NUR SURƏSİNİN TƏBYİNİ

Adını 35-ci ayədəki نور [nur] sözündən alan surənin, Mədinədə 102-ci sırada endiyi qəbul edilir. Surədə; zina, zina iftirası, həyat yoldaşına zina isnadı ilə əlaqədar hökmlər, ailədaxili və ictimai davranışlara yönəlik etika qaydaları, Allahın tanıdılması, “ifk” əhvalatı və onun əks-sədaları kimi bir-birindən asılı olmayan bir çox nəcm yer alır. Nəcmlərin sıralanmasında xronoloji ardıcıllıq yoxdur. Çünki bu surəyə yerləşdirilən nəcmlərin bir qismi, bu surədən çox əvvəl enmişdir.

TƏRCÜMƏ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 610

1Endirdiyimiz və parça-parça ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də endirdik.

2Zina edən qadın və zina edən kişi, dərhal hər birini yüz qamçı ilə qamçılayın, Allaha və axirət gününə inanırsınızsa, Allah dinində/qanununda sizin onlara ürəyiniz yanmasın/yazığınız gəlməsin! Və möminlərdən bir qrup onların cəzalandırılmasına şahid olsun.

4Və evli, hürr qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən kimsələr… Dərhal onları səksən qamçı ilə qamçılayın və onların şahidliyini ömürlərinin sonuna qədər qəbul etməyin. Və onlar yoldan çıxmışların məhz özləridir.

6,7Zövcələrinə zina isnad edərək, özlərindən başqa şahidləri olmayanlar… Onların hər birinin şahidliyi, özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə, beşin­ci­də də əgər yalan söyləyənlərdəndirsə, Allahın lənətinin/kənarlaşdırıb gözdən çıxarmasının öz üzə­rinə olmasına Allahı şahid tutmasıdır.

8,9Qadının ərinin yalan söyləyənlərdən olduğuna dair dörd dəfə, beşincidə də əgər əri doğru söyləyənlərdəndirsə, Allahın qəzəbinin öz üzərinə olmasına Allahı şahid tutması, özündən cəzanı uzaqlaşdırar.

5Ancaq iftira atdıqdan sonra tövbə edən – iftiraçı olduğunu etiraf edən və bir daha etməyəcəyinə söz verən və düzəldən kimsələr istisnadır. Artıq, şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmətlidir.

10Bəs Allahın sizə ərməğanları və mərhəməti olmasaydı!.. Və şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran olmasaydı…

3Zina edən kişi zina edən və ya ortaq qoşan bir qadından başqası ilə evlənə bilməz. Zina edən bir qadınla da, ancaq zina edən və ya ortaq qoşan kişi evlənər. Və bu/belə bir evlilik qaydası möminlərə haram edilmişdir.

(102/24, Nur/1–2, 4, 6–9, 5, 10, 3)

Nəcm: 611

11Şübhəsiz ki, bu ağır iftiranı söyləyənlər sizdən bir qrupdur. Bunu özünüz üçün bir pislik saymayın – əksinə o, sizin üçün bir yaxşılıqdır. Onlardan hər bir kəsə günahına görə qazandırıldığı əzab vardır. Onlardan günahın böyüyünü söyləyən kimsə üçün də çox böyük bir əzab vardır.

12Bu iftiranı eşitdikləri zaman kişi və qadın möminlər, bu iftiranın özlərinə xeyir olduğunu anlamalı və: “Bu, açıq-aşkar bir iftiradır” – deməli deyildilərmi?

13Bu iddianı ortaya atanlar buna dair dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahidlər gətirmədilər, belə isə onlar Allah nəzdində yalançıların məhz özüdürlər.

14Əgər dünyada və axirətdə Allahın ərməğanı və mərhəməti olmasaydı, içinə düşdüyünüz şeylərdə qətiliklə sizə böyük bir əzab toxunardı.

15Həmçinin siz bu iftiranı bir-birinizin dilindən alır, hadisə haqqında heç bir məlumatınız olmadığı halda bu uydurma xəbəri öz ağzınızla söyləyirsiniz və bunun əhəmiyyətsiz ol­du­ğu­nu sanırsınız. Halbuki bu, Allah qatında çox böyükdür.

16Və onu eşitdiyiniz zaman: “Bunu danışıb yaymaq bizə yaraşmaz. Sübha­nə­kə! Allahım, Sən münəzzəhsən, bu çox böyük bir iftiradır..”…. desəydiniz də!

17Əgər siz inanmış insanlarsınızsa, onun bir bənzərini sonsuzadək bir dəfə daha təkrar et­mə­məyinizi Allah sizə öyüdləyər.

18Və Allah ayələrini sizin üçün açıqlayır və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

(102/24, Nur/11–18)

Nəcm: 612

19Şübhəsiz ki, inanan insanlar içində həddini aşmağın, iffətsizliyin yayılmasını sevən insanlar… Dünyada və axirətdə acı verən bir əzab onlar üçündür. Və Allah bilir, siz bilməzsiniz.   

20Və sizin üstünüzə Allahın ərməğanı və mərhəməti… Və şübhəsiz, Allah çox şəfqətli və çox mərhəmətli olmasa idi!..

21Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Və kim şeytanın ad­dım­la­rını izləyərsə, bunu bilsin ki, o, həddi aşmaqları, iffətsizlikləri və bütün çir­kin­lik­lə­ri əmr edər. Və əgər üstünüzdə Allahın ərməğanı və mərhəməti olmasa idi, sizdən heç bir kimsə sonsuzadək təmizə çıxmazdı. Lakin, Allah  dilədiyini təmi­zə çıxarır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

23Şübhəsiz ki, hürr, evli, heç bir şeydən xəbəri olmayan mömin qadınlara zina isnad edən kimsələr dünya və axirətdə kənarlanmışlardır. Və onlar üçün çox böyük bir əzab vardır.

24O gün onların dilləri, əlləri və ayaqları, etmiş olduqları işlərə öz əleyhlərində şahidlik edəcəkdir.

25O gün Allah onlara əsl qarşılıqlarını tamamilə verəcəkdir. Onlar da Allahın açıq-aşkar haqqın məhz özü olduğunu biləcəklər.

26Pis qadınlar pis kişilər, pis kişilər də pis qadınlar üçündür – təmiz qadınlar tə­miz kişilər, təmiz kişilər isə təmiz qadınlar üçündür/pis sözlər, çirkin işlər pis insanlara yaraşır, yaxşı, gözəl söz və işlər də yaxşı, gözəl insanlara yaraşır. Bax bu­dur, onlar iftiraçıların söylədiklərindən çox uzaq olanlardır. Özləri üçün bağış­lan­­ma və hörmətli bir ruzi vardır.

22Və sizdən artıqlıq və genişlik sahibi kimsələr əqrəbaya, acizlərə, Allah yolunda köç edənlərə əl tutmamağa and içməsinlər – bağışlasınlar, xoş görsünlər. Allahın sizi ba­ğışlamasını sevməzsinizmi? Allah qullarının günahlarını çox örtən, onları cəza­lan­­dırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.

(102/24, Nur/19–21, 23–26, 22)

Nəcm: 613

27Ey iman edənlər! Öz evinizdən başqa evlərə gəldiyinizi fərq etdirib, ev xalqına salam vermədikcə içəri girməyin. Bu, düşünüb öyüdlənməyiniz baxımından sizin üçün daha yaxşıdır.

28Sonra da orada kimsəni tapmasanız, artıq sizə izin verilincəyə qədər oraya girməyin. Və əgər sizə: “Geri dönün!” – deyilərsə, dərhal dönün – bu, sizin üçün daha arındırıcıdır. Və Allah etdiklərinizi ən yaxşı biləndir.

29İçində sizə aid hər hansı bir dəyərli şey olan, oturulmayan evlərə girməyinizdə sizə bir qadağa yoxdur. Və Allah sizin açığa vurduğunuz şeyləri və gizlət­di­yi­niz şeyləri bilir.

(102/24, Nur/27–29)

Nəcm: 614

30Mömin kişilərə baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Bu, onlar üçün daha arındırıcıdır. Şübhəsiz ki, Allah onların etdikləri barədə dərin bilik sahibidir.

31Mömin qadınlara da baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Zinətlərini də, açıqda olanlardan başqa, bəlli etməsinlər. Örtüklərini də köks yarıqlarının üzərinə salsınlar. Və zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları, qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar və qadınların müdafiəsiz yerlərini [bükümlərini və cinsiyyət orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar istisna olmaqla, başqalarına bəlli etməsinlər. Zinətlərindən gizləmiş olduqlarının bilinməsi üçün ayaqlarını vurmasınlar. Və ey möminlər! Uğura çatmağınız üçün hamılıqla xətanızdan Allaha dönüş edin!

(102/24, Nur/30–31)

Nəcm: 615

32Və sizdən evli olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər bunlar yoxsuldurlarsa, Allah Öz lütfündən onları zənginləş­di­rər. Şübhəsiz ki, Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, ən yaxşı bi­lən­dir.

33Və evlənməyə imkan tapa bilməyənlər… Allah Öz lütfündən özlərini imkanlı edənə qədər iffətlərini qorusunlar. Qanunlar çərçivəsində himayənizə verilmiş olanlardan müstəqillik yazışması/sözləşməsi etmək istəyənlərlə, əgər özlərində bir yaxşılıq görürsünüzsə, dərhal yazışma/sözləşmə edin. Allahın sizə vermiş olduğu Allahın ma­lından siz də onlara verin. Və bəsit dünya həyatının keçici mənfəətlərini əldə edə­cəksiniz deyə, sərbəstləşmək, evlənmək istəyən gənclərinizi həddi aşmağa/baş qal­dır­mağa məcbur etməyin, onları mütləq azadlıqlarına qovuşdurun. Kim onları buna məcbur edərsə, bilinməlidir ki, heç şübhəsiz, Allah, onları məcbur edildiklərindən sonra çox bağışlayan və mərhəmətlidir.

34Və and olsun ki, Biz sizə açıq-açıq bildirən ayələr, sizdən öncə keçən insanlardan nümunələr və Allahın qoruması altına girənlər üçün öyüdlər endirdik.

(102/24, Nur/32–34)

Nəcm: 616

35Allah göyləri və yer üzünü, kainatı aydınladan tək Zatdır, başqasının aydınlatması mümkün deyildir. Onun nurunun – Quranın örnəyi, içində qəndil olan bir qəndil yuvası kimidir – o qəndil, bir şüşə içindədir – o şüşə, sanki, inciyə bənzər bir ulduz kimidir ki, Şərqlə, Qərblə müəyyən edilə bilinməyən, dünyanın hər yerində var olan bərəkətli bir zeytun ağacındandır. O ağacın yağı, haradasa özünə atəş toxunmasa belə, işıq verir. Nur üstünə nurdur. Allah diləyən kimsəni nuruna bələdçilik edər. Allah  insanlar üçün nümunələr verir və Allah hər şeyi ən yaxşı biləndir.

(102/24, Nur/35)

Nəcm: 617

36–38Allahın yüksəldilməsinə, içərisində Öz isminin anılmasına izin verdiyi evlərdə, həmişəlik olaraq, Özünü münəzzəh qılan elə ürəkli/igid/ər insanlar vardır ki, ticarət və alış-veriş onları Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkatı/vergilərini verməkdən ayırmaz. Onlar Allah özlərinə işlədikləri əməllərin ən gözəli ilə qarşılıq versin və özlərinə ərməğanların­dan artırsın deyə, qəlblərin və gözlərin tərs döndüyü bir gündən qorxarlar. Və Allah di­lədiyi insanları hesabsız ruziləndirər.

39,40Və kafirlər… Onların əməlləri kimsəsiz çöllərdəki sərab/ilğım kimidir ki, susayan onu su zənn edər, ona çatdığında isə orada hər hansı bir şey tapmaz. Yanında Allahı tapmışdır. Sonra da Allah onun hesabını tamamilə ödəmişdir. Allah, hesabı çox tez görür. Yaxud çox dərin, əngin bir dənizdəki yoğun qaranlıqlar kimidir – onu dalga üstünə dalga kimi örtməkdə – üstündə də bulud vardır. Bir-biri üstünə qaranlıqlar… Kimə əlini çıxarıb uzatsa, hardaysa onu belə görə bilməz. Və Allah kimə nur verməmişsə, artıq o insan üçün nurdan hər hansı bir şey yoxdur.

(102/24, Nur/36–40)

Nəcm: 618

41Göylərdə və yer üzündə olanların qatar-qatar uçanların [quşların, arıların, bu­lud­la­rın, boranların] Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldıqlarını gör­mədinmi/heç düşünmədinmi? Hamısı öz arındırmasını və dəstəyini/təbiətə edə­cə­yi qatqını qəti olaraq bilirlər. Allah da onların etdiklərini ən yaxşı biləndir.

42Göylərin və yer üzünün hökmranlığı yalnız və yalnız Allaha aiddir. Dönüş də ancaq Allahadır.

43Şübhəsiz ki, Allahın buludları sürüklədiyini, sonra onları bir araya gətirdiyini, sonra da üst-üstə yığdığını görmədinmi/heç düşünmədinmi? Bax budur, görürsən ki, bunların arasından yağışı çıxarır. Və O, göydən içində dolu olan dağ kimi buludları endirir və onu dilədiyinə isabət etdirir, dilədiyindən də onu uzaq tutar. Şimşəyin parıltısı hardaysa, gözləri alır!

44Allah gecəni və gündüzü bir-biri ilə əvəz edir. Şübhəsiz ki, sağlam düşüncə sahibləri üçün qətiliklə bir ibrət vardır.

45Və Allah hər canlını sudan əmələ gətirdi. Bax budur, bunlardan kimi qarnı üzərində sürünməkdə, kimiləri iki ayaq üzərində, kimiləri də dörd ayaq üzərində yeriməkdədir. Allah dilədiyini əmələ gətirir. Heç şübhəsiz, Allah, hər şeyə ən yaxşı güc yetirəndir.

46And olsun ki, Biz açıq şəkildə ortaya qoyan ayələr endirdik. Və Allah, diləyən kimsəni ən doğru yola yönləndirir.

(102/24, Nur/41–46)

Nəcm: 619

47Və onlar: “Allaha və Elçiyə inandıq və itaət etdik” – deyərlər. Sonra da onlardan bir qrup dediklərinin arxasından geri çəkilirlər və bunlar möminlər deyillər.

48Və aralarında hökm etməsi üçün Allaha və Elçisinə çağırıldıqları zaman baxarsan ki, onlardan bir qrup uzaqlaşmışlar. 49Amma əgər haqq öz lehlərinə isə, Ona könüldən bağlı insanlar olaraq gəlirlər.

50Yaxşı onların qəlblərində bir xəstəlikmi var – onların dərrakəsimi pozulmuşdur? Yox­sa şübhəyəmi düşdülər? Yoxsa Allah və Elçisinin özlərinə haqsızlıq edəcə­yin­dən­mi qorxurlar? Tam əksinə onlar, səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir!

51Aralarında hökm verməsi üçün Allaha və Elçisinə dəvət edildiklərində möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik” – deməkləri oldu. Bax budur, bunlar qurtuluşa çatanların məhz özləridir.

52Və kim Allaha və Elçisinə itaət edər, Allaha hörmət, sevgi və biliklə ürpərti duyar və Onun qoruması altına girərsə, bax budur, onlar uğura çatanların məhz özləridir.

53Və o münafiqlər… Sən, həqiqətən, onlara əmr etdiyin təqdirdə, qətiliklə döyüşə çıxacaqlarına dair ən ağır andları ilə Allaha and içdilər. De ki: “And içməyin. İtaət, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən şəkildir! Şübhəsiz, Allah etdikləriniz barədə xəbərdardır”.

54De ki: “Allaha itaət edin, Elçiyə də itaət edin”. Artıq, əgər üz çevirərsinizsə, bunu bilin ki, Onun borcu, sadəcə özünün öhdəsinə götürdüyüdür. Sizin üzərinizə də sizə yüklənəndir. Əgər Elçiyə itaət edərsinizsə, bələdçiləndiyiniz doğru yola girərsiniz. Elçinin öhdəsinə düşən isə, sadəcə, açıq-aşkar ismarıcı çatdırmaqdır.

(102/24, Nur/47–54)

Nəcm: 620

55Və Allah sizlərdən iman etmiş və düzəltmək yönündə işlər etmiş olan kimsələrə özlərindən öncəkiləri başqalarının yerinə gətirdiyi kimi, yer üzündə onları da başqa­la­­rının yerinə keçirəcəyini, onlar üçün bəyənib, seçdiyi dini onlar üçün qətiliklə tu­tun­duracağını və qorxularından sonra onları qətiliklə təhlükəsizliyə qovuşduracağını vəd et­di. Onlar Mənə qulluq edərlər, Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra da kim küfr edərsə/inanmazsa, artıq bax budur, onlar yoldan çıxanların məhz özləridir.

56Və mərhəmət olunmağınız üçün salaatı iqamə edin, zəkatı/vergini verin və Elçiyə itaət edin.

57Qətiyyən, bu kafirlərin yer üzündə aciz buraxacaqlarını sanma/qətiyyən sanmasınlar! Onların da çatacağı yer atəşdir. Qətiliklə də o, nə pis bir çatma yeridir!

(102/24, Nur/55–57)

Nəcm: 621

58Ey iman edənlər! Qanunlar çərçivəsində himayənizdə olanlar və sizdən yetkinlik yaşına çatmamış olanlarınız üç vaxt: səhər salaatından/təhsil-təlimindən öncə, gü­norta vaxtında geyimlərinizi çıxardığınızda, gecə salaatından/təhsil-təlimindən sonra izin istə­sin­lər. Bunlar sizin açıq və qorumasız olan üç vaxtınızdır. Bunlardan başqa vaxtlarda nə sizə, nə də onlara bir günah yoxdur. Bir-birinizin yanına sərbəst girib-çıxa bilərsiniz. Allah ayə­ləri sizə bax budur, belə açıqlayır. Allah çox yaxşı bilən, ən yaxşı qayda qo­yan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

59Və uşaqlarınız yetkinlik yaşına gəldikləri zaman, artıq özlərindən öncəkilər – böyük bacı-qardaşları izin istədikləri kimi izin istəsinlər. Allah Öz ayələrini sizə bax budur, belə açıqlayır və Allah çox yaxşı bilən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

60Və nikah ümidi qalmayan yaşlanmış qadınlar… Artıq zinətlərini göstərmədən, üst geyimlərini çıxarmalarında özlərinə bir qadağa yoxdur. Və iffətli olmaları özləri üçün daha xeyirlidir. Və Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.

61Kora günah yoxdur, topala günah yoxdur, xəstəyə günah yoxdur. Sizin üçün də öz evlərinizdən və ya atalarınızın evlərindən və ya analarınızın evlərindən və ya qar­daş­larınızın evlərindən və ya bacılarınızın evlərindən və ya əmilərinizin evlərindən və ya xalalarınızın evlərindən və ya dayılarınızın evlərindən və ya bibilərinizin ev­lə­rin­dən və ya açarlarına malik olduğunuz yerlərdən, yaxud dostunuzun evlərindən ye­mə­yinizdə bir qadağa yoxdur. Toplu halda və ya ayrı-ayrı yeməyinizdə də bir qa­da­ğa yoxdur. Artıq evlərə girdiyiniz zaman, Allah tərəfindən bərəkətli və gözəl bir yaşayış diləyi olaraq, özünüzə təhlükəsizlik yaradın. Bax budur, Allah, ağlınızı işlədəsiniz/dərk edəsiniz deyə sizə ayələrini belə ortaya qoyar.

(102/24, Nur/58–61)

Nəcm: 622

62Möminlər ancaq Allaha və Elçisinə inanmış, Elçi ilə birlikdə sosial bir işlə məş­gul ikən ondan izin istəmədikcə çəkilib getməyənlərdir. Şübhəsiz ki, səndən izin is­təyən bu insanlar… Bax budur, onlar Allaha və Elçisinə iman edənlərdir. Be­lə isə, bəzi işləri üçün səndən izin istədiklərində, sən də onlardan dilədiyinə izin ver, onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mər­hə­mət edəndir.

63Aranızda Elçini bir-birinizi çağırdığınız kimi çağımayın. Gizlənərək sürüşüb gedənləri Allah qətiliklə bilməkdədir. Buna görə də Onun əmrinə zidd davra­nan­lar, özlərinə bir sosial yanğının isabət etməsindən və ya özlərinə çox acıqlı bir əza­bın isabət etməsindən çəkinsinlər.

64Gözünüzü açın! Şübhəsiz, göylərdə və yer üzündə olan şeylər Allahındır. O, sizin nə üzərində olduğunuzu qətiliklə bilir. Özünə döndəriləcəkləri gündə isə etmiş olduqlarını dərhal özlərinə xəbər verəcəkdir. Və Allah hər şeyi ən yaxşı biləndir.

(102/24, Nur/62–64)

TƏHLİL:

1Endirdiyimiz və parça-parça ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də endirdik.

Bu ayədə insanlığın diqqəti, Qurana, xüsusilə də bu surədə açıqlanan prinsiplərə yönəldilmişdir. İnsanların düşünmələri və öyüd almaları üçün bu surədə açıq-aşkar ayələrin və hökmlərin olduğuna, bunların mütləq həyata keçirilməli olmasına işarə edilmişdir.

1Endirdiyimiz və parça-parça ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də endirdik.

2Zina edən qadın və zina edən kişi, dərhal hər birini yüz qamçı ilə qamçılayın, Allaha və axirət gününə inanırsınızsa, Allah dinində/qanununda sizin onlara ürəyiniz yanmasın/yazığınız gəlməsin! Və möminlərdən bir qrup onların cəzalandırılmasına şahid olsun.

4Və evli, hürr qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən kimsələr… Dərhal onları səksən qamçı ilə qamçılayın və onların şahidliyini ömürlərinin sonuna qədər qəbul etməyin. Və onlar yoldan çıxmışların məhz özləridir.

6,7Zövcələrinə zina isnad edərək, özlərindən başqa şahidləri olmayanlar… Onların hər birinin şahidliyi, özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə, beşin­ci­də də əgər yalan söyləyənlərdəndirsə, Allahın lənətinin/kənarlaşdırıb gözdən çıxarmasının öz üzə­rinə olmasına Allahı şahid tutmasıdır.

