Adını ilk ayəsindəki البينة [əl-bəyyinə] sözündən alan surənin, Mədinədə 100-cü sırada endiyi qəbul edilir. Bu surəyə “Ləm Yekun surəsi”, “əl-Beriyyə surəsi”, “Münfekkin surəsi” və “Qayyimə surəsi” də deyilir.
Həm Mədinəlilərin, həm də Məkkəlilərin müxatib alındığı surənin ayələri üslub olaraq həm Məkki, həm də Mədəni üslubu daşıyır.
Surədə müşriklərin və Əhl-i Kitabın gözdən çıxarılmadıqları, Allahın rəhmətinə uyğun olaraq, özlərinə açıq sübutlar göndərildiyi, onların da buna qarşı dirənişi və dirəniş səbəbləri açıqlanır. Əsl mövzu, Rad surəsində zikr edilən müşriklərin Rəsulullaha: “Sən, elçi deyilsən”– demələrinin rədd edilməsidir. Burada onlara elçi göndərildiyi, onların tərk edilmədikləri bildirilir; tərk edilirlərsə, bundan sonra tərk ediləcəkləri, gözdən çıxarılacaqları [cəzalandırılacaqları] elan edilir.
Həmçinin, bu surədə küfrün cəzası ilə imanın mükafatı bildirilir.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
TƏRCÜMƏ:
MƏDİNƏ DÖVRÜ
Nəcm: 604
1–3Kitab Əhlindən və ortaq qoşanlardan küfr etmiş kimsələr, özlərinə açıq dəlil/içində tərtəmiz/sapsağlam yazılar olan, tərtəmiz səhifələri oxuyan, Allah tərəfindən göndərilmiş bir elçi gəlincəyə qədər boş buraxılmadılar, gözdən çıxarılmadılar.
4Və o Kitab verilənlər ancaq özlərinə açıq dəlil gəldikdən sonra ayrılığa düşdülər.
5Halbuki onlara, sadəcə, dini yalnız Allah üçün münəzzəh qılanlar halında, sadəcə, Allaha qulluq etmələri, salaatı iqamə etmələri, zəkatı/vergini vermələri əmr edilmişdi. Və bax budur, bu doğru/əskiksiz/aşılanmaz dindir.
6Şübhəsiz ki, Kitab Əhlindən və müşriklərdən küfr etmiş olanlar, içində həmişəlik qalanlar olaraq, cəhənnəmin atəşi içindədirlər. Bax budur, onlar yaradılanların ən şərlilərinin məhz özləridir.
7Şübhəsiz ki, inanan və saleh əməl edən kimsələr yaradılanların ən xeyirlilərinin məhz özləridir. 8Onların Rəbbi qatındakı mükafatları içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu mükafat Rəbbinə biliklə, sevgiylə, hörmətlə ürpərti duyan kimsələr üçündür.
(100/98, Beyyinə/1–8)
TƏHLİL:
1–3Kitab Əhlindən və ortaq qoşanlardan küfr etmiş kimsələr, özlərinə açıq dəlil/içində tərtəmiz/sapsağlam yazılar olan, tərtəmiz səhifələri oxuyan, Allah tərəfindən göndərilmiş bir elçi gəlincəyə qədər boş buraxılmadılar, gözdən çıxarılmadılar.
4Və o Kitab verilənlər ancaq özlərinə açıq dəlil gəldikdən sonra ayrılığa düşdülər.
5Halbuki onlara, sadəcə, dini yalnız Allah üçün münəzzəh qılanlar halında, sadəcə, Allaha qulluq etmələri, salaatı iqamə etmələri, zəkatı/vergini vermələri əmr edilmişdi. Və bax budur, bu doğru/əskiksiz/aşılanmaz dindir.
Bu ayələrdə, müşriklərin və Əhl-i Kitabın Allahla olan əlaqələrinə diqqət çəkilir: Kitab Əhlindən və müşriklərdən olan bu küfr edənlər özlərinə açıq dəlil – içində tərtəmiz/sapsağlam yazılar olan, tərtəmiz səhifələri oxuyan, Allah tərəfindən göndərilmiş bir elçi gələnə qədər nəzarətsiz tərk edilməmişdilər, gözdən qaçırılmamışdılar.
