AL-İ İMRAN SURƏSİ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 477

1Əlif/1, Lam/30, Mim/40.[1]

2Allah Özündən başqa tanrı deyə bir şey olmayandır. Hər zaman diridir, qəyyumdur [hər şeyin fəaliyyətini təmin edəndir, qoruyandır].

3,4Allah sənə, sadəcə içindəki mövzuları doğrulayan olaraq, bu kitabı haqq ilə endirdi. O, daha öncə insanlara doğru yol bələdçisi olaraq Tövratı və İncili də endirmişdi. Furqanı da, O endirdi. Şübhəsiz, kafirlər… Onlar üçün çətin bir əzab vardır. Allah  ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, günahkarları yaxalayıb cəzalandırmaqla, ədaləti təmin edəndir.

5Şübhəsiz ki, Allaha yer üzündə və göydə heç bir şey gizli qalmır.

6O, sizi bətnlərdə dilədiyi kimi şəkilləndirəndir. Özündən başqa tanrı deyə bir şey yoxdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

7–9Allah sənə bu kitabı endirəndir. Bu kitabdan bir qismi içərisində qayda olan ayədirlər ki, bunlar kitabın anasıdır. Digərləri də bir-birinə oxşar mənalıdır. Amma, belə olduqda qəlblərində etibarsızlıq/dayanıqsızlıq olan kəslər insanları dindən çıxarmaq, ortaq qoşmağa sürükləmək və onun mənalarından ən uyğununun təsbitinə cəhd etmək üçün dərhal ondan oxşar mənalı olanlarının ardınca düşərlər. Halbuki, onun mənalarından ən uyğun olanının təsbitini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi döndərmə! Bizə Öz nəzdindən mərhəmət lütf et! Şübhəsiz, Sən bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz, Sən insanları  özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah verdiyi sözdən dönməz” – deyən, elmli olanlar bilirlər. Və sadəcə, dərrakəsi/qavrama qabiliyyətləri olanlar öyüd alırlar.

(89/3, Al–i İmran/1–9)

Nəcm: 478

10,11Şübhəsiz, kafirlər… Onların malları və övladları, eynilə Fironun yaxınlarının və onlardan öncəkilərinki kimi, Allahdan gələn heç bir şeyi sovuşdura bilməz. Və onlar atəşin yanacağıdırlar. Fironun yaxınları və onlardan öncəkilər ayələrimizi yalan saydılarsa da, Allah onları günahlarına görə yaxaladı. Və Allah  cəzası/yaxalaması çox çətin olandır.

12Kafirlərə: “Siz, yaxında məğlubiyyətə uğrayacaq və cəhənnəmə toplanacaqsınız” – de. Və o, nə pis bir yataqdır!

(89/3, Al–i İmran/10–12)

Nəcm: 479

13Qarşılaşan iki dəstədə sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Dəstənin biri Allah yolunda döyüşürdü, digəri isə kafir idi, inan­mayandı. Onlara baxır və özlərindən iki dəfə çox olduğunu düşünürdülər. Və Allah di­lə­di­yi­ni köməyi ilə gücləndirir. Şübhəsiz ki, bunda bəsirət sahibləri – sağlam düşün­cəli kimsələr üçün qətiliklə bir ibrət vardır.

(89/3, Al–i İmran/13)

Nəcm: 480

14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.

15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir.

(89/3, Al–i İmran/14–17)

Nəcm: 481

18Allah, təbiətdəki güclər/xəbərçi ayələr və haqqaniyyəti dik tutan bilik sahibləri, şübhəsiz, Allahdan başqa tanrı deyə bir şeyin olmadığına şahidlik etdilər. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandan, ən yaxşı qayda qoyandan başqa, Tanrı deyə bir şey yoxdur.

19Şübhəsiz ki, Allah nəzdində din, İslamdır. Özünə Kitab verilən kimsələr də ancaq, öz­lə­rinə o bilik gəldikdən sonra, aralarındakı qısqanclığa görə, ayrılığa düşdülər. Kim də Allahın ayələrini ört-basdır edərsə, artıq şübhəsiz, Allah hesabı tezləşdi­rən­dir.

20Buna baxmayaraq, əgər səninlə mübahisə edərlərsə, de ki: “Mən bütün mənliyimi Allah üçün İslamlaşdırdım/mən müsəlman oldum. Mənə uyanlar da müsəlman oldular”. Ki­tab verilənlərə və Ana şəhərlilərə: “Siz də sağlamlaşdırdınızmı/İslamı qəbul etdi­niz­mi?” – de. Əgər sağlamlaşdırar­lar­sa/İslama girərlərsə, artıq bələdçiləndikləri doğ­ru yo­la çatmışlar. Və əgər üz döndərərlərsə, sənin vəzifən ancaq ismarıcı çatdır­maq­dır. Və Allah qullarını ən yaxşı görəndir.

21Şübhəsiz ki, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan haqqaniyyəti əmr edən insanları öldürənlər – sən dərhal bunları acıqlı bir əzabla müjdələ!

22Bax budur, bunlar dünyada və axirətdə əməlləri boşa çıxanlardır. Onlar üçün köməkçilərdən də bir xeyir yoxdur.

23Özlərinə Kitabdan bir nəsib verilmiş olan bu kimsələri görmədinmi/heç düşün­mə­dinmi? Onlar aralarında hökm vermək üçün Allahın kitabına çağırılırlar, sonra onlardan bir qismi  aralanaraq uzaqlaşırlar.

24,25Bu, onların: “Atəş bizə sayı bəlli olan bir neçə gündən başqa, qətiyyən toxunmaya­caq­dır” – dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər də, dinlərində öz­lərini aldatmaqdadır. Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır?

(89/3, Al–i İmran/18–25)

Nəcm: 482

26,27De ki: “Ey hökmranlığın hökmranı Allahım! Sən hökmranlığı dilədiyinə verirsən, dilədiyindən də hökmranlığı çəkib alırsan, dilədiyini güclü edərsən, dilədiyini də alçaq, rüsvay edərsən. Xeyir, Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən! Sən gecəni gündüzün içinə, gündüzü gecənin içinə qatarsan. Sən ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən dilədiyinə də hesabsız ruzi verərsən”.

