HƏCC SURƏSİNİN TƏBYİNİ

Adını 27-ci ayədəki الحج [əl-Həcc] sözündən alan surənin Mədinədə 103-cü sırada endiyi qəbul edilir. Surənin tamamının və ya əksəriyyətinin Məkkədə endiyi; tamamının və ya əksəriyyətinin Mədinədə endiyi, bir hissəsinin Məkkədə bir hissəsinin də Mədinədə endiyi yönündə nəqllər mövcuddur. [1] 

Surənin çox ayələrinin, üslub olaraq Məkki ayələrə bənzədiyi doğrudur. Amma bunun səbəbi, bizcə bu ayələrin Məkkədə enməsi deyil, Məkkəliləri müxatib almasıdır.

Bu surədə; iman, tövhid, Saat/qiyamət, öldükdən sonra dirilmə, həşr, hesab, cəza mövzuları işlənmiş, həmçinin Möminlərin cənnətdə; inkarçıların isə cəhənnəmdə olacağı bəyan edilərək təşviq etmə və xəbərdarlıqlar edilmişdir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 623

1,2Ey insanlar! Rəbbinizin qoruması altına girin!  Şübhəsiz ki, qiyamətin qopma anının sar­sıntısı çox böyük bir şeydir. Onu görəcəyiniz gün, hər əmzikli qadın əmiz­dir­di­yin­dən əl çəkər. Və hər hamilə qadın daşıdığını buraxar. Və sən insanları sərxoş ol­madıqları halda, sərxoş kimi görərsən. Hələ Allahın əzabı çox şiddətlidir.

3,4İnsanlardan bəzilərı də Allah haqqında şüursuzca mübahisə edir və hər azmış şeytanı izləyir.  Azmış şeytan haqqında: “Şübhəsiz, kim şeytanı yol göstərən, qoruyan bir yaxın edərsə, artıq o, qətiliklə, şeytanı özünə vəliləşdirəni azdırar və onu cəhənnəmin əzabına bələdçiləyər” – deyə yazıldı.

5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirər.

6Bax budur, bu, şübhəsiz ki, Allahın haqq olduğu, şübhəsiz, sadəcə Onun ölüləri diriltdiyi və şübhəsiz, sadəcə Onun hər şeyə qadir olduğuna görədir.

7Qiyamət isə şübhəsiz ki, qopacaqdır. Qətiyyən onda şübhə yoxdur. Və şübhəsiz ki, Allah qəbirlərdə olan kimsələri dirildəcəkdir.

(103/22, Həcc/1–7)

Nəcm: 624

8İnsanlardan bəziləri də Allah haqqında şüursuzca, bələdçi olmadan, aydınladıcı bir kitab olmadan mübahisə edirlər.

9Onun belini əyib bükməsi/fənd işlətməsi, Allah yolundan azdırmaq üçündür. Bu dün­yada ona bir rüsvayçılıq vardır. Və Biz qiyamət günündə ona yandırıcı cəhən­nə­min əzabını daddıracağıq.

10Bax budur, bu, öz iki əlinin önə çıxardığı şeylər və şübhəsiz, Allahın yaxşı qulluq edənlərə haqsızlıq edən biri olmadığına görədir.

11–13İnsanlardan kimi də Allaha qeyri-müəyyən bir tərəf üzərində/qərarsız, konkret cizgisiz bir şəkildə qulluq edər. Ona görə də əgər özünə bir yaxşılıq gələrsə, onunla zeh­nindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşmuş olur. Və əgər özünə bir sosial yanğın/sıxıntı gələrsə, üzüüstə dönür. O, dünyanı da, axi­rə­ti də məhv etdi. Bax budur, bu, açıq-aşkar itkinin məhz, özüdür. O, Allahın yarat­dıq­la­rın­dan özünə zərər və mənfəət verə bilməyəcək şeylərə yalvarır. Bax budur, bu, çox uzaq azğınlığın məhz özüdür. O, zərəri faydasından daha yaxın olana yalvarır. Yal­var­dığı o şey nə pis köməkçi, nə pis qoruyucu və nə pis yoldaşdır.

14Şübhəsiz, Allah iman edən və düzəltmək yönündə işlər edənləri altından çaylar axan cənnətlərə girdirər. Şübhəsiz ki, Allah dilədiyini edər.

15Kim Allahın özünə dünyada və axirətdə kömək etməyəcəyini sanırdısa, dərhal səmimiyyətlə Bizə yönəlsin, bir də Allahın yaratdıqlarından özünə zərər və mənfəət verə bilməyəcək o şeylərlə əlaqəsini kəssin. Sonra da baxsın/baxaq bu planı özünü qəzəbləndirən şeyi/başındakı xəstəlik dərəcəsində düşkünlüyü aradan qaldıracaqmı?

16Və bax budur, Biz Quranı beləcə, açıq-aşkar ayələr halında endirdik. Və şübhəsiz ki, Allah dilədiyi insanlara/diləyən insanlara bələdçilik edər.

(103/22, Həcc/8–16)

Nəcm: 625

17Şübhəsiz ki, o iman etmiş kimsələr, Yəhudi olmuş kimsələr, Sabiilər/təbii dindarlar, Xristianlar, Məcusilər və şərik qoşmuş olanlar… Şübhəsiz ki, Allah qiyamət günü bunların arasını ayıracaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.

(103/22, Həcc/17)

Nəcm: 626

18Göylərdə və yer üzündə olan kimsələrin, Günəş, Ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və insanların çoxunun Allaha boyun əyib təslimiyyət göstərdik­lə­ri­ni gör­­mədinmi/heç düşünmədinmi? Bir çoxu da üzərlərinə əzab haqq olmuş olanlardır. Və Allah kimi xor qılarsa, artıq onun üçün bir ucaldan yoxdur. Şübhəsiz ki, Allah di­lə­diyini edər.

(103/22, Həcc/18)

Nəcm: 627

19–22Bu ikisi – mömin ilə kafir, Rəbbi haqqında mübahisə etməyə girişmiş iki rəqibdir. Artıq kafirlər… Onlar üçün atəşdən libaslar biçilmişdir. Başlarının üstündən qaynar su tökülür. Bununla qarınlarındakı şey­lər və dəriləri əridilir. Və onlar üçün dəmirdən toppuzlar vardır. Dərəcəsinə görə oradan nə zaman çıxmaq istəsələr, oraya geri çevrilərlər və: “Yandırıcı əza­bı dadın!”

23Şübhəsiz ki, Allah iman edən və düzəltməyə yönəlik işlər edənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənərlər. Oradakı libasları da ipəkdir. 24Və onlar sözdən, gözəl/xoş olana bələdçilənmiş­lərdir. Həm də öyülməyə layiq olan Allahın yoluna bələdçilənmişlərdir.

(103/22, Həcc/19–24)

Nəcm: 628

25Şübhəsiz ki, küfr edən, Allahın yo­lun­dan,  insanlar üçün – orada ibadətə qapanan və ya kənardan gə­lənlər üçün eyni olmaqla yaradılmış Məscid-i Haramdan [toxunulmazlığı olan ilahiyyat mək­tə­bin­dən] ayı­ran kimsələr və orada haqsızlıqla yanlış yola düşmək istəyən kimsə… Biz ona çox acıq­lı bir əzabdan daddırarıq.

26–29Və həmçinin Biz bir zamanlar: “Qətiyyən Mənə heç bir şeyi ortaq qoşma – do­laş­an­lar, orada haqsızlığa baş qaldıranlar, Allahı birləyənlər, boyun əyib təslimiyyət gös­tə­rənlər üçün evimi tərtəmiz et! Özlərinə aid bəzi mənfəətlərə şahid olmaları və Allahın özlərinə ruzi olaraq verdiyi heyvanlar üzərində, bəlli günlərdə Onun adını an­maları üçün insanlar arasında ilahiyyat təhsil-təlimi veriləcəyini bildir. Ye­ri­yə­rək və ya yorğun düşmüş miniklər üstündə hər dərin vadini aşaraq sənin yanına gəlsinlər! Sonra kir­lərini aradan qaldırıb təmizlənsinlər, niyazlarını yerinə yetirsinlər. Keçmiş ev­də/müstəqil evdə/Kəbədə dolaşsınlar” – deyə, o evin/Kəbənin yerini İbrahim üçün hazır­la­mış­dıq. Siz də onlardan yeyin və çətinlik çəkən yoxsulu doyurun.

30,31Bax budur, belə! Və kim Allahın toxunulmaz qıldıqlarına hörmət göstərərsə, ar­tıq bu, özü üçün Rəbbinin qatında xeyirdir. Sizə bildiriləndən başqa heyvanlar sizə ha­lal qılınmışdır. O halda Allaha yönələnlər olaraq, Ona ortaq qəbul edənlər ol­ma­ya­raq, o bütlərdən olan kirlilikdən qaçının, yalan sözdən də qaçının. Allaha kim or­taq qoşarsa, artıq o kimsə göydən düşərək quşların qapdığı və ya küləyin özünü kim­səsiz bir yerə sürüklədiyi şey kimidir.

(103/22, Həcc/25–31)

Nəcm: 629

36İribuynuzlu heyvanları da… Biz onları sizin üçün Allahın varlığının əlamətlərindən etdik. Sizin üçün onlarda xeyir vardır. Ona görə də ön ayaqlarının biri bağlı halda kə­sərkən/səf halında olarkən üzərlərində Allahın adını anın. Sonra yanları yerə söy­kəndiyi vaxt da onlardan yeyin, ehtiyacını gizlədənə və istəyənə də yedirin. Be­lə­­cə, Biz onları özünüzə verilən nemətlərin qarşılığını ödəyəsiniz deyə, sizə boyun əy­­dirdik.

32,33Bax budur, belə! Hər kim Allahın varlığına əlamət olan şeylərə hörmət göstərərsə… ki, şübhəsiz, bu hörmət göstərmək, qəlblərin Allahın qoruması altına girməsindən­dir, sizin üçün onlarda bəlli bir müddətə qədər bəzi yararlar vardır. Sonra bunların çatacağı yer – Beyt-i Ətiq/köhnə evə/müstəqil evə/Kəbəyədir.

(103/22, Həcc/36, 32–33)

Nəcm: 630

34,35Və Biz hər başçılı cəmiyyət üçün Allahın özlərinə heyvanların qüsursuzların­dan, ruzi olaraq verdikləri üzərində Onun adını ansınlar deyə, bir qulluq qaydası etdik. Bax budur, sizin ilahınız bir tək ilahdır. Ona görə də, yalnız Onun üçün Müsəlman olun. Allah anıldığı vaxt qəlbləri titrəyən, özlərinə isabət edənə səbr edən, salaatı iqa­mə edən və özlərini ruziləndirdi­yi­miz şey­lərdən Allah yolunda xərcləyən, Allaha səmimiyyətlə boyun əyən o kimsələrə müj­dələ.

37Onların ətləri və qanları qətiyyən Allaha çatmayacaqdır. Ancaq, Ona sizdən “Allahın qoruması altına girmə” çatır. Sizə bələdçilik etdiyi ilə Allahı böyükləyə­si­niz deyə, o iribuynuzlu heyvanları, sizə bax budur, belə boyun əydirdi [heç bir də­yiş­iklik və inkişaf etmədən, sizə boyun əyəcək xüsusiyyətlərdə yaratdı]. Və yaxşılıq, gözəllik edənləri müjdələ.

38Şübhəsiz ki, Allah inanan insanları müdafiə edir. Şübhəsiz ki, Allah həddindən artıq xain və son dərəcə nankorların heç birini sevməz.

(103/22, Həcc/34–35, 37–38)

Nəcm: 631

39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.

Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.

Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir.

 (103/22, Həcc/39–41)

Nəcm: 632

42–44Və əgər onlar səni yalan sayırlarsa, bil ki, onlardan öncə Nuhun qövmü, Ad, Səmud, İbrahimin qövmü, Lutun qövmü, Mədyən əhli də yalan saymışdılar. Musa da yalan sayıldı ki, Mən kafirlərə bir müddət verdim. Sonra da onları yaxaladım. Yaxşı, Məni tanı­ma­maq necə imiş!

45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır… Necə tərk edilmiş quyularla bomboş qalmış, betonla möhkəmləş­di­ril­miş saraylar!

46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur.

47Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki, Allah qətiyyən sözündən dönmə­yə­­cəkdir. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin saya bildiklərinizdən min il ki­mi­dir.

48Və şərik qoşmaqla səhv/öz zərərlərinə iş etməkdə olan necə şəhərlər… Mən özlərinə möhlət verdim, sonunda onları yaxaladım. Dönüş, sadəcə, Mənədir.

49,50De ki: “Ey insanlar! Mən sizin üçün sadəcə, apaçıq/açıqlayan, anladan bir xəbərdar edənəm. Artıq iman etmiş olanlar və düzəltmək yönündə işlər edənlər… Bağışlanma və əhəmiyyətli ruzi, sadəcə onlar üçündür”.

51Ayələrimizi aciz düşürmək məqsədilə yarışmağa cəhd edən kimsələr… Bax budur, onlar  cəhənnəmin gücləridir.

(103/22, Həcc/42–51)

Nəcm: 633

52–54Və Biz səndən öncə heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah şeytanın/İblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah şeytanın buraxdığını, qəlblərində xəstəlik olan, təfəkkürü pozulmuş və qəlbləri qas-qatı olan insanlar üçün, onları dindən çıxarmaq üçün… Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər… Özlərinə bilik verilmiş olan insanlar Quranın şübhəsiz, Rəbbindən gələn bir gerçək olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah Alimdir – çox yaxşı biləndir, Hakimdir – ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz ki, Allah iman edən insanları ən doğru yola bələdçiləyəndir.

(103/22, Həcc/52–54)

Nəcm: 634

55Küfr edənlər də özlərinə qəflətən qiyamətin qopma anı və ya qısır [yararsız, bəhərsiz] bir günün əzabı gəlincəyə qədər, Qurandan şübhə duymağa davam edəcəklər.

56O gün hökmranlıq Allahındır. Aralarında O, hökm verir. Artıq iman edən və düzəltmək yönündə işlər edən kimsələr nemət cənnətlərindədirlər.

57Və küfr edən və ayələrimizi yalan sayan kimsələr… Artıq bax budur, bunlar alçaldıcı əzab özləri üçün olanlardır.

58,59Və Allah yolunda hicrət edən, sonra öldürülmüş və ya ölmüş olanlar… Əlbəttə Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Və şübhəsiz, Allah qətiliklə ruzi ve­rən­lərin ən xeyirlisinin məhz özüdür. Qətiliklə onları məmnun olacaqları bir yerə daxil edəcəkdir. Və şübhəsiz, Allah qətiliklə çox yaxşı biləndir, çox yumşaq davra­nan­dır.

60Bax budur, belə! Və kim özünə edilən cəzaya eyni ilə qarşılıq verərsə, sonra yenə özünə haqsızlıq edilərsə, əmin olun ki, Allah ona kömək edər. Şübhəsiz, Allah qətiliklə çox əfv edəndir, çox bağışlayandır.

61Bax budur, bu şübhəsiz ki, Allahın gecəni gündüzün içinə, gündüzü də gecənin içinə qatdığına görədir. Şübhəsiz ki, Allah çox yaxşı eşidən, çox yaxşı görəndir.

62Bax budur, bu şübhəsiz bu ona görədir ki, Allah haqqın məhz özüdür, ortaq qoşanların yalvardıqları, Onun yaratdıqlarından olan şeylər isə batilin məhz özüdür. Şübhəsiz ki, Allah ucalar ucasıdır və ən böyük olandır.

(103/22, Həcc/55–62)

Nəcm: 635

63Şübhəsiz, Allahın göydən su endirdiyində, yer üzünün yamyaşıl olduğunu görmədin­mi/heç düşünmədinmi? Şübhəsiz ki, Allah çox ərmağan verəndir, ən yaxşı xəbəri olandır.

64Göylərdə və yer üzündə nə varsa yalnız və yalnız Onundur. Və şübhəsiz ki, Allah  möhtac olmayandır, tərifə ən çox layiq olandır.

65Sən Allahın yer üzündəkiləri sizə boyun əydirdiyini [tam sizin yararlanacağınız ölçülərdə yaratdığını] və Özünün əmri ilə dənizlərdə axıb gedən gəmiləri görmədin­mi/heç düşünmədinmi? Göyü də Öz izni/biliyi olmadan yerə düşməkdən O saxlayır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir.

66Və O, sizə həyat vermiş olan, sonra öldürəcək olan, sonra da dirildəcək olandır. Şübhəsiz ki, insan qətiliklə çox nankordur.