8,9Qadının ərinin yalan söyləyənlərdən olduğuna dair dörd dəfə, beşincidə də əgər əri doğru söyləyənlərdəndirsə, Allahın qəzəbinin öz üzərinə olmasına Allahı şahid tutması, özündən cəzanı uzaqlaşdırar.

5Ancaq iftira atdıqdan sonra tövbə edən – iftiraçı olduğunu etiraf edən və bir daha etməyəcəyinə söz verən və düzəldən kimsələr istisnadır. Artıq, şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmətlidir.

10Bəs Allahın sizə ərməğanları və mərhəməti olmasaydı!.. Və şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran olmasaydı…

Surənin bu paraqrafında zina, zina iftirası və ərin arvadına zina isnad edib şahid göstərəməməsi haqqında hökmlər yer alır. Bu hökmlər aşağıdakılardır:

  • Zina edən qadın və zina edən kişi yüz qamçı iləqamçılanmalıdır. İnanclı insanlar Allah dinində mərhəmət duyğusuna qapılmadan bu hökmü tətbiq etməlidir. Möminlərdən bir qrup da onların cəzalandırılmasına şahid olmalıdır.
  • Muhsan [evli, azad] qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən insanlar səksən qamçı ilə qamçılanmalıdır. Və onların şahidliyi əbədiyyən qəbul edilməməlidir. Və onlar “fasiq olaraq məhkəməyə düşmüş” adlandırılmalıdır.
  • Arvadına zina isnad edərək özlərindən başqa şahidləri olmayanlar haqqında lənətləşmə tətbiq edilməlidir. Belə ki, kişi, özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə, beşincidə isə, əgər yalan söyləyənlərdəndirsə, Allahın lənətinin öz üzərinə olmasına Allahı şahid tutar.
  • Qadın da, ərinin yalan söyləyənlərdən olduğuna dair dörd dəfə, beşincidə isə, əgər o [əri] doğru söyləyənlərdəndirsə, Allahın qəzəbinin öz üzərinə olmasına Allahı şahid tutar, beləliklə, özündən cəzanı uzaqlaşdırar.
  • Bu hökmlər, tövbə edənlərə [etdiyi işin pisliyinin fərqinə varıb, bir daha etməmək qərarı alaraq ictimaiyyətin nümayəndəsinə etiraf edən və Allahdan bağışlanma diləyən insanlara] tətbiq edilməz.

Zina. Mənbələrin çoxunda “zina”nın lüğət və termin mənalarının eyni olduğu irəli sürülmüş və الزّنى [əz-zina], “bir qadınla nikahsız və ya haqqsız olaraq cinsi təmasda olmaq” deyə tərif edilmişdir. Bu söz bəzi ləhcələrdə الزنى [əz-zina] şəklində söylənsə də sözün əsası الزناء [əz-zina] olub, məd və kasırla oxunur.

Bizim araşdırmalarımıza görə, “çətin vəziyyət, dara düşmək” mənasındakı زنى [zny] kökündən törəyən və müfailə babından məsdər qəlibində bir söz olan zina lüğətdə, ortaq fel olaraq, “sıxışmaq, qarşılıqlı olaraq dara, sıxıntıya düşmək” deməkdir. [1]

Ola bilər ki, “nikahsız və haqqsız cinsi təmas” hərəkəti, tərəfləri sıxıntıya saldığı üçün zina sözüylə ifadə edilmişdir.

Fıkıhçılar da “zina” üzərində ciddi şəkildə durmuşlar və “zina”nı termin olaraq belə tərif etmişdilər: “Zina, İslami hökmlərlə məsuliyyət daşıyan (öhdəliyi olan) bir kişinin, özünə cinsi istək duyulacaq yaşdakı diri bir qadına, İslam ölkəsində nikah aktına və ya cariyəlik kimi haqqlı bir səbəbə əsaslanmadan öndən cinsi təmasda olmasıdır”.

Mövcud Rəsmi Düzülüş tərtibinə görə 5-ci ayə zina günahını və 6-8-ci ayələrdəki günahları əhatə etmir. Halbuki tövbə, hər günahı əhatə edən Allahın lütflərindən biridir:

  • 17Allahın üzərinə aldığı tövbə, ancaq cəhalət səbəbindən pislik edənlərin, sonra da dərhal tövbə edənlərinkidir. Bax budur, bunlar Allahın tövbələrini qəbul etdikləridir. Allah ən yaxşı biləndir, ən yaxşı hökm qoyandır.
  • 18Və tövbə pislikləri edərək, onlardan birinə ölüm çatınca: “Mən, indi gerçəkdən tövbə etdim” – deyənlərin və həmçinin kafirlər olaraq ölənlərin deyildir. Bax budur, bunlar Bizim, özləri üçün acı bir əzab hazırladıqlarımızdır. (Nisa/17, 18)
  • 48Şübhəsiz ki, Allah Özünə ortaq qoşulmasını qətiyyən bağışlamaz. Bundan aşağı olan günahları dilədiyi kimsələr üçün bağışlayar. Kim Allaha ortaq qoşursa, şübhəsiz ki, çox böyük bir günah işləmiş olar. (Nisa/48)
  • 116Heç şübhəsiz ki, Allah Özünə ortaq qəbul edənləri bağışlamaz. Bundan aşağıda qalanları isə… Onlardan dilədiyini bağışlayar. Kim Allaha ortaq qəbul edərsə, əlbəttə, o uzaq bir pozğunluqla azmışdır. (Nisa/116)
  • 53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar! Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz, Allah günahları bütünlüklə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox mərhəmət edəndir.
  • 54Və sizə əzab gəlməzdən öncə, Rəbbinizə yönəlin və Ona təslim olun. Sonra kömək edilməzsiniz”.
  • 55–58Və qəflətən əzab gəlmədən insanın: “Allahın yanında etdiyim ölçüsüzlük­lər­ə görə vay mənim halıma! Doğrusu mən lağ edənlərdən idim” – deməsin­dən, yaxud: “Allah mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girənlərdən olardım” – deməsindən və ya əzabı gördüyü zaman: “Mənə bir geri dönüş də olsaydı, mən də o yaxşılıq-gözəllik edənlərdən olsaydım” – deməsindən öncə, Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin”. (Zümər/5358)

Buna görə də biz 5-ci ayəni, tövbənin bütün günahları əhatə etdiyini göstərmək üçün 9-cu ayədən sonraya yerləşdirdik. Müstəqil bir xəbər cümləsi olub, Müsəlmanlara bir xəbərdarlıq olduğuna görə 3-cü ayəni də bölmənin sonuna yerləşdirdik.

Homoseksuallığın cəzası Nisa surəsində zikr edilmişdi:

  • 15Qadınlarınızdan hədlərini aşanlara/cinsi pozğunluq edənlərə Özünüzdən onların əleyhinə dərhal dörd şahid gətirin. Lakin onlar şahidlik edərlərsə, artıq o qadınları ölüm onlara keçmişdə etdiklərini və etməli olduğu halda etmədiklərini bir-bir xatırlatdırıncaya, ya da Allah onlara bir yol göstərincəyə qədər evlərdə
  • 16Sizlərdən cinsi pozğunluq edən iki nəfər… Dərhal hər ikisinə də əziyyət edin. Əgər tövbə edər və düzələrlərsə, artıq onlardan uzaqlaşın. Şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verən və çox mərhəmət edəndir. (Nisa/15, 16)

2-ci ayədə “və möminlərdən bir qrup onların cəzalandırılmasına şahid olsun” buyurulmuşdur ki, bunun da məqsədi, adamın təhqir edilməsini və buna dair xəbərin cəmiyyətdə yayılmasını, hər kəsin bundan ibrət almasını və möminlərin bu insanlar üçün xeyir-dua etmələrini təmin etməkdir.

Zina iftirasıyla əlaqədar ayələrin enmə səbəbi haqqında aşağıdakı məlumatlar nəql edilmişdir:

Səid b. Cübeyr dedi ki: “Bu ayənin enmə səbəbi, möminlərin anası Aişə (r.anha) haqqında söylənənlərdir”. [2]

Alimlər ayənin nüzul səbəbi haqqında aşağıdakıları nəql etmişdilər:

1) İbn Abbas (r.a) belə deyir: Haqq Təalanın Namuslu və azad qadınlara (zina) iftirası atanlar… (Nur/4) ayəsi nazil olunca, Asım b. Adiyy əl-Ənsari belə dedi: “Yəni bizdən biri evinə girsə, bir adamı xanımının qoynunda görsə, bu halda o, buna şahid ola biləcək dörd nəfər gətirməyə qalxsa, o zamana qədər o adam işini görüb getmiş olur. Əgər onu o anda öldürsə, onun qatili sayılır. Əgər: “Mən filankəsi xanımımla bərabər gördüm” – deyəcək olsa, iftira cəzasına məruz qalır. Səsini çıxarmayacaq olsa, öfkəsini içində tutmuş olur. Allahım! Bir çıxış qapısı aç”. Asımın Uveymir adında bir əmioğlu və Uveymirin də Havle bt. Kays adında bir xanımı vardı. Sonra Uveymir Asımin yanına gəlib: “And olsun ki, Bureyh b. Səhmanı xanımım Havlənin üzərində [qoynunda] gördüm” – dedi. Bundan sonra Asım istircada oldu, yəni “inna lillahi və inna ileyhi raciun” [biz Allaha aidik və Ona dönəcəyik] – dedi və sonra Rəsulullahın yanına (s.ə.s) gəlib: “Ey Rəsulullah! Ailəm xüsusunda nə tez imtahan oldum!” – dedi. Hz. Peyğəmbər (s.ə.s) də: “Nə demək istəyirsən?” – dedi. Bundan sonra Asım: “Əmim oğlu Uveymir, Sureyh b. Sehmayı xanımı Havlənin üzərində gördüyünü mənə xəbər verdi” – dedi. Uveymir, Havlə və Sureyh, bunların hamısı da Asımın əmi uşaqları idilər. Buna görə də Hz. Peyğəmbər (s.ə.s) onların hamısını çağırtdı və Uveymirə dönərək: “Zövcən haqqında (yalan söyləməkdən) Allahdan çəkin. O, sənin əmiqızındır. Ona iftira etmə” – dedi. Uveymir də: “Ey Rəsulullah! Allaha and içirəm ki, Sureyhi xanımımın üzərində gördüm. Dörd aydan bəri ona yaxınlaşmadım. O, məndən başqasından hamilə qalmışdır” – dedi. Hz. Peyğəmbər (s.ə.s) o zaman Havləyə dönərək: “Allahdan qorx, sadəcə nə etdiyini söylə” – dedi. Havlə də: “Ey Allahın Rəsulu! Uveymir qısqanc bir adamdır. Şüreyhin mənə diqqətlə baxdığını və mənimlə danışdığını gördü. Qısqanclığı onu belə söyləməyə vadar etdi” – dedi. Budur, bundan sonra Allah Təala bu ayəni endirdi. O zaman Rəsulullah (s.ə.s) əmr etdi, namaz əzanı oxundu, ikindi namazını qıldırdı, sonra Uveymirə dönüb: “Qalx və: “Allaha and içərək, şəhadət edirəm ki, Havlə qəti olaraq zina etdi və mən (bu xüsusda) doğru söyləyirəm” – de” – dedi. Sonra Hz. Peyğəmbər (s.ə.s) Uveymirə ikinci dəfə: “Qalx, “Allaha and içərək, şəhadət edirəm ki, mən Sureyhi Havlənin üzərində gördüm və mən heç şübhəsiz sadiqlərdənəm” – de” – buyurdu. Daha sonra üçüncü dəfə: “Qalx, “Allaha and içərək, şəhadət edirəm ki, o zina etmişdir. Çünki mən ona dörd aydan bəri yaxınlaşmadım və mən həqiqətən doğru söyləyənlərdənəm” – de” – buyurdu. Beşinci dəfə də: “Qalx: “Əgər mən [Uveymir] yalan söyləyirəmsə, Allahın lənəti mənim üzərimə olsun” – de” – buyurdu. Daha sonra da Uveymirə: “Otur” – dedi. Havləyə: “qalx” – dedi. Havlə ayağa qalxdı və iki dəfə: “Allaha and içərək, şəhadət edirəm ki, mən zina etmədim. Ərim Uveymir, yalançılardandır [yalan söyləyir]” – dedi. İkinci dəfə: “Allaha and içərək, şəhadət edirəm ki, o mənim üzərimdə Sureyhi görmədi, yalan söyləyir” – dedi. Üçüncü dəfə: “Allaha and içərək, şəhadət edirəm ki, mən ondan hamiləyəm, o yalan söyləyir” – dedi. Dördüncü dəfə: “Allaha and içərək, şəhadət edirəm ki, o [ərim] məni zina edərkən görmədi, o yalan söyləyir” – dedi. Beşinci dəfə də: “Əgər Uveymir söylədiklərində doğru isə, Allahın qəzəbi mənim üzərimə olsun” – dedi. Bundan sonra Rəsulullah (s.ə.s), onları bir-birindən ayırdı. [3]

2) Kəlbinin rəvayətinə görə, İbn Abbas (r.a) belə demişdir: “Asım bir gün ailəsinin yanına getdi və Şüreyh b. Sehmanı xanımının qoynunda gördü. Bundan sonra Hz. Peyğəmbərin yanına (s.ə.s) gəldi”. Hədisin bundan sonrakı qismi, keçən rəvayətdə olduğu kimidir.

3) İkrimə İbn Abbasdan (r.a) bunu rəvayət etmişdir:  Namuslu və azad qadınlara (zina) iftirası atan… (Nur/4) ayəsi enincə, Ənsarın başçısı olan Səd b. Ubade (r.a) belə dedi: “Əgər xanımımın qoynunda birisini yaxalasam, dörd şahid gətirmək üçün çalışdığımda, o işini bitirib, getmiş olacaq” – dedi. Bundan sonra Rəsulullah (s.ə.s): “Ey Ənsar camaatı! Başçınızın dediyini eşidirsinizmi?” – dedikdə, onlar: “Ey Rəsulullah! Onu qınama. Çünki o qısqanc bir adamdır” – dedilər. Səd b. Ubade (r.a) də: “Ey Rəsulallah! Allaha and içirəm ki, bu ayənin Allahdan gəldiyini və haqq olduğunu bilirəm. Lakin buna təəccüb etdim [bunu anlamaqda çətinlik çəkdim]” – dedi. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s): “Allah qəti olaraq belə buyurur” – dedi. Çox gözləmədən, Sədin əmioğlusu Hilal b. Ümeyyə ki, Hilal Allahın tövbələrini qəbul etdiyi o məşhur üç nəfərdən biri idi, çıxıb gəldi və: “Ey Rəsulullah! Xanımımın qoynunda birisini yaxaladım. Bu gözümlə gördüm, bu qulağımla eşitdim” – dedi. Rəsulullah (s.ə.s) onun gətirdiyi bu xəbərdən xoşlanmadı. Hilal da: “Allaha and içirəm ki, ey Allahın Rəsulu, üzündən söylədiyim şeydən xoşlanmadığını hiss edirəm. Amma Allah bilir ki, doğru söyləyirəm və sadəcə haqqı ifadə etdim” – dedi. Bundan sonra Rəsulullah (s.ə.s): “Ya beyyenə [şahid-dəlil gətirərsən], yaxud da (sənə) həd tətbiq edilər” – dedi. Ənsar bir araya gəlib: “Sədin söylədiyi başımıza gəldi” – dedilər. Onlar belə danışarlarkən, Hz. Peyğəmbərə (s.ə.s) vəhy gəldi. Ona vəhy gəldiyində, üzünün rəngi qaçar, bədənini bir qırmızılıq sarardı. Onun bu sıxıntısı keçincə: “Ey Hilal! Müjdələr olsun, Allah sənin üçün bir çıxış yolu nəsib etdi” – dedi. Hilal da: “Mən də Allahdan bunu umurdum” – dedi və Hz. Peyğəmbər (s.ə.s) Ənsara bu ayələri oxuyub: “O qadını çağırın” – dedi. Qadın çağırıldı. Gəldikdə Hilalın yalan söylədiyini iddia etdi. Hz. Peyğəmbər (s.ə.s) də: “Allah ikinizdən birisının yalançı olduğunu bilir. Sizdən, tövbə edəcək birisi yoxmu?” – dedi və qarşılıqlı olaraq lənətləşmələrini [lianı] əmr etdi. Bundan sonra Hilal, Allahın adına and içib, şəhadət edərək, özünün sadiqlərdən olduğunu söylədi. Beşinci dəfə də, Hz. Peyğəmbər (s.ə.s) ona: “Ey Hilal! Allahdan qorx, çünki dünya əzabı [cəzası] axirət əzabından daha asandır” – dedi. Hilal da: “Allaha and içirəm ki, Allahın Rəsulu mənə cəldə vurmadığına görə, Allah bu qadından ötürü mənə əzab etməyəcəkdir” – deyib, beşinci dəfə (məlum şəkildə) and içərək, şəhadət etdi. Daha sonra Hz. Peyğəmbər (s.ə.s) qadına dönərək: “Sən də bu şəkildə and içib, şəhadət edə bilərsənmi?” – dedi. O da, dörd dəfə, Hilalın yalan söylədiyinə dair and içərək, şəhadət etdi. Beşincisinə başlayınca Rəsulullah (s.ə.s) ona: “Allahdan qorx, bu beşincisi, nəticəsi mütləq reallaşacaq olandır” – dedi. Bundan sonra qadın bir müddət durdu, günahını etiraf edəcək kimi oldu, sonra: “Allaha and içirəm ki, qövmümü rəzil rüsvay etməyəcəyəm” – deyib, beşinci dəfə Hilal əgər doğru söyləyirsə, Allahın qəzəbinin özünə olması üçün and içib, şəhadət etdi. Bundan sonra Rəsulullah (s.ə.s), o ikisini bir-birindən ayırdı. Sonra da: “Gözləyin. Əgər bu qadının doğacağı uşaq orta, qırmızı-ağa çalan sarı rəngli və incə ayaqlı olarsa, Hilala aiddir. Yox əgər o uşağın ayaqları qalın, qarayağız və qıvrım saçlı və yastı burunlu olarsa, bu da (kim etdisə) ona aiddir” – dedi. Qadın qarayağız, qalın ayaqlı bir uşaq doğdu. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) “Əgər o and içməsəydi, mənimlə o qadının işi vardı, mən ona edəcəyimi bilirdim” –buyurdu. İkrimə: “And olsun ki, o uşağı daha sonra, atasının kim olduğu bilinmədiyi halda, bir şəhərin valisi olaraq gördüm” – demişdir.

Bizcə bu ayələri bəzi əhvalatlarla məhdudlandırmağa ehtiyac yoxdur. Belə ki, sağlam qaynaqlarda bu xəbərlər yer almır. Ona görə də bu ayələr, məxsusi olaraq bir əhvalat haqqında deyil, ümumi olaraq zina iftirası edənlərə görə nazil olmuşdur.

3Zina edən kişi zina edən və ya ortaq qoşan bir qadından başqası ilə evlənə bilməz. Zina edən bir qadınla da, ancaq zina edən və ya ortaq qoşan kişi evlənər. Və bu/belə bir evlilik qaydası möminlərə haram edilmişdir. [4]

Bir xəbər cümləsi olan bu ayə, cəmiyyətdəki mövcud tətbiqatı zikr edib, əsas tətbiq edilməli olanı ortaya qoyur:

  • Zina edən kişi, zina edən və ya müşrik olan bir qadından başqası ilə evlənmir;
  • Zina edən bir qadınla da ancaq zina edən və ya müşrik olan kişi evlənir;
  • Bu tətbiqat möminlərə haram qılınmışdır.

Bu ayə ümumiyyətlə, “Zina edən kişi, zina edən və ya müşrik olan bir qadından başqası ilə evlənə bilməz, zina edən bir qadınla da ancaq zina edən və ya müşrik olan kişi evlənə bilər. Bu, möminlərə haram qılınmışdır” şəklində tərcümə edilmişdir. Bu tərcüməyə görə, “zina edənlər, sadəcə özləri kimi zina etmiş biri və ya bir müşriklə evlənə bilər” hökmü ortaya çıxır.

Bu xüsusda bu rəvayət nəql edilmişdir:

Əbu Davud və Tirmizinin rəvayətinə görə Amr b. Şüeybin atasından, onun da babasından rəvayət etdiyinə görə, Mersəd b. Əbu Mersəd Məkkədəki əsirləri daşıyırdı [Mədinəyə gətirir, qurtarırdı]. Məkkədə “Anak” adında bir fahişə var idi, bu da onun dostu idi. Mersəd dedi ki: Peyğəmbərin (s.ə.s) yanına gəlib dedim ki: “Ey Allahın Rəsulu! Anakı nikahlayımmı?” Bir müddət susdu, mənə cavab vermədi. Bundan sonra “Zina edən qadını da ancaq zina edən və ya müşrik olan bir kişi nikahlaya bilər” buyuruğu nazil oldu. Rəsulullah məni çağırdı və mənə bu ayəni oxuduqdan sonra: “Onu nikahlama” – dedi. [5]

Belə ki, bu hökm də problemi həll etməmiş, problemin necə həll ediləcəyi araşdırılmışdır. Biz, əvvəl bu mövzu haqqında törədilən formulların xülasəsini verəcək, sonra da doğrunu təqdim edəcəyik:

Burada nikah “cima” mənasında işlədilmişdir. Buna görə, məna belə olur: Zina edən bir insan, zina etdiyi vaxt ya Müsəlmanlardan zina edən bir qadın ilə əlaqə qurmaqdadır, ya da ondan daha gözəl müşriklərdən bir qadın ilə əlaqə qurmaqdadır”.

Zina, ancaq bir zaniyə ilə edilir. Bu da hər iki tərəfin də zina etmiş olacağını ifadə edər.

Əz-Zəccac və başqası bu görüşü əl-Həsəndən nəql etmişdilər. Buna görə o belə demişdir:

“Burada qəsd o zina edən kişi və qadındır ki, onlara zina həddi tətbiq edilmişdir”. O, belə demişdir: “Bu Uca Allahın bir hökmüdür. Zina həddi tətbiq edilmiş bir kisinin, zina həddi tətbiq edilmiş bir qadından başqasıyla evlənməsi caiz deyildir”. İbrahim ən-Nəhai də buna yaxın görüş qeyd etmişdir.