(89/3, Al–i İmran/26–27)

Nəcm: 483

28Möminlər, özlərindən səviyyəsiz, kafir olanları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul etmə­sin­lər/yön­ləndirici etməsinlər, həyatlarını onların əllərinə təslim etməsinlər. Artıq onu hər kim edərsə, Allahdan heç bir şeyi yoxdur. Ancaq onlardan mühafizə olunaraq qorunmağınız başqadır. Allah sizi Özündən çəkindırir. Və olmaq/var olmaq yalnız və yalnız Allahadır.

29De ki: “Qəlblərinizdəki şeyləri gizləsəniz də, açığa vursanız da Allah onu bilir. Və Allah göylərdə olan şeyləri və yerdə olan şeyləri bilir. Və Allah hər şeyə gücü yetəndir”.

30O gün hər insan xeyirdən işlədiyi şeyləri, pislikdən işlədiyi şeyləri hazırlanmış olaraq görər. Özü ilə etdiyi pisliklər arasında, şübhəsiz ki, çox uzaq bir məsafə olmasını istəyər. Allah, sizi Özündən çəkindirir. Şübhəsiz ki, Allah qullarına çox şəfqətlidir.

31De ki: “Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı sizə bağışlasın. Və Allah, qullarının günahlarını çox örtən, onla­rı cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir”.

32De ki: “Allaha və Elçiyə itaət edin!” Artıq üz çevirərlərsə, bilin ki, şübhəsiz, Allah kafirləri sevməz.

(89/3, Al–i İmran/28–32)

Nəcm: 484[2]

33,34Şübhəsiz, Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini, bir-birinin soyundan olmaqla, aləmlər üzərində seçkin etdi. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

35Həmçinin bir zaman İmranın zövcəsi: “Rəbbim! Qətiliklə mən qarnımdakını tam səmimi olaraq sənin üçün nəzir etdim. Sən  də məndən qəbul et, şübhəsiz ki, Sən ən yaxşı eşi­dən­sən, ən yaxşı bilənsən” – demişdi.

36Onu dünyaya gətirdikdə isə: “Rəbbim, şübhəsiz ki, mən onu qız doğdum. Halbuki, Allah onun doğduğu şeyi daha yaxşı bilir – oğlan qız kimi deyildir. Və şübhəsiz, ona Məryəm adını verdim. Və şübhəsiz, mən onu və soyunu şeytan-i racimdən – qovulmuş/qatil, əsilsiz söz və düşüncə törədən, qaranlığa daş atan şeytandan sənə sığındırıram” – dedi.

37Buna görə də Rəbbi Məryəmi gözəl bir qəbul ilə qəbul etdi. Və onu gözəl bir fidan kimi bitirdi və ona – Məryəmə, İsanı qeyri-qanuni şəkildə doğmayıb, Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyəni zamin etdi. Zəkəriyyə nə zaman onun yanına/özəl otağa girsə, onun yanında bir ruzi görürdü. Zəkəriyyə: “Ey Məryəm! Bu sənə haradandır?” – dedi. Məryəm də: “O, Allah qatındandır” – dedi. Şübhəsiz, Allah dilədiyini hesabsız ruziləndirir.

38Orada Zəkəriyyə, Rəbbinə yalvardı: “Rəbbim! Mənə qatından təmiz bir nəsil ver. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən”– dedi.

39Sonra Zəkəriyyə, özəl kürsüdə durub salaat edərkən xə­bər­çi ayələr ona: “Şübhəsiz, Allah sənə, Allahdan bir kəlməni doğrulayan, ağa/bir başçı, iffətli bir peyğəmbər olaraq, salehlərdən Yəhyanı müjdələyir”– deyə səs­lən­­dilər.

40Zəkəriyyə: “Rəbbim! Mənə ixtiyarlıq gəlib çatmışkən, zövcəm də qısır ikən mənim üçün dəliqanlı/gənc  necə ola bilər?” – dedi. Allah: “Belədir, Allah dilədiyini edər” – dedi.

41Zəkəriyyə: “Rəbbim! Mənim üçün bir əlamət/nümunə göstər”– dedi. Allah: “Sənin əlamətin/nümunən, işarə ilə istisna olmaqla, insanlarla üç gün danışmamağındır. Və Rəbbini çox an, hər zaman nöqsan sifətlərdən münəzzəh qıl” – dedi.

42,43Və həmçinin xəbərçi ayələr: “Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tərtəmiz biri etdi və səni aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə hörmətli ol, Ona boyun əyib təslimiyyət göstər və Allahı birləyənlərlə bərabər, sən də Allahı birlə!” – demişdilər.

44Bax budur, bu dərk edə bilmədiyin, keçmişin əhəmiyyətli xəbərlərindən sənə vəhy etdiklərimizdir. Və Məryəmə hansı kəfil olacağına qələmlərini atarlarkən, sən yanlarında deyildin. Onlar mübahisə edərkən də, sən yanlarında deyildin.

45–46Həmçinin bir zaman xəbərçi ayələr: “Ey Məryəm! Allah səni Özündən bir kəlməylə müjdələyir. Onun adı, Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə hörmətlidir. Və O, yaxınlaşdırılanlardan və salehlərdəndir. Yüksək mövqedə və yetişkin biri olaraq da insanlarla danışacaqdır. 48Və Allah ona kitabı, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları və Tövrat ilə İncili öyrədəcək.

49–51Və onu İsrailoğullarına: “Bu bir həqiqətdir ki, mən sizə, Rəbbinizdən bir əlamət/nümunə gətirdim/nümunə ilə gəldim. Şübhəsiz ki, mən sizin üçün  palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey – “buxurdan” (tüstülük) düzəldərəm. Sonra onun içinə üfləyərəm/aerozol əmələ gətirərəm və Allahın izni ilə xəstəlik törədən şeylər quş olar/uçar gedər. Mən koru və cüzamı sağaldar, sosial ölüləri Allahın izni ilə dirildərəm. Yediklərinizi və evlərinizdə yığıb sonraya saxlayacaqlarınızı sizə xəbər verərəm. Əgər inananlarsınızsa, bunda sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Tövratdan, sadəcə İncildə yer alanları doğru­la­yacağam. Sizə qadağan olunmış olanların bir qismini sərbəst edəcəyəm. Rəbbinizdən bir əla­mət/nümunə də gətirdim sizə. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Şübhəsiz ki, Allah mənim Rəbbimdir və sizin Rəbbinizdir. Onun üçün Ona qulluq edin! Bax budur, bu doğru yoldur” – deyə bir elçi edəcək” – demişdilər.

