RƏHMAN SURƏSİNİN TƏBYİNİ

Adını ilk ayədəki  الرحمن [ər-Rəhman] ismindən alan surənin Mədinədə 97-ci sırada endiyi qəbul edilir.

Rəvayətlərin və üslubunun Məkki olmasından hərəkətlə Hasan Basri, Urve b. əz-Zübeyr, İkrimə, Ata və Cabir kimi bir çox alim surənin Məkki olduğunu düşünür. İbn Abbas da, 29-cu ayədən başqa qalanının Məkkədə endiyini qəbul edir. [1]

Bizim fikrimizcə surə Mədinədə enmişdir, ancaq müxatiblərinin Məkkəli müşriklər olduğuna görə üslubu Məkki, mövzusu tövhid və axirətə iman, quruluşu da bəlağət ağırlıqlıdır.

Rad/43-də Məkkəlilərin Rəsulullaha “Sən elçi deyilsən” və “Allah qullara müdaxilə etməz” dedikləri nəql edilmiş, bu xüsusda ən yaxşı şahidin Allah və alimlər olduğu ifadə edilmişdi. Budur bu surədə, bu şahidlik geniş şəkildə bəyan edilir.

Surədə Allahın sonsuz qüdrətinin əsərləri, qullarına lütf etdiyi sayılamayacaq qədər çox və açıq nemətlər və kainatdakı böyük əlamətləri sayılır və bunları inkar və yalan saymağın imkansızlığı vurğulanır.

Bu surə, həmçinin tayı bərabəri olmayan bir ifadə tərzinə, fövqəladə bir fonetik xüsusiyyətə sahibdir.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 596

1–4Rəhman! Quranı/öyrənib-öyrətməyi öyrətdi, insanı yaratdı, ona xeyir və şəri, yaxşını və pisi ayırmağı öyrətdi.

5Günəş və Ay bir ölçü ilə axıb getməkdədir.

6Gövdəsiz bitkilər və ağaclar da boyun əyib təslimiyyət göstərməkdədirlər.

7–9Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə/ölçüdə/tarazlıqda azğınlıq etməyəsiniz deyə, tərəzini/ölçünü/tarazlığı qoydu. Ölçünü haqq məqsədiylə dikəldin/dik tutun, tərəziyə/ölçüyə/tarazlığa zərər verməyin.

(97/55, Rəhman/1–9)

Nəcm: 597

33Ey cin və ins camaatları! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə güc yetirə bilirsinizsə, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz.

34Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

31Ey ağırlığı olan iki qrup! Yaxında sizin hesabınıza baxacağıq.

32Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

35İkinizin də üzərinə atəşdən alov və duman göndərilər və siz köməkləşə bilməzsi­niz.

36Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

10–12Və özündə meyvələr və salxımlı xurma ağacları, yarpaqlı dənələr və xoş qoxulu bitkilər olan yer üzünü əmələ gətirdi, onu oranın yaradılışları üçün alçaltdı.

13Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

14,15O, görünən, bilinən varlıqları bişmiş palçıq kimi quru palçıqdan/dəyişkən bir maddədən əmələ gətirdi. Görünməz varlıqları, gücləri isə atəşin dumansızın­dan/ener­jidən əmələ gətirdi.

16Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

17Rəhman iki şərqin Rəbbi və iki qərbin Rəbbidir.

18Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

19İki dənizi bir-birinə qovuşmağa qoymayan… 20Aralarında bir əngəl vardır, bir-bir­lə­rinə keçib qarışmırlar.

21Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

22İkisindən inci və mərcan çıxar.

23Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

24Dənizdə iri dağlar kimi yüksəldilən gəmilər də Onundur.

25Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

26,27Yer üzünün üzərindəki hər kəs gəlib keçicidir. Və o cəlal və ikram sahibi Rəbbinin yalnız və yalnız Özü baqi qalır.

28Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

29Göylərdə və yerdə olan kimsələr Ondan istəyirlər. O, hər an bir işdədir.

30Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

37Sonra da göy yarılıb, zeytun yağı kimi bir gül olduğu zaman…

38Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

39Artıq bax budur, o gün bildik-bilmədik, gəlmiş-gələcək heç kimsə bir başqasının günahına görə məsuliyyət daşımaz.

40Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

41Günahkarlar nişanlarından tanınaraq, alınlarından və ayaqlarından tutularlar.

42Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

43Bax budur, bu, günahkarların yalan saydığı cəhənnəmdir. 44Onlar onunla qaynar su arasında dolanıb durarlar/var-gəl edərlər.

45Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

46Və Rəbbinin məqamından qorxan kimsələr üçün iki cənnət vardır.

47Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

48İkisinin də budaqları vardır.

49Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

50İkisində də axıb gedən iki bulaq vardır.

51Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

52İkisində də hər meyvədən cüt-cüt vardır.

53Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

54Astarları qalın ipəkdən/atlasdan yataqlara söykənmiş kimsələr olaraq, iki cənnətə də toplanıb gətirilmə yaxındır.

55Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

56Oralarda daha öncə bilinən, bilinməyən, keçmiş, gələcək heç kimsə tərəfindən toxunul­ma­mış – əl və göz dəyməmiş, baxışlarını dikənlər vardır.

57Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

58Sanki, onlar yaqut və mərcanlardır.

59Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

60Yaxşılaşdırmağın/gözəlləşdirməyin qarşılığı yaxşılaşdırmaq/gözəlləşdirməkdən başqa ola bilərmi?

61Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

62Bu ikisinin yaxınlığında iki cənnət daha vardır.

63Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

64Bunlar yamyaşıldırlar.

65Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

66İkisində də durmadan coşan iki bulaq vardır.

67Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

68İkisində də meyvə, xurma və nar vardır.

69Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

70O meyvələrin içlərində yaxşılıqlar/gözəlliklər vardır.

71Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

72Çadırlara qapanmış parlaq gözlülər vardır.

73Yaxşı, siz ikiniz Rəbbinizin güc yetirdiklərinin – bənzərsiz gücünün, bənzərsiz nemətlə­rinin hansını yalan sayırsınız?

74Bunlardan öncə onlara bilinən-bilinməyən heç kimsə toxunmamışdır.

75Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

76Yaşıl yastıqlara və “Abkari” (Yəmənin bilinməyən bir yerində Akbar şəhərində əcnəbilər tərəfindən toxunmuş incə parça, zərif, lətif, gözəl) sərgilərə, fövqəladə gözəl işləməli döşəklərə söykənənlər olaraq…

77Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

78Əzəmət və böyüklük sahibi, əmr və qanun qoyma haqqına sahib, hörmət sahibi edən Rəbbinin adı nə səxavətlidir!