(103/22, Həcc/63–66)

Nəcm: 636

67Biz hər başçılı cəmiyyət üçün bir qulluq yolu müəyyən etdik. Onlar o yola uyğun olaraq qulluq etsinlər. O halda bu işdə səninlə heç bir zaman çəkişməsinlər. Sən də Rəbbinə dəvət et. Şübhəsiz ki, sən  ən doğru bir yol üzərindəsən.

68,69Və əgər səninlə mübahisə edirlərsə, dərhal de ki: “Allah etməkdə olduğunuz şeyləri ən yaxşı biləndir. Allah ayrılığa düşdüyünüz şeylərlə əlaqədar qiyamət günü aranızda hökm verəcəkdir”.

70Göydə və yer üzündə olan şeyləri Allahın qətiliklə bildiyini bilmirsinizmi? Şübhəsiz ki, bu, bir kitabdadır. Şübhəsiz ki, bu, Allaha çox asandır.

71Və onlar Allahı qoyub elə bir şeylərə sitayiş edirlər ki, o şeyləri Allah yaratmışdır və haqlarında heç bir dəlil endirməmişdir və özlərinin də onlara dair bilikləri yoxdur. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün heç bir köməkçi yoxdur.

72Və özlərinə ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman küfr edənlərin üzlərində vəhy və hər kəs tərəfindən pis olduğu qəbul edilən şeyləri tanıyarsan. Az qalır ki, özlərinə ayələrimizi oxuyan kimsələrə hücum edəcəklər. De ki: “Yaxşı, sizə ondan daha pis olanını xəbər verimmi? Atəş! Allah atəşi kafirlərə vəd etdi. O, nə pis bir dönüş yeridir!”

(103/22, Həcc/67–72)

Nəcm: 637

73Ey insanlar! Bir nümunə verilir, indi ona qulaq asın! Sizin Allahın yaratdıqlarından bu yalvardıqlarınız hamısı bir yerə yığışsalar da, bir milçəyi belə qətiyyən əmələ gətirə bilməzlər. Və milçək onlardan bir şey qoparsa, onu qurtara bilməzlər. İstəyən də gücsüzdür və istənilən də gücsüzdür.

74Allahı olduğu kimi dəyərləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüv­vət­li­dir, hər şeydən üstündür.

75,76Allah xəbərçi ayələrdən də elçilər seçər, insanlardan da elçilər seçər. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnız və yalnız Allaha döndərilir.

(103/22, Həcc/73–76)

Nəcm: 638

77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir!

(103/22, Həcc/77–78)

TƏHLİL:

1,2Ey insanlar! Rəbbinizin qoruması altına girin!  Şübhəsiz ki, qiyamətin qopma anının sar­sıntısı çox böyük bir şeydir. Onu görəcəyiniz gün, hər əmzikli qadın əmiz­dir­di­yin­dən əl çəkər. Və hər hamilə qadın daşıdığını buraxar. Və sən insanları sərxoş ol­madıqları halda, sərxoş kimi görərsən. Hələ Allahın əzabı çox şiddətlidir.

3,4İnsanlardan bəzilərı də Allah haqqında şüursuzca mübahisə edir və hər azmış şeytanı izləyir.  Azmış şeytan haqqında: “Şübhəsiz, kim şeytanı yol göstərən, qoruyan bir yaxın edərsə, artıq o, qətiliklə, şeytanı özünə vəliləşdirəni azdırar və onu cəhənnəmin əzabına bələdçiləyər” – deyə yazıldı.

Bu ayələrdə insanlar doğru olanı qəbul edərək gələcəklərini xilas etməyə dəvət edilir. Ardından da qiyamətin qorxunc dəhşəti anladılaraq insanların səhvləri ortaya qoyulur. Qiyamətin qopmasını təsvir edən ayələrdən bir neçəsini təqdim edirik:

  • 1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman. (Zilzal/1-3)

13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər.  (Haqqa/13-17)

  • Vaqiə/1-7ola­caq o hadisə baş verdiyi zaman ki, o hadisənin olacağını təkzib elə­yən yoxdur. O, hadisə alçaldıcıdır/yüksəldi­ci­dir – yer üzü şiddətlə sarsıl­dıq­ca sar­sıl­dığı, dağlar ova­landıqca ovalanıb, toza dumana dön­dəril­diyi və sizlər üç bərabər/təbəqə/sinif ol­du­ğunuz zaman (Vaqiə/1-7)
  • 14Ancaq onların hamısı elçiləri yalan saydılar. Buna görə də əzabım haqq oldu. 15Və bunlar, göz açıb yumacaq qədər belə gecikməsi olmayan bir qışqırtıdan başqa bir şey gözləmırlər. (Sad/14, 15)

Və Mömin/30-35; Nəml/87; Müzzəmmil/14-18; Nəziət/6-9.

3-4-cü ayələrdə qəti bir biliyə və açıq-aşkar bir sübuta əsaslanmadan Allah haqqında – Allahın zövcünün, bənzərinin və ortagının olmadığı; rəbbliyi [tüm kainatı nəzarət etməsi] haqqında mübahisə edən düşüncəsizlər tənqid edilərək bu mövzularda bilikənməyə dəvət edilirlər.

Burada bəhs edilən azğın şeytan isə İblisdir. Bu xüsus Təkvir və Cinn surələrində geniş şəkildə işlənmişdir. [2] İblislə əlaqədar qədər – İblisin missiyası aşağıdakı ayələrdə ifadə edilmişdi:

  • 80,81Allah: “Haydı, sən müəyyən olunmuş bir vaxta qədər möhlət verilənlərdənsən” – dedi.
  • 82,83İblis: “Elə isə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olmağına and içirəm ki, mən onların hamısını, içlərindən arıdılmış qulların istisna olmaqla, mütləq azdıracağam” – dedi.
  • 84Allah dedi ki: “Doğru budur. Mən də bu doğrunu söyləyirəm: “85And olsun, cəhənnəmi, tam əmin ol ki, səninlə və sənə uyanların hamısı ilə – hamınızla dolduracağam”. (Sad/80-85)
  • 16,17İblis: “Elə isə, məni azğınlığa itələməyinə qarşılıq olaraq, and olsun ki, mən onlar üçün Sənin ən doğru yolunda oturacağam. Sonra, yenə and olsun ki, onların önlərindən, arxalarından, sağlarından, sollarından onlara vəsvəsə verəcəyəm və Sən, çoxlarının, özlərinə verilən nemətlərin qarşılığını ödəyənlər olmadığını görəcəksən” – dedi.
  • 18Allah: “Haydı, sən, qınanmış və qovulmuş olaraq oradan çıx. Onlardan, sənə kim uyarsa, and olsun ki, sizin hamınızdan cəhənnəmi dolduracağam” 19Və: “Ey Adəm, məlumatlanmış və vəhy almış insan! Sən və zövcən cənnətdə yerləşin, dilədiyiniz yerdən də yeyin və dolaşıq, çəkişmə qaynağı olan bu şeyə yaxınlaşmayın/malın-mülkün, paranın-pulun hərisi olmayın, yoxsa yanlış edənlərdən/özünə zərər verənlərdən olarsınız” – dedi.
  • 20Sonra İblis, onların özlərindən gizli qalan eyiblərini özlərinə göstərmək üçün, onlara vəsvəsə verdi. Və: “Rəbbiniz, başqa bir səbəbdən deyil, sırf ikinizin də bir mələk/iradəsiz güc olmağınız, ya da əbədi olaraq qalıcılardan/inkişaf etməyən, dəyişilməyən bir varlıq olmağınız üçün sizi qarışıqlığın, çəkişmənin qaynağı olan bu şeydən; maldan-mülkdən, paradan-puldan çəkindirdi/bunları sizə qadağan etdi” – dedi.
  • 21Və: “Əlbəttə, mən sizə öyüd verənlərdənəm” – deyə onlara and içdi/sübutlar irəli sürdü. 22Beləliklə, onları aldadaraq rüsvay etdi. Onlar qarışıqlığın, çəkişmənin qaynağı olan şeyin; malın-mülkün, paranın-pulun dadını anlayınca hərislikləri, acgözlükləri dövrəyə girdi/ortaya çıxdı və mal-mülk, para-pul toplamağa başladılar. Rəbləri onlara səsləndi: “Mən sizə mal-mülk, para-pul hərisi olmağı qadağan etmədimmi və sizə: “Bu şeytan, tam əmin olun ki, sizin üçün açıq-aşkar düşməndir” – demədimmi?” (Əraf/16-22)
  • 63–65Allah dedi ki: “Get! Sonra onlardan kim sənə uyarsa, bilin ki, şübhəsiz ki, cə­za­nız yetərli bir cəza olaraq cəhənnəmdir. Onlardan gücün yetdiklərini səsinlə sarsıt. Və at­lılarınla və piyadalarınla onların üzərinə qışqırıq qopar! Mallarda və uşaq­larda onlara ortaq ol! Və onlara vədlər ver”. Və şeytan, onlara aldatmaqdan baş­qa bir şey vəd etməz. Şübhəsiz ki, Mənim qullarım… Sənin onlar əleyhinə heç bir gücün yoxdur”. Bütün varlıqları müəyyən olunmuş bir proqrama görə nizam­la­yan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Rəbbin yetər. (İsra/63-65)

5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirər.

6Bax budur, bu, şübhəsiz ki, Allahın haqq olduğu, şübhəsiz, sadəcə Onun ölüləri diriltdiyi və şübhəsiz, sadəcə Onun hər şeyə qadir olduğuna görədir.

7Qiyamət isə şübhəsiz ki, qopacaqdır. Qətiyyən onda şübhə yoxdur. Və şübhəsiz ki, Allah qəbirlərdə olan kimsələri dirildəcəkdir.

Bu ayələrdə biliksiz şəkildə fikir yürüdənlərə, qiyamət haqqında şübhə edənlərə, inadçı şeytan insanlara uyanlara bəzi açıqlamalar edilir.

Öldükdən sonra dirilməkdən şübhə duyanlar, yaradılışlarını diqqətlə araşdırmalıdırlar: Torpaqdan, sonra nütfədən, sonra bir ələqdən [embriyondan], sonra quruluşu müəyyən-qeyri müəyyən bir ət parçasından yaradılma… Bəlli bir müddətə qədər bətnlərdə tutulma, sonra bir çağa olaraq çıxarılma, sonra yetkinlik çağına çatdırılma… Kiminin uşaq yaşda vəfat etdirilməsi, kiminin də əvvəlki biliyindən sonra, heç bir şey bilməyərək, ömrünün ən pis zamanına çatdırılması [qocaldılması]… Sönmüş yer üzünün üzərinə su endirilib, hərəkətə keçirilməsi, qabardılması və hər gözəl cütdən bitkilər bitirilməsi… Budur bu, şübhəsiz ki, Allahın haqq olduğuna, ölüləri sadəcə Onun diriltdiyinə və hər şeyə sadəcə Onun gücünün yetdiyinə görədir. Qiyamətin gələcəyində də şübhə yoxdur. Şübhəsiz ki, Allah qəbirlərdəkiləri dirildəcəkdir.

Burada, ilk yaradılışa istinad edilərək yenidən qurulmanın daha sadə olacağı vurğulanır:

  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız. (Ya Sin/79, 80)
  • 50–52De ki: “İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir ya­ra­dılış olun”. Sonra onlar: “Bizi kim geri döndərəcək?” – deyəcəklər. De ki: “Sizi ilk də­fə yoxdan yaratmış olan”. Buna görə də sənə başlarını bulayacaqlar və: “Nə za­man­dır bu?” – deyəcəklər. De ki: “Çox yaxın olması umulur! Sizi çağıracağı/di­ril­di­lə­cəyiniz gün, Onu öyərək Onun çağırışına uyacaqsanız və sadəcə, çox az qaldığınızı zənn edəcəksiniz”. (İsra/50-52)
  • 7Ki, O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan başlayandır. 8Sonra onun nəslini bir mahiyyətdən, adi bir sudan etmişdir. (Səcdə/7, 8)

Ayədəki “Biz, onun üzərinə su endirdiyimiz zaman hərəkətə keçər, qabarar və hər gözəl cütdən bitkilər bitirir” ifadəsi ilə əlaqədar gözəl bir yazını təqdim edirik:

Su və hava olmadan yaşamağın mümkün olmayacağını kiçik uşaqlar belə bilir. Yaxşı, torpaq olmadan yaşamağımızın mümkün olmayacağını görəsən yetərincə dərk edə bilirikmi? Torpaq daima inkişaf halındadır. Minlərlə il içərisində, xüsusilə əsas süxurun (Litosferin) suyun təsiri altında tədricən aşağıdan yuxarıya doğru dağılması nəticəsində əmələ gəlir. Bu müddət ən sərt qayalarda ildə 0.01 millimetr olduğu üçün torpağın inkişaf hərəkəti gözümüzdən qaçar. (Bu nisbət yer üzünün isti bölgələrində ildə 20 millimetrə qədər çıxar) Bu kontekstdə torpaq cansız mineral dünyasından canlı dünyaya keçid mərhələsidir. Bir kub metr məhsuldar torpaqda 30 milyona qədər bakteriya vardır. Gözlə görə bilməyəcəyimiz bu bakteriyalar torpağın hər kvadrat santimetrinin canlı olması mənasına gəlir. Bu canlılığın ən əhəmiyyətli maddəsi həm bu bakteriyaları, həm də bitkiləri hərəkətə keçirib, canlandıran sudur.

Bu ayədə qupquru torpağın üzərinə suyun düşməsiylə əmələ gələn mərhələlər anladılır. Quranın ifadələrində anladılan titrəşmənin və qabarmanın öncə sadəcə ədəbi ifadələr olduğu sanıldı. Lakin “Brown Titrəməsi”nin anlaşıldığında Quranın bu nöqtədə də bir möcüzə göstərdiyi aydın oldu.

Ayədə torpağa suyun düşməsiylə meydana çıxan 3 mərhələyə diqqət çəkilir:

  1. Torpağın titrəşməsi;
  2. Torpağın qabarması;
  3. Torpağın cütlər halında məhsullar verməsi;
  4. Birinci mərhələdə, üzərlərinə su düşdükdə torpaqdakı parçacıqlar hərəkət edər. Torpağın üzərinə düşən su damlacıqları bir hədəf olmadan bir çox yöndə hərəkət edər. Beləliklə, bir çox tərəfdən su ilə çarpışan torpaq parçacıqları titrəşir kimi hərəkət edərlər. Suyun torpağa düşməsiylə torpaqdakı müxtəlif molekullar arasında elektrik axımı əmələ gəlir. Torpağın parçacıqları ionlaşır. Elektrik axımının düşməsi ilə pozitiv iona, yüksəlməsi ilə isə neqativ iona dönmə olur. Suyun torpağa gəlişiylə ionik molekullar titrəşir. Botanika alimi Robert Brown 1828-ci ildə torpağın partikullarının bu hərəkətini təsbit etdi və adını Brown Movement (Brown Titrəməsi) qoydu. Bu hərəkət, suyun torpağın üzərinə düşməsiylə meydana çıxan bir müddətdə baş verir.
  5. İkinci mərhələdə diqqət çəkilən hadisə, suyu əmən torpaq parçacıqlarının həcmcə böyüməsi, beləliklə də, qabarmanın baş verməsidir. Parçacıqlar sudan doyunca, suyun mineral depoları olurlar. Bitkilər ehtiyaclarını bu depolardan qarşılayırlar. Torpağın suyu tutan mükəmməl quruluşu sayəsində yağış suları torpağın dərinliklərində yox olmaz. Beləliklə, bitkilərin, dolayısıyla bütün canlıların yaşaması mümkün olur.
  6. Üçüncü mərhələdə bitkilərin filizlənməsinə diqqət çəkilir. Ayənin işarə etdiyi kimi zevci və zevcəsiylə yəni dişiliyi və erkəkliyiylə bitkilər yaradılmağa başlanır. Başlanğıcda ölü olan torpaq suyun torpağın üzərinə düşməsiylə başlayan bir müddətin sonunda canlı bitkini bağrından çıxarır. [3]

8İnsanlardan bəziləri də Allah haqqında şüursuzca, bələdçi olmadan, aydınladıcı bir kitab olmadan mübahisə edirlər.

9Onun belini əyib bükməsi/fənd işlətməsi, Allah yolundan azdırmaq üçündür. Bu dün­yada ona bir rüsvayçılıq vardır. Və Biz qiyamət günündə ona yandırıcı cəhən­nə­min əzabını daddıracağıq.

10Bax budur, bu, öz iki əlinin önə çıxardığı şeylər və şübhəsiz, Allahın yaxşı qulluq edənlərə haqsızlıq edən biri olmadığına görədir.