47Məryəm: “Rəbbim! Mənə bir bəşər toxunmamışkən, mənim necə uşağım olur?” – dedi. Allah: “Belədir! Allah dilədiyi şeyi əmələ gətirir. O, bir işə qərar verdiyi zaman onun üçün:  “Ol!” – deyər, o da dərhal olar” – dedi.[3]

52,53Sonra İsa onlardan küfrü sezincə: Allah yolunda mənim köməkçilərim kimlərdir?” – dedi. Həvarilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman etdik, bizim şübhəsiz ki, müslimlər olduğumuza şahid ol. Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə bərabər yaz” – dedilər.

54Və inanmayanlar pis plan qurdular, Allah da onların pis planlarını boşa çıxardı. Və Allah, pis planları boşa çıxaranların ən xeyirlisidir.

55–57Həmçinin Allah: “Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdıranam/öldürənəm, səni Özümə yüksəldəcəyəm və səni kafirlərdən təmizləyəcəyəm. Həmçinin sənə uyan insanları qiyamətə qədər kafirlərdən üstün tutacağam. Sonra dönüşünüz yalnız və yalnız Mənədır. Sonra da ayrılığa düşdüyünüz şeylərdə aranızda hökm edəcəyəm. Kafirlərə gəldikdə isə… Onlara dünyada və axirətdə şiddətli bir əzabla əzab edəcəyəm. Onlar üçün kömək edən də olmayacaqdır. İman edən və düzəltmək yönündə işlər edən insanlara gəldikdə isə… Allah onların mükafatlarını tamamilə ödəyəcəkdir. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz” – demişdi.

58Bax budur, bu! Biz bunu sənə ayələrdən və qanunlar ehtiva edən xatırlatmalardan/öyüdlərdən/Qurandan oxuyuruq.

59Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti, Adəmin/hər insanın vəziyyəti kimidir. O, onu torpaqdan əmələ gətirdi, sonra ona: “Ol!” – dedi, o da dərhal oldu.

60Bu haqq/həqiqət sənin Rəbbindəndir, belə isə şübhə edənlərdən olma. 61Sənə bilikdən gəl­dik­dən sonra, artıq kim bu mövzuda səninlə mübahisə edərsə, dərhal: “Gəlin, oğul­la­rı­mızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizi lənətləyək/kənarlaşdırıb gözdən salaq və Allahın lənətini/kənarlaşdırıb, gözdən salmasını yalançıların üzərinə istəyək” – de.

62Şübhəsiz, bu qətiliklə doğru əhvalatın məhz özüdür. Allahdan başqa heç bir tanrı da yoxdur. Və şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlam edənin məhz özüdür.

63Artıq üz çevirirlərsə, bilinsin ki, Allah, pozgunçuları ən yaxşı biləndir.

(89/3, Al–i İmran/33–46, 48–51, 47, 52–63)

 

Nəcm: 485

64De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə – “Allahdan başqasına qulluq etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın yaratdıqla­rın­dan birimiz digərimizi  rəbblər qəbul etməyək” qaydasına gəlin. Buna baxmayaraq əgər Kitab Əhli üz çevirirlərsə, artıq:  “Şübhəsiz, bizim müslimlər olduğumuza şahid olun” – deyin.

65Ey Kitab Əhli! Tövrat və İncil ondan sonra endirildiyi halda, nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Hələ dərk etməyəcəksinizmi?

66Bax budur, siz bunlarsınız. Bir az biliyiniz olan şey haqqında mübahisə etdiniz, yaxşı, heç biliyiniz olmayan şey haqqında nə üçün mübahisə edirsiniz? Və Allah bilir, siz bilməzsiniz.

67İbrahim Yəhudi və Nasrani/Xristian deyildi. Amma o, haqqa dönmüş bir müslim idi/İslamlaşdıran adam idi. O, ortaq qoşanlardan da deyildi.

68Şübhəsiz ki, insanlardan İbrahimə ən yaxın olanlar, əlbəttə ona tabe olanlar, bu Peyğəmbər və bu iman edən insanlardır. Allah möminlərin kömək edən, yol göstərən, qoruyan yaxınıdır.

69Kitab Əhlindən bir tayfa sizi azdırmaq istədi. Halbuki, onlar, sadəcə özlərini azdırırlar, fərqində də deyillər.

70Ey Kitab Əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?

71Ey Kitab Əhli! Sizlər bütün bunları bildiyiniz halda, nə üçün haqqı batilə qarışdırır və doğruları gizlədirsiniz?

72–74Kitab Əhlindən bir qrup da, möminlərin dönmələri üçün: “Endirilənə günün başlanğıcında inanın, sonunda da bilərək rədd edin/inanmayın. Və sizə verilənin bənzərinin bir kimsəyə verildiyinə, yaxud Rəbbinizin nəzdində sizin əleyhi­nizə dəlillər gətirəcəkləri barəsində öz dininizə uyanlardan başqasına inanmayın” – dedilər. De ki: “Şübhəsiz ki, bələdçilik Allahın bələdçiliyidir”. De ki: “ Şübhəsiz, lütf Allahın əlindədir, onu dilədiyinə verir. Və Allah, biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. Mərhəmətini dilədiyinə bəxş edir. Və Allah, bö­yük lütf sahibidir”.

75Və Kitab Əhlindən eləsi vardır ki, əgər onlara yüklərlə əmanət təslim etsən, onu sə­nə geri ödəyər. Onlardan elələri də vardır ki, ona bir tək qızıl pul əmanət etsən, ba­şının üstünü kəsdirməsən onu sənə geri verməz. Bu onların: “Ümmilərin/Ana şə­hər­lilərin bizim əleyhimizə yol tapmaları mümkün deyildir” – dediklərinə görədir. Onlar, bilə-bilə Allah haqqında yalan da söylərlər.

76Xeyr, kim Onun əhdinə/Ona verdiyi sözə vəfalı olarsa və Allahın qoruması altına girərsə, bilsin ki, şübhəsiz, Allah Özünün qoruması altına girənləri sevər.

