İNSAN SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədə keçən الإنسان [əl-insan] və دهر [dəhr] sözlərindən alan və bu iki adla da anılan surənin Mədinədə 98-ci sırada endiyi qəbul edilir. Üslubu Məkki olduğu üçün alimlərin bəziləri [1] surəni Məkki saymış, bəziləri isə 8-ci və 10-cu ayələrdən başqa qalanlarını Məkki saymış, digərləri isə 24-cü ayədən başqa qalanlarını Mədəni saymışdılar. [2]

Bizim fikrimizcə, surə Mədənidir. Üslubunun Məkki olmasının səbəbi, Rad və Rəhman surələri kimi bu surənin də müxatibinin Məkkəli müşriklər olmasıdır.

Surədə insanın insan olma mərhələsi, ilahi təlimə alınmasından əvvəlki halından və sonrakı vəziyyətindən bəhs edilir, kafirlərə sərt xəbərdarlıqlar yönəldilir və möminlər öyülür. Həmçinin mömin və kafirlərə axirətdə qarşılaşacaqları aqibət xatırladılır.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 598

1İnsan üzərindən, hələ özü xatırlana biləcək bir şey deyilkən dəhrdən/əbədi zamandan/milyardlarla ildən bir müddət keçdimi? Əlbəttə ki, keçdi!

2,3Şübhəsiz ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Onu əziyyətlərə salacağıq/öhdəliklər verəcəyik. Buna görə də onu çox yaxşı eşidən, çox yaxşı görən etdik/yaxşını pisi ayıracaq bilikləri göndərərək, bilikləndirdik. Şübhəsiz ki, Biz ona yolu göstərdik, istər özünə verilən nemətlərin qarşılığını ödəyən olsun, istərsə də nankor.

4Şübhəsiz ki, Biz kafirlər üçün zəncirlər, xaltalar və alovlu bir atəş hazırladıq.

5–22Şübhəsiz ki, “yaxşı insanlar” kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları içərlər.

Buna görə də Allah onları o günün pisliyindən qoruyar, onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnəti və ipəkləri verəcək/orada taxtlara söykənmiş olaraq qalacaqlar/orada bir Günəş də, dondurucu bir soyuq da görməyəcəklər və bağçanın kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qab və büllur kasalar dolaşdırılacaq, özləri­nin nizamladığı büllurları gümüşdəndir. Və orada onlar qarışığı zəncəfil olan bir qabdan içirlər… orada Səlsəbil deyilən bir bulaqdan… Və aralarında böyüməz, yaş­lan­maz uşaqlar dolaşar – onları gördüyündə, saçılmış bir inci sanacaqsan! Oranı gördüyündə, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən. Əyinlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq, gümüş bilərziklərlə bəzənmiş olacaqlar. Rəbbi onlara tərtəmiz bir içki içirdəcək. Şübhəsiz ki, bu sizin üçün qarşılıqdır. Əməyiniz də qarşılığı ödənəcək xüsusiyyətdədir.

(98/76, İnsan/1–22)

Nəcm: 599

23Şübhəsiz ki, Biz, bəli Biz Quranı sənə endirdik endirdik.

24–26O halda Rəbbinin hökmü üçün səbr et. Onlardan bir sıra günahkarlara yaxud bir sıra hədsiz nankorlara itaət etmə və daima/hər zaman Rəbbinin ismini an. Gecənin bir qismində də Ona boyun əyib təslimiyyət göstər. Və Onu uzun gecədə hər cür nöqsanlıqdan münəzzəh qıl.

27“Sən elçi deyilsən” – deyənlər, tələm-tələsik keçən dünyanı sevirlər və ağır bir günü arxalarına atırlar.

28Biz! Onları Biz yaratdıq! Bədənlərini Biz sağlam etdik! Dilədiyimizdə də bənzərləri ilə dəyişdirdikcə dəyişdirərik.

29Şübhəsiz ki, bu bir öyüddür. Artıq diləyən Rəbbinə doğru yol alar.

30,31Və siz Allah diləmədikcə diləyə bilməzsiniz. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır, dilədiyini mərhəmətinə qovuşdurar. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə isə acıqlı bir əzab hazırlamışdır.