(97/55, Rəhman/33–34, 31–32, 35–36, 10–30, 37–78)

TƏHLİL:

1–4Rəhman! Quranı/öyrənib-öyrətməyi öyrətdi, insanı yaratdı, ona xeyir və şəri, yaxşını və pisi ayırmağı öyrətdi.

Bundan əvvəlki Rad/30-da müşriklərin Rəhmanı inkar etmələri, Rad/43-də isə Rəsulullahı elçi qəbul etmədikləri bildirilmiş, elçi göndərilməsinə Allahın şahidliyindən bəhs edilmişdi.

Burada mövzu müşriklərin etiraz nöqtəsi olan “Allahın Rəhmaniyyəti” nöqtəsindən ələ alınır; Allah Rəhman [çox mərhəmətli] olduğundan, Quranı öyrətdi, insanı yaratdı, ona bəyanı öyrətdi buyurulur. Burada Quranın öyrədilməsi, Allahın elçi göndərməsinin bir sübutu olaraq göstərilir ki, insanlar nə zaman bir problemlə qarşılaşsa, Allah, rəhmətinə uyğun olaraq, elçi göndərir, kitab endirir, beləliklə, cəmiyyətdəki problemləri həll edir.

Bu sünnətullahdır [Allahın dəyişməz qanunudur]:

  • 12De ki: “Göylərdə və yerdə olanlar kim üçündür?” De ki: “Allah üçündür”. Allah, mərhəməti Öz öhdəsinə yazmışdır. Sizi, tam yəqinliklə bilin ki, özündə qətiyyən şübhə olmayan qiyamət gününə toplayacaqdır. Öz-özlərini zərərə salan insanlar, bax budur, onlar iman etməzlər. (Ənam/12)
  • 54Və ayələrimizə inananlar sənin yanına gəldikləri zaman, dərhal: “Salam olsun sizə! Rəbbiniz mərhəməti Öz üzərinə yazdı. Şübhəsiz, sizdən hər kim bilməyərək bir pislik işləyib və sonra ardından tövbə edər və düzəldərsə, şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlamağı bol olandır, əngin mərhəmət sahibidir” – de! (Ənam/54)

Burada bəhs edilən insanın yaradılışı, insanın ilk yaradılışı deyil, heyvanlıqdan insanlığa keçirilməsidir. Belə ki, “Hər heyvan, heyvan olaraq doğular, insan isə insan olaraq doğulmaz, sonradan insanlaşır” deyilmişdir. Ona görə də bu ayəyə görə, Quran öyrənməyənlər, öyrənib öyrətməyənlər, bəyanı bilməyənlər, insan surətində olsalar da, insan sayılmazlar. Tarix də, vəhydən bəslənməyənlərin nə qədər canavarlaşdığına şahiddir. Burada bəhs edilən insanın yaradılışı, budur bu olmasıdır.

Bu mövzu, bu bəyannamənin davamı xüsusiyyətində olan İnsan surəsinin başında geniş izah olunur:

Ayədə Allahın müdaxiləsinin üçüncü şəkli, insana bəyanı öyrətməsidir ki, bu, “insanın məqsədini açıqlaması” və ya “xeyir və şər arasındakı fərqin öyrədilməsi” mənalarına gəlir. Ən məntiqə uyğun olan isə, ikinci mənadır: insana yaxşının, doğrunun, xeyirin, şərin nə olduğunun öyrədilməsidir.

İnsanın təbii qabiliyyətləri yaxşını-doğrunu, faydalını-zərərlini tam olaraq qavramağa kifayət deyildir. Allahın bildirdiyi kimi, insan fitrətən zalım, nankor, sevinc dəlisi, ümidsiz, xəsis, eqoist, gücsüz, tələskən, hirsli, səbirsiz, dözümsüz, şəhvətpərəst olaraq yaradılmışdır. İnsanın bu neqativ xüsusiyyətlərindən xilas olması, Qurandakı ilahi prinsipləri öyrənməsinə bağlıdır. Ona görə də Allah cəmiyyətlərə müdaxilə edərək yaxşını-doğrunu öyrədən kitab endirir, öyrədən göndərir.

Budur bu, Muhəmmədin elçi olmasına Allahın şahidliyidır.

Bunlar, Allahın Rəhman olmasının təcəllisidir. Yəni Allah insanlara çox acıdığı üçün kitab endirir, elçi göndərir.

5Günəş və Ay bir ölçü ilə axıb getməkdədir.

6Gövdəsiz bitkilər və ağaclar da boyun əyib təslimiyyət göstərməkdədirlər.

7–9Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə/ölçüdə/tarazlıqda azğınlıq etməyəsiniz deyə, tərəzini/ölçünü/tarazlığı qoydu. Ölçünü haqq məqsədiylə dikəldin/dik tutun, tərəziyə/ölçüyə/tarazlığa zərər verməyin.

1-4-cü ayələrdə, Allahın Rəhman olmasına uyğun olaraq, insanı qoruması bəyan edilmişdi. Bu ayələrdə isə yenə, Rəhmanlığına uyğun olaraq, kainatı qoruması və bunun üçün də bir sıra prinsiplər qoymasından bəhs edilir.

Dünyadakı ilahi nizam və müvazinətlə əlaqədar Rum və Əhzab surəsində detal verilmişdi. Məsələnin mahiyyəti budur:

  • 72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, ta­nınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuz­lu­ğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorx­dular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xə­ya­nət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahil­dir. (Əhzab/72)

Bu ayədə, insanlığa xəbər cümləsi ilə mühüm bir xəbərdarlıq edilmişdir: Allah yeri, göyləri və dağları bir planauyğun şəkildə, nizam və intizam içində yaratmışdır. Bu yaradılışlar, bu nizamlarını pozmamışlar. Kainatdakı nizamı, çox cahil və zalım olduğundan, insan pozmuşdur.

  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)

Bu ayədə, etdikləri səhvlər ucbatından insanlara xətalarının bir qisminin cəzasını daddırmaq üçün yer üzündə qarışıqlıq; pozulmalar meydana çıxdığı bildirilərək, onlardan ağıllarını başlarına almaları, etdikləri işlərlə quruda və dənizdə fəsad çıxarmamaları/təbiətdəki müvazinəti pozmamaları əmr edilir. İrəlidə bu ismarıc fərqli bir üslub ilə də gələcəkdir.

Burada bəhs edilən fəsad, təbii müvazinətin pozulmasıdır. Yəni, mövsümlərin pozulması, yağışların azalması və ya çoxalması, bitkilərin barsızlaşması, suların kirlənməsi, buna bağlı olaraq, suda yaşayan canlıların yox olması, atmosferin pozulması, ozon təbəqəsının dəlinməsi, buna bağlı olaraq yüksək radiasiyanın səbəb olduğu xərçəng və bu kimi xəstəliklərin çoxalması; bütün bunların nəticəsində də yer üzündə sıxıntılı bir həyatın meydana gəlməsidir.