Əbu Davudun, Musannefində [Sünənində] qeyd edildiyinə görə, Əbu Hureyrə belə demişdir: Rəsulullah (s.ə.s) buyurdu ki: “Zina edib həd tətbiq edilmiş bir kişi ancaq özü kimi olanı nikahlaya bilər”.

Ayə-ti kərimə nəsh edilmişdir. Malik Yəhya b. Səiddən, o Səid b. əl-Müseyyebdən belə dediyini rəvayət edir: “Zina edən kişi ancaq zina edən və ya müşrik olan bir qadını nikah edə bilər. Zina edən qadını da ancaq zina edən və ya müşrik olan bir kişi nikahlaya bilər” buyuruğu haqqında (Səid b. el-Müseyyeb) dedi ki: “Bu ayə-ti kəriməni daha sonra gələn, “İçinizdən evli olmayanları… evləndirin” (Nur/32) ayəsi nəsh etmişdir.

Ayənin Möhkəm Olmadığını Söyləyənlər və Bu Görüşün Bəzi Hökmlərə Təsiri. Qədimdəkilərdən bir qisim belə demişdir: Ayə-ti kərimə nəsh edilməmişdir. Bunlara görə zina edən bir kişinin özü ilə xanımı arasındakı nikahı pozulmuş olur. Zina edən bir qadının da özü ilə əri arasındakı nikahı pozulmuş olur. Bunlardan bir camaat da belə demişdir: “Bu yolla nikah pozulmaz, ancaq xanımı zina edən kişinin arvadını boşaması əmr edilir. Boşamazsa, günahkar olur. Nə zina edən bir qadınla, nə də zina edən bir kişi ilə evlənmək caizdir. Ancaq tövbə açıq şəkildə təsbit ediləcək olarsa, o təqdirdə nikahlanmaq caiz olur”.

Möminlərə Fahişələrlə Evlənmək Haramdır. Beləsi möminlərə haram qılınmışdır. Yəni bu kimi fahişələri nikahlamaq möminlərə haramdır. Bəzi təvil alimləri bunu iddia edirlər: “Belə fahişələrlə nikahlanmağı uca Allah Muhəmməd (s.ə.s) ümmətinə haram qılmışdır. Bu cür olan qadınların ən məşhurlarından birisi də Anak deyə bilinən qadındır”. [6]

Bu ayədə yer alan hökmlər əslində bunlardır:

  • Zina edən qadın ya zina edən və ya müşrik bir kişi ilə evlənir;
  • Zina edən kişi də ya zina etmiş və ya müşrik bir qadınla evlənir;
  • Bu tətbiqat möminlərə qadağandır.

Bu ayə bir xəbər cümləsidir, bir əmr və ya qadağan etmə cümləsi deyildir. Ayədəki “nikahlanır” ifadəsini, “nikahlana bilməz, evlənə bilməz” halına gətirmək cəhalətdən də artıq bir cinayətdir. Ayəyə belə məna verənlər, işin içindən çıxa bilməzlər, belə ki, çıxa bilməmişlər də. Çünki Allah günahkar [zina günahı işləmiş] da olsa, bir möminin müşriklə evlənməsini qadağan etmiş, həmçinin günahlı-günahsız fərqi qoymadan, hər möminin evləndirilməsini əmr etmişdir. Budur ayələr:

  • 221Və ortaq qoşan qadınları iman edincəyə qədər nikahlamayın. İman etmiş, kafirlərin himayəsindəki bir kölə qadın, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir qadından daha xeyirlidir. Ortaq qoşan kişiləri də iman edincəyə qədər nikahlamayın. İman etmiş bir kişi kölə, sizin çox xoşunuza gəlmiş olsa da, ortaq qoşan bir kişidən daha xeyirlidir. Ortaq qoşanlar atəşə çağırırlar, Allah isə Öz biliyi ilə cənnətə və bağışlanmağa çağırır. O, öyüd alıb düşünsünlər deyə insanlara ayələrini ortaya qoyar. (Bəqərə/221)
  • 32Və sizdən evli olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər bunlar yoxsuldurlarsa, Allah Öz lütfündən onları zənginləş­di­rər. Şübhəsiz ki, Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, ən yaxşı bi­lən­dir. (Nur/32)

11Şübhəsiz ki, bu ağır iftiranı söyləyənlər sizdən bir qrupdur. Bunu özünüz üçün bir pislik saymayın – əksinə o, sizin üçün bir yaxşılıqdır. Onlardan hər bir kəsə günahına görə qazandırıldığı əzab vardır. Onlardan günahın böyüyünü söyləyən kimsə üçün də çox böyük bir əzab vardır.

12Bu iftiranı eşitdikləri zaman kişi və qadın möminlər, bu iftiranın özlərinə xeyir olduğunu anlamalı və: “Bu, açıq-aşkar bir iftiradır” – deməli deyildilərmi?

13Bu iddianı ortaya atanlar buna dair dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahidlər gətirmədilər, belə isə onlar Allah nəzdində yalançıların məhz özüdürlər.

14Əgər dünyada və axirətdə Allahın ərməğanı və mərhəməti olmasaydı, içinə düşdüyünüz şeylərdə qətiliklə sizə böyük bir əzab toxunardı.

15Həmçinin siz bu iftiranı bir-birinizin dilindən alır, hadisə haqqında heç bir məlumatınız olmadığı halda bu uydurma xəbəri öz ağzınızla söyləyirsiniz və bunun əhəmiyyətsiz ol­du­ğu­nu sanırsınız. Halbuki bu, Allah qatında çox böyükdür.

16Və onu eşitdiyiniz zaman: “Bunu danışıb yaymaq bizə yaraşmaz. Sübha­nə­kə! Allahım, Sən münəzzəhsən, bu çox böyük bir iftiradır..”…. desəydiniz də!

17Əgər siz inanmış insanlarsınızsa, onun bir bənzərini sonsuzadək bir dəfə daha təkrar et­mə­məyinizi Allah sizə öyüdləyər.

18Və Allah ayələrini sizin üçün açıqlayır və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

19Şübhəsiz ki, inanan insanlar içində həddini aşmağın, iffətsizliyin yayılmasını sevən insanlar… Dünyada və axirətdə acı verən bir əzab onlar üçündür. Və Allah bilir, siz bilməzsiniz.   

20Və sizin üstünüzə Allahın ərməğanı və mərhəməti… Və şübhəsiz, Allah çox şəfqətli və çox mərhəmətli olmasa idi!..

Bu bölmədə Aişəyə atılan və “ifk hadisəsi” deyə anılan zina iftirasından bəhs edilir və bu hadisə istiqamətində Müsəlmanlara əxlaqi prinsiplər bildirilir. Bölmənin doğru anlaşıla bilməsi üçün əvvəl İfk hadisəsini ensiklopedik səviyyədə təqdim edək. İfk hadisəsi tarix [Vakidi, Məgazi, İbn Hişam, Sirət] və hədis [Buxari, Müslim] kitablarında ümumiyyətlə, olma tərzi və səbəbləriylə birlikdə Aişə validənin dilindən nəql edilir. Biz, bunların xülasəsini təqdim edirik:

İfk Əhvalatı. İfk hadisəsi, münafiqlərin Rəsulullahı və möminləri narahat etmək, İslam cəmiyyətini parçalamaq, başda Əbu Bəkr olmaqla Rəsulullah ilə yaxın yoldaşlarının arasını açmaq, Muhacirlər ilə Ənsarı bir-birinə düşürmək məqsədiylə Rəsulullahın ailə məhrəmiyyətini hədəf alaraq, bölgə və qəbilə təəssübünü istifadə edərək əl atdıqları bir mənfi təbliğat və qaralama hərəkətidir. Bu hərəkət uğurlu olmuş, iki Müsəlman qrupu bir-birlərinə qarşı qılınca sarılmaq səviyyəsinə gətirmişdi. Əhvalatların qarşısı Rəsulullahın müdaxiləsi ilə alınmışdı.

Hadisə belə olmuşdur: Mustalıkoğulları döyüş planı qurub, Müsəlmanların üzərinə hücum etdilər. Rəsulullah bunu xəbər alınca, onlara qarşı çıxmaq üçün hazırlıq etdi, əsgər topladı. Bu əsgərlərin içində münafiqlər də vardı. Və Rəsulullah Mustalıkoğullarına qarşı çıxmaq üçün yola çıxdı. Müsəlmanlar, Mureysi adındakı bir subaşında düşmənlə qarşılaşdılar. Və onları məğlubiyyətə uğratdılar. Qənimətlər əldə etdilər.

İfk hadisəsi, budur bu uğurlu səfərdən dönmək əsnasında meydana gəldi. Ordu gecə vaxtı bir yerdə dayandı. Aişə ehtiyacı üçün düşərgənin kənarına çıxdı. Döndüyü zaman, boynundakı Yəmən muncuğundan düzülmüş, evlilik hədiyyəsi olaraq anası Ümm Rumanın hədiyyə etdiyi gərdənliyinın itdiyini fərq etdi.

Aişə gərdənliyini axtarmaq üçün həmin yerə getdi. Tapıb döndüyündə isə özünün dəvəsi üzərindəki kəcavəsində olduğunu zənn edən mühafizləri də daxil olmaqla, ordunun oradan ayrılıb getmiş olduğunu gördü. Geri dönüb, onu axtararlar düşüncəsiylə orada oturarkən olduğu yerdə yuxlayıb qaldı.

İkinci dayanacaqda Aişənin dəvəsinin üzərində olmadığı anlaşıldı və bir müddət gözlənildi. Bu sırada ordunun arxadan gələn əsgəri Safvan b. Muattal onu görərək, dəvəsinə mindirdi və orduya yetişdirdi.

Aişənin gənc bir əsпərin dəvəsiylə gəldiyini görüncə, münafiqlər bunu fürsət bilib, dedi-qodu başlatdı. Başda Abdullah b. Ubey olmaqla fürsətçilər dedi-qodunu yaydılar.

Münafiqlərdən başqa bəzi Müsəlmanlar da bu dedi-qoduya özlərini qapdırdılar, bunlar Safvandan əvəz çıxmaq istəyən Hassan b. Sabit, Rəsulullahın xanımlarından Zeynəb bt. Cahşın bacısı Hamnə və Əbu Bəkrin köməyi ilə dolanan Mıstah b. Usase idilər.

20-ci ayədəki “Və sizin üstünüzə Allahın ərməğanı və mərhəməti… Və şübhəsiz, Allah çox şəfqətli və çox mərhəmətli olmasa idi!..” ifadəsində də, yuxarıda tövbədən bəhs edən ayədə olduğu kimi, şərt cümləsinin son hissəsi söylənməmişdir. Bunun cavabı “halınız necə olardı” və ya “heç biriniz əbədiyyən təmizə çıxa bilməzdi” şəklində təqdir edilə bilər.

Ayələrdən açıq şəkildə anlaşılan mövzuları bu şəkildə sıralaya bilərik:

  • Bu iftiranı yayanlar, təəssüf ki, Müsəlmanlardan bir camaatdır;
  • Bunlar Quranın verdiyi tərbiyəyə görə hərəkət etməmiş, səhv etmiş, günah etmişdilər və bu əhvalata bulaşdıqları ölçüdə məsuliyyət daşıyırlar;
  • Əslində çox pis görülən bu əhvalat, xeyirli olmuşdur;
  • İftiranı atanlar-yayanlar, sübutsuz və şahidsiz dedi-qodu törətdiklərinə görə yalançı hala düşmüşdülər;
  • Bu xəbəri eşidənlər, eşitdikləri zaman hüsn-i zənndə olub, bunun açıq-aşkar bir yalan olduğunu söyləməli idilər;
  • Bu iftiranı eşitdiklərində möminlərin, bunun bir iftira olduğunu və buna bulaşmağın caiz olmadığını idrak etmələri və yayılmasının qarşısını almalı idilər;
  • Bu iftiraya alət olan, işin haraya varacağını bilmədən artıq-əskik danışanlar, Allahın çox böyük günah saydığı bir işi etmişdilər. Allah, çox mərhəmətli olduğu üçün, əzaba məruz qalmamışdılar. İmanlı olan insanlar bunu qətiyyən bir daha etməməlidirlər.

11-ci ayədə “Bunu özünüz üçün bir pislik saymayın, əksinə, o, sizin üçün bir yaxşılıqdır” buyurulur. Daha əvvəl də pis görülən bir şeyin əslində xeyir ola biləcəyi barəsində bu məlumat verilmişdi:

  • 216Və döyüşməyin sizin üçün xoş olmayan bir şey olmasına baxmayaraq, sizə məcburi vəzifə olaraq verildi. Ola bilər ki, siz sizin üçün xeyirli olan bir şeydən xoşlanmazsınız. Yenə ola bilər ki, siz sizin üçün pis, zərərli olan bir şeyi sevirsiniz. Və Allah bilir, siz bilməzsiniz. (Bəqərə/216)
  • 19Ey iman edənlər! Qadınlara zorla mirasçı olmağınız/mallarından istifadə etmək məqsədi ilə onların sizdən ayrılmasını əngəlləməyiniz sizə halal olmaz. Və onlara verdiyinizin bir qismini götürməyiniz üçün açıq bir fahişəlik [çirkin bir həya­sız­lıq/zina] etmədikləri müddətcə onları sıxışdırmayın. Və onlarla adət-ənə­nə­yə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən yollarla münasibətdə olun. Və əgər öz­lə­rindən xoşlanmadınızsa, siz bir şeydən xoşlanmasanız da, ola bilər ki, Allah sizin xoş­lan­ma­dı­ğınız şeydə bir çox xeyir əmələ gətirəcək. (Nisa/19)

Düşünüldüyündə də ifk hadisəsində insanlıq üçün, xüsusilə də möminlər üçün ibrət alınacaq bir çox məqamdan bəhs edilir:

  • Bu hadisə, zina və zina iftirası haqqında hökmlərin gəlməsinə səbəb olmuşdur;
  • Bilinməyən mövzularda dedi-qodunun nələrə səbəb olacağı insanlara konkret olaraq göstərilmişdir;
  • Bu hadisə cəmiyyətdəki imanı sağlam olanlar ilə sabit olmayanların və münafiqlərin ayrılmasına, bilinməsinə səbəb olmuşdur;
  • Bu hadisə möminlərin daima ehtiyatlı olmaları, dedi-qodu və iftiraya meydan verəcək xüsuslardan uzaq durmalarının vacib olduğu konkret olaraq göstərmişdir;
  • Səbr etmələri və müsibətlər qarşısında mətanətli olduqlarına görə bu hadisənin zərər çəkənlərinin dərəcələri yüksəlmişdir;
  • Və bu mövzuda enən ayələr Rəsulullahın haqq Peyğəmbər olduğuna sübut təşkil etmişdilər. Belə ki, bu əhvalatların Quranda yer alması dünyanın sonuna qədər bu əhvalatın unudulmadan dildən dilə dolaşmasını təmin edəcəkdir. İftira da olsa, heç bir ailə başçısı ailəsiylə əlaqədər belə bir əhvalatın yayılmasını istəməz, əksinə unudulub getməsini istəyər. Amma Peyğəmbərin bunu gizlətməsi mümkün deyildir.

21Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Və kim şeytanın ad­dım­la­rını izləyərsə, bunu bilsin ki, o, həddi aşmaqları, iffətsizlikləri və bütün çir­kin­lik­lə­ri əmr edər. Və əgər üstünüzdə Allahın ərməğanı və mərhəməti olmasa idi, sizdən heç bir kimsə sonsuzadək təmizə çıxmazdı. Lakin, Allah dilədiyini təmi­zə çıxarır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

23Şübhəsiz ki, hürr, evli, heç bir şeydən xəbəri olmayan mömin qadınlara zina isnad edən kimsələr dünya və axirətdə kənarlanmışlardır. Və onlar üçün çox böyük bir əzab vardır.

24O gün onların dilləri, əlləri və ayaqları, etmiş olduqları işlərə öz əleyhlərində şahidlik edəcəkdir.

25O gün Allah onlara əsl qarşılıqlarını tamamilə verəcəkdir. Onlar da Allahın açıq-aşkar haqqın məhz özü olduğunu biləcəklər.

26Pis qadınlar pis kişilər, pis kişilər də pis qadınlar üçündür – təmiz qadınlar tə­miz kişilər, təmiz kişilər isə təmiz qadınlar üçündür/pis sözlər, çirkin işlər pis insanlara yaraşır, yaxşı, gözəl söz və işlər də yaxşı, gözəl insanlara yaraşır. Bax bu­dur, onlar iftiraçıların söylədiklərindən çox uzaq olanlardır. Özləri üçün bağış­lan­­ma və hörmətli bir ruzi vardır.

22Və sizdən artıqlıq və genişlik sahibi kimsələr əqrəbaya, acizlərə, Allah yolunda köç edənlərə əl tutmamağa and içməsinlər – bağışlasınlar, xoş görsünlər. Allahın sizi ba­ğışlamasını sevməzsinizmi? Allah qullarının günahlarını çox örtən, onları cəza­lan­­dırmayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.

Bu ayə qrupunda, yenə ifk hadisəsi istiqamətində bir sıra ilahi prinsiplərdən bəhs edilir:

  • Möminlər şeytanın addımlarını izləməməlidir. Çünki şeytan hədləri aşmağı və çirkinlikləri, haram yeməyi, haqsız qazanc əldə etməyi, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edər. Yoxsulluqla qorxudur, şübhələrə düşürür, aldatmaq üçün parıltılı sözlər pıçıldayar, vəsvəsə verərək düşüncələri bulandırır, əməllər ilə korlayıb azdırır, içki/narkotika və qumarla insanlar arasına düşmənçilik və kin salar, Allahı anmaqdan və sosial dəstəkdən geri çəkər.
  • Azad-evli və heç bir şeydən xəbəri olmayan mömin qadınlara zina isnad edən insanlar, dünya və axirətdə lənətlənmişlər. Və onlar üçün çox böyük bir əzab vardır. O gün onların dilləri, əlləri və ayaqları, etmiş olduqları işlərə şahidlik edəcəkdir. O gün Allah onlara əsl qarşılıqlarını bütünlüklə verəcəkdir. Onlar da Allahın, açıq-aşkar haqqın məhz özü olduğunu biləcəklər.
  • Pis qadınlar pis kişilər, pis kişilər isə pis qadınlar üçündür; təmiz qadınlar təmiz kişilər, təmiz kişilər isə təmiz qadınlar üçündür. Bunlar iftiraçıların söylədiklərindən uzaq olub, özləri üçün bağışlanma və sayğın bir ruzi vardır.
  • Möminlərdən imkan sahibi olanlar əqrəbaya, miskinlərə, Allah yolunda köç edənlərə verməməyə and içməməlidirlər, bağışlamalı və xoş görməlidirlər. Allah da belə davrananları bağışlayar. Belə ki, Allah Qafurdur, Rəhimdir.

23-cü ayədə, “Şübhəsiz muhsan [hür, evli], qafil [heç bir şeydən xəbəri olmayan] mömin qadınlara zina isnad edən insanlar, dünya və axirətdə lənətlənmişlərdir [uzaq tutulmuşlardır]. Və onlar üçün çox böyük bir əzab vardır” buyurularaq edilən işin ağırlığı ifadə edilmişdir ki, daha əvvəl yalan və iftiranı kimlərin atacağı açıq şəkildə bəyan buyurulmuşdu:

  • 105Yalanı yalnız və yalnız Allahın ayələrinə inanmayan insanlar uydurarlar. Və bax budur, onlar yalançıların məhz özləridir. (Nəhl/105)

26-cı ayədəki “Pis şeylər/qadınlar pis kişilər, pis şeylər/kişilər də pis qadınlar üçündür; təmiz şeylər/qadınlar təmiz kişilər, təmiz şeylər/kişilər isə təmiz qadınlar üçündür” ifadəsi, “pis sözlər, çirkin işlər pis insanlara yaraşır. Yaxşı/gözəl söz və işlər də, yaxşı/gözəl insanlara yaraşır” şəklində xülasə edilə bilər. Və həmçinin bu ifk hadisəsi çərçivəsində Allahın xətalı möminləri bəyənməməsi, digərlərini isə öyməsi olaraq da anlaşıla bilər.

22-ci ayədəki və sizdən artıqlıq və genişlik sahibi insanlar əqrabaya, miskinlərə, Allah yolunda köç edənlərə verməməyə and içməsinlər – bağışlasınlar, xoş görsünlər. Allahın sizi bağışlamasını sevməzsinizmi?

Allah Qafurdur, Rəhimdir ifadəsının nüzul səbəbi haqqında qaynaqlarda aşağıdakı məlumatlar nəql edilir:

Müfəssirlər belə demişdilər: Ayə Hz. Əbu Bəkr (r.a) haqqında nazil olmuşdur. Çünki o artıq Mıstaha infaq etməyəcəyinə and içmişdi. Mıstah isə onun xalası oğlu olub, əlində böyümüş bir yetim idi. Hz. Əbu Bəkr həm Mıstaha, həm də onun yaxınlarına yardım edirdi. İfk ilə əlaqədər ayə enincə Hz. Əbu Bəkr (r.a) onlara: “Qalxın, rədd olun. Artıq nə siz məndənsiniz, nə də mən sizdənəm. Heç biriniz artıq yanıma yaxınlaşmayın” – dedi. Bundan sonra Mıstah: “Allah xətrinə, İslam eşqinə… əqrabalıq və sıla-ı rəhim xatirinə bizi başqalarına möhtac etmə. İşin başında bizim bir günahımız yoxdu” – deyincə, Hz. Əbu Bəkr (r.a) ona: “Danışmadınsa da, güldün” – dedi. Mıstah: “Bu, Hassanın sözünə çaşdığıma görə idi, yoxsa bir gülmək [sevinc] deyildi” – dedisə də, Hz. Əbu Bəkr (r.a) onun bu bəhanəsini qəbul etməyərək: “Haydı, gedin, uzaqlaşın. Çünki Allah Təala sizin üçün bir bəhanə bildirmədi və bir çıxış qapısı göstərmədi” – dedi.