(98/76, İnsan/23–31)

TƏHLİL:

1İnsan üzərindən, hələ özü xatırlana biləcək bir şey deyilkən dəhrdən/əbədi zamandan/milyardlarla ildən bir müddət keçdimi? Əlbəttə ki, keçdi!

2,3Şübhəsiz ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Onu əziyyətlərə salacağıq/öhdəliklər verəcəyik. Buna görə də onu çox yaxşı eşidən, çox yaxşı görən etdik/yaxşını pisi ayıracaq bilikləri göndərərək, bilikləndirdik. Şübhəsiz ki, Biz ona yolu göstərdik, istər özünə verilən nemətlərin qarşılığını ödəyən olsun, istərsə də nankor.

Ayə, sual cümləsi ilə başlamışdır. Ayənin başındakı sual ədatı  هل [həl], bir çox alim tərəfindən  قد [qad] mənasında dəyərləndirilmişdir. Əslində isə bu, qaydaya ziddir. Belə ki, قد/ qad konkretlik ifadə edən bir ədat,  هل [həl] isə sual ədatıdır. Amma sualın cavabı, “əlbəttə, keçdi!” şəklində olmaq məcburiyyətində olduğundan, ayənin mənası “bəli, qətiliklə dəhr keçmişdir” şəklində olacaqdır.

Bu ayələr Rəhman surəsindəki “Rəhman, Quranı öyrətdi, insanı yaratdı, ona bəyanı öyrətdi” ayələrini açır. İnsan əvvəlcə heç bir şey deyildi; dəyər veriləcək bir xüsusiyyəti yox idi, açığı, adi bir heyvandı. Sonra da ilahi lütfə nail qılınaraq özünə ayırdetmə qabiliyyəti – yaxşını, gözəli, çirkini, zərəri, faydanı ayırd etmə imkanı verildi.

Buradakı “çox yaxşı eşidən, çox yaxşı görən olmaq”, insanın ayırd etmə, gediləcək yolu seçmə qabiliyyətindən kinayədir. Bunun nümunəsini Məryəm surəsində görmək olar:

  • 42–45Bir dəfə o atasına: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə nə üçün qulluq edirsən? Atacan! Şübhəsiz, sənə gəlməyən bir bilik mənə gəldi. O halda mənə uy ki, sənə ən doğru bir yolu göstərim. Atacan! Şeytana qulluq etmə. Şübhəsiz, şeytan Rəhmana asi oldu. Atacan! Şübhəsiz, Mən, sənə Rəhmandan bir əzab toxunar və şeytan üçün bir yol göstərən, qoruyan, kömək edən bir yaxın olarsan deyə, qorxuram” – demişdi. (Məryəm/42-45)

Allah, insana ayırdetmə qabiliyyətini verdikdən sonra elçi göndərib, kitab endirərək doğrunu da göstərmiş və insanı sərbəst iradəsiylə baş-başa buraxmışdır: Şübhəsiz Biz ona yolu göstərdik – istər şükür edən olsun, istərsə də nankor:

  • 99Halbuki, Rəbbin diləsəydi, əlbəttə yer üzündəkilərin hamısı birlikdə inanardı. Artıq inananlar olmaları üçün insanları sənmi məcbur edəcəksən? (Yunus/99)
  • 29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir! (Kəhf/29)
  • 29Şübhəsiz ki, bu bir öyüddür. Artıq diləyən Rəbbinə doğru yol alar. (İnsan/29)

Ayədəki “qarışıq bir nütfə” müasir elmdə belə açıqlanır: Sperma+yumurta, ziqot, embrion, döl

Daha geniş açıqlama, Elm-Texnika kitablarında mövcuddur.

4Şübhəsiz ki, Biz kafirlər üçün zəncirlər, xaltalar və alovlu bir atəş hazırladıq.

3-cü ayədə Allahın hər kəsə doğru yolu göstərdikdən sonra azad buraxdığı bildirilir. Bu ayədə səhvi seçib nankorluq edənlərin zəncirli və qayışlı olaraq alovlu bir atəşə atılıb cəzalandırılacağı xəbərdarlığı edilir.