Ölçülü yaradılış başqa yerlərdə də zikr edilmişdi:

  • 49Şübhəsiz ki, Biz hər şeyi, bəli, hər şeyi bir ölçü ilə, nizamla əmələ gətirdik. (Qəmər/49)
  • 40Günəşin aya yetişib çatması uyğun olmaz. Gecə də gündüzdən önə keçən deyildir. Hamısı da bir orbitdə üzərlər. (Ya Sin/40)
  • 96Dan yerini yarıb çıxarandır. Gecəni dincəlmək vaxtı etmiş, Günəş və Ayı hesab ilə var et­mişdir. Bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam əmin olun ki, qalib olanın, çox yaxşı bilənin təyin etməsidir, nizamlama­sı­dır. (Ənam/96)

Burada sadəcə ay və günəşdəki ölçü və hesablar gündəmə gətirilmişdir.

Kainatin parçalarindən olan ay və günəşin doğulması, batması, dönməsi, kosmosda üzməsi bir hesab ilədir. Hətta sonları da bir hesab ilədir. Onların kosmosdakı digər varlıqlara olan məsafələri də incə hesablara bağlıdır. Bunca varlığın yer üzündə yaşaması, varlığını davam edə bilməsi günəşin və ayın yer üzünə müəyyən bir məsafə ilə nizamlanmış olmasındandır. Bu hesab olmasa, günəş və ay yer üzünə yaxınlaşsa, ya da uzaqlaşsa idi, bu qədər varlıq, donaraq, yanaraq və su altında qalaraq yox olardı, yer üzündə həyat deyə bir şey olmazdı.

Bu mövzuya dair Mərhum Seyyid Kutubun açıqlamalarını eynilə nəql edirik:

Burada ayın və günəşin quruluşları ilə hərəkətləri arasında uyğunluq təmin edən incə plana diqqət çəkilir. Qəlbləri ürpərti, dəhşət və şüurla dolduran bu vurğulama, sözləri arasında geniş çaplı və dərinlikli həqiqətlər saxlayır. Belə ki, Günəş, kosmosdakı göy cisimlərinin ən böyüyü deyildir. İnsanoğlunun sərhədlərini bilmədiyi, ucsuz-bucaqsız bir boşluq olaraq qəbul etdiyi kosmosda milyardlarla ulduz vardır. Bunların arasında günəşdən daha böyükləri, ondan daha çox istilik və işıq yayanları da vardır. Məsələn, ərəblər arasında “şıra əl-Yəmani” adı ilə bilinən böyük ayı bürcündəki Sirius ulduzu, günəşdən 24 dəfə daha ağır və günəşdən 50 dəfə artıq işıqlıdır. Arktur ulduzu isə günəşin 80 qatı həcmində və ondan 8.000 qat daha parlaqdır. Süheyl ulduzının işıq yayma gücü də günəşinkindən 2.500 qat artıqdır. Bu misallar, bu şəkildə genişləndirilə bilər.

Lakin günəş, “yer” adını verdiyimiz bu kiçik planetin üzərində yaşayan biz insanlar üçün ən mühüm ulduzdur. Çünki bu planetin özü və sakinləri günəş işığının, günəş istiliyinin və onun cazibə qüvvəsinin təsiri altında yaşayırlar, varlıqlarını davam etdirirlər.

Ay da onun kimi. O əslində yer kürəsinin kiçik həcmli bir peykidir. Lakin yer üzünün həyatı üzərində böyük təsiri vardır. Dənizlərdə görülən gəl-get hadisəsinin ən mühüm faktoru odur.

Günəşin həcmi, istilik dərəcəsi, dünyamızdan uzaqlığı, orbitindəki dönmə sürəti; bununla yanaşı ayın həcmi, dünyamızdan uzaqlığı və orbitindəki dönmə sürəti, bütün bunlar istər yer üzündəki həyata yönəlik təsirləri baxımından və istərsə də kosmosdakı digər ulduzlar və planetlər arasındakı mövqeləri nöqteyi nəzərindən son dərəcə incə və həssas hesabların təmin etdiyi müvazinətlərə əsaslanırlar.

İndi onların planetimizi və üzərindəki həyat hadisəsini yaxından maraqlandıran bu hesablı müvazinətlərinin bəzi yönlərinə göz gəzdirək: Günəşin dünyamıza uzaqlığı 92.500.000 mildir. Əgər o dünyamıza bundan daha yaxın olsa, yer üzü ya yanar, ya əriyər, ya da kosmosa yüksələn bir buxar kütləsinə dönərdi. Əgər bizdən daha uzaqda olsa, o zaman da yer kürəmiz donar və üzərindəki həyat ölümə dönərdi. Günəşin dünyamıza çatan istisi, onun əsl istisinin 1/2.000.000-i qədərdır. Yer üzərindəki həyatın davam etməsi üçün lazım olan optimal isti dərəcəsi bu qədərdir. Məsələn, əgər günəşin yerində o iri və güclü radiasiyalı Sirius ulduzu olsaydı, yer kürəmiz buxarlanıb yox olardı.

İndi də ayın həcmini və dünyamıza olan uzaqlığını nəzər salaq. Əgər ay, indikindən daha böyük olsaydı, dənizlərdə meydana gətirəcəyi gəl-get hadisəsinin yol açacağı su yüksəlmələri yer üzünü və üzərindəki bütün varlıqları tufana boğardı. Əgər ay, Uca Allahın bir tük qədər belə çaşmaz hesabına görə olduğundan daha yaxınımızda olsaydı, nəticə dünyamız üçün eyni növdən bir fəlakət olardı.

Günəş ilə ayın dünyamıza tətbiq etdikləri cazibə qüvvəsi istər yer kürəsinin mövqeyi və istərsə də kosmos boşluğundakı dönmənin tarazlığı nöqteyi nəzərindən hesablı və ölçülüdür. Dünyamızın bağlı olduğu günəş sistemi bütün peykləri ilə Lira bürcündəki Veqa ulduzuna doğru saatda 20.000 millik bir sürətlə hərəkət edir. Buna baxmayaraq, sistemimiz, milyonlarla illik hərəkəti boyunca kosmosdakı ulduzlardan heç biri ilə toqquşmur.