Bundan sonra onlar, hara gedəcəklərini, kimə üz tutacaqlarını bilməyən bir şəkildə çıxdılar. Sonra Hz. Peyğəmbər (s.ə.s) Hz. Əbu Bəkrə (r.a) Allah Təalanın onları qovmamasını əmr edən bir ayə endirdiyini xəbər vermək üçün, ona bir adam göndərdi. Hz. Əbu Bəkr (r.a) xəbəri alar-almaz, təkbir gətirdi və buna çox sevindi. Hz. Peyğəmbər (s.ə.s) əlaqədər ayəni ona oxudu. Hz. Peyğəmbər (s.ə.s) “Allahın sizə mağfirət etməsini sevməzmisiniz?” ayəsinə gəlincə, o: “Bəli, ya Rəbbi, məni əfv etməyini can-i könüldən arzu edirəm” – deyib, etdiklərindən əl çəkdi. Evinə gedincə, Mıstah və yaxınlarına xəbər göndərib, onları qəbul edəcəyini bildirərək: “Allahın endirdiyi başım-gözüm üstünə… Sizə etdiyimi və söylədiyimi, Allah sizə qəzəb etdiyini bildirdiyi üçün, etmişdim. Lakin Allah sizi əfv edincə, sizə: “Mərhaba xoş gəldiniz” – deyirəm” – dedi və Mıstaha daha əvvəl etdiyi yardımın iki mislini etməyə başladı. [7]

27Ey iman edənlər! Öz evinizdən başqa evlərə gəldiyinizi fərq etdirib, ev xalqına salam vermədikcə içəri girməyin. Bu, düşünüb öyüdlənməyiniz baxımından sizin üçün daha yaxşıdır.

28Sonra da orada kimsəni tapmasanız, artıq sizə izin verilincəyə qədər oraya girməyin. Və əgər sizə: “Geri dönün!” – deyilərsə, dərhal dönün – bu, sizin üçün daha arındırıcıdır. Və Allah etdiklərinizi ən yaxşı biləndir.

29İçində sizə aid hər hansı bir dəyərli şey olan, oturulmayan evlərə girməyinizdə sizə bir qadağa yoxdur. Və Allah sizin açığa vurduğunuz şeyləri və gizlət­di­yi­niz şeyləri bilir.

Surənin başında yer alan zina, iftira və sairəyə yönəlik prinsiplər ortaya çıxdıqları anda bu pislikləri yox etməyə yönəlik prinsiplərdir. Bu paraqrafda isə, pisliyi baş vermədən qarşısını almağa yönəlik qoruyucu prinsiplər yer alır. Bu prinsiplər bunlardır:

  • Möminlər özevindən başqa evlərə, özlərini tanıdıb ev xalqına salam vermədən girməməlidir;
  • Evdə insan olmazsa, icazə verilincəyə qədər evə girilməməlidir;
  • Gedilən evdə: “Geri dönün!” – deyilirsə, dərhal dönülməlidir;
  • Oturulmayan, amma içində malının olduğu evlərə izinsiz girilməsində bir problem yoxdur.

Bu ayələrin enmə səbəbi haqqında aşağıdakı məlumatlar nəql edilmişdir:

Tabəri və başqalarının Adiy b. Sabitdən rəvayət etdiklərinə görə, Ənsara mənsub bir qadın: “Ey Allahın Rəsulu! Mən evimdə atam olsun, oğlum olsun heç bir insanın görməsini istəmədiyim bir halda ola bilərəm. Mən bu halda ikən atam gələr, yanıma girər, yenə ailəmdən bir başqası çıxıb, gələ bilər. Nə edim?” – dedi.  Bundan sonra bu ayə-ti kərimə nazil oldu.

Əbu Bəkr (r.a): “Ey Allahın Rəsulu! Dəməşq yolu üzərində evlər və məskənlər vardır. Oralarda da heç insan olmur (bu kimi yerlərə necə girilir?)” – dedikdə uca Allah da “Oturulmayan və içlərində… evlərə girməyinizdə sizə günah yoxdur” (Nur/29) ayəsini inzal buyurdu. [8]

30Mömin kişilərə baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Bu, onlar üçün daha arındırıcıdır. Şübhəsiz ki, Allah onların etdikləri barədə dərin bilik sahibidir.

31Mömin qadınlara da baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Zinətlərini də, açıqda olanlardan başqa, bəlli etməsinlər. Örtüklərini də köks yarıqlarının üzərinə salsınlar. Və zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları, qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar və qadınların müdafiəsiz yerlərini [bükümlərini və cinsiyyət orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar istisna olmaqla, başqalarına bəlli etməsinlər. Zinətlərindən gizləmiş olduqlarının bilinməsi üçün ayaqlarını vurmasınlar. Və ey möminlər! Uğura çatmağınız üçün hamılıqla xətanızdan Allaha dönüş edin!

Bu ayələrdə də yenə yuxarıdakı ayələrdə olduğu kimi, cəmiyyəti sıxıntıya salacaq, iftiraya, zorakılıq və təcavüzə zəmin hazırlayacaq davranışlardan uzaq durulması əmr edilir. Bu ayələrin ehtiva etdiyi prinsiplər haqqındakı yazımızı burada təqdim edirik:

Örtünmə. Örtünmə mövzusu, fıkıh və elmihal kitablarında “Sətr-i Avrət” başlığı altında ələ alınmış və namazın xarici şərtlərindən birisi olaraq zikr edilmişdir. Halbuki, xalq arasında ayıb yerlərin örtülməsi olaraq bilinən “sətr-i avrət” haqqındakı təlimatlarla zinət sayılan yerlərin örtülməsi haqqındakı təlimatlar namaz üçün deyil, həyatın hər anı üçündür. Yəni bu təlimatlar, müsəlmanların yasadıqları hər saatda, hər dəqiqədə və hər saniyədə uymaq məcburiyyətində olduqları, həyatlarının hər anına aid edilən təlimatlardır. Elə isə, bu mövzunun dini kitablarda “sətr-i avrət” başlığı altında deyil, Quranın mövzuya yaxınlaşmasını əhatə edəcək şəkildə, “övrət və zinətləri açığa vurmamaq” başlığı altında ələ alınması daha uygun olur.

Örtünmənin Tarixi. Örtünmənin tarixi insanlıq tarixi qədər qədimdir. Çünki örtünmə təbiət şərtlərinə və hər cür kənar təsirlərə qarşı qorunmaq üçün edilir:

  • 80Və Allah sizə evlərinizi sizin üçün bir rahatlıq və hüzur yeri etdi. Və heyvanların dərilərindən yolçuluq və qonaq qalma günlərinizdə yaşayış yerləri etdi. Heyvanların yunlarından, yazda qırxılan qoyun tüklərindən və qıllarından müəyyən müddətə qədər istifadə edəcəyiniz geyim, döşənəcək və qazanc malları var etdi.
  • 81Və Allah əmələ gətirdiklərindən sizin üçün kölgələr etdi və sizin üçün dağlardan sığınacaqlar etdi. Sizi istidən/soyuqdan qoruyacaq libaslar və sizi öz qəzəbinizdən qoruyan libaslar var etdi. Bax budur beləcə, Allah, müsəlman olasınız deyə, üzərinizə nemətini tamamlamaqdadır. (Nəhl/80, 81)

Örtünmənin zaman içərisində göstərdiyi inkişaf isə sadəcə qorunmağa yönəlik olaraq, yaşanılan bölgəyə və iqlim şərtlərinə görə olmamış, məslək, status, yaş kimi sosial həyat içindəki fərqliliklər də örtünməyə müxtəlif şəkillərdə təsir etmişdir. Bəzi geyimlər müəyyən işləri edənlərə xas qılınmış və geyim fərqlilikləri qanun … ilə qorunmuşdur. Məsələn, Osmanlı İmperatorluğunda xalqın ancaq tək tuğlu sarıq sarmasına icazə verilmiş, iki tuğlu sarıq sadrazama, üç tuğlu sarıq isə padşaha məxsus qılınmışdır. Xalqın içində ayrı dinlərə mənsub kişi və qadınlar, saraya mənsub insanlar, əsnaf… da həmişə bu xüsusiyyətlərini müəyyən edən geyimlər geyinmək məcburiyyətində idilər. İnsanların məsləklərini, vəzifələrini göstərən geyimlər geyinmələri, bütün dünyada günümüzə qədər davam edib gəlmiş bir tətbiqatdır. Belə ki, bu gün məsləyi əsgərlik, polislik, doktorluq, tibb bacısı, hakimlik, vəkillik, yanğınsöndürən… olan insanlar, vəzifələrini göstərən geyimlər geyinirlər.

Geyim şəkillərində müəyyənedici olan bir başqa sosial fakt da köləlik müəssisəsidir. Köləlik Quranın endiyi dövrdə, dünyanın demək olar ki, hər tərəfində olduğu kimi, ərəblər arasında da yayılmışdı. Kölələrin azad insanlardan ayırd edilməsi üçün geyimlərinə bəzi məhdudiyyətlər gətirilmişdir. Məsələn, azad kişilərin sarıq sarmaları və azad qadınların başlarına örtük örtmələrinə qarşılıq, kölələrin başlarını örtmələrinə icazə verilməmişdir. Ərəblər arasındakı başın örtülməsi ilə əlaqədar geyim nizamı isə onlara keçmiş mədəniyyətlərdən gəlib çatmışdır. Şumer tabletlərinin oxunmasıyla Şumer məbədlərində qadınların örtündükləri ortaya çıxmış, Assur qanunları da evli və dul qadınları başlarını örtməyə məcbur etmiş, qızların, cariyələrin və küçə fahişələrinin isə örtünməsini qadağan etmiş, bu qadağana uymayanlara da cəza veriləcəyini hökmə bağlamışdır. [9] Yəni ərəblərdəki qadınların başlarını örtməsi şəklindəki adət, bölgədə çox qədimdən bəri tətbiq edilirdi.

Yəhudilikdə isə “peçe (örpək)” şəklinə dönmüş bir örtünmə var idi. Amma yəhudilikdəki tətbiqatın mahiyyət etibariylə Şumer və Assurdan gəlib, ərəblər arasında davam edən örtünmədən mühüm bir fərqi var idi. O zamanın ənənəsinə görə, fahişələrin örtündükləri anlaşılır:

Və: “Budur, qayınatan sürüsünü qırxmaq üçün Timnata çıxır” – deyə Tamara bildirildi. Və üzərindən dulluq geyimini çıxardı, örtüyü ilə örtündü və Timnat yolu üzərində olan Enaim qapısında sarınıb oturdu. Çünki Şelanın böyüyüb, özünün ona arvad olaraq verilmədiyini gördü. Və Yahuda onu görüncə, özünü pis qadın sandı. Çünki üzünü qapatmışdı. Və yolda onun yanına enib dedi: “Rica edirəm, gəl sənin yanına girim”. Çünki onun öz gəlini olduğunu bilmədi. Və dedi: “Yanına girmək üçün mənə nə verirsən?” [10]

Və köləyə dedi: “Bizi qarşılamaq üçün tarlada yeriyən bu adam kimdir?” və kölə: “Əfəndimdir” – dedi. Və Rebeka örtüyünü alıb örtündü. [11]

Kitab-i Müqəddəsin Təsniyə, 23-cü babında da İbranilərin içində özünü fühuşa həsr etmiş qadınların olduğu, İsrailoğullarından belələrinin mövcud olmaması və fühuşdan qazanılan pulun Allah üçün xərclənməməsi istənir.

Xristiyanlıqda da örtünmə mövzusu İncilə girmişdir:

Başı örtülü olaraq dua edən, yaxud Peyğəmbərlik edən hər insan, başını küçük düşürür. Lakin başı örtüsüz olaraq dua edən, yaxud Peyğəmbərlik edən qadın, başını küçük düşürür. Çünki tıraş edilmiş olmaqla bir növü eyni şeydir. Çünki əgər qadın örtünmürsə, saçı da kəsilsin, lakin qadına saç kəsmək, yaxud tıraş olmaq ayıbdırsa, örtünsün. Çünki kişi Allahın surəti və izzəti olduğu üçün, başını örtməməlidir. Lakin qadın kişinin izzətidir. [12]

Xülasə etsək, örtünmə İslamdan əvvəlki dövrlərdə, o günün yaşayışındakı sosial müxtəlifliyin bir nişanəsi olaraq qanunlara girmiş və üniforma xüsusiyyəti qazanmışdır. Quranın endiyi dövrdəki ərəb cəmiyyətində də örtünmə, azad qadınlarla cariyələrin ayırd edilməsini təmin edən bir tətbiqat idi.

Ərəblərin örtünməyi ənənələrinə uyğun olaraq tətbiq etdikləri başqa qaynaqlarda da yer alır:

Ərəb qadınlarının yaxa kəsikləri geniş idi. Aradan gərdənləri, sinələri və sinələrinin dairələri görünürdü. Baş örtüklərini arxalarına salladar, lakin önlərini açıq qoyardılar. Boyun və sinə qismindəki açıqlıqların qapanması üçün, örtülərini yaxa kəsiklərinin üzərindən örtmələri əmr edilmişdir. [13]

Bu ifadələr ərəblərdə də ənənəvi olaraq baş örtüyünün olduğunu göstərir. Əslində elə ayədə də “Hımarlarını yaxa kəsiklərinin üzərinə salsınlar” – deyilərək, hımarın [baş örtüyünün] ərəblər arasında işlədilən bir örtük olduğu vurğulanmışdır.

İbn Kəsir ərəblərin İslamiyətdən əvvəl başörtüsü istifadə etdikləri ilə əlaqədar belə demişdir:

Baş örtüklərini gərdənlərini gizləyəcək şəkildə sinələrinin üstünə qoymaları əmr edilmişdir ki, cahiliyyə qadınları kimi etməsinlər. Çünki o dövrdə qadın, gərdəni açıq şəkildə kişilər arasında dolaşırdı. Hətta boynunu, saçının hörüklərini, qulağının sırğalarını göstərirdi. Allah inanan qadınlara surətlərini və hallarını örtmələrini əmr etdi. [14]

Həmçinin, hələ Nur surəsi enmədən əvvəlki bu tarixi əhvalat da, o günkü geyim haqqında diqqət çəkici məlumatlar verir:

Hələ Müsəlman olmadan əvvəl, atasıyla birlikdə Məkkəyə gəlib orada insanların, bir zatın başına toplandıqlarını görən Haris əl-Ğamididən belə nəql edilmişdir: atamdan soruşdum: Bu camaat nədir? Atam cavab verdi: Onlar, içlərində bir Sabiinin başına toplanan insanlardır. Yaxınlaşdıq, bir də gördük ki, Allahın Elçisi xalqı Allaha qulluğa və inanmağa çağırır, onlar da ona əziyyət edirlər. Nəhayət günəş yüksəldi, xalq onun başından dağıldı. Əlində bir su qabı və dəsmal olan bir qadın gəldi. Ağladığı üçün gərdəni açıldı. Allahın Elçisi qabı aldı, içdi, abdəst aldı, sonra başını qaldırıb qadına belə dedi: Qızım! Başındakı örtüklə gərdənini ört, atanın məğlub edilib, əziləcəyindən qorxma! Mən soruşdum: Bu qadın kimdir? Cavab verdilər: Bu, qızı Zeynəbdir. [15]

Ömərin bazarda örtüksüz bir qadını itələdiyi, bu barədə Peyğəmbərimizə xəbər çatdıqda, onun Ömərin bu davranışını bəyənmədiyi, Ömərin də: “Mən, onu örtüksüz görüncə cariyə sandım” – deyərək özünü müdafiə etdiyi və yenə Ömərin azad qadınlar kimi örtünən bir cariyəni “örtünməməsi, azad qadınlara bənzəməyə çalışmaması üçün” danladığı bildirilir. Bütün bu tarixi əhvalatlar ərəb cəmiyyətində azad qadınların başlarını örtdüklərini, bunun qədim bir ənənə olduğunu sübut edir. Çünki Ömər, yuxarıda zikr edilən davranışlarını, o zamanlar örtünməylə əlaqədər hər hansı bir ilahi hökm olmadığına görə, sırf cəmiyyətin ənənələrinə zidd hesab etdiyi üçün etmişdir. [16]

Qısacası tarixi olaraq baş örtüsü, azad qadınlar ilə cariyələri ayırd edən və iffətlə əlaqəsi olmayan bir cahiliyyə dövrü simvoludur. Yəni o dövrdəki iffətli və ya iffətsiz azad qadınlar, başlarını örtərdilər. Cariyələr isə iffətli və ya iffətsiz, müsəlman və ya qeyri müsəlman başlarını örtməzdilər. Qadınlarla əlaqədər bu tətbiqat zaman keçdikcə təhrif edilərək, müxtəlif qurğulara alət edilmişdir.

İslamdakı Örtünmə Və Məqsədi. Kişi ilə qadın arasındakı cinsi meyl yaradılışdan mövcuddur. Uca Allah bu meyli yer üzündə həyatın davam etməsi və insanoğlunun yer üzündə xəlifəliyini reallaşdırması üçün bir səbəb qılmışdır. Beləliklə, bu fıtri meyl, fiziki funksiyalar tamamilə tükənənə qədər sürür. Ancaq dinimiz, iki cins arasındakı bu fitri istəyin qeyri-qanuni yollarla əldə edilmədən, qanuni məcrasında inkişaf etməsinə və təmin edilməsinə yönəlik nizamlama etmiş, bu arzuların əsiri olmaqla, cəmiyyət nizamını çökdürəcək davranışlardan uzaq durulmasını istəmişdir. Beləliklə də, qarşı cinslər arasındakı dəvətkar arzularla birbaşa əlaqəli olan zorakılıq, təcavüz və iftira kimi əhvalatlara səbəb ola bilən geyim mövzusunda bir sıra tənzimləmələr etmişdir.

Demək olar ki, gətirilən əsasların məqsədi prinsipial qanunlar və mədəniyyətlərdə olduğu kimi, fərdlər arasındakı sosial müxtəlifliyin göstərilməsi deyil, cəmiyyətdə sülh və xoşbəxtlik içərisində bir həyat sürdürmək məqsədi ilə fitnə və fəsadın qarşısının alınmasıdır. Çünki bu arzuların müxtəlif yollarla təhrik edilməsi halında şəhvətə çevrilməsi, ailə nizamını pozacaq iffətsiz davranışlara, zorakılıq, təcavüz və qısqanclıq qaynaqlı narahatlıqlara yol açmasına səbəb olur. Bu xüsusiyyət surənin 60-cı ayəsi ilə də dəstəklənir. Belə ki, İslam dini şəhvətin təhrik edilmədiyi və bunun ət ehtirasına dönərək, qan tökmə təsirləri meydana çıxarmadığı təmiz bir cəmiyyət məqsədi güdür. Daima təhrik edilən arzular, sönməyən və doymayan bir şəhvət azğınlığı meydana gətirir, cəmiyyətdə fitnə və fəsad çığ kimi böyüyür. Tarixdə fühuş bataqlığına düşən və böhranlar içində yox olan bir çox cəmiyyət olduğu kimi, günümüzdə də bu yolda olan cəmiyyətlər görünür.

İslamın insanlar üçün seçdiyi yol-yöntəm isə müəyyəndir: İnsan öz enerjisini həyatın çətinlikləriylə məşğul etməyə yönəltməli, fitrətindəki istər cinsi, istərsə də diğər eqoist arzularını şəhvətə döndərmədən tərbiyə etməlidir. Nəhl/80, 81-də də göründüyü kimi, örtünməyin/geyinməyin əsl məqsədinin, isti-soyuq kimi iqlim şərtlərinə və hər hansı bir feli müdaxiləyə qarşı bədənin qorunması olduğunu bildirən Quran, geyinib- geçinirkən nələrə diqqət edilməli olduğunu da bildirmişdir.

Geyim-Gecimi Müəyyən Edən Ayələr. Bu mövzudaki ayələr Əhzab və Nur surələri içində yer almışdır, hər iki surə də Mədinədə enmişdir.

O vaxtın şərtlərində evlərin içində sanitar qovşağı olmadığı üçün hər kəs təbii ehtiyacını aradan qaldırmaq üçün yaşadıqları yerlərindən uzaqda, tənha bir yerdə bu işi həll edirdi. Bu hal isə Mədinənin avaralarını-sərsərilərini hərəkətə keçirir və bunlar evli olmayan cariyələrə və ya fahişə görünüşlü qadınlara (belə ki, cariyələr də, fahişələr də örtüsüz olurdu) sataşardılar. Qadının evli və sahibli olduğu bəllidirsə, incitməzdilər. Yəni xüsusilə, başlarını örtmələri qadağan olan cariyələr ilə fahişə görünüşlü qadınlar, bu hücumların hədəfi halındaydılar.

Budur, belə bir şəraitdə Peyğəmbərimizin həyat yoldaşlarına, qızlarına və möminlərin qadınlarına, “cilbab”larını üzərlərinə almalarını söyləyən ayə enmiş və tanınıb, sataşılmaması üçün belə etmələrinin uyğun olacağı bildirilmişdir (baxın, Əhzab/59).

Ayədə açıq və konkret olaraq “cilbab”larını [bayır  geyimlərini] geyən qadınların tanınacağı/bilinəcəyi, beləliklə də incidilməyəcəyi söylənilir. Yəni bu ayəyə görə, qadınların örtünmələrinin səbəbi incidilməmələridir, daha dindar, daha namuslu və daha təqvalı olacaqları deyil.

Bu ayənin doğru anlaşılması üçün xüsusilə “cilbab”ın nə olduğu bilinməli, sonra da “cilbab” geyinməyin səbəbi Quranda bildiriləndən kənara çıxarılmamalıdır.