  • 30–37Onu yaxalayın, sonra da bağlayın. Sonra cəhənnəmə söykəyin onu. Sonra da onu yetmiş arşın zəncir içərisində cəhənnəmə daxil edin! Şübhəsiz ki, o, çox ulu Allaha inanmırdı. O yoxsulu yedirtməyə də təşviq etmirdi. Buna görə də, bu gün burada onun üçün heç bir səmimi dost yoxdur. Sadəcə, xəta edənlərin yeyəcəyi olan bir irindən başqa yemək də yoxdur. (Haqqa/30-37)
  • 69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir! (Mömin/69-76)

5–22Şübhəsiz ki, “yaxşı insanlar” kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları içərlər.

Buna görə də Allah onları o günün pisliyindən qoruyar, onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnəti və ipəkləri verəcək/orada taxtlara söykənmiş olaraq qalacaqlar/orada bir Günəş də, dondurucu bir soyuq da görməyəcəklər və bağçanın kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qab və büllur kasalar dolaşdırılacaq, özləri­nin nizamladığı büllurları gümüşdəndir. Və orada onlar qarışığı zəncəfil olan bir qabdan içirlər… orada Səlsəbil deyilən bir bulaqdan… Və aralarında böyüməz, yaş­lan­maz uşaqlar dolaşar – onları gördüyündə, saçılmış bir inci sanacaqsan! Oranı gördüyündə, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən. Əyinlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq, gümüş bilərziklərlə bəzənmiş olacaqlar. Rəbbi onlara tərtəmiz bir içki içirdəcək. Şübhəsiz ki, bu sizin üçün qarşılıqdır. Əməyiniz də qarşılığı ödənəcək xüsusiyyətdədir.

Bu ayələrdə də haqqı seçən möminlərin aqibətinə dair məlumat verilir və onlar əbrar olaraq xarakterizə edilir. Əbrar xüsusiyyəti isə belə açıqlanır: verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları.

Əbrar haqqında daha əvvəl bu açıqlamanı etmişdik:

“Təqva” ilə eyni məna daşıyan birr sözü “hər cür xeyir və yaxşılıq işlərində genişlik, ehsan, itaət, doğruluq, bol-bol yaxşılıq” deməkdir. Söz hər cür yaxşılığı, ehsanı və xeyirli davranışı əhatə edir. Əbrar da “şəxsiyyətləri bu yaxşılıqlarla eyniləşən insanlar”dır.

Birr, Quranda belə təsvir edilir:

  • 177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü-sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir. (Bəqərə/177)

Əl-Bərr sifəti həm Allah üçün, həm də itaətkar qullar üçün işlədilir. Allah üçün işlədildiyində mənası “qullarına qarşı şəfqəti, ehsanı geniş və yayılmış olan” deməkdir. Qullar üçün işlədildiyində isə, “itaəti yayılmış, çox itaətkar, sadiq [sözündə duran]” mənasına gəlir. Söz bu mənasıyla Quranda İsa və Yəhya peyğəmbərlər üçün işlədilmişdir.

Sosial həyatın qurulması və sağlam şəkildə fəaliyyət göstərməsi nöqteyi nəzərindən çox mühüm olan və sanki insanlar arasındakı yaxınlaşma vasitəsi olan “birr”, təqva sahibi möminlərin vacib bir xüsusiyyətidir. Bu xüsusiyyətə bilavasitə “təqva” deyilməsə də, “təqvalı olma halı” deyilə bilər.

Budur, bu xüsusiyyətdəki qullar fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan, kafur qatılmış bir tasdan içəcəklər. Allah onları o günün pisliyindən qoruyacaq; onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnət və ipəklər veriləcək; orada taxtlarda söykənib oturacaqlar; orada bir günəş də, dondurucu bir soyuq da görməyəcəklər və onun [bağçanın] kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qap və büllur kasalar dolaşdırılacaq, özlərinin nizamladığı büllurları gümüşdən olacaq. Və orada onlar qarışığı zəncəfil olan bir tasdan içəcəklər. Orada səlsəbil deyilən bir bulaqdan… və aralarında, səpilmiş bir inci sanılan əbədiləşdirilmiş [böyüməz, yaşlanmaz] uşaqlar dolaşdırılacaq. Orası xoşbəxtlik və böyük bir krallıq [mülk və idarəçilik] kimidir; üzərlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq; gümüş bilərziklərlə bəzənəcəklər; Rəbbləri onlara əməllərinin qarşılığı olaraq tərtəmiz bir içki içirəcək. Çünki onlar bunu haqq etmişlərdir.