Bu qorxunc və ucsuz-bucaqsız kosmos boşluğunda heç bir ulduzun orbiti tük ucu qədər belə sürüşməyə məruz qalmır. Ulduzların həcmləri və hərəkətləri arasındakı uyğunluq və tarazlıq hesabları arasında ən kiçik bir dəyişiklik meydana gəlməz.

Uca Allah Günəşin və ayın mövqeləri və hərəkətləri müəyyən bir hesaba əsaslanır buyururkən, həqiqətən nə qədər doğru söyləyir! Davam edirik: Bitkilər və ağaclar Onun buyuruğuna boyun əyərlər.

Bir öncəki ayədə, bu nəhəng kainatın quruluşundakı plana və hesaba işarə etmişdi. Bu ayədə isə kainatdakı istiqamət birliyinə və əlaqəyə işarə edilir. Bu işarə də xəbərdarlıqçı və heyrətamiz bir reallığa çatdırandır. Belə ki:

Bu varlıq bütünü ilə qaynağına və yoxdan var edəninə qulluq və boyun əymə bağı ilə bağlıdır. Bitkilər və ağaclar varlıq aləminin bu istiqamətini sübut edən iki örnəkdir. Bəzi təfsir alimləri ayənin orijinalındakı nəcm sözünün “göydəki ulduzlar” mənasına gəldiyini irəli sürərkən, başqa bəzi təfsir alimləri bu sözün “ağaclar kimi gövdəsi üzərində dik dura bilməyən bitkilər” demək olduğunu söyləmişdilər. Söz istər o mənası ilə, istərsə də bu mənası ilə qəbul edilsin, eyni nəticəni verir. Hər iki halda da ayə, bu varlıq aləmindəki istiqamət birliyinə və daxili əlaqəyə işarə edir.

Kainat bütünlüklə, ruhu olan canlı bir varlıq kimidir. Bu ruhun göstəricisi, forması və dinamiklik dərəcəsi varlıqdan varlığa dəyişirsə də, mahiyyəti baxımından bir bütövdür.

İnsan qəlbi bu reallığı, yəni bütün varlıqlara yayılmış “həyat” reallığı ilə bu ruhun yaradıcıya yönəlmiş olduğu reallığını çox qədim çağlardan bəri fərq etmişdir. İnsan qəlbi hiss yolu ilə bu reallığı qavramışdır. Amma nə zaman bu hissini duyğu orqanlarının təcrübələri ilə sərhədli olan ağlın kriteriyaları ilə ölçməyə cəhd etmişdisə, şübhəyə düşmüş və bu bilikdən uzaq qalmışdır.

İnsanlıq son illərdə kainatdakı quruluş birliyini əks etdirən reallığın bəzi ön biliklərinə çatmışdır. Amma bu yöntəmlə onun ruh daşıyan bir canlı olduğu reallığına çata bilməkdən hələ də çox uzaqlardadır.

Pozitiv elm, günümüzdə kainat quruluşunın əsas blokunun atom olduğunu, atomun da əslində radiasiyadan, yəni işıq enerjisindən ibarət olduğunu, kainatın təməl prinsipinin hərəkət olduğunu və hərəkətin kainatın blokları arasındakı ortaq özünəməxsusluq olduğunu düşünmə meylindədir.

Bəs kainatın əsas prinsipini və əsas xüsusiyyətini təşkil edən bu “hərəkət” hansı istiqamətdədir? [2]

6-cı ayədə gövdəsiz bitkilər və ağaclar da səcdə edirlər buyurularaq, kainatdakı ən cılız varlıqların belə Allaha təslimiyyət göstərdiklərinə diqqət çəkilmişdir. Bu xüsus, bir çox ayədə bəyan edilmişdir:

  • 18Göylərdə və yer üzündə olan kimsələrin, Günəş, Ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və insanların çoxunun Allaha boyun əyib təslimiyyət göstərdik­lə­ri­ni gör­­mədinmi/heç düşünmədinmi? Bir çoxu da üzərlərinə əzab haqq olmuş olanlardır. Və Allah kimi xor qılarsa, artıq onun üçün bir ucaldan yoxdur. Şübhəsiz ki, Allah di­lə­diyini edər. (Həcc/18)
  • 48Onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmədilərmi/bunları heç düşünmə­dilərmi ki, onların kölgələri, məhz kiçilənlər olaraq Allaha boyun əyərək sağa-sola dönür?!  (Nəhl/48)
  • 5Bir Tək, məhv edən Allah göyləri və yeri haqq ilə yaratdı, gecəni gündüzün üstünə bürüyür, gündüzü də gecənin üstünə bürüyür. Günəşi və Ayı sizə faydalı olan quruluş və fəaliyyətdə yaradaraq xidmətinizə vermişdir. Hamısı da adı qoyulmuş/müəyyən edilmiş bir müddətin sonuna axıb getməkdədir. Yaxşı bilin ki, O, çox güclü və çox bağışlayandır. (Zümər/5)

Buradakı ولا تنقصواالمكيال والميزان [və la tənqusu’l-mikyalə və’l-mizan] Hud/84-də bəhs edilən Şüeyb peyğəmbərin xalqına yönəltdiyi “Ölçünü və tərəzini əskik tutmayın” ifadəsiylə, yəni alış-verişdəki hiyləbazlıqla eyni şey deyildir.

Burada Allahın Öz malına sahib çıxması anladılır: Allah kainatı yaratmış və kainatda müvazinəti, tərəzini təsis etmişdir.

  • 25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniy­yət­li fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üs­tündür. (Hədid/25)

Bu müvazinətin qorunması üçün də Allah, Rəhman sifətinin tələbi olaraq, insanların yararına bir başqa müvazinət ünsürünü lütf etmişdir. Bütün bunlar, Allahın Rəhman olmasına və elçi göndərməsinə bir şahidlikdir, Muhəmmədin elçiliyinin sənədidir.

33Ey cin və ins camaatları! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə güc yetirə bilirsinizsə, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz.

34Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

31Ey ağırlığı olan iki qrup! Yaxında sizin hesabınıza baxacağıq.

32Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

35İkinizin də üzərinə atəşdən alov və duman göndərilər və siz köməkləşə bilməzsi­niz.

36Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Texniki olaraq كُما [küma/ikiniz] əvəzliyinin daha əvvəl keçmiş olması zərurətinə görə ayələr, mövcud Rəsmi Düzülüşdəkindən fərqli tərtib edilmişdir.

Bu ayələrdə bütün insanlar təhdid edilir və müvazinəti pozmaları, müvazinətin tələblərinə əməl etməmələri nəticəsində zərərə uğrayacaqları bildirilib, bunun cəzasını çəkəcəkləri və bu kainatdan qaça bilməyəcəkləri bildirilir.