Bəziləri “cilbab”ı ərəblərin bu gün “abaye” dedikləri, başdan aşağı salınan, bayır geyimini öndən və arxadan qapadan bir örtük olaraq, bəziləri də sadəcə, gözləri açıq qoyaraq, üzü və bütün vücudu təpədən dırnağa qədər qapadan bir örtü olaraq tərif edirlər. Bunlar örtünmə mövzusunda ifrata varan qisimlər tərəfindən ortaya atılmış görüşlər olub, Quran ilə uyğun gəlməz. Çünki aşağıda görəcəyimiz kimi, geyim-geçim mövzusunu müəyyən edən digər ayədə “Örtülərini/başörtülərini sinə yarıqlarının üzərinə vursunlar/salsınlar” (Nur/31) deyilir. Əgər cilbab, bəzilərinın dediyi kimi, vücudu başdan aşağı örtən bir geyim olsaydı, yaxa kəsiklərini də örtər və Nur/31-dəki əmrə ehtiyac qalmazdı. İqlim təsirlərindən qorunmaq məqsədindən başqa, iffət məqsədiylə üst-üstə iki örtünün geyilməsi mənasız olacağına görə, “cilbab” Qurana görə də vücudu başdan aşağı örtən bir örtü olaraq qəbul edilməməkdədir.

Cilbab, Ragıba görə “köynək və örtünün adı”, İkriməyə görə isə, “boyundan aşağı salınan, bayır geyimlərini qapadan örtüdür”.

Bu halda cilbab, o günkü Ərəb qadınlarının azad və cariyələrin ayırd edilməsi üçün geyindikləri –başlardan aşağını deyil, boyunlardan/çiyinlərdən aşağını örtən, bu günkü üst çiyin geyimi kimi bir geyim [üniforma] növüdür.

Ayədən anlaşıldığına görə “cilbab” [İslam uniforması/palto, plaş] geyənlər, yaxa kəsiklərini aça bilərlər və bu açıqlıqlardan da gərdənləri görünə bilir. Yəni “cilbab”ın tulum kimi sinələri örtəcək şəkildə olmalı olduğunu göstərən bir qeyd yoxdur. Əslində elə o günkü ərəb qadınlarının bir qisminin gərdənləri açıq dolaşdığı bilinir. Hətta İslamın hakimiyyətindən əvvəl bütpərəstlərin Kəbəni çılın-çılpaq təvaf etdikləri Quranda və tarixi mənbələrdə yer alır. [17]

Hər ikisi də Mədəni olan Əhzab və Nur surələrinin enmə tarixlərini nəzərə alsaq, Nur/31-in daha əvvəl endiyini və bu ayənin daha sonra enən Əhzab/59 ilə nəsh edildiyini, bundan hərəkətlə də “cilbab”ın, başı da örtən bir geyim olduğunu iddia etmək, ayənin əhkamını gözardı etmək deməkdir.

Nəticə olaraq Əhzab/59-un məqsədi, mömin qadınların cariyə və ya fahişə sanılaraq incidilməsinin qarşısını almaq, heç olmazsa təcavüzləri ən aza endirməkdir.

Mövzumuz olan Nur/30, 31-ci ayələr:

  • 30Mömin kişilərə baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Bu, onlar üçün daha arındırıcıdır. Şübhəsiz ki, Allah onların etdikləri barədə dərin bilik sahibidir.
  • 31Mömin qadınlara da baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə. Zinətlərini də, açıqda olanlardan başqa, bəlli etməsinlər. Örtüklərini də köks yarıqlarının üzərinə salsınlar. Və zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları, qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar və qadınların müdafiəsiz yerlərini [bükümlərini və cinsiyyət orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar istisna olmaqla, başqalarına bəlli etməsinlər. Zinətlərindən gizləmiş olduqlarının bilinməsi üçün ayaqlarını vurmasınlar. Və ey möminlər! Uğura çatmağınız üçün hamılıqla xətanızdan Allaha dönüş edin! (Nur/30, 31)

Göründüyü kimi bu ayələrdə iffətin nə və necə olması qaydaları, əhatəsi və istisnaları ilə açıqlanmışdır. Ancaq bu mövzu əhatəsində dəyərləndirilməli olan bir istisna – Nur surəsində olan bir istisna daha vardır. Bunun başdan açıqlanmasında, Nur/30, 31-in bütünlüyünü pozmaması baxımından yarar vardır:

  • 60Və nikah ümidi qalmayan yaşlanmış qadınlar… Artıq zinətlərini göstərmədən, üst geyimlərini çıxarmalarında özlərinə bir qadağa yoxdur. Və iffətli olmaları özləri üçün daha xeyirlidir. Və Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir. (Nur/60)

Bu ayədə zinətlərini açığa vurmasınlar əmrindən istisna edilənlər bildirilmişdir. Kişilər nikah ümidi qalmayan yaşlanmış qadınlara istək duymaz, bu yaşdakı qadınlar fitnəyə səbəbiyyət verməzlər. Buna görə də başqalarına sərbəst olmayan şeylər bu kimi qadınlara sərbəst qılınmışdır. Həmçinin yaşlı qadınların sağlıq yönündən [sümük əriməsi] günəş şüası almağa daha artıq ehtiyacları vardır və ayə, müstəsna qılaraq [bayır geyimlərini çıxarmalarına icazə vermək] onlara bu imkanı vermişdir. Amma qəribədir ki, özlərinə bu imkan verilmiş olan qadınların çoxu, Uca Allahın verdiyi bu icazədən yararlanmaq əvəzinə gənclərdən daha artıq örtünürlər.

Yuxarıdakı istisnadan kənarda qalan mömin qadınların örtünmələri ilə əlaqədar hökmləri ehtiva edən Nur/31 ayəsinin cümlə-cümlə təhlil edilməsi yararlı olacaq:

Mömin qadınlara da baxışlarından bir qismini qısmalarını və iffətlərini qorumalarını söylə.

30-cu ayədə mömin kişilərə də eyni təlimat verilmişdir. Diqqət edilirsə, qadağan olunan baxışların tamamı deyil, bir qismidir. Ayənin məzmunundan bu baxışların dəvətkar, təhrik edici, şəhvət oyandırıcı baxışlar olduğu anlaşılır. Yəni həm qadın, həm də kisi, fitrətlərində var olan arzuları oyandıraraq, şəhvətə döndərəcək tərzdə bir-birlərinə baxmamalı, iffətlərini qorumalıdırlar. Bu arzuları oyandırmadan bir-birlərini görmələrində isə problem yoxdur. Lakin Al-i İmran/14-də bildirildiyi kimi, kişi ilə qadın arasındakı cazibə, hər ikisinin də fitrətlərində olduğundan, uzun baxışların bu arzuları oyandırması ciddi bir ehtimaldır.

Ayədəki iffətin qorunması “zina və zinaya aparan hərəkətlərdən qaçınmaq”dır.

Zinətlərini də (görünənlər xaric) müəyyən etməsinlər.

Zinət “gözəlləşdirməyə, gözəl və çəkici göstərməyə, xoşlanacaq hala gətirməyə yarayan bəzək” deməkdir ki, söz Quranda həm müsbət, həm də mənfi olaraq bu mənada işlədilmişdir.

Şeytanın inkarcılara pis əməllərini gözəl/xoş göstərdiyini bildirən Ənam/43Ənfal/48 ayələri ilə Qarunun, qövmünün qarşısına zinəti ilə çıxdığını bildirən Qasas/79 ayəsi, sözün mənfi mənada işlədilməsinə bir münunədir. Müsbət mənada işlədilməsinə nümunə olan ayələr isə, Allahın imanı möminlərə sevdirərək qəlblərini bəzədiyini bildirən Hücurat/7 ayəni, göy üzünün qəndillərlə bəzəndiyini bildirən Fussilət/12 ayəni ilə Mülk/5 ayəni və Musa Peyğəmbərin Fironun ovsunçularıyla görüşmə gününün (öz zəfərindən əmin olduğu üçün) “zinət günü” olmasını istədiyini bildirdiyi Ta Ha/59 ayəsidir.

Mal və oğullar dünya həyatının bəzəyidir (Kəhf/46) ayəsi də, həm zinət sözünün əhatəsini qeyd edir, həm də ərəblərin zinət sözünə necə bir məna yüklədiyini ən açıq şəkildə ortaya qoyur.

Ancaq mövzumuz olan ayədə, qadınlardan naməhrəm olanlara göstərməmələri əmr edilən və ayaqlarını yerə vuraraq bəlli etməmələri istənən zinətlər, heç şübhəsiz bilərzik, qolbağ, sırğa, xalxal, hızma (burun pərəsinə taxılan halqa), bazubənd və gərdənlik kimi bəzək əşyaları deyildir. Bu ayədəki zinətin bu növ bəzəklər olduğunu düşünmək, ayənin hədəfi sarıdan son dərəcə uyğunsuz olur. Çünki bir an üçün zinət sözü ilə bəzəklərin qəsd edildiyi düşünüləcək olarsa, Allahın bu ifadəylə qadınların bəzək əşyaları taxmalarında problem görmədiyi sözsüz olaraq qəbul edilmiş olur. Bu təqdirdə isə, həm bəzək əşyaları taxmağın problemsiz görünməsi, həm də bəzəklərın gizlədilməsinin istənməsi kimi uyğunsuz bir hal ortaya çıxar ki, bu tamamilə əsassızlıqdır. Belə ki, bəzək əşyaları göstərmək üçün taxılır. Görünməyən bəzək əşyalarının bir mənası olmaz.

Bu ayədəki zinət sözündən, bəzək əşyaları kimi əşyaların anlaşılması, ayənin bütünlüyü sarıdan da mümkün deyildir. Belə ki, qadınların taxdıqları bəzək əşyaları, cinsi təhrik ünsürü olmaqdan çox, qürur, təkəbür və göstəriş məqsədi ilə taxılan əşyalardır. Əgər bu ayə ilə göstərişin və təkəbbürlənməyin qarşısı alınmaq istənsəydi, zinətlərin hər kəsdən gizlənməsi təlimatı verilərdi. Əslində isə ayədə qadınların zinətlərini digər qadınların yanında aça biləcəkləri ifadə edilir. Bu halda, bu ayədə bəhs edilən zinət, göstərişə yönəlik bəzəklər deyil, kişilərin yanında açığa vurulmamalı olan, buna görə də də cinsi arzu oyandıran “zinət”lərdir. Həmçinin Allah Ey Adəmoğulları! Hər məscidin yanında; cəmiyyət içində bəzəklərinizi geyinin, yeyin-için, lakin israfçılıq etməyin; tam əmin olun ki, Allah israfçıları sevməz. De ki: “Allahın, qulları üçün çıxardığı zinətləri və tərtəmiz ruziləri kim haram etmiş?” De ki: “Bunlar, keçici dünya həyatında inananlar üçündür/qiyamət günündə yalnız onların olmaq üçün”. Bax budur, beləliklə, Biz ayələri bilən bir cəmiyyətə ətraflı olaraq açıqlayırıq (Əraf/31, 32) buyuraraq, qadın-kişi hər kəsin bəzək əşyası olan zinətlərini, məscid kimi ən çox insan olan yerlərdə geyinib sərgiləməsini istəmiş, həm də buna qızıl və ya gümüş kimi bir istisna gətirməmişdir. Demək olur ki, bu ayədəki zinət sözü, bəzək əşyası deyil, “qadının, kişilər tərəfindən cəlbedici olan, cinsi arzuların oyanmasına səbəb olacaq olan vücud orqanları” mənasındadır. Ancaq zinət olan bu orqanlardan sadəcə müəyyən orqanlar anlaşılmamalı, qadının demək olar ki, bütün vücudunun zinət olduğu unudulmamalıdır.

Rəvayətə əsaslanan təfsirlərin bir qismində ayədə keçən zinətin “bəzəklər”i, digər qismində isə “bəzək yerləri”ni ifadə etdiyi qeyd edilir. Bu müfəssirlərə görə zinətin göstərilməsi haram olunca, taxıldığı yerin göstərilməsi hay-hay haram olur. Bunlara görə sürmə, xına, üzük, bilərzik, xal-xal, sırğa və gərdənlikdən ibarət olan bu zinətlərin öz-özünə görünənləri olan sürmə, xına, üzük və bilərzikdən başqa qalanlarının göstərilməsi haramdır.

Nəticə olaraq, Nur/31-dəki zinət sözü, ayənin davamından da asanlıqla anlaşılacağı kimi, “qadınların cəzbedici yerləri, yəni kişilər üçün cinsi təhrik ünsürü olan, qadınların da kişiyə özünü bəyəndirə bilmək üçün istifadə edə biləcəyi orqanlar”dır.

Qadının saçları zinətdirmi? Saçlar təbii hallarıyla zinət deyildir. Amma kişilərin diqqətini çəkmək üçün boyanıb, şəkilləndirilən saçlar zinət xüsusiyyəti qazanır. Belə saçlar, kişilərin qarşı cinsə olan arzularını oyandıracağından, bu ayə əhatəsində tutulmalıdır. Əslində elə qadınların başlarını örtmələrinin, zinətləşdirilmiş saçlarını gizlətmələrinin gərəkli olduğu, “örtülərini/baş örtülərini yaxa kəsiklərinin üzərinə vursunlar” ibarəsindən deyil, ayənin bu qismindan çıxardılır.

Qadının səsi zinətdirmi? Normal olaraq səs zinət deyildir. Amma müxtəlif cəhdlərlə sahibini şux, işvəli göstərən və qarşı cinsə ismarıc verən səslər zinət sinfinə girər.

… (görünənlər xaric) … Bu istisna cümləsiylə əlaqədər bu günə qədər yazılanlar ayənin hərfi mənasını ifadə etməkdən uzaqdır. Çünki tərcümə və təfsir sahibləri bu ayə ilə əlaqədar olan rəvayətlər və hekayətlər arasında itib-batmışlar, təminedici və inandırıcı bir görüş ortaya qoya bilməmişdilər.

Üz və əllərdən başqa qadın vücudunun əzaları olduğuna dair onlarla rəvayət və görüş vardır. Hətta bəziləri, “görünənlər xaric” ifadəsindən hərəkətlə, qadınların geyindiyi geyimin belə zinət olduğunu irəli sürmüşdülər. Amma bu görüşlərin heç biri qaynağını Qurandan almır. Bu görüş sahibləri Quranın danışmadığı bir mövzuda hökmlər verərək Quranı ərəb cahiliyyə adət-ənənəsinə qurban etmişlər. Halbuki ayə açıq və konkretdir.

Yuxarıda qeyd edildiyi kimi, qadının demək olar ki, bütün vücudu zinətdir. Kişi üçün cazibəli, cinsi istək oyandıran bu zinət, qadın üçün də, qarşı cinsi cəzb etməyə yarayan bir silah kimidir. Lakin həyat evdən kənara çıxmağı və işləməyi tələb edir. Yəni insanın cəmiyyət içində yaşaya bilməsi üçün əlləri, ayaqları və üzü fəaliyyət göstərə bilən vəziyyətdə açıq və sərbəst olmalıdır. Qadınlarda isə bu üzvlərin zinət olduğu şübhəsizdir. Çünki onların qaşlarına, gözlərinə, dodaqlarına, qəmzələrinə minlərlə şer və qəzəl yazılmış, nəğmə və mahnı bəstələnmişdir. Budur, görünənlər/açıqda olan zinətlər bunlardır: əllər, ayaqlar və qaşları, gözləri, dodaqları və yanaqları ilə bərabər, üz. Amma bu zinətlər açıqda olmalıdırlar, əks təqdirdə fəaliyyət göstərə bilməzlər. Həmçinin, üz və üzdəki üzvlər, insanın kimliyinin də simvoludur. Cəmiyyətdəki fərdlər üzləri və üzlərindəki üzvləri ilə bir-birlərindən fərqləndirilirlər və bu fərqlər, sosial həyatın ən mühüm tələbidir. Cəmiyyət içində üzün gizlədilməsi, kimliyin gizlədilməsi mənasına gəlir ki, bu halda, üzü örtülü olduğu üçün oğru, cani, zani təsbit edilə bilməz. Beləliklə, bu orqanlar zinət olmalarına baxmayaraq, açıqda olmalıdır. Sinələri, ayaqları, qarnı, baldırı, budları açıqda olmayan qadının cəmiyyət içindəki yaşayışında bir çətinlik meydana gəlməz. Amma üzün, əllər və ayaqların açıqda olmaması işləməsinə mane olar, cəmiyyət içindəki həyatına neqativ təsir edər. Bunlardan başqa orqanlar isə, mömin qadınlar tərəfindən açıqda qoyulmamalı və kişilər üçün təhriklərə, özləri üçün də təcavüzlərə meydan verilməməlidir.

Təməl qaynaqlardan öyrəndiyimizə görə yolda Peyğəmbərimizin həyat yoldaşlarına rast gələnlər, kim olduqlarını bilərək, adlarıyla müraciət edərək, onlarla danışmışdılar. Onların üzləri qapalı olsaydı, tanınmaları mümkün olmazdı.

Bu mövzuda üzərində durulmalı olan digər bir xüsus da kişilərin halıdır. Zənn edildiyi kimi cəmiyyətdə iffətin təmin olunması sadəcə qadınların vəzifəsi deyildir. 30-cu ayədə özlərinə “Baxışlarının bir qismini qıssınlar” əmri verilən kişilər də cəmiyyətdə iffətin təmin olunması xüsusunda məsuliyyət daşıyıb, onlara da, qadınların örtmək məcburiyyətində olmadıqları zinətlərinə arzu oyandırmadan, dəvətkar olmadan, “baxışlarını qısaraq” baxmaq məcburiyyətindədir. Beləliklə, cəmiyyətdə iffət, hər iki cins tərəfindən ortaq şəkildə təmin edilməlidir.

Qeyd. Ayədə qadınlara, görünənlər xaric zinətlərini örtüklə örtmələri deyil, açığa vurmamaları, bəlli etməmələri söylənmişdir. Yəni qəsd edilən cildin görünməməsi, üzərlərinin geyimlə örtülməsi deyil, zinətlərin bəlli edilməməsidir. Belə ki, dar geyimlərlə sinələrin, belin, bud və büküklərin quruluşunun, çılpaqmış kimi hiss edilməsi, görülməsi mümkündür. Budur “açığa vurmaq” təbiri, belə halları əhatə edir. Allahın bu qaydalarla qəsd etdiyi açıq-aydındır: İffət qorunmalı, dişilik zahirə vurulmamalıdır. Günümüzdə örtünməyə bir dönüş varmış kimi görünsə də, bu saxta bir görüntüdür. Çünki təsəttür adı altında geyilən modaya uyğun geyimlər, qadınların zinətlərini daha da bəlli edir, qapalıymış kimi göstərib, daha da açır. Təsəttür, artıq bir qazanc sektoru halına gəlmiş və modaya qurban edilmişdir. Bir başqa ifadə ilə təsəttür, zahirən qadını örtür, əslində isə daha cəzbedici hala gətirir, yəni bir “örtülü çılpaqlar” kütləsi əmələ gətirir.

Örtülərini də yaxa kəsiklərinın üzərinə vursunlar. Ayənin bu qisminın yaxşı anlaşıla bilməsi خمر [xumur] sözünün doğru anlaşılmasına bağlıdır. خمر [xumur] “örtmək” mənasındakı xamr kökündən törədilmiş və “örtü” demək olan xımar sözünün cəmidir. Lüğətlərdə [18] xımarınbaşörtüsü” mənasında olmayıb, ümumiyyətlə “örtü” mənasında olduğu yer alır və baş örtüyü mənasında da “mikna” və “nasif” sözləri göstərilir. Ənənədə qadının baş örtüyünün adı olan xımar sözünün Quranın endiyi dövrdə də bu ənənəvi mənanı daşıyıb, daşımadığı qəti olaraq təsbit edilə bilmir.

جيب [ceyb] “yaxa, köynəyin yaxa kəsiyi”dir. “Örtülərini yaxalarının üstünə qoysunlar” cümləsində xımar sözü, ümumi mənası olan “örtü” olaraq dəyərləndirilirsə, ayədə qadınlara örtülərini yaxa kəsiklərinın üstünə qoymalarının əmr edildiyi söylənə bilər ki, bu halda baş örtüyündən bəhs edilmir. Yəni ayədə, başın deyil, köksün/gərdənliyin örtülməsi əmr edilmiş olur.

Amma xımar sözü xüsusi mənası olan “baş örtüyü” olaraq dəyərləndirilər və Quranda da bu mənada işlədildiyi qəbul edilirsə, ayədə qadınlara baş örtüklərini yaxalarının üstünə qoyub, gərdənlərini örtmələrinin əmr edildiyi söylənə bilir. Bu təqdirdə xımar saçları da örtən “baş örtüyü” demək olur. Quranın endiyi dövrdə azad qadınların baş örtüyü istifadə etdikləri sabit olduğundan, sözün Quranda bu mənada işlədilmış olma ehtimalı da vardır.

Xımar sözü üzərində bu günə qədər bir çox izahlar edilmiş və bu izahlar nəticəsində olur-olmaz bir çox görüş ortaya çıxmışdır. Dəlilə əsaslanan ortaq bir görüşə gəlinməməsi, cəmiyyətdə yerləşmiş yanlışlara qarşı çıxmaq və düzəltmək cəhdi və cəsarəti göstərilməməsi “din bilikliləri” deyilən qismin günahıdır.

Ərəb qadınlarının sinə qismi dərin kəsik geyimlər geyindiyi şübhəsiz sabit olduğundan, biz ayədə, sinələri açıq qadınlara, başlarına örtdükləri örtülərinin uclarını sinələrinin üzərində birləşdirərək, sinələrini də örtmələrinin əmr edildiyi görüşünü tərcih edirik. Diqqət edilirsə, Quranda “başlarını – saçlarını örtsünlər” şəklində bir ifadə mövcud deyil, “örtülərini/baş örtülərini salsınlar” deyilir. Bu halda ayədən, başların örtülü olduğu və bu halın problem təşkil etmədiyi nəticələrini çıxarmaq mümkündür. Lakin aydın olur ki, ərəb qadınları baş örtülərini kürəklərinə sallatmışlar ki, gərdən və sinə qisimləri açıqda qalır. Ona görə də ayədə istənilir ki, bu qisim, baş örtüyünün sinə kəsiyinin üzərinə salınması ilə qapadılsın. O çağda ərəb qadınlarının sinələrinin görünə bildiyi, buna görə də zorakılıq, təcavüz və zinaya dəvətiyyə çıxardıqları anlaşılır. Budur baş örtüyünün sinə üzərinə endirilməsi də buna görə istənilir.

Nəticə olaraq ayənin bu qismində, başların örtülməsi lazım olduğuna dair bir tələb yoxdur. Başların örtülməsi, zinətləşdirilmiş saçların gizlədilməsi (yuxarıda açıqladığımız kimi) ayənin, zinətlərini açığa vurmasınlar… bölməsindən anlaşılır.