Burada cənnət əhli “ipəklər, yaşıl ipəklər, parlaq atlas qumaşlar geyən, taxtlara qurulan, gümüş və büllur kasalardan içən, gümüş bilərziklər taxan kimsələr” olaraq xarakterizə edilmişdir. Bu, qədim kralların xüsusiyyəti olub, möminlərin axirətdə krallar kimi ağırlanacağı müjdəsi verilir. Bu müjdələr başqa ayələrdə də verilmişdi:

  • 30Şübhəsiz, iman edən və düzəltmək yönündə işlər edənlər… Şübhə yoxdur ki, Biz işi gözəl edənlərin qarşılığını itirmərik.
  • 31Bax budur, onlar altlarından çaylar axan Ədn cənnətləri özlərinin olanlardır. On­lar orada taxtlarına söykənmiş olaraq, qızıldan bilərziklərlə bəzənəcəklər, incə və qa­lın ipəkdən yaşıl libaslar geyəcəklər. O nə gözəl qarşılıqdır! Və nə gözəl qalma ye­ridir! (Kəhf/30, 31)
  • 19–22Bu ikisi – mömin ilə kafir, Rəbbi haqqında mübahisə etməyə girişmiş iki rəqibdir. Artıq kafirlər… Onlar üçün atəşdən libaslar biçilmişdir. Başlarının üstündən qaynar su tökülür. Bununla qarınlarındakı şey­lər və dəriləri əridilir. Və onlar üçün dəmirdən toppuzlar vardır. Dərəcəsinə görə oradan nə zaman çıxmaq istəsələr, oraya geri çevrilərlər və: “Yandırıcı əza­bı dadın!”
  • 23Şübhəsiz ki, Allah iman edən və düzəltməyə yönəlik işlər edənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənərlər. Oradakı libasları da ipəkdir. 24Və onlar sözdən, gözəl/xoş olana bələdçilənmiş­lərdir. Həm də öyülməyə layiq olan Allahın yoluna bələdçilənmişlərdir. (Həcc/19-24)

Bu müjdələr qarşısında dünyada ipək geymək, qızıl və gümüş bəzəklər taxmağın vəziyyəti ağla gəlir. Bu məsələylə əlaqədar Əraf surəsində etdiyimiz açıqlamanı nəql edirik:

Bu nöqtədə ağla dərhal qızılın və ipəyin kişilərə haram qılınması gəlir. Əslində isə bu iki şeyin kişilərə haram olduğuna dair Quranda hər hansı bir hökm yoxdur. Beləliklə, öz özlərinə bir sıra haramlar qoyanlar Rəbbimizin “Allahın qulları üçün çıxardığı zinətləri və tər-təmiz ruziləri kim haram etmiş?!” sözlərinin birbaşa müxatibi olurlar. Ancaq bu mövzuda diqqət edilməli olan əsl məqam, sadəcə qızıl və ipək ilə məhdud olmamaq şərtiylə, Allahın qulları üçün çıxardığı bütün nemətlərin qürur və təkəbbürə alət edilməməsi və ya başqalarının qısqanmalarına yol açacaq şəkildə işlədilməməsidir. Çünki xüsusiyyətləri nə olursa olsun, nemətlərin bu məqsədlərlə işlədilməsi, ilahi prinsiplər baxımından çirkin bir davranışdır. Məsələn, yaşadığı şəraitdəki insanların standartlarından çox üstün və bir çoxunun mövcud imkanlarıyla əsla sahib ola bilməyəcəkləri xüsusiyyətdə bir maşın almaq və ya bir ev tikdirmək, fikrimizcə, belə davranışlardandır.

23Şübhəsiz ki, Biz, bəli Biz Quranı sənə endirdik endirdik.

24–26O halda Rəbbinin hökmü üçün səbr et. Onlardan bir sıra günahkarlara yaxud bir sıra hədsiz nankorlara itaət etmə və daima/hər zaman Rəbbinin ismini an. Gecənin bir qismində də Ona boyun əyib təslimiyyət göstər. Və Onu uzun gecədə hər cür nöqsanlıqdan münəzzəh qıl.