Ayədəki ins-cinn tərkibi, “bilinən-bilinməyən – hər kəs” mənasını ifadə edir. Bu mövzuya dair Nas surəsində geniş məlumat vermişdik. [3]

Otuz birinci ayədə “ الانس و الجن  ins və cinn” tərkibi “الثقلان səqalan” olaraq təfsir edilmiştir. “ثقلان Səqalan” sözü “ثقل sekal” sözünün təsniyəsi, yəni “ikili”dir. Bu sözün mənası, “ağırlıq” demək olub bu sözün törəmələrindən “ثِقلة siklet” sözü, türk dilində də ərəbcədəki mənasıyla işlədilir.

Ayədə “ايها الثقلان əyyühəsəqalan (ey ağırlığı olan iki qrup)” ifadəsi, folklorik mənadakı cin anlayışını uzaqlaşdırır. Burada özünə səslənilən iki qrup, kosmosda həcmi və ağırlığı olan iki qrupdur.

33-cü ayədə bütün insanlara: Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə gücünüz çatarsa, dərhal aşın; ancaq sultan/üstün bir güc olmadan aşa bilməzsiniz” – buyurulur.

Dünyanın Və kosmosun Ölçüləri ilə əlaqədar elm və texnika kitablarında geniş məlumat vardır.

35-ci ayədə ins və cinndən (hər kəsdən) yalan sayan kütlələrin başına gələcək qarşısıalınmaz dərin psixoloji sıxıntılardan bəhs edildiyi kimi, insanlığı gözləyən qiyamət səhnələri də bildirilir.

10–12Və özündə meyvələr və salxımlı xurma ağacları, yarpaqlı dənələr və xoş qoxulu bitkilər olan yer üzünü əmələ gətirdi, onu oranın yaradılışları üçün alçaltdı.

13Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Bu ayələrdə insanlara verilən nemətlərdən bəziləri; meyvələr və salxımlı xurma ağacları, yarpaqlı dənələr və xoş qoxulu bitkilər sayılıb, sonunda da: Yaxşı siz ikiniz, Rəbbinizin güc yetirdiklərinin [tayı bərabəri olmayan gücünün, tayı bərabəri olmayan nemətlərinin] hansını yalan sayırsınız? – deyə xəbərdarlıq edilmişdir.

Burada sadalanan nemətlərlə əlaqədar keçmiş surələrdə bir çox ayə yer almışdı:

  • 55Yaxşı, Rəbbinin güc yetirdiklərinin/tayı-bərabəri olmayan gücünün, bənzərsiz nemətlərinin hansından şübhəyə düşürsən? (Nəcm/55)

14,15O, görünən, bilinən varlıqları bişmiş palçıq kimi quru palçıqdan/dəyişkən bir maddədən əmələ gətirdi. Görünməz varlıqları, gücləri isə atəşin dumansızın­dan/ener­jidən əmələ gətirdi.

16Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Bu ayələrdə maddi və enerjili varlıqların yaradılışına toxunularkən, eyni zamanda insanın maddi quruluşu və energetik quruluşuna da işarə edilir. İnsanın maddi quruluşu; əl-ayaq, göz-qulaq, ət-sümük və s. olaraq görünən fiziki quruluşudur. Bir də insanın ağıl, zəka, diqqət, düşünmə qabiliyyəti və s. kimi energetik quruluşu vardır. Belə bir varlıq ancaq Allah tərəfindən yaradıla bilər və bu heç kimsə tərəfindən yalan sayıla bilməz.

17Rəhman iki şərqin Rəbbi və iki qərbin Rəbbidir.

18Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Bu ayələrdə Allah şahidliyini iki şərqin, iki qərbin Rəbbi olması ilə dəstəkləmişdir. Ayədə bəhs edilən iki şərq, iki qərb ifadəsi, günəş və ayın doğma, batma yerləri və ya günəş və günəşin mövsümlərdə fərqli yerlərdən doğulub, fərqli yerlərdən batması şəklində anlaşıla bilər.

Belə ki, bir başqa ayədə belə buyurulmuşdur:

  • 40,41Artıq xeyr! Şərqlərin və Qərblərin Rəbbinə and içirəm ki, Biz onların yerinə özlərindən daha xeyirli olanları gətirməyə, əlbəttə, qadirik. Və Biz qarşısı alınanlar deyilik. (Məaric/40, 41)

Burada deyilmək istənən budur: Günəş və ayın göydəki mövqeləri və fəaliyyəti də Allahdan başqası tərəfindən müəyyən edilə bilməz. Bu reallığı da kimsə yalan saya bilməz.

19İki dənizi bir-birinə qovuşmağa qoymayan… 20Aralarında bir əngəl vardır, bir-bir­lə­rinə keçib qarışmırlar.

21Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

22İkisindən inci və mərcan çıxar.

23Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

24Dənizdə iri dağlar kimi yüksəldilən gəmilər də Onundur.

25Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Bu ayələrdə isə dənizdəki nemətlərə və bu nemətləri əmələ gətirən güc və proqramına diqqət çəkilmişdir. İki dəniz bir-birinə qovuşmaq üçün buraxılmış, ikisindən də inci və mərcan çıxır. Bu iki dənizin arasında bir maneə var; birinin özünəməxsusluğu [yaşayan heyvanları və bitki örtüyü] digərinə keçmir.

Bu xüsusdan, Furqan surəsində də bəhs edilmişdi. Oradakı açıqlamaya burada da yer veririk:

  • 53Və O, iki dənizi yanaşı axıdandır – biri şirin və susuzluğu yatıran, digəri də duzlu və acıdır. Və O, aralarına bir maneə və qadağa qoyandır.
  • 54Və O, sudan bir bəşər yaradıb, sonra ona bir soy və evlillik səbəbi ilə qohumluq əmələ gətirəndır. Və sənin Rəbbin hər şeyə gücü yetəndir.   (Furqan/53, 54)

Bu ayələrdə də təbiətdəki qanunlardan birinə diqqət çəkilir. Buna görə, acı və şirin sular aralarına qoyulan bir maneə ilə bir-birinə qarışmır. Allahın bu qanunu başqa ayələrdə də bildirilmişdir:

  • 61Onların ortaq qoşduğu şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, ara­la­rında çaylar əmələ gətirən, onun üçün sabit dağlar yerləşdirən və iki dəniz arasına maneə qoyanmı? Allah ilə bərabər bir tanrımı var? Tam əksinə, onların çoxu bilmirlər. (Nəml/61)
  • 19İki dənizi bir-birinə qovuşmağa qoymayan… 20Aralarında bir əngəl vardır, bir-bir­lə­rinə keçib qarışmırlar.
  • 21Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız? (Rəhman/19-21)

Bu qanun dənizlərdəki, göllərdəki və bataqlıqlardakı suların o su kütləsində olan minerallardan arınaraq buxarlanmasını, buxarlanan suyun isə yer üzünə şirin su olaraq içməyə və tarla işlərinə əlverişli xüsusiyyətdə düşməsini və yeraltı sularının əmələ gəlməsini təmin edir, həmçinin də okeanların içində var olan müxtəlif axımları izah edir.