Bu ayələrdə, Allah haqqında biliksizcə artıq-əskik danışan, bələdçisi və aydınladıcı bir kitabı olmayan, üstəlik də Allah yolundan insanları döndərmək üçün çalışan insanlar qınanır və başlarına dünya və axirətdə gələcək əzablar; dünyada rüsvay və alçaq bir həyat yaşayacaqları, axirətdə isə yandırıcı əzaba çarpdırılacaqları bəyan edilır.

11–13İnsanlardan kimi də Allaha qeyri-müəyyən bir tərəf üzərində/qərarsız, konkret cizgisiz bir şəkildə qulluq edər. Ona görə də əgər özünə bir yaxşılıq gələrsə, onunla zeh­nindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşmuş olur. Və əgər özünə bir sosial yanğın/sıxıntı gələrsə, üzüüstə dönür. O, dünyanı da, axi­rə­ti də məhv etdi. Bax budur, bu, açıq-aşkar itkinin məhz, özüdür. O, Allahın yarat­dıq­la­rın­dan özünə zərər və mənfəət verə bilməyəcək şeylərə yalvarır. Bax budur, bu, çox uzaq azğınlığın məhz özüdür. O, zərəri faydasından daha yaxın olana yalvarır. Yal­var­dığı o şey nə pis köməkçi, nə pis qoruyucu və nə pis yoldaşdır.

Bu ayələrdə yanlış inanclarına diqqət çəkilən müşrik və münafiqlər xəbərdar edilir.

İnsanlardan bəzisi də Allaha qeyri müəyyən bir tərəf üzərində; nə etdiyi bəlli olmadan ibadət edər. Bunlar şəraitə görə münasibətlərini dəyişirlər; özlərinə bir yaxşılıq gəlirsə, onunla qane olur, özlərinə bir fitnə gəlirsə, üz döndərərlər. Bunlar Allahın yaratdıqlarından özünə zərər və mənfəət verə bilməyəcək şeylərə; zərəri faydasından daha yaxın olana yalvarırlar. (O, dünyanı da, axirəti də itirdi. Budur bu, açıq-aşkar itkinin məhz özüdür. Budur bu, çox uzaq pozğunluğun məhz özüdür. O [yalvardıqları şey] nə pis mövla [yardımçı, qoruyucu] və nə pis yoldaşdır!)

Bu tiplər bir çox dəfə tanıdılmışdı:

  • 15, 16İnsana gəlincə… Rəbbi onu nə vaxt ki, sınayaraq üstün qılar və nemətlər verirsə: “Rəbbim məni üstün qıldı” – deyər. Amma nə zaman ki, sınayaraq ruzisini azaldırsa: “Rəbbim məni alçaltdı” – deyər. (Fəcr/15, 16)
  • 140,141Və Allah sizə Quranda: “Allahın ayələrinin bilərək rədd edildiyini və onlarla lağ edildiyini eşitdiyiniz zaman, başqa bir mövzuya keçmədikcə, onlarla bərabər oturmayın. Əks halda siz də onlar kimi olarsınız” – deyə endirdi. Şübhəsiz ki, Allah sizi müşahidə edən kimsələrin/münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə toplayandır. Artıq Allah tərəfindən sizə bir zəfər olarsa, onlar: “Biz sizinlə bərabər deyildikmi?” – deyərlər. Ka­firlər üçün bir pay olunca da: “Si­zə üstünlük təmin etmədikmi, sizi möminlərdən qorumadıqmı?” – deyərlər. Artıq Allah, qiyamət günündə aranızda hökmünü verəcəkdir. Allah qətiyyən möminlərin əleyhinə ka­firlərə bir yol verməyə­cək­dir.
  • 142,143Şübhəsiz ki, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O, onların aldadıcısıdır. Və onlar salaata qalxdıqları/cəmiyyət içinə çıxdıqları zaman ikisi arasında gedib-gələn qərarsızlar olaraq, tənbəl-tənbəl qalxarlar, nə möminlərlə, nə də kafirlərlə olmazlar, insanlara göstəriş olsun deyə, onlar kimi edərlər. Və Allahı, ancaq çox az olaraq anarlar. Və Allah kimi azdırarsa, sən artıq ona bir yol tapa bilməzsən. (Nisa/140-143)

Bu ayə qrupunun enmə səbəbinə dair aşağıdakı məlumatlar verilmişdir:

1) Kelbi belə deyir: “Bu ayə çöllərindən hicrət edib Mədinəyə Hz. Peyğəmbərin (s.ə.s) yanına gələn, bəzi bədəvilər haqqında nazil olmuşdur. Onlardan birisinin səhhət və rahatlığı yerində olub, atı gözəl bir tay, xanımı isə bir oğlan doğub, malı və sürüsü çox olduğunda, halından məmnun olur və bununla təskinlik tapır. Amma başına bir bəla gəlsə, xanımı qız, yaxud atı madyan doğarsa, malı-mülkü əlindən gedər və sədəqə verə bilməyəcək qədər düşkünləşirsə, şeytan onun yanına gəlir və “Bütün bu bəlalar bu din üzündən başına gəldi” – deyər. Beləliklə, o insan da dindən dönər. Bu, İbn Abbas (r.a), Səid b. Cübeyr, Hasan əl-Basri, Mücahid və Katadenin görüşüdür.

2) Dahhaka görə, ayə müəlləfə-i kulub haqqında nazil olmuşdur ki, Uyeyne b. Bedr, Akra b. Habis, Abbas b. Mirdas bunlardandır. Bunlar bir-birlərinə: “Muhəmmədin dininə girək. Əgər xeyir əldə edəriksə, onun haqq olduğunu anlayarıq. Yox əgər başımıza bəla gələrsə, onun batil olduğunu anlayarıq” – dedilər.

3) Əbu Said əl-Hudri belə demişdir: Bir Yəhudi Müsəlman oldu. Sonra gözləri kor oldu, malı və övladı yox oldu. Bundan sonra o: “Ey Allahın Rəsulu! Məni sərbəst burax. Çünki bu dindən bir xeyir görmədim. Çünki gözlərimi, malımı-mülkümü, oğul-uşağımı itirdim” – dedi. Hz. Peyğəmbər (s.ə.s) də: “İslamdan istefa edilməz! Atəş dəmir, qızıl və gümüşün posasını necə çıxarırsa, İslam da insanı eləcə arındırır” – dedi. Budur. bundan sonra bu ayə nazil oldu. [4]

İsrailin Əbu Husayndan, onun Said b. Cübeyrdən, onun da İbn Abbasdan rəvayət etdiyinə görə, İbn Abbas “İnsanlardan bəziləri (dinin) bir tərəfindən Allaha ibadət edər” buyuruğu haqqında belə demişdir: Adam Mədinəyə gəlirdi. Əgər xanımı oğlan doğar, atları balalayardısa: “Bu yaxşı bir dindir” – deyərdi. Xanımı doğmaz, atları da balalamazdısa, bu dəfə: “Bu pis bir dindir” – deyərdi.

Müfəssirlər də belə deyirlər: “Bu ayə-i kərimə Peyğəmbərin (s.ə.s) hüzuruna gələrək İslama girdiklərini bildirən bir sıra bədəvi ərəblər haqqında nazil olmuşdur. Bunlar bolluq ilə qarşılaşardılarsa, Mədinədə qalmağa davam edərdilər. Əgər çətinlik və sıxıntıyla üz-üzə qalardılarsa, irtidad edər, dindən dönərdilər”. [5] 

14Şübhəsiz, Allah iman edən və düzəltmək yönündə işlər edənləri altından çaylar axan cənnətlərə girdirər. Şübhəsiz ki, Allah dilədiyini edər.

15Kim Allahın özünə dünyada və axirətdə kömək etməyəcəyini sanırdısa, dərhal səmimiyyətlə Bizə yönəlsin, bir də Allahın yaratdıqlarından özünə zərər və mənfəət verə bilməyəcək o şeylərlə əlaqəsini kəssin. Sonra da baxsın/baxaq bu planı özünü qəzəbləndirən şeyi/başındakı xəstəlik dərəcəsində düşkünlüyü aradan qaldıracaqmı?

16Və bax budur, Biz Quranı beləcə, açıq-aşkar ayələr halında endirdik. Və şübhəsiz ki, Allah dilədiyi insanlara/diləyən insanlara bələdçilik edər.

Yuxarıda kafir, müşrik və münafiqlərin hal və aqibətləri açıqlanmışdı. Burada da Möminlərin aqibətinə dair məlumat verilir:

  • Allah iman edən və salihatı işləyənləri altından bulaqlar axan cənnətlərə daxil edəcəkdir;
  • Allahın, özünə dünyada və axirətdə yardım etməyəcəyini sanan insan səmaya; uzaqlardan uzaq məkandan münəzzəh Allaha bir səbəb uzatsın, sonra əvvəlki qul-kölə olduqlarıyla əlaqəsini kəssin ki, Allahın yardım edib etməyəcəyini bir yoxlasın;
  • Quran hər kəsi inandıracaq açıq-aşkar ayələr halında endirilmişdir. Bununla birlikdə, Allah diləyən insanlara hidayə edər.

Möhtəşəm bir bəlağət örnəyi olduğuna görə, 15-ci ayə haqqında müxtəlif görüşlər mövcuddur. Buna dair bəzi açıqlamalar etməyi uyğun hesab edirik.

Bir meydan oxuma olan bu ayə 11-13-cü ayələrlə birlikdə ələ alınmalıdır. Bu halda məna belə olur: Allaha əsassız, qeyri-ciddi inananlar, yararlarına olan məsələlərdə xoşbəxt, zərərlərinə olan məsələlərdə bədbəxt olurlar. Özlərinə belə zərər və yarar verə bilməyən varlıqlara yalvaranlar da, pozğunların ən pozğunudur. Yaxşı, Allah özünə yönələnlərə yarar verərmi, inkarçılara zərər verirmi? Bu sualın cavabı: “Şübhəsiz Allah iman edən və salihatı işləyənləri altından bulaqlar axan cənnətlərə daxil edir. Şübhəsiz, Allah dilədiyi şeyləri edər” – şəklində verilır. Ardından da onlara meydan oxunur: Kim Allahın özünə dünyada və axirətdə yardım etməyəcəyini sanırsa, dərhal səmaya bir Səbəb uzatsın, sonra … kəssin. Sonra da baxsın baxaq bu planı, özünü öfkələndirən şeyi [başındakı vəsvəsəni] aradan qaldıracaqmı?

Ayədəki sonra sözü kəssin ifadəsinin tamamlayıcısı gizli tutulmuş olub, “o yarar verməyən şeylərə ibadəti kəssin” deməkdir. Ayədəki ثمّ [sümmə/sonra] ədatı isə, zamanda sonralığı deyil, kəlamda sonralığı ifadə edər.

Səbəb “özü ilə başqasına çatılan şey”dir. [6] Bu halda səbəb ilə الوسيلة [əl-vəsilə] eyni mənalıdır. Burada səbəb ilə insanın özünü tavana asacağı “ip” deyil, “Allahın rızasını qazanacaq yolları araması” qəsd edilmişdir. Burada səbəb olaraq ifadə edilən vasitə, Maidə surəsində vəsilə olaraq ifadə edilmişdir:

  • 35Ey iman edənlər! Xilas olmağınız, zəfər qazanmağınız üçün Allahın qoruması altına girin, Ona yaxınlaşdıracaq/çatdıracaq şeyləri arayın və Onun yolunda səy göstərin. (Maidə/35)

Ayələrdə keçən səbəb və vəsilə, “sağlam bir iman və salihatı işləmək”dir.

  • 19Xeyr! Xeyr! Qətiyyən sənin düşündüyün kimi deyil! Sən salaat edənə mane olan o adama itaət etmə. Sən Rəbbinə boyun əyib, təslim ol və yaxınlaşdırıl – Rəbbin səni Özünə yaxınlaşdırsın. (Ələq/19)
  • 37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər. (Səba/37)
  • 99Yenə bədəvi ərəblərdən kimisi də vardır ki, onlar Allaha və axirət gününə inanır və xərc­lədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri sayar. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onlara yaxında mərhəmətindən lütf edə­cək­dir. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
  • 100Muhacir və Ənsardan ilk öncə önə keçənlər və yaxşılaşdırmaq/gözəlləşdirməklə on­ları izləyən insanlar… Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün içlərində təməlli qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ha­zır­ladı. Bax budur, bu, böyük bir qurtuluşdur. (Tövbə/99, 100)
  • 57–61Şübhəsiz, Rəbbinə duyduqları dərin heyranlıq və hörmətin nəticəsi olaraq, Ondan uzaqlaşma qorxusundan tir-tir titrəyən bu kəslər, Rəbbinin ayələrinə inanan kəslər, Rəbbinə ortaq tanımayan kəslər, şübhəsiz, özləri Rəbbinə dönəcəklər deyə verdiklərini qəlbləri ürpərərək verən kəslər – bax budur, onlar yaxşılıqlarda yarışanlardır və yaxşılıqlar üçün öndə gedənlərdir. (Möminlər/57-61)
  • 10Önə keçənlər də önə keçənlərdir.
  • 11Bax budur, önə keçənlər yaxınlaşdırılanlardır. (Vaqiə/10, 11)
  • 26Və and olsun ki, Biz sizi güclü etmədiyimiz şeylərdə, onları güclü etmişdik. Sizə vermədiyimiz imkanları, onlara vermişdik. Onlara da qulaqlar, gözlər və duyğular vermişdik. Buna baxmayaraq qulaqları, gözləri və duyğularının onlara heç bir faydası ola bilmədi/özlərindən heç bir şeyi uzaqlaşdıra bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. Lağ etməkdə olduqları şey də onları sarıb, bürüdü. (Əhqaf/26)
  • 18–21Qətiliklə, onların düşündüyü kimi deyil! “Əbrar”ın/yaxşı insanların qeydi, qətiliklə İlliyyundadır. İlliyyunun nə olduğunu sənə nə bildirdi? Yaxınlaşdırıl­mış­la­rın şahid olduğu rəqəmlənmiş/yazılmış bir qeyddir!
  • 22–28Şübhəsiz ki, “Əbrar/yaxşı insanlar”, əlbəttə, Nəimin içindədirlər, taxtlar üzərin­də gözləməkdədirlər. Üzlərində nemətin aydınlığını görərsən. Onlar möhürlü, saf bir içkidən içirlər ki, onun möhürü/nəticəsi müşkdür. Qarışımı Təsnimdəndir. Yaxınlaşdırılmışların içkiləri bir bulaqdandır. Artıq yarışanlar, bax budur, bunda yarışmalıdırlar. (Mutaffifin/18-28)

Ayədəki səma sözü, ümumiyyətlə “tavan” olaraq ələ alınmış və ibarədən insanın özünü tavana asaraq intihar etməsi mənası çıxarılmışdır. Halbuki burada səma ilə “rəhmət və yardımın qapılarının izafə edildiyi ucalıq” qəsd edilmişdir:

  • 144Biz sənin Bizdən nə gözlədiyini qətiliklə görürük. Artıq səni məmnun olacağın bir hədəfə/strategiyaya istiqamətləndirəcəyik. Haydı, üzünü Məscid-i Harama/to­xu­nul­maz təhsil, təlim qurumuna çevir – ağlın fikrin ancaq təhsil və təlimdə olsun. Siz də harada olarsınızsa olun, üzünüzü ona tərəf çevirin! Özlərinə Kitab verilmiş olan insanlar da qətiliklə, şübhəsiz ki, bu vəzifənin Rəbbindən gələn bir haqq/doğru olduğunu bilirlər. Və Allah onların etdiklərindən xəbərsiz, biliksiz deyildir. (Bəqərə/144)
  • 96Və əgər o şəhərlərin xalqı inansaydılar və Allahın qoruması altına girsəydilər, əlbəttə üzərlərinə göydən və yerdən olan bolluqları açardıq. Lakin onlar yalan saydılar. Biz də onları etməkdə olduqlarına qarşılıq yaxaladıq. (Əraf/96)
  • 40Bu ayələrimizi yalan sayanlara və onlara qarşı yekəxanalıq edən kəslərə, məhz onlara göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. (Əraf/40)
  • 173Artıq inanan və düzəltmək yönündə işlər edənlər… Allah onların mükafat­la­rını tam verəcək və ərməğanlarından onlara artıqlıqlar da bağışlayacaqdır. Qul­luq­dan çəkinib yekəxanalıq edənlərə isə… Onlara çox acıqlı bir əzabla əzab edə­cək­dir. Onlar özləri üçün Allahın yaratdıqlarından bir qoruyucu, yol göstərici yaxın və bir yaxşı köməkçi tapa bilməzlər. (Nisa/173)

Allah inananlara əlbəttə, yardım edər:

  • 103Və onlar əgər inansaydılar və Allahın qoruması altına girsəydilər, qətiliklə, Allahdan olan bir mükafat daha yaxşı olacaqdı. Kaş ki, bilsəydilər! (Bəqərə/103)
  • 33–35Və əgər insanlar bir tək başçılı, gerçəyi bilərək rədd edən cəmiyyət olmasa idilər, Biz Rəhmanı bilərək rədd edən/inanmayan insanların evlərinə gümüşdən tavanlar və üzərinə çıxa­caq­ları pilləkənlər, onların evləri üçün qapılar, üzərinə söykənəcəkləri taxtlar və qızıldan bəzək əşyaları edərdik. Bunların hamısı bəsit dünya həyatının qazancından başqa bir şey deyildir. Axirət isə Rəbbinin qatında Allahın qoruması altına girmiş olanlar üçündür.  (Zühruf/33-35)
  • 110Siz, insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edir, vəhy və ortaq ağıl ilə pisliyi/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyir və Allaha inanırsınız. Kitab Əhli də inansaydı, onlar üçün əlbəttə, daha xeyirli olar­dı. Onların bəziləri möminlər, lap çoxu da yoldan çıxmış insanlardır. (Al-i İmran/110)

Və Nisa/46; Nisa/64-66; Maidə/65, 66; Rad/27-29, 31; Zümər/17, 18.