Allahın cəmiyyətə müdaxiləsi, insanı yaradıb sərbəst buraxması, insanların azad şəkildə olan seçimlərinə görə qarşılıqlandırılacağı açıqlandıqdan sonra bu paraqrafda Elçi müxatib alınaraq “Şübhəsiz ki, Biz, bəli Biz Quranı sənə endirdik endirdik. O halda Rəbbinin hökmü üçün səbr et. Onlardan bir sıra günahkarlara yaxud bir sıra hədsiz nankorlara itaət etmə və daima/hər zaman Rəbbinin ismini an. Gecənin bir qismində də Ona boyun əyib təslimiyyət göstər. Və Onu uzun gecədə təsbih et direktivi verilmişdir. Buna görə Rəsulullah kafir və günahkarları vecinə almadan, onlara meyil göstərmədən və onların yoldan çıxarıcı təlqinlərinə qulaq asmadan vəzifəsinə davam etməlidir.

Paraqrafdan da anlaşılacağı kimi, Məkkəli müşriklər, Mədinəli Yəhudilər və münafiqlər Rəsulullahın dəvətinin qarşısını almaq üçün var gücləriylə mübarizə edirdilər. Bu hala ilk surələrdə də işarə edilmişdi:

  • 109Və sən sənə vəhy olunan şeyə uy! Və Allah hökmünü verincəyə qədər, səbr et. Və Allah, hökm verənlərin ən xeyirlisidir. (Yunus/109)
  • 45–48Ey Peyğəmbər! Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Öz izni ilə/biliyi ilə Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərdik/elçi etdik. Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğu­nu müjdələ. Kafirlərə və mü­nafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha həvalə et. Və “bütün varlıqları müəyyən bir proqrama görə ni­zam­­layan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah ye­tər. hzab/45-48)
  • 5–8Artıq, yaxında haqq dindən çıxaraq, özünü atəşə atmış olanın hansınız olduğunu görəcəksiniz, onlar da görəcəklər. Şübhəsiz, Rəbbindir, yolundan azanı ən yaxşı bilən. Yenə Odur bələdçilənərək doğru yolu tapmış olanları ən yaxşı bilən. O halda, axirət gününü yalan sayan o adamlara itaət etmə!
  • 9–16Onlar arzu etdilər ki, sən onların işinə rəvac verəsən, onlar da dərhal sənin işinə rəvac versinlər. Çox and içən, alçaq, lağ edən, qanmaz, arxadan danışan, ara vuran, qovmaq üçün fürsət axtaran, mal və oğulları var deyə, xeyirə mane olan, hücum edən, günaha batmış, qaba/kobud, sonra da pisliklə damğalı bu müftəxorların heç birinə itaət etmə. Axirəti yalan sayan o adam, ayələrimiz özünə oxunduğu zaman: “Daha öncəkilərin hekayələridir” – dedi. Yaxında Biz onun burnunu ovacağıq. (Qələm/5-16)
  • 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş insan kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda, Rəbbinə səslənmişdi. 49Əgər Rəbbindən ona bir yaxşılıq yetişməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi. (Qələm/48)
  • 41,42Ey iman edənlər! Allahı anmağınızı “daima anmaq” olaraq anın. Və Onu hər zaman nöqsan sifətlərdən arındırın. (Əhzab/41, 42)

27“Sən elçi deyilsən” – deyənlər, tələm-tələsik keçən dünyanı sevirlər və ağır bir günü arxalarına atırlar.

28Biz! Onları Biz yaratdıq! Bədənlərini Biz sağlam etdik! Dilədiyimizdə də bənzərləri ilə dəyişdirdikcə dəyişdirərik.

Bu ayələrdə müşriklərin əqli vəsvəsələri izah edilir və qınanır: Onlar [“Sən elçi deyilsən” deyənlər], tələskən [tələm-tələsik keçən dünyanı] sevirlər və ağır bir günü arxalarına atırlar. Ayələrdə bəhs edilən kafir və günahkarlar dünyanı və dünyanın keçici dəyərlərini sevirlər:

  • 5Əslində o insan, önünü/qalan ömrünü din-iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir. 6Soruşur: “Qiyamət günü nə zamanmış ki?” (Qiyamət/5, 6)

Sonra da bu qisim “Biz, onları Biz yaratdıq. Bədənlərini Biz sağlam etdik. Dilədiyimizdə də bənzərləriylə dəyişdirdikcə dəyişdirərik” – deyilərək təhdidlə xəbərdarlıq edilir.