Dənizlərin Arasındakı Maneə mövzusu ilə əlaqədar da Elm və Texnika kitablarında geniş məlumat vardır.

Nyu York Elmlər Akademiyası Rektoru və Amerika Birləşmiş Ştatları Elmi Araşdırmalar Qurumu keçmiş üzvlərindən A. Cressy Morrissonn belə deyir:

Ay bize 240.000 mil uzaqlıqdadır. Gündə iki dəfə reallaşan qabarma-çəkilmə bizə ayın varlığını tamamilə lətif bir şəkildə xatırladır. Ayın cazibə gücü nəticəsində okeanlarda meydana gələn qabarma bəzi yerlərdə təxminən 18 metrəyə qədər çıxar. Hətta ay cazibəsi nəticəsində yer qabığı belə, gündə iki dəfə kənara doğru bir neçə santimetr sürüşər. Bütün bunlar bir dərəcəyə qədər bizə nizamlı görünür. Və biz, bütün okeanın nizamını bir neçə metr qabardan və son dərəcə sərt görünən yer qabığını bir neçə santimetr kənara doğru sürüşdürən qorxunc gücü qavraya bilmirik.

Mars planetinin də bir ayı vardır. Kiçik bir ay. Bu ay sadəcə planetə 6.000 mil uzaqlıqdadır. Bunun kimi dünyamızın peyki olan ay da bu andakı uzaqlığı əvəzinə, məsələn, 50.000 mil uzaqlıqda olsaydı, ay cazibəsi nəticəsində sularda meydana gələn qabarma o qədər güclü olardı ki, dəniz səviyyəsindən aşağı olan bölgələr gündə iki dəfə, dağları aşındıracaq gücdə təzyiqli bir suyun altında qalardı. Bu halda bəlkə də lazımi tezlikdə dərinliklərdən yüksələn dağlar olmayacaqdı. Bu təzyiq nəticəsində yer qabığı çatlayacaq, havadakı qabarma hər gün qasırğaların qopmasına səbəb olacaqdı.

Dağların tamamilə silindiyini fərz etsək, o zaman bütün yer kürəsinin üstündəki suyun dərinliyi 1.5 mil ətrafında olacaqdır. O zaman da həyat, çox ehtimal ki, ucsuz-bucaqsız bir okeanın dərinliklərində olacaqdı.

Belə ki, bu kainatı yönləndirən əl, iki dənizi buraxmış, amma bu iki dənizin arasına həm onların, həm də kainatın quruluşundan qaynaqlanan aşılmaz bir maneə qoymuşdur. Hər yönüylə uyğunluq içində hərəkət edən kainatın planları, hər işini yerində və bir hikmətə görə edən, hər şeyi hikmətlə yönləndirən uca yaradıcının əliylə öncədən müəyyən edilmiş, həssaslıqla nizamlanmış olaraq tətbiq edilir.

Belə nizamlı və davamlı işləyən bu planlama öz-özünə ortaya çıxmış bir təsadüf ola bilməz. Bütün bunlar kainatı bir məqsəd üçün yaradan və kainata hökm edən incə və sağlam qanunları, bu məqsədi reallaşdıracaq xüsusiyyətlərə sahib qılan uca yaradıcının iradəsi ilə meydana gəlir. [4]

İnci-Mərcan. Bu paraqrafı yaxşı anlaya bilmək üçün əvvəlcə ayədə keçən “Bəhr (dəniz)” sözünü açıqlamalıyıq.

Bəhr [Dəniz]. “البحر Bəhr” sözü “genişlik və açıqüzlülük” deməkdir. Dənizə “bəhr” deyilməsi genişliyinə, ənginliyinə görədir. “Bəhr” sözü eyni zamanda “çox bilikli adam” deməkdir.  Məcaz olaraq da mənası “çox bilikli, sayılan adam” deməkdir.  Bilindiyi kimi, dilimizdə də çox bilikli insanlar üçün “dərya kimi adam” deyimi işlədilir.

“البحر Bəhr” sözünün öz mənası və Fatir/12, Casiyə/12 və Nəhl/14-cü ayədəki ifadələr diqqətə alındığında, ayədə keçən “ iki dəniz” ifadəsinin, çox böyük şirin su və duzlu su yığıntıları – göllər, dənizlər və həmçinin çaylar olduğu açıq şəkildə anlaşılır.

Amma biz bilirik ki, şirin su yığıntılarında (çay, göl) inci və mərcan yaşamaz; inci mərcan duzlu dənizlərdə yaşayar. İnci, mərcan duzlu sulardan, dənizlərdən çıxarılır.

Elə isə burada bəhs edilən inci və mərcan deyil, başqa bir şeydir. Bu şeylərin nə və ya nələr olduğunu Qurandan təsbit edə bilirik.

  • 12İki dəniz də eyni olmur. Biri şirindırhərarət kəsər və içərkən axıb gedər, digəri isə duzluduryandırar, qovurar. Hər birindən də təzə bir ət yeyirsiniz və geyəcəyiniz bir bəzək çıxarırsınız. Onun ərməğanlarından haqqınız olanı arayasınız və özünüzə verilən nemətlərin qarşılığını ödəyəsiniz deyə, onda suyu yarayara gedən gəmiləri də görürsən. (Fatir/12),
  • 14Və O, dənizdən təzə ət yeməyiniz və ondan taxdığınız bəzək əşyalarını çıxarasınız de­yə, həmçinin nemətlərindən ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılı­ğı­nı ödəməyiniz üçün dənizi sizin əmrinizə verəndir. Gəmilərin dənizdə suyu yara-yara üzüb getdiklərini görürsən. (Nəhl/14)
  • 12Allah öz işi olaraq, içində gəmilərin seyr etməsi, sizin də Onun ərməğanlarından ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün dənizi əmrinizə verən/yararlanacağınız quruluş və xüsusiyyətlərdə yaradandır. 13Və O, göylərdə və yer üzündə olan hər şeyi Özündən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir camaat üçün əlamətlər/nümunələr vardır. (Casiyə/12)

Bu ayələrdə dənizlərin, çayların – şirin ya da duzlu suların insanlara təmin etdiyi yararlardan bəhs edilir. Bu yararlar qida və bəzək əşyası olmaları, içməli su, suvarma suyu olaraq işlədilmələri və daşınmadakı əhəmiyyətli yerləridir ki, böyük suların bu yöndə təmin etdiyi yararlar inci və mərcandan qat-qat daha dəyərlidir.