17Şübhəsiz ki, o iman etmiş kimsələr, Yəhudi olmuş kimsələr, Sabiilər/təbii dindarlar, Xristianlar, Məcusilər və şərik qoşmuş olanlar… Şübhəsiz ki, Allah qiyamət günü bunların arasını ayıracaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.

Bu ayədə Müsəlman, Xristiyan, Yəhudi, Sabii və müşriklərin axirətdəki vəziyyətləri açıqlanır. Hər nə qədər burada Müsəlman, Xristiyan, Yəhudi, Sabii və müşriklər zikr edilmişsə də, dini axım və məzhəblərin hamısı bu ifadənin əhatəsinə girər. Elə isə Allah müxtəlif inanclara sahib olan bütün insanların arasını ayıracaq, hər kəs etdiyi işlərə görə mühakimə olunacaqdır.

Sabiilər haqqında Bəqərə surəsində etdiyimız açıqlamaya baxıla bilir. [7] Məcusilərə gəlincə: Quranda sadəcə bu ayədə yer alan Məcusilər “atəşpərəstlər”dir. Quranın endiyi dövrdə çoxu İranda yaşayırdı. Bununla birlikdə Yəmən, Bəhreyn və Ərəb Yarımadasının şimal-şərqindəki bəzi Ərəb qəbilələrinin də Məcusilik inancına bağlı olduqlarından bəhs edilir. [8] 

18Göylərdə və yer üzündə olan kimsələrin, Günəş, Ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və insanların çoxunun Allaha boyun əyib təslimiyyət göstərdik­lə­ri­ni gör­­mədinmi/heç düşünmədinmi? Bir çoxu da üzərlərinə əzab haqq olmuş olanlardır. Və Allah kimi xor qılarsa, artıq onun üçün bir ucaldan yoxdur. Şübhəsiz ki, Allah di­lə­diyini edər.

Bu ayədə inancsızların [Yəhudi, Xristiyan Məcusi, Sabii, müşrik] cəzalandırılma səbəbi açıqlanır. Yer üzündə hər varlıq – insanların bir çoxu, ay, günəş, ulduzlar, dağlar, ağaclar, tərpənən canlılar Allaha təslim olub, Ona boyun əyərkən, insanların çoxu boyun qaçırır. Budur, bunlar Allahın cəzalandıracağı qisimdir.

Kainatdakı hər şeyin Allaha təslimiyyət göstərdiyi bir çox (Nur/41; Fussilət/11, 37; Rad/15; Nəhl/49, 50) ayədə bildirilmişdir:

19–22Bu ikisi – mömin ilə kafir, Rəbbi haqqında mübahisə etməyə girişmiş iki rəqibdir. Artıq kafirlər… Onlar üçün atəşdən libaslar biçilmişdir. Başlarının üstündən qaynar su tökülür. Bununla qarınlarındakı şey­lər və dəriləri əridilir. Və onlar üçün dəmirdən toppuzlar vardır. Dərəcəsinə görə oradan nə zaman çıxmaq istəsələr, oraya geri çevrilərlər və: “Yandırıcı əza­bı dadın!”

23Şübhəsiz ki, Allah iman edən və düzəltməyə yönəlik işlər edənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənərlər. Oradakı libasları da ipəkdir. 24Və onlar sözdən, gözəl/xoş olana bələdçilənmiş­lərdir. Həm də öyülməyə layiq olan Allahın yoluna bələdçilənmişlərdir.

Bu ayə qrupunda iki rəqib qrupa: Möminlər və kafirlərə diqqət çəkilmişdir. Bunlar arasındakı məsələ, Allahın varlığı xüsusunda deyil, rəbbliyi xüsusundadır. Müşriklər Allahın varlığını qəbul etdikləri halda, Onun rəbbliyini, kainata müdaxiləsini, tərbiyə edib, təlimləndirdiyini, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq, bir sıra hədəflərə götürdüyünü, inkişafı proqramlayıb idarə etdiyini qəbul etmirdirlər.

Budur, bu iki qrupa aid iki axirət səhnəsi:

  • Küfr etmiş insanlara atəşdən libaslar biçilir. Başlarının üstündən qaynar su tökülür. Bununla qarınlarındakı şeylər və dəriləri əridilir. Və onlar üçün dəmirdən toppuzlar vardır; dəmirdən toppuzlarla bədənləri dağlanacaq, sümükləri qırılacaqdır. Qəmdən dolayı, oradan nə zaman çıxmaq istəsələr, oraya geri çevrilirlər. Və özlərinə: “Yandırıcı əzabı dadın!” – deyilir.
  • Allah iman edən və salihatı işləyənləri, altından bulaqlar axan cənnətlərə girdirir. Onlar orada qızıldan bilərziklər və incilərlə bəzənirlər. Oradakı libasları də ipəkdir. Onlar sözdən gözəl/xoş olana bələdçilənmişlərdir də. Həm də Hamidin [öyülməyə layiq olan Allahın] yoluna bələdçilənmişlərdir.

Möminlər üçün düzəldilmiş qızıldan bilərziklər və incilərlə bəzənirlər. Oradakı libasları da ipəkdir səciyyələndirməsi, o günün anlayışını əks etdirir. Çünki bu cür geyim krallara məxsusdur. Beləliklə, Möminlərin cənnətdə krallar kimi ağırlanacağı bəyan edilir.

  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)
  • 10Önə keçənlər də önə keçənlərdir.
  • 11Bax budur, önə keçənlər yaxınlaşdırılanlardır.
  • 12Bax budur, önə keçənlər Nəim cənnətlərindədirlər.
  • 13,14Bir çoxu əvvəlkilərdəndir, çox azı isə sonrakılardandır.
  • 24Onlar, etdiklərinə qar­şılıq olaraq, 15ləl-cəvahiratlarla işlənmiş taxtlar üzərindədirlər. 16Qarşılıqlı olaraq on­ların üzə­rində söykənirlər. 17,23Ətraflarında qaynağından doldurulmuş dolçalar, sürahilər, qədəhlər vardır ki, ondan nə başları ağrıyar, nə də ağılları örtülər; xoşladıqları mey­vələr, ürəkləri istəyən quş əti; qorunmuş mirvarilər kimi iri gözlülər, heç böyüdülməyən uşaqlar dolaşarlar. 25Orada boş söz, lağlağı və günaha çə­kən şeyləri eşit­məzlər. 26Sadəcə, söz olaraq: “Salam, salam [sağ­lıq, salamatlıq, xoşbəxtlik]!” (Vaqiə/10-26)
  • 75,76Bax budur, Rəhmanın qulları! Səbr etmələrinə qarşılıq olaraq cənnətin ən yük­sək məqamlarında, orada sonsuz olaraq qalmaqla mükafatlan­dırı­la­caqlar, orada hörmət və salamla qarşılanacaqlar. Orası nə gözəl bir qərargah və nə gözəl bir iqamətgahdır! (Furqan/75, 76)
  • 84Elə isə onların zərəri üçün tələsmə. Şübhəsiz, Biz onlar üçün saydıqca sayırıq.
  • 85O gün Allahın qoruması altına girənləri, Rəhmana minikli heyətlər halında/krala gedən elçi ehtişamı ilə toplayacağıq. (Məryəm/84, 85)

25Şübhəsiz ki, küfr edən, Allahın yo­lun­dan, insanlar üçün – orada ibadətə qapanan və ya kənardan gə­lənlər üçün eyni olmaqla yaradılmış Məscid-i Haramdan [toxunulmazlığı olan ilahiyyat mək­tə­bin­dən] ayı­ran kimsələr və orada haqsızlıqla yanlış yola düşmək istəyən kimsə… Biz ona çox acıq­lı bir əzabdan daddırarıq.

Bu ayədə şirk içində üzən və bunları qurtarmağa çalışanlara mane olan insanlar qınanır.

Məscid “təlim-təhsil verilən, insanların Allahı tanıması üçün çalışılan inandırma yerləri”; Məscid-i Haram isə “toxunulmaz, müstəqil, muxtar ilahiyyat məktəbləri” deməkdir. Bu mövzuya dair Bəqərə/124-203-də etdiyimiz izaha baxıla bilər. [9] 

Burada Məscid-i Haramdan [toxunulmazlığı olan məsciddən] uzaqlaşdıran insanlar ifadəsiylə qəsd edilənlər, ilahiyyat təlim-təhsilini şüurlu olaraq baltalamağa çalışan qisimdir. Onlar Məscid-i Haramı öz malları sayır, izin verdikləri müddət və nisbətdə məscidlərdən yararlanılmasına icazə verirdilər. Bu xüsusa Ənfal surəsində də diqqət çəkilmişdi:

  • 34Və onların, özləri Məscidi-Haramın – toxunulmaz qılınmış ilahiyyat təhsili mər­kə­zi­nin fəaliyyətini təmin edən rəhbərləri/quruluşun idarəçiləri olmadıqları halda, ondan uzaqlaşırlarkən, Allahın onlara əzab etməməsi üçün nələri var? Onun fəaliyyətini təmin edən rəhbərləri/quruluşun idarəçiləri, sadəcə Allahın qoruması altına girmiş insanlardır. Lakin onların çoxu bilmirlər. (Ənfal/34)
  • 217Səndən toxunulmaz olan ay haqqında və o toxunulmaz olan ayda döyüşmək haqqında soruşurlar. De ki: “Onda döyüşmək, böyük günahdır. Və Allah yolundan ayırmaq, Onu və Məscid-i Haramı/ilahiyyat təhsil mərkəzini bilərək rədd etmək/özünü görməməzliyə qoymaq və Məscid-i Haramın xalqını – orada təhsil/təlim alanları və qısa müddətli təhsilə qatılanları oradan çıxarmaq, Allah yanında daha böyük günahdır. Və insanları dindən çıxartmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha böyük günahdır”. Onlar, əgər gücləri yetərsə, sizi dininiz­dən döndərmək üçün, sizinlə döyüşməkdən heç bir zaman çəkinməzlər. Sizdən də hər kim dinindən dönər və kafir biri olaraq can verərsə, artıq onların əməlləri, dünyada və Axirətdə boşa getmişdir. Və bax budur, onlar atəşin əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/217)
  • 27–29,31Yenə o kafirlər: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər dağları yeridən, yeri parçalayan və ya ölüləri danışdıran bir Quran olsaydı…” – deyərlər. De ki: “Şübhəsiz ki, Allah dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri – inanan və qəlbləri Allahı anmaqla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşanları Özünə bələdçiləyər”. Gözünüzü açın! Qəlblər yalnız və yalnız Allahı anmaqla – zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldırmaqla rahatlığa qovuşar. İman etmiş və düzəltmək yönündə işlər edənlər… Tuba – gözəlliklər, müjdələr və gözəl dönüş yeri, sadəcə, onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gələnə qədər, etdikləri ucbatından ya başlarına çətin bir bəla gələcək və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz ki, Allah verdiyi sözdən dönməz/vəd edilən gələcəyi səhv salmaz/çaşdırmaz. (Rad/27-29, 31)

Məscidlər, yerli-xarici hər kəsin ortaq yeridir. Məscid-i Haram daxil, heç bir məscid üzərində insan haqq iddia edə bilməz. Məscidlər Allah üçün olub, onların mülkiyyəti insanlığa aiddir, dolayısıyla oranın kralı, valisi, icra hakimi olmaz; ancaq xidmətçiləri, tələbələri və müəllimləri olur.

26–29Və həmçinin Biz bir zamanlar: “Qətiyyən Mənə heç bir şeyi ortaq qoşma – do­laş­an­lar, orada haqsızlığa baş qaldıranlar, Allahı birləyənlər, boyun əyib təslimiyyət gös­tə­rənlər üçün evimi tərtəmiz et! Özlərinə aid bəzi mənfəətlərə şahid olmaları və Allahın özlərinə ruzi olaraq verdiyi heyvanlar üzərində, bəlli günlərdə Onun adını an­maları üçün insanlar arasında ilahiyyat təhsil-təlimi veriləcəyini bildir. Ye­ri­yə­rək və ya yorğun düşmüş miniklər üstündə hər dərin vadini aşaraq sənin yanına gəlsinlər! Sonra kir­lərini aradan qaldırıb təmizlənsinlər, niyazlarını yerinə yetirsinlər. Keçmiş ev­də/müstəqil evdə/Kəbədə dolaşsınlar” – deyə, o evin/Kəbənin yerini İbrahim üçün hazır­la­mış­dıq. Siz də onlardan yeyin və çətinlik çəkən yoxsulu doyurun.

Məscid-i Haramın funksiyası anladıldığı bu ayələrdə Həcc ibadəti xülasə edilir. Bunun bir bənzəri də Bəqərə surəsində yer almışdı:

  • 125Və Biz bir zaman bu Beyti/ilk düzələn məktəbi insanlar üçün bir savab qazanma/dönüş yeri və bir etibar yeri etmişdik. Siz də, İbrahimin vəzifə daşıdığı yerdən bir salaat yeri edin. Və Biz İbrahim ilə İsmayıla: “Beytimi dolaşanlar, ibadətə qapananlar və boyun əyib təslimiyyət göstərənlər – Allahı birləyənlər üçün tərtəmiz tutun” – deyə əhd almışdıq. (Bəqərə/125)

Bu ayələrə görə bir məktəb təşkil edilməli, orada insanlar dolaşmalı, zülmə qarşı baş qaldırmanı öyrənib-öyrətməlidirlər. Bu işin də bir məsuliyyət daşıyanı olmalı və o bütün insanları çağırmalı, insanlar da onun yanına gəlməli və o məktəbdə o insanın tövhid [şirkdən təmizlənmə] təhsili ilə xalis dini öyrənib yurdlarına dönməlidirlər.

30,31Bax budur, belə! Və kim Allahın toxunulmaz qıldıqlarına hörmət göstərərsə, ar­tıq bu, özü üçün Rəbbinin qatında xeyirdir. Sizə bildiriləndən başqa heyvanlar sizə ha­lal qılınmışdır. O halda Allaha yönələnlər olaraq, Ona ortaq qəbul edənlər ol­ma­ya­raq, o bütlərdən olan kirlilikdən qaçının, yalan sözdən də qaçının. Allaha kim or­taq qoşarsa, artıq o kimsə göydən düşərək quşların qapdığı və ya küləyin özünü kim­səsiz bir yerə sürüklədiyi şey kimidir.

Allah İbrahim Peyğəmbəri insanları şirkdən təmizləyəcək bir məktəb açmaq və insanları orada bilikləndirib, şüurlandıraraq haqqa dəvət etmək üçün vəzifələndirildiyini bəyan etdikdən sonra, şirkin insanlara verəcəyi zərəri açıqlamışdır.