77Şübhəsiz ki, Allahın əhdini/Allaha verdikləri sözləri və andlarını ucuz bir qiymətə satan bu insanlar… Bax budur, onlara axirətdə heç bir pay olmayacaqdır. Və Allah qiyamət günü onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarma­ya­caqdır. Çox acıqlı əzab da onlar üçündür.

78Və Kitab Əhlindən bəzi söz və qaydaları, kitabdan olmamasına baxmayaraq, siz onu kitabdan sanasınız deyə, dillərini kitaba doğru əyib, bükən ağılsız, sərsəri bir qrup vardır. O, Allah qatından olmadığı halda: “Bu, Allah qatındandır” – deyərlər. Özləri bilə-bilə Allah haqqında yalan da söyləyərlər.

(89/3, Al–i İmran/64–78)

Nəcm: 486

79Allahın ölümlü insanlardan, özünə kitab, yaşayış/idarəetmə və peyğəmbərlik verdiyi heç kimsəyə, insanlara: “Allahın yaratdıqlarından olan mənə qul/kölə olun” – demək yaraşmaz. Lakin: “Öyrətdiyiniz və dərs aldığınız/oxuduğunuz kitaba uyğun olaraq, Rəbbə səmimi qullar olun” – demək yaraşar.

80Və Allah sizə, təbii gücləri/güc tətbiq edənləri, diktator idarəçiləri və peyğəmbərləri Rəblər qəbul etməyinizi əmr etməz. Siz, Müsəlman olduqdan sonra sizə küfrü əmr edərmi?!

(89/3, Al–i İmran/79–80)

Nəcm: 487

81Və həmçinin Allah peyğəmbərlərdən: “And olsun ki, sizə kitabdan və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalardan verdim, sonra yanınızda olanı doğrulayan bir elçi gəldiyində, ona qətiliklə inanacaq və ona kömək edəcəksiniz!” – sağlam sözünü almışdı. Allah: “Bunu etiraf edərək qəbul etdinizmi? Və bu barədə ağır əhdimi öhdənizə götürdünüzmü/verdiyiniz sözü qətiliklə yerinə yetirəcəksinizmi?” – dedi. Onlar: “Etitaf etdik” – dedilər. Allah: “Belə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – dedi.

82Artıq bundan sonra, hər kim dönərsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir.

(89/3, Al–i İmran/81–82)

Nəcm: 488

83Yaxşı, onlar Allahın dinindən başqasınımı axta­rır­lar? Göylərdə və yerdə olan hər kəs, istər-istəməz, Onun üçün İslamlaşmışkən və özləri də, sadəcə, Ona döndəriləcəklərkən…

84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inan­dıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslam­la­şanlarıq”.

85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır.

86İmanlarından və şübhəsiz, elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq də­lillər gəldikdən sonra, küfr edən bir cəmiyyətə Allah necə bələdçilik edər? Və Allah şərik qoşaraq, səhv/öz zərər­lə­ri­nə iş edənlər qövmünə bələdçilik etməz.

(89/3, Al–i İmran/83–86)

Nəcm: 489

87,88Bax budur, onların cəzaları Allahın, təbii güclərin/xəbərçi ayələrin, insanların ha­mısının kənarlaşdırıb, gözdən salması, həmişəlik içində qalmaq üçün şübhəsiz ki, on­ların üzərlərindədir. Onlardan bu əzab zəiflədilməz və onlara möhlət veril­məz.

89Ancaq bundan sonra dərk edərək xətalarından dönən və düzəldənlər başqa. Artıq, şübhəsiz, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

90Şübhəsiz, imanlarının ardından küfr edən, sonra da küfrü artırmış olan bu insanlar… Onların xətalardan dö­nmə­ləri qətiyyən qəbul olunmayacaqdır. Və bax budur, onlar azğınların məhz özləridir.

91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur.

(89/3, Al–i İmran/87–91)

Nəcm: 490

92Sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə, qətiyyən “yaxşı insanlıq” mərtəbəsinə çata bilməzsiniz. Və siz hər nəyi bağışlayarsınızsa, qətiliklə Allah onu ən yaxşı biləndir.

(89/3, Al–i İmran/92)

Nəcm: 491

93,94Tövrat endirilmədən öncə İsrailin/Yəqubun özünə haram etdiyindən başqa, qalan yeməklərin hamısı İsrailoğulları üçün halal idi. De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Tövratı gətirərək, onu oxuyun. Artıq kim bundan sonra Allah haqqında yalan uydurarsa, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir”.

95De ki: “Allah doğru söyləmişdir. Belə isə, ortaq qoşmaqdan, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən əl çəkən biri olaraq, İbrahimin dininə tabe olun. Və o, ortaq qoşanlardan deyildi”.

(89/3, Al–i İmran/93–95)

Nəcm: 492

96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev  Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir.                

(89/3, Al–i İmran/96–97)

Nəcm: 493

98De ki: “Ey Kitab Əhli! Allah etdiklərinizə şahid ikən, nə üçün Allahın ayələrini örtüb, durursunuz?”

99De ki: “Ey Kitab Əhli! Siz şahid olduğunuz halda, nə üçün Allahın yolunu əyri göstərməyə cəhd edərək inanan insanları Allahın yolundan döndərirsiniz? Allah etdiklərinizdən xəbərsiz/laqeyd deyildir”.

(89/3, Al–i İmran/98–99)

Nəcm: 494

100Ey iman edənlər! Özlərinə Kitab verilənlərdən hər hansı bir zümrəyə itaət edərsinizsə, imanınızdan sonra sizi, kafirlər olaraq döndərərlər.

101Sizə Allahın ayələri oxunurkən və Onun Elçisi də aranızda ikən, necə olur ki, küfr edirsiniz? Kim də Allaha daha çox bağlanırsa, qətiliklə o, dosdoğru yola bələdçilənmişdir.

102Ey iman edənlər! Allahın qoruması altına girənlər olmağınız üçün necə qoruma altına alınmağınız lazımdırsa, özünüzü beləcə, Allahın qoruması altına alın və ancaq müslimlər olaraq can verin.

103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur.

104Və içinizdən xeyirə çağıran, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağıl ilə pis/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyən bir başçılı cəmiy­yət olsun. Və bax budur, onlar qurtuluşa çatanların məhz özləridir.