Bu ifadə də, Rəhman və İnsan surələri kimi, Rad surəsində Allah Elçisinə, “Sən elçi deyilsən, Allah elçi göndərməz deyənlərə, Muhəmmədin elçiliyinə Allahın şahidliyinin bəyanıdır. Allah, özlərinə açıq sübutlar [elçi, kitab] göndərmədən kafirləri özbaşlarına buraxmaz, “Nə halları varsa görsünlər” – deməz. Ancaq elçi göndərdikdən, kitab endirdikdən sonra inanıb-inanmamaqda sərbəst buraxır. Beləliklə, həm dünyada xəbərdarlıq edilmədən cəzalandırılaraq haqsızlıq edilməmiş, həm də axirətdə bəhanələri qalmamış olur.
Bu ayələrdə verilən ismarıc, Zühruf surəsində də yer almışdı:
- 5Yaxşı, Biz siz həddi aşan bir cəmiyyət oldunuz deyə, o Öyüdü/Quranı sizə göndərməkdən əlmi çəkək? (Zühruf/5)
Bu ayələrdə Rəbbimizin rəhmətinin sərhədsizliyi gözlər önünə sərilir. Belə ki, şirk qoşan qullar nankorluq və sayğısızlıq edirlər, ağıllarını başlarına almırlar, həddi aşan davranışlar edirlər deyə, Allah onlara öyüd verməkdən yan keçmir, daima onlara xəbərdarlıq ismarıcları göndərməkdədir. 5-ci ayə sanki müşriklərin Rəsulullaha: “Bütün bunlardan sonra özünü niyə yorursan, nə üçün bizdən ümidini kəsmirsən, nə üçün bizi öz halımıza buraxmırsan?” – şəklindəki qınamalarına verilmiş bir cavab mahiyyətindədir.
Belə bir israr insanlar arasındakı əlaqədə olsa: “Buraxın nə halları varsa görsünlər!” – deyilir, uğraşmaqdan əl çəkilir. Belə ki, Rəbbimiz belə etmir, həddi aşan qullarını xəbərdarlıq etməyi yorulmadan davam etdirir.
Bu ifadəni belə bir mənaya çəkmək də mümkündür: “Siz, özbaşına; istədiyinizlə baş-başa buraxılacağınızımı sanırsınız? Xeyr, xeyr! Sizi özbaşına buraxmırıq. İnanmağınız və etməli olduqlarınızı israrla önünüzə qoyacağıq. Sonra da bunların hesabını sizdən soruşacağıq”.
Buradan anlaşılır ki, tövhid təbliğçiləri yorulmadan, çəkinmədən, vəzifə öhdəliklərini fasiləsiz olaraq davam etməli, nəticəni də Allaha həvalə etməlidirlər. [1]
Rəbbimiz, rəhmətinə uyğun olaraq, qullarına qarşı laqeydlik etmədiyini bir çox ayədə (Nəhl/9; Nisa/163-165; Maidə/19; Fatir/42, 43; Ənam/155-157; Ənfal/42; İsra/15; Yunus/47) bildirmişdir.