Allahın toxunulmaz qıldıqları “məscidlər və Həccin edildiyi dörd ay”dır. Ayədə buna sayğılı davrananların yararlı çıxacaqları bildirilir. Bundan başqa ayədə, haram olduğu bildirilənlərdən başqa bütün heyvanların halal qılındığı ifadə buyurulmuş; bununla da Ənam/145 və Nəhl/115-ə işarə edilmişdir:

  • 145De ki: “Mənə vəhy olunanda, onları yeyənlər üçün leş və ya axıdılmış qan, yaxud do­nuzun əti ki, şübhəsiz, donuzun əti kirlidir, narahatlıq verəndir, yaxud Allahdan baş­qası üçün kəsilmiş bir haqq yoldan çıxma nümunəsi olanlardan başqa, haram edil­miş bir şey tapa bilmirəm. Artıq kim, çarəsiz qalarsa, azğınlıq etməmək və zəru­rət həddini aşmamaq şərtilə, bunlardan yeyə bilər”. Bax budur, şübhəsiz ki, sənin Rəb­bin çox bağışlayandır, çox mərhəmət edəndir. (Ənam/145)
  • 115Allah sizə ancaq leşi, qanı, donuzun ətini və Allahdan başqası adından kəsilənləri haram qıldı. Artıq hər kim hücum etmədən və həddi aşmadan, məcbur qalırsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir. (Nəhl/115)
  • 1Ey iman edənlər! Sözləşmələri yerinə yetirin. Siz toxunulmaz ikən [həcc/yüksək ilahiyyat təhsilini davam edərkən] ov etməyi halal etməyərək, qeyd edilənlər istisna olmaqla, dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsursuzları/gərdənliksizləri sizə halal qılındı. Şübhəsiz ki, Allah dilədiyini hökm edər, dilədiyi qanunu qoyar. (Maidə/1)

Daha sonra da ayədə Allaha yönəlmişlər olaraq, Ona şirk qoşmayaraq bütlərdən olan kirlilikdən və yalan sözdən qaçınılması əmr edilmişdir. Sonra Allaha ortaq qoşan insan, göydən düşərək quşların qapdığı və ya küləyin özünü kimsəsiz bir yerə sürüklədiyi əşyaya bənzədilmiş və müşriklərin aqibəti belə bir nümunə göstərilərək bildirilmişdir.

Şirk “Allahı inkar etmək deyil, Allahın səlahiyyət və imtiyazlarını, abstract və ya konkret, Ondan başqa birinə və ya bir şeyə vermək”dir. Allah şirki zülm olaraq tərif etmiş, bütün Peyğəmbərləri tövhidi öyrətmək üçün vəzifələndirmiş; şirk qoşan insanların etdikləri yaxşı işlərin boşa gedəcəyini bildirmişdir. Bu xüsuslardakı bir çox ayədən sadəcə birini xatırlatmaqla kifayətlənirik:

  • 82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır. (Ənam/82)

36İribuynuzlu heyvanları da… Biz onları sizin üçün Allahın varlığının əlamətlərindən etdik. Sizin üçün onlarda xeyir vardır. Ona görə də ön ayaqlarının biri bağlı halda kə­sərkən/səf halında olarkən üzərlərində Allahın adını anın. Sonra yanları yerə söy­kəndiyi vaxt da onlardan yeyin, ehtiyacını gizlədənə və istəyənə də yedirin. Be­lə­­cə, Biz onları özünüzə verilən nemətlərin qarşılığını ödəyəsiniz deyə, sizə boyun əy­­dirdik.

32,33Bax budur, belə! Hər kim Allahın varlığına əlamət olan şeylərə hörmət göstərərsə… ki, şübhəsiz, bu hörmət göstərmək, qəlblərin Allahın qoruması altına girməsindən­dir, sizin üçün onlarda bəlli bir müddətə qədər bəzi yararlar vardır. Sonra bunların çatacağı yer – Beyt-i Ətiq/köhnə evə/müstəqil evə/Kəbəyədir.

34,35Və Biz hər başçılı cəmiyyət üçün Allahın özlərinə heyvanların qüsursuzların­dan, ruzi olaraq verdikləri üzərində Onun adını ansınlar deyə, bir qulluq qaydası etdik. Bax budur, sizin ilahınız bir tək ilahdır. Ona görə də, yalnız Onun üçün Müsəlman olun. Allah anıldığı vaxt qəlbləri titrəyən, özlərinə isabət edənə səbr edən, salaatı iqa­mə edən və özlərini ruziləndirdi­yi­miz şey­lərdən Allah yolunda xərcləyən, Allaha səmimiyyətlə boyun əyən o kimsələrə müj­dələ.

37Onların ətləri və qanları qətiyyən Allaha çatmayacaqdır. Ancaq, Ona sizdən “Allahın qoruması altına girmə” çatır. Sizə bələdçilik etdiyi ilə Allahı böyükləyə­si­niz deyə, o iribuynuzlu heyvanları, sizə bax budur, belə boyun əydirdi [heç bir də­yiş­iklik və inkişaf etmədən, sizə boyun əyəcək xüsusiyyətlərdə yaratdı]. Və yaxşılıq, gözəllik edənləri müjdələ.

Bu ayələrdə, Həcc əsnasındakı “hədy” ilə əlaqədar məlumat verilir, bunun təhrif olunmamasına yönəlik xəbərdarlıq edilir.

Paraqrafın doğru anlaşıla bilməsi üçün 36-cı ayəni, texniki məcburiyyətdən, paraqrafın başında tərtib etdik. Çünki pasajın ayələrində, bu ayəyə göndərmə edilmişdir.

نسك Nüsük – مناسك Mənasik. “ نسْك Nüsk”, “ نسُك nüsük”, “İbadət, itaət və Allaha yaxınlaşdıran hər şey” deməkdir. “ نسك Nüsük” dinin əmr etdiyi və qadağan etdiyi” şeydir.

“ منسَك Mənsək”. “ منسِك mənsik”, “nüsk yolu” deməkdir

“ منسك Mənsək” cəm halda “ مناسك mənasik”, yəni nüskün, nüsüklərin icra edildiyi yerlər” deməkdir.

“ مناسك Mənasik”, İsm-i zaman/məkan qəlibinin cəm halı olduğu kimi İsm-i alət qəlibinin də cəmidir. Sözün İsm-i alət qəlibi mənası nəzərə alınınca “Nüsük alətləri; ibadət vasitələri, tərzləri, ritualları” demək olur.

Quranda keçən mənasik mənalarını həmişə ism-i alət olaraq təvil edirik. Çünki Qurandan anladığımıza görə, kainatın hər yeri mənsəkdir (ibadətxanadır); rəbbimizin bizə göstərdiyi, göstərəcəyi isə qulluq formaları, alətlər, yollarıdır; namaz, salaat, həcc, qiblə, oruc, təqva və s. kimi.

“نسك Nüsük” sözü, “نسيكة Nəsikə” sözündən alınmadır. “نسيكة Nəsikə”nin ilk vəzi (qoyuluş) mənası, “qızıl və gümüşün əridilərək cürufdan təmizlənməsi, saf hala gətirilməsi” deməkdir. Bu halda “Nüsk, Nüsükün də əsas mənası “Saf qızıl, gümüş parçası” deməkdir.

İbadət edənə “ناسك Nasik” deyilir. Çünki ibadətin hər cürəsi, hər şəkli, insanı günah kirindən təmizləyir və Allaha yaxınlaşdırır.

Bu açıqlamalardan açıq şəkildə anlaşılan bu olmalıdır: Nüsük Allaha edilən ibadətlərin ən təmizi; riyasızı, qüsursuzu, ən səmimisidir.

Bu söz zaman içərisində mənası daraldılaraq “heyvan kəsimi” və “Həcc rükunları” üçün işlədilmişdir. (TAC və LİSAN) Quranda (Ənam/162; Bəqərə/128, 196, 200 və Həcc/34, 67) isə gerçək mənasıyla – “ibadətin hər cürəsi, hər şəkli” mənasında işlədilmişdir.

Bəqərə/128-də İbrahimin (ə.s): “Və bizə mənasikimizi göstər” – tələbi, “İhdinassıratelmüstəqim (bizə ən doğru yolu göstər)” ifadəsiylə eyni mənadadır.

36-cı ayədə “iribuynuzlu heyvanları da; Biz onları sizin üçün Allahın varlığının işarələrindən qıldıq” buyurulmuşdur. Ayənin doğru anlaşıla bilməsi üçün, şə‘air [işarələr] sözünün yaxşı bilinməsi lazımdır. Buna görə də Bəqərə surəsində etdiyimiz açıqlamanı nəql edirik:

شعائر [şə‘air] sözü “bilmək, dərk etmək, idrak etmək” mənasındakı شعر [şar] kökünün törəmələrindəndir. Şir sözü də buradan gəlir. Şirə bu ismin verilməsi, hər barədə bilik qaynağı olmasındandır. Bu sözün törəmələrindən şear ağac və ağaclıq, sıx meşə, ağaclı bağça kimi ağac istiqamətli olaraq işlədilir. Yenə bu sözün “iç geyimi, atın çulu, arpa, tərəzi dirhəmi, dəvələrə işarə vurmaq” kimi daha bir çox mənalarda işlədilən törəmələri də vardır.

شعار [şiar], شعيرة [şe‘ira] (cəm halda شعائر [şə‘air] sözü), “əlamət” [bilik verən/bəlli edən] deməkdir ki, bu söz döyüşdə və ya səfərdə əsgərlərin yoldaşlarını, bölmələrini, dəstələrini tapmaları, itirməmələri üçün qoyduqları bir işarənin adıdır. [10]

Şə‘air sözü Quranda bu ayədən başqa Maidə/2, Həcc/32, 36-cı ayələr olmaqla 3 yerdə daha keçər. Hamısında da شعائر اللّه [şə‘airillah/Allahın əlamətləri; Allahı tanımağa, bilməyə əlamət olan hər şey] mənasındadır. Amma hər nə hikmətdirsə, kəlmənin mənası, araya bir “itaət” sözü əlavə etməklə, “Allaha itaətin əlamətləri, nişanələri, simvolları” şəklində yayğınlaşmışdır. Əslində isə ayələrdə “Allahın əlamətləri” deyə keçir. Ayədə من [min] ədatı gətirilərək شعائر اللّه   من[min şə‘airillah/Allahın ayələrindən bir neçəsidir] buyurulmuşdur. [11]

“Şə‘air”in izahından sonra, iribuynuzlu heyvanların da şə‘airdən olduğuna dair Ya Sin surəsində etdiyimiz açıqlamanı nəql edirik:

  • 71Və onlar görmədilərmi ki, Biz şübhəsiz, onlar üçün qüdrətimizin meydana gətirdiklərindən bir sıra heyvanlar yaratdıq və onlar həmin heyvanlara sahib olurlar.
  • 72Və onları özləri üçün aşağı tutulan varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.
  • 73Və onlarda daha bir çox mənfəətlər və içkilər də vardır. Hələ də özlərinə verilən nemətlərin qarşılığını ödəməyib, nankorluqmu edəcəklər? (Ya Sin/71-73)

Bu ayələr, laqeydləşmiş bir cəmiyyətin inkar sözlərini dilə gətirən 48-ci ayənin davamı mahiyyətindədir. Sözü edilən laqeydlər, canlıların quruluşlarındakı ayələrdən ibrət almadıqları və ətraflarındakı dəlilləri görmədiklərinə görə bu ayələrdə də qınanmağa davam edilir. Onlara deyilir ki, “Biz sizə, özünüzdən qat-qat güclü dəvə, sığır kimi heyvanları boyun əydirdik, minik etdik. Sizi o heyvanların ətindən, südündən, dərisindən, tükündən, gücündən və gübrəsindən də istifadə etdirdik. Bu heyvanları, yüzlərləsini bir kiçik uşağın nəzarət edə biləcəyi şəkildə zəlil qıldıq. Biz bunu belə planladıq. Bunların necə olduğunu heç düşündünüzmü? [12]

Burada böyükbaş heyvanların da Səfa və Mərvə kimi, Allahın varlığına, birliyinə və rəbbliyinə bir işarə olduğu, bunların müqəddəs hesab ediləcək şeylər olmadığı açıqlanır. Klassik qaynaqlara görə ərəblər dəvə, sığır və hər nə hədiyyə etdilərsə, onu müqəddəs sayar və onun ətindən yeməzdilər.

38Şübhəsiz ki, Allah inanan insanları müdafiə edir. Şübhəsiz ki, Allah həddindən artıq xain və son dərəcə nankorların heç birini sevməz.

39–41Özlərinə döyüş açılanlar… Onlar haqsızlığa uğradıqları/onlar başqa məsələ üçün deyil, sırf: “Rəbbimiz Allahdır” – dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqlarına görə, döyüşmələrinə izin verildi.

Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı gücü yetəndir. Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.

Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir.

Bu ayə qrupunda Allah Möminləri qoruyacağını, zərərçəkmiş etməyəcəyini bildirdikdən sonra, buna nümunə olaraq da özlərini, yurdlarını və dinlərini qoruya bilmələri üçün döyüşə izin verdiyini bəyan etmişdir. Sonra da sülh şəraitində edilməli olanları; Möminlərin Allahın köməkçiləri, özünün də Möminlərin köməkçisi olduğunu; kafirləri/nankorları sevmədiyini və onları xoşbəxt etməyəcəyini bildirmişdir:

  • Şübhəsiz Allah, inananları müdafiə edir, həddini aşan xain və son dərəcə nankorların heç birini sevməz.
  • Özlərinə döyüş açılan insanlara zülmə uğradıqları, sırf “Rəbbimiz Allahdır” dedikləri üçün haqsız yerə yurdlarından çıxarıldıqlarına görə izin verildi.
  • Ona görə də zülmə uğrayan, hücuma məruz qalan, azadlığı və insan haqqları əlindən alınan Müsəlmanların zülm ortadan qalxıb, haqqlarını, azadlıqlarını və qürurlu həyat haqlarını zəmanətə alana qədər özlərini müdafiə etmə, zülmə baş qaldırma haqları vardır. Azadlığın, insan haqqlarının, ədalətin və təhlükəsizliyin zəmanət altına alınması üçün döyüşdən başqa seçim yoxdur.

Bundan sonra da, “Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi – deyə döyüşün gərəkli olması açıqlanmış və Möminlərə də:Allah Özünə yardım edənlərə – özlərini yurdlandırıb, gücləndirərək, salaatı iqamə edən, zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağılla pis, çirkin hesab edilən şeylərdən ayıranlara qətiliklə yardım edər. Heç şübhəsiz, Allah çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də sadəcə, Allaha aiddir” buyurularaq zəmanət verilmişdir.

صوامع Savamiu. Ayədə keçən “ صوامع savamiu” kəlməsi klassik qəbulla “monastrlar”, “بيع biyəu” kəlməsi də “kilsələr” şəklində tərcümə edilmişdir. Sözlərin “lam-ı tarifsiz nekre olaraq gəlməsi və صلوات salavatü sözünün klassik anlayışda İbranicədən ərəbcələşdirilmiş olduğunun qəbul edilməsi, bizi də hər kəs kimi qəflətə düşürdü. Buna görə də صوامع savamiu, بيع biyəu ifadələri üzərində araşdırma etməmişdik.

Bu hal qarşısında da Allahın kilsə və havralara razılıq verdiyi anlaşılır. Bu günkü və Quran endiyi dövrdəki havralar və kilsələrin Allah və Möminlər tərəfından münasib hesab ediləcək bir yanı olmadığından bu vəziyyəti, ilk halları, yəni Musanın dövründəki havralar; İsanın dövründəki kilsələr olaraq məcburi bir məna mənimsəmişdik.

Belə ki, dostlarımızın xəbərdarlığı səbəbiylə etdiyimiz araşdırmalar nəticəsində bəhs edilən kəlmələrlə əlaqədar bəzi faktlar əldə edib, sözün ərəbcə olduğunu təsbit edib, ayədəki sözlərin də həqiqi mənalarına çatdıq.

“ صوامع Savamiu” sözünün kökü,صمع samea”dır. Yəni kök hərflər “ ص sad م mim və ع ayndır. Bu söz “kiçik qulaq”, “kiçik topuq”, “kəskin zəka” mənalarındadır. Bu sözün törəmələrindən olan “ صماء samae” və صومة savmə-nin aşağıdakı mənaları vardır:

Tikanlı bitki (pişikotu); Bitkilərin filizi; Yetişmiş, toplanmış, qorunmuş paxla (paxlakimilər); Ağacın ən təpəsindəki meyvə, açılmamış tumurcuq, qönçə (Əbu Hənifəyə görə); Heybə (səfər zamanı, xüsusilə də heyvan üzərində edilən səfərdə içinə ləvazimat qoyulan iki gözlü torba).