105–107Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanan və ayrılığa düşən insanlar kimi də olmayın. Bax budur, bunlar bəzi üzlərin ağardığı, bəzi üzlərin də qa­ral­dı­ğı gündə özləri üçün böyük bir əzab olanlardır. Artıq üzləri qaralan insanlara: “Siz inandıqdan sonra, yenidən kafirmi oldunuz? Belə isə, küfr etdiyinizə görə dadın cəzanı!” Üzləri ağaran insanlar da bilin ki, Allahın mərhə­mə­ti içindədirlər. Onlar orada həmişəlik qalanlardır.

108Bunlar, Allahın ayələridir. Biz sənə doğru olaraq oxuyuruq. Allah aləmlərə heç bir haqsızlığı, səhv etməyi istəməz.

109Və göylərdə və yer üzündə olan şeylər Allahındır. Və  işlər yalnız və yalnız Allaha dön­də­rilir.

110Siz, insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edir, vəhy və ortaq ağıl ilə pisliyi/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyir və Allaha inanırsınız. Kitab Əhli də inansaydı, onlar üçün əlbəttə, daha xeyirli olar­dı. Onların bəziləri möminlər, lap çoxu da yoldan çıxmış insanlardır.

111Onlar sizə əziyyətdən başqa bir zərər verə bilməzlər. Əgər sizinlə döyüşərlərsə, sizdən üz döndərib, qaçarlar. Sonra onlara, kömək olunmaz.

112Onlar harada olurlarsa olsunlar üzərlərinə alçaqlıq damğası vurulmuşdur. Və Allahın sözləşməsinə və insanların sözləşməsinə bağlı qalanlar istisna olmaqla, onlar Allahın qəzəbinə uğradılar və üzərlərinə də acizlik vurulmuşdur. Bu, onların Allahın ayələrini ört-basdır etdikləri və haqsız yerə peyğəmbərləri öldürdüklərinə görədir. Bu, üsyan etmiş və həddi də aşmış olduqlarına görədir.

113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır.

115Və onlar xeyirdən nə işləyərlərsə, qətiyyən saxlanmayacaq/qarşılıqsız buraxılma­ya­caq­lar. Və Allah Özünün qoruması altına girənləri ən yaxşı biləndir.

116Kafirlərin malları və övladları Allahın qatında onlara qətiyyən bir fayda verməyəcəkdir. Və bax budur, onlar atəş əhlidirlər. Onlar orada həmişəlik qalanlardır.

117Onların bu bəsit dünya həyatında xərclədiklərinin vəziyyəti şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə isabət edərək, onları dəyişikliyə/dağıntıya uğradan, içində qovurucu soyuğu olan küləyin vəziyyəti kimidir. Və Allah onlara haqsızlıq etmədi. Lakin, onlar şərik qoşmaqla özlərinə haqsızlıq edirlər.

118Ey iman edənlər! Öz səviyyənizdə olmayanlardan sirdaş/yaxın yoldaş qəbul etməyin. Onlar, sizə pislik etməkdən geri qalmazlar. Onlar sıxıntıya düşməyi­nizi istədilər. Qətiliklə, kinləri ağızlarından bayıra vurmuşdur. Qəlblərində giz­lət­dik­ləri şeylər də daha böyükdür. Əgər siz ağlınızı istifadə edəcəksinizsə, Biz si­zin üçün ayələri/əlamətləri/nümunələri qətiliklə açıqlamışıq.

119Bax budur, siz belə insanlarsınız ki, onları sevərsiniz, halbuki onlar sizi sevməz­lər, siz kitabın hamısına inanırsınız, onlarsa sizinlə görüşdükləri zaman: “İnandıq”– de­yərlər, baş-başa qaldıqları zaman isə sizə olan kinlərinə görə barmaqlarının uclarını dişləyərlər. De ki: “Kininizlə ölün/gəbərin!” Şübhəsiz ki, Allah qəlblərin özü­nü/könülləri ən yaxşı biləndir.

120Sizə bir yaxşılıq toxunsa, narahat olarlar və əgər sizə bir pislik isabət etsə, ona sevinərlər. Və əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, onların hiylə­lə­ri sizə heç bir şəkildə zərər verməz. Şübhəsiz ki, Allah onları öz etdikləri şeylərlə bü­rü­müşdür.

(89/3, Al–i İmran/100–120)

Nəcm: 495[4]

121Və həmçinin sən səhər erkəndən möminləri döyüş mövqelərinə yerləşdirmək üçün əhlindən ayrılmışdın. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. 122O za­man sizdən iki qrup, Allah onların köməkçi, yol göstərici, qoruyucu yaxını ol­ma­sına baxmayaraq, pozulmağa üz tutmuşdu. Artıq inananlar yalnız və yalnız Allaha işin nə­ti­cə­sini həvalə etsinlər!

123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödəyərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” – deyirdin. Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş beş min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin.

128Bu işdən sənə heç bir şey yoxdur. Allah ya onların tövbəsini qəbul edər, yaxud onlara əzab edər. Artıq, şübhəsiz ki, onlar səhv/öz zərərlərinə iş edənlərdir.

129Göylərdə olan şeylər və yer üzündə olan şeylər Allahındır. O, dilədiyini bağışlayar, dilədiyinə əzab edər. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

(89/3, Al–i İmran/121–129)

Nəcm: 496

130Ey iman edənlər! Qat-qat artırılmış olaraq ribanı [əməksiz, xidmətsiz, risksiz qazancı] yeməyin. Qurtuluşa çatmağınız üçün Allahın qoruması altına girin. 131Kafirlər üçün hazırlanmış olan atəşdən də qorunun. 132Mərhəmət olunmağınız üçün Allaha və Elçiyə itaət edin.

133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir? – etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər.

136Bax budur bunların qarşılığı Rəbbindən bağışlanma və içində sonsuzadək qalacaqları, altından çaylar axan cənnətlərdir. Edib, işləyənlərin qarşılığı/mükafatı nə gözəldir!

137Qətiliklə, sizdən öncə, neçə-neçə tətbiqatlar gəlib keçdi. Haydı, yer üzündə gəzərək, yalan sayanların aqibətinin necə olduğunu bir görün.

138Bu əmrlər, insanlar üçün bir açıqlama və Allahın qoruması altına girənlər üçün bir yol göstərmə və bir öyüddür.

139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz.