Və zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar, andlarının sahib olduqları, qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar və qadınların müdafiəsiz yerlərini [bükümlərini və cinsiyyət orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar istisna olmaqla, başqalarına bəlli etməsinlər.

Burada zikr edilən siniflərin bir qismi Rəsulullahın həyat yoldaşlarına yönəlik ayədə də yer almışdı:

  • 55Peyğəmbər zövcələrinin üzərində ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar və sözləşmələrinin sahib olduğu kimsələr haqqında bir günah yoxdur. Və siz/Peyğəmbərin zövcələri, Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir. (Əhzab/55)

Yalnız ayənin orijinalındakı nisaihihinnə sözü üzərində durmaq lazımdır.

Buradakı nisaihinnə sözü (Əhzab/55-də də keçir) “o qadınların qadınları” demək ikən, biz sadəcə “qadınlar” şəklində çevirdik. Bizim fikrimizcə, bu sözün sonundakı hinnə cəmi müənnəs əvəzliyi, ayənin icaz və ədəbi quruluşundan, harmonik xüsusiyyətə görə yer almışdır. Yəni bu əvəzliyin sözün sonunda yer alması, üslub vəhdəti və qalib ehtimala görədir [ilm-i məani]. Odur ki, bu əvəzliyi təfsir edərkən bu əvəzlik diqqətdən kənarda qalmalı və nisaihinnə ifadəsi “o qadınların qadınları” deyil, “qadınlar” kimi dəyərləndirilməlidir. Bunun bir nümunəsi də Haqqa/17-də keçmişdi. Bu xüsusu nəzərə almayan bir çox müfəssir və fakih, “qadınların qadınları”nın kimlər olacağı haqqında problemə girmişlər, olar-olmaz fitvalar törətmişdilər.

Ayədəki ifadə ilə qadın cinsi/bütün qadınlar qəsd edilmişdir. Dünyadakı bütün qadınlar [müslim və ya qeyr-i müslim] bir-birlərinin məhrəmidirlər, yəni bir-birləriylə evlənə bilməzlər. Beləliklə, qadının qadına haram qılınmasının məntiqi yoxdur. Şəriətdə mənasız müddəalar olmadığı üçün qadınlar zinət aşkar etməmək əmrinin istisnaları arasında idilər. Nadir hallarda rast gəlinən lezbiyanlıq isə pozğunluq olduğu üçün nəzərə alınmırdı.

And içərək, sahib olduqları… Bu ifadə, o günkü qanunlara görə insanların, üzərində haqq sahibi olduqları/onların himayəsinə verilən insanları ifadə edir. Bəziləri burada sadəcə cariyələrin nəzərdə tutulduğunu söyləmişdilərsə də, ayənin ifadəsi ümumidir və qadın-kişi bütün himayə altındakıları əhatə edir. Himayə altındakı insanlar, üzərlərində haqq sahibi olanlarla həmişə bərabər olduqları üçün ailə fərdləri kimi olmuşdular. Onlardan gizlənmək və bir şey gizlətmək çox çətindir. Beləliklə də, bir malikə [himayə edən qadın] himayə etdiklərinin məhrəmi halındadır.

qadına ehtiyac duymaz olmuş kişilərdən özlərinin xidmətində olanlar” – bunlar yaşlanmış, kişiliyi qalmamış kişi xidmətçilərdir.

qadınların övrətlərini [cinsi orqanlarını] hələ anlayacaq yaşa gəlməmiş uşaqlar” – bu ifadədəki “övrət” sözü, bəziləri tərəfindən “zinət” sözü ilə qarışdırılmış və eyni mənada işlədilmişdir. Bunun nəticəsində də, “qadının hər tərəfi avrətdir” görüşü ortaya çıxmışdır. Hətta ölkəmizin bəzi bölgələrində bu yanlış görüşün bir davamı olaraq xanımlara “arvat” deyilir. Quranın ruhuna zidd olan bu yanlış və prinsipial anlayış, təəssüf ki, əsrlərin məhsuludur. Diqqət ediləcək olursa, Quranda “qadınları hələ anlayacaq yaşa gəlməmiş uşaqlar” deyilməyib, qadınların avrətlərini hələ anlayacaq yaşa gəlməmiş uşaqlar deyilmişdir. Bu ifadədən isə, qadınların hər yerlərinin avrət olmayıb, qadınlarda avrət yerlərinin olduğu, yəni qadınların bəzi yerlərinin övrət olduğu anlaşılır.

عور [övr] sözündən törəyən عورة [övrət] -cəmi, عورات [övrat-dır] – sözü, lüğətdə “yarıq, yırtıq, açıq, batıq, müdafiəsiz” deməkdir. İlk vəz şəkli “ağızdakı ön dişlərin batıqlığı” mənasındadır. [19]

Sözün Quranda hansı mənada işlədildiyini görmək üçün, sözün keçdiyi digər ayələrə də baxmaq lazımdır:

  • 13Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yoxdur, dərhal dönün” – deyirdilər. Onlardan bir qismi isə: “Evlərimiz həqiqətən qorunmasızdır” – deyərək, Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə, qaçmaq istəyirdilər. (Əhzab/13)
  • 58Ey iman edənlər! Qanunlar çərçivəsində himayənizdə olanlar və sizdən yetkinlik yaşına çatmamış olanlarınız üç vaxt: səhər salaatından/təhsil-təlimindən öncə, gü­norta vaxtında geyimlərinizi çıxardığınızda, gecə salaatından/təhsil-təlimindən sonra izin istə­sin­lər. Bunlar sizin açıq və qorumasız olan üç vaxtınızdır. Bunlardan başqa vaxtlarda nə sizə, nə də onlara bir günah yoxdur. Bir-birinizin yanına sərbəst girib-çıxa bilərsiniz. Allah ayə­ləri sizə bax budur, belə açıqlayır. Allah çox yaxşı bilən, ən yaxşı qayda qo­yan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nur/58)

Göründüyü kimi avrət sözü, Əhzab/13-də iki dəfə keçir və hər ikisində də “açıq, qorumasız” mənasında işlədilır. Nur/58-də isə cəm halda avrət olaraq keçən söz, bu dəfə insanların qorumasız, müdafiəsiz halını anlatmaq üçün işlədilmış və səhər salaatından əvvəl, kaylulə deyilən günorta vaxtındakı yuxu zamanı və gecə salaatından sonra, üç avrət olaraq xarakterizə edilmişdir. Həqiqətən də insana məxsus olan bu zamanlar, qorunma, özünümüdafiə, özünü qaydaya salma imkanının olmadığı zamanlardır.

Yukarıdaki ayələrdən avrət sözünün, “möhkəm olmayan, sağlam olmayan, özünü qoruya bilməyən” mənalarında işlədildiyi qəti olaraq öyrənildikdən sonra, mövzumuz olan Nur surəsindəki avratunnisa [qadınların övrətləri] tamamlığının daha asan anlaşılması mümkündür. Avratu’n-nisa tamamlığındakı övrət sözü də eyni mənada olub qadınların qorunmasız, qarşı çıxamayan, müdafiəsiz yerləri üçün işlədilmişdir. Qadınların bu passiv orqanları isə, cinsi orqanı ilə anusudur. Çünki bu orqanlar əl, ayaq və göz kimi özünü kənar təsirlərə qarşı qoruya bilməz, xarici təsirlərə əks təsir verə bilməz, müdaxilələrə qarşı passivdir.

Qadının övrəti mövzusunda rəvayətlərdən qaynaqlanan onlarla görüş törədilmiş, məzhəblər də bir-birindən fərqli, müxtəlif övrət yerləri mənimsəmişdilər. Məsələn, Malikilər avrəti, “qəliz [birinci dərəcədən] övrət” və “yüngül [ikinci dərəcədən] övrət” olmaqla iki qismə ayırmışlar, cinsi orqan ilə anusu qəliz övrət, zinət sayılan orqanları isə yüngül övrət olaraq qəbul etmişlər. Malikilərdəki bu anlayışın, yəni zinət sayılan yerlərin ikinci dərəcədən övrət olduğu anlayışının, daha təqvalı bir həyat məqsədinə yönəlik, ehtiyatlı bir görüş olaraq dəyərləndirilməsi mümkündür. Lakin bu mövzudakı şərhçilərin əksəriyyəti, qadındakı övrəti diz ilə göbək arasındakı hissə olaraq qəbul etmişdilər. Bizcə, bu hədd həm ayədəki orqanları, həm bu orqanlara yaxınlaşma hədlərini içinə aldığından qəbul edilmək üçün ən uyğun olanıdır. Amma ayənin açıq ifadəsi də qəti olaraq bilinməli və əksi iddia edilməməlidir. Çünki əgər Allah istəsəydi, bu mövzuda da, Maidə/6-da olduğu kimi, millimetrik hədlər müəyyən edərdi. Quranda belə hədlər müəyyən edilmədiyinə görə, bu o deməkdir ki, ayrıntıların dəyərləndirilməsi Uca Allah tərəfindən qulların öhdəsinə buraxılmışdır. Əslində elə bu mövzudakı görüşlərin çoxluğu və bir-birindən müxtəlifliyi də mövzunun Allah tərəfindən qulların öhdəsinə buraxılmış olduğuna görədir.

Bu açıqlamalardan sonra mövzumuz olan ayədəki “qadınların övrətlərini hələ anlayacaq yaşa gəlməmiş uşaqlar” ifadəsinə dönüləcək olursa, burada bizcə, qadınlarının cinsi orqanlarının fəaliyyətlərini hələ öyrənməmiş, bunu anlaya biləcək yaşa gəlməmiş uşaqlar qəsd edilir. Bu yaşlardakı uşaqların cinsi orqanları da inkişaf etməmiş olduğundan, qarşılıqlı olaraq bir təsirlənmədən bəhs edilməz.

Bəzəklərindən gizləmiş olduqlarının bilinməsi üçün ayaqlarını vurmasınlar. Burada, örtünmələrinə baxmayaraq, müxtəlif hərəkətlərlə zinətlərini bəlli edən qadınların, bu kimi davranışlar etməmələri əmr edilir. Daha açıq bir şəkildə ifadə ediləcək olursa, cilvəli hərəkətlər etmək, omba tərpətmək, sinələri titrətmək üçün sərt addımlar atmaq kimi qarşı cinsi təhrik və təşviq edən tərzdəki dəvətkar davranışlar qadağan olunur.

Və ey möminlər! Uğura çatmağınız üçün hamınız birlikdə Allaha tövbə edin! Ayənin bu qismindən anlaşılmalı olan ismarıc budur: Ayənin üzərində durduğu mövzularda, səfərbərlik kimi hamılıqla hərəkət edilib, kampaniyalar təşkil edilməli, bu xüsusda keçmişdə edilən xətalar Allaha həvalə edilməli, amma bundan sonra əlbirliyi ilə yuxarıda verilən əmrlər tətbiq edilməlidir.

Bu ayələrdəki qaydalar ictimai həyatın rahatlığı üçün əhəmiyyətli olduğundan, qadın-kişi hər kəs çöldə-bayırda bunlara tabe olmalıdır.

Dinimiz, yuxarıda açıqladığımız ölçülərdə, örtünməyi/zinətləri açığa vurmamağı əmr etməklə birlikdə, örtünmək/zinətləri açığa vurmamaq üçün müəyyən bir geyim və model gətirməmişdir. Bu o deməkdir ki, geyim zamana görə dəyişə bilər. Vacib olan, Quranın gətirdiyi ölçülərə uyğun olaraq, vücudun zinət sayılan qisimlərinin açığa vurulmamasıdır. Qurandaki ölçülər daxilində, cəmiyyətlərin xoş görüb, xor görmədiyi geyimlərin geyinilməsində bir problem yoxdur. Örtünmənin/zinəti açığa vurmamağın Allaha qarşı edilməsi isə İslama zidd bir anlayışdır.

Getdikcə ağırlaşan dolanışıq şərtləri, qadının da ailəsinə və ölkəsinə iqtisadi qatqıda olmasını məcburi hala gətirmişdir. Cəmiyyətin bir parçası olan qadın və kişi hər yerdə bərabər olmaq məcburiyyətindədir. İslamın qoyduğu ölçülərə əməl edilməsi şərtilə, bunda heç bir problem yoxdur. Ancaq unudulmamalıdır ki, bir qadın evinin içində ya anadır, ya həyat yoldaşıdır, ya gəlindir, ya qızdır, ya da bacıdır. Amma eyni qadın evindən kənarda sadəcə qadındır, bir dişidir. İslam dini, çox asan tətbiq edilə bilən sadə qaydalarla, qadının həm evində, həm də evindən kənarda xoşbəxt və təmiz bir həyat yaşamasını təmin edir. Çünki İslam, asanlıq dinidir, insanı çətinliyə və təbiətinin əksi olan şeylərə məcbur etməz.

Bir dəfə daha vurğulayaq ki, örtünmə Allaha qarşı deyil, qullara qarşı olub, təhrik və zorakılıq kimi fitnə və fəsadların qarşısını almağa yönəlikdir. Bəzi yerlərdə görünən qadının, evinin içində anası, atası, əmisi, dayısı kimi məhrəmlərinin yanında da başını örtməli olduğu inancı, İslama ziddir. Dini çətinləşdirməkdən başqa bir mənası olmayan bu davranış, dinin yararına deyil zərərinədir. Heç kəsin din adından hökm qoymağa haqqı yoxdur.

32Və sizdən evli olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər bunlar yoxsuldurlarsa, Allah Öz lütfündən onları zənginləş­di­rər. Şübhəsiz ki, Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, ən yaxşı bi­lən­dir.

33Və evlənməyə imkan tapa bilməyənlər… Allah Öz lütfündən özlərini imkanlı edənə qədər iffətlərini qorusunlar. Qanunlar çərçivəsində himayənizə verilmiş olanlardan müstəqillik yazışması/sözləşməsi etmək istəyənlərlə, əgər özlərində bir yaxşılıq görürsünüzsə, dərhal yazışma/sözləşmə edin. Allahın sizə vermiş olduğu Allahın ma­lından siz də onlara verin. Və bəsit dünya həyatının keçici mənfəətlərini əldə edə­cəksiniz deyə, sərbəstləşmək, evlənmək istəyən gənclərinizi həddi aşmağa/baş qal­dır­mağa məcbur etməyin, onları mütləq azadlıqlarına qovuşdurun. Kim onları buna məcbur edərsə, bilinməlidir ki, heç şübhəsiz, Allah, onları məcbur edildiklərindən sonra çox bağışlayan və mərhəmətlidir.

Bəzi ictimai qaydaların əmr edildiyi bu ayələrdə aşağıdakı qaydalar qoyulmuşdur:

  • Həyat yoldaşı olmayanlar, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanlar evləndirilməlidir. Bunların yoxsul olması bəhanə olmamalıdır.
  • Evlənməyə imkanı olmayanlar, Allah onlara bir yol nəsib edib, onları imkanlı edənə qədər səbirli olub iffətlərini qorumalıdırlar.
  • İşin öhdəsindən gələ biləcəklərinə etibar edilərsə, qanunlar daxilində, himayə altında olanlarla mükatebe [sərbəstlik sözləşməsi] edilməlidir. (Mukatebə, termin olaraq “himayə altında olanla hamisi arasında qərarlaşdırılan pulu bəlli bir müddət içində ödədikdən və ya xidmət müddətini tamamladıqdan sonra, himayədən çıxmasını məsləhət görən anlaşma”dır.)
  • Onlara maddi yardım da edilməli, zəkat gəlirlərindən pay verilərək borcları ödənməlidir. Belə ki, zəkat veriləcəklərdən bir sinif də bu boyunduruq altındakılardır (bxz. Tövbə/60).
  • Bunlardan muhsanlaşmaq [evlənmək – himayədən xilas olub, müstəqilləşmək] istəyənlərə mane olunmamalı, onların daşqınlıq/baş qaldırmasına zəmin hazırlanmamalıdır.

Anlaşılan odur ki, cəmiyyətdə asayişin pozulmasına, fitnə və fühuşun yayılmasına səbəb olacaq təsirlərdən biri də evlilik çağında olanların evləndirilməməsidir. Evli olmayan bir yetişkin zina, zorakılıq, təcavüz kimi yollara meyl edə biləcəyi üçün, evli olmayan qadın və kişilərin evləndirilməsi bir vəzifə olaraq ictimaiyyətə yüklənir. Belə ki, evlilik fitnədən uzaqlaşdırır, fühuşdan qoruyur və cəmiyyətin asayişinə səbəb olur.

Ayədəki fetaya [gəncləriniz] ifadəsiylə, “qanunlar çərçivəsində himayə altında olan əmanət insanlar, xidmətçilər” qəsd edilir. Bu, Kəhf/62, Yusuf/30 və Nisa/25-dən də rahatlıqla anlaşıla bilir. İslamın ilk dövrlərində möminlər, qanunlar çərçivəsində himayələrinə verilənlərə, “fetam, fetatım” [dəliqanlım, igidim, xanım qızım] deyirdilər.

34Və and olsun ki, Biz sizə açıq-açıq bildirən ayələr, sizdən öncə keçən insanlardan nümunələr və Allahın qoruması altına girənlər üçün öyüdlər endirdik.

35Allah göyləri və yer üzünü, kainatı aydınladan tək Zatdır, başqasının aydınlatması mümkün deyildir. Onun nurunun – Quranın örnəyi, içində qəndil olan bir qəndil yuvası kimidir – o qəndil, bir şüşə içindədir – o şüşə, sanki, inciyə bənzər bir ulduz kimidir ki, Şərqlə, Qərblə müəyyən edilə bilinməyən, dünyanın hər yerində var olan bərəkətli bir zeytun ağacındandır. O ağacın yağı, haradasa özünə atəş toxunmasa belə, işıq verir. Nur üstünə nurdur. Allah diləyən kimsəni nuruna bələdçilik edər. Allah  insanlar üçün nümunələr verir və Allah hər şeyi ən yaxşı biləndir.

Bu ayələrdə Allahın kainatdəki rolu heyrətamiz ifadələrlə və nümunə göstərilərək açıqlanır.

  • Allah insanlar üçün açıq-aşkar ayələr, keçmisdəkilərdən nümunələr və müttəqilər üçün öyüd-nəsihət endirmişdir.
  • Allah göylərin və yer üzünün nurudur.
  • Onun nurunun misalı, içində çıraq olan bir qəndil yuvası kimidir; o qəndil bir şüşə içindədir; o şüşə sanki inciyə bənzər bir ulduz kimidir ki, nə şərqə, nə də qərbə aid edilə bilinməyən [dünyanın hər yerində var olan] mübarək bir zeytun ağacındandır ki, onun [ağacın] yağı az qala od dəyməsə belə işıq saçır; nur üstünə nurdur.
  • Allah diləyən insanı nuruna yönəldir.
  • Allah insanlar üçün misallar verir və Allah, hər şeyi ən yaxşı biləndir !

Bu ayənin sağlam şəkildə anlaşıla bilməsi üçün əvvəl surənin ilk ayəsi nəzərə alınmalıdır:

  • 1Endirdiyimiz və parça-parça ayırdığımız bir surə! Öyüd alasınız deyə onda açıq-aşkar ayələr də endirdik.
  • 34Və and olsun ki, Biz sizə açıq-açıq bildirən ayələr, sizdən öncə keçən insanlardan nümunələr və Allahın qoruması altına girənlər üçün öyüdlər endirdik.
  • 35Allah göyləri və yer üzünü, kainatı aydınladan tək Zatdır, başqasının aydınlatması mümkün deyildir. Onun nurunun – Quranın örnəyi, içində qəndil olan bir qəndil yuvası kimidir – o qəndil, bir şüşə içindədir – o şüşə, sanki, inciyə bənzər bir ulduz kimidir ki, Şərqlə, Qərblə müəyyən edilə bilinməyən, dünyanın hər yerində var olan bərəkətli bir zeytun ağacındandır. O ağacın yağı, haradasa özünə atəş toxunmasa belə, işıq verir. Nur üstünə nurdur. Allah diləyən kimsəni nuruna bələdçilik edər. Allah insanlar üçün nümunələr verir və Allah hər şeyi ən yaxşı biləndir. (Nur/1, 34, 35)

Burada, kainatın ancaq Allah tərəfindən aydınladıla biləcəyi, Allahın göyləri və yer üzünü, üzərlərindəki varlıqların mövqe və ehtiyaclarına görə mükəmməl bir şəkildə idarə etdiyi açıqlanır.

Nurun, “işıq” olmasından hərəkətlə Allahın işıq olduğu iddia edilə bilməz. Çünki ayənin davamında, “Onun nurunun nümunəsi…” – deyilir. Burada bəhs edilən Allahın zatı deyil, nurudur. Allah… nurudur tərzindəki ifadə mübaliğə üçündür. Belə ki, ərəblər “Zeydun cudun” [Zeyd cömərdlikdir] deyirlər. Bununla onun hər yanından cömərdlik axdığını ifadə etmək istəyirlər.

Dilimizdə də, “məktəbin qəlbi, məktəbin beyni, məktəbin qüruru, məhəllənin gülü, ailənin dirəyi, can damarı, təlimin təməli” kimi deyimlər mübaliğə üçün işlədilir. Cəmiyyətdə bəzi insanlar üçün “o, qızıldır” deyilir. Bununla o adamın həqiqətən qızıl olduğu deyil, onun qızıl kimi saf və dəyərli olduğu ifadə edilir.