“ص s م m ع a” kökünün törəmələrindən olan ismi tafdili (  أصمع əsmau” qəlibi) belə işlədilir:

الكعب الأصمع Əl kabül əsma – gözəl düzgün topuq;

النبت الأصمع Əl nəbtül əssma – meyvə verən, sökülməyən bitki, meyvəsi yetişən, toplanıb saxlanılan bitki;

الريش الأصمع Ər Riyşü əsma – yeni, gözəl, açılmış uzun yataq;

القلب الأصمع Əl kalbül əsama – zəki, oyanıq qəlb;

صومة Savma  –  Xristiyanların evi, rahiblərin fənər qülləsi;

صومة Bir-birinə bitişik olan hər cür bina.

İbn-i Ali: “Savamiu” papazların külahı” – demişdir. [13]

Görünür ki, ərəblər bu sözün törəmələrini müxtəlif şeylərə ad etmişlər. Bu mənaların əlaqəsi; ana oxu, “kiçik bir şeyin böyük bir şeyə bitişikliyidir. Başa qulaq, qulağa sırğa; binaya qüllə, baca; başa külah, şapka, ağaca tumurcuq, meyvə, torpağa bitki; … kimi.

صوامع Savamiu sözünü صماء samae və صومة savmə cəmi olaraq ələ aldığımızda, nəkrəliyi də nəzərə alaraq, sözün mənasını “filiz, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı” deyə ifadə edə bilərik.

بيع Biyeu. Bu söz də klassik anlayışda بيعة biyat-ın cəmi olaraq ələ alınmış və Xristiyanların kilsələri olaraq qəbul edilmişdir. Hətta bəzilərinə görə də Yəhudilərinin kilsələridir. [14]

Əslində yenə qədim lüğətlərdə “بيع biyəun” sözünün təki olan “ بيعة beyət” sözünün “هيئة البيع hey’tül bey’ı (alış-verişin şəkli)” olduğu da yer alır. [15] Sözün ərəbcə kökənli olduğu qəti olduğuna görə “kilsə” ilə “alış-veriş” ifadəsinin arasında bir əlaqə də yoxdur.

“بيع Biyeu” sözü, əzdatdan (əks mənanın ikisini də ifadə edən sözlərdən) olan, “satın alma və satma; alış-veriş” mənasındakı “ب b ى y ع a”nın törəmələrindən olub, halliyyət (bir məkan içində olan şeyi zikr edib, məkanını qəsd etmə) məcazi mürsəliylə və sözün nekrəliyi ilə “bütün alış veriş yerləri; dükan-bazar” deməkdir.

صلوات Salavat. Klassik qaynaqlar ayədəki “Salavat” sözünü ərəbcədəki “salaat” sözünün cəmi olan “salavat” olmayıb, İbranicədən gəlmə “Saluta” sözündən ərəbcələşmiş bir söz olduğunu yazıblar. Bir çox yerdə açıqladığımız kimi “salavat” “salaat”ın cəmidir. Burada da Halliyyət məcazi mürsəliylə “bütün Salaat; dəstək yerləri (iş; iş və istehsal yerləri, təlim-təhsil qurumları və təhlükəsizlik mərkəzləri) deməkdir.

Belə olduqda da Rəbbimizin Bəqərə/251-dəki döyüşün səbəblərində bəyan buyurduğu “Əgər Allahın, insanların bir hissəsini digər bir hissəsiylə sovuşdurması olmasaydı, yer üzü qətiliklə pozulub gedərdi” ifadəsi nəzərə alındığında, ayədəki sözlərin ərəbcə doğru mənalarının nəzərə alınmalı olması ortaya çıxır. Beləliklə, Rəbbimizin Bəqərə/251-dəki “yer üzü qətiliklə pozulub gedərdi” ifadəsi Həcc/40-da “ … Əgər Allah bir qisim insanları digər bir qismi ilə ortadan qaldırıb, qarşısını almasaydı, mütləq surətdə, cücərti, tumurcuq, ağacdakı meyvə, toplanmış taxıl, paxlakimilər, quraqlıq ərazidə tikan, tikili bina nə varsa hamısı, bütün alış-veriş yerləri – dükan-bazar, bütün Salaat/dəstək yerləri (iş və istehsal yerləri, təhsil-təlim müəssisələri və təhlükəsizlik xidmətləri) və içlərində Allahın adı bol-bol anılan məscidlər yerlə bir edilərdi.” şəkliylə bilavasitə Allah tərəfındən açıq şəkildə təfsir edilmiş olur.

Bu açıqlamalardan sonra qəti olaraq deyə bilərik ki, mövzumuz olan ayədəki “يذكر فيها yüzkərü… “ cümləsi, sadəcə ayədəki “مساجد Məsacidü” sözünün sifəti olub, “فيها fiha” əvəzliyi də مساجد məsacid sözünə raci olub, sifət cümlənin mənası “içində Allahın zikr edildiyi məscidlər” şəklindədir. Açıq şəkildə biriləri mövcud kilsələri, havraları və manastırları qanuniləşdirmək üçün bir xeyli vaxt sərf etmiş, zəmin hazırlamışdır.

Döyüşə izin verilməsi ilk dəfə Bəqərə surəsində zikr edilmişdi:

  • 216Və döyüşməyin sizin üçün xoş olmayan bir şey olmasına baxmayaraq, sizə məcburi vəzifə olaraq verildi. Ola bilər ki, siz sizin üçün xeyirli olan bir şeydən xoşlanmazsınız. Yenə ola bilər ki, siz sizin üçün pis, zərərli olan bir şeyi sevirsiniz. Və Allah bilir, siz bilməzsiniz. (Bəqərə/216)
  • 244Və Allah yolunda döyüşün. Şübhəsiz ki, Allahın ən yaxşı eşidən və ən yaxşı bilən olduğunu da bilin. (Bəqərə/244)
  • 190Və sizinlə döyüşən insanlarla Allah yolunda döyüşün – ölün, öldürün. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.
  • 191Və onları harada yaxalayarsınızsa, öldürün. Çıxardıqları yerdən siz də onları çıxarın. Və insanları dindən çıxarmaq – ortaq qoşmağa sürükləmək, öldürməkdən daha dəhşətlidir. Məscid-i Haram – toxunulmaz ilahiyyat təhsil mərkəzi yanında onlar, orada sizinlə döyüşmə­dikcə də, onlarla döyüşməyin. Buna baxmayaraq, onlar sizinlə döyüşsələr, dərhal onları öldürün. Kafirlərin cəzası bax budur, belədir.
  • 192Bununla bərabər, əgər əl çəkərlərsə, bilin ki, şübhəsiz ki, Allah, çox bağışlayandır, çox mərhəmət edəndir.
  • 193Həmçinin insanları dindən çıxarmaq – ortaq qoşmağa sürükləmək fəaliyyəti qalmayana qədər, din yalnız Allahın oluncaya qədər onlarla döyüşün. Əgər əl çəkərlərsə, öz nəfslərinə/mənliklərinə haqsızlıq edənlərdən başqasına düşmənçilik yoxdur. (Bəqərə/190193)
  • 251Sonra da Allahın izni ilə/biliyi ilə Calut və ordusunu məğlub etdilər. Davud da Calutu öldürdü və Allah özünə hökmdarlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları verdi. Ona dilədiyi şeylərdən də öyrətdi. Əgər Allahın insanların bir qismini digər bir qismi ilə sovuşdurması olmasaydı, yer üzü qətiliklə pozulardı. Lakin Allah aləmlər üzərində böyük bir ərməğan sahibidir. (Bəqərə/251)

Bu ayənin enmə səbəbi haqqında belə nəql edilmişdir:

Rəvayətə görə bu ayə-i kərimə Möminlər dolayısıyla nazil olmuşdur. Belə ki, Möminlər Məkkədə sayca çoxalıb kafirlər onlara əziyyət və işgəncələr etdikdə, onların bir hissəsi Həbəşistana hicrət etdi. Məkkədə qalan bir sıra Möminlər də imkan tapdığı kafirləri öldürmək, sui-qəsd təşkil etmək, əmanətlərinə xainlik etmək və hiylə etmək istədilər. Bundan sonra bu Ayə-ti kərimə, “… nankorluq edənlərin heç birisini sevməz” buyuruğuna qədər nazil oldu. [16]

Şübhəsiz Allah inanan qullarını, döyüşmədən də qalib qılmağa qadirdir. Ancaq O, qullarının özünə nə dərəcədə itaət edəcəklərini sınamaq üçün döyüşmələrini əmr etmişdir:

  • 4–6Artıq Allahın tanrılığına və rəbbliyinə inanmayan kimsələrlə qarşılaşdığınız/döyüşdüyünüz zaman dərhal vuruş…/ölümünəcən döyüş. Sonra onlara üstün gəldiyiniz zaman dərhal bağı sıx bağlayın/sağlam qərarlar alın. Sonra hərb – pozuculuq işi ağırlıqlarını atıb, döyüş bitincə də onları ya qarşılıqsız olaraq, ya da qurtarmaq üçün əvəz/fidyə müqabilində azad edin. Bax budur! Əgər Allah diləsəydi, əlbəttə, onları cəzalandırıb, ədaləti bərqərar edərdi. Lakin, belə olması sizi bir-birinizlə sınamaq üçündür. Allah yolunda öldürülən/öldürən/döyüşən insanlara gəlincə, artıq Allah onların əməllərini qətiyyən boşa çıxarmaz. Allah onları bələdçiləyəcək, vəziyyət­lə­rini düzəldəcək və onları özlərinə tanıtdığı cənnətə daxil edəcəkdir. (Muhəmməd/46)
  • 14,15Onlarla döyüşün ki, Allah sizin əllərinizlə onları cəzalandırsın və onları rüsvay etsin. Sizi də onlara qarşı müzəffər etsin və mömin bir qövmün qəlblərinə şəfa versin, qəlblərinin kinini aradan qaldırsın. Allah dilədiyinin tövbəsini də qəbul edər. Və Allah çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlamlaşdırandır.
  • 16Sizdən cəhd edənləri, Allahın Elçisindən və inananların yaratdıqlarından sirdaş/can dostu etməyənləri Allah bildirmədən/işarələyib göstərmədən buraxılacağınızımı sandınız? Və Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır. (Tövbə/14-16)
  • 142Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız? (Al-i İmran/142)
  • 31Və qətiliklə Biz içinizdən çalışaraq cəhd edənləri və səbr edənləri bildirməyimiz/işarələyib göstərməyimiz üçün sizi əziyyətlərə salacağıq/sınağa çəkəçəyik. Xəbərlərinizi də əziyyətlərə salacağıq/sınağa tabe edəcəyik. (Muhəmməd/31)

Ayənin son bölməsində də, Allah, özünə yardım edənlərə; əgər özlərinə yer üzündə bir güc verilərsə, salaatı iqamə edən, zəkatı verən, marufu (dini baxımdan uyğun görüləni) əmr edən və münkərdən (dinə və əxlaqa zidd davranışlar) uzaqlaşdıran insanlara qətiliklə yardım edər.

Heç şübhəsiz “Allah, kavidir [çox güclüdür], əzizdir [mütləq qalibdir]. İşlərin nəticəsi də sadəcə Allaha aiddir” buyurularaq həqiqi Möminlərə yardım ediləcəyi sözü verilir:

  • 7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır. (Muhəmməd/7-9)
  • 171–173Və and olsun ki, göndərilən qullarımız/elçilərimiz haqqında bizim sözümüz keçmişdir: “Şübhəsiz, onlar, tam yəqinliklə bilin ki, qalib olanların məhz özüdürlər. Şübhəsiz, bizim ordularımız, tam yəqinliklə bilin ki, qalib gələnlərin məhz özüdürlər”. (Saffat/171-173)
  • 21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır. (Mücadilə/21)

Quranda, Allahın bir çox yardımı konkret olaraq göstərilmişdir:

  • 61İki camaat bir-birini görüncə, Musanın əhli: “Şübhəsiz biz, tam olaraq sıxışdırıldıq” – dedilər.
  • 62Musa: “Tam yəqin bilin ki, sizin düşündüyünüz kimi deyil! Şübhəsiz, Rəbbim mənimlədir, mənə yol göstərəcəkdir” – dedi.
  • 64O birilərini də oraya yaxınlaşdırdıq.
  • 65,66Və Musanı və bərabərindəkiləri/onunla birlikdə olanların hamısını qurtardıq, sonra da o birilərini suda boğduq. (Şüəra/61-66)
  • 40Əgər siz Elçiyə kömək etməzsinizsə, bilin ki, Allah ona qətiliklə kömək et­miş­dir. Həmçinin o kafirlər onu ikinin ikincisi olaraq çıxarmışdılar. Həmçinin ikisi mağarada idilər. Həm­çinin o, yoldaşına: “Kədərlənmə, şübhəsiz ki, Allah bizimlə birlikdədir” – deyirdi. Buna görə də Allah onun qəlbinə təskinləşdirən arxayınlıq və sakitləşmə duy­ğu­ları/əhvali-ruhiyyəsi qoymuş, Onu sizin görmədiyiniz əsgərlərlə güclən­dir­miş və kafirlərin sözünü ən alçaq etmişdi. Allahın kəlamı da ən ucanın məhz özüdür. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Tövbə/40)
  • 123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” deyirdi Əgər səbr edər və Allahın qoruması altına girərsiniz, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş b min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin. (Al-i İmran/123–127)
  • 25And olsun ki, Allah bir çox yerdə və Huneyn Günü sizə kömək etdi. Həmçinin çox olmağınız sizə arxayınlıq vermişdisə də, onun sizə bir faydası olmamış və yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəlmişdi. Sonra da üz döndərib qaçmışdınız. (Tövbə/25)
  • 114,115Və and olsun ki, Biz Musa ilə Haruna da nemətlər verdik. Və o ikisini və camaatlarını o böyük sıxıntıdan qurtardıq.
  • 116Və Biz onlara kömək etdik və onlar qalib gələnlərin məhz özləri oldular. (Saffat/114-116)
  • 51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik. (Mömin/51)
  • 139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz. (Al-i İmran/139)

38-ci ayədə, “Şübhəsiz, Allah inanan insanları müdafiə edir. Şübhəsiz, Allah həddini aşan xain və son dərəcə nankorların hamısını sevməz” buyurularaq Allahın xainləri sevmədiyi vurğulanmışdır:

  • 27, 28Ey iman edənlər! Allaha və Elçiyə xəyanət etməyin. Bilə-bilə öz əma­nət­­lərinizə də xəyanət etməyin. Şübhəsiz ki, mallarınız və övladlarınız, qəti­lik­lə sizin üçün bir im­ta­han vasitəsidir. Və Allah qa­­tında çox böyük mükafat olduğunu qətiliklə bilin. (Ənfal/27, 28)
  • 58Əgər bir qövmün xainlik etməsindən qorxarsansa, eyni şəkildə andlaşmanı poz­du­ğunu onlara bildir. Şübhəsiz ki, Allah xain insanları sevməz. (Ənfal/58)

42–44Və əgər onlar səni yalan sayırlarsa, bil ki, onlardan öncə Nuhun qövmü, Ad, Səmud, İbrahimin qövmü, Lutun qövmü, Mədyən əhli də yalan saymışdılar. Musa da yalan sayıldı ki, Mən kafirlərə bir müddət verdim. Sonra da onları yaxaladım. Yaxşı, Məni tanı­ma­maq necə imiş!

45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır… Necə tərk edilmiş quyularla bomboş qalmış, betonla möhkəmləş­di­ril­miş saraylar!

46Yaxşı, onlar yer üzündə dolaşmadılarmı ki, özlərinin dərk edəcək qəlbləri və eşidəcək qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, lakin sinələrin içindəki qəlblər kor olur.

47Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki, Allah qətiyyən sözündən dönmə­yə­­cəkdir. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin saya bildiklərinizdən min il ki­mi­dir.

48Və şərik qoşmaqla səhv/öz zərərlərinə iş etməkdə olan necə şəhərlər… Mən özlərinə möhlət verdim, sonunda onları yaxaladım. Dönüş, sadəcə, Mənədir.