140,141Əgər sizə bir yara dəymişsə, o cəmiyyətə də bənzər bir yara toxunmuşdur. Və bax budur, o günlər Biz onları Allahın sizdən iman edən insanları bildirməsi/işa­rə­ləyib göstərməsi və sizdən şahidlər qəbul etməsi, Allahın iman edən insanları arın­­dırması, kafirləri isə məhv et­mə­si üçün insanlar arasında döndərib dururuq. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.

142Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız?

143And olsun ki, siz ölümlə qarşılaşmazdan öncə, onu arzulayırdınız. Bax budur, ba­xarkən, onu həqiqətən gördünüz.

144Və Muhəmməd…  O, ancaq bir elçidir. Əlbəttə, ondan öncə elçilər gəlib, keçmişdir. İndi əgər o ölər və ya öldürülərsə, yenidən geriyəmi dönəcəksiniz? Kim də geri dö­nər­sə, bilsin ki, Allaha heç bir şəkildə zərər verə bilməz. Və Allah sahib olduğu ne­mət­lərin qarşılığını ödəyənləri qarşılıqlandıracaqdır.

145Və hər kəs, sadəcə, Allahın biliyi ilə vaxtlandırılmış bir yazı olaraq ölür. Və kim dün­ya qarşılığını diləyərsə, özünə ondan verərik. Kim də axirət qarşılığını istəyərsə, ona da, ondan verərik. Və Biz sahib olduğu nemətlərin qarşılığını ödəyənləri qarşılıqlan­dı­ra­cağıq.

146Necə peyğəmbərlər də vardı ki, özləri ilə bərabər, bir çox Allah igidləri döyüşdülər – Allah yolunda özlərinə isabət edən şeylərdən bədbinləşmədilər, zəif düşmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər.

147Onların sözləri isə, sadəcə: “Rəbbimiz! Bizim günahlarımızı və işlərimizdəki həd­di aşmaqlarımızı bağışla və ayaqlarımızı sabitlə, kafirlər qövmünə qarşı bizə kömək et!” – idi.

148Buna görə də, Allah onlara dünya qarşılığını və axirət qarşılığının gözəlliyini ver­di. Və Allah gözəlləşdirənləri/yaxşılaşdıranları sevər.

149Ey iman edənlər! Əgər siz kafirləri xəbərdar etsəniz, onlar sizi topuqlarınız üstündə yeni­dən geriyə döndərərlər və siz itirənlərdən olarsınız.

150Əslində Allah sizin köməkçi, yol göstərici, qoruyucu yaxınınızdır. Və O, kömək edənlərin ən xeyirlisidir.

151Biz Allahın haqqında heç bir dəlil endirmədiyi şeyləri Ona ortaq qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların çatacaqları yer atəşdir. Şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərin sığınacağı da, nə pisdir!

152Və siz, Allahın biliyi ilə düşmənlərinizi doğrayarkən, Allah sizə olan vədini doğru olaraq, gerçəkləşdirdi. Allah, sizə sevdiyiniz şeyləri göstərdikdən sonra zəif düşdü­nüz, o iş haqqında çəkişdiniz və üsyan etdiniz. Sizdən kiminiz dünyanı, ki­mi­niz də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan geri çevirdi və qə­tiliklə sizi bağışladı. Və Allah möminlərə qarşı çox ərməğan sahibidir.

153Və həmçinin siz yuxarı qaçırdınız, heç kimsəyə baxmırdınız. Elçi isə o biri tə­rə­fi­niz­dən sizi çağırırdı. Buna görə Allah əlinizdən gedənə və özünüzə isabət edə­nə üzülməyəsiniz deyə, sizə kədər üstünə kədərlə qarşılıq verdi. Allah etdiklə­ri­ni­zdən xəbərdardır.

154Sonra Allah o kədərin ardından üzərinizə bir arxayınlıq, sizdən bir qrupu örtüb, bü­rü­yən bir yuxu endirdi. Bir qrup da, nəfslərinin sevdasına düşdü – Allah haqqında hə­qi­qət­dən kənar, cahiliyyət zənni olaraq, zənn artırırdılar. Onlar: “Bu işdən bizə bir şey var­mı?” – deyirdilər. De ki: “iş Allaha aiddir. Onlar, sənə açıqlaya bilmədikləri şey­ləri içlərində saxlayırdılar. Onlar:  “Bizə bu işdən bir şey olsaydı, burada öldürül­məz­­dik” – deyirdilər. De ki: “Əgər siz, evlərinizdə olsaydınız belə, üzərlərinə öl­dü­rül­mə yazılmış olanlar, qətiliklə yan verib yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb ge­də­cəkdi”. Və o, Allahın qəlblərinizdəkini sınaması və qəlblərinizdəkini təmizləməsi üçündür. Və Allah qəlblərinizdəkini çox yaxşı biləndir.

155Şübhəsiz, iki qövmün qarşılaşdığı gün, sizdən üz çevirib gedən insanlar, şey­tan onların qazandıqları şeylərin acısıyla ayaqlarını sürüşdürmək istədi. Yenə də Allah onları qətiliklə əfv etdi. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox yumşaq dav­ra­nandır.

156Ey iman edənlər! Allahın tanrılığını, rəbbliyini tanımayan və yer üzündə dolaşan, yaxud qəzaya çıxan qardaşları üçün: “Yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər” – deyənlər kimi olmayın. Qətiliklə Allah bunu onların qəlb­lərində bir yara edəcəkdir. Və Allah həyat verir və öldürür. Və Allah etdik­lə­ri­nizi ən yaxşı görəndir.

157Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə də, Allahdan bir bağışlanma və mərhəmət, qətiliklə onların topladıqlarından daha xeyirlidir. 158And olsun ki, ölsəniz və ya öldürülsəniz də, qətiliklə, Allahın hüzuruna toplanacaqsınız.

159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər.

160Allah sizə kömək edərsə, sizi məğlub edəcək heç kimsə yoxdur. Əgər sizi kömək­siz qoyarsa, artıq ondan sonra sizə kim kömək edə bilər? Belə isə möminlər işin nəticəsini, sadəcə Allaha həvalə etsinlər.

161Və heç bir peyğəmbər üçün cəmiyyət malına/ictimai əmlaka xəyanət etmək olmaz. Və kim ictimai əmlaka xəyanət edərsə, qiyamət günü xainlik etdiyi ictimai əmlak ilə gələr. Sonra da hər kəsə qazandığının qarşılığı tamamilə ödənilər. Və on­lar haqsızlığa uğramazlar.