Allahın nuru da “Allahın göndərdiyi vəhylər”dir:

  • 174Ey insanlar! Qətiliklə Rəbbinizdən sizə açıq-aşkar bir dəlil gəldi. Və Biz sizə apaçıq/açıqlayan bir işıq endirdik. (Nisa/174)
  • 8Belə isə Allaha, Elçisinə və Bizim endirdiyimiz işığa/Qurana inanın. Və Allah etdiyinız şeylərdən xəbərdardır. (Təğabün/8)
  • 156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”. (Əraf/156, 157)

Həmçinin, vəhy bir çox ayədə məcazən “günəş” olaraq ifadə edilmişdir. Allahın vəhylə cəmiyyətləri aydınlatmasından isə bir çox yerdə (Ənam/1; Bəqərə/257; Ənam/122; Şura/52, 53; Maidə/15, 16; Əhzab/45-48) bəhs edilmişdir:

Burada, “Onun nurunun – Quranın örnəyi, içində qəndil olan bir qəndil yuvası kimidir – o qəndil, bir şüşə içindədir – o şüşə, sanki, inciyə bənzər bir ulduz kimidir ki, Şərqlə, Qərblə müəyyən edilə bilinməyən, dünyanın hər yerində var olan bərəkətli bir zeytun ağacındandır. O ağacın yağı, haradasa özünə atəş toxunmasa belə, işıq verir. Nur üstünə nurdur” deyə xarakterizə edilir, göndərilən kitab və elçinin müddətsizlik və bütün kainata aid olması bəyan edilir. Bu, hər insanın asanlıqla anlaya biləcəyi şəkildə izah edilmişdir: O, şərq-qərb kimi hər hansı bir yörəyə, məkana endiriləməz, kainatin hər yerindədir. Onun yanacaq dəstəyinə, enerji köçürülməsinə ehtiyacı yoxdur. O, inci kimi qat-qat qoruma altına alınmışdır. Mücrüləri şəffafdır, qoruma qatları işığının yayılmasına mane olmaz.

Allahın nur olması, axirət aləmi üçün də işlədilmişdir:

  • 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz. (Zümər/69)

36–38Allahın yüksəldilməsinə, içərisində Öz isminin anılmasına izin verdiyi evlərdə, həmişəlik olaraq, Özünü münəzzəh qılan elə ürəkli/igid/ər insanlar vardır ki, ticarət və alış-veriş onları Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkatı/vergilərini verməkdən ayırmaz. Onlar Allah özlərinə işlədikləri əməllərin ən gözəli ilə qarşılıq versin və özlərinə ərməğanların­dan artırsın deyə, qəlblərin və gözlərin tərs döndüyü bir gündən qorxarlar. Və Allah di­lədiyi insanları hesabsız ruziləndirər.

Bu ayələrdə, Allahın məsləhət gördüyü prinsipləri öyrənən və öyrədənlər öyülmüşdür. Burada bəhs edilən insanlar, Allahın nurundan istifadə edən insanlardır. Bunlar:

  • Belə insanları ticarət və alış-veriş Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkat verməkdən ayırmır.
  • Onlar Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın və özlərinə lütfündən artırsın deyə, qəlblərin və gözlərin tərs çevriləcəyi bir gündən qorxan insanlardır.
  • Budur, bu şüura çatan insanlar məscidlərdə daima Allahı təsbih edərlər, Onun kamal sifətləriylə vəsfli, nöqsan sifətlərdən münəzzəh olduğunu öyrədirlər.

Bu ayədə İslam dininin özü olaraq tövhid və salihatın işlənməsi, xüsusilə də salaatın iqaməsi zikr edilmişdir. Dinin özünə, Beyyinə surəsində də işarə edilmişdi:

  • 5Halbuki onlara, sadəcə, dini yalnız Allah üçün münəzzəh qılanlar halında, sadəcə, Allaha qulluq etmələri, salaatı iqamə etmələri, zəkatı/vergini vermələri əmr edilmişdi. Və bax budur, bu doğru/əskik­siz/aşılan­maz dindir. (Beyyinə/5)

Burada salaatın “cəmiyyətə dəstək olmaq, cəmiyyəti aydınlatmaq, cəmiyyətin problemlərini boynuna almaq, həll etməyə və aradan qaldırmağa çalışmaq” olduğunu, bunun, “zehni” və “maddi” olmaqla iki yönü olduğunu xatırladaq: Zehni yönü ilə salaat, “təlim və təhsillə fərdləri, beləliklə də, cəmiyyəti aydınlatmaq, rüşdə çatdırmaq, ən sağlam yola yönəltmək”dir. Maddi yönü ilə salaat isə, “iş imkanları və təhlükəsizlik sistemləri ilə ehtiyac sahiblərinə yardım etmək, onlara çətin günlərində arxa, dayaq olmaq, beləliklə də, cəmiyyətin çətinliklərini aradan qaldırmaq”dır. Salaatın iqaməsi isə, “zehni və maddi yönlərdən edilən yardım və dəstəklə problemlərin aradan qaldırılması və bunun iqaməsi”dir [davam etdirilməsi/fəaliyyətinin təmin olunmasıdır]. Zehni yönü ilə salaatın iqaməsi, təlim və təhsillə edilməsi üçün məktəblər, xalq evləri, xalq təhsil mərkəzləri açmağı və bunların fəaliyyətinin təmin etməyi, maddi yönü ilə salaatın iqaməsi isə, iş yerləri açmağı, Sosial Sığorta, Social Təminat kimi sistemləri təşkil etməyi, yoxsul və yetimləri dəstəkləyərək (subay və dulları evləndirmək də daxil) problemlərin həllinə çalışmağı, dərdlərinə dava olmaq üçün qurumlar təşkil etməyi və bunları yaşadaraq fəaliyyətinin təmin etməyi əhatə edir.

Burada öyülən igidlər, həqiqi ilahiyyat/tövhid müəllimləridir.

  • 18Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman qəlblər udqunaraq/dəhşətdən ürpərərək qırtlaqlarına dayanmışdır. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər üçün nə yaxın bir dost vardır, nə də itaət ediləcək bir köməkçi, dəstəkçi, minnətçi… (Mömin/18)
  • 42,43Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin etdiklərindən Allahın xəbərsiz/məlumatsız olduğunu qətiyyən sanma! Ancaq O, onları başlarını didərək qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur. (İbrahim/42, 43)
  • 40Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Və əgər yaxşılıqdırsa, onu qat-qat artı­rar. Və Öz qatından böyük bir mükafat verər. (Nisa/40)
  • 160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar. (Ənam/160)
  • 245Kimdir o kəs ki, Allaha gözəl bir borc versin və Allah da ona qatbaqat artıraraq versin? Allah darlıq da verir, genişlik də verir. Və yalnız Ona döndəriləcəksiniz. (Bəqərə/245)
  • 261Mallarını Allah yolunda xərcləyənlərin/başda yaxınları olmaqla başqalarının dola­nışıq­larını təmin edənlərin örnəyi, vəhy edilən, başaq bitirən və hər başağında yüz ədəd toxum olan buğda örnəyi kimidir. Allah dilədiyinə qat-qat artırar. Və Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. (Bəqərə/261)

Burada “yüksəldilməsinə, içində Allahın zikr edilməsinə icazə verilən evlər” – məscidlərdir:

  • 18Və şübhəsiz ki, məscidlər Allah üçündür. Ona görə də Allah ilə birlikdə hər hansı birinə yalvarmayın. (Cinn/18)

39,40Və kafirlər… Onların əməlləri kimsəsiz çöllərdəki sərab/ilğım kimidir ki, susayan onu su zənn edər, ona çatdığında isə orada hər hansı bir şey tapmaz. Yanında Allahı tapmışdır. Sonra da Allah onun hesabını tamamilə ödəmişdir. Allah, hesabı çox tez görür. Yaxud çox dərin, əngin bir dənizdəki yoğun qaranlıqlar kimidir – onu dalga üstünə dalga kimi örtməkdə – üstündə də bulud vardır. Bir-biri üstünə qaranlıqlar… Kimə əlini çıxarıb uzatsa, hardaysa onu belə görə bilməz. Və Allah kimə nur verməmişsə, artıq o insan üçün nurdan hər hansı bir şey yoxdur.

Bu ayələrdə Allahın nurunu dəyərləndirə bilməyənlər qınanır, onların hallarına iki misalla nümunə verilir: Kafirlərin əməlləri, kimsəsiz çöllərdəki sərab kimidir ki, susayan onu su zənn edər, ona çatdığında isə orada hər hansı bir şey tapmaz. (Yanında Allahı tapmışdır. Sonra da O [Allah] isə onun hesabını tamamilə ödəmişdir. Allah, hesabı çox tez görür.) Yaxud çox dərin, əngin bir dənizdəki yoğun qaranlıqlar kimidir – onu dalga üstünə dalga kimi örtməkdə – üstündə də bulud vardır. Bir-biri üstünə qaranlıqlar… Kimə, əlini çıxarıb uzatsa, hardaysa onu belə görə bilməz.

Burada bu qaranlıq üstünə qaranlıq ilə, kafirlərin qəlblərini bürüyən cəhalət, şübhə və çaşqınlıq, bulud ilə isə qəlbinin qabıq bağlaması və möhürlənməsi qəsd edilmişdir.

Və Allah kimə nur verməmişsə, artıq o insan üçün nurdan hər hansı bir şey yoxdur”. Bunlar, Allahın verdiyi nurdan [Qurandan, Elçidən] nəsiblənməmiş insanlardır. Allahın nurundan başqa da nur/işıq yoxdur. Başqalarının işıq deyə insanlığa təlqin etdiyi prinsiplər, sistemlər, ideologiyalar həmişə bataqlığa götürür:

  • 28,29Ey iman edənlər! Allahın qoruması altına girin, Onun Elçisinə inanın ki, Kitab Əhli, Allahın ərməğanlarından heç bir şey əldə edə bilməyəcəklərini və şübhəsiz, ərməğanların Allahın əlində olduğunu, onu dilədiyinə verdiyini bilsinlər deyə, Allah sizə mərhəmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir işıq etsin və sizi bağışlasın. Allah çox bağışlayan, çox mərhəmət edəndir. Və Allah böyük ərməğan sahibidir. (Hədid/28, 29)

Burada inancsızların, Allahın nurundan yararlanmayanların dünya və axirətdəki xəyal qırıqlıqları nümunələrlə anladılır. Kafirlərin əməllərinin işə yaramadığı, yaramayacağı başqa nümunələrlə də anladılmışdı:

  • 103De ki: “Əməllər baxımından ən çox zərərə uğrayanları xəbər verimmi? 104Onlar qondarma olaraq, gözəllik etdiklərini sanarkən, dünyadakı çalışmaları da boşa getmiş olan insanlardır”.
  • 105Bax budur, onlar Rəbbinin ayələrini və Ona çatmağı bilə-bilə rədd etmiş/inanmamış insanlardır və buna görə də, etdikləri əməlləri boşa getdi. Artıq Qiya­mət günü onlar üçün heç bir ölçü tutdurmarıq/heç bir dəyər vermərik. (Kəhf/103-105)
  • 257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/257)
  • 23Və Biz, Bizə qovuşmağı ummayanların etdikləri hər əməlin qarşısını aldıq və onu dağılmış toz zərrələri halına gətirdik. (Furqan/23)

Və İbrahim/1-3; Zümər/22; Al-i İmran/21, 22.

41Göylərdə və yer üzündə olanların qatar-qatar uçanların [quşların, arıların, bu­lud­la­rın, boranların] Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldıqlarını gör­mədinmi/heç düşünmədinmi? Hamısı öz arındırmasını və dəstəyini/təbiətə edə­cə­yi qatqını qəti olaraq bilirlər. Allah da onların etdiklərini ən yaxşı biləndir.

Bu ayədə, göylərdə və yerdə olan bütün varlıqların Allahı təsbih etdikləri [Allahın bütün kamal sifətləri ilə vəsfli olub, bütün nöqsanlıqlarından münəzzəh olduğuna dəlil olduqları] bildirilir. Bu, İsra surəsində də vurğulanmışdı:

  • 44Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifət­lər­dən münəzzəh qılırlar. Onun tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl­ma­yan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən münəzzəh qıl­ma­­larını yaxşı qavramırsınız. Şübhəsiz ki, O, yumşaq davranandır, çox ba­ğış­la­yan­dır. (İsra/44)

Ancaq burada, “Hamısı öz təsbihini və salaatını mütləq bilir” buyurularaq, hər varlığın bir salaatının [dəstəyinin] olduğu və bunu yerinə yetirdiyi də bildirilir. Belə ki, kainatdakı hər şey bir səbəbə əsasən yaradılmışdır, batil/boş yerə yaradılmamışdır:

  • 27Və Biz göy üzünü, yer üzünü və aralarında olanları boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm atəşinə görə bu kafirlərin vay halına! (Sad/27)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)

Ənam/73; Yunus/5; İbrahim/19; Hicr/85; Nəhl/3; Ənkəbud/44; Rum/8; Zümər/5; Əhqaf/3; Duhan/39; Casiyə/22 və Təğabün/3-ə də baxıla bilər.

Burada üzərində duracağımız məqam, ayədəki “düzüm-düzüm uçanlar” ifadəsidir. Ayədəki tayr sözü, sadəcə “quş”u deyil, kiçik bir böcəkdən, arıdan, təyyarəyə və buludlara qədər hər cür uçan cismi ehtiva edir. Burada ağlımıza gələnlərdən bir neçəsi haqqında məlumat vermək yerinə düşər:

Arılar. Bu uçanlar bal törədərək, insanlığa fayda verirlər. Amma bunların bal törətməkdən daha əhəmiyyətli bir vəzifələri də vardır. Dünyadakı bitkilərin döllənməsinin 90%-i arılar tərəfindən həyata keçirilir. Arıların bu dəstəyi olmasa, yer üzündə meyvə, tərəvəz, taxıl və s. heç bir şey yetişməz.

Quşlar. Quşlar qida zəncirinin vacib halqalarını təşkil edirlər. Həmçinin eko-sistemin sağlıq və davamlılığı üçün inanılmaz ölçüdə fayda təmin edirlər.

Qarğalar. Meşədə yaşayan növləri meşə toxumlarını alaraq, daha sonra yemək üçün ağac oyuqlarına qoyar ya da torpağa basırar. Daha sonra haraya qoyduqlarını unudurlar. Bu toxumlar zamanla cücərir, fidan və ağac olur. Cəvizlə bəslənən növlərin də, cəviz ağaclarının da çoxalmasını təmin edərlər. Bunlar, qırılması üçün cevizləri ağacdan, ya da binaların təpələrindən aşağı atar, qırılan cəvizlərin içini yeyərlər. Qırılmayan cəvizlər isə torpaqda zamanla cücərir və ağac olur. Həmçinin digər toxumları ağızlarıyla, ya da ifrazatlarıyla daşıyaraq meşəsalmada və meşələrin yenilənməsində əhəmiyyətli rol oynayarlar.

Digər Quşlar. Göyərçinlər xəbərləşmə, doğan və şahin ovçuluq işlərində insanlara dəstək olurlar. Yırtıcı quşlar gəmiricilər, sürünənlər, qurbağalar və kiçik quşlar kimi canlıları ovlayaraq, təbiətdəki saylarını nəzarət altında tutarlar. Böcək yeyən quş növləri bir çox tarla zərərvericisini yeyərək iqtisadi yarar vermələrindən başqa, ağcaqanadları da yeyərək titrətmə kimi xəstəliklərin yayılması hallarını azaldırlar. Leş yeyən olan quzğunlar potensial olaraq bir çox xəstəlik təhlükəsinin qarşısını alarlar.

Təbiətdəki fosfor dönməsi də balıq yeyən quşlar vasitəsi ilə həyata keçir. Fosforun dənizlərdən qurulara dönməsi heron quşu (vağ, çətir quşu) və balıqla qidalanan dəniz quşlarının ifrazatları yoluyla olur.

Küləkdən əldə edilən enerji və buludların yağış daşımasındakı dəstəkləri də hər kəs tərəfindən bilinən bir reallıqdır.

42Göylərin və yer üzünün hökmranlığı yalnız və yalnız Allaha aiddir. Dönüş də ancaq Allahadır.

43Şübhəsiz ki, Allahın buludları sürüklədiyini, sonra onları bir araya gətirdiyini, sonra da üst-üstə yığdığını görmədinmi/heç düşünmədinmi? Bax budur, görürsən ki, bunların arasından yağışı çıxarır. Və O, göydən içində dolu olan dağ kimi buludları endirir və onu dilədiyinə isabət etdirir, dilədiyindən də onu uzaq tutar. Şimşəyin parıltısı hardaysa, gözləri alır!

44Allah gecəni və gündüzü bir-biri ilə əvəz edir. Şübhəsiz ki, sağlam düşüncə sahibləri üçün qətiliklə bir ibrət vardır.

45Və Allah hər canlını sudan əmələ gətirdi. Bax budur, bunlardan kimi qarnı üzərində sürünməkdə, kimiləri iki ayaq üzərində, kimiləri də dörd ayaq üzərində yeriməkdədir. Allah dilədiyini əmələ gətirir. Heç şübhəsiz, Allah, hər şeyə ən yaxşı güc yetirəndir.

46And olsun ki, Biz açıq şəkildə ortaya qoyan ayələr endirdik. Və Allah, diləyən kimsəni ən doğru yola yönləndirir.

Bu ayələrdə də Allahın nurundan istifadə etməyin yolları göstərilir. Bu yollar, insanın Allahı tanıması və bunu müşahidə etməli olmasıdır. Çünki kainatda insanların gözü önündə cərəyan edən sistemlər, Allahın imzasını daşıyır.

Bu ayə qrupunda Allahın kainatdakı minlərlə ayəsindən sadəcə bir neçəsinə diqqət çəkilmişdir: Göylərin və yer üzünün mülkü [hökmranlığı] yalnız və yalnız Allaha aiddir. Dönüş də ancaq Allahadır.

Müşahidə və araşdırma edən hər kəs bunun belə olduğunu anlayar. Məsələn, hər kəs buludların sürükləndiyini, sonra onların bir araya gətirildiyini, sonra üst-üstə yığıldığını, bunların arasından da yağışın çıxarıldığını, göydən içində dolu olan dağ kimi buludların endirildiyini, kiminə yağdırıldığını, kimindən də uzaq tutulduğunu, şimşəyin parıltısının haradaysa gözləri aldığını, gecə və gündüzün bir-birini əvəz etməsini görə bilər. Bütün bunlarda bəsirət sahibləri üçün qəti bir ibrət vardır.

Yenə təhlil edildiyində anlaşılır ki, hər canlı sudan yaradılmışdır. Buna baxmayaraq, bəzisi qarnı üzərində, bəzisi iki ayaq üzərində, bəzisi də dörd ayaq üzərində yeriyir. Elə isə, Allah dilədiyini yaradır. Şübhəsiz, Allah hər şeyə qadirdir.

Yenə araşdıran hər kəs görəcəkdir ki, Allah açıq-aşkar ayələr endirmiş, diləyən insanı ən doğru yola yönləndirir. Burada həqiqəti tapmağa edilən işarət Quranın bir çox ayəsində yer almışdır. Bunlardan bir neçəsini nəql edirik:

  • 30Və bu kafirlər… Göylər və yer bitişik bir halda idi və Bizim o ikisini ayırdığımızı və canlı olan hər şeyi sudan əmələ gətirdiyimizi görmədilərmi? Buna baxmayaraq, hələ də inanmırlarmı? (Ənbiya/30)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)

47Və onlar: “Allaha və Elçiyə inandıq və itaət etdik” – deyərlər. Sonra da onlardan bir qrup dediklərinin arxasından geri çəkilirlər və bunlar möminlər deyillər.

48Və aralarında hökm etməsi üçün Allaha və Elçisinə çağırıldıqları zaman baxarsan ki, onlardan bir qrup uzaqlaşmışlar. 49Amma əgər haqq öz lehlərinə isə, Ona könüldən bağlı insanlar olaraq gəlirlər.

50Yaxşı onların qəlblərində bir xəstəlikmi var – onların dərrakəsimi pozulmuşdur? Yox­sa şübhəyəmi düşdülər? Yoxsa Allah və Elçisinin özlərinə haqsızlıq edəcə­yin­dən­mi qorxurlar? Tam əksinə onlar, səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir!

51Aralarında hökm verməsi üçün Allaha və Elçisinə dəvət edildiklərində möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik” – deməkləri oldu. Bax budur, bunlar qurtuluşa çatanların məhz özləridir.

52Və kim Allaha və Elçisinə itaət edər, Allaha hörmət, sevgi və biliklə ürpərti duyar və Onun qoruması altına girərsə, bax budur, onlar uğura çatanların məhz özləridir.

53Və o münafiqlər… Sən, həqiqətən, onlara əmr etdiyin təqdirdə, qətiliklə döyüşə çıxacaqlarına dair ən ağır andları ilə Allaha and içdilər. De ki: “And içməyin. İtaət, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən şəkildir! Şübhəsiz, Allah etdikləriniz barədə xəbərdardır”.

54De ki: “Allaha itaət edin, Elçiyə də itaət edin”. Artıq, əgər üz çevirərsinizsə, bunu bilin ki, Onun borcu, sadəcə özünün öhdəsinə götürdüyüdür. Sizin üzərinizə də sizə yüklənəndir. Əgər Elçiyə itaət edərsinizsə, bələdçiləndiyiniz doğru yola girərsiniz. Elçinin öhdəsinə düşən isə, sadəcə, açıq-aşkar ismarıcı çatdırmaqdır.

Bu bölmədə əvvəl münafiqlərin münasibətlərindən və mövqelərindən, sonra isə möminlərdən bəhs edilmişdir. Münafiqlər: “Allaha və Elçiyə inandıq və itaət etdik” – deyirlər. Sonra da onlardan bir qrup, geri durur, bunlar mömin deyillər. Və aralarında hökm etməsi üçün Allaha və Elçisinə çağırıldıqları zaman onlardan bir qrup uzaqlaşıb gedir. Amma əgər haqq öz lehlərinə isə, ona könüldən bağlı insanlar olaraq gəlirlər.

Bunların bu davranışı, qəlblərində bir xəstəlik olduğundanmıdır, şübhəyə düşmələrindənmidir, Allah və Elçisının özlərinə haqqsızlıq edəcəyindən qorxmalarındanmıdır? Əksinə, onlar zalımların məhz özləridir!

Rəsulullah əmr etdiyi təqdirdə döyüşə çıxacaqlarına dair ən ağır andlarla Allaha and içən münafiqlər: “And içməyin. İtaət, adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən şəkildir! Şübhəsiz, Allah etdikləriniz barədə xəbərdardır. Allaha itaət edin, Elçiyə də itaət edin. Artıq, əgər üz çevirərsinizsə, bunu bilin ki, Onun borcu, sadəcə özünün öhdəsinə götürdüyüdür. Sizin üzərinizə də sizə yüklənəndir. Əgər Elçiyə itaət edərsinizsə, bələdçiləndiyiniz doğru yola girərsiniz. Elçinin öhdəsinə düşən isə, sadəcə, açıq-aşkar təbliğdir” – deyə xəbərdarlıq edilirlər.