Müşriklərin bu münasibəti və onlara edilən təhdidkar xəbərdarlıq bir çox surədə yer almışdı.

Ayədə keçən ağır gün ilə “qiyamət günü” qəsd edilmişdir:

  • 187Səndən Saat barədə – qiyamətin qopma anı barədə soruşurlar: “Nə zaman gəlib çatacaq?” De ki: “Onun bilgisi yalnız və yalnız Rəbbimin qatındadır. Onun vaxtını Özündən başqa heş kimsə açıqlaya bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir/bilinməz olmuşdur. O sizə anidən gələr”.
  • Sanki sən onu çox yaxşı bilirmişsən kimi, onu səndən soruşurlar. De ki: “Onun bilgisi Allah qatındadır. Lakin insanların çoxu bilməzlər”. (Əraf/187)
  • 60,61Ölümü aranızda Biz nizamladıq, Biz! Və Biz sizi bənzərlərinizlə dəyiş­dirməyi­miz v­ə sizi bilmədiyiniz bir şəkildə yenidən inşa etməyimiz üçün qarşısı alınacaqlar/mane olunacaqlar deyilik.
  • 62Və and olsun ki, ilk yaradılışı bildiniz, öyrəndiniz. Yaxşı, düşünüb öyüd almalı deyilsinizmi?(Vaqeə/60-62)
  • 133Ey insanlar! Əgər Allah istəyərsə, sizi yox edər, yerinizə başqalarını gətirər. Və Allah buna qadirdir.  (Nisa/133)
  • 16,17Əgər O diləyərsə, sizi yox edər və yerinizə yepyeni bir yaradılışı/xalqı gətirər. Bu, Allaha heç çətin də deyildir. (Fatir/16, 17)
  • 38Bax budur, sizlər Allah yolunda xərcləməyə çağırılan kimsələrsiniz. Belə olduğu halda sizdən bəziləri xəsislik edir. Və kim xəsislik edərsə, artıq öz nəfsini/mənliyini isbat etmiş olur. Və Allah zəngindir, siz isə yoxsullarsınız. Əgər siz üz çevirərsinizsə, Allah yerinizə sizdən başqa bir cəmiyyət gətirər. Sonra onlar sizin bənzərləriniz olmazlar. (Muhəmməd/38)

29Şübhəsiz ki, bu bir öyüddür. Artıq diləyən Rəbbinə doğru yol alar.

30,31Və siz Allah diləmədikcə diləyə bilməzsiniz. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır, dilədiyini mərhəmətinə qovuşdurar. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə isə acıqlı bir əzab hazırlamışdır.

Bu paraqrafda, Rəhman surəsindən bura qədər edilən bəyannamələrin bir öyüd olduğu və insanların inanmağa məcbur edilmədiyi bildirilir:

  • 8Və əgər Allah diləsəydi, qətiliklə onları bir tək başçılı cəmiyyət edərdi. Lakin O, diləyəni mərhəmətinin içinə alı Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də, özləri üçün bir qoruyucu, yol göstərici yaxın və bir köməkçi olmayanlardır. ura/8)
  • 29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir! (Kəhf/29)
  • 256Dində məcbur etmək/diksindirmək yoxdur! İman Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən – yaxşı pisdən, gözəl çirkindən, doğruluq pozğunluqdan qəti olaraq, yaxşı-yaxşı ayrılmışdır. O halda kim tağuta küfr edər – onu tanımaz, Allaha inanarsa, qopmaq bilməyən ən sağlam bir dəstəyə yapışmışdır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Bəqərə/256)

Və Hud/28; Zümər/14-16; Yunus/99; Nəhl/9; İsra/15; Səcdə/13; Təğabün/2; Kafirun/6; Fussilət/40; Maidə/48; Nəhl/36, 93; Yunus/108; Şura/20; Hud/15; İsra/18; Ənam/35; Rad/31 və Şüəra/3, 4-cü ayələrinə də baxıla bilər.

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Zemahşeri, Razi, Kadı Beydavi, Allame Nisaburi, İbn Kesir

[2] Suyuti, el-İtqan.