162Yaxşı, Allahın rızasına uyan kəslər, Allahın qəzəbinə uğrayan və çatacağı yer cəhənnəm olan kəslər kimidirmi? O, nə pis dönüş yeridir!

163Onlar Allah nəzdində dərəcə-dərəcədirlər. Allah onların etdiklərini ən yaxşı görəndir.

164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər.

165İki qatını isabət etdirdiyiniz bir müsibət, özünüzə isabət edincəmi: “Bu məğlubiyyət haradan!?” – dediniz. De ki: “Başınıza gələn bu məğlubiyyət, öz nəzdinizdəndir”. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı güc yetirəndir.

166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”.

169–171Allah yolunda öldürülənləri də qətiyyən ölü sanma. Tam əksinə, onlar diridirlər, Allahın ərməğanlarından verdiyi şeylərlə sevincli olaraq, Rəbbi qatında ruzilən­mək­­dədirlər. Arxalarından özlərinə hələ çatmayan kəslərə, özləri üçün heç bir qor­xu olmayacağını və üzülməyəcəklərini müjdələmək istəyərlər. Onlar Allahdan bir ne­məti, ərməğanı və Allahın şübhəsiz, möminlərin əcrini yox etməyəcəyini müjdə­lə­mək istəyərlər.

172,173Özlərinə yara toxunduqdan sonra Allah və Elçinin dəvətinə qatılan kəslər, insanlar özlərinə: “Şübhəsiz, insanlar sizə qarşı birlik oldular, onlardan ürpərin” – dediklərində, bunun  onların inancını artırdığı və: “Allah bizə yetər. O, nə gözəl – bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qo­ruyan, dəstəkləyərək həyata keçirəndir!” – deyən insanlar… Onlardan yaxşı­laş­dıran, gözəlləşdirən və Allahın qoruması altına girmiş kimsələrə böyük bir mükafat vardır.

174Sonra da onlar özlərinə heç bir pislik toxunmadan Allahın neməti və ərməğanı ilə geri döndülər və Allahın rızasına uydular. Və Allah çox böyük lütfun sahibidir.

175Şübhəsiz ki, o şeytan/pis niyyətli insan öz yaxınlarını qorxudur. Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun.

176Küfrdə yarışan bu insanlar isə səni kədərləndirməsin. Onlar Allaha heç bir şəkildə, qətiyyən zərər verə bilməzlər. Allah onlara axirətdə hər hansı bir pay verməməyi istəyir. Və onlar üçün çox böyük bir əzab vardır.

(89/3, Al–i İmran/130–176)

Nəcm: 497

 

177Şübhəsiz, iman müqabilində küfrü satın alan kəslər Allaha heç bir şəkildə, qətiyyən zərər verməzlər. Və onlar üçün çox acıqlı bir əzab vardır.

178Allahın tanrılığını, rəbbliyini tanımayan bu insanlar, şübhəsiz, Bizim onlara möhlət verməyimizin, onlar üçün xeyirli olduğunu sanmasınlar. Şübhəsiz, Biz onlara daha çox günaha girsinlər deyə, möhlət veririk. Və onlar üçün alçaldıcı bir əzab vardır.

179Allah murdar olanı təmiz olandan ayırd edənə qədər möminləri sizin tabe olduğunuz yolun üzərində buraxacaq deyildir. Allah sizləri görünməyən, eşidilməyən, seçilməyən, keçmiş, gələcək barəsində biliklənən biri edəcək də deyildir. Lakin Allah  elçilərindən dilədiyini seçər. Belə isə, Allaha və Elçisinə iman edin. Və əgər iman edər və Allahın qoruması altına girərsinizsə, bax budur o zaman sizin üçün çox böyük bir qarşılıq vardır.

180Və Allahın özlərinə lütfündən verdiyi nemətlərə qarşı xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Tam əksinə, o, onlar üçün zərərdir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası, yalnız və yalnız Allaha aiddir. Və Allah etdikləriniz barədə bilik sahibidir.

(89/3, Al–i İmran/177–180)

Nəcm: 498

181,182Allah: “Şübhəsiz ki, Allah yoxsuldur, biz zənginik” – deyən kəslərin sözünü, əlbəttə eşitdi. Onların söylədikləri şeyləri və peyğəmbərləri haqsız yerə öldürmə­lə­rini yazacağıq. Və Biz: “Dadın o yandıranın əzabını! Bu, öz əllərinizin öndən gön­dər­diklərinin qarşılığıdır” – deyəcəyik. Və şübhəsiz, Allah qullara qətiyyən haqsızlıq edən deyildir.

183“Allah yoxsul, biz zənginik” – deyənlər “Atəşin yeyəcəyi bir qurbanı bizə gətirmədikcə, heç bir elçiyə iman etməyəcəyimizə dair Allah bizə qətiliklə əhd etdi”– deyə axmaqlayan kəslərdir. De ki: “Qətiliklə, məndən öncə, sizə bəzi elçilər açıq dəlillərlə və sizin dediyiniz şeylə gəldilər və yaxşı, əgər doğru insanlarsınızsa, onları nə üçün öldürdünüz?”

184Əgər indi səni yalan saydılarsa, bil ki, səndən öncə açıq dəlillər, səhifələr və aydınladıcı kitab ilə gələn elçiləri də yalan saymışdılar.

(89/3, Al–i İmran/181–184)

Nəcm: 499

185Hər canlı/mənliyi olan varlıq, ölümü dadacaqdır. Və şübhəsiz ki, qiyamət günü mükafat­la­rı­nız sizə əskiksiz veriləcəkdir. Kim atəşdən uzaqlaşdırılıb, cənnətə girdirilirsə, bilsin ki, o, həqiqətən qurtuluşa çatmışdır. Və bəsit dünya həyatı aldadıcı bir yararlan­ma­dan başqa bir şey deyildir.

186Heç şübhəsiz ki, siz mallarınız və canlarınız barəsində sınanacaqsınız/imtahan oluna­caq­­sınız. Sizdən öncə özlərinə Kitab verilənlərdən və ortaq qoşan kimsələrdən bir çox əzab – cansıxıcı, əsəbiləşdirici şeylər də eşidəcəksiniz. Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, şübhəsiz, bax budur, bu əzm tələb edən iş­lər­dən­dir.