4-cü ayədəki açıq sübut “Quran və Muhəmmədin elçiliyi”dir:
- 14Və onlar ancaq özlərinə bilik gəldikdən sonra aralarındakı azğınlığa görə ayrılığa düşdülər. Əgər Rəbbin tərəfindən “adı qoyulmuş bir müddətin sonuna qədər” sözü keçməmiş olsaydı, aralarında qətiliklə gerçəkləşdirilərdi. Və şübhəsiz ki, özlərindən sonra Kitaba varis qılınan insanlar Qurandan qətiliklə qərarsızlığa aparan bir şübhə içindədirlər. (Şura/14)
- 19Şübhəsiz ki, Allah nəzdində din, İslamdır. Özünə Kitab verilən kimsələr də ancaq, özlərinə o bilik gəldikdən sonra, aralarındakı qısqanclığa görə, ayrılığa düşdülər. Kim də Allahın ayələrini ört-basdır edərsə, artıq şübhəsiz, Allah hesabı tezləşdirəndir. (Al-i İmran/19)
- 213İnsanlar tək bir başçılı cəmiyyət idi. Allah müjdəçilər və xəbərdar edənlər olmaq üçün peyğəmbərlər göndərdi və anlaşa bilmədikləri mövzularda insanlar arasında hökm etsinlər deyə, onlarla bərabər, haqq ilə kitab endirdi. Və sırf o Kitab verilənlər, özlərinə bu qədər dəlillər gəldikdən sonra aralarındakı azğınlıq üzündən anlaşılmazlığa düşdülər. Buna görə də, Allah Öz elmi daxilində iman edənlərə onların haqqında anlaşılmazlığa düşdükləri haqqa bələdçi oldu. Və Allah dilədiyini/diləyəni ən doğru yola bələdçiləyər. (Bəqərə/213)
- 31Yenə onlar: “Bu Quran, bu iki şəhərdən bir böyük adama endirilməli deyildimi?” – dedilər. (Zühruf/31)
5-ci ayədə Halbuki onlara, sadəcə, dini yalnız Allah üçün münəzzəh qılanlar halında, sadəcə, Allaha qulluq etmələri, salaatı iqamə etmələri, zəkatı/vergini vermələri əmr edilmişdi. Və bax budur, bu doğru/əskiksiz/aşınmayan dindir buyurularaq, dinin özü və məqsədi açıq-aşkar bəyan edilmişdir ki, bu da tövhid və cəmiyyətdəki zülm və fəsadın ortadan qaldırılmasıdır. Zülm və fəsadı ortadan qaldırmaq salaatın iqaməsi ilə; salaatın iqaməsi isə zəkatın verilməsi ilə olur. Bu mövzular haqqındakı ayələrdən bəzilərini xatırlatmaq istəyirik: Zümər/1-3, 11-18; Ənbiya/25; Nəhl/36; Mömin/14, 65; Əraf/29.
6Şübhəsiz ki, Kitab Əhlindən və müşriklərdən küfr etmiş olanlar, içində həmişəlik qalanlar olaraq, cəhənnəmin atəşi içindədirlər. Bax budur, onlar yaradılanların ən şərlilərinin məhz özləridir.
7Şübhəsiz ki, inanan və saleh əməl edən kimsələr yaradılanların ən xeyirlilərinin məhz özləridir. 8Onların Rəbbi qatındakı mükafatları içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu mükafat Rəbbinə biliklə, sevgiylə, hörmətlə ürpərti duyan kimsələr üçündür.
Burada haqqa tabe olanlarla olmayanların aqibətlərinə dair məlumat verilmişdir:
- Şübhəsiz, Kitab Əhlindən və müşriklərdən küfr edənlər, içində daima qalanlar olaraq cəhənnəmin atəşi içindədirlər. Budur onlar, yaradılanların ən şərliləridir.
- Şübhəsi, inanan və salihatı işləyənlər, yaradılanların ən xeyirliləridir. Onların Rəbbləri qatındakı mükafatı, içində daima qalanlar olaraq altlarından bulaqlar axan Ədn cənnətləridir. Allah, onlardan razı olmuş, onlar da Ondan razı olmuşlardır. Budur bu [mükafat], Rəbbinə haşyət duyan kimsələr üçündür.
Ədn cənnəti ilə əlaqədar səciyyələndirmələr Sad surəsində edilmişdi:
- 49–52Bax budur, bu, bir öyüddür/şərəfdir/xatırlatmadır. Şübhəsiz ki, Allahın qoruması altına girənlər üçün gözəl bir dönüş yeri/içlərində söykənərək, bir çox meyvə və içkilər istədikləri və yanlarında da hamısı eyni yaşda, gözləri qarşılarındakından başqasını görməyən xidmətçilərin olduğu, qapıları özlərinə açılmış olan Ədn cənnətləri vardır.
- 53Bax budur, bu, hesab günü üçün sizə vəd ediləndir. 54Heç şübhəsiz ki, bax budur, bu, Bizim ruzimizdir – o heç vaxt tükənən deyil. (Sad/49-54)
Allah, doğrusunu ən yaxşı biləndir.
İstifadə olunmuş ədəbiyyat:
[1] Quranın Təbyini, I cild, səh. 158.