Bu Paraqrafda Rəsulullah təsəlli edilir və insanlar müşahidə edərək, ağıllarını başlarına almağa dəvət edilir. Yalan sayılması qarşısında Rəsulullah bir çox dəfə təsəlli edilmişdir:

  • 33Əlbəttə, Biz bilirik ki, onların dedikləri səni, qəti olaraq, narahat edir. Amma onlar əslində səni yalan saymırlar; ancaq şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər Allahın ayələrini bilə-bilə rədd edirlər.
  • 34Və əlbəttə ki, səndən əvvəl də elçilər yalan sayılmış olsalar da, özlərinə köməyimiz gəlincəyə qədər, yalan sayılmağa və verilən əziyyətə səbir etmişdilər. Və Allahın sözlərini dəyişdirəcək heç bir kimsə yoxdur. Heç şübhəsiz ki, sənə elçi­lə­rin xə­bərlərindən bir qismi gəlmişdir. (Ənam/33, 34)

Allah üçün zaman əhəmiyyətli deyildir. Kafirlərə möhlət verilməsi, onların diqqətdən kənarda qalması mənasına gəlməz:

  • 42,43Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin etdiklərindən Allahın xəbərsiz/məlumatsız olduğunu qətiyyən sanma! Ancaq O, onları başlarını didərək qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur. (İbrahim/42, 43)
  • 61Və əgər Allah səhv işlərinə görə insanları sorğu-suala çəkib cəzalandıracaq ol­say­dı, yer üzünün üstündə irili-xırdalı bütün canlılardan heç bir şey buraxmazdı. La­kin onları adı qoyulmuş bir müddətə qədər təxirə salar. Artıq onların müddət­lə­ri­nin sonu gəlincəyə qədər, nə bir saat ertələnə, nə də önə alına bilərlər. (Nəhl/61)
  • 45Və əgər Allah, qazanmaqda olduqları şeylər ucbatından insanları sorğu-suala çəkib cəzalandıracaq olsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Və lakin onlara, adı qoyulmuş bir müddətə qədər ertələməkdədir. Sonunda, müddət sona yetdiyi zaman da artıq, şübhəsiz ki, Allah öz qullarını ən yaxşı görəndir. (Fatir/45)

45-ci ayədəki “Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq” ifadəsi açıq şəkildə göstərir ki, şirk qoşanlar Allahın yaratdıqlarından səlahiyyət sahibi qəbul edənlər öz mənliklərini sıfırladıqları üçün dağıntıya uğrayır, sonunda da yox olub gedirlər.

46-cı ayədəki “budur, şübhə yoxdur ki, gözlər kor olmaz, lakin kökslərin içindəki qəlblər kor olur” ifadəsi məcazi mənadadır. Qəlb biliyin, şüurun, hisslərin, zehni və əxlaqi xüsusiyyətlərin mərkəzi qəbul edildiyindən, bu ifadə işlədilmıişdır.

Bu bölmənin enmə səbəbinə dair belə nəql edilmişdir:

İbn Abbas və Mukatil deyirlər ki, Uca Allahın: Kim bunda kordursa, o axirətdə də kordur (İsra/72) – buyuruğu nazil olunca İbn Umm Məktum: “Ey Allahın Rəsulu!” “Mən dünyada gözləri görməyən bir insanam, axirətdə də kormu olacağam?” – deyə soruşduqda, “Çünki gözlər kor olmaz. Əsl kökslərdəki qəlblər kor olur” – buyruğu endi. [17]

47-ci ayədəki “və səndən əzabı tezləşdirməyini istəyirlər” ifadəsində göndərmə edilənlər isə Nadr b. el-Haris və Əbu Cəhl kimi insanlardır. Bunlardan əvvəlcə də bəhs edilmişdi.

  • 70Onlar dedilər ki: “Deməli sən, Allaha başqasını qarışdırmadan qulluq edək və atalarımızın qulluq etdiklərini buraxaq deyəmi, bizə gəldin? Əgər doğruları deyirsənsə, bizi təhdid etdiyin şeyi bizə gətir!” (Əraf/70)
  • 102Və Rəbbin xalqı şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər olan şə­hər­ləri yaxaladığında, Onun yaxalaması bax budur, belədir. Şübhəsiz, Onun yaxa­la­ma­sı çox dəhşətlidir, çox çətindir! (Hud/102)
  • 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini ve­rin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə ya­zıl­dı­ğın­da, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti ki­mi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti du­yur­lar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər tə­xi­rə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Al­la­hın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çə­yir­də­­yindəki çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər ha­ra­da olar­­sınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qu­rulmuş qa­la­lar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – de­yərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Ha­mı­sı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anla­ma­ya­caqlar? (Nisa/77, 78)
  • 32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər. (Ənfal/32)
  • 16Və dedilər ki: “Rəbbimiz! Hesab günündən əvvəl, bizim əzabdan payımızı bizə təcili ver!” (Sad/16)

49,50De ki: “Ey insanlar! Mən sizin üçün sadəcə, apaçıq/açıqlayan, anladan bir xəbərdar edənəm. Artıq iman etmiş olanlar və düzəltmək yönündə işlər edənlər… Bağışlanma və əhəmiyyətli ruzi, sadəcə onlar üçündür”.

51Ayələrimizi aciz düşürmək məqsədilə yarışmağa cəhd edən kimsələr… Bax budur, onlar cəhənnəmin gücləridir.

İnsanlar üçün bir bəyannamə xüsusiyyətində olan bu ayələrdə, Rəsulullahın insanların mənfəəti üçün vəzifələndirilmiş bir xəbərdarlıqçı olduğu, təbliğ etdiyi ismarıcdan hər hansı bir mənfəəti olmadığı; iman edən və salihatı işləyənlərin mağfirət və kərim bir ruziyə nail olacaqları, Allah və Rəsulu ilə boy ölçüşməyə qalxanların isə cəhənnəmi boylayacaqları bildirilir. Bu xüsusa 15-ci ayədə də işarə edilmişdi.

  • 41Və onlar Bizim, şübhəsiz ki, yer üzünə gəldiyimizi, onu ətrafından nöqsanlaşdırdı­ğı­mı­zı görmədilərmi? Allah hökm edər. Onun hökmünü əngəlləyəcək heç bir kimsə yoxdur. Və O, hesabı çox sürətli görəndir. (Rad/41)
  • 88Küfr edən və Allah yolundan döndərən bu insanlar… Biz etdikləri pozğunçuluğa görə onlara əzab üstünə əzab artdırdıq. (Nəhl/88)

52–54Və Biz səndən öncə heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah şeytanın/İblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah şeytanın buraxdığını, qəlblərində xəstəlik olan, təfəkkürü pozulmuş və qəlbləri qas-qatı olan insanlar üçün, onları dindən çıxarmaq üçün… Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər… Özlərinə bilik verilmiş olan insanlar Quranın şübhəsiz, Rəbbindən gələn bir gerçək olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah Alimdir – çox yaxşı biləndir, Hakimdir – ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz ki, Allah iman edən insanları ən doğru yola bələdçiləyəndir.

55Küfr edənlər də özlərinə qəflətən qiyamətin qopma anı və ya qısır [yararsız, bəhərsiz] bir günün əzabı gəlincəyə qədər, Qurandan şübhə duymağa davam edəcəklər.

56O gün hökmranlıq Allahındır. Aralarında O, hökm verir. Artıq iman edən və düzəltmək yönündə işlər edən kimsələr nemət cənnətlərindədirlər.

57Və küfr edən və ayələrimizi yalan sayan kimsələr… Artıq bax budur, bunlar alçaldıcı əzab özləri üçün olanlardır.

Bu ayələrdə, vəhyə heç bir şeyin qarışmadığı/qarışdırılmadığı və qarışdırılamayacağı, Elçinin və vəhyin qorunduğu vurğulanır.

Bəziləri bu ayələri izah edə bilmək üçün “qaranik” deyə xəyal məhsulu olan bir ssenariya yazmışdılar. Hadisənin ciddiyə alınacaq bir yönü olmadığından üzərində durmağı lazımsız hesab edirik.

Burada müşriklərin Quran haqqında qurduqları planlara işarə edilir ki, bunlar Quranda göstərilmişdir. Allah vəhyi hər cür hücuma qarşı qorumuş, ona bəşəri bir şeyin girməsinə izin verməmişdir:

  • 112,113Beləliklə, Biz hər peyğəmbər üçün gizli-açıq şeytanlarını düşmən etdik. Dünya malına aldandıqlarına görə, axirətə inanmayan insanların qəlbləri ona aldansın, ondan məmnun olsun və etməkdə olduqlarını etsinlər deyə, bunların bəzisi digərinə sözün bəzəklisini gizlicə təlqin edər/pıçıldayar. Və lakin Rəbbin diləsəydi, onu etməzdilər. Elə isə onları və uydurduqları şeyləri tərk et! (Ənam/112, 113)
  • 44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz. (Haqqa/44-47)
  • 32Kafirlər: “Quran ona bir dəfədə, tam halda endirilməli deyildimi?” – dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə parça-parça endirdik. Və Biz onu dənə-dənə/bir-birinə qarışdırmadan vəhy etdik.
  • 33Həqiqətən, Biz sənə haqqı və onların gətirdikləri hər bir problemin ən gözəl izahını gətirdik. (Furqan/32, 33)

Və Əla/6; Hicr/9; Nisa/113; İsra/73-75; Mömin/60; Yunus/15; Şura/15, 10; Casiyə/17-20; Qələm/8, 9.

58,59Və Allah yolunda hicrət edən, sonra öldürülmüş və ya ölmüş olanlar… Əlbəttə Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Və şübhəsiz, Allah qətiliklə ruzi ve­rən­lərin ən xeyirlisinin məhz özüdür. Qətiliklə onları məmnun olacaqları bir yerə daxil edəcəkdir. Və şübhəsiz, Allah qətiliklə çox yaxşı biləndir, çox yumşaq davra­nan­dır.

60Bax budur, belə! Və kim özünə edilən cəzaya eyni ilə qarşılıq verərsə, sonra yenə özünə haqsızlıq edilərsə, əmin olun ki, Allah ona kömək edər. Şübhəsiz, Allah qətiliklə çox əfv edəndir, çox bağışlayandır.

61Bax budur, bu şübhəsiz ki, Allahın gecəni gündüzün içinə, gündüzü də gecənin içinə qatdığına görədir. Şübhəsiz ki, Allah çox yaxşı eşidən, çox yaxşı görəndir.

62Bax budur, bu şübhəsiz bu ona görədir ki, Allah haqqın məhz özüdür, ortaq qoşanların yalvardıqları, Onun yaratdıqlarından olan şeylər isə batilin məhz özüdür. Şübhəsiz ki, Allah ucalar ucasıdır və ən böyük olandır.

Burada, Allah yolunda hicrət edənlərlə əlaqədar açıqlamalar edilir:

  • Allah yolunda hicrət edən, sonra öldürülmüş və ya ölmüş olanları Allah gözəl bir ruzi ilə ruziləndirəcək və onları məmnun olacaqları bir yerə girdirəcəkdir. (Və şübhəsiz Allah, əlbəttə ruzi verənlərin ən xeyirlisinin məhz özüdür. Və şübhəsiz ki, Allah, əlbəttə, alimdir, həlimdir.)
  • Kim, özünə edilən cəzanı eyni ilə cəzalandırır, sonra yenə özünə haqsızlıq edilirsə, Allah ona yardım edər. (Şübhəsiz Allah, əlbəttə, çox əfv edəndir, çox bağışlayandır.)
  • 100Kim də Allah yolunda yurdundan köç edərsə, yer üzündə sığınacaq çox yer və ge­niş­lik tapar. Kim Allaha və Elçisinə qatılmaq məqsədilə evindən çıxar, sonra özünə ölüm gə­lərsə, o insanın əcri/mükafatı şübhəsiz ki, Allaha aid olmuşdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Nisa/100)

Sonra da, “Bax budur, bu şübhəsiz ki, Allahın gecəni gündüzün içinə, gündüzü də gecənin içinə qatdığına görədir. Şübhəsiz ki, Allah Samidir (çox yaxşı eşidən), Basirdir (çox yaxşı görəndir). Bax budur, bu şübhəsiz bu ona görədir ki, Allah haqqın məhz özüdür, ortaq qoşanların yalvardıqları, Onun yaratdıqlarından olan şeylər isə batilin məhz özüdür. Şübhəsiz ki, Allah ucalar ucasıdır və ən böyük olandır” deyilərək Allahın bu bəyanlarına istinad verilir.

Bu ayə qrupunun nüzul səbəbi haqqında aşağıdakılar nəql edilmişdir:

Osman b. Mazun və Əbu Sələmə b. Abdil-Esed Mədinədə vəfat etdiklərində bəziləri belə demişdi: “Allah yolunda öldürülənlər, yataqlarında ölən insanlara görə daha fəzilətlidirlər”. Bundan sonra bu ayə-i kərimə aralarında bir fərq olmadığını, Allah Təalanın hamısına da çox gözəl bir ruzi verəcəyini bildirtmək üçün nazil oldu”. [18]

Mukatil belə deyir: Bu ayə, Məhərrəmin son iki günündə Müsəlmanlarla üz-üzə gələn və bir-birlərinə belə deyən bir qisim müşrik haqqında nazil olmuşdur: “Muhəmmədin əshabı, haram aylarda döyüşməyi iyrənc hesab edirlər. Dolayısıyla onlara hücum edək”. Bundan sonra Müsəlmanlar müşriklərdən istəmişdilər ki, haram aylarda olduqları üçün döyüşdən əl çəksinlər. Amma müşriklər buna əhəmiyyət verməyib döyüşmüşdülər. Onların Müsəlmanlar üzərinə bağyi [zülm və təcavüzü] budur. Müsəlmanlar (məcburən) onlara qarşı çıxmış və beləliklə, ilahi yardıma müvəffəq olmuşdular. Müsəlmanların qəlblərinə, haram aylarda döyüşmək xüsusunda müxtəlif düşüncələr gəlmişdir. Budur, bundan sonra Cənab-i Haqq bu ayəni endirərək onları bağışladığını bildirmişdir. [19]

63Şübhəsiz, Allahın göydən su endirdiyində, yer üzünün yamyaşıl olduğunu görmədin­mi/heç düşünmədinmi? Şübhəsiz ki, Allah çox ərmağan verəndir, ən yaxşı xəbəri olandır.

64Göylərdə və yer üzündə nə varsa yalnız və yalnız Onundur. Və şübhəsiz ki, Allah möhtac olmayandır, tərifə ən çox layiq olandır.

65Sən Allahın yer üzündəkiləri sizə boyun əydirdiyini [tam sizin yararlanacağınız ölçülərdə yaratdığını] və Özünün əmri ilə dənizlərdə axıb gedən gəmiləri görmədin­mi/heç düşünmədinmi? Göyü də Öz izni/biliyi olmadan yerə düşməkdən O saxlayır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir.

66Və O, sizə həyat vermiş olan, sonra öldürəcək olan, sonra da dirildəcək olandır. Şübhəsiz ki, insan qətiliklə çox nankordur.

Bu ayələrdə, Allah tərəfindən insanlara verilən nemətlər, Allahın qüdrəti, qiyamətin dəlilləri haqqında müşahidə edilməsi istənilir. Ayələrin ifadələri tamamilə açıqdır:

  • Allahın göydən su endirdiyi və yer üzünün onunla yamyaşıl olduğu müşahidə edilməlidir;
  • Allahın yer üzündəkiləri insana boyun əydirdiyi və əmriylə gəmilərin dənizlərdə üzdüyü müşahidə edilməlidir;
  • Allahın göyü, izni olmadan yerə düşməkdən tutduğuna diqqət edilməlidir.

Bunların üzərində düşünüb müşahidə edənlər bu nəticəyə çatacaqlar: Şübhəsiz ki, Allah çox lütfkardır, ən yaxşı xəbəri olandır. Göylərdə və yer üzündə olan şeylər yalnız və yalnız Onundur. Və şübhəsiz, Allah möhtac olmayandır, öyülməyə ən çox layiq olandır. Şübhəsiz, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. Allah, həyat vermiş olan, sonra öldürəcək olan, sonra da dirildəcək olandır. Şübhəsiz insan, qətiliklə çox nankordur.

  • 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsiniz, bilin ki, nə ol­du­ğu­nu­zu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından ya­ratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla ya­naşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xa­tır­lat­dırılır/öldürülür, kiminiz öncəki biliyindən sonra heç bir şey bilməyərək, öm­rünün ən rəzil zamanına çatdırılır. Bir yer üzünü görərsən ki, sönmüşdür. Son­ra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə kər, qabarar və hər gözəl t­dən bitkilər bitirə (Həcc/5)
  • 6Və onlar səndən, yaxşılıqdan öncə pisliyi tezləşdirməyini istəyərlər. Halbuki, onlardan öncə onlara iz qoyan cəzalar gəlib keçmişdir. Və həqiqətən, sənin Rəbbin, səhv işlərinə qarşılıq olaraq, insanlar üçün ciddi bağışlama sahibidir. Və qətiliklə, sənin Rəbbin, əzabı/qovuşdurması ciddi, lap sərt olandır. (Rad/6)
  • 28Siz necə küfr edərsiniz? Halbuki, siz ölülər idiniz və sizlərə O həyat verdi. Sonra O sizləri öldürəcək, sonra canlandıracaqdır. Sonra da Ona döndəriləcəksiniz. (Bəqərə/28)
  • 26,27De ki: “Allah sizi dirildər, sonra sizi öldürər, daha sonra da, özündə şübhə olmayan Qi­yamət günündə birlikdə toplayar. Lakin, insanların çoxu bilmirlər. Göylərin və yer üzünün mülkü də sadəcə, Allahındır. Qiyamət anının gələcəyi gün bax bu­dur, o gün, batilə uyanlar zərərə uğrayacaqlardır”. (Casiyə/26, 27)
  • 11Kafirlər dedilər ki: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?” (Mömin/11)

67Biz hər başçılı cəmiyyət üçün bir qulluq yolu müəyyən etdik. Onlar o yola uyğun olaraq qulluq etsinlər. O halda bu işdə səninlə heç bir zaman çəkişməsinlər. Sən də Rəbbinə dəvət et. Şübhəsiz ki, sən ən doğru bir yol üzərindəsən.