(89/3, Al–i İmran/185–186)

Nəcm: 500

187Və həmçinin Allah özlərinə Kitab verilənlərdən sağlam sözünü almışdı: “Kitabı, qətiliklə, insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcək­si­niz”. Onlar isə buna arxa çevirdilər və onu az bir bədəl müqabilində satdılar. Bax budur, onların bu alış-verişi necə də pisdir!

(89/3, Al–i İmran/187)

Nəcm: 501

188O etdikləri şeylərlə sevinən və etmədikləri şeylərlə də lovğalanmaq istəyənləri qətiyyən hesaba qatma! Onların əzabdan qurtaracaq bir yerdə olacaqlarını da sanma! Və onlar üçün çox acıqlı bir əzab vardır.

189Göylərin və yer üzünün idarəçiliyi Allahındır. Və Allah hər şeyə ən yaxşı qadirdir.

(89/3, Al–i İmran/188–189)

Nəcm: 502

190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır.

195Buna görə də, Rəbbi onlara qarşılıq verdi: “Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır”.

(89/3, Al–i İmran/190–195)

Nəcm: 503

196,197Kafirlərin diyar-diyar gəzib dolaşmaqları, çox az bir qazanc, qətiyyən səni aldatmasın. Sonra onların çatacaqları yer cəhənnəmdir və o, nə pis bir yataqdır!

198Amma Rəbbinin qoruması altına girənlərə gəlincə… Onlar üçün Allah qatından bir yolçu ikramı olaraq, altlarından çaylar axan, içində təməlli qalacaqları cənnətlər vardır. Və Allah qatındakı “yaxşı insanlar” üçün daha yaxşıdır.

199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir.

200Ey iman edənlər! Xilas olmağınız, uğur qazanmağınız üçün səbr edin və bir-birinizin səbirli olmasını təmin edin, bir-birinizə bağlanın və Allahın qoruması altına girin.

(89/3, Al–i İmran/196–200)

 

[1]B Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Xristianlığın səhv inanclarının deşifrə edildiyi bu bölmə, Nəcrandan Mədinə­yə gəlib Rəsulullah ilə mübahisə edən bir heyət haqqında enmişdir.

[3]Bu bölməni, texniki və məna uyğunluğunu nəzərə alaraq, Rəsmi Tərcümədən fərqli tərtib etdik.

Burada İsa peyğəmbərin İsrailoğullarına göndərilməsi və göndərilmə səbəbləri açıqlanır. Musa və Harun peyğəmbərlər, həm İsrailoğullarına vəhyi, tövhidi öyrətmək, həm də İsrailoğullarını Misirdəki əsarətdən qurtarmaq üçün göndərilmişdilər. Buradakı bölmədə İsa peyğəmbərin vəhyi təbliğ etməsiylə birlikdə, İsrailoğullarını yayğın halda bürümüş olan xəstəliklərdən qurtarmaq, onlara qarşı əvvəlcədən profilaktik tədbirlər görmək və onlara rahat bir dolanışıq təmin etmək üçün,  qoruyucu həkimlik, göz həkimliyi, dəri–zöhrəvi həkimliyi və sağlam qida istifadəsi və tədarükü konserva, turşu, doşab, şoraba düzəltmək, arpa, buğda,  quru paxla saxlanması və bunların nəm və həşəratlardan qorunmasının öyrədilməsi  kimi vəzifələrlə göndərildiyi yığcam olaraq açıqlanır.

Bizim “şübhəsiz mən, sizin üçün, palçıqdan – ətdən; keramikadan quş şəkli kimi bir şey; “buxurdan” (“tüstülük”– durna çırağı) düzəldərəm” – deyə çevirdiyimiz ayədəki “düzəldərəm” felinin tamlayıcısı ayənin orijinalında yer almamış, bu paraqrafın söz axımı içində oxuyanın təqdirinə buraxılmışdır. Ayədə:– “quş fiquru”, “quş maketi” düzəldərəm – deyilməyib, “quş şəkli, quş fiquru, quş maketi kimi bir şey” düzəldərəm – deyilir ki, burada İsanın quş şəklində gildən buxardanlıq düzəldib, içərisinə qoyduğu ədviyyata  üfləyərək, çıxan duman və qoxu ilə göz xəstəliyi və s–yə səbəb olan ağcaqanad, qara milçək kimi böcəkləri ətrafdan uzaqlaşdırdığı açıqlanır. Bu gün mövcud olan keramik buxurdanların çoxunun quş şəklində olduğu aşkardır (durna çırağı – S.D.).

Yenə ayədə “fəyəkünü (olar)” felinin özü də yer almamış, bu da söz axışından anlaşılmağa buraxılmışdır.

Ayələrin hərfi mənalarından anlaşılan bu reallıqlar yaxın zamanda deşifrə edilən Essenilərə aid Kumran yazıları ilə də təyin edilir. Anlaşılan odur ki, İsa doğulduğu cəmiyyətdən ayrılmış, Essenilər arasında tibb və qida istehsalı və qorunmasına yönəlik təhsil almış və yetkinlik çağında İsrailoğullarına peyğəmbər olaraq göndərilmişdir. (Kumran yazıları: Cilt Xəstəliyinin Təşhisi:[4Q266, böl. 6 i (4Q272 1, 273 4 ii, 269 7), 4Q266, böl. 6], Hasat Toplama və Harç İle İlgili Kurallar :[4Q271, böl. 2 (4Q269, böl. 8 i–ii; 270, 3 iii)], Savaşın Kitabı: [4Q285, 8. böl.], Savaşın Kitabı: (11Q14), Tapınak Parşömeni: [(11QT=11Q19–21, 4Q365a, 4Q524), XLVI, XLVIII, XLIX], Tohorot (Saflıqlar): (4Q274 3 i–ii), Hasat Toplama: [(4Q284a) Bölmə 1]“Ölü Dəniz Parşömenləri Kumran Yazıtları” Geza Vermes Çev. Nurfer Çelebioğlu)

[4]Burada (121–122, 140–144, 155–157, 165–168–ci ayələr) Uhud döyüşünün səbəbləri və nəticələri ilə əlaqədar qısa məlumatlar verilir. Mövzuya dair ensiklopedik bilik əldə etmək yararlı olar.