevindikləri, rəqibləşənlərin də bir hissəsinin inkar etdikləri bildirilır. Əhl-i Kitabın insaflı olanları haqqında bəzi ayələrdə məlumat verilmişdi:

  • 121Özlərinə Kitabı verdiyimiz insanlar onu oxunmasının/izləməsinin haqqını verərək oxuyarlar/izləyərlər. Bax budur, onlar ona iman edərlər. Hər kim də Kitabı bilə-bilə rədd edərsə, bax budur, onlar zərərə uğrayanların məhz özləridir. (Bəqərə/121)
  • 107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstə­rə­rək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəz­zəh­dir. Rəb­bimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”.
  • 109Və onlar ağlayaraq, çənələri üstə qapanarlar. Quran onların hörmət və təvazökarlığını artırar. (İsra/107-109)
  • 199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir. (Al-i İmran/199)

Həmçinin Al-i İmran/114-də Əhl-i Kitabın hamısının eyni olmadığı bildirilmişdi. Bunlardan başqa bir çox ayədə [Bəqərə/62; Maidə/82, 83; Əhqaf/10; Ənam/114; Qasas/52, 53] bu vəziyyət bəyan edilmişdir.

Bu bildirişdən sonra Rəsulullaha bütün insanlara öz mövqeyini: Mən ancaq Allaha qulluq etməklə və Ona şirk qoşmamaqla əmr olundum. Mən yalnızca Ona dəvət edirəm, dönüşüm də yalnız Onadır – deyərək elan etməsi əmr edilir.

Daha sonra yenə Rəsulullaha bir sıra məlumatlar, öyüdlər və məsləhətlər verilir:

  • Biz, Quranı ərəbcə bir hökm [mükəmməl bir qanun] olaraq endirdik. Əgər sənə gələn elmdən sonra onların həvalarına uyarsan, Allahdan sənə bir yaxın kimsə və bir qoruyucu yoxdur.
  • Onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud səni vəfat etdirsək, şübhəsiz, yenə də sənə düşən sadəcə təbliğ etməkdir. Bizə düşən isə hesab görməkdir.
  • Onlar Bizim yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdığımızı görmədilərmi? Allah, hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. O, hesabı çox sürətlə görəndir.
  • Onlardan öncəki kimsələr də hiylələr etmişdilər. Lakin bütün hiylələr [hiylələri pozub cəzalandırmaq] Allaha aiddir. O, hər nəfsin nə qazandığını bilir. Bu yurdun aqibətinin kim üçün olduğunu kafirlər də yaxında biləcəklər.
  • Bu küfr etmiş olan insanlar: “Sən, göndərilmiş [elçi] deyilsən” – deyirlər. De ki: “Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və yanında Kitabın elmi olan insan yetər”.

Burada Rəsulullaha yönəlik zikr edilən öhdəliklər bir çox dəfə (Yunus/15; Zümər/11-16; Ənam/56, 57; Mömin/66; Kəhf/110)  bəyan edilmişdi:

37-ci ayədə Və Biz, beləliklə, onu [Quranı] ərəbcə bir hökm [mükəmməl bir qanun] olaraq endirdik. Və əgər sənə gələn elmdən sonra onların həvalarına uyarsan, Allahdan sənə bir yaxın kimsə və bir qoruyucu yoxdur – buyurularaq Rəsulullah; müşriklərin, münafiqlərin və Əhl-i Kitabın həvalarına uymaqdan, onlara güzəştə getməkdən çəkindirilmişdir. Bu xüsus bir çox dəfə (Maidə/48, 49, Ənam/148-150; Casiyə/17-19; Şura/10, 14, 15) vurğulanmışdı.

41-ci ayədəki onlar, şübhəsiz Bizim yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdığımızı görmədilərmi? ifadəsinin anlatdığı – yer üzünün daima kiçilməsi və döndükcə qütblərdən basıqlaşması ilə əlaqədar Elm-Texnika kitablarında geniş məlumat vardır. Oralardan geniş olaraq oxunmasını məsləhət görürük.

42-ci ayədə “Onlardan öncəki kimsələr də hiylələr etmişdilər. Lakin bütün hiylələr [hiylələri pozub cəzalandırmaq] Allaha aiddir. O, hər nəfsin nə qazandığını bilir. Bu yurdun aqibətinin kim üçün olduğunu kafirlər də yaxında biləcəklər” ifadəsiylə inkarçılar təhdid edilmişlər. Çünki Allaha qarşı heç bir plan və tələ işləməz:

  • 50Və onlar, belə bir tələ qurdular, şübhəsiz, Biz də onları fər­qin­də olmadıqları bir cəza ilə cəzalandırdıq.
  • 51Bax budur! Onların tələlərinin aqibəti necə oldu, şübhəsiz ki, Biz onları və cəmiy­yət­lə­­rini cəm halda, yerlə bir etdik. 52Bax budur, onların, şərik qoşmaqla et­dikləri səhv­lərə görə damları çöküb, evləri sahibsiz qalıb. Heç şübhəsiz ki, bunda, anlayan bir cəmiyyət üçün bir əlamət/nümunə vardır.(Nəml/50-52)

43-cü ayədə müşriklər: “Sən göndərilmiş [elçi] deyilsən” – demişdilər ki, kafirlərin elçiləri yalan sayması yeni bir şey deyildir:

  • 27Bunun qarşısında qövmünün kafirlərinin öndə gedənləri: “Biz səni, sadəcə bizim kimi adi bir insan ola­­raq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən olanlardan baş­qa­sı­nın uyduğunu görmürük. Sizin, bizim əleyhimizə bir üstünlüyünüzü də gör­mü­rük. Tam əksinə, biz sizi yalançılar hesab edirik” – dedilər. (Hud/27)

Müşriklərin bu iddiasına qarşı Allah da Elçisinə: “Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və yanında Kitabın elmi olan adam yetər” deməsini əmr edir ki, bunun detalı Rəhman və İnsan surələrindədir. Ona görə də əlaqəyə diqqət edilməlidir.

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Suyuti, el-İtqan; Razi, Mefatihu’l-Ğayb; Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[2] Kuran Araştırmaları Qrubu, Kuran Hiç Tükenmeyen Mucize.

[3] Razi, Mefatihu’l-Ğayb; Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[4] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[5] Razi, Mefatihu’l-Ğayb.