68,69Və əgər səninlə mübahisə edirlərsə, dərhal de ki: “Allah etməkdə olduğunuz şeyləri ən yaxşı biləndir. Allah ayrılığa düşdüyünüz şeylərlə əlaqədar qiyamət günü aranızda hökm verəcəkdir”.

70Göydə və yer üzündə olan şeyləri Allahın qətiliklə bildiyini bilmirsinizmi? Şübhəsiz ki, bu, bir kitabdadır. Şübhəsiz ki, bu, Allaha çox asandır.

Bu ayə qrupunda Rəsulullah müxatib alınaraq bir sıra həqiqətlər insanlığa açıqlanır: Hər ümmət üçün, yaşadıqları dövrə və coğrafiyaya görə bir şəriət, bir ibadət yolu təyin edilmişdir; onlar ona görə ibadət etməlidirlər. Bu xüsusda insan Peyğəmbərlə mübahisə etməməlidir. Çünki insanın bu mövzuda mübahisə etmə haqq və səlahiyyəti yoxdur:

  • 48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir. (Maidə/48)
  • 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)

Peyğəmbər, insanları Rəbbə dəvət etməlidir. Şübhəsiz, Peyğəmbər ən doğru bir bələdçi üzərindədir.

Əgər Peyğəmbərlə mübahisə edərlərsə, onlara: “Allah etməkdə olduğunuz şeyləri ən yaxşı biləndir. Allah ayrılığa düşdüyünüz şeylər haqqında qiyamət günü aranızda hökm verəcəkdir” – deyilib keçilməlidir.

Hər kəs bilməlidir ki, Allah, göydə və yer üzündə olan şeyləri bilir. Bu, bir kitabdadır və Allaha çox asandır.

  • 15Və ayələrimiz onlara açıqca oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”. (Yunus/15)
  • 18Sonra da səni Allahın Özünə xas işlərindən açıq-aşkar bir yol xəritəsi/birgə yaşayış qaydaları sahibi etdik. Artıq sən ona uy, bilməyən insanların boş və dünyəvi arzularına uyma. (Casiyə/18)

Və Qasas/87; Yunus/41; Şura/10-15; Bəqərə/148.

70-ci ayədəki “Şübhəsiz bu bir kitapdadır” ifadəsiylə hər edilənin qeydə alındığı, hafizə hüceyrələri və insanların yaşayışına şahid olan hər şeyin bunları qeydə aldığı bəyan edilir.

71Və onlar Allahı qoyub elə bir şeylərə sitayiş edirlər ki, o şeyləri Allah yaratmışdır və haqlarında heç bir dəlil endirməmişdir və özlərinin də onlara dair bilikləri yoxdur. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün heç bir köməkçi yoxdur.

72Və özlərinə ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman küfr edənlərin üzlərində vəhy və hər kəs tərəfindən pis olduğu qəbul edilən şeyləri tanıyarsan. Az qalır ki, özlərinə ayələrimizi oxuyan kimsələrə hücum edəcəklər. De ki: “Yaxşı, sizə ondan daha pis olanını xəbər verimmi? Atəş! Allah atəşi kafirlərə vəd etdi. O, nə pis bir dönüş yeridir!”

Bu ayələrdə mövzu yenə müşriklərin vəziyyətlərinın bəyanına gətirilmiş və müşriklər qınanmışdılar:

  • Küfr edənlər, Allahın, haqlarında heç bir dəlil endirmədiyi və onlara dair bilikləri olmayan Allahın yaratdıqlarından bir şeylərə sitayiş edirlər. (Və zalımlar üçün heç bir yardımçı yoxdur.)
  • Ayələr açıq-aşkar oxunduğunda küfr edənlərin üzləri çirkinləşir və ayələri oxuyanlara hücum etməyə qalxırlar.
  • Küfr edənlər: “Yaxşı, sizə ondan daha pis olanını xəbər verimmi? Atəş! Allah bunu [atəşi] küfr edən insanlara vəd etdi. O, nə pis bir dönüş yeridir!” – deyilərək xəbərdarlıq etməlidirlər.

Şirkin və küfrün sonu fəlakətdir, qurtuluşdan əsla bəhs edilə bilməz:

  • 117Hər kim heç bir dəlili olmadığı halda, Allah ilə birlikdə digər bir ilaha yalvarırsa, bilsin ki, o insanın hesabı ancaq Rəbbinin nəzdindədir. Şübhəsiz, kafirlər vəziyyətlərini qoruya bilməzlər, zəfər qazana bilməzlər. (Möminlər/117)
  • 65,66Və Rəhmanın qulları: “Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Doğrusu, onun əzabı daima bir dəyişikliyə və dağıntıya uğramaqdır. Ora həqiqətən nə pis bir qərargah, nə pis bir iqamətgahdır!” – deyərlər. (Furqan/65, 66)

73Ey insanlar! Bir nümunə verilir, indi ona qulaq asın! Sizin Allahın yaratdıqlarından bu yalvardıqlarınız hamısı bir yerə yığışsalar da, bir milçəyi belə qətiyyən əmələ gətirə bilməzlər. Və milçək onlardan bir şey qoparsa, onu qurtara bilməzlər. İstəyən də gücsüzdür və istənilən də gücsüzdür.

74Allahı olduğu kimi dəyərləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüv­vət­li­dir, hər şeydən üstündür.

75,76Allah xəbərçi ayələrdən də elçilər seçər, insanlardan da elçilər seçər. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnız və yalnız Allaha döndərilir.

Bütün insanlara, xüsusilə də müşriklərə bir bəyannamə xüsusiyyətində olan bu ayələrdə şirkin insanların düşüncəsizliyindən qaynaqlandığı gözəl bir örnəklə açıqlanır: “Sizin Allahın yaratdıqlarından bu yalvardıqlarınız bir araya gəlsələr belə, bir milçəyi əsla yarada bilməzlər. Və milçək onlardan bir şey qapsa, onu qurtara bilməzlər. İstəyən və istənən gücsüzdür”.

Bu qınamadan sonra da Allahı lazımi qədər ölçə bilmədilər [dəyərləndirə bilmədilər]. “Şübhəsiz ki, Allah çox qüvvətlidir, hər şeydən üstündür. Allah mələklərdən elçilər seçər, insanlardan da. Şübhəsiz, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər yalnız və yalnız Allaha döndərilir” açıqlamalarıyla müşriklər həm qınanır, həm də doğru yola gəlmələri üçün xəbərdar edilirlər. Bənzəri xəbərdarlıqlar bir çox yerdə (Rum/27; Büruc/12, 13; Zəriyət/58; Ənam/91; Zümər/67) edilmişdi.

77,78Ey iman edənlər! Zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı birləyin, boyun əyib təslimiyyət göstərin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda layiqincə əzm göstərin. O, sizi seçdi və dində – atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha öncə və bax budur, Quranda… Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı. Belə isə, salaatı iqamə edin, zəkatı/verginizi verin və Allaha sarılın. O, sizin mövlanız – yol göstərən, kömək edən, qoruyan yaxınınızdır. O, nə gözəl mövla və nə gözəl köməkçidir!

Bu ayələrdə də müxatib alınan Möminlərə qurtuluş yolu xatırladılır:

  • Felah tapmağınız [səadətə çatmağınız, zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız] üçün rüku edin, səcdə edin, Rəbbinizə qulluq edin, yaxşılıq edin və Allah uğrunda lazımi qaydada cihad edin;
  • O sizi seçdi və dində – atanız İbrahimin millətində sizin üçün bir çətinlik qılmadı;
  • O, daha öncə və bunda [Quranda] Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün sizi “Müsəlmanlar” olaraq adlandırdı;
  • Elə isə, salaatı iqamə edin, zəkatı verin və Allaha sarılın. O, sizin mövlanızdır [yol göstərən, kömək edən, qoruyan yaxınınızdır]. O, nə gözəl mövla və nə gözəl köməkçidir!

Dinin özü olan bu əmrlərlə əlaqədar bir çox məqamları təqdim etmişdik. Burada qısa xatırlatmalar etməklə kifayətlənirik:

Rüku. Rüku “bütə sitayiş etməmək, şirk qoşmamaq, keçmişdə ediləndən üz dönüdərib, sadəcə Allaha qul olmaq”dır. Bu xüsusda daha əvvəl təqdim etdiyimiz detala baxmaq olar. [20]

Səcdə. Səcdə “Allaha boyun əymək, itaət etmək”dir. [21]

Qulluq. Qulluq “qulun sahibinə qarşı, sahibi tərəfindən verilən öhdəlikləri qeydsiz-şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Bu mövzuda Zəriyət surəsində təqdim etdiyimiz detala baxmaq olar. [22]

Cihad. Cəhd sözünün törəmələrindən olan cihad sözü mufaalə babından məsdərdir. Cühd olaraq da oxunan cəhd sözü “ağır yük daşıyan heyvanın mənzilinə çata bilməsi üçün göstərdiyi cəhd”i anlatmaq məqsədilə törədilmişdir. Beləliklə, sözün əsas mənası “taqət”dir. Mufaalə babı, “iştəşlik” (feldə ortaq olmaq) ifadə etdiyi üçün mövzumuz olan cihad sözü də “qarşılıqlı olaraq qeyrətləşmək” mənasına gəlir. Digər bir ifadəylə cihad “qarşı tərəfın gücünə qarşı güc işlətmək, güc ilə müqabilə etmək” deməkdir. Cihad mövzusu ilə əlaqədar detal da Furqan surəsində verilmişdir. [23]

Xeyir İşləmək.

  • 148Və hər kəs üçün bir yön vardır – o, ona yönələndir. Ona görə də həmişə xeyirlərə tələsin, yarışın/xeyirləri önə gətirin. Hər harada olsanız da, Allah hamınızı bir araya gətirər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Bəqərə/148)
  • 113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır. (Al-i İmran/113, 114)
  • 104Və içinizdən xeyirə çağıran, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağıl ilə pis/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyən bir başçılı cəmiy­yət olsun. Və bax budur, onlar qurtuluşa çatanların məhz özləridir. (Al-i İmran/104)

Ayədə İbrahim Peyğəmbər Möminlərin atası olaraq xarakterizə edilmişdir. Bu, ərəblərin İbrahim soyundan gəlməsinə işarə etməkdən də artıq, İbrahimin tövhid/həniflik lideri olmasından; Müsəlmanların nəzərindəki sayğınlığının, atanın uşağı yanındakı sayğınlığı səviyyəsində olduğuna görədir.

Peyğəmbərə inanıb tabe olanların “Müsəlmanlar” olaraq adlandırılmaları Rəbbani bir adlandırma olduğundan, bu adı daşımaqdan daha qürurlu bir şey ola bilməz:

  • 68–70”Ey ayələrimizə iman etmiş və Müsəlman olmuş qullarım! Bu gün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Siz və zövcələriniz izzət sahibi olanlar olaraq, girin cənnətə! 71–73Allahın qoruması altına girənlərin ətraflarında qızıl qablar, qədəhlər gəzdirilir. Orada nəfslərin arzu edəcəyi, gözlərin zövq ala biləcəyi hər şey vardır. Və siz, orada həmişəlik qalacaqsınız. Və bax budur, bu etdiyiniz əməllərə görə, özünə son sahib edildiyiniz cənnətdir. Orada sizin üçün bir çox meyvələr vardır. Onlardan yeyəcəksiniz”. (Zühruf/68-73)
  • 102De ki: “Allah onu/endirdiyini, Rəbbindən ruhulkudüs/qövmü canlandıran Allah qanunları olaraq, iman edənləri gücləndirib, daha möhkəm kök atması üçün, həmçinin müsəlman­lara bir müjdə və bələdçi olaraq, haqq ilə endirmişdir. (Nəhl/102)
  • 10De ki: “Ey iman etmiş olan qullar! Rəbbinizin qoruması altına girin. Bu dünyada yaxşılıq/gözəllik edənlərə bir gözəllik vardır. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, mükafatlarını hesabsız və tam olaraq alacaqlar”.
  • 11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”. (Zümər/10-12)
  • 33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır. (Fussilət/33, 34)
  • 34Şübhəsiz ki, Allahın qoruması altına girənlər üçün Rəbləri yanında nemətləri bol olan cənnətlər vardır. 35Biz heç müsəlmanlara günahkarlara etdiyimizi edərikmi? (Qələm/34, 35)

Allah: “O, sizi seçdi və dində; atanız İbrahimin millətində sizin üçün bir çətinlik qılmadı” – buyurmuşdur ki, Quran təhlil edildiyində belə olduğu görülür:

  • 156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”. (Əraf/156, 157)
  • 87Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram say­mayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz.
  • 88Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allahın qoruması altına girin.
  • 89Allah sizi qəsdən etmədiyiniz/ağız alışqanlığı ilə etdiyiniz andlarınız barədə sorğu-suala tutmaz. Lakin, qəsdlə etdiyiniz/sözləşdiyiniz andlarınız barədə sizi sorğu-suala tutar – onun da kəffarəsi, əhlinizə yedirtdiyinizin ən xeyirlisindən/ən yaxşı­sın­dan on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da, bir köləni azad et­mək­dir. Verəcək bir şey tapa bilməyən insan üçün isə üç gün oruc tutmaqdır. Bu, poz­duğunuz zaman andlarınızın kəffarəsidir. Və andlarınızı qoruyun. Bax budur, Allah qarşılığını ödəyərsiniz deyə, ayələrini sizin üçün belə açıqlayar. (Maidə/87-89)
  • 285,286Elçi Rəbbindən özünə endirilənə iman etdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə/xəbərçi ayələrinə, kitablarına və elçilərinə iman etdilər: “Biz Allahın elçiləri arasında fərq qoymarıq”. Və: “Biz eşitdik və itaət etdik. Rəbbimiz! Bağış­lamağını dilərik, dönüş ancaq sənədir. Ey Rəbbimiz! Əgər tərk etdiksə, ya da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən öncəkilərə yüklədiyin kimi ağır məsuliyyət/sıxıntıya salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün yetməyəcəyi yükü də yükləmə! Və əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim kömək edən, yol göstərən, qoruyan yaxınımızsan. Həmçinin kafirlər qövmünə qarşı bizə kömək et” – dedilər.
  • Allah heç kimsəyə gücünün yetəcəyindən artıq/imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz faydasına və qazandırıldığı ziyanınadır. (Bəqərə/285, 286)

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Kurtubi, el-camiu li Ahkamil-Kuran; Suyuti, el-İtqan.

[2] Quranın Təbyini, I cild, səh. 180, Təkvir surəsi; III cild, səh. 247, Cinn surəsi.

[3] Kur’an araştırmaları gurubu; Kur’an hiç Tükenmeyen Mucize.

[4] Razi, Mefatihu’l-Ğayb.

[5] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[6] Lisanu’l-Arab, “Sbb” mad.

[7] Quranın Təbyini, VII cild, Bəqərə surəsi.

[8] Ansiklopedilər.

[9] Quranın Təbyini, VII cild, Bəqərə surəsi, 124-203-cü ayələrin izahı.

[10] Lisanu’l-Arab; c. 5, s. 125–130, “Şar” mad.

[11] Quranın Təbyini, VIII cild, Maidə surəsi.

[12] Quranın Təbyini, III cild, Yasin surəsi.

[13] LİSAN, TAC və MÜFREDAT ص s م m  عa mad.

[14] TAC və Lisan.

[15] Lisan və TAC.

[16] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[17] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[18] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[19] Razi, Mefatihu’l-Ğayb.

[20] Quranın Təbyini, I cild, Qədr surəsi; II cild, Sad surəsi

[21] Quranın Təbyini, VI cild, Səcdə surəsi;

[22] Quranın Təbyini, VI cild, Zəriyət surəsi;

[23] Quranın Təbyini, III cild, səh. 345, Furqan surəsi;