Möminlər isə, münafiqlərin əksinə, aralarında hökm verməsi üçün Allaha və Elçisinə dəvət edildiklərində ancaq: “Eşitdik və itaət etdik” – deyirlər. Budur bunlar, qurtuluşa çatanların məhz özləridir.

Bölmədə münafiqlər və möminlərin halları açıqlandıqdan sonra qısa, amma dünyəvi bir ismarıc verilir: “Kim Allaha və Elçisinə itaət edər, Allaha haşyət duyar və Ona təqvalı davranarsa, budur onlar, uğura çatanların məhz özləridir”.

Bu ayələrin enmə səbəbinə dair qaynaqlarda aşağıdakı nəqllər mövcuddur:

Muqatil belə deyir: Bu ayə, münafiq Bişr haqqında nazil olmuşdur. O, bir ərazi üzündən bir yəhudi ilə münaqişə etmişdi. Yəhudi onu, aralarında hökm verməsi üçün: “Rəsulullahın yanına gedək” – deyə çəkirdi. O münafiq isə, yəhudini (yəhudi olan) Kəb b. əl-Əşrəfin yanına götürməyə çalışır və: “Muhəmməd bizə zülm edər, haqqsızlıq edər” – deyirdi”. Bunların bəhsi Nisa surəsində (ayə 65) keçmişdi.

Dahhak isə belə demişdir: Bu ayə, Muğirə b. Vail haqqında nazil olmuşdur. Muğirə ilə Hz. Əli arasında ortaq bir ərazi var idi. Sonra bunu bölüşdülər. Hz. Əliyə suyun çox çətin çıxa biləcəyi yer düşdü. Muğirə Hz. Əliyə: “Ərazini mənə sat” – dedi. Hz. Əli də onu ona satdı və əl sıxıb, satışı tamamladılar. Muğirəyə: “Suyun çıxmayacağı quraq bir yer aldın” – deyilincə, o Hz. Əliyə: “Ərazini geri al. Çünki onu, bəyənməyim şərtiylə satın almışdım. Lakin onu bəyənmədim, çünki oraya su çıxmır” – dedi. Hz. Əli (r.a) da: “Xeyr. Sən onu satın aldın, bəyəndin və əl sıxıb, bu işi bitirdin. Həm sonra oranın halını da bilirdin. Buna görə də onu geri almıram” – dedi və onu, məhkəmələşmək üçün, Rəsulullahın yanına getməyə dəvət etdi. Bundan sonra Muğirə: “Muhəmmədmi? Mən onun yanına gəlmərəm və onun hökmünə müraciət etmərəm. Çünki o mənə qarşı əsəbidir və mənə haqsızlıq etməsindən qorxaram” – dedi. Budur bundan sonra bu ayə endi. [20]

Münafiqlərin bu münasibətlərindən daha əvvəl də bəhs edilmişdi:

  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir.
  • 60Özlərinin sənə endirilənə və səndən öncə endirilənə inandıqlarını irəli sürən bu kəsləri görmədinmi/heç düşünmədinmi? Onlar qətiyyən inanmamaqla əmr olunmuş tağutu aralarında hakim etmək istəyirlər? Şeytan da onları uzaq/geri dönülməz bir pozğunluqla azdırmaq istəyir.
  • 61Və onlara: “Allahın endirdiyinə və Elçiyə gəlin!” – deyilincə, o münafiqlərin səndən uzaqlaşdıqca, uzaqlaşdıqlarını görərsən.
  • 62Əlləri ilə etdikləri üzündən özlərinə bir müsibət isabət etdiyi zaman, bax necə oldu!
  • 63Sonra: “Biz, sadəcə, yaxşılıq etmək və uzlaşdırmaq istədik” – deyə Allaha and içə­rək, sənin yanına gəldilər. Bax budur, onlar Allahın, qəlblərindəkini bildiyi insanlardır – ar­tıq sən onlardan uzqlaş və onlara öyüd ver. Və onlara özləri haqqında dərindən təsir edəcək gözəl söz söylə!
  • 64Və Biz hər elçini sadəcə, Allahın izni ilə/biliyi ilə itaət olunsun deyə, göndərdik. Və əgər onlar şərik qoşaraq özlərinə haqsızlıq etdikləri zaman sənin yanına gəlsəydilər, Allahdan bağışlanmalarını istəsəydilər, sən də onlar üçün bağışlanma istəsəydin, qətiliklə, Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti  verən, çox mərhəmət edən olduğunu görərdilər.
  • 65Artıq, xeyr! Rəbbinə and olsun ki, onlar aralarında çıxan mübahisəli işlərdə səni hakim edib, sonra da sənin verdiyin hökmə qarşı içlərində heç bir sıxıntı duymadıqca və tam bir zəmanətlə təhlükəsizlik təmin etmədikcə, iman etmiş olmazlar. (Nisa/59-65)

Və Fəth/11; Tövbə/42, 43, 96; Həşr/11, 12; Şura/52, 53.

54-cü ayədəki “Əgər Ona itaət edərsinizsə, hidayəyə çatarsınız. Elçinin üzərinə düşən də, sadəcə açıq-aşkar təbliğdir” ifadəsində yer alan Peyğəmbərin vəzifəsi bir çox ayədə xatırladılmışdı:

  • 40Və onlara vəd etdiyimizin bir qismini sənə göstərsək, yaxud sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdırsaq, şübhəsiz ki, yenə də sənə düşən, sadəcə, təbliğ etməkdir. Bizə düşən isə haqq-hesab çəkməkdir. (Rad/40)
  • 21,22Haydı, öyüd ver/xatırlat! Şübhəsiz ki, sən, sadəcə bir öyüd verənsən/xatırladansan. Sən, onların üzərində bir məcbur edən deyilsən. (Gaşiyə/21, 22)
  • 48Buna baxmayaraq, əgər onlar üz çevirirlərsə, bilsinlər ki, Biz səni onların üzərinə bir gözətçi olaraq göndərmədik. Sənə düşən, sadəcə, təbliğdir. Və Biz şübhəsiz ki, insana tərəfimizdən bir mərhəmət daddırdığımız zaman, ona sevindi. Əgər əlləri ilə etdikləri üzündən özlərinə bir pislik isabət edərsə də, o zaman görərsən ki, şübhəsiz, o insan çox nankordur. (Şura/48)

55Və Allah sizlərdən iman etmiş və düzəltmək yönündə işlər etmiş olan kimsələrə özlərindən öncəkiləri başqalarının yerinə gətirdiyi kimi, yer üzündə onları da başqa­la­­rının yerinə keçirəcəyini, onlar üçün bəyənib, seçdiyi dini onlar üçün qətiliklə tu­tun­duracağını və qorxularından sonra onları qətiliklə təhlükəsizliyə qovuşduracağını vəd et­di. Onlar Mənə qulluq edərlər, Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra da kim küfr edərsə/inanmazsa, artıq bax budur, onlar yoldan çıxanların məhz özləridir.

56Və mərhəmət olunmağınız üçün salaatı iqamə edin, zəkatı/vergini verin və Elçiyə itaət edin.

57Qətiyyən, bu kafirlərin yer üzündə aciz buraxacaqlarını sanma/qətiyyən sanmasınlar! Onların da çatacağı yer atəşdir. Qətiliklə də o, nə pis bir çatma yeridir!

Bu bölmədə, səmimi möminlər qürurlandırılır, inanmış və salihatı işləmiş insanların aqibətləri bir vəd-i Rəbbani olaraq bəyan edilir və onlara bir sıra vəzifələr verilir, kafirlər isə təhdid edilərək, xəbərdarlıq edilirlər.

  • Allah iman edən, Ona qulluq edən, Ona heç bir şeyi ortaq qoşmayan və salihatı işləyən insanları, özlərindən öncəkiləri xəlifələr qıldığı kimi, yer üzündə xəlifə qılacağını [başqalarının yerinə keçirəcəyini], onlar üçün bəyənib seçdiyi dini qüvvətləndirəcəyini və qorxularından sonra onları təhlükəsizliyə çatdıracağını vəd etmişdir. (Bundan sonra da kim inkar edərsə, artıq budur, onlar yoldan çıxanların məhz özləridir.)
  • Möminlər, özlərinə rəhmət edilməsi üçün salaatı iqamə etməli, zəkatı verməli və o Elçiyə itaət etməlidirlər.
  • Küfr edən insanların yer üzündə Allahı aciz buraxacaqları sanılmamalıdır. Onların gedəcəyi yer atəşdir və o nə pis bir gediş yeridir!

Allahın möminlərə yardım edəcəyi, kafirlərin Allahı aciz buraxa bilməyəcəkləri qətidir:

  • 26Və xatırlayın ki, bir zaman siz sayca az idiniz, yer üzündə zəifləmişdiniz, in­san­ların sizi yaxalamasından qorxurdunuz da. Allah, özünüzə verilən nemət­­rin qarşılığını ödərsiniz deyə, sizə sığınacaq vermişdi, sizi köməyi ilə gücləndirmişdi və sizə tə­miz-xoş ruzilərdən vermişd (Ənfal/26)
  • 20Bax budur, onlar yer üzündə aciz buraxanlar deyildirlər. Onların Allahın yaratdığı sərvətlərdən qo­ru­yan, yol göstərən, kömək edən yaxınları da yoxdur. Onlar üçün əzab qat-qat artırılır. Onlar vəhyi eşit­mə­yə dözə bilmirdilər və həm də görmürdülər. (Hud/20)

58Ey iman edənlər! Qanunlar çərçivəsində himayənizdə olanlar və sizdən yetkinlik yaşına çatmamış olanlarınız üç vaxt: səhər salaatından/təhsil-təlimindən öncə, gü­norta vaxtında geyimlərinizi çıxardığınızda, gecə salaatından/təhsil-təlimindən sonra izin istə­sin­lər. Bunlar sizin açıq və qorumasız olan üç vaxtınızdır. Bunlardan başqa vaxtlarda nə sizə, nə də onlara bir günah yoxdur. Bir-birinizin yanına sərbəst girib-çıxa bilərsiniz. Allah ayə­ləri sizə bax budur, belə açıqlayır. Allah çox yaxşı bilən, ən yaxşı qayda qo­yan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

59Və uşaqlarınız yetkinlik yaşına gəldikləri zaman, artıq özlərindən öncəkilər – böyük bacı-qardaşları izin istədikləri kimi izin istəsinlər. Allah Öz ayələrini sizə bax budur, belə açıqlayır və Allah çox yaxşı bilən, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

60Və nikah ümidi qalmayan yaşlanmış qadınlar… Artıq zinətlərini göstərmədən, üst geyimlərini çıxarmalarında özlərinə bir qadağa yoxdur. Və iffətli olmaları özləri üçün daha xeyirlidir. Və Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.

61Kora günah yoxdur, topala günah yoxdur, xəstəyə günah yoxdur. Sizin üçün də öz evlərinizdən və ya atalarınızın evlərindən və ya analarınızın evlərindən və ya qar­daş­larınızın evlərindən və ya bacılarınızın evlərindən və ya əmilərinizin evlərindən və ya xalalarınızın evlərindən və ya dayılarınızın evlərindən və ya bibilərinizin ev­lə­rin­dən və ya açarlarına malik olduğunuz yerlərdən, yaxud dostunuzun evlərindən ye­mə­yinizdə bir qadağa yoxdur. Toplu halda və ya ayrı-ayrı yeməyinizdə də bir qa­da­ğa yoxdur. Artıq evlərə girdiyiniz zaman, Allah tərəfindən bərəkətli və gözəl bir yaşayış diləyi olaraq, özünüzə təhlükəsizlik yaradın. Bax budur, Allah, ağlınızı işlədəsiniz/dərk edəsiniz deyə sizə ayələrini belə ortaya qoyar.

Bu bölmədə də aydınladıcı və ictimai rahatlığı təmin edən bəzi prinsiplər qoyulur:

  • And içərək sahib olduğu [qanunlar daxilində himayəyə alınmış] insanlar və yetkinlik yaşına gəlməmiş olanlar üç halda: səhər salaatından öncə, günorta vaxtında geyimlərini çıxardaraq istirahət edildiyi əsnada, gecə salaatından sonra sizin otaqlarınıza girmək üçün icazə istəməlidirlər. (Bunlar sizin üçün üç övrətdir [açıq və müdafiəsiz üç zamandır.]) Bu üç vaxtdan başqa otaqlarınıza girib-çıxmalarında problem yoxdur.
  • Uşaqlar yetkinlik yaşına gəldikləri zaman, özlərindən öncəkilərin [böyük bacı-qardaşlarının] icazə istədikləri kimi, icazə istəməlidirlər.
  • Nikah ümidi qalmayan yaşlanmış qadınların zinətlərini bəlli etmədən bayır geyimlərini çıxarmalarında bir problem yoxdur. Lakin iffətli olmaları onlar üçün daha xeyirlıdır.
  • Kora, topala, xəstəyə günah yoxdur.
  • Öz evlərindən, ata evlərindən, ana evlərindən, qardaş evlərindən, bacı, əmi evlərindən, xala evlərindən, dayı evlərindən, bibi evlərindən, açarları əldə olan evlərdən, yaxud dost evlərindən yemək yeyilməsində bir problem yoxdur.
  • Toplu halda və ya ayrı-ayrı yemək yeyilməsində də problem yoxdur.
  • Evlərə girildiyində, Allah tərəfindən mübarək və gözəl bir yaşayış diləyi olaraq, hər kəs özünə bir təhlükəsizlik təşkil etməlidir.

60-cı ayədə, “nikah ümidi qalmayan yaşlanmış qadınlar… Artıq zinətlərini göstərmədən, üst geyimlərini çıxarmalarında özlərinə bir qadağa yoxdur” ifadəsiylə, yaşlanmış qadınların istisna edilməsi, kişilərin onlara arzu duymamasındandır. Belə ki, yaşlı qadınlar fitnə və narahatlığa səbəb verməyəcək bir hala gəlmişlər. Beləliklə, bunlara digər qadınlara sərbəst olmayan şeylər sərbəst qılınmış, beləliklə, maddi və mənəvi külfətdən qurtarılmışlar. Həmçinin yaşlı qadınların səhhətlərinə görə [sümük əriməsi] günəş şüası almağa daha artıq ehtiyacları vardır və ayə, bayır geyimlərini çıxartmaları xüsusunda icazə verərək, onlara bu imkanı da təmin etmişdir.

Ayədəki “artıq zinətlərini bəlli etmədən” ifadəsi də, “özlərinə baxılsın deyə, zinətlərini bəlli etmədən və bəzəksiz” deməkdir.

62Möminlər ancaq Allaha və Elçisinə inanmış, Elçi ilə birlikdə sosial bir işlə məş­gul ikən ondan izin istəmədikcə çəkilib getməyənlərdir. Şübhəsiz ki, səndən izin is­təyən bu insanlar… Bax budur, onlar Allaha və Elçisinə iman edənlərdir. Be­lə isə, bəzi işləri üçün səndən izin istədiklərində, sən də onlardan dilədiyinə izin ver, onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mər­hə­mət edəndir.

63Aranızda Elçini bir-birinizi çağırdığınız kimi çağımayın. Gizlənərək sürüşüb gedənləri Allah qətiliklə bilməkdədir. Buna görə də Onun əmrinə zidd davra­nan­lar, özlərinə bir sosial yanğının isabət etməsindən və ya özlərinə çox acıqlı bir əza­bın isabət etməsindən çəkinsinlər.

64Gözünüzü açın! Şübhəsiz, göylərdə və yer üzündə olan şeylər Allahındır. O, sizin nə üzərində olduğunuzu qətiliklə bilir. Özünə döndəriləcəkləri gündə isə etmiş olduqlarını dərhal özlərinə xəbər verəcəkdir. Və Allah hər şeyi ən yaxşı biləndir.

Bir sıra nəzakət qaydalarının məsləhət görüldüyü bu ayələr, Quran endiyi dövrdəki insanların sosial əlaqələr, nəzakət qaydaları yönündən hansı səviyyədə olduqlarını göstərir:

  • Möminlər Elçi ilə birlikdə ictimai bir işlə məşgul ikən, ondan icazə almadan getməyən insanlardır. (Şübhəsiz ki, səndən izin is­təyən bu insanlar… Bax budur, onlar Allaha və Elçisinə iman edənlərdir. Be­lə isə, bəzi işləri üçün səndən izin istədiklərində, sən də onlardan dilədiyinə izin ver, onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mər­hə­mət edəndir.)
  • Möminlər Elçini çağırmaq istəyəndə, bir-birini çağırdıqları kimi çağırmamalıdırlar. (Gizlənərək sürüşüb gedənləri Allah qətiliklə bilməkdədir. Buna görə də Onun əmrinə zidd davra­nan­lar, özlərinə bir sosial yanğının isabət etməsindən və ya özlərinə çox acıqlı bir əza­bın isabət etməsindən çəkinsinlər.)

Bu xəbərdarlıq Hucurat surəsində geniş şəkildə bəyan edilmişdir:

  • 1Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin/dində öz görüşlərinizi önə çıxarmayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
  • 2Ey iman edənlər! Səslərinizi Peyğəmbərin səsindən artıq yüksəltməyin. Bir-birinizə yüksək səslə bağırdığınız kimi, Peyğəmbərə yüksək səslə bağırmayın, yoxsa siz dərk etmədən hörmətsizlik etmiş olarsınız və əməlləriniz boşa gedər.
  • 3Şübhəsiz ki, Allah Elçisinin yanında səslərini qısan insanlar… Bax budur, Allah bu insanların qəlblərini Özünün qoruması altına girməsi üçün imtahan etmişdir. Onlara bağışlanmaq, qorunmuşluq və böyük bir mükafat vardır.
  • 4Şübhəsiz ki, sənə otaqların arxa tərəfindən səslənən insanlar… Onların çoxu ağıllı dav­ran­mırlar.
  • 5Və əgər onlar sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, əlbəttə, özləri üçün da­ha yaxşı olardı. Və Allah, qullarının günahlarını çox-çox örtən, onları cə­za­landırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
  • 6Ey iman edənlər! Əgər haqq yoldan çıxmışın biri sizə bir xəbər gətirərsə, dərhal araşdırın/təsbit edin. Yoxsa bilmədən bir topluluğa sataşarsınız/zərər gətirər­siniz və etdiyinizə peşman olarsınız.
  • 7,8Və şübhəsiz ki, Allahın Elçisinin aranızda olduğunu bilin. Lakin o, bir çox işlərdə sizə uysaydı, qətiliklə sıxıntıya düşərdiniz. Lakin Allah Özünün bir lütf və neməti olaraq, sizə imanı sevdirdi və onu qəlblərinizə zinət etdi. Küfrü, haqq yoldan çıxmağı və üsyanı da sizə çirkin göstərdi. Bax budur, bunlar rüşdə/kamala/ağıl kamilliyinə sahib insanların məhz özləridir. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır, ən çox sağlamlaşdırandır. (Hucurat/18)

Ayədə bəhs edilən Elçi ilə birlikdə ictimai bir işlə məşgul olmaq “idarəçinin (o gün Peyğəmbərin) bir məsləhəti yayğınlaşdırmaq üçün insanları toplamağa ehtiyac duyduğu, salaatın iqaməsi – təhsil-təlim, sosial yardım fəaliyyətləri, həyati idarəetmə məşvərət yığıncaqları, döyüş hazırlıqları və s. kimi çalışmalar”dır.

Bu ayələrin enmə səbəbinə dair qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Rəvayət edildiyinə görə bu ayə-ti kərimə Qureyşlilər Əbu Süfyanın, Gatafanlılar da Uyeynə b. Hısnın komandasında Mədinə üzərinə hücum etmək üçün gəldikləri vaxt xəndyin qazılması haqqında nazil olmuşdur. Peyğəmbər (s.ə.s) Mədinə ətrafında xəndək qazmağa başlamışdı. Bu da hicrətin 5-ci ili Şəvval ayında baş vermişdi. Münafiqlər işdən qurtulmaq üçün görünmədən, biri digərinin arxasına gizlənərək sürüşüb gedirlər və uyğunsuz bəhanələr irəli sürürdülər. Buna bənzər bir rəvayəti Eşhəb ilə İbn Abdil-Hakem, Malikdən nəql etmişdir. Muhəmməd b. İshak da belə demişdir. [21]

Surənin sonunda da möminlərə: “Gözünüzü açın! Şübhəsiz, göylərdə və yer üzündə olan şeylər Allahındır. O, sizin nə üzərində olduğunuzu qətiliklə bilir. Özünə döndəriləcəkləri gündə isə etmiş olduqlarını dərhal özlərinə xəbər verəcəkdir. Və Allah hər şeyi ən yaxşı biləndir” – buyurularaq bir dəfə daha xəbərdarlıq edilmişdir.

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Lisanu’l-Arab; c. 4 s. 418.

[2] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[3] Razi, Mefatihu’l-Ğayb.

[4] Razi, Mefatihu’l-Ğayb.

[5] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[6] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[7] Razi, Mefatihu’l-Ğayb.

[8] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[9] Prof. Mebrure Tosun-Doç. Dr. Kadriye Yalvaç, Sümer, Babil, Asur Kanunları və Ammi-Aduqa Fermanı, Ankara, 1975, s. 252, madde: 40.

[10] Tekvin, 38:13-17.

[11] Tekvin, 24:65.

[12] İncil, Korintoslulara 1. Məktup, 11:4-6.

[13] Zemahşeri, Keşşaf.

[14] İbn Kəsir.

[15] İbnu’l-Əsir, Usdu’l–Ğabe fi Mərifeti Sahabe, 1/321 (el-Məktebetu’l-İslamiyye).

[16] Ahkamu’l-Kuran, 3/1575.

[17] Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[18] Lisanu’l-Arab, el-Mu‘cemu’l-Vasıt, el-Müncid, Tacu’l-Arus.

[19] Lisanu’l-Arab, “Avr” mad.

[20] Razi, Mefatihu’l-Ğayb; Kurtubi, el-camiu li Ahkamil-Kuran.

[21] Kurtubi, el-camiu li Ahkamil-Kuran.