Demək olar ki, burada “inci” və “mərcan” sözlərinin öz mənaları deyil; eynilə “qızıl” və “gümüş” sözlərindən əmələ gətirilən  “qızıl-gümüş” ifadəsinin idiomatik mənası kimi,  “inci-mercan” ifadəsinin də idiomatik mənası qəsd edilir.

Bilindiyi kimi qızıl və gümüş bir tədavül vasitəsi; bir mədən adları ikən “deyim olaraq, “bütün ehtiyaclar; ehtiyacları qarşılayan şey” mənasında işlədilir.

Məsələn, “Göydən qızıl-gümüş yağmaz” ifadəsi, deyim olaraq “çalışmadan heç bir ehtiyac qarşılanmaz; çalışılaraq qazanılmalıdır” deməkdir. Ərəbcədə olduğu kimi, dilimizdə də buna bənzər bir çox ifadə vardır.

“Para-pul”, “yağ-bal”, “bal-qaymaq” ifadə idiomlarını bu mövzuya nümunə göstərə bilərik.

Bəhs etdiyimiz ayədə də “hər ikisindən inci, mərcan çıxar” ifadəsi, “hər ikisindən də sizin yararınıza olan bir çox şey –  qida və bəzək əşyası, içməli su, suvarma suyu və daşınmada asanlıq  əldə edilir” deməkdir.

Belə ki, “Alimin hər sözü ləl-ü mərcan incidir; Cahilin hər sözü gündə min can incidir” – deyilir.

Rəhman surəsinin fonetik quruluşu, şeirvari quruluşu da diqqətə alındığında, bu ifadələrlə böyük bir bədii sənət göstərildiyi də anlaşılır.

26,27Yer üzünün üzərindəki hər kəs gəlib keçicidir. Və o cəlal və ikram sahibi Rəbbinin yalnız və yalnız Özü baqi qalır.

28Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

29Göylərdə və yerdə olan kimsələr Ondan istəyirlər. O, hər an bir işdədir.

30Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Bu ayələrdə də xəbərdarlığa davam edilir. Ərz üzərindəki hər kəs fanidir, yalnız və yalnız Allah baqidir. Kainatdakı hər varlıq, xüsusilə də insanlar Ondan istəyirlər. O, hər an yeni bir işdədir. Heç bir insan bu reallığa qarşı çıxa bilməz, Allahın bu sonsuz gücünü yalan saya bilməz.

37Sonra da göy yarılıb, zeytun yağı kimi bir gül olduğu zaman…

38Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

39Artıq bax budur, o gün bildik-bilmədik, gəlmiş-gələcək heç kimsə bir başqasının günahına görə məsuliyyət daşımaz.

40Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

41Günahkarlar nişanlarından tanınaraq, alınlarından və ayaqlarından tutularlar.

42Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

43Bax budur, bu, günahkarların yalan saydığı cəhənnəmdir. 44Onlar onunla qaynar su arasında dolanıb durarlar/var-gəl edərlər.

45Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Yuxarıdakı paraqrafda, ərz üzərindəki hər şeyin faniliyi vurğulanmışdı. İndi də göylərlə əlaqədar məlumat verilir: Göy yarılıb zeytun yağı kimi bir gül olacaq, budur o gün, ins və cinn [heç kim], onun [bir başqasının] günahından məsul tutulmayacaq. İnsanın öz günahından başqa bir günahdan məsul tutulmayacağı bir çox ayədə [Ənam/164; İsra/15; Fatir/18; Zümər/7 və Nəcm/38] bildirilmişdi.

Günahkarlar simalarından tanınaraq, alınlarından və ayaqlarından tutulub cəhənnəmə sürüklənəcək, cəhənnəmlə qaynar su arasında dolaşıb duracaqlar. Burada qiyamət və məhşərə aid olacaqlar bildirilərək xəbərdarlıq edilir və bunu kimsənin yalan saya bilməyəcəyi ifadə edilir.

37-ci ayədə qiyamət günü “göyün yarılıb zeytun yağı kimi bir gül olacağı” ifadə edilərk, o dəhşət günündə göy üzünün maye hala düşəcəyi və alov-alov yanacağı bildirilir. Bu ayələr endiyi zaman neft olmadığından, işıqlatma vasitəsi və yanacaq olaraq zeytun yağı işlədilirdi.

Göyün halına dair bir çox ayədə (Duhan/43-46; Məaric/8-10; Furqan/25; İnfitar/1-5; İnşiqaq/1-5) məlumat verilmişdi.

39-cu ayə ümumiyyətlə, “O gün nə insdən, nə cinndən günahı barədə soruşulmaz” şəklində tərcümə edilir. Halbuki ayənin texniki quruluşu belə bir mənaya müsaidə etməz. Çünki axirətdə peyğəmbərlər də daxil olmaqla, hər kəs mühakimə ediləcəkdir.

Bu mühakimə, Allahın öyrənməsi üçün deyil, ilahi ədalətin təsdiqi və göstərilməsi üçündür:

  • 6And olsun, özlərinə elçi göndərilmiş olanları da sorğu-suala çəkəcəyik, and olsun, göndərilən elçiləri də sorğu-suala çəkəcəyik. (Əraf/6)
  • 8Sonra, o gün siz, nemətlərə görə də, tam əminliklə bilin ki, sorğu-sual olunacaqsanız. (Təkasür/8)
  • 3Onlar Hicr/91Quranı sehir, şeir, əsatir (mifoloji deyimlər), uydurulmuş söz kimi bir sıra parçalar, pis sözlər qəbul edən insanlar, 3iman edənlər olmurlar deyə, sən özünü məhv edəcəksən!
  • 4Əgər Biz diləyərsək, Hicr/90o and içənlərə endirdiyimiz kimi, 4onlara da göydən bir əla­mət [nümunə/şüa, radiyasiya və meteoritlər, tayfun, sel] endirərik və onların bo­yun­ları ona itaət edənlər olardı. 5Və onlara Rəhmandan yeni bir öyüd gəldimi, tam yəqinliklə bilin ki, ondan üz çevirənlər oldular. 6Sonra da, tam yəqinliklə, yalan say­dı­lar. Bax budur, lağ edib durduqları şeyin xəbərləri yaxında onlara gələcəkdir. Hicr/92,93Bax budur, Rəbbinə and olsun ki, Biz onların ha­mı­sını et­dikləri şeylərdən mütləq hesaba çəkəcəyik. (Hicr/90-93)

44-cü ayədəki “Onlar, onunla qaynar su arasında dolaşıb dururlar” ifadəsiylə günahkarların cəhənnəm ilə qaynar su arasında var-gəl edəcəkləri bildirilir. Yəni günahkarlar cəhənnəmdə, suzduqca su qaynaqlarına gedəcəklər, amma orada qaynar sudan başqa bir şey tapmayacaqlar. Məcbur olaraq o qaynar sudan içəcəklər. Bu xüsusa başqa ayələrdə (Mömin/69-76; Həcc/19-24; Kəhf/29; Muhəmməd/14, 15; İbrahim/15-17; Ənam/70; Yunus/4; Saffat/67; Sad/57; Duhan/46, 48; Vaqeə/42, 54 və Nəbə/25) də diqqət çəkilmişdir.

46Və Rəbbinin məqamından qorxan kimsələr üçün iki cənnət vardır.

47Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

48İkisinin də budaqları vardır.

49Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

50İkisində də axıb gedən iki bulaq vardır.

51Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

52İkisində də hər meyvədən cüt-cüt vardır.

53Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

54Astarları qalın ipəkdən/atlasdan yataqlara söykənmiş kimsələr olaraq, iki cənnətə də toplanıb gətirilmə yaxındır.

55Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

56Oralarda daha öncə bilinən, bilinməyən, keçmiş, gələcək heç kimsə tərəfindən toxunul­ma­mış – əl və göz dəyməmiş, baxışlarını dikənlər vardır.

57Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

58Sanki, onlar yaqut və mərcanlardır.

59Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

60Yaxşılaşdırmağın/gözəlləşdirməyin qarşılığı yaxşılaşdırmaq/gözəlləşdirməkdən başqa ola bilərmi?

61Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

62Bu ikisinin yaxınlığında iki cənnət daha vardır.

63Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

64Bunlar yamyaşıldırlar.

65Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

66İkisində də durmadan coşan iki bulaq vardır.

67Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

68İkisində də meyvə, xurma və nar vardır.

69Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

70O meyvələrin içlərində yaxşılıqlar/gözəlliklər vardır.

71Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

72Çadırlara qapanmış parlaq gözlülər vardır.

73Yaxşı, siz ikiniz Rəbbinizin güc yetirdiklərinin – bənzərsiz gücünün, bənzərsiz nemətlə­rinin hansını yalan sayırsınız?

74Bunlardan öncə onlara bilinən-bilinməyən heç kimsə toxunmamışdır.

75Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

76Yaşıl yastıqlara və “Abkari” (Yəmənin bilinməyən bir yerində Akbar şəhərində əcnəbilər tərəfindən toxunmuş incə parça, zərif, lətif, gözəl) sərgilərə, fövqəladə gözəl işləməli döşəklərə söykənənlər olaraq…

77Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?

Günahkarların aqibəti açıqlandıqdan sonra bəyannamənin bu bölməsində şirk və küfrdən uzaq olanların vəziyyəti, onları gözləyən nemətlər sadalanmışdır:

  • 33Yaxşı, o qazandıqları ilə birlikdə hər bir insanın üzərində dikilən/görüb nəzarət edən kimdir? Onlar isə Allaha ortaqlar qəbul etdilər… De ki: “Onları adlandı­rın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeyimi, ya da sözdən açıq olanınımı xəbər verəcəksiniz? Əslində kafirlərə planları gözəl göstərildi və yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur. (Rad/33)
  • 45Biz onların söylədiklərini daha yaxşı bilirik. Və sən onların üzərində məcbur edən birisi deyilsən. O halda sən Mənim təhdidimdən qorxanlara Quran ilə öyüd ver. (Qaf/45)
  • 26–28Və onlar: “Rəhman özünə övlad qəbul etdi” – dedilər. Rəhman, bundan münəzzəhdir. Əksinə onlar ərməğanlar verilmiş qullardır. Onlar Onun sözünün önünə keçə bilməzlər/onlar yalnız Onun əmri ilə hərəkət edərlər. O, Rəhmanın övladları saydıqları şeylərin önlərində olanı və arxalarında olanı bilir. Və onlar Onun məmnun olduğu insanlardan başqasına kömək/dəstək etməzlər. Bununla birlikdə onlar Ona duyduqları dərin hörmət və sevgiyə görə, ondan uzaqlaşma qorxusundan, tir-tir titrəyərlər.   (Ənbiya/26-28)

Və Həşr/21; Əhzab/37; Ta Ha/2-4; Ənkəbud/33, 34; Qasas/33, 34; Məryəm/4-6.

62-ci ayədə təsniyə [ikili] qəlibiylə yer alan نجنتا [cənnətan] sözü ki, lüğəti mənası “iki cənnət” deməkdir, klassik əsərlərdə aşağıdakı şəkillərdə anlaşılmışdır:

  • Cənnətlərdən biri cinnlər, biri də insanlar üçündür;
  • Cənnətlərdən biri cənnəti haqq ədən kişi, digəri də həyat yoldaşları üçündür;
  • Bunlar, birində dünya nemətləri, digərində də cənnət nemətləri olan iki cənnətdir;
  • Bu cənnətlərdən biri gəzmək və dincəlmək, digəri isə iqamət etmək üçündür.

Bizim fikrimizcə, burada sözün təsniyə gəlməsi, səs uyumu üçün olub, mənacı cəm haldadır. Çünki qullara vəd edilən cənnət Quranda həmişə جنات [cənnatin/cənnətlər] şəklində cəm halda olaraq gəlmişdir.

78Əzəmət və böyüklük sahibi, əmr və qanun qoyma haqqına sahib, hörmət sahibi edən Rəbbinin adı nə səxavətlidir!

Allahın elçi göndərərək insanlığa müdaxiləsi açıqlandıqdan sonra “Cəlal və ikram sahibi Rəbbinin adı, nə cömərddir!” buyurularaq, Allahın “Rəhman” sifətinin bərəkətinə və kainata əks etməsinə diqqət çəkilmişdir. O, insana anasından daha mərhəmətlidir, ona görə də elçi göndərir və kitablar nazil edir; buna görə də onların xoşbəxt yaşamalarını təmin etmək istəyir.

 

Doğrusunu ən yaxşı bilən Allahdır.

 

İstifadə edilmiş ədəbiyyat:

 

[1] Suyuti, el-İtqan; Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[2] Seyyid Kutub, fi-Zılalil-Quran.

[3] Quranın Təbyini, I cild, səh. 409; Nas surəsi.

[4] A. Cressy Morrisson, İnsan Yalnız Deyildir [İlim Iman Etməye Çağırıyor].